Məhkəmə qərarları › İş №1(091)-113/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-113/2021

03.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-113/2021 03.09.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibləri: X19, X11, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi: Şahid1, xx.xx.1968-ci ildə Ağsu rayonu Girdə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağsu rayonu Gursulu kəndində qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan seçilməklə X5 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırcı hissədə CM) 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2019-cu ilin yay aylarından başlayaraq 11 sentyabr 2020-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda yaşadığı Ağsu rayonu Gursulu kəndində qonşuluğunda yaşayan, Şahid2 və Şahid1 övladı, xx.xx.2012-ci ildə doğulmuş Zərərçəkmiş şəxs azyaşlı olmasına, onunla edilən hərəkətlərin mahiyyətini, xarakter və mənasını anlamaq və bunların fonunda ona aktiv müqavimət göstərmək imkanından məhrum olmaqla köməksiz vəziyyətdə olmasından istifadə edib, öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə, sonuncunu konfet verəcəyi və digər bu kimi şirnikləndirici vədlərlə aldadaraq özünün yaşadığı evə aparıb, evin qonaq otağında və həyətində olan pilləkənların önündə qucağında oturtmaqla və digər vəziyyətlərdə dəfələrlə dodaqlarını öpüb sovurmaqla, əlini cinsiyyət orqanlarına sürtməklə, cinsiyyət orqanını ağız boşluğuna daxil etməklə, barmaqlarını anus dəliyinə yeridərək və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub anal dəlik ətrafındakı şüavari büküşlərin hamarlaşması və azacıq kobudlaşması, anal dəliyi büzən əzələnin (sfinktorun) bir qədər boşalmasına səbəb olmaqla, həmçinin zərər çəkmişin gözləri qarşısında öz cinsiyyət orqanını ovxalayıb dili ilə dodaqlarını yalamaqla, onun üçün aşkar surətdə 14 yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib sonuncuya təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli biləməyərək ifadəsində göstərmişdir ki, 1993-cü ildə X6 ilə ailə qumuş, birgə nikahlarından üç qızları anadan olmuşdur. 2013-cü ildə arvadı Tamam İsgəndərova xəstəlikdən vəfat etdikdən sonra ailə qurmamışdır. Qızlarından ikisi evlənməklə ondan ayrılmış, həbs edilən günə kimi qızı Şahid4 ilə birlikdə yaşamışdır. Şahid2, sonuncunun arvadı Şahid1, sonuncuların azyaşlı oğlanları Şahid3 və X1 və azyaşlı qızları X7 onunla eyni kənddə və qonşuluqda yaşamışlar. Raminlə və ailəsi ilə münasibətləri hər zaman yaxşı olmuş, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. 2019-cu ilin dekabr ayının axırlarında qonşuları Şahid1 yaşadığı evə gəlmiş, ondan azyaşlı qızı Səkinəyə qarşı nə hərəkət etməyini soruşmuşdur. Xəyalədən nə baş verməsini soruşmuş, Xəyalə də ona qızı Səkinəyə qarşı əxlaqsız hərəkətlər etməsini demiş və buna görə iradını bildirmişdir. Dərhal evdə olan qızı Səbinəni yanına çağırmış, Səbinənin yanında Xəyaləyə Səkinəyə qarşı heç bir əxlaqsız hərəkət etmədiyini və onun adına belə bir söz çıxartmasının ayıb olduğunu bildirmişdir. Səbinə də Xəyaləyə belə bir halın olmadığını, özlərini və onları biabır etməməsini xahiş etmişdir. Xəyaləyə hər zaman sonuncunun övladlarına öz nəvələri kimi baxdığını, imkanı dairəsində baba kimi davranaraq bütün istəklərini yerinə yetirməyə çalışdığını demişdir. Bundan sonra Xəyalə ona inanaraq qızı Səkinənin yalan söylədiyini və qızını tənbeh edəcəyini bildirərək evinə qaytımışdır. Səkinəyə qarşı belə hərəkətlər etmədiyi üçün Xəyalənin onun barəsində söylədiklərindən narahat olmuş, yenidən qızı Səbinəni Xəyaləgilə göndərərək Xəyaləni evinə cağırmışdır. Xəyalə onlara gəldikdən sonra bir daha Xəyaləyə Səkinəyə qarşı heç bir əxlaqsız hərəkət etmədiyini, onun ünvanına bu sözləri söyləməməsni xahiş etmişdir. Xəyalə də ona Səkinədə belə xasiyyətlər olduğunu, ağlına gələni danışmasının mümkün olduğunu və narahat olmamasını demişdir. Bundan sonra Xəyalə bu barədə bir daha ona heçnə söyləməmiş, bir daha onların evinə gəlmələrinə imkan verməmişdir. Bundan sonrakı vaxtlarda o, hətta yaşadığı evin həyətə giriş qapısını arxadan bağlı saxlamış, Xəyalə və ailə üzvlərinin onun evinin həyətinə gəlməsinə imkan verməməyə çalışmışdır. Xəyailə və ailəsi ilə əlaqəsini kəsməsə də, Xəyalənin qonşu kimi ondan istədiyi, ehtiyacları olan əşyanı verən zaman, yenə də onların, həyətinə gəlmələrinə imkan verməmiş, məsafə saxlamışdır. 12 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evdə yatan zaman küçədən kiminsə onu çağırdığını eşidib yerindən duraraq həyətə çıxmış və onu Xəyalənin əri Raminin onu çağırdığını görmüşdür. Həyətə giriş qapısını açaraq Ramini həyətə dəvət etmiş, Ramin içəri keçməmiş, ondan küçəyə çıxmasını tələb etmişdir. Küçəyə çıxaraq Ramindən nə baş verməsini soruşmuş, Ramin də ona «qızm Səkinəyə qarşı əxlaqsız hərəkətlər etmisən» deyərək əsəbləşmişdir. Həmin vaxt evdə olan qızı Xadicə də onların yanına gəlmiş və Xədicənin yanında Raminə Səkinəyə qarşı heç bir əxlaqsız hərəkət etmədiyini, belə bir sözü onun adına çıxartmamasını, özlərini və onu biabır etməmələrini bildirmişdi. Ramin isə onun bu hərəkətləri etdiyini bildirərək onu ittiham etməyə başlamış, o, da Raminə Səkinəni çağırmasını bildirmişdir. Ramin Səkinəni çağırmağa ehtiyac olmadığını bildirsə də, lakin o, Səkinəni oraya çağırmasına nail olmuş, Səkinə oraya gəldikdən sonra Səkinədən sonuncuya qarşı nə etdiyini soruşmuşdur. Səkinə də həmin vaxt ona qarşı pis hərəkət etdiyini demişdir. Raminin digər övladlarından da Səkinəyə qarşı nə hərəkət etməyi soruşmuş, soncular da bu barədə məlumatları olmadıqlarını, atalarının məlumatının olmasını bildirmişdir. Sonra oraya Xəyalə gəlmiş və o, Xəyalədən nə baş verməsini soruşmuş, Xəyalə də baş verənlərlə bağlı Raminə heç nə demədyini, Səkinənin özünün atası Ramini məlumatlandırdığını bildirmişdir. Sonra onunla Ramin arasında mübahisə baş vermiş və onlar 102 Xidmətinə zəng edərək bu barədə məlumat vermişlər. Bir qədər sonra oraya polis əməkdaşları gələrək onları Ağsu rayon Polis Şöbəsinə dəvət etmişlər. X8 ünvanına söylədiklərinin yalan olduğunu, Səkinəyə qarşı heç bir seksual və ya əxlaqsız hərəkət etmədiyini bildirmişdir. Səkinə ilə təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmamış, yaşadığı evdə tək olmamış, 2020-ci ilin mart ayınadək yaşadığı evdə qızı Səbinə ilə, 2020-ci ilin mart ayından isə qızı Xədicə ilə birlikdə yaşamışdır. Qonşusu Şahid1 arvadı vəfat etdikdən sonra onunla evlənmək istəmiş, onu üç qızı təkbaşına böyüdüb ərə verməsinə, ailə başçısı kimi özünü normal aparmasına heyran qaldığı üçün əri Ramindən öboşanıb onunla evlənmək niyyətində olduğunu bildirmişdir. Xəyalənin bu istəyini yerinə yetirmədiyinə görə sonuncu ona şər atmış, azyaşlı qızı Səkinəyə qarşı seksual xarakterli hərəktlər etməkdə ittham etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin yay aylarında küçədə oynayan zaman onlarla qoşuluqda yaşayan Təqsirləndirilən şəxs onu yaşadığı evə çağıraraq ona konfet vermiş və onu qucağında otuzduraraq dodaqlarından öpməyə başlamış, əli ilə arxa nahiyəsini, cinsiyyət üzvünü ovxalamışdır. Bu hal bir qədər davam etdikdən sonra onu evlərinə yola salmışdır. Bundan bir neçə gün sonra onun ağzının kənarlarında xırda yaralar əmələ gəlmiş, anası Xəyalə bunu gördükdə ondan nə baş verməsini soruşduqda olanları anasına bildirmişdir. Bundan təxminən bir həftə sonra yenə də küçədə oynayan zaman Rövşən küçəyə çıxaraq yenə də onu öz evlərinə çağırmış, Rövşənin evinə getdikdən sonra Rövşən onun və özünün alt paltarını çıxardaraq onu qucağında otuzdurmuşdur. Sonra Rövşən öz cinsiyyət orqanını onun arxa nahiyyəsinə sürtmüş, daha sonra isə barmaqlarını cinsiyyət orqanına və arxa (anus) dəliyinə soxmuşdur. Həmin vaxt onun ayaqlarının arası yara olmuş, anası Xəyalə onun narahat gəzməyini görərək ondan nə baş verməsini soruşmuşdur. Anasına ayaqlarının arasının bişməcə olmasını, ayaqyoluna gedəndə ayaqlarının arasının və arxasının göynədiyini bildirmiş, anası ondan niyə belə olmasını soruşduqda anasına baş verənləri bildirmişdir. Bundan bir neçə gün sonra küçədə olan zaman Rövşən onu küçədə görərək ona konfet vermək üçün yenə öz evinə çağırmış, Rövşənin evinə gedəndən sonra Rövşən öz evlərinin qapısının qarşısında öz cinsiyyət üzvünü çıxardaraq onun ağzına salmışdır. Cinsiyyət orqanı böyük olduğundan nəfəsi çatmadığından boğulan kimi olmuş, sonra Rövşənin cinsiyyət orqanından maye gəlib ağzına tökülmüşdür. Rövşən ona həmin mayeni yerə tüpürməməyi bildirmiş, lakin, həmin mayedən sidik iyi gəldiyi üçün iyrənərək ürəyi bulanmış, öyüyərək qusmuşdur. Rövşən ona könfet verərək evlərinə yola salmış, ona qarşı etdiyi hərəkətləri heçkimə söyləməməyi tapşırmışdır. Daha sonra ağzının kənarlarında xırda yaralar əmələ gəlmiş, anası Xəyalə həmin yaraları gördüyü üçün ondan yenə də nə baş verməsini soruşmuşdur. Anasına Rövşənin ona qarşı etdiyi hərəkətləri bildirmiş, sonra evlərinin həyətində olan zaman Rövşən öz həyətlərindən onu həyətlərində oynadığını görmüş və özünə tərəf çağırmışdır. Rövşən öz həyətlərindən çəpərə tərəf gəlmiş, o, isə öz həyətlərində çəpərə tərəf yaxınlaşmışdır. Rövşən çəpərin yanında dayanaraq ona yaxşı görmədiyini və daha yaxın gəlməyi bildirmiş, daha da çəpərə yaxınlaşanda Rövşənin əli ilə öz cinsiyyət orqanını ovxaladığını, dili ilə dodaqları ilə yalama hərəkətləri etdiyini və tənginəfəs olan kimi tez-tez nəfəs aldığını görmüşdür. Həmin vaxt anası onu çağırdığına görə anası Xəyalənin yanına getmiş, Rövşən isə Xəyaləni gördüyü üçün sonuncu ilə salamlaşmış evinə getmişdir. 2020-ci ilin sentyabr ayının əvvəllərində anası iynə vurdurmağa, atası isə mal otarmaqda olan vaxt küçədə qardaşları ilə oynayarkən Rövşən küçəyə çıxıb onu görüb öz yanına çağırmış, Rövşənin yanına getdikdə sonuncu onu qucağında otuzduraraq cinsiyyət üzvünü şalvarından çıxardıb onun arxasına sürtmüşdür. 11 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində anası Xəyalə həyətdə işləyən zaman ona küçədə olan arxdan kiçik vedrə ilə su gətirməyi bildirdiyinə görə su gətirməyə getdikdə Rövşənin küçədə dayanıb ona baxaraq əli ilə öz cinsiyyət orqanını ovxalayıb dili ilə dodaqlarını yaladığını görmüşdür. Rövşənin bu hərəkətlərindən qorxduğu üçün dərhal geri qayıtmış, anası Xəyaləyə bir daha küçəyə çıxmayaçağını bildirmidir. Anası ondan nə baş verməsini soruşduqda anası Xəyaləyə Rövşənin küçədə ona qarşı etdiyi hərəkətləri bildirmişdir. Rövşənin ona qarşı etdiyi hərəkətlərdən qorxduğunu və bezdiyi üçün həmin gün axşam atası Ramin evə gəldikdən sonra atasına məktəbə qorxduğu üçün getməyəcəyini bildirmişdir. Atası da ondan niyə qorxduğunu soruşduqda o, Rövşənin ona qarşı etdiyi hərəkətlər barədə atasına danışmışdır. Bundan sonra anası Xəyalə atası Raminə olanlar barədə bildirmiş və polisə müraciət etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Şahid2, azyaşlı oğlanları Şahid3 və X2 və azyaşlı qızı X7 ilə birlikdə Ağsu rayonun Gürsulu kəndində yaşamaqla Təqsirləndirilən şəxs onunla eyni məhəllədə qonşuluqda yaşamış, ailələrinin Rövşənlə və onun ailəsi ilə münasibətləri hər zaman yaxşı olmuş, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. 2019-cu ilin yay aylarında azyaşlı qızı Səkinənin ağız nahiyyəsinin kənarlarında xırda yaralar əmələ gəldiyini, dodaqlarının şişdiyini görmüş, Səkinədən nə baş verməsini soruşduqda sonuncu ona Rövşən bir neçə gün bundan qabaq Səkinəni yaşadığı evə çağırıb konfet verdiyini və onu qucağında otuzduraraq dodaqlarından opdüyünü demişdir. Bundan sonra o, Rövşəngilin evlərinə gedərək Rövşənlə və sonuncunun qızı Səbinə ilə görüşərək bu barədə bildirmiş, polisə şikayət edəcəyini demişdir. Rövşən və qızı Səbinə ona yalvararaq belə bir halın olmadığını bildirərək, şikayət etməməsini xahiş etmişdir. Bundan sonra Rövşəngilə inanaraq bu barədə heç kimə heç bir söz söyləməmişdir. Təxminən bir həftə sonra Səkinənin narahat gəzməsini müşahidə etmiş və Səkinədən nə baş verməsini soruşduqda sonuncu ona ayaqlarının arasının bişməcə olmasını, ayaqyoluna gedəndə ayaqlarının arasının və arxasının göynədiyini bildirmişdir. Səkinədən niyə belə bir halın olmasını soruşduqda sonuncu yenə də ona Rövşənin Səkinəni evlərinə çağıraraq alt paltarını çıxarıb öz cinsiyyət orqanını qızının cinsiyyət orqanına sürtdüyünü, barmaqlarını cinsiyyət orqanının dəliyinə və arxa anus dəliyinə soxduğunu demişdir. Yenə də Rövşəngilin evlərinə gedərək Rövşənlə görüşüb bu barədə bildirmiş, polisə məlumat verəcəyini demişdir. Rövşən isə ona bir daha belə bir halın olmadığını, Səkinənin yalan danışdığını bildirmişdir. Yenə də şikayət etməmiş, Rövşənin əməllərindən əl çəkəcəyinə inanmış və bu barədə heçkimə heç bir söz söyləməmişdir. Bundan təxminən bir həftə sonra Səkinənin ürəyinin bulandığını, öyüdüyünü, qusduğunu və yenə də ağzının kənarlarının xırda yaraların əmələ gəlməsini görüb yenə də nə baş verməsini soruşmuş və Səkinə ona Rövşənin öz evlərinin qapısının qarşısında öz cinsiyyət üzvünü çıxardaraq qızının ağzına saldığını, cinsiyyət orqanı böyük olduğundan nəfəsi çatmadığı üçün boğulduğunu və sidik iyi gəldiyi üçün iyrəndiyini demişdir. Əri Raminin bu barədə bildikdən sonra Rövşəni öldürəcəyindən qorxaraq heç kimə heç bir söz söyləməmişdir. Bundan xeyli müddət ərzində öz övladlarını küçəyə buraxmamış və daha hər hansı bir halın baş verməsini müşahidə etməmişdir. Lakin, şikayət etməmişdən təxminən üç-dörd gün qabaq Səkinənin çəpərin yanında durmasını və Rövşənin də çəpərin digər tərəfindən onu çağırmasını görmüş, Səkinəni dərhal yanına çağıraraq Rövşənin qızını niyə yanına çağırmasını soruşmuşdur. Səkinə yenə ona Rövşənin əli ilə öz cinsiyyət orqanını ovxalayıb, dili ilə dodaqlarını yalayaraq qızını yanına çağırdığını demişdir. Rövşənin yenə də Səkinəyə qarşı əxlaqsız hərəkətlər edəcəyindən qorxduğu üçün onu nəzarətsiz buraxmamışdır. 11 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində həyətədə işləyən zaman Səkinəyə onun üçün küçədəki arxdan kiçik vedrə ilə su gətirməsini bildirdiyinə görə Səkinə də su gətirməyə getdikdən bir qədər sonra geri qayıtmış və ona bir daha küçəyə çıxmayaçağını bildirmişdir. Səkinədən nə baş verməsini soruşduqda sonuncu ona Rövşənin küçədə dayanaraq yenə də qızına qarşı əli ilə öz cinsiyyət orqanını ovxalaması və dili ilə dodaqlarını yalaması hərəkətlərini etdiyini bildirmişdir. Bundan sonra daha da qorxmuş və Səkinəni bir daha küçəyə göndərməmişdir. Həmin gün axşam əri Ramin evə gəldikdən sonra Səkinə atası Raminə məktəbə qorxduğu üçün getməyəcəyini bildirmiş, Ramin də Səkinədən niyə qorxduğunu soruşduqda sonuncu Rövşənin etdiyi hərəkətləri Raminə danışmışdır. Bundan sonra Raminə bu barədə bildirmiş və bundan sonra polisə müraciət etmişlər. Rövşənə ərə getmək istəməyi barədə, əri Raminlə dolan bilməməsi barədə heç bir söz deməmişdir. Rövşənin qızı Səbinənin toyunda iştirak etmiş, orada uşaqları ilə birlikdə şəkil də çəkdirərək iynamışdır. Bütün bunları əri Raminin hadisəni bilməməsi və Rövşəni öldürməsindən qorxaraq etmişdir. Həmçinin Rövşənin öz hərəkətlərindən əl çəkəcəyini fikirləşdiyinə görə belə bir hərəkət etmişdir. Öz hərəkətlərindən əl çəkmədiyi üçün Rövşənin onun barəsində şikayət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 11 sentyabr 2020-ci il tarixdə saat 1330 radələrində evə gəldikdən sonra qızı Səkinə ona qorxduğu üçün məktəbə getməyəcəyini bildirmiş, o da Səkinədən niyə qorxduğunu soruşduqda sonuncu ona Rövşənin qızına qarşı etdiyi hərəkətləri ona danışmışdır. Bundan sonra yoldaşı Xəyalə də ona bu barədə bildirmiş və bundan əsəbiləşərək Rövşənin evinə getmişdir. Rövşənin yaşadığı evə gedərək sonuncunu çölə çağırmış, Rövşən çölə çıxdıqdan sonra Rövşənin yaxasından tutmuşdur. Səkinənin ona söylədiklərini Rövşənə söyləmiş, Rövşən isə ona bu barədə heç kimə bildirməməyi, özünü biabır edəcəyini, gələcəkdə qızı Səkinəni heç kimin almayacağını, kənddə ona heç kimin inanmayacağını bildirmişdir. Rövşənlə xeyli mübahisə etmiş və Rövşən də onu razı sala bilməyərək qaçıb evinə getmişdir. Bundan sonra DİN-in 102 xidmətinə zəng edərək münaqişə barədə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin yay aylarında yaşadığı kənddə evlərinin qarşısındakı küçədə bacısı Səkinə və qardaşı Ağaşamil ilə oynadığı vaxtlarda bir necə dəfə qonşuları Rövşən onları bir yerdə görərək bacısı Səkinəni yaşadığı evin darvazasından içəri salmışdır. Rövşənin bacısı Səkinəni yaşadığı evin darvazasından içəri saldığını gördüyü üçün öz tövlələrinin yanından baxanda Rövşən öz cinsiyyət orqanını çıxarıb baçısının ağzına saldığını görmüş, bunu gördükdən sonra Rövşən heç bir hərəkət etməmişdir. Rövşən onun bacısı Səkinəyə etdiyi hərəkəti gördüyünü hiss etdiyi üçün onu çağırıb hədələyərək, başqa şəxsə desə başına oyun açacağı ilə hədələmişdir. Gördüklərini heç kimə deməmiş, bir neçə dəfə də Rövşənin Səkinəni yaşadığı evinin darvazasından içəri saldığını və özü ilə aparmasını görmüşdür. Lakin, daha sonra o, Rövşənin Səkinəyə qarşı nə kimi hərəkətlər etməsini görməmişdir. Rövşəndən qorxduğu üçün, Rövşənin Səkinəyə qarşı etdiyi hərəkətləri, heç kimə bildirib deməmişdir. Sonradan isə anası X12rşı etdiyi hərəkətləri barədə şikayət etdikdən sonra, o da anası Xəyaləyə və atası X13rşı etdiyi hərəkətlər barədə demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Rövşən İsgəndərob onun atası olmaqla anaları vəfat etdikdən sonra onlara səkkiz il baxmış, atası heç vaxt Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlərə yol verməmişdir. 2020-ci ilin yanvar ayının əvvələrində Xəyalə onun yaşadığı evə gələrək atası Rövşənlə normal şəkildə qızı Səkinəyə baba kimi münasibət göstərdiyini, lakin qızının heç kəsdən, hətta atasında belə bir qayğını görmədiyini və bu münasibətin qızına tanış olmadığına görə bu münasibətdən narahat olduğunu, ona görə də qızına bununla bağlı məlumat verdiyini demişdir. Xəyaləyə Səkinənin atasının nəvəsi yaşında olduğunu və ancaq nəvə kimi yanaşdığını demişdir. Atası Rövşən də onun sözlərini təsdiqlədikdən sonra Xəyalə bunu özü də bildiyini və qızının heç bir şübhəli hərəkətlərinə şahidi olmadığını və qızını bununla bağlı başa salacağını deyib getmişdir. Xəyalə heç vaxt onlara atası Rövşənin Səkinəyə qarşı əxlaqsız hərəkətlər etməsi barədə heç bir söz deməmiş, əksinə hətta onun bacısının toyunda da iştirak edib toyda oynamışdır. Xəyalə atasına şər ataraq qızı Səkinəni də atasına qarşı öyrətmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid6 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizanın 13.09.2020-ci il tarixli 315 saylı rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Azyaşlı Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır və qızlıq pərdəsinin anatomik qurluşu Zərərçəkmiş şəxs ilə qızlıq pərdəsinin tamlığını pozmadan cinsi əlaqədə olmağa imkan vermir. Azyaşlı Zərərçəkmiş şəxs arxa keçəçəyində onunla dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olma əlamətləri-yəni adət şəkilini almış passiv pederastiyanın əlamətləri aşkar edilmədi. Vət. Zərərçəkmiş şəxs anal dəlik ətrafındakı şüavari büküşlərin hamarlaşması və azacıq kobudlaşması və anal dəliyi sıxan əzələnin (sfinktorun) bir qədər boşalması bu fikrə gəlməyə imkan verir ki, az yaşlı Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Azyaşlı Zərərçəkmiş şəxs arxa keçəcəyindən götürülmüş tamponlu yaxmada spermatozoidlərin olub-olmaması Birliyn RHŞ-i Məhkəmə-tibbi biologiya şöbəsinin müayinə rəyi alındıqdan sonra bilinəcəkdir. Vət. Zərərçəkmiş şəxs keçmişdə və hal-hazırda müxtəlif mədə-bağırsaq xəstəlikləri-xüsusən sistematik qəbizlik, ishal və sair keçirməsini dəqiqləşdirmək üçün yaşadığı əraziyə uyğun xidməti tibbi mərkəzlərindən tibbi arayışın ekspertizaya təqdim olunması zəruridir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə psixiatrik-psixoloji ekspertizasının 08.10.2020-ci il tarixli 2009 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarşı göstərilən cinayət əməli törədildiyi zaman və ona qədər hər hansı psixi xəstəlikdən və kəmağıllıdan əziyyət çəkməmişdir. Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəlik və kəmağıllılıq aşkar olunmur. Zərərçəkmiş şəxs iş üçün əhəmiyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs ünsiyətçilik, tez inanmaq, özünü müdafiə etməkdə çətinlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs təlqinə qapılmağa, özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Zərərçəkmiş şəxs əqli inkşafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri qeydə alınmadı. Zərərçəkmiş şəxs psixi yaş və intelektual inkşafı normaya uyğundur. Lakin o, azyaşı olduğundan ona qarşı edilən hərəkətlər zamanı müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks ambulator məhkəmə psixatrik və psixoloji ekspertizasının 08.10.2020-ci il tarixli 2012 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törədərkən öz əməlini ölcüb-biçmək və idarə etmək imkanına malik olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əvvələr hər hansı psixi xəstəlik qed olunmamışdır. R.A. İsgəndərov hal-hazırda da, hər-hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs təlqinə qapılmağa,başqalarının təsiri altında hərəkət etmyə meyillilik əlamətləri müşahidə edilmədi. Özünü psixoloji müdafiə etməyə meyillilik, özü haqqında yüksək fikirlərə malik olmaq, ünsiyyətçilik və s. kimi fərdipsixi xüsusiyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı və hadisədən sonra psixiemosional halında iş üçün əhəmiiyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs əqli inkşafında gerilik əlamətləri qeydə alınmadı. Təqsirləndirilən şəxs psixi inkşafı nəzərə alınmaqla o, yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışın mümkün nəticələrini görə bilmək qabiliyyətindədir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 07.11.2020-ci il tariixli 369 saylı rəyindən görünür ki, 1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvüləri nahiyyəsində cinsi əlaqəyə mane ola biləcək amillər-yəni yırtıqlar və cinsi alətin kobud çapıqları aşkar edilmədi. R.A İsgəndərov halhazırda cinsi əlaqədə olmağa qadirdi. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Ağsu «Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsin 23.11.2020-ci il tarixli 2319 saylı məktubundan görünür ki, Ağsu rayon Gürsulu kənd sakini, 2012-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs «Anadangəlmə sol bazu kələfinin doğuş travması, səbəbli pleksopatiyası, sol qolun parezi» diaqnozu ilə xəstədir və xəstəliyi ilə əlaqədar olaraq «Axsu RMX» PHŞ-də dispanser qeydiyyatdadır. Mədə bağırsaq və digər xəstəliklərlə əlaqədar« Ağsu RMX» PHŞ-nə müraciət etməmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 13 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağsu rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 15 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Ağsu rayon İcra Hakimiyyəti Başçısının Xanbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl CM-in 150.3.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş üzrə zərərçəkmiş, 8 yaşlı azyaşlı Zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəmədə baş vermiş hadisə haqqında (onun təxəyyülünün məhsulu olması istisna edilir), təfsilatlı və ardıcıl ifadələr verməsi onu göstərir ki, Zərərçəkmiş şəxs baş verənlərdən artıq heç nəyi danışmır və özündən uydurmur. Əgər elə olmuş olsaydı, o, hadisələr baş verən günü olanları danışarkən (həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı) ardıcıllıqda hər hansı yanlışlıqlara yol verərdi. Əksinə Zərərçəkmiş şəxs ibtidai istintaqın ilkin mərhələsindən eyni məzmunlu ardıcıl ifadələr vermiş və baş verən hadisələri, ona qarşı edilən hərəkətləri ətraflı şəkildə təsvir etmişdir. Həmçinin onun təsvir etdiyi hadisə iş üzrə təyin edilmiş və yuxarıda tədqiq edilmiş məhkmətə tibbi ekpertizasının rəyi ilə də uyğunluq təşkil etmişdir. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, mövcud milli mentalitet qaydaları çərçivəsində, uzun illər ərzində formalaşan adət-ənənələrin fonunda böyüyən, bütün əxlaq normalarını yaxşı bilən və dərk edən azərbaycan qadını tərəfindən, hələ də azyaşlı qız övladını böyüdən ana tərəfindən öz övladının adının belə bir bədnam hadisədə yalandan hallandırılması ağlabatan deyil. Məhkəmə bu hissədə də təqsirləndirilən şəxsin zərərçəkmiş Zərərçəkmiş şəxs anası Şahid1 öz ərini ataraq onunla yaşamaq istəməsini təklif etməsi və bundan imtina etdiyinə görə ondan qisas alaraq öz azyaşlı qızını ona qarşı öyrətməsi kimi dəlillərini də inandırıcı hesab etmir. Beləliklə, Təqsirləndirilən şəxs zərəçəkmiş Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməməsi, sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamasına dair ifadəsində göstərdiklərini məhkəmə məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmənin belə qənaətə gəlməsinə, zərərçəkmiş və şahid ifadələri, məhkəmə-tibb, məhkəmə psixoloji ekspertizasının rəyləri və iş materiallarında olan digər sübutlar əsas verir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yaşayış yeri üzrə müsbət səciyyələndirilməsidir. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 150.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, cəzaçəkmənin əvvəli şübhəli şəxs kimi tutulduğu 13 sentyabr 2020-ci il tarixdən hesablanmalı, CM-in 56.1.3-cü maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə ediləsi əmlak yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 13 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar