Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-109/2020 25.08.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X8, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şəki şəhər Vəkil Bürosunun vəkili X20, zərər çəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı): X14, zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, təqsirləndirilən şəxs (mülki cavabdeh): Təqsirləndirilən şəxs xx.xx.1960-cı ildə Ucar rayonu Yuxarı Şilyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvəllər məhkum olunmayan, Ucar rayonu Yuxarı Şilyan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X4 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X22 Məhkəməsinin inzibati binasındaaçıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Ucar rayonu Yuxarı Şilyan kəndində yerləşən yaşayış evinin və həyətyanı sahəsinin su ilə təmin edilməsinə yaranmış zərurətlə əlaqədar Ucar rayonu Bağman kəndində yerləşən su arxının bəndini açdıqdan sonra yaşadığı evinə geri qayıtdıqda saat 09 radələrində yaşadığı kənddə yerləşən “Baba Məhərrəmli” məhəlləsində “Gülnisə” adı ilə tanınan bərənin yanında qonşusu X3 onun yaşayış evinə tərəf axan suyun qarşısını kəsməyə çalışmaqla istifadəsində olan torpaq sahəsinə tərəf suyu istiqamətləndirdiyini görmüş və qeyd olunan hərəkətə görə etirazını bildirdikdə sonuncunun onun və ailəsinin ünvanına dediyi nalayiq sözlərə görə əsəbləşərək qisas almaq və Qəzənfər Musayevi qəsdən öldürmək qərarına gəlib bu niyyətlə əlində saxladığı təsərrüfatda istifadə etdiyi beli sapından iki əli ilə tutaraq qarşısında yarımbükülü vəziyyətdə iş görən Qəzənfər Musayevin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə belin tiyəsinin tini ilə sonuncunun ölümünə səbəb olmuş ənsə sümüyünün basılmış sınığı, baş beyinin yumşaq toxumalarına qansızma ilə ağırlaşan açıq kəllə beyin travması, subdural və subaraxnoidal qansızma, ənsə sümüyünün basılmış sınığı ilə müşayiət olunan 01 ədəd ənsə nahiyəsinin əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığa ağır zərər vuran, təpə nahiyəsinin 01 ədəd əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran, sol kürək nahiyəsinin 01 ədəd sıyrığı kimi dərəcəsinə görə təyin edilməyən zərər vuran cəmi 03 ədəd xəsarətlər yetirərək Qəzənfər Musayevi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 0530-da yaşayış evində istifadə etdiyi beli götürərək yaşadığı evdəki hovuzu doldurmaq üçün su arxını açmaq məqsədi ilə piyada Ucar rayonu Bağman kəndinə getmiş, orada su arxında bəndi açdıqdan sonra piyada kəndə tərəf qayıtmışdır. Saat 09 radələrində qonşusu X9 əlindəki bel ilə Ucar rayonu Yuxarı Şilyan kəndində yerləşən “Baba Məhərrəmli” məhəlləsində “Gülnisə” adı ilə tanınan bərənin yanında onun yaşayış evinə gedən suyun qarşısını kəsməyə çalışmaqla suyu istifadəsində olan torpaq sahəsinə tərəf istiqamətləndirdiyini görmüşdür. Su bərəsinin üstündə olan təkərlə palçıqdan qarışıq bəndin üstündə dayanıb Qəzənfər Musayevə etirazını bildirərək yaşayış evinə gedən suyun qarşısını kəsməməsini xahiş etsə də Qəzənfər Musayev suyu öz torpağına tərəf suyun istiqamətləndirməkdə davam etməklə onu və ailəsini nalayiq sözlərlə təhqir etmişdir. Həmin vaxt nalayiq sözlərə əsəbləşərək əlindəki belin sapından iki əli ilə tutaraq belin tiyəsinin kənarı ilə qarşısında yarımbükülü vəziyyətdə iş görən Qəzənfər Musayevə iki dəfə ardıcıl zərbə vuraraq xəsarətlər yetirmişdir. X13 öldürmək olmamış, sonuncunun kürək nahiyəsinə vuraraq xəsarət yetirmək istəsə də zərbə Qəzənfərin başından dəymişdir. Zərbədən sonra Qəzənfər Musayev üzü üstə arxa tərəf yıxılmış və həmin vaxt sonuncunun başından qan axmağa başlamışdır. Qanı görüb qorxaraq əlindəki bellə birlikdə evə tərəf qaçmış, həmin vaxt evin həyətində olan arvadı Şahid3 yaxınlaşaraq qonşu Qəzənfər Musayevi su bərəsinin yaxınlığında əlindəki bel ilə vuraraq öldürdüyünü bildirmişdir. Şahid3 buna inanmayaraq dediklərini zarafat kimi qəbul etmiş, əlindəki beli yaşayış evinin arxasına qoyduqdan sonra evə qalxaraq yataq otağında bir stəkan su içmişdir. İstifadə etdiyi və yataq otağında stolun üstündə olan smartfon tipli olmayan mobil telefonu götürərək dəhlizə çıxıb mobil telefonla 102 xidmətini yığıb bel ilə qonşusu Qəzənfəri vurduğunu bildirmişdir. 102 xidməti ilə mobil telefonla danışdıqda digər yataq otağından gəlini Şahid4, arxasınca isə oğlu Şahid6 və nəvəsi Ümid Mustafayev çıxmışdır. 102 xidmətini yığaraq baş vermiş hadisə barədə məlumat verdikdən sonra Şahid3 onun cinayət törətdiyinə inanmışdır. Həmçinin mobil telefon ilə Bakı şəhərində yaşayan oğlu Şahid5 zəng edib törətdiyi cinayət barədə məlumat vermişdir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəldikdən sonra hadisə yerinə baxışda iştirak edərək cinayət hadisəsini necə törətməsi barədə istintaq orqanına məlumat vermiş, həmçinin yaşayış evində olan cinayət törədərkən istifadə etdiyi beli, hadisə zamanı əynində olmuş gödəkçəni və 102 xidmətinə zəng etdiyi içərisində nömrə olan mobil telefonu istintaq orqanına göstərərək təqdim etmişdir. Törətdiyi əməldən peşmandır, ona qarşı irəli sürülmüş mülki iddianı qəbul etmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X14 ifadəsində göstərmişdir ki, mərhum X9 onun əri olmaqla birgə nikahlarından 2004-cü ildə Arzu Musayeva adlı uşaqları doğulmuşdur. Mövlan Mustafayev onların qonşusu olmaqla aralarında normal münasibətləri olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 0820-də qızı Arzu Musayeva ilə birlikdə Ucar rayonu Yuxarı Şilyan kənd ümumi orta məktəbinə getmiş, həmin vaxt əri Qəzənfər Musayev evdə yatmışdır. Saat 1002-də qonşusu Şahid6 mobil telefonla ona zəng edərək Qəzənfər Musayevin harda olduğunu, sonuncunun telefonuna etdiyi zənglərin çatmadığını demişdir. X12 evdə yatmalı olduğunu bildirdikdən sonra saat 1009-da Şahid6 yenidən zəng edərək MövlamMustafayevin Qəzənfər Musayevi su arxında başından bel ilə vuraraq öldürdüyünü bildirmişdir. Qoşqarın dediklərinə inanmayaraq tez bir zamanda evinə getmiş, evə gedən yolda gördüyü qonşusu Şahid1 Qəzənfər Musayevin MövlamMustafayevlə dalaşması barədə məlumat aldığını bildirmişdir. Şahid1 da, Qəzənfər Musayevin dalaşması xəbərini eşitdiyini dedikdən sonra sonuncu ilə birlikdə ilk əvvəl öz evinə getmiş, lakin əri evdə olmadığına görə “Baba Məhərrəmli” məhəlləsində “Gülnisə” adı ilə tanınan bərəyə tərəf getmişdir. Həmin bərəyə çatdıqda orada xeyli adamların yığışdığını görmüş, arxa daha da yaxınlaşdıqda Qəzənfər Musayevin üzü üstə su arxına yıxılmış vəziyyətdə olan meyitini görmüşdür. Ərinin ölümü ilə əlaqədar ona 209150 manat maddi ziyan, 200000 manat mənəvi ziyan dəymiş və həmin məbləğin təqsirləndirilən şəxsdən tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 eyni məzmunlu ifadə verərək X10 yuxarıda göstərdiklərini təqdiq etmişlər. Məhkəmədə ifadələri elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 0530-da Təqsirləndirilən şəxs yaşayış evində istifadə edilən beli götürərək Ucar rayonu Bağman kəndinə su arxını açmaq üçün getmiş, saat 09 radələrində qorxu və həyəcan içində gələrək qonşuları Qəzənfər Musayevi əlindəki bel ilə vuraraq öldürdüyünü demişdir. Ərinin dediklərini zarafat kimi qəbul etmiş, Təqsirləndirilən şəxs əlindəki beli yaşayış evinin arxasına alətlər yığılan yerə qoyduqdan sonra evin yataq otağına qalxıb su içdikdən sonra yataq otağında stolun üstündə olan mobil telefonu götürərək dəhlizə çıxıb qapının sol tərəfində olan stula əyləşərək mobil telefonla 102 xidmətinə zəng vurub cinayət törətməsi barədə məlumat vermişdir. Bundan sonra Mövlamın zarafat etmədiyini anlamışdır. Təqsirləndirilən şəxs mobil telefonla 102 xidmətini yığaraq danışdığı vaxt digər yataq otağından gəlini Şahid4, sonuncunun arxasınca isə oğlu Şahid6 çıxaraq Təqsirləndirilən şəxs 102 xidmətinə cinayət törətməsi barədə məlumat verməsinin şahidləri olmuşlar. Mobil telefonla danışdıqdan sonra cinayətin necə baş verdiyini soruşduqda, Təqsirləndirilən şəxs ona Qəzənfər Musayevdən yaşayış evinə gələn suyun qarşısını kəsməməsini xahiş edib sonuncuya iradını bildirdikdə Qəzənfər Musayev əri Mövlamı və ailəsini nalayiq ifadələrlə təhqir etdiyi üçün əlindəki bel ilə vuraraq Qəzənfərə xəsarət yetirdiyini və Qəzənfər Musayevin aldığı xəsarətlərdən öldüyünü demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4, ifadələri elan olunaraq tədqiq olunmuş Şahid6 və Şahid5 məhkəməyədək icraat zamanı verdikləri ifadələrində eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 05 nömrəli tibbi-ekspertiza rəyindən görünür ki, X3 meyitində aşkar edilmiş xəsarətlər -subdural və subaraxnoidal qansızma, ənsə sümüyünün basılmış sınığı ilə müşayiət olunan 01 ədəd ənsə nahiyəsinin əzilmiş yarası, təpə nahiyəsinin 01 ədəd əzilmiş yarası (cəmi iki ədəd), sol kürək nahiyəsinin 01 ədəd sıyrığı məhdud təsir səthinə malik küt alətin, ola bilsin ekspertizaya təqdim edilmiş belin tiyəsinin tinin təsirindən yörənmişdir, həyatidir. Bu xəsarətlərdən subdural və subaraxnoidal qansızma, ənsə sümüyünün basılmış sınığı ilə müşayiət olunan ənsə nahiyəsinin əzilmiş yarası sağlamlığa ağır zərər vuran xəsarətlərə, təpə nahiyəsinin əzilmiş yarası sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Sol kürək nahiyəsində olan sıyrıq dərərəcəsi təyin edilməyən xəsarət kimi qiymətləndirilir. X3 meyitində aşkar edilmiş xəsarətlərin xarakteri, yerləşdiyi nahiyə o cümlədən yaraların yerləşmə istiqaməti onu deməyə əsas verirki mərhuma təpə və sol kürək nahiyəsində olan xəsarətlər yetirilən zaman o vertikal (ayaqüstə və ya yarımbükülü), ənsə nahiyəsində yetirilən zaman üzü üstə uzanmış vəziyyətdə olmuşdur. Meyitdən götürülmüş duru qan nümunəsinin məhkəmə-kimyavi tədqiqatı nəticəsində etil spirti,narkotik maddələr və digər güclü təsir edici preparatlar aşkar edilməmişdir. Ekspertizaya təqdim edilmiş,hadisə vaxtı mərhumun əynində olmuş paltarlarda gözlə görünən hər hansı zədə aşkar edilmədi. X1 bilavasitə ölümünə səbəb ənsə sümüyünün basılmış sınığı, baş beyinin yumşaq toxumalarına qansızma ilə ağırlaşan açıq kəllə beyin travması olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 4-6 saat əvvəl baş verdiyini göstərir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 70 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik və s.) aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 6/340 nömrəli rəyindən görünür ki, X1 əynində olmuş geyim paltarlarında Təqsirləndirilən şəxs geyim paltarlarının tərkib lifləri yoxdur. Təqsirləndirilən şəxs əynində olmuş geyim paltarlarında X1 geyim paltarlarının tərkib lifləri yoxdur. Tədqiqata tədqim edilmiş mərhum Qəzənfər Musayevin dırnaq nümunələrində lif mikrohissəcikləri yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 252/2020-MTBŞ nömrəli rəyindən görünür ki, zərərçəkmiş X3 ABO sistemi üzrə qan qrupu – Abeta(H)/İİ/, təqsirləndirilən Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu – O/alfa, beta/İ/ olmuşdur. Ekspertizaya təqdim olunan Q.Musayevə məxsus gödəkçə, bellik, alt köynəyin kəsilmiş qolu, alt köynək, qısaqol mayka, köynək, 01 cüt ayaqqabı, 01 ədəd çubuqlu pambıq tampon, İİ belin işçi hissəsində və sol əl barmaq dırnaq kəsiklərindən 1-də insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrində qrup antigenləri və aqqlyutininləri ABO sistemi üzrə təyin olunduqda “A” və “H” antigenləri, bəzi ləkələrdə həmçinin də beta aqqlyutinini alındı. Bu qan ləkələri bir qruplu şəxsə məxsusdursa A/beta(H)/İİ/ qruplu şəxsə, o cümlədən X5 məxsus ola bilər. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus şalvar, pencək, jilet, gödəkçə, köynək, 01 cüt ayaqqabı, Q.Musayevə məxsus 02 ədəd alt şalvar, trusik, kepka, 01 cüt corab, “SAMSUNG” markalı mobil telefon, İ bel və Q.Musayevin 06 ədəd sağ əl barmaq və 03 ədəd sol əl barmaq dırnaq kəsiklərində qana şübhəli ləkələr aşkar olunmadı. Tədqiq olunan X2 və sol əl barmaq dırnaq kəsikləri yatağında stereoskopik tədqiqat zamanı dəri toxumasına şübhəli hissəciklər aşkar olunmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi-kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli 149-MTKŞ/2020 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X5 məxsus bir cüt ayaqqabı, bir cüt corab, alt tumanı, papaq, idman şalvarı, alt şalvarı, alt köynəyi, bellik, qısaqol mayka, gödəkçə və köynəyin üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar, bir cüt ayaqqabı, köynək, pencək, gödəkçə və pulover üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 263/101 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırki ekspertiza zamanıda heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs səciyələndirən əsas fərdi-psixi xüsusiyyətlər praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olmadır. Təqsirləndirilən şəxs əqli inkişafinda gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi, o, öz hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosianal halda olmuşdur. Həmin cinayət əməlini törədərkən keçirdiyi emosianal halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs məxsus “İNOİ” markalı mobil telefona keçirilən baxış protokolundan görünür ki, telefonun zənglər bölməsinə daxil olduqda xx/xx/2020 tarixdə saat 09:44-də 102 xidməti ilə 45 saniyə danışıq olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətindən DİN-nin “102” Xidmətinə edilmiş zəngin danışığının məzmunu köçürülmüş bir ədəd “DVD” diskə keçirilmiş xx xxxxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, MövlamMustafayev xx.xx.2020-ci il tarixdə ***-***-**-** nömrəli telefondan DİN-nin “102” Xidmətinə zəng edərək X6 bel ilə vurması barədə məlumat verərək polis əməkdaşlarını yaşadığı evdə gözlədiyini bildirmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barədə polis orqanlarına məlumat verməsi və yaşadığı evdə polis əməkdaşlarını gözlədiyini bildirməsi onun könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci tarixdə saat 1600-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ucar Rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ucar Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Şilyan kənd X19 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Ucar rayon Mərkəzi Xəstəxanası” X18 daxil olmuş xx.xx.2020-ci il tarixli 419 nömrəli məktubdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi cərrahiyyə, reanimasiya, təcili və təxirəsalınmaz tibbi yardım şöbələrinə müraciət etməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən poliklinika şöbəsinin endokrinoloji kabinetinə “Şəkərli diabet tip 2, yüngül forma” diaqnozu ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs poliklinika şöbəsinin ruhi-əsəb, narkoloji, vərəm və onkoloji xəstəlikləri kabinetlərində dispanser qeydiyyatında yoxdur. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 120.1-ci maddəsinə tövsifi ilə razılaşır. Təqsirləndirilən şəxs zərərçəkmiş Qəzənfər Musayevi öldürmək istəməməsini göstərməsini məhkəmə kollegiyası özünü müdafiə kimi qiymətləndirir. Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli Qərarının 3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Mövlam X7 başından əlindəki bel ilə iki dəfə zərbə endirmiş, həmin zərbələrin təsirindən Qəzənfər Musayev hadisə yerində ölmüşdür. Bu isə təqsirləndirilən şəxsin niyyətinin zərərçəkmişə xəsarət yetirmək deyil, məhz sonuncunu həyatdan məhrum etmək istədiyini bir daha təsdiq edir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, 60 yaşda ahıl olmasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, törətdiyi əməlindən səmimi peşiman olmasını, könüllü olaraq təqsirini gəlib boynuna almasını, “Şəkərli diabet tip 2, yüngül forma” xəstəliyindən əziyyət çəkməsini CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs M. Mustafayevin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-nin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Cəzanı yüngülləşdirən hallardan şəxsin könüllü gəlib təqsirini boynuna almasının mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesabedir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, cəzasının əvvəli şübhəli çəxs kimi həbsə alındığı xx xxxx 2020-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.3-cü maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bir ədəd bel iş üzrə xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 114 AZN (yüz on dörd manat) ekspertiza xərciTəqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə 209150 AZN (iki yüz min yüz əlli manat) maddi, 200000 AZN (iki yüz min manat) mənəvi zərərin, həmçinin vəkilə ödənilmiş 100 AZN (yüz manat) və 30 AZN (otuz manat) dövlət rüsumunun Təqsirləndirilən şəxs Ənvər oğlundan tutularaq X11 ödənilməsinə dair mülki iddiaya münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin mülki iddia baxılmamış saxlanılmaqla mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, mülki iddiaçı ərizəsində göstərdiyi maddi ziyanla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, qeyd etdiyi məbləği təsdiq edən hər hansı sübutlar göstərməmişdir. İş üzrə maddi sübut olan Ucar rayon prokurorluğunda saxlanılan meyitin yanında aşkar edilmiş bir ədəd bel, X3 meyitinə baxış zamanı götürülmüş içərisində “89994”, “01120”, “31907”, “52076” və “Azercell simsim” hərf-rəqəm şəklində yazıları kimi 01 ədəd kart olan 01 ədəd “SAMSUNG GT-E2121B” markalı mobil telefon, X3 hadisə zamanı əynində olmuş 01 ədəd boz rəngli plaş materialdan gödəkçə, 01 ədəd göy damalı uzunqol köynək, 01 ədəd açıq qəhvəyi rəngli alt köynəyi, 01 ədəd göy rəngli qısaqol mayka, 01 ədəd ağ rəngli bellik, 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd boz rəngli alt şalvarı, 01 ədəd qara rəngli alt tumanı, 01 ədəd boz rəngli əski parçası, 01 cüt qara rəngli iplə bağlanan ayaqqabı, 01 cüt boz rəngli corab zərərçəkmiş şəxsin hüquqi varisi X11, 01 ədəd gödəkçə, içərisində “89994”, “01080”, “91827”, “60561” yazıları kimi 01 ədəd mobil nömrə olan 01 ədəd “İNOİ” markalı mobil telefon, 01 ədəd ağ-qəhvəyimtil rəngli poliver, 01 ədəd qəhvəyi rəngli uzunqol düyməli köynək, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qəhvəyimtil rəngli pencək, 01 cüt qara rəngli ipsiz ayaqqabı Təqsirləndirilən şəxs qaytarılmalı, qanabənzər ləkə hopdurulmuş 01 ədəd pambıq tampon, Qəzənfər Musayevin başının təpə, arxa, sağ və sol yan tərəflərindən götürülmüş saç nümuləri, həmçinin hər iki əlindən götürülmüş dırnaq nümunələri, quru qan nümunəsi, Təqsirləndirilən şəxs quru qan nümunəsi məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi həbsə alındığı xx xxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 114 AZN (yüz on dörd manat) ekspertiza xərciTəqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə 209150 AZN (iki yüz min yüz əlli manat) maddi, 200000 AZN (iki yüz min manat) mənəvi zərərin, həmçinin vəkilə ödənilmiş 100 AZN (yüz manat) və 30 AZN (otuz manat) dövlət rüsumunun Təqsirləndirilən şəxs Ənvər oğlundan tutularaq X11 ödənilməsinə dair mülki iddia baxılmamış saxlanılsın, mülki mühakimə icraatı qaydasında ayrıca məhkəməyə müraciət etmək hüququ X11 izah edilsin. İş üzrə maddi sübut olan və Ucar rayon prokurorluğunda saxlanılan meyitin yanında aşkar edilmiş bir ədəd bel, X3 meyitinə baxış zamanı götürülmüş içərisində “89994”, “01120”, “31907”, “52076” və “Azercell simsim” hərf-rəqəm şəklində yazıları kimi 01 ədəd kart olan 01 ədəd “SAMSUNG GT-E2121B” markalı mobil telefon, X3 hadisə zamanı əynində olmuş 01 ədəd boz rəngli plaş materialdan gödəkçə, 01 ədəd göy damalı uzunqol köynək, 01 ədəd açıq qəhvəyi rəngli alt köynəyi, 01 ədəd göy rəngli qısaqol mayka, 01 ədəd ağ rəngli bellik, 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd boz rəngli alt şalvarı, 01 ədəd qara rəngli alt tumanı, 01 ədəd boz rəngli əski parçası, 01 cüt qara rəngli iplə bağlanan ayaqqabı, 01 cüt boz rəngli corab zərərçəkmiş şəxsin hüquqi varisi X11, 01 ədəd gödəkçə, içərisində “89994”, “01080”, “91827”, “60561” yazıları kimi 01 ədəd mobil nömrə olan 01 ədəd “İNOİ” markalı mobil telefon, 01 ədəd ağ-qəhvəyimtil rəngli poliver, 01 ədəd qəhvəyi rəngli uzunqol düyməli köynək, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qəhvəyimtil rəngli pencək, 01 cüt qara rəngli ipsiz ayaqqabı Təqsirləndirilən şəxs qaytarılsın, qanabənzər ləkə hopdurulmuş 01 ədəd pambıq tampon, Qəzənfər Musayevin başının təpə, arxa, sağ və sol yan tərəflərindən götürülmüş saç nümuləri, həmçinin hər iki əlindən götürülmüş dırnaq nümunələri, quru qan nümunəsi, Təqsirləndirilən şəxs quru qan nümunəsi məhv edilsin. Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bir ədəd bel iş üzrə xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldıqları andan) 20 (iyirmi) gün müddətinə X22 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-109/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-109/2020
25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver