Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-113/2024 15.04.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əfəndizadə Tural Qurbanəli oğlu, hakimlər Məmmədov Bilal Mahir oğlu oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1987-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Yevlax rayonu Ərəbbəsrə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə etməklə 2023-cü ilin aprel ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda yaşadığı Yevlax rayonunun Ərəbbəsrə kəndinin ərazisində yerləşən Xanabad bələdiyyəsinə məxsus ərazidə olan kolluğun içərisindəki torpaq üzərində qəsdən əkib qanunsuz olaraq külli miqdarda 26 ədəd əkilibbecərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 13 sentyabr 2023-cü il tarixdə saat 08:30-dan saat 09:41-dək olan müddətdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin əməkdaşları tərəfindən aqronom-mütəxəssisin iştirakı və video çəkilişlə keçirilmiş təxirəsalınmaz baxış nəticəsində Təqsirləndirilən şəxs Yevlax rayonunun Ərəbbəsrə kəndinin ərazisində həmin torpaq üzərində qəsdən kultivasiya etdiyi külli miqdarda 26 ədəd, ümumi çəkisi 14450 qram olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-in 237.2.3-cü maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Yevlax rayonunda yaşadığı kənd ərazisində kolluq olan tərəflərdə çətənə toxumları əkmişdir. Həmin toxumları özünün istifadəsi üçün əkmişdir. Polislər gələn vaxt onu tuta bilməmişlər. Belə ki, o, səsləri eşidib hadisə yerindən uzaqlaşmışdır. Səhv etmirsə, səhərə yaxın saat 5 radələri olmuşdur. Polislərin səsini eşidib hadisə yerindən qaçmışdır. Gecə vaxtı tez-tez çətənə bitkiləri əkdiyi yerə gəlmişdir ki, oradan əkdiyi ağacları oğurlamasınlar. Şirvan kanalından su gətirib əkdiyi ağacları suvarmışdır. Əkdiyi ağacları adətən gecə suvarmışdır. Bir neçə il bundan əvvəl istifadə etdiyi çətənə bitkilərinin toxumlarını saxlamışdır. Qərara gəlmişdir ki, həmin toxumları əksin. Çətənə bitkilərini özü tək əkmişdir. Çətənə bitkilərini özü təmizləmiş və özü qulluq göstərmişdir. Ona heç kim kömək etməmişdir. Çətənə bitkilərini özü tək suvarmışdır. Ona heç kim kömək etməmişdir. Çətənə bitkilərini əkdiyi ərazidə olmuşdur. Kolluqdan səs eşitmişdir. Elə bilmişdir ki, oğrulardır. Yaxınlaşan zaman polis əməkdaşlarının səsini eşitmişdir. Elə bu vaxt hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Polis əməkdaşları gələn vaxt ərazidə tək olmuşdur. Polis əməkdaşlarından qaçan vaxt tək olmuşdur. Yanında heç kim olmamışdır. Ümumilikdə 26 ədəd narkotik tərkibli çətənə ağacları əkmişdir. Həmin ağaclar yetişdikdən sonra polis əməkdaşları tərəfindən tutulmuşdur. Tacəddin onun qonşusudur. Polis əməkdaşlarından qaçan vaxt Tacəddin yanında olmamışdır. Evli deyildir, subaydır. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadədəni təsdiq edərək ifadəsində göstərmişdir ki, 13 sentyabr 2023-cü il tarixdə gecə saatlarında iş yerində olarkən Yevlax rayonu Ərəbbəsrə kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı kəndin ərazisində kolluq sahənin içərisində yer düzəldərək orada narkotik xassəli çətənə bitkiləri əkib-becərməsi barədə ona məlumat daxil olmuşdur. Onların orada narkotik xassəli çətənə bitkiləri əkib-becərməsi məlumatına əsasən şöbə rəhbərliyindən icazə aldıqdan sonra şöbənin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili, Şahid2, polis nəfəri Şahid3 ilə birlikdə Yevlax rayonunun Ərəbbəsrə kəndinin ərazisində yerləşən Asifgilin narkotik tərkibli çətənə kolları əkdiyi yerin yaxınlığına doğru getmişlər. Artıq saat 05:30 radələri olmuş hava işıqlaşmağa doğru başlamışdır. Onlar həmin yerə yaxınlaşıb kolluğa doğru girərkən onların oraya gəldiyini eşidən Asif qaçıb getdiyinə görə onu tuta bilməmişlər. Hava tam işıqlaşmış, oraya X13 Mərkəzinin Yevlax rayon mərkəzinin aqronomu X8 dəvət etmişlər. Aqronomun iştirakı ilə video çəkilişlə həmin koluğa baxış keçirilmiş, baxış zamanı kolluğun içərisində təmizlənmiş yerdə 26 ədəd çətənə bitki aşkar edilmişdir. Aqronom bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkiləridir. Bitkinin dibi yumşaldılması, ətrafı digər alaq otlarından təmizlənməsi, diblərinə arx çəkilib suvarılması onu göstərir ki, ağaclara mütamadi olaraq qulluq edilmişdir. Aşkar edilmiş həmin bitklərin kolları kökündən çıxarılmış, həmin bitki kolları torbaya qoyularaq qablaşdırılmış və bundan sonra protokol tərtib edilmiş və protokolu imza etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə kollegiyasının iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Yevlax rayonu, Ərəbbəsrə kəndində yaşayır. Evə gələrkən yolun kənarında bir kibrit qutusu narkotik vasitə olan marixuana tapmışdır. Cibində həmin vaxt kibrit dənəsi olmuşdur. Siqaretini yandırmaq üçün əyilib kibrit qutusunu yerdən götürmüşdür. Kibrit qutusunun içində qurudulmuş marixuana olduğunu görmüşdür. Daha sonra ətrafına baxmış və heç kim olmadığından əmin olduqdan sonra həmin kibrit qutusunda olan marixuananı doldurub çəkmişdir. Daha sonra kibrit qutusunu cibinə qoymuş və getmişdir. Axşam vaxtı yolda dayanmışdır. Birdə görmüşdür ki, iki nəfər şəxs ona tərəf gəlirlərmiş. Elə bilmişdir ki, gələn şəxslər həmkəndliləridir. Daha sonra başa düşmüşdür ki, gələn şəxslər kəndçiləri deyildir. Həmin şəxslər ona yaxınlaşıb, özlərini təqdim etmişlər. Asiflə bağlı məsələyə gəldikdə isə, Asif kəndçisidir. Asifin narkotik vasitə olan çətənə bitkiləri əkdiyindən məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Marixuana olan kibrit qutusunu təsadüfən yoldan tapmışdır. Əvvəllər bostanda qarpız-yemiş əkmişdir. Maşınla qarpız-yemiş satan vaxt yolun kənarında olan yabanı halda bitmiş çətənə yarpaqlarını toplayıb çəkmişdir. Asiflə birlikdə çətənə bitkiləri əkməmişdir. Asiflə birlikdə sözügedən ərazidə olmamışdır. Polis şöbəsində nə yazıblarsa, ona imza etmişdir. Məhkəmə kollegiyasının iclasına əlavə şahid X2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla, tədqiq edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, düşəndə narkotik vasitǝ olan marixuanadan istifadə edir. Həmin narkotiki isə yabanı halda bitmiş narkotikdən yığıb istifadə etmişdir. Ümumiyyətlə mobil telefon istifadə etmir. Barəsində Yevlax RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi vardır. Hazırda həmin cinayət işi Yevlax rayon məhkəməsindədir. O, həmin cinayət işi üzrə özünü təqsirli bilir. O, Təqsirləndirilən şəxs tanıyır, onunla münasibəti yaxşıdır, aralarında heç bir ədavət olmamışdır. Onun Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkiləri əkibbecərməsindən təxminən 2023-cü il sentyabr ayının ortalarında məlumatı olmuşdur. Həmin vaxt polis əməkdaşları kənddə onu axtarmışlar, o da bilmişdir. Polis əməkdaşları demişlər ki, Asif kəndin ərazisində kolluqda narkotik tərkibli çətənə bitkiləri əkmişdir, həmin ağacları müəyyən etsələr də, Asif qaçdığı üçün onu tuta bilməmişdirlər. Ona da demişlər ki, o da Asiflə birlikdə həmin ağacları əkib-becərmişdir. O da bildirmişdir ki, onun Asifin əkdiyi çətənə bitkilərindən xəbəri yoxdur və həmin bitkiləri əkməkdə və becərməkdə Asifə kömək etməmişdir. Bir neçə gün sonra eşitmişdir ki, Asif özü könüllü olaraq polis şöbəsinə getmişdir. Təkrarən qeyd edir ki, o, həmkəndlisi Asiflə birlikdə narkotik tərkibli çətənə kolları əkib-becərməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsinin Regional Şöbəsinə həmin tarixdə Yevlax rayonu Ərəbbəsrə kənd sakinləri Tacəddin və Asif adlı şəxslərin birlikdə Yevlax rayonu Ərəbbəsrə kəndinin kənarında olan böyürtkən kollarının arasında qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkiləri kultivasiya etmələri barədə əməliyyat məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində Tacəddin adlı şəxsin xx.xx.1977-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.3-cü maddələri ilə məhkum olunmuş, Yevlax rayonu Ərəbbəsrə kəndində qeydiyyatda olmaqla yaşayan X4, Asif adlı şəxsin xx.xx.1987-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Ərəbbəsrə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, Yevlax rayonu Ərəbbəsrə kənd sakinləri X4 və Təqsirləndirilən şəxs birlikdə Yevlax rayonu Ərəbbəsrə kəndinin kənarında olan böyürtkən kollarının arasında qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkiləri kultivasiya etməsi barədə DİN BNMİ QBRŞ-yə daxil olmuş məlumatın yoxlanılması məqsədilə xx.xx.2023-cü il tarixdə saat 05:30 radələrində yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə tərkibində narkotik maddələr olan çətənə bitkilərinin əkilməsi ehtimal olunan əraziyə getmişlər, həmin ərazinin kənarında vizual müşahidəsi aparılan zaman Tacəddin Yusifov və Təqsirləndirilən şəxs həmin yerdə olduqlarını görmüşlər, yaxınlaşaraq həmin şəxsləri saxlamaq istəyən zaman həmin şəxslər qaçaraq oradan uzaqlaşmışlar (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə X4 və Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01 iş vər, 06-07). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, 13 sentyabr 2023-cü il tarixdə saat 08:30-dan saat 09:41-dək olan müddətdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin əməkdaşları tərəfindən aqronommütəxəssisin iştirakı və video çəkilişlə keçirilmiş təxirəsalınmaz baxış nəticəsində Təqsirləndirilən şəxs və X1 Yevlax rayonunun Ərəbbəsrə kəndinin ərazisində yerləşnən torpaq sahəsində qəsdən kultivasiya etdiyi külli miqdarda 26 ədəd ümumi çəkisi 14450 qram olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətini əks etdirən görüntülər CD diskə köçürülərək müvafiq protokola əlavə edilmişdir (cild 01, iş vər. 19-21). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis (aqronom) rəyindən görünür ki, qeyd olunan əraziyə baxış zamanı torpaq sahəsində əkilmiş 26 ədəd bitki narkotik xassəli çətənə bitkisidir və həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Həmin bitki kollarının ən hündürünün təxminən 250 santimetr, ən alçağının isə 80 sm olması müəyyən edildi (cild 01, iş vər. 22-23). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 13 sentyabr 2023-cü il tarixli 16\913 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş hər birinin üzərində “Tərkibində narkotik maddələr olan çətənə kollarına bənzər bitkilər” sözləri və imzalar olan, 2 ədəd sintetik kisə bağlamalarda ümumi sayı 26 ədəd, ümumi çəkisi 14450 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Mütəxəssis (aqronom) rəyinə əsasən təqdim edilmiş çətənə (kanabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir (cild 01, iş vər. 26-29). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, 13 sentyabr 2023-cü il tarixdə saat 08:30 dəqiqədən 09:41-dək olan müddətdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞnin əməkdaşları tərəfindən aqronomun iştirakı və video çəkilişlə keçirilmiş təxirəsalınmaz baxış nəticəsində Yevlax rayonunun Ərəbbəsrə kəndinin ərazisində yerləşən kolluğun içərisindəki torpaq üzərində qəsdən kultiivasiya etdiyi külli miqdarda 26 ədəd ümumi çəkisi 14450 qram olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Həmin çətənə kollarını əkən şəxsin və şəxslərin şəxsiyyətini müəyyən edib İB-nə təqdim olunması üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, həmin çətənə bitkiləri Yevlax rayonu Ərəbbəsrə kəndində yaşayan Təqsirləndirilən şəxs tək əkmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs könüllü olaraq polis şöbəsinə gəlmişdir (cild 01, iş vər. 32). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 45). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanması” barədə protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs kolluğun içərisinə doğru açdığı yolu, kolluğun içərisində təmizlədiyi torpağı və orada 26 ədəd çətənə kollarını əkdiyi yeri yeri bilavasitə göstərmiş, bu istintaq hərəkəti protokol tərtib olunmaqla və video çəkiliş aparılaraq rəsmiləşdirilərək cinayət işinin istintaq materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 53-56). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “qətimkan tədbiri seçmək haqda” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 66). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə DİN-nin Baş Əməliyyat və Statistik İnfarmasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (cild 01, iş vər. 73). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 17/708 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, 01 (bir) əddə kibrit qutusunda olan qurudulmuş marixuana ilə 26 (iyirmi altı) ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə fərqlidirlər (cild 01, iş vər. 76-77). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Yevlax ŞİHB-nin Ərəbbəsrə kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (anası və qardaşları) Yevlax rayonu Ərəbbəsrə kəndində yaşayır və yaşayır yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 82-83). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkotik bitkisi əkib-becərdiyi torpaq sahəsi Xanabad bələdiyyəsinə məxsusdur və əkinə yararsız kol-kos basmış torpaq sahəsidir (cild 01, iş vər. 98). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 yanvar 2024-cü il tarixli 08 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən istifadə etmə halları olub. Təqsirləndirilən şəxs müyainə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi malicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür (cild 01, iş vər. 100). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.2 və 237.2.1-ci maddələri ilə cinayət təqibinin başlanılnası rədd edilmişdir. Təqsirləndirilən şəxs əkib-becərdiyi 26 ədəd narkotik tərkibli çətənə bitkilərinə görə X2 heç bir aidiyyəti və təqsirliliyi olmadığından Tacəddin Yusifovun barəsində CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə cinayət işinin başlanılması rədd edilmişdir (cild 01, iş vər. 102-106). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 may 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətlərinin olması, eləcə də qeyd olunan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsi tam şəkildə təsdiq olunmuşdur. Belə ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) həmin əməlləri törətmiş şəxsin CM-nin 237-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Göründüyü kimi, qeyd olunan maddədə müstəqil formada cinayət məsuliyyəti yaradan aşağıdakı əməllər nəzərdə tutulmuşdur:
1. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə;
2. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirmə;
3. qanunsuz olaraq tərkibində narkotik maddələr olan əkilmiş - yetişdirilmiş bitkiləri (onların hissələrini) toplama. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində də tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması kimi verilmişdir. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmçinin həmin Qanununun 5.2-ci maddəsinə əsasən dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. Sözügedən Qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının (3-cü Siyahı) 1-ci bəndinə əsasən - 16 (on altı) ədəd (31 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda yaşadığı Yevlax rayonunun Ərəbbəsrə kəndinin ərazisində yerləşən Xanabad bələdiyyəsinə məxsus ərazidə olan kolluğun içərisindəki torpaq üzərində qəsdən əkib qanunsuz olaraq külli miqdarda 26 ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi, narkotik vasitələrin satışı, narkotik vasitənin tapması və yaxud əkib-becərməsi, həmçinin onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda hər hansı şübhəli şəxslərlə əlaqəsinin, habelə sözügedən ərazidə narkotik tərkibli bitkiləri əkibbecərməkdə köməklik edən, ümumiyyətlə hər hansı əlbir olduğu şəxslərin müəyyən edilməsi ilə bağlı əməliyyat tapşırığı verilməsinə baxmayaraq qeyd edilən hallar ibtidai araşdırma zamanı müəyyən edilməmişdir. Eləcə də məhkəmə istintaqında da Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitki toxumlarını haradan, hansı şəraitdə, əvəzli və ya əvəzsiz qaydada əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. Lakin məhkəmə istintaqında 13 sentyabr 2023-cü il tarixdə saat 08:30-dan saat 09:41-dək olan müddətdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin əməkdaşları tərəfindən aqronom-mütəxəssisin iştirakı və video çəkilişlə keçirilmiş təxirəsalınmaz baxış nəticəsində Təqsirləndirilən şəxs Yevlax rayonunun Ərəbbəsrə kəndinin ərazisində həmin torpaq üzərində qəsdən kultivasiya etdiyi külli miqdarda 26 (iyirmi altı) ədəd ümumi çəkisi 14450 qram olan çətənə (kannabis) bitkiləri aşkar edilərək maddi sübut kimi götürülməsi öz təsdiqini tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında etirafedici ifadə verərək və törətdiyi əməldən səmimi peşmançılıq keçirərək bildirmişdir ki, yaşadığı Yevlax rayonunun Ərəbbəsrə kəndinin ərazisində yerləşən Xanabad bələdiyyəsinə məxsus ərazidə olan kolluğun içərisindəki torpaq üzərində çətənə toxumların əkmiş və bundan sonra əkdiyi toxumlara qulluq edərək yetişdirmişdir. Həmçinin o, yaşadığı Yevlax rayonunun Ərəbbəsrə kəndinin ərazisində yerləşən Xanabad bələdiyyəsinə məxsus ərazidə olan kolluğun içərisindəki torpaq üzərində aşkar olunaraq götürülmüş 26 (iyirmi altı) ədəd çətənə bitkisini öz istifadəsi üçün əkib-becərdiyini ətraflı şəkildə bildirmiş və ifadəsi yerində yoxlanılarkən qeyd olunan halları əyani şəkildə göstərmişdir. Eyni zamanda məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Şahid2, habelə məhkəmə kollegiyasının iclasında ibtidai istintaqda ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 13 sentyabr 2023-cü il tarixdə saat 08:30-dan saat 09:41-dək Yevlax rayonunun Ərəbbəsrə kəndinin ərazisində yerləşən Xanabad bələdiyyəsinə məxsus ərazidə olan kolluğun içərisindəki torpaq sahəyə baxış keçirdiklərini və Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin üzərində qəsdən kultivasiya etdiyi külli miqdarda 26 ədəd ümumi çəkisi 14450 qram olan çətənə (kannabis) kolunu aşkar etdiklərini və baxış keçirilməsi üçün əraziyə yaxınlaşarkən Tacəddin Yusifov və Təqsirləndirilən şəxs sözügedən kolluq ərazidən qaçaraq uzaqlaşdığını bildirmişdirlər. Bundan başqa, Təqsirləndirilən şəxs nə ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə istintaqı zamanı ona irəli sürülmüş ittihamı, eləcə də Yevlax rayonunun Ərəbbəsrə kəndinin ərazisində yerləşən Xanabad bələdiyyəsinə məxsus ərazidə olan kolluğun içərisindəki torpaq sahədə aşkarlanmış çətənə kollarının növünü, sayını, çəkisini və vəziyyətini (yaş halda olmasını) mübahisələndirməmişdir. Əksinə o, etirafedici ifadələr verərək şəxsi istifadəsi üçün Yevlax rayonunun Ərəbbəsrə kəndinin ərazisində yerləşən Xanabad bələdiyyəsinə məxsus ərazidə olan kolluğun içərisindəki torpaq sahəsində çətənə toxumlarını əkdiyini, daha sonra həmin bitkilərə qulluq edərək yetişdirdiyini dəfələrlə bildirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Həmçinin, məhkəmə istintaqında Təqsirləndirilən şəxs 26 (iyirmi altı) ədəd çətənə kolunu satmaq məqsədi ilə əkib-becərməsi, habelə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 26 (iyirmi altı) ədəd çətənə kolunu məhz öz şəxsi istifadəsi üçün əkib-becərmiş və həmin bitkilərə aqrotexniki qaydada qulluq etmişdir. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarıdır. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri mövcuddur. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməli onun tərəfindən qəsdən törədilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edir. Cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətin törədilməsində o, təqsirlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyasının ən aşağı həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı etirafedici ifadələr verərək törətdiyi cinayət əməlindən peşman olmasını, eləcə də yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş sanksiyanın ən aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə təqsirləndirilən şəxsin 02 gün müddətinə tutulduğu vaxt cəzasına hesablanmaqla çıxılmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində cəzaçəkmənin başlanğıcı həbsə alındığı tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub, narkotik vasitənin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmamış (əzab çəkmir) və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə kollegiyası qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmasını nəzərə alaraq hesab edir ki, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi – 14449,48 qram olan 26 (iyirmi altı) ədəd çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd kompakt diskin iş materiallarında olması nəzərə alınmalıdır. Eyni zamanda iş üzrə 60 (altmış) manat 80 (səksən) qəpik ekspertiza xərci vardır. Həmin məbləğ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası,
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla, çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs olunsun. Təqsirləndirilən şəxs saxlanması üçün Azərbycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X6 təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 26 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd kompakt diskin iş materiallarında olması nəzərə alınsın. İş üzrə 60 (altmış) manat 80 (səksən) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Tural Əfəndizadə
Hakimlər: Bilal Məmmədov
Xaliq Məmmədov