Məhkəmə qərarları › İş №1(091)-110/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-110/2021

03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-110/2021 03.05.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən: Əliyev Rəşad Şəmşir oğlu, Hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, Məhkəmə iclas katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinnin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxxx 1963-cü ildə Balakən rayonun Püştətala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2-ci qrup əlil, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2013-cü il tarixli hökmü ilə AR CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməyən, Balakən rayonu Kortala kəndində qeydiyyatda olan və həbs edilənə kimi həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2019-cu ildə Katex çayının kənarından tapdığı yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin toxumlarını yığaraq Balakən rayonu Kortala kəndində yerləşən yaşadığı evdə gizlətməklə saxlamış, həmin toxumları qəsdən, qanunsuz olaraq tamah niyyətilə 2020-ci ilin iyun ayının axırlarında Balakən rayonu Kortala kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin dirrik hissəsində lobya cərgəsinin arasında əkərək həmin toxumlardan bitmiş 26 (iyirmi altı) ədəd hündürlüyü 11 sm-dən 130 sm-dək, ümumi təmiz çəkiləri 2 kiloqram 170 qram narkotik tərkibli çətənə (kannabis) bitkilərinin, həmin yerdən 20 metr aralıda yerləşən lobya cərgəsinin arasında bitmiş 27 (iyirmi yeddi) ədəd hündürlüyü 61 sm-dən 184 sm-dək, ümumi təmiz çəkiləri 4 kiloqram 250 qram narkotik tərkibli çətənə (kannabis) bitkilərinin və həyətyanı sahədəki digər dirrikdə daha əvvəl, yəni 2020-ci ilin mart ayının sonlarında qəsdən, qanunsuz olaraq tamah niyyəti ilə əkdiyi 1 (bir) ədəd hündürlüyü 197 sm olan, ümumi təmiz çəkisi 595,00 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin, ümumilikdə 54 (əlli dörd) ədəd, yəni külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin diblərini alaq otlarından təmizləməklə, suvarmaqla və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişdir. 05 sentyabr 2020-ci ildə saat 09 radələrində polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən rayonu Kortala kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin dirrik hissələrində qəsdən, qanunsuz olaraq tamah niyyəti ilə əkib yetişdirməklə kultivasiya etdiyi külli miqdarda, yəni ümumilikdə 54 (əlli dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs CM-in 237.2.3-cu maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildə Katex kəndinə çay kənarına balıq tutmaq üçün getdiyi zaman tapdığı bir ədəd yabanı halda bitmiş çətənə bitkisinin üzərindən yığıb gətirib evdə gizlətdiyi toxumları iyun ayının axırında cücərdərək 26 ədədini həyətyanı torpaq sahəsinin bir yerinə, ondan bir qədər aralıda isə 27 ədədini əkmişdir. Bir ədəd isə əvvəldən əkdiyi şitillərdən qalmışdır. 05.09.2020-ci ildə polis əməkdaşları yaşadığı evə gələrək əkib becərdiyi 26 ədəd narkotik tərkibli çətənə bitkisi, dirriyin yuxarı hissəsində əkdiyi 27 ədəd çətənə bitkisi və dirriyin ortasında əkdiyi Xalidin ona verdiyi 350 ədəd narkotik tərkibli çətənə şitilindən qalmış bir ədəd çətənə bitkisi polis əməkdaşlarının və aqronomun iştirakı ilə kökündən çıxarılaraq ayrı-ayrılıqda 3 sintetik kisəyə qablaşdırılıb götürülmüşdür. Həmin bir ədəd, dirriyin ortasında qalmış narkotik tərkibli çətənə bitkisinin hündürlüyü 197 sm, 26 ədəd bitkilərin hündürlükləri 11 sm-dən130 sm-dək, 27 ədəd bitkilərin hündürlükləri isə 61 sm-dən 184 sm-dək olmuşdur. Yaşadığı evdən və həyətyanı torpaq sahəsindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı fasiləsiz olaraq videoçəkilişdən istifadə edilmişdir. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə 05 sentyabr 2020-ci ildə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı lobya cərgələrinin arasından 26 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Həmin bitkilərin hündürlüyü 13 smdən 130 sm-dək olmuşdur. Aqronom Şahid4 həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Həmin yerdən 20 metr aralıda hündürlüyü 61 sm-dən 184 sm-dək olan 27 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Həmin yerdən xeyli aralıda dirrik sahəsində bir ədəd hündürlüyü 197 sm olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitki aşkarlanmışdır. Aqronom həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Həmin bitkilər kökündən çıxarılaraq qablaşdırılaraq götürülmüşdür. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahidlər Şahid2, Şahid3 və X3 şahid E.E.Göyüşovun ifadəsinə uyğun ifadə vermişdir. Şahid4 məhkəmədə ifadəsində göstərmişdir ki, 05 sentyabr 2020-ci il tarixdə polis əməkdaşları ilə Balakən rayonu Kortala kənd sakini Təqsirləndirilən şəxs evinə və həyətyanı torpaq sahəsinə baxış keçirilməsində mütəxəssis kimi iştirak etmişdir. Baxış zamanı 54 ədəd narkotik tərkibli bitklər aşkar edilmişdir. Həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. 05.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həyətində lobya cərgəsinin arasında 2x4m sahədə hündürlüyü 11 sm-dən 130 sm-dək olan 26 ədəd narkotik tərkibli çətənə bitkisi, həmin yerdən sol tərəfə 20 metr getdikdə lobya cərgəsinin arasında 2x5m sahədə hündürlüyü 61 sm-dən 184 sm-dək olan 27 ədəd narkotik tərkibli çətənə bitkisi, həmin yerdən 9 metr dirrik sahəsinin ortasına tərəf hündürlüyü 197 sm olan bir ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kolu kökündən çıxarlmış və elektron tərəzidə çəkilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 05 sentyabr 2020-ci il tarixli 17/531 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Kortala kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin dirrik sahəsindən aşkar edilmiş maddi sübut” sözləri yazılmış sintetik kisənin içərisindəki hündürlükləri 11 sm-dən 130 sm-dək, ümumi təmiz çəkiləri – 2 kiloqram 170 qram olan 26 (iyirmi altı) ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs yaşadığı evin dirrik sahəsindən aşkar edilərək götürülmüş maddi sübut... bitki hissələri” sözləri yazılmış sintetik kisənin içərisindəki hündürlükləri 61 sm-dən 184 sm-dək, ümumi təmiz çəkiləri - 4 kiloqram 250 qram olan 27 (iyirmi yeddi) ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs yaşadığı evin dirrik sahəsindən aşkar edilmiş maddi sübut...” sözləri yazılmış sintetik kisənin içərisindəki hündürlüyü 197 sm, təmiz çəkisi – 595,00 qram olan 01 (bir) ədəd bitki əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronom mütəxəssis Şahid4 05 sentyabr 2020-ci il tarixli rəyinə əsasən 54 (əlli dörd) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 08 yanvar 2021-ci il tarixli 17/8 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, Təqsirləndirilən şəxs evinin yaxınlığındakı dirrik sahəsindən aşkar edilmiş 01 (bir) ədəd çətənə bitkisi inkişaf əlamətlərinə görə, həmin şəxsin həyətyanı sahəsinin dərinliyində (50-60 metr aşağı hissəsindən) ayrı-ayrı yerlərdən aşkar edilmiş 26 (iyirmi altı) ədəd və 27 (iyirmi yeddi) ədəd çətənə bitkilərindən daha öncə əkilmişdir. 01 (bir) ədəd çətənə bitkisinin və digər 26 (iyirmi altı) ədəd, 27 (iyirmi yeddi) ədəd çətənə bitkilərinin əkilmə vaxtlarını və yaşlarını müəyyən etmək mümkün olmadı. İş matreiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 13 oktyabr 2020-ci il tarixli 913 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 05 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Məhkəməsinin 06 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamə və Şəki Ağır Cinayətlər Məhkəməsinin 23.10.2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidenitinin 18.03.2015-ci il tarixli “Əfv” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. CM-in 18.2.2-ci maddəsinə əsasən onun məhkumluğu ödənilmədiyindən onun əməlində cinayətlərin təhlükəli residivi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi 040860 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlik səbəbindən müddətsiz İİ qrup əlildir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal onun İİ qrup əlil olmasıdır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin təhlükəli residivir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılara» əsasən isə çətənə bitkisi kolları 15 ədəddən çox olduqda külli miqdarı təşkil edir. Təqsirləndirilən şəxs aşkar edilən çətənə bitkisi kolları 54 ədəd olmuşdur ki, bu da külli miqdar təşkil edir. Məhkəmə tədqiq edilən sübutların məcmusuna, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cı hissəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldıra bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, sübutları ayrı- ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli CM-in 237.2.3-cü maddəsinə düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai thlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası verilməlidir. CM-in 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzanın müddəti ona təyin olunacaq CM-in 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın son həddinin üçdə ikisindən az ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2020-ci ildə şübhəli şəxs kimi tutulmuş və 07 sentyabr 2020-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmalı və cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, CM-nin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirlər, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 70,52 AZN (yetmiş manat əlli iki qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 05 sentyabr 2020-ci ildən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 70,52 AZN (yetmiş manat əlli iki qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsində saxlanılan 26 (iyirmi altı) ədəd təmiz çəkiləri 2 kiloqram 170 qram, 27 (iyirmi yeddi) ədəd təmiz çəkiləri 4 kiloqram 250 qram, 1 (bir) ədəd təmiz çəkisi 595,00 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Hakimlər (sədrlik edən): Rəşad Əliyev (məruzəçi): Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar