Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-112/2024 23.04.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamını müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi: X7, müdafiəçi: Mingəçevir Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1960-cı ildə Kəlbəcər rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-də 4-cü dərəcəli fəhlə işləyən, orta təhsilli, Yevlax rayonu Tanrıqulular kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evində olan zaman arvadı xx.xx.1963-cü təvəllüdlü X3 ona nə üçün gecə saatlarında gec yataraq ailə üzvlərini narahat etməsini irad tutaraq həmin hərəkətləri ilə onları bezdirdiyini, onunla yaşamağın mümkün olmadığını, ondan boşanacağını və övladları ilə ayrılıqda yaşayacağını bildirməsinə görə arvadı ilə şəxsi münasibətlər zəminində mübahisə edərək su içmək məqsədi ilə evin mətbəxinə getdikdən sonra arvadı onun arxasınca mətbəxə gələrək yenidən həmin mübahisəni davam etdirərək ondan gec yatmasını dayandırmasını yenidən tələb edən zaman o, arvadı Zinyət Zamanovanın ona qarşı dediklərini ailə başçısı olaraq özü üçün təhqir hesab edərək arvadının ailə başçısı kimi onu hesaba almamasını şəxsiyyətinə sığışdırmayaraq arvadı Zinyət Zamanovanı şəxsi münasibətlər zəminində qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gəlib həmin cinayətkar niyyətini həyata keçirmək üçün mətbəxdə əl-üz yuyulan yerin yaxınlığından dəstəyi qara rəngli tiyəsinin uzunluğu 120 mm olan 01 ədəd mətbəx bıçağını götürərək Zinyət Zamanovanın üzərinə hücum etmiş, sonuncu onun əlində bıçaq olduğunu görüb ondan qaçmaq istəyərkən o, Zinyət Zamanovanın arxası ilə gedib evin dəhliz olan hissəsində sonuncuya çatıb həmin bıçaqla qəsdən Zinyət Zamanovanın bədəninin sol ürək arxa nahiyəsinə bir dəfə, sol qol nahiyəsinə isə iki dəfə zərbələr vuraraq Zinyət Zamanovaya ölümünə səbəb olan sağlamlığa ağır zərər vuran sol ağciyərin yuxarı payının zədələnməsi, kəskin qanitirmə ilə ağırlaşan sol kürək nahiyəsinin yuxarı iç hissəsinin daxilə nüfuz edən bir ədəd kəsilmişdeşilmiş yarası xəsarətini, sağlamlığa yüngül zərər vuran sol dirsəyin tış səthinin dərialtı yumuşaq toxumalarını dəlib keçən bir ədəd deşilmiş-kəsilmiş yara xəsarətini yetirməklə Zinyət Zamanovanı qəsdən həyatdan məhrum etmiş, yəni qəsdən öldürmüşdür. Məhkəmədə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 120.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1981-ci ildə X9 ilə ilə həyatı qurmuş, birgə nikahlarında 4 oğlan övladları olmuşdur. Öz ailəsi ilə birlikdə Yevlax rayon Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evində, oğlu Elsəvər Zamanov və sonuncunun ailəsi ilə birlikdə yaşamışlar. Şəkər və əsəb xəstəliyindən əziyyət çəkməklə bununla bağlı müalicə almışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında yuxudan oyanmış, həmin axşam yaxşı yata bilmədiyi üçün özünü narahat və əsəbi hiss etmişdir. Evin həyətinə çıxıb bir müddət həyətdə gəzdikdən sonra qonşusu Əsgərin evinə nərd oynamağa getmiş, təxminən 1 saata yaxın Əsgərlə nərd oynadıqdan sonra özünü pis hiss etdiyi üçün evinə geri qayıtmışdır. Evə gəldikdən sonra mətbəxin qarşısında olan otaqdakı divanda oturan zaman gəlini Səbinə ona Goranboy xəstəxanasında olan zaman adını xatırlamadığı həkimin ona yazdığı dərmanları vermişdir. Bir müddət orada oturduqdan sonra dəhlizin sonunda sol tərəfdə olan öz otağında çarpayının üzərinə uzanaraq yatmağa çalışsa da yata bilməmiş, hava qaraldıqdan sonra gəlini və nəvələri öz otaqlarına gedərək yatmışlar. Arvadı Zinyət gəlib onun yanında uzanmış, bir neçə saat sonra yata bilməyərək çarpayıdan qalxıb dəhlizdə gəzməyə başlamışdır. Bir müddət sonra arvadı Zinyət də qalxıb onun yanına gəlmiş, Zinyət onun yanına gəldikdən sonra yatmamasının səbəbini soruşduqda sonuncuya cavab olaraq əsəbi olduğunu və yuxusuzluqdan əziyyət çəkdiyini bildirmişdir. Bundan sonra Zinyət deyinməyə başlayaraq yatmağa imkan vermədiyini, öz hərəkətləri ilə bezdirdiyini, artıq onunla birlikdə yaşamaq istəmədiyini, övladlarını çağırıb birlikdə yaşayacağını və ondan boşanacağını bildirmişdir. Zinyətə indiyədək ailəsi üçün çalışıb əziyyət çəkdiyini demiş, bir saata yaxın orada arvadı Zinyət ilə mübahisə etdikdən sonra su içmək üçün mətbəxə getmişdir. Boş stəkan götürərək su dolduran vaxt arvadı Zinyət məxbəxə girib yenidən deyinərək bezdirdiyini bildirmiş, suyu içəndən sonra arvadının sözləri əsəblərini kəskin gərginləşdirdiyinə görə əl yuyulan yerin yaxınlığında dəstəyi qara olan bıçağı götürmüşdür. Zinyət onun bıçaq götürdüyünü görərək mətbəxdən dəhlizə doğru qaçmağa başlamış, o da Zinyətin arxasınca qaçmışdır. Dəhlizə daxil olduqdan sonra arxa tərəfdən Zinyətə yaxınlaşaraq sağ əlində olan bıçaq ilə sonuncunun sol tərəfindən vurmuş, bundan sonra Zinyət ona tərəf çevrilmişdir. İkinci dəfə Zinyətin qolundan vurduqdan sonra sonuncu arxası yerə tərəf döşəməyə uzanmış, bundan sonra artıq həyatının sona çatdığını fikirləşərək özünü öldürməyi qərara almışdır. İkinci dəfə mətbəxə geri qayıdaraq ikinci dəstəyi qara olan bıçağı götürmüş, lakin əsəbi olduğuna görə konkret olaraq hansı bıçaqla özünə xəsarət yetirməsini xatırlamamışdır. Bıçaqla özünü öldürə bilməyəcəyini anladığına görə yataq otağında çarpayının altından özünə məxsus olan ov tüfəngini götürmüş, arvadı Zinyətin meyitinin yanında ürəyinə atəş açaraq özünü öldürmək istəmişdir. Lakin tətiyə əli rahat çata bilmədiyi üçün dəqiq nişan ala bilməmiş, buna görə də sol qol nahiyəsinə bir dəfə atəş açmışdır. Bundan sonra keçib orada olan stolda oturmuş, daha sonra nə baş verdiyini isə xatırlamamışdır. Əvvəllər arvadı Zinyət ilə sonuncunun bir neçə dəfə öz telefonu ilə qardaşı Novruz və əmisi oğlu Əbülfəz ilə telefonda danışmasına görə mübahisələri olmuş, həmişə arvadı Zinyətə Novruz və əmisi oğlu Əbülfəzin kişi olmaları, nə isə sözləri varsa onunla əlaqə saxlamasını bildirmişdir. Hadisə yerinə baxış zamanı qonaq otağında stolun üzərindən aşkar edilmiş məktubu özü yazsa da həmin məktubu nə zaman yazdığını xatırlamamışdır. Törətdiyi əməldən peman olmaqla zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, mərhum X9 onun doğma anası olmaqla özü 2005-ci ildən Bakı şəhərində ailəsi ilə birlikdə yaşamışdır. Hər il bir neçə dəfə Yevlax rayonuna gələrək ailəsinə baş çəkmiş, ailədə münasibət həmişə birbirilərinə qarşı mehriban olmuşdur. Valideynləri arasında indiyədək heç bir mübahisə və ya dava olmamışdır. Son bir neçə ayda atasında müəyyən qədər psixoloji problemlər baş qaldırmaqla gecələri yuxu yata bilməmiş və kəskin əsəb vəziyyətdində olmuşdur. Qardaşı Elsəvər atasını Mingəçevir və Goranboy rayonlarına həkim müayinəsinə aparmış, atasının xəstəliyi müəyyən qədər kəskinləşmiş və hərəkətlərini dərk etmək qabiliyyətini itirmişdir. xx.xx.2023-cü il tarixdə qardaşı ona zəng vuraraq atasının anasını bıçaqla vurub öldürdüyünü, sonra da özünü öldürmək istəyərək tüfənglə özünə xəsarət yetirdiyini bildimişdir. Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ildə X8 ilə ailə həyatı qurduqdan sonra sonuncunun atası və anası ilə birlikdə Yevlax rayonu Tanrıqulular kəndində yaşamışlar. Qayınatası Təqsirləndirilən şəxs yüksək əsəb xəstəliyindən əziyyət çəkməklə spirtli içki də qəbul etmişdir. Əri Elsəvər qayınatasını Mingəçevir, Goranboy və Yevlax şəhərində yerləşən xəstəxanalara həkimlərin yanına müayinəyə aparmış, qayınatası Mehman onların təkidi ilə dərman preparatlarını qəbul etsə də, bəzi hallarda onlardan gizlin olaraq qəbul etməmişdir. xx.xx.2023-cü il tarixdə əri Elsəvər Kəlbəcər rayonunda qalan mal-heyvanlarını gətirmək üçün oraya getmiş, qayınatası Mehman son zamanlar axşamlar yuxu yata bilməmişdir. Mehman Zinyətin qohumları, oğlanları, qardaşı Novruz və digər şəxslərlə əlaqə saxlamasına əsəbləşmiş, həmişə həmin şəxslərin nə üçün Mehmana yox Zinyətə zəng etdiklərinə görə deyinmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində övladlarına yemək verən zaman qayınatası Mehman həyətə düşmüş, bir müddət sonra həmkəndliləri Famil ilə çıxıb getdikdən sonra saat 16 radələrində geri qayıtmışdır. Mehman evə gəldikdən sonra mətbəxin qarşısında olan otaqdakı divanda oturmuş, bir müddət sonra özünə siqaret almağa getmişdir. Bir saat sonra qonşuları Pərvanə qızı Nuray ilə onlara gələrək qaynatası Mehmanın Pərvanənin atası Əsgər ilə evlərində nərd oynadığnıı bildirmişdir. Təxminən bir saat sonra Mehman evə gələrək mətbəxin qarşısında olan divanın üzərində oturmuş, sonra ondan qələm və kağız istəmişdir. Qaynatası Mehmana bir ədəd kağız və qələm verdikdən sonra Mehman mətbəxin qarşısında olan stolun üzərində oturaraq nə isə yazmağa başlamışdır. X6 nə yazdığını soruşduqda sonuncu unutduğu şeyləri qeyd etdiyini bildirmişdir. Bundan sonra övladlarını yedizdirərək dəhlizin sonunda sağda olan otaqda yatızdırmış, həmin vaxt qələmi Mehmandan geri istəmişdir. Mehman buna etiraz etsə də qələmi ona vermiş və yazdığı kağızı bükərək mətbəxin qarşısında olan otağa daxil olmuşdur. Həmin vaxt qayınanası Zinyət dəhlizin sonunda yatdıqları otaqda uzanmışdır. Saat 23 radələrində övladlarının yanına getmiş, həmin vaxt qızı Zərifə hələ yatmamışdır. Mehman isə dəhlizə gələrək orada stolda oturaraq Zinyətin telefonu ilə maraqlanmağa başlamış, bundan sonra onlar yatmağa getmişlər. Saat 01 radələrində Mehman ilə Zinyətin evin mətbəxi tərəfdə mübahisə etdiklərini eşidib otaqdan dəhlizə tərəf çıxmış, bu zaman mətbəxdən dəhlizə keçən qapı bağlı olmuşdur. Daha sonra Zinyətin qışqırıq səsini eşitmiş, Mehmanın Zinyətə hər hansı xəsatət yetirdiyini başa düşərək ona və uşaqlarına da xəsarət yertirə biləcəyindən qorxaraq uşaqların yatdığı otağın qapısını bağladıqdan sonra həmin otağın yanındakı otaqda olan pəncərdən həyətə enərək küçəyə qaçmışdır. Küçədə qonşuları Qüdrətin qapısını döymüş, lakin çıxan olmadığı üçün Pərvanəgilin evinə getmişdir. Pərvanəgilə baş verənləri danışmış, Pərvanə də Qüdrətin evinə zəng edərək çağırmışdır. Bundan sonra birlikdə küçəyə gedərək Qüdrətə uşaqlarının təhlükədə ola biləcəyini bildirmiş, Qüdrət də bir neçə dəfə onların evinə gedib-gələrək sıra ilə övladlarını evdən çıxarıb gətirmişdir. Onlar küçədə olan zaman tüfəngin atəş səsini də eşitmiş, polis əməkdaşları gəldikdən sonra evə daxil olduqda dəhlizdə Zinyətin meyitini aşkar etmişlər. Bundan sonra qayınatası Mehmanın qayınanası Zinyəti qətlə yetirditi onlara məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Tafan oğlu onun qonşuluğunda yaşamaqla münasibətləri normal olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində həyətində olan iri buynuzlu heyvanlara qulluq göstərmək üçün yuxudan oyanaraq təxminən 5 dəqiqəyə yaxın malqaraya baxdıqdan sonra öz yerinə geri qayıtmış, bir neçə dəqiqə sonra yenidən gurultu səsi eşidərək ayağa qalxmışdır. Həyətə düşən zaman ev telefonu zəng çalmış, telefona cavab verərkən qonşuları Əsgərin qızı Pərvanə həyəcanla ona tez bir şəkildə küçəyə çıxmasını bildirmişdir. Həmin vaxt küçəyə çıxarkən onların evinin darvazasının yanına yaxınlaşan Pərvanə və Səbinə ona Mehmanın arvadı Zinyəti vurduğunu, Səbinə evdə qalan iki uşaqlarını çıxarmasını xahiş etmişdir. Bundan sonra dərhal Mehmanın yaşadığı evin həyətinə daxil olmuş, təxminən 15 metr məsafə getdikdən sonra həyətdə evin sağ tərəfində olan əl-üzyuyanın yanında Mehmanın alt paltarında əlindəki tüfəngin içinə güllə qoyaraq qundağını qatlamağa çalışdığını görmüşdür. Mehmandan nə baş verdiyini soruşaraq sakitləşdirməyə çalışmış, Mehman isə cavab olaraq ona “hər şey bitdi, çıx get burdan” deyərək tüfəngin qundağını qatlamışdır. Yenidən Mehmanı sakitləşdirməyə çalışan zaman sonuncu ona acıqlanaraq getməsini tələb etmiş, Mehmanın əlində tüfəng olduğundan çəkinərək darvazaya doğru geri qayıtmışdır. Küçəyə çıxdıqdan təxminən 3 dəqiqə sonra atəş səsi eşidib dərhal həyətə daxil olaraq evin içinə girmiş, həmin vaxt Zinyət Zamanovanın dəhlizdə yerdə ölü vəziyyətdə uzandığını, Mehmanın isə tüfəng ilə sol qol nahiyəsinə atəş açaraq xəsarət yetirdiyini və eyni zamanda Mehmanın əlində olan qanlı, dəstəyi qara rəngli bıçaq ilə özünün sol nahiyəsinə xəsarətlər yetirdiyini görmüşdür. Yenidən Mehman ilə söhbət etmək istəyəndə Mehman ona “bizim üçün hər şey bitib” deyə bildirərərk çıxıb getməsini tapşırmışdır. Bundan sonra yenidən küçəyə çıxıb 102 xidmətinə və Mehmanın oğlu Elsəvərə zəng etmiş, bir neçə dəqiqə sonra evin içərisinə geri qayıdanda Mehmanın Zinyətin meyitin baş tərəfində yerdə oturduğunu və qanlı bıçağın da yanında olduğunu görmüşdür. Mehman özünə xəsarət yetirməməsi üçün stolun üzərindən bir ədəd ağ parça ilə bıçağı kənara atmış, bundan sonra Mehman ona bir stəkan su verməsini istəmişdir. Evin mətbəxinə gedərək stəkana su doldurmaq istəyərkən Mehmanın onun arxası ilə mətbəxə daxil olduğunu görmüşdür. Mehman sayıqlayaraq ondan qonşu kimi razı olduğunu bildirmiş, stəkana suyu doldurmaq istəyərkən Mehmanın qabyuyulan yerin üzərində olan qatlanan bıçağı götürmək istədiyini görmüşdür. Mehmana mane olaraq bıçağı oradan göturüb kənara atmış, sonra yenidən evin içərisinə daxil olmuşdur. Mehman dəhlizdə sayıqlamış, otaqlaradan birində daxil olaraq əvvələ orada yatmış vəziyyətdə olan qız uşağını, sonra isə oğlan uşağını götürüb küçəyə çıxmışdır. Daha sonra evin içərisinə geri qayıdanda Mehmanın yaralı vəziyyətdə, paltarlı qanlı vəziyyətdə evin içərisində hərəkət etdiyini görmüş, bundan sonra küçəyə çıxaraq yenidən polis ilə əlaqə saxlamışdır. Bundan sonra evin içərisinə daxil olaraq bir neçə dəqiqə Mehman ilə söhbət etmiş, Mehman sayıqlayaraq ona uşaqlarına zəng etməsini və uşaqların evə gəlməsini bildirmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, mərhum X9 onun doğma anası, Təqsirləndirilən şəxs isə doğma atası olmaqla valideynləri ilə birgə Yevlax rayon Tanrıqulular kəndində yaşamışdır. Son bir neçə ayda atasında müəyyən qədər psixoloji problemlər baş qaldırmış, gecələri yuxu yata bilməmiş və kəskin əsəb vəziyyətdində olmuşdur. Buna görə atasını Mingəçevir və Goranboy rayonlarına həkim müayinəsinə aparmış, müayinələrdə atası Mehmana müxtəlif dərman preparatları yazılmışdır. xx.xx.2023-cü il tarixdə Kəlbəcər rayonuna orada olan mal-heyvanlarını gətirmək üçün getmiş, xx.xx.2023-cü il tarixdə Kəlbəcər rayonundan geri qayıdan zaman yaxın qohumlarından atası Mehmanın anası Zinyəti qətlə yetirdiyini öyrənmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 37 nömrəli rəyindən görünür ki, X3 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol ağ ciyərin yuxarı payının zədələnməsi, kəskin qanitirmə ilə ağırlaşan sol kürək nahiyəsinin yuxarı iç hissəsinin daxilə nüfuz edən bir deşilmiş kəsilmiş yarası, sol dirsəyin tış səthinin dərialtı yumşaq toxumaları dəlib keçən deşilmiş kəsilmiş yarası.qarının aşağı şöbəsinin sağ iç hissəsinin qançırı; Bu xəsarətlər həyatidir, ölüm baş verməmişdən az əvvəl yetirilmişdir. Yuxarıda qeyd olunan xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin- alətlərin, ola bilsin ekspertizya təqdim edilmiş ikinci bıçaq və ya onlara bənzər digər bıçaqların təsirindən törənmişdir, həyatidir, ölümlə bir başa səbəbli əlaqəlidir, ölüm baş verməmişdən az müddət əvvəl yetirilmişdir. Qarının aşağı şöbəsinin sağ aşağı iç hissəsinin qançırı küt alətin təsirindən əmələ gəlmişdir.əmələ gəlmə müddəti ölüm baş verməmişdən 4-6 gün əvvələ uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol kürək nahiyəsinin yuxarı iç hissəsinin daxilə nüfuz edən (bir ədəd) deşilmiş-kəsilmiş yarası sağlamlığa ağır zərər vuran xəsarətlərə xas əlamətlərə malikdirlər. Sol dirsəyin tış səthinin dəlib keçən deşilmiş-kəsilmiş yarası sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Qançırın dərəcəsi təyin edilmir. Məhkəmə-kimyavi şöbədə tərtib edilmiş aktdan görünür ki, mərhum X3 meyitindən götürülmüş qanın məhkəmə-kimyavi tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və digər güclü təsir edici preparatlar aşkar edilməmişdir. X3 bilavasitə ölümünə döş qəfəsinin daxilə nüfuz edən deşilmiş kəsilmiş yarası nəticəsində sol ağ ciyərin yuxarı payının zədələnməsi ilə kəskin qanitirmə olmuşdur. Erkən meyit əlamətləri onu göstərir ki, ölüm meyitin müayinəsindən 6-8 saat əvvəl baş vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 606 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: 1) Sol bazunun yuxarı 1\3-nin dəlib keçən odlu silah yarası (giriş dəliyi bazunun orta 1\3-nin ön-iç səthində, çıxış dəliyi bazunun orta 1\3-nin arxa-yan yəthindədir); 2) Döş qəfəsinin solyuxarı-tış hissəsinin cərrahi tikişə ehtiyacı olan kəsilmiş yarası; Bu xəsarətlərdən sol bazunun dəlib keçən odlu silah yarası patronu qırma (“seçmə”) ilə doldurulmuş odlu silahdan qırmıların kompakt girdiyi yaxın məsfətən açılmış bir atəş nəticəsində törənmişdir. Yara kanalnln istiqaməti öndən-arxaya, soldan-sağa, nisbətən aşağıdan yuxarı, bazunun orta 1\3-nin ön-iç səthi atəş açılmış odlu silahın lüləsinin en kəsiyinə doğru olmuşdur. Qeyd olunan xəsarət yetirilən anda həyat üçün təhlükəli olduğu üçün dərəcəsi sağlamlğa ağır zərər vuran xəsarətlərə aid edilir. İkinci bənddə qeyd edilən xəsarət-kəsilmiş yara deşici-kəsici təsirə malik alətin-alətlərin,ola bilsin ekspertizaya təqdim edilmiş və ya onlara bənzər digər bıçaqların təsirindən yetirilmişdir və səhhətin qısa müddət pozulmasına səbəb olduğu üçün dərəcəsi sğlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Xəsarətlərin yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Xəsarətlərin xarakteri, lokalizasıyası və əlçatan nahiyədə olması bu növ xəsarətlərin şəxsin özü-özünə yetirməsi nəticəsində törənməsini inandırıcı edir. Xəsarətləri alan zaman şəxsin oturaq vəziyyətdə və ya ayaq üstə olması istisna edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/783R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 29797 №-li silah keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 20 kalibrli İJ-5 modelli, çaxmaqlı, tək hamar lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmləri üzərində kustar üsulla sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə və ya dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə Türkiyə Respublikasında MESCO şirkətində istehsal olunmuş ov patronudur, həmin kalibrli yivsiz hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatıdır. Həmin patron istifadə və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd giliz zavod üsulu ilə Türkiyə Respublikasında MESCO şirkətində istehsal olunmuş 20x70 mm Kalibrli olmaqla, həmin Kalibrli yivsiz hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronlarının bir hissəsidir- atılmış gilizidir, hal-hazırda ov döyüş sursatı hesab edilmir. Həmin giliz tədqiqata təqdim edilmiş 29797 №-li İJ-5 modelli yivsiz tək hamar lüləli ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya ov silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 20x70 kalibrli ov patronunun bir hissəsidiratılmış pıjdır. Din-in KTİ-də məhkəmə fiziki kimyəvi ekspertizası keçirilmədiyindən və pıjın hər-hansı bir yivsiz hamar lüləli ov silahlarından atılmasını, həmçinin deformasiyaya uğraması nəticəsində üzərində müqayisəli tədqiqat üçün heç bir iz olmadığından, həmin pıjın konkret olaraq tədqiqata təqdim edilmiş 29797 №- li 20 kalibrli İJ-5 modelli yivsiz tək hamar lüləli ov tüfəngindən və digər 20 kalibrli yivsiz hamar lüləli ov silahlarından atılmasını müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd 20 kalibrli ov patronu və 01 ədəd 20 kalibrli ov patronunun atılmış gilizi Türkiyə Respublikasında MESCO şirkətində istehsal olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmətrasoloji və daktiloskopik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/-1-3/1615; 3/1616; 3/1617 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 ədəd bıçağın səthində aşkar edilmiş tam və aydın əks olunmayan, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmayan papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri müqayisəli tədqiqat üçün yararsızdır. Tədqiqata təqdim edilən “mərhum Zinyət Zamanovanın meyitinin yanından aşkar edilərək götürülmüş” bir ədəd bıçaq kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan təyinatını dəyişən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilən “hadisə baş verən otaqda yerləşən stolun sağ ön küncündən, döşəmə üzərindən aşkar edilərək götürülmüş” bir ədəd bıçaq kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfatməişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üiərində sonradan təyinatını dəyişən hər hansı əlavə və dəyişikliklər edilməmişdir.Tədqiqata təqdim edilmiş qolsuz gecə köynəyinin səthində rəyin tədqiqi hissəsində sayı, yerləşmə yeri göstərilməklə təsvir edilən zədə vardır. Təqdim edilmiş qolsuz gecə köynəyinin səthində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (yəni, Zinyət Zamanovanın meyitinin yanından aşkar edilərək götürülmüş bir ədəd bıçaq tiyəsi) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədəsidir. Ümumi əlamətlərinə əsasən qolsuz gecə köynəyinin səthində olan zədənin təqdim edilmiş Zinyət Zamanovanın meyitinin yanından aşkar edilərək götürülmüş bıçağın təsirindən yaranması mümkündür. Qolsuz gecə köynəyinin material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyasının səthində olan deşilib-kəsilmə zədəsinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş qolsuz gecə köynəyinin səthində olan zədənin formasına, ölçüsünə və s əlamətlərinə əsasən, həmçinin bıçağın tiyəsinin ölçüsünə əsasən həmin zədənin hadisə baş verən otaqda yerləşən stolun sağ ön küncündən, döşəmə üzərindən aşkar edilərək götürülmüş bir ədəd bıçağın təsirindən yaranması mümkün deyil. Zədə yetirildiyi anda soyuq silahla zərərçəkmişin qarşılıqlı yerləşmə vəziyyətini istintaq eksperimenti keçirmək yolu ilə müəyyən etmək mümkündür. Tədqiqata təqdim edilmiş bir ədəd büstqalterin, bir ədəd alt tumanının səthində trasoloji zədə, o cümlədən qarşılıqlı mübarizəyə xarakterik zədə yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 669/2023-MTBŞ nömrəli rəyindən görünür ki, X3 ABO sistemi üzrə qrup göstəricisi: 0(1) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus cins şalvar (kəmərlə), tuman, hadisə yerindən götürülmüş xalça kəsiyi, 02 ədəd bıçaq və çubuqlu pambıq topası üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmamışdır. Belə olan halda bu qan ləkələri A/H/(İİ) qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər qanında müşayətçi “H” antigeni varsa). Həmçinin “H” antigeni ayrıca olaraq 0(1) qrupun əsasını təşkil etdiyi üçün bu qan ləkələrində ABO sistemi üzrə O alfa, beta(İ) qruplu şəxsin, o cümlədən X3 qarışmış qanının olması da inkar olunmur. Ekspertizaya təqdim edilmiş Z.Ə.Zamanovaya məxsus büstqalter, gecə köynəyi, tuman və çubuqlu pambıq topası üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alınmışdır. Belə olan halda bu qan ləkələri O alfa, beta(İ) qruplu bir şəxsə, o cümlədən də X10ma məxsus ola bilər. Həmin ləkələrdə Təqsirləndirilən şəxs Fifan oğlunun qanının olması inkar olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 647 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsindən əvvəl hər hansı xroniki psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs təsvir olunmuş cinayət hadisəsini törədərkən ANTAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hadisəyə qədər, hadisəni törədərkən və hadisədən sonra öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs təsvir olunmuş cinayət hadisəsini törətdikdən sonra psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiy ac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ekstremal psixi vəziyyətin yaranma səbəbi həyat yoldaşı ilə aralarında olan mübahisə ola bilər. Təqsirləndirilən şəxs həyat yoldaşı Zinyət Zamanovanı qətlə yetirdikdən sonra əhvalın aşağı enməsi (depressiv vəziyyət) şəklində psixi emosional hal keçirmiş və bu səbəbdən intihara təşəbbüs etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1888 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş matreiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon İHB-nin Tanrıqulular kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Mehman Zamanaov yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmuşdur. "xxxx" MMC-dən istintaqa təqdim edilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Yevlax rayon Mərkəzi Xəstəxanası” X12 daxil olmuş xx.xx.2023-cü il tarixli 18-1-82/2-770/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs səhhəti ilə bağlı bir neçə dəfə “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə müraciət etmiş, müayinələr zamanı onda xx.xx.2020-ci il tarixdə həkim-infeksionist tərəfindən “Dəqiqləşdirilməmiş virus mənşəli pnevmoniya”, xx.xx.2021-ci il tarixində həkim-endokrinoloq tərəfindən “Dəqiqləşdirilməmiş şəkərli diabet”, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərində həkim-uroloq tərəfindən “Böyrək daşları”, “Prostat vəzinin hiperplaziyası”, xx.xx.2023-cü il tarixində çağırışçı həkim tərəfindən “Digər və dəqiqləşdirilməmiş odlu silahdan atəşlə qəsdən özünü zədələmə”, xx.xx.2023-cü il tarixində həkim-travmotoloq tərəfindən “Bazu sümüyünün yuxarı ucunun sınığı” diaqnozları aşkar edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə şübhəli şəxs qismində tanınmaqla həmin gün barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 05 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən ittiham olunduğu CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmənin belə qənaətə gəlməsinə onun özünün etirafedici ifadəsi, məhkəmə-tibb, məhkəmə trasoloji, məhkəmə bioloji, məhkəmə lifli materiallar ekspertizalarının rəyləri, şahid ifadələri və iş materiallarında olan digər sənədlər əsas verir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış və iş yeri üzrə müsbət səciyyələndirilməsini, ilk dəfə cinayət törətməsini CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici halın olmasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 60.1-ci maddəsinin tətbiqini qanuni hesab edir. Həmin maddənin tələbinə görə CM-in 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli həbsə alındığı 05 oktyabr 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.3-cü maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 192 AZN (yüz doxsan iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Yevlax Rayon Prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş 02 ədəd bıçaq, 01, 02, 03, 04, 05, 06, 07, 08 nömrə ilə işarələnmiş qan nümunələri, 01 ədəd xalça hissəsi, 01 ədəd cins şalvar, 01 ədəd 20 kalibrli ov patronunun atılmış gilizi (tüfəngin içərisində olan), 01 ədəd 20 kalibrli ov patronunun atılmış gilizi, 01 ədəd pıj, Təqsirləndirilən şəxs məxsus 01 ədəd alt paltarı, mərhum zərərçəkmiş şəxs X5 məxsus 01 ədəd safari rəngli büstqalter, 01 ədəd safari rəngli gecə köynəyi, 01 ədəd safari rəngli alt paltarı məhv edilməli, 01 ədəd 29197 nömrəli İJ-5 modelli tək hamar lüləli ov tüfəngi saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təhcizat İdarəsinin Silah-Sursat Anbarına təhvil verilməli, 01 ədəd məktub (01 vərəqə), 02 ədəd CD disk, cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 05 oktyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 192 AZN (yüz doxsan iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Yevlax Rayon Prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş 02 ədəd bıçaq, 01, 02, 03, 04, 05, 06, 07, 08 nömrə ilə işarələnmiş qan nümunələri, 01 ədəd xalça hissəsi, 01 ədəd cins şalvar, 01 ədəd 20 kalibrli ov patronunun atılmış gilizi (tüfəngin içərisində olan), 01 ədəd 20 kalibrli ov patronunun atılmış gilizi, 01 ədəd pıj, mərhum zərərçəkmiş şəxs X5 məxsus 01 ədəd safari rəngli büstqalter, 01 ədəd safari rəngli gecə köynəyi, 01 ədəd safari rəngli alt paltarı məhv edilsin, bir ədəd alt paltarı sahibi Təqsirləndirilən şəxs qaytarılsın, bir ədəd 29197 nömrəli İJ-5 modelli tək hamar lüləli ov tüfəngi saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təhcizat İdarəsinin Silah-Sursat Anbarına təhvil verilsin, bir ədəd məktub (01 vərəqə), iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-112/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-112/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver