Məhkəmə qərarları › İş №1(091)-107/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-107/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-107/2023 02.05.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1993-cü ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Kəlbəcər rayonunun Qılınclı kəndində qeydiyyatda olmaqla həbs olunanadək Yevlax şəhəri, Heydər Əliyev prospekti 33 ünvanında yerləşən Tahir Əzimov adına orta internat məktəbində müvəqqəti olaraq yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X8 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə saat 04 radələrində Yevlax şəhəri Heydər Əliyev prospekti 33 ünvanında yerləşən Tahir Əzimov adına orta internat məktəbində müvəqqəti olaraq məskunlaşıb yaşadığı mənzildə olan zaman arvadı X7 onun xəbəri olmadan gizli olaraq istifadə etdiyi sonuncuya məxsus olan “Samsung A13” markalı mobil telefonu Nuridə Salmanovun döşəmədə uzandığı döşəyin üzərində görərək həmin mobil telefonu götürüb içərisində olan məlumatlara baxan zaman həmin mobil telefonun fotoşəkillər salxanılan bölməsində Nuridə Salmanovanın ayrı-ayrı tanımadığı kişi cinsli şəxslərlə yaxın və səmimi fotoşəkillərini, həmçinin mobil telefonun “WhatsApp” mobil tətbiqində sevgi məzmunlu audio səsli və yazılı mesajlarını gördükdən sonra Nuridə Salmanovaya nə üçün ona xəyanət etməklə onu digər şəxslərin yanında biabır etməsi ilə bağlı iradını bildirmiş, sonuncunun ona cavab olaraq “yaxşı edirəm, ... mənimdir, özüm bilərəm” deyib əri kimi onu saymadığını bildirdikdən sonra Nuridə Salmanovanın xəyanət etməsinə görə sonuncunu qısqanclıq zəminində qəsdən öldürmək qərarına gələrək həmin cinayətkar niyyətini həyata keçirmək üçün yaşadığı mənzilin qapısından binanın dəhlizinə çıxaraq dəhlizdə döşəmə üzərinə atılmış uzunluğu 3 metr olan 04 ədəd təsərrüfat təyinatlı ipləri götürərək bir-birinə dolayıb qalın ilgək formasına salaraq həmin ilgəyin hər iki baş hissələrini əllərinə dolayıb dairəvi ilgək halına gətirib yenidən dəhlizdən mənzilə daxil olaraq Nuridə Salmanovanın mənzilin otağında sol tərəfdə döşəmə üzərində əyləşdiyi yerə yaxınlaşıb Nuridə Salmanovanın arxa tərəfinə keçib əlində olan təsərrüfat təyinatlı ipdən hazırladığı ilgəyi Nuridə Salmanovanın boyun nahiyəsinə dolayaraq hər iki əli ilə ilgəyi zor tətbiq etməklə sıxaraq sonuncunu boğmaqla Nuridə Salmanovaya təsərrüfat təyinatlı ipdən hazırlanmış ilgəyin bədənin öz ağırlığından boyun üzvlərini sıxması nəticəsində əməl gələn boyunun yuxarı 1/3-nin köndələn, qapanan bir qat stranqulyasiya şırımı xəsarəti yetirməklə baş vermiş mexaniki asfiksiya nəticəsində Nuridə Salmanovanı qısqanclıq zəminində qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək və özünü CM-in 120.1ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı ildə dayısı İman Əşrəfovun nəvəsi X14 ilə evlənmiş, bu evlilikdən 09 avqust 2017-ci ildə oğlu Hafis, 09 sentyabr 2019cu ildə isə qızı Jasmin doğulmuşdur. X27 2021-ci ildə ona xəyanət etmiş, lakin azyaşlı uşaqları olduğu üçün sonuncunu bağışlamışdır. O, əvvəlcə ailəsi ilə birlikdə Daşkəsən rayonunda yaşamış, 2021-ci ilin may ayında isə ailəsi ilə birlikdə qaynanası X18 şəhərində yerləşən Tahir Əzimov adına orta internat məktəbində yaşadığı evə köçmüşdür. 2022-ci ilin iyun ayında isə Bərdə rayonu, Güloğlular kəndində yerləşən Şahid1 məxsus olan fermada iş tapmış və ailəsini də özü ilə birlikdə götürüb fermaya aparmışdır. Sonradan X27 2022-ci ilin oktyabr ayında əvvəlcə Bərdə rayonunun Hacallı kəndində, 2022-ci ilin noyabr ayından etibarən isə Bərdə şəhərində yerləşən kafedə işləməyə başlamışdır. X27 Bərdə rayonunun Hacallı kəndində yerləşən kafedə işləyən müddət ərzində yaradılan şəraitlə maraqlanmaq üçün oraya getmişdir. Orada olan zaman kafenin arvadının işləməsi üçün normal yer olmadığını düşünərək arvadına həmin işdən çıxmasını məsləhət görmüş və arvadı onunla razılaşaraq artıq həmin kafedə işləməmişdir. Bundan sonra arvadı Bərdə şəhərində yerləşən “Bərdə Pub” kafesində işləməyə başlamış və orada işləyən müddət ərzində yaradılan şəraitlə maraqlanmaq üçün 16 noyabr 2022-ci il tarixdə həmin kafeyə getmişdir. Orada olan zaman kafenin arvadının işləməsi üçün normal yer olmadığını düşünərək arvadına həmin işdən çıxmasını məsləhət görmüş, lakin arvadı bununla razılaşmadığı üçün o, bu barədə qaynanası Gülnarə Əşrəfovaya məlumat vermişdir. Bundan sonra həmin tarixdə fermaya qayıtdıqda qızının və oğlunun orada olmadığını görmüş, sonradan qaynanası Gülnarə Əşrəfova ona Nuridə Salmanovanın uşaqlarını da özü ilə apardığını və bir daha fermaya geri qayıtmayacağını deməsini bildirmişdir. Sonra o, Nuridə Salmanovaya zəng edərək geri qayıtmasını təklif etmiş, lakin sonuncu onun bu təklifi ilə razılaşmamışdır. X21 anasına Bərdə Rayon Polis Şöbəsinə gedərək nikahın pozulması üçün müraciət etdiyini bildirmiş, qaynanası da bu səbəbdən şöbəyə getmiş, lakin qızını razı sala bilməmişdir. X2 Salmanovanın uşaqları ilə birlikdə olduğunu, uşaqlara görə Yevlax şəhərində yerləşən internat məktəbində yaşadığı evə gələcəyini bildirdiyi üçün o, həmin internat məktəbində yerləşən təmirsiz otaqların birində qalaraq arvadını gözləmişdir. Nuridə Salmanova həmin gün deyil, səhəri gün, yəni 17 noyabr 2022-ci il tarixdə saat təxminən 15-16 radələrində iki nəfər tanımadığı kişi cinsli şəxslərlə birlikdə avtomobillə həmin evə gəlmiş və uşaqları evdə qoyub yenidən həmin yeri tərk etmişlər. Bundan sonra o, yenidən həmin yerdə qalaraq X27nı gözləmiş, sonuncu 18 noyabr 2022ci il tarixdə saat 03 radələrində bir nəfər kişi cinsli şəxslə birlikdə avtomobillə qaynanasının yaşadığı evə gəlmiş və bir müddət sonra isə həmin yeri tərk etmişdir. 19 noyabr 2022-ci il tarixdə saat təxminən 03 radələrində Nuridə Salmanova evə gəlmiş, o isə həmin vaxt internat məktəbinin 3-cü mərtəbəsində dayanıb sonuncunu izləmiş və X27 ilə anası Gülnarə Əşrəfovanın söhbət etdiyini görüb onların olduğu mənzilə daxil olmuşdur. Bu zaman o, Nuridə Salmanovanın spirtli içki qəbul etməklə sərxoş vəziyyətdə olduğunu görmüş, sonuncunu bu yoldan çəkindirmək məqsədilə söhbət etməyə başlamış və bir müddət sonra isə Nuridə Salmanova onunla razılaşmışdır. Bundan sonra X17 həmin otağı tərk edib getmiş, o isə X27 ilə otaqda qalmışdır. Saat təxminən 04 radələrində orada olarkən o, Nuridə Salmanovanın yanında “Samsung Galaxy” markalı mobil telefonun olduğunu görərək götürmüş və mobil telefonun “WhatsApp” mobil tətbiqindəki mesajlar bölməsinə baxdıqda arvadının çoxlu kişi cinsli şəxslərlə mesajlaşmasını, qalereya bölməsinə baxdıqda isə arvadının bir neçə nəfər kişi cinsli şəxslərlə çəkilmiş fotoşəkillərini görmüş və bu vaxt X27 onu istəmədiyini, qeyd olunan hərəkətlərinin şəxsi işi olduğunu və həmin əməllərinə davam edəcəyini bildirmişdir. Bundan sonra o, qeyd olunan hərəkətlərinə görə arvadını öldürmək qərarına gəlmiş, bu məqsədlə çölə çıxıb dəhlizdə olan təsərrüfat ipini götürüb yenidən həmin otağa daxil olmuş və X27nın əyləşdiyi divanda oturmuşdur. Bundan sonra o, Nuridə Salmanovaya nə üçün bu əməllərindən əl çəkmədiyini soruşmuş, sonuncu isə ona heç nə edə bilməyəcəyini bildirmişdir. Bu zaman o, Nuridənin sol gicgah nahiyəsinə əli ilə bir zərbə vurmuş, zərbənin təsirindən sonuncunun saçında olan dəmir metal qeyd olunan nahiyəsinə xəsarət yetirmişdir. Bundan sonra Nuridə Salmanova bu etdiyi hərəkətə görə tutulacağını ona bildirmiş, o isə həmin vaxt oturmuş vəziyyətdə olan Nuridə Salmanovanın arxa hissəsinə keçib ipi ön hissədən boğazına tutmuş, dizini də Nuridənin kürək nahiyəsinə dirəyib ipi özünə tərəf dartaraq sonuncunu boğmağa başlamışdır. Bu zaman Nuridə Salmanova ona müqavimət göstərmiş, lakin bunun nəticəsi olmamış, təxminən 20-25 dəqiqə müddətində Nuridə Salmanovanı təsərrüfat ipi ilə boğduqdan sonra artıq sonuncunun hərəkət etmədiyini görmüş və öldüyünə əmin olaraq döşəyin üzərinə uzatmışdır. Bundan bir müddət sonra qaynanası Gülnarə Əşrəfova, ardınca isə Murad Cəmilli otağa daxil olmuş və X27nın öldüyünün şahidi olmuşlar. Bundan sonra o, Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermiş və sonradan oraya gəlmiş Yevlax RPŞ-nin əməkdaşlarına könüllü təslim olmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X19 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zaur Qədirov ilə ailə həyatı qurub Yevlax şəhərində yerləşən Tahir Əzimov adına orta internat məktəbində yaşamağa başlamışdır. X32 2016-cı ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və bu evlilikdən 2 övladı dünyaya gəlmişdir. Anar X12n arasında bir neçə dəfə mübahisə yaranmış, bunların birində 2021-ci ilin may ayında X32 evi tərk edərək Salehlə birlikdə yoxa çıxmış, lakin sonradan Təqsirləndirilən şəxs X27nı bağışlamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs, Nuridə Salmanovanı və onların övladlarını Yevlax şəhərində yaşadığı internat məktəbinə gətirmiş və yaşadığı otağın yanındakı otağa yerləşdirmişdir. Bir müddət orada qaldıqdan sonra Təqsirləndirilən şəxs, Nuridə Salmanova və övladları Bərdə rayonu, Mirzəxan kəndində yerləşən fermada, ardınca isə Bərdə rayonu, Güloğlular kəndində yerləşən fermada işləməyə başlamışlar. 16 noyabr 2022-ci ildə Təqsirləndirilən şəxs ona zəng edib X22 rayonunda kafedə işlədiyini bildirmiş və sonuncunu bu fikrindən daşındırmasını məsləhət görmüşdür. O, qızı X22 rayonu, Güloğlular kəndində yaşadığı mənzilə getdikdə artıq qızının uşaqlarını götürüb həmin yeri tərk etməsi ona məlum olmuşdur. Bundan sonra o, Nuridə Salmanovaya zəng etdikdə sonuncu nikahın pozulması ilə bağlı ərizə yazacağını və hazırda Bərdə Rayon Polis Şöbəsində olduğunu ona demişdir. Daha sonra o, həmin polis şöbəsinə gedərək Nuridə Salmanova ilə söhbət etmiş, lakin cəhdləri nəticəsiz qalmış və sonuncu həmin yeri tərk edib getmişdir. Növbəti gün, yəni 17 noyabr 2022-ci il tarixdə Nuridə Salmanova 2 nəfər kişi cinsli şəxslərlə onun yaşadığı evə gələrək uşaqlarını onun yanına gətirmiş qoymuş, ardınca isə həmin yeri tərk edib getmişdir. 18 noyabr 2022-ci il tarixdə saat saat 02 radələrində Nuridə Salmanova yenidən bir nəfər kişi cinsli şəxslə birlikdə onun yaşadığı evə gəlmiş və uşaqları üçün gətirdiyi ərzaqları orada qoyub yenidən həmin yeri tərk edib getmişdir. 19 noyabr 2022-ci il tarixdə saat 01 radələrində Nuridə Salmanova yenidən onun yaşadığı evə gəldikə Təqsirləndirilən şəxs da otağa daxil olmuş və bundan sonra sonuncu ilə Nuridə Salmanova arasında sözlü mübahisə yaranmışdır. O, mübahisəyə müdaxilə edərək Anar X12 sakitləşdirmiş, uşaqları da götürüb özünün yaşadığı digər mənzilə keçərək yatmış, Təqsirləndirilən şəxsla Nuridə Salmanova isə həmin otaqda qalmışdır. Bundan bir müddət sonra saat təxminən 04 radələrində Anar X4qları otaqdan mübahisə səslərinin gəldiyini eşidib yuxudan oyanmış, qeyd olunan otağın qapısını döymüş və Təqsirləndirilən şəxs qapını açdıqda sonuncu ona Nuridə Salmanovanı öldürdüyünü bildirmişdir. Daha sonra o, otağa daxil olduqda sol tərəfdə yerdə Nuridə Salmanovanın boğazına ip keçirilmiş vəziyyətdə olduğunu görmüş və sonuncunun ölməsi ona məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəmilli Murad Mətləb oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2013-cü ildən etibarən Gülnarə Əşrəfova ilə qeyri-rəsmi ər-arvad münasibətində olmaqla Yevlax şəhərində Tahir Əzimov adına orta internat məktəbində sonuncu ilə birlikdə yaşayır. X1, Təqsirləndirilən şəxs isə kürəkənidir. Nuridə Salmanova 2021-ci ilin may ayında həmkəndlisi olan oğlana qoşulub evi tərk etmiş, sonradan isə X33 X12 barışdırıb Yevlax şəhərində Tahir Əzimov adına orta internat məktəbində yaşadıqları mənzilin yanında olan otağa yerləşdirmişdir. 2021-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs, Nuridə Salmanova və övladları Bərdə rayonu, Mirzəxan kəndində yerləşən fermada, ardınca isə Bərdə rayonu, Güloğlular kəndində yerləşən fermada işləməyə başlamışlar. 16 noyabr 2022-ci ildə Təqsirləndirilən şəxs Gülnarə Əşrəfovaya zəng edərək X22 rayonunda kafedə işlədiyini bildirmiş və sonuncunu bu fikrindən daşındırmasını məsləhət görmüşdür. Bundan sonra o, Gülnarə Əşrəfova ilə birlikdə X22 rayonu, Güloğlular kəndində yaşadığı mənzilə getdikdə artıq sonuncunun uşaqlarını götürüb həmin yeri tərk etməsi ona məlum olmuşdur. Daha sonra X28 Salmanovaya zəng etdikdə sonuncu nikahın pozulması ilə bağlı ərizə yazacağını və hazırda Bərdə Rayon Polis Şöbəsində olduğunu Gülnarə Əşrəfovaya demişdir. Bundan sonra o, Gülnarə Əşrəfova ilə birlikdə həmin polis şöbəsinə getmiş, orada olan zaman sonuncu Nuridə Salmanova ilə söhbət etmiş, lakin cəhdləri nəticəsiz qalmış və Nuridə Salmanova həmin yeri tərk edib getmişdir. 17 noyabr 2022-ci il tarixdə yaşadığı evə gəldikdə Gülnarə Əşrəfova ona Nuridə Salmanovanın 3 nəfər şəxslə birlikdə uşaqlarını həmin evə gətirdiyini və orada qoyaraq getdiyini demişdir. Həmin gün axşam Nuridə Salmanova yenidən yaşadığı evə gəlmiş və uşaqları üçün gətirdiyi ərzaqları orada qoyub yenidən həmin yeri tərk edib getmişdir. O, 18 noyabr 2022-ci il tarixdə saat 22 radələrində internat məktəbində yaşadığı mənzili tərk etmiş və 19 noyabr 2022-ci il tarixdə saat 02 radələrində həmin evə geri qayıtdıqda Anar X12n mübahisə etdiyini, Gülnarə Əşrəfovanın isə onları sakitləşdirməyə çalışdığını görmüşdür. Bundan sonra o, həmin otağı tərk edib yaşadığı otağa daxil olmuş, bir müddət sonra isə yuxulamışdır. Saat təxminən 04 radələrində Gülnarə Əşrəfovanın qışqırıq səsinə oyandıqda sonuncunun Təqsirləndirilən şəxs qızını öldürməsinin səbəbini soruşmasını eşitmiş, dərhal həmin otağa daxil olduqda isə Nuridə Salmanovanın yerdə uzanmış vəziyyətdə olduğunu, Gülnarə Əşrəfovanın isə sonuncunun üzərinə çökərək ağladığını görmüş və Təqsirləndirilən şəxs Nuridə Salmanovanı öldürdüyünü başa düşmüşdür. Bir müddət sonra oraya polis əməkdaşları gəlmiş və Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Bərdə şəhərində yerləşən “Bərdə Pub” kafesinin sahibidir. X29 2022-ci ilin oktyabr ayının sonlarından etibarən onun sahibi olduğu kafedə işləməyə başlamışdır. Nuridə Salmanovanın işə başlamasından təxminən 2 gün sonra axşam saatlarında işdən çıxanda özünə məxsus olan avtomobil ilə sonuncunu Bərdə rayonu, Güloğlular kəndində yerləşən evinə aparmış, orada olan zaman Təqsirləndirilən şəxsla söhbət əsnasında sonuncu ondan Nuridə Salmanovanın işi ilə bağlı müəyyən məlumatları soruşmuş və o da sonuncunun kafedə qabları yuduğunu Təqsirləndirilən şəxs bildirmişdir. Nuridə Salmanova sonuncu dəfə kafeyə 18 noyabr 2022-ci il tarixdə gəlmiş və həmin gün saat təxminən 23 radələrində çıxıb getmişdir. Anar X12n arasında hər hansı mübahisənin şahidi olmamış və bu barədə heç nə eşitməmişdir. 19 noyabr 2022-ci il tarixdə Nuridə Salmanovanın əri Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirildiyini öyrənmiş, lakin bunun səbəbi ilə bağlı hər hansı məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7, X20, Şahid6 və Şahid2 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid3 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 noyabr 2022-ci il tarixli raportdan görünür ki, Yevlax şəhərində yerləşən köhnə internat məktəbinin binasında yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə 051 350-99-32 mobil telefon nömrəsindən Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək arvadı X10 boğaraq öldürməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 noyabr 2022-ci il tarixli məlumatdan görünür ki, həmin tarixdə saat 06 radələrində Yevlax Rayon Polis Şöbəsindən Yevlax rayon prokurorluğuna Təqsirləndirilən şəxs arvadı X10 Yevlax şəhərində yerləşən internat məktəbində yaşadığı mənzildə təsərrüfat ipi ilə boğaraq qəsdən öldürməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri mərhum X7 yaşadığı Yevlax şəhəri T.Əzimov adına orta internat məktəbində yerləşən mənzilin yataq otağıdır. Hadisə yerinə baxış keçirilən zaman 04 ədəd 03 metr uzunluğunda sintetik materiallı təsərrüfat ipi, 01 ədəd üzərində qanabənzər ləkə olan bənövşəyi rəngli döşəkcə, 01 ədəd odeyal, 01 ədəd döşək və üzərində olan 01 ədəd döşək üzü, habelə ağ rəngli üzəri naxışlı 01 ədəd mütəkkə aşkar edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, X29nın meyitinə baxış keçirilən zaman boynunun 1/3-nin ön səthində, çəp yuxarı qalxan, qəhvəyimtil rəngdə, qapanmayan, eni 1 sm, uzunluğu 12 sm olan stranqulyasiya şırımı aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmənin aparılması haqqında 20 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, təqdim edilən qara rəngli, uzunqol kişi sviterinin sağ və sol qollarında qanabənzər ləkələr aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, X11 məxsus “Samsung Galaxy A13” markalı mobil telefona baxış keçirilərkən telefona yüklənilmiş “WhatsApp” mobil tətbiqinin mesajlar bölməsində Nuridə Salmanovanın bir neçə kişi cinsli şəxslərlə sevgi məzmunda mesajlaşmalarının olması, sonuncunun özünə məxsus olan fotoşəkilləri həmin şəxslərə göndərməsi, mesajlaşdığı şəxslərin ona görüşməyi təklif etməsi, Nuridə Salmanovanın mesajlaşdığı şəxsləri Bərdə şəhərində yerləşən və işlədiyi “Bərdə Pub” kafesinə dəvət etməsi və həmin şəxslərdən bir neçəsi ilə fotoşəkillər çəkdirib fotoşəkilləri qeyd olunan şəxslərə göndərməsi müəyyən olundu. Mobil telefonun qalereya bölməsinə baxış keçirilən zaman isə Nuridə Salmanovanın qəlyan çəkən zaman çəkilmiş fotoşəkilləri, “Bərdə Pub” kafesinə gəlmiş kişi cinsli şəxslərlə rəqs etməsinə dair videogörüntülər, habelə həmin şəxslərə məxsus və qeyd olunan şəxslərlə birlikdə çəkilmiş fotoşəkilləri aşkar edildi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə-ambulator psixiatrik və psixoloji ekspertizasının 07 dekabr 2022-ci il tarixli 748/266 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəlik keçirməmişdir. O, halhazırda heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Daşkəsən RMX PHŞ-dən verilmiş 24 noyabr 2022-ci il tarixli arayış), anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-in 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi töərədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. O, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim-psixiatra müraciət etməməsi (Daşkəsən RMX PHŞ-dən verilmiş 24 noyabr 2022-ci il tarixli arayış), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və hazırkı ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, eskpertiza zamanı onda qavrama, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması əsas verir. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 08 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertinin 15 dekabr 2022-ci il tarixli 37 nömrəli rəyindən görünür ki, X7 meyitində “boyunun yuxarı 1/3-nin köndələn, qapanan, bir qat stanqulyasiya şırımı” diaqnozu ilə, küt alətin, yəni yarımbərk materialdan, ekspertizaya təqdim edilən təsərrüfat təyinatlı ipdən hazırlanmış ilgəyin bədənin öz ağırlığından boyun üzvlərini sıxması nəticəsində əmələ gəlmiş, həyati, ölüm baş verməmişdən çox qısa müddət əvvəl yetirilmiş xəsarət aşkar edilmişdir. X7 meyitindən götürülmüş duru qan nümunəsinin kimyəvi tədqiqatı nəticəsində 0,8% qatılığında etil spirti aşkar edilmişdir ki, bu göstərici də mövcud cədvələ görə yüngül dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. Mərhumun ölümünə səbəb boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur. Boyunun yuxarı 1/3-nin köndələn, qapanan bir qat stranqulyasiya şırımı, daxili üzvlərin doluqanlılığı, dəridə sıxılma əlamətləri, ürəkdə qanın duru vəziyyəti, gözün ağlı qişasına, üzv plevrasına və ürəyin səthinə nöqtəvari qansızma bu növ ölümün təsdiqedici əlamətlərindəndir. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 2-4 saat əvvəl baş verdiyini göstərir. Meyitin təşrihi zamanı mərhumun sağlığında hər hansı xəstəlikdən əziyyət çəkməsini göstərən məhkəmə-tibb əlamətləri, anadangəlmə və ya qazanılmış patoloji dəyişiklik aşkar edilməmişdir. X7 ağız boşluğundan, uşaqlıq yolundan və düz bağırsaqdan götürülmüş tamponlarda sperma aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 16 dekabr 2022-ci il tarixli 1916 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş məlumatlara baxış keçirilməsi haqqında 23 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Nuridə Salmanovanın istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə müxtəlif mobil telefon nömələrindən sevgi məzmunlu mətn mesajlarının göndərilməsi, 17 noyabr 2022-ci il tarixdə ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**- ** mobil telefon nömrələrindən zənglərin edilməsi, habelə Nuridə Salmanovaya məxsus qeyd olunan telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında 04 noyabr 2022-ci il və 16 noyabr 2022-ci il tarixlərdə telefon əlaqələrinin olması aşkar edildi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 26 dekabr 2022-ci il tarixli 4693/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının 27 dekabr 2022-ci il tarixli 3/1746; 3/1747 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş şəffaf rəngli bir-birinə hörülmüş çox sayda burumdan ibarət 04 hissədən ibarət olan təsərrüfat iplərinin səthində əl-barmaq və papilyar naxış izləri aşkar edilməmişdir. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” yazı qeydləri olan bağlamadan aşkar edilmiş şalvarın səthində rəyin tədqiqi hissəsində lokalizasiyası və sayı göstərilməklə təsvir edilən zədə vardır. Təqdim edilmiş şalvarın səthində olan zədə ilişmə nəticəsində yaranmağa xarakterik cırılma zədəsidir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədənin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından yuxarıda qeyd edilən zədənin əmələ gəlmə mexanizminin müəyyən edilməsi mümkün deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 29 dekabr 2022-ci il tarixli 6/7008 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X11 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının, hadisə yerindən götürülmüş 02 ədəd döşəkcə, döşək üzlüyü, nazik yorğanın və dırnaq nümunələrinin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş X11 məxsus olduğu qeyd edilən uzunqol köynəyin üzərindən aşkar edilmiş bozumtul qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən uzunqol sviterin tərkib liflərinə uyğun gəlirlər.Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən cins şalvarın üzərindən aşkar edilmiş qırmızı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X11 məxsus olduğu qeyd edilən uzunqol köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş hadisə yerindən götürülmüş döşək üzlüyünün üzərindən aşkar edilmiş qırmızı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X11 məxsus olduğu qeyd edilən uzunqol köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs götürülmüş dırnaq nümunələrinin üzərindən aşkar edilmiş qırmızı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X11 məxsus olduğu qeyd edilən uzunqol köynəyin lif tərkiblərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 23 yanvar 2023-cü il tarixli 792/2022-MTBŞ nömrəli rəyindən görünür ki, X7 ABO sistemi üzrə qrup göstəricisi Abeta/H/(İİ)-dir. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi Oalfa, beta(İ)-dir. Ekspertizaya təqdim edilmiş N.E.Salmanovaya məxsus cins şalvar, uzunqol kofta, Təqsirləndirilən şəxs məxsus şalvar, sviter, 04 ədəd iplər, bir ədəd döşəkcə, mütəkkə, mələfə və döşəyin üzlüyünün üzərində olan ləkələrdə insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Bu ləkələr ABO sistemi üzrə Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən də Təqsirləndirilən şəxs məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Salmanov X23 rayonu, Qılınclı kəndində daimi qeydiyyatda olmaqla məcburi köçkün kimi müvəqqəti olaraq Daşkəsən rayonu, Zəylik kəndində məskunlaşmışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. 09 sentyabr 2017-ci ildə doğulmuş oğlu Hafiz Salmanov və 09 sentyabr 2019-cu ildə doğulmuş qızı Jasmin Salmanova onun himayəsindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, X3 rayonu, Qılınclı kəndində daimi qeydiyyatda olmaqla məcburi köçkün kimi müvəqqəti olaraq Daşkəsən rayonu, Zəylik kəndində məskunlaşmışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. 09 sentyabr 2017-ci ildə doğulmuş oğlu Hafiz Salmanov və 09 sentyabr 2019-cu ildə doğulmuş qızı Jasmin Salmanova onun himayəsində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 24 noyabr 2022-ci il tarixli PHŞ/6.33-2-2022-146 nömrəli məktubdan görünür ki, Salmanov X24 RMX PHŞ-nin Narkoloji və Ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən və Daşkəsən Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Salmanov X24 Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli hökmü ilə CM-in 152.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il sınаq müddəti ilə şərti hesаb edilmiş və 14 mart 2019-cu ildə cəzasını çəkib qurtarmışdır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində məhkumluq sınaq müddəti başa çatdıqda ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun məhkumluğu ödənildiyindən sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətlərin residivini yaratmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması haqqında 19 noyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20 noyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsləsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 120.1-cİ maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə, cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini CM-in 59.1.8-ci maddəsinə, könüllü gəlib təqsirini boynuna almasını və cinayətin açılmasına fəal kömək etməsini CM-in 59.1.10-cu maddəsinə, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını isə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasının ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddəin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 120.1-ci maddəsində göstərilən cinayət əməli xüsusilə ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və azadlığı məhdudlaşdırıldığı 19 noyabr 2022-ci il tarixdə saat 10:00-dan tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli qərarından görünür ki, əvvəli 19 noyabr 2022-ci il tarixdə saat 10:00-dan hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 19 noyabr 2022-ci il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bunlarla yanaşı, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 28-ci bəndindən görünür ki, azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqlar olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPM-in 160-cı maddəsinə uyğun olaraq qohumların, yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əlavə edilməlidir. Odur ki, CPM-in 160.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs iki azyaşlı uşaqları – 09 sentyabr 2017-ci ildə doğulmuş oğlu Hafiz Salmanov və 09 sentyabr 2019cu ildə doğulmuş qızı Jasmin Salmanovaya nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadıqları ərazi üzrə Yevlax Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına tapşırılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq olunmasına zərurət yoxdur. İş üzrə mülki iddianın və xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut olan və Yevlax rayon prokurorluğunda saxlanılan dörd ədəd təsərrüfat ipi, bir ədəd döşəyin üzü, bir ədəd döşəkcə, bir ədəd odeyal, 01 ədəd nalça, mərhum zərərçəkmiş şəxs X11 və Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri və dırnaq nümunələri, mərhum zərərçəkmiş şəxs Nuridə Salmanovaya məxsus bir ədəd qırmızı rəngli qara damalı uzunqol köynək, bir ədəd boz rəngli şalvar, bir ədəd qara rəngli tuman, Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd boz rəngli sviter və bir ədəd boz rəngli cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, mərhum zərərçəkmiş şəxs Nuridə Salmanovaya məxsus bir ədəd “Samsung Galaxy A13” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X15 qaytarılmalı, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin və təqsirləndirilən şəxs qismində ifadəsinin yerində yoxlanılmasının videogörüntüləri olan 2 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və Nuridə Salmanovanın istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrələrinə dair rabitə məlumatlarının əks olunduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 153 (bir yüz əlli üç) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 153 (bir yüz əlli üç) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 19 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iki azyaşlı uşaqları – 09 sentyabr 2017-ci ildə doğulmuş oğlu Hafiz Salmanov və 09 sentyabr 2019-cu ildə doğulmuş qızı Jasmin Salmanovaya nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadıqları ərazi üzrə Yevlax Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına tapşırılsın. Cinayət iş üzrə maddi sübut olan və Yevlax rayon prokurorluğunda saxlanılan dörd ədəd təsərrüfat ipi, bir ədəd döşəyin üzü, bir ədəd döşəkcə, bir ədəd odeyal, 01 ədəd nalça, mərhum zərərçəkmiş şəxs X11 və Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri və dırnaq nümunələri, mərhum zərərçəkmiş şəxs Nuridə Salmanovaya məxsus bir ədəd qırmızı rəngli qara damalı uzunqol köynək, bir ədəd boz rəngli şalvar, bir ədəd qara rəngli tuman, Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd boz rəngli sviter və bir ədəd boz rəngli cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, mərhum zərərçəkmiş şəxs Nuridə Salmanovaya məxsus bir ədəd “Samsung Galaxy A13” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X15 qaytarılmalı, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin və təqsirləndirilən şəxs qismində ifadəsinin yerində yoxlanılmasının videogörüntüləri olan 2 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və Nuridə Salmanovanın istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrələrinə dair rabitə məlumatlarının əks olunduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 153 (bir yüz əlli üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar