Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-107/2022 24.10.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri – Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakı ilə 3 sentyabr 1995-ci ildə Balakən rayonunun Tülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Balakən rayonu, Tülü kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2-ci maddəsi ilə, xx xxxxx 1993-cü ildə Balakən rayonunun Gərəkli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Balakən rayonu, Gərəkli kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 CM-in 234.1 və 234.2-ci maddələri ilə, 20 avqust 1987-ci ildə Balakən rayonunun Poştbinə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Balakən rayonu, Gərəkli kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 234.4.3-cü maddəsi təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, о 01 yanvar 2021-ci il tarixdə, saat 21 radələrində Balakən rayonunun Tülü kəndi ərazisindəki çöllük sahədə rayonun Gərəkli kənd sakini Təqsirləndirilən şəxs3 qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq, üç ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 6,06 qr, 5,92 qr və 5,72 qr, ümumi təmiz çəkisi 17,70 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 150 manat müqabilində alaraq əldə edib üzərində daşıyaraq əynindəki isti qış gödəkcəsinin sol içəri cibində satmaq məqsədi ilə saxlamışdır. 02 yanvar 2021-ci il tarixdə Balakən RPŞ-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində onun Təqsirləndirilən şəxs3 qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq 150 manat müqabilində alıb əldə edib daşıyaraq üzərində saxladığı, üç ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 6,06 qr, 5,92 qr və 5,72 qr ümumi təmiz çəkisi 17,70 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana həmin tarixdə, saat 15:10-dan, saat 15:40-dək aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindəki qış gödəkcəsinin sol içəri cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq narkotik vasitə əldə etmə, daşıma, saxlama və satma cinayət əməlini törətmişdir. Belə ki, о 29 dekabr 2021-ci il tarixdə, saat 18 radələrində Balakən rayonunun Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsi ərazisində həmin kənd sakini Təqsirləndirilən şəxs2 qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq 01 ədəd sellofan torbada 29,59 qramdan artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 500 manat müqabilində alaraq əldə edib daşıyaraq yaşadığı evin yaxınlığındakı çöllük sahədə gizlədərək saxlamış, həmin narkotik vasitə qurudulmuş marixuananın istintaqa məlum olmayan çəkidə hissəsini istintaqa məlum olmayan məqsədlərlə sərf etmiş, qalan 29,59 qramın 17,70 qramını hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 6,06 qr, 5,92 qr və 5,72 qr olmaqla üç ədəd kibrit qutularına doldurmaqla xx.xx.2022-ci il tarixdə rayonun Tülü kəndi ərazisində çöllük sahədə tanışı Təqsirləndirilən şəxs1 150 manat müqabilində satmış, geri qalan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 11,89 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 5,73 qram və 6,16 qram olmaqla iki ədəd kibrit qutusunda qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan öz istehlakı məqsədi ilə əynindəki isti qış gödəkcəsinin sağ yan cibində daşıyaraq saxlamışdır. 02 yanvar 2022-ci il tarixdə Balakən RPŞ-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 qəsdən, qanunsuz olaraq Təqsirləndirilən şəxs1 150 manat müqabilində satdığı üç ədəd kibrit qutularında ayrıayrılıqda təmiz çəkiləri 6,06 qr, 5,92 qr və 5,72 qr, ümumi təmiz çəkisi 17,70 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana həmin tarixdə, saat 15:10-dan 15:40-dək aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki isti qış gödəkcəsinin sol içəri cibindən aşkar edilərək götürülmüş, eləcə də, Təqsirləndirilən şəxs3 qəsdən, qanunsuz olaraq əldə edib daşıyaraq əynindəki isti qış gödəkcəsinin sağ yan cibində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd kibrit qutularında hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 5,73 qram və 6,16 qram, ümumi təmiz çəkisi 11,89 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana həmin tarixdə, saat 16:50-dən, saat 17:20-dək aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynindəki isti qış gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən, vahid satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq, külli miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama və satma cinayət əməlini törətmişdir. Belə ki, о 2021-ci ilin aprel ayında Balakən rayonunun Gərəkli kəndi ərazisində “Mazımçay” çayının kənarında, aşkar etdiyi yabanı halda bitmiş iki ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yığaraq əldə etdiyi istintaqa məlum olmayan sayda narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2021-ci ilin may ayının sonlarından, həmin kənd ərazisində yerləşən xalası X1 məxsus özünün nəzarət etdiyi yaşayış evinin meşəlik sahə ilə həmsərhəd olan ərazisində qəsdən, qanunsuz olaraq əkərək həmin toxumlardan bitmiş, istintaqa məlum olmayan sayda narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərib, yetişdirməklə kultivasiya etmiş, 2021-ci ilin sentyabr ayının sonlarında əkib-yetişdirərək kultivasiya etdiyi həmin çətənə bitkilərinin üzərindən yararlı hissələrini toplayıb qurutmaqla, qəsdən, vahid satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq, külli miqdarda, yəni ümumi təmiz çəkisi 3 kq 685,79 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq Balakən rayonunun Gərəkli kəndində yerləşən xalası X1 məxsus özünün nəzarət etdiyi yaşayış evinin birinci mərtəbəsindəki qaz sobasının arxasında saxlamış, həmin narkotik vasitənin 29,59 qramdan artıq çəkidə olan hissəsini 01 ədəd sellofan torbada xx.xx.2021-ci il tarixdə, saat 18 radələrində rayonun Gərəkli kəndi ərazisində çöllük sahədə tanışı Təqsirləndirilən şəxs3 500 manat müqabilində satmış, geri qalan külli miqdardakı 3 kiloqram 656,2 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 21,20 qramını əynindəki isti qış gödəkcəsinin sol yan cibində, geri qalan külli miqdarda, yəni təmiz çəkisi 3 kiloqram 635 qram hissəsini isə Balakən rayon Gərəkli kəndində yerləşən xalası X1 məxsus, özünün nəzarət etdiyi yaşayış evinin birinci mərtəbəsindəki qaz sobasının arxasında vahid satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq saxlamışdır. 02 yanvar 2022-ci il tarixdə Balakən RPŞ-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs3 qəsdən, qanunsuz olaraq 500 manat müqabilində satdığı, təmiz çəkisi 29,59 qramdan artıq çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın üç ədəd kibrit qutularında ayrıayrılıqda təmiz çəkiləri 6,06 qr, 5,92 qr və 5,72 qr ümumi təmiz çəkisi 17,70 qram olan hissəsi həmin tarixdə, saat 15:10-dan saat 15:40-dək aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki isti qış gödəkcəsinin sol içəri cibindən, iki ədəd kibrit qutularında hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 5,73 qram və 6,16 qram, ümumi təmiz çəkisi 11,89 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana həmin tarixdə, saat 16:50-dən saat 17:20-dək aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynindəki isti qış gödəkcəsinin sağ yan cibindən, eləcə də, Təqsirləndirilən şəxs2 qəsdən, vahid satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq, əldə edib daşıyaraq üzərində saxladığı 01 ədəd sellofan torbada, təmiz çəkisi 21,20 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana həmin tarixdə, saat 18:45-dən saat 19:15-dək aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki isti qış gödəkcəsinin sol yan cibindən, həmçinin qəsdən, vahid satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq, Balakən rayon Gərəkli kəndində yerləşən xalası X1 məxsus özünün nəzarət etdiyi yaşayış evinin birinci mərtəbəsindəki qaz sobasının arxasında əldə edib daşıyaraq saxladığı külli miqdarda, yəni təmiz çəkisi 3 kiloqram 635 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana həmin tarixdə, saat 19:50-dən saat 20:20-dək keçirilmiş baxış zamanı həmin yerdən aşkar edilərək götürülmüşdür Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci, Təqsirləndirilən şəxs3 CM-in 234.2-ci, Təqsirləndirilən şəxs2 isə CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Onların qeyd olunan cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özlərinin qismən etirafedici ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd edərək göstərmişdir ki, onu polislər evdən götürərək polis şöbəsinə aparmışlar. Onun üzərində heç nə olmamışdır. O, şöbədə olarkən Təqsirləndirilən şəxs3 da orada olduğunu görmüşdür. Biraz müddət sonra polislər torba gətirmiş və torbanın ona məxsus olduğunu deməsə, onu da Təqsirləndirilən şəxs3 vəziyyətinə qoyacaqlarını demişlər. Polislərin axşam vaxtı heç kim olmayanda torbanı evə qoymaq istədiklərini və torbanın ona məxsus olduğunu bildirmələrini və daha sonra onun işini yüngülləşdirəcəklərini demişdir. Narkotik vasitələrin ona məxsus olması polislər tərəfindən məcburi formada boynuna qoyulmuşdur. Narkotik vasitələr onun olmamışdır. Təqsirləndirilən şəxs2 ona ünvanlanan sualları cavablandırarkən isə bildirmişdir ki, xalasının evində narkotik tərkibli bitkilər əkməmiş, Şahmurada və Elşənə narkotik vasitə verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadədə də bunları bildirmişdir. Polislər narkotik vasitəni özləri maşınla gətirmiş və Təqsirləndirilən şəxs2 gözləmiyini demişlər, onlar narkotik vasitəni aparıb peçin arxasına qoymuşlar. Sonra Təqsirləndirilən şəxs2 həmin narkotik vasitənin ona məxsus olduğunu deməsini bildirmişlər. Həmin vaxt müdafiəçi iştirak etmiş və polislər tərəfindən foto şəkillər çəkilmişdir. Təqsirləndirilən şəxs3 polislər döymüşlər. Polislər Təqsirləndirilən şəxs3 şöbədə kameraya salan zaman Təqsirləndirilən şəxs3 qan axdığını görmüşdür. O, şöbədə Təqsirləndirilən şəxs3la üzbəüz kameralarda olmuşdur. Polislər ona torbanın ona məxsus olmadığını desə, onu da Təqsirləndirilən şəxs3 vəziyyətinə qoyacaqlarını demişlər. Polislər onu da döymüşlər. Şöbədə onlara döyülməklə bağlı şikayət etməmələri deyilmişdir. O, döyülməklə bağlı şikayət etməmişdir. Lakin bu barədə müdafiəçi Məlahət xanıma bildirmiş, müdafiəçisi isə heç bir əhəmiyyət verməmişdir. Onun belində xəsarətlər olmuş, ancaq yoxlama zamanı yıxıldığını bildirmişdir. İbtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində cəlb olunaraq dindirilmiş Təqsirləndirilən şəxs2 ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində bildirmişdir ki, Balakən rayonunun Gərəkli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlik keçirməmişdir. Təxminən 2-3 ildir ki, narkotik vasitələrdən istifadə edir. Uzun müddətdir ki, həmkəndlisi olan Təqsirləndirilən şəxs3 tanıyır. Şahmuradla normal münasibətləri olmuşdur. Heç bir düşmənçilik və ədavəti olmamışdır. Onun yaşadığı evin yaxınlığında hal-hazırda Rusiya Federasiyasında yaşayan xalası X1 məxsus olan hazırda heç kimin yaşamadığı təmirsiz fərdi yaşayış evi var. Həmin evə o nəzarət edir. 2021-ci ilin aprel ayında yaşadığı evə odun tədarük etmək üçün yaşadığı evin yaxınlığında olan Mazımçayın kənarına getmişdir. Orada odun yığan vaxtı çayın kənarında özü-özünə bitən 2 ədəd yabanı halda olan narkotik bitkisini görmüş, özü də narkotik vasitə istifadə etdiyi üçün həmin bitkinin üzərində olan 6 ədəd toxumu yığaraq, gələcəkdə istifadə etmək üçün narkotik bitkisini əkməyi düşünmüşdür. Həmin gün çayın kənarından odun yığıb yaşadığı evə gəlmişdir. O, yığdığı narkotik bitksinin toxumlarını 1 aydan çox müddətdə özündə saxlayandan sonra əkmək fikrinə düşmüşdür. Buna görə də həmin toxumları 2021-ci ilin may ayının sonlarında xalasının evinin həyətinə aparıb meşəlik ərazi ilə sərhəd olan yerdə əkmişdir. Həmin toxumlardan hamısı cücərmiş, lakin 1 ədədi cücərəndən sonra quruyaraq məhv olmuşdur. Geri qalan 5 ədəd bitkilər isə yetişmiş və o, vaxtaşırı həmin bitkilərə qulluq etmişdir. 2021-ci ilin sentyabr ayının ortalarında əkmiş olduğu 5 ədəd narkotik bitkiləri yetişdiyi üçün yararlı hissələrini yığıb yerə düzüb günəş altında qurutmuş və 1 ədəd ağ rəngli sintetik kisəyə yığıb həmin sintetik kisəni də xalasının evinin birinci mərtəbəsində olan köhnə qaz sobasının yanında gizlətmişdir. Mütəmadi olaraq qurudaraq saxladığı həmin narkotikdən istifadə etmişdir. xx.xx.2021-ci il tarixdə tanışı Şahmurad ona zəng edərək narkotik lazım olduğunu demişdir. O, da Şahmurada narkotik olduğunu istədiyi halda verə biləcəyini demişdir. Şahmurad da ona narkotikin dadına baxıb alıb-almayacağını dəqiqləşdirmək istədiyini dedikdə, o problem olmadığını, yaşadığı evə tərəf gəlməsini və narkotikdən yoxlamaq (prob) üçün verəcəyini demişdir. Bundan sonra həmin gün, yəni xx.xx.2021-ci il tarixdə, axşam saatlarında o, Şahmuradla yaşadığı Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsi ərazisində evinin qarşısındakı çöllük sahədə görüşmüşdür. Həmin vaxtı Şahmurad oraya tanışı Elşən adlı şəxslə gəlmişdir. Onlar orada görüşən zaman o, Şahmurada özü ilə götürdüyü 1 ədəd narkotikin başlıq hissəsini vermişdir. Bundan sonra da Şahmurada əgər istəsə həmin narkotik vasitədən olduğunu demişdir. xx.xx.2021-ci il tarixdə Şahmurad ona zəng edib 100 qram narkotik vasitə lazım olduğunu bildirmişdir. O da istifadəsində olan ***-***-**-** telefonda Şahmuradla danışıb görüşərək Şahmurada 100 qram sellofanda narkotiki vermiş və müqabilində Şahmuraddan 500 manat pul almışdır. Çünki, o ilk olaraq Şahmurada 100 qram narkotiki 600 manata verdiyini bildirsə də, ondan 500 manata istədiyi üçün Şahmuradla razılaşmışdır. Bir neçə gün sonra o, sintetik kisədə saxladığı narkotikin daha yaxşı hissələrini ayırıb sellofan torbaya doldurub alıcı olduğu halda satmaq məqsədi ilə isti gödəkcəsinin sol yan cibində saxlamışdır. xx.xx.2022-ci il tarixdə o, evdə olan vaxtı 2 nəfər polis əməkdaşı onun yaşadığı evə gəlib küçəyə çağırmışlar. O da isti gödəkcəsini əyninə geyinib yola çıxmışdır. O, yola çıxan zaman həmin şəxslər ona özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona təqdim edilmiş vəkillər siyahısından seçdiyi vəkil X3 və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman ona üzərində hər hansı qeyri qanuni əşya və predmetin olub-olmadığı barədə sual verilmiş, bu zaman o da üzərində olan qış gödəkcəsinin sol yan cibindən 1 ədəd sellofan torbada olan narkotiki çıxardıb təqdim etmişdir. Daha sonra həmin sellofan torba elektron tərəzidə çəkilmiş, çəkisi 29,52 qram təşkil etmişdir. Daha sonra da həmin sellofan torba narkotik vasitə ilə birlikdə kağız zərfdə qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa, üzərindəki isti qış gödəkcəsinin sağ yan cibindən də 1 ədəd konfet aşkar edilmişdir. Üzərindən şəxsi axtarış aparılan zaman heç bir əşya aşkar edilməmişdir. Aşkar edilən 1 ədəd konfet ona geri qaytarılmışdır. Daha sonra şəxsi axtarış zamanı ona başqa hər hansı bir yerdə narkotik vasitə saxlayıb-saxlamamağı barədə sual verilmiş, o da xalası evində narkotik vasitə saxladığını demişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra polis əməkdaşları və vəkilin iştirakı ilə xalasının yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün getmişlər. Baxış zamanı evin birinci mərtəbəsindəki qaz sobasının arxasında saxladığı 1 ədəd sintetik kisədə olan narkotiki polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra həmin sintetik kisə narkotik ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 3,71 kiloqram təşkil etmişdir. Bundan sonra isə həmin sintetik kisə polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra evin içərisinə və həyətyanı sahəyə baxış davam etdirilmiş, lakin başqa qanunsuz saxlanılan əşya, predmet və sairə aşkar edilməmişdir. Baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Həmçinin, 03 yanvar 2022-ci il tarixli məhkəmə bioloji ekspertizasının rəyi ilə tanış olduğu zaman ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş bir ədəd sellofan torbada olan narkotik vasitənin təmiz çəkisi 21,20 qram, xalasına məxsus onun nəzarət etdiyi evdən aşkar edilmiş bir ədəd sintetik kisədə olan narkotik vasitənin təmiz çəkisinin isə 3 kiloqram 635 qramdır. Əlavə olaraq göstərmişdir ki, üzərindən aşkar edilmiş həmin narkotik olan sellofan torbanı müştəri olacağı halda satmaq üçün üstündə daşımışdır. Onun həmin narkotikləri saxlamağından heç kimin xəbəri olmamışdır. O, Şahmuraddan başqa heç kimə narkotik vasitə satmamışdır. 1 ədəd sintetik kisədə saxladığı həmin narkotiki də müştəri olacağı halda satmaq üçün saxlamış, yəni müştəri olarsa satacaqmış. Tanışı Şahmurad yenidən alacağı halda ona satmaq məqsədi olmuş, amma konkret olaraq başqa hər hansı bir şəxslə həmin narkotikin satılması üçün heç bir razılığı olmamışdır. 2021-ci ilin may ayında xalasının evinin həyətinə aparıb meşəlik ərazi ilə sərhəddə olan yerdə əkdiyi 05 ədəd narkotik tərkibli çətənə bitkilərini əkdiyi yeri göstərə bilər. Lakin 2021ci ilin sentyabr ayının ortalarında əkmiş olduğu 5 ədəd narkotik bitkiləri yetişdiyi üçün yararlı hissələrini yığıb qurutmuş, bitkinin geri qalan hissələrini də sındırıb yaxınlıqdan axan Mazımçaya atmışdır ki, heç kimin xəbəri olmasın. Buna görə də hazırda narkotik əkdiyi yerdə əkdiyi bitkinin hər hansı bir qalığı yoxdur. 2021-ci ilin may ayında xalasının evinin həyətinə aparıb meşəlik ərazi ilə sərhəddə olan yerdə əkdiyi 05 ədəd narkotik tərkibli çətənə bitkilərini əkməyindən heç kimin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs3 satmış olduğu 100 qram narkotik vasitənin qarşılığında Şahmuraddan aldığı 500 manat məbləğində pulla borclarını qaytarmışdır. Geri qalanını da öz ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs3 satmış olduğu 100 qram narkotik vasitənin bir hissəsinin Şahmurad tərəfindən xx.xx.2021-ci il tarixdə yaşadığı evə gəlmiş Elşən adlı şəxsə satması ilə bağlı isə onun heç bir məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs3 təxminən 100 qram çəkidə narkotik vasitəni 500 manata satmışdır. Təqsirləndirilən şəxs3 satmış olduğu narkotik vasitənin Şahmurad tərəfindən digər şəxslərə satılıb-satılmaması ona maraqlı olmamışdır. Çünki, o, narkotiki sataraq pulunu əldə etmişdir. Buna görə də Şahmurad əgər ondan almış olduğu narkotik vasitəni başqa şəxslərə satsa idi, əldə edəcəyi gəlirlə bağlı heç bir razılaşmaları olmamışdır. Çünki, həmin gəlirin ona aidiyyəti olmamışdır. Şahmurad ondan aldığı narkotiki konkret olaraq kimə satcağı ilə bağlı və ya istifadə edəcəyi ilə bağlı ona heç nə deməmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 satmış olduğu 100 qram çəkidə narkotik vasitəni əvvəlcədən və ya Şahmurada satan zaman tərəzi ilə çəkməmişdir. Təxmini olaraq 100 qram olduğunu bildirmişdir. Ola bilsin ki, biraz da artıq olardı, çünki narkotikin içərisində o qədər də güclü təsiri olmayan hissələr də olmuşdur. Bunun üçün də təxmini olaraq 100 qram çəkidə olduğunu bildirmişdir. Balakən RPŞ-da ona hər hansı bir psixi və fiziki təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona CM-in 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd edərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 heç nə verməmiş, ondan heç nə almamış və satmamışdır. Onu polislər şöbədə döymüşlər. Bu gün belə onun bağırsaqlarından qan gəlir. O, bu vəziyyətlə bağlı həkimlərə də müraciət etmiş, ona görə 5 dəfə təcili tibbi yardım gəlmiş və ona ağrıkəsici iynələr vurulmuşdur. Təqsirləndirilən şəxs3 ona ünvanlanan sualları cavablandırarkən isə bildirmişdir ki, o, Elşənə heç nə verməmiş, ondan heç nə almamış və satmamışdır. Bir dəfə Təqsirləndirilən şəxs1 ondan narkotik vasitə istəmiş, o da narkotik vasitənin olduğunu demişdir. Lakin onun fikrində Təqsirləndirilən şəxs1 narkotik vasitə vermək olmamış, Təqsirləndirilən şəxs1 pulu alaraq ondan həmin pulu fırlatmaq olmuşdur. Elşənlə onun münasibəti salamsağol olmuşdur. O, narkotik vasitə istifadə etməmiş və satmamışdır. Narkotik vasitə ilə bağlı Təqsirləndirilən şəxs2lə də danışmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadənin altında “qol çəkməkdən imtina edirəm” sözləri yazmışdır. 02 yanvar, saat 11:00-13:00 aralığında saxlanılmışdır. 2 post patrul maşını gəlmiş, polislər həmin an həyətə daxil olmuş və o həyətə çıxmışdır. Onu polis əməkdaşları şöbəyə aparmışlar. Şöbədə saat 16-ya kimi qalmışdır. Çəkiliş zamanı vəkil də olmuş, lakin vəkil heç nə ilə maraqlanmamışdır. Polislər onu şöbəyə aparanda da döymüşlər. Döyülməklə bağlı o, vəkilə heç nə deməmiş və demək olar ki, vəkil orada iştirak etməmişdir. Onun üzərində narkotik vasitə olmamışdır. Onun üzərində ona məxsus 264 manat pul olmuşdur. Polislər 2 qutu narkotik vasitənin ona məxsus olduğunu deməsini ondan tələb etmiş və hədə-qorxu gəlmişlər. O, məcbur qalaraq 2 qutu narkotik vasitənin ona məxsus olduğunu qəbul etmişdir. O, narkotik vasitə istifadə etməmiş, əməliyyatçıların heç birini tanımamış və heç biri ilə ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1 1-2 dəfə görmüş və onunla da heç bir ədavəti olmamışdır. İbtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində cəlb olunaraq dindirilmiş Təqsirləndirilən şəxs3 ona CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində bildirmişdir ki, Balakən rayonun Gərəkli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlik keçirməmişdir. Təxminən 1-2 ildir ki, narkotik vasitələrdən istifadə edir. Uşaqlıqdan həmkəndlisi olan Təqsirləndirilən şəxs2 və rayonun Tülü kənd sakini Təqsirləndirilən şəxs1 tanıyır. Hər ikisi ilə münasibəti yaxşı olmuşdur, həmin şəxslərlə heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. 2021-ci ilin dekabr ayının sonlarında xatırladığı qədəri ilə 28 dekabr 2021-ci il tarixdə Elşən ona zəng edərək özünə narkotik tapmağını xahiş etmiş və narkotikdən istifadə etmək istədiyini demişdir. O da Elşənə çalışıb narkotik vasitə tapacağını bildirmişdir. O, əvvəllər bir neçə dəfə Təqsirləndirilən şəxs1 bir kibrit qutusu 50 manat olmaqla, narkotik vasitə satmışdır. Özü istifadə etmək məqsədilə tanışı olan Təqsirləndirilən şəxs2 əvəzsiz olaraq narkotik vasitə götürmüşdür. Təqsirləndirilən şəxs1 ondan narkotik istədiyi zaman Elşənə narkotiki taparaq, həm öz istifadəsi üçün narkotik əldə edəcəyini, həm də ki, özünə müəyyən qədər gəlir əldə edəcəyini düşündüyü üçün Elşənlə razılaşarq narkotik vasitə tapacağını bildirmişdir. Bunun üçün həmin gün o, Ramazana zəng edib narkotik lazım olduğunu demiş, Ramazan da ona telefonda narkotikin olduğunu demişdir. O da bunu Elşənə dedikdə, Elşən birlikdə gedib Ramazandan narkotikin bir qismini götürüb siqaretə dolurub çəkmələrini, əgər yaxşıdırsa almalarını demişdir. O da həmin gün, yəni xx.xx.2021-ci il tarixdə, axşam saatlarında Elşənlə görüşüb birlikdə Ramazanın yanına, yəni Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsi ərazisində yerləşən evinin qarşısındakı çöllük sahəyə getmişlər. Ramazanın yaşadığı evin qarşısı elə çöllük sahə olmuşdur. Onlar orada Ramazanla görüşdükdən sonra Ramazan onlara 1 baş narkotik vasitə olan qurudulmuş marixuana vermiş və çəkdikdən sonra xoşlarına gələrsə yenə verə biləcəyini demişdir. Onlar da həmin narkotik vasitə marixuanadan ibarət bir baş nəşəni götürüb Elşənlə yaşadıqları evə gəlmək üzrə yola düşmüşlər. Yolda piyada gələn vaxtı Mazım çayın üzərində Elşənlə ikisinə 1 ədəd siqaretə həmin narkotiki doldurub çəkmişlər. Elşənin həmin narkotik xoşuna gəlmiş və ona həmin narkotikdən təşkil etməsini demişdir. O da Elşənlə razılaşmışdır. xx.xx.2021-ci il tarixdə, axşam saatlarında Elşən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng edərək 100 qram narkotik lazım olduğunu demişdir. O da Elşənlə razılaşmış və Elşənə narkotik vasitə təşkil edə biləcəyini demişdir. xx.xx.2021-ci il tarixdə Elşənlə o, səhər saatlarından başlayaraq bir beçə dəfə telefonla əlaqə saxlamışlar. O da Elşənə narkotik vasitə təşkil etmək üçün həmin gün Ramazanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib Ramazanla təxminən, saat 18 radələrində yaşadıqları Gərəkli kəndinin çöllük sahəsində görüşmüşdür. Ramazan da əvvəlcədən telefonla danışaraq razılaşdığı kimi, ona təxminən 100 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana gətirmişdir. Ramazan özü ilə gətirdiyi 100 qram narkotiki sellofan torbada ona verib və 500 manat pul verməyini istəmişdir. O da Ramazana 500 manat məbləğində pulu sayıb vermişdir. Bundan sonra oradan çıxıb aldığı sellofan torbada olan narkotiki yaşadığı kəndin ərazisindəki çöllük sahəyə aparıb oradakı kolluqda gizlətmişdir. O, həmin gün axşam saatlarında Elşənə zəng edib narkotikin olduğunu və Tülü kəndi ərazisində olan “Aqqubaylar çöllüyü” adlanan yerdə görüşməyi təklif etmişdir. Bundan sonra o, Ramazandan aldığı sellofan torbada olan narkotik vasitənin içərisindən 4 ədəd kibrit qutularına dolduraraq Elşənlə görüşməyə getmişdir. Elşən də bir qədər sonra onun yanına çöllük sahəyə gəlmişdir. Həmin vaxtı o, Elşənə görüşməmişdən əvvəl hazırladığı 4 ədəd narkotiklə içərisi dolu olan kibrit qutularını vermişdir. Elşənə hər bir kibrit qutusunun qiyməti 50 manat olduğunu demişdir. Elşən də həmin vaxt ona bunun müqabilində 135 manat verib geri qalan 65 manat borcunu qısa vaxtda verəcəyini bildirmişdir. O da Elşənlə razılaşmışdır. Özü aldığı narkotiki Elşənə satdıqdan sonra geri qalan hissəsini əvvəlki qaydada kolluq sahədə saxlayıb evə getmişdir. xx.xx.2021-ci il tarixdə, axşam saatlarında Elşən ona yenə zəng edib yenidən narkotik tapmağını demişdir. Onlar yenidən əvvəlki qaydada “Aqqubayların çöllüyü” adlanan yerdə görüşmüşlər və o, Elşənə kolluqda saxladığı sellofanın içərisindən doldurduğu 2 ədəd kibrit qutusunda narkotiki vermişdir. Elşən ondan narkotiki götürəndə hazırda pulu olmadığı üçün pulunu, yəni iki kibrit qutusu üçün 100 manatı qısa vaxtda verəcəyini bildirmişdir. O da Elşəni tanıdığı üçün razılaşmışdır. Elşənin həmin vaxtı artıq ona 165 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında Elşən yenidən ona zəng edib narkotik lazım olduğunu dedikdə, o, Elşəndən əvvəl çöllük sahəyə gedib özü ilə götürdüyü 3 ədəd kibrit qutularına narkotiki doldurmuş və Elşənlə görüşərək Elşənə vermişdir. Elşən də ona 100 manat pul verib 50 manat pulu da geriyə qalan borcları ilə birlikdə verəcəyini demişdir. O da bir daha Elşənlə razılaşmışdır. Ümumi olaraq Elşənin ona 215 manat borcu yaranmışdır. O, Elşənə narkotiki verəndən sonra geriyə qalan az miqdarda olan narkotiki də 2 ədəd kibrit qutularına dolurub özü üçün çəkmək məqsədi ilə əynində olan isti gödəkcəsinin sağ yan cibində saxlayaraq yaşadığı evə gəlmişdir. O, Elşənə satdığı narkotikin pulundan, yəni 235 manat pulun 71 manatını özü üçün xərcləmiş, geri qalan 164 manat pulu isə əynindəki şalvarının sol yan cibində saxlamışdır. xx.xx.2022-ci il tarixdə o, evdə olan vaxtı 2 nəfər sonradan polis əməkdaşları olaraq bildiyi şəxslər onu yaşadığı evin qarşısındakı küçəyə çağırmışlar. O, da həmin narkotik vasitə saxladığ isti gödəkcəsini əyninə geyinib yola çıxmışdır. O, yola çıxanda həmin şəxslər ona özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirərək onu polis şöbəsinə dəvət etmişlər. O da heç bir etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona təqdim edilmiş vəkillərin siyahısından seçdiyi vəkil X4 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, bundan sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman ona üzərində hər hansı qeyri qanuni əşya və ya predmetin olub-olmadığı barədə sual verilmiş, o da üzərində olan isti qış gödəkcəsinin sağ yan cibindən 2 ədəd kibrit qutularındakı narkotiki, həmçinin Elşənə satdığı narkotikin pulundan qalan 164 manat pulu çıxarıb təqdim etmişdir. Daha sonra Həmin kibrit qutuları elektron tərəzidə çəkilmiş, çəkiləri 8,42 və 8,75 qram təşkil etmişdir. Bundan sonra həmin kibrit qutuları 1 ədəd kağız zərfdə qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa, polis əməkdaşlarına şalvarının sol yan cibindən çıxardaraq təqdim etdiyi 1 ədəd 100, 2 ədəd 20, 1 ədəd 10, 2 ədəd 5 və 4 ədəd 1 manatlıq əsginaslar 1 ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Üzərindən şəxsi axtarış zamanı qanunsuz saxlanılan heç bir əşya aşkar edilməmişdir. Daha sonra isə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. 03 yanvar 2022-ci il tarixli məhkəmə bioloji ekspertizasının rəyi ilə tanış olan zaman ona məlum olmuş ki, üzərindən aşkar edilmiş iki ədəd kibrit qutularında olan narkotik vasitənin təmiz çəkiləri 5,73 qram və 6,16 qram olmaqla, ümumilikdə 11,89 qramdır. O, həmin narkotik olan kibrit qutularını özü istifadə etmək üçün üzərində saxlayaraq daşımışdır. Çünki, narkotik vasitənin geri qalan hissəsini Təqsirləndirilən şəxs1 satmışdır. Həmin narkotiki üzərində saxlamağından isə heç kimin xəbəri olmamışdır. Elşəndən başqa əvvəllər heç kimə narkotik vasitə satmamışdır. O, Elşənə həmin narkotik vasitəni ilk olaraq Elşənlə yoxlamaq (prob) üçün narkotikə baxmağa getdikləri tanışı olan Ramazan adlı şəxsdən aldığını bildirmişdir. Onun həmin narkotik vasitələri Ramazandan alaraq Elşənə satdığı zaman təxminən 100-200 manat məbləğində qazancı olacaqdır. Ramazandan aldığı narkotik vasitədən Elşənə satmaqla yanaşı, özü də götürüb istifadə etmişdir. Əvvəllər Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 heç bir tanışlığı olmamışdır. Sadəcə olaraq 2021-ci ilin dekabr ayının sonlarında hazırda xatırlamadığı tarixdə səhv etmirsə xx.xx.2021-ci il tarixdə onunla birlikdə Elşən Ramazanın yaşadığı evin qarşısına getdiyi zaman tanış olmuşlar. Həmin zaman da Ramazanla Elşən arasında yaxın ünsiyyət olmamışdır. O, Təqsirləndirilən şəxs2 100 qram narkotik vasitəni alan zaman Ramazana 500 manat nağd olaraq pul vermiş və həmin narkotik vasitəni özü üçün aldığını, eyni zamanda müştəri olacağı halda satacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 və ya başqa şəxsə satmağının Ramazanla heç bir əlaqəsi olmamış, çünki o, almış olduğu 100 qram narkotik vasitəni hansı qiymətə satsa da əldə olunacaq gəlir və qalan xeyir onun olacaqdır. Buna görə də onun Ramazanla əvəlcədən heç bir razılığı olmamış, o, sadəcə olaraq 500 manat verərək 100 qram narkotik vasitəni Ramazandan almışdır. Bir daha qeyd etmişdir ki, həmin narkotik vasitəni satdığı zaman 500 manatdan artıq xeyir qalacağı halda onun xeyiri olacaqdır, yox əgər ziyan olsa idi həmin ziyan da ona olacaqdır. Əvvəllər bir neçə dəfə tanışı olan Təqsirləndirilən şəxs1 narkotik vasitə satmışdır. Başqa da hər hansı bir şəxsə narkotik vasitə satmamışdır. Onun Təqsirləndirilən şəxs2 narkotik vasitə almağını və Təqsirləndirilən şəxs1 narkotik vasitə satmağını heç kim bilməmişdir. O xx.xx.2021-ci il tarixdə Ramazandan 100 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı 500 manat müqabilində aldığı zaman Ramazan narkotiki onun yanında çəkməmişdir. O, Ramazanın deməsi ilə həmin narkotik vasitənin 100 qram olmasını bilmişdir. Balakən RPŞ-da ona hər hansı bir psixi və fiziki təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, narkotik vasitəni Təqsirləndirilən şəxs3 çəkmək məqsədi ilə almışdır. Təqsirləndirilən şəxs1 ona ünvanlanan sualları cavablandırarkən isə bildirmişdir ki, o, Şahmuraddan 3 kibrit qutusunda narkotik vasitə almışdır. Şahmuradın narkotik vasitəni kimdən aldığını bilməmişdir. Ramazanı bir neçə dəfə görmüş, Şahmurad, Ramazan və o bir yerdə Ramazana məxsus narkotik vasitəni istifadə etmişlər. Şahmurada hər kibrit qutusu 50 manat olmaqla, cəmi 150 manat məbləğində pul vermişdir. Öz istifadəsi üçün almışdır. İbtidai istintaq zamanı da belə ifadə vermiş, lakin ifadəni oxumamışdır. Onun psixi xəstəliyi olduğu üçün istintaq zamanı qorxmuşdur. Onlar narkotik vasitəni birlikdə çəkmiş və Ramazan onlara lazım olsa yenə verərəm demişdir. Kibrit qutularının sayı 3 ədəd olmuşdur. O, əvvəllər narkotik vasitə satmamışdır. Sərxan və Sahib Yetərov qardaşlarını tanımış, onlarla bir kənddə yaşamışdır. O, əvvəllər Yetərov qardaşlarına narkotik vasitə verməmiş və satmamışdır. O, istintaq zamanı Şahmuradın adını verməmişdir. Polislər Şahmuradla olan telefon danışıqlarını onlara göstərmişlər. Sərxan və Sahib Yetərov qardaşları ona narkotik vasitə satmışlar. İbtidai istintaq zamanı verdiyi ifadə qismən doğrudur, belə ki, o, Sərxan və Sahib Yetərov qardaşlarına heç nə verməmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ziddiyyətli ifadə verərək, əvvəlki məhkəmə proseslərində Sərxan və Sahib Yetərov qardaşlarından narkotik vasitə aldığını bildirsə də sonrakı proseslərdə o, Sərxan və Sahib Yetərov qardaşlarından heç nə almadığını bildirmişdir. İbtidai istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən iki ildir ki, narkotik vasitələrdən istifadə edir. Uzun müddətdir Balakən rayonunun Gərəkli kəndinin Çorçorbinə yaşayış məntəqəsində yaşayan Şahmurad adlı şəxsi tanıyır. Şahmuradla aralarında normal münasibətləri olmuşdur. Öz istifadəsi üçün mütəmadi olaraq Şahmuraddan narkotik vasitə almışdır. Şahmurad da adətən bir ədəd kibrit qutusu ilə dolu narkotik vasitə olan qurudulmuş marixuananı ona 50 manata satmışdır. 2021-ci ilin dekabr ayının sonlarında, hazırda dəqiq xatırlamadığı gündə, təxminən 28 dekabr 2021-ci il tarixdə Şahmurada zəng edərək narkotik vasitə istədiyini bildirmiş, Şahmurad da ona tanıdığı, sonradan Ramazan kimi tanıdığı şəxsdə narkotik vasitə olduğunu, bunun üçün də yaşadığı Gərəkli kəndinin Çorçorbinə yaşayış məntəqəsinə gəlməyini bildirmişdir. O, da Çorçorbinə yaşayış məntəqəsinə getmiş, oradan isə Şahmuradla birlikdə Mazımçayın içərisindən keçib ara yollarla Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsinə getmişlər. Onlar Ramazan adlı şəxslə Ramazanın yaşadığı evin qarşısındakı çöllük sahənin kənarında görüşmüşlər. Bu zaman Ramazan onlara yoxlamaq (prob) etmək üçün bir baş nəşə vermiş və istədikləri halda həmin narkotik vasitədən yenə də olduğunu demişdir. Həmin zaman Ramazan Şahmuradla söhbət etmişdir, çünki o, Ramazanı əvvəlcədən tanımamışdır. Həmin zaman ilk dəfə Ramazanı görmüşdür. Ramazan onlara qurudulmuş marixuananın 100 qramının 600 manat olduğunu demiş, Şahmurad isə Ramazana narkotik istəyəcəkləri təqdirdə onunla xəbərləşəcəklərini deyib, oradan uzaqlaşaraq yaşadıqları evə doğru hərəkət etmişlər. Şahmuradla yolda gəldikləri zaman Ramazanın onlara verdiyi bir baş nəşəni Mazımçayın üzərində siqaretə dolduraraq çəkmişlər. Bundan sonra orada ayrılaraq yaşadıqları evə getmişlər. 29 dekabr 2021-ci il tarixdə, axşam saatlarında o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahmuradın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək istifadə etmək üçün narkotik vasitə istədiyini, bunun üçün də ona narkotik vasitə satmasını bildirmiş, Şahmurad isə ona narkotik vasitə təşkil edə biləcəyini demişdir. Həmçinin, Şahmurad ona Ramazan adlı şəxsdən narkotik vasitə aldığını bildirmişdir. O da Şahmuraddan 4 ədəd kibrit qutusunda narkotik vasitə gətirməsini istəmişdir. Elə həmin gün Şahmuradla telefonda danışanda ona yaşadığı Tülü kəndi ərazisində olan “Aqqubaylar çöllüyü” adlanan yerə gəlməyini bildirmişdir. O, həmin gün, saat 20 radələrində yaşadığı evdən çıxıb həmin yerə getmişdir. O, Şahmuradla həmin çöllük sahədə görüşmüş və Şahmurad ona 4 ədəd kibrit qutusunda narkotik vasitə-marixuana vermişdir. Şahmurad ona demişdir ki, hər bir kibrit qutusunu 50 manata satır. O da Şahmuradla razılaşıb əvəzində 135 manat pul vermiş, yerdə qalan 65 manat borcunu isə qısa vaxtda verəcəyini demiş, Şahmurad da onunla razılaşmışdır. Bundan sonra o, Şahmuraddan narkotik vasitəni götürüb ayrıldıqdan sonra kənd ərazisinə getmiş və onunla birlikdə bir neçə dəfə narkotik vasitə istifadə etmiş həmkəndliləri və tanışları olan Yetərov Sərxan və Yetərov Sahib qardaşlarına kibrit qutularının üzərlərindən götürüb hər birinə ayrı-ayrı vaxtlarda və yerlərdə olmaqla, təxminən 2-3 siqaretlik narkotik vasitəni əvəzsiz olaraq istifadə etmələri üçün vermişdir. O, həmin narkotik vasitənin geri qalanını xx.xx.2021-ci il tarixə qədər istifadə etdiyi üçün yenidən xx.xx.2021-ci il tarixdə, axşam saatlarında Şahmurada zəng edib, ona narkotik vasitə satmasını xahiş etmişdir. Onlar telefonla danışıb yenidən Şahmuradla “Aqqubaylar çöllüyü” adlanan yerdə görüşmüşlər. O, Şahmuradla görüşə gəlməmişdən qabaq Şahmurada 2 ədəd kibrit qutusu ilə dolu narkotik gətirməyi demişdir. Daha sonra o, Şahmuradla çöllükdə görüşmüş və Şahmurad ona həmin 2 ədəd kibrit qutusu ilə dolu olan narkotiki vermişdir. O da Şahmurada hal-hazırda üzərində pulu olmadığını, kibrit qutusu üçün verməli olduğu 100 manat pulu bir neçə gündən sonra verəcəyini bildirmişdir. Onun Şahmurada əvvəlki, yəni xx.xx.2021-ci il tarixdə olan narkotik alış-verişlərindən 65 manat, xx.xx.2021-ci il tarixdə Şahmuraddan aldığı narkotikdən isə 100 manat, yəni ümumi olaraq 165 manat borcu yaranmışdır. Həmin iki kibrit qutusu narkotik vasitəni xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək özü siqaretə doldurmaqla qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə, axşam saat 20 radələrində o, Şahmurada zəng edib yenidən narkotik lazım olduğunu bildirmişdir. Şahmurad da ona narkotik vasitə olduğunu demişdir. O da Şahmuraddan yaşadığı Tülü kəndi ərazisində olan “Aqqubaylar çöllüyü” adlanan yerə 3 ədəd kibrit qutusunda narkotik gətirməsini xahiş etmişdir. O, saat 21 radələrində həmişə olduğu kimi Şahmuradla çöllükdə görüşmüş, Şahmuraddan 3 ədəd kibrit qutularında narkotiki götürmüş və Şahmurada bunun müqabilində 100 manat pul verib, yerdə qalan 50 manatı da qısa vaxtda verəcəyini demişdir. Onun əvvəlki borcu ilə sonrakı 50 manat borcu daxil, Şahmurada 215 manat borcu yaranmışdır. O, həmin narkotiki xx.xx.2022-ci il tarixdə, səhər saatlarında evdən çıxıb əynindəki qış gödəkcəsinin sol içəri cibinə qoymuş və kafel-metlax ustası kimi işlədiyi Balakən şəhəri ərazisində yerləşən Kamran adlı şəxsin evinə getmişdir. Orada günorta saatlarında işləyən vaxtı sonradan Balakən Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildiyi 2 nəfər şəxs onu yola çağırmışdır. O da Kamran adlı şəxsin evinin qarşısındakı küçəyə çıxmış və bu zaman ona özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər onu polis şöbəsinə dəvət etmiş və o, həmin polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona təqdim edilmiş vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi1 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, bundan sonra isə müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində hər hansı qeyriqanuni əşya və predmetin olub-olmaması barədə sual verilmiş, o da üzərində olan qış gödəkcəsinin sol içəri cibində saxladığı 3 ədəd Şahmuraddan aldığı kibrit qutularındakı narkotiki çıxarıb təqdim etmişdir. Daha sonra həmin kibrit qutuları elektron tərəzidə çəkilmiş, çəkiləri 8,74, 8,51 və 8,62 qram təşkil etmişdir. Həmin kibrit qutuları 1 ədəd kağız zərfdə qablaşdırımış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmçinin, üzərindən aşkar edilmiş bir ədəd alışqanla bir ədəd “Prima” markalı siqaret ona geri qaytarılmışdır. Bundan başqa, polis əməkdaşları üzərində şəxsi axtarışı davam etdirmiş, lakin üzərindən başqa qanunsuz saxlanılan heç bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunmuş və doğruluğunu imzalarla təsdiq etmişlər. 03 yanvar 2022-ci il tarixli məhkəmə bioloji ekspertizasının rəyi ilə tanış olduğu zaman ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş üç ədəd kibrit qutularında olan narkotik vasitənin təmiz çəkiləri 6,06 qram, 5,92 qram və 5,72 qram olmaqla, ümumilikdə 17,70 qramdır. Şahmuraddan aldığı həmin narkotik vasitələri Şahmuradın deməsinə görə, onu ilk olaraq yoxlamaq (prob) üçün narkotikə baxmağa apardığı Ramazan adlı şəxsdən almışdır. Təqsirləndirilən şəxs3 həmin narkotik vasitələri Ramazandan alıb ona satan zaman qazancının konkret olaraq nə olmasını bilməmişdir. Yəqin qazancı olmuşdur ki, Ramazandan narkotiki alaraq ona satdığını bildirmişdir. Əks halda Şahmurad ona gedib narkotiki birbaşa Ramazandan almağı deyərdi. O, əvvəllər Ramazan adlı şəxsi tanımamışdır. 2021-ci ilin dekabr ayının sonlarında Şahmuradla birlikdə yaşadığı evin qarşısına getdiyi zaman Ramazanla tanış olmuşdur. Həmin zaman da Ramazanla yaxın ünsiyyəti olmamışdır. Bir daha qeyd edir ki, Ramazanla münasibəti olmamışdır. O, sadəcə olaraq Şahmuradı tanımış və Şahmuradla birlikdə Ramazanın yaşadığı evə getdiyi zaman Ramazanı tanımışdır. Həmin vaxt da Ramazanla o, heç bir əlaqə yaratmamışdır. Çünki, əvvəlcədən o, Ramazanı tanımamışdır. Ramazanı Şahmurad tanımışdır. Buna görə də narkotik almaq söhbətini Ramazanla Şahmurad etmişdir. O, həmin narkotik olan kibrit qutularının 1 ədədini özü istifadə etmək üçün, yerdə qalan 2 ədədini isə müştəri olacağı halda satmaq üçün üstündə saxlamışdır. Çünki, onun istifadə etdiyi narkotiki almaq üçün artıq Şahmurada 215 manat borcu yaranmışdır. Həmin borcu qaytarmaq məqsədilə də üzərindəki narkotikin iki kibrit qutusunda olan hissəsini satmaq istəmişdir. Həmçinin, üzərindən aşkar edilmiş narkotiki üzərində saxlamasından heç kimin xəbəri olmamışdır. O cümlədən əvvəllər heç kimə narkotik vasitə satmamış, ümumiyyətlə narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Sonuncu dəfə xx.xx.2022-ci ildə narkotiki satmaq üçün almış, həmin 3 ədəd kibrit qutusunda olan narkotikdən 1 ədədini özü üçün istifadə etmək, yerdə qalan 2 ədədini isə satmaq fikri olmuşdur. xx.xx.2021-ci il tarixdə Yetərov Sərxan və Yetərov Sahibə konkret miqdarını bilmədiyi çəkidə istifadə etmələri üçün təxminən 2-3 siqaretlik narkotik vasitəni əvəzsiz olaraq pay vermişdir. Onun Təqsirləndirilən şəxs3 narkotik vasitə almasını Şahmuradla ondan başqa heç kim bilməmişdir. O, 29 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 aldığı narkotik vasitənin bir hissəsini həmkəndliləri olan Yetərov Sahib və Yetərov Sərxan adlı şəxslərə vermişdir. Lakin həmin şəxslər onun narkotik vasitəni haradan əldə etməyini və ya Təqsirləndirilən şəxs3 aldığını bilməmişlər. Həmçinin, Balakən RPŞ-da ona hər hansı bir psixi və ya fiziki təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edərək göstərmişdir ki, 02 yanvar 2022-ci ildə Təqsirləndirilən şəxs1 barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə Təqsirləndirilən şəxs1 polis şöbəsinə dəvət olunmuş və üzərinə baxış zamanı narkotik vasitə aşkar edilmişdir. Haradan əldə etməsi ilə bağlı sorğu-sual olunan zaman o, Şahmuraddan aldığını bildirmişdir. Şahmurad Umayev şöbəyə dəvət olunmuş, onun üzərindən də narkotik vasitə aşkar edilmişdir. Narkotik vasitəni haradan əldə etməsi ilə bağlı sorğu-sual olunan zaman “Qobu” ləqəbli Ramazandan aldığını bildirmişdir. Şahid1 ona ünvanlanan sualları cavablandırarkən isə bildirmişdir ki, Təqsirləndirilən şəxs1 barədə narkotik vasitələrin alışı və satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı onun saxlanıldığı gün daxil olmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən 3 qutu narkotik vasitə aşkar olunmuşdur. Onu haradan əldə etməsi ilə bağlı sorğu-sual edən zaman Şahmuraddan aldığını bildirmiş və Şahmurad saxlanılmışdır. Onun üzərindən də narkotik vasitə aşkar edilmişdir. Narkotik vasitəni haradan əldə etməsi ilə bağlı sorğu-sual olunan zaman Ramazandan aldığını bildirmişdir. Onlardan heç biri əməliyyatla bağlı etirazını bildirməmişlər. Təqsirləndirilən şəxs1 yolda hərəkətdə olan zaman saxlanılmışdır. Raportu o hazırlamış, rəhbərliyə təqdim etmişdir. Əməliyyat işi açılmamışdır. Narkotik vasitəni harada əkdiyini və saxladığını Təqsirləndirilən şəxs2 özü polis əməkdaşlarına bildirmişdir. Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitəni konkret kimlərə satmasını bilməmişdir. İfadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 itidai istintaqı zamanı iş üzrə şahid qismində dindirilərkən bildirmişdir ki, Balakən RPŞ-nın NMQ-nın əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 02 yanvar 2022-ci il tarixdə Balakən rayonunun Tülü kənd sakini Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə Balakən RPŞ-ya məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə tərəfindən RPŞ-nın rəhbərliyinə müvafiq raportla müraciət edilmiş, daha sonra göstəriş əsasında həmin gün, saat 14 radələrində Təqsirləndirilən şəxs1 Balakən şəhəri ərazisində saxlanılaraq RPŞ-ya gətirilmiş və barəsində tədbir görülməsi məqsədilə RPŞ-nın rəhbərliyinə raportla müraciət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, daha sonra isə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində qanunsuz saxlanılan əşya vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs1 da üzərində “nəşə” olduğunu bildirərək əynindəki qara rəngli isti gödəkcənin sol içəri cibindən 03 ədəd kibrit qutusu çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən başqa qanunsuz saxlanılan əşya, predmet və sair aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 həmin 03 ədəd kibrit qutularındakı narkotik vasitəni tanışı Şahmurad adlı şəxsdən aldığını, öz şəxsi istifadəsi üçün, həmçinin də alıcı olduğu halda satmaq məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi kibrit qutularına baxılmış, içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması aşkar edilmişdir. Bundan başqa, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 03 ədəd kibrit qutusundakı narkotik vasitəni aldığını bildirdiyi Şahmurad adlı şəxsin şəxsiyyəti müəyyən edilmiş və onun rayonun Gərəkli kənd sakini Təqsirləndirilən şəxs3 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində yaşadığı Gərəkli kəndi ərazisində saxlanılaraq tərəflərindən polis şöbəsinə gətirilmiş və barəsində tədbir görülməsi məqsədilə RPŞ-nın rəhbərliyinə raportla müraciət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil X4 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs3 üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs3 da əynindəki qara rəngli isti qış gödəkcəsinin sağ yan cibindən 02 ədəd kibrit qutusu və Təqsirləndirilən şəxs1 satmış olduğu narkotik vasitənin müqabilində sonuncudan götürdüyünü bildirdiyi 01 ədəd 100 manatlıq, 02 ədəd 20 manatlıq, 01 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq və 04 ədəd 1 manatlıq olmaqla, ümumilikdə 164 manat məbləğində pulu da əynindəki cins şalvarın sol yan cibindən çıxardıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərində başqa qanunsuz saxlanılan əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 təqdim etdiyi kibrit qutularına baxılmış, içərisində spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması müəyyən edilmişdir. Həmçinin, araşdırma zamanı Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusunda olan narkotik vasitəyə oxşar kütləni həmkəndlisi olan Təqsirləndirilən şəxs2 alması müəyyən edildiyi üçün Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində rayonun Gərəkli kəndi ərazisində saxlanılaraq polis şöbəsinə dəvət edilmişdir. O, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs2 üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs2 də əynindəki isti qış gödəkcəsinin sol yan cibindən 01 ədəd sellofan torba çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan torbada olan bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana olduğunu və özünün əkdiyi 5 ədəd narkotik tərkibli bitkilərdən əldə etdiyini bildirmişdir. Həmçinin, təxminən 10 gün əvvəl həmin narkotik vasitənin 100 qramlıq hissəsini Təqsirləndirilən şəxs3 500 manata satdığını, təqdim etdiyi narkotik vasitənin yerdə qalan hissəsini isə yaşadığı Gərəkli kəndi ərazisində xalası Kəmaləyə məxsus yaşayış olmayan evdə saxladığını və həmin narkotik vasitəni də təqdim edə biləcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan torbaya baxılmış, içərisində spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd sellofan torba elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar bitki kütləsinin sellofan torba ilə birlikdə çəkisi 29,52 qram olmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs2 Gərəkli kəndi ərazisində xalası Kəmaləyə məxsus yaşayış olmayan evdə saxladığı narkotik vasitəni təqdim edə biləcəyini bildirdiyi üçün qeyd olunan yaşayış evinə baxış keçirilməsi üçün getmişlər. Təqsirləndirilən şəxs2 xalası Kəmalə Xipiyevaya məxsus faktiki isə özünün nəzarət etdiyi yaşayış olmayan evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və evin həyətinə daxil olmuş, evin birinci mərtəbəsindəki odun sobasının arxasından bir ədəd sintetik kisə çıxardıb təqdim etmişdir. Həmin sintetik kisədə olan bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana olduğunu, Təqsirləndirilən şəxs3 həmin narkotik vasitədən satdığını, eyni zamanda həmin narkotik vasitəni də əkdiyi 5 ədəd narkotik tərkibli bitkidən yığaraq əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd sintetik kisə elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar bitki kütləsinin sintetik kisə ilə birlikdə çəkisi 3 kiloqram 710 qram olmuşdur. Daha sonra isə 01 ədəd sintetik kisənin içərisindəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elə bir ədəd sintetik kisədə qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Balakən RPŞ-nın əməkdaşları Şahid2 və Şahid3 Şahid1la oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti üzrə əlavə şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 29 dekabr 2021-ci ildə onlara getmiş, o, onun qardaşı Sahib Yetərov və Təqsirləndirilən şəxs1 birlikdə narkotik vasitə istifadə etmişlər. Həmin gündən sonra o, Təqsirləndirilən şəxs1 görməmişdir. Şahid Sərxan Yetərov ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, istifadə etdiyi narkotik vasitəni “Mazımçay” ərazisində tapmışdır. Təqsirləndirilən şəxs1 istifadə etdiyi narkotik vasitəni haradan əldə etdiyini bilməmişdir. Həmin vaxtı qardaşı Sahib Yetərov da orada olmuşdur. O, istifadə etdiyi narkotik vasitəni Təqsirləndirilən şəxs1 almadığını, istintaqda isə savadsız olduğunu əsas gətirərək səhv məlumat verdiyini bildirmişdir. Bir ilə yaxın müddətdir ki, narkotik vasitə istifadəçisi olmuşdur. İbtidai istintaq zamanı ona qarşı təsir və təzyiq olmamışdır. Onlar Təqsirləndirilən şəxs1 narkotik vasitələri pulsuz almışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X9 göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Həmkəndlisi olan Təqsirləndirilən şəxs1 tanımış, onunla normal münasibətləri olmuşdur. Elşənlə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Elşənin narkotik vasitə istifadə etdiyini bilir, onunla bir neçə dəfə birlikdə narkotik vasitə istifadə etmişlər. Özü də təxminən 5 ildir ki, narkotik vasitələrdən istifadə edir. 29 dekabr 2021-ci il tarixdə axşam saatlarında Elşən yaşadığı evə gəlmiş və ona narkotik vasitə olduğunu, çəkmək istəsə verə biləcəyini demişdir. O, da Elşənlə birlikdə əvvəllər narkotik vasitə istifadə etdiyi üçün Elşənlə razılaşmışdır. Bunun üçün də Elşənə narkotik verəcəyi halda çəkmək istədiyini bildirdiyi üçün Elşən də ona narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkmək üçün vermişdir. O, da Elşənin siqaretə doldurub verdiyi narkotikdən bir-iki dəfə tüstüsünü içinə çəkmək yolu ilə qəbul etmişdir. Eyni zamanda qardaşı Sahib də həmin vaxt oraya gəldiyi üçün bir neçə dəfə də narkotikdən qardaşı çəkmişdir. Daha sonra da Elşən qardaşı Sahibə və ona bir iki siqaretlik narkotik verib çəkərlər demişdir. Həmin narkotiki Elşən onlara pay olaraq vermişdir. Həmin vaxtdan sonra isə Elşəni o, görməmişdir. Elşənin ona və qardaşına vermiş olduğu narkotik vasitəni də 31 dekabr 2021-ci il tarixdə qardaşı ilə birlikdə istifadə etmişdir. Əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ona və qardaşı Sahibə verdiyi narkotik vasitənin çəkisinin hansı miqdarda olmasını o, dəqiq bilməmişdir. Çünki Elşən narkotiki ona verən zaman həmin narkotiki çəkməmişlər, təxmini olaraq bir-iki siqaretlik vermişdir. Təqsirləndirilən şəxs1 ona verdiyi narkotik vasitəni isə haradan əldə etməsini o, bilmir. Çünki bu barədə Elşəndən heç nə soruşmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 ona əvvəllər narkotik vasitə satmamışdır. Sadəcə olaraq bir neçə dəfə birlikdə narkotik vasitələrdən istifadə etmişlər. Həmçinin Təqsirləndirilən şəxs1 ona narkotik vasitə verməsindən sadəcə qardaşı Sahibin xəbəri olmuşdur, çünki Sahib özü də elə onlarla birlikdə olmuşdur. Başqa da heç kimin bundan məlumatı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 başqa şəxslərə narkotik vasitə verib-verməməsi ilə bağlı onun heç bir məlumatı olmamışdır. Göstərilənlərlə yanaşı, cinayət işinin materiallarında olan 03 yanvar 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan 02 yanvar 2022-ci il tarixli raportdan görünür ki, Balakən rayonun Tülü kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 satış məqsədilə üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan 02 yanvar 2022-ci il tarixli raportdan görünür ki, Balakən rayonun Tülü kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 satış məqsədilə üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşımasında şübhəli olduğundan Təqsirləndirilən şəxs1 Balakən RPŞ-ya dəvət edilmişdir. Cinayət işinin materiallarında olan 02 yanvar 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 14:55 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 02 yanvar 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əynində cins şalvar, boz rəngli ayaqqabı, qara polver və qara rəngli qış gödəkcəsi olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində hər hansı qeyri-qanuni əşya və ya predmetin olub-olmaması barədə sual verildikdə Təqsirləndirilən şəxs1 üzərində olan qara rəngli qış gödəkcəsinin sol içəri yan cibindən 3 ədəd kibrit qutularını çıxararaq təqdim etmişdir. Həmin kibrit qutularında yaşıl rəngli spesifik iyli narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması aşkar edilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs1 təqdim etdiyi 03 ədəd kibrit qutusu elektron tərəzidə çəkilmiş, kibrit qutuları ilə birlikdə ayrı-ayrılıqda çəkiləri 8,74 qram, 8,51 qram və 8,62 qram olmuşdur. Daha sonra da 03 ədəd kibrit qutusunun içərisindəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə kibrit qutuları ilə birlikdə bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılaraq maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs1 narkotik vasitələri hardan əldə etməsi barədə sual verildikdə, o, tanışı olan Şahmurad adlı şəxsdən 100 manat müqabilində aldığını, məqsədinin həmin kütlədən istifadə etməklə yanaşı, həm də satmaq olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən başqa qanunsuz saxlanılan əşya, predmet və sair aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan 02 yanvar 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 03 ədəd kibrit qutularındakı narkotik vasitəni aldığını bildirdiyi Şahmurad adlı şəxsin şəxsiyyəti müəyyən edilmiş və rayonun Gərəkli kənd sakini Təqsirləndirilən şəxs3 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə yaşadığı Gərəkli kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan 02 yanvar 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə, saat 16:35 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 02 yanvar 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 əynində boz rəngli cins şalvar, qara rəngli ayaqqabı, qara polver və qara rəngli qış gödəkcəsi olmuşdur. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs3 üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs3 da əynindəki qara rəngli isti qış gödəkcəsinin sağ yan cibindən 02 ədəd içərisində qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olduğu kibrit qutularını və şalvarın sol yan cibindən 164 manat məbləğində pul vəsaitini də əynindəki cins şalvarın sol yan cibindən çıxardıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərində başqa qanunsuz saxlanılan əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs3 narkotik vasitələri hardan əldə etdiyi barədə sual verildikdə, o, tanışı olan Ramazan adlı şəxsdən 500 manat müqabilində aldığını və digər tanışı Təqsirləndirilən şəxs1 100 manata satdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 təqdim etdiyi kibrit qutularına baxılmış, içərisində spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi 02 ədəd kibrit qutusu elektron tərəzidə çəkilmiş, içərisində narkotik vasitəyə oxşar bitki kütləsinin olduğu kibrit qutuları ilə birlikdə ayrı-ayrılıqda çəkiləri 8,42 qram və 8,75 qram olmuşdur. Daha sonra 02 ədəd kibrit qutusunun içərisindəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə kibrit qutuları ilə birlikdə bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, bundan başqa da 01 ədəd 100 manatlıq, 02 ədəd 20 manatlıq, 01 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq və 04 ədəd 1 manatlıq olmaqla, ümumilikdə 164 manat məbləğində pul vəsaiti də bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırımış və maddi sübut kimi götürülmüşdür. Cinayət işinin materiallarında olan 02 yanvar 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş narkotik vasitələri aldığını bildirdiyi Ramazan adlı şəxsin şəxsiyyəti müəyyən edilmiş və rayonun Poştbinə kənd sakini Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan 02 yanvar 2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 18:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 02 yanvar 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 əynində cins şalvar, polver, idman üsullu ayaqqabı, boz rəngli qış gödəkcəsi və başında qara rəngli papaq olmuşdur. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs2 üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs2 də əynindəki isti qış gödəkcəsinin sol yan cibindən 01 ədəd sellofan torba çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd sellofan torba elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar bitki kütləsinin sellofan torba ilə birlikdə çəkisi 29,52 qram olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan torbada olan bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana olduğunu və özünün əkdiyi 5 ədəd narkotik tərkibli bitkilərdən əldə etdiyini bildirmişdir. Həmin narkotik vasitənin 100 qramını Təqsirləndirilən şəxs3 500 manata satdığını, təqdim etdiyi narkotik vasitənin yerdə qalan hissəsinin isə yaşadığı Gərəkli kəndi ərazisində xalası Kəmaləyə məxsus yaşayış olmayan evdə saxladığını və həmin narkotik vasitəni də təqdim edə biləcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan torbaya baxılmış, içərisində spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması müəyyən edilmişdir. Bundan sonra isə 01 ədəd sellofan torbanın içərisindəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış və maddi sübut kimi götürülmüşdür. Cinayət işinin materiallarında olan 02 yanvar 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Balakən rayonunun Gərəkli kənd sakini Təqsirləndirilən şəxs2 nəzarət etdiyi xalası X1 məxsus yaşayış olmayan evə həmin gün baxış keçirilmişdir. Evin çöl darvaza qapısından içəri daxil olduqda həyətyanı sahədə 2 mərtəbəli yaşayış olmayan təmirsiz ev olmuşdur. Təqsirləndirilən şəxs2 evin hansı hissəsində narkotik vasitə saxlaması barədə soruşulmuş, Təqsirləndirilən şəxs2 də evin alt mərtəbəsində olan qaz sobasının arxa hissəsində saxladığı 1 ədəd ağ rənli sintetik kisəni təqdim etmişdir. Həmin ağ rəngli sintetik kisənin ağzı açılıb içərisinə baxılmış, içərisində yaşıl rəngli spesifik iyli qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Həmin kütlə 1 ədəd elektron tərəzidə çəkilmiş, çəkisi 3,71 kq təşkil etmişdir. Daha sonra həmin sintetik kisə içərisindəki kütlə ilə birlikdə qablaşdırılıb maddi sübut kimi götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs2 həmin sintetik kisədə olan qurudulmuş marixuanaya oxşar kütlədən tanışı Təqsirləndirilən şəxs3 satdığını bildirmişdir. Əlavə baxış zamanı heç bir qeyri-qanuni əşya, predmetə rast gəlinməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə bioloji ekspertizasının 03 yanvar 2022-ci il tarixli 17/4 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 3 ədəd kibrit qutularında...maddi sübut." sözləri və imzalar yazılmış zərfin içərisindəki üç ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri - 6,06 qr., 5,92 qr. və 5,72 qr., ümumi təmiz çəkiləri - 17,70 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində "Vət. Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutularında...maddi sübut." sözləri və imzalar yazılmış zərfin içərisindəki iki ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri- 5,73 qr. və 6,16 qr., ümumi təmiz çəkiləri- 11,89 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində "Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd sellofan torbada...maddi sübut." sözləri və imzalar yazılmış zərfin içərisindəki bir ədəd sellofan torbada, təmiz çəkisi- 21,20 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda "Aşkar edilmiş 1 ədəd kisədə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlədən ibarət maddi sübut." sözləri və imzalar yazılmış sintetik kisənin içərisindəki təmiz çəkisi - 3 kiloqram 635 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üç ədəd zərflərdə və bir ədəd sintetik kisədə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: 1) Marixuananın təmiz çəkisi - 3 kq 685,79 qr,. tədqiqata sərf edildi - 0,35 qr, (hər obyektdən 0,05 qr.) qalıq - 3 kq 685,44 qr. Cinayət işinin materiallarında olan 04 yanvar 2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barədə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 04 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs1 04 yanvar 2022-ci il tarixdə, saat 14:55-də Balakən RPŞ-nın MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan 05 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin materiallarında olan 10 yanvar 2022-ci il tarixli üzləşmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və X9 üzləşdirilmişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs1 Sərxan Yetərovu uzun müddətdir ki, tanıdığını bildirmişdir. Həmçinin, o, Sərxan Yetərovun üzünə 29 dekabr 2021-ci il tarixdə, axşam saatlarında tanışı Təqsirləndirilən şəxs3 aldığı narkotik vasitəni Tülü kəndində Sərxan Yetərovun yaşadığı yerə gətirdiyini demiş, Sərxan, onun qardaşı Sahib və Elşən birlikdə həmin narkotik vasitəni siqaretə dolduraraq qəbul etmişlər. Narkotik vasitənin bir hissəsini qəbul etdikdən sonra Təqsirləndirilən şəxs1 həmin narkotik vasitədən Sərxan və onun qardaşı Sahib Yetərov qardaşlarına əvəzsiz olaraq pay vermiş, oradan çıxaraq öz yaşadığı evə getmişdir. X13 Orucovun dediklərini təsdiq edərək əlavə etmişdir ki, həmin gündən sonra o, Təqsirləndirilən şəxs1 görməmiş, Təqsirləndirilən şəxs1 onlara pay verdiyi narkotik vasitəni Sərxan qardaşı Sahiblə birlikdə 31 dekabr 2021-ci il tarixdə istifadə edərək qurtarmışdır. Cinayət işinin materiallarında olan Gəncə şəhəri narkoloji dispanserindən daxil olmuş ambulator məcburi narkoloji tibbi yoxlamanın 03 fevral 2022-ci il tarixli 139 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Gəncə şəhəri narkoloji dispanserindən daxil olmuş ambulator məcburi narkoloji-tibbi yoxlamanın 03 fevral 2022-ci il tarixli 140 nömrəli nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Gəncə şəhəri narkoloji dispanserindən daxil olmuş ambulator məcburi narkoloji-tibbi yoxlamanın 03 fevral 2022-ci il tarixli 141 nömrəli nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X14 14 iyun 2022-ci il tarixli 71 saylı stasionar məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyin dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Balakən RİH başçısının Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 28 yanvar 2022-ci il tarixli 54 və 55 nömrəli arayışlardan görünür ki, Orucov X7 rayonunun Tülü kəndində qeydiyyatda olmaqla, həmin ünvanda ailəsi ilə yaşayır. Həmin nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 subaydır. Təqsirləndirilən şəxs1 barədə Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə yazılı şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Balakən RİH başçısının Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 fevral 2022-ci il tarixli 117 və 118 nömrəli arayışlardan görünür ki, Umayev X6 rayonunun Gərəkli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Həmin nümayəndəlik tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 ailəlidir, 1 övladı var, tam orta təhsillidir, milliyyətcə azərbaycanlıdır və kəndin ictimai işlərində yaxından köməklik göstərmişdir. Təqsirləndirilən şəxs2 barədə Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Balakən RİH başçısının Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 fevral 2022-ci il tarixli 115 və 116 nömrəli arayışlardan görünür ki, Bodurov X2 rayonunun Gərəkli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Həmin nümayəndəlik tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 subaydır, tam orta təhsillidir, milliyyətcə azərbaycanlıdır və kəndin ictimai işlərində yaxından köməklik göstərmişdir. Təqsirləndirilən şəxs3 barədə Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarında olan Balakən Rayon Məhkəməsinin 04 yanvar 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs3 barədə üç ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Balakən Rayon Məhkəməsinin 04 yanvar 2022-ci il qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barədə dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və evinə baxış keçirilərək narkotik maddənin aşkar edilməsi, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə üzərlərinə şəxsi axtarış keçirilən zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin tələblərinə əsasən, məhkəmə təhqiqat orqanının hazırki iş üzrə əldə etdiyi sübutları qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 CM-in 234.4.3-cü, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Onların qeyd olunan cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özlərinin ibtidai istintaq zamanı verdikləri tam etirafedici ifadələri, məhkəmə istintaqı zamanı isə qismən etirafedici ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. İbtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs2 əməlini CM-in 234.4.3-cü, Təqsirləndirilən şəxs1 əməlini isə CM-in 234.2-ci maddəsilə tövsif etmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs3 əməlini CM-in 234.2-ci maddəsilə yanaşı, 234.1-ci maddəsi ilə də tövsif etməkdə səhvə yol vermişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun verdiyi anlayışlar baxımından (madddə 1.0.8) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, (maddə 1.0.10) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, (maddə 1.0.11) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər hesab olunur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 12-ci bəndinə əsasən, beynəlxalq adı “marixuana (kannabis)” olan narkotik vasitənin qurudulmuş halda 5 qramı şəxsi istehlak miqdarından artıq miqdar, qurudulmayan halda 500 qramı isə külli miqdar hesab olunur. Təqsirləndirilən şəxs3 verilmiş ittihama əsasən, o 29 dekabr 2021-ci il tarixdə, saat 18 radələrində Balakən rayonunun Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsi ərazisində həmin kənd sakini Təqsirləndirilən şəxs2 qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq 01 ədəd sellofan torbada 29,59 qramdan artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 500 manat müqabilində alaraq əldə edib daşıyaraq, yaşadığı evin yaxınlığındakı çöllük sahədə gizlədərək saxlamış, həmin narkotik vasitə qurudulmuş marixuananın istintaqa məlum olmayan çəkidə hissəsini istintaqa məlum olmayan məqsədlərlə sərf etmiş qalan 29,59 qramın 17,70 qram olan hissəsini hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 6,06 qr, 5,92 qr və 5,72 qr olmaqla, üç ədəd kibrit qutularına doldurmaqla xx.xx.2022-ci il tarixdə rayonun Tülü kəndi ərazisində çöllük sahədə tanışı Təqsirləndirilən şəxs1 150 manata satmış, yerdə qalan şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 11,89 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 5,73 qram və 6,16 qram olmaqla, iki ədəd kibrit qutusunda qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan öz istehlakı məqsədi ilə əynindəki isti qış gödəkcəsinin sağ yan cibində daşıyaraq saxlamışdır. Göründüyü kimi, istintaq orqanı Təqsirləndirilən şəxs3 qarşı irəli sürdüyü ittihamda müəyyən etmişdir ki, o, digər tərqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 500 manata aldığı 29,59 qramdan artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə almış və 29,59 qramın 17,70 qramını ayrı-ayrılıqda təmiz çəkiləri 6,06 qr, 5,92 qr və 5,72 qr olmaqla, üç ədəd kibrit qutusuna doldurub, xx.xx.2022-ci ildə Təqsirləndirilən şəxs1 150 manata satmışdır. Ümumilikdə, Təqsirləndirilən şəxs3 aşkar edilmiş 29,59 qramdan artıq qurudulmuş marixuananın satış məqsədilə əldə edilməsinin müəyyən olunmasına baxmayaraq, istintaq orqanı heç bir sübut və əsas olmadan həmin narkotik vasitənin 17,70 qramının satış məqsədi olmadan təqsirləndirilən şəxsin öz istehlakı məqsədi ilə daşıyaraq saxlaması qənaətinə gəlmişdir. Başqa sözlə, istintaq orqanı təqsirləndirilən şəxsdən aşkar olunan narkotik vasitənin bütövlükdə həm satış məqsədilə, həm də satış məqsədi olmadan əldə edilməsinə görə ittiham irəli sürmüşdür. Lakin təqsirləndirilən şəxs satmaq niyyətilə əldə etdiyi qurudulmuş marixuananın bir hissəsini satmış, qalan hissəsi isə qısa zaman kəsiyində ondan aşkar edilərək götürülmüşdür. Halbuki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Ona görə də Təqsirləndirilən şəxs3 əməli CM-in 234.2-ci maddəsilə əhatə olunduğundan CM-in 234.2 və 234.1-ci maddələrindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməli, CM-in 234.1-ci maddəsi ona verilmiş ittihamlardan xaric edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Cinayət işindən görünür ki, Təqsirləndirilən şəxs1 01 yanvar 2021-ci il tarixdə, saat 21 radələrində Balakən rayonunun Tülü kəndi ərazisindəki çöllük sahədə rayonun Gərəkli kənd sakini Təqsirləndirilən şəxs3 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq üç ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 6,06 qr, 5,92 qr və 5,72 qr, ümumi təmiz çəkisi 17,70 narkotik vasitə olan qurudulmuş marixuananı 150 manat müqabilində alaraq əldə edib üzərində daşıyaraq satmaq məqsədi ilə saxlamış (satmaq niyyətinin olması barədə üzərində videoçəklişlə axtarış aparılarkən də bildirmişdir) və 02 yanvar 2021-ci il tarixdə Balakən RPŞ-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin narkotik vasitə qurudulmuş marixuana 02 yanvar 2021-ci ildə, saat 15:10-dan, saat 15:40-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 29,59 qram narkotik vasitə olan qurudulmuş marixuananın 17,70 qramını hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 6,06 qr, 5,92 qr və 5,72 qr olmaqla, üç ədəd kibrit qutusuna doldurub, xx.xx.2022-ci il tarixdə rayonun Tülü kəndi ərazisində çöllük sahədə tanışı Təqsirləndirilən şəxs1 150 manat müqabilində satmış, yerdə qalan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 11,89 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 5,73 qram və 6,16 qram olmaqla, iki ədəd kibrit qutusunda satış məqsədilə üzərində daşıyaraq saxlamış və 02 yanvar 2022-ci il tarixdə Balakən RPŞ-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin tarixdə, saat 16:50-dən, saat 17:20-dək aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynindəki isti qış gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 vahid satış məqsədi və tamah niyyəti ilə külli miqdarda, yəni ümumi təmiz çəkisi 3 kq 685,79 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq Balakən rayonunun Gərəkli kəndində yerləşən xalası X1 məxsus özünün nəzarət etdiyi yaşayış evinin birinci mərtəbəsindəki qaz sobasının arxasında saxlamış, həmin narkotik vasitənin 29,59 qramdan artıq çəkidə olan hissəsini 01 ədəd sellofan torbada xx.xx.2021-ci il tarixdə, saat 18 radələrində rayonun Gərəkli kəndi ərazisində çöllük sahədə tanışı Təqsirləndirilən şəxs3 500 manata satmış, yerdə qalan külli miqdarda 3 kiloqram 656,2 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın 21,20 qramını əynindəki isti qış gödəkcəsinin sol yan cibində, yerdə qalan külli miqdarda, yəni təmiz çəkisi 3 kiloqram 635 qramını isə xalası X1 məxsus, özünün nəzarət etdiyi yaşayış evinin birinci mərtəbəsindəki qaz sobasının arxasında vahid satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq saxlamış və 02 yanvar 2022-ci il tarixdə Balakən RPŞ-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin tarixdə, saat 18:45-dən saat 19:15-dək və saat 19:50-dən saat 20:20-dək keçirilmiş baxış zamanı həmin yerlərdən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqli olaraq məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 heç nə verməməsini, ondan heç nə alıb satmamasını, narkotik vasitədən istifadə edib satmamasını, narkotik vasitə ilə bağlı Təqsirləndirilən şəxs2lə də danışmamasını bildirmişdir. Təqsirləndirilən şəxsin irəli sürdüyü dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, o, istintaqın ilkin mərhələsindən başlayaraq, videoçəkilişlə üzərində və evində axtarış və baxış keçirilərkən, izahat, habelə şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən, 04 yanvar 2022-ci il tarixli Balakən Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilən zaman ifadə verərkən Təqsirləndirilən şəxs1 narkotik vasitə satdığını etiraf etmiş, əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3la bərabər, digər Təqsirləndirilən şəxs2 də məhkəmə kollegiyasının iclasında ifadə verərəkən ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, üzərində heç nəyin olmadığını, narkotik vasitələrin ona məxsus olmasının polislər tərəfindən məcburi formada boynuna qoyulduğunu, narkotik vasitələrin ona məxsus olmadığını, xalasının evində narkotik tərkibli bitkiləri əkmədiyini, Şahmurada və Elşənə narkotik vasitə vermədiyini, polislər onu döydüyünə görə ibtidai istintaq zamanı qorxusundan etirafedici ifadə verdiyini bildirsə də, digər Təqsirləndirilən şəxs3 kimi o da istintaqın ilkin mərhələsindən başlayaraq izahat verərkən, videoçəkilişlə üzərinə axtarış və 02 yanvar 2022-ci il tarixdə nəzarət etdiyi xalası X1 məxsus yaşayış olmayan evə baxış keçirilərkən narkotik vasitənin 100 qramını Təqsirləndirilən şəxs3 500 manata satdığını, əməlindən peşman olduğunu və təqdim etdiyi narkotik vasitənin yerdə qalan hissəsini isə yaşadığı Gərəkli kəndi ərazisində xalası Kəmaləyə məxsus yaşayış olmayan evdə saxladığını və həmin narkotik vasitəni də təqdim edə biləcəyini bildirmişdir. Digər Təqsirləndirilən şəxs1 isə ibtidai istintaq zamanı verdiyi ifadədən fərqli olaraq bildirmişdir ki, Sərxan və Sahib Yetərov qardaşlarını tanımış, onlarla bir kənddə yaşamış, əvvəllər Yetərov qardaşlarına narkotik vasitə verməmiş və satmamış, istintaq zamanı Şahmuradın adını verməmişdir. Sərxan və Sahib Yetərov qardaşları ona narkotik vasitə satmışlar. İbtidai istintaq zamanı verdiyi ifadə qismən doğrudur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilkin mərhələsindən başlayaraq zahat verərkən, şübhəli şəxs kimi videoçəkilişlə üzərində axtarış keçirilərkən, şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən, habelə 10 yanvar 2022-ci il tarixdə X9 üzləşdirilərkən Sərxan Yetərovu uzun müddətdir tanıdığını, 29 dekabr 2021-ci il tarixdə, axşam saatlarında tanışı Təqsirləndirilən şəxs3 aldığı narkotik vasitəni Tülü kəndində Sərxan Yetərovun yaşadığı yerə gətirdiyini, Sərxan və onun qardaşı Sahiblə birlikdə həmin narkotik vasitəni siqaretə dolduraraq qəbul etdiklərini, narkotik vasitənin bir hissəsini qəbul etdikdən sonra həmin narkotik vasitədən Sərxan və onun qardaşı Sahib Yetərova əvəzsiz olaraq pay verdiyini, oradan çıxaraq öz yaşadığı evə getdiyini Sərxan Yetərovun üzünə qarşı demişdir. Sərxan Yetərov isə Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək əlavə etmişdir ki, həmin gündən sonra o, Təqsirləndirilən şəxs1 görməmiş, Təqsirləndirilən şəxs1 onlara pay verdiyi narkotik vasitəni qardaşı Sahiblə birlikdə 31 dekabr 2021-ci il tarixdə istifadə edərək qurtarmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında“ 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 24-cü bəndində deyilir ki, CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 25-ci bəndində isə qeyd edilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə kollegiyasının iclasında polislərin qanunsuz təsirinə məruz qaldıqlarını və polislərin ayrı-ayrılıqda onları döydüklərini bildirmişlər. Məsələyə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi saxlanıldıqları vaxtdan məhkəmədə sərbəst ifadə verənədək polislər tərəfindən döyülmələri və ya hər hansı təsir və təzyiqə məruz qalmaları barədə heç bir söz deməmiş, nə özləri, nə də müdafiəçiləri vasitəsilə məhkəməyədək icraatı aparan orqan və ya hər hansı bir dövlət qurumu qarşısında bununla bağlı hər hansı məsələ qaldırmamış, hər hansı narazılıq ifadə edən müraciətlər etməmişlər. Əksinə, onlar şübhəli şəxs qismində saxlanandan etirafedici ifadələr vermiş, barələrində qətimkan tədbiri seçilərkən isə əməlindən peşman olduqlarını bildirmişlər. Belə olan halda onların polis tərəfindən döyülməsi barədə irəli sürdükləri dəlillər əsaslı və ağlabatan görünmür. Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir (CPM-in 124.1-ci maddəsi). Ancaq bu şahidlərin ifadəlrində ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar görünmür. Ona görə də bu ifadələr mötəbər sübut kimi qəbul edilə bilməz. Aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda (CPM-in 125.2-ci maddəsi). İstinad olunan məlumatlar isə qanunvericiliyin tələb etdiyi tərzdə əldə edilmədiyi üçün sübut kimi qəbul edilə bilməz. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cinayət-prosessual qanunvericiliyinin istinad olunan müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında CMP-in 125-ci maddəsinin müddəalarına əsasən, məhkəmə istintaq orqanının hazırki iş üzrə əldə etdiyi sübutları mötəbər və qanuni hesab edir. Məhkəmə kollegiyası gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 CM-in 234.2-ci, Təqsirləndirilən şəxs2 isə CM-in 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin məhkəmə istintaqı zamanı qeyd etdikləri dəlilləri məhkəmə kollegiyası əvvəlcədən düşünülmüş müdafiə taktikası kimi qəbul edir və hesab edir ki, onların məhkəmə istintaqı zamanı bildirdikləri müdafiə xarakterli əsaslandırmalardır və bunlar təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməri üçün əsas ola bilməz. Göstərilənlərə və CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birinin törətdiyi əməllərdə cinayət tərkibi vardır. Onların bu əməldə təqsirsiz olması barədə özlərinin və müdafiəçilərinin gətirdiyi bütün dəlillər əsassızdır. Düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 CM-in 234.2-ci, Təqsirləndirilən şəxs2 isə CM-in 234.4.3-cü maddələrilə ittiham verilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birinin ayrıayrılıqda CM-in 234.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də onların hər birinə ayrı-ayrılıqda CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə kollegiyası CM-in 59.2-ci maddəsinə uyğun olaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə müsbət səciyyələndirilməsini və digər təqsirləndirilən şəxslərin müəyyən edilməsinə köməklik etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda, məhkəmə kollegiyası və Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar, Təqsirləndirilən şəxs3 cəzasını isə yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təyin olunacaq cəza məsələsinə gəlincə, məhkəmə kollegiyası bu məsələ üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm olmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarı). Digər tərəfdən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. İşdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ümumi təmiz çəkisi 17,70 qram, Təqsirləndirilən şəxs3 29,59 qram, Təqsirləndirilən şəxs2 isə 3 kiloqram 656,2 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunusuz olaraq satmaqla CM-in 234.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan az ağır və ağır cinayət əməllərini törətmiş şəxslərdir. Bu əməllərinə görə onlar həmin maddələrin sanksiyalarına uyğun olaraq üç ildən beş ilə və beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilərlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 özlərini narkotik vasitələrin xeyli və külli miqdarda satışında təqsirli bilməslər də, tədqiq edilmiş sübutlardan görünür ki, onlar və digər Təqsirləndirilən şəxs1 cəmiyyət üçün xüsusi təhlükə doğuran narkotik vasitələrin satışını həyata keçirən şəxslərdir. Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı övladının olmasını, digər təqsirləndirilən Təqsirləndirilən şəxs1 isə müsbət xarakterli bir şəxs kimi səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edən və iş üzrə cəzanı ağırlaşdıran halların olmasını müəyyən etməyən məhkəmə kollegiyası belə vəziyyətdə hesab edir ki, ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə altı il altı ay müddətə azadlıqdan məhrum etmə, Təqsirləndirilən şəxs3 üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs1 isə üç il müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə qeyd olunan cəzalarının təyin edilməsini cəzanın islah təsiri baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 altı il altı ay müddətə azadlıqdan məhrum etmə, Təqsirləndirilən şəxs3 üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs1 isə üç il müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsi sosial ədalətin bərpasına, onların islah olunmalarına, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Qeyd olunanlarla yanaşı, cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Çünki, təqsirləndirilən şəxslərin hazırda heç bir məhkumluqları olmadığı üçün onlar ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər hesab olunurlar. Ona görə də qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir (CM-in 56.1.2-ci maddəsi). Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın başlanğıcı onların şübhəli şəxs qismində tutulduqları tarixdən, Təqsirləndirilən şəxs1 isə həbsə alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs3, və Təqsirləndirilən şəxs2 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək saxlanılmalı, Təqsirləndirilən şəxs1 barədə polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cinayət işinin materiallarında olan narkoloji ekspertizanın rəyində əks olunanlar əsas götürülərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalı, iş üzrə maddi sübut olub saxlanılması üçün Balakən RPŞ-nın saxlanc anbarına verilən verilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş, həmçinin Təqsirləndirilən şəxs2 nəzarət etdiyi xalası Kəmalə Xipiyevaya məxsus yaşayış olmayan evə baxış zamanı götürülmüş 03 ədəd ağ zərfdə və bir ədəd sintetik kisədə qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 3 kq 685,44 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana məhv edilməlidir, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan zaman götürülmüş 164 manat məbləğində pul vəsaitiTəqsirləndirilən şəxs3 qaytarılmalıdır. Cinayət işi üzrə otuz dörd manat əlli beş qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, və Təqsirləndirilən şəxs2 hər birindən on bir manat əlli altı qəpik olmaqla, tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 02 yanvar 2022-ci il tarixdən 04 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün onun cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq iki il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 24 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 02 yanvar 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs3 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, altı il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 02 yanvar 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Balakən RPŞ-nın saxlanc anbarına verilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş, həmçinin Təqsirləndirilən şəxs2 nəzarət etdiyi xalası Kəmalə Xipiyevaya məxsus yaşayış olmayan evə baxış zamanı götürülmüş 03 ədəd ağ zərfdə və bir ədəd sintetik kisədə qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 3 kq 685,44 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan zaman götürülmüş 164 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs3 qaytarılsın. İş üzrə otuz dörd manat əlli beş qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, və Təqsirləndirilən şəxs2 hər birindən on bir manat əlli altı qəpik olmaqla, tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-107/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-107/2022
24.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver