Məhkəmə qərarları › İş №1(091)-110/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-110/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-110/2025 19.06.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 02 avqust 2024-cü il tarixdə saat 23 radələrində Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən qida məhsullarının satışı mağazasından çıxıb yaşadığı Mingəçevir şəhəri, Nizami küçəsi, 5 nömrəli bina istiqamətində piyada hərəkətdə olarkən tanışı Zərərçəkmiş şəxs ilə təsadüfən rastlaşdıqda, sonuncunun qohumları və tanışları ilə birlikdə əvvəllər aralarında olan borc məsələsinə görə anası Şahid7 döydüyünü bəhanə gətirərək, reallıqda belə bir hadisənin olub-olmaması ilə bağlı Zərərçəkmiş şəxslə söhbət aparmadan və bununla bağlı eşitdiklərinə aydınlıq gətirmədən, habelə Şahid7 Zərərçəkmiş şəxs və yaxınları tərəfindən döyülməsi təsdiq olunmadığı halda, özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyəti fövqündə qoymaqla, cəmiyyətin fərdi kimi ona qarşı hörmətsizlik ifadə etməklə, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq nümayiş etdirməklə, habelə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə, qarşılaşdığı yerdə Zərərçəkmiş şəxs yaxınlaşan kimi qəfil olaraq əynindəki şalvarının bel hissəsində gəzdirdiyi, istintaqa məlum olmayan bıçağı çıxarıb, həmin bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsi və döş qəfəsinin sağ yuxarı ön hissəsinə ardıcıl olaraq ümumilikdə iki zərbə vurub ona dalağın zədələnib çıxarılması ilə nəticələnən, qarın boşluğunun epiqastral nahiyəsinə dəlib-keçən və insan həyatı üçün təhlükəli olduğundan sağlamlığa ağır, habelə döş qəfəsinin sağ yuxarı ön hissəsinin dəlib-keçməyən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid, kəsici-deşici alətin təsirindən əmələ gəlməyə xarakterik xəsarətlər yetirməklə qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək və CM-in 126.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitədən istifadə etməmiş və hər hansı narkoloji kabinetdə qeydiyyatda olmamışdır. 2023-cü ildə Bakı şəhərində yaşayan zaman valideynləri onlara məxsus olan və Yevlax rayonunun Hürüuşağı kəndində yerləşən fərdi yaşayış evini 15.000 manat pulun müqabilində satmışlar, bundan sonra o, işləmək üçün Rusiya Federasiyasına getmiş, həmin ərəfədə anası Şahid7 evi sataraq əldə etdiyi puldan təxminən 6-7 min manat məbləğində pulu borc qismində rəfiqəsi Şahid4 vermişdir. Sonradan anası Şahid7 Şahid4 pulunu qaytarmasını tələb etsə də sonuncu borcu qaytarmamış və bu səbəbdən adları qeyd olunan şəxslərin arasında narazılıq yaranmışdır. O, Rusiya Federasiyasında olarkən Şahid4 kürəkəni Zərərçəkmiş şəxs, sonuncunun atası Şahid3 və adları qeyd olunan şəxslərin qohumu Şahid8 yaşadıqları binanın qarşısına gəlib anasını döymüşlər və o, bu haqda eşitdikdən sonra Rusiya Federasiyasından Mingəçevir şəhərinə gəlmişdir. Bundan sonra anası Şahid7 ona dəfələrlə baş vermiş hadisə ilə bağlı həmin şəxslərlə mübahisə etməməsini tapşırmış, lakin o, Zərərçəkmiş şəxs və qohumlarının anasını döyməsinin səbəblərinə aydınlıq gətirmək niyyətində olsa da sonuncunu tapa bilməmişdir. 02 avqust 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı binanın yaxınlığından qarpız alıb binanın qarşısına keçib orada əyləşmiş, binada birinci mərtəbədə yaşadığı üçün anasından bıçağı götürmüş və bıçaqla qarpızı kəsib binanın qarşısında yemişdir. Bundan bir qədər sonra təxminən saat 22-23 radələrində anasının xahişi ilə uşaq bezi almaq üçün mağazaya getmiş və oraya gedən zaman bıçağı şalvarının belinə keçirmişdir. Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən “Tam Store” marketin yaxınlığında olan kiçik marketdən uşaq bezi alıb evə qayıdarkən yaşadığı binanın yanına çatdıqda Zərərçəkmiş şəxs 2 nəfər şəxslə birlikdə ona tərəf gəldiyini görmüş və həmin vaxt Zərərçəkmiş şəxs və yanında olan tanımadığı 2 nəfər şəxs birlikdə ona məlum olmayan səbəbdən ona hücum etmişlər. Bu zaman Zərərçəkmiş şəxs yanında olan şəxslərdən biri onun tutmuş, sonuncu isə cibindən bıçağı çıxarıb onun bel nahiyəsinə bir zərbə vurmuşdur. Bundan sonra o, özünü müdafiə etmək məqsədi ilə şalvarının bel hissəsindən bıçağı çıxarıb Zərərçəkmiş şəxs sol yan qabırğa nahiyəsinə bıçaqla bir zərbə vurmuş, zərərçəkmiş şəxsə ikinci bıçaq zərbəsini o, vurmamış və hadisə vaxtı heç kəsi təhqir etməmişdir. Daha sonra o, həmin yeri tərk edib yaşadığı evə getmiş və qeyd olunan vaxt əlində olan bıçağı xatırlamadığı yerə tullamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, ibtidai istintaq zamanı 08 avqust 2024-cü il tarixdə Gəncə Şəhər Narkoloji Dispanserinə aparılmış və orada müayinə olunarkən qanında narkotik vasitə aşkar olunmamışdır. Anasının ailəsinə və övladlarına görə qorxması səbəbindən döyülməsi ilə bağlı baş vermiş hadisəni gizlətdiyini düşünür. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla və sonuncunun ailə üzvləri ilə aralarında şəxsi ədavət və ya düşmənçilik olmamışdır. 02 avqust 2024-cü il tarixdə saat 22 radələrində Mingəçevir şəhəri, Nizami küçəsi, 5 nömrəli binanın arxa tərəfi ilə təklikdə piyada hərəkət edən zaman əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs qarşı tərəfdən ona doğru gəldiyini görmüş və bu zaman sonuncu ona çatıb hər hansı söz demədən və ona məlum olmayan səbəblərdən əlində olan bıçaqla əvvəlcə onun sol qarın nahiyəsinə bir zərbə, ardınca isə sağ çiyin nahiyəsinə bir zərbə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs ona yenidən zərbə vurmasının qarşısını almaq məqsədilə sonuncunu itələmiş, lakin sonuncuya hər hansı xəsarət yetirməmişdir. Bundan qısa müddət sonra hadisə yerinə çoxlu sayda tanımadığı şəxslər yaxınlaşmışlar və bu zaman Təqsirləndirilən şəxs qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra orada olan polis əməkdaşı tərəfindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılmış və orada əməliyyat olunmuşdur. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır və sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt Mingəçevir şəhərində yerləşən kafelərin birində dostu ilə çay içmiş, həmin vaxt səs-küy gəlməyə başlamış və o, qeyd olunan yerə tərəf baxmışdır. Bu zaman ondan təxminən 50 metr məsafədə bilmədiyi şəxsin nalayiq ifadələr işlətdiyini eşitmiş və həmin şəxsin əlində bilmədiyi predmetin olduğunu görmüş, lakin hava qaranlıq olduğu üçün qeyd olunan şəxsin sifətini və əlində nəyin olduğunu görə bilməmişdir. Daha sonra yolun digər tərəfindən iki nəfər şəxsin yeridiyini görmüş, oraya yaxınlaşdıqda şəxslərdən birinin əli ilə qarın nahiyəsini tutub saxladığını, həmin nahiyəsində xəsarətin yarandığını və əynində olan koftasında qan izlərinin olduğunu müşahidə etmişdir. Həmin vaxt o, hadisənin şahidi olmamış, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bıçaqla zərbə vurmasını görməmiş və zərərçəkmiş şəxsi gördükdə artıq hadisə baş vermişdir. İbtidai istintaq zamanı da məhkəmə istintaqı zamanı verdiyi məzmunda ifadə vermiş, lakin işləri çox olduğu üçün ibtidai istintaq zamanı verdiyi ifadəsinə oxumadan imza etmişdir. Təqsirləndirilən şəxs dayanma tərzinə və səs tonuna əsasən hadisə zamanı səs-küy salan şəxsin məhz sonuncu olduğunu düşünür. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin Post-patrul xidmətinin polis nəfəri vəzifəsində xidmət edir. 02 avqust 2024-cü il tarixdə saat 22-23 radələrində Şahid5 Fərəməz oğlu ilə birlikdə Mingəçevir şəhəri, Nizami küçəsi, 5 nömrəli bina ilə üzbəüzdə yerləşən çayxanada oturub çay içərkən Mingəçevir şəhər sakini kimi tanıdığı Zərərçəkmiş şəxs binanın baş tərəfi ilə piyada gəldiyini, bir neçə dəqiqə sonra isə Mingəçevir şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə üzbəüz gəldiyini və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla 2 zərbə vurub xəsarət yetirdiyini görmüşdür. Dərhal çayxananı tərk edib Təqsirləndirilən şəxs tutmaq istəmiş, lakin sonuncu dərhal qaçıb getmiş, Zərərçəkmiş şəxs yanına yaxınlaşdıqda isə sonuncunun sağ çiyin və sol qabırğa nahiyələrindən qanın axdığını görmüşdür. O, dərhal Zərərçəkmiş şəxs özünə məxsus olan avtomobilə əyləşdirib Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparmış və bu barədə Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat vermişdir. O, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hər hansı xəsarət yetirdiyini görməmiş və sonuncunun Zərərçəkmiş şəxs xəsarət yetirməsinin səbəbini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün dostu olan polis əməkdaşı Şahid1la birlikdə Mingəçevir şəhərində yerləşən kafelərin birində oturub çay içmiş, həmin vaxt çöldən səs-küyün gəldiyini eşitmiş, lakin hər hansı şəxsin digər şəxsi təhqir etdiyini eşitməmişdir. Bundan sonra Şahid1 polis əməkdaşı olduğu üçün ilk olaraq hadisə yerinə getmiş və zərərçəkmiş şəxsi avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. O, hadisə yerinə tərəf getmədiyi üçün səs-küy salan şəxsi görməmiş, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bıçaq zərbəsi vurduğunun şahidi olmamış, zərərçəkmiş şəxsə neçə bıçaq zərbəsi endirildiyini bilməmiş və hadisədən sonra təqsirləndirilən şəxsi hadisə yerində görməmişdir. İbtidai istintaq zamanı da məhkəmə istintaqı zamanı verdiyi məzmunda ifadə vermiş və ifadəsinə oxuduqdan sonra imza etmişdir. Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 02 avqust 2024-cü il tarixdə saat 22-23 radələrində Şahid1 ilə birlikdə Mingəçevir şəhəri, Nizami küçəsi, 5 nömrəli bina ilə üzbəüzdə yerləşən çayxanada oturub çay içərkən Mingəçevir şəhər sakini kimi tanıdığı Zərərçəkmiş şəxs binanın baş tərəfi ilə piyada gəldiyini, bir neçə dəqiqə sonra isə Mingəçevir şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə üzbəüz gəldiyini və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla 2 zərbə vurub xəsarət yetirdiyini görmüşdür. Şahid1 dərhal çayxananı tərk edib hadisənin baş verdiyi yerə getmiş, lakin Təqsirləndirilən şəxs dərhal qaçıb getmiş, Zərərçəkmiş şəxs yanına yaxınlaşdıqda isə sonuncunun bədənindən qanın axdığını görmüşdür. Şahid1 dərhal Zərərçəkmiş şəxs özünə məxsus olan avtomobilə əyləşdirib Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparmış, o isə yaşadığı evə getmişdir. O, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hər hansı xəsarət yetirdiyini görməmiş və sonuncunun Zərərçəkmiş şəxs xəsarət yetirməsinin səbəbini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, axşam vaxtı Mingəçevir şəhərində oğlu ilə gəzərkən mübahisənin baş verdiyini görmüş, lakin hadisə vaxtı hansı şəxsin hansı şəxsə zərbə vurduğunu görməmişdir. O, yaralanmış şəxs Zərərçəkmiş şəxs tanımış, sonuncuya ilk olaraq o, yaxınlaşaraq sonuncunu ayağa qaldırmış, Zərərçəkmiş şəxs yerdə olan zaman sonuncunun yanında heç kəs olmamış, ardınca isə oraya polis əməkdaşı gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ətrafında kütlə halında şəxslər olsa da sonuncuya ancaq o, yaxınlaşmışdır. Təqsirləndirilən şəxs tanımamış, sonuncunu hadisə yerində görməmiş və sonuncunun əlində bıçağın olduğunu müşahidə etməmişdir. Şahid8 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 02 avqust 2024-cü il tarixdə saat 22-23 radələrində Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən “Xalça dünyası” mağazasının qarşısında Mingəçevir şəhər sakini kimi tanıdığı Zərərçəkmiş şəxs binanın yan tərəfində tanımadığı hündürboylu şəxslə mübahisə etdiyini görmüş və həmin şəxslərə yaxınlaşıb aralaşdırmaq istədikdə qeyd olunan şəxsin əlində bıçağın olduğunu, Zərərçəkmiş şəxs çiyin nahiyəsindən qanın axdığını, sol yan hissəsini isə tutub qışqırdığını görmüşdür. O və orada olan tanımadığı şəxslər dalaşan şəxsləri ayırmağa çalışmışlar, həmin şəxs isə əlində olan bıçaqla qeyd olunan yeri tərk edib çayxana istiqamətində qaçmışdır. Bu zaman dalaşan şəxsləri aralaşdıran şəxslərdən biri ona polis əməkdaşı olduğunu bildirmiş, həmin şəxs Zərərçəkmiş şəxs avtomobilinə əyləşdirmiş və sonradan birlikdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs ilə aralarında şəxsi ədavət və ya düşmənçilik olmamış, sonuncu, Şahid3 və adları qeyd olunan şəxslərin qohumları Şahid8 heç vaxt onu döyməmişlər, Şahid4 ilə aralarında hər hansı mübahisə olmamış və o, sonuncuya hər hansı məbləğdə borc qismində pul verməmişdir. Oğlu Təqsirləndirilən şəxs psixikası pozulmuş, bu səbəbdən də sonuncunu müayinə olunmaq üçün xəstəxanaya aparmaq istəmiş, lakin sonuncu xəstəxanaya getməkdən imtina etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş X5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid7 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, oğluna bıçaqla zərbə vurulması ilə bağlı hadisə 2024-cü ilin avqust ayında baş vermiş, həmin vaxt o, Azərbaycan Respublikasında olmamış, Rusiya Federasiyasında olmuş və Azərbaycan Respublikasına 2024-cü ilin sentyabr ayında gəlmişdir. Hadisədən bir il əvvəl Təqsirləndirilən şəxs anasına təpik zərbələri vuraraq döyməsinin səbəbini ondan soruşmuş, lakin Təqsirləndirilən şəxs qeyd etdiyi hal baş verməmiş, o, sonuncunun anasını döyməmiş və sonuncunun anası ilə aralarında borc məsələsi olmamışdır. Cinayət işinin materiallarında olan imza ona məxsusdur, lakin o, müstəntiqə inanmış və ifadəsinə oxumadan imza etmişdir. Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur, onun Təqsirləndirilən şəxs və sonuncunun anası Şahid7 ilə hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. 02 avqust 2024-cü il tarixdə evdə olan zaman qonuşlar ona oğlu Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirildiyini bildirmişlər və bundan sonra o, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına getdikdə oğlunun reanimasiya şöbəsində olduğunu və əməliyyat zamanı dalağının çıxarılmasını öyrənmişdir. Sonradan o, oğluna onlarla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs tərəfindən bıçaqla xəsarət yetirildiyini eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid3lə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02 avqust 2024-cü il tarixli raportlardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əlində olan bıçaqla Zərərçəkmiş şəxs 2 dəfə xəsarət yetirməsi, daha sonra Təqsirləndirilən şəxs həmin yeri tərk edib qaçması, xəsarət almış Zərərçəkmiş şəxs isə polis əməkdaşı tərəfindən polis şöbəsinə gətirilməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin rəisinə ünvanlanmış 02 avqust 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 23:40-da Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından Mingəçevir Şəhər Polis Şöbəsinə telefonla zəng olunaraq Zərərçəkmiş şəxs sol qabırğaaltı nahiyənin və döş qəfəsinin sağ ön yuxarı hissəsinin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə xəstəxanaya daxil olması barədə məlumat verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin rəisinə ünvanlanmış 03 avqust 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə yaşadığı binanın qarşısında saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 03 avqust 2024-cü il tarixli 795 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli törədilən zaman ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 03 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 04 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd boz rəngli qısaqol köynəyə və bir ədəd şalvara baxış keçirilmiş və bu zaman köynəyin səthində kəsik izləri və qanabənzər ləkələr, şalvarın üzərində isə qanabənzər ləkələr aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 04 avqust 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 09 avqust 2024-cü il tarixli 394 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizası zamanı onda “dalağın zədələnib çıxarılması ilə nəticələnən sol epiqastral nahiyədən qarın boşluğunu dəlib keçən yara” diaqnozu ilə, 02 avqust 2024-cü il tarixdə kəsici-deşici əşyanın təsirindən əmələ gəlmiş və yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid, habelə “döş qəfəsinin sağ yuxarı ön hissəsinin dəlib-keçməyən yarası” diaqnozu ilə, 02 avqust 2024-cü il tarixdə kəsici-deşici əşyanın təsirindən əmələ gəlmiş və sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 10 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağın tapılması mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının 05 noyabr 2024-cü il tarixli 3/1738 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynəyin üzərində qeyd olunan zədələr vardır. Həmin zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bıçaq tiyələri aiddir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvarın üzərində hər hansı trasoloji zədə aşkar edilməmişdir. Müvafiq elmi metodika olmadığından köynəyin üzərində olan zədələrin hansı tarixdə yetirildiyini müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 07 noyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 noyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 29,120, 128, 221.3 və 228.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirib CM-in 126.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində narkotik vasitədən istifadə etmədiyini, hər hansı narkoloji kabinetdə qeydiyyatda olmadığını, 2023-cü ildə Bakı şəhərində yaşayan zaman valideynlərinin onlara məxsus olan və Yevlax rayonunun Hürüuşağı kəndində yerləşən fərdi yaşayış evini 15.000 manat pulun müqabilində satdıqlarını, bundan sonra işləmək üçün Rusiya Federasiyasına getdiyini, həmin ərəfədə anası Şahid7 evi sataraq əldə etdiyi puldan təxminən 6-7 min manat məbləğində pulu borc qismində rəfiqəsi Şahid4 verdiyini, sonradan anası Şahid7 Şahid4 pulunu qaytarmasını tələb etməsinə baxmayaraq, sonuncunun borcu qaytarmadığını, bu səbəbdən adları qeyd olunan şəxslərin arasında narazılığın yarandığını, Rusiya Federasiyasında olarkən Şahid4 kürəkəni Zərərçəkmiş şəxs, sonuncunun atası Şahid3 və adları qeyd olunan şəxslərin qohumu Şahid8 yaşadıqları binanın qarşısına gəlib anasını döydüklərini, bu haqda eşitdikdən sonra Rusiya Federasiyasından Mingəçevir şəhərinə gəldiyini, bundan sonra anası Şahid7 ona dəfələrlə baş vermiş hadisə ilə bağlı həmin şəxslərlə mübahisə etməməsini tapşırdığını, lakin Zərərçəkmiş şəxs və qohumlarının anasını döyməsinin səbəblərinə aydınlıq gətirmək niyyətində olsa da sonuncunu tapa bilmədiyini, 02 avqust 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı binanın yaxınlığından qarpız alıb binanın qarşısına keçib orada əyləşdiyini, binada birinci mərtəbədə yaşadığı üçün anasından bıçağı götürdüyünü, bıçaqla qarpızı kəsib binanın qarşısında yediyini, bundan bir qədər sonra təxminən saat 22-23 radələrində anasının xahişi ilə uşaq bezi almaq üçün mağazaya getdiyini, oraya gedən zaman bıçağı şalvarının belinə keçirdiyini, Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən “Tam Store” marketin yaxınlığında olan kiçik marketdən uşaq bezi alıb evə qayıdarkən yaşadığı binanın yanına çatdıqda Zərərçəkmiş şəxs 2 nəfər şəxslə birlikdə ona tərəf gəldiyini gördüyünü, həmin vaxt Zərərçəkmiş şəxs və yanında olan tanımadığı 2 nəfər şəxsin birlikdə ona məlum olmayan səbəbdən ona hücum etdiklərini, bu zaman Zərərçəkmiş şəxs yanında olan şəxslərdən birinin onun tutduğunu, sonuncunun isə cibindən bıçağı çıxarıb onun bel nahiyəsinə bir zərbə vurduğunu, bundan sonra özünü müdafiə etmək məqsədi ilə şalvarının bel hissəsindən bıçağı çıxarıb Zərərçəkmiş şəxs sol yan qabırğa nahiyəsinə bıçaqla bir zərbə vurduğunu, zərərçəkmiş şəxsə ikinci bıçaq zərbəsini vurmadığını, hadisə vaxtı heç kəsi təhqir etmədiyini, daha sonra həmin yeri tərk edib yaşadığı evə getdiyini, qeyd olunan vaxt əlində olan bıçağı xatırlamadığı yerə tulladığını, bundan sonra polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparıldığını, ibtidai istintaq zamanı 08 avqust 2024-cü il tarixdə Gəncə Şəhər Narkoloji Dispanserinə aparıldığını, orada müayinə olunarkən qanında narkotik vasitənin aşkar olunmadığını və anasının ailəsinə və övladlarına görə qorxması səbəbindən döyülməsi ilə bağlı baş vermiş hadisəni gizlətdiyini düşündüyünü demişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə də Təqsirləndirilən şəxs ifadələrində qeyd etdiyi həmin xüsusatlar təkzib olunmuşdur. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 10 may 2023-cü il tarixli 802 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 20 sentyabr 2024-cü il tarixli 2136 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2023cü il tarixdən həmin dispanserdə qeydiyyatdadır. Eləcə də qeyd etmək zəruridir ki, “xuliqanlıq niyyəti” anlayışına “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli Qərarında (bundan sonra – Qərar) aydınlıq gətirilmişdir. Belə ki, bu Qərarın 6-cı bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2ci maddəsi ilə yanaşı, 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs, Şahid3 və Şahid8 yaşadıqları binanın qarşısına gəlib anası Şahid7 döymələri barədə eşidib bunu dəqiqləşdirmədən, həqiqətdə belə hadisənin baş verib-vermədiyini öyrənmədən və həmin hadisə baş verməməsinə baxmayaraq, qeyd olunan hadisənin baş verməsinə özünü inandırıb və təxəyyülündə bunu canlandırıb qeyd olunan hadisəni bəhanə edərək hər hansı əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması onun məhz xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmasını təsdiq edir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələrini məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə hesab edir. Əksinə zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Eləcə də qeyd olunmalıdır ki, Şahid1 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində 02 avqust 2024-cü il tarixdə saat 22-23 radələrində Şahid5 Fərəməz oğlu ilə birlikdə Mingəçevir şəhəri, Nizami küçəsi, 5 nömrəli bina ilə üzbəüzdə yerləşən çayxanada oturub çay içərkən Mingəçevir şəhər sakini kimi tanıdığı Zərərçəkmiş şəxs binanın baş tərəfi ilə piyada gəldiyini, bir neçə dəqiqə sonra isə Mingəçevir şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə üzbəüz gəldiyini və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla 2 zərbə vurub xəsarət yetirdiyini gördüyünü, dərhal çayxananı tərk edib Təqsirləndirilən şəxs tutmaq istədiyini, lakin sonuncunun dərhal qaçıb getdiyini, Zərərçəkmiş şəxs yanına yaxınlaşdıqda isə sonuncunun sağ çiyin və sol qabırğa nahiyələrindən qanın axdığını gördüyünü, dərhal Zərərçəkmiş şəxs özünə məxsus olan avtomobilə əyləşdirib Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına apardığını, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hər hansı xəsarət yetirdiyini görmədiyini və sonuncunun Zərərçəkmiş şəxs xəsarət yetirməsinin səbəbini bilmədiyini desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə hadisə baş verən vaxt Mingəçevir şəhərində yerləşən kafelərin birində dostu ilə çay içdiyini, həmin vaxt səs-küy gəlməyə başladığını, qeyd olunan yerə tərəf baxdığını, bu zaman ondan təxminən 50 metr məsafədə bilmədiyi şəxsin nalayiq ifadələr işlətdiyini eşitdiyini, göstərilən şəxsin əlində bilmədiyi predmetin olduğunu gördüyünü, lakin hava qaranlıq olduğu üçün təsvir olunan şəxsin sifətini və əlində nəyin olduğunu görə bilmədiyini, daha sonra yolun digər tərəfindən iki nəfər şəxsin yeridiyini gördüyünü, oraya yaxınlaşdıqda şəxslərdən birinin əli ilə qarın nahiyəsini tutub saxladığını, həmin nahiyəsində xəsarətin yarandığını və əynində olan koftasında qan izlərinin olduğunu müşahidə etdiyini, bu zaman hadisənin şahidi olmadığını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bıçaqla zərbə vurmasını görmədiyini, zərərçəkmiş şəxsi gördükdə artıq hadisənin baş verdiyini, ibtidai istintaq zamanı da məhkəmə istintaqı zamanı verdiyi məzmunda ifadə verdiyini, lakin işləri çox olduğu üçün ibtidai istintaq zamanı verdiyi ifadəsinə oxumadan imza etdiyini və Təqsirləndirilən şəxs dayanma tərzinə və səs tonuna əsasən hadisə zamanı səs-küy salan şəxsin məhz sonuncu olduğunu düşündüyünü qeyd etmişdir. Şahid5 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində 02 avqust 2024-cü il tarixdə saat 22-23 radələrində Şahid1 ilə birlikdə Mingəçevir şəhəri, Nizami küçəsi, 5 nömrəli bina ilə üzbəüzdə yerləşən çayxanada oturub çay içərkən Mingəçevir şəhər sakini kimi tanıdığı Zərərçəkmiş şəxs binanın baş tərəfi ilə piyada gəldiyini, bir neçə dəqiqə sonra isə Mingəçevir şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə üzbəüz gəldiyini və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla 2 zərbə vurub xəsarət yetirdiyini gördüyünü, Şahid1 dərhal çayxananı tərk edib hadisənin baş verdiyi yerə getdiyini, lakin Təqsirləndirilən şəxs dərhal qaçıb getdiyini, Zərərçəkmiş şəxs yanına yaxınlaşdıqda isə sonuncunun bədənindən qanın axdığını gördüyünü, Şahid1 dərhal Zərərçəkmiş şəxs özünə məxsus olan avtomobilə əyləşdirib Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına apardığını, özünün isə yaşadığı evə getdiyini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hər hansı xəsarət yetirdiyini görmədiyini və sonuncunun Zərərçəkmiş şəxs xəsarət yetirməsinin səbəbini bilmədiyini desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə hadisə baş verən gün dostu olan polis əməkdaşı Şahid1la birlikdə Mingəçevir şəhərində yerləşən kafelərin birində oturub çay içdiyini, həmin vaxt çöldən səs-küyün gəldiyini eşitdiyini, lakin hər hansı şəxsin digər şəxsi təhqir etdiyini eşitmədiyini, bundan sonra Şahid1 polis əməkdaşı olduğu üçün ilk olaraq hadisə yerinə getdiyini, sonuncunun zərərçəkmiş şəxsi avtomobilə əyləşdirib xəstəxanaya apardığını, hadisə yerinə tərəf getmədiyi üçün səs-küy salan şəxsi görmədiyini, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bıçaq zərbəsi vurduğunun şahidi olmadığını, zərərçəkmiş şəxsə neçə bıçaq zərbəsi endirildiyini bilmədiyini, hadisədən sonra təqsirləndirilən şəxsi hadisə yerində görmədiyini, ibtidai istintaq zamanı da məhkəmə istintaqı zamanı verdiyi məzmunda ifadə verdiyini və ifadəsinə oxuduqdan sonra imza etdiyini qeyd etmişdir. Şahid8 isə ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində 02 avqust 2024-cü il tarixdə saat 22-23 radələrində Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən “Xalça dünyası” mağazasının qarşısında Mingəçevir şəhər sakini kimi tanıdığı Zərərçəkmiş şəxs binanın yan tərəfində tanımadığı hündürboylu şəxslə mübahisə etdiyini gördüyünü, həmin şəxslərə yaxınlaşıb aralaşdırmaq istədikdə qeyd olunan şəxsin əlində bıçağın olduğunu, Zərərçəkmiş şəxs çiyin nahiyəsindən qanın axdığını, sol yan hissəsini tutub qışqırdığını gördüyünü, o və orada olan tanımadığı şəxslərin dalaşan şəxsləri ayırmağa çalışdıqlarını, həmin şəxsin əlində olan bıçaqla qeyd olunan yeri tərk edib çayxana istiqamətində qaçdığını, bu zaman dalaşan şəxsləri aralaşdıran şəxslərdən birinin ona polis əməkdaşı olduğunu bildirdiyini, həmin şəxsin Zərərçəkmiş şəxs avtomobilinə əyləşdirdiyini və sonradan birlikdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına getdiklərini desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə axşam vaxtı Mingəçevir şəhərində oğlu ilə gəzərkən mübahisənin baş verdiyini gördüyünü, lakin hadisə vaxtı hansı şəxsin hansı şəxsə zərbə vurduğunu görmədiyini, yaralanmış şəxs Zərərçəkmiş şəxs tanıdığını, sonuncuya ilk olaraq özünün yaxınlaşaraq ayağa qaldırdığını, Zərərçəkmiş şəxs yerdə olan zaman sonuncunun yanında heç kəsin olmadığını, ardınca isə oraya polis əməkdaşının gəldiyini, həmin vaxt Zərərçəkmiş şəxs ətrafında kütlə halında şəxslər olsa da sonuncuya ancaq özünün yaxınlaşdığını, Təqsirləndirilən şəxs tanımadığını, sonuncunu hadisə yerində görmədiyini və sonuncunun əlində bıçağın olduğunu müşahidə etmədiyini qeyd etmişdir. Məhkəmə Şahid1, Şahid5 və Şahid8 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və adları qeyd olunan şəxslərin qeyd etdiklərini inandırıcı hesab etmir. Çünki adları çəkilən şəxslər ifadələrində qeyd olunanların düzgünlüyünü öz imzaları ilə təsdiq etmişlər və əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə Şahid1, Şahid5 və Şahid8 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə adları qeyd olunan şəxslərin ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdikləri ifadələrinin, eləcə də digər şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Bundan başqa qeyd olunmalıdır ki, Şahid3 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində 02 avqust 2024-cü il tarixdə evdə olan zaman qonuşların ona oğlu Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirildiyini bildirdiklərini, bundan sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına getdikdə oğlunun reanimasiya şöbəsində olduğunu və əməliyyat zamanı dalağının çıxarılmasını öyrəndiyini və sonradan oğluna onlarla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs tərəfindən bıçaqla xəsarət yetirildiyini eşitdiyini desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə oğluna bıçaqla zərbə vurulması ilə bağlı hadisənin 2024-cü ilin avqust ayında baş verdiyini, həmin vaxt Azərbaycan Respublikasında olmadığını, Rusiya Federasiyasında olduğunu, Azərbaycan Respublikasına 2024-cü ilin sentyabr ayında gəldiyini, hadisədən bir il əvvəl Təqsirləndirilən şəxs anasına təpik zərbələri vuraraq döyməsinin səbəbini ondan soruşduğunu, lakin Təqsirləndirilən şəxs qeyd etdiyi halın baş vermədiyini, sonuncunun anasını döymədiyini, sonuncunun anası ilə aralarında borc məsələsinin olmadığını, cinayət işinin materiallarında olan imzanın ona məxsus olduğunu, lakin müstəntiqə inandığını və ifadəsinə oxumadan imza etdiyini qeyd etmişdir. Bununla bağlı müvafiq informasiya sistemi vasitəsilə Şahid3 sərhədkeçməsinə dair məlumatlar yoxlanılarkən onun 27 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasını tərk etməsi və 05 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasını qayıtması müəyyən olunmuşdur. Göründüyü kimi, cinayət hadisəsinin baş verdiyi 02 avqust 2024-cü il tarixdə saat 23 radələrində Şahid3 Azərbaycan Respublikasnda olmamışdır. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd olunanlara tənqidi yanaşır və onları qəbul etmir. Əksinə adı qeyd olunan şəxsin məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsinin, eləcə də digər şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadəni və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 126.2.4-cü maddəsi ilə tövsifi düzgün hesab edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in Məcəllənin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona CMin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 avqust 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına müraciət edərək baş vermiş hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı hər hansı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 iyun 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək baş vermiş hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı hər hansı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Səmədov X3 şəhəri, Nizami küçəsi, ev 5, mənzil 94 ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, məhz cinayətin üsulu kimi bıçaqdan istifadə edilməsini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs məhz həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə CM-in 126.2.4-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 03 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 04 avqust 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 03 avqust 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün olmaqla, 18 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 03 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 10 may 2023-cü il tarixli 802 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 20 sentyabr 2024cü il tarixli 2136 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2023-cü il tarixdən həmin dispanserdə qeydiyyatdadır. CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onun yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Psixo-Nevroloji Dispanserindən daxil olmuş 20 sentyabr 2024-cü il tarixli 1360 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut qismində tanınma və saxlanca verilmə haqqında 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan bir ədəd qısaqol köynək həmin tarixdə maddi sübut qismində tanınmışdır və Mingəçevir Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılır. CPM-in 132.1-ci maddəsinə əsasən, dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs məxsus olan bir ədəd qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 03 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və onun yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs məxsus olan bir ədəd qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar