Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-110/2022 29.06.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən: X14, Hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və X10, Məhkəmə iclas katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinnin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Göyçay şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə yardımçı təsərrüfatın quşçuluq üzrə mütəxəssisi vəzifəsində işləyən, ali təhsilli, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək 480 saat ictimai işlər cəzasına məhkum edilmiş, Göyçay rayonu Potu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 179.3.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin, xx.xx.2021-ci il tarixdən etibarən isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nəzdində olan quşçuluq yardımçı təsərrüfatında quşçuluq üzrə mütəxəssis vəzifəsində işləyərkən maddi məsul şəxs olduğu halda, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş külli miqdarda özgə əmlakını vahid niyyətlə talamaq məqsədilə, cəmiyyətlə aralarında bağlanmış xx.xx.2021-cı il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən ona etibar edilən maddi dəyərlilərə, habelə həvalə edilmiş işlərə qayğı ilə yanaşmaq, onların qorunmasını təmin etmək, xarab olmasına, itirilməsinə, qəsdən məhv edilməsinə imkan verməmək, eyni zamanda, heç bir halda şirkətə ziyan gətirməmək, səhlənkarlıq nəticəsində və ya qəsdən vurulmuş ziyana görə tam maddi məsuliyyət daşımaq, vaxtında şirkət rəhbərliyini onun himayəsində olan maddi dəyərlilərin təhlükəsizliyi, xarab olması və ya itirilməsi barədə məlumatlandırmaq və lazımi hallarda təhlükəli vəziyyətin yaranma səbəblərini öyrənmək və qarşısını almaq üçün səy göstərmək, ona həvalə edilmiş maddi dəyərlilərin inventarlaşdırılmasında iştirak etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi ona xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi olan dövr ərzində ******* nömrəli qaimə faktura ilə təhvil verilmiş 3150 baş xoruz və 4819 baş fərə olmaqla cəmi 7969 baş toyuğu quşçuluq yardımçı təsərrüfatının Balakən rayonu Katex kəndinin “Sanatoriya” kimi tanınan ərazisində yerləşən sexindən ayrı-ayrı vaxtlarda hər hansı sənədləşmə aparmadan müxtəlif şəxslərə fərqli qiymətlərə satmağa başlamış, satışdan əldə etdiyi, ümumilikdə 13028 manat məbləğində 1827 baş toyuğun pulunu ayrı-ayrı vaxtlarda quşçuluq yardımçı təsərrüfatının müdiri X1 mədaxil orderləri əsasında təhvil vermiş, həmin 1827 baş toyuğu və ölmüş 22 baş toyuğu çıxmaq şərtilə onun öhdəsində qalan və 2021-ci ilin may-iyun ayları ərzində olan bazar qiymətləri nəzərə alınmaqla dəyəri 14311 (on dörd min üç yüz on bir) manat olan 1301 baş xoruz və dəyəri 43371 (qırx üç min üç yüz yetmiş bir) manat olan 4819 baş fərə olmaqla cəmi 57682 (əlli yeddi min altı yüz səksən iki) manat dəyərində "xxxx" MMC-nin əmlakı olan 6120 baş toyuğu satmış, satışdan əldə etdiyi pulları Şəmsi Şabanovaya təhvil verməyərək özünün şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar edilmiş külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid niyyətlə mənimsəməklə talamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 179.3.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayından "xxxx" MMC-də işləməyə başlamış, oradakı bütün işlərini Şəmsi Şabanova ilə məsləhətləşib görmüş, aldığı və satdığı bütün məhsullardan Şəmsi xanımın xəbəri olmuşdur. Satış barədə mühasibat sənədləri və digər rəsmi sənədləri olmamış, satdıqlarının hamısını dəftərində qeyd etmiş və bu barədə Şəmsi Şabanovaya məlumat vermişdir. Kassa mədaxil orderləri tərtib etməmiş, satışdan pulu əldən almış və bu barədə heç bir qəbz verməmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC ilə əmək müqaviləsi bağlayaraq yardımçı təsərrüfata quşçuluq üzrə mütəxəssis vəzifəsinə işə qəbul olunmuş və həmin vaxtdan işləməyə başlamışdır. İşə başladıqdan sonra elə həmin sexin içərisində olan 2 otaqlı yaşayış yerində qalmış, faktiki olaraq onun işi orada olan bir ədəd sexdəki toyuqların yetişdirilib satılmasından ibarət olmuşdur. Orada təxminən 2021-ci ilin iyun ayının sonlarına qədər işləmiş və həmin müddət ərzində əmək haqqı əmək müqaviləsinə görə 250 manat olmasına baxmayaraq hər dəfə 125 manat olmaqla cəmi 3 dəfə Rabitə Bankın plastik kartı vasitəsi ilə ilk dəfə mart ayının 20-21-də, daha sonra aprel və may aylarında əmək haqqı almışdır. Əlavə olaraq satdığı toyuqlara görə əldə edilmiş məbləğin 20 faizi miqdarında mükafat almalı olsa da, almamışdır. Toyuqların yetişdirilməsini və satışını həyata keçirmiş, əlavə olaraq da işçisi Şahid1 hər ay 400 manat əmək haqqı vermişdir. Araz xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək onun yanında işləmiş və Araza cəmi əmək haqqı olaraq 1200 manat əmək haqqı vermişdir. İlk dəfə təsərrüfatda işə başlayarkən onunla maddi məsuliyyət haqqında müqavilə bağlanmış və ona qaimə faktura ilə xx.xx.2021-ci il tarixdə günorta vaxtı “Ford” markalı yük avtomaşını ilə bir nəfər Beyləqan rayonundan gətirdiyi 1105 baş, xx.xx.2021-ci il tarixdə 1253 baş, xx.xx.2021-ci il tarixdə 1140 baş, xx.xx.2021-ci il tarixdə 1252 baş, xx.xx.2021-ci il tarixdə 1213 baş, xx.xx.2021-ci il tarixdə 1139 baş və sonda xx.xx.2021-ci il tarixdə isə 867 baş olmaqla cəmisi 7969 baş toyuq təhvil verilmişdir. Toyuqlardan ölənləri və zəif olduqları üçün geri qaytarılanlar çıxıldıqdan sonra 4800 baş fərə, 3000 baş xoruz olmaqla 7800 baş toyuq qalmış, ona verilmiş toyuqlardan cəmi 22 başı tələf olması səbəbi ilə yekunda 22 baş toyuq təhvil verilmiş 7969 baş toyuqdan çıxılmış, həmçinin sonuncu dəfə xx.xx.2021-ci il tarixdə təhvil verilmiş 867 baş toyuqdan 147 baş fərə zəif olması səbəbi ilə dövlət qeydiyyat nişanını və rəngini xatırlamadığı “Ford” markalı yük avtomobili ilə həmin toyuqları gətirmiş Beyləqan rayonundan olan Cavid adlı şəxsə sonuncunun qardaşı Alim, həmin avtomobilin adını bilmədiyi sürücüsünün, yem zavodunun Qazbinə kəndindəki yardımçı təsərrüfatında işləyən Eşqinin, Şahid1, həmçinin toyuqları yük avtomobilindən boşaltmağa köməklik edən 2 nəfər Balakən rayonundan olan tanımadığı, adlarını bilmədiyi orta yaşlı kişi fəhlələrin iştirakı ilə geri qaytarmışdır. Bununla da ona ümumilikdə 4800 baş fərə, 3000 baş xoruz olmaqla ümumilikdə 7800 baş təxminən 2 aylıq toyuqlar təhvil verilmişdir. Toyuqlar təhvil verilən zaman Şəmsi xanım 1-2 dəfə gəlib iştirak etmiş, lakin xx.xx.2021-ci il tarixdə o, Katex kəndindəki toyuq sexinə toyuq boşaldan zaman Şəmsi xanım iştirak etməmişdir. Həmin sexdə işləməyə başladığı gündən onunla birlikdə bacanağı Şahid1 də orada işləməyə başlamış, sonuncunu özünə kömək etməsi üçün gətirmiş, əmək haqqını da toyuqların satışından vermişdir. Arazın onun yanında işləməsini Katex kəndindəki quşçuluq yardımçı təsərrüfatının rəhbəri kimi tanıdığı Şəmsi Şabanova bilmiş və Arazın əmək haqqı olan 400 manat məbləğində pulunu, 3 ay olmaqla, 2021-ci ilin fevral, mart və aprel ayları üzrə cəmi 1200 manatı özünə vermiş və bu barədə də Şəmsi Şabanovanın razılığı olmuşdur. Özü orada quşlara gündəlik nəzarət etmiş və quş almaq üçün müraciət edən şəxslərə quşları təxminən 6-7 manat arası məbləğlərdə satmışlar. Quşların satışından gündəlik əldə olunan gəlirin hamısını yardımçı təsərrüfatın müdiri Şəmsi Şabanovaya əlbəəl, bir dəfə də Balakən rayonu Qazbinə kəndində Yem zavodunun yardımçı təsərrüfatında iribuynuzlu heyvanlara nəzarət edən Püştətala kənd sakini Eşqin adlı şəxsin vasitəsi ilə vermişdir. xx.xx.2021-ci il tarixdə saat 2109-da Şəmsi xanıma “whatsapp” proqramı ilə zəng edib Eşqinin yanında olduğunu bildirib pulu ona veribverməməyini soruşmuş, o isə pulu verməyini istədiyi üçün həmin gün Eşqinə təklikdə bir gün ərzində satılmış 120 baş toyuğun pulu olan 840 manatı vermişdir. Bir dəfə də Şəmsi xanıma pul verən zaman oğlu Ramil onun yanında olmuşdur. Şəmsi Şabanovaya verilən pullardan bəzən həftədə bir dəfə xərclik pulu qismində 100-150 manat arası pul almışdır. Şəmsi Şabanova ilə tərtib etdiyi qeyd olunan hərəkət cədvəlini öz xətti və öz imzası ilə təsdiq etsə də, həmin sənədin əhəmiyyətli bir sənəd olacağını bilmədiyindən orada yazılanlara fikir verməmişdir. Sənədə baxmadığı üçün oradakı texniki səhvi, yəni qalıq qalan xoruzların 1301 əvəzinə, 1255 yazılmasına, ümumi qalığın 6120 baş əvəzinə 6074 yazılmasına belə fikir verməmişdir. Bundan başqa həmin sənəddə onun 13700 manat ödəniş etməyi, yəni 13028 manat toyuqların satışından, 672 manat isə 1000 baş cücənin satışından əldə edilən pulun sənədləşdirilməsi qeyd edilsə də, həmin vaxta qədər Şəmsi Şabanovaya məbləğini dəqiq xatırlamadığı daha çox pul vermişdir. xx.xx.2021-ci il tarixdə sexdə cəmi 1200-1250 baş toyuq olmuş, həmin tarixdən 2021-ci ilin iyun ayının əvvələrinə qədər qalıq qalmış quşdan dəqiq sayını bilmədiyi çoxlu sayda quş tələf olmuş, izahatında 1000 baş quş desə də, sonradan o qədər olmayacağı qənaətinə gəlməklə tələf olan quşlar təxminən 300-400 baş olmuşdur. Tələf olmuş toyuqların bəzilərini özü, bəzilərini isə müxtəlif günlərdə Araz aparıb sexin yanındakı quyuya atmış, qalan quşların hamısını isə müxtəlif vaxtlarda müxtəlif şəxslərə satmışdır. Toyuqları xx.xx.2021-ci il tarixdən satmağa başlamış, toyuqların satılmasına dair razılığı ona Şəmsi Şabanova vermişdir. Əvvəl toyuqları saxlamağa başlayanda Şəmsi Şabanova ilə təklikdə danışaraq toyuqları damazlıq olaraq saxlanacağını, fevral ayından xoruzların çox olması ilə əlaqədar Şəmsi Şabanovanın razılığı ilə sayca çox olan xoruzları satmağa başlamışlar. 2021-ci ilin aprel ayının ortalarında isə fərələrin yumurtlamaması səbəbi ilə artıq fərələrin də satışına başlamış, həmçinin ona təhvil verilmiş toyuqlardan 200 başı Şəmsi Şabanovanın istəyi üzrə xx.xx.2021-ci il tarixdə saat 19-20 radələrində Balakən rayonu Qazbinə kəndindəki yardımçı təsərrüfata köçürülmüşdür. Belə ki, həmin təsərrüftatın işçiləri Eşqinlə Nazim “QAZ 21024” markalı dövlət qeydiyat nişanını bilmədiyi avtomobillə axşam qeyd olunan tarixdə quşçuluq təsərrüfatına gəlmişlər və Arazın iştirakı ilə hamısı, yəni Eşqin, Nazim, Araz və özü 200 baş xoruzu tutaraq avtomobilə yükləyib yola salmışlar. Satışa ilk dəfə xx.xx.2021-ci il tarixdə başlamış, 15 baş xoruzu 7 manatdan Balakən şəhərində toyuq alqı-satqısı ilə məşğul olan Zümrüd adlı xanıma Katex kəndindəki quşçuluq təsərrüfatında Arazın iştirakı ilə satmış və 105 manat pulu Şəmsi Şabanovaya zəng edərək sonuncu quşçuluq təsərrüfatına həmin gün gələn zaman vermişdir. xx.xx.2021-ci il tarixdə 30 baş xoruzu 7 manatdan Balakən şəhərində toyuq alqı-satqısı ilə məşğul olan Elmana Katex kəndindəki quşçuluq təsərrüfatında Arazın iştirakı ilə satmış və 210 manat pulu Şəmsi Şabanovaya zəng edərək sonuncu quşçuluq təsərrüfatına həmin gün gələn zaman vermişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə Şəmsi Şabanova ona zəng edərək Gəncə şəhərindən müştərinin gələcəyini və həmin şəxslərə xoruz satmasını istəmiş və həmin gün Gəncə şəhərindən Ford markalı dövlət qeydiyyat nişanını bilmədiyi yük avtomobili ilə gələn 3 nəfər şəxsə Arazın iştirakı ilə 7 manatdan 436 baş xoruz sataraq xx.xx.2021-ci il tarixdə səhər saatlarında 3052 manat pulu təsərrüfata gəlmiş Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-ci il tarixdə Elman ona müraciət edərək xoruz almaq istədiyini bildirdiyi üçün sonuncunu Qazbinə kəndindəki yardımçı təsərrüfata göndərərək oradan Nazim vasitəsi ilə Elmana 7 manatdan 130 baş xoruz satmış, Elman 910 manat pulu Nazimə vermişdir. Həmin gün axşam saatlarında Qazbinə kəndinə gedərək Nazimdən 470 manat pul almış, 440 manat pulu Nazim maaşına çıxmışdır. Bu barədə Şəmsi Şabanovaya dedikdə sonuncunu bunu normal qarşılayaraq qalan 470 manat pulu Balakən şəhərində “Şərab evi” mağazasında işləyən adını xatırlamadığı oğlana verməsini istədiyi üçün o da həmin gün pulu “Şərab evi” mağazasına gedərək oradakı şəxsə vermişdir. xx.xx.2021-ci il tarixdə Elman yenə quşçuluq təsərrüfatına müraciət etdikdə onunla birlikdə Elmanın avtomobili ilə yenə Qazbinə kəndindəki yardımçı təsərrüfata getmiş və orada Elmana həmin təsərrüfatda olan xoruzlardan 45 başını satmış, qarşılığında aldığı 315 manat pulu isə həmin gün Katex kəndindəki quşçuluq təsərrüfatına gəlmiş Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-ci il tarixdə Qazbinədəki yardımçı təsərrüfatdan Elmana satdığı 7 baş xoruza görə 49 manat pulu isə həmin gün Şəmsi Şabanovaya vermişdir. Nəticədə Qazbinə kəndindəki yardımçı təsərrüfata köçürülmüş 200 baş xoruzdan 182 başını satmış, 18 baş xoruzu isə oradan kimin götürməsini bilməmişdir. Eşqindən bu barədə soruşduqda sonuncu məlumatının olmamasını bildirmişdir. xx.xx.2021-ci il tarixdə quşçuluq təsərrüfatından 7 manatdan 10 baş xoruz Zümrüdə, 65 baş xoruzu isə Elmana satmış, 525 manat pulunu isə həmin gün təsərrüfatın giriş qapısnın qarşısına gəlmiş Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-ci il tarixdə Balakən rayonunda toyuq alqı-satqısı ilə məşğul olan Fərhada 82 baş xoruz satmış, pulunu həmin gün təsərrüfatın giriş qapısnın qarşısına gəlmiş Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-ci il tarixdə Zümrüdə 10 baş, xx.xx.2021-ci il tarixdə Eşqinə 15 baş, xx.xx.2021-ci il tarixdə isə 27 baş xoruzu 7 manatdan satmış və xx.xx.2021-ci il tarixdə 364 manat pulu bu üç gün ərzində satdığı toyuqların pulunu Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-ci il tarixdə 10 baş xoruzu 7 manatdan Zümrüdə satıb pulu həmin gün eyni qaydada təsərrüfatın giriş qapısnın qarşısına gəlmiş Şəmsi Şabanovaya vermiş, həmin gün əlavə olaraq 30 baş xoruzu Zaqatala rayon sakini “Azeryem Sənaye MMC”-də işləyən Fikrətə 7 manatdan satmış və Şəmsi Şabanovanın razılığı ilə Novruz bayramı ərəfəsi olduğundan 210 manat pulu özünə götürmüşdür. xx.xx.2021-ci il tarixdə 5 baş xoruzu 7 manatdan təmizlədib istifadəsində olan “Niva” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə aparıb “Azeryem Sənaye MMC”-də işləyən Əkbərə vermiş, pulunu isə hansı qaydada almasını xatırlamamışdır. xx.xx.2021-ci il tarixdə Novruz bayramına görə bir günlük Göyçay şəhərində olan zaman Araz ona zəng edərək bir nəfərə 7 manatdan bir baş xoruz satdığını bildirmiş, Balakən rayonuna gəldikdə böyük məbləğdə pul olmadığı üçün həmin pulu Arazdan almamışdır. xx.xx.2021-ci il 50 baş xoruzu 7 manatdan Fərhada satmış, həmin gün 350 manat pulu təsərrüfatın giriş qapısının qarşısına gəlmiş Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-ci il tarixdə 40 baş xoruzu xatırlamadığı şəxsə 7 manatdan təsərrüftda satmış və 35 başın dəyəri olan 235 manat pulu Şəmsi Şabanovaya həmin gün təsərrüfatın yanında təklikdə vermiş, 35 manat pulu isə Şəmsi Şabanovanın razılığı ilə özü götürmüşdür. xx.xx.2021-ci il tarixdə 60 baş xoruzu Fərhada 420 manata satmış, pulunu isə Şəmsi Şabanovaya təsərrüfatın yanında vermişdir. xx.xx.2021-ci il tarixdə 120 baş xoruzu Balakən rayonunda toyuq alqı-satqısı ilə məşğul olan Kamrana 840 manat pul qarşılığında satmış və həmin gün həmin pulu təsərrüfata gəlmiş Eşqinə, sonuncu isə həmin pulu aparıb Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-ci il tarixdə 35 baş xoruzu xatırlamadığı şəxsə satmış və 245 manat pulu yenə təsərrüfata gəlmiş Eşqinə vermiş, sonuncu isə aparıb Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-ci il tarixdə 50 baş xoruzu Elmana 350 manat qarşılığında satmış və həmin gün pulu Şəmsi Şabanovaya təsərrüfatın yanında vermişdir. xx.xx.2021-ci il tarixdə əvvəldən tanıdığı Rəşad ona zəng edərək satılıq xoruz istəmiş və o da axşam saatlarında 100 baş xoruzu tanışı Vüqarın vasitəsi ilə Qəbələ şəhərinə Rəşada göndərməklə xx.xx.2021-ci il tarixdə təsərrüfatın yanında 700 manat pulu Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-ci il tarixdə 20 baş xoruzu Zümrüdə 140 manata sataraq həmin gün pulu təsərrüfatın yanında Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-ci il tarixdə yenə Zümrüdə 20 baş xoruz satmış və 140 manat pulu təsərrüfata gəlmiş Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-ci il tarixdə Rəşad 100 baş xoruzu Vüqarın vasitəsi ilə Qəbələ şəhərinə göndərmiş, Rəşad onun bankdakı kartına 700 manat xoruzların pulunu göndərmiş və o da növbəti gün həmin pulu kartdan çıxarıb yem zavodunda Şəmsi Şabanova ilə görüşüb sonuncuya vermişdir. xx.xx.2021-ci il tarixdə 10 baş xoruzu Zümrüdə 70 manata satmış və həmin gün 70 manat pulu təsərrüfatın yanında Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Şəmsi Şabanovadan icazə alaraq Göyçay şəhərinə ailəsinin yanına getmiş, xx.xx.2021-ci il tarixdə fərələrin yumurtlamaması səbəbindən Şəmsi Şabanovaya zəng edərək bu barədə bildirib artıq fərələri də satmağa başlamış və həmin tarixdə 71 baş fərəni 500 manat qarşılığında Zaqatala rayonundan gəlmiş xatırlamadığı şəxsə satdıqdan sonra pulunu xx.xx.2021-də saat 10-11 radələrində quşçuluq təsərrüfatında Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-ci il tarixdə 70 baş toyuğu Elmana 500 manat qarşılığında satmış və pulunu da həmin gün quşçuluq təsərrüfatında Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-ci il tarixdə ya Elmana, ya da Kamrana 70 baş fərəni 500 manat qaşrılığında satmış və Şəmsi Şabanovanın razılığı ilə 100 manat pulu sonuncuya vermiş, 400 manat pulu isə Arazın əmək haqqını vermək üçün özündə saxlamışdır. xx.xx.2021-ci il tarixdə təxminən 29 baş fərəni xatırlamadığı şəxsə sataraq təsərrüfatda Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixdə Göyçay şəhərində ailəsinin yanına getmiş, xx.xx.2021ci il tarixdə yenə xatırlamadığı şəxsə təxminən 29 baş fərə sataraq 200 manat pulu təsərrüfatda Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə əmisi İlhamın rəhmətə getməsi səbəbi ilə Göyçay rayonunda olmuş, xx.xx.2021-ci tarixdə yenə Balakən rayonuna işə qayıdaraq həmin tarixdə Fərhada 29 baş fərəni 200 manata satıb pulu təsərrüfatda Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-ci il tarixdə Əkbərə 5 baş fərəni 35 manata satıb pulunu həmin gün Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-ci il tarixdə 11 baş fərəni təsərrüfatda Zümrüdə satmış və 80 manat pulu da Şəmsi Şabanovaya həmin gün vermişdir. xx.xx.2021-ci il tarixdə 62 baş fərəni Fərhada 500 manata satmış, həmin pulu isə yenə Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-ci il tarixdə Əkbər ona zəng edib 10 baş toyuq sifariş etmiş, o da Əkbərlə danışığına əsasən həmin gün 10 baş fərəni istifadəsində olan Niva markalı avtomobillə şəhər ərazisində təmizlədib Yem zavoduna aparıb oradakı soyuducuya qoymuş, pulunu isə özü Şəmsi Şabanovaya verəcəyini demişdir. xx.xx.2021-ci il tarixdə yenə Zümrüdə 40 manatlıq təxminən 5-6 baş fərəni satmış və həmin gün pulunu Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-ci il tarixdə Fərhada 43 baş fərəni 300 manat qarşılığında satıb pulunu xatırlamadığı gün Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-ci il tarixdə Zümrüdə 14 baş fərəni 100 manata satıb pulunu həmin gün Qazbinə kəndindəki yardımçı təsərrüfatda Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-ci il tarixdə xatırlamadığı adama 200 manata təxminən 29 baş toyuq satmış, pulunu həmin gün quşçuluq təsərrüfatında Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-ci il tarixdə Kamrana 142 baş fərəni 1000 manata satmış və pulu həmin gün Katex kəndinə gedərək Şəmsi Şabanovanın yaşadığı evdə sonuncuya vermişdir. xx.xx.2021-ci il tarixdə Elmana 142 baş fərəni 1000 manata satıb elə həmin gün quşçuluq təsərrüfatının darvazasının qarşısında Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-ci il tarixdə Kamrana 70 baş fərə satıb 500 manat pulunu isə həmin gün Katex kəndinə gedərək evinin qarşısında Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-ci il tarixdə 28 baş fərəni 200 manata Fərhada satıb pulunu həmin gün Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-ci il tarixdə günorta radələrində Balakən rayonunda toyuq alqı-satqısı ilə məşğul olan Ağsaq Nəbi adı ilə tanınan şəxsə 71 baş fərəni 500 manata satıb həmin pulu axşam Katex kəndinə gedib Şəmsi Şabanovaya vermişdir. xx.xx.2021-ci il tarixdə Elmana 210 manata 30 baş və 790 manata xatırlamadığı şəxsə 112 baş fərə satıb pulunu həmin günü “Sahil” restoranının yanında Şəmsi Şabanovaya sonuncunun avtomobilində vermişdir. Beləliklə saydığı təxminən 2600 baş toyuqları öz dəftərində qeyd etmiş, toyuqların hamısı “serebrist” cinsindən olan toyuqlar olmuş və çəkiləri satışa başlanıldığı tarixdən 1 kq-dan 1 kq 700 qram arası dəyişmişdir. Öz dəftərində qeydə aldığı satışları xatırlamış, qalan toyuqları isə satıb pulunu Şəmsi Şabanovaya vermədiyi üçün qeydə almamışdır. Öhdəsində qalan 6120 toyuqdan təxmini hesabı ilə Şəmsi Şabanovaya təxminən 3000 baş toyuğun pulunu vermiş, yerdə qalan 3120 baş toyuqdan 300-400 baş tələf olanları çıxdıqdan sonra yerdə qalanları satıb xərclərini, işçilərin əmək haqlarını ödəmişdir. Şəmsi Şabanovaya verilmədən satış etdiyi toyuqların kimə, nə qədər satdığını dəqiq xatırlamamış, həmin toyuqları pərakəndə və ya topdan qaydada xatırlamadığı şəxslərə satmışdır. Satdığı və Şəmsi Şabanovaya vermədiyi pullardan xatırlamadığı tarixdə toyuqlar üçün 400 manata dərman almış, təxminən 2021-ci ilin aprel ayında Balakən rayonu bazarında ot alqı-satqısı ilə məşğul olan Naso adlı şəxsdən bir dəfə 1000 manat dəyərində ot və dəlim alıb Qazbinə kəndindəki yardımçı təsərrüfatında olan Eşqinə tanımadığı 2 nəfər fəhlənin vasitəçiliyi ilə göndərmiş, bir dəfə 250 manatlıq ot saman almışdır. Bunun üçün Nasoya 1000 manat pul vermiş, 250 manat borcu qalmışdır. Şəmsi Şabanova həmin 1000 manat pulu ona verməmiş, həmin pulun 1827 baş toyuğun satışından, yoxsa 6120 baş toyuğun satışından əldə edildiyini xatırlamamışdır. Bundan başqa bir dəfə 266 manat bir dəfə isə 400 manat quşçuluq təsərrüfatında sərf olunun işiq pulunu Balakən şəhər poçt vasitəsi ilə ödəmiş, qəbzlərini isə itirmişdir. Təxminən 2021-ci ilin aprel ayının ortalarında Şəmsi Şabanovanın, habelə təsərrüfatın əsas rəhbəri Zeynal müəllimin razılığı ilə Beyləqan rayonuna gedib adını bilmədiyi kənddən Alim adlı şəxsdən Vüqar adlı şəxsin VAZ 21010 markalı avtomobili ilə 3600 ədəd yumurtanın hər birini 0,36 manatdan alıb Göyçay şəhərində yerləşən Əziz adlı şəxsin inkubatoruna təhvil vermiş və təxminən 21 gün sonra Vüqara zəng edib verdiyi yumurtalardan çıxan 3300 baş cücələri Balakən rayonuna sexə gətirməsini istəmişdir. xx.xx.2021-ci il tarixdə günorta vaxtı təxminən 3300 baş cücəni gətirib sexin cücələr üçün nəzərdə tutulmuş bölməsinə Vüqarla birlikdə boşaltmış, həmin cücələrin inkubatorla çıxardılmasına görə Əzizə 660 manat borcu yaranmışdır. Bundan başqa 2021-ci il ilin may ayının ortalarında əlavə olaraq Göyçay rayonunun Müsgüllü kəndində yerləşən fermada inkubatorla cücə çıxartdıran Tural adlı şəxsə bir ədədini 0,46 manatdan olmaqla 5000 baş cücə sifariş etmiş, 2021-ci ilin may ayının ortalarında da Tural əmisi oğlu ilə birlikdə “Ford” markalı avtomobilləri ilə Balakən rayonundakı sexə gətirib 5000 baş cücələri təhvil vermişlər. Turala həmin cücələrə görə 2300 manat məbləğində borcu yaranmış, 2 ay ərzində Turala pulu verəcəyini söz vermişdir. Cücələri gətizdirdikdən sonra Şəmsi Şabanova özü də gəlib cücələri görmüş, bununla da sexə 8300 baş cücə gətirmişdir. Cücələri gətizdirdikdən sonra Qazbinə maldarlıq fermasında işləyən Cənnət adlı xanımdan ondan əvvəl quşçuluq sexində birlikdə işlədiyini eşitdiyi Fatimə və Gülpəri adlı xanımı işə çağırmasını xahiş etmişdir. Həmin şəxslər gələrək onunla danışmış, həmin qadınlara cücələrə baxmaları üçün 250 manat əmək haqqı müqabilində razılığa gəlmişdir. Qadınlar quşçuluq təsərrüfatında işləsələr də, iyun ayında onların əmək haqlarını verməli olduğu ərəfələrdə iş dayandığı üçün onların əmək haqlarını verə bilməmişdir. Şəmsi Şabanova həmin şəxslərin onun yanında işlədiyini bilmiş, lakin hansı tarixdən etibarən bundan xəbər tutduğunu dəqiq xatırlamamış, xx.xx.2021-ci il tarixdə axşam saatlarında gətizdirdiyi cücələrdən 1000 ədədini X4 gəlib Camalləddinin avtomobili ilə Qazbinə kəndindəki evə aparmışdır. Cücələri yığmağa Gülpəri və Fatimə kömək etmiş, özü isə sayıb setkalara qoymuşdur. Həmin zaman Araz da orada olmuş, Ramilin arvadı Gülşən və Sevda adlı yaşlı qadının orada olub-olmamasını xatırlamamışdır. Quşçuluğun hərəkət cədvəlindəki yazı və imza ona məxsus olsa da, orada xx.xx.2021-ci il yox, xx.xx.2021-ci il tarixi qeyd etmiş, kimsə “5” rəqəmini “6” etmişdir. Düzəlişi kimin etməsini bilməmiş, Ola bilsin ki, Şəmsi Şabanova hər dəfə ona baxmadığı qəbzlərə imza etdirəndə həmin orderlərə də imza etdirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş hüquqi şəxsin rəhbəri X3 ifadəsində göstərmişdir ki, 2012-ci ilin yanvar ayının əvvəllərində "xxxx" MMC-nin nəznində Göyçay rayonunda yerləşən heyvandarlıq və quşçuluq fermasında İxtiyarın valideynləri işləməyə başladıqdan etibarən İxtiyarı tanımış, 2021-ci ilin yanvar ayının əvvəllərində o, Balakən rayonunda yem zavodunda İxtiyar olan zaman onun yanına gələrək ona maddi vəziyyətinin yaxşı olmamasını bildirib, işlə təmin olunmasını xahiş etmişdir. İxtiyarın valideynlərini tanıdığı üçün İxtiyara inanıb sonuncunu Balakən rayonu Katex kəndində yerləşən yem zavonunun quşçuluq təsərrüfatına quşçuluq üzrə mütəxəssis vəzifəsinə təyin etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan quşçuluq təsərrüfatında mütəxəssis vəzifəsində işə başladığı dövrdə həmin quşçuluq təsərrüfatı “Elşad-M MMC”-nin nəzdində olmuş, xx.xx.2021 -ci il tarixdən isə eyni quşçuluq təsərrüfatı "xxxx" MMC-nin nəzdinə keçmişdir. MMC-nin bütün yardımçı təsərrüfatın rəhbəri Şəmsi Şabanova olmuşdur. Təxminən 2021-ci ilin yanvar ayının sonlarında Şəmsi xanımdan Balakən rayonu, Katex kəndində yerləşən quşçuluq yardımçı təsərrüfatına təxminən xx.xx.2021-ci il tarixədək hər gün gətirməklə cəmi 7969 baş 2 aylıq fərə və xoruz qarışıq olmaqla damazlıq toyuqların gətirildiyini öyrənmişdir. Hər dəfə Balakən rayonuna gəldikdə İxtiyar ona işlərin qaydasında olduğunu bildirmişdir. Təxminən aprel ayının sonlarında Balakən rayonuna gələndə yem zavodunun binasında Şəmsi xanımdan yığılmış yumurtalar barədə soruşmuş, Şəmsi xanım isə ona İxtiyarın 38000 ədəd yığılmış yumurtanı bir neçə gün əvvəl Göyçay şəhərində bilmədiyi şəxsin inkubatora verdiyini demişdir. Şəmsidən İxtiyarın nə səbəbə yem zavodunda olan inkubatora yumurtaları qoymadığını soruşduqda Şəmsi xanım ona İxtiyarın Göyçay rayonunda yerləşən inkubatorun yaxşı yumurta çıxartdığını, Yem zavoundakı inkubatorun isə yumurtalardan məhsuldar cücə çıxartmağını bildirdiyi üçün yumurtaları Göyçay rayonuna apardığını demişdir. Bundan təqribən 10 gün sonra təxminən may ayının əvvəllərində Şəmsi xanımla telefonla danışan zaman İxtiyarın quşçuluq sexinə xatırlamadığı sayda, lakin 10000 ədəddən az sayda cücə gətirdiyini eşitdikdə Şəmsi xanıma da, Abdulla müəllimə də gedib quçuluq sexindəki toyuqların sayı ilə maraqlanmalarını istəmişdir. Bundan sonra təxminən iyun ayının ortarında İxtiyarın quşçuluq sexində olan toyuqları mənimsəməsini öyrənmişdir. MMC-yə dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş "xxxx" MMC-yə məxsus yardımçı təsərrüfatın rəhbəri işləyən X11 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, toyuq-cücələr Təqsirləndirilən şəxs təhvil verilmiş, damazlıq vaxtı baxış keçirilən zaman isə 6000 toyuğun əskik olduğu aşkar edilmişdir. Bütün alqı-satqılar rəsmiləşdirilərək mədaxil edilmiş, hər zaman sənədləşmə aparılmışdır. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində X11 göstərmişdir ki, təxminən 2021-ci ilin yanvar ayının əvvəllərində MMC-nin təsisçisi Zeynal Əliyev əvvəllər tanımadığı Təqsirləndirilən şəxs ona təqdim edərək quşçuluq təsərrüfatında işləyəcəyini bildirmiş, Təqsirləndirilən şəxsla əmək müqaviləsi bağlanaraq sonuncu Katex kəndində “Beşbulaq” adlanan ərazidə yerləşən quşçuluq sexinə işə götürülmüşdür. xx.xx.2021-ci il tarixdə Beyləqan rayonundan sifariş əsasında xx.xx.2021-ci il tarixədək hər gün gətirməklə cəmi 7969 baş 2 aylıq fərə və xoruz qarışıq olmaqla toyuqlar gətizdirmişlər. xx.xx.2021-ci il tarixdə isə 22 baş toyuğu tələf olması səbəbi ilə Alim adlı şəxsə geri qaytarmış, təxminən 2021-ci ilin fevral ayın ortalarında İxtiyar satışa başlayaraq satış etdikcə elə həmin gün pulu ona vermişdir. İxtiyar pul verdikcə neçə baş quşun satılması barədə hər ikisi özündə siyahı tərtib etmiş, sadəcə bir dəfə MMC-nin nəzdində olan heyvandarlıq təsərrüfatında işləyən Eşqinin vasitəsi ilə ona 840 manat pul göndərmişdir. Sonuncu dəfə İxtiyar bilmədiyi şəxsə 600 manatlıq 75 baş toyuq satmış və pulu elə həmin günü ona vermişdir. Bundan təxminən bir neçə gün sonra onun xidməti otağında MMC-nin icraçı direktoru Abdulla müəllimin iştirakı ilə kassa mədaxil orderlərinə İxtiyar ona verdiyi pula görə qəbzlərə imza etmiş, o da ödənişi qəbul edən tərəf kimi kassa mədaxil orderinə xəzinədarın imzası olan qrafaya imza etmişdir. Elə həmin gün qalıq qalmış toyuğu damazlıq saxlamalarını və satışı dayandırmalarını qərara almışlar. İxtiyar toyuqların yumurtalarının yığıldığını və Göyçayda adını bilmədiyi şəxsin inkubatoruna təxminən yığılmış 35000 ədəd yumurta verdiyini bildirmiş və təxminən may ayının əvvəllərində onlara 8300 baş cücə adı ilə sexin ikinci boş bölməsinə cücələr gətirmişdir. İxtiyarla inkubatora verdiyi yumurtalardan çıxmış olan cücələrdən müəyyən hissəsini inkubatora xidmət haqqı qismində verəcəklərini razılaşmış, sonuncunun sözlərinə inanıb 8300 baş cücənin gətirilməsinə dair özündə olan kitabçasında qeydlər aparmışdır. Sonradan İxtiyarın 8300 baş yox, 5000 baş cücə gətirdiyini Arazın ona deməsindən sonra bilmiş, İxtiyar təxminən həftədə bir dəfə olmaqla ona MMC tərəfindən verilmiş xidməti “NİVA” markalı, bəzən də “Ford” markalı avtomobillə Camaldin Dibirovla birlikdə Balakən şəhəri Atatürk prospektində yerləşən MMC-nin nəzdində olan yem zavodundan qaimələrlə quş yemi götürüb quş sexinə gətirmişdir. Cücələr gətizdirdikdən sonra İxtiyar Arazdan əlavə, Gülpəri və Fatma adlı iki nəfər şəxsi də özünə işçi kimi götürmüş, yeni cücələr gəldiyi gündən təxminən 15 gün sonra cücələrin 1000 ədədini özünün yaşadığı MMC-nin nəzdində olan Qazbinə kənində fermanın həyətində saxlaması üçün oğlu Ramilə vermişdir. xx.xx.2021-ci il tarixdən sonuncu dəfə satılmış 600 manatlıq toyuqdan sonra xx.xx.2021-ci il tarixdə İxtiyardan yumurtalar haqqında soruşmuş, sonuncu isə 30-40 ədəd yumurtanın olmasını bildirdiyinə görə İxtiyarın onları aldatdığından şübhələnmişdir. İxtiyardan nə səbəbə yumurta sayının az olmasını soruşmuş, İxtiyar da öz növbəsində nəticədə xeyli sayda çıxartdıracağını bildirmişdir. İxtiyardan şübhələndiyi üçün sonuncu ilə həmin gün Abdulla müəllimin iştirakı ilə təhvil verilmiş quşların sayından, satılmış və ölən quşlarının sayını çıxmaqla hərəkət cədvəli tərtib edərək İxtiyara həmin cədvələ imza etdirmişdir. Həmin vaxta qədər İxtiyar ona 1827 baş quşun satılmasının və 22 baş quşun ölməsinin hesabatını vermiş, həmin vaxt ona baxış keçirə bilmədiyinə görə xx.xx.2021-ci il tarixdə sexdə faktiki neçə baş quşun qalmasını bilməmişdir. Ona görə də həmin sənədi faktiki sənədlər, yəni Təqsirləndirilən şəxs ödədiyi pullara dair qəbzlər əsasında tərtib etmişdir. xx.xx.2021-ci il tarixdə günorta saatlarında toyuqlara baxmaq üçün quşçuluq sexinə getmiş, İxtiyar onu cücələr olan bölməyə aparıb cücələri göstərsə də, dezinfeksiya işləri ilə əlaqədar olaraq toyuqlar olan bölməyə getməyinə icazə verməmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə MMC-nin mexanizasiya şöbəsinin müdiri Əkbər Vəzirovdan gedib toyuqlara baxmasını xahiş etmiş və sonuncu həmin gün sexə gedib qayıtdıqdan sonra İxtiyarın dezinfeksiya işlərini bəhanə edərək Əkbəri də buraxmadığını demişdir. xx.xx.2021-ci il tarixdə günorta saatlarında quşçuluq sexinə gedib toyuqlara baxmaq istəsə də yenə Araz onu ora buraxmaq istəmədikdə sonuncudan sexi açmasını tələb eləmiş, bu zaman Araz ona orada quşun olmadığını bildirmişdir. Sexin elektrik pərləri daim işlək olduğundan ora hər dəfə gəldikdə toyuqların olamasını düşünmüş, həmçinin həmin elektrik pərlərinin, səsindən oradan toyuq səsinin gəlib-gəlməməsini bilməmişdir. Bundan sonra rəhbərliyə İxtiyarın toyuqları satdığını məruzə eləmiş, xx.xx.2021-ci il tarixdə komissiya ilə baxış keçirlən zaman toyuqların sexdə olmadığı məlum olmuşdur. İxtiyara heç vaxt xərclik pulu verməmiş, İxtiyarın toyuq satışından ona ödədiyi pullar cinayət işinə əlavə edilmiş 35 ədəd qəbzdə əks olunan 1827 baş toyuğun satıldığı 13028 manat məbləğində pullar olmuşdur. Təqsirləndirilən şəxs ona 6120 baş toyuğun pulunu verməmiş, verilən pullar qəbzlərdə qeyd edilən tarixlərdə verilmiş, həmin qəbzlərdəki məbləğlərdən artıq pul verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş "xxxx" MMC-yə məxsus yem zavodunun direktoru işləyən Şahid3 ifadəsində göstərmişdir ki, yem zavodunun fəaliyyəti kənd təsərrüfatı heyvanları üçün qüvvəli yem istehsal etməkdən ibarət olmaqla 2018 və ya 2019-cu ildən etibarən Balakən rayonu Katex kəndində “Sanotoriya” adlanan 20 sot ərazidə yardımçı təsərrüfatın quşçuluq müəssisəsi fəaliyyət göstərmişdir. Təxminən 2021ci ilin yanvar ayının əvvəllərində MMC-nin direktoru Zeynal Əliyev əvvəllər tanımadığı Təqsirləndirilən şəxs quşçuluq müəssisəsinin direktoru Şəmsi Şabanovaya təqdim edərək onun quşçuluq təsərrüfatında işləyəcəyini bildirmiş və həmin vaxtdan İxtiyarla MMC arasında əmək müqaviləsi bağlanmışdır. İxtiyarın özü ilə yanında gətirdiyi Araz adlı şəxs də yanında işləmişdir. xx.xx.2021-ci il tarixdə Beyləqan rayonundan sifariş əsasında xx.xx.2021-ci il tarixədək hər gün gətirməklə cəmi təxminən 7969 baş 2 aylıq fərə və xoruz qarışıq olmaqla toyuqlar gətirilmiş, bununla bağlı tam maddi məsuliyyət haqqında İxtiyarla müqavilə bağlanmışdır. Həmin müəssisənin yemi rəhbərlik etdiyi zavoddan göndərildiyindən bununla bağlı qaimələr tərtib edilərək mühasibatlıqda saxlanılmışdır. 2021-ci ilin fevral ayının ortalarında İxtiyar quşların satışına başlamış, satışdan əldə etdiyi gəliri Şəmsi xanıma vermişdir. Sonuncu müəyyən müddətdən bir pulu yığıb MMC-nin xəzinəsinə köçürmüş, İxtiyarın quşları kimə satması, neçə baş quşu damazlıq saxlayacağını bilməmşdir. 2021-ci ilin may ayının əvvəllərində İxtiyar quşçuluq müəssisəsinin quşlarının yumurtalarından 5000 baş cücə çıxartdıraraq müəssisəyə gətirmiş və həmin cücələrə İxtiyarın köməklik üçün götürdüyü Fatimət və Gülpəri ilə nəzarət etmişdir. İxtiyar zavoddan yumurtlayan toyuqlar üçün yem götürmüş, təxminən iyun ayının ortalarında saat 11 radələrində Şəmsi xanım onun xidməti otağına gələrək İxtiyardan şübhələndiyini, müəssisədə quşlara baxmaq üçün getdikdə İxtiyarın quşlara baxmaq üçün Şəmsi Şabanovanı buraxmadığını, dezinfeksiya etdiyini dediyini və buna görə də, quşların orada olmamasından şübhələndiyini demişdir. Bundan sonra X15 zəng edərək yanına çağırmış, İxtiyar günorta radələrində yanına gələrək müəssisədə altı mindən çox quşun olduğunu, sadəcə dezinfeksiya etdiyi üçün 2 gün ora daxil olmağın məsləhət olmamasını bildirmişdir. Təxminən 2 gün sonra günorta saatlarında Şəmsi Şabanova ona zəng edərək İxtiyarın quşları satdığını müəssisədə quşların olmadığını bildirmiş, komission şəkildə müəssisənin qapısını açdıqda orada bir dənə də quşun olmadığını görmüşlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə bacanağı İxyar Sadıqov ona zəng edərək Balakən rayonunda quşçuluq təsərrüfatında işləməyi təklif etmiş, sonuncu ilə razılaşaraq xx.xx.2021-ci il tarixdə Balakən rayonuna gəlmişdir. İxtiyarla birlikdə "xxxx" MMC-nin yem zavodunda zavodun direktoru Şahid3lə və təsərrüfat rəhbəri Şəmsi Şabanova ilə tanış olmuş, oradan çıxandan sonra İxtiyar ona aylıq 400 manat məbləğində əmək haqqı, yeməyini verəcəyini və yatmağa yer təşkil edəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə İxtiyarla təsərrüfata gəlmiş, 5-10 dəqiqə sonra Beyləqan rayonundan sexə cücələr gətirilmişdir. Cavid adlı şəxs Balakən rayonuna cəmi 8000 baş toyuq gətirmiş, həmin cücələrdən 31 baş çolpa zəif olduğu üçün Cavidə geri qaytarılmış, 7969 baş çolpa isə Şəmsi Şabanova tərəfindən təhvil alınmışdır. Bundan sonra Cavid Beyləqan rayonuna geri qayıtmış, həmin 7969 baş çolpa Şəmsi Şabanova tərəfindən Təqsirləndirilən şəxs verilmişdir. İxtiyara təhvil verilən çolpalardan 22 başı öldüyü üçün Şəmsi Şabanova həmin çolpaların cəsədlərini görmüş və ona görə həmin çolpaları 7969 baş çolpadan çıxmışdır. Qış vaxtları olduğundan adətən odun sobasının yanında olmaqla sexdə toyuqların istiliyinin qaydasında olmasına nəzarət etmiş və toyuqlara İxtiyarın göstərişi əsasında yem vermişdir. Yem zavod tərəfindən İxtiyarın sifarişi əsasında Cəmaləddin adlı sürücünün idarə etdiyi yük avtomobili ilə göndərilmiş, nə qədər yem göndərilməsini dəqiq olaraq bilməmişdir. 2021-ci ilin aprel ayının ortalarından sonra təsərrüfatda satış başlamış və İxtiyar toyuq almaq üçün müraciət edən şəxslərə toyuq satmışdır. İxtyardan ən çox toyuq alan Hənifə kəndindən toyuq alverçisi olan Elman adlı şəxs olmuş, sonuncu təxminən 40-50 dəfə təsərrüfata gələrək onun yanında hər dəfə nağd şəkildə pulunu İxtiyara verərək 15, 20, bəzən isə 100 baş toyuğu alıb aparmışdır. İxtiyar satdığı toyuqlar barədə gündəlik olaraq Şəmsi Şabanovaya zəng edərək məlumat vermiş, pulunu da həmin günü sonuncuya vermişdir. İxtiyar yalnız bir dəfə onun yanında təsərrüfatda Şəmsi Şabanovaya təxminən 400-500 manat pul vermiş, satdığı toyuqlara görə pulu dəqiqliyi ilə Şəmsi xanıma verməsi barədə məlumatı olmamışdır. Göyçay rayon sakini Vüqar adlı şəxsin VAZ 21010 markalı avtomobili ilə başqa rayonlara təxminən 10 dəfədən çox xeyli sayda toyuq göndərmiş, bəzən özü də Vüqarla getmişdir. Hər dəfə azı 100 baş toyuq göndərmiş, 2021-ci ilin aprel ayında dəqiq günlərini xatırlamasa da, Zeynal müəllimə 4 dəfə olmaqla birinci səfər 4 baş, ikinci səfər 15 baş, üçüncü səfər 6 baş və axırıncı səfər 30 baş toyuq verilmişdir. Bunun üçün hər dəfə İxtiyarın tapşırığı ilə çolpaları tutub müəssisənin Camaləddin adlı sürücüsünə vermişdir. Həmçinin yenə də aprel ayında 5 baş və 2 baş olmaqla 2 dəfəyə cəmi 7 baş toyuq Əkbər müəllimə pulsuz verilmiş, bundan başqa 27 yanvar 2021-ci il tarixdə gətirilmiş toyuqlardan 22 başı ölmüş, mart aylarının sonlarına yaxın bir gün 22 baş, növbəti gün 16 baş, növbəti gün 8 baş, bundan sonrası gün isə 6 baş toyuq ölmüşdür. İşlədiyi dövrdə demək olar ki, digər günlərdə də bəzən bir, bəzən isə iki baş toyuq ölmüş və həmin toyuqlar İxtiyarın göstərişi ilə onun tərəfindən, bəzən isə İxtiyarın özü tərəfindən toyuqların olduğu sexdən təxminən 60 metrə aralıda olan quyuya atılmışdır. Ora ölü toyuqları atmalarını yalnız ikisi bilmiş, İxtiyarın bununla bağlı kiməsə deməsini bilməmişdir. Ümumilikdə işlədiyi dövrdə xx.xx.2021-ci il tarixədək təxminən 350-400 baş toyuq tələf olmuş, lakin İxtiyar bu barədə heç kimə məlumat verməmişdir. xx.xx.2021-ci il tarixdə anasının səhhətində yaranmış xəstəliklə əlaqədar olaraq Göyçay rayonuna getmiş, xx.xx.2021-ci il tarixdə Şəmsi Şabanova ona zəng edərək yenidən Balakən rayonuna çağıraraq Qazbinə kəndində olan digər yardımçı təsərrüfatda işləməsini və gündüzlər isə quşçuluq təsərrüfatına gələrək ora gətirmiş olduqları 5000 baş cücələrə yem verməyini istəmişdir. xx.xx.2021-ci il tarixdə Balakən rayonuna gəlmiş və İxtiyar onu Niva markalı avtomobillə qarşılayaraq ilkin olaraq yem zavoduna aparmış, orada Şahid3 otağında Zeynal Əliyevlə və Şəmsi Şabanova ilə görüşüb Qazbinə kəndinə getmişdir. Həmin gün X2 cücə yığmaq üçün Quşçuluq təsərrüfatına gemiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər gün saat 14 radələrində Katex kəndinə gedib sexin açarını sexin pəncərəsinin yanındakı dəmirin altından götürərək digər sexə gətirilmiş cücələrə yem vermiş, iri toyuqların olduğu sexin qapısı bağlı olduğundan orada quşların olub-olmamasını bilməmişdir. xx.xx.2021-ci il tarixdə saat 14 radələrində İxtiyar təsərrüfatda olmayan vaxt yenə quşçuluq təsərrüfatına gəlmiş, mətbəxdəki soyuducunun üzərində olan kəlbətini götürərək iri toyuqların olduğu sexin arxa tərəfindəki dəmir qapının kilidini qırmadan açaraq içəri girərərkən içəridə 4 baş xoruz və 7 baş fərə olduğunu görmüşdür. Bu barədə İxtiyara zəng edərək soruşduqda sonuncu ona nə borcuna olduğunu və gətirib yerinə qoyacağını demişdir. Daha sonra İxtiyar ona axşam sexdə çolpaları yerinə qomaq üçün Göyçay rayonundan 5000 baş çolpa gətizdirəcəyini demiş, ondan kimsə gəlsə içərinin dezinfeksiya olduğunu deyib içəri heç kəsi buraxmamasını, əgər gəlib içəridə quşların olmamasını bilsələr quşların zəhərlənməsini, İxtiyarın da quşları avtomobillərə qoyaraq Göyçaya həkimə aparmasını deməsini istəmişdir. xx.xx.2021-ci il tarixdə saat 01 radələrində İxtiyar Göyçaya getmək adı ilə çıxıb getmiş, saat 03-04 radələrində geri qayıdaraq telefonla danışdığını, çolpaları növbəti gün göndərəcəklərini bildirmişdir. Növbəti gün də çolpalar göndərilməmiş, həmin gündən sonra xx.xx.2021-ci il tarixədək bütün gün quşçuluq təsərrüfatında olaraq oradakı cücələri yemləmişdir. xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Şəmsi Şabanova quşçuluq təsərrüfatına gəlmiş, X13 cücələrin olduğu sexə apararaq cücələri göstərmiş, daha sonra Şəmsi xanım digər sexə də baxmaq istədikdə İxtiar oranı dezinfeksiya etdiyini bildirmişdir. Daha sonra İxtiyar sexdə olan 11 baş toyuğu da avtomobilin arxasına qoyaraq damazlıq olaraq Qazbinə kəndindəki yardımçı təsərrüfata aparacağını deyib çıxıb getmiş, bundan sonra İxtiyarı görməmişdir. xx.xx.2021-ci il tarixdə sonuncu dəfə İxtiyarla telefonla danışan zaman 3 gün ərzində sexdən apardığı toyuqların əvəzinə yeni toyuqlar gətirəcəyinə onu inandırmışdır. Təqsirləndirilən şəxs həqiqəti Şəmsi Şabanovaya deməsini istəsə də, İxtiyar ona fəhlə olduğunu, yerini bilməyini, işinə qarışmamağını bildirmişdir. xx.xx.2021-ci il tarixdə saat 10-11 radələrində quşçuluqda olan zaman Şəmsi Şabanova həmin yerə gələrək sexin qapısını açmasını istəmiş, ilkin olaraq dezinfeksiya olunmasını demiş, lakin Şəmsi xanım təkidlə ondan oranı açmağını istədikdə orada quşların olmadığını demişdir. Bundan sonra komissiya gələrək sexə baxış keçirən zaman toyuqların orada olmaması müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayının sonlarında və ya aprel ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs ona zəng edərək 100 manat yol haqqı verməklə Balakən rayonundan Qəbələ rayonuna təxminən 100 baş çolpanı aparmasını təklif edərək xidmət haqqını və çolpaların pulunu Qəbələ rayonunda əvvəllər tanımadığı Rəşad adlı şəxsdən alıb Balakən rayonuna gəlməsini və çolpaları Balakən rayonundan yığıb Qəbələ rayonuna Rəşad adlı şəxsə verməsini bildirmişdir. Növbəti gün “VAZ21010” markalı avtomobili ilə saat 19 radələrində İxtiyarın nömrəsini verdiyi Rəşadla əlaqə saxlayaraq Qəbələ rayonuna getmiş və orada Rəşaddan 700 manat çolpaların pulunu və 100 manat məbləğində xidmət haqqını alaraq Balakən rayonu Katex kəndinə gəlmişdir. Katex kəndində yerləşən quşçuluq təsərrüfatından əvvəllər Göyçay rayon sakini kimi tanıdığı Arazın və İxtiyarın yığdığı təxminən 100 baş çolpanı setkalara dolduraraq elə həmin gün təxminən saat 10 radələrində Katex kəndindən yola çıxaraq artıq növbəti gün saat 02 radələrində Qəbələ rayonunda yaşayan Rəşad adlı toyuq alqı-satqısı ilə məşğul olan şəxsə aparmışdır. Təxminən 11 dəfə ümumilikdə 1200 baş çolpanın hamısını 7 manatdan olmaqla Qəbələ rayon sakini Rəşad adlı şəxsə aparmışdır. Hər dəfə çolpaların pulunu İxtiyara vermiş, lakin iki dəfə hər dəfəsində 700 manat olmaqla Rəşaddan çolpaları sonuncuya apardıqdan sonra aldığından və bir də Balakənə İxtiyara pulu əlbəəl verməmək üçün “Million” terminalı vasitəsi ilə Qəbələ rayonundan İxtiyarın ona tetefon zəngi ilə dediyi “Kapital Bank”a məxsus bilmədiyi şəxsin hesab nömrəsinə göndərmişdir. Aprel ayının əvvəllərində İxtiyarın telefonla zəng edib sifariş etməsi əsasında Balakən rayonuna gəlib İxtiyarın işlətdiyi quşçuluq təsərrüfatından 4 gün ara ilə cəmi iki dəfə hər dəfəsində 50 baş xoruzu götürərək aparıb Ağdaş rayonunda yaşayan toyuq alqı-satqısı ilə məşğul olan şəxsə vermişdir. Hər dəfə həmin şəxsdən xidmət haqqını almış və İxtiyar onunla birlikdə gedərək pulunu özü almış, daha sonra isə Göyçay rayonuna qayıtmışlar. Növbəti gün isə İxtiyardan yol pulu olaraq 50 manat alıb Balakən rayonuna qaytarmışdır. Habelə İxtiyar ona telefonla bir dəfə də 2021-ci ilin may ayının əvvəllərində Bərdə şəhərində yaşayan tanımadığı və adını xatırlamadığı şəxsə aparıb təxminən saat 02 radələrində Bərdə rayonun girəcək hissəsində vermiş və həmin şəxsdən 100 manat xidmət haqqı almışdır. Toyuqların pulunu isə İxtiyarın deməsinə görə almamışdır. Sonuncu 2021-ci ilin may ayının əvvəllərində təxminən 1000-dən çox çolpanı Qəbələ rayonuna Rəşad adlı şəxsə aparıb vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2021-ci il tarixdə təxminən mart-aprel aylarında toyuq alqı-satqısı ilə məşğul olmuş, toyuqları topdan alaraq pərakəndə qaydada kafelərə satmışdır. Təxminən 2021-ci ilin mart ayının ortalarında axşam saatlarında Balakən rayonu Katex kəndi ərazisində Balakən-Zaqatala yolunun sağ hissəsində yerləşən quşçuluq təsərrüfatının qapısında toyuqların satışı ilə bağlı yazı görüb həmin yerə getmiş, əvvəllər tanımadığı, adının sonradan İxtiyar olduğunu bildiyi şəxsdən 50 baş xoruz almışdır. Həmin xoruzları özü ilə gətirdiyi yeşiklərə yığıb Vaz 2107 markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yük hissəsinə yükləmiş və 275 manat pulu İxtiyara vermişdir. Bundan təxminən 10 gün sonra 10 gün ara ilə daha 2 və ya 3 dəfə ora gedib İxtiyardan eyni qaydada Arazın iştirakı ilə axşam saatlarında hər dəfəsində 50 baş olmaqla 5.5 manatdan xoruz almışdır. Ümumilikdə xatırladığına görə 3 və ya 4 dəfə hər dəfəsində 50 baş olmaqla 5,5 manatdan İxtiyardan xoruz almış və pulunu da hər dəfəsində İxtiyara vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstəmirşdir ki, 2021-ci ilin iyun ayının əvvəllərində günorta saatlarında Balakən rayonu Katex kəndi ərazisində yerləşən quşçuluq təsərrüfatının yanından keçən zaman orada təsərrüfatın darvazasının üzərində toyuqların satışı ilə bağlı yazı görüb açıq darvazadan içəri daxil olaraq əvvəllər tanımadığı Təqsirləndirilən şəxs təxminən 71 baş əksəriyyəti fərə olan toyuq almış və dənəsi 7 manat olmaqla ümumilikdə 500 manat pulu İxtiyara verib aldığı toyuqları sürücüsünü tanımadığı “pikap” markalı taksiyə yükləyib yaşadığı evə gətirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayının 20-25-i arası Balakən rayonu Katex kəndində yerləşən quşçuluq təsərrüfatında Təqsirləndirilən şəxs 7 manatdan 50 baş xoruz almış və 350 manat məbləğində pulu İxtiyara vermişdir. Təxminən 2021-ci ilin may ayının əvvələrinə kimi daha 8 dəfə təxminən 1 gün ara ilə həmin fermaya gedib İxtiyardan ümumilikdə 410 baş əksəriyyəti xoruz olan 7 manatdan çolpalar almışdır. Ümumilikdə İxtiyardan 9 dəfə toyuq almaqla birinci dəfə 50 baş, ikinci dəfə 60 baş, üçüncü dəfə 70 baş, dördüncü dəfə 50 baş, beçinci dəfə 30 baş, altıncı dəfə 50 baş, yeddinci dəfə 20 baş, səkkizinci dəfə 30 baş, doqquzuncu və sonuncu dəfə isə 50 baş çolpa almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizanın xx.xx.2021-ci il tarixli 4/1182-5/957-5/958 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş xx.xx.2021-ci il tarixli 35 nömrəli, xx.xx.2021-ci il tarixli 34 nömrəli, xx.xx.2021-ci il tarixli 33 nömrəli, xx.xx.2021-ci il tarixli 32 nömrəli, xx.xx.2021-ci il tarixli 31 nömrəli, xx.xx.2021-ci il tarixli 30 nömrəli, xx.xx.2021-ci il tarixli 29 nömrəli, xx.xx.2021-ci il tarixli 28 nömrəli, xx.xx.2021-ci il tarixli 27 nömrəli, xx.xx.2021-ci il tarixli 26 nömrəli, xx.xx.2021-ci il tarixli 25 nömrəli, xx.xx.2021-ci il tarixli 24 nömrəli, xx.xx.2021-ci il tarixli 23 nömrəli, xx.xx.2021-ci il tarixli 22 nömrəli, xx.xx.2021-ci il tarixli 21 nömrəli, xx.xx.2021-ci il tarixli 20 nömrəli, xx.xx.2021-ci il tarixli 19 nömrəli, xx.xx.2021-ci il tarixli 18 nömrəli, xx.xx.2021-ci il tarixli 17 nömrəli, xx.xx.2021-ci il tarixli 16 nömrəli, xx.xx.2021-ci il tarixli 15 nömrəli, xx.xx.2021-ci il tarixli 14 nömrəli, xx.xx.2021-ci il tarixli 13 nömrəli, xx.xx.2021-ci il tarixli 12 nömrəli, xx.xx.2021-ci il tarixli 11 nömrəli, xx.xx.2021-ci il tarixli 10 nömrəli, xx.xx.2021-ci il tarixli 9 nömrəli, xx.xx.2021-ci il tarixli 6 nömrəli, xx.xx.2021-ci il tarixli 7 nömrəli, xx.xx.2021-ci il tarixli 8 nömrəli, xx.xx.2021-ci il tarixli 5 nömrəli, xx.xx.2021-ci il tarixli 4 nömrəli, xx.xx.2021-ci il tarixli 3 nömrəli, xx.xx.2021-ci il tarixli 2 nömrəli, xx.xx.2021-ci il tarixli 1 nömrəli kassa mədaxil orderlərində “Təqsirləndirilən şəxs” yazıları qarşısında “İmza” qrafasındakı imzalar, 39 nömrəli quşçuluğun hərəkət cədvəli-2021 adlı sənəddə “Sex Rəisi.....Təqsirləndirilən şəxs” qrafasındakı imza, həmin qrafadan aşağıda yerləşən “xx.xx.2021-ci il tarixə cədvəldə olan quş qalığının doğruluğunu imzamla təsdiq edirəm, (8 aylıq quş)” rəqəmli yazılar (cədvəlin altında yerləşən 6074 və yuxarı hissəsindəki 39 rəqəmlərindən başqa) və yazıların aşağısında yerləşən imza – SADİQOV İXTİYAR İLQAR oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş xx.xx.2021-ci il tarixli 35 nömrəli, xx.xx.2021-ci il tarixli 34 nömrəli, xx.xx.2021-ci il tarixli 33 nömrəli, xx.xx.2021-ci il tarixli 32 nömrəli, xx.xx.2021-ci il tarixli 31 nömrəli, xx.xx.2021-ci il tarixli 30 nömrəli, xx.xx.2021-ci il tarixli 29 nömrəli, xx.xx.2021-ci il tarixli 28 nömrəli, xx.xx.2021-ci il tarixli 27 nömrəli, xx.xx.2021-ci il tarixli 26 nömrəli, xx.xx.2021-ci il tarixli 25 nömrəli, xx.xx.2021-ci il tarixli 24 nömrəli, xx.xx.2021-ci il tarixli 23 nömrəli, xx.xx.2021-ci il tarixli 22 nömrəli, xx.xx.2021-ci il tarixli 21 nömrəli, xx.xx.2021-ci il tarixli 20 nömrəli, xx.xx.2021-ci il tarixli 19 nömrəli, xx.xx.2021-ci il tarixli 18 nömrəli, xx.xx.2021-ci il tarixli 17 nömrəli, xx.xx.2021-ci il tarixli 16 nömrəli, xx.xx.2021-ci il tarixli 15 nömrəli, xx.xx.2021-ci il tarixli 14 nömrəli, xx.xx.2021-ci il tarixli 13 nömrəli, xx.xx.2021-ci il tarixli 12 nömrəli, xx.xx.2021-ci il tarixli 11 nömrəli, xx.xx.2021-ci il tarixli 10 nömrəli, xx.xx.2021-ci il tarixli 9 nömrəli, xx.xx.2021-ci il tarixli 6 nömrəli, xx.xx.2021-ci il tarixli 7 nömrəli, xx.xx.2021-ci il tarixli 8 nömrəli, xx.xx.2021-ci il tarixli 5 nömrəli, xx.xx.2021-ci il tarixli 4 nömrəli, xx.xx.2021-ci il tarixli 3 nömrəli, xx.xx.2021-ci il tarixli 2 nömrəli, xx.xx.2021-ci il tarixli 1 nömrəli kassa mədaxil orderlərində “Təqsirləndirilən şəxs” yazıları qarşısında “İmza” qrafasındakı imzalarda, 39 nömrəli quşçuluğun hərəkət cədvəli- 2021 adlı sənəddə “Sex Rəisi.....Təqsirləndirilən şəxs” qrafasındakı imzada, həmin qrafadan aşağıda yerləşən “xx.xx.2021-ci il tarixə cədvəldə olan quş qalığının doğruluğunu imzamla təsdiq edirəm, (8 aylıq quş)” rəqəmli yazılarda (cədvəlin altında yerləşən 6074 və yuxarı hissəsindəki 39 rəqəmlərindən başqa) və yazıların aşağısında yerləşən imzada – qeyri-adi psixofizioloji vəziyyətdə (həyəcanlı vəziyyətdə və s) icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. Tədqiqata təqdim edilmiş “Quşçuluğun hərəkət cədvəli -2021” adlı sənədin üzərində olan “xx.xx.2021” qələm vasitəsi ilə icra edilmiş rəqəmlərdəki “6” rəqəminin yerinə “5” rəqəmi olmuş, sonradan əlavə cizgi artırılmaqla indiki rəqəmə dəyişdirilmişdir. Tədqiqata təqdim olunmuş “Quşçuluğun hərəkət cədvəli - 2021” adlı sənəddə olan “xx.xx.2021” əlyazısındakı “6” rəqəminin icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkibinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında fərqlidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəm əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/8306 nömrəli rəyindən görünür ki, serebrist cinsli toyuqların (xoruz və fərələrin) və yumurtalarının 2021-ci ilin yanvar-iyun aylarına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada ayrı-ayrılıqda aşağıdakı cədvəldə göstərilmişdir. № Adı və markalanma göstəriciləri Ümumi 1 Ümumi miqdarı vahidinin qiymət qiyməti (manat) (manat) 2021-ci ilin yanvar-aprel ayları üzrə orta bazar qiymətləri 1 Diri çəkisi 1 kq olan 2 aylıq fərə 1 baş 7 7 2 Diri çəkisi 1,170 kq olan 2 aylıq xoruz 1 baş 9 9 3 Serebrist cinsli toyuqların yumurtası 1 ədəd 0,15 0,15 CƏMİ : 16,15 2021-ci ilin may-iyun ayları üzrə orta bazar qiymətləri 1 Diri çəkisi 1,480 kq olan 6-7 aylıq fərə 1 baş 9 9 2 Diri çəkisi 1,850 kq olan 6-7 aylıq xoruz 1 baş 11 11 3 Serebrist cinsli toyuqların yumurtası 1 ədəd 0,20 0,20 CƏMİ : 20,20 İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/439 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müstəqil auditor hesabatında (rəyində) göstərilmiş hallar bu cinayət işinin materialları ilə qismən təsdiq olunur. Təqsirləndirilən şəxs öhdəsində olan 7969 baş toyuqlardan (4819 fərə və 3150 xoruz) satılaraq MMC-nin kassasına mədaxil olunanları və istintaq materialları ilə ölməsi təsdiq edilən 22 baş toyuq çıxıldıqdan sonra onun öhdəsində 6120 baş toyuq qalmışdır. Onlardan 1301 başı xoruz və 4819 başı fərə olduğu müəyyən edilir. 2021-ci ilin yanvar-aprel ayları ərzində Təqsirləndirilən şəxs öhdəsinə qalmış toyuqların (satılaraq kassaya mədaxil olunan və ölmüş toyuqlar çıxıldıqdan sonra) ümumi dəyəri 45.442 manat (1301 xoruz x 9 manat = 11709 manat) + (4819 fərə x 7 manat = 3373 manat) olduğu müəyyən edilir. 2021-ci ilin yanvar aprel ayları ərzində Təqsirləndirilən şəxs öhdəsində qalmış toyuqların (satılaraq kassaya mədaxil olunan və ölmüş toyuqlar çıxıldıqdan sonra) yumurtaların ümumi dəyəri 7228,50 (48190 x 0,15 manat) olduğu müəyyən edilir. 2021-ci ilin may-iyun ayları ərzində Təqsirləndirilən şəxs öhdəsində qalmış toyuqların (satılaraq kassaya mədaxil olunan və ölmüş toyuqlar çıxıldıqdan sonra) ümumi dəyəri 57682 manat (1301 xoruz x 11 manat = 14311 manat) + (4819 fərə x 9 manat = 43371 manat) olduğu müəyyən edilir. 2021-ci ilin may-iyun ayları ərzində Təqsirləndirilən şəxs öhdəsində qalmış toyuqların (satılaraq kassaya mədaxil olunan və ölmüş toyuqlar çıxıldıqdan sonra) yumurtalarının ümumi dəyəri 9638 manat (48190 x 0,20 manat) olduğu müəyyən edilir. İş materiallarına əlavə edilmiş Şəmsi Şabanova ilə Təqsirləndirilən şəxs arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, sonuncunun üzərində ona etibar edilən maddi dəyərlilərə, habelə həvalə edilmiş işlərə qayğı ilə yanaşmaq, onların qorunmasını təmin etmək, xarab olmasına, itirilməsinə, qəsdən məhv edilməsinə imkan verməmək, eyni zamanda, heç bir halda şirkətə ziyan gətirməmək, səhlənkarlıq nəticəsində və ya qəsdən vurulmuş ziyana görə tam maddi məsuliyyət daşımaq, vaxtında şirkət rəhbərliyini onun himayəsində olan maddi dəyərlilərin təhlükəsizliyi, xarab olması və ya itirilməsi barədə məlumatlandırmaq və lazımi hallarda təhlükəli vəziyyətin yaranma səbəblərini öyrənmək və qarşısını almaq üçün səy göstərmək, ona həvalə edilmiş maddi dəyərlilərin inventarlaşdırılmasında iştirak vəzifələri qoyulmuşdur. "xxxx" MMC-nin direktoru X5 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən və xx.xx.2021-ci il tarixli 02 nömrəli əmrin çıxarışından görünür ki, sonuncu MMC-nin yardımçı təsərrüfatına quşçuluq üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdən Təqsirləndirilən şəxs da daxil olmaqla orada işləyən şəxslər "xxxx" MMC-nin sərəncamına verilmişlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Addulla Abdullayevin, Şəmsi Şabanovanın, Tamella Rüstəmovanın və Şahid1 iştirakı ilə yardımçı təsərrüfatdakı sexə baxış keçirilmiş və İxtiyar Hacıyevin öhdəsində olan toyuqlar aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli baxış protokolundan görünür ki, "xxxx" MMC-yə məxsus Balakən-Zaqatala yolunun sağ hissəsində Balakən rayonu Katex kəndi ərazisində yerləşən quşçuluq təsərrüfatının ərazisində sexin divarından 18 metr aralıda torpaq səthində 1x0,5 metr ölçülü 0,5 metr dərinliyində çuxur vardır. Həmin çuxurun içərisində boş su qabları və zibillər olmuş, həmin çuxurdakı zibilləri təmizlədikdə və torpaq səthini qazdıqda heç bir toyuq cəsədinə rast gəlinmədi. Habelə ətraf ərazidə toyuq cəsədi aşkar edilmədi. Cinayət işinə əlavə edilmiş 21-27 yanvar 2021-ci il tarixli ******* nömrəli qaimə fakturadan görünür ki, 3150 baş xoruz və 4819 baş fərə olmaqla cəmi 7969 baş toyuq Şəmsi Şabanova tərəfindən Təqsirləndirilən şəxs təhvil verilmişdir. İş materiallarında olan “Quşçuluğun hərəkət cədvəli-2021” adlı sənəddən görünür ki, xx.xx.2021-ci il tarixədək Təqsirləndirilən şəxs tərəfindən 1827 baş toyuğun pulu ödənilmiş, 22 baş toyuq isə ölmüşdür. Cinayət işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli 1 nömrəli, xx.xx.2021-ci il tarixli 2 nömrəli, xx.xx.2021-ci il tarixli 3 nömrəli, xx.xx.2021-ci il tarixli 4 nömrəli, xx.xx.2021-ci il tarixli 5 nömrəli, xx.xx.2021-ci il tarixli 6 nömrəli, xx.xx.2021-ci il tarixli 7 nömrəli, xx.xx.2021-ci il tarixli 8 nömrəli, xx.xx.2021-ci il tarixli 9 nömrəli, xx.xx.2021-ci il tarixli 10 nömrəli, xx.xx.2021-ci il tarixli 11 nömrəli, xx.xx.2021-ci il tarixli 12 nömrəli, xx.xx.2021-ci il tarixli 13 nömrəli, xx.xx.2021-ci il tarixli 14 nömrəli, xx.xx.2021-ci il tarixli 15 nömrəli, xx.xx.2021-ci il tarixli 16 nömrəli, xx.xx.2021-ci il tarixli 17 nömrəli, xx.xx.2021-ci il tarixli 18 nömrəli, xx.xx.2021-ci il tarixli 19 nömrəli, xx.xx.2021-ci il tarixli 20 nömrəli, xx.xx.2021-ci il tarixli 21 nömrəli, xx.xx.2021-ci il tarixli 22 nömrəli, xx.xx.2021-ci il tarixli 23 nömrəli, xx.xx.2021-ci il tarixli 24 nömrəli, xx.xx.2021-ci il tarixli 25 nömrəli, xx.xx.2021-ci il tarixli 26 nömrəli, xx.xx.2021-ci il tarixli 27 nömrəli, xx.xx.2021-ci il tarixli 28 nömrəli, xx.xx.2021-ci il tarixli 29 nömrəli, xx.xx.2021-ci il tarixli 30 nömrəli, xx.xx.2021-ci il tarixli 31 nömrəli, xx.xx.2021-ci il tarixli 32 nömrəli, xx.xx.2021-ci il tarixli 33 nömrəli, xx.xx.2021-ci il tarixli 34 nömrəli, xx.xx.2021-ci il tarixli 35 nömrəli kassa mədaxil orderlərindən, “quşun satış cədvəli 2021” adlı sənəddən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şəmsi Şabanovaya 13028 manat məbləğində 1827 baş toyuğun pulu ödənilmişdir. İş materiallarında olan “Quşun satış cədvəli-2021” adlı sənəddən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şəmsi Şabanovaya kassa mədaxil orderlərində göstərilən tarixlərdə 35 dəfə müxtəlif məbləğlərdə 1827 baş toyuğun pulu verilmişdir. İş materiallarında olan “Sanatoriya quşçuluq ferma” adlı sənəddən görünür ki, fermaya xx.xx.2021-ci il tarixdə 1105 baş xoruz, xx.xx.2021-ci il tarixdə 1253 baş fərə, xx.xx.2021-ci il tarixdə 1140 baş xoruz, xx.xx.2021-ci il tarixdə 1252 baş fərə, xx.xx.2021-ci il tarixdə 1213 baş fərə, xx.xx.2021-ci il tarixdə 905 baş xoruz, 234 baş fərə, xx.xx.2021-ci il tarixdə 867 baş fərə olmaqla cəmi 3150 baş xoruz və 4819 baş fərə, ümumiyyətlə isə cəmi 7969 baş toyuq verilmişdir. İş materiallarında olan Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən baxış protokolundan görünür ki, təsərrüfatın damazlıq sexində heç bir toyuq aşkar edilməmişdir. İş materiallarında olan Göyçay rayon İcra Hakimiyyəti Başçısının Potu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndiliyi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayonu Potu kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilir, himayəsində xx.xx.2017-ci ildə doğlumuş Uğur Sadıqov və xx.xx.2015-ci ildə doğulmuş Aylin Sadıqova adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan 02 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 04 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2009-cu ildə cəzasının sonu ilə azad olunmuş, Göyçay rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə cəzasını sonu ilə azad olunmuş, Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinib 480 saat ictimai işlər cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. CM-in 18.4.4-cü maddəsinə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və nəhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş `xx.xx.2022-ci il tarixli 63/3 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin 1(046)-59/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək 480 saat ictimai işlər cəzasına məhkum edilmiş, cəzasının 432 saatını Göyçay rayonunda çəkmiş, çəkilməmiş qalan 48 saatını isə Balakən çəkərək xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs satdığı quşların pulunu Şəmsi Şabanovaya verməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, təhvil verilmiş quşların saxlanılmasına maddi-məsul şəxs Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs əskik gələn quşları satıb pulunu Şəmsi Şabanovaya verdiyini göstərsə də bu halı təsdiq edə biləcək hansısa dəlil, qəbz və ya digər sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 179.3.2-ci maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı aradan qaldırmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların movcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını sğırlaşdırna halların olmamasını və 59.1.12-59.1.13-cü maddələrində olan yüngülləşdirici halların olmasını nəzərə alaraq ona CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsinə gəldikdə isə məhkəmə tərkibi hesab edir ki, yuxarıda sadalanan təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hallarınn məcmusu, o cümlədən onun törətdiyi cinayətin mülkiyyət əleyhinə törədilən cinayət olmaqla zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilməklə sonuncunun ondan heç bir şikayət və tələbinin olmamasını göstərməsi onun ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edilir və CM-nin 62-ci maddəsinə uyğun olaraq müstəsna hal hesab edilərək təqsirləndirilən şəxsi CM-in 179.3.2-ci maddəsi ilə CM-nin 62.1-ci maddəsi tətbiq olunmaqla həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəzanı təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olması onların barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin CM-nin 8-ci maddəsində nəzərdə tutulan ədalət prinsipinə əsasən onun şəxsiyyətinə uyğun olmamaqla yanaşı, CM-in 41.2-ci maddəsində nəzərdə tutulan şəxsin islah edilməsinə xidmət etmir. Qeyd olunur ki, məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın növünü və həcmini müzakirə edərkən müəyyən edilmiş zəruri hallara əsasən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 13.3-cü bəndində qeyd edilmiş tövsiyələrə uyğun olaraq təqsirləndirilən şəxslərə onların təqslirli bilindikləri CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasından az həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin onların şəxsiyyətinə uyğun olmaqla yanaşı, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün kifayət edəcəyi qənaətinə gəlir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə eyni xarakterli dələduzluq cinayətini törətməsi və sonuncu cinayət əməlinə görə onun məhkumluğunun ödənilmədən yenidən mülkiyyət əleyhinə cinayət törətməsi onun islah olunmadığını göstərməklə barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsini istisna edir. Azərbaycan Respublikası Konstitusuya Məhkəməsi Plenumunun CM-in 46.2, 46.3cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14cü maddəsinin şərh edilməsinə dair 14 noyabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-in 46.1-ci maddəsinin tələbinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən isə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Odur ki, məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəliliyini, onun şəxsiyyətini nəzərə alaraq ona dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə əlavə cəzası təyin olunmalıdır. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli həbsə alındığı tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdən 04 fevral 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edləcək azadlıqdan məhrum etmə müddətindən çıxılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 312 AZN (üç yüz on iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2 və 62.1-ci maddələrinə əsasən 02 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdən 04 fevral 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edlilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 29 iyun 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 02 (iki) il müddətə şamil edilsin. İş üzrə məhkəmə məsrəfi olan 312 AZN (üç yüz on iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan ******* nömrəli qaimə faktura, kassa mədaxil orderləri, “sanatoriya quşçuluq ferma 2021”, “quşun satış cədvəli-2021” və “quşçuluğun hərəkət cədvəli-2021” adlı sənədlər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-110/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-110/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver