Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-111/2022 14.09.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X6 və X10, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi, X13 və Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Yevlax rayonu Havarlı kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Yevlax rayonu Havarlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində "xxxx" qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs3 xx xxxxx 1971-ci ildə Balakən rayonu Qullar kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.2 -ci maddəsi təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Balakən rayonu Qullar kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, xx xxxxx 1990-cı ildə Goranboy rayonu Cinli Borsunlu kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Yevlax rayonu Havarlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs3 həmkəndlisi Təqsirləndirilən şəxs2 və əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq istintaqla müəyyən edilməyən mənbədən və vaxtda 445,874 qram külli miqdarında narkotik vasitə olan heroin və 0,091 qram miqdarında psixotrop maddə olan metamfetamini əldə edərək Təqsirləndirilən şəxs1 Abşeron rayonu Xırdalan şəhəri AAAF park yaşayış kompleksində kirayədə yaşadığı istintaqla müəyyən edilməyən mənzilində saxlamış, 23 iyun 2021-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2lə birlikdə Təqsirləndirilən şəxs1 həmin mənzilinə gedərək həmin mənzildə qəsdən satış məqsədilə saxladıqları külli miqdarda beş ədəd selofan bükümlərdə ayrı-ayrılıqda 0,541 qram, 180,522 qram, 190,688 qram, 38,905 qram və 35,218 qram olmaqla cəmi 445,874 qram külli miqdarında narkotik vasitə olan heroini və ayrı-ayrılıqda 0,045 qram və 0,046 qram olmaqla, cəmi 0,091 qram miqdarında psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqla müəyyən edilməyən şəxsə satmaq məqsədilə həmin tarixdə axşam saatlarında həmin mənzildən Təqsirləndirilən şəxs3 ayrı-ayrılıqda 180,522 qram, 190,688 qram, 38,905 qram və 35,218 qram, cəmi 445,333 qram külli miqdarda narkotik vasitə olan heroini sellofan torbanın içərisindəki bir ədəd gödəkçənin ciblərində dörd ədəd bükümdə olmaqla əlinə götürüb və Təqsirləndirilən şəxs2 isə bir ədəd bükümdə, 0,541 qram miqdarında narkotik vasitə olan heroini, iki ədəd “gümüşü” rəngli falqa bükümündə olmaqla cəmi 0,091 qram miqdarında psixotrop maddə olan metamfetamini əynində olan şalvarının arxa sol cibində götürməklə Təqsirləndirilən şəxs1lə birlikdə Xırdalan şəhəri AAAF park yaşayış kompleksində yerləşən “Araz” Supermarketin qarşısına daşımış, Təqsirləndirilən şəxs2 mağazanın qarşısında dayanmış, həmin vaxtı Təqsirləndirilən şəxs3 mağazaya girəcəyi üçün əlində saxladığı ayrı-ayrılıqda 180,522 qram, 190,688 qram, 38,905 qram və 35,218 qram, cəmi 445,333 qram külli miqdarda narkotik vasitə olan heroinin olduğu sellofan torbanı Təqsirləndirilən şəxs2 verərək Təqsirləndirilən şəxs1lə birlikdə mağazaya tərəf getmiş, Təqsirləndirilən şəxs2 mağazanın qarşısında dayanan zaman 23 iyun 2021-ci il tarixdə saat 21 radələrində Abşeron rayon Polis İdarəsinin Cinayət-axtarış Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 həmin massivdə saxlanılmış, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1lə birlikdə Təqsirləndirilən şəxs2 polislər tərəfindən saxlanıldığını kənardan görərək oradan qaçaraq uzaqlamışlar, Təqsirləndirilən şəxs2 Abşeron rayon Polis İdarəsinə aparılaraq üzərində həmin gün saat 2220 radələrində müdafiəçinin iştirakı ilə və video çəkilişlə orada keçirilmiş şəxsi axtarış nəticəsində əlindəki sellofan torbanın içərisindəki bir ədəd gödəkçənin ciblərindən dörd ədəd selofan bükümlərdə olan qəsdən satış məqsədi ilə saxlayaraq daşıdığı külli miqdarda 180,522 qram, 190,688 qram, 38,905 qram və 35,218 qram, əynindəki şalvarının arxa sol cibində bir ədəd selofan bükümdə olan 0,541 qram olmaqla, cəmi 445,874 qram külli miqdarında kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan narkotik vasitə olan heroin və əynindəki şalvarının arxa sol cibində iki ədəd “gümüşü” rəngli falqa bükümündə olan ayrı-ayrılıqda 0,045 qram və 0,046 qram, cəmi 0,091 qram miqdarında psixotrop maddə olan metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs3, qəsdən satış məqsədi ilə qanunsuz olaraq ayrı-ayrılıqda iki ədəd sellofan bükümdə 2,597 qram və 2,648 qram miqdarında olmaqla külli miqdarda cəmi 5,245 qram miqdarında narkotik vasitə olan heroini 2021-ci ilin iyul ayının ortalarında istintaqla müəyyən edilməyən gündə saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs1 Yevlax rayonu Xaldan kəndində asfalt yolun kənarında 400 manat pulun müqabilində alaraq əldə edib üzərində və Yevlax rayonu Havarlı kəndindəki evində təkrar saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının birlikdə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Təqsirləndirilən şəxs3 09 avqust 2021-ci il tarixdə saat 1510 radələrində Yevlax rayonu Havarlı kəndində saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə gətirilmiş, həmin tarixdə saat 1600 dəqiqədən saat 1645 dəqiqəyədək olan müddət ərzində onun üzərində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı onun qəsdən təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edib əynindəki şalvarının sağ yan cibində bir ədəd sellofan bükümdə saxladığı külli miqdarda 2,597 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə -heroin, həmçinin, yaşadığı Yevlax rayonu Havarlı kəndindəki evinə həmin tarixdə saat 1720 dəqiqədən saat 1745 dəqiqəyədək olan müddət ərzində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs3 evin mətbəxindəki gül qabının içərisində bir ədəd sellofan bükümdə saxladığı külli miqdarda 2,648 qram, tərkiblərinə görə eyni olan cəmi 5,245 qram külli miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 əvvəllər tanıdığı Təqsirləndirilən şəxs3 və sonuncunun həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq istintaqla müəyyən edilməyən mənbədən və vaxtda 445,874 qram külli miqdarında narkotik vasitə olan heroin və 0,091 qram miqdarında psixotrop maddə olan metamfetamini əldə edərək Təqsirləndirilən şəxs1 Abşeron rayonu Xırdalan şəhəri AAAF park yaşayış kompleksində kirayədə yaşadığı istintaqla müəyyən edilməyən mənzilində saxlamış, 23 iyun 2021-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2lə birlikdə Təqsirləndirilən şəxs1 Abşeron rayonu Xırdalan şəhəri AAAF park yaşayış kompleksində kirayədə yaşadığı istintaqla müəyyən edilməyən həmin mənzilinə gedərək həmin mənzildə qəsdən satış məqsədilə saxladıqları külli miqdarda beş ədəd selofan bükümlərdə ayrı-ayrılıqda 0,541 qram, 180,522 qram, 190,688 qram, 38,905 qram və 35,218 qram olmaqla cəmi 445,874 qram külli miqdarında narkotik vasitə olan heroini və ayrı-ayrılıqda 0,045 qram və 0,046 qram olmaqla, cəmi 0,091 qram miqdarında psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqla müəyyən edilməyən şəxsə satmaq məqsədilə həmin tarixdə axşam saatlarında həmin mənzildən Təqsirləndirilən şəxs3 ayrı-ayrılıqda 180,522 qram, 190,688 qram, 38,905 qram və 35,218 qram, cəmi 445,333 qram külli miqdarda narkotik vasitə olan heroini sellofan torbanın içərisindəki bir ədəd gödəkçənin ciblərində dörd ədəd bükümdə olmaqla əlinə götürüb və Təqsirləndirilən şəxs2 isə bir ədəd bükümdə, 0,541 qram miqdarında narkotik vasitə olan heroini, iki ədəd “gümüşü” rəngli falqa bükümündə olmaqla cəmi 0,091 qram miqdarında psixotrop maddə olan metamfetamini əynində olan şalvarının arxa sol cibində götürməklə Təqsirləndirilən şəxs1lə birlikdə Xırdalan şəhəri AAAF park yaşayış kompleksində yerləşən “Araz” Supermarketin qarşısına daşımış, Təqsirləndirilən şəxs2 mağazanın qarşısında dayanmış, həmin vaxtı Təqsirləndirilən şəxs3 mağazaya girəcəyi üçün əlində saxladığı ayrı-ayrılıqda 180,522 qram, 190,688 qram, 38,905 qram və 35,218 qram, cəmi 445,333 qram külli miqdarda narkotik vasitə olan heroinin olduğu sellofan torbanı Təqsirləndirilən şəxs2 verərək Təqsirləndirilən şəxs1lə birlikdə mağazaya tərəf getmiş, Təqsirləndirilən şəxs2 mağazanın qarşısında dayanan zaman 23 iyun 2021-ci il tarixdə saat 21 radələrində Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 həmin massivdə saxlanılmış, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1lə birlikdə Təqsirləndirilən şəxs2 polislər tərəfindən saxlanıldığını kənardan görərək oradan qaçaraq uzaqlamışlar, Təqsirləndirilən şəxs2 Abşeron rayon Polis İdarəsinə aparılaraq üzərində həmin gün saat 2220 radələrində müdafiəçinin iştirakı ilə və video çəkilişlə orada keçirilmiş şəxsi axtarış nəticəsində əlindəki sellofan torbanın içərisindəki bir ədəd gödəkçənin ciblərindən dörd ədəd selofan bükümlərdə olan qəsdən satış məqsədi ilə saxlayaraq daşıdığı külli miqdarda 180,522 qram, 190,688 qram, 38,905 qram və 35,218 qram, əynindəki şalvarının arxa sol cibində bir ədəd selofan bükümdə olan 0,541 qram olmaqla, cəmi 445,874 qram külli miqdarında kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan narkotik vasitə olan heroin və əynindəki şalvarının arxa sol cibində iki ədəd “gümüşü” rəngli falqa bükümündə olan ayrı-ayrılıqda 0,045 qram və 0,046 qram, cəmi 0,091 qram miqdarında psixotrop maddə olan metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrar olaraq qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda cəmi 5,245 qram miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək saxlamış, 2021-ci ilin iyul ayının ortalarında istintaqla müəyyən edilməyən gündə saat 22 radələrində o, külli miqdarda cəmi 5,245 qram miqdarında narkotik vasitə olan heroini ayrı-ayrılıqda 2,597 qram və 2,648 qram miqdarında olmaqla iki ədəd sellofan bükümdə üzərində daşıyaraq Yevlax rayonunun Xaldan kəndinə gəlmiş, həmin külli miqdarda, cəmi 5,245 qram miqdarında narkotik vasitə olan heroini həmin günü saat 22 radələrində Yevlax rayonunun Xaldan kəndində asfalt yolun kənarında 400 manat pulun müqabilində Təqsirləndirilən şəxs3 satmış, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının birlikdə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Təqsirləndirilən şəxs3 09 avqust 2021-ci il tarixdə saat 1510 radələrində Yevlax rayonu Havarlı kəndində saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə gətirilmiş, həmin tarixdə saat 1600 dəqiqədən saat 1645 dəqiqəyədək olan müddət ərzində onun üzərində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı onun qəsdən təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edib əynindəki şalvarının sağ yan cibində bir ədəd sellofan bükümdə saxladığı külli miqdarda 2,597 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, həmçinin, yaşadığı Yevlax rayonu Havarlı kəndindəki evinə həmin tarixdə saat 1720 dəqiqədən saat 1745 dəqiqəyədək olan müddət ərzində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs3 evin mətbəxindəki gül qabının içərisində bir ədəd sellofan bükümdə saxladığı külli miqdarda 2,648 qram, tərkiblərinə görə eyni olan cəmi 5,245 qram külli miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə -heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmkəndlisi Təqsirləndirilən şəxs3 və sonuncunun vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq istintaqla müəyyən edilməyən mənbədən və vaxtda 445,874 qram külli miqdarında narkotik vasitə olan heroin və 0,091 qram miqdarında psixotrop maddə olan metamfetamini əldə edərək Təqsirləndirilən şəxs1 Abşeron rayonu Xırdalan şəhəri AAAF park yaşayış kompleksində kirayədə yaşadığı istintaqla müəyyən edilməyən mənzilində saxlamış, 23 iyun 2021-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs3la birlikdə Təqsirləndirilən şəxs1 Abşeron rayonu Xırdalan şəhəri AAAF park yaşayış kompleksində kirayədə yaşadığı istintaqla müəyyən edilməyən həmin mənzilinə gedərək həmin mənzildə qəsdən satış məqsədilə saxladıqları külli miqdarda beş ədəd selofan bükümlərdə ayrı-ayrılıqda 0,541 qram, 180,522 qram, 190,688 qram, 38,905 qram və 35,218 qram olmaqla cəmi 445,874 qram külli miqdarında narkotik vasitə olan heroini və ayrı-ayrılıqda 0,045 qram və 0,046 qram olmaqla, cəmi 0,091 qram miqdarında psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqla müəyyən edilməyən şəxsə satmaq məqsədilə həmin tarixdə axşam saatlarında həmin mənzildən Təqsirləndirilən şəxs3 ayrı-ayrılıqda 180,522 qram, 190,688 qram, 38,905 qram və 35,218 qram, cəmi 445,333 qram külli miqdarda narkotik vasitə olan heroini sellofan torbanın içərisindəki bir ədəd gödəkçənin ciblərində dörd ədəd bükümdə olmaqla əlinə götürüb və Təqsirləndirilən şəxs2 isə bir ədəd bükümdə, 0,541 qram miqdarında narkotik vasitə olan heroini, iki ədəd “gümüşü” rəngli falqa bükümündə olmaqla cəmi 0,091 qram miqdarında psixotrop maddə olan metamfetamini əynində olan şalvarının arxa sol cibində götürməklə Təqsirləndirilən şəxs1lə birlikdə Xırdalan şəhəri AAAF park yaşayış kompleksində yerləşən “Araz” Supermarketin qarşısına daşımış, Təqsirləndirilən şəxs2 mağazanın qarşısında dayanmış, həmin vaxtı Təqsirləndirilən şəxs3 mağazaya girəcəyi üçün əlində saxladığı ayrı-ayrılıqda 180,522 qram, 190,688 qram, 38,905 qram və 35,218 qram, cəmi 445,333 qram külli miqdarda narkotik vasitə olan heroinin olduğu sellofan torbanı Təqsirləndirilən şəxs2 verərək Təqsirləndirilən şəxs1lə birlikdə mağazaya tərəf getmiş, Təqsirləndirilən şəxs2 mağazanın qarşısında dayanan zaman 23 iyun 2021-ci il tarixdə saat 21 radələrində Abşeron rayon Polis İdarəsinin Cinayət-axtarış Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 həmin massivdə saxlanılmış, Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 saxlanıldığını kənardan görərək oradan qaçaraq uzaqlamışlar, Təqsirləndirilən şəxs2 Abşeron rayon Polis İdarəsinə aparılaraq üzərində həmin gün saat 2220 radələrində müdafiəçinin iştirakı ilə və video çəkilişlə orada keçirilmiş şəxsi axtarış nəticəsində əlindəki sellofan torbanın içərisindəki bir ədəd gödəkçənin ciblərindən dörd ədəd selofan bükümlərdə olan qəsdən satış məqsədi ilə saxlayaraq daşıdığı külli miqdarda 180,522 qram, 190,688 qram, 38,905 qram və 35,218 qram, əynindəki şalvarının arxa sol cibində bir ədəd selofan bükümdə olan 0,541 qram olmaqla, cəmi 445,874 qram külli miqdarında kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan narkotik vasitə olan heroin və əynindəki şalvarının arxa sol cibində iki ədəd “gümüşü” rəngli falqa bükümündə olan ayrı-ayrılıqda 0,045 qram və 0,046 qram, cəmi 0,091 qram miqdarında psixotrop maddə olan metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 avqust 2021-ci il tarixdə üzərindən və yaşadığı evindən aşkar olunmuş narkotik vasitəni Təqsirləndirilən şəxs1 almamış, həmin narkotik vasitəni polis əməkdaşları onun üzərinə qoymuşlar. 23 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitədən xəbəri olmamış, Əvəzin əlindəki paketdə gödəkçə olmuş, polislər Əvəzə yaxınlaşan zaman Qurbanla oradan qaçmışdır. Polis əməkdaşları ona təzyiq etdiklərinə görə etirafedici ifadələr vermişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs3 göstərmişdir ki, narkotik vasitə olan heroindən istifadə etməklə iki ildir tanıdığı Abşeron rayonu Xırdalan şəhərində yaşayan Qurban adlı şəxsdən hər dəfə 22 manat pul verməklə 20-30 qram miqdarında heroin almışdır. Sonuncu dəfə 2021-ci ilin iyul ayında xatırlamadığı gün saat 22 radələrində Qurbandan Yevlax rayonu Xaldan kəndində narkotik vasitə - heroin almışdır. Həmin gün günorta saatlarında Qurban xatırlamadığı telefon nömrəsi ilə ona zəng edərək axşam saatlarında Yevlax rayonuna 20 qram heroin gətirəcəyini demiş, Qurbandan 20 qram miqdarında heroini alacağını demişdir. 2021-ci ilin iyul ayının sonlarında xatırlamadığı gün saat 22 radələrində Yevlax rayonu Xaldan kəndində yolun kənarında Qurbanla görüşərək sonuncudan sellofan bükümdə 20 qram miqdarında heroini 400 manata almışdır. Həmin heroindən təxminən 3 qram miqdarında olan heroini ayırıb yaşadığı evin mətbəxində olan gül qabının içərisində saxlamış, qalan heroini istifadə etməyə davam etmişdir. 09 avqust 2021-ci il tarixdə təxminən 3 qram miqdarında heroini qalmış, həmin heroini bir ədəd sellofan bükümdə əynində olan şalvarının sağ yan cibində saxlamışdır. Həmin gün saat 15 radələrində yaşadığı kənddə olan zaman Yevlax rayon Polis Şöbəsinin əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə -heroin istifadəsi ilə məşğul olduğunu, üzərində həmin maddədən saxlamağı barədə məlumat aldıqlarını, üzərində şəxsi axtarış aparılmalı olduğunu dedikdən sonra onu Yevlax rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsində üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman üzərində olan şalvarının sağ yan cibində olan bir ədəd sellofan bükümdəki heroin aşkar edilmişdir. Polislərə yaşadığı evdə bir büküm heroin saxladığını dedikdən sonra polis əməkdaşları onu Yevlax rayonu Havarlı kəndinə yaşadığı evə aparmış, polis əməkdaşları video çəkilişlə evinə baxış keçirən zaman evin mətbəxində gül qabında saxladığı bir ədəd sellofan bükümdə olan heroin aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Bundan başqa 23 iyun 2021-ci il tarixdə idarə etdiyi “Hunday” markalı 90-970 nömrəli avtomobillə Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhərinə getmiş, yolda əvvəllər tanıdığı Qurban adlı şəxsin mobil nömrəsinə zəng etmişdir. Qurban Abşeron rayonu, Xırdalan şəhərində AAAF park yaşayış kompleksində kirayədə qaldığını dedikdən sonra Əvəzlə birlikdə Qurbanın kirayədə qaldığı evə getmişlər. Evdə otağa girəndə orada heroin və metamfetamin olmuş, Qurbanla birlikdə heroindən və metamfetamindən istifadə etmişlər. Sonra Qurban üzərində bir ədəd yazı olan sellofan torba gətirərək həmin torbanı Mingəçevir şəhərinə çatmamış, Xaldanda “Gözüm” adlı şəxsin onlardan götürəcəyini demiş, həmin torbada narkotik vasitə olduğunu bildiyi üçün Qurbana Bakıda işi olduğunu, bir neçə gün orada qalacağını dedikdən sonra Əvəz həmin torbanı götürərək Qurbanın dediyi şəxsə çatdıracağını bildirmişdir. Bundan sonra üçü birlikdə binanın həyətinə düşmüş, AAAF yaşayış kompleksinin həyətində Qurban mağazadan Əvəzə verdiyi ağ rəngli sellofanı həmin aldığı sellofanın içərisinə qoymaq üçün bir ədəd rəngli sellofan alacağını demişdir. Qurban mağazaya girmiş, o, isə çöldə dayanmışdır. Əvəz isə ondan bir az aralıda dayanmış, bu zaman Əvəzə bir nəfərin yaxınlaşdığını görmüşdür. Qurban mağazadan çıxan zaman Qurbandan Əvəzə yaxınlaşan şəxsin kim olduğunu soruşmuş, Qurban bu zaman qaçaraq oradan uzaqlaşmışdır. Qurbanın qaçdığını görüb oradan uzaqlaşmış, sonradan Əvəzə yaxınlaşan şəxsin polis əməkdaşı olduğunu bilmişdir. Qurban sellofan torbanı Əvəzə verən zaman içərisində nə olduğunu Əvəzə və ona deməmiş, ancaq torbanın içərisində narkotik vasitə olduğunu bilmişdir. Əvəzin də torbanın içərisində narkotik vasitə olduğunu bildiyini hesab etmiş, Əvəz Qurbanı tanımamış, ancaq Qurbanın evinə narkotik vasitə istifadə etməyə getdiyini bilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona həmin elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 təxminən 2017-ci ildən tanımaqla, sonuncu ilə heç bir münasibəti olmamış, Təqsirləndirilən şəxs2 isə tanımamışdır. 23 iyun 2021-ci il tarixdə və ya başqa bir vaxtı Farizlə və Əvəzlə görüşməmiş, sonuncularla birlikdə narkotik vasitədən istifadə etməmişdir. Həmin gün Farizə və Əvəzə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin verməmiş, həmçinin Farizə və Əvəzə Yevlax rayonu, Xaldan kəndində aparmaq üçün sellofan torba verməmişdir. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satmaq üçün Farizlə və Əvəzlə qabaqcadan əlbir olaraq daşımamış, narkotik vasitə və psixotrop maddə əldə etməmişdir. 2021-ci ilin iyul ayının ortalarında Yevlax rayonu, Xaldan kəndində getməmiş, Farizlə görüşməmişdir. Sonunculara heroin verməmiş, satmamış, əsl adı Zaur olan Mingəçevir şəhərində yaşayan “Gözüm” ləqəbli şəxsi təxminən 20 il əvvəl tanımış, Zaur 2021-ci ilin yay fəslində vəfat etmişdir. Fariz tutulan zaman Bakı İstintaq Təcridxanasında həbsdə olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 iyun 2021-ci il tarixdə saat 08 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs3 idarə etdiyi “Hunday Sonata” markalı avtomobillə gələrək onu yaşadığı ünvandan götürərək onu Abşeron rayonu Xırdalan şəhəri AAF park yaşayış massivinə aparmışdır. Fariz ona günorta saatları olduğu üçün acdığını bildirərək həmin yaşayış massivində yaşayan bir nəfər tanışının evinə gedib birlikdə yemək yeməklərini, sonra isə qayıdıb avtomobili satacağını, pul əldə etdikdən sonra oboy və laminat almaq üçün Sədərək Ticarət mərkəzinə gedəcəklərini demişdir. Farizlə birlikdə sonuncunun tanışı olan Qurbanın AAF Park yaşayış kompleksindəki binanın 5-6-cı mərtəbəsində yerləşən evinə getmiş, Qurban çay süfrəsi təşkli etmiş, yemək üçün onlara qarpız və çörək vermişdir. Qurbanı əvvəldən tanımadığı üçün sonuncu ilə söhbət etməmiş, bundan sonra Qurban digər otağa keçib yenidən onların yanına qayıdaraq masanın üzərinə bir büküm heroin qoymuş, masanın üzərində bir büküm metamfetamin də olmuşdur. Qurban ona istədiyi halda həmin narkotik maddələrdən götürüb istifadə etməsini təklif etmiş, Qurbana heroin və metamfetamin istifadə etmədiyini, qurudulmuş marixuana istifadə etdiyini demişdir. Bundan sonra Qurban digər otaqdan bir büküm qurudulmuş marixuana gətirib masanın üzərinə qoymuş, marixuananı götürüb siqaretin tütünü ilə qarışdıraraq çəkmişdir. Fariz isə həmin qurudulmuş marixuana və həm də heroin istifadə etmiş, Qurban heroin və metamfetamindən istifadə etmişdir. Bundan sonra Qurban ona aralarında ən balaca olduğuna görə mağazaya gedib siqaret, su alıb gətirməsini deyərək ona 20 manat pul vermişdir. Qurbanın mənzilindən çıxıb iki qutu siqaret və qazsız su alaraq mənzilə qayıtmış, saat 16 radələrində Farizə vaxtın çox getdiyini, işlərini görmək üçün getməli olduqlarını demişdir. Farizlə birlikdə mənzildən çıxarkən Qurban Farizə bir ədəd sellofan torba verərək torbanın içərisində bir ədəd gödəkçənin olduğunu, gödəkçəni Xaldan qəsəbəsində Gözüm adlı şəxsin Farizdən götürəcəyini demişdir. Fariz həmin torbanı götürərək, Qurbanın mənzilindən çölə çıxmış, Fariz və Qurbanla birlikdə binadan çıxıb Farizin avtomobilinə yaxınlaşmışlar. Fariz avtomobilin qapısını açaraq salonda olan mobil telefonunu götürmüş, lakin, Fariz Qurbanın verdiyi torbada olan gödəkçəni avtomobilə qoymamışdır. Gödəkçənin olduğu sellofan torba cırıq vəziyətdə olduğu üçün Qurban Farizə və ona mağazaya gedib yeni bir torba almalarını, gödəkçəni həmin təzə torbaya qoymalarını demiş, Fariz ona mağazaya girib siqaret, sellofan torba və bizon almasını demiş, o, isə Farizə bir az əvvəl mağazaya girdiyini, orada qızlar olduğunu və ayağında şəpit, üstü isə köhnə olduğuna görə utandığını demişdir. Bundan sonra Fariz ona torbanı götürüb saxlamasını, mağazaya daxil olacağını demişdir. Qurban ona və Farizə bir söz demədən mağazaya daxil olmuş, sonra Fariz içərisində gödəkçənin olduğu cırıq vəziyyətdə olan sellofan torbanı ona vermişdir. Torbanı əlində saxlamış, Fariz addımlayaraq mağazanın giriş qapısı istiqamətində hərəkət etmişdir. Həmin vaxt qabaq tərəfdə dayanan bir nəfər mülki geyimli şəxs ona torbada nə olduğunu və torbanı açmasını demiş, həmin şəxsin polis əməkdaşı olduğunu güman edərək torbada gödəkçə olduğunu deyərək torbanı həmin şəxsə vermişdir. Həmin şəxs gödəkçəni torbanın içərisindən çıxararaq ciblərini yoxlamağa başlamış, gödəkçənin sinə cibindən sellofan büküm aşkar etmişdir. Sellofan torbanın içərisində narkotik maddənin olduğunu görmüş, yanına bir neçə polis əməkdaşı gəlmişdir. Polis əməkdaşları ondan narkotikin kimə məxsus olduğunu soruşmuş, onun Fariz adlı şəxs olub-olmadığını demiş, polis əməkdaşlarına Fariz adlı şəxs olmadığını bildirmişdir. Fariz polis əməkdaşlarının onu tutduğunu görərək qaçaraq oradan uzaqlaşmış, polis əməkdaşları onu Abşeron rayon Polis İdarəsinin inzibati binasına aparmışlar. Orada müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman əlindəki sellofan torbadan heroin, həmçinin üzərindən heroin və metamfetamin aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar edilən heroin və metamfetamin ona məxsus olmuş, sellofan torbadakı heroindən isə xəbəri olmamışdır. Üzərindən aşkar edilmiş heroini Farizdən almış, metamfetamini isə Fariz istifadə edib yerə atdıqdan sonra yerdən yarımçıq falqaları istifadə etmək üçün götürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 09 avqust 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsində xidmətdə olarkən Yevlax rayonu, Havarlı kəndində yaşayan Təqsirləndirilən şəxs3 narkotik vasitələrin saxlanılmasında və satışında şübhəli olması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında saat 1515 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2la birlikdə Yevlax rayonu, Havarlı kəndində Təqsirləndirilən şəxs3 yaxınlaşıb narkotik vasitələrin saxlanılmasında və satışında şübhəli olduğunu, polis şöbəsinə getməli olmasını bildirmiş, Təqsirləndirilən şəxs3 onlarla birlikdə Yevlax rayon polis şöbəsinə getmişdir. Yevlax rayon polis şöbəsində Təqsirləndirilən şəxs3 üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə-heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs3 Yevlax rayonu, Havarlı kəndində yaşadığı evə keçirilən baxış zamanı evin mətbəxindəki gül qabının içərisindən bir ədəd sellofan bükümdə narkotik vasitə-heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs3 narkotik vasitələrin satışı ilə məşğul olduğu, üzərindən və evindən aşkar edilmiş narkotik vasitəni Qurban adlı şəxsdən aldığı müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis Şöbəsinin Cinayətaxtarış Şöbəsinin əməliyyat müvəkkili işləyən Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində, CAŞ-nin əməliyyat müvəkkili Şahid3la birlikdə xidməti zərurətlə əlaqədar Abşeron rayonu, Xırdalan şəhəri AAAF park yaşayış kompleksində Araz marketin yaxınlığında olarkən əlində bir ədəd şəffaf polietilen selofan torba olan bir nəfər şəxsin özünü şübhəli apardığına görə həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları olduqlarını deyib, həmin şəxsdən kim olması və əlindəki selofanda nə olması ilə maraqlanmışlar. Bu zaman həmin şəxs qaçmaq istəsə də sonuncu tərəflərindən saxlanaraq Abşeron RPİ-nə dəvət olunmuşdur. Polis İdarəsində şəxsiyyəti müəyyənləşdirilən Yevlax rayonu, Havarlı kənd sakini Təqsirləndirilən şəxs2 üzərinə şübhəli şəxs qismində şəxsi axtarış aparılan zaman şalvarının cibindən bir bükümdə heroinə bənzər narkotik vasitə, iki bükümdə metamfetaminə bənzər psixotrop maddə və əlindəki selofanın içərisində olan kişi gödəkçəsinin cibindən dörd ədəd bükümlərdə heroinə bənzər kütlə aşkar elimişdir. Təqsirləndirilən şəxs2 həmin cibindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmasını, əlində olan selofandan aşkar edilmiş heroinin isə tanışı Fariz adlı şəxsə məxsus olmasını, Fariz mağazaya getdiyi üçün həmin selofonu saxlamaq üçün ona verdiyni bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis Şöbəsinin Cinayətaxtarış Şöbəsinin əməliyyat müvəkkili işləyən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvibioloji ekspertizasının 10 avqust 2021-ci il tarixli 17/589 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 2,597 qram maddə və evindən aşkar edilmiş 2,648 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindirlər, tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 iyun 2021-ci il tarixli 6/2565 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 0,541 qram maddə və əlindəki sellofan torbadan aşkar edilmiş ayrı-ayrılıqda təmiz çəkiləri 180,522 qram, 190,688 qram, 38,905 qram və 35,218 qram olmaqla ümumi təmiz çəkisi 445,333 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindirlər, tərkiblərinə görə eynidirlər. Bundan başqa Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ayrı-ayrılıqda təmiz çəkiləri 0,045 qram və 0,046 qram olmaqla ümumi təmiz çəkisi 0,091 qram maddə psixotrop maddəmetamfetamindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 dekabr 2021-ci il tarixli 17/861 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 üzərindən və evindən aşkar edilmiş heroinlərlə Təqsirləndirilən şəxs2 üzərindən və əlində olan sellofan torbadan aşkar edilmiş heroinlər tərkiblərinə görə fərqlidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 24 iyul 2021-ci il tarixli 2450 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 14 oktyabr 2021-ci il tarixli 1235 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, 2-ci qrup əlil olduğu üçün narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq oluna bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İİ qrup əlil olduğuna görə barəsində məcburi müalicə tətbiq oluna bilməz. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 24 dekabr 2021-ci il tarixli 1551 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannobinoiddən və heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 03 avqust 2021-ci il tarixli 1699 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 02 noyabr 2021-ci il tarixli 665 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründəöz hərkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 23 dekabr 2021-ci il tarixli 793 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 09 avqust 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişin olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs3 əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 0,79 qram narkotik vasitə - heroin və 1 ədəd ağ rəngli kağız bükümüdə bükümü ilə birlikdə çəkisi 1,11 qram narkotik vasitə - marixuana aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs3 yaşadığı evə baxış keçirilməsinə dair 09 avqust 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı evə baxış keçirilən zaman evin mətbəxindəki gül qabının içərisində şəffaf rəngli sellofana bükülmüş 3,03 qram narkotik vasitə-heroinə oxşar kütlə aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 03 fevral 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın sol arxa cibindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroinə bənzər, siqaret qutusunun içərisində iki ədəd gümüşü kağıza bükülmüş psixotrop maddə olan metamfetaminə oxşar kütlə, daha sonra “Bolmart” sellofan torbasının içərisindəki gödəkçənin iç cibindən 1 ədəd şəffaf sellofan torbada iki top, bir ədəd ağ sellofan torbada iki top narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. İş materiallarında olan Balakən rayon X5 Hüquqi Şəxsinin 06 yanvar 2022-ci il tarixli 2 nömrəli arayışından görünür ki, X4 poliklinika şöbəsində psixiatriya və narkoloji kabinetdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Yevlax rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təsdirli bilinib 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatmışdır. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə onun əməlində cinayətlərin residivi müəyyən edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən təqdim edilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax rayon Xalq Məhkəməsinin xx.xx.1991-ci il tarixli hökmü ilə CM-in (köhnə redaksiyada) 145-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1996-cı ildə cəzasının sonu ilə azad olunmuş, Mingəçevir şəhər Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə CM-in (köhnə redaksiyada) 187-ci maddəsinin 1-ci hissəsi, 214-cü maddəsinin 4-cü hissəsi, 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzsına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Xalq Məhkəməsinin 13.04.200-ci il tarixli hökmü ilə CM-in (köhnə redaksiyada) 185-ci maddəsinin 1-ci hissəsi ilə 01 il 20 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2001-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli Amnistiya qərarının 1.5-ci bəndinə əsasən azad edilmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə CM-in 234.2, 234.4.1-ci maddələri ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına mıhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 09 ay 14 gün hissəsindən vaxtınadan əvvəl azad edilmiş, Balakən rayon İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli 194 saylı arayışı ilə müddət başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. CM-in 18.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən ağır cinayət törətməyə görə məhkum olunduqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətdiyinə görə əməlində cinayətin təhlükəli residivi vardır. Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 01 il 06 ay 28 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 05 ay 02 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli 1(103)-311/2022 saylı hökmündən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli hökmü ləğv edilərək Təqsirləndirilən şəxs1 CM-in 234.4.3-ci maddəsi təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 01 il 06 ay 28 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 06 il 05 ay 02 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hazırki iş üzrə cinayət əməlini Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli 1(103)-311/2022 saylı hökmündən əvvəl törətdiyindən Təqsirləndirilən şəxs1 CM-in 66.5-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Balakən rayonu Qullar kənd sakinidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə birlikdə Yevlax rayonu Havarlı kəndinə yaşamaqla himayəsində xx.xx.2013-cü ildə doğulmuş Yusif Əliyev, xx.xx.2014-cü ildə doğulmuş Mələk Əliyeva və xx.xx.2019-cu ildə doğulmuş Zəhra Əliyeva adlı üç azyaşlı uşağı vardır, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon İcra Hakimiyyəti Başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ailə üzvləri ilə birlikdə Yevlax rayonu Havarlı kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmiş, himayəsində xx.xx.2015-ci ildə doğulmuş Amil Məmmədov və xx.xx.2021-ci ildə doğulmuş Xatirə Məmmədova adlı iki az yaşlı uşaqları vardır. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 09 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 1510-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 23 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 2200-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Yevlax rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini, Təqsirləndirilən şəxs2 isə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Bəhs edilən Qərarın 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı aşkar olunmuş narkotik vasitəni Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 verdiyini, sonuncu da saxlamaq üçün həmin bağlamanı ona verdiyini göstərmişdir. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar olunan narkotik vasitəyə heç bir aidiyyətinin olmamasına dair ifadələrini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Bundan başqa məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmasına görə etraf edici ifadələr verməsini bildirməsinə də məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi yanaşır. Belə ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs3 dəvət edilmiş müdafiəçinin iştirakı ilə sərbəst şəkildə ifadə verərək üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs1 aldığını bildirmiş, həmçinin barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman ona qarşı hansısa təzyiq göstərilməsini bildirməmiş və üzərinə şəxsi axtarış keçirilən zaman bu barədə ona sual ünvanlayan müdafiəçisinə də ona qarşı heç bir təzyiq olmadığını göstərmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 tutulduğu 09 avqust 2021-ci il tarixdə artıq həbsdə olmasına dair dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs1 25 iyul 2021—ci il tarixdən Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Lakin ona verilən ittihamda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitəni Təqsirləndirilən şəxs3 iyul ayının ortalarında 400 manata satmışdır. Məhkəmə bu hissədə də ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşaraq və hər iki şəxsin qabaqcadan əlbir olan qrup olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs1 narkotik vasitəni həbs olunmamışdan qabaq Təqsirləndirilən şəxs3 satmasını mümkün hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməlinin CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinə, Təqsirləndirilən şəxs2 əməlinin isə CM-in 234.4.1 və 234.4.3-cü maddələrinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağının olması və yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, və himayəsində üç azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallardır. Bundan başqa iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 445,874 qram külli miqdarında narkotik vasitə olan heroini ona Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 verdiyini bildirməklə CM-in 59.1.10-cu maddəsinə əsasən cinayətin digər iştirakçılarını da ifşa edilməsində istintaq orqanına fəal kömək etmişdir. Ona görə də məhkəmə hesab edir ki, bu hal da onun cəzasını yüngülləşdirici hal qismində nəzərə alınmalıdır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. CM-in 61.1.1-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal cinayətin təhlükəli residividir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 CM-in 56.1.2-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində, Təqsirləndirilən şəxs1 isə CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. CM-in 60.1-ci maddəsinə əsasən CM-in 59.1.10-cu maddəsində nəzərdə tutulan yüngülləşdirici halın (cinayətin digər iştirakçılarının ifşa edilməsinə kömək etmə) olması və cəzanı ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs2 barəsində cəza təyin olunarkən CM-in 234.4.1 və 234.4.3-cü maddələrində daha ciddi cəza növünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən nəzərə alır ki, CM-in 65.2-ci maddəsinə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Eyni zamanda CM-in 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli 1(103)-311/2022 saylı hökmü ilə təyin edilmiş 06 (altı) il 05 (beş) ay 02 (iki) gün gün azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin ediləcək cəzaya qismən toplanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannobinoidlərdən və heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 257,88 AZN (iki yüz əlli yeddi manat, səksən səkkiz qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 85,96 AZN (səksən beş manat doxsan altı qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Yevlax rayon Polis Şöbəsində saxlanılan 450,419 qram heroin və 0,051 qram metamfetamin məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli 1(103)- 311/2022 saylı hökmü ilə təyin edilmiş 06 (altı) il 05 (beş) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplanılsın, Təqsirləndirilən şəxs1 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 25 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannobinoidlərdən və heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 09 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 23 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 257,88 AZN (iki yüz əlli yeddi manat, səksən səkkiz qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 85,96 AZN (səksən beş manat doxsan altı qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Yevlax rayon Polis Şöbəsində saxlanılan 450,419 qram heroin və 0,051 qram metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-111/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-111/2022
14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver