Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-110/2024 12.06.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Ağdaş rayonu Dəhnə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Ağdaş rayonu Dəhnəxəlil kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 01 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Qəbələ rayonu Savalan kəndində “Türyançay” adlanan çayın sahilindəki meşəlik ərazidən yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərindən satış məqsədi olmadan yığaraq əldə etdiyi ümumi çəkisi 5685 qram olmaqla külli miqdarda narkotik vasitə qurudulmamış marixuananı içərisində 03 ədəd sarı rəngli sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 290 qram, 670 qram, 355 qram və açıq vəziyyətdə təmiz çəkisi 1070 qram olmaqla ümumi təmiz çəkisi 2385 qram hissəsini bir ədəd qara rəngli bel çantasında, təmiz çəkisi 2425 qram olan hissəsini bükülü vəziyyətdə hərbi geyimə aid pencəyin içərisində və ayrıayrılıqda təmiz çəkiləri 380 qram, 335 qram və 160 qram təşkil edən hissəsini isə 03 ədəd sarı rəngli sellofan torbalarda rayonun Savalan kəndi ərazisində üzərində daşıyarkən şübhəli bilinərək ona yaxınlaşan və həmin ərazidə müəyyən olunmuş dislokasiya üzrə xidmət aparan Qəbələ rayon polis şöbəsinin post patrul xidməti əməkdaşlarını görüb, həmin narkotik vasitələri içərisinə yığdığı çanta, sellofan torbalar və hərbi geyimə aid pencəkdən istifadə etdiyi bağlamalarla birlikdə kolluq əraziyə atıb özünə məxsus VAZ2106 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək oradan uzaqlaşıb yaşadığı Ağdaş rayonuna qaçmış, qeyd olunan 5685 qram olmaqla külli miqdarda narkotik vasitə qurudulmamış marixuana içərisinə yığılmış çanta, sellofan torbalar və hərbi geyimə aid pencəkdən hazırlanmış bağlama ilə birlikdə faktı aşkar edən rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfərləri polis serjantı Şahid1 və polis serjantı Şahid2 tərəfindən Təqsirləndirilən şəxs tulladığı yerdən götürülərək rayon polis şöbəsinə gətirilməklə təhvil verilmiş, eyni zamanda o, faktla bağlı Qəbələ rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə Ağdaş rayon ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilib aidiyyəti üzrə təhvil verilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 01 oktyabr tarixində Savalan kəndi deyilən ərazidə olmuşdur. Həmin ərazidə fındıq və kürək üçün sap yığmışdır. Əraziyə həmin günü saat 4-5 radələrində getmişdir. Maşınını açıq ərazidə saxlamış, gəzə-gəzə meşəlik tərəfə getmişdir. 300-400 metr getdikdən sonra bıraz fındıq yığmışdır. Daha sonra kürək üçün sap yığmışdır. Səhv etmirsə, həmin günü bir kisə fındıq yığmışdır. İşini bitirib qayıdan vaxt görmüşdür ki, maşınının yanında post patrul maşını dayanmışdır. Həmin vaxt maşının yanında iki nəfər polis əməkdaşı olmuşdur. Dərhal çiynindəki sapları kolluğa atmış və polis əməkdaşlarına yaxınlaşmışdır. Həmin vaxt qorxmuşdur. Çünki həmin ərazidə üzüm oğurluğu çox olurmuş. Polis əməkdaşlarından biri ona yaxınlaşıb, burada nə iş gördüyünü soruşmuşdur. O da ərazidə gəzdiyini bildirmişdir. Həmin vaxt polis əməkdaşı ondan soruşmuşdur ki, belindəki çantanı hara atdın? Çantanın içində dəhrə və balta olduğu üçün qorxmuşdur. Ona görə də, polis əməkdaşına elə bir çantanın olmadığını bildirmişdir. Bundan əlavə əvvəllər meşə idarəsinin əməkdaşları onu orada ağac kəsdiyi üçün tutub cəza yazmışlar. Polis əməkdaşları maşınının baqajını açmağını bildirmişlər. Maşının baqajını açmışdır. Görmüşlər ki, maşının baqajında qanunsuz heç nə yoxdur. Bundan sonra maşının salonunu açmağı bildirmişlər. Polis əməkdaşları maşınında olan pencəyi götürüb ciblərini axtarmışlar. Həmin vaxt polislərə nə axtardıqlarını soruşmuşdur. Onlarda ona demişdirlər ki, narkotik vasitə axtarırlar. Həmin vaxt özüdə çaşmış və öz-özünə düşünmüşdür ki, görəsən söhbətin narkotiklə nə əlaqəsi vardır. Bundan sonra digər polis əməkdaşı ona yaxınlaşmış və gedək çantanı atdığın yeri bizə göstər demişdir. Polis əməkdaşları narkotik vasitənin adını çəkdikləri üçün qorxmuşdur. Ona görə də, həmin vaxt onlara demişdir ki, o, maşınını tərk edə bilməz, gedin çantanı özünüz tapın. Polis əməkdaşlarından biri digər əməkdaşı çantanı axtarmağa göndərmişdir. Həmin vaxt qorxudan özünü itirmişdir. Polis əməkdaşı maşından biraz uzaqlaşmışdır. Elə bu vaxt maşınına əyləşmiş və pultla maşının qapılarını bağlamışdır. Daha sonra maşını sürüb ərazidən uzaqlaşmışdır. Həmin vaxt polis əməkdaşları arxasınca gəlməmişdir. Evə getmiş yıxılıb yatmışdır. Sabahısı gün Ağdaş rayonu CAB-nin rəisi Samiq müəllim ona zəng etmişdir. Təxminən səhər saat 11 radələri olarmış. Samiq müəllim telefonda özünü təqdim etmiş və Ağdaş rayon polis şöbəsinə gəlməyini bildirmişdir. Həmin vaxt səhhətində olan narahatçılığı və maşınının texniki baxışının vaxtının bitdiyini bildirmiş polis əməkdaşlarının ona yaxınlaşmasını qeyd etmişdir. Evdə yatağında uzanmışdır. Birdə görmüşdür ki, yanına anası gəlmiş və demişdir ki, Samiq müəllim onu çağırır. Pilləkəndən düşən zaman görmüşdür ki, Samiq müəllim evdədir. Digər polis əməkdaşını isə tanıya bilməmişdir. Pilləkəndən aşağı düşüb Samiq müəllim və digər əməkdaşla görüşmüşdür. Elə bu vaxt qapı açılmış və içəri 8-10 nəfər polis əməkdaşı daxil olmuşdur. Polis əməkdaşları həyətə daxil olmuş, ona heç nə demədən üzərində idman forması ilə onu maşına əyləşdirib, qollarını qandallamışlar. Maşına əyləşən vaxt telefonunun harada olduğunu soruşmuşlar. O da telefonunun evdə olduğunu bildirmişdir. Həmin vaxt bir nəfər polis əməkdaşı maşından düşüb telefonunu evdən götürməyə getmişdir. Polis əməkdaşlarından biri öz telefonunda ona aid çantanı, kiteli və narkotik vasitəni göstərib onun olub-olmadığını soruşmuşdur. Həmin vaxt demişdir ki, çanta və kitel ona aiddir. Narkotik vasitənin isə ona aid olmadığını bildirmişdir. Elə bunu demişdir ki, polis əməkdaşları şöbəyə çatana qədər onu döyməyə başlamışdırlar. Əməliyyatın rəisi Elçin müəllim başına-başına vurmuşdur. Daha sonra onu polis şöbəsində boş bir otağa aparmışlar. Həmin vaxt görmüşdür ki, ona aid çanta və ona aid olmayan bağlama həmin otaqdadır. Elə bu vaxt etiraz etmiş və bağlamanın ona aid olmadığını bildirmişdir. Polis əməkdaşları israrla bağlamanın ona aid olduğunu bildirmişlər. Həmin vaxt etiraz etmiş, yaşlı anasının olduğunu və özünün illərlə dövlətə qulluq etməsini bildirmişdir. Narkotik vasitə ona yaraşan bir şey deyildir. Onun tək səhvi narkotik vasitədən istifadə etmək olmuşdur. Polis əməkdaşları israrla ona deyirmişlər ki, narkotik vasitəni boynuna almalıdır. O da demişdir ki, onu öldürsələr belə narkotik vasitəni boynuna alan deyildir. Elə bu vaxt içəri 7-8 nəfər polis əməkdaşı daxil olmuşdur. Daha sonra polis əməkdaşları onu yerə yıxıb, ayağını stolun arasına keçirmiş, onu döyməyə başlamışdırlar. Onu döysələr də narkotik vasitəni boynuna almamışdır. Onu da qeyd etmişdir ki, polis əməkdaşları onu fasilələrlə döymüşlər. Elçin müəllim görmüşdür ki, narkotik vasitəni boynuna almırmış, demişdir ki, gedib bunun anasını gətirsinlər. Elə bu vaxt etiraz etmişdir. Ona demişdirlər ki, anasını polis şöbəsinə gətirib, çantasına narkotik vasitə qoyacaqlarmış. Baxmışdır ki, çıxış yolu yoxdur. Bundan sonra narkotik vasitəni boynuna almışdır. Həmin vaxt polis əməkdaşı ona demişdir ki, birazdan videoçəkiliş olacaqdır. Onlar ona nə deyirlərsə çəkiliş zamanı onları qeyd edər. Bundan sonra videoçəkiliş olmuşdur. Ona nə demişdirlərsə onları çəkiliş zamanı etmişdir. Daha sonra ona demişdirlər ki, indi hansı ərazidən qaçmışdırsa, ora gedəclər. Şalvarı cırıldığı üçün ona təzə şalvar gətirmişdirlər. Daha sonra Savalan kəndi ərazisinə getmişlər. Ona demişlər ki, onlar nə deyirlərsə çəkiliş zamanı onları deyər. Çəkiliş zamanı onlar nə demişdirlərsə, həmin məzmunda danışmışdır. Sonra ona demişlər ki, indi hadisə yerinə gedirlər. 500-600 metr getdikdən sonra yerdə çətənə ağacları olmuşdur. Həmin ağacların yanında çəkiliş olmuş və onu təkar polis şöbəsinə aparmışdırlar. Sabahısı günü onu müstəntiqin yanına aparmışdırlar. Müstəntiq ona birneçə kağıza imza atdırmışdır. Elçin müəllim ona demişdir ki, döyülməyi barədə haradasa nə isə desə, bilməlidir ki, anasına problem yaradacaqlar və evindən silah-sursat çxaracaqlar. Sonra onu ekspertizaya aparmışdırlar. Həmin vaxt gözünün altı şişmişdir. Daha sonra onu prokurorun qəbuluna aparmışdırlar. Prokuror xəsarətləri barədə ondan heç nə soruşmamışdır. Daha sonra onu məhkəmə qarşısına çıxarmışdırlar. Hakim ondan döyülüb-döyülmədiyini soruşmuşdur. Qorxduğu üçün hakimə heç nə bildirməmişdir. Daha sonra onu X10 aparmışlar. Üstündən 25 gün keçdikdən sonra, onu Qəbələyə etap etmişdirlər. Sonra onu evə aparıb, çəkiliş etmişdirlər. Daha sonra onu Gəncə şəhərinə müayinəyə aparmışdırlar. Analizlər alınmışdır və sonra onu polis şöbəsinə aparmışdırlar. Daha sonra Elçin müəllimlə müstəntiq yanına gəlib demişdirlər ki, onunla çəkiliş edəcəklər. Sonra Elçin müəllim ona demişdir ki, güya ona köməklik edəcdir. Ancaq ona heç bir köməklik olunmamışdır. Artıq başa düşmüşdür ki, bu iş yaxşı bir işə oxşamır. Sonra anasını penitensisar müəssisəyə görüşə çağırmışdır. Anasına vəziyyətin pis olduğunu və yaxşı vəkilə ehtiyacının olduğunu bildirmişdir. Sonra özünə vəkil tutmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, narkotik vasitənin marixuana növündən istifadə etmişdir. O, Ağdaş sakinidir. Qəbələ şəhərində olan ərazi çaylaq zonadır. Yaşadığı Dəhnə kəndi Savalan kəndinə yaxındır. Savalan kəndi evindən 10 kilometr uzaqlıqda yerləşir. Həmin gün əraziyə getməkdə məqdədi fındıq və kürək üçün sap yığmaq olmuşdur. Polis əməkdaşları maşında olan pencəyindən narkotik vasitə axtarmış və o elə bu vaxt qorxmuşdur. Həm də çantanın içində dəhrə və balta olmuşdur. Əvvəllər ağac kəsməyə görə meşə idarəsi onu cərimələmiş, ona görə də, hadisə yerindən qaçmışdır. Əgər onun çantasında narkotik vasitə olsaydı qaçıb evinə getməzmiş. Polis əməkdaşları onu saat 10-11 radələrində evdə saxlamışlar. Polis əməkdaşları iki nəfər olmuşdur. Evə gələn əməkdaşlar Ağdaş rayon polis şöbəsinin əməkdaşları olmuşdur. Həmin iki nəfər əməkdaşla görüşən vaxt, içəri 7-8 nəfər başqa polis əməkdaşları daxil olduğunu görmüşdür. Sonradan evə daxil olan polis əməkdaşlarının Qəbələ rayon polis şöbəsinin əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşları ondan heç nə soruşmamışdır. Onu saxlayıb birbaşa maşına əyləşdirmişdirlər. Polis əməkdaşları onların evə daxil olana qədər, onun bədənində və ya üzündə heç bir xəsarət olmamışdır. Polis əməkdaşları qollarını qandallayıb onu maşına əyləşdirmişlər. Sonra onu döyə-döyə Qəbələ rayon polis şöbəsinə aparmışdırlar. Polis əməkdaşları başına zərbələr vurmuşdurlar. Polis əməkdaşı telefonda ona şəkil göstərmiş və demişdir ki, bu ona aiddir. O isə şəkildə olan çantanın ona aid olmadığını bildirmişdir. Buna görə də, onu döyməyə başlamışdırlar. Ona göstərdikləri telefon öz telefonları olmuşdur. Polis əməkdaşları onu evdə saxlayıb, maşına əyləşdirmişlər. Təxminən 5-10 dəqiqə maşında qalmışdır. Sonra ondan telefonunu soruşmuşdurlar. Həmin vaxt telefonunun evdə olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 01 oktyabr 2023-cü il tarixdə saat təxminən 17:30 radələrində dislokasiya üzrə Qəbələ rayon Savalan kəndi ərazisində 5 saylı avtopatrulda iş yoldaşı Qəbələ RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı Şahid2la birlikdə xidmətdə olan zaman asfalt örtüklü yoldan təxminən 200-300 metr içəri məsafədə meşəlik sahədə VAZ2106 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətsiz vəziyyətdə olduğunu görüb həmin əraziyə yaxınlaşmışlar. Avtomobilin içərisində heç kimin olmadığını görmüşlər və avtomobilin motor hissəsini əlləri ilə yoxlayaraq bilmişlər ki, mühərrik soyuqdur. Təxminən 1 saat orada gözlədikdən sonra meşəlik ərazinin içərisindən bir nəfər şəxsin kürəyində çanta və əlində naməlum əşya ilə birlikdə gəldiyini görmüşlər, həmin şəxs onları gördüyü zaman dərhal əlindəki və belindəki çantaları kolluq sahədə gizlətmişdir. Lakin onun bu hərəkətini görmüşlər. Belə ki, o, onlardan təxminən 60-70 metr aralı məsafədə olmuşdur. Ona yaxınlaşmışlar, özlərini təqdim etmişlər və ondan sorğu-sual etmişlər ki, meşəlik ərazidə nə edir və kimdir?. O isə Ağdaş rayonundan gəldiyini, həmin əraziyə fındıq məhsulu yığmaq üçün gəldiyini bildirmişdir. Onun yanında dayanmış, iş yoldaşı Şahid2 isə onun çanta və əşyaları atdığı istiqamətdə göndərmişdir ki, həmin əşyaların nə olduğunu müəyyən etsinlər. Şahid2 həmin əşyaların və çantanın atıldığı yerə çatdıqda adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs dərhal cəld şəkildə VAZ2106 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağına əyləşmiş və sürətli şəkildə avtomobili idarə edərək onların yanından qaçıb getmişdir. Daha sonra o və Şahid2 həmin şəxsin, yəni Təqsirləndirilən şəxs kolluq əraziyə atdığı çantalara baxış keçirərkən müəyyən etmişlər ki, həmin çantaların, eləcə də üzəri hərbi pencəklə örtülmüş sellofan totbaların içərisində narkotik vasitə marixuanaya bənzər spesifik iyə malik olan bitki kütlələri vardır. Həmin bitki kütlələri isə tərəflərindən götürülüb Qəbələ RPŞ-nə gətirilmiş və Növbətçi Hissəyə təhvil verilmişdir. Daha sonra həmin narkotik vasitə marixuanaya bənzər bitki kütlələrinə onun və Şahid2 iştirakı ilə təhqiqatçı tərəfindən baxış keçirilmiş və qablaşdılaraq götürülmüşdür. Ona hər hansı bir fiziki zor tətbiq etməmişdir. İş üzrə şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 Şahid1 ifadəsində qeyd olunan xüsusatları təsdiq edərək anoloji ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 02 oktyabr 2023-cü il tarixdə saat təxminən 14 radələrində Qəbələ RPŞ-də olan zaman bir nəfər şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün tutulması və həmin şəxsin iştirakı ilə baxış keçiriləcəyi barədə məlumatı olmuş, rəhbərliyin göstərişi əsasında təhqiqatçının otağına gəlmişdir. Həmin otaqda əvvəlcədən tanımadığı və adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs, eləcə də müdafiəçi Firudun Osmanovun olduğunu görmüşdür. Həmin vaxt təhqiqatçı elan etmiş ki, Qəbələ rayon Savalan kəndi ərazisində Təqsirləndirilən şəxs daşıdığı, lakin polis əməkdaşlarını gördüyü üçün həmin əraziyə atılmış narkotik vasitəyə bənzər bitki kütlələrinə baxış keçiriləcək. Bundan sonra baxış başlanmışdır. Belə ki, baxış keçirilən zaman içərisində narkotik vasitəyə bənzər bitki kütlələri olan bel çantası və bükülü vəziyyətdə olan hərbi pencək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs içərisində narkotik vasitəyə bənzər bitki kütlələri olan bel çantası və bükülü vəziyyətdə olan hərbi pencəyin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra əvvəlcə qara rəngli bel çantasının içəsirinə baxılmış və müəyyən edilmiş ki, çantanın içərisində və ciblərində açıq vəziyyətdə, eləcə də 03 ədəd sellofan torbalara yığılmış vəziyyətdə olan narkotik vasitəyə bənzər bitki kütlələri vardır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmiş ki,çantanın içərisində olan narkotik vasitəyə bənzər bitki kütlələri ona məxsusdur. Bundan sonra hərbi pencəyin düymələri açılmış və içərisinə baxılmışdır. Bu zaman isə hərbi pencəyin içərisində 03 ədəd sarı rəngli sellofan torbaya yığılmış, həmçinin pencəyin içərisinə açıq vəziyyətdə yığılmış narkotik vasitə olan marixuanaya bənzər bitki kütlələrinin olduğu aşkar edilmişdir. Hərbi pencəyin içərisinə olan narkotik vasitə olan marixuanaya bənzər bitki kütlələri Təqsirləndirilən şəxs təqdim edilmiş və həmin pencəyin içərisində narkotik vasitələrin ona məxsus olduğunu, həmin narkotik vasitələri Qəbələ rayon Savalan kəndi ərazisində yabanı halda bitmiş bitkilərdən yığdığını bildirmişdir. Baxış zamanı narkotik vasitə olan marixuanaya bənzər bitki kütlələri qablaşdırılıb möhürlənmişdir. Baxış zamanı müvafiq video və fotoçəkiliş aparılmışdır. Bundan sonra isə Təqsirləndirilən şəxs göstərməsi əsasında Qəbələ rayon Savalan kəndi ərazisində yerləşən meşəlik sahədəki Təqsirləndirilən şəxs avtomobilini saxladığı, içərisinə narkotik vasitə olan marixuanaya bənzər bitki kütlələri olan çantaları atdığı və avtomobilini sürətli şəkildə idarə edib qaçdığı yerə baxış keçirilmişdir. Həmin ərazidə olan zaman Təqsirləndirilən şəxs avtomobilini saxladığı və içərisində narkotik vasitə-marixuanaya bənzər bitki kütlələri olan çantanı və hərbi pencəyi atdığı yeri göstərmişdir. Baxış zamanı müvafiq video və fotoçəkiliş aparılmışdır. Bundan sonra isə Təqsirləndirilən şəxs avtomobilini saxladığı yerdən təxminən 5 kilometr meşəlik sahə ilə irəliləmişlər. Təqsirləndirilən şəxs 5 kilometr məsafə getdikdən sonra dayanmış və bildirmiş ki, narkotrik vasitələri yığdığı yerdir. Həmin baxışda isə onlarla birlikdə əlavə olaraq aqranom Famil müəllim də iştirak etmişdir. Həmin ərazidə 7-8 ədəd çətənə kollarının olduğu aşkar edilmiş və həmin bitkilərdən 3 ədədi ekspertiza üçün götürülüb qablaşdırılmışdır. Baxış zamanı müvafiq video və fotoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs heç bir təzyiq və fiziki zor tətbiq edilməmişdir. O, bütün baxışlarda sərbəst şəkildə iştirak etmişdir. Baxışlara başlamazdan qabaq isə Təqsirləndirilən şəxs sol gözündə az bir şəkildə şişlik olduğunu görmüşdür. Lakin o, həmin xəsarəti narkotik vasitə-marixuanaları atıb qaçarkən Qəbələ rayon Savalan kəndi ərazisində yıxılması nəticəsində aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 02 oktyabr 2023-cü il tarixdə saat təxminən 10 radələrində Qəbələ RPŞ-nin CAB-a daxil olmuş əməliyyat tapşırığı əsasında o, CAB-ın rəisi Elçin İsmayılov, Şahid5 və Şahid6la birlikdə Ağdaş şəhəri Dəhnəxəlil kəndinə getmiş və getməzdən qabaq isə əməliyyat tapşırığında adı göstərilən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs tutulması məqsədi ilə Ağdaş RPŞ-nin CAB-ın rəisi ilə də əlaqə saxlanılmışdır. Çünkü əvvəlcədən Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsində köməklik edilməsi məqsədi ilə Qəbələ RPŞ-dən Ağdaş RPŞ-nə məktub da göndərilmişdir. Əvvəlcə Ağdaş RPŞ-nin CAB-ın rəisi Təqsirləndirilən şəxsla əlaqə yaradaraq onunla profilaktiki söhbətlər aparmış, ardınca isə Ağdaş RPŞ-nin CAB-ın rəisi Təqsirləndirilən şəxsla onun həyətində söhbət etmiş və onu həyətdən çölə dəvət etmişdir. Onlar isə həyətdən çöldə gözləmiş və Təqsirləndirilən şəxs həyətlərindən çölə çıxdıqda onun qollarından tutaraq avtomobil ilə Qəbələ RPŞ-nə aparmışlar. Qəbələ RPŞ-nə çatdıqda saat 13:20 radələri olarmış. Dərhal Təqsirləndirilən şəxs Qəbələ RPŞ-nin NH-nə təhvil vermişlər, daha sonra isə X17 Həsənovu təhqiqatçı təhvil götürmüşdür. Təqsirləndirilən şəxs heç bir təzyiq və fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs özü Qəbələ RPŞnə gətirilən zaman sərbəst şəkildə narkotik vasitələri Qəbələ rayon Savalan kəndi ərazisində yığdığını, lakin polis əməkdaşlarını gördüyü üçün narkotik vasitələrmarixuanaları atıb qaçdığını bildirmişdir. Təqsirləndirilən şəxs Qəbələ RPŞ-nə gətirməzdən qabaq sol gözündə az bir şəkildə şişlik olduğunu görmüşdür. Lakin o, həmin xəsarəti narkotik vasitə-marixuanaları atıb qaçarkən Qəbələ rayon Savalan kəndi ərazisində yıxılması nəticəsində aldığını bildirirmiş. İş üzrə şahid qismində dindirilmiş Şahid6 Məmməd oğlu və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Şahid5 Şahid4 ifadəsində qeyd olunan xüsusatları təsdiq edərək anoloji halları göstərmişlər. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2011-ci ildən bəri tanıyır. Təqsirləndirilən şəxsla dostluq münasibəti vardır. Təqsirləndirilən şəxs axırıncı dəfə tutulmadan bir gün əvvəl və tutulduğu günün səhəri görmüşdür. Hadisədən əvvəl Təqsirləndirilən şəxs üzündə, gözündə və bədənində heç bir xəsarət olmamışdır. Hadisə günü Təqsirləndirilən şəxs mağazaya gəlmiş və həmişəki kimi çörək və siqaretini alıb getmişdir. Üstündən bir saat keçmiş və ona xəbər gəlmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs hadisə günü səhər 8-9 radələrində görmüşdür. Təqsirləndirilən şəxs yaxşı insan kimi tanımışdır. Bu işdə günahı olduğunu düşünmür. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs kəndçisidir, onunla bir məktəbdə oxumuş və onu uzun müddətdir tanıyır. Təqsirləndirilən şəxsla birlikdə meyvə alqı- satqısı ilə məşğul olmuşdur. Bu işdə Təqsirləndirilən şəxs günahı olduğunu düşünmür. Belə ki, Əfqan hər zaman zəhmətkeş və işində gücündə olan biri olmuşdur. Əfqan öz bağının məhsulu olan xurmanı yığıb onlara gətirmiş, onlarda topladıqları meyvələri satmışlar. Təqsirləndirilən şəxs sonuncu dəfə sentyabr ayının əvvəllərində görmüşdür. Hadisədən sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmışdır. Hadisədən əvvəl Təqsirləndirilən şəxs görmüşdür. Hadisədən əvvəl onların evinə getmiş və onunla ticarət barədə söhbət etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzündə, gözündə və bədənində heç bir xəsarət olmamışdır. Meyvə işi ilə məşğul olur. Təqsirləndirilən şəxs zəhmətkeş biridir. Öz bağının məhsulunu yığıb onlara vermiş, onlarda topladığı məhsulları satmışdırlar. Əfqanın narkotik vasitə satmasına inanmır. Çünki onunla çox vaxt birlikdə olmuşdur. Təqsirləndirilən şəxs öz işi ilə məşğul olmuş və halal pulunu qazanmışdır. Əfqanın xurma və gilas bağı vardır. Təqsirləndirilən şəxsla demək olar ki, hər gün görüşmüşdür. Çünki onunla meyvə ticarəti etmişdir. Təqsirləndirilən şəxsla mövsümünə görə xurma və gilas yığıb satmışdır. Ağdaş rayonunda ən çox xurma və gilas yetişmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid1 tərəfindən tərtib edilmiş “raport”-dan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 17:30 radələrində Qəbələ RPŞ-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Qəbələ rayon Savalan kəndində dislokasiya üzrə avtopatrul xidmətdə olan zaman yol kənarından təxminən 200-300 metr məsafədə meşəlik ərazidə Vaz 2106 markalı ** BD *** dövlət nömrə nişanlı avtomobilin olduğunu görüb həmin yerə yaxınlaşmışlar, həmin zaman meşəlik ərazidən bir nəfər şəxsin kürəyində çanta əlində naməlum əşya ilə həmin avtomobil istiqamətində gəldiyini görmüşlər, onları gördükdə çantanı, naməlum əşyanı atmış, ona yaxınlaşmışlar, özlərini təqdim etdikdən sonra kim olduğunu soruşmuşlar və o da özünü təqdim etmədən Ağdaş rayonundan fındıq yığmaq üçün gəldiyini bidirmişdir. Şahid2 əşyaların atıldığı istiqamətə göndərmiş o, həmin yerə yaxınlaşdıqda şəxs VAZ 2106 markalı ** BD *** dövlət nömrə nişanlı avtomobilə əyləşərək avtomobili sürətlə idarə edib ərazidən uzaqlaşmışdır. Sonra çantaya və əşyaya baxış keçirilən zaman bir ədəd qara rəngli bel çantasının və bir ədəd üzəri hərbi pencək ilə örtülmüş sellofan torbalarda və içərisində açıq vəziyyədə narkotik vasitə olan marixuanaya bənzər spesfik iyə malik bitki kütlələrinin olduğunu aşkar edilmiş və həmin bitki kütlələri götürülərək polis şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 04). 01 oktyabr 2023-cü il tarixli Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı Cavidan Əhmədli tərəfindən tərtib edilmiş baxış keçirilməsi haqqında protokoldan, həmin protokola əlavə edilmiş fotocədvəl və video görüntüdən görünür ki, həmin tarixdə PPXB-nün polis nəfərləri Şahid1 və Şahid2 təhqiqata təqdim etdiyi içərisində narkotik vasitə olan marixuanaya bənzər bitki kütlələri olan qara rəngli çanta və bükülü vəziyyətdə olan hərbi pencəkdir. 01 ədəd qara rəngli çantanın ön cibi açıq vəziyyətdə və içərisində açıq vəziyyətdə yığılmış narkotik vasitə olan yaş marixuanaya bənzər bitki kütlələri, həmçinin çantanın içərisində 03 ədəd sarı rəngli sellofan torbalara yığılmış narkotik vasitə olan yaş marixuanaya bənzər bitki kütlələri aşkar edilmişdir. Daha sonra hərbi pencəyin düymələri açılaraq içərisinə baxış keçirilən zaman açıq vəziyyətdə yığılmış, eləcə də 03 ədəd sellofan torbalara yığılmış vəziyyətdə narkotik vasitə olan marixuanaya bənzər yaş bitki kütlələri aşkar edilmişdir (cild 01, iş vər 05-11). xx.xx.2023-cü il tarixli Qəbələ Rayon Polis Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı ** BD *** dövlət nömrə nişanlı avtomobil ilə birlikdə Qəbələ RPŞ-nin əməkdaşlarına təhvil verilməsinə göstəriş verilməsi xahiş edilmişdir (cild 01,iş vər 12). xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01,iş vər 15). 02 oktyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan, həmin protokola əlavə edilmiş fotocədvəl və video görüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs narkotik vasitəyə bənzər bitki kütlələrinin yığıldığı bağlamalara baxış keçirilmiş, Təqsirləndirilən şəxs atıb qaçdığı içərisində narkotik vasitəyə bənzər bitki kütlələri olan bel çantası və bükülü vəziyyətdə olan hərbi pencəkdir. Həmin əşyalar Təqsirləndirilən şəxs tədim edilmiş, sonuncu həmin çantanın və hərbi pencəyin ona məxsus olduğunu bildirmişdir. İlk olaraq qara rəngli çantanın ön cibində, içərisində açıq vəziyyətdə yığılmış, həmçinin 03 ədəd sellofan torbalara yığılmış narkotik vasitə marixuanaya bənzər bitki kütlələri aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin bitki kütlələrinin ona məxsus olduğunu bildirmişdir. Daha sonra hərbi pencəyin düymələri açılaraq içərisinə baxış keçirilən zaman pencəyin içərisində 03 ədəd sarı rəngli sellofan torbalara yığılmış, həmçinin pencəyin içərisinə açıq vəziyyətdə yığılmış narkotik vasitə olan marixuanaya bənzər bitki kütlələri Təqsirləndirilən şəxs təqdim edilmiş, Təqsirləndirilən şəxs həmin bitkiləri Savalan kəndindəki meşəlik ərazidən yabanı halda yığdığını, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir (cild 01, iş vər.26-33). 02 oktyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan, həmin protokola əlavə edilmiş fotocədvəl və video görüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri atdığı və avtomobilini saxladığı yerə baxış keçirilmiş, baxış keçirilən yer Qəbələ rayon Savalan kəndidir və Təqsirləndirilən şəxs avtomobilini saxladığı və narkotik vasitəyə bənzər bitki kütlələrini atdığı yerdir. Yer açıq ərazi, kənarları kol-kosluq və meşəlik ərazidir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə günorta saatlarında fındıq yığmaq üçün gəldiyini, avtomobilini həmin yerdə saxladığını və meşəlik əraziyə fındıq yığmaq üçün getdiyini, meşəlik ərazidə yabanı halda bitən narkotik vasitə olan marixuana aşkar etdiyini, həmin bitkilərdən özü ilə apardığı qara rəngli çantaya, sellofan torbalara və əynindəki hərbi pencəyin içərisinə açıq vəziyyətdə yığdığını, avtomobili istiqamətdə gələn zaman polis əməkdaşlarını gördüyünü, çantanı və pencəyini içərisindəkilərlə birlikdə kolluğa atdığını, avtomobilinə yaxınlaşdığını, polis əməkdaşlarına fındıq yığmaq üçün gəldiyini dediyini, sonra avtomobilinə əyləşərək ərazidən uzaqlaşdığını bildirmişdir. Ərazidə avtomobil təkərinin yerə sürtünmə izləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin izlərin ona məxsus avtomobilə aid olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin avtomobilini saxladığı yerdən təxminən 30 metr aralıda çantanı və pencəyini atdığı yerə də təqdim etmişdir (cild 01, iş vər. 38-42). 02 oktyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan, həmin protokola əlavə edilmiş fotocədvəl və video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri yığdığı yerə baxış keçirilmiş, baxış keçirilən ərazi Qəbələ rayon Savalan kəndinin ərazisi olmaqla Təqsirləndirilən şəxs narkotik vasitələri yığdığı yerdir. Həmin yer meşəlik ərazi olmaqla sonuncunun avtomobili saxladığı yerdən təxminən 5 kilometr məsafədə yerləşir. Həmin əraziyə yolsuzluq şəraitində kol-koslu cığırlar və Türyançay çayını keçməklə gedilmişdir. Təqsirləndirilən şəxs meşəlik ərazidə narkotik vasitələri yığdığı yeri təqdim etmiş, həmin ərazidə təxminən 7-8 ədəd çətənə koluna bənzər bitkilər aşkarlanmışdır. X14 həmin bitkilərin yabanı halda bitdiyini, heç bir aqrotexniki qulluq olunmadığını bildirmişdir. Həmin bitkilərdən nümunə üçün 03 ədəd maddi sübut kimi götürülmüş və digərləri isə kökündən çıxarılaraq məhv edilmişdir (cild 01, iş vər.43-47). xx.xx.2023-cü il tarixli rəydən görünür ki, 02 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi Qəbələ rayon Savalan kəndi ərazisində olan meşəlik ərazidəki sahəyə baxış keçirilən zaman məlum olmuşdur ki, təxmini uzunluğu 5 metrə yaxın, eni 2 metrə qədər boş sahədə seyrək halda 7(yeddi) ədəd yabanı halda bitmiş yaşıl rəngli, kəskin qoxulu narkotik tərkibli bitkiyə oxşar kənaf kolları aşkar edilmişdir. Aşkar olunmuş narkotik tərkibli bitkilərə aqrotexniki qaydada qulluq olunmamış, yabanı halda bitmiş narkotik tərkibli bu bitkilər çətənə bitkisi olmaqla kənaf kollarıdır. Həmin ərazi yabanı halda bitmiş kənaf kollarının bitməsinə xarakterik ərazidir (cild 01, iş vər. 48). xx.xx.2023-cü il tarixli, 17/731 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, 01(bir) ədəd sintetik kisənin içərisindəki, yaş vəziyyətdə ümumi çəkiləri-305,0 qram olan 07(yeddi) ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Famil Xitilovun 02 oktyabr 2023-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilməmişdir. Həmçinin tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış kağızda “1. Təqsirləndirilən şəxs..2.Osmanov..3 Şahid3..Tərtib etdi: Cavidan Əhmədli” yazısı və imzalar olan 01(bir) ədəd qara rəngli bel çantasının içərisində və cib hissəsində açıq vəziyyətdə təmiz çəkisi- 1070,0 qram, 03(üç) ədəd sarı rəngli sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri- 290,0 qram, 670,0 qram və 355,0 qram, ümumi çəkiləri 2385,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmamış marixuanadır. Habelə tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış kağızda “1. Təqsirləndirilən şəxs..2.Osmanov..3 Şahid3..Tərtib etdi: Cavidan Əhmədli” yazısı və imzalar olan 01(bir) ədəd hərbi pencəyin içərisində, açıq vəziyyətdə təmiz çəkisi- 2425,0 qram və 03(üç) ədəd sarı rəngli sellofan torbalarda, ayqı-ayrılıqda təmiz çəkiləri- 380,0 qram, 335,0 qram və 160,0 qram, ümumi təmiz çəkiləri-3300,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmamış marixuanadır. Tədqiqata təqdim edilmiş 01(bir) ədəd çantanın içərisindəki qurudulmamış marixuanalar, 01(bir) ədəd hərbi pencəyin içərisindəki qurudulmamış marixuanalar və 07(yeddi) ədəd çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. Bununla yanaşı məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/731 saylı rəyindən görünür ki, qurudulmamış marixuanaların ümumi çəkisi 5685,0 qram olmuş, 1,60 qramı tədqiqata sərf edildikdən sonra 5683,40 qram qalmışdır. Həmçinin çətənə bitkilərinin ümumi çəkisi 303,60 qram olmuş, 1,40 qramı tədqiqata sərf edildikdən sonra 303,60 qram qalmışdır (cild 01, iş vər. 58-61). xx.xx.2023-cü il tarixli, 4(025)-10/2023 nömrəli Qəbələ Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində müddəti 04 (dörd) ay həddində müəyyən edilməklə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 98-99) xx.xx.2023.-cü il tarixli DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 110-111). xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarə etmə Birliyi” PHŞ “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 18-1-22/2-1530/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın PHŞ-nin poliklinika şöbəsinin ruhiəsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir (cild 01, iş vər.118) xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayon Dəhnəxəlil kəndində yerləşən yaşayış evinə və həyətyanı sahəyə baxış keçirilmiş və baxış zamanı qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir (cild 01, iş vər. 145-151). 28 oktyabr 2023-cü il tarixli “şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə içərisində narkotik vasitə-marixuana ilə birlikdə Qəbələ rayon Savalan kəndi ərazisində saxlayan Şahid1 və Şahid2 tanıyaraq əli ilə göstərmiş və bildirmişdir ki, onu xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Savalan kəndi ərazisində içərisində narkotik vasitələr olan torbalar ilə birlikdə saxlayan polis əməkdaşları 1-ci və 4-cü sırada dayanan polis əməkdaşlarıdır. Həmin sıralarda dayanan polis əməkdaşları isə Şahid1 və Şahid2dur (cild 01, iş vər.152-158) xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ağdaş Rayon İcra Hakimiyyətininn Başçısının Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ibtidai istintaqa təqdim etdiyi arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1950-ci il təvəllüdlü anası-X20 ilə birlikdə Ağdaş rayonu Dəhnəxəlil kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 162- 165). 05.10 2023-cü il tarixli, 559 nömrəli MTE-nin PB-nin Qəbələ rayon şöbəsinin rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində alının sol yuxarı hissəsinin sıyrığı və sol gözaltı hissənin qançırı kimi xəsarətin olduğu, qeyd olunan xəsarətin küt alətin (əşyaların) təsirindən müxtəlif şəraitlərdə, o cümlədən özünün yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni 02 oktyabr 2023-cü il tarixdə törənə bilməsi, həmin xəsarətin sağlamlığa zərər vurmayan bədən xəsarətinə aid olduğu müəyyən edilmişdir (cild 01, iş vər.184-185). 06 dekabr 2023-cü il tarixli, 1990 saylı məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 186). 30 oktyabr 2023-cü il tarixli, 691 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər və hal hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs psixi xəstəlik keçirmədiyindən onun məcburi qaydada müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixiopatik çizgiləri) baxmayaraq o, ona cinayəti törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir (cild İ, iş vər.187-190). xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməklə bu barədə material ayrılmışdır (cild İİ, iş vər. 54-71). xx.xx.2024-cü il tarixli, 3-16-17/2-669/2024 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin “X15”-dan görünür ki, Təqsirləndirilən şəxs sağ bilək nahiyyəsində və sol alın nahiyyəsində sıyrıq, sol gözaltı nahiyyədə qançır xəsarətləri aşkar edilmiş və o, xəsarətləri həbs edilməmişdən əvvəl aldığını bildirmişdir. xx.xx.2024-cü il tarixli, 5/3-13-89/2-6822 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası DİN “Şəhər, rayon, xətt polis orqanlarınına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”-dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ RPŞ-yə gətirilmişdir. xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Təqsirləndirilən şəxs sol göz altında nahiyyədə qaraltı və sol gözünün içində qızartı aşkar edilmiş və deməsinə görə həbs olunmamışdan bir gün əvvəl həyətdə yıxılmışdır. Azərbaycan Respublikasını DİN-nin “X6 və X4 qeydiyyatı kitabı”dan görünür ki, ilkin baxış zamanı Təqsirləndirilən şəxs sağ biləkdə və sol göz nahiyyəsində zədə aşkarlanmışdır. xx.xx.2024-cü il tarixli, 3-16-17/37/2-2128/2024 nömrəli Şəki penitensiar Müəssisəsinin məktubuna əlavə edilmiş “Xüsusi Məlumatdan”, Aktdan və izahatdan görünür ki, Təqsirləndirilən şəxs müəssisənin Tibb sanitariya hissəsində tibbi müayinədən keçən zaman onun üzərində xəsarət aşkar edilmiş və bu barədə soruşulduqda o, verdiyi izahatda həbs edilməmişdən əvvəl həmin xəsarətlərin yarandığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X11 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, vəsatət vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmartan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmartan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmartan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 109.2-ci bəndinə əsasən - 2500 (iki min beş yüz) qramdan 250000 (iki yüz əlli min) qramadək çəkidə qurudulmayan marixuana (kannabis) - külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməllərinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə onun tutulmasından əvvəl baş vermiş halların aydınlaşdırılmasının zəruri olmasını vacib hesab edir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, tutulmamışdan əvvəl Təqsirləndirilən şəxs Qəbələ rayonu Savalan kəndi ərazidə müəyyən olunmuş dislokasiya üzrə xidmət aparan Qəbələ rayon polis şöbəsinin post patrul xidməti əməkdaşlarını görüb, çanta və hərbi geyimə aid pencəkdən istifadə etdiyi bağlamalarla birlikdə kolluq əraziyə atıb özünə məxsus VAZ2106 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək oradan uzaqlaşıb yaşadığı Ağdaş rayonuna qaçmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində etirafedici ifadələr verərək özünü ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilmiş, lakin ibtidai istintaqın gedişində təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham dəyişərək ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmiş və o, irəli sürülmüş yeni ittihamı bütövlükdə mübahisələndirərək həmin ərazidə fındıq və kürək üçün sap yığmağa getdiyini, əraziyə həmin günü saat 4-5 radələrində getdiyini, maşınını açıq ərazidə saxladığını, gəzə-gəzə meşəlik tərəfə getdiyini, bıraz fındıq və daha sonra kürək üçün sap yığdığını, həmin günü bir kisə fındıq yığdığını, avtomobilin yanında polis əməkdaşlarını görüb əlində olan çantanı və fındıq saplarını kolluq sahəyə atdığını, çantanın içində dəhrə və balta olduğunu, ağac kəsməyə görə irad tuta biləcəklərindən qorxduğunu, tutularkən və tutulduqdan sonra polis əməkdaşları tərəfindən döyülməsini, təzyiqə məruz qaldığını, edilmiş təzyiq nəticəsində məcbur qalaraq polis əməkdaşlarının dediyi məzmunda etirafedici ifadə verdiyini bildirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs eyni mövqedən çıxış edərək irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu bildirməklə Qəbələ rayonu Savalan kəndi ərazisindən fındıq və kürək üçün fındıq sapı yığdığını, çantasında və hərbi pencəyində olan narkotik vasitənin ona aid olmadığını və edilmiş təzyiq nəticəsində ondan həmin narkotik vasitə olan marixuana ilə bağlı etirafedici ifadə alındığını iddia etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsindəki dəlillər birbaşa irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına təsir edən halları təşkil etdiyindən bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır. Belə ki, məhkəmə istintaqında ilk növbədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən, saxlanıldıqdan sonra, həmin polis əməkdaşlarının təzyiqinə məruz qalıb-qalmaması ilə bağlı məsələlərə aydınlıq gətirilmişdir. Məhkəmə istintaqında müəyyə edilmişdir ki, Azərbaycan Respublikası DİN “X6 və X4 Qeydiyyatı kitabı”-dan görünür ki, Təqsirləndirilən şəxs ilkin baxış zamanı sağ bilək və sol göz nahiyyəsində zədə aşkarlanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Şəki Penitensiar Müəssisəsinə təhvil verilərkən tibbi müayinədən keçmiş, tibbi müayinə zamanı sağ bilək nahiyyəsində və sol alın nahiyyəsində sıyrıq, sol gözaltı nahiyyədə qançır xəsarətləri aşkar edilmiş və sorğu zamanı Təqsirləndirilən şəxs xəsarəti həbs edilməmişdən əvvəl aldığını bildirmişdir. X19 Müəssisəsinin xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə ünavanlanmış Xüsusi Məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş xəsarətlərlə bağlı verdiyi izahatında həmin xəsarətlərin həbs edilməmişdən əvvəl yarandığını bildirmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli X5 tərtib edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs bədəninə baxış keçirilmiş sağ qolun bilək nahiyyəsində iki ədəd səthi sıyrıq, sol gözaltı nahiyyədə qançır və alının sol bayır səthində sıyrıq aşkar edilmişdir. Deməsinə görə Təqsirləndirilən şəxs xəsarətləri tutulmazdan əvvəl həyətyanı sahədə işləyərkən yıxılaraq almışdır. Eyni zamanda Təqsirləndirilən şəxs X5 verdiyi izahatdan görünür ki, onun üzərində aşkar edilmiş xəsarətlər həbs edilməmişdən əvvəl yaranmışdır. xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Polis şöbəsində tərtib edilmiş aktdan görünür ki, Qəbələ RPŞ-nin MSY-nə gətirilən zaman Təqsirləndirilən şəxs sol göz altında nahiyyədə qaraltı və sol gözünün içində qızartı aşkar edilmiş və deməsinə görə həbs olunmamışdan bir gün əvvəl həyətdə yıxılmışdır. Həmçinin 05.10 2023-cü il tarixli, 559 nömrəli MTE-nin PB-nin Qəbələ rayon şöbəsinin rəyindən görünür ki, məhkəmə tibbi ekspertizası aparılarkən Təqsirləndirilən şəxs üzərində olan xəsarətlərlə bağlı sorğu –sual edildikdə, o, həmin xəsarətinarkotik vasitələrin meşəlik sahədən yığan zaman yıxılması nəticəsində yarandığını bildirmişdir. Habelə xx.xx.2023-cü il tarixli, 4(025)-10/2023 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən işgəncələrə məruz qalmadığını göstərmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və sonrakı dövrdə polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə, habelə təyziq və təsirə məruz qalması ilə bağlı məhkəməyə yeni sübut təqdim etmədiyindən, məhkəmə istintaqında araşdırılmış sübutlar əsasında isə Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş xəsarətlərin məhz həbs olunduqdan əvvəl aldığı müəyyən edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, onun bu hissədə iddia etdiyi hallar həqiqəti əks etdirmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs döyülmə və işgəncəyə məruz qalması hissəsində ifadəsində göstərdiyi hallar həqiqətə uyğun deyil. Beləliklə, qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs döyülməsi və işgəncəyə məruz qalması, eləcə də tutulduğu şərait və səbəb ilə bağlı mübahisələndirdiyi hallar əsassız olduğundan həqiqi hallar kimi qəbul edilə bilməz. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında ifadə verərkən Qəbələ rayon Savalan kəndində meşəlik ərazisinə fındıq yığmaq və kürək sapı yığmaq üçün gəldiyini göstərmişdir. Kollegiya qeyd edir ki, məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla demək olar hər gün görüşmüşdür. Çünki onunla meyvə ticarəti etmişdir. Əfqanın xurma və gilas bağı vardır. Təqsirləndirilən şəxsla mövsümünə görə xurma və gilas yığıb satmışdır. Ağdaş rayonunda ən çox xurma və gilas yetişdirilir. Göründüyü kimi Təqsirləndirilən şəxs fındıq deyil, Ağdaş rayonuna xas olan, habelə öz bağında yetişdirdiyi xurma və gilas meyvəsinin satışı ilə məşğul olmuşdur. Məhkəmə kollegiyası iş üzrə əlavə şahidlər X2 və X12 məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələrlə razılaşmır. Belə ki, iş üzrə əlavə şahidlər X8 və X3 Həsənov ilə bir-birlərini uzun müddət tanıyır və yaxşı münasibətlərinin olması onların bu formada, Təqsirləndirilən şəxs müdafiəsinə yönələn ifadələr vermələrini anlaşılan edir. Göründüyü kimi şahidlər X8 və X16 məhkəmə iclasında belə ifadə verməklə Təqsirləndirilən şəxs məsuliyyətdən və cəzadan yayındırmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Təqsirləndirilən şəxs 01 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Qəbələ rayonu Savalan kəndində “Türyançay” adlanan çayın sahilindəki meşəlik ərazidən yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərindən yığaraq əldə etdiyi ümumi çəkisi 5685 qram olmaqla külli miqdarda narkotik vasitə qurudulmamış marixuana ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında külli miqdarda narkotik vasitə qurudulmamış marixuananı içərisində 03 ədəd sarı rəngli sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 290 qram, 670 qram, 355 qram və açıq vəziyyətdə təmiz çəkisi 1070 qram olmaqla ümumi təmiz çəkisi 2385 qram hissəsini bir ədəd qara rəngli bel çantasında, təmiz çəkisi 2425 qram olan hissəsini bükülü vəziyyətdə hərbi geyimə aid pencəyin içərisində və ayrıayrılıqda təmiz çəkiləri 380 qram, 335 qram və 160 qram təşkil edən hissəsini isə 03 ədəd sarı rəngli sellofan torbalarda rayonun Savalan kəndi ərazisində üzərində daşıyarkən şübhəli bilinərək ona yaxınlaşan və həmin ərazidə müəyyən olunmuş dislokasiya üzrə xidmət aparan Qəbələ rayon polis şöbəsinin post patrul xidməti əməkdaşlarını görüb, həmin narkotik vasitələri içərisinə yığdığı çanta, sellofan torbalar və hərbi geyimə aid pencəkdən istifadə etdiyi bağlamalarla birlikdə kolluq əraziyə atıb özünə məxsus VAZ2106 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək oradan uzaqlaşıb yaşadığı Ağdaş rayonuna qaçmış, qeyd olunan 5685 qram olmaqla külli miqdarda narkotik vasitə qurudulmamış marixuana içərisinə yığılmış çanta, sellofan torbalar və hərbi geyimə aid pencəkdən hazırlanmış bağlama ilə birlikdə faktı aşkar edən rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfərləri polis serjantı Şahid1 və polis serjantı Şahid2 tərəfindən Təqsirləndirilən şəxs tulladığı yerdən götürülərək rayon polis şöbəsinə gətirilməklə təhvil verilməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan qurudulmayan marixuananın ona aid olmamasını və həmin narkotik vasitə olan qurudulmamış marixuananın polis əməkdaşları tərəfindən ona verilməsini iddia etsə də, bununla inandırıcı məlumat verməmişdir. Yəni həmin narkotik vasitə olan qurudulmamış marixuananın kimin tərəfindən, hansı şəraitdə və nə vaxt ona verilməsini açıqlamamış, eləcə də qeyd edilən hissədə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məxsus çantadan və hərbi geyimə aid olan pencəkdən külli miqdarda narkotik vasitə qurudulmamış marixuananı içərisində 03 ədəd sarı rəngli sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 290 qram, 670 qram, 355 qram və açıq vəziyyətdə təmiz çəkisi 1070 qram olmaqla ümumi təmiz çəkisi 2385 qram hissəsini bir ədəd qara rəngli bel çantasında, təmiz çəkisi 2425 qram olan hissəsini bükülü vəziyyətdə hərbi geyimə aid pencəyin içərisində və ayrı-ayrılıqda təmiz çəkiləri 380 qram, 335 qram və 160 qram təşkil edən hissəsini isə 03 ədəd sarı rəngli sellofan torbalarda ümumi çəkisi 5685 qram olmaqla aşkar edilərək götürülmüşdür. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs məxsus çanta və hərbi geyimə aid pencəyə baxış keçirilmə, həmçinin polis əməkdaşlarının onu gördüyü və ona məxsus çantanı və hərbi geyimə aid pencəyi atdığı, həmçinin narkotik vasitə olan qurudulmayan marixuananın toplandığı ərazilərə baxış keçiriməsini əks etdirən videodiskə baxış keçirilərkən açıq-aşkar məlum olmuşdur ki, o, sərbəst şəkildə narkotik vasatə olan qurudulmamış marixuananın haradan əldə etdiyini və ərazini göstərə biləcəyini demiş və həmin ərazini, yəni Qəbələ rayonu Savalan kəndində “Türyançay” adlanan çayın sahilindəki meşəlik ərazidən yabanı halda bitmiş narkotik vasitə olan marixuananın toplandığı ərazini göstərmişdir. Habelə Təqsirləndirilən şəxs çantaya və hərbi geyimə aid olan pencəyə baxış zamanı (02:10 dəqiqə) narkotik vasitə olan marixuanadan istifadə etdiyini və oz istifadəsi üçün həmin narkotik vasitə olan marixuananı topladığını göstərmişdir. Təqsirləndirilən şəxs aid olmayan və əldə edilməsi, saxlanılması və sair hərəkətlər edilməsi cinayət məsuliyyəti yaradan halda həmin bitkiləri toplayaraq özünə məxsus əşyaların içərisinə qoymasının heç bir məntiqli və ağlabatan cavabı yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məxsus çanta və hərbi geyimə aid pencəyin içərisindən ümumi çəkisi 5685 qram olmaqla külli miqdarda narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan qurudulmayan marixuananın əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Cinayət işinin materiallarında olan raportda Təqsirləndirilən şəxs qanunsuz şəkildə narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi göstərilsə də, məhkəmə raportda göstərilmiş məlumatın formal xarakterli olması nəticəsinə gəlir. Belə ki, raportda Əfqan Həsnovun narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi göstərilsə də, onun külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı əməllərində hər hansı bir şəxs və ya şəxslərin iştirakının olmaması, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə intensiv şəkildə əlaqə saxlayan şəxslərin qeyd olunan cinayətin törədilməsində Təqsirləndirilən şəxs ilə əlbirliklərinin olmaması, onlardan qanunsuz olaraq narkotik vasitə əldə etmədiyi, onları narkotik vasitələrin istifadəsinə təhrik etmədiyi, Təqsirləndirilən şəxs hər hansı bir şəxs və ya şəxslərə narkotik vasitə-marixuana satıb-satmaması və Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərin dairəsinin müəyyən olunmasının mümkün olmaması göstərilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində tutulanadək onun narkotik vasitələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə satması, narkotik vasitələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitələrin əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni əməliyyat orqanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv və dəqiq məlumata sahib olmamışdır. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin çantası və hərbi geyimə aid olan pencəyin içərisindən narkotik vasitə olan qurudulmayan marixuananın aşkar edilərək götürülməsi özü-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun əşyalarından aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmayan marixuananın satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitləri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan qurudulmayan marixuananı yabanı halda olan bitkini toplayaraq əldə etməsi, üzərində saxlayaraq daşıması, xx.xx.2023-cü il tarixində Qəbələ rayonu Savalan kəndi ərazisində polis əməkdaşlarını görüb əşyalarını atdıqdan sonra ona məxsus çantadan və hərbi geyimə aid pencəyin içərisindən külli miqdarda, ümumi çəkisi 5685 qram olmaqla külli miqdarda narkotik vasitə qurudulmamış marixuana aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun çantasından və hərbi geyimə aid olan pencəyin içərisindən aşkar edilmiş narkotik vasitə olan qurudulmayan marixuananı satmaq məqsədi ilə deyil, əksinə istehlak etmək üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Eyni zamanda Təqsirləndirilən şəxs saxlanıldıqdan bir müddət sonra onunla prosesual hərəkətlərin aparılması, keçmiş müddətin (saxlanıldıqdan sonra onunla prosessual hərəkətlər aparılanadək) kifayət qədər uzun müddət olması səbəbindən Təqsirləndirilən şəxs polisin nəzarəti altında olduğundan qanunsuz təsir edilməsinin mümkün olması ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Dəhnəxəlil kəndində qeydiyyatda olmaqla yaşayır, Qəbələ RPŞ-nin əməkdaşlarının onu Ağdaş RPŞ-nin əməkdaşlarının köməyi ilə Ağdaş rayonu ərazisində saxlanıldığından, saxlanıldığı Ağdaş rayon ərazisindən Qəbələ RPŞ-nin yerləşdiyi Qəbələ rayonuna aparıldığından, eləcə də buna vaxt tələb olunduğundan, prosessual hərəkətlərin aparılması təhqiqatçı tərəfindən aparılmalı olduğundan, prosessual hərəkət keçirilməzdən əvvəl müvafiq müdafiəçi ilə təmin olunduğundan həmin hərəkətlərin bir müddət sonra keçirilməsi ağlabatandır və bu kimi hallar keçirilmiş əməliyyat-axtarış tədbirinin şəffaflığına təsir edə bilməz. Göstərilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə olan qurudulmayan marixuananı istehlak məqsədi ilə əldə etməsi daha ağlabatan və inandırıcıdır. Hazırkı cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan qurudulmamyan marixuananı əldə etməsini və onun həmin maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Təəssüf ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan qurudulmamyan marixuana əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkoti vasitə olan qurudulmayan marixuananın çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmamyan marixuananı əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmamyan marixuananı əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmamyan marixuananı əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmadıqda şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirinin tam sübuta yetirilməsinə dair məhkəmə belə hesab edir ki, ona təqsirli bilindiyi maddə üzrə cəza kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 02 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Qəbələ RPŞ-nin saxlanc otağına saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 5683,40 qram təşkil edən qurudulmayan marixuana və qalıq çəkisi 303,60 qram qalmış çətənə bitkiləri, habelə 01 ədəd qara rəngli çanta, 01 ədəd hərbi geyim forması olan pencək və sellofan torbalar məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 34 (otuz dörd) manat, 55 (əlli beş) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 34 (otuz dörd) manat, 55 (əlli beş) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 02 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Qəbələ RPŞ-nin saxlanc otağına saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 5683,40 qram təşkil edən qurudulmayan marixuana və qalıq çəkisi 303,60 qram qalmış çətənə bitkiləri, habelə 01 ədəd qara rəngli çanta, 01 ədəd hərbi geyim forması olan pencək və sellofan torbalar məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34 (otuz dörd) manat, 55 (əlli beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Əfəndizadə Hakimlər Bilal Məmmədov Xaliq Məmədov
Məhkəmə qərarları › İş №1(091)-110/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-110/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver