Məhkəmə qərarları › İş №1(091)-109/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-109/2022

09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-109/2022 09.09.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi – X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 23 avqust 1992-ci il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, "xxxx" ASCdə xətt baxıcısı işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 29,120.2.4 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs keçmiş arvadı Şahid14 ilə öz dostu olan Göyçay şəhər sakini xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs arasında sevgi münasibətlərinin olmasından şübhələndiyindən sonuncu ilə həmin məsələni aydınlaşdırmaq qərarına gəlib bu məqsədlə xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxsla görüşüb özünə məxsus “BMW” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etməsini sonuncuya həvalə edərək avtomaşınla gəzinti zamanı Zərərçəkmiş şəxs Şahid14 ilə aralarında hər hansı bir münasibətin olmasını inkar etdiyindən, Vüsalın Şahid14 ailə üzvlərinin, həmçinin atasının evdə olmasını deməsi və avtomobili Şahid14 yaşadığı evin qarşısına sürməsindən daha da hiddətlənərək, Şahid14 yaşadığı evlə üzbəüz yerləşən Göyçay şəhəri, N.Nərimanov küçəsində yerləşən 107 nömrəli evin qarşısına çatdıqda, Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib müstəsna qəddarlıq və rəhmsizlik nümayiş etdirərək, bu məqsədlə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib avtomobilində gəzdirdiyi və soyuq silah hesab edilən ümumi uzunluğu 202 mm, tiyəsinin uzunluğu 102 mm olan bıçaqla qəsdən sonuncunun sinə nahiyyəsinə iki dəfə bıçaqla zərbə endirmiş, Zərərçəkmiş şəxs avtomobildən düşüb geriyə doğru qaçmağa başladıqdan sonra, cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə avtomobildən düşərək, sonuncunun arxasınca qaçıb ünvan 2 ünvanının qarşısında onun boyun nahiyyəsindən tutaraq qəsdən ona əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirməklə sonuncuya 8 ədəd döş qəfəsinin sağ yarısında İİİ qabırğanın orta körpücük xətti üzrə tam, V qabırğanın isə hissəvi kəsilməsi, sol yarısında Vİ qabırğanın orta körpücük xətti üzrə və Vİİ qabırğanın döş sümüyü birləşməsi səviyyəsindən tam kəsilməsi fonunda, döş qəfəsinin sağ, sol və arxa səthinin, 1 ədəd qarının ön divarının daxilə nüfuz edən mədənin böyük əyriliyinin və piyliyin zədələnməsi ilə müşayət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran kəsilmiş-deşilmiş yaraları, 1 ədəd sağ dirsək oynağının iç səthinin sağ dirsək sinirinin zədələnməsi ilə müşayət edilən dərəcəsinə görə sağlamalığa az ağır zərər vuran kəsilmiş-deşilmiş yara, 1 ədəd qarının sağ yan divarının, 1 ədəd sağ budun aşağı 1/3-nin bayır səthinin, 2 ədəd boynun sağ tərəfinin, 1 ədəd çənəaltı nahiyyənin, 1 ədəd sağ üz nahiyyəsinin , 1 ədəd sol əlin baş barmağının və 1 ədəd İİ barmağın distal və orta falanqalarının dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran deşilmiş-kəsilmiş yaralar, ümumilikdə 18 ədəd xəsarət yetirmiş, Zərərçəkmiş şəxs yerdə hərəkətsiz vəziyyətdə qalmasından öldüyünü zənn edərək hadisə yerindən uzaqlaşmış və sonuncu Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırıldıqdan sonra göstərilən tibbi yardım nəticəsində həyatı xilas edildiyindən, o, xüsusi amansızlıqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini, yəni Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyi öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib soyuq silah hesab edilən bıçaqla xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavavbdeh) Təqsirləndirilən şəxs CM-nin 29,120.2.4 və 228.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək hadisənin baş vermə mexanizmi, vaxtı, şəraiti, səbəbləri ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə vermiş, lakin əlavə olaraq göstərmişdir ki, onun Zərərçəkmiş şəxs öldürmək kimi bir niyyəti olmamış və əsas məqsədi zərərçəkmiş şəxsi cəzalandırmaq olmuşdur. Əgər öldürmək niyyəti olmuş olsaydı, onda yəqin ki, onun boğaz nahiyyəsindən və ya həyatı üçün vacib orqanlarından bıçaqla xəsarət yetirər və onun sağ qalması üçün heç bir şansı qalmazdı. Ona yetirilən xəsarətlərin sayını dəqiq bilmir, çünki həmin vaxt əsəbiləşdiyindən özündə olmamış və Vüsala dəqiq neçə xəsarət yetirdiyini bilməmişdir. Cinayət törətdikdən sonra Göyçay Rayon Polis Şöbəsində işləyən polis əməkdaşı Pərviz adlı əməkdaşı tanıdığından, ona telefonla zəng etmiş və cinayət törətdiyini etiraf etmişdir. Polis əməkdaşı olan Pərviz ona evdə olmağı tapşırmış və özünün gəlib onu polis şöbəsinə aparacağını bildirmişdir. Lakin hazırda dəqiq yadında deyil ki, hansı formada ona zəng etmişdir. Əgər səhv etmirsə, “Watsapp” proqramı vasitəsi ilə ona zəng etmişdir. Bundan sonra atasına zəng etmiş və olanlar barədə atasına da məlumat vermişdir. Atası tez evə gəlməyini tapşırmış və polisə getmək lazım olduğunu bildirmişdir. O da öz növbəsində ona artıq polisə məlumat verdiyini və onları gözləmək üçün evə getdiyini demişdir. Sonra evə getmiş və polis əməkdaşları gəlib onu polis şöbəsinə aparmışdır. Barışmaq üçün ailəsi tərəfindən müəyyən hərəkətlər edilmiş, zərərçəkmiş şəxsin xəstəxana xərclərinin bir qismi çəkilmiş, əlavə 10000 manat pul verilsə də, zərərçəkmiş tərəf həmin məbləği götürməmişdir. Mülki iddianı qəbul etmir. Odur ki, qeyd olunanlara əsasən barəsində ədalətli qərarın qəbul olunmasını xahiş edir. Təqsirləndirilən şəxs (mülki cavavbdeh) Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə (özünü qismən təqsirli bilməsi və hadisəni törətməkdəki niyyəti ilə bağlı) ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 15 ildir tanımış, sonuncu ilə yaxın dostluq münasibətləri olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2018-ci il tarixdə Göyçay şəhər sakini Şahid14 ilə rəsmi olaraq ailə həyatı qurub 7 ay müddətində birlikdə yaşamışlar. Ailələri arasında olan söz-söhbətlərə görə, eləcə də yola getmədiklərinə görə xx.xx.2019-cu il tarixdə rəsmi olaraq boşanmışlar. 2020-ci ilin avqust ayının əvvəllərində keçmiş həyat yoldaşı Şahid14 işlədiyi Göyçay şəhəri, Atatürk küçəsi ilə Əli Kərim küçəsinin kəsişməsində yerləşən “Banu” adlı gözəllik salonunun yanından keçərkən dostu Zərərçəkmiş şəxs həmin gözəllik solunun yaxınlığında, eləcə də öz evlərinin qapısının qarşısında əlində telefon küçədə dayandığını, Sənubərin işlədiyi gözəllik salonuna tərəf baxdığını, bir neçə saniyə sonra Sənubərin də əlində telefon işlədiyi salondan çıxdığını, Vüsalın dayandığı tərəfə baxdığını görmüşdür. Maşını bir qədər qarşıda saxlayıb, maşından düşüb arxaya baxmış və Sənubərin yenədə telefonla oynayaraq, eyni zamanda Vüsala tərəf baxdığını görmüşdür. Daha sonra maşınla digər küçədən fırlanıb həmin yerə gəlmiş, oraya gələndə Vüsal və Sənubərin uzaqdan birbirilərinə baxdığını görmüşdür. Həmin vaxt Vüsal onu görüb başqa istiqamətdə getmişdir. Həmin vaxtdan etibarən Vüsal və Sənubərin arasında münasibətin olmasından şübhələnmiş və bu hadisə ona çox pis təsir etmişdir. Daha sonra həmin gün öz telefonuna hazırda adını xatırlamadığı xüsusi proqram yazmış, belə ki, həmin proqram vasitəsi ilə Vüsalın istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin, eləcə də həmin vaxt Sənubərin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” sosial şəbəkəsində hansı vaxtlarda “online” yəni bir başa xəttə olmalarını görmüşdür. Həmin proqramı yazdıqdan sonra Vüsal və Sənubərin gün ərzində eyni vaxtda “Whatsapp” sosial şəbəkəsində “online” olduqlarını, eyni vaxtda “offline” olduqlarını görmüşdür. Bütün bunlar Vüsal və Sənubər arasında münasibətlərin olması ilə bağlı şübhələrini daha da artırmışdır. xx.xx.2020-ci il tarixdə Vüsalın qardaşı Adil saat 00:26 dəqiqədə onu öz evlərinə düşürmüş, saat 00:34 dəqiqədə isə həmin proqram vasitəsi ilə ona bildirim gəlmiş və bildirimdən ona aydın olmuşdur ki, saat 00:34 dəqiqədə Vüsal və Sənubər hər ikisi “Whatsapp” sosial şəbəkəsində “online” olmuşlar, saat 00:37 dəqiqədə isə hər ikisi “offline” olmuşlar. Şübhələri artdığı üçün yaşadığı evdən çıxıb qaça-qaça Göyçay şəhəri, Nəriman Nəriman küçəsində yerləşən Sənubərgilin evinin qarşısına getmişdir. Saat 00:57 dəqiqədə artıq Sənubərgilin evinin qarşısında olmuşdur. Həmin ünvana çatdıqdan sonra saat 01:04 dəqiqədə Vüsalın, qardaşı Adilə məxsus “Opel” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sənubərgilin evinin qarşısından gəlib keçdiyini, qarşıdan dönüb geri qayıtdığını, Sənubərgilin qapısının qarşısında bir neçə saniyə dayandığını, daha sonra çıxıb getdiyini görmüşdür. Həmin vaxt Sənubərgilin həyətindən isə sonuncunun səsi gəlmiş, belə ki, Sənubər öz-özünə mahnı oxumuşdur. Həmin vaxt Vüsalın onu gördüyü üçün getdiyini güman etmiş, orada çox dayanmayıb getmişdir. Bütün bu hallardan sonra Vüsalla Sənubərin arasında münasibət olmasından daha da əmin olmağa başlamışdır. Ertəsi gün bu hadisə ilə bağlı Adildən soruşaraq ötən gün onu düşürdükdən sonra harasa gedib-getmədiyini, sonuncunun maşınının kimdə olduğunu soruşmuş, Adil isə evə getdiyini, maşının isə ola bilsin qardaşı Vüsalda olduğunu demişdir. Həmin vaxtdan sonra Vüsalın özü ilə bu barədə bir neçə dəfə söhbət etməyə çalışmış, bəzi hallarda Vüsal söhbət etməkdən yayınmış, bəzi hallarda qısa söhbət edib and içərək, söyüş söyərək Sənubərlə arasında olan münasibətləri inkar etmişdir. Lakin, özlüyündə Vüsalın dediklərinə inanmamış, çünki şöbhələrinin əsaslı olduğunu hesab etmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə işdən çıxıb saat 17:10 dəqiqədə idarə etdiyi “BMW” markalı **-RE- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sənubərin işlədiyi “Banu” adlı gözəllik salonunun yanına gəlmişdir. Təxminən, 2 saat müddətində avtomobillə həmin ərazidə fırlanıb Sənubərin işdən çıxmasını, eləcə də Vüsalı oralarda görüb-görməyəcəyini gözləmişdir. Təxminən, saat 19:10 dəqiqədə həmin gözəlik solunun yaxınlığında Füzuli küçəsində Vüsalla üzbəüz gəlmişdir. Belə ki, sonuncu qardaşı Adilə məxsus “Opel” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşısından keçmişdir. Sənubərin Vüsalın maşınında ola biləciyini düşünərək geriyə dönüb sonuncunun arxasınca getmiş, təxminən 300-400 metr qaşıda Vüsal avtomobili saxlayıb maşından düşmüş və tanımadığı bir kişi ilə görüşmüşdür. Bu zaman öz maşınından düşərək gəlib Vüsalın maşının arxa qapısını açıb baxmış, lakin həmin vaxt maşında heç kim olmamışdır. Bundan sonra, Vüsala yaxınlaşıb gün ərzində ona vaxt ayırmasını, söhbət etmək istədiyini demişdir. Vüsal isə razılaşıb yaxşı deyə bildirmişdir. Təxminən, 1 və ya 1,5 saat Vüsalı gözlədikdən sonra xəbər çıxmadığını görüb istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Vüsalın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib harada olduğunu soruşmuş, sonuncu Heydər Əliyev mərkəzinin yanında “Park Cafe” adlı çayxanada olduğunu bildirmişdir. Bundan sonra həmin çayxananın yaxınlığına gəlib Vüsala yenidən zəng etmiş, burada olduğunu demişdir. Vüsal isə təxminən 20 dəqiqəyə düşəcəyini bildirmişdir. Təxminən, 20 dəqiqə sonra Vüsal gəlib maşınına əyləşmiş və avtomobili idarə etməyə başlamışdır. Yolda olarkən yenidən həmin mövzunu açıb Sənubərlə onun arasında olan münasibəti etiraf etməsini, bununla da söhbəti bağlamağlarını bildirmişdir. Vüsal isə yenə də söyüş söyərək bunu inkar etmiş, Sənubərlə arasında olan münasibətləri boynuna almamışdır. Aralarında bu məzmunda sözlə mübahisə etmişlər. Bu zaman Vüsala özündə olan şübhələri və faktları, eyni vaxtda “Whatsapp” sosial şəbəsində aktiv olduqlarını, Sənubərgilin evinin qarşısında gördüyünü desə də, Vüsal yenə də boynuna almamışdır. Şəhər stadionu istiqamətində gedəndə Vüsal maşını bərk sürdüyünü deyib irad bildirmiş, buna görə də, 28 may küçəsində avtomobili saxlayıb Vüsala maşını gəlib özünün sürməsini demişdir. Bundan sonra sükanı dəyişmişlər və Vüsal maşınını idarə etməyə başlamış, özü isə qarşıda sərnişin qismində əyləşmişdir. Həmçinin bildirmişdir ki, avtomobilində baqajda hər zaman dəstəyi qəhvəyi-boz-qara rəngli bıçaq olmuşdur. Həmin bıçağı 2014-cü ildə Bakı şəhərində, “20 Yanvar” dairəsinin yaxınlığında dəqiq xatırlamadığı köşkdən almış və həmin vaxtdan özündə saxlamışdır. xx.xx.2021-ci il tarixdə Vüsalla görüşməmişdən əvvəl həmin bıçağı Vüsalı vurmaq məqsədi ilə baqajdan götürüb sürücü oturacağının sağ tərəfində olan aralığa qoymuşdur. Sükanı dəyişdikdən sonra isə Vüsala hiss etdirmədən həmin bıçağı oradan götürüb avtomobilin qabaq sağ qapısında olan dolaba qoymuşdur. Vüsal maşınını idarə etməyə başladıqdan sonra, yenədə eyni mövzuda mübahisə edərkən Vüsal əgər inanmırsa, Sənubərgilin evlərinə gedib üzləşməsini, bunu Sənubərin özündən soruşmağını, eləcə də Sənubərin atasının və anasının evdə olduğunu, həmçinin onlardan da bu barədə soruşmağını bildirmişdir. Sənubərin atası Bakı şəhərində işləyib, əsasən orada yaşadığına görə Vüsalın Sənubərin atasının evdə olmasını haradan bilməsinə görə şübhələri daha da artmışdır. Bu barədə Vüsaldan soruşanda sonuncu bunu sözün gəlişi dediyini, Sənubərin atasının yəqinki evdə olacağını demişdir. Həmin vaxt artıq Nəriman Nərimanov küçəsi ilə hərəkət edib Sənubərgilin evinə yaxınlaşmışlar. Bu vaxt Vüsalın qardaşı Adil ona zəng edərək harada olduğunu soruşmuş, Vüsal isə birlikdə olduğunu və Sənubərgilin evinə getdiklərini bildirmiş və telefonu söndürmüşdür. Həmin vaxt artıq Nəriman Nərimanov küçəsində Sənubərgilin qarşısından asta sürətlə keçmişlər. Vüsal telefon danışığını bitirdikdən sonra, əsəbiləşərək qapının dolabına qoyduğu bıçağı götürüb Vüsalın sinə nahiyyəsindən 2 dəfə bıçaqla zərbə vurmuşdur. Həmin vaxt Vüsal maşının qapısını açıb özünü yerə atmış, maşın öz-özünə getdiyi üçün sol ayağını sürücü tərəfə keçirib, əyləci basaraq avtomobili saxlamış, mühərriki söndürüb tez maşından düşərək Vüsalın arxası ilə qaçmışdır. Həmin vaxt X11 küçəsi ilə gəldiyi istiqamətdən geriyə doğru qaçmışdır. Vüsalın arxasınca qaçıb təxminən 100 metr irəlidə tanımadığı şəxsə məxsus evin darvazasının qarşısında dayanmış, nömrəsini xatırlamadığı, parıltılı boz (metalik) rəngli, “Mercedes” markalı avtomobilin yanında sol əli ilə Vüsalın çiynindən tutmuşdur. Həmin vaxt Vüsaldan hər şeyi boynuna almasını bildirmiş, sonuncu isə üzünə baxıb heçnə deməmişdir. Bundan sonra, Vüsal əlindən çıxıb “Mersedes” markalı avtomobilin qarşısına keçmiş və tuta bilməsin deyə saat əqrəbi istiqamətində maşının ətrafına fırlanmağa başlamışdır. Maşının ətrafına bir dəfə dövrə etdikdə, Vüsala bir-iki dəfə də bıçaq atmış, lakin həmin bıçağın Vüsala dəyibdəymədiyini bilməmişdir. Bir dəfə dövrə etdikdən sonra avtomobilin qarşısında sol əli ilə Vüsalın boynundan tutub, sonuncunu avtomobilin sol tərəfinə doğru çəkmişdir. Həmin vaxt Vüsal yalvararaq övladının olduğunu, onu öldürməməyini xahiş etmişdir. Bu zaman Vüsala balasını fikirləşənin belə qeyrətsizlik etməməli olduğunu deyib, sağ əlində olan bıçaqla təxminən 3-4 dəfə sonuncunun sinəsindən zərbə endirmişdir. Bu zərbələrdən sonra Vüsalın yerə yıxıldığını görüb öz avtomobilinə doğru gəlmişdir. Daha sonra atası Rzaya zəng edib Elçinin oğlu Vüsalı bıçaqla vurduğunu demişdir. Atası isə evə gəlməyini bildirmiş, bundan sonra öz avtomobilinə əyləşib yaşadığı evə gəlib, maşını həyətdə saxlamışdır. Maşından düşüb həyətdə olan əl-üz yuyanda əlini yuyarkən həyəcanlı olduğundan Vüsala xəsarət yetirdiyi bıçaqda əlində olduğu üçün yuyulmuşdur. Evə çatdıqdan təxminən 10-15 dəqiqə sonra evə polis əməkdaşları gəlmiş, polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə, oradan isə rayon prokurorluğuna gəlmişdir. Həmçinin bildirmişdir ki, Vüsalı vurmaqda məqsədi keçmiş həyat yoldaşı ilə münasibəti olmasına görə cəzalandırmaq olmuşdur. Lakin Vüsalı öldürmək məqsədi olmamışdır. Sonuncuya xəsarət yetirdikdən sonra əsəbi olduğuna görə heç bir köməklik göstərməmiş, yerdə uzanaraq xırıldadığını gördükdən sonra, öldüyünü düşünüb hadisə yerindən uzaqlaşmışdır. Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı yadında qaldığı qədər 2014-cü ildə Bakı şəhəri, “20 Yanvar” dairəsinin yaxınlığında olan səyyar satıcıdan almışdır. Lakin, həmin şəxsi tanımamış, sonuncunun harada yaşamasını və kim olmasını bilməmişdir. Həmin bıçağı maşınında gəzdirmiş, lakin heç vaxt üzərində gəzdirməmişdir. Həmin bıçağı balıq tutmağa gedərkən və ya hər hansı yerə gəzmək üçün gedərkən istifadə etmək üçün avtomobilində saxlamışdır. Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağın soyuq silah olmasından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xeyli vaxtdır tanımış, belə ki, Fərid ilə eyni məktəbdə oxumuş, həmçinin Fərid qardaşı Adillə sinif yoldaşı olmuşdur. Təxminən 10 ildən artıqdır ki, sonuncu ilə münasibəti daha da yaxın olmuşdur. Fərid 2018-ci ildə Göyçay şəhər sakini Sənubər adlı şəxslə ailə həyatı qurmuşdur. Lakin, sonradan Sənubərdən boşanmışdır. Fəridlə münasibəti yaxın olduğu üçün, bir-birilərinin evinə də gediş-gəliş olmuşdur. Lakin, Fərid ailə həyatı qurduqdan sonra, sonuncunun evinə getməmişdir. Fərid həyat yoldaşından boşandıqdan sonra, təxminən 2020-ci ilin sentyabr ayında, ortaq dostları olan Elman, Cavid və Valehin yanında Sənubər ilə münasibəti olduğunu deməsini eşitmişdir. Bu barədə 2021-ci ilin sentyabr ayında isə qardaşı Adil eşidib, ona məlumat vermişdir. Belə ki, Fərid son 2 ayda onunla soyuq münasibət saxlamış, qardaşı bu barədə dedikdən sonra, Fəridin bu səbəbdən onunla soyuq münasibət saxlamasını başa düşmüşdür. Bundan sonra, dəqiq yadında qalmayan vaxtda Fəridə zəng etmiş və harada olduğunu soruşmuşdur. Fərid isə işdə olduğunu demişdir. Bundan sonra, özünə məxsus “Vaz2106” markalı avtomobil ilə Fəridin iş yerinə getmiş və sonuncu işdən çıxdıqda, söhbət etmək istədiyini bildirmişdir. Fərid isə iş paltarında olduğunu və evə gedib paltarını dəyişdikdən sonra, görüşmələrini demişdir. Fərid öz maşını ilə evlərinə gəlmiş, özüdə evlərinin yanına gəlib, Fəridi gözləmişdir. Fərid paltarını dəyişdikdən sonra, çölə çıxmış və maşınına oturmuşdur. Fərid maşına oturduqda, sonuncuya nə üçün Sənubərlə münasibəti olması barədə danışdığını, belə ki, bunun yalan olduğunu demişdir. Fərid isə bu zaman özündən çıxaraq qışqırmağa başlamış və yalan danışmadığını, bunu sübut edəcəyini dedikdə, sonuncuya edə bilirsə, sübut etməsini demişdir. Bu zaman, Fərid bunu dostları ilə görüşəndə “stolda sübut edəcəm” demişdir. Fəridin əsəbi olduğunu gördükdə, problem deyil, axşam söhbət edərik demiş və sonuncunu evlərinə düşürmüşdür. Həmin gün axşam saatlarında Fərid ilə “Əli Kərim” parkında, çayxanada görüşmüş, həmin vaxt yanlarında dostları Elman, Cavid və Valeh də olmuşdur. Birlikdə oturub, bu barədə söhbət etmişlər, Fərid isə Sənubər ilə eyni vaxt “Whatsapp” sosial şəbəkəsində onlayn olduqlarını və eyni vaxtda həmin sosial şəbəkədən çıxdıqlarını, həmçinin, qardaşı Adilin “Opel” markalı avtomobilinin gecə saat 02 radələrində Sənubərgilin evinin qarşısında olduğunu görməsini demişdir. Bu zaman Fəridə yalan danışdığını, əgər qardaşının avtomobilini gecə saatlarında orada görmüşdürsə, nə üçün avtomobilin şəklini çəkmədiyini demişdir. Həmin vaxt Fəridə özünə məxsus telefonu təqdim edərək, istəyirsə telefona baxmağını, orada Sənubərlə danışığı, mesajı və.s şeylər olmadığını demişdir. Bu zaman, Fərid telefonda Sənubərə aid olan şeyləri siləcəyini demiş, Fəridə silinən şeyləri geri qaytarmağın mümkün olduğunu, əgər istəyirsə telefonu aparıb yoxlatmağını demişdir. Sonradan telefonu Bakı şəhərində olan qardaşı Adilə göndərmiş, Adil isə aparıb həmin telefonun yaddaşını yoxlatmış və Sənubərə aid heç bir şey olmadığı müəyyən olunmuşdur. Bundan sonra, Fərid bu barədə heç bir şey danışmamış, lakin, sonradan Fəridin onun barəsində söyüş söydüyünü eşitmişdir. Bunu öyrəndikdən sonra, Fəridə nə üçün söyüş söydüyünü dedikdə, Fərid Sənubərlə əlaqəsi olana söydüyünü demişdir. Həmin vaxt söhbət yenidən açılmış, yenə də Fəridə Sənubərlə əlaqəsi olmadığını, bu barədə yalan yerə danışdığını və onu biabır etdiyini demişdir. Həmin vaxt Fərid telefon nömrəsinin yaddaş tarixçəsini çıxardacağını demiş, sonuncu ilə bununla da razılaşmışdır. Belə ki, istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə dostu Namiq Muxtarovun adına olmuş, Namiqdən Fəridlə gedərək nömrənin yaddaş tarixçəsini çıxarmalarını xahiş etmişdir. Belə ki, həmin nömrədən 6 aylıq gedən zənglər çıxarılmış, həmin tarixçəni Fərid Namiq ilə birlikdə gedib çıxartdırmış və ondan Sənubərə zəng getmədiyi müəyyən olunmuşdur. Bundan sonra, Fəridlə görüşdükdə, bu dəfə sonuncu başqa nömrə ilə Sənubərlə danışdığını demiş, bu hadisədən sonra da bir müddət həmin söhbət bağlanmışdır.Təxminən, 3-4 ay qabaq Fəridlə “dördyol” adlanan ərazidə rastlaşmış, sonuncu əl edib, avtomobili saxlamağını demişdir. Avtomobili saxladıqda, Fərid avtomobilinə oturmuş və maşını sürməyini demişdir. Fərid yenidən yolda ona Sənubərlə əlaqəsi olduğunu və bunu etiraf etməyini demişdir. Həmçinin, avtomobildə onu hədələyərək, “səni öldürəcəm, balana görə keçirəm” demişdir. Yenə də Fəridə Sənubərlə heç bir əlaqəsi olmadığını demişdir. Bundan sonra, Fəridi avtomobillə gətirib, götürdüyü yerə düşürmüş, bundan sonra, Fəridlə rastlaşsa da, lakin bu barədə söhbətləri olmamışdır.xx.xx.2021-ci il tarixdə saat 20 radələrində qardaşına məxsus “Opel” markalı avtomobil ilə Füzuli küçəsi ilə gedərkən, Fərid özünə məxsus “BMW” markalı avtomobil ilə gəlmiş və sonuncu ilə rastlaşmışdır. Avtomobili kənarda saxlayıb, qonşuları ilə görüşmüş, Fərid isə avtomobilini onun avtomobilinin qarşısında saxlamışdır. Yenidən öz avtomobilinə əyləşdikdə, Fərid avtomobilinə yaxınlaşıb əvvəl arxa qapını açmış, sonra isə birazdan zəng edəcəyini və onunla işi olduğunu demişdir. Bu zaman evə getdiyini və yemək yedikdən sonra görüşmələrini demişdir. Lakin, Fərid özü zəng etmədiyi üçün, sonuncu ilə görüşmək istəmədiyimdən şəhər ərazisində yerləşən “Park Cafe”-yə getmişdir. Orada qardaşı Adil və dostları olan Elman və Əfqanla oturub çay içmişlər. Bu zaman, Fərid zəng edib, harada olduğunu soruşmuş, sonuncuya “Park Cafe”-də olduğunu və çay içdiyini demişdir. Bir neçə dəqiqə sonra, Fərid oraya gəlmiş və söhbət etmək istədiyini demişdir. Fəridə bir neçə dəqiqə gözləməsini və gələcəyini demiş, təxminən, 5 dəqiqə sonra oradan çıxmış və Fəridlə getmişdir. Fərid öz avtomobilini “Aysel” Şadlıq sarayının qarşısında saxlamışdır. Fərid özü əvvəldən avtomobilə əyləşmiş, yaxınlaşıb avtomobildə ön sağ tərəfdə əyləşmişdir. Bu zaman, Fərid avtomobili işə salıb, şəhər ərazisində idarə etməyə başlamışdır. N.Nərimanov küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsində olan köşkün qarşısında keçərkən, Fəridə avtomobili saxlamağını və siqaret almaq istədiyini demişdir. Fərid isə avtomobili saxlamış və siqaret almağa düşmüşdür. Həmin vaxt qardaşı Adil də öz avtomobili ilə oraya gəlmişdir. Bu zaman, Adil Fəridin avtomobilinə oturmuş və Fəridə “nə istəyirsən, bu söz-söhbəti qurtar” demişdir. Fərid isə Adilə “heç bir problem olmadığını, söhbət etdiklərini” bildirmişdir. Bundan sonra, Adil avtomobildən düşmüş və köşkə tərəf getmişdir. Həmin vaxt Fəridin avtomobilinə əyləşmiş, bu zaman X21 küçəsi ilə yüksək sürətlə sürməyə başlamış və həmin sürətlə 28 May küçəsinə döndükdə, özü əlini atıb sürət qutusunu qarışdırmış, bu zaman maşın dayanmışdır. Həmin vaxt yerə düşmüş və qışqıraraq “Fəridə bu necə maşın sürməkdi, sənin dərdin nədi” demişdir. Həmin vaxt Fərid avtomobilini sürməsini və bir qədər kənara gedərək söhbət etmələrini demişdir. Həmin vaxt avtomobilə oturub, maşını işə salmış, Fərid isə ön sağ tərəfdə əyləşmişdir. Avtomobilini işə salıb, kənara getməyə ehtiyac olmadığını, Sənubərgilə gedərək, orada üzləşmələrini və bu söhbəti birdəfəlik bağlamalarını demişdir. Bundan sonra, avtomobili Sənubərin yaşadığı Nərimanov küçəsinə tərəf sürmüşdür. Sənubərgilə gedərkən, yolda Fəridə “gedək Sənubərin atasını və anasının yanında söhbət edək” demişdir. Bu zaman, Fərid Sənubərin atasının Bakıda işlədiyini və sonuncunun atasının Göyçayda olmağını haradan bildiyini demişdir. Bu zaman Fəridə “səninki ağızdan söz tutmaqdı, gedək orada söhbtə edərik” demişdir. Sənubərgilin yaşadığı evin qarşısına çatdıqda, qardaşı Adil zəng etmiş və harada olduqlarını soruşmuşdur. Bu zaman, Adilə Sənubərgilə çatdıqlarını və sonuncunun evinə getdiklərini deyərək telefonu söndürmüşdür. Telefonu söndürüb, şalvarın cibinə qoyduqda, Fərid bıçaqla sağ tərəfdən sinə nahiyyəsinə 2 dəfə bıçaqla vurmuşdur. Bu zaman qolunun keyidiyini hiss eləmiş və sol əlini irəli verərək Fəridin əlindəki bıçaqdan tutmuşdur. Bu zaman, bıçaq sol əlinin baş və şəhadət barmağını kəsmişdir. Yarasından qan axdığını və Fəridin aqressiv halda ona baxdığını görmüş, buna görə də, maşının qapısını açıb, maşından düşmüş və əks istiqamətə qaçmağa başlamışdır. Bu zaman, kürəyinə bıçaq zərbəsi dəyməyini hiss etmiş, geri döndükdə, Fəridin arxasınca gələrək, kürək nahiyyəsindən bıçaqla vurduğunu görmüşdür. Belə ki, Fərid iki dəfə kürək nahiyyəsindən vurmuşdür. Bir qədər güc toplayıb irəli getmiş və yaxınlıqda olan “Mercedes” markalı avtomobilin başına 2 dəfə fırlanmışdır. Həmin vaxt Fərid yenə də əl çəkməyərək, onu tutmağa çalışmışdır. 2 dəfə avtomobilin başına fırlandıqdan sonra, aldığı xəsarətlərin təsirindən özünü saxlaya bilməmiş və avtomobilin arxa hissəsində yerə yıxılmışdır. Həmin vaxt Fərid ona çatıb, yerdə də bıçaqla zərbə endirmişdir. Lakin, özündə olmadığı üçün, Fəridin bu dəfə neçə və hansı hissədən ona bıçaq zərbəsi vurmasını bilməmişdir. Fərid yerdə bıçaq zərbəsi vurduqdan sonra, “başqasının arvadı ilə münasibət saxlayana belə edirlər” demiş və üzünü çevirib oradan uzaqlaşıb getmişdir. Həmin vaxt səslərinə 3 nəfər kişi gəlmiş, lakin, sonuncuları tanımamışdır. Həmin şəxslərə qardaşının telefon nömrəsini vermiş və zəng etmələrini demişdir. Lakin, Adilə bir qədər əvvəl Sənubərgilə getdiklərini dediyi üçün, Adilin oraya gəldiyini görmüşdür. Bundan sonra, Adil onu öz avtomobili ilə Göyçay RMX-ya aparmış, orada əməliyyat olunmuşdur. Sonra isə oradan müalicəsini davam etdirmək üçün Bakı şəhərinə, X3 göndərilmişdir. Orada müalicəsini davam etdirdikdən sonra, isə evə buraxılmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır, lakin ona qarşı şikayəti yoxdur. Mülki iddianı müdafiə edir və onun təmin olunmasını xahiş edir. Təqsirləndirilən şəxsin atası onun xəstəxana xərclərinin bir qismini çəkmişdir. Sonuncu dəfə isə ona müalicə üçün 10000 manat vermək istəmişdir. Lakin bunun üçün notarial qaydada barışmağa dair ərizə istədiyindən, danışıq baş tutmamış, ona görə də, həmin pulu qəbul etməmişdir. Məhkəmədən bu halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə çıxışları zamanı isə zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və məhkəməyən teleqram ünvanlayaraq təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Fərid 2018-ci ilin avqust ayında Göyçay şəhər sakini Şahid14 ilə ailə həyatı qurmuşdur. Lakin, yola getmədikləri üçün 2019-cu ilin mart ayında boşanmışlar. Zərərçəkmiş şəxs isə Fərid ilə yaxın dost olmuşlar. Fərid Vüsalın qardaşı Adil ilə sinif yoldaşı olmuşdur. Fəridlə Vüsalın arasında münasibət çox yaxın olmuşdur. Belə ki, Fərid, Vüsal, Vüsalın qardaşı Adil həmişə bir yerdə olmuş, bir-birilərinin evinə gedib-gəlmişlər. Fərid Sənubərdən boşandıqdan bir il sonra, 2020-ci ilin yay aylarında sonuncunun evdə bikef olmasını görmüşdür. Həyat yoldaşı Zümrüddən Fəridin nə üçün bikef olmasını soruşmuş, bu zaman, həyat yoldaşı X12 arasında münasibətin olmasından şübhələndiyini, buna görə də Fəridin bikef olduğunu demişdir. Fəriddən də bu barədə soruşmuş, həmçinin belə şeylərə fikir verməməsini demişdir. Lakin, bundan sonra, Fəridin əsəbi və bikef olduğunu gördükdə, bu məsələyə görə əsəbi olmasını başa düşmüş və hər dəfəsində də Fəridə deyilən sözlərə fikir verməməsini demişdir. Fərid isə hər dəfəsində Vüsalın Sənubərin yaşadığı küçədən keçdiyini, Vüsalı Sənubərin işlədiyi yerin yaxınlığında gördüyünü və.s şeylər demişdir. Həmçinin, bu ilin yay ayında Vüsalın anası Könül evinə gəlmiş, belə ki, Vüsalın dayısı Zaur ilə söhbət edərək, X12 arasında münasibət olmasından şübhələndiyini, əgər belə bir şey varsa bunun qarşısını almaq lazım olduğunu demişdir. Buna görə də, Vüsalın anası Könül gələrək nə baş verdiyini soruşmuşdur. Bu zaman Fəriddə evə gəlmiş və Könülə “Vüsalın şərəfsizlik etdiyini, onun Sənubərlə əlaqəsinin olduğunu” demişdir. Bu zaman Fəridə əsəbiləşmiş, Fərid getdikdən sonra isə bir daha Könüldən Vüsalı başa salmasını, hər ikisinin cavan olduğunu, əgər belə bir şey varsa, bunun qarşısını almaq lazım olduğunu demişdir. Bundan sonra, Fərid Vüsalla da bu barədə söhbət etmişdir. Həmin vaxtdan sonra, Fərid bir müddət sakitləşmişdir. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Fəridə zəng etmiş və harada olduğunu soruşmuşdur. Fərid isə birazdan evə gələcəyini demiş, bundan sonra, evə getmişdir. Evdə olarkən təxminən saat 20 radələrində Fərid zəng edərək, Vüsalı bıçaqla vurduğunu demiş, Fəridə səbrli olmasını və evə gəlməsini bildirmişdir. Fərid evə gəldikdə, evdə yalnız həyat yoldaşı və özü olmuşdur. Bir müddət sonra polis əməkdaşları gəlmiş və Fəridi polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Fərid ona zəng edib hadisə barədə bildirəndə evə gəlməsini, polisə məlumat vermək lazım olduğunu ona demiş, Fərid də ona artıq polisə, yəni Pərviz adlı polis əməkdaşına özünün hadisə barədə xəbər verdiyini demiş, bundan sonra o da Pərviz adlı polis əməkdaşına zəng edərək hadisə barədə məlumat vermişdir. Pərviz isə onlara evdə olmaqlarını, özlərinin gəlib Fəridi polis şöbəsinə aparacaqlarını bildirmişdir. Hadisədən sonra barışıq üçün bir neçə dəfə cəhd göstərmiş, zərərçəkmiş şəxsin xəstəxana xərclərinin bir qismini çəkmiş, daha sonra zərərçəkmiş şəxsə müalicə üçün 10000 manat vermək istəmiş, lakin danışıq bir nəticə verməmişdir. Barışıq əldə olunmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Təqsirləndirilən şəxs digər oğlu Adil ilə sinif yoldaşı olmuş və onlar arasında yaxın dostluq münasibəti də olmuşdur. Həmçinin, Fəridlə Vüsal arasında da dostluq münasibəti olmuşdur. Fərid 2018-ci il tarixdə ailə həyatı qurmuş və 7 aydan sonra ailəsindən boşanmışdır. Təxminən, 2020-ci ilin sonlarında Vüsal ona Fəridin hər yerdə özü ilə keçmiş həyat yoldaşı Sənubər arasında əlaqə olmasını danışdığını demişdir. Belə ki, sonuncular arasında ilk əvvəl bu barədə söhbət olmuş və Vüsal mobil telefonunu qardaşı Adilə göndərərək çıxarış etməsini demişdir. Lakin, Vüsalın mobil telefonunda Sənubərlə əlaqəsi olması barədə heç bir şey olmamışdır. Həmçinin, bir dəfə Fərid özüdə Vüsalın mobil telefonunu yoxlatdırmışdır. O cümlədən, bir neçə dəfə Vüsalla Fərid ortaq dostlarının yanında da bu barədə söhbət etmişlər. Bütün bunlara baxmayaraq, Fərid yenə də hər yerdə Vüsalla Sənubər arasında əlaqə olmasından şübhələndiyini danışmışdır. Bütün bu söhbətlərə görə, özüdə Vüsalla söhbət etmiş və əgər belə bir şey varsa, deməsini bildirmişdir. Lakin, Vüsal Sənubərlə heç bir əlaqəsinin olmadığını demişdir. Bundan sonra, Fəridlə Vüsalın ortaq dostları olan Valeh ilə birlikdə Fəridgilə getmişdir. Həmin vaxt, Fəridgildə ata və anası olmuşdur. Fəridin atası Rzadan Fərididə çağırmasını xahiş etmişdir. Fəridgilə getməkdə məqsədi, bu barədə söhbət etməklə, həmin söhbətə bir dəfəlik son qoyulması olmuşdur. Fərid evə gəldikdə, sonuncudan nə üçün Vüsalla Sənubərin arasında əlaqənin olmasından şübhələndiyini soruşmuşdur. Həmin vaxt X13 eyni vaxtda sosial şəbəkəyə girib-çıxdıqlarını, Vüsalın Adilin maşını ilə Sənubər yaşadığı küçədən keçdiyini və.s şeylər demişdir. Həmin vaxt Fərid yenə də əsassız yerə Vüsalı günahlandırmağa çalışmışdır. Bu zaman bütün bunlardan əsəbiləşmiş, Fərid özüdə atası ilə mübahisə etməyə başlamışdır. Bu zaman Fəridin atası Rza ona “narahat olmayın, özüm həll edəcəm” demişdir. Bundan sonra, çıxıb getmişdir. Lakin, Fərid yenə də öz fikrindən əl çəkməmiş, belə ki, Vüsal özü bir neçə dəfə ona bu barədə demişdir. Sonuncu dəfə isə Vüsal Fəridin onun avtomobilinə oturaraq “bu dünyadan ya sən yaşayacaqsam, ya da mən” dediyini bildirmişdir. Bundan sonra, bu ilin yay ayında yenə də Fəridin atası Rza ilə telefonla danışmış, X19 dediklərini, oğlunun psixasının pozulduğunu və Fəridi müalicə etdirməsini bildirmişdir. Həmçinin, məsləhət kimi ola bilsin ki, Fəridə həyat yoldaşından ayrılmasının təsir etdiyini bildirmişdir. Həmin vaxt X20 “bu dünyadan ya sən yaşayacaqsam, ya da mən” deməsini sözlə dediyini, Fəridi müalicə etdirdiyini və müalicəsini təzə qurtardığını demişdir. Hadisə baş verən gün, yəni xx.xx.2021-ci il tarixdə anası xəstə olduğu üçün sonuncunun yanında olmuşdur. Həmin gün saat 21:05 dəqiqədə Valeh ona zəng edərək, Fəridin Vüsala xəsarət yetirdiyini, lakin hər şeyin yaxşı olduğunu demişdir. Həmin vaxt tanımadığı taksi ilə xəstəxanaya getmişdir. Xəstəxanaya getdikdə artıq Vüsal əməliyyatda olmuşdur. Sonradan Vüsalı Bakı şəhərinə müalicəsini davam etdirməyə göndərlər. Vüsal Bakı şəhərində X2 müalicə olunduqdan sonra evə buraxılmışdır. Hadisədən sonra oğlunun müalicəsinə 20000 manatdan çox xərcləri çıxmışdır. Təqsirləndirilən şəxsin atası oğlunun xəstəxana xərclərinin bir qismini qarşılamış, daha sonra həkim xərclərinin bir qisminin ödənilməsi üçün onlara 10000 manat pul təklif etsə də, qarşılığında barışıq üçün şərt qoyduğundan, aralarında narazılıq yaranmışdır. Ona görə də, onun verdiyi pulu qəbul etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs böyük qardaşıdır. Vüsal 1989-cu il təvəllüdlüdür. Vüsal 2018-ci il tarixdə ailə həyatı qurmuş və bir qız övladı vardır. Təqsirləndirilən şəxs uzun illərdirki tanımışdır. Belə ki, Fərid ilə orta məktəbdə bir sinifdə oxumuş, orta məktəbi bitirdikdən sonra Göyçay İdaretmə və Texnologiya Kollecində bir yerdə təhsil almış, həmçinin hərbi xidməti bir yerdə xidmət edib başa vurmuşdurlar. Fərid 2018-ci il tarixdə ailə həyatı qurmuş və 7 aydan sonra ailəsindən boşanmışdır. Fərid eyni zamanda onunla yanaşı qardaşı Vüsal ilə də çox yaxşı münasibətləri olmuşdur. Lakin, yadında qaldığı qədər 2020ci ilin iyun-iyul aylarında Fərid onunla söhbət edərkən, guya sonuncunun keçmiş həyat yoldaşının başqa şəxslərlə də əlaqəsinin olmasından şübhələndiyini demişdir. Lakin, başqa şəxs dedikdə, konkret olaraq kimləri nəzərdə tutmasını bilməmişdir. Həmin vaxt Fəridə dediklərinin nə dərəcədə doğru olmasını bildirmişdir. Belə ki, Fəridin keçmiş həyat yoldaşı “Bərəkət” Şirniyyat evinin yaxınlığında Gözəllik Salonunda işləmişdir. Həmçinin, Fərid ailəsindən boşandıqdan sonra keçmiş həyat yoldışını izləməyə başlamışdır. Bu hal bir neçə gün davam etdikdən sonra Fəridə öz ailəsindən namus-qeyrət məsələsinə görə ayrılmadığını və keçmiş həyat yoldaşı barəsində fikirlərinin düzgün olmadığını demiş, el arasında bu söhbəti başqalarınında bilməsi onunçün gülünc bir vəziyyət olacağını demişdir. Belə ki, Fərid öz şəxsi maşını ilə onunla birlikdə bir neçə dəfə keçmiş həyat yoldaşı işdən evə gedən zaman arxasıyca düşərək izləmişdir. Lakin, həmin vaxt onun üçün şübhə doğuran heç bir hal olmamışdır. Bu hal bir neçə dəfə davam etdikdən sonra Fəridə öz iradımı bildirmiş və bu fikirdən daşınmasını təklif etmişdir. Həmçinin, Fəridə keçmiş həyat yoldaşını izləməsi üçün birlikdə getməməsini və keçmiş həyat yoldaşını izləyib qurtardıqdan sonra əlaqə saxlayıb görüşmələrini bildirmişdir. Təxminən, 2020-ci ilin avqust ayının sonunda, ilk dəfə olaraq ayrı-ayrı şəxslər Fəridin Vüsal barəsində keçmiş həyat yoldaşı ilə guya hər hansısa bir münasibətinin olmasından şübhələndiyini demişlər. Elə həmin vaxtdan Fəridlə bir neçə dəfə görüşəndə qardaşı Vüsal barəsində əsassız şübhələrini müzakirə edib, sonuncuya şər-böhtan atdığını demiş, bir neçə dəfə sonuncuya öz iradını bildirişdir. Hadisə baş verən gün, yəni xx.xx.2021-ci il tarixdə saat 20:15 radələrində H.Əliyev muzeyi ilə üzbəüz olan “Park Kafe”-də qardaşı Vüsal və ortaq tanışları ilə çay içmişlər. Bu vaxt Vüsalın mobil telefonuna Fərid zəng edərək kafenin qarşısında gözlədiyini demişdir. Vüsal dəstəyi asdıqdan sonra kafedən bayıra çıxmışdır. Elə həmin vaxt Vüsalın arxasıyca getmiş və kafenin qarşısında Vüsalı Fəridin şəxsi maşınına əyləşib getdiyini görmüşdür. Dərhal öz şəxsi maşınına əyləşib Fərid ilə Vüsalın arxasınca sürmüşdür. Lakin, Fəridgil ondan xeyli uzaqlaşdığı üçün konkret olaraq hansı istiqamətdə getdiklərini görməmişdir. Ancaq, şəhər ərazisində onları axtarmağa başlamışdır. Bu vaxt Fəridin maşınını N.Nərimanov küçəsi və R.Rza küçəsinin kəsişməsində olan köşkün qarşısında görüb sonunculara yaxınlaşmışdır. Fəridin həmin vaxt köşkdən siqaret alıb maşına tərəf gəldiyini görüb sonuncudan nə baş verdiyini soruşmuşdur. Həmin vaxt Fərid isə ona yalnız söhbət edəcəklərini deyib birlikdə getmişlər. Bu zaman dostu Fəxri zəng etmiş və Çinar Otelin qarşısında görüşüb yenədə Fərid ilə Vüsalı axtarmağa başlamışlar. Belə ki, yenədə şəhər ərazisində şəxsi maşını ilə onları axtarsa da, tapa bilməmişdir. Təxminən, beş dəqiqə sonra Vüsalın mobil telefonuna zəng edərək harada olduğunu soruşmuşdur. Həmin vaxt Vüsal Fəridlə birlikdə sonuncunun keçmiş həyat yoldaşının evlərinin yaxınlığında olduğunu və birlikdə Fəridin keçmiş həyat yoldaşı Sənubərgilin evlərinə üzləşməyə düşəcəklərini demişdir. Elə həmin vaxt telefonda Fəridin Sənubər ilə üzləşməyəcəyinin dediyini eşitmişdir. Dərhal öz şəxsi maşını ilə N.Nərimanov küçəsinə tərəf getmişdir. Lakin, N.Nərimanov küçəsində olarkən Vüsalın yerdə uzanmış vəziyyətdə olduğunu görüb dərhal maşından düşüb Fəxri ilə birlikdə Vüsalı maşına yerləşdirib Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun Şahid4 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Göyçay şəhər sakini kimi tanımışdır. Sonuncuların heç bir ilə hər hansı ədavət və düşmənçiliyi yoxdur. ünvan 3 ünvanında yaşamışdır. Şahid16 tanımış, belə ki, sonuncu onunla qonşuluqda yaşamışdır. Sonuncu təxminən 5 ildir ki, onunla qonşuluğa köçmüşdür. Kamran həmin evdə həyat yoldaşı və qızı ilə yaşamış, sonuncu çox vaxt Bakı şəhərində işləmiş və orada olmuşdur. xx.xx.2021ci il tarixdə saat 20 radələrində şəhərə getmək üçün evdən çıxmışdır. Özünə məxsus evin həyətində olarkən, küçədən səs gəlməsini eşitmişdir. Darvazadan çıxdıqda, yaşadığı dalanda heç kim olmadığını, lakin küçədən səs gəlməsini eşitmiş, belə ki, küçədə olarkən səs eşitmiş, lakin nə deyilməsini başa düşməmiş və tez dalandan küçəyə tərəf gəldikdə, qonşuluqda yaşayan Raminin evinin qarşısında 2 nəfər olduğunu görmüşdür. Belə ki, həmin iki nəfərdən biri yerdə uzanıqlı vəziyyətdə, digərinin isə yerdə olan şəxsin başının üstündə dayandığını görmüşdür. Raminin evinin həyət darvazasının qarşısında işıq yanmadığından qaranlıq olduğu üçün, həmin şəxslərin kim olmasını bilməmiş və dalaşdıqlarını fikirləşib yerində dayanıb “ayə, kimsən”qışqırmışdır. Bu zaman ayaq üstə olan şəxs ona tərəf çevrilmiş, sonuncu çevrildikdə, həmin şəxsin şəhərdən tanıdığı Fərid olduğunu görmüşdür. Fərid çevrilib onu gördükdən sonra, çıxıb getmişdir. Bundan sonra, yerdə olan şəxsə tərəf yaxınlaşdıqda, şəhərdən tanıdığı Vüsal olduğunu görmüşdür. Həmin vaxt Vüsal yerdə olmuş və uzandığı yer qan olmuşdur. Yerdə qan olduğunu gördükdən sonra, təcili tibbi yardıma zəng etmişdir. Həmin vaxt Vüsal nömrə deyərək, həmin nömrəyə zəng etməyini demişdir. Həmin nömrəyə zəng etmək istədikdə, oraya “opel” markalı maşın yaxınlaşmışdır. Maşın saxladıqda, içərisindən Vüsalın qardaşı Adil düşmüş və Vüsala yaxınlaşmışdır. Bundan sonra, Vüsalı köməkləşərək Adilin maşınının arxa tərəfinə uzatmışlar və sonuncu Vüsalı xəstəxanaya aparmışdır. Bundan sonra, özüdə xəstəxanaya getmişdir. Həmçinin bildirmişdir ki, küçəyə çıxdıqda heç kim olmamış, sadəcə olaraq qeyd etdiyi kimi iki nəfərin Raminin həyət darvazasının qarşısında, birinin yerdə digərinin isə ayaq üstə olmasını görmüşdür. Oraya gəldikdə qonşuluqda yaşayan Adil orada olmuşdur. Vüsalın qardaşı Adil oraya gəldikdən sonra, səs-küy olduğu üçün, digər qonşularda küçəyə çıxmışlar. Oraya gəldikdə, qeyd etdiyi kimi “ayə, kimsən” demiş, bundan sonra, Fərid ona tərəf çevrilmiş və çıxıb getmişdir. Bu zaman qaranlıq olduğu üçün, əlində və ya üzərində bıçaq olmasını görməmiş. Sadəcə olaraq, Vüsala yaxınlaşıb, uzandığı yerdə qan olmasını görmüşdür, Vüsalı xəstəxanaya apardıqdan sonra, Vüsalın bıçaqlandığını eşitmişdir. Hadisə yerinə gəldikdə, qaranlıq olduğu üçün, konkret olaraq Fəridin Vüsala bıçaqla vurmasını görməmişdir. Sadəcə olaraq, yaxınlaşıb “ayə kimsən” dedikdə, Fərid çevrilib ona baxmış və çevrilib getmişdir. Fəridin Vüsala bıçaqla zərbə vurmasını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 Şahid6 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Göyçay rayon sakini kimi tanımışdır. Həmin şəxslərlə münasibəti və ya ədavət və düşmənçiliyi olmamışdır. ünvan 4 ünvanında yaşamışdır. Şahid16 tanımış, belə ki, sonuncu onunla qonşuluqda yaşamışdır. Kamran təxminən 5 ildir ki, onunla qonşuluğa köçmüşdür. Kamran həmin evdə həyat yoldaşı və qızı ilə yaşamışdır. Sonuncu çox vaxt Bakı şəhərində işəmiş və orada olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə olarkən, küçədən səs gəlməsini eşitmişdir. Bundan sonra, tez küçəyə çıxmışdır. Küçəyə çıxarkən, qonşuluqda yaşayan Raminin evinin həyət darvazasının qarşısında qaraltı olmasını görmüşdür. Ora tərəf yaxınlaşdıqda, bir nəfərin yerdə uzandığını, yaralı olduğunu və ağrının təsirindən bir qədər boğuq səslə “kömək edin” deməsini eşitmişdir. Həmin vaxt orada qonşuluqda yaşayan Adil və Orxan olmuşdur. Tez öz avtomobilini işə salıb həmin şəxsi xəstəxanaya aparmaq üçün evinə tərəf getmək istəmişdir. Bu zaman həmin yerə bir maşın yaxınlaşmış və içərisindən adamlar düşmüşdür. Bundan sonra, yerdə olan yaralını həmin maşına qoyub xəstəxanaya aparmışlar. Sonradan yaralı şəxsin adının Vüsal olduğunu, onu Fərid adlı şəxsin bıçaqladığını, həmçinin Vüsala xəstəxanaya aparan şəxsin qardaşı olmasını öyrənmişdir. Həmçinin bildirmişdir ki, səs-küy eşidib küçəyə çıxmışdır. Küçəyə çıxdıqda, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsini görməmişdir. Həmin yerə çatdıqda, Vüsal yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Sadəcə olaraq, küçəyə çıxıb, səs gələn tərəfə gedərkən, qarşıdan bir nəfər keçib getmişdir. Qaranlıq olduğu üçün həmin şəxsin üzünü görməmişdir. Ola bilsin ki, həmin şəxs Təqsirləndirilən şəxs olmuşdur. Belə ki, Orxangil ona bir nəfərin yerdə uzanan şəxsi bıçaqla vurduğunu, onları gördükdə isə çıxıb getdiyini demişdir. Qaranlıq olduğu üçün, həmçinin səs-küy eşitdiyinə görə həmin yerə getmiş və qarşıdan keçən şəxsə dəqiq fikir verməmişdir. Ola bilsin ki, sonuncunun əlində bıçaq olmuş, lakin görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 20 radələrində özünə məxsus **-BY-*** dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil ilə yaşadığı evə gəlmişdir. Evə gəldikdə, küçədə heç kim olmamışdır. Özünə məxsus avtomobili yaşadığı evin qarşısında saxlayıb, darvazadan içəri daxil olmuşdur. Belə ki, evi giriş darvazasından təxminən 25 metr aralıda həyətin digər tərəfində yerləşmişdir. Evə gedib, axşam yeməyi yemişdir. Bundan sonra, evdən çıxıb, şəhərə getmək istəyərkən, darvazanın döyüldüyünü eşitmişdir. Darvazanı açdıqda, qapını döyənin qonşuluqda yaşayan Fuad olmasını görmüşdür. Fuad küçədə bıçaqlaşma olduğunu, bıçaqlanan şəxsin qardaşının, gəlib onu apardığını demişdir. Bundan sonra, darvazanın qarşısında saxladığı avtomobilin üzərinin qan olduğunu, həmçinin, yerə də qan töküldüyünü görmüşdür. Bir qədər sonra, həmin yerə polis və prokurorluq əməkdaşları gəlmişlər. Həmçinin bildirmişdir ki, küçəyə çıxdıqda yalnız Fuadın orada olmasını görmüşdür. Sonradan söhbət edərkən, qonşuluqda yaşayan Adil və Orxanın hadisə zamanı orada olduqlarını və sonradan adının Fərid olmasını bildiyi şəxsin, digər şəxsi bıçaqla vurmasını gördüklərini, həmin vaxt “vurma, eləmə” dediklərini, sonuncunun yerdə həmin şəxsə bıçaqla zərbə yetirdikdən sonra, çıxıb getdiyini demişdir. Təqsirləndirilən şəxs əvvəllər həmin küçədə görməmişdir. Yaşadığı ev həyət darvazasından uzaqda yerləşdiyi üçün, həmçinin soyuq aylar olduğuna görə qapı və pəncərə bağlı olduğu üçün, hadisə baş verən zaman küçədə hər hansı səs-küy eşitməmişdir. Sonradan küçəyə çıxmaq istəyərkən, qapının döyülməsini eşitmiş və bundan sonra, qapını açdıqda, qonşuluqda yaşayan Fuad ona küçədə bıçaqlaşma olduğunu demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 Şahid9 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uşaqlıq dostudur. Sonuncu ilə münasibəti hal-hazıradək davam edir. Təqsirləndirilən şəxs təxminən 10 ildir ki tanıyır, belə ki, Fəridin Vüsal ilə dostluq mübasibəti olmuş, həmçinin özünündə Fərid ilə dostluq münasibəti olmuşdur. Fərid Göyçay şəhər sakini Şahid14 ilə ailə həyatı qurmuş, lakin sonradan boşanmışlar. Təxminən, 2020-ci ilin yaya aylarında dəqiq gününü xatırlamadığı vaxtda, Fərid ona zəng edərək, harada olduğunu soruşmuşdur. Sonuncuya işdən gəldiyini və “Meqa” marketin qarşısında görüşə biləcəklərini demişdir. Orada Fəridlə görüşərkən, sonuncu ona Vüsalla Sənubər arasında yaxın münasibətin olmasından şübhələndiyini demişdir. Bu zaman Fəridə sübutun yoxdursa, belə bir şeyi danışmağın düzgün olmadığını, həmçinin, şübhələnməyinə əsasın nə olduğunu soruşmuşdur. Fərid isə Sənubər və Fəridin eyni vaxtda “Whatsapp” sosial şəbəkəsinə girdiklərini, Vüsalın maşınla Sənubərin yaşadığı küçədən keçməsini gördüyünü və.s şeylər demişdir. Fəridə eyni vaxtda “Whatsapp” sosial şəbəkəsinə girib-çıxmaq və.s şeylərin sübut olmadığını başa salmağa çalışmış, həmçinin, Fəridə ortaq dost olduqlarını, lakin, belə bir şey danışmaq üçün, əsaslı sübut olmalı olduğunu demişdir. Bundan sonra, Fəridlə bu barədə heç bir söhbət etməmiş, lakin, bir müddət sonra Vüsalın da həmin söhbətdən xəbəri olduğunu öyrənmişdir. Bundan sonra, ortaq dostları olan Əfqan və Elman, həmçinin Vüsal və Fəridlə birlikdə 2020-ci ilin yay aylarında Əli Kərim parkında görüşüb, çay içmişlər. Belə ki, artıq görüşüb söhbət edərək, bu məsələnin sonuna çıxmaq istəmişlər. Həmin vaxt Vüsal Fəriddən nə üçün belə bir şeylər danışdığını soruşmuş, Fərid isə yenə də eyni şeyləri danışaraq onların “Whatsapp” sosial şəbəkəsinə eyni vaxtda girib-çıxmalarını, Vüsalı Sənubər işlədiyi yerin yaxınlığında gördüyünü və.s şeylər demişdir. Vüsal isə Fəridə “mənim haqqımda belə bir şey fikirləşməkdə səhf edirsən” demişdir. Lakin, Fərid yenə də öz fikrində qalmışdır. Həmin vaxt Vüsal telefonunuda Fəridə verərək, istəsə yoxlada biləcəyini demiş, Fərid həmin vaxt telefonun yaddaşından silinən faylları da geri qaytarmaq üçün, telefonu Bakı şəhərinə göndərmişdir. Lakin, telefonda Vüsalla Sənubər arasında hər hansı zəng, nesaj, şəkil və.s şeylərin olması aşkar edilməmişdir. Sonradan Qarabaqqal kəndinin ərazisində yerləşən çayxanada görüşmüşlər. Həmin vaxt orada Vüsal, Adil, Elman, Fərid və özü olmuşdur. Həmin vaxt Vüsal Fəridə başqa yerlərdə də bu barədə danışdığını, bunun düzgün bir şey olmadığını demişdir. Həmçinin, nə istəyirsə etmələrini və bu söhbətə son verməsini dedikdə, Fərid telefon nömrəsindən çıxarış alıb yoxladacağını demişdir. Bundan sonra, Qəbələ şəhərində Vüsalın telefon nömrəsindən 6 aylıq çıxarış almışlar, lakin, həmin vaxtda çıxarışda Sənubərlə Vüsal arasında hər hansı danışığın olması tapılmamışdır. Bundan sonra, bir müddət Fərid bu barədə heçnə danışmamışdır. Təxminən, bu ilin yaz aylarında Fəridin atası Rza Vüsalın dayısı Zaura zəng edərək, belə bir söhbət olduğunu, Vüsal və Fəridlə söhbət edərək bu məsələnin yoluna qoymaq lazım olduğunu demişdir. Bundan sonra, Vüsalın anası onunla Fəridgilə getməyini demiş, vilrikdə Fəridgilə getmişlər. Həmin vaxt evdə Fəridin atası və anası olmuş, bir qədər sonra isə Fərid evə gəlmiş və ilk əvvəl atası ilə mübahisə edərək nə üçün kiməsə bu barədə danışdığını demişdir. Bundan sonra, Fərid Vüsalın anası Könülə də Vüsalın Sənubərlə əlaqəsinin olduğunu, Vüsalın düz iş görmədiyini demişdir. X10 Sənubərlə əlaqəsinin olmasını nəyə əsasən dediyini soruşdmuş, bu zaman Fərid yenə də onların sosial şəbəkə də eyni vaxtda girib-çıxdıqlarını, Vüsalı SƏnubərin yaşadığı küçədə və ya işldiyi yerin yaxınlığında gördüyünü və.s demişdir. Bu ilin yay aylarında dəqiq gününü xatırlamadığı vaxtda gecə saatlarında Fərid zəng edərək, Sənubərin yaşadığı evin qarşısında olduğunu, Vüsalında orada olduğunu demiş və ondan həmin yerə gəlməsini xahiş etmişdir. Bundan sonra, həmin yerə gedib Fəridlə görüşmüş və Fəridin yanında Vüsala zəng edib, harada olduğunu soruşmuşdur. Vüsal isə evdə olduğunu demişdir. Bundan sonra, ona da öz evlərindən evdən zəng edərək, Vüsalgildən zəng etdiklərini, nəsə bir hadisə baş veribvermədiyini soruşduqlarını, belə ki, Vüsala zəng etdiyini demişlər. Həmin vaxt Fəriddə yanında olmuş, bir daha Fəridə əsassız yerə belə şeydən şübhələndiyini, Vüsalın evdə olduğunu demiş və ayrılıb evinə getmişdir. Həmçinin, bir dəfə Vüsalla təklikdə olarkən, bu barədə söhbət edərək, Vüsaldan belə bir şeyin olub-olmadığını soruşmuş, lakin, həmin vaxt Vüsal and içərək belə bir şeyin olmadığını demişdir. Belə ki, Vüsal qızının canına and içdiyi üçün, artıq sonuncunun yalan demədiyinə inanmışdır. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində evdə olmuş, belə ki, həmin vaxt telefonunu səssiz rejimə qoymuşdur. Təsadüfi telefonuna baxdıqda, ortaq dostlarından ona zəng gəldiyini görmüş, həmin vaxt Elmana zəng edərək, nə baş verdiyini soruşmuş, Elman isə Fəridin Vüsalı bıçaqla vurduğunu və Vüsalı xəstəxanaya apardıqlarını demiş, bundan sonra, özüdə tez xəstəxanaya getmişdir. Həmçinin bildirmişdir ki, Vüsalla birlikdə işlədiyi üçün sonuncunu, həmin gün günorta saatlarında görmüş, Fəridi isə hadisədən təxminən 3-4 gün qabaq görmüşdür. Fəridlə sonuncu dəfə görüşərkən, Fərid həmin vaxt bu barədə konkret olaraq bir şey deməmiş, sadəcə olaraq, Vüsalın tərəfini tutduğunu fikirləşdiyi üçün, həmin vaxt “sənə də inanmıram” demişdir. Fəridin Vüsalı öldürməklə, və ya hər hansı başqa formada hədələməsinin şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 Ələzzim oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uşaqlıq dostudur, sonuncu ilə münasibtələri hal-hazıradək davam edir. Təqsirləndirilən şəxs təxminən 6-7 ildir ki tanıyır, belə ki, Fəridin Vüsal ilə dostluq mübasibəti olmuş, Fəridi Vüsal vasitəsilə tanımış və sonuncu ilə də münasibəti yaranmışdır. Fərid Göyçay şəhər sakini Şahid14 ilə ailə həyatı qurmuş, lakin sonradan boşanmışlar. Fərid təxminən 2 ilə yaxındır ki, Vüsalla Sənubər arasında münasibətin olmasından şübhələndiyini bildirmişdir. Belə ki, X14 izlədiyini, sonuncuların eyni vaxtda “Whatsapp” sosial şəbəkəsinə girdiklərini, Vüsalın Sənubərin işlədiyi yerin yaxınlığında dayandığını və.s şeylər demişdir. Bununla bağlı, bir neçə dəfə Vüsal və Fəridlə ortaq dostları olan Valeh, Cavid və Elmanla birlikdə söhbət etmişlər. Həmin vaxt Fəridə bunun doğru olmadığını, Vüsalla Sənubər arasında hər hansı münasibət olmadığını demişlər, həmçinin, özüdə Fəridə Vüsalla uşaqlıq dostu olduğunu, əgər belə bir şey olarsa, bunu ilk əvvəl özünün biləcəyini demişdir. Hər dəfəsində Fəridlə söhbət etdikdə, sonuncu “yaxşı” deyərək razılaşmış, lakin, bir müddət sonra yenidən həmin mövzunu açmışdır. Qeyd etdiyi hal bir neçə dəfə təkrarlanmış və hər dəfəsində Fəridlə söhbət edərək Vüsalla Sənubər arasında heç bir əlaqə olmadığını demişlər. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində özü, dostları olan Elman, Vüsalın qardaşı Adil və Vüsalla “Heydər Əliyev” parkında yerləşən “Park kafe” çay evində oturub çay içmişlər. Bu zaman, Fərid bir neçə dəfə Vüsala zəng etmişdir. Vüsal bir neçə dəfə Fəridə “gəlirəm, gözlə” demişdir. Lakin, Fərid bir neçə dəfə zəng etdiyi üçün, Vüsal sonra çay evindən çıxıb getmişdir. Bundan sonra, Vüsalın qardaşı Adil, onun araxasınca isə Elmanla özü çay evindən çıxmışlar. Bir neçə dəfə Vüsala yığsa da, lakin Vüsal telefonu açmamışdır. Bundan sonra, Adilə zəng etmişlər və Vüsaldan bir xəbər bilib-bilmədiyini soruşmuşlar. Adil isə X8 yaşadığı evə getdiklərini, özünündə oraya getdiyini demişdir. Elmanla birlikdə həmin yerə getmiş, oraya çatdıqda, Vüsalın yerdə yaralı vəziyyətdə olduğunu, lakin Fəridin çıxıb getdiyini görmüşlər. Bundan sonra, Vüsalı Adilin avtomobili ilə xəstəxanaya aparmışlar. Həmçinin bildirmişdir ki, Vüsalı hadisə yerindən xəstəxanaya aparan vaxt ətrafda tanımadığı bir neçə şəxs olmuşdur. Fəridə Vüsal barəsində olan şübhələrinə görə, Fəridə dediklərinin doğru olmadığını, buna dair hər hansı sübutunun olub-olmadığını soruşmuş, Fərid isə Vüsalın Sənubərin işlədiyi yerin yanında gördüyünü, onların eyni vaxtda “Whatsapp” sosial şəbəkəsində onlayn olduqlarını və.s şeylər demişdir. Lakin, hər dəfəsində Fəridə əsassız yerə Vüsaldan şübhələndiyini, Vüsalla Sənubər arasında heç bir münasibət olmadığını demişdir. Fəridin Vüsalı öldürməklə, və ya hər hansı başqa formada hədələməsinin şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 Şahid12 Ələzzim oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materialarında olan 16 noyabr 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Göyçay şəhəri, N.Nərimanov küçəsində yerləşən Şahid14 yaşadığı fərdi yaşayış evinin giriş darvazasının, həmçinin N.ünvan 5 ünvanının qarşısıdır. Hadisə yerinə dair müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 04-11). Cinayət işinin materialarında olan xx.xx.2021-ci il tarixli “Könüllü təqdim edilən əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə iş üçün əhəmiyyət kəsb etdiyi üçün Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim olunan və cinayət aləti olan 01 ədəd qatlanmayan, dəstəyi qəhvəyi, boz və qara rəngli bıçaq götürülmüşdür (cild 01, iş vər. 45). Cinayət işinin materialarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 622 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər döş qəfəsinin sağ yarısında İİİ qabırğanın orta körpücük xətti üzrə tam, V qabırğanın isə hissəvi kəsilməsi, sol yarısında Vİ qabırğanın orta körpücük xətti üzrə və Vİİ qabırğanın döş sümüyü birləşməsi səviyyəsindən tam kəsilməsi fonunda, döş qəfəsinin sağ, sol və arxa səthinin 8 (səkkiz) ədəd (sağ və sol ciyərlərin) zədələnmələri, qarının ön divarının 1 (bir) ədəd daxilə nüfuz edən (mədənin böyük əyriliyinin və piyliyin) zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yaralar iti kəsici kənara malik deşici-kəsici əşyanın ( ola bilsin əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gəlmələri halı inkar edilmir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlğa ağır zərər vurmaya aiddirlər. Sağ dirsək oynağının iç səthinin 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayət edilən sağ dirsək sinirinin zədələnməsi iti kəsici kənara malik deşici-kəsici əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gəlmələri halı inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər.Qarının sağ yan divarının 1(bir) ədəd, sağ budun aşağı 1/3-nin bayır səthinin 1(bir) ədəd, boynun sağ tərəfinin 2(iki) ədəd, çənəaltı nahiyyənin 1(bir), sağ üz nahiyyəsinin 1(bir), sol əlin baş barmağının distal və orta falanqasının 1(bir) və İİ barmağın distal və orta falanqasının 1(bir) deşilmiş-kəsilmiş yaraları iti kəsici kənara malik deşici-kəsici əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gəlmələri halı inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (cild 02, iş vər. 91-94). Cinayət işinin materialarında olan məhkəmə-lifli ekspertizasının 17/817 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın səthi üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin səthi üzərindən tapılmış tündqəhvəyi rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkçənin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkçənin səthi üzərindən tapılmış boz rəngli poliakril kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, “BMW” markalı **-RE-*** dövlət nömrə nişanlı avtomobilin ön sağ və sol oturacaqları üzlüklərinin səthləri üzərindən tapılmış bozumtulsarı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, “BMW” markalı **- RE-*** dövlət nömrə nişanlı avtomobilin ön sağ və sol oturacaqları üzlüklərinin səthləri üzərindən tapılmış göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın pambıq liflərinə uyğun gəlirlər (cild 02, iş vər. 40-47). Cinayət işinin materialarında olan məhkəmə-bioloji ekspertizasının 870/2021 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi-AB(İV) / şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- a(İİ) /şəxsiyyət vəsiqəsinin surəti. Ekspertizaya təqdim edilmiş hadisə yerində asfalt üzərində 03 ədəd pambıq topasına hopdurulmuş nümunə, Zərərçəkmiş şəxs məxsus bir cüt corab, qolsuz mayka, uzunqol köynək, şalvar, ona keçirilmiş kəmər və uzunqol gödəkçə, bir ədəd bıçağın tiyəsi, Təqsirləndirilən şəxs ayaqqabısının sağ tayı, şalvar və uzunqol köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” antigeni, Zərərçəkmiş şəxs məxsus qolsuz mayka və uzunqol köynək üzərində həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri Abeta(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Bu ləkələrdə Təqsirləndirilən şəxs qanının olması inkar edilmir. Təqdim olunmuş avtomobilin üzərində 03 ədəd pambıq topasına hopdurulmuş nümunə, Zərərçəkmiş şəxs bir cüt idman ayaqqabısı, bir ədəd bıçağın dəstəyi, Təqsirləndirilən şəxs ayaqqabısının sol tayı üzərində qan, Təqsirləndirilən şəxs qolsuz gödəkçəsi, ön sağ və sol avtomobil üzlükləri üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı (cild 02, iş vər. 173-181). Cinayət işinin materialarında olan kompleks məhkəmə tibbi-kriminalistik və məhkəməkriminalistik ekspertizasının 760/2021-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin orta nahiyyəsində on bir ədəd, maykanın arxa səthinin sol nahiyyəsində bir ədəd, maykanın arxa səthinin orta nahiyyəsində bir ədəd, maykanın arxa səthinin sağ nahiyəsində bir ədəd, gödəkçənin ön səthinin sol yaxalığında bir ədəd, gödəkçənin ön səthinin sağ yaxalığında iki ədəd, gödəkçənin arxa səthinin sol nahiyyəsində bir ədəd, gödəkçənin arxa səthinin sağ nahiyyəsində bir ədəd, gödəkçənin sol qolun arxa səthində iki ədəd, gödəkçənin sağ qolun arxa səthində bir ədəd; köynəyin ön səthinin sol yaxalığında üç ədəd, köynəyin ön səthinin sağ yaxalığında üç ədəd, köynəyin arxa səthinin sol nahiyyəsində iki ədəd, köynəyin arxa səthinin sağ nahiyəsində altı ədəd, köynəyin sol qolun arxa səthində bir ədəd, köynəyin sağ qolun arxa səthində bir ədəd; şalvarın sağ ayağının ön səthində bir ədəd və şalvarın yan tikişi üzərində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir cüt ayaqqabı və bir cüt corab üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçənin ön səthinin sol yan cibin yuxarı kənarında aşkar edilmiş natamam sökülmə zədəsi, gödəkçənin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək, şalvar və bir cüt idman ayaqqabısı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanmayan ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silah hesab edilir (cild 02, iş vər. 165-172). Cinayət işinin materialarında olan məhkəmə-kimyəvi ekspertizasının 3809/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi (cild 02, iş vər. 78-82). Cinayət işinin materialarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 12/05 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakılar aşkar olunur: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizin əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Yuxanda göstərilənləri nəzərə alaraq ekspert psixoloq kimi aşağıdakı nəticəyə gəlir: Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir); Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (cild 02, iş vər. 182-185). Cinayət işinin materialarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 221, 120.2.2 və 134ci maddələrinin tərkib əlamətləri olmadığından, həmin hissədə cinayət işinin başlanması rədd edilmişdir (cild 02, iş vər. 228-261). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarında göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrumetməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. CM-in 27-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. CM-in 29-cu maddəsində isə göstərilmişdir ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmçinin “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətlərin predmetini silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular təşkil edir. Həmin qərarın 13-cü bəndində isə göstərimişdir ki,CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) sair kəsici- deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enercisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyintına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalar-beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir. Cinayət işinin materiallarında mövcud olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs soyuq silah hesab edilən bıçaqla xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni həyatdan məhrum etməyə cəhd etmiş, lakin iradəsindən asılı olmayan səbəblərə görə bu niyyətini başa çatdıra bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 29,120.2.4 və 228.4-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmaması ilə bağlı qeyd etdiklərinə gəldikdə isə onun söylədikləri cinayət işinin materillarında olan sübutlar vasitəsi ilə (zərərçəkmiş şəxsə 18 ədəd bıçaq zərbəsinin yetirilməsini və həmin zərbələrin həyati orqanlara yetirilməsini təsdiq edən ekspert rəyi, zərərçəkmiş şəxsin hərəkətsiz qalmasından sonra Təqsirləndirilən şəxs öz hərəkətlərini dayandıraraq hadisə yerindən uzaqlaşması və s.) təkzib olunduğundan, məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir və hesab edir ki, bu formada ifadə verməkdə onun məqsədi CM-nin daha ağır məsuliyyət nəzərdə tutan maddəsi ilə məhkum olunmaqdan yayınmağa hesablanmış müdafiə taktikasıdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini iş materiaları ilə üst-üstə düşən və biri digərini tamamlayan əsaslı sübut növü kimi qəbul edir və məhz həmin ifadəni ona elan olunan ittihamın əsasına qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Göyçay şəhəri, ünvan 6 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 205-207). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 220). Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünün və atasının polis əməkdaşlarına könüllü şəkildə xəbər verdiyini və bundan sonra polislərin gəlib onu polis şöbəsinə apardığını, cinayət aləti olan bıçağı da könüllü şəkildə təqdim etdiyini bildirdiyindən və dolayısı ilə müdafiə tərəfi qeyd olunan məsələni qabartmaqla təqsirləndirilən şəxsin könüllü şəkildə hüquq mühafizə orqanlarına təslim olmasını bildirdiyindən, bu məsələ məhkəmə istintaqı zamanı araşdırılmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonrakı hərəkətlərini araşdıraraq belə qənaətə gəlir ki, onun cinayət törətdikdən sonra könüllü olaraq polis əməkdaşlarına xəbər verib özünü və cinayətin alətini hüquq mühafizə orqanlarına təhvil verməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən Göyçay Rayon Polis Şöbəsinin əməkdaşı X5 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün o, iş yoldaşları ilə birlikdə başqa bir hadisə yerində olmuş, sonra iş yerinə getdiyi zaman telefonuna zəng gəlmişdir. Ona zəng edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Fərid hadisə barədə ona məlumat vermiş və o özü növbəsində ona evdə olmasını, gəlib onu polis şöbəsinə aparacağını demişdir. Bundan sonra, Fəridin atası da ona zəng edərək hadisə barədə məlumat vermiş, o da yolda olduğunu və onların yaşadığı evə gəldiyini, onların evdə olmasını tapşırmışdır. Fəridin yaşadığı ünvana getmiş və evlərinin yaxınlığında Fəridin atasının avtomobilinin ona tərəf gəldiyini görmüşdür. Bundan sonra Fəridin atası onlara yaxınlaşmış və Fərid onların avtomobilinə əyləşmişdir. Sonra Fəridi polis şöbəsinə aparıb Növbətçi Hissəyə təhvil vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsi aparıb növbətçi hissəyə təhvil vermiş, lakin həmin vaxt dəqiq kimin növbətçi olmasını hazırda xatırlamır. Təqsirləndirilən şəxs özü ona zəng etmiş və hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ona zəng etdikdən sonra, Cinayət Axtarış Bölməsinin rəisi ona zəng edərək belə bir hadisənin baş verməsini bildirmiş, o da öz növbəsində bildirmişdir ki, hadisədən məlumatı var və təqsirləndirilən şəxsi polis şöbəsinə aparır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən Göyçay Rayon Polis Şöbəsinin əməkdaşı X6 ifadəsində göstərmişdir ki, 16 noyabr 2021-ci il tarixində Göyçay Rayon Polis Şöbəsində növbətçi olmuş, həmin günü təqsirləndirilən şəxs əməliyyatçı Pərviz İsrəfilova zəng edib hadisə barədə məlumat vermişdir. Sonra isə Pərviz təqsirləndirilən şəxs ilə polis şöbəsinə gəlmişdir. Həmin gün şöbədə məsul şəxs o, olmuş və şəxs gətirildikdən sonra qeydiyyat aparılmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxs şöbəyə gəldikdən sonra könüllü gəlmə protokolu tərtib olunmamışdır. Çünki şəxsi polis əməkdaşı gətirmiş və orda ona şəxsin könüllü gəldiyi ona bildirilməmişdir. Polis əməkdaşı Pərviz İsrəfilov sonradan ona məlumat vermişdir ki, təqsirləndirilən şəxs özü ona zəng edib hadisə barədə məlumat vermişdir. Həmin gün hadisə barədə polis şöbəsinə məlumat daxil olmuş və məlumat qeydiyyata alınmışdır. Ancaq məlumatı kimin verdiyini hazırda xatırlamır. Əgər səhv etmirsə hadisə barədə məlumat daxil olduqdan 1-2 saat sonra təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Pərviz şəxsi polis şöbəsinə gətirənə qədər başqa mənbədən ona məlumat daxil olmamışdır. Həmin gün polis əməkdaşının təqsirləndirilən şəxslə telefon danışıqları haqda məlumatı olmamış, o sadəcə şəxsin polis əməkdaşı ilə gəldiyini görmüş və lazımı qeydiyyatı aparmışdır. Həmin günü hadisə barədə polis şöbəsinə məlumat daxil olmuş, ancaq hadisənin kim tərəfindən törədilməsi barədə məlumat olmamışdır. Məhkəmə istintaqı zamanı həmçinin "xxxx" MMC və "xxxx" Telecom MMC-dən əldə olunan telefon məlumatlarına baxış keçirilmiş və hadisə baş verən tarixdə hadisədən bir müddət sonra Təqsirləndirilən şəxslə atası Şahid1 və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşı Pərviz İsrafilov arasında telefon danışıqlarının olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin“könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Həmçinin, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olub-olmamasını tam, hərətərfli və obyektiv yoxlamalıdırlar. Könüllü gəlib təqsirini boynuna almış şəxs cinayət mühakimə icraatının sonrakı mərhələlərində təqsirini inkar etdiyi halda da könüllü gəlib təqsirini boynuna alma Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına görə cinayət təqibini həyata keçirən orqanda cinayət hadisəsinin baş verməsi, hətta hadisəni törədənin şəxsiyyəti barədə digər mənbələrdən məlumatın olması təqsirkarın yuxarıda qeyd olunan orqanlara könüllü gəlməsi və törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barəsində düzgün məlumat verməsi halında bunun Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsinə mane olmur. Cinayət törətmiş şəxsin müvafiq orqana gəlməsi və əməlini etiraf etməsi onun azad iradə ifadəsi olduğu halda, sözügedən cəzanı yüngülləşdirən hal barədə məsələnin həlli üçün onun hansı motivlərlə bu cür davranması əhəmiyyət kəsb etmir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət hadisəsi törətdikdən sonrakı hərəkətləri araşdırıldıqda müəyyən edilmişdir ki, o, könüllü şəkildə heç bir təsir altında olmadan özünü polis əməkdaşına təslim etmiş və hadisə barədə onlara ətraflı məlumat vermiş, həmçinin cinayət alətini polis əməkdaşlarına təqdim edərək baş vermiş hadisə ilə bağlı istintaqın gedişinə fəal köməklik etmişdir. Bu halı onun özünün məhkəmə istintaqı zamanı göstərdikləri, o cümlədən həmin ifadə ilə üst-üstə düşən və biri digərini tamamlayan əlavə şahid qismində dindirilən Göyçay Rayon Polis Şöbəsinin əmkdaşlarının şahid ifadələri, həmçinin telefon məlumatları təsdiq edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hadisə baş verəndən dərhal sonra hadisə yerindən ayrılsa da, hüquq mühafizə oranlarından gizlənməmiş, polis əməkdaşına və atasına məlumat vermiş, polis əməkdaşının gəlməsini gözləmək üçün yaşadığı ünvana getmiş və yekunda özünü polis əməkdaşlarına təslim edərək cinayət hadisəsi törətdiyi bıçağı da polis əməkdaşlarına təqdim etmiş, cinayətin üstünün açılmasına fəal köməklik etmiş və baş vermiş hadisə barədə ətraflı məlumat vermişdir. Belə olan halda Təqsirləndirilən şəxs cinayət hadisəsindən sonrakı hərəkətləri könüllü gəlmə kimi qəbul edilməli və bu hal cəzanı yüngülləşdirən hal kimi hökmdə öz əksini tapmalıdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət törətdikdən sonrakı hərəkətlərini, yəni könüllü olaraq hüquq mühafizə orqanlarına gəlib təqsirini boynuna almasını və cinayət aləti olan bıçağı onlara təqdim etməklə cinayətin açılmasına fəal köməklik etməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın azaldılması ilə bağlı müəyyən hərəkətlər etməyə cəhd göstərməsini (10000 manat məbləğində pulu zərərçəkmiş şəxsə ödəmək istəsə də, zərərçəkmiş şəxs həmin pulu qəbul etməmişdir) CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxsə təyin olunan cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsə CM-in 29,120.2.4-cü maddəsi ilə cinayət qanunvericiliyinin yuxarda göstərilən tələbləri nəzərə alınmaqla cəza təyin edilməli, həmçinin CM-in 228.4-cü maddəsi ilə təyin olunan azadlıqdan məhrum etmə cəzası həmin cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 29-30) Cinayət işinin materiallarında olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(046)-43/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 192-194) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olmaqla Göyçay rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd qolsuz gödəkçə, 01 ədəd köynək, 01 cüt ayaqqabı, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd gödəkçə, 01 ədəd mayka, 01 cüt corab, 01 cüt idman ayaqqabısı tələb edilmədiyindən, 01 qatlanan bıçaq, 03 ədəd bağlamada hadisə yerində olan qanabənzər ləkələrdən götürülmüş nümunələr, 03 ədəd bağlamada Təqsirləndirilən şəxs məxsus “BMW” markalı **-RE-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı aşkar edilən qanabənzər ləkələrdən götürülmüş nümunələr, 02 ədəd bağlamada Təqsirləndirilən şəxs məxsus “BMW” markalı **-RE-*** dövlət nömrə nişanlı avtomobilin ön sağ və sol oturacaqlarının üzərində olan parça materialdan toxunma üzlüklər isə dəyəri müəyyən edilmədiyindən hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd mobil telefon isə sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə 71,94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Mülki iddiaya münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət işinin materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs mülki iddia qaldıraraq 20000 cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə, 100000 manat isə mənəvi ziyana görə, ümumilikdə 120000 manat məbləğində pulun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tutularaq ona ödəniməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş həkim travmatoloq X7 tərəfindən verilmiş arayışdan görünür ki, Zərərçəkmiş şəxs sağ tərəfli bazu kələfinin travmatik yaralanmasına görə mikrocərrahi əməliyyat olunmuşdur. Əməliyyat zamanı C5-C6 kökləri bərpa olunmuşdur. Xəstə yaxınları tərəfindən xəstəxanaya 4000 (dörd min) manat pul ödənilmişdir. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır: CPM-in 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinməhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“03” noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Hazırkı cinayət işi üzrə qeyd edilən cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirildiyindən, maddi və mənəvi ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduğundan, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs tərəfindən qaldırılan mülki iddia qismən təmin edilməli və 4000 AZN (dörd min manat) cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə, 5000 AZN (beş min manat) mənəvi zərərə görə, ümumilikdə 9000 AZN (doqquz min manat) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin və 4000 AZN (dörd min manat) cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə, 5000 AZN (beş min manat) mənəvi zərərə görə, ümumilikdə 9000 AZN (doqquz min manat) məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut olmaqla Göyçay rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd qolsuz gödəkçə, 01 ədəd köynək, 01 cüt ayaqqabı, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd gödəkçə, 01 ədəd mayka, 01 cüt corab, 01 cüt idman ayaqqabısı tələb edilmədiyindən, 01 qatlanan bıçaq, 03 ədəd bağlamada hadisə yerində olan qanabənzər ləkələrdən götürülmüş nümunələr, 03 ədəd bağlamada Təqsirləndirilən şəxs məxsus “BMW” markalı **-RE-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı aşkar edilən qanabənzər ləkələrdən götürülmüş nümunələr, 02 ədəd bağlamada Təqsirləndirilən şəxs məxsus “BMW” markalı **-RE-*** dövlət nömrə nişanlı avtomobilin ön sağ və sol oturacaqlarının üzərində olan parça materialdan toxunma üzlüklər isə dəyəri müəyyən edilmədiyindən hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd mobil telefon isə sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə 71,94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar