Məhkəmə qərarları › İş №1(091)-110/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-110/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-110/2023 04.05.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X18, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, 18 dekabr 1984-cü ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Göyçay şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X11 saxlanılan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs X19 yaşayış sahəsinə qanunsuz daxil olmaqla və təkrarən elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə özgə əmlakını gizli yolla talamış, habelə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, külli miqdar hesab edilməyən psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan metadonu şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlayaraq daşımışdır. Belə ki, X19 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 noyabr 2022-ci il tarixdə saat 18 radələrində qonşusu X8 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçib, evin giriş qapısını açmaqla qanunsuz daxil olaraq yataq otağında olan şkafın üzərində sonuncunun həyat yoldaşı X4 məxsus 1600 manat dəyərində 01 ədəd brilyant qaşlarla bəzədilmiş təxminən 03 qram çəkidə, 750 əyarlı, İtaliya istehsalı olan ağ qızıl üzük, 400 manat dəyərində 01 ədəd 02 qram çəkidə, 583 əyarlı Rusiya istehsalı olan qızıl qalın boyunbağı, 300 manat dəyərində 01 ədəd 01 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan qızıl nazik boyunbağı, 200 manat dəyərində 01 ədəd 03 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan yantar qızıl klon, 100 manat dəyərində 01 ədəd üzərində göz muncuğu işarəsi olan 1,5 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan qızıl klon, 50 manat dəyərində 01 ədəd 05 qram çəkidə 925 əyarlı Türkiyə istehsalı olan gümüş qolbaq, 30 manat dəyərində 01 ədəd 04 qram çəkidə 925 əyarlı Türkiyə istehsalı olan gümüş qolbaq və 20 manat dəyərində 01 cüt 06 qram çəkidə 925 əyarlı Türkiyə istehsalı olan gümüş sırğalar olmaqla, ümumilikdə X4 məxsus 2700 manat dəyərində qızıl-zinət əşyalarını və ev sahibi X5 mərhum qardaşı X9 adına olan 02 ədəd "xxxx" ASC-yə məxsus və 01 ədəd "xxxx" ASC-yə məxsus plastik bank kartlarını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə X8 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağından 06 noyabr 2022-ci il tarixdə götürmüş olduğu, sonuncunun mərhum qardaşı X9 adına olan "xxxx" ASC-yə məxsus 4127-2081-2494-9586 nömrəli plastik kartın bağlı olduğu AZ71İBAZ******************** nömrəli bank hesabı üzrə elektron məlumat daşıyıcısı hesab edilən həmin kart hesabından vahid niyyətlə əhatə olunan qəsdlə 09 noyabr 2022-ci il və 11 noyabr 2022-ci il tarixlərdə ayrı-ayrı vaxtlarda Göyçay şəhəri ərazisində yerləşən müxtəlif mağazalardan müxtəlif məbləğlərdə ödənişləri həyata keçirməklə mərhum X9 hüquqi varisi X5 ümumilikdə 745 manat 29 qəpik pulunu elektron məlumat daşıyıcısından istifadə etməklə gizli yolla talamışdır. Bundan əlavə o, satış məqsədi ilə «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən külli miqdar hesab edilən – 2,442 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdar hesab edilməyən 0,261 qram çəkidə qanunsuz olaraq psixotrop maddə olan metamfetamini və 02 ədəd dərman konvolyutunda təmiz çəkisi 0,08 qram narkotik vasitə metadon həblərini istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz əldə edərək ayrı-ayrılıqda cəmi 02 ədəd sellofan bükümlərdə heroini, 01 kağız bükümdə metamfetamini və 02 ədəd dərman konvolyutunda metadonu satış məqsədi ilə qanunsuz olaraq üzərində saxlayaraq daşımış, 11 noyabr 2022-ci il tarixdə saat 12:55 radələrində Göyçay şəhəri, Nizami küçəsində olarkən və üzərində həmin narkotik vasitəni və psixotrop maddəni daşıyarkən Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanaraq polis şöbəsinə gətirilmiş, qeyd olunan tarixdə saat 13:00-da polis şöbəsinin Növbətçi Hissəsində üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sol yan cibindən həmin 02 ədəd sellofan bükümlərdə külli miqdar hesab edilən təmiz çəkisi 2,442 qram narkotik vasitə olan heroin, 01 ədəd kağız bükümdə külli miqdar hesab edilməyən təmiz çəkisi 0,261 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 02 ədəd dərman konvolyutunda təmiz çəkisi 0,08 qram narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X19 özünü CMin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə tam, 234.4.3-cü maddəsi ilə isə qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 noyabr 2022ci il tarixdə saat təxminən 18 radələrində eyni məhəllədə yaşayan Elsevər Məhərrəmovun evinin qarşısından keçən zaman sonuncunun evinin qapısının üzərində qıfıl olduğunu görmüş və evdə heç kəsin olmadığını düşünərək həmin evin hasarından evin həyətinə daxil olmuşdur. Evin giriş qapısı açıq olduğu üçün rahatlıqla evə daxil olaraq yataq otağına keçmiş və orada yerləşən şkafın ilk gözünü açdıqda orada 01 ədəd qızıl üzük, 02 ədəd qızıl boyunbağı, 02 ədəd qızıl klon, 01 cüt gümüş sırğa, 02 ədəd gümüş qolbağının, həmin şkafın üzərində isə 02 ədəd "xxxx" ASC-yə, 01 ədəd isə "xxxx" ASC-yə məxsus plastik bank kartlarının olduğunu görmüş və onları götürüb qeyd olunan yeri tərk etmişdir. Bundan sonra o, həmin gün Bakı şəhərinə getmiş və oğurladığı bir ədəd qızıl üzüyü, bir cüt gümüş sırğanı və iki ədəd gümüş qolbağları 170 manat pulun müqabilində orada yerləşən qızıl mağazalarından birinə satmışdır. Növbəti gün Mingəçevir şəhərinə gedib oğurladığı iki ədəd boyunbağlarını və klonları 215 manata orada yerləşən qızıl mağazalarının birinə satmışdır. Daha sonra isə Elsevər Məhərrəmovun evindən oğurladığı üç ədəd bank kartında da pul olacağını düşünərək həmin puldan istifadə etmək qərarına gəlmiş, sadəcə "xxxx" ASC-yə məxsus bank kartında 700 manatdan artıq pul olmuş və 11 noyabr 2022-ci il tarixədək Göyçay şəhərində yerləşən müxtəlif marketlərdən həmin kart vasitəsilə onlayn qaydada ödəniş etməklə müxtəlif məhsullar əldə etmişdir. Bundan başqa o, heroindən mütəmadi olaraq istifadə etmiş, 11 noyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulan zaman üzərində 1,5 qram narkotik vasitə heroin olmuş, daha ağır maddə ilə ittiham olunması üçün polis əməkdaşları tərəfindən həmin narkotik vasitənin üzərinə əlavələr edilmiş, nəticədə heroinin çəkisi 2,5 qram olmuşdur. Onun üzərində metadon və metamfetamin olmamış, həmin narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən onun üzərinə yerləşdirilmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qalmış və polis əməkdaşları bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək onu döymüşlər. Polis şöbəsində olan zaman müdafiəçinin polis şöbəsinin əməkdaşları ilə əlbir olduğunu hesab edərək sonuncu ilə danışmamış, polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə və psixitrop maddə yerləşdirilməsi barədə müdafiəçisinə məlumat verməmiş, eləcə də polis əməkdaşlarının törətdiyi qanunsuz əməllər barəsində heç bir dövlət orqanına şikayət etməmişdir. Sonradan həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılan zaman əhvalı yaxşı olmadığı üçün polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə məruz qaldığını deməmişdir. Habelə cəzaçəkmə müəssisəsinə daxil olarkən müayinə olunmuş və bu zaman bədənində xəsarətlər aşkar olunsa da həkimə həmin xəsarətlərin hansı şəraitdə yarandığını bildirməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. X7 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 06 noyabr 2022-ci il tarixdə Elsevər Məhərrəmova məxsus evdən oğurluq etdikdən sonra Bakı şəhərinə getmiş və orada olan zaman artıq əvvəldən danışıb razılaşdığı, özünü “Şahin” kimi təqdim edən İran İslam Respublikasının vətəndaşının ona göndərdiyi kart hesabına 100 manat pul köçürmüşdür. Bundan sonra həmin şəxs ona Bakı şəhərində yerləşən “Əhmədli” metrostansiyasının yaxınlığında narkotik vasitəni ağacın dibinə qoyduğunu demiş və həmin ərazinin şəklini ona atmışdır. Ardınca isə o, təxminən saat 18 radələrində həmin şəkil vasitəsilə qeyd olunan şəxsin dediyi yerdən narkotik vasitə olan heroini götürmüş və Göyçay şəhərinə qayıtmışdır. 11 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Göyçay şəhəri, Nizami küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq oğurluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində məşğul olmaqda şübhəli bilindiyini qeyd edərək onu Göyçay RPŞ-yə aparmışlar. Daha sonra hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynindəki qara rəngli şalvarın sol yan cibindən 2 ədəd içərisində bozumtul rəngli maddə olan bükümlər, 1 ədəd içərisində ağ rəngli maddə olan büküm, 2 ədəd həb, 3 ədəd plastik kart və 1 ədəd qəbz aşkar edilmişdir. Elektron tərəzi vasitəsilə çəkilən zaman 02 ədəd sellofan bükümün içərisində olan maddələrin çəkilərinin 1,1 qram və 1,6 qram, 01 ədəd içərisində ağ rəngli maddə olan bükümün çəkisinin 0,4 qram, 02 ədəd həblərin çəkilərinin isə 0,5 qram və 0,5 qram olması məlum olmuşdur. Sonra həmin narkotik vasitələr və psixotrop maddə müvafiq qaydada qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş X12 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 06 noyabr 2022-ci il tarixdə saat 14-18 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanını tərk edərək qohumlarının yaşadığı evə getmişdir. Bundan bir müddət sonra saat 18 radələrində yaşadığı evə qayıdıb evin yataq otağına daxil olduqda orada yerləşən şkafın gözlüklərinin açıq olduğunu, 01 ədəd brilyant qaşlarla bəzədilmiş təxminən 03 qram çəkidə, 750 əyarlı, ağ İtaliya istehsalı olan qızıl üzüyün, 01 ədəd 01 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan qızıl nazik boyunbağının, 01 ədəd 02 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan qızıl qalın boyunbağının, 01 ədəd 1,5 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan qızıl klonun, 01 ədəd 03 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan yantar qızıl klonun, 01 ədəd 04 qram çəkidə 925 əyarlı Türkiyə istehsalı olan gümüş qolbağının, 01 ədəd 05 qram çəkidə 925 əyarlı Türkiyə istehsalı olan gümüş qolbağının və 01 cüt 06 qram çəkidə 925 əyarlı Türkiyə istehsalı olan gümüş sırğaların, eləcə də şkafın üzərində mərhum qaynı Ceyhun Məhərrəmova məxsus 03 ədəd bank kartlarının da olmadığını görmüş və onların oğurlandığını hesab etmişdir. Oğurlanmış əşyaların ümumi dəyəri 2700 manat olmuş, mərhum Ceyhun Məhərrəmova məxsus "xxxx" ASC-yə aid kartın hesabında isə 745,29 manat pul olmuşdur. Oğurluğun qohumları tərəfindən törədilməsi ehtimalının olduğunu düşünərək bu barədə qohumlarına məlumat vermiş, lakin bunu müəyyən edə bilmədiyi üçün əri Elsevər Məhərrəmov bu barədə Göyçay Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan araşdıma aparılan zaman oğurluğun qonşusu Kənan Yəhyayev tərəfindəın törədilməsi ona məlum olmuşdur. Baş vermiş hadisədən sonra ona dəymiş ziyan tam ödənilmişdir, hazırda Kənan Yəhyayevə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 06 noyabr 2022-ci il tarixdə saat 14-18 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanını tərk edərək qohumlarının yaşadığı evə getmişdir. Bundan bir müddət sonra saat 18 radələrində evə qayıtdıqda arvadı Bənövşə Feyzullayeva ona 01 ədəd brilyant qaşlarla bəzədilmiş təxminən 03 qram çəkidə, 750 əyarlı, ağ İtaliya istehsalı olan qızıl üzüyün, 01 ədəd 01 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan qızıl nazik boyunbağının, 01 ədəd 02 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan qızıl qalın boyunbağının, 01 ədəd 1,5 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan qızıl klonun, 01 ədəd 03 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan yantar qızıl klonun, 01 ədəd 04 qram çəkidə 925 əyarlı Türkiyə istehsalı olan gümüş qolbağının, 01 ədəd 05 qram çəkidə 925 əyarlı Türkiyə istehsalı olan gümüş qolbağının və 01 cüt 06 qram çəkidə 925 əyarlı Türkiyə istehsalı olan gümüş sırğaların, eləcə də mərhum qardaşı Ceyhun Məhərrəmova məxsus 03 ədəd bank kartlarının yerində olmadığını ona demiş, o isə həmin qızıl-zinət əşyalarının və bank kartlarının oğurlandığını hesab etmişdir. Oğurlanmış əşyaların ümumi dəyəri 2700 manat olmuş, mərhum Ceyhun Məhərrəmova məxsus "xxxx" ASC-yə aid kartın hesabında isə 745,29 manat pul olmuşdur. Oğurluğun qohumları tərəfindən törədilməsi ehtimalının olduğunu düşünərək bu barədə qohumlarına məlumat vermiş, lakin bunu müəyyən edə bilmədiyi üçün 11 noyabr 2022-ci il tarixdə bu barədə Göyçay Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan araşdıma aparılan zaman oğurluğun qonşusu Kənan Yəhyayev tərəfindən törədilməsi ona məlum olmuşdur. Baş vermiş hadisədən sonra ona dəymiş ziyan tam ödənilmişdir, hazırda Kənan Yəhyayevə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X23 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CABnin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. X13 narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması, üzərində narkotik vasitələri daşıması barədə Göyçay RPŞ-yə daxil olmuş məlumat əsasında 11 noyabr 2022-ci il tarixdə raportla rəhbərliyə məruzə olunmuş, müvafiq sənədləşmə işləri aparılmış və bundan sonra isə həmin tarixdə Kənan Yəhyayevin barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Qeyd olunan tarixdə Göyçay şəhərində olan zaman Kənan Yəhyayevə yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə gəzdirməsi və satmasında şübhəli olduğunu bildirib Göyçay RPŞ-yə dəvət etmişlər. Kənan Yəhyayev buna etiraz etməmiş, birlikdə Göyçay RPŞ-yə gəldikdən sonra sonuncu müdafiəçi ilə təmin olunmuş və üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Kənan Yəhyayevin əynindəki qara rəngli şalvarın sol yan cibindən iki ədəd içərisində bozumtul rəngli maddə olan bükümlər, bir ədəd içərisində ağ rəngli maddə olan büküm, iki ədəd həb, üç ədəd plastik kart və bir ədəd qəbz aşkar edilmişdir. Daha sonra iki ədəd içərisində bozumtul rəngli maddə olan bükümlər elektron tərəziyə qoyularaq çəkilərkən çəkilərinin ayrıayrılıqda 1,1 qram və 1,6 qram olması, bir ədəd içərisində ağ rəngli maddə olan büküm elektron tərəziyə qoyularaq çəkilərkən çəkisinin 0,4 qram olması, iki ədəd həb elektron tərəziyə qoyularaq çəkilərkən çəkilərinin ayrı-ayrılıqda 0,5 qram və 0,5 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Şəxsi axtarış aparılan zaman Kənan Yəhyayev üzərindən aşkar olunmuş üç ədəd plastik bank kartlarını Elsevər Məhərrəmova məxsus olan fərdi yaşayış evindən oğurladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X14 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib şahid X23 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vətəndaş X17 tərəfindən Göyçay rayon Polis Şöbəsinə ünvanlanmış 11 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, o, 06 noyabr 2022-ci il tarixdə saat 14-18 radələrində evdə olmadığı müddətdə naməlum şəxsin evinə daxil olaraq evdən ona məxsus 2700 manat dəyərində qızıl-zinət əşyalarını və 02 ədəd plastik bank kartlarını oğurlaması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 11 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer X8 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evidir. Baxışda iştirak edən Elsevər Məhərrəmov yataq otağında olan şkafdan qızıl əşyalarının, habelə həmin şkafın üzərində olan plastik bank kartlarının oğurlanmasını bildirdi. Baxış keçirilən zaman hər hansı dəlil aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə fakt üzrə CM-in 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 noyabr 2022-ci il tarixli raportdan görünür ki, ünvan 4 ünvanında yaşayan X7 qanunsuz olaraq narkotik vasitələri saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Göyçay şəhəri, Nizami küçəsi, dalan 11, ev 15 ünvanında yaşayan X7 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 noyabr 2022-ci il tarixli raportdan görünür ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Göyçay şəhəri, Nizami küçəsi, dalan 11, ev 15 ünvanında yaşayan X1 Göyçay Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 noyabr 2022-ci il tarixli raportdan görünür ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmış X7 üzərində şəxsi axtarış aparılan zaman 02 ədəd bükümdə təmiz çəkisi 2,442 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 0,261 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 11 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə X7 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman Kənan Yəhyayevin əynindəki şalvarın sol yan cibindən 02 ədəd bükümdə çəkiləri 1,1 qram və 1,6 qram olan narkotik vasitə heroin, 02 ədəd bükümdə çəkiləri 0,5 qram və 0,5 qram olan narkotik vasitə metadon həbləri, 01 ədəd bükümdə çəkisi 0,4 qram olan psixotrop maddə metamfetamin, 03 ədəd plastik bank kartı və 01 ədəd qəbz aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 11 noyabr 2022-ci il tarixli 17/833 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Kənan Yəhyayevin üzərindən aşkar edilmiş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri-1,489 qram və 0,953 qram, ümumi çəkiləri-2,442 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi-0,261 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd sellofan bükümdə olan heroinlər kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 12 noyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə X7 barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işlərinin birləşdirilməsi və tövsif edillməsi haqqında 12 noyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə fakt üzrə CM-in 177.2.3-cü maddəsi ilə başlanmış cinayət işi X7 barəsində CM-in 234.4.3-cü maddəsi ilə başlanmış cinayət işinə birləşdirilmiş və Kənan Yəhyayevin barəsində CM-in 177.2.3 və 234.4.3-cü maddələri ilə cinayət təqibi davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 noyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə X19 CM-in 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. "xxxx" ASC-dən daxil olmuş hesabdan çıxarışdan görünür ki, X15 məxsus plastik kart vasitəsilə 09 noyabr 2022-ci il tarixdən 11 noyabr 2022-ci il tarixədək olan müddət ərzində ayrı-ayrı marketlərə ödəniş edilməklə müxtəlif adda məhsullar əldə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 dekabr 2022-ci il tarixli 9/8512 nömrəli rəyindən görünür ki, brilyant qaşlarla bəzədilmiş 03 qram çəkidə, 750 əyarlı, ağ İtaliya istehsalı olan qızıl üzüyün qiyməti 300 manat, 01 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan qızıl nazik boyunbağının qiyməti 80 manat, 02 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan qızıl qalın boyunbağının qiyməti 160 manat, üzərində göz muncuğu işarəsi olan 1,5 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan qızıl klonun qiyməti 120 manat, 03 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan yantar qızıl klonun qiyməti 240 manat, 04 qram çəkidə 925 əyarlı Türkiyə istehsalı olan gümüş qolbağın qiyməti 24 manat, 05 qram çəkidə 925 əyarlı Türkiyə istehsalı olan gümüş qolbağının qiyməti 30 manat və 06 qram çəkidə 925 əyarlı Türkiyə istehsalı olan gümüş sırğanın qiyməti 36 manat olmaqla adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada 2022-ci ilin noyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri 990 manat müəyyən edilir. Zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 06 dekabr 2022-ci il tarixli 6/6725 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Göyçay rayon polis şöbəsinin İB-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs K.Yəhyayevin üzərindən aşkar edilmiş “M40 həblər” yazılan zərfdə 01 ədəd kağız bükümdə 02 ədəd konvalyut kəsiyində 01 ədəd üzərində “F/M40” yazısı olan dərman həbi və 01 ədəd isə iki hissəyə bölünmüş üzərində “F/M40” yazılan qəhvəyi rəngli dairəvi formalı həblər sintetik narkotik vasitə metadondur. Təqdim olunmuş 02 ədəd həbin tərkibində metadonun təsiredici maddəsinin miqdarı 0,08 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 08 fevral 2023-cü il tarixli 204 nömrəli rəyindən görünür ki, X10 metamfetamin və heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 25 noyabr 2022ci il tarixli 3912 nömrəli məktubdan görünür ki, X2 RMX-da Narkoloji və Psixatrik kabinetlərdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, X7 barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət əməlinin tövsif edilməsi haqqında 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə X7 əməlində CM-in 177.2.3 və 234.4.3-cü maddələri saxlanılmaqla əməlləri CM-in 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş və barəsində həmin maddələr ilə cinayət təqibi davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə X16 CM-in 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan yeni məzmunda yenidən ittiham elan edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar, 13-cü bəndinə əsasən təmiz halda 0,02 qram və daha artıq çəkidə metadon şəxsi istehlak miqdarından artıq miqdar və psixotrop maddələrə aid olan İİ siyahısının 67-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 11 noyabr 2022-ci il tarixdə ünvan 4 ünvanında yaşayan X7 narkotik vasitələri saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə narkotik vasitə heroin və metadon, habelə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 11 noyabr 2022-ci il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə X7 üzərində şəxsi axtarış aparılarkən və narkotik vasitələr və psixotrop maddə aşkar edilən zaman CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsləsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, X19 yaşayış sahəsinə qanunsuz daxil olmaqla və təkrarən elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə özgə əmlakını gizli yolla talamış, habelə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, külli miqdar hesab edilməyən psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan metadonu şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlayaraq daşımışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxs X7 qeyd olunan narkotik vasitə heroini və metadon həblərini, habelə psixotrop maddə metamfetamini əldə edərkən, saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs X10 yuxarıda qeyd edilən çəkidə narkotik vasitə heroin və metadonun, psixotrop maddə metamfetaminin aşkar edilməsini, aşkarlanmış narkotik vasitələrin və psixotrop maddənin çoxlu sayda bükümlərdə olmasını, hər bir bükümdə olan kütlənin və həblərin istifadə üçün yararlı olmasını, aşkarlanmış heroin, metadon və metamfetaminin müxtəlif növdə olmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan heroin, metadon və metamfetamini əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs Kənan Yəhyayev ibtidai istintaq zamanı verdiyi ifadələrində qeyd olunanları etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşları tərəfindən tutulan zaman üzərində 1,5 qram narkotik vasitənin olduğunu, daha ağır maddə ilə ittiham olunması üçün polis əməkdaşları tərəfindən həmin narkotik vasitənin üzərinə əlavələrin edildiyini, nəticədə heroinin çəkisinin 2,5 qram olduğunu, tutulan zaman üzərində metadon və metamfetaminin olmadığını, həmin narkotik vasitə və psixotrop maddənin polis əməkdaşları tərəfindən bilavasitə üzərində şəxsi axtarış aparılmamışdan və videoçəkilişdən istifadə edilməmişdən əvvəl onun üzərinə yerləşdirildiyini, polis əməkdaşları tərəfindən təsirə və hədəyə məruz qalması səbəbindən üzərinə əlavə edilmiş narkotik vasitə heroinin, habelə narkotik vasitə metadonun və psixotrop maddə metamfetaminin özünə məxsus olmasını bildirdiyini, heç kəsə narkotik vasitə satmadığını və yalnız özü istifadə etmək üçün əldə etdiyini demişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, iş materiallarında olan sübutlar (baxış keçirilməsi, şəxsi axtarış aparılması haqqında protokollar, şahid ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin iş materiallarından görünür ki, şəxsi axtarış aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər, narkotik vasitə heroinin üzərinə əlavələr edilməsinin, narkotik vasitə metadon həblərinin və psixotrop maddə metamfetaminin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı bir qeyd aparılmamışdır. Eyni zamanda ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsa idi bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. X31 bu barədə heç kəsə məlumat verməmişdir. Eyni zamanda, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin, eləcə də şahid ifadələrinin və başqa sübutların iş materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Bunlarla yanaşı qeyd olunmalıdır ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli Qərarının (bundan sonra – Qərar) 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Bu Qərarın 7-ci bəndinə əsasən, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Bu Qərarın 17-ci bəndinə əsasən, Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Cinayətin predmetinin eyni mənbədən götürülməsi yolu ilə törədilən, bir cinayəti təşkil edən oxşar hərəkətlər məcmusundan ibarət olub vahid qəsdlə əhatə olunan davam edən talamanı təkrar törədilən talamadan fərqləndirmək lazımdır. Bu Qərarın 19-cu bəndinə əsasən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Bu Qərarın 20-ci bəndinə əsasən, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bu Qərarın 21-ci bəndinə əsasən, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, oğurluğun elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi CM-in 177.2.3-1-ci maddəsi ilə tövsif edilir. Ona görə də məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxs X7 törətmiş olduğu cinayət əməlləri Azərbaycana Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X7 əməlində CM-in 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə az ağır və ağır cinayət kateqoriyalarına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X19 CM-in 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, X2 şəhəri, Nizami küçəsi, dalan 11, ev 15 ünvanında yaşayır, 2020-ci ildə doğulmuş qızı Leyla Yəhyayeva onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, X19 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxs X7 himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə və ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxs və ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini isə CM-in 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs X7 əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə X7 əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, aşkar olunan narkotik vasitə və psixotrop maddənin kütləsinin çox olmasını nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrində göstərilən cinayət əməlləri az ağır, CM-in 234.4.3-cü maddəsində göstərilən cinayət əməli isə ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X19 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 11 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, X19 11 noyabr 2022-ci il tarixdə saat 12:55-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 13 noyabr 2022-ci il tarixli qərarından görünür ki, əvvəli 11 noyabr 2022-ci il tarixdə saat 12:55-dən hesablanmaqla X7 barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X16 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 11 noyabr 2022-ci il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, X7 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, X16 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın və xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 2,342 qram narkotik vasitə heroin, 0,211 qram psixotrop maddə metamfetamin və 02 ədəd narkotik vasitə yarımçıq metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 207,10 (iki yüz yeddi manat on qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 207,10 (iki yüz yeddi manat on qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxs X6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1 maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla X16 qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. X19 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 11 noyabr 2022-ci il tarixdən hesablansın. X7 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X16 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 2,342 qram narkotik vasitə heroin, 0,211 qram psixotrop maddə metamfetamin və 02 ədəd narkotik vasitə yarımçıq metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 207,10 (iki yüz yeddi manat on qəpik) manat məbləğində pul vəsaiti X6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, X16 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar