Məhkəmə qərarları › İş №1(091)-11/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-11/2025

13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-11/2025 13.01.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X4, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər – Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1967-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Balakən rayonunun Talalar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə, xx xxxxx 1994-cü ildə Balakən rayonunun Talalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Balakən rayonunun Talalar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamış, eləcə də, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qəsdən, qanunsuz olaraq, narkotik tərkibli çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin noyabr ayının əvvəllərində Balakən rayonunun Talalar kəndinin ərazisindəki çöllük sahədə olan kolluq ərazidə istintaqa məlum olmayan sayda aşkar etdiyi yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin üzərindən yararlı hissələrini yığıb qurutmaqla qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz şəxsi istifadəsi məqsədi ilə əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 54,80 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, həmçinin həmin yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin üzərindən yığaraq əldə etdiyi istintaqa məlum olmayan sayda narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını üzərində daşıyaraq əvvəlcə Balakən rayonunun Talalar kəndində yerləşən yaşadığı evə aparıb 01 ədəd sellofan torbaya dolduraraq yaşadığı evdə gizlədib saxlamış, daha sonra gizlədib saxladığı həmin istintaqa məlum olmayan sayda olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını istintaqa məlum olmayan tarixdə 01 ədəd qaba doldurduğu torpağa qəsdən, qanunsuz olaraq əkmiş, bitmiş külli miqdarda, yəni 27 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitillərinə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, bundan sonra 2023-cü ilin aprel ayının ortalarında isə tanışı olan Balakən rayonunun Talalar kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək həmin 27 ədəd, yəni külli miqdar hesab edilən narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitillərini Balakən rayonunun Talalar kəndinin ərazisindəki çöllük sahədə olan kolluq ərazidə torpağa qəsdən, qanunsuz olaraq əkmiş, həmin şitillərdən bitib inkişaf etmiş külli miqdar hesab edilən, yəni 27 ədəd hündürlükləri 16 santimetrdən 105 santimetrədək yaş vəziyyətdə ümumi çəkiləri 260,0 qram olan əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərini alaq otlarından təmizləyib suvarmaqla, həmçinin digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 10 iyun 2023-cü il tarixdən etibarən isə qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib öz şəxsi istifadəsi məqsədi ilə yaşadığı evdə gizlədərək saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 54,80 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 01 ədəd qara rəngli sellofan torbada açıq vəziyyətdə təmiz çəkisi 53,05 qram olmaqla, həmçinin həmin qara rəngli sellofan torbanın içərisində 03 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,35 qram, 0,27 qram və 0,13 qram olmaqla, ümumi çəkiləri 1,75 qram olmaqla gizlətdiyi yerdən götürüb əynindəki şalvarın iç hissəsinə qoyaraq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq saxlamışdır. 10 iyun 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Namazov X8 Balakən Rayon Polis Şöbəsinə gətirilib təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq saat 16:30 dəqiqədən saat 17:00 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd qara rəngli sellofan torbada açıq vəziyyətdə təmiz çəkisi 53,05 qram olan, həmin qara rəngli sellofan torbanın içərisindəki 03 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,35 qram, 0,27 qram və 0,13 qram olmaqla, ümumi çəkiləri 1,75 qram olan, yəni ümumi təmiz çəkisi 54,80 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana onun əynindəki şalvarın iç hissəsindən aşkar edilərək götürülmüşdür. Həmin tədbirin davamı olaraq Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 10 iyun 2023-cü il tarixdə saat 17:30 dəqiqədən saat 18:25 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 iştirakı ilə Balakən rayonunun Talalar kəndinin ərazisindəki çöllük sahədə olan kolluq əraziyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2023-cü ilin aprel ayının ortalarında həmin ərazidə torpağa qəsdən, qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi külli miqdar hesab edilən, yəni 27 ədəd hündürlükləri 16 santimetrdən 105 santimetrədək yaş vəziyyətdə ümumi çəkiləri 260,0 qram olan əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri torpağa əkilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, qəsdən, qanunsuz olaraq, narkotik tərkibli çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Balakən rayonunun Talalar kənd sakini Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan tarixdə və yerdə istintaqa məlum olmayan sayda olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarından 01 ədəd qaba doldurduğu torpağa qəsdən, qanunsuz olaraq əkib-becərib yetişdirərək kultivasiya etdiyi külli miqdar hesab edilən, yəni 27 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitillərini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib 2023-cü ilin aprel ayının ortalarında Balakən rayonunun Talalar kəndinin ərazisindəki çöllük sahədə olan kolluq ərazidə torpağa qəsdən, qanunsuz olaraq əkmiş, həmin şitillərdən bitib inkişaf etmiş külli miqdar hesab edilən, yəni 27 ədəd hündürlükləri 16 santimetrdən 105 santimetrədək yaş vəziyyətdə ümumi çəkiləri 260,0 qram olan əkilibbecərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərini alaq otlarından təmizləyib suvarmaqla, həmçinin digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişdir. 10 iyun 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı saat 17:30 dəqiqədən saat 18:25 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 iştirakı ilə Balakən rayonunun Talalar kəndinin ərazisindəki çöllük sahədə olan kolluq əraziyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2023-cü ilin aprel ayının ortalarında həmin ərazidə torpağa qəsdən, qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi külli miqdar hesab edilən, yəni 27 ədəd hündürlükləri 16 santimetrdən 105 santimetrədək yaş vəziyyətdə ümumi çəkiləri 260,0 qram olan əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri torpağa əkilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitədən istifadə etmiş, aşkar olunmuş narkotik vasitəni 2022-ci ildə yabanı halda bitən narkotik tərkibli çətənə bitkisindən əldə etmiş və istifadəsində 050 ***-**-** mobil telefon nömrəsi olmuşdur. Balakən rayonunun ərazisində yerləşən 40 hektar düzənlik ərazidə gözətçi olmuş, lakin narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olmamış və gözətçi olduğu sahədə narkotik tərkibli çətənə bitkilərinin əkilməsindən məlumatı olmamışdır. 10 iyul 2023-cü il tarixdə saat 10:00- 10:30 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə aparılmış, orada olan zaman polis əməkdaşı Gündüz Məcidov mobil telefonda olan fotoşəkilləri ona göstərib həmin məsələdən məlumatının olub-olmadığını soruşmuş, o isə bu barədə hər hansı məlumatının olmadığını demişdir. Bundan sonra Gündüz Məcidov polis əməkdaşı Bəxtiyar Cəfərovu yanına çağıraraq onu döyməyi tapşırmış, bundan sonra isə dörd nəfər polis əməkdaşı onu başqa otağa aparıb döymüşlər. Bu zaman polis əməkdaşları ondan narkotik vasitəni əkən şəxs kimi hər hansı şəxsin adını və soyadını qeyd etməsini tələb etmişlər, o isə bu barədə məlumatı olmadığı üçün hər hansı şəxsin adını deyə bilməyəcəyini bildirmiş və bunun müəyyən olunması üçün ona iki gün müddət verilməsini xahiş etmişdir. Lakin polis əməkdaşları onun bu təklifi ilə razılaşmamışlar, yenidən ondan narkotik vasitəni əkən şəxs kimi hər hansı şəxsin adını və soyadını qeyd etməsini tələb etmişlər və hər hansı şəxsin adını və soyadını deməyəcəyi halda onun özünün həmin cinayətin törədilməsində ittiham olunacağını qeyd etmişlər. Polis əməkdaşları tərəfindən döyüldüyü üçün narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olması barədə ifadə vermək məcburiyyətində qalmış, polis şöbəsində olan zaman bir neçə dəfə huşunu itirmiş, lakin polis əməkdaşları onu ayıldıb yenidən döymüşlər. Yeddi nəfər polis əməkdaşı tərəfindən döyülmüş, polis əməkdaşı Bəxtiyar Cəfərov onun ayağının alt hissəsinə rezin dəyənəklə zərbələr vurmuş, nəticədə onun bədəni üzərində xəsarətlər yaranmışdır. Polis şöbəsində olduğu iki gün ərzində həkim onu müayinə etmiş, lakin o, bu barədə hər hansı dövlət orqanına (qurumuna) şikayət etməmiş və hər hansı xəstəxanaya müraciət etməmişdir. Bundan sonra onu yaşadığı evə gətirmişlər, lakin ona avtomobildən enməyə icazə verməmişlər və onu avtomobildə saxlayıb evdə axtarış aparmışlar. Bu zaman polis əməkdaşları evdə olan sobadan siqaret kötükləri aşkar edib arvadını incitməyə başladıqları üçün o, toyuqların saxlanılması üçün nəzərdə tutulmuş yerdən narkotik vasitəni götürüb polis əməkdaşlarına təqdim edərək həmin narkotik vasitəni 2022-ci ildə yabanı halda bitən narkotik tərkibli çətənə bitkisindən əldə etdiyi desə də polis əməkdaşları ona inanmamışlar və narkotik tərkibli çətənə bitkilərini məhz onun əkdiyini demişlər. Həmin vaxt onun yanında müdafiəçi olmamış, bundan sonra isə evi tərk edib sahəyə getmişlər. Videoçəkilişdən istifadə edilməklə sahəyə baxış keçirilməmişdən əvvəl polis əməkdaşları iki dəfə onu həmin sahəyə aparmışlar və qeyd olunan sahəyə gedən cığırı polis əməkdaşları ona göstərmişlər. Polis əməkdaşları sonradan videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman fərqli məsələləri deyəcəyi halda yenidən döyəcəkləri ilə hədələmişlər və qeyd olunan səbəbdən də videoçəkilişdən istifadə edilməklə sahəyə baxış keçirilən zaman narkotik tərkibli çətənə bitkilərini əkməsi barədə ifadə vermək məcburiyyətində qalmışdır. Videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman bir nəfər polis əməkdaşı təklif etdikləri ifadədən başqa digər məzmunlu ifadə verməməsi üçün əli ilə onun çiyin nahiyəsini sıxmışdır. Onun Təqsirləndirilən şəxs2lə hər hansı əlaqəsi olmamış və sonuncu ona narkotik tərkibli çətənə bitkilərinin ər-arvad tərəfindən əkildiyini demişdir. O, şübhəli şəxs kimi tutulub 12 iyul 2023-cü il tarixdə saat 14:00-15:00 radələrində azad olunduqdan sonra narkotik tərkibli çətənə bitkilərini kimin əkdiyini araşdırmış, nəticədə bir neçə nəfər şəxs ona Təqsirləndirilən şəxs2 çox vaxt həmin sahədə olduğunu demişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs2 narkotik tərkibli çətənə bitkilərini əkib-əkmədiyini soruşmuş, sonuncu isə narkotik tərkibli çətənə bitkilərini əkmədiyini demişdir. Bir müddət sonra onun dəvəti ilə Təqsirləndirilən şəxs2 onun yaşadığı fərdi yaşayış evinə gəlmiş, orada olan zaman o, sonuncudan narkotik tərkibli çətənə bitkilərinin kimin tərəfindən əkildiyini polis əməkdaşlarına deməsini təklif etmiş, lakin sonuncu polis şöbəsinə getməyə qorxduğunu, döyüləcəyindən və cinayət törətməkdə ittiham olunacağından ehtiyat etdiyini demiş və narkotik tərkibli çətənə bitkilərinin Rəşid adlı şəxsin dövründə əkildiyini bildirmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs2lə aralarında baş vermiş danışığı mobil telefon vasitəsilə qeyd etmiş, həmin səs yazısında qeyd olunan Şahid6 tanımamışdır. Daha sonra o, səs yazısını Balakən Rayon Polis Şöbəsində müstəntiq Tural Mahatova vermiş və bu zaman sonuncu onun bu cinayət işinə aidiyyətinin olmadığını demişdir. Polis şöbəsində olan zaman azad olunması vədi ilə qaynaqçı kimi fəaliyyət göstərən Kamran adlı şəxs tərəfindən arvadından 5000 manat pul alınmış, polis əməkdaşları ona narahat olmamasını və narkotik vasitəni əkən Ruslan adlı şəxsin həbs olunacağını demişlər. Bundan bir müddət sonra Gündüz Məcidov tərəfindən pul ona qaytarılmış, bu zaman Babək adlı polis əməkdaşı onu təhdid edərək hər kəsin burada yaşamasını unutmamasını demiş və o, pulu polis əməkdaşlarından götürdüyü üçün qeyd olunanların baş verdiyini düşünmüşdür. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Balakən rayon nümayəndəliyində olan zaman barəsində cinayət işinin başlanması barədə məlumat əldə etmiş və sonradan bu barədə Balakən Rayon Prokurorluğuna şikayət etmişdir. Balakən rayon prokuroru tərəfindən qəbul olunan zaman sifətində xəsarətlər olmasa da ayağında xəsarətlər olmuş, lakin polis əməkdaşları ona yenidən polis şöbəsinə qayıda biləcəyini dedikləri üçün qorxub xəsarətlərlə bağlı prokurora heç nə deməmişdir. Sonradan həmin cinayət işi Balakən rayon prokuroru tərəfindən yenidən ibtidai istintaqa geri qaytarılmış, lakin ətraflı araşdırma aparılmamışdır. Sonradan barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman xəsarətlərlə bağlı hakimə heç nə deməmiş, lakin araşdırma zamanı polis əməkdaşları tərəfindən ona qarşı edilmiş qanunsuz hərəkətlərlə bağlı prokurorluq orqanına şikayət etmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 12 iyun 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, təxminən 4 ildir narkotik vasitə marixuanadan istifadə etmiş, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 2022-ci ilin noyabr ayının əvvəllərində yaşadığı Balakən rayonunun Talalar kəndinin çöl sahəsində olan zaman oradakı kolluq ərazidə 03 ədəd yabanı halda bitən narkotik tərkibli çətənə bitkisinin olmasını görmüş, özü çəkib istifadə etmək üçün həmin bitkilərin üzərindəki yararlı hissələrindən yığaraq qeyd olunan ərazidə qurutmuş, əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı 01 ədəd sellofan torbaya dolduraraq şəxsi istifadəsi üçün yaşadığı evdə gizlədib saxlamış, 10-15 dəfə istifadə etmiş və narkotik vasitəni az-az istifadə etməsi üçün 03 ədəd gümüşü-ağ rəngli kağız bükümlərə doldurub həmin sellofan torbanın içərisində saxlamışdır. Həmçinin o, gələcəkdə toxumları əkib narkotik tərkibli çətənə bitkilərini yetişdirmək və həmin bitkilərdən özü çəkib istifadə etmək üçün narkotik vasitə marixuana əldə etmək məqsədilə qeyd olunan 03 ədəd narkotik tərkibli çətənə bitkisinin üzərindən 27 ədəd toxum yığmış və 2023-cü ilin aprel ayının ortalarında Balakən rayonunun Talalar kəndinin ərazisində çöl sahəsində olan kolluq ərazidə əkmişdir. Bir müddət sonra 27 ədəd toxumun hər birinin cücərdiyini görmüş, qeyd olunan 27 ədəd toxumdan bitmiş 27 ədəd narkotik tərkibli çətənə bitkisinə aqrotexniki qaydada qulluq göstərərək diblərini alaq otlarından təmizləmiş, diblərinə su vermiş və daha tez inkişaf etməsi üçün diblərini yumuşaltmışdır. 10 iyun 2023-cü il tarixdə yaşadığı evdə saxladığı həmin 01 ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı istifadə etməsi üçün üzərində götürmüş və əynindəki şalvarın iç hissəsində saxlamışdır. Daha sonra Balakən rayonunun Talalar kəndinin ərazisində olan zaman Balakən Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda və narkotik tərkibli çətənə bitkilərini əkib becərməkdə şübhəli olduğunu bildirərək onu Balakən Rayon Polis Şöbəsinə dəvət etmişlər, o, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Balakən Rayon Polis Şöbəsinə getmişdir. Orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan şalvarın iç hissəsindən 01 ədəd qara rəngli sellofan torbada və həmin sellofan torbanın içərisində 03 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Daha sonra 03 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan narkotik vasitələr elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 3,42 qram olması, ardınca isə 01 ədəd qara rəngli sellofan torbada olan narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 70 olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bu zaman o, Balakən rayonunun Talalar kəndinin çöl sahəsindəki kolluq ərazidə 27 ədəd narkotik tərkibli çətənə bitkisini əkib-becərdiyini demiş, daha sonra polis əməkdaşlarının, müdafiəçinin və aqronom Şahid4 iştirakı ilə Balakən rayonunun Talalar kəndində yerləşən çöl sahəsindəki kolluq əraziyə baxış keçirilən zaman oradan hündürlükləri 16 sm-dən 105 sm-dək və ümumi çəkisi 375 qram olan 27 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunmuş və Şahid4 həmin bitkilərə baxıb aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra narkotik tərkibli çətənə bitkiləri müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 12 iyun 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi ilə ibtidai istintaqın gedişində 09 avqust 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, təxminən 09 aydır narkotik vasitə marixuanadan istifadə etmiş, Balakən rayonunun ərazisində yerləşən 40 hektar düzənlik ərazidə gözətçi olmuş, lakin narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olmamış və gözətçi olduğu sahədə narkotik tərkibli çətənə bitkilərinin əkilməsindən məlumatı olmamışdır. 2022-ci ilin noyabr ayının əvvəllərində yaşadığı Balakən rayonunun Talalar kəndinin çöl sahəsində olan zaman oradakı kolluq ərazidə 03 ədəd yabanı halda bitən narkotik tərkibli çətənə bitkilərinin olduğunu görmüş, özü çəkib istifadə etmək üçün həmin bitkilərin üzərindəki yararlı hissələrindən yığaraq qeyd olunan ərazidə qurutmuş və əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı 01 ədəd sellofan torbaya dolduraraq şəxsi istifadəsi üçün yaşadığı evin həyətində olan toyuqların saxlanılması üçün nəzərdə tutulmuş yerdə gizlədib saxlamışdır. Bundan sonra o, həmin narkotik vasitədən 10-15 dəfə istifadə etmiş və sellofan torbanın içərisində saxladığı narkotik vasitəni az-az istifadə etməsi üçün 03 ədəd gümüşü-ağ rəngli kağız bükümlərə doldurmaqla əlavə olaraq qeyd olunan sellofan torbanın içərisində saxlamışdır. 10 iyun 2023-cü il tarixdə Balakən rayonunun Talalar kəndinin ərazisində olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə aparılmış, orada olan zaman adını və soyadını xatırlamadığı polis əməkdaşı mobil telefonda olan narkotik tərkibli çətənə bitkilərinin fotoşəkillərini ona göstərib həmin məsələdən məlumatının olub-olmadığını soruşmuş, o isə bu barədə hər hansı məlumatının olmadığını, qeyd olunan narkotik tərkibli çətənə bitkilərini əkmədiyini və kimin əkməsi barədə məlumatının olmadığını demişdir. Bundan sonra həmin polis əməkdaşı onu otağa gətirən dörd nəfər polis əməkdaşına onu döyməyi tapşırmış, bundan sonra isə yeddi nəfər polis əməkdaşı onu başqa otağa aparıb ayaq zərbələri ilə, habelə əl zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşlar, həmçinin onu yerə uzadaraq rezin dəyənək vasitəsi ilə ayaqlarının alt hissəsinə zərbələr endirmişlər, nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Daha sonra o, huşunu itirmiş, bir qədər sonra ayılmışdır. Bundan sonra ona həmin narkotik tərkibli çətənə bitkilərini əkib-əkməməsi barədə sual vermişlər, etiraf etməyəcəyi təqdirdə yenidən döyəcəklərini və işgəncə verəcəklərini bildirmişlər, o isə məcburiyyət qarşısında qalıb etiraf edəcəyini bildirmişdir. Daha sonra onu Balakən rayonunun Talalar kəndində Şahid5 ilə birlikdə yaşadığı evə aparmışlar, oradan heç nə aşkar olunmasa da polis əməkdaşlarının arvadı Şahid5 narahat etdiyini görüb narkotik vasitə qurudulmuş marixuananı Balakən rayonunun Talalar kəndində arvadı Nəzmiyyət Namazova ilə birlikdə yaşadığı evin həyətində toyuqların saxlanılması üçün nəzərdə tutulmuş yerdə saxladığını və narkotik vasitə qurudulmuş marixuananı təqdim edəcəyini bildirmişdir. Daha sonra o, polis əməkdaşları ilə birlikdə Balakən rayonunun Talalar kəndində Nəzmiyyə Namazova ilə birlikdə yaşadığı evə getmiş, polis əməkdaşlarına yaşadığı evin həyətində olan toyuqların saxlanılması üçün nəzərdə tutulmuş yerdə gizlədib saxladığı sellofan torbada olan narkotik vasitə marixuananı təqdim etmiş, həmin narkotik vasitə marixunanı 2022-ci ilin noyabr ayının əvvəllərində yaşadığı Balakən rayonunun Talalar kəndinin çöl sahəsində olan zaman oradakı kolluq ərazidə yabanı halda bitən 03 ədəd narkotik tərkibli çətənə bitkisinin üzərindən yığaraq özü çəkib istifadə etmək üçün həmin ərazidə qurutduğunu, əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı 01 ədəd sellofan torbaya dolduraraq şəxsi istifadəsi üçün qeyd olunan gizlədib saxladığını və göstərilən narkotik vasitə marixuananın bir hissəsini özünün çəkib istifadə etdiyini demişdir. Bundan sonra polis əməkdaşları ona Balakən Rayon Polis Şöbəsinə gədəcəklərini və orada həmin narkotik vasitəni videoçəkiliş aparılmaqla təqdim edəcəyini bildirmişlər, habelə ona narkotik vasitə qurudulmuş marixuananı təqdim edərkən videoçəkiliş zamanı Balakən rayonunun Talalar kəndinin çöl ərazisinin kolluq sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsini etiraf etməsini və daha sonra həmin yerə gedib baxış keçirəcəklərini bildirmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə Balakən rayonunun Talalar kəndinin ərazisində olan, onun gözətçilik etdiyi çöl sahəsində olan kolluq əraziyə getmişlər, orada polis əməkdaşları ona əkilib-becərilmiş narkotik tərkibli çətənə bitkilərini göstərmişlər və həmin yerdə 27 ədəd narkotik tərkibli çətənə bitkisinin əkilməsi ona məlum olmuşdur. Polis əməkdaşları üzərində şəxsi axtarış aparıldıqdan sonra baxış keçirmək üçün həmin sahəyə gələcəklərini ona bildirmişlər, orada həmin bitkiləri əkib-becərməsini polis əməkdaşlarına etiraf etməsini demişlər, o isə çarəsiz olduğu üçün polis əməkdaşlarının təklifi ilə razılaşmışdır. Daha sonra Balakən Rayon Polis Şöbəsinə gəlmişlər, orada olarkən polis əməkdaşları həmin sellofan torbada onun təqdim etdiyi narkotik vasitə marixuananı ona vermişlər və polis əməkdaşlarının təklifi ilə qeyd olunan sellofan torbada olan narkotik vasitə marixuananı əynində olan şalvarın iç hissəsinə yerləşdirmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan şalvarın iç hissəsindən 01 ədəd qara rəngli sellofan torbada və həmin sellofan torbanın içərisində 03 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə narkotik vasitə aşkar olunmuşdur. Daha sonra 03 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan narkotik vasitələr elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 3,42 qram olması, ardınca isə 01 ədəd qara rəngli sellofan torbada olan narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 70 olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bu zaman o, polis əməkdaşlarının onu təklif etdiyi qaydada Balakən rayonunun Talalar kəndinin çöl sahəsindəki kolluq ərazidə 27 ədəd narkotik tərkibli çətənə bitkisini əkib-becərdiyini demiş, daha sonra polis əməkdaşlarının, müdafiəçinin və aqronom Şahid4 iştirakı ilə Balakən rayonunun Talalar kəndində yerləşən çöl sahəsindəki kolluq əraziyə baxış keçirilən zaman oradan hündürlükləri 16 sm-dən 105 sm-dək və ümumi çəkisi 375 qram olan 27 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunmuş və Şahid4 həmin bitkilərə baxıb aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra narkotik tərkibli çətənə bitkiləri müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur.O, şübhəli şəxs kimi tutulub 12 iyul 2023-cü il tarixdə azad olunduqdan sonra narkotik tərkibli çətənə bitkilərini kimin əkdiyini araşdırmış, bu zaman Şahid8 ona narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərildiyi yerin yaxınlığında dəfələrlə kənddə çoban işləyən Təqsirləndirilən şəxs2 gördüyünü bildirmiş, o da həmin narkotik tərkibli çətənə bitkilərini Təqsirləndirilən şəxs2 əkməsindən şübhələnmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı fərdi yaşayış evinə dəvət etmiş və bir müddət sonra sonuncu həmin evə gəlmişdir. Orada olan zaman o, narkotik tərkibli çətənə bitkilərini əkmədiyini Təqsirləndirilən şəxs2 demiş, sonuncu da bunu təsdiq etmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs2 özünə məxsus olan qoyunları satıb onun əməlini yüngülləşdirməyə kömək edəcəyini bildirmiş, bu zaman o və arvadı Şahid5 Təqsirləndirilən şəxs2 sonuncunun həmin narkotik tərkibli çətənə bitkilərinin əkilməsinə aidiyyəti olmadığı halda qoyunlarını satıb ona kömək etməsinin səbəbini soruşmuş, lakin sonuncu cavab verə bilməmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 həmin 27 ədəd narkotik tərkibli çətənə bitkisini həmkəndlisi Şahid6 əkdiyini bildirmiş və o, Təqsirləndirilən şəxs2lə aralarında olan bütün danışığı mobil telefonun səs yazan qurğusu vasitəsi ilə yazıb diskə köçürmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitədən istifadə etməmiş, Təqsirləndirilən şəxs1 nəzarət etdiyi ərazidə çobanlıq fəaliyyəti ilə məşğul olmuş, lakin həmin ərazidə narkotik tərkibli çətənə bitkilərinin əkilməsinin şahidi olmamış və istifadəsində 050 ***-**-** mobil telefon nömrəsi olmuşdur. Polis əməkdaşlarının dəvəti ilə Balakən Rayon Polis Şöbəsinə getmiş və dörd gün ərzində orada saxlanılmışdır. Orada olan zaman polis əməkdaşları ona Təqsirləndirilən şəxs1la əlbir olaraq narkotik tərkibli çətənə bitkilərini əkdiyini demişlər və o, təsir-təzyiq altında olduğu üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. O, narkotik tərkibli çətənə bitkilərinin əkildiyi yerdə olmamış və həmin bitkiləri görməmişdir. Polis əməkdaşları onu dörd dəfə narkotik tərkibli çətənə bitkilərinin əkildiyi yerə aparmışlar, lakin həmin bitkiləri aşkar edə bilməmişlər. Bundan sonra polis əməkdaşları videogörüntülərə baxıb narkotik tərkibli çətənə bitkilərinin əkildiyi yeri aşkar etmişlər, onu həmin yerə aparmışlar və orada narkotik tərkibli çətənə bitkilərini əkməsini deməsini tələb etmişlər və yalnız sonuncu dəfə oraya gedəndə müdafiəçi yanında olmuşdur. Yeddi nəfər polis əməkdaşı tərəfindən döyülmüş və polis əməkdaşları onun baş və bel nahiyələrinə zərbələr vurmuşlar, habelə ayağının alt hissəsinə rezin dəyənəklə zərbələr endirmişlər və qeyd olunan səbəbdən o, polis əməkdaşlarının ona təklif etdiyi formada narkotik tərkibli çətənə bitkilərini Təqsirləndirilən şəxs1la birlikdə əkdiyini demişdir. Polis əməkdaşları ona narahat olmaması, ona hər hansı problem yaranmayacağını və onu buraxacaqlarını dedikləri üçün hər hansı dövlət orqanına (qurumuna) şikayət etməmiş, habelə polis əməkdaşları icazə vermədikləri üçün müdafiəçisinə məlumat verməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1la aralarında üzləşdirmə aparılmış, lakin o, həmin istintaq hərəkətinin mahiyyətini anlamamış və narkotik tərkibli çətənə bitkilərini əkməsini dediyi halda cinayət məsuliyyətinin yaranacağını dərk etməmişdir. Təqsirləndirilən şəxs1 azad olunduqdan sonra sonuncu ilə çöl ərazidə görüşmüş, bu zaman sonuncu ondan borc şəklində, sonradan qaytarmaq şərti ilə 1000 manat pul istəmiş, o isə həmin məbləğdə pulunun olmadığını demişdir. Bundan iki gün sonra o, yenidən Təqsirləndirilən şəxs1la görüşmüş, həmin vaxt da sonuncu ondan borc şəklində, sonradan qaytarmaq şərti ilə pul istəmiş, o da 220 manat pulunun olduğunu deyib həmin məbləğdə pulu sonuncuya vermişdir. Həmin tarixdə çöldə olan zaman Təqsirləndirilən şəxs1 ondan narkotik tərkibli çətənə bitkilərinin kimin tərəfindən əkilə biləcəyini soruşmuş, o isə bilmədiyini demişdir. Orada olarkən Təqsirləndirilən şəxs1 arvadının boşanmaq istədiyini, bu səbəbdən də narkotik tərkibli çətənə bitkilərini əkən şəxs kimi bir nəfər şəxsin adını qeyd etməsinin zəruri olduğunu demişdir. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs1 yenidən görmüş, bu zaman sonuncu narkotik tərkibli çətənə bitkiləri kimin əkdiyini aydınlaşdırmaq məqsədi ilə söhbət etmək üçün ona yaşadığı fərdi yaşayış evinə getməyi təklif etmiş, o da sonuncunun bu təklifi ilə razılaşmış və qeyd olunan evə getmişdir. Orada olarkən Təqsirləndirilən şəxs1 ona təklif etdiyi kimi narkotik tərkibli çətənə bitkilərini Şahid6 əkdiyini demiş, lakin sonuncunun narkotik tərkibli çətənə bitkilərini əkdiyini görməmişdir. Evdə olan zaman o, narkotik vasitəni əkmədiyini və kimin əkməsindən məlumatının olmadığını demişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə bitkilərinin sonuncu tərəfindən əkilmədiyini sübut etməsini istədikləri üçün sonuncu aralarında olan danışıqları mobil telefon vasitəsilə qeydə almış və polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadələrində göstərmişdir ki, çobanlıq fəaliyyəti ilə məşğul olmuş, 03 ildir narkotik vasitədən istifadə etmişdir. Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir və sonucu ilə bir neçə dəfə narkotik vasitə marixuanadan istifadə etmişdir. 2023-cü ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs1 onu Balakən rayonunun Talalar kəndinin çöllük ərazisində görərək ona narkotik tərkibli çətənə bitkilərinin toxumlarını verəcəyini demiş, həmin toxumları birlikdə əkib-becərmələrini təklif etmiş və əldə edilən narkotik vasitə marixuananın bir hissəsini ona verəcəyini və birlikdə çəkə biləcəklərini bildirmişdir. Əvvəlcə o, bundan imtina etmiş və bu zaman Təqsirləndirilən şəxs1 bu məsələni özünün həll edəcəyini ona demişdir. Bir müddət sonra təxminən 2023-cü ilin aprel ayının ortalarında çöl ərazisində olan zaman Təqsirləndirilən şəxs1 əlində sarı rəngli qabla oraya gəlmiş, bu zaman o, həmin qabda narkotik tərkibli çətənə bitkilərinin şitillərinin olduğunu görmüş və sonuncu qeyd olunan bitkiləri çöl ərazisində olan kolluq sahədə əkəcəyini ona demişdir. Daha sonra Təqsirləndirilən şəxs1 yenidən ona həmin bitkiləri birlikdə əkib-becərmələrini təklif etmiş və əldə edilmiş məhsulu yarı böləcəklərini bildirmiş, o da sonuncunun bu təklifi ilə razılaşmışdır. Daha sonra o, Təqsirləndirilən şəxs1la birlikdə sonuncunun gözətçiliyini etdiyi Balakən rayonunun Talalar kəndinin çöllük ərazisinin kolluq sahəyə keçmişlər, bundan sonra Təqsirləndirilən şəxs1 torpağı yumşaltmağa başlamış, ardınca isə həmin bitkiləri torpağa əkmişdir. Təqsirləndirilən şəxs1 27 ədəd narkotik tərkibli çətənə bitkisini torpağa əkdikdən sonra ona həmin bitkiləri suvarmaq üçün su gətirməsini demiş, o da yaxınlıqda olan su kanalından çətənə bitkilərinin içərisində əkildiyi qaba su dolduraraq gətirib həmin çətənə bitkilərinin diblərinə su vermişdir. Sonrakı günlərdə də o və Təqsirləndirilən şəxs1 birlikdə həmin əraziyə gedib narkotik tərkibli çətənə bitkilərinin diblərini alaq otlarından təmizləmişlər və diblərinə bir neçə dəfə su vermişlər, nəticədə 27 ədəd narkotik tərkibli çətənə bitkisi bitmişdir. 10 iyun 2023-cü il tarixdə yaşadığı kənddə olan zaman Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən tutulmasını, sonuncuda narkotik vasitə marixuananın aşkarlanmasını və Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə bitkilərini əkdiyi yerdən 27 ədəd narkotik tərkibli çətənə bitkisinin aşkar olunuduğunu, bir neçə gün sonra isə Təqsirləndirilən şəxs1 yaşadığı evə buraxıldığını eşitmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs1la yolda görüşüb söhbət etdikdə Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsini polis şöbəsində və məhkəmədə etiraf etdiyini, narkotik tərkibli çətənə bitkilərini tək əkib-becərdiyini, istintaq orqanına birlikdə əkmələri barədə məlumat vermədiyini və tutulduğu üçün ona 1000 manat məbləğində pul verməsini demiş, o isə pulunun olmadığını bildirmişdir. Təxminən 1 gün sonra yolda olan zaman Təqsirləndirilən şəxs1 görmüş, bu zaman sonuncu axşam yaşadığı evə gəlməsini və narkotik tərkibli çətənə bitkilərini əkdiyinə görə arvadı Şahid5 onu evdən çıxardığını demiş və ibtidai istintaq orqanına narkotik tərkibli çətənə bitkilərini birlikdə əkmələri barədə məlumat verəcəyi ilə hədələmişdir. Təqsirləndirilən şəxs1 ona axşam yaşadığı evinə gəlməsini, kömək etməsini, sonuncunun narkotik tərkibli çətənə bitkilərini əkməməsi, həmin bitkiləri özünün əkib-becərməsi barədə arvadı Şahid5 yanında deməsini bildirmiş, o isə həmin bitkiləri əkdiyini deməyə qorxduğunu qeyd etmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 ona narkotik tərkibli çətənə bitkilərini həmkəndlisi Şahid6 əkməsini bildirməsini təklif etmiş, əks təqdirdə isə onu həbs etdirəcəyi ilə hədələmişdir. O da Təqsirləndirilən şəxs1 sözlərindən qorxub sonuncunun Şahid5 ilə birlikdə yaşadığı evə getmiş, orada olarkən Təqsirləndirilən şəxs1 həmin narkotik tərkibli çətənə bitkilərini əkmədiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs1 və arvadı Şahid5 bir neçə dəfə həmin narkotik tərkibli çətənə bitkilərini kimin əkməsi barədə soruşduqda o, Təqsirləndirilən şəxs1 boşanmaması üçün qeyd olunan narkotik tərkibli çətənə bitkilərini Şahid6 əkdiyini demiş, lakin təsvir olunan narkotik tərkibli çətənə bitkilərini sonuncu əkməmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs1 sonuncunun cəzasının yüngülləşdirilməsi üçün maddi cəhətdən kömək edəcəyini, ehtiyac olduğu təqdirdə qoyunlarını satacağını deyib çölə çıxmış, bu zaman Təqsirləndirilən şəxs1 cibindən sadə mobil telefonu çıxarıb aralarında olan söhbəti bu mobil telefon vasitəsilə qeydə aldığını demişdir. O, həmin gün Təqsirləndirilən şəxs1 borc şəklində, sonradan qaytarmaq şərti ilə 220 manat məbləğində pul vermiş, sonuncu həmin pulu iki həftə ərzində qaytacağını desə də qaytarmamışdır. O, hadisə ilə bağlı Şahid7 və Babək Əliyevə heç nə deməmiş və Təqsirləndirilən şəxs1 narkotik vasitə verməmişdir. Barəsində ədalətli çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Balakən Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Balakən rayonunun Talalar kənd sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması, mütəmadi olaraq üzərində gəzdirməsi və qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə 10 iyun 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında göstərilən tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 Balakən rayonunun ərazisində saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmiş, daha sonra hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan şalvarın iç hissəsindən 01 ədəd qara rəngli sellofan torbada və həmin sellofan torbanın içərisində 03 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 narkotik vasitə marixuanadan istifadə etdiyini, həmin kütlələrin narkotik vasitə marixuana olduğunu, qeyd olunan narkotik vasitələri siqaretə doldurub istifadə etmək üçün kağız bükümlərə büküb torbada saxladığını və üzərindən aşkar edilmiş narkotik vasitələri 2022-ci ilin noyabr ayında Balakən rayonunun Talalar kəndinin çöl sahəsindəki kolluq ərazidən tapdığı yabanı halda bitmiş 03 ədəd narkotik tərkibli çətənə bitkisinin üzərlərindən yığdığını demişdir. Daha sonra 03 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan narkotik vasitələr elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 3,42 qram olması, ardınca isə 01 ədəd qara rəngli sellofan torbada olan narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 70 olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 Balakən rayonunun Talalar kəndinin çöl sahəsindəki kolluq ərazidə 27 ədəd narkotik tərkibli çətənə bitkisini əkib-becərdiyini demiş, daha sonra polis əməkdaşlarının, müdafiəçinin və aqronom Şahid4 iştirakı ilə Balakən rayonunun Talalar kəndində yerləşən çöl sahəsindəki kolluq əraziyə baxış keçirilən zaman oradan hündürlükləri 16 sm-dən 105 sm-dək və ümumi çəkisi 375 qram olan 27 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunmuş və Şahid4 həmin bitkilərə baxıb aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra narkotik tərkibli çətənə bitkiləri müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid1lə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə polis əməkdaşlarının dəvəti ilə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs1 Balakən rayonunun Talalar kəndinin çöl ərazisində kolluq sahədə narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi yerə baxış keçirilməsində aqronom qismində iştirak etmiş və bu zaman qeyd edilən kolluq sahənin içərisində 27 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kolları aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin bitki kollarını 2023-cü ilin aprel ayının ortalarında şəxsi istifadəsi üçün əkib-becərdiyini və həmin bitkilərin toxumlarını 2022-ci ilin noyabr ayında tapdığı 3 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin üzərindən yığdığını bildirmişdir. O, həmin bitkilərin diblərinə baxan zaman 27 ədəd bitkiyə aqrotexniki qaydada qulluq edilməsini, diblərinin alaq otlarından təmizlənməsini və suvarılmasını müəyyən etmişdir. Aşkar edilmiş 27 ədəd narkotik tərkibli çətənə bitksinə oxşar bitki kollarının hündürlüklərinin 16 santimetrdən 105 santimetrədək, çəkisinin 375 qram olan olması müəyyən olunmuşdur. Daha sonra həmin narkotik tərkibli çətənə bitkiləri müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Balakən rayonunun Talalar kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kənd sakinləri kimi tanımışdır. O, 2021-ci ildən Zaqatala rayonunun Aşağı Tala kəndində yaşamış, Balakən rayonunun Talalar kəndinin ərazisində və ya başqa yerdə narkotik tərkibli çətənə bitkiləri əkməmiş və 27 ədəd narkotik tərkibli çətənə bitkisindən məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Balakən rayonunun Talalar kəndinin ərazisində pay torpaq sahəsi vardır, həmin sahənin bir hissəsi qarğıdalı sahəsi, digər yeri isə fındıq bağıdır. Təqsirləndirilən şəxs1 çöl ərazilərinə gözətçilik etmiş, Təqsirləndirilən şəxs2 isə həmin ərazilərdə heyvanların otarılması ilə məşğul olmuşdur. 10 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə bitkilərini əkməsinə görə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmasını eşitmiş, təxminən 3 gün sonra isə Təqsirləndirilən şəxs1 kənddə gözətçilik etdiyi çöllük ərazidə görmüşdür. O, Təqsirləndirilən şəxs1la söhbət zamanı narkotik tərkibli bitkilərin əkilməsində Təqsirləndirilən şəxs2 şübhələnməsi barədə deməmiş, Təqsirləndirilən şəxs2 çöldə narkotik tərkibli çətənə bitkilərini əkməsini görməmiş və həmin bitkilərin əkildiyi yer ilə bağlı məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Balakən rayonunun Talalar kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kənd sakinləri kimi tanımış və sonuncu çöl ərazilərinə gözətçilik etmişdir. 10 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə bitkilərini əkməsinə görə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmasını eşitmiş, lakin sonuncunun narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 ona, Təqsirləndirilən şəxs1 və ya digər şəxslərə narkotik vasitə verməsi barədə ona heç nə deməmiş, o da qeyd olunan məsələ ilə bağlı Təqsirləndirilən şəxs1 heç nə bildirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Əliyev Babək Şahid oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid7lə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2020-ci ildən Təqsirləndirilən şəxs1 ilə qeyri-rəsmi ər-arvad olaraq yaşayır. 10 iyun 2023-cü il tarixdə əri Namazov X8 Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərində narkotik vasitə saxlamaqda və narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə şübhəli olduğundan saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə aparılmış, bir müddət sonra əri Təqsirləndirilən şəxs1 Balakən Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə yaşadıqları evə gəlmiş, lakin polis əməkdaşları əri Təqsirləndirilən şəxs1 əyləşdiyi avtomobildən düşməyə icazə verməmişlər. Daha sonra polis əməkdaşları yaşadığı evdə axtarış aparmışlar və bu zaman ona kobud rəftar etdikləri üçün Təqsirləndirilən şəxs1 yaşadıqları evdə və evin həyətyanı sahəsində narkotik vasitə olmadığını və narkotik vasitəni Balakən rayonunun Talalar kəndində arvadı X1 ilə birlikdə yaşadığı evin həyətində toyuqların saxlanılması üçün nəzərdə tutulmuş yerdə saxladığını bildirmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə əri Təqsirləndirilən şəxs1 Balakən rayonunun Talalar kəndində yerləşən X1 ilə birlikdə yaşadığı evə getmişdir. Bundan sonra kənddə əri Təqsirləndirilən şəxs1 iştirakı ilə Balakən rayonunun Talalar kəndinin çöl ərazisinin kolluq sahəsinə baxış keçirilən zaman oradan 27 ədəd narkotik tərkibli çətənə bitkisinin aşkar edilərək götürülməsi barədə xəbər yayılmış, iki gün sonra əri Təqsirləndirilən şəxs1 yaşadıqları evə geri qayıtmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 ona yaşadığı evdə narkotik vasitə marixuana saxladığını, lakin Balakən rayonunun Talalar kəndinin çöl ərazisinin kolluq sahəsində narkotik tərkibli çətənə bitkilərini əkmədiyini və polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalması səbəbindən həmin 27 ədəd narkotik tərkibli çətənə bitkisini əkib-becərməsini demək məcburiyyətində qaldığını bildirmişdir. Daha sonra əri Təqsirləndirilən şəxs1 həmin narkotik tərkibli çətənə bitkilərini əkib-becərən şəxsi müəyyən etmək məqsədi ilə araşdırma aparmağa başlamış, bu məqsədlə sonuncu Şahid8lə görüşən zaman sonuncu Təqsirləndirilən şəxs2 bir neçə dəfə həmin narkotik tərkibli bitkilərin əkildiyi yerdə gördüyünü və həmin bitkiləri Təqsirləndirilən şəxs2 əkməsindən şübhələndiyini əri Təqsirləndirilən şəxs1 demişdir. Daha sonra əri Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 evə dəvət etmiş, bir müddət sonra isə sonuncu yaşadıqları evə gəlmişdir. O, Təqsirləndirilən şəxs1 təklifi ilə sonuncu ilə Təqsirləndirilən şəxs2 arasında baş verən danışıqları qeydə almaq məqsədilə mobil telefonda olan səs yazan qurğunu qoşmuşdur. Söhbət əsnasında əri Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə bitkilərini əkmədiyini Təqsirləndirilən şəxs2 demiş, sonuncu da bunu təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 özünə məxsus olan qoyunları satıb əri Təqsirləndirilən şəxs1 əməlini yüngülləşdirməyə kömək edəcəyini demiş, bu zaman o və əri Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 sonuncunun həmin narkotik tərkibli çətənə bitkilərinin əkilməsinə aidiyyəti olmadığı halda qoyunlarını satıb kömək etməsinin səbəbini soruşmuş, lakin sonuncu cavab verə bilməmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 həmin 27 ədəd narkotik tərkibli çətənə bitkisini həmkəndlisi Şahid6 əkdiyini bildirmiş və o, Təqsirləndirilən şəxs2lə aralarında olan bütün danışığı mobil telefonun səs yazan qurğusu vasitəsi ilə yazıb diskə köçürmüşdür. Onun heç vaxt əri Təqsirləndirilən şəxs1 boşanmaq fikri olmamış və sonuncuya həmin narkotik tərkibli çətənə bitkilərini əkdiyi təqdirdə boşanacağını deməmişdir. Təqsirləndirilən şəxs1 heç vaxt Təqsirləndirilən şəxs2 pul istəməmiş və orada olarkən Təqsirləndirilən şəxs2 əri Təqsirləndirilən şəxs1 pul verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10 iyun 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Balakən Rayon Polis Şöbəsinə Balakən rayonunun Talalar kənd sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri əldə edib mütəmadi olaraq üzərində gəzdirməsi və narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini ifşa etmək məqsədilə həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10 iyun 2023-cü il raportdan görünür ki, Balakən Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Balakən rayonunun Talalar kənd sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri əldə edib mütəmadi olaraq üzərində gəzdirməsi və narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi şübhəsi ilə həmin tarixdə Balakən rayonunun Talalar kəndinin ərazisində saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış aparılması haqqında 10 iyun 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan şalvarın ön iç hissəsindəki 01 ədəd qara rəngli sellofan torbanın içərisində, habelə həmin torbanın içərisində olan 03 ədəd gümüşü ağ rəngli kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Şəxsi axtarış aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 10 iyun 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Balakən rayonunun Talalar kəndinin ərazisində yerləşən çöllük əraziyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş və bu zaman oradan 27 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Baxış keçirilməsinin və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şahid4 tərəfindən tərtib edilmiş rəydən görünür ki, 10 iyun 2023-cü il tarixdə Balakən rayonunun Talalar kəndinin ərazisində çöllük əraziyə baxış keçirilən zaman oradan hündürlükləri 16 sm-dən 105 sm-dək olan 27 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar edilmişdir. Həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmiş və dibləri alaq otlarından təmizlənməklə suvarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 11 iyun 2023-cü il tarixli 17/456 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütlələri” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan torbada, açıq vəziyyətdə təmiz çəkisi 53,05 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin qara rəngli sellofan torbanın içərisindəki 03 (üç) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,35 qram, 0,27 qram və 0,13 qram olmaqla, ümumi çəkisi 1,75 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd qara rəngli sellofan torbada və həmin qara rəngli sellofan torbanın içərisindəki 03 (üç) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Balakən rayonu, Talalar kəndindən çöllük sahədən aşkar edilmiş 27 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları.” yazısı, adlar və imzalar olan sintetik kisənin içərisindəki, uzunluqları 16 sm-dən 105 smdək, yaş vəziyyətdə ümumi çəkiləri 260,0 qram olan 27 (iyirmi yeddi) ədəd bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş 27 (iyirmi yeddi) ədəd çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronom (mütəxəssis) Şahid4 10 iyun 2023-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə qurudulmuş marixuanaların aşkar edilməsi və narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi faktlarına görə CM-in 234.1 və 237.2.3-cü maddəri ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarın qanuniliyinin yoxlanılması barədə Balakən Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarından görünür ki, Balakən Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 oğlunun əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 10 iyun 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 23 iyul 2023-cü il tarixli arayışdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını və aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaları hansı mənbədən və ya hansı şəxsdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində CM-in 188-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə ibtidai istintaq aparılması üçün cinayət işinin müstəntiqə qaytarılması haqqında 04 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin cinayət işi üzrə ittiham aktı təsdiq edilmədən cinayət işi əlavə ibtidai istintaq aparılması üçün müstəntiqə qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət təqibi üzrə əməlin tövsif edilməsi haqqında 06 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə əməl CM-in 234.1 və 237.2.3-cü maddələrindən həmin Məcəllənin 234.1, 237.2.1 və 237.2.3-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 12 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 30 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə ifadəsin yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə narkotik tərkibli çətənə bitkilərini əkdikləri yeri əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında 03 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində CM-in 188 və 234.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 barəsində isə CM-in 188-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. Bu Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 12-ci bəndinə əsasən, təmiz halda 5 qram və daha artıq, lakin 500 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, habelə qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərə aid olan İİİ siyahısının 1.2-ci bəndinə əsasən, 16 ədəd (31 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 109.1-ci bəndinə əsasən, təmiz halda 5 qram və daha artıq, lakin 500 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar, habelə tərkibində narkotik maddələr olan bitkilərə aid olan İİİ Siyahısının 1.2-ci bəndinə əsasən, 16-800 ədəd (31-1550 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamlardan görünür ki, Təqsirləndirilən şəxs1 54,80 qram narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımış, habelə sonuncu və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini əkib yetişdirməklə kultivasiya etmişlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri törədilən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 12-ci bəndinə əsasən, təmiz halda 5 qram və daha artıq, lakin 500 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, habelə qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərə aid olan İİİ siyahısının 1.2-ci bəndinə əsasən, 16 ədəd (31 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil etmiş, narkotik vasitələrin və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin xüsusilə külli miqdarı isə müəyyən olunmamışdır. Lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları” yeni redaksiyada verilmiş, nəticədə təmiz halda 5 qram və daha artıq, lakin 500 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar, habelə 16-800 ədəd (31-1550 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən, CM-in 26-cı fəslində (Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edildiyindən və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu qüvvəyə minənədək törədildiyindən həmin Qanun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə tətbiq oluna bilməz, qeyd olunan səbəblərə görə onların tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməllərinə görə cəza, bu əməllərin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanununa uyğun təyin olunmalı və bu zaman narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq miqdarı və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin külli miqdarı ilə bağlı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu və həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısı və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərə aid olan İİİ Siyahısı (əvvəlki redaksiya) tətbiq olunmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 08 nömrəli Qərarının (bundan sonra – Qərar) 12-ci bəndinə əsasən, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Bu Qərarın 21-ci bəndinə əsasən, CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 25 fevral tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə (kannabis), xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234 cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 6 iyul tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan xeyli miqdardan artıq miqdarda və yaxud satış məqsədilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CM-in 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 10 iyun 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinə Balakən rayonunun Talalar kənd sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri əldə edib mütəmadi olaraq üzərində gəzdirməsi və narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan başqa, 10 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1, müdafiəçinin, mütəxəssisin və polis əməkdaşlarının iştirakı ilə Balakən rayonunun Talalar kəndinin ərazisindəki çöllük sahədə olan kolluq əraziyə baxış keçirilən zaman oradan narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 10 iyun 2023-cü il tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılıb narkotik vasitə qurudulmuş marixuananın, habelə Balakən rayonunun Talalar kəndinin ərazisindəki çöllük sahədə olan kolluq əraziyə baxış keçirilib narkotik tərkibli çətənə (kannabis) bitkilərinin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 12 iyun 2023-cü il tarixdə verdiyi ifadəsində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etdiyini, daşıdığını və saxladığını, eləcə də, qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik tərkibli çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etdiyini etiraf etsə də ibtidai istintaqın gedişində 09 avqust 2023-cü il tarixdə verdiyi ifadəsində təxminən 09 aydır narkotik vasitə marixuanadan istifadə etdiyini, Balakən rayonunun ərazisində yerləşən 40 hektar düzənlik ərazidə gözətçi olduğunu, lakin narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olmadığını, gözətçi olduğu sahədə narkotik tərkibli çətənə bitkilərinin əkilməsindən məlumatının olmadığını, 2022-ci ilin noyabr ayının əvvəllərində yaşadığı Balakən rayonunun Talalar kəndinin çöl sahəsində olan zaman oradakı kolluq ərazidə 03 ədəd yabanı halda bitən narkotik tərkibli çətənə bitkilərinin olduğunu gördüyünü, özü çəkib istifadə etmək üçün həmin bitkilərin üzərindəki yararlı hissələrindən yığaraq qeyd olunan ərazidə qurutduğunu, əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı 01 ədəd sellofan torbaya dolduraraq şəxsi istifadəsi üçün yaşadığı evin həyətində olan toyuqların saxlanılması üçün nəzərdə tutulmuş yerdə gizlədib saxladığını, bundan sonra həmin narkotik vasitədən 10-15 dəfə istifadə etdiyini, sellofan torbanın içərisində saxladığı narkotik vasitəni az-az istifadə etməsi üçün 03 ədəd gümüşüağ rəngli kağız bükümlərə doldurmaqla əlavə olaraq qeyd olunan sellofan torbanın içərisində saxladığını, 10 iyun 2023-cü il tarixdə Balakən rayonunun Talalar kəndinin ərazisində olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə aparıldığını, orada olan zaman adını və soyadını xatırlamadığı polis əməkdaşının mobil telefonda olan narkotik tərkibli çətənə bitkilərinin fotoşəkillərini ona göstərib həmin məsələdən məlumatının olub-olmadığını soruşduğunu, bu barədə hər hansı məlumatının olmadığını, qeyd olunan narkotik tərkibli çətənə bitkilərini əkmədiyini və kimin əkməsi barədə məlumatının olmadığını dediyini, bundan sonra həmin polis əməkdaşının onu otağa gətirən dörd nəfər polis əməkdaşına onu döyməyi tapşırdığını, bundan sonra isə yeddi nəfər polis əməkdaşının onu başqa otağa aparıb ayaq zərbələri ilə, habelə əl zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurduqlarını, həmçinin onu yerə uzadaraq rezin dəyənək vasitəsi ilə ayaqlarının alt hissəsinə zərbələr endirdiklərini, nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını, daha sonra huşunu itirdiyini, bir qədər sonra ayıldığını, bundan sonra ona həmin narkotik tərkibli çətənə bitkilərini əkib-əkməməsi barədə sual verdiklərini, etiraf etməyəcəyi təqdirdə yenidən döyəcəklərini və işgəncə verəcəklərini bildirdiklərini, məcburiyyət qarşısında qalıb etiraf edəcəyini bildirdiyini, daha sonra onu Balakən rayonunun Talalar kəndində Şahid5 ilə birlikdə yaşadığı evə apardıqlarını, oradan heç nə aşkar olunmasa da polis əməkdaşlarının arvadı Şahid5 narahat etdiyini görüb narkotik vasitə qurudulmuş marixuananı Balakən rayonunun Talalar kəndində arvadı Nəzmiyyət Namazova ilə birlikdə yaşadığı evin həyətində toyuqların saxlanılması üçün nəzərdə tutulmuş yerdə saxladığını və narkotik vasitə qurudulmuş marixuananı təqdim edəcəyini bildirdiyini, daha sonra polis əməkdaşları ilə birlikdə Balakən rayonunun Talalar kəndində Nəzmiyyə Namazova ilə birlikdə yaşadığı evə getdiyini, polis əməkdaşlarına yaşadığı evin həyətində olan toyuqların saxlanılması üçün nəzərdə tutulmuş yerdə gizlədib saxladığı sellofan torbada olan narkotik vasitə marixuananı təqdim etdiyini, həmin narkotik vasitə marixunanı 2022-ci ilin noyabr ayının əvvəllərində yaşadığı Balakən rayonunun Talalar kəndinin çöl sahəsində olan zaman oradakı kolluq ərazidə yabanı halda bitən 03 ədəd narkotik tərkibli çətənə bitkisinin üzərindən yığaraq özü çəkib istifadə etmək üçün həmin ərazidə qurutduğunu, əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı 01 ədəd sellofan torbaya dolduraraq şəxsi istifadəsi üçün qeyd olunan gizlədib saxladığını və göstərilən narkotik vasitə marixuananın bir hissəsini özünün çəkib istifadə etdiyini dediyini, bundan sonra polis əməkdaşlarının ona Balakən Rayon Polis Şöbəsinə gədəcəklərini və orada həmin narkotik vasitəni videoçəkiliş aparılmaqla təqdim edəcəyini bildirdiklərini, habelə ona narkotik vasitə qurudulmuş marixuananı təqdim edərkən videoçəkiliş zamanı Balakən rayonunun Talalar kəndinin çöl ərazisinin kolluq sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsini etiraf etməsini və daha sonra həmin yerə gedib baxış keçirəcəklərini bildirdiklərini, bundan sonra polis əməkdaşları ilə birlikdə Balakən rayonunun Talalar kəndinin ərazisində olan, onun gözətçilik etdiyi çöl sahəsində olan kolluq əraziyə getdiklərini, orada polis əməkdaşlarının ona əkilib-becərilmiş narkotik tərkibli çətənə bitkilərini göstərdiklərini, həmin yerdə 27 ədəd narkotik tərkibli çətənə bitkilərinin əkilməsinin ona məlum olduğunu, polis əməkdaşlarının üzərində şəxsi axtarış aparıldıqdan sonra baxış keçirmək üçün həmin sahəyə gələcəklərini ona bildirdiklərini, orada həmin bitkiləri əkib-becərməsini polis əməkdaşlarına etiraf etməsini dediklərini, çarəsiz olduğu üçün polis əməkdaşlarının təklifi ilə razılaşdığını, daha sonra Balakən Rayon Polis Şöbəsinə gəldiklərini, orada olarkən polis əməkdaşlarının həmin sellofan torbada onun təqdim etdiyi narkotik vasitə marixuananı ona verdiklərini, polis əməkdaşlarının təklifi ilə qeyd olunan sellofan torbada olan narkotik vasitə marixuananı əynində olan şalvarın iç hissəsinə yerləşdirdiyini, daha sonra müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın iç hissəsindən 01 ədəd qara rəngli sellofan torbada və həmin sellofan torbanın içərisində 03 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə narkotik vasitənin aşkar olunduğunu, bu zaman polis əməkdaşlarının ona təklif etdiyi qaydada Balakən rayonunun Talalar kəndinin çöl sahəsindəki kolluq ərazidə 27 ədəd narkotik tərkibli çətənə bitkisini əkib-becərdiyini dediyini, daha sonra polis əməkdaşlarının, müdafiəçinin və aqronom Şahid4 iştirakı ilə Balakən rayonunun Talalar kəndində yerləşən çöl sahəsindəki kolluq əraziyə baxış keçirilən zaman oradan 27 ədəd narkotik tərkibli çətənə bitkisinin aşkar olunduğunu, şübhəli şəxs kimi tutulub 12 iyul 2023-cü il tarixdə azad olunduqdan sonra narkotik tərkibli çətənə bitkilərini kimin əkdiyini araşdırdığını, bu zaman Şahid8 ona narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərildiyi yerin yaxınlığında dəfələrlə kənddə çoban işləyən Təqsirləndirilən şəxs2 gördüyünü, həmin narkotik tərkibli çətənə bitkilərini Təqsirləndirilən şəxs2 əkməsindən şübhələndiyini, bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı fərdi yaşayış evinə dəvət etdiyini, bir müddət sonra sonuncunun həmin evə gəldiyini, orada olan zaman narkotik tərkibli çətənə bitkilərini əkmədiyini Təqsirləndirilən şəxs2 dediyini, sonuncunun da bunu təsdiq etdiyini, söhbət əsnasında Təqsirləndirilən şəxs2 özünə məxsus olan qoyunları satıb onun əməlini yüngülləşdirməyə kömək edəcəyini bildirdiyini, bu zaman o və arvadı Şahid5 Təqsirləndirilən şəxs2 sonuncunun həmin narkotik tərkibli çətənə bitkilərinin əkilməsinə aidiyyəti olmadığı halda qoyunlarını satıb ona kömək etməsinin səbəbini soruşduqlarını, lakin sonuncunun cavab verə bilmədiyini, bu zaman Təqsirləndirilən şəxs2 həmin 27 ədəd narkotik tərkibli çətənə bitkisini həmkəndlisi Şahid6 əkdiyini bildirdiyini və Təqsirləndirilən şəxs2lə aralarında olan bütün danışığı mobil telefonun səs yazan qurğusu vasitəsi ilə yazıb diskə köçürdüyünü qeyd etmişdir. Lakin Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə ibtidai istintaq zamanı 12 iyun 2023-cü il tarixdə verdiyi ifadəsində qeyd etdikləri ilə yanaşı, polis əməkdaşları tərəfindən döyülməsi nəticədə bədəni üzərində xəsarətlərin yarandığını, polis şöbəsində olduğu iki gün ərzində həkimin onu müayinə etdiyini, lakin bu barədə hər hansı dövlət orqanına (qurumuna) şikayət etmədiyini, hər hansı xəstəxanaya müraciət etmədiyini, polis şöbəsində olan zaman azad olunması vədi ilə qaynaqçı kimi fəaliyyət göstərən Kamran adlı şəxs tərəfindən arvadından 5000 manat pulun alındığını, polis əməkdaşlarının ona narahat olmamasını və narkotik vasitəni əkən Ruslan adlı şəxsin həbs olunacağını dediklərini, bundan bir müddət sonra Gündüz Məcidov tərəfindən pulun ona qaytarıldığını, bu zaman Babək adlı polis əməkdaşının onu təhdid edərək hər kəsin burada yaşamasını unutmamasını dediyini, pulu polis əməkdaşlarından götürdüyü üçün qeyd olunanların baş verdiyini düşündüyünü, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Balakən rayon nümayəndəliyində olan zaman barəsində cinayət işinin başlanması barədə məlumat əldə etdiyini, sonradan bu barədə Balakən Rayon Prokurorluğuna şikayət etdiyini, Balakən rayon prokuroru tərəfindən qəbul olunan zaman sifətində xəsarətlər olmasa da ayağında xəsarətlərin olduğunu, lakin polis əməkdaşları ona yenidən polis şöbəsinə qayıda biləcəyini dedikləri üçün qorxub xəsarətlərlə bağlı prokurora heç nə demədiyini, sonradan həmin cinayət işinin Balakən rayon prokuroru tərəfindən yenidən ibtidai istintaqa geri qaytarıldığını, lakin ətraflı araşdırma aparılmadığını, sonradan barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman xəsarətlərlə bağlı hakimə heç nə demədiyini, lakin araşdırma zamanı polis əməkdaşları tərəfindən ona qarşı edilmiş qanunsuz hərəkətlərlə bağlı prokurorluq orqanına şikayət etdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqın gedişində 09 avqust 2023-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış aparılması haqqında protokol, baxış keçirilməsi və götürmə aparılması haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış aparılarkən, habelə baxış keçirilərkən və götürmə aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və ona qarşı edilmiş qanunsuz hərəkətlərin qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlərlə bağlı heç bir irad bildirilməmiş və protokollarda hər hansı qeyd aparılmamışdır. Həmçinin ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs1 bu barədə məlumat verməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman o, əməlindən peşman olduğunu, tutulduğu vaxtdan cinayət əməlini səmimi etiraf etdiyini, hətta çöllük ərazidə əkdiyi narkotik tərkibli çətənə bitkilərinin yerini polis əməkdaşlarına özünün bildirdiyini və daha sonra isə oraya gedib yerini göstərdiyini demişdir. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 30 iyun 2023-cü il tarixli 1109 nömrəli rəyindən görünür ki, Surxan Namazov müayinə olunarkən həkimə 2 ildir narkotik vasitə marixuanadan istifadə etdiyini və aşkar olunan narkotik tərkibli çətənə bitkilərini özü üçün əkib-becərdiyini etiraf etmişdir. Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Namazov X8 Rayon Polis Şöbəsinə 10 iyun 2023-cü il tarixdə saat 16:05-də gətirilmişdir. Bundan savayı, cinayət işinin materiallarında olan “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 10 iyun 2023-cü il tarixdə Balakən RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən bədən səthində “hər iki ayağının əzilmiş yarası” xəsarətləri aşkar edilmişdir. Bunlarla yanaşı, “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 03 may 2024-cü il tarixli 18-1-27/2-295/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 01 iyun 2023-cü il tarixdən 30 iyun 2023-cü il tarixədək olan müddət ərzində həmin xəstəxanaya müraciət etməsi barədə qeydiyyat aparılmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 bədən səthində polis əməkdaşları tərəfindən saxlanıldığı vaxta uyğun və polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində yaranmağa xarakterik hər hansı xəsarət aşkar olunmamış, müayinə olunan zaman bədən səthində aşkar olunmuş xəsarətlər isə tutulmamışdan əvvəl aldığı xəsarətlər olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş “hər iki ayağının əzilmiş yarası” xəsarətlərinin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqın gedişində 09 avqust 2023-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaqın gedişində 09 avqust 2023-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 12 iyun 2023-cü il tarixdə verdiyi ifadəsində dediklərinin, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman qeyd etdiklərinin, məhkəmənarkoloji ekspertizasından keçən zaman bildirdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Habelə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrində Surxan Namazovla qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik tərkibli çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etdiyini, 10 iyun 2023-cü il tarixdə yaşadığı kənddə olan zaman Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən tutulmasını, sonuncuda narkotik vasitə marixuananın aşkarlanmasını və Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə bitkilərini əkdiyi yerdən 27 ədəd narkotik tərkibli çətənə bitkisinin aşkar olunduğunu, bir neçə gün sonra isə Təqsirləndirilən şəxs1 yaşadığı evə buraxıldığını eşitdiyini, bir neçə gün sonra Təqsirləndirilən şəxs1la yolda görüşüb söhbət etdikdə Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsini polis şöbəsində və məhkəmədə etiraf etdiyini, narkotik tərkibli çətənə bitkilərini tək əkib-becərdiyini, istintaq orqanına birlikdə əkmələri barədə məlumat vermədiyini və tutulduğu üçün ona 1000 manat məbləğində pul verməsini dediyini, pulunun olmadığını sonuncuya bildirdiyini, təxminən 1 gün sonra yolda olan zaman Təqsirləndirilən şəxs1 gördüyünü, bu zaman sonuncunun axşam yaşadığı evə gəlməsini və narkotik tərkibli çətənə bitkilərini əkdiyinə görə arvadı Şahid5 onu evdən çıxardığını dediyini, ibtidai istintaq orqanına narkotik tərkibli çətənə bitkilərini birlikdə əkmələri barədə məlumat verəcəyi ilə hədələdiyini, Təqsirləndirilən şəxs1 ona axşam yaşadığı evinə gəlməsini, kömək etməsini, sonuncunun narkotik tərkibli çətənə bitkilərini əkməməsi, həmin bitkiləri özünün əkib-becərməsi barədə arvadı Şahid5 yanında deməsini bildirdiyini, həmin bitkiləri əkdiyini deməyə qorxduğunu sonuncuya dediyini, bu zaman Təqsirləndirilən şəxs1 ona həmkəndlisi Şahid6 əkməsini bildirməsini təklif etdiyini, əks təqdirdə isə onu həbs etdirəcəyi ilə hədələdiyini, Təqsirləndirilən şəxs1 sözlərindən qorxub sonuncunun Şahid5 ilə birlikdə yaşadığı evə getdiyini, orada olarkən Təqsirləndirilən şəxs1 həmin narkotik tərkibli çətənə bitkilərini əkmədiyini bildirdiyini, daha sonra Təqsirləndirilən şəxs1 və arvadı Şahid5 bir neçə dəfə həmin narkotik tərkibli çətənə bitkilərini kimin əkməsi barədə soruşduqda Təqsirləndirilən şəxs1 boşanmaması üçün qeyd olunan narkotik tərkibli çətənə bitkilərini Şahid6 əkdiyini dediyini, lakin təsvir olunan narkotik tərkibli çətənə bitkilərini sonuncunun əkmədiyini dediyini, daha sonra Təqsirləndirilən şəxs1 sonuncunun cəzasının yüngülləşdirilməsi üçün maddi cəhətdən kömək edəcəyini, ehtiyac olduğu təqdirdə qoyunlarını satacağını deyib çölə çıxdığını, bu zaman Təqsirləndirilən şəxs1 cibindən sadə mobil telefonu çıxarıb aralarında olan söhbəti bu mobil telefon vasitəsilə qeydə aldığını dediyini, həmin gün Təqsirləndirilən şəxs1 borc şəklində, sonradan qaytarmaq şərti ilə 220 manat məbləğində pul verdiyini, sonuncu həmin pulu iki həftə ərzində qaytacağını desə də qaytarmadığını, hadisə ilə bağlı Şahid7 və Babək Əliyevə heç nə demədiyini və Təqsirləndirilən şəxs1 narkotik vasitə vermədiyini etiraf etmişdir. Lakin Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə narkotik vasitədən istifadə etmədiyini, Təqsirləndirilən şəxs1 nəzarət etdiyi ərazidə çobanlıq fəaliyyəti ilə məşğul olduğunu, lakin həmin ərazidə narkotik tərkibli çətənə bitkilərinin əkilməsinin şahidi olmadığını, istifadəsində 050 ***-**-** mobil telefon nömrəsinin olduğunu, polis əməkdaşlarının dəvəti ilə Balakən Rayon Polis Şöbəsinə getdiyini, dörd gün ərzində orada saxlanıldığını, orada olan zaman polis əməkdaşlarının ona Təqsirləndirilən şəxs1la əlbir olaraq narkotik tərkibli çətənə bitkilərini əkdiyini dediklərini, təsir-təzyiq altında olduğu üçün polis əməkdaşlarının dedikləri ilə razılaşdığını, narkotik tərkibli çətənə bitkilərinin əkildiyi yerdə olmadığını, həmin bitkiləri görmədiyini, polis əməkdaşlarının onu dörd dəfə narkotik tərkibli çətənə bitkilərinin əkildiyi yerə apardıqlarını, lakin həmin bitkiləri aşkar edə bilmədiklərini, bundan sonra polis əməkdaşlarının videogörüntülərə baxıb narkotik tərkibli çətənə bitkilərinin əkildiyi yeri aşkar etdiklərini, onu həmin yerə apardıqlarını, orada narkotik tərkibli çətənə bitkilərini əkməsini deməsini tələb etdiklərini, yalnız sonuncu dəfə oraya gedən zaman müdafiəçinin yanında olduğunu, yeddi nəfər polis əməkdaşı tərəfindən döyüldüyünü, polis əməkdaşlarının onun baş və bel nahiyələrinə zərbələr vurduqlarını, habelə ayağının alt hissəsinə rezin dəyənəklə zərbələr endirdiklərini, qeyd olunan səbəbdən polis əməkdaşlarının ona təklif etdiyi formada narkotik tərkibli çətənə bitkilərini Təqsirləndirilən şəxs1la birlikdə əkdiyini dediyini, polis əməkdaşları ona narahat olmamasını, ona hər hansı problem yaranmayacağını və onu buraxacaqlarını dedikləri üçün hər hansı dövlət orqanına (qurumuna) şikayət etmədiyini, habelə polis əməkdaşları icazə vermədikləri üçün müdafiəçisinə məlumat vermədiyini, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1la aralarında üzləşdirmə aparıldığını, lakin həmin istintaq hərəkətinin mahiyyətini anlamadığını, narkotik tərkibli çətənə bitkilərini əkməsini dediyi halda cinayət məsuliyyətinin yaranacağını dərk etmədiyini, Təqsirləndirilən şəxs1 azad olunduqdan sonra sonuncu ilə çöl ərazidə görüşdüyünü, bu zaman sonuncunun ondan borc şəklində, sonradan qaytarmaq şərti ilə 1000 manat pul istədiyini, həmin məbləğdə pulunun olmadığını dediyini, bundan iki gün sonra yenidən Təqsirləndirilən şəxs1la görüşdüyünü, həmin vaxt da sonuncunun ondan borc şəklində, sonradan qaytarmaq şərti ilə pul istədiyini, 220 manat pulunun olduğunu deyib həmin məbləğdə pulu sonuncuya verdiyini, həmin tarixdə çöldə olan zaman Təqsirləndirilən şəxs1 ondan narkotik tərkibli çətənə bitkilərinin kimin tərəfindən əkilə biləcəyini soruşduğunu, bilmədiyini dediyini, orada olarkən Təqsirləndirilən şəxs1 arvadının boşanmaq istədiyini, bu səbəbdən də narkotik tərkibli çətənə bitkilərini əkən şəxs kimi bir nəfər şəxsin adını qeyd etməsinin zəruri olduğunu dediyini, həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs1 yenidən gördüyünü, bu zaman sonuncunun narkotik tərkibli çətənə bitkilərini kimin əkdiyini aydınlaşdırmaq məqsədi ilə söhbət etmək üçün ona yaşadığı fərdi yaşayış evinə getməyi təklif etdiyini, sonuncunun bu təklifi ilə razılaşdığını, qeyd olunan evə getdiyini, orada olarkən Təqsirləndirilən şəxs1 ona təklif etdiyi kimi narkotik tərkibli çətənə bitkilərini Şahid6 əkdiyini dediyini, lakin sonuncunun narkotik tərkibli çətənə bitkilərini əkdiyini görmədiyini, evdə olan zaman narkotik tərkibli çətənə bitkilərini əkmədiyini və kimin əkməsindən məlumatının olmadığını dediyini, polis əməkdaşları Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə bitkilərinin sonuncu tərəfindən əkilmədiyini sübut etməsini istədikləri üçün sonuncunun aralarında olan danışıqları mobil telefon vasitəsilə qeydə aldığını və polis əməkdaşlarına təqdim etdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı narkotik tərkibli çətənə bitkilərini əkməməsi ilə bağlı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la aralarında üzləşdirmə aparılan zaman narkotik tərkibli çətənə bitkilərini birlikdə əkmələri ilə bağlı ifadəsində qeyd etdiyi xüsusatları həmin şəxsin üzünə demişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 1615 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə olunarkən həkimə 4-5 ildir narkotik vasitə marixuanadan istifadə etdiyini və aşkar olunan narkotik tərkibli çətənə bitkilərini özü üçün əkib-becərdiyini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 narkotik tərkibli çətənə bitkilərini əkməməsi ilə bağlı məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs2 narkotik tərkibli çətənə bitkilərini əkib-əkməməsi ilə bağlı məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə Təqsirləndirilən şəxs2 narkotik tərkibli çətənə bitkilərini əkib-əkməməsi ilə ibtidai istintaq zamanı qeyd etdiklərinin, məhkəmə-narkoloji ekspertizasından keçən zaman bildirdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş CD diskə baxış keçirilməsi barədə 09 avqust 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında baş vermiş danışıqların köçürüldüyü diskə baxış keçirilmiş və bu zaman danışıqların narkotik tərkibli çətənə bitkilərinin kimin tərəfindən əkilməsi ilə bağlı olması müəyyən olunmuşdur. Həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində qeyd olunan telefon danışığında əks olunan məsələlərin Təqsirləndirilən şəxs1 tərəfindən təşkil olunduğunu və məhz sonuncunun arvadından boşanmaması üçün Təqsirləndirilən şəxs1 ona təklif etdiyi qaydada ifadələr işlətdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 arasında baş vermiş qeyd olunan danışıqlar adları qeyd olunan şəxslərin təqsirsizliyini təsdiq edən sübut növü kimi qəbul edilə və onların bəraətinin əsasını təşkil edən dəlil rolunu oynaya bilməz. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamış, eləcə də, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qəsdən, qanunsuz olaraq, narkotik tərkibli çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş, Təqsirləndirilən şəxs2 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qəsdən, qanunsuz olaraq, narkotik tərkibli çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs1 qeyd olunan narkotik vasitəni əldə edərkən, saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxs Surxan Namazovun əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının (bundan sonra – Qərar) 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın bir neçə bükümdə olmasına baxmayaraq, elektron tərəzinin aşkar olunmamasını, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsini, digər tərəfdən təqsirləndirilən şəxsin özünün narkotik vasitədən istifadə etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qeyd olunan narkotik vasitəni satış məqsədi ilə deyil, məhz şəxsi istifadəsi üçün əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri CM-in 234.1, 237.2.1 və 237.2.3-cü, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri isə CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində CM-in 234.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs1 cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır, CM-in 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri isə ağır cinayət kateqoriyasına aiddir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 234.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Habelə Təqsirləndirilən şəxs2 əməlində CM-in 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs2 cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə CM-in 237.2.1 və 237.2.3-cü maddələrində göstərilən cinayət əməlləri ağır cinayət kateqoriyasına aiddir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-in 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin barəsində təyin olunacaq cəzaların növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Namazov X8 rayonunun Talalar kəndində yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Balakən rayonunun Talalar yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən və Saatlı Rayon Məhkəməsinin 24 iyun 2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Saatlı Rayon Məhkəməsinin 24 iyun 2014-cü il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 21 fevral 2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət hesab olunur və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəza çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs2 CM-in 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törədənədək onun məhkumluğu ödənildiyindən sonradan qeyd olunan cinayət əməllərini törətməsi cinayətin residivini yaratmır. Təqsirləndirilən şəxs1 əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxslərin şəxsiyyətlərini, təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, onlara təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrumetmə növündə cəzaların təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, həmin şəxslər qeyd olunan cəzaları real olaraq çəkməklə islah oluna bilərlər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.1-ci maddəsində göstərilən cinayət əməli az ağır, CM-in 237.2.1 və 237.2.3-cü maddəsində göstərilən cinayət əməlləri isə ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzaları ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 10 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmiş və əvvəli 10 iyun 2023-cü il tarixdən hesablanmaqla barəsində 04 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 ev dustaqlığında saxlanılma müddəti 01 ay olmaqla, 10 noyabr 2023-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 10 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında həbsə alınmalı və ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı həbsə alındığı 13 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 30 iyun 2023-cü il tarixli 1109 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 1615 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannobinoid qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. CM-in 93.1-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cəza çəkdikləri müddətdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onlar yaşayış yerləri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 08 sentyabr 2023-cü il tarixli 563 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 “Dissosiativ konversion pozuntusu XBT 10” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F44.7 xəstəliyi aşkar edilməsinə baxmayaraq, həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə edə bilmişdir. Onda anlaqlılığı istisna etməyən psixi pozuntu müşahidə olunmur. O, “Dissosiativ konversion pozuntusu XBT 10” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F44.7 xəstəliyi keçirməsinə baxmayaraq, o, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri CM-in 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür və tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 “Dissosiativ konversion pozuntusu” xəstəliyindən əziyyət çəkməsi müəyyən olunsa da onun əziyyət çəkdiyi psixi pozuntu nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdikləri müddətdə psixi pozuntu ilə bağlı tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında 03 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixli qərarla 54,60 qram narkotik vasitə qurudulmuş marixuana, 257,30 qram çəkisi olan 27 ədəd narkotik tərkibli çətənə bitkisi, 07 ədəd plastmas şüşə və 01 ədəd orta hissəsindən kəsilmiş plastmas şüşə cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli habelə dəyəri olmayan digər əşyalar məhv edilməlidir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aid olan İ Siyahısının 146-cı bəndinə əsasən, marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 54,60 qram narkotik vasitə qurudulmuş marixuana, 257,30 qram çəkisi olan 27 ədəd narkotik tərkibli çətənə bitkisi, 07 ədəd plastmas şüşə və 01 ədəd orta hissəsindən kəsilmiş plastmas şüşə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. CPM-in 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsi və təyin olunmuş cəzanın ciddiliyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs1 20 (iyirmi) manat, Təqsirləndirilən şəxs2 isə 14,55 (on dörd manat əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə isə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 10 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X3 yerləşdirilməsi üçün X2 Mühafizə taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 13 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X3 yerləşdirilməsi üçün X2 Mühafizə taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 54,60 qram narkotik vasitə qurudulmuş marixuana, 257,30 qram çəkisi olan 27 ədəd narkotik tərkibli çətənə bitkisi, 07 ədəd plastmas şüşə və 01 ədəd orta hissəsindən kəsilmiş plastmas şüşə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 20 (iyirmi) manat, Təqsirləndirilən şəxs2 isə 14,55 (on dörd manat əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar