Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-113/2022 07.06.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Əliyev Rafail Əyyub oğlu, Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Ağdaş rayonu Qarağan Sədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdaş rayonu Qarağan Sədi kəndində qeydiyyatda olan və yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 19:30 radələrində alkoqol sərxoş vəziyyətdə Qəbələ rayonu Zarağan kəndində Şahid2 evinin qarşısında magistral yolun kənarında az öncə onunla birlikdə Şahid2 həyətində təşkil edilmiş toy şənliyində iştirak etmiş və alkoqol sərxoş vəziyyətdə olan dayısı Şahid3 ilə həmin kəndin sakini Zərərçəkmiş şəxs2 arasında sonuncunun tanışı Şahid1 Şahid3 səbəbsiz olaraq təpiklə vurub fiziki zor tətbiq etdiyinə görə Zərərçəkmiş şəxs2 Şahid3 haqlı iradını bildirərkən yaranmış mübahisə zamanı onların bir-birinə qarşı yaxalaşaraq və dartışaraq fiziki zor tətbiq etdiyini görüb, onları ayırmaq üçün hər hansı bir səy göstərmədən, eləcə də Zərərçəkmiş şəxs2 tərəfindən ona və digər şəxslərə qarşı hər hansı bir əxlaqa və ya hüquqa zidd davranışa yol verilmədiyi halda öz təşəbbüsü ilə hər hansı bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik və laqeydlik ifadə edərək, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, vətəndaşlar üzərində silah qismində istifadə etdiyi əşyadan istifadə edərək zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə, yəni, Zərərçəkmiş şəxs2 onun dayısı Şahid3la mübahisə etdiyini cüzi səbəb kimi bəhanə gətirib, xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi və silah qismində istifadə etdiyi məişət təyinatlı bıçaqla əvvəlcə Zərərçəkmiş şəxs2 bədəninin kürək nahiyyəsinə 4 dəfə, sol qol nahiyyəsinə isə iki dəfə bıçaq zərbəsi vuraraq, ona döş qəfəsinin arxa səthində sağ kürək xətt üzrə 4-cü və 6-cı qabırğa arası sahədə iki ədəd, sol onurğa kənarı xətt üzrə 7-ci qabırğa səviyyəsində bir ədəd, sol arxa qoltuqaltı xətt üzrə 6cı və 7-ci qabırğa arası hissədə bir ədəd, sol bazunun bayır yuxarı və orta 1/3-də iki ədəd, ümumilikdə isə altı ədəd deşilmiş-kəsilmiş yaraları, onlardan döş qəfəsinin sağ və sol tərəfində pnevmahemotoroksla müşayət olunan döş boşluğuna nüfuz edən deşilmişkəsilmiş yaraları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa Ağır zərər vuran xəsarət yetirmiş, eyni zamanda bu cür qanunsuz və qərəzli hərəkətlərini davam etdirərək həmin vaxt Şahid3 ilə Zərərçəkmiş şəxs2 arasındakı mübahisəni sakitləşdirməyə çalışaraq ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə, Zarağan kənd sakini Zərərçəkmiş şəxs1 da hər hansı səbəb olmadan həmin bıçaqla sol qoluna bir bir dəfə vuraraq müqavimət göstərib ona sol dirsək oynağının arxa səthinin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa Yüngül zərər vuran bədən xəsarəti yetirmiş, bununla da o, Zərərçəkmiş şəxs2 qarşı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini və Zərərçəkmiş şəxs1 münasibətdə isə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə qarşı silah qismində istifadə etdiyi əşyadan istifadə etməklə müqavimət göstərərək xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən, yəni CM-nin 126.1 və 128-ci maddələri ilə təqsirli bilərək göstərmişdir ki, Ağdaş rayonu Qarağan Sədi kəndində yaşayır. 2021-ci ilin oktyabr ayının əvvəlində yaşadığı Ağdaş rayonundan Qəbələ rayon Zarağan kəndində yaşayan dayısı Şahid3gilə qonaq gəlmişdir. xx.xx.2021-ci il tarixdə Zarağan kəndində dayısı Qalibin həmkəndlisi Şahid2 oğlu Məmmədin toy mərəsimi olduğu üçün Məzahirin həyətində toy şənliyi təşkil olunmuşdur. Dayısı Qalib toy məclisinə dəvət aldığı üçün nahar vaxtı saat 13 radələrində toy məclisinə getmiş, o, isə xalası oğlu Valehlə Qəbələ rayon Zarağan kəndindəki dayısı Orxana məxsus “Uşaq aləmi” adlanan mağazada özlərinə pivə alıb ikisinə pivə içmişdir. Saat təxminən 18 radələrində dayısı Şahid3 mağazaya gəlib birlikdə Məzahirin oğlu Məmmədin toy mərasiminə gedərək toya baxmağı təklif etmişdir. Belə olub dayısı Qaliblə birlikdə Məzahirin həyətinə toy mərasiminə getmişlər. Toy həyətinə daxil olduqdan sonra Qalib ilə bir stolda əyləşib pivə içə-içə toya baxırmışdır.Toy məclisinin gedişatında dayısı Qalib rəqs etmək üçün mahnı sifariş etməklə toyda oynamağa başlamışlar. Toyda bir neçə mahnıya rəqs etdikdən sonra bəy tərifi başladığı üçün toy sahibləri Qalibdən mağardan çıxmaqlarını xahiş etdilkləri üçün saat təxminən 19 radələrində Qalib ilə toydan çıxıb evə getmək qərarına gəlmişlər. Bu məqsədlə Qaliblə birlikdə toy həyətindən çıxıb piyada asvalt yolun kənarına kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin yaxınlığına Şahid2 məxsus həyətin qarşısına gəlmişlər. Dayısı Qalib içkili olduğu üçün onu evə aparmağa çalışmışdır. Özü qabaqda, Qalib isə arxada gəldiyi vaxt, bir də arxaya çevirilib baxdıqda dayısı Qalibin gəlmədiyini və onunla bir neçə nəfər şəxs arasında mübahisə getdiyini görərək onlara yaxınlaşıb istəmişdir ki, onları ayıraraq sakitləşdirsin. Lakin bunu bacara bilmədiyi üçün Şahid2 həyətinə qaçıb daxil olaraq stolun üzərində olan meyvə doğrmaq üçün nəzərdə tutulmuş bıçağı götürüb dava-dalaş yerinə gələrək həmin bıçaqla Zərərçəkmiş şəxs2 bədəninə ardıcıl bir neçə, Zərərçəkmiş şəxs1 isə sol qoluna bir bıçaq zərbəsi vurmuşdur. Vurduğu zərbələrin təsirindən Vüsalın və Vüqarın bədənindən qan axaraq əyinlərindəki geyim əşyalarının qana bulaşdığını görüb oradan qaçaraq dayısı Qalibin həyətinə gəlmişdir. Az sonra digər dayısı Hamlet ona zəng vuraraq onu polisin axtardığını, buna görə Qəbələ Rayon Polis Şöbəsinə getməsini bildirmişdir. Belə olub bir neçə nəfər polis əməkdaşı ilə birgə Qəbələ Rayon Polis Şöbəsinə gəlib törətmiş olduğu hadisəni etiraf etmişdir. O, dayısını qorumaq üçün zərərçəkmiş şəxslərə xəsarət yetirmişdir. Ona görə də özünü CMnin 126.1 və 128-ci maddələri ilə təqsirli bilir, məhkəmədən zərərçəkmiş şəxslərlə barışmasını, gənc olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, Qəbələ rayon Zarağan kəndində yaşayır. xx.xx.2021-ci il tarixdə Oğuz rayon sakini tanışı İlkinin toyu olduğu üçün həmin toy məclisinə dəvət aldığından yaşadığı Qəbələ rayon Zarağan kəndindən Oğuz rayonuna toy məclisinə getmişdir. İlkinin toyunda bir neçə saat ərzində iştirak edib yeyib içdikdən sonra axşam saat təxminən 18:30 radələrində qayıdaraq yaşadığı Zarağan kəndinə gəlmişdir. Həmin günü eyni zamanda həmkəndlisi Şahid2 oğlu Məmmədin toyu olduğu üçün saat təxminən 19 radələrində dostu Pərviz ilə birlikdə toya baxmaq üçün Məzahirin həyətinə getmişlər. Bir müddət toyda qaldıqdan sonra Qəbələ şəhərinə getmək üçün toy həyətindən çıxmışdır. Toy həyətindən çıxıb magistral yola tərəf gələrkən kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin yaxınlığında yolda həmkəndlisi Vüqar Mənsimlinin axsaya-axsaya onun arxasınca isə Şahid3 və Təqsirləndirilən şəxs gəldiklərini görmüşdür. Vüqardan nə məsələ olduğunu soruşduqda Vüqar Qalibi göstərib “Bu şərəfsiz” mənim ayağıma təpiklə vurub xəsarət yetiribdir sözlərini bildirmişdir. Vüqarın ayağında əvvəlcədən narahtçılıq olduğunu bildirməklə Qalibə onu nahaq yerə vurduğuna görə iradını bildirib ondan uzaq durmasını demişdir. Bundan sonra Qalib sərxoş olduğu üçün üzərinə gələrək onunla mübahisə etməyə başlamışdır. Qalib əli ilə yaxasından tutub istəmiş ki, ona badalax vurub yerə yıxsın, lakin, bunu bacara bilmədiyindən Qalibə güc tətbiq edərək hər ikisi yaxalaşmaqla yerə yıxılmışlar. Yerə yıxıldıqdan sonra əli ilə Qalibin sinəsindən tutub ona “səni vuraram heyifki sənin qohumun Valeh ilə dostam məndən əl çək” sözlərini deyib Qalibi buraxıb yerdən ayağa qalxmaqla magistral yolun kənarına gəlmiş ki, oradan avtomobillərin birinə minib Qəbələ şəhərinə getsin. Lakin, Qalib ondan uzaq durmayaraq yenidən onu yanına çığırmışdır. Qalibə yaxınlaşıb ondan nə istədiyini soruşmuşdur. Qalib ilə ayaq üstə dayanıb üz-üzə söhbət edərkən Təqsirləndirilən şəxs Qalibdən sağ tərəfdə ondan isə solda tərəfdə dayanmışdır. Qalib ilə söhbətin davamında Təqsirləndirilən şəxs onun arxa tərəfinə keçmişdir. Qaliblə bir-biri ilə tutub dartışaraq Qalibə “məni burax” sözünü dediyi üçün həmin vaxtı yol ilə keçib gedən onun səsini eşidən həmkəndlisi Zərərçəkmiş şəxs1 onlara yaxınlaşaraq mübahisə etdiklərini görüb ayırmaq üçün araya girməklə onu tutub kənara çəkmək istədikdə bu vaxt Kənan ona “Vüsal bəsdir” sözünü deyib arxadan gələrək onun kürək nahiyyəsinə ardıcıl bir neçə bıçaq zərbəsi vurduğunu hiss etmişdir. Həmin vaxtı Kənan Vüqara da bir bıçaq zərbəsi vurduğu üçün Vüqar kənara tərəf aralaşmışdır. Həmin vaxtı Vüqara müraciət edərək “Vüqar mən də bıçaqlanmışam” deyib irəliyə tərəf hərəkət edib yerə uzanıb ayaqlarını irəliyə tərəf verib özünü müdafiə etməyə başlamış ki, Kənan onu yenidən vuracağı təqdirdə təpiklə onu vursun. Lakin Kənan onun üzərinə gəlməyərək əvvəl özü, ardınca isə dayısı Qalib oradan çıxıb getmişlər. Sonra Vüqarın qardaşı Ərzumana, eləcə də 103 təcili Tibbi yardımına zəng vuraraq hadisə barədə məlumat vermişdir. Az keçmiş oraya Vüqarın qardaşı Ərzuman və 103 təcili Tibbi yardım avtomobili gəlmiş və həmin günü almış olduğu xəsarətlə bağlı Qəbələ rayon X6 müraciət edərək orada həkimlər tərəfindən əməliyyat olunmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxs tərəfindən onun bütün xəstəxana xərcləri çəkilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən bu halların nəzərə alınmasını və təqsirləndirilən şəxs barəsində yünügl cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Qəbələ rayon Nic qəsəbəsi ərazisindəki bazara gedərək orada ertəsi gün kartof satmaq üçün Ford Transit yük markalı ** BF *** dövlət nömrə nişanlı avtomobilini bazar ərazisində saxlayıb özü üçün yeyib-içdikdən sonra saat təxminən 19 radələrində oradan evlərinə gəlmək üçün yoldan keçən tanımadığı avtomobillərin birinə minərək yaşadığı Qəbələ rayon Zarağan kəndinin mərkəzinə gəlib düşmüşdür. Bundan sonra piyada tək yaşadığı evə tərəf gedərkən Zarağan kənd İzibati Ərazi X3rşısında yolun sağ kənarında üzü Qəbələ şəhəri istiqamətinə doğru “Məni burax” sözünü eşidərək həmin səsin həmkəndlisi Zərərçəkmiş şəxs2 aid olduğunu və onun kiminləsə mübahisə etdiyini görüb həmin yerə yaxınlaşmışdır. Oraya yaxınlaşdıqda həmkəndlisi Zərərçəkmiş şəxs2 ilə digər həmkəndlisi Şahid3 ayaq üstə bir-birilərindən tutub dartışaraq fiziki zor tətbiq etməklə mübahisə etdiklərini, Qalibin bacısı oğlu Təqsirləndirilən şəxs Vüsalın arxasında dayandığını, digər həmkəndlisi Şahid1 isə 10-15 metr kənarda yerdə oturduğunu görmüşdür. Vüsal ilə Qalibin mübahisə etdiklərini görüb onların arasına girərək Vüsalı tutub Qalibdən kənara çəkmək istədikdə həmin vaxt Qalibin bacısı oğlu Təqsirləndirilən şəxs kənardan gəlib heç bir söz demədən sol qoluna bir bıçaq zərbəsi vurduğu üçün bıçaq qoluna daxil olaraq qolunda ağrı hiss edib kənara, Şahid1 tərəfə gedərək onun yanında yerdə oturmuşdur. Eyni vaxta Zərərçəkmiş şəxs2 “Vüqar mən də bıçaqlanmışam” sözünü deməsini eşitmişdir. Qolundan qan axdığı üçün Şahid3 əynindəki maykanı çıxarıb cıraraq onun qolunu bağlayıb Təqsirləndirilən şəxs ilə oradan qaçıb getmişlər. Qolundan qan çox axdığı üçün Şahid1 də əynindəki maykanı çaxarırıb cırmaqla qolunu bağlamışdır. Bundan sonra özündən getmiş, baş verənlərdən heç bir xəbəri və məlumatı olmamışdır. Ayılanda Qəbələ rayon X4 həkimlərin ona ilk tibbi yardım göstərdiklərini görmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxs tərəfindən onun bütün xəstəxana xərcləri çəkilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən bu halların nəzərə alınmasını və təqsirləndirilən şəxs barəsində yünügl cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə yaşadığı Qəbələ rayon Zarağan kəndində həmkəndlisi Şahid2 oğlunun toy məclisi olmuşdur. Həmin toya dəvət aldığı üçün saat 13 radələrində toy məclisinə getmişdir. Toy məclisində iştirak edib orada yeyib içməklə təxminən 1 saat iştirak etdikdən sonra şəxsi işi ilə əlaqədar saat təxminən 14 radələrində toydan çıxıb yaşadığı evə gəlmişdir. Saat təxminən 18 radələrində Ağdaş rayonundan onlara qonaq gəlmiş bacısı oğlu Təqsirləndirilən şəxsla ikisi birlikdə Şahid2 həyətinə toya baxmağa getmişlər. Toy həyətinə getdikdən sonra rəqs etmək üçün mahnı sifariş verərək Kənan ilə oynamağa başlamışdır. Toyda bir neçə mahnıya oynadıqdan sonra bəy tərifi başladığı üçün toy sahibləri ondan xahiş etmişlər ki, toydan çıxsın. Əvvəl fikirləşmiş ki 1-2 mahnıya oynayıb sonra çıxsın, lakin kiminləsə mübahisəsi və davası düşər deyə Kənan ilə mağardan çıxmışlar. Toy həyətindən təxminən 15-20 metr irəliyə gələrək asvalt yola çatmağa az məsafə qalmış kəndin Ərazi İcra Nümayəndəliyinin yaxılınlığında təxminən bir neçə nəfər şəxs ilə qarşılaşmışdır. Həmin şəxslərdən X10 toy məclisində Ağdaş mahnısı sifariş edib oynamasının səbəbini soruşaraq ona “mən sənə əvvəl Qalib əmi deyərək müraciət edirdim bu gündən sonra sənə Qalib deyəcəm” sözlərini bildirmişdir. Bu məsələyə görə onunla mübahisəsi baş verərək Vüqarı təpiyi ilə vurmuş və zərbədən o, yerə yıxılmışdır. Bundan sonra Vüqarın yanında olan Vüsal ona yaxınlaşaraq Vüqarı nəyə görə vurduğunu dedikdə aralarında dava-dalaş baş vermişdir. O, Vüsala, eləcə də Vüsal ona qarşı fiziki zor tətbiq etməklə yerə yıxılmışlar. Həmin vaxtı orada olan həmkəndliləri Zərərçəkmiş şəxs1, Rəvan İsmayılov, Cəbrayıl İsmayılzadə və Hicranın oğlu Sahib üzərinə düşərək onu döyməyə başlamışlar. Bundan sonra hadisəni görən və orada olan bacısı oğlu Təqsirləndirilən şəxs mübahisəyə müdaxilə etmiş, bu zaman Vüsalın “Kənan məni bıçaqla vurdu” sözünü dediyini eşitmiş, Zərərçəkmiş şəxs1 isə sol qolunu qanamış vəziyyətdə görmüşdür. Bundan sonra Kənan ilə birlikdə yaşadığı evə gəlmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə qonşusu Şahid2 oğlu Məmmədin toy məclisi olmuşdur. Toy məclisində iştirak edib yeyib içdikdən sonra məclisdən çıxıb kənarda toya baxmışdır. Toy məclisinin gedişatında həmkəndlisi Şahid3 və bacısı oğlu Təqsirləndirilən şəxs toyda mahnı sifariş verərək bir neçə mahnıya oynadıqdan sonra bəy tərifinin vaxtı çatdığı üçün toy sahibləri Qalibi və Kənanı mağardan çıxarmışlar. Qalib sərxoş olduğundan bu məsələyə narazı olmuş, Qalib həmkəndlisi olduğundan və toy məclisində mübahisə və ya dava-dalaş baş verməsin deyə Qalibi sakitləşdirərək toy həyətindən çıxartmışdır ki, evlərinə getsin. Qalib, bacısı oğlu Kənan və o, birlikdə magistral yolun kənarına gəlmişlər. Qalib sərxoş olduğu üçün onunla yersiz zarafatlar edərək ünvanına “qoduq, küçük” sözlərini deməklə təhqir etdiyi üçün Qalibdən ona elə sözləri deməməsini xahiş etmişdir. Lakin Qalib təkrar həmin sözləri ona dediyi üçün Qalibə əsəbləşdiyini, ona elə sözlər deməməsini bildirmişdir. Qalib ona “əsəbləşib nə edəcəksənki” dedikdə Qalibə “sənə əvvəl Qalib dayı deyə müraciət edirdim bu gündən sonra sənə Qalib deyə müraciət edəcəm” sözlərini bildirmişdir. Bu zaman Qalib üzərinə gələrək iki əli ilə yaxasından tutub sonra sinə nahiyyəsinə iki yumuruğu ilə vurduğu üçün Qalibə bir yumuruq zərbəsi atmış və yumuruğu Qalibin sifət nahiyyəsinə dəymişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs onu tutub kənara çəkərkən Qalib ona tərəf təpik atmış və təpik onun sol ayağına dəymişdir. Zərbənin təsirindən ağradığı üçün yerdə oturaraq Qalibə onu vurmasın deyə yalvarmağa başlamışdır. Həmin vaxtı digər həmkəndlisi Zərərçəkmiş şəxs2 toy həyətindən çıxaraq piyada gedərkən mübahisəni görüb onlara yaxınlaşmışdır. Vüsal ondan nə baş verdiyini soruşarkən Qalibin onu döydüyünü bildirmişdir. Buna görə Vüsal Qalibə yaxınlaşaraq ona iradını bildirmişdir. Bundan sonra Qalib onunla mübahisəni dayandırıb Zərərçəkmiş şəxs2 ilə mübahisə etməyə başlamışdır. Mübahisədən sonra Vüsal Qalibdən kənarlaşaraq asvalt yolun kənarına tərəf getmişdir. Bundan sonra Qalib yenidən Vüsalı yanına çağıraraq yenidən bir-biri ilə mübahisə etməyə başlamışlar. Bir vaxtı Zərərçəkmiş şəxs2 yerə yıxılmış vəziyyətdə “Vüqar məni bıçaqladılar” deyərək qışqırdığını eşitmişdir. Digər həmkəndlisi Zərərçəkmiş şəxs1 isə sol qolunu qanamış vəziyyətdə əli ilə tutub ona yaxınlaşdığını görüb ondan nə baş verdiyini soruşarkən Təqsirləndirilən şəxs onu bıçaqla vurduğunu bildirmişdir. Vüqarın qolundan qan axdığını görərək əynindəki maykanı çıxarıb Vüqarın qoluna bağlamışdır. Sonra Vüsal onlara tərəf gəlib Kənanın ona bir neçə bıçaq zərbəsi vurduğunu demişdir. Vüsalın əynindəki gödəkcəni çıxarıdıqda gödəkcədə 3 ədəd bıçağa xas deşiklər olduğunu, Vüsalın bədəninin isə qana bulaşdığını görmüşdür. Qalib və Kənan isə oradan qaçıb getmişlər. Sonradan oraya Vüqarın qardaşı Ərzuman gələrək Vüqarın və Vüsalın bıçaqlanaraq xəsarət aldıqlarını görüb X12 zəng etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə axşam saatlarında qardaşı Zərərçəkmiş şəxs1 Qəbələ rayon Nic qəsəbəsindən gəldiyindən yaşadıqları evə getmək üçün Zarağan kəndi ərazisində onu gözləyirmiş, təxminən saat 19:40 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs2 ona zəng edərək qardaşı Zərərçəkmiş şəxs1 həmkəndlisi Şahid2 evinin qarşısında magistral yolun üzü Qəbələ şəhəri istiqamətinə doğru sağ kənarında bıçaqlandığını bildirmişdir. Zərərçəkmiş şəxs2 dediyi yer ilə onun olduğu yer arasındakı məsafə təxminən 200-300 metr məsafə olduğundan, dərhal olduğu yerdən hadisə yerinə gəlmişdir. Hadisə yerinə çatdıqda qardaşı Vüqarın yerdə yıxılmış vəziyyətdə özündən gedərək sol qolu qanamış vəziyyətdə, həmkəndlisi Şahid1 ayaq üstə qardaşı Vüqarın başının üzərində dayandığını, Zərərçəkmiş şəxs2 isə kənarda üst başı qanlı vəziyyədə dayandığını görmüşdür. Zərərçəkmiş şəxs2 nə baş verdiyini soruşarkən Vüsal ona az öncə həmkəndliləri Şahid3 Vüsal Məsimliyə fiziki zor tətbiq etməklə onu döydüyü üçün Qalibə buna görə iradını bilirərkən aralarında yaranmış mübahisə zamanı mübahisənin sonunda Qalib Alıcanovun bacısı oğlu Ağdaş rayon sakini Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandıqlarını bildirmişdir. Qardaşı Zərərçəkmiş şəxs1 hadisə yerinə çağrılmış təcili tibbi yardım avtomobilinə qoyaraq Qəbələ rayon X6 aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə həyətində oğlu Məmməd Əlizadənin toy məclisi təşkil olunmuş, toy məclisinə yaxın və uzaq qohumları eləcə də kənd camaatının bəzilərini dəvət etmiş, toy məclisi saat 13 radələri üçün nəzərdə tutulmuş və axşam saat 20 radələrində sona çatmışdır. Toy məclisinə həmkəndliləri Qalib Alıcanov və Şahid1 dəvət etdiyi üçün onlar toy məclisində iştirak etmiş, lakin Qalibin bacısı oğlu Ağdaş rayon sakini Təqsirləndirilən şəxs, eləcə də digər həmkəndliləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 toy məclisinə dəvət etməmiş və onların toy məclisində olduqlarından xəbəri və məlumatı olmamışdır. Toy məclisi axşam saat 20 radələrində sona çatdıqdan sonra həyətindən yol tərəfdə təxminən 35-40 metr uzaqlıqda Zarağan-Ağdaş magistral yolunun kənarında kəndin Ərazi dairəsi üzrə nümayəndəliyinin yaxınlığında bıçaqlaşma hadisəsi baş verdiyini bilmiş, lakin kim-kimi bıçaqla vurduğunu bilməmişdir. Ertəsi gün eşitmiş ki, həmkəndlisi Qalib Alıcanov digər həmkəndlisi Şahid1 arasında mübahisə baş vermiş, həmin mübahisənin davamı olaraq Qalibin bacısı oğlu Kənan digər həmkəndliləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bıçaqla vuraraq onlara bədən xəsarəti yetirmişdir. Cinayət işinin materiallarında olan Qəbələ rayon X5 xx.xx.2021-ci il tarixli məlumatından görünür ki, Qəbələ rayon Zarağan kənd sakinləri 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 qol nahiyyəsinin kəsilmiş-cırılmış yarası və 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 isə kürək nahiyyəsində çoxsaylı bıçaq yarası xəsarətləri ilə xəstəxanaya müraciət etmişdir (cild 01, iş vər. 6). Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bıçaqla vuraraq xəsarət yetirdiyi hadisə yerinə baxış keçirilmişdir. Hadisənin Zarağan kəndi ərazisində Zarağan-Ağdaş magistral yolunun üzü Qəbələ şəhəri istiqamətinə doğru yolun sağ kənarında kəndin İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin yaxınlığında baş verdiyi müəyyən edilmişdir. Baxış zamanı hadisə yerində qana bənzər ləkələr aşkar edilmiş, həmin ləkələr qablaşdırılıb götürülmüşdür. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı bir sübut növü, dəlil aşkar edilməmişdir. Baxış zamanı baxış protokolu tərtib olunmuş və fotoşəkilləri çəkilərək həmin fotoşəkillərin isə əksləri çıxarılmaqla protokola əlavə edilmişdir (cild 01, iş vər. 18-31). Cinayət işinin materiallarında olan “Götürmə haqqında” protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus geyim əşyaları götürülmüş və həmin geyim əşyalarına baxış keçirilməklə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında baş verən mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 bıçaqla vuraraq xəsarət yetirdiyi anda Zərərçəkmiş şəxs2 əynində olmuş üzərində qırımızı rəngli qana bənzər ləkələr olan cırılmış formada ağ rəngli mayka, üzərində qırmızı rəngli qana bənzər ləkələr və göy rəngli cızıqları olan ağ rəngli boyun hissəsində “İMPERATOR” sözləri yazılmış marka emblemi ön tərəfi düymələr ilə açılb bağlanan uzunqol köynək, eləcə də qara rəngli ön tərəfi zəncirbəndlə açılıb bağlanan qış gödəkcəsi və eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla vuraraq xəsarət yetirdiyi anda Zərərçəkmiş şəxs1 əynində olan qara rəngli üzərində qırmızı rəgli qana bənzər ləkələr olan, sol qolu kəsilmiş formada sinə hissəsinə ağ hərflərlə “PHİLİP PLF” sözləri yazıılmış uzunqol köynək, eləcə də üzəri sürüşkən formalı sol qolunun astar hissəsində qana bənzər ləkələr olan sol qolu cırılmış formada, boyun hissəsində qırımızı hərflərlə “RAYYEN” sözləri yazılmış marka-emblemli qış gödəkcəsi olmuşdur. Baxış zamanı həmin geyim əşyalarının üzərində kəsici-deşici alətin təsirindən törənməsinə uyğun izləri aşkar edilmişdir (cild 01, iş vər. 114-117). Cinayət işinin materiallarında olan “Götürmə haqqında” protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus geyim əşyaları götürülmüş və həmin geyim əşyalarına baxış keçirilməklə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 arasında baş verən mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bıçaqla vuraraq xəsarət yetirdiyi anda Təqsirləndirilən şəxs əynində boz rəngli cins şalvar, üzərində qan və zədə izi aşkar edilməyən qara rəngli sinə hissəsi ağ üzərinə “DOLCE GABANA” sözləri yazılmış uzunqol qış köynəyi, sol qolunda və sağ cibinin yan kənarında üzərində qana bənzər ləkələr olan, yuxarı hissəsi qara rəngli, aşağı hissəsi boz rəngli ön tərəfdən zamoqla açılıb bağlanan uzunqol qış köynəyi, həmçinin üzərində qan və zədə izi aşkar edilməyən ön tərəfi zamoqla açılıb bağlanan qara rəngli qış gödəkçəsi olmuşdur. Geyim əşyalarına baxış və götürmə aparılması haqqında protokol tərtib olunmuş, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə edilmişdir (cild 01, iş vər. 118-121). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, həmin tarixdə iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində də əyani şəkildə göstərmişdir (cild 02, iş vər. 160-163). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, həmin tarixdə iş üzrə Zərərçəkmiş şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində də əyani şəkildə göstərmişdir (cild 01, iş vər. 191-193). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, həmin tarixdə iş üzrə Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən o, ifadəsində göstərdiyi xüsussatları hadisə yerində də əyani şəkildə göstərmişdir (cild 02, iş vər. 194-196). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının 22 oktyabr 2021ci il tarixli 498 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində döş qəfəsinin arxa səthində sağ kürək xətt üzrə 4-cü və 6-cı qabırğa arası sahədə iki ədəd, sol onurğa kənarı xətt üzrə 7-ci qabırğa səviyyəsində bir ədəd, sol arxa qoltuqaltı xətt üzrə 6-cı və 7-ci qabırğa arası hissədə bir ədəd, sol bazunun bayır yuxarı və orta 1/3-də iki ədəd, ümumilikdə isə 6 ədəd deşilmiş-kəsilmiş yaralar, onlardan döş qəfəsinin sağ və sol tərəfində pnevmahemotoroksla müşayət olunan döş boşluğuna nüfuz edən deşilmişkəsilmiş yaraları kimi xəsarəti vardır.Həmin xəsarət iti deşici-kəsici xarakterə malik olan alətin təsirindən qərarda göstərilən tarixdə və şəraitdə yəni 09 oktyabr 2021-ci ildə törənməsinə uyğun gəlir.Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir (cild 01, iş vər. 138-140). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının 22 oktyabr 2021ci il tarixli 499 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sol dirsək oynağının arxa səthinin deşilmiş-kəsilmiş yarası kimi xəsarəti vardır. Həmin xəsarət iti deşici-kəsici xarakterə malik olan alətin təsirindən qərarda göstərilən tarixdə və şəraitdə yəni 09 oktyabr 2021-ci ildə törənməsinə uyğun gəlir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir (cild 01, iş vər. 168-170). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən xx.xx.2021-ci il tarixdə Qəbələ RPŞ-yə daxil olmuş xx.xx.2021-ci il tarixli 21/640 R nömrəli məhkəmə genetik ekspertizasının rəyindən görünür ki, hadisə yerində torpaq üzərində 1, 2, 3 və 4 nömrəli qanabənzər ləklərdən götürülmüş 06 (altı) ədəd tampon, hadisə vaxtı Zərərçəkmiş şəxs2 əynində olmuş – 01 (bir) ədəd mayka 01 (bir) ədəd köynək, 01 (bir) ədəd gödəkcə, Zərərçəkmiş şəxs1 əynində olmuş- 01 (bir) ədəd jaket, 01 (bir) ədəd gödəkcə, Təqsirləndirilən şəxs əynində olmuş – 01 (bir) şalvar, 01 (bir) ədəd qara-boz rəngli gödəkcə və 01 (bir) ədəd qara rəngli gödəkcə üzərində olan tünd rəngli ləkələr insan qanıdır. Hadisə vaxtı Zərərçəkmiş şəxs2 əynində olmuş – 01 (bir) ədəd mayka 01 (bir) ədəd köynək, 01 (bir) ədəd gödəkcə üzərində olan qan nümunələri Zərərçəkmiş şəxs2 məxsusdur. Hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində olmuş - 01 (bir) ədəd gödəkcə hadisə yerində torpaq üzərindən- 01 (bir) ədə 2 nömrəli, 01 (bir) ədəd 3 nömrəli və 01 (bir) ədəd 4 nömrəli tampon üzərində olan qan nümunələri Zərərçəkmiş şəxs1 məxsusdur. Hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş– 01 (bir) şalvar, 01 (bir) ədəd qara-boz rəngli gödəkcə və 01 (bir) ədəd qara rəngli gödəkcə üzərində olan qan nümunələri Təqsirləndirilən şəxs məxsusdur (cild 01, iş vər. 277-284). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli 3/2030 nömrəli məhkəmə trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Hadisə zamanı Zərərçəkmiş şəxs2 əynində olmuş geyim əşyaları.” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkcənin, köynəyin, maykanın üzərində “Hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş geyim əşyaları” yazı qeyidləri olan bağlamadan aşkar edilmiş gödəkcənin, siviterin səthindəki zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetə, tiyəsi həmin xassəyə malik bıçaqlara aiddir (cild 02, iş vər. 51-57). Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 16 dekabr 1522 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, iş vər. 62). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli 6/5430 nömrəli məhkəmə lifli ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikro hissəciklərinin növü və rəngi 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkcənin səthi üzərindən aşkar edilmiş qra rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd olunan 01 ədəd siviterin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus məxsus olduğu qeyd edilən 01 ədəd gödəkcənin səthi üzərindən aşkar edilmiş tünd boz rəngli təbii pambıq lifləricinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər (cild 02, iş vər. 65-71). Cinayət işinin materiallarında olanm Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin təqdim etdiyi 10 yanvar 2022-ci il tarixli 15 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən, o öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur (cild 02, iş vər. 73-74). Cinayət işinin materiallarında olan Qəbələ RPŞ-dən daxil olmuş 03 noyabr 2021 və 03 mart 2022-ci il tarixli əməliyyat tapşırığına cavab raportlarından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumata əsasən 09 oktyabr 2021-ci il tarixdə ictimai yer sayılan Qəbələ rayon Zarağan kəndinin mərkəzində İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin qarşısında Respublika əhəmiyyətli magistral yolun kənarında Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə dayısı Şahid3 ilə Zərərçəkmiş şəxs2 arasında yaranmış mübahisə zamanı, həmin mübahisəni ayırmağa cəhd etməyərək heç bir səbəb olmadan üzərində olan bıçaqla əvvəlcə Zərərçəkmiş şəxs2 çoxsaylı, daha sonra həmin mübahisəni görüb sakitləşdirməyə çalışan Zərərçəkmiş şəxs1 bir zərbə vuraraq onlara xəsarət yetirdiyi, hadisədən sonra Təqsirləndirilən şəxs həmin bıçağı naməlum istiqamətə tullayaraq qaçdığı müəyyən edilmiş, lakin zəruri olan bir sıra əməliyyat axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən istifadə etdiyi həmin bıçağın yerinin müəyyən edilməsi mümkün olmamışdır (cild 02, iş vər. 248). Cinayət işinin materiallarında olan Ağdaş Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 1645 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “narkoloji və ya ruhi əsəb” kabinetində hər hansı bir xəstəliklə qeydiyyatda deyildir (cild 01, iş vər. 225). Cinayət işinin materialarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 29,120 və 228-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (cild 02, iş vər. 274-300) Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı iş üzrə mübahisə məqamı zərərçəkmiş şəxslərə yetirilən xəsarətlərin təqsirləndirilən şəxsin qəsdi, eyni zamanda niyyəti ilə əhatə olunub-olunmaması ilə bağlıdır. Belə ki, müdafiə tərəfi qeyd edilən əməllərin təqsirləndirilən şəxs tərəfindən qərəzli şəkildə törədilmədiyini, təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmədiyini, təqsirləndirilən şəxs tərəfindən dayısına kömək edilməsi üçün şəxsi münasibətlər zəminində zərərçəkmiş şəxslərə xəsarət yetirildiyini bildirmiş, ittiham tərəfi isə təqsirləndirilən şəxs tərəfindən qeyd edilən əməllərin məhz qərəzli şəkildə törədildiyini və təqsirləndirilən şəxsin əməlinin ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunduğunu və ona uyğun olaraq ittiham hökmünün çıxarılmasını israr etmişdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Eləcə də, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CMin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən 3 davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilibedilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Hazırkı iş üzrə müdafiə və ittiham tərəfinin məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə cinayət işinin materiallarında yer alan sübutları, o cümlədən hadisə yerində olan şəxslərin göstərdiklərini qarşılıqlı şəkildə araşdıran məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində xx.xx.2021-ci il tarixdə saat 19:30 radələrində alkoqol sərxoşluğu vəziyyətində olan dayısı Şahid3 ilə həmin kəndin sakini Zərərçəkmiş şəxs2 arasında sonuncunun tanışı Şahid1 Şahid3 səbəbsiz olaraq təpiklə vurub fiziki zor tətbiq etdiyinə görə Zərərçəkmiş şəxs2 Şahid3 haqlı iradını bildirərkən yaranmış mübahisə zamanı onların bir-birinə qarşı yaxalaşaraq və dartışaraq fiziki zor tətbiq etdiyini görüb, onları ayırmaq üçün hər hansı bir səy göstərmədən, yəni fəal hər hansı bir hərəkət etmədən, davaya müdaxilə etmədən, onları bir-birindən ayırmaq üçün heç kimi yardıma çağırmadan, eləcə də Zərərçəkmiş şəxs2 tərəfindən ona və digər şəxslərə qarşı hər hansı bir əxlaqa və ya hüquqa zidd davranışa yol verilmədiyi halda öz təşəbbüsü ilə hər hansı bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik və laqeydlik ifadə edərək, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, vətəndaşlar üzərində silah qismində istifadə etdiyi əşyadan istifadə edərək zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə, yəni, Zərərçəkmiş şəxs2 onun dayısı Şahid3la mübahisə etdiyini cüzi səbəb kimi bəhanə gətirib, xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi və silah qismində istifadə etdiyi məişət təyinatlı bıçaqla əvvəlcə Zərərçəkmiş şəxs2 bədəninin kürək nahiyyəsinə 4 dəfə, sol qol nahiyyəsinə isə iki dəfə bıçaq zərbəsi vuraraq, ona döş qəfəsinin arxa səthində sağ kürək xətt üzrə 4-cü və 6-cı qabırğa arası sahədə iki ədəd, sol onurğa kənarı xətt üzrə 7-ci qabırğa səviyyəsində bir ədəd, sol arxa qoltuqaltı xətt üzrə 6-cı və 7-ci qabırğa arası hissədə bir ədəd, sol bazunun bayır yuxarı və orta 1/3-də iki ədəd, ümumilikdə isə altı ədəd deşilmiş-kəsilmiş yaraları, onlardan döş qəfəsinin sağ və sol tərəfində pnevmahemotoroksla müşayət olunan döş boşluğuna nüfuz edən deşilmişkəsilmiş yaraları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran xəsarət yetirmiş, eyni zamanda bu cür qanunsuz və qərəzli hərəkətlərini davam etdirərək həmin vaxt Şahid3 ilə Zərərçəkmiş şəxs2 arasındakı mübahisəni sakitləşdirməyə çalışaraq ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə, Zarağan kənd sakini Zərərçəkmiş şəxs1 da hər hansı səbəb olmadan həmin bıçaqla sol qoluna bir bir dəfə vuraraq müqavimət göstərib ona sol dirsək oynağının arxa səthinin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmiş, bununla da o, Zərərçəkmiş şəxs2 qarşı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini və Zərərçəkmiş şəxs1 münasibətdə isə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə qarşı silah qismində istifadə etdiyi əşyadan istifadə etməklə müqavimət göstərərək xuliqanlıq cinayətini törətmişdir (cinayət işində olan məhkəmə tibbi ekspertizasının rəyləri ilə ictimai təhlükəli əməllə zərərçəkmiş şəxslərə yetirilən xəsarətlər arasında olan səbəbli əlaqə müəyyən edilmişdir). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, CM-nin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 25.2 və 25.3-cü maddələrinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş, yox əgər şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Cinayət işinin materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməli məhz zərərçəkmiş şəxslərə birbaşa olaraq qəsdən xəsarət yetirməyə yönəlmiş, o, törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunu arzu etmişdir. Odur ki, məhkəmə kollegiyası bu halda hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslər və iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, Azərbaycan Respubliaksı Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllər ibtidai istintaq orqanı tərəfindən CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hadisə vaxtı yalnız dayısını müdafiə etmək üçün zərərçəkmiş şəxslərə xəsarət yetirdiyini göstərsə də, cinayət işinin materiallarında olmaqla tədqiq edilən sübutlardan müəyyən olunur ki, sonuncu dayısını müdafiə etdiyini göstərsə də, bu istiqamətdə heç bir fəal hərəkət etməmiş, dalaşanlara müdaxilə etməmiş, onları ayrımaq üçün ətrafdan heç kimi köməyə çağırmamış, əskinə əldə etdiyi və istintaq zamanı müəyyən edilməyən bıçaqla ona heç bir təhlükə olmadığı halda adi bir mübahisəni böyüdərək, orda olan Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyətiilə ağır dərəcəli bədən xəsarəti yetirmiş, bununla kifayətlənməyərək hadisə yerinə təsadüfən gələn və dalaşanları ayırmaq istəyən Zərərçəkmiş şəxs1 qarşı da qərəzli xuliqanlıq cinayətini törətmişdir. Odur ki, məhkəmə onun məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və həmin ifadələri əsaslı saymır. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Ağdaş rayonu Qarağan Sədi kəndində yaşayır. Onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır (cild 01, iş vər. 216-217). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, eləcə də Füzuli Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli və Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-in 332.1-ci maddəsi ilə təqsiri bilinərək 300 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəriməni tam şəkildə ödəyərək qeydiyyatdan çıxarılmış, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir, məhkumluğu ödənilmişdir (cild 01, iş vər. 152- 154, cild 02, iş vər. 30-32, 39-50). Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməllərində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törədən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda CM-nin 126.2.4-cü maddəsi ilə təyin olunacaq cəzaya münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərini də nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız təyin olunan azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 37) Cinayət işinin materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixdə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməklə Qəbələ RPŞ-nin MSY-dən azad edilmişdir (cild 01, iş vər. 109). Cinayət işinin materiallarında olan Qəbələ Rayon Məhkəməsinin qərarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 200-201) Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin olunan cəzadan çıxılmaqla, cəzaçəkməsinin əvvəli barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Qəbələ RPŞ-də saxlanılan iş üzrə Zərərçəkmiş şəxs2 məxsus olmuş 01 ədəd mayka, 01 ədəd uzunqol köynək, 01 ədəd qış gödəkçəsi, Zərərçəkmiş şəxs1 Əbdürəhim oğluna məxsus olmuş 01 ədəd uzunqol köynək, 01 ədəd qış gödəkçəsi, Təqsirləndirilən şəxs məxsus olmuş 01 ədəd şalvar, 02 ədəd uzunqol qış köynəyi və 01 ədəd qış gödəkçəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 231,16 AZN (iki yüz otuz bir manat, on altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 09 oktyabr 2021-ci il tarixdən 11 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün cəzasına hesablanmaqla çıxılsın və üzərində 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Qəbələ RPŞ-də saxlanılan iş üzrə Zərərçəkmiş şəxs2 məxsus olmuş 01 ədəd mayka, 01 ədəd uzunqol köynək, 01 ədəd qış gödəkçəsi, Zərərçəkmiş şəxs1 Əbdürəhim oğluna məxsus olmuş 01 ədəd uzunqol köynək, 01 ədəd qış gödəkçəsi, Təqsirləndirilən şəxs məxsus olmuş 01 ədəd şalvar, 02 ədəd uzunqol qış köynəyi və 01 ədəd qış gödəkçəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 231,16 AZN (iki yüz otuz bir manat, on altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-113/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-113/2022
07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver