Məhkəmə qərarları › İş №1(091)-113/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-113/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-113/2025 18.02.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:10 Hakim Aşurova Günay Raqif qızının sədrliyi ilə, hakimlər Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1980-ci il tarixdə Gədəbəy rayonunun Çobankənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Yevlax rayon məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Milli Məclisinin 08 noyabr 2021-ci il tarixli amnistiya qərarına əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 06 ay azaldılaraq üzərində 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 27 dekabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax rayonu, Duzdağ kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,149.2.4 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmuş və zərəçəkmiş şəxsə qarşı zor tətbiq etməklə, zərərçəkmiş şəxsi öldürmək hədəsi ilə, habelə xüsusi amansızlıqla zərərçəkmiş şəxslə cinsi əlaqədə olmağa, yəni zorlamağa cəhd etmişdir. Belə ki, o, 23 avqust 2024-cü il tarixdə gecə saat 02 radələrində yaşadığı Yevlax rayonu Duzdaq kəndində yerləşən mənzilində olan zaman qonşuluqda yaşayan, xx.xx.1998-ci il təvəllüdlü, evli, iki azyaşlı uşağı olan Zərərçəkmiş şəxs ərinin evdə olmadığını bilərək Zərərçəkmiş şəxs yaşadığı mənzilə qanunsuz daxil olmaqla sonuncu ilə zorla cinsi əlaqədə olmaq qərarına gəlmiş, həmin cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı evdən çıxaraq Zərərçəkmiş şəxs Duzdaq kəndində yaşadığı mənzilin birinci mərtəbəsinin qonaq otağının pəncərəsinin qarşısına gələrək zor tətbiq etməklə pəncərənin şüşəsini sındırıb Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayan Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin iradəsi ziddinə mənzilə daxil olmuş, bundan sonra pilləkənlər ilə mənzilin ikinci mərtəbəsinə çıxaraq Zərərçəkmiş şəxs azyaşlı uşaqları 30 iyul 2020-ci il təvəllüdlü X5 və 12 oktyabr 2021-ci il təvəllüdlü X8 ilə birlikdə eyni çarpayıda yatdığı yataq otağının açıq halda olan qapısından otağa daxil olub çarpayıya yaxınlaşaraq qaranlıqda sağ əli ilə Zərərçəkmiş şəxs sağ qolundan tutub silkələyərək onu yuxudan oyatmış, Zərərçəkmiş şəxs yuxudan ayılaraq onu görüb qorxusundan qışqırmaq istəyərkən o, qışqırmaması üçün sağ əli ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsindən, sol əli ilə isə Zərərçəkmiş şəxs ağız nahiyəsindən qəsdən tutub zor tətbiq etməklə sıxaraq sonuncunu bıçaqla öldürəcəyi ilə hədələyib onunla cinsi əlaqədə olmağı təklif etmiş, bu zaman Zərərçəkmiş şəxs azyaşlı uşaqları səs-küyə oyanaraq ağlamağa başladığından Zərərçəkmiş şəxs onun diqqətinin yayınmasından istifadə edərək onun əlindən çıxıb qaçmaq istəyərkən o, yenidən öz hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs əlləri ilə tutub saxlayaraq zor tətbiq etməklə arxası üstə otağın döşəməsinə uzadıb bir dizini döşəmənin üzərinə qoyub Zərərçəkmiş şəxs müqavimətini qırmaq məqsədilə sağ əli ilə sonuncunun boğazından sol əli ilə isə əvvəlcə ağzından, daha sonra sağ sinə nahiyəsindən və bədəninin müxtəlif yerlərindən qəsdən sıxmaqla Zərərçəkmiş şəxs azyaşlı uşaqlarının gözləri qarşısında xüsusi amansızlıqla Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmadığı halda onu öldürəcəyini bir daha deyərək sonuncuya sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sağ süd vəzisinin yuxarı-iç kvadratının qançırı, sol körpüçükaltı nahiyənin sıyrığı, sol çənəaltı nahiyənin şişkinliyi xəsarətlərini yetirib Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olmağa cəhd etmiş, lakin uşaqların ağlayaraq səs-küy etməsinə və Zərərçəkmiş şəxs ona aktiv müqavimət göstərərək onun əlindən çıxıb pilləkənlərlə birinci mərtəbəyə doğru qaçıb ona kömək edilməsi üçün uca səslə qışqırmasına görə Zərərçəkmiş şəxs köməyinə qonşuları və qohumları gəldiyindən o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar qəsdini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qarşı qəsdən zor tətbiq etməklə, öldürmə hədəsi ilə, habelə xüsusi amansızlıqla Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmağa, yəni zorlamağa cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ilkin olaraq özünü təqsirli bilərək ifadə verməkdən imtina etmiş, ona verilən sualları isə cavablandıracağını demişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bildiyini deməsinə baxmayaraq məhkəmədə ona ünvanlanmış suallara ziddiyətli cavablar verərək özünü təqsirli bilməmiş, Zərərçəkmiş şəxs, onun əri Bəhruzu tanımadığını, onun evinə girmədiyini, polis əməkdaşlarının onu özünün yaşadığı evdən tutub apardıqlarını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunduqdan sonra Təqsirləndirilən şəxs həmin ifadəni təsdiq edib-etməməsi ilə bağlı suala da ziddiyyətli cavab verərək əvvəlcə ifadəsini təsdiq etdiyini bildirmiş, səsinin audioyazıya düşməsi üçün daha yüksək səslə cavab verməsi bildirildikdə isə ifadəsini təsdiq etmədiyini, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunduğu üçün o cür ifadə verdiyini, xəsarətlər aldığını, döyülməyi ilə bağlı heç yerə şikayət etmədiyini, bu barədə müdafiəçisinə demədiyini, Zərərçəkmiş şəxs onunla ədavət və düşmənçiliyinin olub-olmamasını bilmədiyini, kimsəsiz olduğundan, ata-anası olmadığından onu döyüb hadisəni boynuna qoyduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs ilk öncə polis əməkdaşlarının gəlib onu yaşadığı evdən tutduqlarını bildirsə də, Şahid1 dindirilərkən özünü “ifşa” edərək həmin şahidin Safuranın evinin qarşısında onu tutduğunu, gözünün altından vuraraq xəsarət yetirdiyini və polisə təqdim etdiyini bildirmişdir. Safuranın evinin qarşısına nə məqsədlə getdiyinə dair sual verildikdə isə Təqsirləndirilən şəxs əvvəlki cavabını təkzib edərək Şahid1 onu Safuranın evinin qabağında yox, öz evinin qabağında tutaraq döydüyünü bildirmiş, amma nəyə görə döyməsi və nəyə görə polisə təqdim etməsi barədə suala cavab verməmiş, onlar kimi qansız olmadığından Şahid1 ona xəsarət yetirməsi ilə bağlı şikayətçi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verməkdən imtina etdiyinə, verilən suallara ziddiyyətli cavablar verdiyindən, onun məhkəmədə dedikləri ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Yevlax rayon Duzdaq kəndində tək yaşayır. Gözündə olan xəstəliklə əlaqədar 2-ci qrup əlildir. Arabir fəhləlik edərək pul qazanır və pensiya alır. Anası Qənirə və bacısı Pərvanə Bakı şəhərində yaşayırlar. Uzun müddətdir ki, heç bir əlaqəsi yoxdur. Yaşadığı mənzilin qonşuluğunda Bəhruz Qasımov və arvadı Zərərçəkmiş şəxs öz övladları ilə birlikdə yaşayırlar. Safura ilə Bəhruz təxminən 5 ilə yaxındır ki, evlidirlər. Safura gənc və gözəl gəlindir. Onun Safuradan xoşu gəlmiş, lakin o, Safuraya bu barədə heç bir söz deməmişdir. Bəhruz Qasımov da Bakı şəhərində yaşadığı üçün uzun müddət Bakı şəhərində olmasını, ayda bir neçə dəfə evinə gəlib getdiyini bilmişdir. Qonşulardan Bəhruzun hadisədən təxminən 10 gün əvvəl Bakı şəhərinə getdiyini eşitmişdir. Safura övladları ilə birlikdə evlərində tək yaşamışdır. xx.xx.2024-cü il tarixdə günorta saatlarında evə gedən zaman Safuranı görmüşdür. Safura həyətdə paltar yumuşdur. Daha sonra Duzdaq kəndində olan dəmir yolunun yaxınlığına getmişdir. O, günün çox hissəsini dəmir yolun kənarında olmuşdur. Saat 19 radələrində dəmir yolun yaxınlığında olan zaman həmkəndliləri Rəşad, Oktay və Sabit avtomobili ilə onun yaxınlığında dayanaraq söhbət etmişlər və ona Varvara qəsəbəsində olan kafelərdən birinə gedərək balıq yeyib və spirtli içki qəbul edəcəklərini demişlər. O, Oktaygilin söhbətini eşitdikdən sonra xahiş etmişdir ki, onu da özləri ilə birlikdə aparsınlar. Oktay onu aparmaq istəməmiş, lakin Rəşadın razılığı ilə Oktaygillə birlikdə Varvara kəndində yerləşən kafelərdən birinə gedərək oturub yeyib içmişdir. Orada sərxoş vəziyyətə düşmüşdür. Onlar 2 litr araq içdikdən sonra Oqtay hesabı ödəmiş və onlar qalxmışlar. Daha sonra Sabitin avtomobili ilə Duzdaq kəndinə geri qayıtmışlar. Sabit onları avtomobildən endirdikdən sonra çıxıb getmişdir. Bundan sonra o, öz evinə gəlmiş, digərləri də öz evlərinə getmişlər. Evə gəldikdən sonra sərxoş vəziyyətdə Safuranın evdə tək olduğunu bildiyi üçün onun evinə gedərək Safura ilə cinsi əlaqədə olmaq istəmişdir. Həmin vaxt əynində olan köynəyi evinin qapısının girişində soyunub atmışdır. Əynində yalnız cins şalvar olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində yaşadığı evdən çıxıb Safuranın yaşadığı mənzilin qarşısına getmişdir. O, bir neçə dəfə Safuranın evinə çörək almaq üçün getdiyi üçün evlərini təxminən tanımışdır. Safuragilin yataq otağı 2-ci mərtəbədə olmuşdur. Birinci mərtəbənin işığı yanmışdır. Giriş qapısının bağlı olduğunu bilmişdir. Ona görə də qapının yanında olan pəncərənin şüşəsinin mismarını əymiş və şüşəni arxaya doğru itələmişdir. Şüşə evin içərisinə doğru düşərək sınmışdır. Bundan sonra həmin pəncərədən evin içərisinə daxil olmuşdur. Bundan sonra solda olan pilləkən ilə evin ikinci mərtəbəsinə qalxmışdır. İkinci mərtəbəyə qalxan kimi sağ tərəfdə olan otağa daxil olmuş, daha sonra da içəridə olan digər otağa daxil olmuşdur. Safura həmin vaxt çarpayıda yatmışdır. Otaq isə qaranlıq olmuşdur. Safuranın yanında kiminsə yatdığını görməmişdir. Bundan sonra Safuranın sağ qolunu sirkələyərək oyatmışdır. Safura oyandıqdan sonra qışqırmasın deyə sağ əli ilə Safuranın boğazından, sol əli ilə də ağzından tutmuşdur. Həmin vaxt Safuraya bildirmişdir ki, cinsi əlaqədə olmaq istəyir. Həmçinin Safuranı qorxutmaq üçün əgər səsini çıxarsa bıçaqlayıb öldürəcəyini demişdir. Əslində isə həmin vaxt üzərində heç bir bıçaq olmamışdır. Bundan sonra Safuranın uşaqları oyanmış və qışqırmağa başlamışlar. Bu vaxt Safura onun əlindən qaçmaq istəyən zaman Safuranı tutaraq arxası üstə döşəməyə uzatmışdır. Dizini döşəməyə qoyaraq yenə sağ əli ilə Safuranın boğazından, sol əli ilə də ağzından tutmuşdur ki, qışqırmasın, yenə də Safuraya bildirmişdir ki, cinsi əlaqədə olmaq istəyir. Həmçinin Safuranı qorxutmaq üçün yenə əgər səsini çıxarsa bıçaqlayıb öldürəcəyini demişdir. Safura ona müqavimət göstərək əlindən çıxmağa çalışmışdır. O, Safuranın sinə hissəsindən də əli ilə sıxmış və sinə nahiyəsinə xəsarət yetirmişdir. Sərxoş vəziyyətdə olduğu üçün tam dəqiqliklə xatırlaya bilmir. Bundan sonra Safura onun əlindən çıxaraq qışqırıb kömək istəməyə və ayağı ilə döşəməyə vurmağa başlamışdır. Bundan sonra hələ də uşaqlar ağlayaraq qışqırmışlar. Onun bir anlıq fikri uşaqlara yayınınca Safura onun əlindən qaçaraq pilləkənə doğru getməyə başlamışdır. O da Safuranın arxasınca yüyürmüşdür. Safura pilləkən ilə aşağı enmiş və giriş qapısının üzərində olan açarla qapını açmış, həmin vaxt o da Safuraya çatmışdır. Qapı açılan kimi 01 nəfər oğlan və iki qadın onun üzərinə yüyürmüşdür. Həmin oğlan onun üz və sol nahiyələrinə zərbələr endirərək onu saxlamışdır. Sonra digər qonşular oraya toplaşmışlar. Təxminən bir müddət sonra polis əməkdaşları gələrək onu Yevlax RPŞ-yə aparmışlar. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evə daxil olan zaman məqsədi Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq olmuşdur. Safura onun təklifini rədd edəcəyi təqdirdə Safuraya zor tətbiq edərək cinsi əlaqədə olacağını fikirləşmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evə daxil olan zaman üzərində olan köynəyi yaşadığı evin giriş qapısında çıxarıb atmışdır. Əynində yalnız göy rəngli cins şalvar olmuşdur. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evə daxil olacağını və sonuncu ilə cinsi əlaqədə olmaq istədiyi barədə hər hansı şəxsə məlumat verməmişdir. Zərərçəkmiş şəxs yaşadığı evə daxil olmaq və Safura ilə cinsi əlaqədə olmaq həmin vaxt ağlına gəldiyi üçün bu cinayət əməlini törətməkdə heç kim onu təhrik və kömək etməmiş, həmçinin təşkil etməmişdir. xx.xx.2024cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evə daxil olduqdan sonra Safura ona müqavimət göstərdiyi və qaçdığı, daha sonra da qohumları gələrək onu tutduğu üçün Safura ilə cinsi əlaqədə ola bilməmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evə daxil olduqdan sonra yalnız əlləri ilə Safuranın boğaz və ağız nahiyəsindən tutmuşdur. Səhv etmirsə bir dəfə də Safuranın sinə nahiyəsindən tutaraq sıxmışdır. Zərərçəkmiş şəxs bədənində sağ süd vəzisinin yuxarı iç kvadratının qançırı, körpücükaltı nahiyənin sıyrığı, sol çənəaltı nahiyənin şişkinliyi xəsarəti onu tutan zaman və sinə nahiyəsini sıxan zaman yaranmışdır. Onun bədəninin müxtəlif nahiyələrində olan xəsarətlər bəzilərini əvvəlki tarixlərdə yıxılan zaman yaranmışdır. Üz nahiyəsində olan xəsarətlər isə Safuranın qohumu olan Seymur onu tutduqdan sonra yetirmişdir. Ona xəsarət yetirən şəxslərə qarşı hər hansı şikayət və tələbi yoxdur. O, törətdiyi əmələ görə peşmandır. O, etdiyi hadisədən utandığı və peşmançılıq çəkdiyi üçün və spirtli içki qəbul etdiyi şəxslərin Safura ilə qohumluq əlaqələrinin olduğu üçün həmin şəxslərin adlarının bu hadisədə çəkilmələrini istəməmiş, ona görə də evdə tək başınan spirtli içki qəbul etdiyini bildirmişdir. xx.xx.2024cü il tarixdə həmkəndliləri Rəşad, Oqtay və Sabit ilə birlikdə olan zaman aralarında Zərərçəkmiş şəxs və ya Safuranın qohumları barədə hər hansı söhbət olmamışdır. Onu həmin hadisəni törətməyə heç kim təhrik etməmişdir. O, Oktay, Rəşad və Sabit ilə birlikdə olan zaman ümumiyyətlə Safuranın evinə girərək Safura ilə cinsi əlaqədə olmaq barədə fikri olmamışdır. O, Oktaygilin yanından ayrılaraq evə gəldikdən sonra Safura ilə cinsi əlaqədə olmaq fikrinə düşmüşdür (cild 1, iş vərəqə 259-262). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs 23 avqust 2024-cü ildə saat 02:00-da radələrində onun evinə daxil olmuşdur. Həmin vaxt o, övladları ilə bir otaqda yatmışdır. O, Elçinin evə girdiyini eşitməmiş, amma qonşuları pəncərənin qırılmasının səsini eşitmişlər. Təqsirləndirilən şəxs evə girdikdən sonra onu səsləyərək ona toxunmuş, o dərhal oyandıqda ona səsini çıxartmamasını bildirmişdir. O, Təqsirləndirilən şəxs onun evində nə etdiyini, niyə gəldiyini soruşduqda, sonuncu ona “səsini çıxartma, sakit dur, istədiyimi verəcəyin təqdirdə sənə heç nə etməyəcəm” deyə bildirmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs çarpayıdan itələyərək yerə atmış və dərhal yerindən sıçrayaraq durmuşdur. Həmin vaxt Elçin onun boğazından tutmuşdur ki, səsini çıxartmasın. Elçin ona təkidlə sakit durmasını, durmayacağı təqdirdə onu bıçaqlayıb öldürəcəyini bildirmişdir. O, həmin vaxt Elçinin üzərində bıçaq olub-olmadığını bilməmişdir. O, ayağı ilə döşəməni vurmağa başlamışdır ki, onun yaşadığı mənzildən aşağı mərtəbədə yaşayan qonşuları Seymur və Mətanət onun səsini eşidib köməyə gəlsinlər. O, Elçinin əlini ağzından çəkərək “kömək edin” deyə qışqırmağa başlamışdır. Qonşuların dediklərindən ona məlum olmuşdur ki, qonşu Seymur mühafizədə işlədiyi üçün həmin vaxt evə yeni gəlibmiş, həyat yoldaşı ona yemək verən zaman Seymura onun boğuq səsinin gəldiyini, döşəməni döydüyünü bildirmişdir. Seymur həyat yoldaşından necə səs gəldiyini soruşduqda, həyat yoldaşı onun səsinin sanki boğularaq gəldiyini, həm də döşəməni vurduğunu bildirmiş, buna görə onlar çölə çıxmışlar. Həmin vaxt o, əlindən gələn hər şeyi etmişdir ki, ona köməyə gəlsinlər. Həmin vaxt üç və dörd yaşlı uşaqları da ağlamağa başladığından və qonşu ona zəng etdiyindən Təqsirləndirilən şəxs fikri yayınmış, o da dərhal onun əlindən qaçaraq birinci mərtəbəyə düşmüş və qapını açmışdır. O, qaçan kimi Təqsirləndirilən şəxs onun arxasınca düşmüşdür. Qapı açılan kimi qonşu Seymur içəri girib Elçini tutmuşdur. Hadisədən sonra səhhəti ilə əlaqədər müalicələr almış, boğazının bir hissəsi şişmişdi. O, bir az diribaş olmasa idi, bəlkə də təqsirləndirilən şəxs onu boğaraq öldürmüşdü. Zərərçəkmiş şəxs məhkəmədə ona ünvanlanan suallara cavab olaraq göstərdi ki, hadisə olan vaxtlar həyat yoldaşı Bakıda işləmiş, o da iki körpə uşağı ilə evdə tək qalmışdır. Hazırda bu hadisəyə görə həyat yoldaşı ilə ayrılmışlar. Təqsirləndirilən şəxs onun həyat yoldaşının evdə olmadığını bilmişdir. Təqsirləndirilən şəxs qonşuluqda yaşayan tüfeyli həyat tərzi sürən biri kimi tanımış, hamı ona köməklik etmiş, yemək vermişdir. O, özü şəxsən Təqsirləndirilən şəxs köməklik etməmiş, amma həyat yoldaşı kömək etmişdir. Hadisədən əvvəl Təqsirləndirilən şəxs heç vaxt onun yaşadığı evə gəlməmişdir. Təqsirləndirilən şəxs onu oyadan zaman övladları yatmışdır. Bütün hadisə övladları ilə birlikdə yatdığı otaqda baş vermişdir. Hadisə zamanı o, ayağı ilə döşəməni vuranda uşaqları yuxudan oyanıb ağlamağa başlamışlar. Təqsirləndirilən şəxs uşaqlarının gözü önündə onu boğmuşdur. Uşaqları uzun müddət stress yaşamış, gecələri yata bilməmişlər, indiyi kimi də qorxularınan onun yanından ayrılmırlar. Təqsirləndirilən şəxs onu oyadan kimi onunla cinsi əlaqədə olmaq istədiyini demiş, o, qaçmaq istəyən zaman onu yaxalamış, səsi çıxmasın deyə boğazından və ağzından tutmuşdur. Təqsirləndirilən şəxs ondan xoşu gəlməsi barədə əvvəllər ona heç nə deməmişdir. Polisə qonşular zəng etmiş və polis əməkdaşları gələnə kimi şəxs qaçmasın deyə onu tutub saxlamışlar. Bu hadisə ilə bağlı Oqtay adlı şəxsdən şübhələnməyinin səbəbi o olmuşdur ki, nənəsi ilə problemi olan həmin şəxs Elçini yeyib-içməyə aparmış, həm də hadisədən qabaq nənəsigilə gedib “elə bir hadisə edəcəm ki, kənddə söz-söhbət olacaq” demişdir. Təqsirləndirilən şəxs əlində bıçaq görməsə də, sonuncu onu bıçaqla öldürəcəyini dediyi üçün, həm də onu boğduğu üçün o, Elçinin həqiqətən onu öldürəcəyini düşünmüşdür. Telefona zəng gəlməsəydi və uşaqları ağlamasa idi bəlkə də onu öldürmüşdü. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, onlar Safura ilə qonşudurlar, həm də Safura qardaşının gəlinidir. Binanın birinci mərtəbəsində onlar, ikinci mərtəbəsində isə Safuragil yaşayır. Hadisə günü Safuranın səs-küyünü eşidib oğlu ilə birlikdə hadisə yerinə getmişlər. Safura boğuq səslə “kömək edin” deyə qışqırmışdır. Hadisə yerində pəncərənin sındırıldığını görmüşlər. Şəxs pəncərəni sındıraraq evə daxil olmuşdur. Onlar Safuranın evinin qapısına çatan kimi Safura qapını açmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs pilləkənlə Safuranın arxasınca qaçdığını görüb pilləkənin qurtaracağında onu tutmuşlar. Qonşular polisə məlumat vermiş, polis gələnə kimi Elçini tutub saxlamışlar. Hadisə ilə bağlı ilk təxminləri belə olmuşdur ki, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs Safuranın evinə daxil olub. O, Elçini qonşuluqda yaşayan biri kimi tanısa da onu demək olar ki, görməmiş, belə ki, sonuncu daim türmədə olmuşdur. Eşitdiyinə görə Elçin Safura yatdığı vəziyyətdə onun otağına girərək onu hədələmiş, onunla cinsi əlaqədə olmaq üçün gəldiyini bildirmişdir. O, Safuranın evinə gələndə onun uşaqlarının ağladıqlarını görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, gecə saat 02:00 radələrində işdən evə gəlib yemək yeyərkən yuxardakı mənzildən sanki kimisə boğurlarmış kimi boğuq səs eşidib bu barədə həyat yoldaşına bildirmişdir. Getdikcə artan səs-küyün səbəbini öyrənmək üçün həyat yoldaşı ilə birlikdə evdən çıxmışlar. Təxmini bilmişdir ki, bu səs-küyə səbəb olan Təqsirləndirilən şəxsdur. Çünki Təqsirləndirilən şəxs bir çox yerlərə girib oğurluq etmişdir. O, binanın arxa tərəfinə keçmişdir ki, Elçin evdən tullanıb qaçan zaman onu tutsun. Amma orada pəncərənin sındırıldığını görmüşdür. Evin qapısı tərəfə gedəndə Safuranın təngnəfəs pilləkəndən özünü yerə atdığını, onun arxasınca isə Təqsirləndirilən şəxs pilləkəndən tullandığını görmüşdür. Safura qapını açan kimi o, Elçini tutmuşdur. Elçini tutan zaman sonuncu ona müqavimət göstərmiş, onun əlindən qaçmağa cəhd etmişdir. Həmin vaxt Elçin sərxoş vəziyyətdə olmuş və əynində yalnız şalvar olmuşdur. Bundan sonra hadisə yerinə gələn qonşular polisə məlumat vermiş, o da polis əməkdaşları gələnə kimi Elçini tutub saxlamışdır. Həmin vaxt Elçinin Safuranın evinə hansı məqsədlə girdiyini bilməmiş, Elçindən Safuranın evinə niyə girdiyini soruşsa da sonuncu ona cavab verməmişdir. Həmin vaxt Safuranın uşaqları evdə olmuşlar. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında 23 avqust 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Yevlax rayonu Duzdağ kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evdir. Həmin evə torpaq yolla gəlinir. Sağ tərəfdə ilk olaraq Təqsirləndirilən şəxs yaşadığı 2 mərtəbəli fərdi yaşayış evi yerləşir. Həmin evin giriş hissəsinə beton pilləkənlərdən qalxılır. Evin giriş hissəsinə qalxdıqda sol tərəfdə giriş qapısı yerləşir. Giriş qapısının qarşısında bir ədəd sellofan torba içərisində kartof, onun yanında çirklənmiş vəziyyətdə qara və ağ rəngli iki ədəd köynək, bir ədəd alışqan və bir ədəd açar yerləşir. İki ədəd köynək, bir ədəd alışqan və bir ədəd açar iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdən təxminən 50 metr irəlidə Zərərçəkmiş şəxs yaşadığı ev yerləşir. Evə beton pilləkənlərlə qalxılır. Giriş qapısı ağ rənglidir. Evə daxil olduqda sağ tərəfdə qonaq otağı və irəlidə isə mətbəx yerləşir. Sağ tərəfdə yerləşən pəncərə şüşəsi sınmışdır. Şahid2 həmin şüşə parçalarını göstərərək Təqsirləndirilən şəxs tərəfindən evə qanunsuz daxil olunan zaman sındırıldığını bildirmişdir. Sınmış pəncərə şüşəsinin uzunluğu 95 sm, eni isə 35 sm-dır. Sol tərəfdə ikinci mərtəbəyə qalxmaq üçün pilləkən yerləşir. Pilləkənlərlə qalxdıqdan sonra sağ tərəfdə qonaq otağı, ondan da irəlidə Zərərçəkmiş şəxs yataq otağı yerləşir. Yataq otağının döşəməsi narıncı rəngli olub taxta materiallıdır. Sol tərəfdə bir ədəd taxt, sağ tərəfdə isə iki ədəd paltar şkafı yerləşir (cild 1, iş vərəqə 17-34). Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 23 avqust 2024-cü il tarixli 918 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur (cild 1, iş vərəqə 8). Məhkəmə-tibbi ekspertizasının 23 avqust 2024-cü il tarixli, 558 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sağ süd vəzisinin yuxarı iç kvadratının qançırı, sol körpücükaltı nahiyənin sıyrığı, sol çənəaltı nahiyənin şişkinliyi küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 23 avqust 2024-cü il tarixə uyğun gəlir, müxtəlif şəraitdə əmələ gələ bilərdi, ilk məlumatda göstərilən şəraitdə törənməsi istisna edilmir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir (cild 1, iş vərəqə 49). Materialların məhkəmə-ekspertizasının 22 oktyabr 2024-cü il tarixli, 3-16-16/2- 6/4843 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq liflər rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. Aparılmış tədqiqatın dəyəri 154 manat müəyyən edilmişdir (cild 1, iş vərəqə 219-224). Məhkəmə-trasoloji ekspertizasının 06 noyabr 2024-cü il tarixli 3/1606 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd yaşıl rəngli köynəyin və bir ədəd yaşıl rəngli şalvarın səthində trasoloji zədə yoxdur. Aparılmış tədqiqatın dəyəri 77 manat müəyyən edilmişdir (cild 1, iş vərəqə 226-228). Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 01 oktyabr 2024-cü il tarixli, 703 nömrəli rəyinin tədqiqi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ünsiyyətə həvəslə daxil olur, verilən suallara ətraflı və ardıcıl cavablar verməklə anamnestik məlumatları və olmuş hadisələri xronoloji qaydada çatdırır. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir, aktiv surətdə müdafiə olunaraq bildirir ki, “hadisəni içkili vəziyyətdə törətmişəm”. Müayinə zamanı özünü bir müddət sakit aparsa da törətmiş olduğu cinayət əməli barəsində danışarkən həyəcanlanır, bu zaman səsinin tonunu ucaldaraq verilən sualları hövsələsiz şəkildə, lakin adekvat cavablandırır. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. Rəyin məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsindən əvvəl hər hansı xroniki psixi xəstəlik keçirməmiş, cinayət hadisəsini törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hadisəyə qədər, hadisəni törədərkən və hadisədən sonra öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs təsvir olunmuş cinayət hadisəsini törətdikdən sonra da psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun barəsində hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Rəyin məhkəmə psixoloji ekspertizası üzrə yekun hissəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, iş vərəqə 212- 215). Ambulator məcburi narkoloji-tibbi yoxlamanın 19 oktyabr 2024-cü il tarixli, 1718 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Rəyin təsviri hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs sağ gözü görmür (cild 1, iş vərəqə 217). “Yevlax rayon Mərkəzi Xəstənası” X16 27 avqust 2024-cü il tarixli 18-1-82/2- 646/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son beş il ərzində səhhəti ilə bağlı bir neçə dəfə həmin xəstəxanaya müraciət etmişdir. Müayinələr zamanı vətəndaşda xx.xx.2024-cü il tarixində həkim-travmatoloq tərəfindən “gözün və göz yuvasının travması” diaqnozu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs hər hansı xəstəliklə bağlı qeydiyyatda dayanmır. Həmin məktuba əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır (cild 1, iş vərəqə 140-141). Yevlax rayon Polis Şöbəsindən daxil olmuş 07 sentyabr 2024-cü il tarixli, 3-13- 117/2-17935/24 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evə daxıl olaraq onunla zorla cinsi əlaqədə olmaq istəyən zaman orada kənar şəxslər olmamış, hadisəni heç kim görməmiş, o bu barədə əvvəlcədən heç kimə məlumat verməmiş, onu bu cinayətə təhrik edən olmamış və onların ailələri arasında əvvəllər heç bir münaqişə olmamışdır (cild 1, iş vərəqə 138). Yevlax şəhəri İcra Hakimiyyəti başçısının Nemətabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 sentyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Şirinov X4 və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xidməti borcunu yerinə yetirdikdən sonra ordu sıralarından təxris olunmuşdur. Hərbi xidmətdən sonra Yevlax rayonunun Duzdaq kəndində yaşamışdır. Bu ünvanda yaşadığı vaxt bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilmişdir. Təqsirləndirilən şəxs kəndin ictimai fəaliyyətində iştirak etməmiş və tüfeyli həyat sürmüşdür (cild 1, iş vərəqə 134). Yevlax şəhəri İcra Hakimiyyəti başçısının Nemətabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X8 adlı iki uşağı var (cild 1, iş vərəqə 131). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs - Gəncə şəhəri Nizami rayon Xalq məhkəməsinin 03 aprel 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93-3-cü maddəsinin 3-cü hissəsi ilə (köhnə redaksiyada) təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş; - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olumaqla 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 20 may 2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş; - Nəsimi Rayon Məhkəməsinin 24 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25 oktyabr 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş; - Yevlax Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.2, 29,177.2.3 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qərarına əsasən cəzası 3 il 6 aya endirilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 21 mart 2020-ci il tarixli qərarı ilə cəzadan 2 ay 14 gün vaxtından əvvəl şərti azad edilmiş, 04 iyun 2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış; - Yevlax rayon məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Milli Məclisinin 08 noyabr 2021-ci il tarixli amnistiya qərarına əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 06 ay azaldılaraq üzərində 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 27 dekabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 168-169, 197-210). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları ödənilsə də Yevlax rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 149.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməl başa çatmayan, həmin Məcəllənin 157.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl isə başa çatmış cinayətdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,149.2.4-cü maddəsində nəzərdə tutulan əməl ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulan əməl isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanımamasına, onun evinə girməməsinə, polis əməkdaşlarının onu döyərək bu cinayəti boynuna qoymasına dair məhkəmədə dediklərini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü bu mülahizəsi yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı ibtidai istintaq zamanı ümumiyyətlə heç nə bildirməmiş, bununla bağlı hər hansı orqana şikayət etməmiş, bu barədə məhkəmədə bildirdikləri isə hər hansı dəlillə təsdiqin tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasının 26 avqust 2024-cü il tarixli məktubundan görünür ki, 26 avqust 2024-cü il tarixdə saat 11:35-də Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 2 saylı istintaq təcridxanasına təhvil verilən Təqsirləndirilən şəxs təcridxananın həkimi tərəfindən tibbi müayinədən keçirilən zaman onun sol gözünün ətrafında qançır izləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən verdiyi izahatında və Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilnmiş akta əsasən üzərində aşkar edilmiş xəsarətləri 23 avqust 2024-cü il tarixdə Yevlax rayonunda törətdiyi cinayət hadisəsi zamanı aldığını bildirmişdir (cild 1, iş vərəqə 125). Həmin məktuba əlavə olunmuş Yevlax rayon X7 Saxlama Yerinin rəisi tərəfindən tərtib edilmiş 23 avqust 2024-cü il tarixli aktdan görünür ki, Şirinov X6 Saxlama Yerinə qəbul edilərkən vizual baxış zamanı sol gözünün göyərmiş yarası və bədəninin müxtəlif nahiyələrində sıyrılmış yara izləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin xəsarəti öz deməsinə görə həmkəndlisi Zərərçəkmiş şəxs evinə daxil olub onunla zorla cinsi əlaqədə olmaq istədiyi zaman onun qohumları tərəfindən döyülüb xəsarət aldığını, bununla bağlı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə 125). Məhkəmə-tibbi ekspertizasının 25 avqust 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər - göz ətrafı nahiyənin qançırı, dərialtı hematoması, hər iki yuxarı ətrafın, sol qoltuqaltı nahiyənin və döş qəfəsinin arxa səthinin çoxsaylı sıyrıqları küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 23 avqust 2024-cü il tarixə uyğun gəlir, müxtəlif şəraitdə əmələ gələ bilərdi, ilk məlumatda göstərilən şəraitdə törənməsi də istisna edilmir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir (cild 1, iş vərəqə 171). Təqsirləndirilən şəxs ona xəsarət yetirmiş Şahid1 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdiyinə görə ibtidai istintaq orqanının 19 noyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlərlə bağlı cinayət işinin və inzibati xəta haqqında icraatın başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən rədd edilmişdir (cild 1, iş vərəqə 229-249). Göründüyü kimi cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədənində həqiqətən xəsarətlər olmuş, amma həmin xəsarətlər polis əməkdaşları tərəfindən deyil, hadisə zamanı onu zərərçəkmiş şəxsin evində tutub saxlayaraq polisə təqdim etmiş Şahid1 tərəfindən yetirilmişdir. Təqsirləndirilən şəxs həm X11, həm də 2 saylı İstintaq Təcridxanasına qəbul edilərkən bu faktı təsdiq etmiş, bununla bağlı müvafiq sənədləşmələr aparılmış, bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində bədənində olan xəsarətləri ona Safuranın qohumu olan Seymurun yetirdiyini, ona xəsarət yetirən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında da Şahid1 onu döyərək xəsarət yetirdiyini, amma Seymur barəsində şikayət etmədiyini bildirmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,149.2.4 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 157.1-ci maddəsinin sanksiyasında isə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən cinayətlərin məcmusu və ya hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs gözün və göz yuvasının travmasından əziyyət çəkməklə sağ gözünün görməməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.2.4-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 157.1ci maddəsi ilə islah işləri cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən təyin edilmiş islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmalı və təyin olunmuş cəzalar toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yevlax Rayon Məhkəməsinin 24 avqust 2024-cü tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 23 avqust 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (cild 1, iş vərəq 63, 99-102). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Yevlax rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli cins şalvar, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd yaşıl rəngli köynək və bir ədəd yaşıl rəngli şalvar məhv edilməli, X3 ibtidai istintaq zamanı şahid qismində dindirilməsinin videogörüntüsünü özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 231 manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,149.2.4 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,149.2.4-cü maddəsi ilə 6 (altı) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il müddətinə islah işləri cəzası 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 23 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Yevlax rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli cins şalvar, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd yaşıl rəngli köynək və bir ədəd yaşıl rəngli şalvar məhv edilsin; - X3 ibtidai istintaq zamanı şahid qismində dindirilməsinin videogörüntüsünü özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 231 (iki yüz otuz bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Günay Aşurova Hakimlər: Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar