Məhkəmə qərarları › İş №1(091)-11/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-11/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-11/2023 03.05.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X12, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində X11 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş hüquqi şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə3, Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Ekologiya və Təbii Sərvətlər Nazirliyi X25 X1 nümayəndəsi Nümayəndə4 iştirakları ilə, 01 avqust 1957-ci il tarixdə Qəbələ rayonu Zarağan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Qəbələ rayonu Zarağan kəndində qeydiyyatda olmaqla yaşayan, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 188.4.2, 247 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.2, 247 və 308.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür ki, o, tamah niyyəti ilə Mingəçevir şəhərində Kür çayı axmazında yerləşən «Mingəçevir» qumçınqıl yatağından qarışıq süxur emal etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı ərazi vergi idarəsində hüquqi ünvanı Qəbələ rayonu, Zarağan kəndi olmaqla ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə dövlət qeydiyyatına alınmış 2018-ci ilin may ayından etibarən Mingəçevir şəhərində yerləşən «Mingəçevir» qum-çınqıl yatağında istehsalata hazır vəziyyətə gətirdiyi qum-çınqıl karxanasında faktiki rəhbərliyi həyata keçirən sahibkar kimi «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən işçiləri işə qəbul etmək və işdən azad etmək, işçilərin əməyinin ödənilməsinin forma və sistemini, onların əmlakının məbləğini və gəlirinin digər növlərini müəyyənləşdirmək, öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək, maliyyə-təsərrüfat fəaliyyətini müstəqil həyata keçirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehlakçılarını seçmək, dövlət ehtiyacları üçün müqavilə əsasında iş görmək və məhsul göndərmək, pul vəsaitinin saxlanılması, hesablaşma, kredit və kassa əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq və sair təşkilati-sərəncamverici, inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs, habelə «X20 haqqında» Azərbaycan Respublikası Qanununun 3 və 78-ci maddələrinə əsasən sənayedə və digər obyektdə aparılan istismar işləri zamanı ərazilərdə ekoloji tarazlığın təmin edilməsi, təbii ehtiyatların səmərəli istifadə olunması, təbiətdən istifadənin və X20nin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi, ətraf mühitə zərər vurulmasının qarşısının alınması, qanunvericiliyin bu kimi hallarının pozulması zamanı isə digər məsuliyyətlə yanaşı Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda cinayət məsuliyyəti daşımaqla X20 qaydalarına riayət olunmasına, yəni ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişməsinə yol verilməməsinə, ətraf mühitin qorunmasına cavabdeh şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, 2018-ci ilin may ayından 2022-ci ilin yanvar ayınadək torpaq sahəsinin ayrılmasına dair hər hansı sənəd və yerin təkindən qarışıq süxur hasilatı ilə bağlı «Dağ-Mədən Ayırması» aktı almadan dövlət mülkiyyətinə məxsus 9.400 m2 torpaq sahəsini tamah niyyəti ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə, icarə hüququ olmadan özbaşına tutub həmin torpaq sahəsində qarışıq süxur xammalının istismarı işlərini həyata keçirməklə gəlir əldə etmək məqsədilə, «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara), eləcə də, Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi, yerin təkindən istifadə prosesində geoloji, markşeyder və digər sənədlərin aparılması, həmin sənədlərin, kern və nümunələrin qorunması, yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi və digər tələblərə, həmin Qanunun 10-cu maddəsinə əsasən yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazənin bu Qanunda və «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında «Dağmədən ayırması» statusunun müəyyən edilməsi şəklində verilməsi tələbinə, o cümlədən, həmin Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərə, yəni, yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi, faydalı qazıntı yataqlarının işlənilməsi zamanı yerin təkindən çıxarılan və yerin təkində saxlanılan faydalı qazıntıların və yanakı komponentlərin uçotu, ətraf mühitin qorunması, torpaqların rekultivasiyası, dağ qazmalarının konservasiyası qaydalarına əməl edilməsi, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş «Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları»nın 22ci bəndinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların çıxarılmasının qadağan edilməsi ilə bağlı tələblərə tamah niyyəti ilə qəsdən əməl etməyib, qanunla müəyyən edilmiş əsaslarla ayrılmış torpaq sahəsindən istifadə etməli olduğu halda, öz qulluq mövqeyindən yararlanaraq müvafiq icazə olmadan yataq ərazisində sahibkarlıq fəaliyyətinə başlayıb, 2018-ci ilin may ayından 2022-ci ilin yanvar ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda X671041.78, Y4513647.23, X671058.14, Y4513631.34, X671082.43, Y4513638.03, X671106.18, Y4513652.66, X671083.32, Y4513673.28, X671061.23, Y4513747.39, X671057.84, Y4513868.75, X671092.20, Y4513893.36, X671183.36, Y4513905.84, X671184.94, Y4513974.99, X671128.42, Y4513985.60, X671057.90, Y4513984.97 koordinatlarda yerləşən dövlət mülkiyyətinə məxsus 9.400 m2 torpaq sahəsini tamah niyyəti ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə, icarə hüququ olmadan özbaşına tutaraq orta istismar dərinliyi 6,66 metr dərinlikdə qazıntı və qanunsuz istismar işləri aparmaqla, sənaye və digər obyektlərin istismarı zamanı X20 qaydalarına riayət olunması üçün cavabdeh şəxs olmaqla çay hövzəsinin səviyyəsindən 5.5 metrdən başlayaraq 18.7 metrədək dərinlikdə faydalı qazıntı hasilatı aparmaqla, ümumilikdə 43 ay ərzində 62.604 m3 həcmində qum-çınqıl xammalından ibarət qarışıq süxuru götürərək emal edib dövlətə və təbiətə vahid niyyətlə cəmi 202.370,10 manat (iki yüz iki min üç yüz yetmiş manat on qəpik) məbləğində maddi ziyan vurmuş, həmin əməlləri ilə vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib «X20 haqqında» Azərbaycan Respublikası Qanununun 6cı maddəsinin 2-ci bəndinə, 13-cü maddəsinin 1.2, 2.2-ci bəndlərinə və 35, 41-ci maddələrinə əsasən, X20 və təbii resursların bərpası üzrə tədbirlərin müəyyən edilmiş qaydada həyata keçirilməsi, ətraf mühitə zərər vurmadan ayrılmış təbii resurslardan qənaətlə istifadə olunması, ətraf mühiti qorumağın vəzifəsi olması, təbii resurslardan istifadə zamanı ekoloji tələbləri yerinə yetirmək və istismar prosesləri aparılarkən X20 üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərtlərinə əməl etməyərək qanunsuz fəaliyyətini yuxarıda qeyd edilən dövrdə davam etdirməsi istismar işlərinin aparıldığı Mingəçevir şəhərində «Mingəçevir» qum-çınqıl yatağında Kür çayının axmazının genişlənməsinə, çayın məcrasındakı torpaq sahəsinin kəskin eroziyaya məruz qalmasına, çay yatağında yarğanlar əmələ gəlməsinə, yeraltı suların axın istiqamətinin dəyişməsinə, qurunt sularının yer səthinə çıxması nəticəsində torpağın münbit qatının deqradasiyaya uğraması ilə təbiətin bu yöndə mənfi təsirə məruz qalmasına, ətraf mühit üçün təhlükə yaranmasına yəni, ərazinin ekoloji tarazlığının pozulması ilə bağlı bərpası mümkün olmayan və insanların konstitusiya ilə təsbit olunmuş sağlam ətraf mühitdə yaşamaq hüquqlarının qorunması və dövlətin ekoloji tarazlığın saxlanılması istiqamətində siyasətinə, yəni dövlətin və cəmiyyətin mənafeyinə ağır nəticələrə səbəb olan zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, habelə öz qulluq mövqeyindən istifadə etməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan torpaq sahələrini qarışıq süxur götürərək emal edib qazanc əldə etmək məqsədilə özbaşına tutmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 188.4.2, 247 və 308.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, Mingəçevir Bələdiyyəsindən torpaq sahəsi icarəyə götürmüş və orada qum-çınqıl karxanası tikmişdir. O, qeyd olunan karxananı tikərkən, əlaqədar qurumlardan fəaliyyət göstərmək üçün lisenziya da əldə etmək üçün müraciət etmiş, lakin həmin lisenziyanı almadan fəaliyyətə başlamışdır. Fəaliyyətə başladıqdan sonra həmin karxanaya rəsmi qaydada müqavilə ilə işçilər götürmüş və əmək haqqılarını da, müvafiq kommunal ödənişləri də, mədən vergisini də vaxtında ödəmişdir. Pandemiya dövründə qum karxanası fəaliyyətini dayandırdığından, işçilərə dövlət tərəfindən yardım göstərilmişdir. Hazırda da icarəyə götürdüyü torpaq sahəsinin icarə haqqını ödəyir və 350 manat məbləğində borcu qalmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs bildirmişdir ki, fəaliyyət zamanı əməl etməli olduğu qanunlardan və davranış qaydalarından məlumatı olmuşdur. Qanunlarda və davranış qaydalarında nəzərdə tutulmuş bütün hərəkətlərə düzgün şəkildə əməl etmişdir. Su obyektərinin mühafizəsi, onlardan istifadə qaydaları və digər ekoloji məlumatları özündə əks etdirən sənəd ona verilməmişdir. Fəaliyyəti qum və çınqıl xammalı istehsal etmək olmuşdur. Fəaliyyəti zamanı ətraf mühitə heç bir ziyan vurmamışdır. Çayın məcrasında heç bir dəyişiklik olmamışdır. Torpaq sahəsi erroziyaya məruz qalmamışdır. Onun fəaliyyət göstərdiyi yerə baxış bir dəfə keçirilmiş və həmin baxışda o, iştirak etməmişdir. Dağ-mədən ayırması aktı barəsində müraciət etsə də, həmin aktı ala bilməmiş, amma qum və çınqıl çıxartma fəaliyyətini davam etdirmişdir. Akt olmadan fəaliyyət həyata keçirmənin qeyri-mümkün olması ilə bağlı məlumatı olmamışdır. X25 X6 haqqında məlumatı olmuşdur. Agentlik yeni yarandığı üçün hesabat və digər sənədləri təqdim etməmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ona müraciət daxil olmamışdır. Fəaliyyəti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X25 X2 məlumatı olmuşdur. Bu fəaliyyəti həyata keçirməyi ilə bağlı ona heç bir xəbərdarlıq daxil olmamışdır. O, torpaq sahəsini müqavilədə də göstərildiyi kimi qum-çınqıl istehsalı məqsədi ilə icarəyə götürmüşdür. İcarəyə götürdüyü torpaq bələdiyyə torpağı olmuşdur. Mingəçevir Bələdiyyəsi torpaq sahəsini icarəyə götürməyi ilə bağlı heç bir narazılıq etməmişdir. İcarəyə götürdüyü torpağın icarə haqqını bank vasitəsi ilə ödəmişdir. Ona aid olan 6.95 hektar ərazidən istifadə edərək, qum-çınqıl istehsalı fəaliyyətini həyata keçirmişdir. Ona məxsus torpaqda ölçü işləri düzgün aparılmamışdır. Karxanada işləyən bütün işçilər ilə əmək müqaviləsi imzalamışdır. Həmin müqaviləni fərdi sahibkar kimi öz adından imzalamışdır. Fərdi sahibkar olaraq vergi ödəyicisi kimi uçotda olmuş, qeydiyyatdan keçmiş və bütün vergiləri vaxtında ödəmişdir. Vergi borcları olmamışdır. Lisenziyaların verilməsi ilə bağlı müraciətləri əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gəlmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gələn zaman, onun qum-çınqıl istehsalı ilə məşğul olduğunu müşahidə etmişər. Bununla bağlı heç bir etirazları olmamışdır. Fəaliyyət göstərdiyi ərazidə ondan əvvəl başqa şəxslər olmuşdur. Həmin axmaz uzun müddət qum-çınqıl çıxarılan yer olmuşdur. Hasilat aparılan yerə baxış keçirilərkən qayığı sürən şəxs onun işçisi olmuş, həmin şəxs də istintaqda şahid kimi göstərilmişdir. Pandemiya dövründə təqribən 2 il müddətində fəaliyyət göstərməmişdir. “Daş karxanaların fəaliyyətinin yoxlanılması haqqında” icra hakimiyyətlərinə göndərilən məktubdan xəbəri olmamışdır. Mingəçevirdə təkcə ona aid olan karxana fəaliyyət göstərmişdir. Mingəçevir Bələdiyyəsi ona torpaq sahəsini icarəyə verən zaman, torpaq sahəsinin plan cizgisi, hansı ərazini əhatə etməsi və mərz nişanları olan sənədləri ona təqdim etmişdir. Həmin sənədlər hal-hazırda onda vardır. İcarəyə götürdüyü torpaq sahəsinin hansı ərazini əhatə etməsini bilmiş, həmin ərazidən kənara çıxmamışdır. Fərdi sahibkar kimi qeydiyyatdan keçib fəaliyyət göstərmiş və MMC yaratmamışdır. NNZ adlı MMC-də direktor olmamış, amma təsisçilərindən biri olmuşdur. Həmin MMC 2005-ci ildə yaranıb, lakin fəaliyyətini nə vaxt sonlandırması dəqiq xatırlamır. Bələdiyyədən isə sözügedən topaq sahəsini 2012-ci ildə 20 illiyə icarəyə götürmüş, NNZ MMC fəaliyyətini dayandırdıqdan sonra həmin torpaq sahəsində hasilat aparmağa başlamışdır. Çünki həmin qərarla torpaq ona faydalı qazıntı işləri aparmaq üçün verilmişdir. “Dağ-Mədən Ayırması” aktını, eləcə də lisenziya almaq üçün rəsmi qaydada Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları karxanaya baxış keçirən zaman onun iştirak etməyinin vacib olmadığını bildirildiyi üçün, həmin zaman orada olmamışdır. Bu işlə bağlı araşdırma aparıldığı ona bəlli olmuş, sadəcə səhlənkarlığı üçün işlər bu yerə gəlib çıxmışdır. Onun barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir dəfə onun barəsində inzibati qaydada protokol tərtib olunmuşdur. Onu bir dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı şöbəsinə dəvət etmişlər və əgər səhv etmirsə, həmin vaxt idarədə 500 manat cərimə ödəmişdir. Həmin vaxt idarə müdirinin otağında lazım olan sənədlərlə bağlı izahat yazmışdır. Qəbələ Rayon Məhkəməsində iştirak etməmişdir. O, bir dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimə olunmuşdur. Geri qalan cərimələrdən məlumatı yoxdur. 1 iyul 2019-cu il tarixdə 2000 manat cərimə olunmağı ilə bağlı məlumatı yoxdur. Fəaliyyət göstərdiyi müddətdə həyata keçirdiyi fəaliyyətlə əlaqədar “X20 üzrə Ehtiyyat Fondu”na müxtəlif vaxtlarda pul vəsaitləri köçürmüşdür. "xxxx" ASC ilə də müqaviləsi olmuş və həmin idarəyə vaxtında ödənişləri etmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərarın qəbul olunmasını, mülki iddianın isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə3 təqsirləndirilən şəxsə CMin 188.4.2-ci maddəsi ilə elan olunan ittiham üzrə zərərçəkmiş şəxs qismində tanındıqlarını, buna görə də şikayətçi olduqlarını, məhkəmədən qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi X25 X1 nümayəndəsi Nümayəndə4 təmsil etdiyi zərərəçəkmiş hüquqi şəxsin təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, barışığın əldə olunmadığını və dəymiş maddi ziyanın ödənilmədiyini bildirmiş, eyni zamanda, qaldırdıqları mülki iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, onun təmsil etdiyi qurum 2020-ci ildən fəaliyyətə başladığından, 2018-ci ilin müxtəlif aylarında Təqsirləndirilən şəxs “X20 üzrə Ehtiyat Fondu”na ödədiyi ümumilikdə 29500 manat pulun təyinatı ilə bağlı heç bir sənəd təqdim edə bilmir. Çünki onun təmsil etdiyi qurumda buna dair hər hansı sənəd mövcud deyildir. Lakin hesab edir ki, həmin ödənişlər daha əvvəl olan hasilatla bağlı yaranmış zərurətdən doğmuşdur. Təqsirləndirilən şəxs daha əvvəl apardığı hasilatla bağlı vurmuş olduğu ziyana dair ödənişlər etmişdir. Ona görə də, həmin ödəniş hazırda vurulmuş maddi ziyanın məbləğinə hesablana bilməz. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X25 X1 Yer təki fəaliyyətinin tənzimlənməsi və nəzarət şöbəsinin aparıcı mütəxəssisi işləyir. Mingəçevir şəhəri ərazisində yerləşən “Mingəçevir” qum-çınqıl yatağında Təqsirləndirilən şəxs işlədiyi qum-çınqıl karxanasına baxış keçirmişlər. Həmin baxışda onunla bərabər işlədiyi müəssisənin geoloji ekspertiza və reyestr şöbəsinin aparıcı mütəxəssisi Şahid1 da iştirak etmişdir. Baxış nəticəsində xidmət yoldaşı ilə birlikdə Təqsirləndirilən şəxs qanunsuz qum-çınqıl hasilatı apardığını, həmin ərazidə fəaliyyət göstərməsinə dair hər hansı bir rəsmi sənədinin olmadığını, “Dağ-Mədən Ayırması” aktının ümumiyyətlə mövcud olmadığını müəyyən etmişlər. Həmin baxış zamanı xidmət yoldaşı ilə birlikdə istismar aparılan sahəni ölçmüşlər. Ölçmə prosesi nəticəsində həmin vaxt Təqsirləndirilən şəxs Kür çayının sağ sahilində axmazda, yəni göldə qumçınqıl hasilatı apardığı müəyyən olunmuşdur. Həmin ərazidə Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq bir ədəd hidromexaniki qurğu yerləşdirilməklə hasilat aparılmışdır. Həmçinin, gölün kənarında xırdalayıcı-çeşidləyici qurğu da yerləşdirilmişdir. Həmin qurğu vasitəsi ilə qum və çınqıl qarışığı çeşidlənirmiş. Təqsirləndirilən şəxs torpaq sahəsinin ayrılmasına dair hər hansı bir rəsmi sənəd təqdim olunmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs qanunsuz olaraq koordinatlar üzrə müəyyən olunmuş sahəni zəbt etdiyi və həmin koordinatlar üzrə qum-çınqıl hasilatı apardığı aşkar edilmişdir. Həmin vaxt yalnız qurğunun faktiki yerləşdiyi əraziyə baxış keçirilmişdir. Eyni zamanda, baxış zamanı ərazidə anbarlaşdırılmış və çeşidlənmiş çınqıl xammalı aşkar olunmuşdur. Baxış zamanı da həmin xammalının baxış keçirilən ərazidən qanunsuz olaraq hasil edildiyi müəyyən olunmuşdur. Bundan sonra isə həmin əraziyə bir müddət sonra təkrar baxış keçirilmişdir. Təkrar baxışda onunla birlikdə Şahid1 və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçisi də iştirak etmişdir. Son qeyd olunan tarixdə baxış zamanı artıq hidromexaniki qurğunun tamam fərqli ərazidə işlədiyi aşkar olunmuşdur. Baxış zamanı hidromexaniki qurğunun faktiki işlədiyi ərazidə ölçmə işləri aparılmışdır. Hər iki baxış zamanı ərazidə hər hansı bir mərz nişanı aşkar olunmamışdır. Əlavə olaraq hər iki baxış nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq dövlətə məxsus faydalı qazıntıları istismar etməsi nəticəsində ətraf mühitə zərər vurduğu müəyyən olunmuşdur. Həmçinin, qeyd olunan ərazidə Kür çayından fərqli olaraq axmaz göl olduğundan, hasil edilən qum və çınqıl təbii şəraitdə bərpa olunmayan faydalı ehtiyat hesab olunur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, şəxsdən “Dağ-Mədən Ayırması” aktını tələb etmişlər. Təqsirləndirilən şəxs isə “Dağ- Mədən Ayırması” aktını onlara təqdim etməmişdir. Onlar bu məsələni araşdırmış və məlum olmuş ki, şəxsə “Dağ-Mədən Ayırması” aktı verilməmişdir. Şəxsin “Dağ-Mədən Ayırması” aktını əldə etməsi üçün müvafiq orqanlara müraciətinin olması barədə məlumatı olmamışdır. Baxışda onunla bərabər Şahid1 da iştirak etmişdir. İkinci səfər əraziyə baxış keçirdikləri vaxt yanlarında prokurorluğun əməkdaşı olmuşdur. Ərazidə hasilat aparılan yerə baxış keçirmişlər. Hidromexaniki qurğu ərazinin hansı hissəsində fəaliyyət göstəribsə, ora baxış keçirmişlər. Hidromexaniki qurğu üzən qurğu olmuşdur. Qurğu ərazinin hansı hissəsində fəaliyyət göstəribsə, məhz həmin hissəyə baxış keçirmişlər. Əraziyə baxışda qeyd etdikləri rəqəmlər dəqiq yadında qalmamışdır. Bununla bağlı ibtidai istintaqa düzgün ifadə vermişdir. Qurğuya əsasən ölçü işləri aparmışlar. Kimlərinsə deməsinə görə ölçü işləri aparılmamışdır. Onlar özləri əraziyə baxış keçirmişlər və ölçüləri müəyyən etmişlər. Qurğu olan yerin şəxsə aid olub-olmamasını bilməmişdir. Lakin şəxsdə “Dağ-Mədən Ayırması” aktı olmamışdır. Həmin aktda şəxsə verilən ərazinin böyüklüyü, ərazinin neçə illiyə icarəyə verilməsi və tarixi göstərilməli imiş. Həmin akta şəxsin hansı hissədə hasilat aparacağı göstərilməli imiş. İşlədiyi idarə 2020-ci ildə yaradılmışdır. Belə ki, həmin idarədən əvvəl bu işlərə ekspertiza idarəsi baxmışdır. Həmin idarə təhvil-təslimdə bütün sənədləri onun işlədiyi idarəyə təhvil vermişdir. Onlar həmin sənədlərə əsasən də araşdırma aparmışlar və məlum olmuş ki, şəxsin həqiqətən ərazini işlətmək üçün icazəsi olmamışdır. Ərazi axmaz hissə olduğu üçün, yəni ora çay axmadığı üçün bərpa olunmaya bilərmiş. “Google Earth” proqramı vasitəsi ilə araşdırma aparılmış, nə isə müəyyən olunmasını xatırlamamışdır. Çünkü hadisənin üstündən xeyli vaxt keçmişdir. Şəxsin hasilat apardığı ərazi axmaz olduğu üçün bərpa olunmayan ərazi sayılmışdır. Agentliyin göstərişinə əsasən ərazilərə mütəmadi olaraq baxış keçirmişlər. Həmin baxış zamanı şəxsin işlətdiyi əraziyə də baxış keçirmişlər. Şəxsin işlətdiyi əraziyə 2021-ci ildə baxış keçirmişlər. Agentlik ölkə üzrə baxış keçirir və sadəcə bir əraziyə baxış keçirməmişlər. Dağ-Mədən Ayırması” aktı şəxsə həmin ərazini işlətməsi üçün verilmişdir. Şəxsin ərazisinə baxış keçirmişlər və akt tərtib edib aidiyyəti üzrə idarəyə vermişlər. Əraziyə 2 dəfə baxış keçirmişlər. Birinci baxış zamanı qurğunun yerini müəyyən etmişlər. İkinci baxış zamanı qurğu tam fərqli yerdə olmuşdur. Qurğunun hansı məsafədə yerini dəyişməsini dəqiq xatırlamamışdır. Lakin qurğu həmin ərazidə yer dəyişmişdir. Xatırladığı qədəri ilə qurğu 50-100 metr yerini dəyişmişdir. Şəxs onlar ərazidə ölçü apardığı vaxt gəlmişdir. Ərazidə ölçü işləri apardıqları vaxt, yanında Şahid1, Təqsirləndirilən şəxs və adını xatırlamadığı bir-iki nəfər işçi olmuşdur. Qurğu ərazinin hansı hissəsində fəaliyyət göstəribsə, həmin yerlər ölçülmüşdür. Bütün suyu ölçməmişlər, qurğu harada işləyibsə həmin yeri ölçmüşlər. Hidromexaniki qurğunun borusunun uzunluğunu ölçməmişlər. Onlar qurğunun işlədiyi suyun dərinliyini ölçmüşlər. Qurğunun həcmi olduqca böyük olmuşdur. Ərazinin iş gedən və iş getməyən hissələrində müqayisə dərinliyini ölçmüşlər və məlum olmuş ki, qurğu məhz ərazinin həmin hissəsində fəaliyyət göstərmişdir. Ərazi axmaz olduğu üçün çay tökülməmişdir. Ərazinin ümumi sahəsini dəqiq bilməmişdir. Ancaq ərazi olduqca böyük olmuşdur. Ərazidə şəxsdən əvvəl kimin fəaliyyət göstərdiyi barədə məlumatı olmamışdır. Onlar əraziyə baxışa gəldiyi vaxt şəxsi orada görmüşlər. Bundan sonra hasilat aparılan ərazini ölçmüşlər və akt tərtib etmişlər. Onlar suyun istismar dərinliyini ölçmüşlər. Qurğunun borusunu ölçməmişlər. Suyun dərinliyi dəqiq yadında qalmamışdır. Müqayisə üçün gölün hansı yerlərindən dərinlik ölçüsü apardıqlarını hazırda dəqiq xatırlamır. Çünki hadisənin üstündən 2 il keçmişdir. Agentlik 2020-ci il tarixdə yaradılmış və ona qədərki yoxlamaları Dövlət Ekspertiza İdarəsi aparmışdır. O, yeni yaranmış idarədə işləməyə başlamışdır. O idarədə 2020-ci ilin sentyabr ayında işləməyə başlamışdır. Bundan əvvəl həmin ərazidə yoxlama aparıldığı barədə məlumatı olmamışdır. Onlar hər il mütəmadi olaraq ərazilərə baxış keçirmişlər. Həmin baxış zamanı şəxsin ərazisi müəyyən olunmuşdur. Ərazidə Təqsirləndirilən şəxs başqa fiziki şəxs və ya hər hansı “MMC” fəaliyyət göstərməmişdir. Onlar əraziyə baxış keçirdiyi vaxt orada qurğu və adını xatırlamadığı işçilər olmuşdur. Qurğunun kimə məxsus olduğunu soruşduqları vaxt işçilər Nəriman müəllimin adını vermişlər. Onun vəzifəsi baxış keçirmək və sənədləşdirib akt tərtib etmək olmuşdur. Əraziyə ikinci baxışda prokurorluğun əməkdaşı da iştirak etmişdir. Birinci baxışda şəxsin qanunsuz fəaliyyət göstərdiyi aşkar olunmuş və akt tərtib olunmuşdur. Sonrakı mərhələdə şəxs yenə həmin ərazidə fəaliyyətə davam etmişdir. Onların işi akt tərtib edib idarəyə vermək olmuşdur. Hər-hansı tədbir görmək onların səlahiyyətlərinə aid olmamışdır. Əraziyə 2 dəfə baxış keçirmişlər və ikinci baxış istintaq çərçivəsində olmuşdur. İkinci dəfə baxış keçirdikləri vaxt qurğunun yeri dəyişmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyyətlər olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və o, həmin ifadəsində göstərmişdir ki, 09 sentyabr 2020-ci il tarixdən etibarən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X25 X2 Yer təki fəaliyyətinin tənzimlənməsi və nəzarət şöbəsində aparıcı mütəxəssis vəzifəsində xidmət edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş məlumat əsasında 11 fevral 2021-ci il tarixdə Mingəçevir şəhəri ərazisində yerləşən “Mingəçevir” qum-çınqıl yatağında Təqsirləndirilən şəxs qanunsuz işlədiyi qum-çınqıl karxanasına baxış keçirilmiş, həmin baxışda onunla bərabər işlədiyi Agentliyin geoloji ekspertiza və reyestr şöbəsinin aparıcı mütəxəssisi Şahid1 da iştirak etmiş, baxış nəticəsində xidmət yoldaşı ilə birlikdə Təqsirləndirilən şəxs qanunsuz qum-çınqıl hasilatı apardığını, həmin ərazidə fəaliyyət göstərməsinə dair hər hansı bir rəsmi sənədinin olmadığını, “Dağ-Mədən Ayırması” aktının ümumiyyətlə mövcud olmadığını müəyyən etmiş, həmin baxış zamanı xidmət yoldaşı ilə birlikdə istismar aparılan sahəni ölçmüş, ölçmə prosesi nəticəsində həmin vaxt Təqsirləndirilən şəxs Kür çayının sağ sahilində axmazda, yəni göldə 11.814 metr kvadrat sahədə qum-çınqıl hasilatı apardığı müəyyən olunmuş, qeyd olunan sahədə orta istismar dərinliyi 1.8 metr olmuş, həmin ərazidə Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq bir ədəd hidromexaniki qurğu yerləşdirilməklə hasilat aparılmış, həmçinin gölün kənarında xırdalayıcı-çeşidləyici qurğu da yerləşdirilmiş, həmin qurğu vasitəsi ilə qum və çınqıl qarışığı çeşidlənmiş, Təqsirləndirilən şəxs və sonuncunun işçiləri tərəfindən torpaq sahəsinin ayrılmasına dair ona hər hansı bir rəsmi sənəd təqdim olunmamış, 11 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq X671060, Y4513983, X671129, Y4513985, X671186, Y4513977, X671190, Y4513929, X671181, Y4513905, X671084, Y4513886, X671054, Y4513866 koordinatları üzrə müəyyən olunmuş sahəni zəbt etdiyi və həmin koordinatlar üzrə sahədə ümumilikdə 21.265 kub metr həcmdə qum-çınqıl hasilatı apardığı aşkar edilmiş, həmin vaxt yalnız qurğunun faktiki yerləşdiyi əraziyə baxış keçirilmiş, eyni zamanda baxış zamanı ərazidə anbarlaşdırılmış və çeşidlənmiş 2.690 kub metr həcmdə çınqıl xammalı aşkar olunmuş, baxış zamanı da həmin 2.690 kub metr həcmdə çınqıl xammalının baxış keçirilən ərazidən qanunsuz olaraq hasil edildiyi müəyyən olunmuşdur. Bundan sonra isə həmin əraziyə 28 dekabr 2021-ci il tarixdə təkrar baxış keçirilmiş, təkrar baxışda onunla birlikdə Şahid1 və 8 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinin məsləhətçi müfəttişi X9 iştirak etmiş, son qeyd olunan tarixdə baxış zamanı artıq hidromexaniki qurğunun tamam fərqli ərazidə işlədiyi aşkar olunmuş, baxış zamanı hidromexaniki qurğunun faktiki işlədiyi ərazidə ölçmə işləri aparılmış, nəticədə 4.316 kvadrat metr sahədə qum-çınqıl hasilatı aparıldığı aşkar edilmiş, qeyd olunan sahədə orta istismar dərinliyi 7.5 metr olmuş, 28 dekabr 2021-ci il tarixli baxış zamanı isə Təqsirləndirilən şəxs qanunsuz olaraq X671059, Y4513745, X671089, Y4513679, X671110, Y4513655, X671082, Y4513639, X671059, Y4513632, X671042, Y4513648, X671040, Y4513696, X671043, Y4513721 koordinatları üzrə müəyyən olunmuş sahəni zəbt etdiyi və həmin koordinatlar üzrə sahədə ümumilikdə 32.370 kub metr həcmdə qumçınqıl hasilatı apardığı aşkar edilmiş, ikinci zəbt olunan ərazi birinci zəbt olunan ərazidən təxminən 150-200 metr cənubda yerləşməklə qeyd olunan gölün daxilində olmuşdur. Hər iki baxış zamanı ərazidə hər hansı bir mərz nişanı aşkar edilməmiş, hər iki baxış nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq dövlətə məxsus faydalı qazıntıları istismar etməsi nəticəsində ətraf mühitə zərər vurulmuş, həmçinin qeyd olunan ərazidə Kür çayından fərqli olaraq axmaz göl olduğundan hasil edilən qum və çınqıl təbii şəraitdə bərpa olunmayan faydalı ehtiyat hesab olunmuş, baxışlar keçirildikdən sonra Agentlikdə bu barədə “google earth” proqramı vasitəsi ilə araşdırma aparıldıqda, Təqsirləndirilən şəxs 2018-ci ilin iyul ayından etibarən qeyd olunan ərazilərdə qum-çınqıl hasil etdiyi müəyyən olunmuş, Təqsirləndirilən şəxs qanunsuz fəaliyyət göstərdiyi karxana sahəsinə baxış zamanı müşahidə etdiyi bir ədəd hidromexaniki qurğu tam işlək vəziyyətdə olmuşdur. Şahid Rəşad Hüseyinli ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub tədqiq olunduqdan sonra həmin ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X25 X6 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində 2020-ci ildən başlayaraq fəaliyyət göstərir və nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmişdir. Yerin təki haqqında Qanunun 20-ci maddəsinə əsasən, yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. İşlədiyi şöbədə isə onun vəzifəsi karxana istismar sahələrinə baxış keçirilməsi, monitorinqlərin aparılması, maarifləndirmə işlərinin aparılmasından ibarətdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş məlumat əsasında 11 fevral 2021-ci il tarixdə Mingəçevir şəhəri ərazisində yerləşən “Mingəçevir” qumçınqıl yatağında Təqsirləndirilən şəxs qanunsuz işlədiyi əraziyə baxış keçirilmişdir. Həmin baxışda onunla bərabər Təqsirləndirilən şəxs və işlədiyi Agentliyin Yer təki fəaliyyətinin tənzimlənməsi və nəzarət şöbəsinin aparıcı mütəxəssisi Şahid2 da iştirak etmişdir. Baxış nəticəsində o xidmət yoldaşı ilə birlikdə Təqsirləndirilən şəxs qanunsuz qum-çınqıl hasilatı apardığını, həmin ərazidən fəaliyyət göstərməsinə dair hər hansı bir rəsmi sənədinin olmadığını, Dağ mədən ayırması aktının ümumiyyətlə mövcud olmadığını müəyyən etmişlər. Həmin baxış zamanı o, xidmət yoldaşı ilə birlikdə istismar aparılan sahəni ölçmüşlər. Ölçmə prosesi nəticəsində həmin vaxt Təqsirləndirilən şəxs Kür çayının sağ sahilində axmazda, yəni göldə 11,814 metr kvadrat sahədə qum-çınqıl hasilatı apardığı müəyyən olunmuşdur. Qeyd olunan sahədə orta istismar qalınlığı 1.8 metr olmuşdur. Həmin ərazidə Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq bir ədəd hidromexaniki qurğu yerləşdirilməklə hasilat aparılmışdır. Həmçinin gölün kənarında xırdalayıb-çeşidləyici qurğu da yerləşdirilmişdir. Həmin qurğu vasitəsi ilə qum və çınqıl qarışığı çeşidlənmişdir. Təqsirləndirilən şəxs və onun işçiləri tərəfindən onlara fəaliyyətin həyata keçirilməsinə icazə verilməsi ilə bağlı hər hansı bir rəsmi sənəd təqdim olunmamışdır. 11 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq müəyyən sahəni zəbt etdiyi və həmin sahədə ümumilikdə 21.265 kub metr həcmdə qum-çınqıl hasilatı apardığı aşkar edilmişdir. Həmin vaxt yalnız qurğunun faktiki yerləşdiyi əraziyə baxış keçirilmişdir. Eyni zamanda, baxış zamanı anbarlaşdırılmış və çeşidlənmiş 2.690 kub metr həcmdə çınqıl xammalı aşkar olunmuşdur. Həmin xammal gölün kənarında istehsalat sahəsində yerləşdirilmişdir. Baxış zamanı da həmin 2.690 kub metr həcmdə çınqıl xammalının baxış keçirilən ərazidən qanunsuz olaraq hasil edildiyi müəyyən olunmuşdur. Bundan sonra isə həmin 28 dekabr 2021-ci il tarixdə təkrar baxış keçirilmişdir. Təkrar baxışda onunla birlikdə Şahid2 və 8 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinin məsləhətçi müfəttişi X9 iştirak etmişdir. Son qeyd olunan tarixdə baxış zamanı artıq hidromexaniki qurğunun tamam fərqli ərazidə işlədiyi aşkar olunmuşdur. Baxış zamanı hidromexaniki qurğunun faktiki işlədiyi ərazidə ölçmə işləri aparılmışdır. Nəticədə 4.316 kvadrat metr sahədə qum-çınqıl hasilatı aparıldığı aşkar olunmuşdur. Qeyd olunan sahədə orta istismar qalınlığı 7.5 metr olmuşdur. 28 dekabr 2021-ci il tarixli baxış zamanı isə Təqsirləndirilən şəxs qanunsuz olaraq müəyyən sahəni zəbt etdiyi və həmin sahədə ümumilikdə 32.370 kub metr həcmdə qum-çınqıl hasilatı apardığı aşkar edilmişdir. İkinci zəbt olunan ərazi birinci zəbt olunan ərazidən təxminən 150-200 metr cənubda yerləşməklə qeyd olunan gölün daxildə olmuşdur. Hər iki baxış zamanı ərazidə hər hansı bir mərz nişanı aşkar edilməmişdir. Hər iki baxış nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq dövlətə məxsus faydalı qazıntıları istismar etməsi nəticəsində ətraf mühitə zərər vurulmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ilk dəfə həmin əraziyə baxış keçirən zaman hidromexaniki qurğunun fəaliyyət göstərdiyi ərazi müəyyən edilmiş və bundan sonra həmin yerlərdə ölçü işləri aparılmışdır. Təqsirləndirilən şəxs nümayəndəsi işlədiyi ərazini onlara göstərmişdir. İkinci dəfə həmin sahəyə prokurorluğun əməkdaşı ilə baxış keçirmişlər. Həmin vaxt hidromexaniki qurğunun yerinin dəyişməsini müşahidə etmişlər. Bundan sonra ölçü işləri aparılmışdır. Əraziyə birinci baxışda ondan başqa Şahid2 iştirak etmişdir. Nümayəndənin göstərdiyi yerlərlə “Google Earth” proqramı vasitəsi ilə ölçdükləri yerlər üst-üstə düşmüşdür. Peykin çəkdiyi şəkillərdə qurğu görsənmişdir. Birinci dəfə onlar bilavasitə həmin nümayəndənin göstərdiyi yerdə və qurğunun olduğu yerdə ölçü işləri aparmışlar. Ancaq növbəti ölçü işləri peyk vasitəsilə müqayisəli şəkildə təhlil olunmuşdur. Göllərdə olan ehtiyat bərpa olunan ehtiyat sayılmır. Sözügedən həmin göl axmazdır. Gölə hər hansı çay daxil olmur. Bütöv gölün ölçülərini götürməmişlər. Gölün ölçüləri müqayisəli şəkildə götürülmüşdür. Hasilat aparılan yerin dərinliyini müəyyən etmişlər. Şəxs özü bildirmişdir ki, qumu məhz göstərdiyi yerdən çıxarmışdır. Qumun hansı şəxs tərəfindən çıxarılmasını hüquq muhafizə orqanları müəyyən edir, onların işi isə ərazilərə baxış keçirməkdir. Sahədə ölçü işləri aparmışlar. Bundan sonra xammalın həcmi müəyyən olunmuşdur. Şəxsin sahədə faliyyətini sübut edəcək xeyli faktlar vardır. Onların fəaliyyəti baxış keçirmək və xammalın həcmini müəyyən etməkdir. Qurğuya məxsus borunu ölçməmişlər. Onlar qurğunun fəaliyyət göstərdiyi yerdə suyun dərinliyini ölçmüşlər. Borunun uzunluğu ilə dərinlik ölçülmür. Birinci dəfə sahəyə baxış zamanı qurğu fərqli yerdə, ikinci dəfə baxış zamanı isə tam fərqli yerdə olmuşdur. Birinci dəfə sahədə ölçü işləri aparan zaman Təqsirləndirilən şəxs yanlarında olmuşdur. Sahəyə ikinci baxış zamanı şəxs iştirak etməmişdir. Həmin vaxt yanında prokurorluğun əməkdaşı olmuşdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, 21 yanvar 2020-ci il tarixdən etibarən Mingəçevir Bələdiyyəsinin sədri vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs fəaliyyət göstərdiyi, yəni qum-çınqıl çıxardığı torpaq sahəsi ona 2012-ci ildə verildiyindən, bələdiyyə sədri olaraq onun bundan məlumatı olmamışdır. 2020-ci il tarixdə büyün dünyada, o cümlədən ölkədə “Covid-19” virusu yayıldığı üçün bələdiyyə fəaliyyət göstərməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, səhv etmirsə Təqsirləndirilən şəxs müvafiq torpaq sahəsi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq üçün verilmişdir. 2020-ci il tarixdə Mingəçevir Bələdiyyəsinin sədri vəzifəsinə təyin olunmuşdur. Təqsirləndirilən şəxs fəaliyyət göstərdiyi axmaz bələdiyyə torpağına aid olmamışdır. İcarə haqları bələdiyyənin nəzarəti altında yığılmışdır. Bələdiyyə icarə haqlarına mütəmadi olaraq nəzarət etmişdir. Şəxs mütamadi olaraq icarə haqlarını vaxtı-vaxtında ödəmişdir. Təqsirləndirilən şəxs torpaq sahəsinə hasar çəkdiyini görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər İcra hakimiyyətinin Sosial-iqtisadi inkişafının təhlil və proqnozlaşdırılması şöbəsinin istehsal və xidmət sahələri sektorunun müdiri vəzifəsində işləyir. İcra hakimiyyəti olaraq sahibkarlara həmişə dəstək olmuşlar. Nəriman müəllimi də sahibkar kimi tanımışdır. “Mingəçevir” qum-çınqıl yatağında Təqsirləndirilən şəxs işlədiyi qum-çınqıl karxanasının icra hakimiyyəti ilə əlaqəsi yoxdur. Belə ki, həmin torpaq ərazilərini şəxslərə bələdiyyə ayırır. Həmin səlahiyyət bələdiyyə yaranana qədər onlarda olmuşdur. Yəni təxminən 2002-ci ilə qədər səlahiyyət onlarda olmuşdur. Bundan sonra isə şəxslərə onlar torpaq ayırmamışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, 2018-ci ildən sonra şəxsin fəaliyyət göstərdiyini görməmiş, ancaq eşitdiyinə görə fəaliyyət göstərmişdir. Nəriman müəllimin torpaq sahəsini zəbt etməsi barədə məlumatı olmamışdır. Nəriman müəllimin qum-çınqıl karxanası işlətməsi barədə məlumatı olmuşdur. Şəxsin 2001-ci il tarixində karxana işlətməsi barədə məlumatı olmamışdır. Bildiyi qədəri ilə karxana ilin bütün aylarında fəaliyyət göstərməmişdir. Ekologiyanın əməkdaşları ilə şəxsin sahəsinə baxış keçirilməsində iştirak etmişdir. Həmin vaxt karxananın işləmədiyini müşahidə etmişdir. Həmin ərazidə ölçü işlərində iştirak etməmişdir. Nəriman müəllimdən əvvəl həmin ərazidə qum-çınqıl karxanaları olmuşdur. Şəxsin pandemiya dövründə sahədə işlədiyi barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi elan olunaraq tədqiq olunmuş və o həmin ifadəsində göstərmişdir ki, 2007ci ildən etibarən Mingəçevir şəhər İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlilil və proqnazlaşdırılması şöbəsinin istehsal və xidmət sahələri sektorunun müdiri vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs Mingəçevir şəhəri ərazisində qum-çınqıl karxanası işlətdiyindən işi ilə əlaqədar tədbirlər və monitorinqlər keçirilərkən tanımış, münasibətləri daima rəsmi olmuş, Təqsirləndirilən şəxs işlətdiyi qum-çınqıl karxanası Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olmuş və Təqsirləndirilən şəxs icarə müqaviləsi əsasında verilmiş, 2018-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Mingəçevir şəhəri ərazisində bütün karxanaların fəaliyyəti icra başçısının sərəncamı ilə dayandırılmış, lakin Təqsirləndirilən şəxs işlətdiyi qum-çınqıl karxanası barədə Nazirlər Kabinetindən daxil olmuş protokolda hər hansı bir məlumat olmamış, bu səbəbdən sonuncunun fəaliyyətinə hər hansı bir məhdudiyyət icra hakimiyyəti tərəfindən qoyulmamış, 2018-ci ildən etibarən də Təqsirləndirilən şəxs həmin qum-çınqıl karxanasını işlətmiş, karxanaya da birbaşa faktiki rəhbərliyi Təqsirləndirilən şəxs özü həyata keçirmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub tədqiq olunduqdan sonra şahid həmin ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir ərazi şöbəsinin torpaqların dövlət idarəetməsinin və istifadəsinə nəzarət sektorunun baş məsləhətçisi vəzifəsində işləyir. Bildiyi qədəri ilə Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmuşdur. Təqsirləndirilən şəxs bu vəsilə ilə tanımışdır. Belə ki, "xxxx" MMC-yə 2014-cü ildə Mingəçevir İcra Hakimiyyətinin sərəncamı ilə qumçınqıl istehsalı üçün 10 hektar torpaq sahəsi ayrılmış, daha sonra 2016-cı ildə həmin torpaq sahəsindən 9.0 hektarı geri alınaraq dövlət ehtiyat fonduna qaytarılmış, 1 hektar torpaq sahəsi isə qum-çınqıl istehsalı üçün "xxxx" MMC-nin istifadəsində saxlanmışdır. Onların da vəzifəsi həmin ərazilərə nəzarət etmək olmuşdur. Tarixini dəqiq xatırlamadığı dövrdə həmin əraziyə monitorinq keçirdikləri zaman məlum olmuşdur ki, həmin müəssisə ayrılan torpaq ərazisində yox, məhz başqa ərazidə fəaliyyət göstərir. Onlar da aidiyyəti üzrə bununla bağlı akt tərtib etmişlər. Təqsirləndirilən şəxs də bildirmişlər ki, ona ayrılan torpaq ərazisi bu torpaq ərazisi deyildir. Bundan sonra aktı tərtib etmişlər və aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə göndərmişlər. Sözügedən yoxlamalar 2017-ci ildə və 2018-ci ilin əvvəlində aparılmışdır. Sonrakı vaxtlarda monitorinq keçirdikləri zaman Nəriman müəllim onlara bələdiyyənin qərarını göstərmişdir. Qərardan müəyyən olunmuşdur ki, Nəriman müəllimə fiziki şəxs kimi faydalı qazıntıların istehsalı üçün sağ sahildəki axmazlar ərazisindən 6.95 hektar torpaq sahəsi ayrılmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs işlətdiyi qum-çınqıl karxanasının ərazisi X33 aid olmuşdur. İşin üstündən xeyli vaxt keçdiyi üçün Təqsirləndirilən şəxs hansı tarixdə həmin ərazidə fəaliyyət göstərdiyini dəqiq xatırlamır. İbtidai istintaq zamanı düzgün ifadə vermişdir. Mütəmadi olaraq həmin əraziyə monitorinq keçirmişlər. Monitorinq keçirdikləri zaman həmin ərazi fəaliyyətdə olmuşdur. 2016-cı ildə NNZ MC-yə 1 hektar ərazi ayrılmasına baxmayaraq, Nəriman müəllim ona ayrılan ərazi hüdudlarından kənarda fəaliyyət göstərmiş, onlar da bununla bağlı akt tərtib etmişlər. 2017-ci il və 2018-ci illərdə əraziyə monitorinq aparılmışdır. Həmin ərazi Təqsirləndirilən şəxs ayrılan torpaq ərazisi olmamışdır. Yəni şəxs ona ayrılan torpaq ərazisində yox, məhz başqa ərazidə fəaliyyət göstərmişdir. Bununla bağlı şəxsə iradlarını bildirmişlər və aidiyyəti üzrə akt tərtib etmişlər. Həmin ərazinin şəxsə aid olmamasını birinci göz ilə, sonra isə xəritə ilə müəyyən etmişlər. 2017-ci il və 2018-ci illərdə monitorinq aparan zaman qum və çınqıl hasil edən qurğunun yer dəyişməsi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi elan olunaraq tədqiq olunmuş və o həmin ifadəsində göstərmişdir ki, 2015ci ildən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir ərazi şöbəsinin torpaqların dövlət idarəetməsinin və istifadəsinə nəzarət sektorunun baş məsləhətçisi vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs Mingəçevir şəhəri ərazisində qum-çınqıl karxanası işlətdiyinə görə işi ilə əlaqədar aparılan yoxlamalar zamanı tanımış, münasibətləri daima rəsmi olmuş, Təqsirləndirilən şəxs işlətdiyi qum-çınqıl karxanasının ərazisi dövlət su fondu torpağına aid olmuş, Mingəçevir Bələdiyyəsi 2012-ci ildə Təqsirləndirilən şəxs icarə müqaviləsi əsasında həmin torpaq sahəsini icarəyə vermiş, Təqsirləndirilən şəxs 2018-ci ildən etibarən Mingəçevir Bələdiyyəsi tərəfindən icarəyə verilmiş torpaq sahəsində qum-çınqıl karxanası işlətdiyini bilmiş, 2022-ci ilin əvvəllərində ərazilərdə monitorinq keçirən zaman Təqsirləndirilən şəxs işlətdiyi qum-çınqıl karxanasının tam fəaliyyətdə olduğunu müşahidə etmiş, sonuncudan başqa Mingəçevir şəhəri ərazisində qum-çınqıl karxanası işlədən olmamış, Təqsirləndirilən şəxs kənar torpaq sahəsini özbaşına tutmasını keçirilən yoxlamalar zamanı müəyyən etməmiş, hasilat axmazda aparıldığından və həmin axmaz dövlət su fondu torpaqlarına aid olduğundan, o cümlədən, axmazda olan hidromexaniki qurğu daima yer dəyişdiyindən faktiki vəziyyəti müəyyən edə bilməmiş, bu səbəbdən də aidiyyəti qurumlara bu barədə məlumat verilməmiş, lakin hər dəfə əraziyə baxış keçirəndə axmazda olan hidromexaniki qurğunun işlək vəziyyətdə axmazın fərqli hissələrdə hərəkətdə olduğunu görmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub tədqiq edildikdən sonra Şahid5 ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, 2018-ci ildən sonra da əraziyə baxış keçirmişdir. Lakin akt tərtib olunmamışdır. 2018-ci ildən sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin vətəndaşlara verdiyi torpaq ərazilərində qum-çınqıl çıxarılma fəaliyyəti dayandırılmışdır. Ancaq bələdiyyənin verdiyi torpaq ərazilərində isə qum-çınqıl çıxarılması fəaliyyəti dayandırılmamışdır. Şəxs də onlara məhz bələdiyyənin qərarını göstərmişdir. Belə qərara gəlmişlər ki, ərazi qərara uyğun formada işləmişdir. Ona görə də, həmin dövrdə akt tərtib etməmişlər. 2018-ci il və 2019-cu il tarixlərində Mingəçevir şəhəri İcra Hakimiyyəti tərəfindən verilən torpaq ərazilərində qum-çınqıl çıxarılması fəaliyyəti dayandırılmışdır. Ancaq Təqsirləndirilən şəxs karxanası işləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, “Mingəçevir” qum-çınqıl yatağında Nəriman Zəkəriyevə məxsus qum-çınqıl karxanasında operator işləmiş, həmin karxanada hidromexaniki qurğu vasitəsilə qum çıxarmışdır. 2018ci ildən etibarən həmin karxanada işləməyə başlamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ondan başqa həmin qurğunu işlədən başqa bir şəxs də olmuşdur. 2018-ci ildən etibarən Nəriman müəllimə məxsus karxanada işləməyə başlamışdır. Qumu təxminən 8-9 və ya 10 metrdən çıxmışdır. 17-18 metrdən qum çıxarmamışdır. Hidromexaniki qurğuya məxsus xortum təxminən 11-12 metr uzunluğunda olmuşdur. Belə olduğu halda 17-18 metrdən dərinlikdən qumun çıxmağı imkansızdır. Qumu çıxardıqdan sonra onlara göstərilən anbara doldurmuşlar. Həmin anbar 2-3 günə qumla dolurmuş. Elə gün olurmuş ki, ərazidən 2 maşın qum çıxara bilmişlər. Yazıb-oxumağı bacarmır. Müstəntiqlə birlikdə əraziyə baxış keçirmişlər. Daha doğrusu onlara məxsus olmayan əraziyə baxış keçirmişlər. Həmin vaxt müstəntiqə baxış keçirdikləri ərazidə işləmədiyini bildirmişdir. Qurğuda bir xortumdan istifadə etmişdir. Həmin xortumun uzunluğu 10-12 metr olmuşdur. Müstəntiqə ərazini göstərmişdir. Həmin vaxt gəzdikləri ərazinin onlara məxsus olmadığını bildirmişdir. Ancaq müstəntiq ona demiş ki, qayığı idarə etsin ərazini o özü ölçəcək. Onların istifadə etdiyi ərazidən başqa əlavə bir ərazi də ölçülmüşdür. Həmin ölçülən ərazi isə onların istifadə etdiyi ərazidən daha böyük olmuşdur. İbtidai istintaq zamanı ifadəsini oxumamış, belə ki, latin qrafikasında yazıb-oxuya bilmir. Göstərilən yazı ona aid olmuş və ibtidai istintaq zamanı verdiyi ifadəni başqa bir şəxs ona oxuduqdan sonra imza çəkmişdir. Nəriman müəllimin göstərişi əsasında yerlərini dəyişərək qum hasil etmişlər. Qurğunu hansı əraziyə doğru çəkmişsə, müstəntiqə də həmin əraziləri göstərmişdir. Ərazidə 2 quyu olmuşdur. Müstəntiqə göstərdiyi ərazinin tamamı onların işlədiyi ərazi olmamışdır. Yəni həmin ərazinin bir qismində işləmişlər. İşə hər gün getməmiş, onun iş rejimi bir gündən bir olmuşdur. Müstəntiq ondan soruşub ki, günə neçə maşın qum satılır? O da cavabında qeyd etmiş ki, günə 5 maşın qum satılıb. Ərazidə qum doldurduqları quyu təxminən 10 gün ərzində boşalırmış. Həmin quyu boşalana qədər, yəni qum satılana qədər işləməmişlər. Həmin karxanada 2018-ci ildən 2019-cu ilə qədər işləmişdir. Qurğunun yerini bəzi vaxtlar 2-3 metr dəyişmişlər. Qurğunun yerini 50-100 metr dəyişməmişlər. Karxanada işlədiyi dövrdə 300 manat maaş almışdır. Ekologiyanın əməkdaşları ilə əraziyə baxış keçirmişdir. Əməkdaşlar onların işlədiyi ərazidən başqa ərazini də qeydə almışlar. Həmin vaxt onlara qeyd olunan ərazinin onlara məxsus olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi elan olunaraq tədqiq olunmuş və o həmin ifadəsində göstərmişdir ki, 2018ci ildən etibarən Mingəçevir şəhəri ərazisində yerləşən “Mingəçevir” qum-çınqıl yatağında Təqsirləndirilən şəxs məxsus qum-çınqıl karxanasında operator vəzifəsində işləmiş, vəzifəsi karxanada olan hidromexaniki qurğunu idarə etməkdən ibarət olmuş, 2022-ci ilin yanvar ayında işdən çıxmış, yəni onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmiş, gördüyü işin müqabilində 300 manat məbləğində əmək haqqını "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabı vasitəsi ilə almış, işlədiyi qum-çınqıl karxanasının faktiki rəhbəri Təqsirləndirilən şəxs olmuşdur. İşlədiyi karxanada hidromexaniki qurğunu gündəlik olaraq səhər tezdən saat 8 dən axşam 17-yə kimi işlətmiş, hidromexaniki qurğunu yalnız nahar vaxı saat 13-dən saat 14-ə kimi söndürmüş, qalan vaxtlarda daima qurğu işlək vəziyyətdə olmuş, hidromexaniki qurğu vasitəsi ilə suyun dibindən qumu və çınqılı sovuraraq, ələk qurğusuna ötürmüş, ələk qurğusunu işlədən şəxs isə həmin qurğu vasitəsi ilə qum və çınqılı çeşidlədikdən sonra qumu yuyaraq karxananın ərazisində olan iki ədəd quyuya borular vasitəsilə ötürmüş, əldə edilmiş məhsullardan yalnız qum quyularda anbarlaşdırılmış, çınqıl isə ələk qurğusunun yanında boş ərazidə anbarlaşdırılmış, karxana əsas qumun satışı ilə məşğul olmuş, karxanadan çınqıl nadir hallarda satılmış, qum və çınqılın hansı məbləğ müqabilində satılmasından xəbərdar olmamış, Təqsirləndirilən şəxs özü satışla məşğul olmuş, hidromexaniki qurğunun yer dəyişməsi Təqsirləndirilən şəxs tapşırığı ilə tərəfindən həyata keçirilmişdir. Ümumilikdə 10 gün ərzindən sovurulan və ələnən təmiz qum bir quyunu tam doldurmuş, bir quyu isə təxminən 20-25 yük avtomobili həcmində qum tutmuş, hər yük avtomobili isə təxminən 10-15 kub metr həcmdə qum həcminə sahib olmuş, ərazidə olan iki quyu növbəli şəkildə 10 gündən bir doldurulmuş, ikinci quyunu doldurduqda birinci quyudan satış aparılmaqla boşaldılmış, boşaldıldıqdan sonra isə növbəti 10 gündə yenidən həmin quyuya qum yerləşdirilmiş, yəni işlədiyi karxanada 10 gün ərzində ən azı 200 kub metr həcmdə qum hasil edilmişdir. İşlədiyi qum-çınqıl karxanasında qum-çınqıl hasilatı aparılması üçün yerin təkindən istifadə hüququ verən “Dağ-Mədən Ayırması” Aktının olub-olmaması barədə hər hansı bir məlumatı olmamış, qum daha çox yük avtomobilləri sürücülərinə satılmış, müəssisələrə qum nadir hallarda satılmış, işlədiyi müddət ərzində gündəlik olaraq ən azı 5 yük avtomobili qum satılmış, karxanada hidromexaniki qurğu yalnız Təqsirləndirilən şəxs göstərişi ilə tərəfindən yer dəyişmiş, qurğunu işlətdiyi ərazilərin Təqsirləndirilən şəxs qanuni ərazisi olduğunu düşündüyündən, sonuncunun göstərişi ilə qurğunun yerini istədiyi istiqamətdə dəyişərək qum və çınqıl hasil etmiş, karxana ərazisində hər hansı bir mərz nişanı olmamış, karxanada qum və çınqıl son işlənilən yerdə təxminən 10 metr dərinlikdən çıxarılmış, lakin əvvəllər axmazın digər tərəfində, yəni karxananın girişinə yaxın yerdə təxminən 17-18 metr dərinlikdən qum və çınqıl çıxarılmışdır. Karxananın kadrlar üzrə mütəxəssisi kimi Şahid7, traktorçusu kimi Şahid8, fəhləsi kimi X19, ələkçisi kimi X21 fəaliyyət göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, 2019-cu ilin fevral ayından etibarən Mingəçevir şəhəri ərazisində yerləşən “Mingəçevir” qum-çınqıl yatağında Təqsirləndirilən şəxs məxsus qum-çınqıl karxanasında kadrlar üzrə mütəxəssis vəzifəsində işləmiş, vəzifəsi işçiləri işə qəbul edilib, azad olunmalarının təşkil edilməsindən və vergi orqanına hesabatların təqdim edilməsindən ibarət olmuş, hər gün qum-çınqıl karxanasına getməmiş, təxminən altı aydan bir karxananın ərazisində olmuş, karxananın xüsusi ofisi olmadığından daima evdən kompyuter vasitəsi ilə işləmiş, işinin müqabilində 300 manat məbləğində əmək haqqını "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabı vasitəsi ilə almış, bundan başqa karxananın fəaliyyəti ilə bağlı hər hansı bir məlumatı olmamış, karxanaya faktiki rəhbərliyi Təqsirləndirilən şəxs həyata keçirmişdir. İşlədiyi qum-çınqıl karxanasının qum-çınqıl hasilatı aparması üçün yerin təkindən istifadə hüququ verən “Dağ-Mədən Ayırması” Aktının olub-olmaması barədə məlumatı olmamış, qum-çınqıl karxanasının vergi və kadr işləri ilə bağlı olan sənədləşmə işlərindən başqa bütün sənədləşmə işlərinə Təqsirləndirilən şəxs nəzarət etmiş, Təqsirləndirilən şəxs aid “Dağ- Mədən Ayırması” Aktını görməmiş, fiziki şəxs olaraq qeydiyyatdan keçmiş Nəriman Zəkəriyeyevə verilmiş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ********** olmuş, karxanada qumun bir kub metri 6 və ya 7 manat müqabilində satılmış, karxanadan hüquqi şəxslərə çınqıl xammalı nadir hallarda satılmış və bu satış üzrə hər kub metr 3.50 manat müqabilində olmuş, satışın 80 faizini qum, 20 faizini isə çınqıl təşkil etmişdir. Karxananın ərazisinin sahəsi 6.95 hektar olmuş, həmin ərazi Mingəçevir Bələdiyyəsi tərəfindən Təqsirləndirilən şəxs icarə müqaviləsi əsasında verilmiş, karxananın ərazisi Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olmuş, karxananın işçilərindən eşitdiyinə görə qum və çınqıl təxminən 10-12 metr dərinlikdən çıxarılmış, qum və çınqılın hasil edilməsinə, eləcə də, satışına Təqsirləndirilən şəxs özü nəzarət etmiş, qum-çınqıl karxanasında ondan başqa karxananın traktorçusu kimi Şahid8, fəhləsi kimi X19, ələkçisi kimi X21, operatoru kimi Şahid6 işləmişdir. Məhkəmə istintaqı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Nəriman Zəkəriyevə məxsus qum-çınqıl karxanasında kadrlar üzrə mütəxəsssis işləmişdir. Həmin karxanada onun xüsusi ofisi olmamışdır. İşlərini evdən və başqa bir ofisdən həll etmişdir. Karxanaya demək olar ki, getməmişdir. Yəni 3-4 ayda bir getmişdir. Qum-çınqıl çıxarılması və digər sənədlərə Təqsirləndirilən şəxs rəhbərlik etmişdir. İttiham aktında karxana ilə əlaqəli yazılan rəqəmlər düzgün olmamışdır. Çünki praktiki olaraq bu mümkün olmaz ki, həmin karxanada o miqadarda qum hasil olunsun. İbtidai istintaq dövründə istintaq orqanının əməkdaşları ilə həmin əraziyə baxış keçirməmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə də əraziyə baxış keçirməmişdir. Təqsirləndirilən şəxs ilə 2018ci il və 2019-cu illərdə bələdiyyə torpağını icarəyə götürdüyü vaxtdan etibarən işləməyə başlamışdır. Həmin ərazi 6,95 hektar ərazini əhatə etmişdir. Ərazi Kür çayının bir sahilində yerləşmişdir. Qum-çınqıl çıxaran qurğu hər daim eyni yerdə olmuşdur. Çünki həmin qurğunun yönünü dəyişmək üçün ən az bir həftə vaxt lazımdır. Qurğu böyük olduğu qədər, həm də yüksək ağırlığa sahib olmuşdur. Qum təxminən 10-12 metr dərinlikdən çıxmışdır. Ərazinin icarə haqqını Nəriman müəllim də ödəmiş, bəzən isə o da ödəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdən 2021-ci ilin fevral ayınadək “Mingəçevir” qum-çınqıl yatağında Nəriman Zəkəriyevə məxsus qum-çınqıl karxanasında traktorçu işləmiş, həmin karxanada traktor vasitəsilə qumu quyudan çıxararaq maşınlara yığmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, quyudan qumu traktor vasitəsilə götürərək maşınlara yığmışdır. Quyuya qumu hidromexaniki qurğu doldurmuşdur. Həmin quyudan isə qumu traktor vasitəsilə götürüb maşınlara yığmışdır. Quyu təxminən 5-10 günə dolurmuş. Ərazidə iki ədəd quyu olmuşdur. Quyu dolsa da, mexaniki qurğu mütəmadi olaraq işləmişdir. Elə olub ki, bir-iki ay işləməmişlər. Günlük 3-4 maşı qum satılmışdır. Ancaq elə olmuş ki, 5-10 gün maşın gəlmirmiş. İbtidai istintaq zamanı müstəntiq əraziyə baxış keçirən vaxt o orada olmamışdır. Ay ərzində neçə maşın qum satıldığını dəqiq bilmir. Çünki elə olurmuş ki, 4-5 gün maşın gəlmirmiş. Ay ərzində təxminən 45-50 maşın qum satılırmış. Ancaq bunu ilin bütün aylarına şamil etmək olmaz. Çünki əsas iş sezonu may və sentyabr aylarında olmuşdur. Digər aylarda isə 25-30 maşın qum satılırmış. Maşın gəlmədiyi üçün bəzi vaxtlar işə getməmişlər. İbtidai istintaq zamanı verdiyim ifadəsini dəqiq xatırlamır. İbtidai istintaq dövründə ona qarşı təzyiq və təsir olunmamışdır. Hidromexaniki qurğuya Şahid6 nəzarət etmişdir. Hidromexaniki qurğu bir yerdə dayanmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumamışdır. İfadəsinin sonuna nə isə yazmağını xatırlamır. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq edir. Kamaz maşınları cəmi 6-7 kub qum tuturmuş. İbtidai istintaq zamanı ifadə verdiyi vaxt ona təzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi elan olunaraq tədqiq olunmuş və o həmin ifadəsində göstərmişdir ki, 2018ci ildən etibarən Mingəçevir şəhəri ərazisində yerləşən “Mingəçevir” qum-çınqıl yatağında Təqsirləndirilən şəxs məxsus qum-çınqıl karxanasında traktorçu vəzifəsində işləmiş, vəzifəsi karxanada olan traktor yəni, ekskovator vasitəsi ilə qumu yük maşınlarına yığmaqdan, hasil edilmiş çınqılı geri suya tökməkdən ibarət olmuş, işinin müqabilində 300 manat məbləğində əmək haqqını "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabı vasitəsi ilə almış, işlədiyi karxanaya faktiki rəhbərliyi Təqsirləndirilən şəxs həyata keçirmişdir. İşlədiyi karxanada ekskovatoru yalnız özü idarə etmiş, ümumiyyətlə karxanada gündəlik olaraq hər gün səhər tezdən saat 8 dən axşam 17-yə kimi ekskovatoru işlətmiş, yalnız nahar vaxyı saat 13-dən saat 14-ə kimi işi dayandırmış, qalan vaxtlarda daima işləmiş, karxanada hidromexaniki qurğu vasitəsi ilə Şahid6 suyun dibindən qumu və çınqılı sovuraraq ələk qurğusuna ötürmüş, ələk qurğusunu işlədən Qvami Tapdıqov isə həmin qurğu vasitəsi ilə qum və çınqılı çeşidləyərək qumu yuyub karxananın ərazisində olan iki ədəd quyuya borular vasitəsilə ötürmüş, əldə edilmiş məhsullardan yalnız qum quyularda anbarlaşdırılmış, çınqıl isə ələk qurğusunun yanında boş ərazidə yerləşdirilmiş, karxana əsas qumun satışı ilə məşğul olmuş, karxanadan çınqıl nadir hallarda satılmış, bir yük maşını qum ən azı 50 manata və ya 60 manata satılmış, bir yük maşını isə 10-15 kub metr arası həcmdə qum tutumuna malik olmuş, çınqılın isə hansı məbləğə satıldığını bilməmiş, Təqsirləndirilən şəxs özü satışla məşğul olmuş, hidromexaniki qurğunun yer dəyişməsi Təqsirləndirilən şəxs tapşırığı ilə həyata keçirilmiş, 10 gün ərzindən sovrulan və ələnən təmiz qum bir quyunu tam doldurmuş, bir quyu isə təxminən 20-25 yük avtomobili həcmində qum tutmuş, ərazidə olan iki quyu növbəli şəkildə 10 gündən bir doldurulmuş, ikinci quyunu doldurduqda birinci quyudan satış aparılıb boşaldılmış, boşaldıqdan sonra isə növbəti 10 gündə yenidən həmin quyuya qum vurulmuş, yəni işlədiyi karxanada 10 gün ərzində ən azı 200 kub metr həcmdə qum hasil edilmişdir. İşlədiyi qum-çınqıl karxanasında qum-çınqıl hasilatı aparılması üçün yerin təkindən istifadə hüququ verən “Dağ-Mədən Ayırması” Aktının olub-olmaması barədə hər hansı bir məlumatı olmamış, qum daha çox yük avtomobilləri sürücülərinə satılmış, müəssisələrə qum nadir hallarda satılmış, 2018-ci ildən 2021-ci ilə qədər ən çox gün ərzində 9 maşına qum yükləmiş, bəzi günlərdə də heç bir satış olmaması halı da olmuş, orta hesabla həmin dövrdə ən azı aylıq 50-60 yük avtomobili qumu fərqli yük avtomobillərinə yükləmiş və ardınca satışı həyata keçirilmiş, karxanada hidromexaniki qurğunun yeri yalnız Təqsirləndirilən şəxs göstərişi ilə işçi tərəfindən dəyişdirilmiş, bütün işçilər sonuncunun tapşırığını icra etmiş, karxana ərazisində hər hansı bir mərz nişanı olmamışdır. Karxananın sahibkarı kimi Təqsirləndirilən şəxs, karxananın kadrlar üzrə mütəxəssisi kimi Şahid7, karxananın hidromexaniki qurğusunu idarə edən operator kimi Şahid6, karxananın fəhləsi kimi X19, karxananın ələkçisi kimi X21 işlədiyi karxanada fəaliyyət göstərmişdir. Məhkəmə istintaqı zamanı ekspert X13 bildirmişdir ki, 07 iyun 2022-ci il tarixli 10/1305 nömrəli ekspert rəyini müdafiə edir və bildirmək istəyir ki, əsasən bu ekspertiza təqdim edilmiş materiallar, aktlar və baxış zamanı əldə olunmuş məlumatlar əsasında keçirilmişdir. Ekspertiza təyin olunması haqqında qərarda, agentlik bir tərəf olduğu üçün ekspertdən soruşulmuş ki, dəqiq sahənin həcmi nə qədərdir? Bunu müəyyən etmək üçün sahəyə baxış keçirilmişdir. Belə ki, həmin sahəyə baxış zamanı istintaq orqanı tərəfindən həm sahibkarın nümayəndəsi, həm agentliyin nümayəndəsi, həm də dəqiq ölçü işləri aparmaq üçün əmlak komitəsindən ölçü cihazı götürülmüşdür. Bununla yanaşı baxış zamanı işi aparan müstəntiq özü də iştirak etmişdir. Həmin sahəyə baxış 01 mart 2022-ci il tarixdə keçirilmişdir. Ekologiya idarəsi də həmin sahəyə baxış keçirmişdir. Lakin Ekologiya və Təbii Sərvətlər nazirliyinin keçirdiyi baxış ilə onların keçirdiyi baxış arasında 1 il 1 ay fərq olmuşdur. Yəni həmin idarə onlardan əvvəl baxış keçirmişdir. Ona görə də, onların müəyyən etdiyi rəqəmlərlə, həmin idarənin müəyyən etdiyi rəqəmlər arasında fərqlilik olması normaldır. Bunu da onunla izah edir ki, 1 il 1 ay ərzində həm çay öz istiqamətini dəyişə bilər, həm də sahibkar 1 il ərzində sahədə hasilat apara bilər və bununla da dərinlik dəyişə bilər. Ekspert rəyini tərtib etməkdə əsas götürdükləri sənədlər isə, baxış zamanı götürülən məlumatlardır. Belə ki, bu məlumatları əldə etmək üçün bütün tərəflərlə birlikdə sahəyə getmişlər və onlarla yanaşı sahibkarın nümayəndəsi onlarla birlikdə baxışda iştirak etmişdir. Bundan sonra, sahibkarın nümayəndəsi qayığa əyləşib və sahəyə baxışa çıxmışlar. Baxış zamanı sahibkarın nümayəndəsi onlara gölün hansı tərəfindən hasilat işləri aparılıbsa, həmin yerləri göstərmişdir. Onlar da öz növbəsində həmin yerlərdən metrə ilə mexaniki olaraq ölçü işləri aparmışlar. Nümayəndənin göstərdiyi hər nöqtəni metrə ilə mexaniki olaraq ölçmüşlər və bundan sonra, özlərində qeydlər aparmışlar. Bundan sonra, artıq öz iş yerlərində “Google Earth” proqramının çəkdiyi fotoşəkillər ilə hasilat aparılan və ölçdükləri yerləri qarşılaşdırmışlar. Belə ki, onların ölçdüyü koordinatlar ilə, “Google Earth” proqramının çəkdiyi fotoşəkillər üst-üstə düşmüşdür. Həmin koordinatları müəyyənləşdirmişlər və daha da dəqiq nəticəyə gəlmək üçün, çayın hasilat aparılmayan yerlərində ölçü işləri apamışlar. Həm çayın kənarları, həm də ortasının dərinliyini müəyyən etmişlər. Bundan sonra bütün dərinlikləri toplayaraq koordinatların sayına bölüb orta dərinlik müəyyən etmişlər. Belə ki, hesablama işləri aparmışlar və orta dərinliyi 6,66 metr müəyyən etmişlər. İstintaq orqanı onlara məlumat vermişdir ki, sahibkar sahədə 43 ay hasilat işləri aparmışdır. Onlar da bundan sonra orta dərinliyi çıxarmış və hesablamışlar ki, ümumilikdə 62.604 kub sahədə hasilat işləri aparılmışdır. Onlar da hesablamanı iki qaydada aparmışlar. Çünki qərara əsasən 2020-ci ilə qədər hesablama bir qaydada olmuş, sonra isə başqa qaydada olmuşdur. Bundan sonra, bütün hesablama işlərini aparmışlar və müəyyən etmişlər ki, dövlətə dəymiş ziyan ümumilikdə 202 min 370 manatdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, baxışda sahibkarın nümayəndəsi iştirak etmiş və qayıqda onlarla birlikdə olmuşdur. Həmin nümayəndənin göstərdiyi yerlərdə ölçü işləri aparmışlar. O, sahibkarın nümayəndəsi kimi sahədə sadəcə həmin şəxsi görmüşdür. Əmlak komitəsindən nümayəndə baxışda iştirak etmişdir. Əmlak komitəsindən ölçü işləri aparmaq üçün cihaz almışlar. Çünki onların cihazı daha dəqiq ölçür. Sahədə müstəntiq və ekologiya idarəsinin əməkdaşları da iştirak etmişdir. Onlara hasilat aparılan yerləri qayıqda olduqları zaman sahibkarın nümayəndəsi göstərmişdir. “Google Earth” proqramının koordinatları ilə sahibkarın nümayəndəsinin onlara göstərdiyi yerlər üst-üstə düşmüşdür. Onlara qayıq sürən və sahəni göstərən sahibkarın nümayəndəsini müstəntiq təqdim etmişdir. Sahibkar özü sahədə olmamışdır. Əgər səhv etmirsə, sahibkarın nümayəndəsi sahədə işləmişdir. Axarın sürətini müəyyən etməyə ehtiyac olmamışdır. Axarın sürəti dəyişkən olduğu üçün, onu ölçmək mümkün deyildir. Onların ölçdüyü sahədə axın olmamışdır. Sahəyə baxış zamanı qayıqda 3 nəfər olmuşlar. Sahədə ölçü apardıqca qeydlər aparmışlar. Protokola bir çox şəxs imza çəkmişdir. Protokola imza çəkən şəxslərin bir çoxu qayıqda olmamışdır. Çünki qayıqa 10 nəfər yerləşə bilməzmiş. Qayıqda Əmlak Komitəsinin nümayəndəsi, sahibkarın nümayəndəsi və o, olmuşdur. Baxış protokolunu tərtib edən müstəntiq olmuşdur. Onlar sahədə dərinliyi müəyyən etmiş və daha sonra apardığı qeydləri nümayəndələrə və müstəntiqə izah etmişdir. Sahibkarın nümayəndəsi hansı sahəni göstəribsə, o sahədə ölçü işləri aparmışlar. Baxış zamanı hidromexaniki qurğu sahədə olmuşdur. Hidromexaniki qurğuya baxış keçirməmişlər, çünki rəy tərtib etmək üçün buna ehtiyac olmamışdır. Onlar orta hesabla hasilatı hesablamışlar. “Google Earth” proqramının çəkdiyi hasilat aparılan yerlərin fotoşəkilləri ilə, sahibkarın nümayəndəsinin onlara göstərdiyi nöqtələr bir-birinə uyğun gəlmişdir. Göl axmazdır. Yəni 4 tərəfi bağlı olmuşdur. Göldə 12 koordinat müəyyən etmişlər və həmin koordinatlardan ölçü işləri aparmışlar. Agentliyin onlara verdiyi koordinatlarda hasilat aparılan sahə daha böyük olmuşdur. Lakin onlar özü hasilat aparılan sahəni ölçmüş və sahəni 12 koordinat olaraq müəyyən etmişlər. Agentlik onlardan əvvəl sahəyə baxış keçirmiş və dərinliyi 1,8 metr müəyyən etmişdir, lakin onlar dərinliyi 6,66 metr müəyyən etmişlər. Ola bilsin ki, agentlik onlardan 1 il 1 ay əvvəl sahəyə baxış keçirdikləri üçün orta istismar dərinliyi 1,8 metr müəyyən edilmişdir. Onlar sahəni ölçdüyü zaman müxtəlif dərinliklər müşayiət olunmuşdur. Onlar bu dərinlikləri hesablamış və orta istismar dərinliyi müəyyən etmişlər. Sahədə olan fərqli dərinlikləri bununla izah edir ki, çayın kənarları dayaz, ortaları isə dərin olmuşdur. Onlara təqdim edilən ərazinin biri 22 sot, digəri isə 72 sot olmuşdur. Onlardan əvvəl sahəni ölçən agentlik isə daha böyük sahədə ölçü işləri aparmış və orta istismar dərinliyi 1,8 metr hesablamışlar. Lakin onlara təqdim edilən və agentliyə nisbətən daha balaca sahədə ölçü işləri aparmışlar və orta istismar dərinliyini 6,66 metr hesablamışlar. Ona görə də, agentliyin hesabladığı rəqəmlərlə onların hesabladığı rəqəmlər üst-üstə düşmür. Çünki aradan 1 il 1 ay keçmişdir və həmin müddət ərzində sahibkar orada hasilat işləri apara bilər. Dərinliyi rəngli metrə ilə ölçmüşlər. Dərinliyi ölçdükləri zaman videoçəkiliş olmamış, lakin fotoşəkillər çəkilmişdir. Metrənin başına ağır dəmir bağlayıb suya atmışlar və bundan sonra dərinliyi ölçmüşlər. Məhkəmə istintaqı zamanı ekspert X14 bildirmişdir ki, onlara təqdim olunan koordinatlara idarədə yenidən komeral yoxlama aparılmışdır. Belə ki, aktda olan məlumatlarla, iş materiallarında olan məlumatlarla və eyni zamanda “Google Earth” proqramının illər üzrə çəkdiyi görüntülərlə sahə müqayisə olunmuşdur. Həqiqətən də, həmin görüntülərdən müəyyən olunmuşdur ki, nöqtələr gördükləri yerlərdə hər iki hissədə, hidromexaniki qurğu müşahidə olunmuşdur. Hidromexaniki qurğu həm kiçik sahədə, həm də böyük sahədə müşahidə olunmuşdur. Hasilat apardıqları yer çayın kənarındadır və axmazdır. Köhnə fotoşəkillərdən müəyyən olunmuşdur ki, qurğu onlara təqdim olunan yerdə olmamışdır. Ona görə də, dərinliyi 1-2 metr azaltmışlar. Onu da qeyd edir ki, qurğunun borusunu uzatmaq olur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, komeral yoxlama əldə olunmuş məlumatların müqayisə olunmasıdır. Komeral yoxlama zamanı tək bir ziddiyət müşahidə olunmuşdur. Bu da ekologiyanın onlara göstərdiyi sahə ilə, onların ölçdükləri sahə arasında olan böyüklük fərqi olmuşdur. Yəni agentliyin onlara göstərdiyi sahə daha böyük olmuşdur. İş materiallarında olan məlumatlarla, ekologiyanın onlara verdiyi məlumatlar və onların ölçdükləri sahə ilə müqayisə aparmışlar. 2019-cu il tarixdə və 2020-ci il tarixdə hidromexaniki qurğu sahədə görsənmişdir. O, sahədə ölçülərin götürülməsində iştirak etməmişdir. Hidromexaniki qurğunun borusu uzadıla və ya qısaldıla bilərmiş. Ona görə ki, həmin boru elə hazırlanmışdır. Agentlik onlardan 1 il 1 ay əvvəl hasilat aparılan sahəni ölçüb və müəyyən etmişdir ki, 53 min kub metr hasilat aparılmışdır. Onlar isə 62 min kub metr sahədə hasilat aparıldığını müəyyən etmişlər. Bu fərqliliyi onunla izah edir ki, agentlik orta hasilat dərinliyini 1,8 metr hesablamışlar. Onlar isə orta hasilat dərinliyini 6,6 metr hesablamışlar. Yəni onlar daha az sahə və daha çox dərinlik əldə etmişlər. Ona görə də, agentliyin hesabladığı rəqəmlərlə, onların hesabladığı rəqəmlər fərqli ola bilər. Onu da qeyd edir ki, agentlik onlardan 1 il 1 ay əvvəl sahəyə baxış keçirmişdir. 1 il 1 ay müddətində isə sahibkar sahədə hasilat apara bilərdi. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki X25 X4 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanlanan 10 noyabr 2021-ci il tarixli, 19/1225 saylı məktubdan görünür ki, X25 X1 İdarə Heyətinin sədri Samir Qurbanov Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək rəhbərlik etdiyi agentliyin əməkdaşları tərəfindən Agentliyin Nizamnaməsinə əsasən faydalı qazıntı ehtiyatlarının uçotunun aparılması məqsədilə Mingəçevir inzibati ərazisində yerləşən “Mingəçevir” qum-çınqil yatağına baxış keçirilən zaman fərdi sahibkar Təqsirləndirilən şəxs tərəfindən özbaşına faydalı qazıntı hasilatının aparılması, yerin təkindən istifadəyə icazə verən “Dağ-mədən ayırması” aktı olmadan qanunsuz olaraq fəaliyyət göstərməsi müəyyən edilmiş, Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verilməsi və həmin şəxsin məsuliyyətə cəlb olunmasını xahiş etmişdir (cild 01, iş vər. 6-7). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki X25 X1 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 231 saylı Aktdan görünür ki, agentliyin əməkdaşları tərəfindən həmin tarixdə Mingəçevir şəhəri “Mingəçevir” qum-çınqil yatağında yerləşən fiziki şəxs Təqsirləndirilən şəxs məxsus karxanaya baxış keçirilən zaman Təqsirləndirilən şəxs yer təki istifadəçisinə icazə verən müvafiq icazə sənədi olmadan qanunsuz olaraq fəaliyyət göstərməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz işlətdiyi qum-çınqıl karxanası tərəfindən Mingəçevir şəhəri ərazisində yerləşən Kür çayının sağ sahilində axmazda qanunsuz zəbt edilmiş ərazinin sahəsi 11 fevral 2021-ci il tarixədək 11.814 kvadrat metr, təbii su layının qalınlığı nəzərə alınmaqla orta istismar dərinliyi 1.8 metr olmuş, həmin ərazidə 21.265 kub metr həcmində qum-çınqıl hasilatı aparılmışdır (cild 01, iş vər. 8-9). Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Mingəçevir şəhər prokurorunun köməkçisi, X25 X1 əməkdaşları, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı və hal şahidlərinin iştirakı ilə Mingəçevir şəhəri “Mingəçevir” qum-çınqil yatağında yerləşən fiziki şəxs Təqsirləndirilən şəxs istifadəsində olan qum-çınqıl yatağına baxış keçirilmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 51-72). Cinayət işinin materiallarında olan X25 X2 əməkdaşları tərəfindən tərtib edilmiş 28 dekabr 2021-ci il tarixli, 616 saylı Aktından görünür ki, həmin tarixdə agentliyin əməkdaşları Mingəçevir şəhər prokurorunun köməkçisi, X25 X1 əməkdaşları, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı və hal şahidlərinin iştirakı ilə Mingəçevir şəhəri “Mingəçevir” qumçınqil yatağında yerləşən fiziki şəxs Təqsirləndirilən şəxs istifadəsində olan karxanaya baxış keçirilən zaman Təqsirləndirilən şəxs yer təki istifadəçisinə icazə verən müvafiq icazə sənədi olmadan qanunsuz olaraq fəaliyyət göstərməsi müəyyən edilmişdir. 28 dekabr 2021-ci il tarixədək Təqsirləndirilən şəxs qanunsuz işlətdiyi qum-çınqıl karxanası tərəfindən digər özbaşına tutulmuş ərazinin sahəsi 4.316 kvadrat metr, təbii su layının qalınlığı nəzərə alınmaqla orta istismar dərinliyi 7.5 metr olmuş və özbaşına tutulmuş ərazidə 32.370 kub metr həcmində qum-çınqıl hasilatı aparılmışdır (cild 01 iş vər. 109- 110). Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1 və 541-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətdiyindən, inzibati qaydada 2000 (iki min) manat cərimə olunmuşdur (cild 01 iş vər. 81). Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yerin təkindən istifadə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək inzibati qaydada 2000 (iki min) manat cərimə olunmuşdur (cild 01 iş vər. 90). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yerin təkindən istifadə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək inzibati qaydada 1500 (min beş yüz) manat cərimə olunmuşdur (cild 01 iş vər. 98). Cinayət işinin materiallarına əlavə edilmiş X25 X2 29 mart 2021-ci il tarixli 19/1469 nömrəli məktubundan görünür ki, fiziki şəxs Təqsirləndirilən şəxs “Dağ-mədən ayırması” aktının verilməsi ilə bağlı X25 X3 hər hansı bir müraciəti daxil olmamışdır (cild 01 iş vər. 106). Cinayət işinin materiallarında olan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanlanmış xx.xx.2022-ci il tarixli, 185 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs sədri olduğu "xxxx" MMC-yə qum-çınqıl istehsalı məqsədilə Mingəçevir şəhər icra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 03 nömrəli sərəncamı ilə 5 hektar və xx.xx.2014-cü il tarixli 97 nömrəli sərəncamı ilə 10 hektar torpaq sahəsi ayrılmışdır. Lakin Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 98 saylı sərəncamı ilə yaradılmış komissiya tərəfindən şəhər ərazisində qum-çınqıl istehsalı, kənd təsərrüfatı və digər fəaliyyət növləri üçün Şəhər İcra Hakimiyyəti başçısının sərəncamları ilə ayrılmış torpaq sahələrindən təyinatı üzrə istifadə olunması, bağlanmış icraə müqavilələrinin şərtlərinə düzgün əməl edilməsi və digər tələblərin icra vəziyyətinin yoxlanması nəticəsində aşkarlanmış nöqsanlar aradan qaldırılmadığı üçün Şəhər İcra Hakimiyyəti başçısının 16.05.2.013-cü il tarixli 60 saylı sərəncamı ilə "xxxx" MMC-yə qum-çınqıl istehsalı məqsədilə Mingəçevir şəhər icra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 03 nömrəli sərəncamı ilə ayrılmış 5 hektar torpaq sahəsi geri alınaraq dövlət torpaq fonduna qaytarılmışdır. Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 97 saylı sərəncamı ilə qum-çınqıl istehsalə üçün ayrılmış 10 hektar torpaq sahəsi "xxxx" MMC-nin torpaq sahəsindən istifadə etmədiyi üçün geri qaytarılması barədə müraciətləri (əvvəl 9 ha, sonra 1 ha) nəzərə alınaraq Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 63 saylı sərəncamı ilə 9 ha və xx.xx.2018-ci il tarixli 32 saylı sərəncamı ilə yerdə qalan 1 ha torpaq sahəsi geri alınaraq dövlət ehtiyat torpaq fonduna qaytarılmışdır (cild 01, iş vər. 251-252). Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X26 Enerji Təchizatı və Satışı idarəsi tərəfindən təqdim olunan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs **********6 nömrəli abonent koduna sahib olmuş, Təqsirləndirilən şəxs 2018-ci il ərzində istehlak etdiyi enerji sərfiyyatına görə ödənişi 68.623,76 manat məbləğində, 2019cu il ərzində istehlak etdiyi enerji sərfiyyatına görə ödənişi 91.410,89 manat məbləğində, 2020-ci il ərzində istehlak etdiyi enerji sərfiyyatına görə ödənişi 89.266,01 manat məbləğində və 2021-ci il ərzində istehlak etdiyi enerji sərfiyyatına görə ödənişi 57.447 manat məbləğində olmuşdur (cild 02 iş vər. 06-10) Cinayət işinin materiallarında olan 01 mart 2022-ci il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, 01 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin mühəndis-texniki şöbəsinin böyük eksperti, İ dərəcəli ədliyyə qulluqçusu X8, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X25 X2 Monitorinq və nəzarət şöbəsinin aparıcı mütəxəssisi Şahid2, həmin Agentliyin Monitorinq və nəzarət şöbəsinin aparıcı mütəxəssisi X15, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax ərazi idarəsinin yerquruluşunun təşkili şöbəsinin yerquruluşu üzrə texniki X16 və Təqsirləndirilən şəxs məxsus qum-çınqıl karxanasında operator vəzifəsində işləyən Şahid6 iştirakları ilə Mingəçevir şəhəri ərazisində “Mingəçevir” qum-çınqıl yatağında fəaliyyət göstərən Təqsirləndirilən şəxs məxsus qum-çınqıl karxanasına baxış aparılmış və baxış zamanı müəyyən olunmuşdur ki, qum-çınqıl karxanası Mingəçevir şəhəri ərazisində yerləşir, qumçınqıl karxanası Mingəçevir şəhərində mərkəzdə yerləşən “Asan Xidmət” mərkəzindən təxminən 500 metr irəli hərəkət etdikdən sonra sola döndükdə, təxminən iki kilometr daşlıq yolla hərəkət edildikdə Kür çayının axını ilə sol istiqamətində axmazda yerləşir, qum-çınqıl karxanasının ərazisi qum, çınqıl və torpaq örtüklüdür, qum-çınqıl karxanasının girişindən sağ tərəfdə bir mərtəbəli tikili vardır, qum-çınqıl karxanasının ərazisində iki ədəd qum yığmaq üçün quyu vardır, hər iki quyunu bir-birindən torpaq örtüklü yol ayırır, həmçinin hər iki quyu arasında bir ədəd dövlət qeydiyyat nişanı olmayan “Doosan 255 LCV” markalı ekskovator vardır, hər iki quyuya ələkdən uzanan borular çəkilmiş, quyuların kənarında isə anbarlaşdırılmış qum xammalları yerləşdirilmiş, quyulardan sonra karxana ərazisində ələk qurğusu yerləşdirilmiş, quyulardan ələk qurğusuna olan məsafə 55 metr olmuş, ələk qurğusunun ətrafında iki ədəd yükləyici texnika olmuş, həmin texnikaların hər hansı bir qeydiyyat nişanı olmamış, yükləyici texnikanın ətrafında isə anbarlaşdırılmış çınqıl xammalları yerləşdirilmiş, ələk qurğusu ilə paralel elektrik xəttinin aşağı hissəsində bir ədəd elektrik tənzimləyicisi vardır, həmin elektrik tənzimləyicisinə elektrik xəttindən 03 ədəd elektrik naqilləri birləşdirilmiş, həmin elektrik naqilləri hidromexaniki qurğuya uzanan boru kəmərlərinin üstü ilə hidromexaniki qurğuya istiqamətdə uzadılmış, ələk qurğusundan 160 metr məsafədə isə 01 ədəd hidromexaniki qurğu axmazda yerləşdirilmiş, hidromexaniki qurğudan ələk qurğusuna doğru təxminən 50 sm diametri olan boru kəmərləri uzanır, həmin boru kəmərləri ardınca ələk qurğusundan quyulara doğru uzanır, hidromexaniki qurğu baxış zamanı işlək vəziyyətdə olmamışdır. Baxış zamanı ekspert və mütəxəssislərin iştirakları ilə hasilat aparılmış kənar ərazilərin döngə nöqtələrinin müəyyən edilməsi və hər bir döngə nöqtələrində dərinliklərin müəyyən edilməsi üçün ərazidə olan qayıqla Kür çayının axmazında hərəkət edilmiş, baxışda iştirak edən ekspert Fərhad Mahmudov dərinlikləri başlığına ağır metal hissə bağlanılmış ölçü qurğusu ilə, mühəndis Farid Vəliyev isə döngə koordinatlarını “Trimble TSC3 S/N” markalı gps qurğu vasitəsi ilə aşkar etmiş, Hərəkət zamanı X671041.78, Y4513647.23, X671058.14, Y4513631.34, X671082.43, Y4513638.03, X671106.18, Y4513652.66, X671083.32, Y4513673.28, X671061.23, Y4513747.39, X671057.84, Y4513868.75, X671092.20, Y4513893.36, X671183.36, Y4513905.84, X671184.94, Y4513974.99, X671128.42, Y4513985.60, X671057.90, Y4513984.97 künc nöqtələri (döngələri) üzrə koordinatlarda hasilat aparıldığı müəyyən olunmuş, qeyd olunan künc nöqtələri (döngələri) üzrə koordinatlar axmazda yalnız hasilat aparılmış sahənin koordinatları olmuş, həmçinin hər bir koordinat üzrə dərinliklər müvafiq olaraq müəyyən edilmiş, müvafiq olaraq hər bir koordinat üzrə dərinliklər sıra ilə 9.1, 18.7, 18.2, 18.1, 5.6, 5.5, 10.7, 18.8, 14.7, 13.4, 16.5 və 12.4 metr olmuş, orta istismar dərinliyinin müəyyən edilməsi üçün Kür çayının axmazında hasilat aparılmamış, yəni qazma işləri aparılmamış hissəsində dərinlik ölçülmüş və istismar edilməmiş ərazidə dərinliyin kənarlarda 6.2 və 5.6 metr, ortada isə 6.7 metr olduğu müəyyən olunmuş, qeyd olunan 12 döngə nöqtələri və 12 nöqtə üzrə dərinliklər hasilat aparılmış sahədə müəyyən edilmişdir. Müvafiq foto şəkillər çəkilməklə protokola əlavə edilmişdir (cild 02, iş vər. 57-78). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2022-ci il tarixli 10/1305 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 43 ay ərzində ümumi hasil edilmiş qum-çınqıl qarışığının həcmi 62.604 kub metr, bir ayda isə hasil edilmiş qum-çınqıl qarışığının həcmi 1455.9 kub metr, istehsal edilmiş qum-çınqıl qarışığının dəyəri 202.370,1 manat təşkil etmişdir. (Hesablanma qaydası: xx.xx.1998-ci il tarixli 239 nömrəli qərarı ilə 1455.9 kub metr aylıq həcm x 23 ay x 3 AZN =100.457,1 AZN və xx.xx.2020-ci il tarixli 119 nömrəli qərarı ilə 1455.9 kub metr aylıq həcm x 20 ay x 5 AZN x 0.7 əmsal = 101.913 AZN hesablanaraq cəmi 202.370,1 manat) (cild 03 iş vər. 177-184). Cinayət işinin materiallarına əlavə edilmiş “Google Earth” proqramı vasitəsi ilə əldə edilmiş peyk görüntülərindən çıxarışlardan məlum olur ki, Mingəçevir şəhəri ərazisində “Mingəçevir” qum-çınqıl yatağında fəaliyyət göstərən Təqsirləndirilən şəxs məxsus qumçınqıl karxanasında fəaliyyət göstərən hidromexaniki qurğu 2018-ci ilin iyul ayından etibarən müxtəlif koordinatlar üzrə sahələrdə hərəkətdə olmuş, həmin hidromexaniki qurğu vasitəsi ilə xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə müəyyən olunmuş ərazi daxilində fərqli koordinatlarda hasilat aparılmışdır (cild 01 iş vər. 218-230). Cinayət işinin materiallarına əlavə edilmiş X25 X2 çay vadilərində fəaliyyət göstərən karxana sahələrinin çay yataqlarına mənfi təsiri barədə 28 mart 2022-ci il tarixli 19/349 nömrəli arayışdan görünür ki, fiziki şəxs Təqsirləndirilən şəxs karxana sahəsində istismar fəaliyyəti sahəyə yaxın ərazilərdə böyük həcmli göllərin əmələ gəlməsi ilə yanaşı bataqlaşma, suffoziya proseslərinin baş verməsinə səbəb olmuş, həmçinin bərpa olunmayan xammal ehtiyatına malik olan bu sahədə sovurma üsulu ilə aparılan istismar fəaliyyəti ətraf ərazilərdə batma hadisəsinin baş verməsinə, strateji obyekt olan Mingəçevir su anbarı üçün ciddi təhlükəyə səbəbi olmuşdur (cild 02 iş vər. 208-209) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 19 aprel 2022-ci il tarixli **********74 nömrəli məktubundan görünür ki, X671041.78, Y4513647.23, X671058.14, Y4513631.34, X671082.43, Y4513638.03, X671106.18, Y4513652.66, X671083.32, Y4513673.28, X671061.23, Y4513747.39, X671057.84, Y4513868.75, X671092.20, Y4513893.36, X671183.36, Y4513905.84, X671184.94, Y4513974.99, X671128.42, Y4513985.60, X671057.90, Y4513984.97 künc nöqtələri üzrə müəyyən olunmuş koordinatlar daxilində yerləşən torpaq sahəsi dövlət mülkiyyətinə aid olmaqla, su fondu kateqoriyalı torpaq sahələrində yerləşmişdir (cild 03 iş vər. 26-27). Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir Bələdiyyəsinin 12 iyun 2012-ci il tarixli, 06/8 saylı qərarından və ona əlavə olunmuş torpaq sahəsinə dair cizgidən görünür ki, Mingəçevir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 54/4 saylı qərarı ilə Mingəçevir şəhəri, C.Məmmədquluzadə küçəsi ev 21, mənzil 2-də yaşayan şəhər sakini X10 Sağ sahildəki axmazlar ərazisindən kənd təsərrüfatı məhsullarının və faydalı qazıntıların istehsalı ilə məşğul olmaq üçün icarəsinə ayrılmış 6,95 ha torpaq sahəsi Mehman Mehdiyevin razılıq ərizəsinə əsasən geri alınaraq təyinatı dəyişmədən Qəbələ rayonu, Zarağan kənd sakini Təqsirləndirilən şəxs 20 il müddətinə icarəsinə verilmişdir (cild 02, iş vər. 111-112). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada vergi ödəyicisi kimi qeydiyyatdan keçərək VÖEN əldə etmiş, vergi xidmətinin nəzarətində olmuş, mütəmadi olaraq vaxtında vergi bəyannmələrini təqdim etmiş, işə götürən qismində çıxış edib əmək müqavilələri bağlamaqla işçilər işə götürmüş, əmək haqlarını və müvafiq dövlət ödənişlərini (vergiləri, sosial sığorta ödənişləri və s.), kommunal ödənişləri vaxtında ödəmiş və hesabatları təqdim etmişdir. Bundan əlavə, xx.xx.2018-ci il tarixdə fəaliyyət göstərdiyi ünvanda (Mingəçevir şəhəri, Sağ sahil, Axmazlar olan ərazi) səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi olaraq Azərbyacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) olmadan qum-çınqıl istehsalı ilə məşğul olduğuna görə barəsində xx.xx.2018-ci il tarixli 002512 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir (cild 03, iş vər. 21-22). Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri ərazisində 6.95 hektar torpaq sahəsinin Mingəçevir Bələdiyyəsi tərəfindən saxta sənədlər əsasında icarəyə verilməsi xüsusatı öz təsdiqini tapmadığından, həmin faktla bağlı aparılan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir (cild 03 iş vər. 246-264). Məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı cinayət işinin materiallarında mövcud olan sübutları ayrı-ayrılıqda və birlikdə tədqiq edib, hər bir sübutu mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi üzrə qiymətləndirib belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs sənayedə və digər obyektdə aparılan istismar işləri zamanı X20 qaydalarına riayət olunması üçün cavabdeh şəxs kimi həmin qaydalara riayət etməyib qaydaları pozmasının ağır nəticələrə səbəb olması və vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi cinayətlərini törətməsi ilə bağlı düzgün nəticəyə gəlib ona qarşı CM-in 247 və 308.2-ci maddələri ilə ittiham irəli sürsə də, mövcud sübutları düzgün qiymətləndirməyərək sonuncunun tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan torpaq sahələrini qarışıq süxur götürərək emal edib qazanc əldə etmək məqsədilə özbaşına tutması ilə bağlı yanlış qənaətə gəlmiş və düzgün olmayaraq ona qarşı həmçinin CM-in 188.4.2-ci maddəsi ilə də ittiham irəli sürmüşdür ki, bu hissədə məhkəmə kollegiyası ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşmır və hesab edir ki, həmin hissədə onun əməli CM-in 188.4.2-ci maddəsindən, həmin Məcəllənin 192.2.1-ci maddəsinə, yəni qanunsuz sahibkarlıq cinayətini ehtiva edən maddəsinə tövsif olunmalıdır və o, sözügedən maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma cinayət məsuliyyətinə səbəb olur. CM-in 188.4.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 188.1-188.3-cü maddələrində nəzərdə tutulmuş əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə cinayət məsuliyyətinə səbəb olur və həmin əməlin törədilməsində təqsirli bilinən şəxs beş ildən səkkiz ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 mart 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin bu normasında müəyyən olunan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, maddədə nəzərdə tutulan əməllərin törədilməsi iqtisadi sistemdə və ekoloji potensialın yüksəldilməsində çox mühüm rol oynayan torpaqdan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişməsinə səbəb olur. Qanunverici Cinayət Məcəlləsinin bu maddəsində torpaq üzərində mülkiyyət hüququnun pozulmasını torpağın mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, Azərbaycan Respublikasının vahid torpaq fonduna daxil edilən torpaqların bütün kateqoriyalarına aid etmişdir. Eyni zamanda, qeyd olunan normanın dispozisiyasında nəzərdə tutulmuş torpaq üzərində mülkiyyət hüququnun pozulması mülkiyyət hüququnun hər bir elementinin torpağa sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə hüququnun pozulması kimi başa düşülməlidir. Beləliklə, Cinayət Məcəlləsinin həmin maddəsində göstərilən cinayətin obyekti torpaq üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Cinayət hüququnda torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman əməli törətmiş şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Torpaq sahəsini özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olan torpaq sahəsini başqa mülkiyyətçiyə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsidir. Qanunvericiliyə müvafıq qaydada şəxsin istifadəsinə ayrılmış torpaq sahəsi əvəzinə başqa torpaq sahəsini ələ keçirmə də torpaq sahəsini özbaşına dəyişdirmə hesab edilməlidir. Sözügedən cinayət əməli subyektiv cəhətdən birbaşa qəsdlə törədilir, yəni şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görür və bunları arzu edir. Yəni şəxs bu halda nə etdiyini, heç bir qanuni əsas olmadan özünə aid olmayan, başqa mülkiyyətçiyə məxsus torpaq sahəsini özbaşına zəbt etdiyini anlayır, bu əməlin hansı nəticələr doğurduğunu qabaqcadan görür və öz azad iradəsi ilə bunları arzu edir. Beləliklə, yuxarıda tədqiq edilən normaların təhlilindən belə aydın olur ki, şəxs o zaman CM-in 188-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilər ki, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan hər hansı torpaq sahəsini hasarlama, becərmə və ya dəyişdirmə, yaxud başqa üsullarla özbaşına tutmuş olsun, bununla bərabər birbaşa qəsdlə hərəkət etdiyini, yəni öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmiş olsun. Hazırki iş üzrə müəyyən olunan halları yuxarıda qeyd edilənlərin fonunda ümumiləşdirdikdə belə nəticə hasil olur ki, Təqsirləndirilən şəxs heç də qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan hər hansı torpaq sahəsini hasarlama, becərmə və ya dəyişdirmə, yaxud başqa üsullarla özbaşına tutmamış, həmçinin, bu əməlləri edərkən təqsirin qəsd formasında hərəkət etməmişdir. Belə ki, iş materiallarından görünür ki, Mingəçevir Bələdiyyəsinin 12 iyun 2012-ci il tarixli, 06/8 saylı qərarı ilə Mingəçevir şəhəri, Sağ sahildəki axmazlar ərazisindən kənd təsərrüfatı məhsullarının və faydalı qazıntıların istehsalı ilə məşğul olmaq üçün 6,95 ha torpaq sahəsi Qəbələ rayonu, Zarağan kənd sakini Təqsirləndirilən şəxs 20 il müddətinə icarəyə verilmişdir. Bununla bağlı ibtidai istintaq orqanı da iş üzrə ibtidai istintaqın gedişində müvafiq araşdırma aparamış və yekunda Təqsirləndirilən şəxs Mingəçevir şəhəri ərazisində 6.95 hektar torpaq sahəsinin Mingəçevir Bələdiyyəsi tərəfindən saxta sənədlər əsasında icarəyə verilməsi xüsusatı öz təsdiqini tapmadığından, yəni sözügedən torpaq sahəsinin qanuni əsasla Təqsirləndirilən şəxs 20 il müddətinə icarəsinə verilməsi qənaətinə gələrək həmin faktla bağlı aparılan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam vermişdir. İbtidai istintaq orqanı istintaqın yekununda o qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş əsaslarla ayrılmış torpaq sahəsindən istifadə etməli olduğu halda, qəsdən öz qulluq mövqeyindən yararlanaraq müvafiq icazə olmadan yataq ərazisində sahibkarlıq fəaliyyətinə başlayıb, 2018-ci ilin may ayından 2022-ci ilin yanvar ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda X671041.78, Y4513647.23, X671058.14, Y4513631.34, X671082.43, Y4513638.03, X671106.18, Y4513652.66, X671083.32, Y4513673.28, X671061.23, Y4513747.39, X671057.84, Y4513868.75, X671092.20, Y4513893.36, X671183.36, Y4513905.84, X671184.94, Y4513974.99, X671128.42, Y4513985.60, X671057.90, Y4513984.97 koordinatlarda yerləşən dövlət mülkiyyətinə məxsus 9.400 m2 torpaq sahəsini tamah niyyəti ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə, icarə hüququ olmadan özbaşına tutmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən özbaşına zəbt edilməsinin qarşısının alınması və həmin ərazilərin, o cümlədən həmin ərazilərdə həyata keçirilən fəaliyyətin nəzarətdə saxlanması üçün əlaqəli şəkildə dövlət qurumları fəaliyyət göstərir. Həmin dövlət qurumları tərəfindən mütəmadi olaraq sözügedən ərazilərdə monitorinqlər keçirilir, yoxlamalar aparılır. Bu halda, həmin ərzilərə nəzarət etmək vəzifəsi də, həmin ərazilərdə özbaşına zəbtin qarşısını almaq vəzifəsi də müvafiq olaraq dövlət qurumlarının üzərinə düşür. İttihamda öz əksini tapan hallarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs 2018-ci ilin may ayından başlayaraq 2022-ci ilin yanvar ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda sözügedən koordinatlarda yerləşən 9.400 m2 torpaq sahəsində faydalı qazıntıların istehsalı ilə məşğul olarkən, yəni 43 ayı əhatə edən fəaliyyət dövründə bir neçə dəfə həm fəaliyyət istiqaməti üzrə, həm də fəaliyyət göstərdiyi əraziyə görə müxtəlif dövlət qurumları (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və s.) tərəfindən yoxlamaya məruz qalmış, yerin təkindən istifadə qaydalarını pozduğuna görə, xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) olmadan qum-çınqıl istehsalı ilə məşğul olduğuna görə inzibati xətalar qanunveriliyinin müxtəlif maddələri ilə müxtəlif vaxtlarda inzibati qaydada məsuliyyətə cəlb olunmasına baxmayaraq, bir dəfə də olsun ona sözügedən ərazini özbaşına zəbt etməsi ilə bağlı irad bildirilməmiş, bu barədə akt tərtib olunmamış və araşdırılması üçün hüquq mühafizə orqanlarına göndərilməmiş, əksinə bu müddət ərzində bütün müvafiq dövlət qurumları tərəfindən həmin ərazinin həqiqətən də onun qanuni istifadəsində və icarəsində olması qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs yerin təkindən istifadə qaydalarını pozduğuna görə sözügedən tarixlərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək müxtəlif məbləğlərdə inzibati qaydada cərimə olunmuşdur. Eyni zamanda, xx.xx.2018-ci il tarixdə onun fəaliyyət göstərdiyi ünvanda (Mingəçevir şəhəri, Sağ sahil, Axmazlar olan ərazi) səyyar vergi yoxlaması keçirilməsinin nəticəsi barədə yekun aktdan görünür ki, yoxlamanın nəticəsi olaraq Azərbyacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) olmadan qum-çınqıl istehsalı ilə məşğul olduğuna görə barəsində xx.xx.2018-ci il tarixli 002512 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün müvafiq məhkəməyə göndərilmişdir. Göründüyü kimi, nə sözügedən yoxlamalar zamanı, nə də Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamda öz əksini tapan dövrlərdə (2018-ci ilin may ayından başlayaraq 2022-ci ilin yanvar ayınadək) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir ərazi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən müxtəlif monitorinqlər zamanı sözügedən ərazinin təqsirləndirilən şəxs tərəfindən özbaşına zəbt edilməsi faktı ilə bağlı heç bir hal aşkar olunmamış, bu barədə hər hansı bir akt tərtib olunmamış və araşdırılması üçün hüquq mühafizə orqanlarına göndərilməmişdir. Bu halı həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı şahid qismində dindirilən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir ərazi Şöbəsinin torpaqların dövlət idarəetməsinin və istifadəsinə nəzarət sektorunun baş məsləhətçisi Şahid5 öz ifadəsi ilə də təsdiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs sözügedən torpaq sahəsini, yəni axmaz ərazisini hasara almamış, yəni torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkməmiş, başqa şəxslərin həmin ərazidən istifadə etməsini əngəlləməmiş və başqa üsulla həmin ərazini zəbt etməmişdir. Beləliklə, məhkəmə istintaqı ilə müəyyən olunan hal ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs faktiki olaraq fəaliyyət göstərdiyi ərazinin ona Mingəçevir Bələdiyyəsinin 12 iyun 2012-ci il tarixli, 06/8 saylı qərarı ilə Mingəçevir şəhəri, Sağ sahildəki axmazlar ərazisindən kənd təsərrüfatı məhsullarının və faydalı qazıntıların istehsalı ilə məşğul olmaq üçün onun istifadəsinə və icarəsinə verilmiş 6,95 ha torpaq sahəsinin daxilində olduğunu zənn edərək həmin ərazidə faydalı qazıntıların istehsalı ilə məşğul olmuş və bu müddət ərzində həmin ərazinin monitorinqini həyata keçirən, habelə şəxsin fəaliyyətini yoxlayan müxtəlif dövlət orqanları şəxsin təqdim etdiyi həmin sənədlər əsasında onun sözügedən ərazidə qanuni şəkildə olduğu nəticəsinə gələrək heç bir rəsmi tədbir görməmiş, yuxarıda da qeyd edildiyi kimi, heç bir irad bildirməmiş, hər hansı bir akt tərtib etməmiş, dolayısı ilə də həmin qurumlar tərəfindən şəxsin həmin ərazidən çıxarılması üçün hər hansı bir tədbir görülməmişdir. Belə olan halda, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs yalnız birbaşa qəsdlə törədilməsi mümkün olan cinayəti törətməsi qənaətinə gəlmək, yəni onun tərəfindən əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edərək, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görərək və bunları arzu edərək dövlət mülkiyyətində olan sözügedən torpaq sahəsini özbaşına zəbt edilməsi qənaətinə gəlmək qeyri-mümkündür. Odur ki, qeyd olunanlar onun CM-in 188.4.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istisna edir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı ilə Təqsirləndirilən şəxs tərəfindən dövlət mülkiyyətində olan torpaq sahəsinin özbaşına zəbt edilməsi təsdiq olunmasa da, onun tərəfindən sözügedən torpaq sahəsində xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) olmadan qum-çınqıl istehsalı ilə məşğul olması, yəni qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması və bunun nəticəsində dövlətə külli miqdarda maddi ziyan vurması faktı öz təsdiqini tapmışdır. Belə ki, “Yerin təki haqqında” Azərbaycan Respublikasının 13 fevral 1998-ci il tarixli qanununda göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində yer təkinin öyrənilməsi (axtarış, kəşfiyyat), onun səmərəli istifadəsi, mühafizəsi və görülən işlərin təhlükəsizliyi ilə əlaqədar münasibətləri tənzimləyir, yerin təkindən istifadədə dövlətin, yer təki istifadəçilərinin və vətəndaşların mənafelərinin qorunmasını təmin edir. Həmin Qanunun 4-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında yerin təki hər hans fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Habelə həmin Qanunun 8-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yer təkinin istifadəçiləri ola bilərlər. Yer təki istifadəçilərinin hüquqları və vəzifələri yerin təkindən istifadəyə bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazə alındığı andan yaranır. Həmçinin, həmin Qanunun 10-cu maddəsinə görə yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli Qanununa 3 nömrəli əlavədə sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısında yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikmək və istismar etmək məqsədilə “Dağ-mədən ayırması” statusunun verilməsi öz əksini tapmışdır. CM-in 192.1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə həmin əməl cinayət sayılır və həmin əməli törətməkdə təqsirli bilinən şəxs şəxs cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda ziyan vurduqda şəxsin əməli CM-in 192.2.1-ci maddəsi ilə tövsif olunur və həmin əməli törətməkdə təqsirli bilinən şəxs cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 190-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, ...192.2.1, 192.2.2, 193.2.1, 193.2.2 və 206-1.2.2-ci maddələrində “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ...başa düşülür. İş materiaları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Sağ sahildəki axmazlar ərazisindən kənd təsərrüfatı məhsullarının və faydalı qazıntıların istehsalı ilə məşğul olmaq üçün ona ayrılmış 6,95 ha torpaq sahəsində fəaliyyət göstərdiyini zənn edərək dövlət mülkiyyətinə məxsus 9.400 m2 torpaq sahəsində qanunvericiliyin tələblərinə əsasən yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün mütləq qaydada ona xüsusi icazə verən “Dağ-mədən ayırması” aktını əldə etməli olduğu halda, bunu etmədən qum-çınqıl istehsalı və satışı ilə məşğul olmuşdur ki, nəticədə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) olmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətə 202.370,1 manat dəyərində maddi ziyan vurmuşdur. CM-in 247-ci maddəsinə əsasən sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və istismarı zamanı X20 qaydalarına riayət olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların pozulması radioaktiv fonun əhəmiyyətli dərəcədə dəyişməsinə, insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə və ya digər ağır nəticələrə səbəb olduqda sözügedən maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Eyni zamanda, CM-in 308.1-ci maddəsinə əsasən vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma vəzifə səlahiyyətlərindən sui-istifadə sayılır və cinayət əməli sayılır. Həmin əmələ görə şəxs iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 308.2-ci maddəsi ilə o zaman cinayət məsuliyyəti yaranır ki, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olsun və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilmiş olsun. CM-in 308-ci maddəsinin qeyd hissəsinə əsasən bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyrikommersiya təşkilatlarının rəhbərləri və işçiləri, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyrikommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri, beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici andlı iclasçılar başa düşülür. Beləliklə, məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də ona qarşı irəli sürülmüş ittihamda əks olunan tarixlərdə dövlətə külli miqdarda ziyan vurmaqla qanunsuz sahibkarlıqla məşğul olmuş, o cümlədən onun tərəfindən sənayedə və digər obyektdə aparılan istismar işləri zamanı X20 qaydalarına riayət olunması üçün cavabdeh şəxs kimi həmin qaydaları pozması ağır nəticələrə səbəb olmuş, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, habelə Şahid6, Şahid7 və Şahid8 ibtidai istintaq zamanı verdikləri şahid ifadələri, o cümlədən ekspertizanın rəyi və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə olan halda, onun əməlləri CM-in 192.2.1, 247 və 308.2-ci maddələri ilə tövsif olunmalı və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Müdafiə tərəfin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Əvvəla Təqsirləndirilən şəxs özünü faktiki olaraq CM-in 247 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilməsə də, iş materiallarında olan sübutlar onu deməyə əsas verir ki, onun tərəfindən sənayedə və digər obyektdə aparılan istismar işləri zamanı X20 qaydalarına riayət olunması üçün cavabdeh şəxs kimi həmin qaydaları pozması ağır nəticələrə səbəb olmuş, yəni onun karxana sahəsində istismar fəaliyyəti sahəyə yaxın ərazilərdə böyük həcmli göllərin əmələ gəlməsi ilə yanaşı bataqlaşma, suffoziya proseslərinin baş verməsinə səbəb olmuş, həmçinin bərpa olunmayan xammal ehtiyatına malik olan bu sahədə sovurma üsulu ilə aparılan istismar fəaliyyəti ətraf ərazilərdə batma hadisəsinin baş verməsinə, strateji obyekt olan Mingəçevir su anbarı üçün ciddi təhlükəyə səbəbi olmuşdur. Bundan əlavə, 2018-ci ilin may ayından etibarən Mingəçevir şəhərində yerləşən «Mingəçevir» qum-çınqıl yatağında istehsalata hazır vəziyyətə gətirdiyi qum-çınqıl karxanasında faktiki rəhbərliyi həyata keçirən sahibkar kimi «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən işçiləri işə qəbul etmək və işdən azad etmək, işçilərin əməyinin ödənilməsinin forma və sistemini, onların əmlakının məbləğini və gəlirinin digər növlərini müəyyənləşdirmək, öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək, maliyyə-təsərrüfat fəaliyyətini müstəqil həyata keçirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehlakçılarını seçmək, dövlət ehtiyacları üçün müqavilə əsasında iş görmək və məhsul göndərmək, pul vəsaitinin saxlanılması, hesablaşma, kredit və kassa əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq və sair təşkilati-sərəncamverici, inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs, habelə «X20 haqqında» Azərbaycan Respublikası Qanununun 3 və 78-ci maddələrinə əsasən sənayedə və digər obyektdə aparılan istismar işləri zamanı ərazilərdə ekoloji tarazlığın təmin edilməsi, təbii ehtiyatların səmərəli istifadə olunması, təbiətdən istifadənin və X20nin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi, ətraf mühitə zərər vurulmasının qarşısının alınması, qanunvericiliyin bu kimi hallarının pozulması zamanı isə digər məsuliyyətlə yanaşı Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda cinayət məsuliyyəti daşımaqla X20 qaydalarına riayət olunmasına, yəni ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişməsinə yol verilməməsinə, ətraf mühitin qorunmasına cavabdeh şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan zərər (dövlətə 202.307,1 manat ziyan vurulmasına) vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs pandemiya dövründə ümumiyyətlə çalışmadığını qeyd etsə də, iş materiallarında yer alan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X26 Enerji Təchizatı və Satışı idarəsi tərəfindən təqdim olunan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs **********6 nömrəli abonent koduna sahib olmuş, Təqsirləndirilən şəxs 2018-ci il ərzində istehlak etdiyi enerji sərfiyyatına görə ödənişi 68.623,76 manat məbləğində, 2019cu il ərzində istehlak etdiyi enerji sərfiyyatına görə ödənişi 91.410,89 manat məbləğində, 2020-ci il ərzində istehlak etdiyi enerji sərfiyyatına görə ödənişi 89.266,01 manat məbləğində və 2021-ci il ərzində istehlak etdiyi enerji sərfiyyatına görə ödənişi 57.447 manat məbləğində olmuşdur. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs məxsus qumçınqıl karxanasında hidromexaniki qurğunun 2018-2021-ci illər ərzində hər ay hərəkətdə olması ilə enerji sərf etdiyi müəyyən olunmuşdur. Odur ki, məhkəmə qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqızamanı özünü qismən təqsirli bilməsi ilə bağlı hissədə qeyd etdiklərinə tənqidi yanaşır və hesab edir ki, şəxs bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6, Şahid7 və Şahid8 ifadələrinə gəldikdə isə həmin şəxslərin təqsirləndirilən şəxsin işçisi olmaqla onun təsiri altında olma ehtimalını əsas götürərək məhkəmə kollegiyası sözügedən şəxslərin təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsini anlaşılan hesab edir. Ona görə də, məhkəmə həmin ifadələrə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə bu şahidlərin ibtidai istintaq zamanı heç bir təsir və təzyiq altında qalmadan verdikləri və iş materialları ilə üstüstə düşən ifadələrini əsaslı sayaraq təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (uşaqları ilə) birlikdə Qəbələ rayonu Zarağan kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 02, iş vər. 141-143). Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 212). Cinayət işinin materiallarına əlavə edilmiş 12 may 2022-ci il tarixli, 16 may 2022-ci il tarixli, 25 may 2022-ci il tarixli, 26 may 2022-ci il tarixli və 27 may 2022-ci il tarixli ödəniş tapşırıqlarından və ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində dövlətə vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə sonuncunun oğlu X17 tərəfindən 53.000 (əlli üç min) manat məbləğində pul vəsaitləri Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına keçirilmişdir (cild 03 iş vər. 36-39, 52-55, 103-106, 114-117, 123-126) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X25 X6 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 19/348 saylı məktubdan və ona əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində “X20 üzrə dövlət fondu”na ümumilikdə 29500 (iyirmi doqquz min beş yüz) manat məbləğində vəsait köçürmüşdür (cild 02, iş vər. 211-218). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın qismən ödənilməsini CM-in 59.1.14-cü maddəsinə əsasən, 66 yaşının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, ittiham aktında CM-in 61.1.6-cı maddəsinə istinadən Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini tamah məqsədi ilə törətməsi qənaətinə gəlinərək ibtidai istintaq orqanı tərəfindən həmin hal cəzanı ağırlaşdıran hal kimi qəbul olunsa da, məhkəmə kollegiyası qeyd edir ki, hazırda Təqsirləndirilən şəxs tərəfindən qanunsuz sahibkarlıq cinayətinin törədilməsi ilə bağlı nəticəyə gəlinmişdir ki, sözügedən cinayət əməli də məhz tamah məqsədi ilə törədildiyidən, həmin halın cəzanı ağırlaşdıran hal kimi təkrarən qəbul edilməsi yolverilməzdir. Bekə ki, CM-in 61.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Odur ki, qeyd olunan halları, həmçinin cinayət qanunvericiliyinin normalarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 192.2.1, 247 və 308.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Təqsirləndirilən şəxs törətməkdə təqsirli bilindiyi vəzifə səlahiyyətlərindən sui-istifadə cinayəti və işlərin yerinə yetirilməsi zamanı X20 (qorunması) qaydalarını pozma ilə bağlı maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzaya da məhkum edilməlidir. Belə ki, CM-nin 46.1-ci maddəsinə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə az ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan əsas və əlavə cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə uyğun olaraq ayrıayrılıqda qismən toplanılmalı və əsas cəza əlavə cəza ilə birləşdirilməklə təqsirləndirilən şəxsə qəti olaraq əsas və əlavə cəzalar təyin edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrumetmə növündə əsas cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Qeyd olunan maddi hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət etməlidir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə, cəmiyyətə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların mövcudluğunu, Təqsirləndirilən şəxs 66 yaşının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, onun öz hərəkətlərindən nəticə çıxarmasını, yəni dəymiş ziyanın əhəmiyyətli hissəsinin ödənilməsi istiqamətində hərəkətlər etməsini, əməlində cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, təqsirli bilindiyi cinayət əməllərinin az ağır cinayət olmasını, əməlin ictimai təhlükəliliyini, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli həmin tarixdən hesablanmaqla 02 ay müddətdə həbs qətimkan tədbiri seçilmişdir (cild 02, iş vər. 263-269). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığında saxlanma müddəti 30 may tarixinədək müəyyən edilmişdir (cild 02, iş vər. 43-48) “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarı ilə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişiklik edilmiş və məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsi tətbiq edildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası onu da qeyd edir ki, CM-in 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Odur ki, iş üzrə xüsusi müsadirənin əsaslarının olmamasının müəyyən edilməsi nəzərə alınmalıdır. Həmçinin, iş üzrə maddi sübutun olmaması da nəzərə alınmalıdır. Mülki iddiaya münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət işinin materiallarından göründüyü kimi, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X25 X1 nümayəndəsi Nümayəndə4 məhkəmə istintaqının gedişində mülki iddia verərək ödənilməmiş qalan 149.370,1 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ödənilməsini xahiş etmişdir. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır: CPM-in 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Hazırkı cinayət işi üzrə qeyd edilən cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirildiyindən və maddi ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduğundan, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X25 X1 nümayəndəsi Nümayəndə4 tərəfindən qaldırılan mülki iddia təmin edilməlidir. Lakin məhkəmə kollegiyası hesab edir ki, mülki iddia qismən təmin edilməli və məhz 119,870.1 AZN (bir yüz on doqquz min səkkiz yüz yetmiş manat, on qəpik) məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X7 üzrə Dövlət Fonduna ödənilməlidir. Belə ki, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X25 X1 nümayəndəsi Nümayəndə4 iddia məbləğini cinayət əməli nəticəsində vurulmuş maddi ziyan həcmində, yəni 202.370,1 manat həcmində müəyyən etmiş (belə ki, həmin maddi ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuşdur) və ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs tərəfindən 53.000 manat məbləğində pul vəsaitlərinin Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına yerləşdirilməsini nəzərə alaraq, sözügedən məbləği ümumi tələb etdiyi məbləğdən çıxmış və Təqsirləndirilən şəxs 149.370,1 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X7 üzrə Dövlət Fonduna ödənilməsini xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittiham 2018-ci ilin may ayından 2022-ci ilin yanvar ayınadək olan dövrü əhatə etmiş və iş üzrə gəlinən nəticəyə əsasən Təqsirləndirilən şəxs qanusuz sahibkalıq cinayəti törətməklə dövlətə külli miqdar, yəni 202.370,1 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X25 X1 nümayəndəsi Nümayəndə4 tələb etdiyi 149.370,1 manat məbləğdən həmçinin Təqsirləndirilən şəxs X20 üzrə Dövlət Fonduna ödədiyi 29500 AZN (iyirmi doqquz min beş yüz manat) məbləğ də çıxılmalı və yerdə qalan 119,870.1 AZN (bir yüz on doqquz min səkkiz yüz yetmiş manat, on qəpik) məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X7 üzrə Dövlət Fonduna ödənilməlidir. Çünki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X25 X6 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 19/348 saylı məktubdan və ona əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində “X20 üzrə dövlət fondu”na ümumilikdə 29500 (iyirmi doqquz min beş yüz) manat məbləğində vəsait köçürmüşdür. Sözügedən 29500 (iyirmi doqquz min beş yüz) manat məbləğində pulun Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müddətdə “X20 üzrə dövlət fondu”na ödənməsi sübut olunduğundan və həmin tarixlər ona qarşı irəli sürülən ittiham dövrünə düşdüyündən, həmin məbləğin ödənilməsi heç bir şübhə doğurmadığından, habelə mülki iddiaçı tərəfindən həmin ödənişin təyinatını göstərən hər hansı bir sübut məhkəməyə tədqim edilmədiyindən, mülki mühakimə icraatında isə iddia edən tərəf iddiasında göstərdiyi halları sübuta yetirməli olduğundan, məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğ də dəymiş maddi ziyanın məbləğinə hesablanmaqla çıxılmalı və mülki iddia qismən təmin edilməklə məhz 119,870.1 AZN (bir yüz on doqquz min səkkiz yüz yetmiş manat, on qəpik) məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X7 üzrə Dövlət Fonduna ödənilməlidir. Habelə, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına yerləşdirilmiş 53.000 manat məbləğində pul vəsaitləri mülki iddianın ödənilməsinə yönəldilməlidir. İş üzrə 200 AZN (iki yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.1, 247 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəza əsas cəza ilə, əlavə cəza əlavə cəza ilə qismən toplanılsın və əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə əsas cəza 02 (iki) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı və əlavə cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Ekologiya və Təbii Sərvətlər Nazirliyi X25 X1 nümayəndəsi Nümayəndə4 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin və 119,870.1 AZN (bir yüz on doqquz min səkkiz yüz yetmiş manat, on qəpik) təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X7 üzrə Dövlət Fonduna ödənilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına yerləşdirilmiş 53.000 manat məbləğində pul vəsaitləri mülki iddianın ödənilməsinə yönəldilsin. İş üzrə 200 AZN (iki yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar