Məhkəmə qərarları › İş №1(091)-11/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-11/2022

08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-11/2022 08.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X8, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, müdafiəçilər: Şəki regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə 04 avqust 1999-cu ildə Bərdə rayonu Xəsili kəndində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Goranboy rayonu Tapqaraqoyunlu kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 1993-cü ildə Bərdə rayonu Xəsili kəndində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Bərdə rayonu Xəsilli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 29,144.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 əvvəllər sevgi münasibətində olduğu Şəki rayonu, Kiçik Dəhnə kənd sakini, yetkinlik yaşına çatmayan, xx.xx.2004-cü il təvəllüdlü, Zərərçəkmiş şəxs ilə ailə qurmaq məqsədilə onu iradəsindən kənar qaçırıb yaşadığı evə aparmaq kimi cinayətkar niyyətini həyata keçirmək üçün qohumu Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib birlikdə 27 aprel 2021-ci il tarixdə saat 11:30 radələrində sonuncunun idarə etdiyi Vaz-21154 markalı **-BL- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki rayonu, Kiçik Dəhnə kəndinə gələrək Zərərçəkmiş şəxs ilə sonuncu dəfə görüşüb halallaşmaq adı ilə onu aldadıb yaşadığı evin yaxınlığına əlaqə vasitəsilə çağıraraq kənd sakinlərinin onları görməməsi bəhanəsi ilə avtomobilə əyləşdirdikdən sonra sonuncuya onun ilə ailə qurmaq məqsədilə qaçmaq təklif etmiş, Zərərçəkmiş şəxs həmin vaxt isə həmin təklifdən imtina edərək artıq həmkəndlisi ilə nişanlanmasını, onunla ailə qurmaq istəmədiyini, onların arasında olan münasibətin artıq bitdiyini bildirdikdən sonra Zərərçəkmiş şəxs onun ilə ailə qurmaq məqsədilə qaçmaq fikrinin olmadığını başa düşərək Zərərçəkmiş şəxs başqa şəxsləri köməyə çağırmaq imkanının olmadığını, onun da fiziki cəhətdən üstün olduğunu başa düşməsini bildiyini və ona müqavimət göstərmək imkanının olmadığını dəqiq bilərək köməksiz vəziyyətdə olmasından istifadə edib Təqsirləndirilən şəxs2ya avtomobili idarə etməsini bildirmiş, avtomobil hərəkətə başladıqdan sonra Zərərçəkmiş şəxs buna qarşı öz etirazını bildirdiyi anda hər hansı kənar müdaxilənin, ətrafdakı kənd sakinlərinin cinayətkar niyyətlərindən xəbərdar olmasının və sonuncun qaçırılmasını görməklərinin qarşısını almaq məqsədilə Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə əli ilə onun ağız nahiyəsini və qollarını tutmuş, Təqsirləndirilən şəxs2 isə eyni məqsədlə sağ əli onun baş nahiyəsini avtomobilin arxa oturacağının aşağı hissəsinə tərəf əymiş, Təqsirləndirilən şəxs2 avtomobili həmin vəziyyətdə 5 kilometr məsafədə idarə etdikdən sonra Goranboy rayonuna getmək üçün həmin kəndin çıxış hissəsindən sağ istiqamətə dönərək Yevlax- Şəki avtomobil yolunun Yevlax rayon istiqamətində hərəkətə başlayan anda Zərərçəkmiş şəxs zəruri müdafiə halında əlacsız qalaraq qaçırılmasının qarşısını almaq məqsədilə özünə məxsus Samsung markalı mobil telefon ilə Təqsirləndirilən şəxs1 alın nahiyəsinə bir dəfə vurub ona alın nahiyəsinin əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirməklə müqavimətini qırdıqdan sonra avtomobilin sol arxa qapısını açıb özünü hərəkətdə olan avtomobildən yerə ataraq başın ənsə nahiyyəsinin travmatik şişkinliyi, sağ diz oynağının travmatik şişkinliyi, yumşaq toxumalarının əzilməsi, ağrı hesabına hərəkət məhdudluğu, hər iki diz nahiyəsinin yumşaq toxumalarının əzilməsi və sıyrılmış yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almış, bundan sonra Təqsirləndirilən şəxs2 avtomobili saxladıqdan sonra o, cinayətkar niyyətini davam etdirmək məqsədilə avtomobildən yerə düşərək eyni məqsəd ilə yenidən Zərərçəkmiş şəxs avtomobilə əyləşdirmək istəsədə sonuncu onun əlindən qurtarmaq məqsədilə qışqırıb kömək çağırmasına və onlara aktiv formada müqavimət göstərməsinə, ətrafdakı kənd sakinlərinin həmin hadisənin şahidi olmasına və hadisə yerinə yaxınlaşmasına görə bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək yetkinlik yaşına çatmayan şəxs barəsində digər ağır nəticələrə səbəb olmaqla adam oğurluğuna cəhd cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 əvvəllər sevgi münasibətində olduğu Şəki rayonu, Kiçik Dəhnə kənd sakini, yetkinlik yaşına çatmayan, xx.xx.2004-cü il təvəllüdlü, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 ailə qurmaq məqsədilə onu iradəsindən kənar qaçırıb sonuncunun yaşadığı evə aparmaq kimi cinayətkar niyyətini həyata keçirmək üçün sonuncu ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib birlikdə 27 aprel 2021-ci il tarixdə saat 11:30 radələrində özünün idarə etdiyi Vaz-21154 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki rayonu, Kiçik Dəhnə kəndinə gəldikdən sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə sonuncu dəfə görüşüb halallaşmaq adı ilə onu aldadıb yaşadığı evin yaxınlığına əlaqə vasitəsilə çağıraraq kənd sakinlərinin onları görməməsi bəhanəsi ilə avtomobilə əyləşdirdikdən sonra sonuncuya onun ilə ailə qurmaq məqsədilə qaçmaq təklif etmiş, Zərərçəkmiş şəxs həmin vaxt isə həmin təklifdən imtina edərək artıq həmkəndlisi ilə nişanlanmasını, onunla ailə qurmaq istəmədiyini, onların arasında olan münasibətin artıq bitdiyini bildirdikdən sonra Zərərçəkmiş şəxs onun ilə ailə qurmaq məqsədilə qaçmaq fikrinin olmadığını başa düşərək Zərərçəkmiş şəxs başqa şəxsləri köməyə çağırmaq imkanının olmadığını, onun da fiziki cəhətdən üstün olduğunu başa düşməsini bildiyini və ona müqavimət göstərmək imkanının olmadığını dəqiq bilərək köməksiz vəziyyətdə olmasından istifadə edib ona avtomobili idarə etməsini bildirmiş, avtomobil hərəkətə başladıqdan sonra Zərərçəkmiş şəxs buna qarşı öz etirazını bildirdiyi anda hər hansı kənar müdaxilənin, ətrafdakı kənd sakinlərinin cinayətkar niyyətlərindən xəbərdar olmasının və sonuncun qaçırılmasını görməklərinin qarşısını almaq məqsədilə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə əli ilə onun ağız nahiyəsini və qollarını tutmuş, o, isə eyni məqsədlə sağ əli ilə onun baş nahiyəsini avtomobilin arxa oturacağının aşağı hissəsinə tərəf əymiş, o, avtomobili həmin vəziyyətdə 5 kilometr məsafədə idarə etdikdən sonra Goranboy rayonuna getmək üçün həmin kəndin çıxış hissəsindən sağ istiqamətə dönərək Yevlax- Şəki avtomobil yolunun Yevlax rayon istiqamətində hərəkətə başlayan anda Zərərçəkmiş şəxs zəruri müdafiə halında əlacsız qalaraq qaçırılmasının qarşısını almaq məqsədilə özünə məxsus Samsung markalı mobil telefon ilə Təqsirləndirilən şəxs1 alın nahiyəsinə bir dəfə vurub ona alın nahiyəsinin əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirməklə müqavimətini qırdıqdan sonra avtomobilin sol arxa qapısını açıb özünü hərəkətdə olan avtomobildən yerə ataraq başın ənsə nahiyyəsinin travmatik şişkinliyi, sağ diz oynağının travmatik şişkinliyi, yumşaq toxumalarının əzilməsi, ağrı hesabına hərəkət məhdudluğu, hər iki diz nahiyəsinin yumşaq toxumalarının əzilməsi və sıyrılmış yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almış, bundan sonra o, avtomobili saxladıqdan sonra Təqsirləndirilən şəxs1 cinayətkar niyyətini davam etdirmək məqsədilə avtomobildən yerə düşərək eyni məqsəd ilə yenidən Zərərçəkmiş şəxs avtomobilə əyləşdirmək istəsədə sonuncu onun əlindən qurtarmaq məqsədilə qışqırıb kömək çağırmasına və onlara aktiv formada müqavimət göstərməsinə, ətrafdakı kənd sakinlərinin həmin hadisənin şahidi olmasına və hadisə yerinə yaxınlaşmasına görə bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək yetkinlik yaşına çatmayan şəxs barəsində digər ağır nəticələrə səbəb olmaqla adam oğurluğuna cəhd cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona CM-in 29,144.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şəki rayonu Kiçik Dəhnə kənd sakini Zərərçəkmiş şəxs ilə 2020-ci ilin iyul ayında “instagram” sosial şəbəkəsində tanış olmuş, aralarında yaxın və isti münasibət yaranmağa başlamışdır. Pəri ilə həm də zəngləşib danışmış, bir-birlərini sevməyə başlamışlar. 25 sentyabr 2020-ci il tarixdə Naftalan şəhərindən Şəki rayonu Kiçik Dəhnə kəndinə gəlmiş, Pəri öz istəyi ilə onun avtomaşınına oturmuş və birlikdə Şəki şəhərinə gedib orada çay içib, yemək yeyib sonra parkda gəzmişlər. Təxminən 3 saata yaxın bir yerdə gəzdikdən sonra saat 17 radələrində Pərini gəldiyi taksi ilə aparıb Kiçik Dəhnə kəndində götürdüyü yerdə düşürüb çıxıb evə getmişdir. Bundan sonra müharibə vaxtı Pəri ilə 2 dəfə Şəki şəhərində təhsil aldığı X2rşısında görüşmüşdür. Aralarında yaxın sevgi münasibəti yarandığından atası Söhbət, anası Suraya və nənəsi Xədicəni Pərinin ailəsinə məlumat verdikdən sonra 2020-ci ilin noyabr ayının sonlarında Pərigilə elçi göndərmiş, ancaq Pərinin atası Vüqar və babası hələ təhsil aldığına görə qızı verməyə razı olmamışlar. Bundan sonra da Pəri ilə telefonla danışmış, ancaq 2020-ci ilin dekabr ayında Pəriyə zəng çatmamış, vhatshapp-da da görsənməmişdir. Yalnız bir dəfə Pəri başqa nömrə ilə ona zəng edib atasının telefonu aldığına görə yaza bilmədiyini bildirmişdir. 24 aprel 2021-ci il tarixdə gecə radələrində Pəri whatshapp-da ona yazaraq instagrama niyə girmədiyini, 2-3 gündü onu axtardığını demişdir. Pəriyə hər şeyi sildiyini, heç bir sosial şəbəkəyə girmədiyini demiş, Pəri də ona darıxdığını, onu görmək istədiyini deyərək görüşə çağırmışdır. Pəriyə gecə saat 12 olduğunu, gec olduğunu deyərək Kiçik Dəhnə kəndinə getməmişdir. 25 aprel 2021-ci il tarixdə Pəri instagram sosial şəbəkəsində sabah nişanı olacağını yazmış, onunla əvvəlki kimi olmaq istədiyini, onu bir də pis vəziyyətdə buraxmayacağını, nə desə edəcəyini, onun üçün çox darıxdığını, dayana bilmədiyini, onu bağışlamasını yazmışdır. Daha sonra Pəri ailəsi tərəfidnən məcbur həmkəndlisinə verildiyini, ondan başqa heç kimlə bir yerdə ola bilməyəcəyini deyərək ağlayıb səs atmışdır. Pərinin onunla qaçmağa meyilli olduğunu başa düşmüş, 27 aprel 2021-ci il tarixdə səhər radələrində anası ilə birgə, xalası oğlu Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ21015 markalı avtomobillə saat 0730 radələrində Goranboy rayonu Tapqaraqoyunlu kəndindən çıxmışlar. Saat 10 radələrində Şəki rayonu Kiçik Dəhnə kəndinə gəlib çatmış, anasını da özü ilə gətirməkdə məqsədi kənddə bunun pis başa düşülməməsi və anasının da qızla danışmasını və Pərini könüllü şəkildə qaçmağa razı salmasını istəmişdir. Kiçik Dəhnə kəndində kəndin içində olan məktəbin qarşısında dayanmış, Pəriyə instagramda yazaraq Kiçik Dəhnə kəndində olduğunu demişdir. Təxminən yarım saat məktəbin qarşısında gözlədikdən sonra Pəri oraya gəlmiş, anasının niyə gəldiyini başa düşmədiyi üçün təəccüblənmişdir. Pəri gələn kimi sonuncuya keçib avtomaşında oturmasını demiş, Pəri də özü-öz xoşu ilə keçib avtomaşında arxada əyləşmişdir. Anası qabaqda oturduğu yerdə qalmış, o, isə keçib arxada oturmuşdur. Anası Pəriyə niyə ona başqası ilə yaşamayacağını söz verdiyini desə də nişanlandığını soruşmuş, Pəri isə başını yelləmişdir. Pərini sevdiyi və ailə qurmaq məqsədilə maşının arxa qapılarını bağlayıb Cəfərə avtomaşını sürməsini demiş, Cəfər də tez avtomaşını sürəndə Pəri heç yerə getmək istəmədiyini demişdir. Pəri qışqırmağa və ağlamağa başlamış, qışqırmaması üçün Pərinin ağzından sol əli ilə tutmuşdur. Bir qədər getdikdən sonra Pəri əlindəki telefonla başına vurmuş, həmin vaxt artıq magistral yola çıxmışlar. Pəri başına vurduqdan sonra başı qanamağa başlamiş və əlini Pərinin qollarından və ağzıdan çəkmişdir. Başının qanamağını görüb qaçmaq üçün fürsət olduğunu başa düşərək əyləşdiyi avtomobilin sol arxa qapısını açaraq avtomobildən özünü yerə atmış, həmin vaxt Cəfər magistral yola dönmə əməliyyatı həyata keçirdiyi üçün avtomaşının sürəti az olmuşdur. Pəri özünü yerə atdıqdan sonra avtomaşından dərhal onun yanına gedib yerdən qaldırıb qucağına alıb xəstaxanaya, oradan da təcili tibbi yardım göstərilib evlənmək məqsədilə evinə aparmaq istəmiş, Pəri avtomaşına minmək istəmədiyini deyib Kiçik Dəhnə kəndi tərəfə qaçmağa başlamışdır. Avtomaşına tərəf gedəndə ayaqaltıda Pərinin telefonunu görmüş, avtomaşınla bir az getdikdən sonra polis əməkdaşları avtomaşını saxlayıb şikayətlə bağlı polis bölməsinə aparmışlar. Hazırda zərərçəkmiş şəxslə barışmış və zərərçəkmiş şəxslə rəsmi olaraq nikaha daxil olmuşlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona CM-in 29,144.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 aprel 2021-ci il tarixdə saat 23 radələrində xalası oğlu Amil mobil telefonuna zəng edib sevdiyi Zərərçəkmiş şəxs atasının zorla başqasına verdiyini, səhər bir yerdə gedib qızla söhbət edəcəyini, qızın Amillə ailə qurmaq məqsədilə qaçmağa razı olduğunu demişdir. Bundan sonra xalası Suraya ilə də danışmış, xalası da Şəkiyə qızla danışmağa gedəcəklərini demişdir. Səhər saat 07 radələrində idarə etdiyi VAZ21150 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə evdən çıxıb saat 08 radələrində gəlib xalasıgilə çatmış, sonuncuları da oradan götürdükdən sonra saat 11 radələrində Şəki rayonu Kiçik Dəhnə kəndinə gəlib çatmışlar. Kəndin mərkəzində olan marketin qarşısında dayanmış, Amil də Pəriyə xəbər göndərdiyini, bir azdan gələcəyini bildirmişdir. Bir müddət marketin qarşısında dayandıqdan sonra məktəbin qarşısına getmiş, təxminən yarım saat sonra Pəri məktəbin qarşısına gəlmişdir. Pəri əvvəlcə Amillə, sonra xalası ilə görüşmüş, Amil Pəriyə keçib avtomaşında oturmasını dedikdən sonra sonuncu könüllü olaraq avtomaşında arxada əyləşmişdir. Pəri avtomaşına əyləşdikdən sonra xalası Suraya Pəri ilə söhbət etməyə başlamış, xalası Pəriyə Amilin özünü Pəridən ötrü öldürmək istədiyini demişdir. Pəri başını narazı halda yellədib cavab vermək istəyərkən Amil ona avtomaşını sürməsini demişdir. Amilə heç nə demədən avtomaşını işə salıb sürətlə oradan uzaqlaşmağa başlamış, avtomaşını sürəndə Pəri heç yerə getmək istəmədiyini, saxlamasını demişdir. Avtomaşını saxlamamış, idarə etməyə davam etmişdir. Pəri arxada əl-qol atmağa başlayanda Amil sonuncunun qollarından və ağzından əlləri ilə tutaraq hərəkət etməyinə mane olmuş, ancaq Pəri qışqırmağa davam etmişdir. Magistral asfalt yola çatanda Pəri əlindəki mobil telefonu Amilin baş nahiyəsinə vurmuş və Amilin başı qanamağa başlamışdır. Bundan sonra Pəri əli ilə avtomaşının sol arxa qapısını açıb özünü yerə tullamış, həmin vaxt Pəri yerdə yumalanmışdır. Avtomaşının sürəti təxminən 30-40 km saat olmuş, magistral yola tərəf dönmə əməliyyatı həyata keçirdiyi üçün avtomaşının sürəti az olmuşdur. Pəri özünü yerə atdıqdan sonra Amil də avtomaşından dərhal yerə düşüb Pərinin yanına gedərək yerdən qaldırıb qucağına almaq istəsə də ala bilməmişdir. Bu vaxt avtomaşından düşüb Amilin yanına getmiş, Pərinin ayaqlarından, Amil isə çiynindən tutub təxminən 2 metr məsafədə qızı avtomaşına tərəf gətirmişlər. Amil qızı yenidən avtomaşına mindirib aparmaq istəyəndə Pəri qışqırmağa və kömək istəməyə başlamış, yaxınlıqdakı kafedən bir neçə nəfər çıxıb onlar tərəfə gələndə qorxub qızı buraxmışdır. Onlar avtomaşına əyləşib gedəndə Amil Pəri tərəfidnən telefonla başından vurulduğunu bildirmiş, xalasının əl çantası da qapı açılanda düşüb yerdə qalmışdır. Bundan sonra magistral yolla hərəkət edərkən yolda polis əməkdaşları maşını ilə birgə saxlamış və polis bölməsinə şikayətlə bağlı aparmışlar. Törətdiyi əməldən peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Goranboy rayonu Tapqaraqoyunlu kənd sakini Təqsirləndirilən şəxs1 ilə 2020-ci il iyul ayında “instagram” sosial şəbəkəsində tanış olmuş, beləcə aralarında yaxın münsibət yaranmışdır. Amillə zəngləşib ilk dəfə 2020-ci ilin sentyabr ayında Şəki şəhərində görüşmüş, bir-birlərinin sevmişlər. Bundan sonra da sentyabrnoyabr aylarında Amillə Şəki şəhərində görüşmüş, Şəki şəhərinin girişində olan parkda görüşüb söhbət etmişlər. 2020-ci ilin sentyabr ayında Amil və ailəsi onlara elçiliyə gəlmiş, atasıgil razı olmadığına görə Amillə nişanlana bilməmişlər. 26.04.2021-ci il tarixdə həmkəndlisi Xəyyam adlı şəxslə nişanlanmış, bu barədə Amilə də bildirmişdir. 27.04.2021ci il tarixdə xalası Gülüş onların evinə gəlib Amilin zəng edib anası ilə birlikdə kəndə gəldiklərini, hazırda kənddə olduğunu, onunla sonuncu dəfə halallaşmaq üçün görüşmək istədiyini bildirmişdir. Bundan sonra isə öz instagramına baxdıqda Amilin “kənddəyəm, gəl sonuncu dəfə halallaş” məzmununda sms yazdığını görmüşdür. Amil ilə sevgili olduğuna, münsaibətlərinin əvvəllər yaxşı olduğuna görə sonuncu ilə sonuncu dəfə halallaşmaq istəmiş, bundan sonra 27.04.2021-ci il tarixdə saat 1130 radələrində Amil ilə görüşmək üçün evdən çıxmışdır. Amil evlərindən 400-500 metr aralıda olan avtomaşının yanında dayanıb onu gözləmiş, Amil ilə salamlaşdıqdan sonra anası Suraya ilə görüşmək üçün avtomobilin sağ ön qapısını açıb içəriyə doğru əyilib sonuncu ilə görüşmüşdür. Həmin vaxt Amil kənddə kənar şəxslərin görməməsi üçün avtomobilə əyləşib söhbət eləməyi təklif etmiş, o da Amilin anasının da avtomobildə əyləşdiyini görüb avtomobilə sol arxa oturacağında əyləşmişdir. Avtomobilə əyləşən kimi anası Amilin dünən özünü öldürmək istədiyini dedikdə artlq nişanlı olduğunu demiş, bu vaxt Amil Cəfərə avtomaşını sürüb oradan uzaqlaşmasını demişdir. Həmin vaxt getmək istəmədiyini deyib qışqırmaq istəmiş, Amil ağzını sağ əli ilə, qollarını sol əli ilə tutmuşdur. Amil ağzını tutduğu üçün nəfəs ala bilməmiş və buna görə də ona əlindən qurtarmaq üçün çapalamışdır. Nəfəs almaqda çətinlik çəkdiyini görsə də Amil əlini ağzından çəkməmiş və kənddən çıxana kimi əlini çəkməyəcəyini demişdir. Belə vəziyyətdə təxminən 8-10 dəqiqə hərəkətdə olmuş, avtomobilin artıq Şəki rayon Kiçik Dəhnə kəndindən Şəki Yevlax avtomobil yoluna çıxdığını görüb əlindəki mobil telefon ilə Amilin alın nahiyəsindən bir dəfə möhkəm vurmuşdur. Mobil telefon ilə zərbənin nəticəsində Amilin başı qanamağa başlamış və əynindəki ağ rəngli köynəyinin qolları və digər hissələri qana bulaşmışdır. Amilin başından qan axmasına görə onun buraxmasını görüb dərhal avtomobilin sol arxa qapısını açıb özünü avtomobil hərəkətdə olarkən yerə atmış və asfaltda düşmüşdür. Avtomobildən özünü yerə atdığını görüb sürücü avtomobili saxlamış, bundan sonra Amil avtomobildən dərhal yerə düşərək onu qucağına götürüb yenidən avtomobilə aparmaq istəmişdir. Həmin vaxt artıq özünə gəlmiş və Amilin yenidən onu avtomobilə aparmaq istəməsini görmüşdür. Buna görə Amilin onu götürməsinə mane olmuş, bunu görən Amil isə tez avtomobilə minərək avtomobil Yevlax şəhəri istiqamətinə getmişdir. O, yerdən qalxıb kəndə tərəf qaçmış, bir qədər getdikdən sonra yaxınlıqda Xəyyamın dostu olan Şəki rayon Kiçik Dəhnə kənd sakini Mənsur adlı oğlanı görüb sonuncuya yaxınlaşaraq Xəyyamı çağırmasını xahiş etmişdir. Həmin vaxt üzü və köynəyi Amilin qanına bulaşdığına görə əvvəlcə Mənsur onu tanımamış, tanıdıqdan sonra isə Xəyyama zəng etmişdir. Həmin vaxt isə yaxınlıqda olan polis əməkdaşı da onu görüb yaxınlaşmış, hadisə barədə polisə məlumat vermişdir. Daha sonra ilkin tibbi yardım olunması üçün Şəki rayon Kiçik Dəhnə kəndində olan tibb məntəqəsinə gətirilmiş, orada ilkin yardım göstərildikdən sonra evə getmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, Təqsirləndirilən şəxs1la rəsmi nikaha daxil olmuş və sonuncunun barəsində azadlıqdan mıəhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun oğlu, Təqsirləndirilən şəxs2 isə bacısının oğlu olmaqla oğlu Amilin Şəki rayonu Kiçik Dəhnə kənd sakini Pəri adlı qızla tanış olduğunu həmin qızla evlənmək istədiyini bildiyinə görə əri Söhbətlə birlikdə Pərigilə elçiliyə getmiş, Pərinin atası Vüqar Pəri ilə oğlu Amilin evlənmələrinə razılıq verməmişdir. Həmçinin elçilik zamanı ilk dəfə olaraq Zərərçəkmiş şəxs görmüş və sonuncu ilə tanış olub söhbət etmişdir. Bütün bunlardan sonra yaşadığı Goranboy rayonu Tapqaraqoyunlu kəndinə qayıtmış, 26.04.2021-ci il tarixdə axşam saatlarında yaşadığı evdə söhbət zamanı oğlu Amil telefon vasitəsi ilə Pəri ilə danışıb səhəri gün Şəki rayonu Kiçik Dəhnə kəndinə gedib orada Pəri ilə sonuncu dəfə görüşüb qayıdacağı barədə razılığa gəlmişdir. Həmin vaxt Amilin Şəki rayonuna gedib Pərinin ailəsi ilə mübahisə edə biləcəyindən ehtiyat etdiyinə görə oğlu ilə birlikdə getmək qərarına gəlmiş, 27.04.2021-ci il tarixdə saat 09 radələrində bacısı oğlu Cəfər ilə birikdə sonuncunun idarə etdiyi VAZ 21015 markalı avtomobil ilə Goranboy rayonu Tapqaraqoyunlu kəndindən Pərvanənin yaşadığı Şəki rayonu Kiçik Dəhnə kəndinə yola düşmüşlər. Həmin gün saat 1130 radələrində Şəki rayonu Kiçik Dəhnə kəndində Pərvanəgilin yaşadıqları evin qarşısına çatmış, Amilin avtomobildən enərək avtomobilin qarşısına keçib öz mobil telefonunda kiməsə ismarıc yazdıqdan bir qədər sonra Pəri yaşadıqları evin həyət qapısından çıxıb onların olduğu avtomobilə yaxınlaşmışdır. Bundan sonra Pəri avtomobilin ön sərnişin qapısını açıb onunla görüşmüş, sonra Amil Pəriyə kənddə kənar şəxslərin görüb söz-söhbət olmaması üçün avtomobilə əyləşib söhbət etməyi təklif etdikdən sonra Pəri avtomboilin sol arxa oturacağında əyləşmişdir. Sonra Amil də avtomobilin sağ arxa oturacağında əyləşmiş, həmin vaxt avtomobilin sükanı arxasında Cəfər, ön sağ sərnişin oturacağında o, arxa sağ sərnişin oturacağında Amil və arxa sol sərnişin oturacağında Pəri oturmuşdur. Amil avtomobilə əyləşib, Cəfərdən avtomobili sürməsini xahiş etmiş və Cəfər avtomobili Kiçik Dəhnə kəndinin çıxışı istiqamətində sümüşdür. Avtomobil hərəkətdə olan zaman Pəri qışqıraraq aparmamalarını, atasını istədiyini dedikdə Amil bir əli ilə Pərinin ağzını, digər əli ilə əllərini tutmuş, Cəfər isə avtomobili idarə edə-edə bir əli ilə Pərinin başından aşağıya basmış və avtomobili sürməyə davam etmişdir. Şəki rayonu Kiçik Dəhnə kəndinin çıxışından çıxıb, sağa tərəf dönüb bir qədər getdikdən sonra Pərinin getmək istəmədiyini görüb, Cəfərə dayanmasının və qızı düşürmələrini demişdir. Həmin vaxt Pəri əlindəki mobil telefon ilə Amilin başına bir dəfə zərbə vuraraq Amilin əlindən çıxıb avtomobilin sağ sərnişin qapısını açıb avtomobildən yola atılmışdır. Bundan sona Cəfər avtomobili saxlamış və Amil ilə birlikdə avtomobildən yerə düşüb Pərini avtomobilə geri gətirmək istəmişdir. Həmin vaxt Pəri səsküy saldığına görə Amil və Cəfər Pərini avtmobilə geri gətirə bilməmiş, bundan sonra isə geri qayıdıb avtomobilə minərək yola davam etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin X9 Post Patrul Xidmətinin polis nəfəri işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 27 aprel 2021-ci il tarixdə Şəki rayonu Kiçik Dəhnə kəndinin giriş hissəsində, avtomobil təmiri yerinin yaxınlığında olarkən yolun ortasında, yəni Şəki-Yevlax yolunun Yevlax rayon istiqamətində, kəndinin giriş hissəsinin yaxınlığında bir nəfər qızın yerə yıxıldığını, yaxınlığında Vaz-21015 dövlət qeydiyyat nişanlı avtomobilin və iki nəfər oğlanın olmasını, oğlanlardan birinin həmin qızı qucağına alıb avtomobilə mindirmək istədiyini görüb hadisə yerinə qaçaraq oraya getmişdir. Həmin vaxt həmin iki nəfər oğlanlar ətrafda çoxlu sayda insanların olmasını görüb qızı yerə qoyub oradan Yevlax rayon istiqamətinə tərəf uzaqlaşmışdır. Qızın yanına çatdıqda həmin qızın Şəki rayon Kiçik Dəhnə kənd sakini Zərərçəkmiş şəxs olduğunu müəyyən etmiş, həmin vaxt Pəri həmin iki nəfər şəxs tərəfindən qaçırılmaq istədiklərini, qaçmaq istəməsinə görə özünü avtomobildən yerə atdığını, xəsarət aldığını bildirmişdir. Bundan sonra Polis Bölməsinə dərhal məlumat verib avtomobilin saxlanılmasının zəruri olduğunu demişdir. Daha sonra isə Pəri xəsarət aldığına görə onu Mənsur adlı həmkəndlisinin Vaz-2106 markalı avtomobili ilə tibb məntəqəsinə göndərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 27 aprel 2021-ci il tarixdə saat 1130 radələrində Şəki rayon Kiçik Dəhnə kəndinin giriş hissəsində dayanarkən Kiçik Dəhnə kəndindən Yevlax rayon istiqamətində Vaz-21015 markalı avtomobildən bir nəfər qızın yıxıldığını, həmin avtomobilin yolun kənarında saxladığını, avtomobildə olan şəxslərin isə qızı avtomobilə yenidən mindirmək istədiyini, qızın ağladığını, ətrafdakı adamların isə həmin yerə getdiklərini görmüşdür. Həmin vaxt digərləri kimi həmin yerə yaxınlaşdıqda həmin avtomobilin oradan uzaqlaşıb getdiyini görmüşdür. O, həmin yerə çatdıqda isə həmin qızın sinif yoldaşı Pəri olduğunu görmüşdür. Həmin vaxt Pəri ağlayaraq zorla qaçırılmaq istədiklərini, o, istəmədiyinə görə həmin avtomobildən özünü yerə atdığını, xəsarət aldığını bildirmişdir. Həmin vaxt yaxınlıqda olan Ceyhun adlı polis əməkdaşı da gəlmiş, bir qədər keçdikdən sonra Pəriyə su verib sonuncunu sakitləşdirmişlər. Pəri həmin vaxt avtomobildən özünü yerə atdığına görə xəsarət alması səbəbindən Mənsur adlı həmkəndlisi Pərini idarə etdiyi Vaz-2106 markalı avtomobilə əyləşdirib kəndin tibb məntəqəsinə göndərmişlər. Bir qədər orada dayandıqda sonra evə getmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 27 aprel 2021-ci il tarixdə saat 1130 radələrində Şəki rayon Kiçik Dəhnə kəndinin giriş hissəsində dayanarkən Şəki-Yevlax yolunda, Yevlax istiqamətində yolda bir nəfər qızın yıxılıb qaldığını, ağladığını görmüşdür. Həmin vaxt ətrafda xeyli insanlar olmuş, həmin yerə yaxınlaşdıqda həmin qız yaxınlaşıb dostu və qonşusu Xəyyamın nişanlısı olduğunu, zorla qaçırılmaq istədiklərini, lakin özünü avtomobildən yerə atdığını, buna görə xəsarət aldığını bildirmişdir. Həmin vaxt Ceyhun adlı polis nəfəri də yanlarına gəlmiş, Pərini avtomobilin yanına aparıb su verib sakitləşdirdikdən sonra xəsarət aldığına görə idarə etdiyi Vaz-2106 markalı avtomobil ilə kəndin tibb məntəqəsinə aparmışdır. Məhkəmə tibbi ekspertizasının 30.04.2021-ci il tarixli 152 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- başın ənsə nahiyyəsinin travmatik şişkinliyi, sağ diz oynağının travmatik işkinliyi, yumşaq toxumalarının əzilmasi, ağrı hesabına hərəkət məhdudluğu, hər iki diz nahiyasinin yumşaq toxumalarının əzilməsi və sıyrılmış yaraları bark-küt əşyanın əşyaların təsirindən törənmişdir, müddəti qərarda göstərilən 27.04.2021-ci il tarixinə uyğundur, qeyd edilən xəsarətlərdən: hər iki diz nahiyəsinin sıyrılmış yaralarının okalizasiyasına, xarakterik xüsusiyyətlərinə göra demək olar ki, bu xəsarətlər hərəkətdə olan minik avtomobilindən kəla-kötür səth üzərinə yıxılma zamanı əmələ gəlməsi istisna edilmir: başın ənsə nahiyəsinin travmatik şişkinliyi zədə nahiyəsinə bərk küt əşyanın və ya başın bərk-küt əşyaya zərbəsi zamanı əmələ gəlməsi istisna edilmir, qeyd edilən xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə tibbi ekspertizasının 30.04.2021-ci il tarixli 158 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər alın nahiyəsinin əzilmiş yarası bərk-küt aşyanın təsirindən törənmişdir. müddəti qərarda qeyd edilən 27.04.2021-ci il tarixinə uyğundur, alın nahiyəsinə telefonla zərbə nəticəsində əmələ gəlməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə tibbi ekspertizasının 30.04.2021-ci il tarixli 03/152 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər başın ənsə nahiyyəsinin travmatik şişkinliyi, sağ diz oynağının travmatik şişkinliyi, yumşaq toxumalarının əzilməsi, ağrı hesabına hərəkət məhdudluğu, hər iki diz nahiyəsinin yumşaq toxumalarının əzilməsi və sıyrılmış yaraları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 27.04.2021-ci il tarixinə uyğundur, qeyd edilən xəsarətlərdən: hər iki diz nahiyəsinin sıyrılmış yaralarının lokalizasiyasına, xarakterik xüsusiyyətlərinə görə demək olar ki, bu xəsarətlər hərəkətdə olan minik avtomobilindən kələ-kötür səth üzərinə yıxılma zamanı əmələ gəlməsi istisna edilmir; başın ənsə nahiyəsinin travmatik şişkinliyi zədə nahiyəsinə bərk küt əşyanın və ya başın bərk-küt əşyaya zərbəsi zamanı əmələ gəlməsi istisna edilmir, qeyd edilən xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Süleymanova X10 qızlıq pərdəsinin tamlığı pozulmamışdır, onunla təbii yolla cinsi əlaqədə olmaya xarakterik əlamət və xəsarətlər aşkar edilmədi. Zərərçəkmiş şəxs arxa keçəcəyi nahiyəsində onunla qeyri təbii yolla cinsi əlaqədə olmağa aid əlamətlər və xəsarətlər aşkar olunmamışdır. Məhkəmə lifli-materialların ekspertizasının 12 may 2021-ci il tarixli 17/326 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş "Vaz 21015 marka **-BL-*** dövlət qeydiyyat nişan atomobilin sürücü oturacağından müstəntiq tərəfindən silinərək götürülmüş parolon qubkaların üzərindən tapılmış göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş, Vaz 21015 markali **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağından müstəntiq tərəfindən silinərək götürülmüş parolon qubkaların üzərindən tapılmış bənövşəyi rənglli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Şahid1 məxsus 01 ədəd uzunqol koftanın liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Vaz 21015 markals **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağının üzlüyünün səthi üzərindən tapılmış açıq-qəhvəyi rangli poliamid kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd kapron kalqotkanın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Vaz 21015 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağının üzlüyünün səthi üzərindən tapılmış açıqqara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd cins şalvarın tərkib liflərinə uyğun gəlirlər. Məhkəmə-psixiatrik ekspertizanın 06 may 2021-ci il tarixli 242 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Məhkəmə-psixiatrik ekspertizanın 19 may 2021-ci il tarixli 261 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Məhkəmə psixoloji ekspertizasının 06.08.2021-ci il tarixli 145 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətləri malikdi praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət verma subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Zərərçəkmiş şəxs fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə almaqla o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilli deyildir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzə alınmaqla onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilmişdir. Zərərçəkmiş şəxs psixi yaş və fərdipsixi xüsusiyyətlərindən intelektual inkişafı və emosional halından asılı olaraq baş vermiş hadisə zaman müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs psixi inkişafını nəzərə alaraq o, yaranmış şəraitinin mahiyyətini tam dərk etmiş, ona qarşı edilmiş hərəkətlərin mümkün nəticələrini görə bilmişdir. Məhkəmə tibbi bioloji ekspertizasının 09.08.2021-ci il tarixli 508/2021 nömrəli rəyindən görünür ki, 1. Təqsirləndirilən şəxs2 ABO sistemi üzrə qan qrupu-AB(H)İV/. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-Abeta(H)/İİ/. Təqsirləndirilən şəxs1 ABO sistemi üzrə qan qrupu-Balfa(H)/İİİ/. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs2 məxsus avtomobilin arxa oturacaq üzlüyü, Zərərçəkmiş şəxs məxsus kalqotka və ayrılmış ayağının biri, kofta, yubka, Təqsirləndirilən şəxs1 məxsus sviter və şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan əkələrinin qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda «A» və «H» antigenləri alındı. Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiq olunan Təqsirləndirilən şəxs2 məxsus kepka, şalvar və köynək üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Məhkəmə tibbi kriminalistik ekspertizasının 23.07.2021-ci il tarixli ***-**** nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus və ekspertizaya 03 ədəd hissə şəklində təqdim olunmuş 01 ədəd kalqotkanın bir ayaqlığının ön dizlik hissəsində 06 (altı) ədəd küt yaranma mexanizminə malik və kalqotkanın müvafiq nahiyəsinin hər hansı bir sərt səth ilə dinamik təmasda olması nəticəsində yaranmağa xarakterik cırılma zədələri aşkar olundu. Bu zədələrin müxtəlif şəraitdə, eləcə də qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi istisna olunmur. Zərərçəkmiş şəxs məxsus və ekspertizaya 03 ədəd hissə şəklində təqdim olunmuş kalqotkanın bir ayaqlığının ön səthinin dizlik hissəsi üzərində aşkar olunmuş cırılmış zədələr onun bədən səthində olan hər iki diz nahiyəsinin yumşaq toxumalarının əzilməsi və ayrılmış yaraları ilə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs bədəni üzərində olan başın ənsə nahiyyəsinin travmatik şişkinliyi onun ekspertizaya təqdim olunmuş geyim əşyaları ilə örtülmədiyi üçün geyim əşyalarında öz əksini tapmamışdır. Ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və bir ədəd ətəyin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs1 məxsus bir ədəd köynək və bir ədəd şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd köynək, bir ədəd şalvar və bir ədəd papağın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. İş üzrə Təqsirləndirilən şəxs1 məxsus mobil telefona baxış protokolundan görünür ki, “Telefon” proqramına daxil olduqda orada müxtəlif şəxslərlə telefon zənglərinin olması müəyyən edildi. Həmin zənglərə baxış keçirən zaman Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrəsinə zəng edib 26.04.2021-ci il tarixdə saat 22:33-də 2 dəqiqə 56 saniyə, 27.04.2021-ci il tarixdə saat 07:42-də 18 saniyə danışması müəyyən edildi. Həmin proqramda qeyd olunan xüsusatlardan başqa iş üçün əhəmiyyət kəsb edən xüsusatlar müəyyən edilmədi. “İnstagram” sosial şəbəkəsinə daxil olduqdan sonra həmin proqramın sms olan hissəsinə daxil olundu. Həmin hissədə Təqsirləndirilən şəxs1 “no name yazma dm ya” adlı profil ilə yazışmasının olması müəyyən edildi. Həmin yazışmaya baxış keçirən zaman həmin profilin Zərərçəkmiş şəxs istifadəsində olması, onun Təqsirləndirilən şəxs1 ilə arasında uzun söhbətlərin olması, həmin söhbətlərdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs nişanlanmasına baxmayaraq onu çox sevməsini, onsuz yaşaya bilmədiyini deyib birlikdə ailə qurmaq məqsədilə qaçmağı təklif etdiyini, sonuncunun isə nişanlısı ilə xoşbəxt olduğunu, qaçmaq istəmədiyini, onların münasibətinin bura kimi olduğunu və bu münasibətə son qoymaq lazım olduğunu bildirməsi məzmunda smslərin olması müəyyən edildi. Bundan başqa 27.04.2021-ci il tarixdə saat 10:59-da “2 səni bir dəfə düşürmüşdüm, trasmvatırın yanında, gözdüyürəm, gəl, qurban olum burdanı səni gözlüyürəm, bilirəm gələssən, gel iki dəqiqə halallaşaq get, bax burdayam tez gəl, gəldə, nolar, 12-ə kimi gözləyəcəm, nolar, tez, gəl” kimi mesajlar yazması, fotoşəkil göndərməsi, Zərərçəkmiş şəxs isə həmin tarixdə saat 11:30-da “gəldim” smsni yazması müəyyən edildi. Bundan sonra həmin proqrama baxış keçirilsədə iş üçün əhəmiyyət kəsb edən xüsusat aşkar edilmədi. “Fotoqraflar” adlı proqrama daxil olduqda orada müxtəlif şəkillərin olması müəyyən edildi. Baxış zamanı “GBWhatsapp İmages” adlı proqrama daxil olduqda orada 27.04.2021-ci il tarixdı çəkilmiş şəkillərin olması müəyyən edildi. Həmin şəkillərə baxış keçirən zaman həmin şəkillərin Şəki rayon Kiçik Dəhnə kəndində, P.Süleymanovun 27.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə görüşdükləri yerin və kəndin digər hissələrinin şəkilləri olması, həmin şəkillərin ifadələrdə göründüyü kimi Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs göndərdiyi şəkillər olması müəyyən edildi. Bundan başqa həmin proqramda olan digər şəkil və videolara baxış keçirdikdə Təqsirləndirilən şəxs1 məxsus şəxsi və digər ümumi şəkillərin, həmçinin Zərərçəkmiş şəxsilə birlikdə çəkdirdiyi şəkillərin olması müəyyən edildi.Bundan sonra mobil telefonda digər proqramların oyunlar və digər proqramlar olması müəyyən edildiki həmin proqramlara baxış keçirildi, lakin iş üçün əhəmiyyət kəsb edən xüsusatlar aşkar edilmədi. Cinayət işinə əlavə olunmuş məhkumluğa dair Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə cavablardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 28 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 2105-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 29 aprel 2021-ci il tarixli protokoldan görünür ki, X5 həmin tarixdə saat 0045-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə Şəki Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə Şəki Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli 29 aprel 2021-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Şəki Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə birlikdə Bərdə rayonu Xəsili kəndində yaşayır, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə olunmuş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birlikdə Goranboy rayonu Tap Qaraqoyunlu kəndində yaşayır, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan 05.08.2021-ci il tarixli 7523 nömrəli məktubdan görünür ki, Goranboy rayonu, Tapqaraqoyunlu kənd sakini Mehracov X7 rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında dayanmır. İş materiallarında olan 06.08.2021-ci il tarixli 817 nömrəli məktubdan görünür ki, Bərdə rayon, Xəsilli kənd sakini Təqsirləndirilən şəxs2 Bərdə rayon Mərkəzi Xəstəxanasının poliklinikasının ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş AZ-İİ № 469550 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 04 avqust 1999-cu ildə Bərdə rqyonu Xəsili kəndində doğlumuş Təqsirləndirilən şəxs1 xx xxxx 2004-cü ildə Şəki rayonu Kiçik Dəhnə kəndində doğulmuş Zərərçəkmiş şəxs ilə 05.04.2022-ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahları bağlanmışdır. İş materiallarına əlavə olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti yoxdur və təqsirləndirilən şəxslərlə barışmışdır. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların təqsirli olaraq ittiham olunduqları cinayət əməllərini törətmələri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onların törətmiş olduqları əməllər istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, onlar, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidirlər. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, gənc olması, ilk dəfə cinayət törətməsi, törətdiyi əməlindən peşiman olması, zərərçəkmiş şəxslə barışması və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması, zərərçəkmiş şəxslə rəsmi nikaha daxil olması onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, ilk dəfə cinayət törətməsi, törətdiyi əməlindən peşiman olması, zərərçəkmiş şəxslə barışması və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cəzanı yüngülləşdirən hallardan zərərçəkmiş şəxslə barışmasının mövcud olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li Qərarının 9-cu bəndinin 2-ci və 3-cü abzaslarında göstərilmişdir ki, cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-in 63.2 və 63.3-cü maddələrilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviriəsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. CM-in 70.1-ci maddəsinə görə azadlıqdаn məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdаn məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyasının bu qənaətə gəlməsinə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət səciyyələndirilmələri, əməllərini səmimi şəkildə etirаf edərək peşmаn оlduqlarını bildirmələri, zərərçəkmiş şəxslə barışmaları və sonuncunun onlara qarşı heç bir şikayət və tələbinin olmaması və nəhayət zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs1 nikaha daxil olaraq ailə həyatı qurmaları kimi hallar əsas verir. Bundan başqa məhkəmə tərkibi nəzərə alır ki, cinayət hadisəsi baş verməmişdən qabaq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1la aralarında sevgi münasibətləri olmuş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs sonuncu ilə evlənmək məqsədilə oğurlamağa cəhd etmişdir ki, onların nikaha daxil olmaları hər iki təqsirləndirilən şəxsin ictimai təhlükəliliyini azaltmaqla onların hər iksinin azadlıqdan məhrum ediləcəkləri halda cəmiyyətin əsası olan gələcək ailənin sarsılmasına səbəb ola bilər. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 03 (üç) il sınaq müddəti ilə tətbiq edilməlidir. CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə müəyyən vəzifələrin qoyulmаsı məqsədəmüvafiqdir. Sınаq müddəti ərzində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə onların davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerlərini dəyişdirməmək vəzifələri qoyulmаlıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş cəzanı şərti olaraq tətbiq edərkən “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.21-ci maddəsinin də tələbini nəzərə alır. Belə ki, həmin maddənin tələbinə əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, CM-in 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətmkan tədbirinə dəyişdirlərərk dərhal məhkəmə iclas zalından azad olumalı və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətmkan tədbirinə dəyişdirlməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 35,97 AZN (otuz beş manat doxsan yeddi qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il, 05 (beş) ay, 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınаq müddəti ilə şərti hesаb edilsin. Sınаq müddəti dövründə Təqsirləndirilən şəxs1 dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci mаddəsinə əsаsən Təqsirləndirilən şəxs1 üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnlаrа məlumаt vermədən dаimi yаşаyış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilərək dərhal məhkəmə iclas zalından azad olunsun və barəsinə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il, 05 (beş ay), 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınаq müddəti ilə şərti hesаb edilsin. Sınаq müddəti dövründə Təqsirləndirilən şəxs2 dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci mаddəsinə əsаsən Təqsirləndirilən şəxs2 üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnlаrа məlumаt vermədən dаimi yаşаyış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin və barəsinə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 35,97 AZN (otuz beş manat doxsan yeddi qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan bir ədəd üzərində NEWYORK yazısı olan kofta və qara rəngli ətək Zərərçəkmiş şəxs, bir ədəd üzərində ARMANYJEANS yazısı olan kofta, qara rəngli cins şalvar və Tecno markalı mobil telefon Təqsirləndirilən şəxs1, bir ədəd tünd göy rəngli cins şalvar, bir ədəd ağ rəngli köynək və bir ədəd üzərində ADİDAS yazısı olan papaq Təqsirləndirilən şəxs2 qaytarılsın, Vaz-21154 markalı avtomobildən götürülmüş nümunələr və bir ədəd kalqotka məhv edilsin, Vaz-21154 markalı avtomobilin və Samsunq markalı mobil telefonun Təqsirləndirilən şəxs2, digər Samsunq markalı mobil telefonun Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar