Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-111/2024 14.03.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Şahid1, Müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2009-cu ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Mingəçevir şəhəri Naxçıvan küçəsi ev 50/2, mənzil 48-də qeydiyyatda olmaqla ünvan 1-də kirayədə yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı Mingəçevir şəhəri, A.Şaiq küçəsi 15 saylı binanın qarşısında sahibsiz itlə oynadıqdan və onu buraxdıqdan sonra, həmin vaxt it küçədə olan azyaşlı X3 üzərinə hücum çəkdiyi üçün sonuncu qaçıb, yerə yıxıldığına və xəsarət aldığına görə Ramazan İsmayılovun atası Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Mingəçevir şəhəri, A.Şaiq küçəsi 15 saylı binanın qarşısında onu görüb, azyaşlı oğlu Ramazan İsmayılovun yıxılmasına və xəsarət almasına səbəbkar olduğuna görə ona irad bildirdiyi üçün onunla Zərərçəkmiş şəxs aralarında şəxsi münasibətlər zamanı yaranmış mübahisə zamanı, Zərərçəkmiş şəxs onun və mərhum atasının ünvanına nalayiq ifadələr işlətdiyi üçün, o, Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə yaşadığı ünvan 1 ünvanda yerləşən mənzilə gedib, mənzilin mətbəxindən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı, istifadəyə yararlı, soyuq silah hesab edilməyən mətbəx bıçağını götürdükdən sonra Zərərçəkmiş şəxsla bir qədər əvvəl mübahisə etdiyi yerə yəni yaşadığı binanın qarşısına qayıtmış, onun əlində bıçaq olduğunu görən Zərərçəkmiş şəxs onun üzərinə gedərək, mübahisəni davam etdirib, ona təpik zərbəsi atdığı zaman o, sol əli ilə Zərərçəkmiş şəxs təpik zərbəsi atdığı ayağını tutub, onu yerə yıxmış və hər ikisi yerdə əlbəyaxa olduqları zaman mətbəxdən götürdüyü yuxarıda qeyd olunan bıçaqla Zərərçəkmiş şəxs sol arxa kürək və sol ayağının bud nahiyəsindən ümumilikdə iki dəfə vuraraq, Zərərçəkmiş şəxs sol budunun deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, habelə hemotoraksla müşayiət olunan, döş qəfəsinin sol arxa səthindən döş boşluğuna dəlib-keçən, dərəcəsinə görə həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə, qəsdən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ayın on dördü günü o, yuxarı tərəfdən gəlirmiş və evə tərəf gedəndə orada it görmüşdür. O, itin boynuna bağlamaq üçün gedib tasma gətirmiş və tasmanı itə bağlamışdır. O, itlə bir az oynamış və itin sahibinin gəlməsini gözləmişdir. O, iti buraxanda it uşaqların arxasınca düşməyə başlamışdır. Uşağın biri binaya girəndə yıxılmış, uşağın barmağı çıxmış və bu vaxt uşağın anası onu söyməyə başlamışdır. O, heç nə deməmişdir. O, sabahı gün məktəbdən qayıdanda uşağın atası Zərərçəkmiş şəxs onu çağırmış, binanın girişində onu təhqir etməyə başlamış və Zərərçəkmiş şəxs onun atasına söymüşdür. O, atasına niyə söydüyünü deyəndə ona sillə vurmuşdur. O Zərərçəkmiş şəxs gözləməsini demiş və getmişdir. Evə gedəndə evdəkilər onu qayıtmağa qoymamışdır. Zərərçəkmiş şəxs yenə də səsi gəlmiş və onu təhqir etməyə davam etmişdir. O, Zərərçəkmiş şəxs qorxutmaq niyyəti ilə aşağı düşmüşdür. Zərərçəkmiş şəxs ona təpik atmış və o isə onun təpiyini tutumuşdur. Bu vaxt Zərərçəkmiş şəxs onun çiynindən tutmuş və onlar yerə yıxılmışlar. Əlində olan bıçağın isə Zərərçəkmiş şəxs necə dəydiyini bilməmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, bıçağı evdən, mətbəxdən götürmüş və bıçaq meyvə-tərəvəz doğramaq üçün olmuşdur. O, bıçağın Zərərçəkmiş şəxs necə dəydiyini bilməmişdir. O, solaxaydır və bıçaq onun sol əlində olmuşdur. O, bıçağı əlində Zərərçəkmiş şəxs qorxutmaq niyyətilə tutmuş və o, onu söyməməsini istəmişdir. O, bıçağı sadəcə tutmuş, yəni dala-qabağa hərəkət etdirməmişdir. Yerə yıxılıb çabalaşanda bıçaq zərbələri Zərərçəkmiş şəxs dəymişdir. Zərərçəkmiş şəxs qəsdən vurmamışdır. O, sonra evə qaçmışdır. Hadisə onların binasının yanında olmuş və binanın girəcəyində Zərərçəkmiş şəxs ona sillə vurmuşdur. Zərərçəkmiş şəxs üzünə sillə atmışdır. Zərərçəkmiş şəxs ona demişdir ki, itin tasmasın onun boynuna bağlayıb it kimi binanın qarşısında onu gəzdirə bilər. Həmin vaxt ona heç bir müqavimət göstərməmişdir. O, Zərərçəkmiş şəxs demişdir ki, onu gözləsin, evə gedib gələcəkdir. Zərərçəkmiş şəxs çıxıb getməmiş və onu yenə də söymüşdür. O, Zərərçəkmiş şəxs yaxınlaşanda Tapdıq ona təpik atmış və belə dava başlanmışdır. İt balaca it olmuş və itin sahibini tanımışdır. O, evin arxasında itin sahibini gözləmiş, amma gəlmədiyini görüb evin qabağına getmişdir. Gedib evdən itin tasmasını götürüb gəlib iti bağlamışdır. O, itlərlə oynamağı sevir. Ayın 14-ü günü uşaq yıxılmış və barmağı çıxmışdır. Sabahı gün o, zərərçəkmiş Zərərçəkmiş şəxs görmüşdür. O, zərərçəkmiş şəxsi binanın qarşısında görmüş və zərərçəkmiş Zərərçəkmiş şəxs onu yanına çağırmışdır. Zərərçəkmiş şəxs onu binanın girəcəyinə salmış və orada onu söymüşdür. O, evə getmiş və zərərçəkmiş şəxs onu gözləmişdir. Aşağı düşəndə Zərərçəkmiş şəxs ona təpik atmış, o, təpiyi tutmuş, zərərçəkmiş şəxs də onu tutmuş və yerə yıxılmışlar. Bıçağı gizlətməmiş, bıçaq əlində olmuşdur. Zərərçəkmiş şəxs əlində bıçağı görəndə yenə də onu söymüş və ona “Onu soxmağa səndə o cürət yoxdu” demişdir. Onun zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirmək fikri olmamışdır. O, sadəcə onu qorxutmaq istəmişdir. O, təpiyi bıçaq olan əli ilə tutmuşdur. O, fikirləşmişdir ki, zərərçəkmiş şəxs bıçağı görüb söyüş söyməz və çıxıb evə gedər. O, hadisə vaxtı Zərərçəkmiş şəxs harasına bıçaq dəydiyini bilməmişdir. O, evə qaçandan sonra səs-küy olmuşdur. Zərərçəkmiş şəxs arvadı onu daşladığı üçün evə qaçmışdır. Zərərçəkmiş şəxs arvadı və onun anası onları ayırmışdır. Mübahisələri yarananda yaxınlıqda heç kim olmamışdır. O, bıçağı götürüb düşəndə də heç kim olmamışdır. Zərərçəkmiş qışqırmış və arvadı isə oradan baxmışdır. Zərərçəkmiş şəxs bıçaq girəndə qışqırmışdır. Bıçaq dalaşdıqları yerdə əlindən düşmüşdür. Onun 15 yaşı vardır. Zərərçəkmiş şəxsin 33 yaşı olmuşdur. O, 9-cu sinifdə oxuyur. Bıçağı götürəndə anası və nənəsi evdə olmuşdur. Bıçağı götürəndən sonra anası arxasınca gəlmişdir. O, evə qalxanda da Zərərçəkmiş şəxs sakitləşməmişdir və söyməyə davam etmişdir. Əməlindən peşmandır və zərərçəkmişlə barışmışdır. Odur ki, məhkəmədən bağışlanmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, evdə olmadığı zaman iki azyaşlı uşağı həyətdə oynamışdır. Həmin vaxt Tunar həyətə it gətirmişdir. Uşaqlar oynayan vaxt Tunar itin halqasını açıb buraxmışdır. Bundan sonra it uşağının üstünə qaçmışdır. Elə həmin vaxt uşaq qorxaraq yıxılmış, yıxıldıqdan sonra dizləri göyərmiş və barmağı çıxmışdır. Bu barədə ona məlumat verilən günün sabahısı Tunarı görüb yanına çağırmışdır. Bundan sonra Tunardan hansı səbəbə görə belə etdiyini soruşmuşdur. Tunara demişdir ki, uşağı qorxub sarılıq keçirər və xəstəlik tapa bilər. Bunu deyən vaxt Tunar ona “nə deyirsən ə” deyə cavab vermişdir. Həmin vaxt o da Tunara “Küçük” deyə səslənmişdir. Tunarda “Küçük” kəlməsini rəhmətlik atasına görə təhqir kimi qəbul etmişdir. Tunara demişdir ki, ağıllı olsun, qarşısında uşaq yoxdur. Daha sonra demişdir ki, onu birdə itlə görsə, it əvəzinə ona halqa bağlıyıb gəzdirəcəkdir. Bunu dediyi vaxt Tunar ona cavab vermişdir ki, burada gözləsin, gələcəkdir. O da öz-özünə düşünmüşdür ki, hər halda gedib ya babasına ya kiməsə onu şikayət edəcəkdir. Tunara demişdir ki, getsin kimi istəyirsə gətirib gəlsin. Bir müddət Tunarı gözləmişdir. Birdə görmüşdür ki, Tunar əlində bıçaqla ona doğru gəlirmiş, bundan sonra məlum hadisə baş vermişdir. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Tunarın onun üstünə bıçaqla gəldiyini görüb, özünü müdafiə məqsədilə onun sinəsinə təpik atmışdır. Elə həmin vaxt Tunar ayağından tutub onu çəkmişdir. Yerə yıxılmış, lakin xəsarət aldığını bilməmişdir. Ayağa qalxıb görmüşdür ki, ayağından qan gəlir. O, ayaq və kürək nahiyyələrindən xəsarət almışdır. Kürək nahiyyəsindən necə xəsarət aldığını bilməmişdir. Ona sonradan demişlər ki, kürəyindən qan gəlir. Tunarın evinə getməmişdir. Tunarı həyətin qarşısında görmüşdür. Tunarla qonşu binalarda yaşayırlar. Tunarı görüb yanına çağırmaqda məqsədi ona məsləhət verib başa salmaq olmuşdur. Birdə Tunara iti buraya gətirməməsini demişdir. Çünki orada uşaqlar oyun oynayırmışlar. Tunarı vurmaq məqsədi olmamışdır. Tunarı yanına çağırıb məsləhət vermək istəmişdir. Tunara “Küçük” kəlməsi işlətmiş və niyə belə etdiyini soruşmuşdur. Tunar “Küçük” kəlməsini rəhmətlik atasına təhqir kimi qəbul etmiş, ancaq o, həmin kəlməni Tunarın atasına təhqir kimi deməmişdir və deməz də. Çünki Tunarın atasını əvvəlcədən tanımışdır. Tunar evə getdikdən sonra çıxıb gedə bilərmiş, lakin getməmiş və Tunarı gözləmişdir. Tunar əlində bıçaqla üstünə doğru qaçmışdır. Ona çatmağa az qalmış Tunarın üstünə gedib sinəsinə təpik atmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Tunarla barışmağına dair notarial qaydada ərizə vermişdir. Balkondan həyətə doğru baxmışdır. Belə ki, işdən evə gəlmişdir. Həmin vaxt havada yaxşı olmuşdur. Balkona çıxmış və təsadüfən Tunarın həyətdə oturduğunu görmüşdür. Həmin vaxt Tunarı çağırmış ki, gəlsin, söhbət etsinlər. Tunarı söhbət etmək üçün özü çağırmışdır. Tunarın ona xəsarət yetirməsini gözləməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Tunar bir anda evə daxil olmuş və sonra dərhal evdən çıxıb getmişdir. Həmin vaxt Tunarın bıçaq götürdüyünü bilməmiş və balkondan baxan vaxt görmüşdür ki, həyətdə davadır. Dərhal evdən çıxaraq həyətə düşmüş və Tunarı dava-dalaşdan ayırmağa çalışmışdır. Həmin vaxt Tunarın zərərçəkmiş şəxsə bıçaq vurduğunu görməmişdir. Daha sonra polis əməkdaşları gəlib Tunarı aparmışlar. Sonra özü də Tunarın arxası ilə polis şöbəsinə getmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Tunar zərərçəkmiş şəxsi bıçaqlamışdır. Sözün düzü inana bilməmişdir. Çünki o, özü orada olmuşdur və Tunarın xəsarət yetirməsini görməmişdir. Polis əməkdaşları Tunarı aparan vaxt onlarla birlikdə getməmişdir. Polis şöbəsinə getsə də, Tunarı görə bilməmişdir. Tunarı hadisədən 48 saat sonra görmüşdür. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai araşdırma dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, X4 onun həyat yoldaşıdır. Ona bıçaqla xəsarət yetirmiş şəxs, yəni Təqsirləndirilən şəxs və onun ailə üzvləri ilə qonşu binada yaşayırlar. Münasibətləri olmamış, həmçinin aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun 5 yaşlı oğlu Ramazan həyətdə oynayarkən onun üzərinə it buraxıb və oğlu da qorxaraq qaçdığı üçün yıxılmışdır. Bu barədə evdə həyat yoldaşı Tapdıq öyrəndikdə Tunarla danışıb ona oğlu Ramazanla birdaha işi olmayacağı barədə xəbərdarlıq edəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixə saat 12 radələrində o, evdə olarkən Tapdıq da evdə olmuşdur. Həyətdə Tunarı görüb onu çağırmış və evdən düşüb getmişdir. O, da həmin vaxt balkondan Tapdığa baxmışdır. Bir qədər Tapdıqla Tunar söhbət etdikdən sonra Tunar qaçıb yaşadıqları binaya girmiş və daha sonra yenidən qayıdıb gəlmişdir. Bu zaman o, da evdən düşüb Tapdığın yanına gəlmişdir. O, çatanadək Tunarla Tapdıq arasında davadalaş baş vermiş və yaxınlaşıb çatanda Tapdığın bıçaqlanmasını görmüşdür. Həmin vaxt orada olan Tunarın anası Günay adlı qadın və o, Tunarı aralaşdırmışlar. Bundan sonra o, Tapdıqla evə getmiş və görmüşdür ki, Tapdığın bıçaq yaralarının qanaxması vardır. Bundan sonra təcili tibbi yardıma zəng etmiş və Tapdıq paltarlarını dəyişmişdir. Daha sonra da Tapdıq xəstəxanaya getmiş, o, isə azyaşlı uşaqlarla evdə olduğu üçün gedə bilməmişdir. Həmin gün Tapdığa aid üzərində zədə olan paltarları geyinməz halda olduğu qənaətinə gəlib yaxınlıqda olan tullantı qabına atmışdır. Dava-dalaş zamanı ətrafda insanlar olmamış, o və Tunarın anası dava zamanı yaxınlaşıb aralaşdırmışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə Mingəçevir ŞPŞ-yə Mingəçevir şəhər xəstəxanasının PHŞ-nın Acil şöbəsindən ünvan 2 ünvanında yaşayan 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs arxa döş qəfəsi və sol budun kənar səthinin deşiyi xəsarətləri alması barədə məlumat verilmişdir (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 12:50 radələrində Mingəçevir şəhəri A.Şaiq küçəsi 15 saylı binanın qarşısında Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı onunla qonşuluqda yaşayan 2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs bıçaqla vuraraq xəsarət yetirməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilmişdir (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri polis kapitanı X11 və polis leytenantı X5 təqdim etdiyi bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən, istifadəyə yararlı mətbəx bıçağı götürülmüşdür. Fotocədvəl müvafiq protokola əlavə edilmişdir (cild 01, iş vər. 07-08). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 26). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisənin baş verdiyi yer Mingəçevir şəhər A.Şaiq küçəsi 15 saylı binanın qarşısıdır. Hadisə yerini əks etdirən fotocədvəl müvafiq protokola əlavə edilmişdir (cild 01, iş vər. 35-38). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əşyanın tanınması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş 4 ədəd bıçaq arasında xx.xx.2023-cü il tarixli protokolla götürülmüş cinayət zamanı istifadə etdiyi bıçağı tanıyaraq göstərmişdir. İstintaq hərəkətini əks etdirən fotocədvəl müvafiq protokola əlavə edilmişdir (cild 01, iş vər. 48- 50). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 79). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə Mingəçevir ŞPŞ-yə müraciət edərək xx.xx.2023-cü il tarixdə onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs onu bıçaqla vuruaraq xəsarət yetirdiyini bildirmişdir və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 85). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 19 sentyabr 2023-cü il tarixli 661 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət: - sol əlində qançır küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdi, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundur, sağlamlığa zərər vurmadığı üşün dərəcəsi təyin olunmur (cild 01, iş vər. 99). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 19 sentyabr 2023-cü il tarixli 662 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar olunan xəsarət: sol budunun deşilmiş-kəsilmiş yarası, hematoraksla nəticələnən döş qəfəsinin sol arxa səthindən döş boşluğuna dəlib-keçən yara, yaralar kəsici-deşici əşyanın (alətin) ola bilsin bıçağın təsirindən əmələ gəlmişlər, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğundurlar, - ağırlıq dərəcələrinə görə:- sol bud nayihəsində olan xəsarət sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. -döş qəfəsinin daxilinə dəlib-keçən yara xəsarət yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa Ağır zərər vurmaya aiddir. -Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər ekspertizaya təqdim olunan bıçaqla yetirilə bilər (cild 01, iş vər. 101-103). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 105). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs təhsil aldığı yer üzrə mənfi, yaşayış üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 121, 123). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Mingəçevir ŞMX rayonlararası narkoloji dispanserin təqim etdiyi arayışdan görünür ki, X1 xəstəxananın narkoloji dispanserində qeydiyyatda durmur (cild 01, iş vər. 122). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə psixatriya ekspertizasının xx.xx.2023-cü il tarixli 780 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs uşaq və yeniyetmə yaşlarında başlayan davranış emosiya pozuntuları XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10cu baxış) F98 xəstəliyindən əziyyət çəkir. Hadisəni törədən zaman Təqsirləndirilən şəxs uşaq və yeniyetmə yaşlarında başlayan davranış emosiya pozuntuları XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F98 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olması səbəbindən o, öz hərəkətlərinə qiymət vermək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsir altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 124-126). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 10 yanvar 2023-cü il tarixli 17/24 nömrəli rəyindən görünür ki, -Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, istifadəyə yararlıdır (cild 01, iş vər. 127-129). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 221.3, 126.2.4, 29, 120, 131 və 228.4-cü maddələrinin tərkibi olmadığından həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmişdir (cild 01, iş vər. 145-154). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və qeyd edilən sübutları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu, o cümlədən ittiham tərəfinin ona qarşı irəli sürdüyü ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə kollegiyası ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Belə ki, cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs qonşu binalarda yaşamaqla qonşudurlar. Cinayət hadisəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı Mingəçevir şəhəri, A.Şaiq küçəsi 15 saylı binanın qarşısında sahibsiz itlə oynamış və oynadıqdan sonra onu buraxmışdır. Həmin vaxt it küçədə olan azyaşlı X3 üzərinə hücum çəkdiyindən azyaşlı Ramazan qaçmış, yerə yıxılmış və xəsarət almışdır. Bundan sonra azyaşlı Ramazan İsmayılovun atası Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində balkondan baxarkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, A.Şaiq küçəsi 15 saylı binanın qarşısında görmüş, onu səsləyərək çağırmış və azyaşlı oğlu Ramazan İsmayılovun yıxılmasına, habelə xəsarət almasına səbəbkar olduğuna görə ona irad bildirərək onun və mərhum atasının ünvanına nalayiq ifadələr işlətmişdir. Nəticədə isə Zərərçəkmiş şəxs bir daha həmin hərəkəti təkrar etməməsini yoxsa özünü də küçük kimi ora bağlayacağını demişdir. Bundan sonra yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında mübahisə yaranmışdır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs bu sözü eşidib Zərərçəkmiş şəxs orada gözləməsini deyərək qaçıb evlərinə getmiş və bir neçə dəqiqə sonra yetkinlik yaşına çatmayan Tunar əlində bıçaqla ona yaxınlaşmışdır. Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əlində mətbəx bıçağı ilə ona doğru gəldiyini görmüş, bu zaman o, yetkinlik yaşına çatmayan Tunarın üzərinə getmişdir. Tərəflər arasında mübahisəni davam etdiyi zaman Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təpik zərbəsi atmış, yetkinlik yaşına çatmayan Tunar, sol əli ilə Zərərçəkmiş şəxs təpik zərbəsi atdığı ayağını tutmuş, onu yerə yıxmış və hər ikisi yerdə əlbəyaxa olduqları zaman mətbəxdən götürdüyü bıçaqla sol arxa kürək və sol ayağının bud nahiyəsindən iki zərbə vuraraq Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Bunun nəticəsində Zərərçəkmiş şəxs sol budunun deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, habelə hemotoraksla müşayiət olunan, döş qəfəsinin sol arxa səthindən döş boşluğuna dəlib-keçən, dərəcəsinə görə həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. Yuxarıda göstərilən hallar cinayət işinin mübahisəsiz hallarıdır və bu hallar həm yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, həm də şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı ayrıayrılıqda vermiş olduqları və ibtidai istintaqda verdikləri, həmçinin məhkəmə kollegiyasının iclasında elan edilməklə tədqiq edilmiş ifadələri əsasında tam şəkildə öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlərlə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarətləri məhz yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbələr nəticəsində almışdır. Bununla da yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Eyni zamanda məhkəmə kollegiyası cinayət hadisəsinin baş verməsinə səbəb olmuş halları, yəni Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və onun mərhum atasının ünvanına nalayiq ifadələri işlətməsini, Zərərçəkmiş şəxs Tunarla kobud danışmasını, söhbət zamanı Zərərçəkmiş şəxs bu kobudluğu davam etdirməsini, başqa sözlə, göstərilən bu halları bütövlükdə nəzərə alaraq, belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz Zərərçəkmiş şəxs ona qarşı sərgiləmiş olduğu hərəkətlərinin təsiri altında və həmin hərəkətlərin nəticəsində törətmişdir. Qeyd edilən hallar həm yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin məhkəmə istintaqında vermiş olduqları ifadələri əsasında tam şəkildə təsdiq olunduğundan, sözügedən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bundan başqa, məhkəmə istintaqında Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxslə barışdığını və onun yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın həmin şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Bundan başqa, Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından məhkəmə kollegiyası ona cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsi ilə yanaşı, həmçinin həmin Məcəllənin 86.1-ci maddəsinin də tələblərinin nəzərə alınmasını mütləq sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.33-1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. Həmin Məcəllənin 429-cu maddəsinə görə törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün), yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi və yetkinlik yaşına çatmayanın törətdiyi cinayətdə digər iştirakçılar olduqda onun barəsində cinayət işinin icraatının ayrılmasının mümkünlüyü halları müəyyən edilməlidir. Həmin məcəllənin 435.4-cü maddəsinə görə məhkəmə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, məhkəmədə özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət əməllərini törədərkən və hazırda yetkinlik yaşına çatmamasını, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslərlə barışmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilən hallara və əsaslara baxmayaraq, məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi zorakı cinayət əməlinə tənqidi yanaşaraq bu kimi halları qınayır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətin məhz zorakı cinayət əməlinə aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu, yəni zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə törətdiyi cinayət əməlinə görə peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və əsasən də onun yaşını, (yetkinlik yaşına çatmamasını) nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Tunar Nəsrulayevə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə törətdiyi cinayət əməlinə görə peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və əsasən də onun yaşını, yəni cinayət əməlini törədərkən, habelə törətdikdən sonra yetkinlik yaşına çatmamasını, təyin ediləcək cəzanı çəkəcəyi təqdirdə onun yenidən cəmiyyətə adaptasiya olmasının mürəkkəb məsələyə çevrilməsini, onun hərbi xidmət üzrə yararlı olmasını və hazırki yaş dövrünü, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və onun həmin cəzanı real şəkildə çəkməsi onun özünü və onun ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması onun məsuliyyətdən azad edilməsi kimi deyil, əksinə dövlət tərəfindən ona göstərilən mərhəmət və ədalət kimi qəbul edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifə olaraq tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 30 (otuz) manat 60 (altmış) qəpik ekspertiza xərci yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə növündə cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 30 (otuz) manat 60 (altmış) qəpik ekspertiza xərci yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-111/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-111/2024
14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver