Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-113/2020 11.09.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X6 Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxx 1976-cıildəBalakən rayonu Mahamalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, 2-ci qrup əlil, Balakən rayonu Mahamalar kəndində pasport qeydiyyatında olmaqla yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X12 Məhkəməsinin inzibati binasında keçirilən məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2017-ci ilin yay aylarında Türkiyə Cumhuriyyətində narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə edib saxlayaraq Azərbaycan Respublikasına gətirib yaşadığı Balakən rayonu Mahamalar kəndində yerləşən evində saxlamış, həmin toxumları 2020-ci ilin mart ayında Balakən rayonu Mahamalar kəndində yaşadığı evin həyətyanı ərazisində yerləşən dirrik sahəsində lobya bitkisi əkilmiş cərgələrin arasında qəsdən, qanunsuz olaraq əkmiş, bitmiş 37 ədəd külli miqdarda çətənə(kannabis) bitkilərini, alaq otlarından təmizləyib suvararaq, onlara aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı ərazisində yerləşən dirrik sahəsində lobya bitkisi əkilmiş cərgələrin arasında qəsdən qanunsuz olaraq əkdiyi 40 santimetrdən 104 santimetrədək hündürlükdə olan 08(səkkiz) ədəd və həmin yerin yaxınlığında köklərindən çıxarılmış halda 35 santimetrdən 150 santimetrədək hündürlükdə olan 29 (iyirmi doqquz) ədəd ümumilikdə külli miqdar hesab edilən yəni, 37(otuz yeddi) ədəd narkotik tərkibli çətənə(kannabis) bitkiləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, ağciyər-vərəm xəstəsi kimi 2-ci qrup əlil olmaqla 2013-cü ildən daimi müalicələr almış, ağrıları çox olduğu üçün narkotik vasitədən istifadə etmişdir. 2017-ci ilin yay aylarında işləmək üçün Türkiyə Cümhuriyyətində olarkən orada fəhlə işləyən şəxslərin narkotik vasitə istifadə etdiklərini görüb işlədiyi yerin yaxınlığında yabanı halda bitən narkotik tərkibli bitkilərin üzərindən toxumlar yığaraq özü ilə yaşadığı Balakən rayonu Mahamalar kəndindəki evinə gətirmişdir. Həmin 38 ədəd toxumları evdə çantanın cibində saxladıqdan sonra 2020-ci ilin mart ayında yenidən narkotik vasitə istifadə etmək istədiyi üçün yaşadığı evin yan tərəfində yerləşən dirrik sahəsindəki lobya cərgələrinin arasında həmin toxumları əkmişdir. Bir müddət sonra toxumlar cücərib inkişaf etməyə başladıqdan sonra həmin bitkiləri suvararaq diblərini alaq otlarından təmizləyib qulluq etmişdir. 2020-ci ilin may ayının ortalarında əkmiş olduğu bitkilərdən biri quruduğu üçün həmin bitkini kökündən çıxararaq yaşadığı evin yan tərəfində yerləşən su kanalına atmışdır. xx.xx.2020ci il tarixdə yaşadığı evdə olduğu zaman Balakən rayon Polis Şöbəsinin əməkdaşlarının yaşadığı kəndə gəldiklərini eşidərək əkmiş olduğu narkotik tərkibli çətənə bitkilərinin 29 ədədini köklərindən çıxararaq yaşadığı evin həyətindən təxminən 20-25 metr kənara atmışdır. Digər səkkiz ədəd narkotik tərkibli çətənə ağaclarını çıxarmaq istəsə də yaşadığı evin qarşısından kiminsə onu çağırması səbəbindən evin giriş qapısına getdikdə polis əməkdaşlarının artıq onun evinə gəldiyini görmüşdür. Polis əməkdaşları yaşadığı evin həyətyanı sahəsində narkotiki tərkibli bitkilər əkməkdə şübhəli olduğunu və buna görə də yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirdikdən sonra buna etiraz etməyərək yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkdiyini və həmin yeri də göstərə biləcəyini demişdir. Bundan sonra polis əməkdaşları mütəxəssis Şahid3 və onun iştirakı ilə video-çəkilişdən istifadə etməklə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirən zaman evin yan tərəfində yerləşən dirrik sahəsindəki lobya əkilmiş cərgələrin arasından hündürlükləri 40 sm-dən 104 sm-dək olan 8 ədəd narkotik tərkibli çətənə bitkiləri və təxminən həmin yerdən 20-25 metr aralıda isə köklərindən çıxarıb atdığı hündürlükləri 35 sm-dən 150 sm-dək olan 29 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Həmin 29 ədəd narkotik tərkibli çətənə bitkilərini əkmiş olduğu yerə gətirib boş çalaları göstərək həmin yerdən çıxardığını bildirmişdir. Aşkar olunmuş çətənə bitkiləri sellofan torbalara yığılaraq qablaşdırılmışdır. Daha sonra yaşadığı evə və evin həyətyanı sahəsinə davam etdirilən baxış zamanı başqa qanunsuz saxlanılan əşya və ya predmet aşkar edilməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər yetişdirməsi barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat-istintaq qrupu və dəvət edilmiş mütəxəssis-aqronomla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gedib giriş qapısından sonuncunu səsləmişlər. Təqsirləndirilən şəxs giriş qapısına gəldikdən sonra sonuncuya yaşadığı evdə qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkməsi ilə bağlı məlumat olduğunu, buna görə də yaşadığı evə baxış keçirilməsi üçün təxirəsalınmaz qərar əsasında gəldiklərini bildirmişlər. Təqsirləndirilən şəxs etdiyi əməli səmimi etiraf edərək narkotik tərkibli bitkilər əkdiyini və həmin bitkiləri əkmiş olduğu yeri göstərə biləcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı evin yan tərəfində yerləşən dirrik sahəsindəki lobya əkilmiş cərgələrin arasında hündürlükləri 40 sm-dən 104 sm-dək olan 8 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki aşkar edilmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs kənd ərazisində polis maşını gördüyü üçün 29 ədəd bitkini də köklərindən çıxardaraq həmin dirrik sahəsinin yaxınlığına atdığını bildirmişdir. Həmin yerə baxış zamanı da hündürlükləri 35 sm-dən 150 sm-dək olan 29 ədəd köklərindən çıxarılmış halda narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis-aqranom həmin bitkilərə baxaraq aqrotexniki qaydada qulluq edildiyini və köklərindən yeni çıxarıldığını bildirmişdir. Aşkar olunmuş narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər sintetik kisənin içərisinə yığılaraq qablaşdırılmışdır. Həmçinin 29 ədəd bitkinin əkildiyi boş çalarlardan da 9 ədəd sellofan torbada torpaq nümunələri götürülərək qablaşdırılmışdır. Baxışda iştirak edən mütəxəssis aqranom aşkar olunmuş narkotik tərkibli çətənə bitkilərinə baxaraq aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Səkkiz ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər çəkildikdə sintetik kisə ilə birlikdə çəkisi 1 kq 470 qram, 29 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər çəkildikdə sintetik kisə ilə birlikdə çəkisi 3 kq 500 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətaynı sahəsinə davam etdirilən baxış zamanı hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış keçirilməsinə dair protokol tərtib edilərək ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin X4 Qrupunun əməliyyat müvəkkili işləyən X3, Təhqiqat Bölməsinin baş təhqiqatçısı işləyən Şahid2 və Balakən rayonu Dövlət X7 bitkiçilik sektorunda baş məsləhətçi işləyən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 17/334 nömrəli ekspert rəyində göstərilmişdir ki, təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda "Vət. Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilərək qablaşdırılmış..." sözləri və imzalar yazılmış sintetik kisənin içərisindəki uzunluqları 40 smdən 104 sm-dək, ümumi təmiz çəkiləri- 1 kiloqram 170 qram olan 08 (səkkiz) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda "Vət. Təqsirləndirilən şəxs Cəlal oğlunun yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş..." sözləri və imzalar yazılmış sintetik kisənin içərisindəki uzunluqları 35 sm-dən 150 sm-dək, ümumi təmiz çəkiləri- 3 kiloqram 165 qram olan 29 (iyirmi doqquz) ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olumuş, 08 (səkkiz) və 29 (iyirmi doqquz) ədəd çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronom-mütəxəssis Şahid3 xx xxxx 2020-ci il tarixli rəyinə əsasən 08 (səkkiz) ədəd və 29 (iyirmi doqquz) ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Təqdim olunmuş 29 (iyirmi doqquz) ədəd çətənə bitkilərinin köklərində olan torpaq ilə 01 (bir) ədəd sintetik kisənin içərisindəki 09 (doqquz) ədəd sellofan torbalarda olan torpaq nümunələri qrup və cinsi əlamətlərə görə eynidirlər. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 501 nömrəli rəyindən görünür ki, Babayev X1 vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. İkinci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq oluna bilməz. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2250-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Mahamalar kənd X10 üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 920 nömrəli arayış və xasiyyətnamdədn görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Balakən rayonu Mahamalar kəndində yaşayır, himayəsində xx.xx.2003-cü ildə anadan olmuş qızı Aliyə Babayeva, xx.xx.1998-ci ildə anadan olmuş İİ qrup əlil oğlu Asiman Babayev adlı uşaqları var, yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Mərkəzi Rayon Xəstəxanasının Poliklinika Şöbəsindən verilmiş xəstənin tibbi kartasından çıxarışdan görünür ki, xx.xx.1976-cı ildə doğlumuş Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs “Ağ ciyərlərin infiltrativ vərəmi, dağılma mərhələsi, Bir xroniki bronxit, xroniki qastrit, Tənəffüs çatışmazlığı İİ-İİİ dərəcə” diaqnozu ilə müalicə almışdır. İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon Şöbəsi tərəfindən verilmiş 163853 nömrəli vəsiqənin surətindən görünür ki, X5 İİ qrup əlildir. İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon Şöbəsi tərəfindən verilmiş 163888 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 237.2.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxstörətdiyi əməldən peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, himayəsində bir yetkinlik yaşına çatmayan və bir İİ qrup əlil uşağının olmasını, “Ağ ciyərlərin infiltrativ vərəmi, dağılma mərhələsi, xroniki bronxit, xroniki qastrit, Tənəffüs çatışmazlığı İİ-İİİ dərəcə” diaqnozlu xəstəlikdən əziyyət çəkməsini, İİ qrup əlil olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli, onun cəzasının əvvəli şübhəli şəxs qismində həbsə alındığı xx xxxx 2020-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilən «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi» Qaydasının 3.2-ci bəndinə əsasən əlil olan və narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Ona görə də məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut olan Balakən rayon Polis Şöbəsində saxlanılan 37 (otuz yeddi) ədəd narkotik tərkibli çətənə bitkiləri və 01 ədəd sintetik kisədə qablaşdırılmış torpaq nümunələri məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik)Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Balakən rayon Polis Şöbəsində saxlanılan 37 (otuz yeddi) ədəd narkotik tərkibli çətənə bitkiləri və 01 ədəd sintetik kisədə qablaşdırılmış torpaq nümunələri məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X12 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-113/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-113/2020
11.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver