Məhkəmə qərarları › İş №1(091)-109/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-109/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-109/2023 07.06.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Göyçay Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.4 maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum olunmuş, daha sonra Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 67.1, 67.3-cü maddələri tətbiq edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə və 2290 manat cərimə cəzasına məhkum olunmuş, daha sonra Göyçay Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 02 il müddətə azadlıqdan məhrumetmə və 2290 manat cərimə cəzasına məhkum olunmuş, sonuncu dəfə Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 02 il müddətə azadlıqdan məhrumetmə və 500 manat cərimə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona qəti olaraq 02 il müddətə azadlıqdan məhrumetmə cəzası və 2290 manat cərimə cəzası təyin edilmişdir, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq külli miqdar hesab edilən 01 ədəd şəffaf rəngli sellofan bükümdə qablaşdırmaqla ümumi təmiz çəkisi 3,347 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək qanunsuz olaraq üzərində saxlamış, 15 noyabr 2022-ci il tarixdə saat 18 radələrində həmin narkotik vasitəni üzərində daşıyarkən Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhəri Nizami küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, orada Növbətçi Hissədə saat 18:57-də üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən, sonuncunun əynində olan qara rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində bozumtul rəngli həmin 3,347 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları yolda hərəkətdə olduğu zaman yaxınlaşıb onu saxlamışlar. Bundan sonra ona təzyiq göstərərək polis şöbəsinə aparmışlar. Polis şöbəsində olduğu vaxt onun qolunu qandallayaraq onu döymüşlər və narkotik vasitə olan heroini boynuna qoymuşlar. İttiham aktında göstərilən narkotik vasitə olan heroin ona aid olmamışdır. Belə ki, polis əməkdaşları ona təzyiq göstərərək həmin narkotik vasitəni cibinə qoymuş və videoçəkilişlə cibindən çıxarmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, aşkar olunan narkotik vasitə olan heroin ona aid olmamışdır. Əvvəllər CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Üçüncü qrup əlildir və pensiya alır. Videoçəkiliş zamanı qorxduğu üçün heç nə bildirməmişdir. Çünki videoçəklişdən əvvəl polis əməkdaşları ona təzyiq göstərmişdir. Ona olunan təzyiqlə bağlı prokurorluğa şikayət etmişdir. Narkotik vasitədən istifadə etdiyi üçün cərimə olunmuşdur. Həmin cərimə aldığı pensiyadan tutulmuşdur. Polis əməkdaşları onu saxladıqdan sonra polis şöbəsinə aparmışlar. Daha sonra, polis şöbəsində üçüncü mərtəbəyə əməliyyatçıların otağına aparmışlar. Sonra ona otaqda təzyiq göstərmişlər. Onu döyən polis əməkdaşlarını üzdən tanıyır. Əgər səhv etmirsə, birinin adı Orxan olmuşdur. Polis əməkdaşları ona təzyiq göstərərək deyirmişlər ki, etiraf etməlidir ki, aşkar olunan narkotik vasitə ona aiddir. O da qorxduğu üçün boynuna almışdır. İbitidai istintaq zamanı verdiyi ifadəni xatırlayır. İbtidai istintaq zamanı ifadə verdiyi vaxt təzyiq altında olmuşdur. Əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Polis əməkdaşları ilə düşmənçiliyi və ədavəti yoxdur. Ona olunan təzyiqlə bağlı müdafiəçisinə bildirmişdir. Barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəməyə döyüldüyünü bildirmişdir. X2 daxil olarkən müayinə olunmuşdur. Həmin vaxt döyüldüyünü bildirmişdir. Göyçay Rayon Prokurorluğuna döyülmə faktı ilə bağlı ərizə yazmışdır. O saxlanılan günü onunla birlikdə bir neçə şəxs də saxlanılmış və hamısına eyni vəkil verilməklə tutulmuşlar. Odur ki, hazırkı iş üzrə heç bir günahı olmadığından, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat dövründə verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində o göstərmişdir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir, həmin maddədə nəzərdə tutulmuş məsuliyyəti başa düşür, ittihamın mahiyyəti və mənası ona aydındır. Əməlindən peşmandır. O əvvəllər, yəni 5 il qabaq narkotik vasitə marixuanadan istifadə etmiş, son 3 ildir ki, “kakos” kimi tanınan narkotik vasitə heroindən istifadə edir. O, narkotik vasitə istifadə etdiyi üçün əvvəllər bir neçə dəfə həbs olunmuşdur. Sonuncu dəfə də üzərində narkotik vasitə daşımasına görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 02 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə isə cəzasının sonu ilə azadlığa buraxılmışdır. O, azadlığa çıxdıqdan sonra bir müddət narkotik vasitədən istifadə etməmiş, ancaq son 4 aydır ki, yenidən narkotik vasitə heroindən istifadə etmişdir. Ona görə də 11 noyabr 2022-ci il tarixdə təxminən saat 18-19 radələrində o Göyçay şəhər Qantəmir küçəsində yaşayan “Fındıq ” ləqəbli Fuad adlı şəxsdən özü istifadə etmək məqsədi ilə 1( bir) ədəd şəffaf rəngli selefona bükülmüş 80 manata, 4 qram “Kakos” kimi tanıdığı, yəni heroin narkotik vasitəsi almışdır. O, həmin narkotik vasitədən bir dəfə özü istifadə etmiş, qalan hissəsini də əynində olan qara rəngli şalvarın ön cibində saxlamışdır. xx.xx.2022-ci tarixdə o, Göyçay şəhər Nizami küçəsində “Bioloji Təbabət” kilinikasının yanında olarkən polis işçiləri onu saxlayaraq narkotik maddələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli olduğunu ona bildirib, onu Göyçay RPŞ-nə gətirmişlər. Orada ona hüquq və vəzifələri izah olunmuş, eləcə də, o dövlət hesabına vəkillə təmin olunmuşdur. Ona görə də vəkilin iştirakı ilə video çəkilişlə, üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində olan narkotik vasitə və ya qanunla qadağan olunmuş əşya olub-olmadığı soruşulmuş, bu zaman o da, əynində olan qara rəngli cins şalvarının sağ ön cibində saxladığı bir ədəd şəffaf selefona bükülmüş içərisindəki “kakos” kimi tanıdığı narkotik vasitə heroini polislərə təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkilərkən çəkisi 3,6 qram olmuş, sonra həmin büküm 1 ədəd zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq zərfin ağzı möhürlənmiş, o və vəkili Rasim Vəliyev həmin zərfin üzərini imzalamışlar. Sonra isə bununla bağlı protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və imzalanmışdır. Həmçinin, o ifadəsini davam etdirərək üzərindən aşkar olunmuş bir ədəd şəffaf selefona bükülmüş içərisində bozumtul rəngli maddənin “Kakos” yəni, “Heroin” olmasını bildirmişdir. O həmin maddəni özü istifadə etmək məqsədilə 11 noyabr 2022-ci il tarixdə təxminən saat 18-19 radələrində Göyçay şəhər Qantəmir küçəsində yaşayan “Fındıq ” ləqəbli Fuad adlı şəxsdən almış, həmin narkotik vasitə 1( bir) ədəd şəffaf rəngli selefona bükümdə olmuş, o həmin narkotik vasitəni 80 manata almışdır. O aldığı həmin narkotik maddədən 1(bir) dəfə özü istiafdə etmiş, qalan hissəsi isə cibində qalmışdır. xx.xx.2022-ci il tarixdə polis işçiləri onu saxlayıb RPŞ-də üzərinə şəxsi axtarış keçirən zaman o da, üzərində qalan həmin narkotik vasitəni polislərə təqdim etmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı həyacanlı olduğu üçün həmin narkotik vasitəni tutulmazdan təxminən 10 gün əvvəl parkdan tapmasını demiş, ancaq o, sonradan həqiqəti düzgün etiraf edəcəyi halda ona yüngül cəza veriləcəyini düşünüb üzərindən aşkar edilmiş narkotik vasitəni tanışı “Fındıq ləqəbli ” Fuad adlı şəxsdən aldığınızı bildirmişdir. Həmçinin, o qeyd edərək heç kimə narkotik maddə satmadığını və ya vermədiyini qeyd etmiş, tutulan zaman istifadəsində öz adına olan ***-***-**-** saylı mobil nömrə olmuşdur. O son olaraq göstərmişdir ki, üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd sellofan büküm adi elektron tərəzidə aşkar olunmuş bükümlərlə birlikdə çəkilmiş, ancaq ekspertizanın isə tərəzisi daha dəqiq olmaqla, eyni zamanda aşkar edilmiş maddələr bükümsüz çəkilmiş və məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/843 nömrəli rəyində göstərilən çəkilər düzgün olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Əkbər oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində daşıması, istifadəsi və dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat rəhbərliyə məruzə olunmuş və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Göyçay rayonunda X3 yaxınlığında saxlanılmış və polis şöbəsinə dəvət olunmuşdur. Bundan sonra, o, polis şöbəsində müdafiəçi ilə təmin olunmuş və onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən 3 qramdan çox heroin aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandıran Şahid1 göstərmişdir ki, aşkar olunan heroinə Təqsirləndirilən şəxs etiraz etməmişdir. Sonradan təqsirləndirilən şəxs fərqli ifadə verdiyindən, aralarında üzləşmə olmuşdur. Üzləşmə zamanı şəxs aşkar olunan psixotrop maddənin ona aid olmadığını bildirmişdir. Şəxsi polis şöbəsində təhqiqatçının otağına aparmışlar. Bundan sonra Təqsirləndirilən şəxs vəkil ilə təmin olunub və onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiq olunmamışdır. Əməliyyat məlumatı ona daxil olmuşdur. Ona şəxs barəsində əvvəllər əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs barəsində əməliyyat qeydiyyat işi açılmamışdır. Şifahi məlumat əsasında şəxsi saxlamışlar. Təxirəsalınmaz tədbir keçirdikləri üçün məhkəməyə müraciət edib qərar almamışlar. Çünki həmin vaxt məlumat daxil olmuşdur ki, şəxsin üzərində narkotik vasitə vardır. Onlar da dərhal tədbir keçirmişlər. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar tərtib etmişdir. Gizli mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra şəxsin barəsində sənədləşmə işləri aparılmışdır. Daha sonra tədbir keçirmişlər və şəxsi saxlamışlar. Təqsirləndirilən şəxs barəsində məlumat daxil olduqdan sonra şifahi formada rəhbərliyə məruzə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə raport tərtib etmişdir. Şəxs barəsində əməliyyat məlumatının hansı tarixdə daxil olduğunu dəqiq xatırlamır. Onda əvvəlcədən şəxs barəsində məlumat var imiş ki, şəxs narkotik vasitələrin satışı ilə məşğuldur. Şəxsi axşam saat 6-7 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs polis şöbəsinə gəldikdən 15-20 dəqiqə sonra vəkil ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxsin müdafiəçisi Rasim müəllim olmuşdur. Müdafiəçi gəlmiş və onlar bundan sonra şəxsin üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı aşkar olunan narkotik maddəyə şəxsin etirazı olmamışdır. Şəxsi axtarışı təhqiqatçı Qiyas müəllim aparmışdır. Əgər səhv etmirsə, şəxs saxlanılan gün başqa tədbirdə iştirak etməmişdir. Ola bilsin ki, şəxsi saxladıqları gün başqa tədbirdə də iştirak etmişdir, lakin üzərindən xeyli vaxt keçdiyi üçün dəqiq xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 15 noyabr 2022-ci il tarixdə şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı tədbir keçirilmişdir. Təxminən axşam saat 7 radələrində şəxsə yaxınlaşaraq özlərini təqdim edib, polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs vəkil ilə təmin olunmuş və təhqiqatçı Qiyas müəllimin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı şəxsin şalvarının sağ yan cibindən narkotik vasitə olan boz rəngli heroinə bənzər maddə aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandıran Şahid3 göstərmişdir ki, şəxsi axtarış zamanı aşkar olunan narkotik vasitəyə şəxsin etirazı olmamışdır. Təqsirləndirilən şəxs heç bir təzyiq olunmamışdır. Videoçəkiliş zamanı şəxs özü səmimi olaraq aşkar edilən narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Sonradan təqsirləndirilən şəxs ifadəsini dəyişdiyindən, aralarında üzləşmə olmuşdur. Üzləşmə zamanı şəxs aşkar edilən narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Bundan sonra şəxs vəkil ilə təmin olunmuş və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış polis şöbəsində birinci mərtəbədə keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs Nizami küçəsində yerləşən X4 yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs axşam saat 7 radələrində saxlamışlar. Onda əvvəllər şəxs barəsində əməliyyat məlumatı olmamışdır. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamışdır. Şəxsi saxladıqları həmin günü, başqa tədbirlərdə də iştirak etmişdir. Təqsirləndirilən şəxs vəkil ilə təmin olunmuş və etirazı olmamışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan yarım saat sonra vəkil ilə təmin olunmuşdur. Şəxs vəkil ilə təmin olunmuş və sonra videoçəkilişlə şəxsin üzərinə şəxsi axtarış keçirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 15 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı videoçəkilişi o aparmışdır. Həmin vaxt təhqiqatçı şəxsə üzərində qadağan olunan hər hansı maddə olduğunu soruşduğu vaxt, şəxs şalvarının sağ yan cibindən boz rəngli narkotik vasitəyə bənzər maddə çıxarmışdır. Həmin maddənin dəqiq çəkisini xatırlamır. Əgər səhv etmirsə, həmin narkotik vasitə heroin olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandıran Şahid2 göstərmişdir ki, videoçəkilişdən əvvəl Təqsirləndirilən şəxs görməmişdir. Şəxsi videoçəkiliş zamanı görmüşdür. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı aşkar olunan narkotik vasitəyə etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərinə axşam saat 7 radələrində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Həmin günü şəxsdən başqa 3 işdə videoçəkiliş aparmışdır. Səhv etmirsə, videoçəkiliş apardığı şəxslər Orxan və Əbülfəz olmuşdur. Ola bilsin ki, həmin gün başqa şəxslərin də videoçəkilişini o aparmış, lakin adlarını dəqiq xatırlamır. Şəxsin vəkili Rasim müəllim olmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Göyçay Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı işləyir. Təqsirləndirilən şəxsla bağlı cinayət işi üzrə ilkin tədqiqat hərəkətləri onun tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxs barəsində tərtib olunan tutma protokolunda sonuncunun 18:55-də şübhəli şəxs qismində tutulduğu göstərilsə də, əslində o, texniki səhvə yol verərək tutulma vaxtı kimi 18:45 qeyd etmişdir. Belə ki, şəxs 18:45-də polis şöbəsinə gətirilmiş, onun tutulması isə 18:55-də baş vermişdir. 18:57-də isə hüquq və vəzifələri dərhal izah olunaraq onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış 18:57-də başlanılıb və 19:09-a qədər davam etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, şəxs polis şöbəsinə 18:45-də gətirilmiş, 18:55-də isə tutulmuşdur, lakin o, texniki səhvə yol verərək şəxsin tutma protokoluna 18:45 qeyd etmişdir. Şəxsə vəkil siyahısı təqdim olunmuş, lakin həmin gün vəkil problemləri olduğu üçün Rasim Vəliyevi çağırmışlar. Belə ki, ümumilikdə Göyçay şəhərində iki vəkil vardır. Bunlardan biri həmən günü xəstə olmuşdur. Ona görə də, Rasim Vəliyev şəxsə təqdim olunmuşdur. Şəxsə təqdim edilmiş siyahıda ətraf rayonlardan olan müdafiəçilər də olmuşdur. Onlar Təqsirləndirilən şəxs X10in hazırda burada olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Onlar da X10i dəvət etmişlər. Şəxs müqaviləli vəkil istəməmişdir. X10 ilə Təqsirləndirilən şəxs arasında konfidensial görüşə şərait yaratmışlar. Təqsirləndirilən şəxs dəfələrlə tutulduğu üçün proseduru çox yaxşı bilmiş, X10 Səxavətlə 1-2 dəqiqə söhbət etmişdir. O, sadəcə Təqsirləndirilən şəxs münasibətdə deyə bilir ki, onun üzərinə şəxsi axtarışı özü aparmışdır. 15 noyabr 2022-ci il tarixdə başqa hansı şəxslərin saxlanılması barədə məlumatı yoxdur. Təhqiqatçı kimi şəxsə hüquq və vəzifələrini izah etmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra ilk əvvəl polis şöbəsində növbətçi hissəyə gətirilmişdir. Növbətçi hissədə şəxsin yanında növbətçi və növbətçi köməkçisi olmuşdur. Şəxsə heç bir təzyiq olunmamışdır. X10 başqa bir işlə əlaqəli polis şöbəsində olmuşdur. Təqsirləndirilən şəxs birbaşa onun otağına gətirilməmişdir. Şəxs ilk əvvəl növbətçi hissəyə gətirilmişdir. Bundan sonra, növbətçi ona zəng edib və o, aşağı düşmüşdür. Şəxs saxlanılan zaman sözügedən vəkil polis şöbəsində olmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Göyçay Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi vəzifəsində işləyir. Təqsirləndirilən şəxsla bağlı cinayət işinin ibtidai istintaqı onun tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 16 noyabr 2022-ci il tarixdə saat 16:50-dən 17:30-dək dindirilmişdir. Həmin vaxtı şəxsin vəkili Rasim Vəliyev olmuş və dindirmədə vəkil də iştirak etmişdir. Həmin tarixdə saat 17:30-da bölmənin icraatında olan digər cinayət işi üzrə şübhəli şəxs Orxan Abdurrəhmanlının dindirilməsi başlamışdır. Bunu onunla izah edir ki, digər müstəntiqlə otaqları yan-yanadır. Ona görə də, vəkil dindirilmə bitdiyi zaman dərhal digər otağa keçmişdir. Belə ki, sözügedən işlər eyni vaxtı gəldiyi üçün və vəkildə tək odluğu üçün onların hamısının otağında iştirak etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, şəxs 16 noyabr 2022-ci il tarixdə saat 16:50-dən 17:30-dək X10in iştirakı ilə şübhəli şəxs qismində dindirilmişdir. 17:30-da isə vəkil digər şəxsin dindirilməsində iştirak etmişdir. Bunu normal hal kimi qarşılamır, lakin onu qeyd edir ki, sözügedən həmin işlər eyni vaxtda gəldiyi üçün, vəkil də tək olduğu üçün və eyni zamanda, vaxt məhdudiyyəti olduğu üçün belə bir hal baş vermişdir. Vəkil onun otağında dindirilmədə iştirak etmişdir. Bundan dərhal sonra vəkili digər müstəntiq dəvət etmişdir. Vəkil də digər otağa keçmişdir. Hansı ki, həmin müstəntiqin otağı onun otağının qarşısında yerləşir. Həmin vaxt başqa bir vəkil olmamışdır. Ona görə də, sözügedən şəxslərin dindirilməsi zamanı Rasil Vəliyev iştirak etmişdir. Vəkil işi onlara həmişə problem yaradır. Belə ki, onların rayonunda iki vəkil vardır. Həmin vaxt vəkilin biri Bakı şəhərində olmuşdur. Ona görə də, onlar Rasim Vəliyevi dəvət etmişlər. Təbii ki, bu normal hal deyildir. Onlar çox vaxt vəkil üçün başqa rayonlara müraciət edirlər, lakin məsafə uzaq olduğu üçün vəkillər gəlmirlər və bildirirlər ki, Vəkillər Kollegiyasından icazə alınmalıdır. Bu da artıq uzun prosesdir. Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində saat 10:10-dan 10:50 qədər dindirmişdir. Ola bilsin ki, texniki səhvə yol vermiş və saatları səhv yazmışdır. Əgər səhv etmirsə, şəxsin dindirilməsi 10:40-da başlayıb və 11:00-da bitmişdir. Ancaq o, texniki səhvə yol verərək, şəxsin təqsirləndirilən şəxs qismində dindirilmə saatını 10:10 olaraq qeyd etmişdir. Sözügedən şəxslərin hamısı onların xidməti otaqlarında real olaraq öz vəkilləri ilə dindirilmişdir. Lakin texniki səhvə yol verərək saatını səhv yazmışdır. Şəxs özü də etiraf edə bilər ki, onu vəkilin iştirakı ilə dindirmişdir. Ancaq texniki səhvə yol verdiyi üçün saatı səhv qeyd etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Göyçay Rayon Polis Şöbəsinə Göyçay şəhəri M.Muradov küçəsi D12. Ev 2-də qeydiyyatda olmaqla yaşayan, məhkum olunmuş, xx.xx.1989-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin alüdəçisi olması, eləcə də mütəmadi olaraq üzərində narkotik vasitələr saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 04). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Göyçay Rayon Polis Şöbəsinə Göyçay şəhəri M.Muradov küçəsi D12. Ev 2-də qeydiyyatda olmaqla yaşayan, məhkum olunmuş, xx.xx.1989-cü il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Göyçay şəhəri M.Muradov küçəsi D12. ev 2-də qeydiyyatda olmaqla yaşayan, məhkum olunmuş, xx.xx.1989-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin alüdəçisi olması, eləcə də mütəmadi olaraq üzərində narkotik vasitələr saxlamaqda şübhəli olması ilə bağlı “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 15 noyabr 2022-ci il tarixli qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılmışdır (cild 01, iş vər. 09). Cinayət işinə əlavə olunmuş “Göyçay RPŞ-yə gətirilən şəxslərin qeydiyyatı jurnalı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:45-də rayon polis şöbəsinə gətirilmişdir. İş materiallarına əlavə edilmiş “cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:45-də şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəq 18). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat saat 18:57-də video çəkilişlə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində bozumtul rəngli həmin 3,347 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Video çəkilişin əks olunduğu bir ədəd CD disk və foto şəkillər olan foto cədvəl müvafiq protokola əlavə olunmuşdur (cild 01, iş vər. 23-28). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 17/843 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs:/imza/ Təqsirləndirilən şəxs. Müdafiəçi:/imza/ R.Vəliyev ...” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 3,347 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (cild 01, iş vər. 34-37). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 683 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində xx.xx.2022-ci il tarixinə uyğun xəsarət izləri aşkar edilmədi (cild 01 iş vər. 85-86). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Göyçay RMX” publik hüquqi şəxsdən təqdim olunmuş məktubdan görünür ki, ünvan 2 ünvanında yaşayan, xx.xx.1989cu il təvəllüdlü, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdən “MSS-nin üzvi xəstəliyi nəticəsində şəxsiyyət pozuntusu” diaqnozu ilə psixiatrik kabinetdə, xx.xx.2016-cı il tarixdən “Narkomaniya” diaqnozu ilə narkoloji kabinetlərdə qeydiyyatdadır (cild 01 iş vər. 103). Cinayət işinin materiallarında olan məhkəmə-psixatrik ekspertizasının 28 dekabr 2022ci il tarixli, 796 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs “baş beynin üzvü xəstəliyi nəticəsində şəxsiyyət pozuntusu” xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olduğundan o, ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır (cild 01 iş vər. 139-140). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08 fevral 2023-cü il tarixli 267 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. 3-cü qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01 iş vər. 142). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Göyçay şəhər sakini Təqsirləndirilən şəxs rayon prokurorluğuna ünvanladığı ərizəsində və vermiş olduğu izahatında, Göyçay RPŞnın CAB-nın əməliyyat müvəkkilləri tərəfindən fiziki zorakılığa məruz qalması və sonuncular tərəfindən Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoyulması ilə bağlı göstərmiş olduğu xüsusat öz təsdiqini tapmadığından, toplanmış materialda cinayət hadisəsi olmadığı üçün Azərbaycan Respublikası CPM-nın 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 01 iş vər. 149-152). Cinayət işinin materiallarına əlavə edilmiş Göyçay Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Göyçay Rayon İcra və Probasiya Şöbəsində probasiya qeydiyyatına alınmışdır. Görülmüş zəruri tədbirlər nəticəsində məhkum Təqsirləndirilən şəxs İll qrup əlilliyə görə 120 (bir yüz iyirmi) manat müavinət alması müəyyən edilmişdir. Buna görə də, 08 iyul 2022-ci il tarixdə məhkum Təqsirləndirilən şəxs müavinətinin tutulub dövlət nəfinə ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət olunmuşdur. Sorğuya cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının 07 dekabr 2022-ci il tarixli məktubunda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ümumilikdə 300 (üç yüz) manat məbləğində vəsaitin aidiyyatı üzrə Göyçay Rayon İcra və Probasiya Şöbəsinin hesabına ödənilməsi qeyd olunmuşdur. xx.xx.2022-ci ildən bu günki tarixədək məhkum Təqsirləndirilən şəxs müavinətindən tutulan məbləğ barədə şöbəyə heç bir məlumat daxil olmamışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl X1 polis şöbəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatqeydiyyat işi açılmamış, polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, sadəcə barəsində əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 3,347 qram külli miqdarda olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara, xırda və eyni ölçülü bükümlərə yığılmaqla saxlanılmaması, evindən və həyətyanı sahəsindən başqa narkotik vasitənin aşkar olunmaması, habelə üzərindən və evindən elektron tərəzinin aşkar olunmaması, digər tərəfdən təqsirləndirilən şəxsin özünün narkotik vasitə heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi və narkoloji dispanserdə qeydiyyatda olması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 01 ədəd sellofan bükümdə təmiz çəkisi 3,347 qram külli miqdarda olan narkotik vasitə-heroin satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Məhkəmə kollegiyası polis əməkdaşlarının məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı verdikləri şahid ifadələrini dinləyib, həmin ifadələri iş üzrə mövcud olan digər sübutlarla qarşılıqlı şəkildə araşdırıb, həmin şəxslərin ifadələrinə bu hissədə tənqidi yanaşır və hesab edir ki, şəxslərin bu xüsusatla bağlı ifadələri ehtimallara əsaslanır və iş materiallarında olan sübutlarla təsdiq olunmur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitənin ona aid olmaması, polislər tərəfindən döyülməsi və təzyiq altında narkotik vasitənin ona aid olması ilə bağlı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələrə tənqidi yanaşır və iş materialları ilə onun dedikləri təkzib olunduğundan, onları əsaslı hesab etmir. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı Səxavət Qəhrəmov müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində, həmçinin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəmə qarşısına çıxarılarkən bu xüsusatlarla bağlı heç nə bildirməmiş, heç bir oraqana şikayət etməmişdir. Həmçinin, Göyçay rayon prokurorluğunda Səxavət Qəhrəmovun döyülməsi faktı ilə bağlı araşdırma aparılaraq cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır ki, həmin qərar müdafiə tərəfinə təqdim olunmuş, lakin müdafiə tərəfindən mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə heç bir təsir və ya təzyiq altında olmadan sərbəst şəkildə verdiyi ifadəsinin işin hallarına, iş materiallarında olan mötəbər və təkzibedilməz sübutlara uyğun olduğu qənaətinə gələrək, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsaslı hesab edir və ona elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Bundan əlavə, müdafiəçi məhkəmə çıxışı zamanı təqsirləndirilən şəxsə münasibətdə ibtidai araşdırma zamanı real müdafiə hüququnun təmin edilmədiyini, X10in həmin vaxt Göyçay Rayon Polis Şöbəsində istintaqı aparılan digər işlərdə də eyni vaxtda prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etdiyini, işin təhqiqatını aparan təhqiqatçı və işin ibtidai istintaqını aparan müstəntiq tərəfindən həyata keçirilən prosessual hərəkətlər zamanı nöqsanlara yol verildiyini bildirməklə Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir ki, buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsindən real olaraq müdafiəçi ilə təmin olunduğu, dolayısı ilə də onun müdafiə hüququnun təmin edildiyi müəyyən olunur. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılan ilk andan iş üzrə ibtidai istintaqın yekunlaşdığı anadək müdafiəçi ilə təmin olunmuş, onunla bağlı bütün istintaq hərəkətlərinin həyata keçirilməsində müdafiəçi də iştirak etmiş və təqsirləndirilən şəxs heç bir halda müdafiəçi ilə, dolayısı ilə də müdafiə hüququnun təmin olunmaması ilə bağlı iradını bildirməmişdir. İbtidai araşdırma dövründə təhqiqatçı və müstəntiq tərəfindən prosessual hərəkətlərin və istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı müvafiq protokolların tərtib olunma tarixinin deyil, yalnız zaman etibarı ilə vaxtının, yəni saatının və dəqiqəsinin səhv yazılmasına dair xüsusatlara gəldikdə isə qeyd edilməldir ki, həmin səhvlər sonradan hər hansı şəxsin verdiyi ifadələrlə aradan qaldırıla bilməsə də, məhkəmə hesab edir ki, həmin yanlışlıqları texniki xəta olaraq qəbul edilməlidir. Belə ki, iş materialları ilə də sübut olunur ki, təqsirləndirilən şəxs sözügedən prosessual hərəkətlərin və istintaq hərəkətlərinin aparılmasında dövlət hesabına ona ayrılan müdafiəçi ilə birlikdə iştirak etmiş və hər iki şəxs müvafiq protokolları öz imzaları ilə təsdiq etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, sözügedən xüsusatlar birmənalı şəkildə təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməməsi ilə bağlı qənaətə gəlməyə əsas vermir. Odur ki, müdafiə tərəfin qeyd etdikləri əsas götürülməklə təqsirləndirilən şəxsə irəli sürülən ittihamla bağlı bəraətin verilməsi qənaətinə gəlmək qeyri-mümkündür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri (narkotik vasitənin aşkar olunması ilə bağlı hissədə), ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay şəhəri M.Muradov küçəsi dalan 12, ev 2 ünvanında ailəsi ilə (anası, atası, arvadı və qardaşı) birlikdə yaşayır, yaşayış yeri üzrə yaxşı səciyyələndirilir (cild 01, iş vər. 104-106). Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən CM-in 177.2.1, 177.2.2, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.4 maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum olunmuş, daha sonra Göyçay Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 67.1, 67.3-cü maddələri tətbiq edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə və 2290 manat cərimə cəzasına məhkum olunmuş, daha sonra Göyçay Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 02 il müddətə azadlıqdan məhrumetmə və 2290 manat cərimə cəzasına məhkum olunmuş, sonuncu dəfə Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə və 500 manat cərimə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona qəti olaraq 02 il müddətə azadlıqdan məhrumetmə cəzası və 2290 manat cərimə cəzası təyin edilmişdir (cild 01 iş vər. 141). Belə olan halda CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin xüsusilə təhlükəli residivi müəyyən edilir. Belə ki, CM-in 18.3.1-ci maddəsinə əsasən qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin xüsusilə təhlükəli residivini yaranır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayət əməllərinə görə ardıcıl olaraq üç dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, sonuncu törətdiyi cinayət əməli az ağır cinayət olmuş və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 02 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivi yaranmış olur. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən, habelə Konstitusiya Məhkəməsinin əvvəlki qərarlarında yaratdığı hüquqi mövqeyinə görə vahid hökmlə təyin edilmiş qəti cəzanın və onun yaratmış olduğu məhkumluğun bölünməsinə yol verilmədiyindən, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbləri baxımından cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə və digər cəzaya məhkum olunmuş şəxsin məhkumluğunun ödənilməsi müddətinin başlanğıcı qəti cəzanı çəkib qurtardığı və ya cəzadan azad edildiyi andan hesablanmalı, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə isə əməlində residiv müəyyən edilməli və bu hal cinayət qanununun prinsipləri ilə uzlaşmayan vəziyyət kimi qiymətləndirilməməlidir. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsi yalnız azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların yaratmış olduğu məhkumluğu nəzərdə tutur; Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin xüsusi təhlükəli residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin dörddə üçündən az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunan cəza ilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən təyin olunan 2290 manat miqdarında cərimə cəzasının çəkilməmiş qalan 1990 manat hissəsi tamamilə birləşdirilərək, ona hökmlərin məcmusu üzrə qəti cəza təyin olunmalıdır. İş materiallarına əlavə olunmuş məktubdan göründüyü kimi, Təqsirləndirilən şəxs 3-cü qrup əlil olması ilə əlaqədar aldığı müavinətdən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər 300 manat məbləğində pul Təqsirləndirilən şəxs 2290 manat cərimə cəzası ilə əlaqədar Göyçay Rayon İcra və Probasiya Şöbəsinin hesabına ödənilmiş və nəticədə Təqsirləndirilən şəxs ödənilməmiş 1990 manat cərimə cəzası qalmışdır. İş materiallarına əlavə edilmiş “cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq barədə” protokoldan və Göyçay Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vərəq 18, 72-75). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.4-cü maddəsinə əsasən təyin ediləcək cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzaçəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər 3cü qrup əlil olması səbəbilə tətbiq olunmamalı və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 3,297 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 71,94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə hazırki hökmlə təyin olunan cəza ilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən təyin olunan 2290 manat miqdarında cərimə cəzasının çəkilməmiş qalan 1990 manat hissəsi tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə və 1990 (bir min doqquz yüz doxsan) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 3,297 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 71,94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar