Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-108/2022 25.05.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X4, zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx xxxxxx 1968-ci ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Mingəçevir şəhəri Topçubaçov küçəsi ev 5-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17.11.2021-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri, Topçubaşov küçəsində yaşadığı evin yaxınlığında velosipedlə hərəkətdə olarkən tanışları, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 və 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 ilə qarşılaşıb söhbət edərkən, bədənində ağrılar olduğu üçün narkotik vasitə – metadon tapmağı ondan tələb edən Zərərçəkmiş şəxs2 metadon tapa bilməyəcəyini bildirməsinə baxmayaraq, Zərərçəkmiş şəxs2 yenə də israrla ondan metadon tələb edərək, «özündə yoxdursa hörmətin var, tapıb təşkil elə» əmredici formada göstəriş verdiyinə, həmçinin söhbət əsnasında Zərərçəkmiş şəxs2 yanında olan Zərərçəkmiş şəxs1 velosiped təmirinə görə yaranmış 10 manat məbləğdə borcunu qaytarmalı olduğunu ona dediyinə görə, onunla Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 arasında şəxsi münasibətlər zəminində yaranmış, sonradan isə əlbəyaxa dava-dalaşa çevrilən mübahisə zamanı ilk olaraq Zərərçəkmiş şəxs2 yumruqla onun başından vurub, yerə yıxaraq, əl və ayaq zərbələri ilə sol qulaq nahiyəsindən, Zərərçəkmiş şəxs1 isə sağ ayağından və bədəninin digər nahiyələrindən vurub ona sol saidində qançır, sol qulağında və təpə nayihəsində şişkinlik və yaralar küt əşyanın təsirindən əmələ gəlməyə xarakterik, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra, imkan edib ayağa qalxmış və ayaqüstü vəziyyətdə artıq Zərərçəkmiş şəxs2lə Zərərçəkmiş şəxs1 hücumlarının sona çatmasına baxmayaraq, hər iki şəxs tərəfindən döyüldüyünə görə, onlardan qisas almaq məqsədi ilə üzərində gəzdirdiyi, istintaqa məlum olmayan kəsici-deşici xüsusiyyətlərə malik olan bıçaqla əvvəlcə Zərərçəkmiş şəxs2 döş qəfəsinin sol yarısından iki dəfə zərbə endirərək ona döş qəfəsinin sol yarısında bir ədəd döş boşluğuna dəlib-keçən, kəsicideşici alətin təsirindən əmələ gəlməyə xarakterik, yetirilərkən insan həyatı üçün təhlükəli olduğuna görə sağlamlığa ağır zərər vurmaya, habelə bir ədəd döş qəfəsinin boşluğuna keçməyən, kəsici-deşici alətin təsirindən əmələ gəlməyə xarakterik və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirdikdən sonra Zərərçəkmiş şəxs1 də döş qəfəsinin sol yarısından həmin bıçaqla bir dəfə vuraraq Zərərçəkmiş şəxs1 döş qəfəsinin sol yarısında bir ədəd döş boşluğuna dəlibkeçən, kəsici-deşici alətin təsirindən əmələ gəlməyə xarakterik və yetirilərkən insan həyatı üçün təhlükəli olduğuna görə sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə qəsdən iki nəfər şəxsin sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onunla qonşuluqda yaşamaqla münasibətləri yaxşı olmuş, sonuncuların narkotik vasitədən istifadə etdiklərini bilmişdir. 17 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhər mərkəzi bazarı istiqamətindən yaşadığı Topçubaşov küçəsi 5 saylı ev istiqamətinə gələrkən küçədə evinin qarşısında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə qabaqlaşmış, salamlaşıb hal-əhval tutduqdan sonra Akif ona ağrıdığını deyərək odan metadon tapmasını xahiş etmişdir. Akifə metadonu olmadığını bildirmiş, Fərid Akif ilə onun arasında olan söhbətə müdaxilə etməmişdir. Akiflə söhbət zamanı metadon olmadığını bildirdikdə sonuncu əmr formasında “özündə yoxdursa hörmətin var tapıb təşkil elə” sözünü demişdir. Bir daha metadon olmadığını və metadon tapa bilməyəcəyini dedikdə, Akif onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Akifin yanında olan Fərid də onunla mübahisə edərək onu təhqir etməyə başlamışdır. Mübahisə zamanı Akif onu yumruqla başından vurmuş, zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra Akif təpiklə onu sol qulaq nayihəsindən vuraraq xəsarət yetirmiş, digər tərəfdən isə Zərərçəkmiş şəxs1 də onu sağ ayağından və digər nahiyələrindən vuraraq döyməyə başlamışdır. Küçədə baş verən dava-dalaş zamanı Fərid və Akifin onu döyməyə davam etdiklərinə görə, həmçinin sağ ayağında mil olduğundan və diz qapağında olan həmin milin yerləşdiyi hissəyə zərbə dəyəcəyi halda şikəst qalacağını düşünərək həmin vaxt şalvarının cibində olan cib bıçağını çıxardıb açaraq həmin bıçaqla bir dəfə Akifə zərbə vurmuş, daha sonra isə Fəridə bıçaqla zərbə endirmişdir. Bıçaq xəsarətlərini alan Fərid və Akif ondan aralaşmış, Akifin paltarında qan ləkələrinin olduğunu görüb yaxınlaşaraq onu nə üçün bu həddə çatdırdıqlarını soruşmuş, bundan sonra Akifi qucaqlayaraq sonuncudan üzr istəmişdir. Fərid isə oradan uzaqlaşıb getmişdir. Fərid və Akifə xəsarət yetirdiyi cib bıçağını xəstəxananın həyətinə atdıqdan sonra Akifi yaşadıqları evə yola salmışdır. Bıçaq zərbələrini özünü müdafiə etmək üçün vurmuş, mil olan ayağının zədələnməsinin qarşısını almaqdan ötrü onu döymələrinə son qoymaqları və aralaşmaları üçün, bir dəfə bıçaqla Akifi sinəsindən vuraraq sonuncunu qorxutmaq istəmişdir. Zərərçəkmiş şəxs1 də Zərərçəkmiş şəxs2 ilə birlikdə onu döydükləri üçün Fəridi də özündən aralaşdırmaq üçün vuraraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxslərlə barışmış, törətdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 17 noyabr 2021-ci il tarixdə saat 16 radələrində tanışı Zərərçəkmiş şəxs2 ona zəng vuraraq Mingəçevir şəhəri 20 Yanvar küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində Fəxrəddinlə birlikdə olduqları yerə gəlmələrini bildirmiş, həmin yerə getdikdə orada Akiflə birlikdə olan Təqsirləndirilən şəxs 10 manat borc üçün gəldiyini bildirmişdir. Həmin vaxt Akif Fəxrəddindən metadon istədiyinə görə bunun üstündə aralarında mübahisə olmuş, mübahisə zamanı Akif Fəxrəddini vurmuşdur. O da davaya qoşulduqdan sonra yerə yıxılmış, ayağa qalxdıqdan sonra bədənindən qan axdığını və bıçaqlandığını bilmişdir. Təqsirləndirilən şəxslə barışmış, sonuncudan heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs velosiped ustası kimi tanımış, bir neçə dəfə sonuncuya velosiped təmir etdirmişdir. Təxminən 2021-ci ilin yay aylarından velosiped təmir etdirdikdən sonra Təqsirləndirilən şəxs ona 10 manat borcu qalmışdır. 17 noyabr 2021-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri 20 Yanvar küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində dayanarkən Zərərçəkmiş şəxs2 ona zəng edərək Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında sonuncu ilə aralarında mübahisənin yarandığını deyərək onu həmin yerə dəvət etmişdir. Akif telefonu Fəxrəddinə verdikdən sonra sonuncu ilə danışarkən ona olan 10 manat borcunu qaytarmasını tələb etdikdə Fəxrəddin ona 10 manat borcunun olmadığını bildirmişdir. Bundan sonra Akif məsələyə aydınlıq gətirmək məqsədilə onu Fəxrəddinin yaşadığı evin qarşısına çağırmış, bundan sonra Mingəçevir şəhəri Topçubaşov küçəsində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişdir. Oraya çatdıqda Fəxrəddinlə Akifin arasında mübahisənın yarandığını görüb sonunculara yaxınlaşaraq sakitləşdirmək istəmişdir. Həmin vaxt Fəxrəddin Akifin ünvanına nalayiq söyüş söymüş, bundan sonra Akif və Fəxrəddin əlbəyaxa olmuşlar. Dalaşdıqları zaman Akif sillə ilə Fəxrəddinin sifətindən vurduqdan sonra yerə yıxılmışdır. Sonra Fəxrəddin ayağa qalxıb, cibindən bıçaq çıxardaraq əvvəlcə Akifin döş qəfəsindən həmin bıçaqla vurmuş, Akiflə Fəxrəddini aralaşdırmaq məqsədilə irəli durmaq istədikdə Fəxrəddin əlində olan bıçaqla onun da bel nayihəsindən bir zərbə endirmişdir. Bundan sonra Fəxrəddin oradan çıxıb getmiş, həmin dava zamanı Ramin Pirimov adlı şəhər sakini münaqişəni görmüşdür. Təqsirləndirilən şəxs nə təhqir etməmiş, nə də vurmamış, Zərərçəkmiş şəxs2 narkotik vasitə metadon istəyib-istəməməsindən məlumatı olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən bir neçə ay öncə tanışı Fərid ondan qonşusu Fəxrəddinin Fəridə olan borcunu Fəxrəddini görərkən sonuncunun yadına salmasını xahiş etmiş, 17 noyabr 2021-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri Ərəş küçəsində yerləşən “Qədiroğlu” marketin yaxınlığında qonşusu Fəxrəddinlə qabaqlaşarkən sonuncudan Fəridə olan borcunu qaytarmalı olduğunu bildirmişdir. Fəxrəddin Zərərçəkmiş şəxs1 tanımadığını bildirdiyinə görə Zərərçəkmiş şəxs1 mobil telefonuna zəng edib sonuncunu Fəxrəddinin yaşadığı küçəyə dəvət etmişdir. Zərərçəkmiş şəxs1 onların yanına çatanda Fəxrəddinə velosiped düzəltdirdikdən sonra Fəridə 10 manat məbləğdə borcunun qaldığını bildirmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 təhqir etməyə başlamış, bu zaman o, qabağa durub Fəxrəddini sinəsindən itələyərək Fəridin yaşca kiçik olmasını, sonuncunu təhqir etməməsini demişdir. Həmin vaxt Fəxrəddin üzərində dayandığı velosipeddən yıxılmış, sonra isə ayağa durub üzərlərinə gəlmişdir. Dava zamanı hər üçü yerə yıxılmış, ayağa duran zaman bıçaqla xəsarət aldığını bilmişdir. Hadisədən sonra onlar oradan uzaqlaşmışlar. Həmin gün şəhər xəstəxanasına müraciət etmiş, dava zamanı Ramin Piriyev adlı şəxs orada olmuş, lakin münaqişəyə müdaxilə etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə metadon istəməmiş, onunla aralarında narkotik vasitə ilə bağlı hər hansı bir söhbət və ya mübahisə olmamışdır. Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2lə qonşu olmaqla Zərərçəkmiş şəxs1 də Akifin vasitəsilə tanımışdır. 17 noyabr 2021-ci il tarixdə saat 16 radǝlərində o, siqaret almaq məqsədilə Mingəçevir şəhəri, Ərəş küçəsində yerləşən "Qədiroğlu" marketə gedərkən marketin yaxınlığındakı Ərəş küçəsinin kəsişməsində əvvəldən tanıdığı Təqsirləndirilən şəxs iki nəfər şəxslə ucadan mübahisə etdiyini görmüşdür. Yaxınlaşdıqda mübahisə edən şəxslərin tanışları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs olduğunu bilmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs velosipedinin üzərində dayanaraq həmin şəxslərlə mübahisə etmişdir. Mübahisənin səbəbi və predmetinin nə olduğunu bilməmiş, mübahisə zamanı həmin şəxslərin arasında əlbəyaxa dava baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hər üçü yerə yıxıldıqdan sonra həmin şəxslərə yaxınlaşıb aralaşdırmış, daha sonra oradan uzaqlaşıb getmişdir. Təxminən yarım saat sonra Zərərçəkmiş şəxs2 yaşadığı binanın yaxınlığında görəndə sonuncunun bıçaqlanaraq xəsarət aldığını bilmiş, Zərərçəkmiş şəxs1 isə həmin dava zamanı bıçaqla xasarət almasını bilməmişdir. Fərid, Akif və Fəxrəddinin hər üçü əlbəyaxa dava edərək yerə yıxılmalarının şahidi olsa da Fəxrəddin yerdə olarkən sonuncunun Fərid və ya Akif tərəfindən təpiklə vurularaq döyülməsini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 17.11.2021-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhər ərazisində yerləşən «Qədiroğlu» marketdə olarkən oğlu Fərid ona zəng edərək evdə olub-olmadığını və evdə yod məhlulunun olub-olmadığını soruşaraq həmçinin ona dalaşdığını bildirmişdir. Bundan sonra tez yaşadığı evə getsə də oğlu Fəridi orada görməmiş, oradan xəstəxanaya getdikdən sonra oğlu Fəridin Mingəçevir şəhər sakin «Faxı» ləqəbli Fəxrəddin adlı şəxs tərəfindən bıçaqlandığını bilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 2021-ci il 19 noyabr tarixli 739 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar olunan xəsarətlər: döş qəfəsinin sol yarısında bir ədəd döş boşluğuna dəlib-keçən yara kəsici-deşici əşyanın (alətin), ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti qərarda göstərilən 17.11.2021-ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə xəsarət yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 2021-ci il 19 noyabr tarixli 740 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar olunan xəsarətlər: döş qəfəsinin sol yarısında bir ədəd döş boşluğuna dəlib-keçən yara və bir ədəd döş qəfəsinin boşluğuna keçməyən kəsilmiş-deşilmiş yarası kəsici-deşici əşyanın (alətin), ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti qərarda göstərilən 17.11.2021ci il tarixə uyğundurlar. Ağırlıq dərəcələrinə görə döş qəfəsinin daxilinə dəlib keçən yara yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir. Döş qəfəsinin daxilinə keçməyən bir ədəd yara isə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 23.11.2021-ci il tarixli, 746 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar olunan xəsarətlər: sol saiddə qançır, sol qulaqda və təpə nayihəsində şişkinlik və yaralar küt əşyanın (alətlərin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddəti qərarda göstərilən 17.11.2021-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə trasoloji ekspertizasının 14 fevral 2022-ci il tarixli 3/49 nömrəli rəyindən görünür ki, -tədqiqata təqdim edilmiş üzərində "Zərərçəkmiş şəxs2....." yazıları olan bağlamadan aşkar edilmiş gödəkçənin, uzunqol köynəyin, üzərində "Zərərçəkmiş şəxs1..... yazıları olan bağlamadan aşkar edilmiş uzunqol köynəyin, qısaqol köynəyin, qolsuz maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş üzərində "Zərərçəkmiş şəxs2....." yazıları olan bağlamadan aşkar edilmiş gödəkçənin, uzunqol köynəyin, üzərində "Zərərçəkmiş şəxs1....." yazıları olan bağlamadan aşkar edilmiş uzunqol köynəyin, qısaqol köynəyin, qolsuz maykanın səthində olan zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin, (bıçaq və s) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Təqdim edilən geyim əşyaları zədə yetirilən anda ehtimal ki, arxadan önə doğru çevrilmiş vəziyyətdə olmuşdur. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza ve Patoloji Anatomiya ETT Birliyinin 19.11.2021-ci il tarixli 740 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş Zərərçəkmiş şəxs2 uzunqol gödəkçənin, uzunqol köynəyin üzərində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən "Döş qəfəsinin sol yarısında bir ədəd döş boşluğuna dəlib-keçən yara......" xəsarəti ilə təqdim edilmiş uzunqol gödəkçənin, uzunqol köynəyin üzərində olan zədələr yerləşmə sahəsinə görə nisbi uyğunluq təşkil edir, yəni gödəkçənin üzərində olan zədələr və xəsarətlər, uzunqol köynəyin üzərində olan zədə və xəsarət üst-üstə düşür. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 19.11.2021-ci il tarixli 739 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş Zərərçəkmiş şəxs1 əynində olmuş uzunqol köynəyin, qısaqol köynəyin, qolsuz maykanın üzərində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən "Döş qəfəsinin sol yarısında bir ədəd döş boşluğuna dəlib-keçən yara....." xəsarəti ilə təqdim edilmiş Zərərçəkmiş şəxs1 əynində olmuş uzunqol köynəyin, qısaqol köynəyin, qolsuz maykanın üzərində olan zədələr yerləşmə sahəsinə görə nisbi uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. İş üçün əhəmiyyətli olduğundan həmin rəy cinayət işinin materiallarına əlavə edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə psixatrik ekspertizasının 18.02.2022-ci il tarixli 104 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməli törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstǝliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsin alınmış tələbnamədən görünür ki, Salmanov X1 şəhər Xalq Məhkəməsinin 21.07.1999-cu il tarixli hökmü ilə CM-in (köhnə redaksiyada) 226-cı maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il müddətinə zadlıqdan məhrum etmə cəzasına məhrum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 10.12.1999-cu il tarixli Amnistiya Qərarına əsasən 10.12.1999-cu ildə azad edilmiş, Mingəçevir şəhər Məhkəməsinin 16.08.2006-cı il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutuluş əməli törətməkdə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 19.05.2008-ci ildə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Mingəçevir şəhər Məhkəməsinin 20.07.2016-cı il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutuluş əməli törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının sonu ilə azad edilmişdir. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən olunmur. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 17 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2130-da şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 19 noyabr 2021-ci tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırılması İdarəsinin 3 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Salmanov X1 şəhəri Topçubaşov küçəsi ev 5 ünvanda yaşamaqla, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər rayonlararası Narkoloji Dispanserin 22.02.2022-ci il tarixli 187 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə Opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu ilə qeydiyyatda durur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər rayonlatarası Psixo-Nevroloji Dispanserin 22.02.2022-ci il tarixli 237 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə dispanser müşahidəsində dayanmır. Cinayət işinə əlavə edilmiş “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X7 tərəfindən verilmiş 24.05.2022-ci il tarixli 571 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X7n Cərrahiyyə şöbəsinin Travmatologiya bölməsində stasionar, Endokrinoloji və Vərəm bölmələrində ambulator müayinə və müalicələrdə olmuşdur. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.2.1-ci maddəsində nəzərdə tutlan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri özünü müdafiə edərkən zəruri müdafiə vəziyyətində vurmasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, araşdırma zamanı da müəyyən olundu ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 mübahisə edərkən sonuncuların əlində heç bir kəsici-deşici və ya küt alət olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs da aldığı xəsarətlər dərəcəsi təyin olunmayan xəsarətlər olmuşdur. Bütün bu qeyd edilənləri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, zəruri müdafiənin yaranması üçün Təqsirləndirilən şəxs həyatına və sağlamlığına qəsd mövcud olmamış, ona görə də onun zərərçəkmiş şəxslərə yetirdiyi xəsarətlər zəruri müdafiə vəziyyətində yetirilmiş xəsarətlər kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışaraq sonuncuların ondan şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi və “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X7n Cərrahiyyə şöbəsinin Travmatologiya bölməsində stasionar, Endokrinoloji və Vərəm bölmələrində ambulator müayinə və müalicələrdə olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq CM-in 60-cı maddəsinin tətbiqini qanuni hesab edir. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 126.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 17 noyabr 2021-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfi olan 64 AZN (altmış dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasınə məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 17 noyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 64 AZN (altmış dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan üzərində yarıq olan uzunqol gödəkçə və uzunqol köynək Zərərçəkmiş şəxs2, üzərində yarıq olan uzunqol köynək, qısaqol köynək və qolsuz mayka Zərərçəkmiş şəxs1 qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-108/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-108/2022
25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver