Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-108/2021 19.03.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət işinin baxılmasına xitam verilməsi, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə ) Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Kərimov Elvin Əsədullah oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi X2 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ADY-nun 7-nömrəli Ucar elektrik təchizatı sahəsində Yevlax kontakt şəbəkəsi sahəsində elektrik işləyən, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, Dəmir yol binası ev 27, mənzil 4-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (qərarın təsviri əsaslandırıcı hissəsində CM) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında açıq şəkildə keçirilən məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin icraatına xx xxxx 2021-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, Zərərçəkmiş şəxs 2015-ci ilin axırlarında istintaqla müəyyən edilməyən gündə onun anası Şahid2 qızına saxlamaq üçün verdiyi Zərərçəkmiş şəxs məxsus olan 56500 ABŞ dollarının 11000 ABŞ dollarını 2018-ci ilin istintaqla müəyyən edilməyən günündə Zərərçəkmiş şəxs qaytardıqdan sonra yaşadığı Yevlax şəhəri, Dəmiryolu binası ev 27, mənzil 4-də sandıqda saxlanılan 2018-ci ilin oktyabr ayına olan 1 ABŞ dollarının ekvivalenti ilə 77486,5 manat dəyərində olmaqla 45500 ABŞ dolları məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirmək qərarına gələrək 2018-ci ilin istintaqla müəyyən edilməyən ayın günündən başlayaraq “pul vəsaitini Zərərçəkmiş şəxs istəməsinə görə ona aparıb verəcəyi” adı ilə anası Şahid2 aldadaraq istintaqla müəyyən edilməyən günlərdə ayrı-ayrı vaxtlarda həmin sandıqdan Zərərçəkmiş şəxs məxsus 11000 ABŞ dollarını, daha sonra isə 34500 ABŞ dollarını götürüb ələ keçirməklə şəxsi istifadəsinə xərcləmiş, habelə Zərərçəkmiş şəxs mənzil alacağı üçün əvvəllər onun anası Şahid2 verdiyi pulun üzərinə qoyması üçün 2020-ci ilin avqust ayının 17-də ona verdiyi həmin vaxtı ABŞ dollarının ekvivalenti ilə 14467 manat dəyərində olmaqla 8500 ABŞ dolları məbləğində pul vəsaitini “evdə anası Şahid2 saxladığı Zərərçəkmiş şəxs məxsus olan pulunun üzərinə qoyacağı” adı ilə vəd verib aldatma və etibardan sui-istifadə etmək yolu ilə alıb ələ keçirib şəxsi istifadəsinə xərcləməklə ümumilikdə Zərərçəkmiş şəxs məxsus ABŞ dollarının ekvivalenti ilə 91953,5 manat olmaqla 54000 ABŞ dolları məbləğindəki pul vəsaitini ələ keçirməklə Zərərçəkmiş şəxs külli miqdarda əmlak ziyanı vurmaqla qəsdən dələduzluq etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını yoxlayıb aidiyyətlə bağlı məsələni araşdıraraq qeyd edir ki, sözügedən cinayət işinin baxılması Şəki Ağır Cinayətlər Məhkəməsinə aiddir. Məhkəmə tərkibi məhkəmənin hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü ilkin dinləmələr vasitəsilə yoxlamaqla ittiham və müdafiə tərəfinin fikrlərini ayrı-ayrılıqda dinləyib, cinayət işinin materiallarını qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Hazırkı cinayət işi üzrə ibtidai araşdırma zamanı yol verilmiş konkret kobud prosessual pozuntulara gəldikdə məhkəmə kollegiyası bildirir ki, ilk növbədə təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək hüququ, beləliklə də, müdafiə hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu – verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Həmin Məcəllənin 223.3-cü maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyətinin mütləq şəkildə əks etdirilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan cinayət prosessual qanunvericiliyin qeyd edilən normalarının tələblərinə əsasən elan olunan ittihamda cinayətin baş vermə mexanizminin (cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər və s.) dəqiq və ətraflı göstərilməsi, təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu aydın şəkildə anlaması və nədə təqsirləndirildiyini dərk etməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, sözügedən tələblərin qeyd edilən qərarlarda əks etdirilməsi yolu ilə qanunverici hüquqları məhdudlaşdırılan həmin şəxsə nəyə görə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarın qəbul edilməsinin labüdlüyünü izah edir, eyni zamanda həmin şəxsə hansı əməli törətməsi, nədə təqsirləndirildiyini dərk etməsi və ona qarşı irəli sürülən ittihamın mahiyyətinin ona tam aydın olması üçün imkan yaradır. Qanunverici məhz bu cür təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsini qanunu tətbiq edənin üzərinə vəzifə olaraq qoymuşdur. Eyni tələblər həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində də öz əksini tapmışdır. Belə ki, qeyd edilən beynəlxalq sənədin həmin normasında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir. Hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qarşı yekun ittiham irəli sürülmüşdür. (cild 02, iş vər. 88) Bununla belə, ibtidai istintaq orqanı həmin qərarında ümumi ifadələrdən istifadə etməklə faktiki olaraq qanunvericiliyin sadalanan tələblərini formal şəkildə icra etməklə, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında ətraflı məlumatlandırılmaq hüquqlarını məhdudlaşdırmış və beləliklə təqsirləndirlən şəxsin faktiki olaraq, müdafiə hüquqlarını da, zəruri səviyyədə təmin etməmişdir. Belə ki, yuxarıda göstərilən normaların tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamda digər vacib məlumatlarla yanaşı hadisənin baş vermə mexanizminə aid ən vacib xüsusatlardan biri olan hadisənin baş vermə vaxtı, yəni cinayətin törədilmə vaxtı dəqiq göstərilməli olduğu halda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunan ittihamın məzmununda “2018-ci ilin istintaqla müəyyən olunmayan ayında, müəyyən olunmayan günündə kimi, o cümlədən istintaqla müəyyən olunmayan günlərdə ayrı-ayrı vaxtlarda kimi” qeyri-müəyyən ifadələrdən istifadə olunaraq cinayətin törədilmə vaxtı dəqiq göstərilməmiş, qeyd edilən qeyri-müəyyən ifadələr faktiki olaraq təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın məzmununun aydın olmadığını göstərməklə yanaşı təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu bilmək hüququnun tam təmin olunmadığını, yəni bu hüquqlarının pozulmasını təzahür etmiş, habelə onun nədən müdafiə olunması üçün lazımi tədbirlər görməsi istiqamətində, öz müdafiəsini necə qurması yönündə hərəkətlərini məhdudlaşdırmışdır. Məhkəmə hesab edir ki, qeyd olunan ziddiyyətli halların ibtidai istintaq orqanı tərəfindən qanunvericiliyə uyğun şəkildə aradan qaldırılmaması təqsirləndirilən şəxsin ittihamın xarakteri və əsasları haqqında ətraflı məlumatlandırılmaq kimi X4 Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş hüquqlarının da, pozulmasına gətirib çıxarmışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı cinayət prosessual qanunvericiliyin onlara verdiyi prosessual imkandan səmərəli istifadə etməmiş, cinayətin baş vermə vaxtını dəqiqləşdirməyə imkan verən kifayət qədər zəruri istintaq hərəkətləri olduğu halda bunları etməmiş, vaxtından əvvəl ibtidai istintaqın yekunlaşdırılması ilə bağlı, mövcud sübutların kifayət edəcəyi ilə bağlı nəticəyə gəlmiş və yekunda təqsirləndirilən şəxsə qarşı belə qeyrimüəyyən ittiham irəli sürmüşdür. Odur ki, qeyd edilən bu pozuntu bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Lakin nöqsanlar bununla da bitməmiş, həmin qeyri-müəyyən ittiham cinayət təqibinin gedişində dəyişdirilməmiş, müstəntiq tərəfindən dəqiqləşdirilməmiş və yekunda ittiham aktı tərtib olunanda da bu məsələ diqqətdən kənar qalmaqla cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələri və ya 296.2-ci maddəsində göstərilənlər nəzərə alınmaqla tərtib edilməsinə dair prosessual tələblər pozulmuşdur ki, bu da kobud prosessual pozuntu olmaqla yekunda CPM-nin 303.3.6-cı maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Beləliklə, yuxarıda göstərilələri ümumiləşdirdikdə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq zamanı CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin nəzərdə tutulmuş kobud pozuntularına yol verildiyinə görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin hazırlıq iclasında müvafiq qərar qəbul edilərkən təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri də müzakirə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 306-cı maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə məhkəmənin qərarı ilə əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla barəsində xx xxxx 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, cinayət işi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin ağır cinayətlər kateqoriyasına aid olması, həmin əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ibtidai istintaqın və gələcəkdə məhkəmə baxışının normal gedişatına mane olacağını ehtimal etməyə əsas verir ki, belə olan halda onun barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı həbsdə saxlama müddəti xx xxxxx 2021-ci il tarixə kimi uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299-301 və 303-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx xxxxx 2021-ci il tarixə kimi uzadılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 həvalə edilsin. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Rəşid Hüseynov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-108/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-108/2021
19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver