Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-110/2020 23.09.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1985-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işsiz, ali təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında pasport qeydiyytında olan, həbs edilənə kimi Şəki şəhəri B.Məmmədov küçəsi, dalan 4, ev 1 ünvanında yaşamış, xx xxxxx 2020-ci ildən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə X5 Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, məlum olmayan mənbədən, tamah niyyəti və satış məqsədi olmadan, şəxsi istehlakı məqsədi ilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan şəxsi istehlak miqdarından artıq miqdarda metafetamini əldə edib özündə saxlayaraq daşımış, xx xxxxx 2020-ci ildə saat 00:10 radələrində Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən “Aytac” şadlıq sarayının qarşısında saxlanılaraq Şəki ŞRPŞ-nin inzibati binasına gətirilmiş, orada üstünə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol iç döş cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə külli miqdar təşkil edən təmiz çəkisi 2,629 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd şəffaf sellofan bükümdə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən təmiz çəkisi 0,883 qram olan psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü ( CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir) qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 (bir) il olar ki, narkotik vasitə istifadəçisidir. Narkotik vasitənin əsasən heroin növündən istifadə etmişdir. Bəzi hallarda isə psixotrop maddə olan metafitamin də əldə edib istifadə etmişdir. Qəbul etdiyi narkotik vasitələri ətraf rayonlarda tanımadığı şəxslərdən alıb qəbul etmişdir. xx.xx.2020-ci ildə şəxsi işi ilə əlaqədar olaraq Yevlax şəhərinə getmişdir. Şəki şəhərinə qayıtmaq üçün Yevlax rayon 7 nömrəli orta məktəbin yaxınlığında yerləşən avtoyuma məntəqəsinin qarşısındakı dayanacaqda dayanıb taksi gözləyən zaman metafetamini tapmış, evinə gətirmiş və ondan 2-3 dəfə istifadə etmişdir. xx.xx.2020-ci ildə saat 00:10 radələrində bir neçə polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmış, baxış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən özünə məxsus olan biri “Samsung” markalı, digəri “kgtel” markalı olmaqla 2 (iki) ədəd mobil telefonu, əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən pul əskinaslarını, gödəkçəsinin sol iç döş cibindən özünə məxsus bir ədəd şəxsiyyət vəsiqəsini, özünə məxsus bir ədəd kağız bükümü və bir ədəd “Winchester” markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur və bundan başqa üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Təqdim etdiyi bir ədəd ağ rəngli kağız bükümün içərisindəki iki ayrı sellofan bükümün birinin “şüşə”, digərinin “kokos” olmuşdur. Kakos onun olmamışdır. Heç vaxt narkotik vasitə satmamış, o cümlədən, kimə isə pay və yaxud bəxşiş kimi narkotik vasitə verməmişdir. X3 isə ümumiyyətlə tanımır. “ - xx-xx-2020 01:06:53 xx-xx-2020 11:31:23 1.1.**********45 1.1.**********65 - Ay qaqas dine gelmiyecem da. - Niye gozdedirsen axi. Ozun yaxsi bilirsen axi ki agri nedi.” - ismarıcı Samirə yazmış, lakin səhvən Şahinə göndərmişdir. Həmin vaxt bədəni ağrıdığına görə həmin ağrıları kəsmək üçün narkotik vasitə əldə etməkdən ötrü hal-hazırda mobil nömrəsini xatırlamadığı Bakı şəhərində yaşayan, Samir adlı tanışına həmin ismarıcı yollamaq istəmişdir. Samirin nömrəsini xatırlaya bilmədiyinə görə ona ismarıc yollaya bilməmişdir. Lazım olduqda zəng edir və ya ismarıc yazırdı, Samir də ona lazım olan narkotik vasitəni tapıb Şəki şəhərinə gətirirdi. Narkotik vasitə heroin onun olmamışdır. Çəkiliş aparılmamışdan əvvəl onun cibinə qoyulmuşdur. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, İlham adlı şəxsin Şəki şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, İlhamın şəxsiyyətinin müəyyən olunaraq onun cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə xx xxxxx 2020-ci ildə əməliyyat tədbirləri keçirilməsinə dair qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. İlhamın ünvan 1 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən Aytac şadlıq sarayının yaxınlığında olması müəyyən edildiyindən əməliyyat qrupunun üzvləri ilə həmin yerə gedib, xx.xx.2020-ci ildə saat 00:10 radələrində Aytac şadlıq sarayının qarşısında ona üzərində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə saxlamaqda və narkotik vasitənin satışı ilə məşğul olmaqda şübhəli olduğu üçün polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən özünə məxsus olan biri Samsung markalı, digəri “kgtel” markalı olmaqla 2 (iki) ədəd mobil telefonu, əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən pul əskinaslarını, gödəkçənin sol iç döş cibindən özünə məxsus bir ədəd şəxsiyyət vəsiqəsini, özünə məxsus bir ədəd ağ rəngli kağız bükümü və bir ədəd “Winchester” markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. İ.Mustayayev bir ədəd ağ rəngli kağız bükümün içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin bir ədəd ağ rəngli kağız büküm açıldıqda içərisində birinin içində ağ rəngli narkotik vasitəyə bənzər kütlə, digərinin içində qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə olan, başlıq hissələri xüsusi qaydada bağlanmış iki ədəd sellofan bükülü olduğu aşkar olunmuşdur. Sonra içərilərində narkotik vasitəyə bənzər kütlələr olan həmin iki ədəd sellofan bükülü ayrı-ayrı zərflərə qoyulub qablaşdırılmış və möhürlə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil nömrənin balansına pul yüklənilməsinə dair bir ədəd çek və “Winchester” markalı siqaret qutusu qutunun içərisindəki siqaret dənələri ilə birlikdə özünə qaytarılıb verilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş biri “Samsung” markalı, digəri “kgtel” markalı olmaqla 2 (iki) ədəd mobil telefon isə ayrı-ayrı zərflərə qoyulub qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Şahidlər Şahid2 və Şahid3 məhkəmədə Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə-bioloji ekspertizanın xx xxxxx 2020-ci il tarixli 17/231 №-li rəyindən görünür ki, təqdiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş... heroinə oxşar kütlə...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-2,629 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqdiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-0,883 qram olan maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (İ siyahı, İİ bənd, sıra № 27) daxil olanmetafetamindir. Təqdiqata təqdim olunmuş heroin narkotik vasitə, metafetamin isə psixotrop maddə olduğundan onların müqayisəli tədqiqatı aparılmadı. Məhkəmə-narkoloji ekspertizanın 29 may2020-ci il tarixli 409 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Tərkibində narkotik vasitə olan tiryək alkoloidlərindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizanın 08 may2020-ci il tarixli 224 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni, anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İşə əlavə edilmiş xx xxx 2020-ci il tarixli 189-11211-1220 nömrəli əməliyyat tapşırığına cavabda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2,629 qram çəkidə narkotik vasitə olan heroin və 0,883 qram çəkidə psixotrop maddə metafetamini satış məqsədi ilə əldə edib, üzərində saxlayıb, daşıması, onun narkotik vasitələrin satışı ilə məşbul olması göstərilmişdir. Lakin həmin əməliyyat məlumatı CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat fəaliyyəti nəticəsində əldə edilmiş materiallarar «Əməliyyat- axtarış fəaliyyəti haqqında» qanuna uyğun əldə edildikdə və CPM-nin tələblərinə uyğun təqdim edildikdə və yoxlandıqdan sonra cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Bu baxımdan Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini və metafetamini satış əqsədi ilə əldə etməsinə dair əməliyyat məlumatı əməliyyatçının subyektiv fikrində başqa heç nəyi əks etdirmir, həmin məlumat yoxlanıldıqda isə heç bir mənbəyi olmayan məlumat olması aşkar edilir. Odur ki, məhkəmə həmin məlumatı da obyektiv həqiqəti əks etdirən məlumat olmadığı qənaətinə gəlir. Eləcə də şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrində narkotik vasitəni Təqsirləndirilən şəxs satış məqsədi ilə özündə daşıyaraq saxlamasını göstərmişlər. Lakin bu barədə hər hansı bir əməliyyat işi olmadığını, yalnız belə hesab etdiklərini bildirmişlər. Şəki ŞRPŞ-nin xx xxxxxxxx 2020-ci il tarixli məktubundan da görünür ki, Təqsirləndirilən şəxs barəsində polis şöbəsində əməliyyat qeydiyyat işi olmamışdır. Odur ki, bu hissədə də məhkəmə onların ifadələrində göstərdikləri xüsusatları səmimi, obyektiv və həqiqi ifadə kimi qəbul etmir. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirmişdir ki, narkotik vasitə heroin onun olmamışdır. Lakin ibtidai araşdırma zamanı İ. Mustafayev ifadəsində bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroin onun olmuşdur, istifadəsi üçün üzərində saxlamışdır. İş materiallarından da görünür ki, narkotik vasitə heroin və metafetamin bir bükümdə aşkar edilərək götürülmüşdür. Videoçəkilişdən də görünür ki, Təqsirləndirilən şəxs bir bükümdə heroin və metafetamini təqdim edir. Şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrindən də görünür ki, həmin narkotik vasitə heroinin Təqsirləndirilən şəxs özünə məxsus olmasını bildirmişdir. Odur ki, işin faktiki hallarına uyğun gəlmədiyinə görə məhkəmə Təqsirləndirilən şəxs bu hissədə ifadəsində göstərdiyi xüsusatları səmimi, obyektiv, həqiqi ifadə kimi qəbul etmir. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd torbada külli miqdarda - təmiz çəkisi 2,629 qram olan heroin və 0,883 qram psixotrop maddə olan metafetamini əldə edib ayrı-ayrı torbalarda daşıyaraq özündə saxlamış, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı xx xxxxx 2020-ci ildə saat 00:10-də aşkar olunaraq götürülmüşdür. Lakin konkret olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə əldə etməsini, özündə saxlamasını təsdiq edən hər hansı bir sübut yoxdur. Halbuki, Təqsirləndirilən şəxs şahidlər Şahid2 və Şahid3 ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri satış məqsədi olmadan əldə edib saxlamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 9cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ifadəsindən və ekspert rəyindən görünür ki, o, narkotik vasitələrdən istifadə edir, narkomaniya xəstəliyindən əzab çəkir, məcburi müalicə olunması və qeydiyyata alınması məsləhət görülür. Aşkar edilmiş narkotik vasitə heroinin miqdarı isə ümumilikdə 2,629 qram, metafetamin isə 0,883 qam olmuşdur. Hər hansı istehlakçı ilə razılıq əldə edilməsi faktları yoxdur. Onların hazırlanması üçün hər hansı bir avadanlıq olmamışdır. Hətta, Təqsirləndirilən şəxs 055- ***-***-**-** mobil nömrəsindən X2 adına qeydiyyatda olan ***-***-**-** mobil nömrəsinə göndərilmiş ismarıcın detallarından: “ - xx-xx-2020-ci il saat 01:06:53, xx-xx-2020-ci il saat 11:31:23, 1.1.**********45 1.1.**********65 - Ay qaqas dine gelmiyecem da. - Niye gozdedirsen axi. Ozun yaxsi bilirsen axi ki agri nedi.” - ismaricinin olması, onu Şahin Abdullayevə göndərməsi, narkomaniya xəstəsi olması və qeydiyyata alınmasının məsləhət görülməsi onu göstərir ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edən olmuşdur. Həmin heroinin çəkisi 2,629 qram, külli miqdardan az artıq olması, eləcə də psixotrop maddənin çəkisi 0,883 olması özlüyündə Təqsirləndirilən şəxs satmaq məqsədində olmasını xarakterizə etmir. İşin faktiki halları onu göstərir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini və psixotrop maddə metafetamini özü qeyd etdiyi kimi satış məqsədi olmadan özü istifadə etməsi üçün əldə edərək saxlamışdır. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar»a əsasən dərman preparatı kimi beynəlxalq adı heroin və metafetamin olan maddələr narkotik vasitədir. Heroinin və metafetaminin 0,15 qram şəxsi istehlak miqdarı, 2 qramdan çox isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs aşkar edilən heroin 2,629 qram, metafitamin isə 0,883 qram olmuşdur. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitəni satış məqsədi olmadan əldə edib, saxlaması xüsusatını obyektiv, səmimi və həqiqi ifadə kimi qəbul edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs külli miqdarda, yəni şəxsi istehlak miqdarından az miqdarda artıq çəkidə heroini və şəxsi istehlak miqdarından az miqdarda artıq psixatrop maddə metafetamini əldə etməsini satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə və saxlama kimi qiymətləndirir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməlidir. Eyni zamanda, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdırlar. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2009-cu il təvəllüdlü Dəniz və 2019-cu il təvəllüdlü Damla adlı iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirici hal kimi qəbul edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal aşkar edilməmişdir. Tələbnamədən və Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx.xx.2010cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzası 01 il 02 ay sınaq müddəti ilə şərti hesab edilmişdir. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsi ilə təqsiri bilinmiş, CM-nin 67-ci maddəsinə əsasən hökmlərin məcmu üzrə 06 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci madəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmu üzrə 03 il müddətinə azadlıqdan məhrum cəzası təyin edilmişdir. Cəzasının sonu ilə xx xxxxxx 2017-ci ildə cəza çəkməkdən azad olunmuşdur. Onun məhkumluğu ödənmiş olsa da, məhkəmə qeyd edilən halları onun şəxsiyyətini xarakterizə edən hallar kimi nəzərə alır. Beləliklə, məhkəməTəqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vəsaitləri olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Təqsirləndirilən şəxs CM-nin 56.1.2- cü maddəsinə əsasən təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2020-ci ildəbarəsində həbs qətimkan tədbiri seçilmişdir. Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Ekspertiza xərci 102 (yüz iki) manat 12 (on iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilsin. CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun.Şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan 19 aprel 2020-ci ildən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Ekspertiza xərci 102 ( yüz iki) manat 12 (on iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 2,579 qram narkotik vasitə heroin və 0,783 qram psixotrop maddə metafetamin məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində X5 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən Rəşid Hüseynov Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-110/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-110/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver