Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-109/2021 28.07.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə, xx xxx 1993-cü il tarixdə Şəki rayonunun Qayabaşı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Şəki rayonunun Qayabaşı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 134, 29,150.3.3 və 150.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 26 avqust 2020-ci il tarixdə saat 13 radələrində yaşadığı, Şəki rayon Qayabaşı kəndində yerləşən, fərdi yaşayış evinin yataq otağında onun üçün aşkar surətdə on dörd yaşına çatmayan, xx xxxxxxx 2007-ci il təvəllüdlü, qohumu Zərərçəkmiş şəxs çarpayıda uzanaraq istirahət etməsini görüb evdə həddi buluğa çatmayan kənar şəxslərin olmamasını və Zərərçəkmiş şəxs başqa şəxsləri köməyə çağırmaq imkanının olmadığını, Zərərçəkmiş şəxs da onun fiziki cəhətdən üstün olduğunu başa düşməsini bildiyini və ona müqavimət göstərmək imkanının olmadığını dəqiq bilərək köməksiz vəziyyətdə olmasından istifadə edib cinsi ehtirasını təmin etmək məqsədilə yanında uzanıb əvvəlcə əlini uzadaraq boyun nahiyəsini tumarlayıb bununla cinsi ehtirasını artırdıqdan sonra bir qədərdə yaxınlaşaraq əlini köynəyinin boğaz hissəsindən içəri salmaqla hər iki döşlərini sığallayıb əli ilə sağ döşündən tutaraq sıxıb, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmə cinayət əməlini törətmiş, Zərərçəkmiş şəxs çarpayıdan ayağa qalxıb getmək istəyərkən onun sağ qolundan tutub çarpayıya yıxaraq ona qarşı etdiyi hərəkətləri barədə anası Qanuni nümayəndə və ya digər şəxslərə məlumat verəcəyi təqdirdə hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla onu öldürməklə hədələyib öldürməklə hədələmə cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, cinsi ehtirasını təmin etmək məqsədilə, 28 avqust 2020-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs yaşadığı, Şəki rayonu, Qayabaşı kəndində yerləşən fərdi yaşayış evinə gəlib evdə kənar şəxslərin olmamasını və Zərərçəkmiş şəxs başqa şəxsləri köməyə çağırmaq imkanının olmadığını, Zərərçəkmiş şəxs da onun fiziki cəhətdən üstün olduğunu başa düşməsini bildiyini və ona müqavimət göstərmək imkanının olmadığını, həmçinin evdə sonuncudan başqa digər ailə üzvlərinin olmamasını dəqiqləşdirdikdən sonra köməksiz vəziyyətdə olmasından istifadə edib cinsi ehtirasını təmin etmək məqsədilə onun üçün aşkar surətdə on dörd yaşına çatmayan, xx xxxxxxx 2007-ci il təvəllüdlü, qohumu Zərərçəkmiş şəxs ona qarşı yenidən seksual xarakterli zorakılıq hərəkətlər etməsindən qorxub yaşadığı evin yataq otağındakı çarpayının altında gizlənməyini müəyyən edərək ona qarşı bir daha heç bir seksual xarakterli zorakılıq hərəkətləri etməyəcəyi barədə yalandan vədlər vermiş, həmin vaxt Zərərçəkmiş şəxs vədinə aldanaraq çarpayının altından çıxıb qonaq otağına keçərək döşəmədə əyləşmiş, bundan sonra o, Zərərçəkmiş şəxs yanında əyləşib onun köynəyini yuxarı çəkməklə əli ilə döşlərindən tutub tumarlayaraq sağ döşündən öpüb onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmə cinayət əməlini törətmiş, Zərərçəkmiş şəxs ayağa qalxıb getmək istəyərkən onun sağ qolundan tutub yerə yıxaraq ona qarşı etdiyi hərəkətləri barədə anası Qanuni nümayəndə və ya digər şəxslərə məlumat verəcəyi təqdirdə, hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla onu qəsdən, təkrarən, öldürməklə hədələyib öldürməklə hədələmə cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, 28 avqust 2020-ci il tarixdə saat 20 radələrində radələrində yaşadığı Şəki rayon Qayabaşı kəndində olan evində olan zaman Zərərçəkmiş şəxs yaşadığı evdə qonaq olmasından istifadə edib cinsi ehtirasını təmin etmək məqsədilə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək niyyətilə Zərərçəkmiş şəxs avtomobil ilə birlikdə mağazaya getməyi təklif etmiş, həmin vaxt Zərərçəkmiş şəxs, 05 yaşlı X4 da mağazaya onlarla birlikdə getmək istəməsinə görə oğlunun yanında yenidən seksual xarakterli zorakılıq hərəkətlər etməyəcəyini güman edərək razılaşmış, bundan sonra idarə etdiyi Moskviç İJ 2715 011 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəki rayon Qayabaşı kənd ərazisində olan mağazaya gedən zaman əlini Zərərçəkmiş şəxs köynəyin boğaz hissəsindən içəri daxil edib hər iki döşlərini tumarlayaraq onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmə cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, 29 avqust 2020-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs yaşadığı, Şəki rayonu, Qayabaşı kəndində yerləşən fərdi yaşayış evinə gəlib evdə kənar şəxslərin olmamasını və Zərərçəkmiş şəxs başqa şəxsləri köməyə çağırmaq imkanının olmadığını, Zərərçəkmiş şəxs da onun fiziki cəhətdən üstün olduğunu başa düşməsini bildiyini və ona müqavimət göstərmək imkanının olmadığını, həmçinin evdə sonuncudan başqa digər ailə üzvlərinin olmamasını dəqiqləşdirdikdən sonra köməksiz vəziyyətdə olmasından istifadə edib cinsi ehtirasını təmin etmək məqsədilə onun üçün aşkar surətdə on dörd yaşına çatmayan, xx xxxxxxx 2007-ci il təvəllüdlü, qohumu Zərərçəkmiş şəxs evin həyət hissəsindəki hamamda olan zaman X6 ilə onun arasındakı mobil telefon vasitə ilə olan danışığını eşidib evdə tək olmasını dəqiqləşdirdikdən sonra ona qarşı yenidən seksual xarakterli zorakılıq hərəkətlər etməsindən qorxub həmin hamamın qapısını bağlamaqla gizlənməsini müəyyən edərək ona qarşı bir daha heç bir seksual xarakterli zorakılıq hərəkətləri etməyəcəyi barədə yalandan vədlər versə də qapının bağlı olmasına və Zərərçəkmiş şəxs qapını açmamasına görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmə cəhd cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü CM-nin 150.3.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməmiş və ibtidai istintaq zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Qanuni nümayəndə onun doğma əmisi qızı, Zərərçəkmiş şəxs isə Dilufənin qızıdır. Həmişə yaxşı münasibətləri olmuş, heç vaxt bir-biriləri ilə ədavət və düşmənçilikləri olmamışdır. Lakin bu münasibət Dilufənin kənd ərazisində əxlaqsız hərəkətlər etməsi ilə bağlı şaiələr yayılana qədər yaxşı olmuşdur. O, bu barədə Dilufəni məlumatlandırmış və özünə çəki-düzən verməsini, nəslin adını batırmamasını bildirdikdə, Dilufə ilə münasibətləri korlanmış, bundan sonra Dilufə onun başına oyun açacağını bildirmişdir. Bir müddət keçdikdən sonra isə qızı Nilufərə qarşı əxlaqsız hərəkətlər etməsi barədə şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etmişdir. Avqust ayının 30-da sexin qarşısında olan vaxt polis əməkdaşları onu Sarıcada yerləşən polis bölməsinə dəvət etmiş, həmin bölmədə olan zaman fiziki və pisixi təsirə məruz qalmış, döyülmüş və törətmədiyi cinayəti boynuna almağa məcbur edilmişdir. Lakin heç bir cinayət əməli törətmədiyindən heç nəyi etiraf etməmişdir və bir müddət sonra polis bölməsindən evə buraxılmış, belə bir hadisənin olmadığı barədə, döyülməsi barədə heç kimə bir kəlmə deməməsi barədə xəbərdar edilmişdir. Ona qarşı elan olunan ittiham tamamilə yalandır. Nilufər onların evində gözlərinin qarşısında böyümüşdür. Onu öz uşaqlarından ayırmamışdır. Nilufər çox yaxşı qızdır, lakin hazırda anası Dilufənin oyununa uyaraq belə çirkin yalan söyləməklə məşğuldur. 26.08.2020-cı il tarixdə o evə nahar etmək üçün gəlmiş, həmin vaxt arvadı, qonşuları Filiar xala və Nilufər onlarda olmuşdur. Həmin günü heç uzanıb dincəlməmiş, nahar etdikdən sonra çıxıb işə getmişdir. Avqust ayının 28də isə Dilufənin qardaşı Elsevərlə avtomobildəki nasazlığa baxmaq lazım olduğuna görə onlara getmiş, lakin Nilufərə heç bir şey etməmişdir. Həmin vaxt səhv etmirsə heç Nilufər evdə olmamışdır. Həmin günü axşam radələrində Nilufər anası Dilufə ilə onlara gəlmiş, o, dükandan nəsə almaq üçün gedərkən oğlu Tuncay da onunla getmək istəmiş, bu zaman Nilufər də onlarla dükana getmiş, sonra isə lazımı əşyalar aldıqdan sonra geri qayıtmışdır. Həmin vaxt avtomobildə də Nilufərə qarşı heç bir əxlaqsız hərəkət etməmişdir. Avqust ayının 29-da isə yenə avtomobildə olan nasazlıqla bağlı Elsevərlə danışmaq üçün onlara gəlmiş, lakin evdə heç kim olmadığına görə evə daxil olmadan çıxıb getmişdir. Məhkəmədən ona qarşı elan olunan ittihamın uydurma olmasını, bunun Qanuni nümayəndə qurduğu bir oyun olmasını və himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı psixoloq və qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, anası Dilufə və dayısı Elsevər ilə birlikdə Şəki rayon Qayabaşı kəndində yaşamışdır. Lakin hazırda anası ilə Mingəçevir şəhərində yaşayır. 7-ci sinif şagirdidir. 26 avqust 2020-ci il tarixdə saat saat 10 radələrində qohumu Yavərin arvadı Fatma ev telefonuna zəng edib uşaqlara baxmağa kömək etmək üçün evlərinə çağırmışdır. Anası Dilufə hər gün 05 radələrində işə getməklə saat 19 radələrində evə qayıdır. Dayısı Elsevər isə işi ilə əlaqədar hər gün 08 radələrində çıxmaqla axşam 16 radələrində evə qayıdır. Anası Dilufə naharda evə gəlməsədə, Elsevər çox vaxt nahar etmək üçün evə gəlir. Naharı isə anası bişirib getdiyinə görə nahar vaxtı sadəcə isidir. Bundan sonra isə evdən çıxaraq Fatmagilə getmişdir. Fatmagilə getdikdən sonra onun 1 yaşlı Gülay adında uşağını saxlamağa başlamış, Fatma isə evdə paltarları və qabları yuyurmuş. Əvvəllərdə bir neçə dəfə Fatmagilə gedib ona ev işlərində və uşaqları saxlamaqda köməklik etmişdir. Həmçinin Fatma və Yamənin 3 övladı, yəni 6 yaşlı Tuncay adlı oğlu, 5 yaşlı Sunar adlı oğlu və 1 yaşlı Gülay adlı qız uşağı vardır. Həmin vaxt nahara yaxın Tuncay və Sunar yemək yedikdən sonra yataq otağında yatmış, Gülaya isə yatmadığına görə nəzarət etmişdir. Nahara yaxın isə Fatma işini bitirdiyi üçün Gülayı ona vermiş və istirahət etmək üçün yataq otağına keçib yataqda uzanmışdır. Həmin ev bir otaqdan ibarətdir və evin çöl tərəfində seyvan vardır. Gülayı Fatmaya verdikdən sonra ona evə getmək istədiyini dedikdə Fatma havanın isti olmasına görə uzanmağını demişdir. Bundan sonra isə evə keçərək yataqda uzanmışdır. Tuncay və Sunar da həmin yataqda uzanmış və onların yanına getmişdir. Həmin yatada uzandıqdan bir müddət sonra Yamənin evə gələrək nahar etməsini eşitmişdir. Yamən nahar etdikdən sonra isə otağa gələrək uzandığı yataqda uzanmışdır. Yamən uzanan zaman arasında uşaqlar olmuşdur. Yamən yataqda uzandıqdan bir müddət sonra isə Fatma gəlib Gülayı yerdə yatızdırmışdır. Həmin vaxt Fatmaya Gülayı yataqda yatızdırmağı desə də o, narahatcılıq olmadığını deyib Gülayı yerdə yatızdırmış və yataqda uzanmağını bildirmişdir. Həmin vaxt Yamən də yataqda uzanmağı və narahat olmamağını demişdir. Fatma gülayı yatızdırdıqdan sonra həyətə çıxaraq ayaqyoluna və oradan da qonşusu Filyar xalagilə su doldurmağa getmişdir. Fatmanın getməsini isə yataq otağının pəncərəsindən görmüşdür. Yataqda uzanan zaman Yamən uşaqların arasında olmasına baxmayaraq əlini onun boynuna aparıb boynu ilə oynamağa başlamışdır. Ona etməməsini desə də Yamən yenə də boynu ilə oynamışdır. Ona niyə oynamasını soruşduqda o, heçnə elə belə demişdir. Bundan sonra isə Yamən uşaqlar ilə öz yerini dəyişmiş və onun arasında çox az məsafə olmuşdur. Ona yenə yerini niyə dəyişməsini soruşduqda o, “heçnə elə-belə” deyə cavab vermişdir. Daha sonra dodağından öpüb qəflətən əlini əynində olan göy rəngli köynəyinin üst tərəfindən içəri salıb sağ döşündən tutub əli ilə oynadaraq sıxmışdır. Yamənə “eləmə ağrıyır” dedikdə o, heçnə deməmiş və daha sonra Yamənin əlini köynəyindən çölə çıxarmışdır. Daha sonra isə ayağa qalxıb getmək istəmiş, bu vaxt isə Yamən qolundan tutub yatağa yenidən uzandırmışdır. Həmin vaxt Yamən bu hadisədən anası və ya dayısının xəbəri olsa onu öldürəcəyini deyib hədələmişdir. Bundan sonra isə qolunu digər əli ilə onun əlindən tutub otaqdan çölə çıxmış və evə getmişdir. Yamən onun qolundan tutduğu zaman o, “heç kimə demə, əsas da ananla və dayına demə, öldürərəm” deyə bildirdiyinə görə çölə çıxan zaman qorxduğuna görə Fatmaya heç nə deməmişdir. Bundan sonra isə evə getmiş, lakin anasından qorxduğu üçün bu barədə ona heçnə bildirməmişdir. Həmin vaxtdan bir neçə gün keçdikdən sonra təxminən avqust ayının 28-də saat 13 radələrində evdə televizora baxan zaman Yamənin seyvanın qapısını döyməsini, dayısı Elsevəri çağırmasını eşitmişdir. Yamənin gəldiyini bilib yenə həmin hərəkətləri etməsindən çəkinib dayısı Elsevərin otağına gedərək gizlənmişdir. Otaqda gizlənməyinə baxmayaraq Yamənin telefonla Elsəvərə zəng edib harada olmasını soruşduğunu, Elsəvərin isə Şəkidə olduğunu və gecə gələcəyini deməsini, daha sonra isə Yamənin onunla sağollaşmasını eşitmişdir. Yamən dayısı ilə mobil telefonda sağollaşdıqdan sonra evin otaqlarını bir-bir gəzib onu axtarmağa başlamışdır. O, bütün otaqlara baxdıqdan sonra dayısının otağına gəlib gördükdə Yamən “niyə gizlənmisən, sənə nə edəcəmki” dedikdə həmin yerdən çıxıb televizor olan otağa keçib televizora baxaraq semişka çırtlamağa başlamışdır. Həmin vaxt Yamən onun olduğu otağın qapısının yanında dayanıb semiçka istəmişdir. Bundan sonra isə oturduğu yerdən qalxıb Yamənə semiçka vermiş və o, da semişkanı götürüb eyvana çıxmış, o isə otaqda qalmışdır. Təxminən 5-6 dəqiqə sonra Yamən semişkanı bitirib otağa gəlib onun yanında oturmuşdur. Həmin vaxt Yamənin yanında oturmağından, əvvəlcə isə gizlənən vaxt axtarmağından onun yenə də əvvəlki hərəkətini etmək istəməsini hiss etmişdir. Yamənin yanında oturmasından sonra ona “dayıma zəng vurdun gördün ki, evdə yoxdu, çıx getdə” dedikdə o, “gedərəm oturmuşam da” deyə cavab vermiş, daha sonra isə Yamən qəflətən əlini koftanın altından içəri salıb lifciyini də yuxarı çəkərək hər iki döşünü oynatmağa başlamış və sağ döşündən öpüb dodaqları ilə sovurmağa başlamışdır. Bu vaxt Yamənin yenə eyni hərəkətləri etməsini görüb dərhal əlini köynəyin altıdan çıxarıb otaqdan çıxmışdır. Otaqdan çıxan zaman isə Yamən onun qolundan tutub “heç kimə, əsas da anama və dayıma demə, onlar hər ikimizi öldürər, mən də səni öldürərəm” deyə bildirmişdir. Bundan sonra isə evdən çıxıb evin yaxınlığında olan tülkü dərəsi deyilən yerə getmişdir. Yamənin isə evdən çıxıb gedib-getməməsini bilməmişdir. Həmin dərədə 1-2 saat gözlədikdən sonra yenidən evə qayıtmış və Yamənin evdə olmadığını görüb rahatca evə keçmişdir. Bundan sonra həmin günün axşamı, yəni 28 avqust 2020-ci il tarixdə axşam radələrində anası ilə birlikdə Yaməngilin evinə çay içməyə getmişdir. Həmin vaxt təxminən 20 radələrində Yamən ona birlikdə avtomobil ilə mağazaya getməyi təklif etmiş, lakin onun yenə həmin hərəkətlər etməsindən çəkinib getməkdən imtina etmişdir. Bundan sonra Yamənin oğlu da getmək istədiyinə görə oğlunun yanında heç nə etməyəcəyini düşünüb onunla birlikdə mağazaya getmişdir. Yamənin avtomobilin arxa oturacaqları olmadığına görə ön oturacaqda oturmuşdur. Yamən avtomobili idarə edir, yanında oğlu, ondan sonra isə o, əyləşmişdir. Yamən ilə arasında oğlu da olmuşdur. Mağazaya gedən zaman Yamən yenidən əlini koftanın boyun hissəsindən içəri salıb döşlərini oynatmağa başlamışdır. Lakin həmin vaxt qapıya sıxıldığına görə o, çox eləyə bilməmidir. Bundan sonra isə qalsın sonraya demişdir. Daha sonra isə evə qayıtmışdır. Onlarda bir qədər oturub söhbət etdikdən sonra evə getmişlər. Bundan sonra isə səhərisi günü, yəni 29 avqust 2020-ci il tarixdə saat 13 radələrində Yamən yenidən evə gəlib qapını dəyərək dayısı Elsevəri çağırmışdır. Həmin vaxt isə hamamda paltar yumuşdur. Onun gəlməsini bilib hamamın qapısını bağlamışdır. Daha sonra isə Yamən yenidən Elsevər ilə telefonla danışdıqdan sonra yenidən evləri axtarmağa başlamışdır. Sonda isə hamama gəlib qapını açmaq istəmiş bağlı olduğunu görüb səslənərək orada olduğunu bildiyini deyib çıxmayacağı təqdirdə söz verdiyi velosipedin təkərini düzəltməyəcəyini demişdir. Bundan sonra isə çıxmadığını görüb çıxaraq getmişdir. Bundan sonra isə həmin günün axşamı anası evə gəldikdə anasına Yamən barədə hər şeyi demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Zərərçəkmiş şəxs göstərdiklərinə uyğun ifadə verməklə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, əlavə olaraq hazırda təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirməklə məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə eyni məzmunlu ifadələr verməklə onların göstərdikləri xüsusuatları təsdiq etmiş, hadisə barədə yalnız sonradan xəbərinin olduğunu, ona qədər Nilufər tərəfindən onlara heç bir söz deyilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs öz ailəsi ilə birlikdə onun qohumunun evində kirayədə qalırdı və həmin ev onların qonşuluğunda yerləşirdi. Zərərçəkmiş şəxs və anası Qanuni nümayəndə Yaməngilin qohumu olduğu üçün tez-tez onlara gəlirdilər. 26 avqust 2020-ci il tarixdə Zərərçəkmiş şəxs onun yaşadığı evə gələrək Yamənin arvadı Fatmanın süpürgə istədiyini demiş və o, öz süpürgəsini Nilufərə vermişdir. Daha sonra isə özü də Yaməngil qalan evə gəlmiş, Yamənlə söhbət etmək istəmişdir. Nahar vaxtı olduğundan Yamən evdə olmuş, lakin həmin vaxt Yamən evə girməmiş və seyvanda olmuşdur. Yamən həmin günü nahar edib evə keçmədən çıxıb işə getmişdir. Nilufərin dedikləri yalandır, çünki həmin vaxtı Yamən onların yanında olmuş və evin içinə girməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs söylədikləri tamamilə yalandır, əri Təqsirləndirilən şəxs Nilufərə heç bir seksual xarakterli hərəkət etməmişdir. Çünki 26 avqust 2020-ci il tarixdə Yamən nahar vaxtı evə gəlsə də, seyvanda yemək yemiş və evin içərisinə keçməmişdir. Sonradan isə işdən çağırdıqlarına görə çıxıb getmişdir. Həmin vaxtı qonşu Filiyar xala da onlarda olmuş və bunun şahidi olmuşdur. Nilufər həmçinin onu da yalan söyləmişdir ki, güya həmin günü o, su doldurmaq üçün qonşu Filiyar xalagilin evinə getmişdir. Çünki onların həyətində beş tonluq su hovuzu var və həmin hovuz daim su ilə dolu olur. Ona görə də onun su doldurmaq üçün kiminsə evinə getməyə ehtiyacı olmur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Yamənin həbs olunduğunu eşitdikdən sonra bunun necə baş verdiyi ilə maraqlanmış və öyrənmişdir ki, Qanuni nümayəndə onu şərləmişdir. Belə olub Dilufə ilə telefon əlaqəsi saxladıqda Qanuni nümayəndə ona Yaməndən qisasını aldığını və onu tutdurduğunu bildirmişdir. Bunun da səbəbi o olmuşdur ki, Dilufə əxlaqsız həyat tərzi keçirdiyinə görə Yamən ona irad tutmuş və belə olub aralarında düşmənçilik yaranmışdır. Cinayət işinin materiallarında olan “ərizə”dən görünür ki, Qanuni nümayəndə Şəki Şəhər Polis Şöbəsinə müraciət edərək əmisi oğlu Yamən Ələkbərov tərəfindən qızı 2007ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı sexsual xarakterli zorakılıq hərəkətləri etdiyi və onun öldürməklə hədələdiyi üçün onun barəsində qanuni tədbirlərin görülməsini xahiş etmişdir. (cild 01, iş vər. 9) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İfadənin yerində yoxlanması haqqında” 28.01.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə və müəllim mütəxəssisin iştirakı ilə hadisə yerində ifadəsi yoxlanılarkən ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadə verdiyi zaman göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Hadisə yerində müvafiq foto çəkillər çəkilməklə protokola əlavə edilmişdir. (cild 01, iş vər. 231-251) Cinayət işinin materiallarında olan 18.11.2020-ci il tarixli 675 nömrəli X2 daxil olmuş məktubdan görünür ki, Şəki rayon Qayabaşı kəndində yaşayan Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Qanuni nümayəndə Şəki rayon, Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdurlar. (cild 01, iş vər. 113) Cinayət işinin materiallarında olan 04.12.2020-ci il tarixli 2879 nömrəli Şəki RMXdan daxil olmuş məktubdan görünür ki, Şəki rayon Qayabaşı kənd sakinləri Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Qanuni nümayəndə Şəki RMX-nın Publik Hüquqi şəxsin Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdurlar. (cild 01, iş vər. 189) Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 02.10.2020-ci il tarixli 1968 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda hər hansı bir psixci xəstəliyin əlamətləri aşkar olunmur. Azyaşlı Zərərçəkmiş şəxs qarşı cinayət törədildiyi zaman və ona qədər onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi pozuntu əlamətləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs ona qarşı törədilmiş hadisə zamanı öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs psixi durumu ona araşdırma üzrə olan hərəkətlərdə iştirak etməyə imkan verir. Zərərçəkmiş şəxs fərdipsixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin daxili aləmə yönəlməsi) daha yaxındır. Ünsiyyətçilik, adaptivlik, aktivlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla o, iş üçün əhəmiyyətli halların düzgün qavraya bilər. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altına hərəkət etməyə, özündən uydurmağa meyllilik əlamətlər müşahidə olunmadı. Zərərçəkmiş şəxs hadisələr zamanı onunla edilən hərəkətlərin düzgün olmadığını, normadan fərqləndiyini (xarakter və mənasını) yaş xüsusiyyətləri və intelektual inkişafı çərçivəsində dərk etmişdir. Zərərçəkmiş şəxs yaş və fərdi-psixi xüsusiyyətlərindən, intelektual inkişafı və emosional halından asılı olaraq baş vermiş hadisə zamanı müqavimət göstərmək (Yamən adlı şəxs gəldikdə qapını bağlamış, ondan qaçıb gizlənmiş, bu barədə anasına məlumat vermişdir) imkanına malik olmuşdur. Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmadığından yaranmış şəraitin mahiyyətini öz əqli və psixi yaş çərçivəsində dərk etmişdi. Yəni Yamən adlı şəxsin ona qarşı düzgün hərəkət etmədiyini normayla müqayisə edib anlamış və bu barədə anasına məlumat vermişdi. (cild 01, iş vər. 60-64) Cinayət işinin materiallarında olan məhkəmə psixiatrik ekspertizasının 09 dekabr 2020-ci il tarixli 664 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. (cild 02, iş vər. 8-9) Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı CM-nin 134, 29,150.3.3 və 150.3.3-cü maddələri ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə, yəni zərərçəkmiş şəxsə qarşı heç bir seksual xarakterli zorakılıq hərəkətləri etmədiyi və bütün bunların Qanuni nümayəndə qurduğu oyun olduğu, hətta etmədiyi cinayət əməlini etiraf etməsi üçün polis bölməsində fiziki və psixi təsirə məruz qalması barədə göstərdiyi xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxs baş verən hadisələri ardıcıllıqla heç bir şişirtmə etmədən bildirir, onun ifadələrində işlətdiyi sözlərdən, danışığından, baş vermiş hadisələri bir-bir təsvir etməsindən görünür ki, o, kiminsə təsiri altına hərəkət etmir, çünki hadisə baş verən günlərdə olanları demək olar ki, təqsirləndirilən şəxs özü də etiraf edir. Belə ki, avqust ayının 26, 28 və 29-da baş verənləri Təqsirləndirilən şəxs özü ardıcıllıqla bildirərək qeyd edir ki, avqust ayının 26-da nahar etmək üçün evə getmiş və həmin günü Nilufər onlarda olmuşdur, ayın 28-də və 29-da Elsevər və Dilufə evdə olmayanda, bilə-bilə ki, Nilufər evdə təkdir onlara getməsini etiraf edir, həmçinin ayın 28-də axşam vaxtı Dilufəgil onun anasıgilin evində olan zaman avtomobil ilə Nilufərlə dükana getməsini qəbul edir. Bu ardıcıllıqlar onu göstərir ki, Nilufər baş verənlərdən artıq heç nəyi danışmır və özündən uydurmur. Əgər elə olmuş olsaydı, Nilufər başqa tarixlərdə, başqa saatlada baş verən hadisələr barədə özündən nəsə uydurar, sözügedən hadisələr baş verən günü olanları danışarkən (həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı) ardıcıllıqda hər hansı yanlışlıqlara yol verərdi. Əksinə Zərərçəkmiş şəxs ibtidai istintaqın ilkin mərhələsindən eyni məzmunlu ardıcıl ifadələr vermiş və baş verən hadisələri, ona qarşı edilən hərəkətləri ətraflı şəkildə təsvir etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs öz doğma qohumu kimi qəbul etdiyi, bir böyük kimi hörmət edərək ona “dayı” deyərək müraciət etdiyi, onunla səmimi olduğu halda ona qarşı edilən belə bir hərəkətlərdən çaşqınlıq içində qalaraq qorxmuş və artıq Təqsirləndirilən şəxs ona qarşı etdiyi seksual xarakterli zorakılıq hərəkətlərindən sonra edilən hərəkətlər barədə anasına danışacağını bildirdikdə Təqsirləndirilən şəxs öldürülə biləcəyi ilə bağlı təhdid aldığı üçün məhz həmin təhdidi real qəbul edərək, (çünki Təqsirləndirilən şəxs artıq heç gözləmədiyi hərəkətləri görmüşdür) hadisə barədə anasına ilk əvvəl deməkdən yayınmışdır ki, bu hal onun nə qədər stress keçirdiyini və qorxduğunu əyani şəkildə təsdiq edir. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, mövcud milli mentalitet qaydaları çərçivəsində, uzun illər ərzində formalaşan adət-ənənələrin fonunda böyüyən, bütün əxlaq normalarını yaxşı bilən və dərk edən azərbaycan qadını tərəfindən, hələ də qız övladını təkbaşına böyüdən ana tərəfindən öz övladının adının belə bir bədnam hadisədə yalandan hallandırılması ağlabatan deyil. Eyni zamanda cinayət işinin materiallarına əlavə edilmiş Şəki rayon prokurorluğunun 18 iyun 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təsirə məruz qalması barədə xüsusatlar Şəki rayon prokurorluğunda araşdırılmış və qeyd edilən xüsusatlar öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar müdafiə tərəfinə təqdim edilmiş və müdafiə tərəfindən mübahisələndirilməmişdir, hazırda qüvvədədir. Odur ki, məhkəmə həm zərərçəkmiş şəxsin, həm də təqsirləndirilən şəxsin qeyd etdiklərini ayrı-ayrılıqda ətraflı şəkildə təhlil edərək zərərçəkmiş şəxsin göstərdiyi xüsusatların cinayət işinin materiallarında olan və bir-digərini tamamlayan sübutlarla üstüstə düşdüyü üçün əsaslı sayır. Ona görə də, bu sübutların fonunda təqsirləndirilən şəxsin qeyd etdiklərinə tənqidi yanaşaraq həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə məhz cinayət məsuliyyətindən yayınmağa çalışır. Eyni zamanda məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında dindirilən şahidlərin (Filiyar Qurbanova, Şöhrət Allahverdiyeva və Fatma Əlizadə) söylədiklərinə gəldikdə qeyd edir ki, şahidlərdən Şöhrət Allahverdiyeva və Fatma Əlizadə Təqsirləndirilən şəxs arvadı və bibisi olmaqla yaxın qohumları, Filiyar Qurbanova isə yaxın qonşusudur. Odur ki, bu hal onların sonuncunun xeyrinə ifadə verməsini anlaşılan edir. Ona görə də, məhkəmə həmin şəxslərin ifadəsinə tənqidi yanaşır, həmin ifadələri həqiqəti əks etdirən ifadə kimi, o cümlədən ittihamda göstərilənləri təkzib edən əsaslı sübut növü kimi qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl düzgün olaraq CM-nin 134, 29,150.3.3 və 150.3.3-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı və 2015, 2016 və 2019-cu il təvəllüdlü üç az yaşlı övladı ilə) birlikdə Şəki rayonu, Qayabaşı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 1, iş vər. 116-117) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 30.05.2013-cü il tarixli hökmü ilə CM-nin 332.2.2, 332.2.3 və 62-ci maddələrinə əsasən 120 saat ictimai işlər cəzasına məhkum edilmişdir. (cild 01, iş vər. 179) Cinayət işinin materiallarında olan Şəki rayon İcra və Probasiya şöbəsindən verilmiş 18.02.2021-ci il tarixli 176/10 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 30.05.2013-cü il tarixli hökmü ilə CM-nin 332.2.2, 332.2.3 və 62-ci maddələrinə əsasən 120 saat ictimai işlər cəzasına məhkum edilmiş, 10.01.2014-cü il tarixdə cəzası başa çatmışdır. (cild 02, iş vər. 95) Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində təqsirli bilindiyi CM-nin 134-cü maddəsində nəzərdə tutulan cinayətin təkrar törədilməsi CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən, həmçinin cəzanı ağırlaşdıran halın mövcudluğunu, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01.12.2020-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vər. 128-129) Cinayət işinin materialarında olan Şəki rayon məhkəməsinin 03.12.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 01.12.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 176-178) Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli faktiki olaraq ibtidai istintaq orqanı tərəfindən tutulduğu vaxtdan, yəni 01 dekabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 29,150.3.3 və 150.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 29,150.3.3 və 150.3.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplanılması yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 01 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-109/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-109/2021
28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver