Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-114/2020 16.09.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X13, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxsin hüquqi varisi – X10, xx xxxxx 1965-ci il tarixdə Balakən rayonunun İtitala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ortaixtisas təhsilli, X17 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 120.2.4, 132, 221.3-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş qalan 05 ay 23 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Balakən rayonunun İtitala kəndində qeydiyyatda olmaqla Balakən rayonunun Hənifə kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 120.2.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 132 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək xx.xx.2017-ci il tarixdə çəkilməmiş qalan 05 ay 23 gün müddətində cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda xx.xx.2019-cu il tarixdə saat 20 radələrində kirayədə yaşadığı Balakən rayonunun Hənifə kəndində yerləşən Şahid8 məxsus evdə qonşuluqda Şahid4 məxsus yarımtikilidə yaşayan tanışı xx.xx.1960-cı il təvəllüdlü X4 ilə birlikdə spirtli içki qəbul edərkən sonuncunun digər qonşuları Şahid2 ünvanına söyüş söyməsinə görə Məmmədhəsən Rəhimovu qolundan tutub öz yaşadığı evdən çıxardıqdan sonra sonuncunun yaşadığı yarımtikiliyə aparıb özünü Məmmədhəsən Rəhimovun şəxsiyyətinin fövqündə qoyaraq, ona əynindəki paltarları soyunub yatağına girməsi barədə göstəriş vermiş, sonuncu yatağının üzərində oturub əynindəki gödəkcəni, ayaqlarındakı qaloşları və corabları çıxardıqdan sonra onun da ünvanına söyüş söyməsində ifadə olunan cüzi səbəblə, yəni heç bir əsaslı səbəb olmadan sonuncunu öldürmək qərarına gəlmiş, yaşadığı evdən özü ilə gətirdiyi taxta parçası ilə Məmmədhəsən Rəhimovun başına bir neçə dəfə qəsdən zərbələr vurmuş, zərbələrin təsirindən Məmmədhəsən Rəhimovun sol çiyni üstdə yatağa düşməsindən sonra öz cinayətkar niyyətini başa çatdırmaq məqsədilə sonuncunun başına həmin taxta parçası ilə daha bir dəfə zərbə vurmuş, Məmmədhəsən Rəhimovun ayaqlarını yerdən qaldırıb çevirib üzüaşağı yatağa uzadıb üzərinə sarı-yaşıl rəngli yorğan, tünd qırmızı rəngli üzərində güllər olan yun örtüyü və qara rəngli gödəkcəni örtdükdən sonra hirsi soyumadığı üçün həmin vaxt üzüaşağı vəziyyətdə olan Məmmədhəsən Rəhimovun başının ənsə nahiyəsinə taxta parçası ilə daha bir neçə dəfə qəsdən zərbələr vuraraq sonuncuya sağlamlığa yüngül zərərvurmaya aid edilən sol gicgahın aşağısında 01 ədəd sıyrıq, sağ göz qapaqlarında şişkinlik, eynək simptomu, alnında ön hissədə 01 ədəd qançır, burnunda üst yuxarı səthdə 02 ədəd sıyrıq, sifətinin sağ hissəsində 01 ədəd sıyrıq, dilinin ucunun alt hissəsində qansızma, başının yuxarı ənsə nahiyəsində 01 ədəd yara, sol təpənin arxa yuxarı tərəfində 01 ədəd, təpənin arxasında orta səthdə 01 ədəd yara, ön təpədə 01 ədəd yara, ənsənin sağ aşağı qabarında hematoma, həmçinin ölümə səbəb olan həyat üçün təhlükəli sağlamlığa ağır zərərvurmaya aid sağ ənsə sümüyündə kəllə əsasına keçən 03 qəlpədən ibarət yerdəyişməli qəlpəli sınıqlar, baş beyində əzilmə, qansızma-ödem xəsarətləri yetirərək xuliqanlıq niyyəti ilə qəsdən Məmmədhəsən Rəhimovu öldürmüş, yəni sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin120.2.2-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək hadisə günü yaşananlar barədə, yəni mərhum zərərçəkmiş şəxslə olan münasibəti barədə, onunla görüşüb yeyib-içmələri barədə, daha sonra mərhumun söyüş söyməsi ilə bağlı aralarında yaşanan mübahisə və bunun nəticəsində ona taxta parçası ilə bir neçə dəfə vurması barədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə vermiş, lakin zərərçəkmiş şəxsi qətlə yetirmədiyini, mübahisə zamanı ona sonuncunun ölümünə səbəb olan xəsarətləri yetirmədiyini, aralarında yaranan mübahisə zamanı əlinə götürdüyü taxta parçasının nazik taxta parçası olduğu, həmin taxta parçası ilə yetirilən xəsarətlərin insanı öldürməyə heç bir halda səbəbiyyət verə bilməyəcəyini göstərmişdir. Təqsirləndirilən şəxsin hadisə günü yaşananlar barəsində, daha dəqiq zərərçəkmiş şəxsə yetirilən xəsarətlər barəsində məhkəmə istintaqı zamanı qeyd etdikləri ibtidai istintaq zamanı qeyd etdikləri ilə, o cümlədən müdafiəçinin iştirakı ilə video çəkilişlə ifadəsi hadisə yerində yoxlanılan zaman qeyd etdikləri ilə ziddiyyət təşkil etdiyindən məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsinin hadisə yerində yoxlanması protokolu və aparılmış çəkilişi əks etdirən video görüntülər tədqiq edilmişdir. Həmin ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir ki, “...Onlar yeyib-içəndən sonra şəkilinin Rəşadın ünvanına çox ucadan söyüş söydüyünü görüb, ona evdən çıxmasını demiş, şəkili gödəkcəsini əyninə geyinəndən sonra onu sol qolundan tutub evindən çıxartmış, şəkili evdən çıxıb pilləkənlərin üstündə ayaqqabılarını geyinib aşağı düşəndə söyüş söyməməsi üçün xəbərdarlıq etmək məqsədilə onun qolundan tutmaq istəyəndə şəkili axırdan ikinci pilləkənin üstündən üzüaşağı yerə yıxılmış və tez yerdən durmuşdur. Şəkilinin yerə yıxılmasından heç bir xəsarəti yaranmamışdır. Şəkilinin sol qolundan tutub onu həyətindən çölə çıxartmaq üçün aparmış, bu vaxt şəkili yenə onun həyətində ucadan Rəşadın ünvanına söyüş söymüş, o da bundan çox əsəbiləşərək həyətin darvazasının qabağında olan odun parçalarının yığıldığı yerdən bir ədəd taxta parçası götürərək şəkilinin yan tərəfinə iki dəfə taxta ilə çox da bərk olmayan zərbələr vurub onun həyətində söyüş söyməməsini tələb etmişdir. O, şəkiliyə bildirmişdir ki, “mən həbsdən təzə çıxmış adamam, ev yiyəsi də məni evdən çıxartmaq istəyir, səs-küy salma, yoxsa sənə görə məni evdən çıxaracaqlar”. O, şəkilinin sol çiyininə keçib onu tutub yol boyu üzüyuxarı onun qaldığı yerə tərəf aparmış, şəkili qaldığı həyətin qarşısında olan taxta hasarın qabağında yenə Rəşadın ünvanına söyüşlər söymüş, onu sakitləşdirmək istəsə də, şəkili ona qulaq asmamışdır. O, şəkilinin onun sol qolundan tutub taxta hasarın arasından keçib onu da oradan keçirtmiş, bu vaxt onun ayağı oradakı daşların üstündə sürüşdüyündən o, arxası üstdə yıxılıb oturmuş, amma şəkili kişini tutduğundan sonuncu yerə yıxılmamışdır. Məmmədhəsən Rəhimovu pilləkənlərlə qalxıb tikilidə olan yatağının yanına aparmış, həmin vaxt bayaq götürdüyü taxta parçası əlində olmuşdur. Şəkili ona demişdir ki, “sən də onların tayısan, onlar məni soyuqda qoyublar, sən də məni evinə buraxmırsan”. Şəkili yatağa çatan kimi orada oturmuşdur. O, M.Rəhimova demişdir ki, “yekə kişisən az söyüş söy, içkilisən əynini soyun yat”. Şəkili qara rəngli kurtkasını soyunub bükələyib başının altına qoymuş, ayağındakı qaloşları ayaqlarını bir-birinə sürtməklə çıxartmış, sonra da corablarını çıxardıb, yatağın üstünə ayaq tərəfdə qoymuşdur. Ayaqlarını da ayaqqabılarının üstünə qoyub oturmuşdur. O, şəkiliyə xəbərdarlıq etmişdir ki, söyüş söyməsin, burada qonşular var və onunla birlikdə olduğu üçün o da kənddə biabır olacaqdır. Bu vaxt şəkili onun ünvanına söyüş söymüş, şəkilinin söyüş söyməsinə görə hirslənib sağ əlindəki taxta ilə onun sağ tərəfdən başına çəpinə bir dəfə zərbə vurmuş, şəkili zərbənin təsirindən “ay” deyə səs çıxartmış və onun var-yoxuna söymüş, şəkilinin onun var-yoxuna söyməsi onu həddindən çox əsəbiləşdirmiş və özündən çıxartmışdır. O, əlindəki taxta ilə yenə eyni tərzdə sağ əlini soldan sağa gətirərək taxta ilə şəkilinin başına daha bir dəfə əvvəlkinə nisbətən sərt zərbə vurmuş, zərbənin təsirindən Məmmədhəsən Rəhimov üzü divara tərəf sol çiyni üstdə yatağın üstünə yıxılmış, bu vaxt o, sol qolunu qarnına sıxmış, sağ qolunu isə başına tutmuşdur. O, hirsindən yenə şəkilinin başına bir dəfə də üstdən aşağı sağ tərəfindən sərt şəkildə həmin taxta parçası ilə onun başına vurmuşdur. Bu dəfə vuranda şəkilidən səs çıxmamışdır. O, şəkilinin ayaqlarını yerdən qaldırıb çevirib yatağına uzatmış, şəkili ağzı üstdə uzanıqlı olmuş, sonra orada olan yorğanı, yorğandan sonra oradakı pakrıvalı-örtüyü, sonra da pencəyə oxşayan nəyisə onun üstünə sərmişdir. Həmin örtüklər yataqda şəkilinin ayağı tərəfdə yumurulanıb iç-içə yığılmışdır. O, yorğanı açanda onlar da onun arasından çıxmışlar. Bundan sonra hirsi soyumadığı üçün o şəkilinin üzüaşağı vəziyyətdə olanda başına 1 ya 2 dəfə də əlindəki taxta parçası ilə zərbə vurmuşdur. O, şəkilini vurandan sonra üstünü örtmüşdür ki, şəkili yatsın...” Qeyd olunan ifadələr tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, onun Məmmədhəsən Rəhimovu öldürmək niyyəti olmamış, sonuncu onu söydüyü üçün hirslənib onu cəzalandırmaq məqsədilə əlində olan taxta ilə onu bir neçə dəfə yavaşca vurmuşdur. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli və həmin əmələ görə onun təqsirliliyi məhz onun məhkəmədə verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri, işin digər halları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə aşağıda şərh olunan qaydada kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, mərhum X4 onun böyük qardaşı olmuş, onların münasibətləri yaxşı olmuşdur. Mərhumun iki oğlu və dörd qızı olmuşdur. Məmmədhəsən sağlığında fəhləlik etməklə, çoban işləməklə dolanışığını təmin etmiş, son bir il yarımdır ki, Balakən rayonuna işləməyə getmişdir. Mərhumun sağlığında dediyinə görə o, Balakən rayonunda qul bazarı deyilən yerdə durub müştəri gözləmiş və kirayə qalmışdır. Onlar onun küçələrdə qaldığını bilməmişlər. Məmmədhəsən 1994-1995-ci illərdə Balakən rayonunda fəhləlik etmiş, ona görə az-çox Balakəni tanımışdır. Qardaşının düşmənləri olmamış, heç kimlə münaqişəsi və ədavəti olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 4 ay bundan əvvəl, yəni təxminən 2019-cu ilin avqust ayında o, həyətindəki otları təmizləmək üçün Lenin bağından fəhlə gətirmiş, həmin fəhlənin adını bilməmişdir. Fəhlə ilə danışanda o, Şəkinin Baltalı kəndindən olduğunu, burada heç kiminin olmadığını və parklarda skamyaların üstündə gecələdiyini demişdir. Fəhlə 3 gün onun həyətində işləmiş və buna görə fəhlənin istədiyi 30 manat məbləğində pulu ona vermişdir. O, həmin fəhlənin adını bilməmiş, onu “Bete” deyə çağırmışdır. Bete onun həyətində işlədiyi ikinci gün qonşusu Murtuzəli də onlara gəlmişdir. Onlar çay içəndə Murtuzəli Betenin acınacaqlı şəraitdə yaşadığı barədə dediklərini eşidib Beteyə demişdir ki, evinin üstü yapılandan sonra yağış altında qalmasın, gəlib orda qalsın. Bete onların evində 3 gün işləyəndən sonra çıxıb getmişdir. Təxminən bir ay sonra Murtuzəli evinin damını yapdırmış, elə bu ərəfələrdə Bete onların qapısına gəlib ondan iş olub-olmamasını soruşmuş, o, Murtuzəlinin evinin damının yapıldığını görüb, bundan sonra Murtuzəlinin yarımtikilisində yaşamağa başlamışdır. Bete səhərlər evdən getmiş və adətən axşam saatlarında evə qayıtmışdır. Onun Beteyə yazığı gəldiyindən onlar ona isti çay vermişlər. Ailə üzvləri yatanda üstünə sərməsi üçün qalın yorğan da vermişlər. Digər qonşuları Cahangir də ona divanın üzərində olan matrası vermişdir. Bete sakit adam olmuş, heç kimlə işi olmamışdır.Təxminən xx.xx.2020-ci il tarixdə qonşusu Murtuzəli onlarla qonşuluqdakı torpaq sahəsində olanda onun oğullarından Beteni görüb-görmədiyini soruşmuş, o da həmin vaxt onlara yaxınlaşmışdır. Murtuzəli ondan da Beteni görüb-görmədiyini soruşmuş, o isə demişdir ki, Beteni görməmişdir. Bundan sonra uşaqları gedib yarımtikilinin pəncərəsindən baxıb gəlib demişlər ki, Betenin yeri yığılıb ayaqqabıları da oradadır. Murtuzəli ona demişdir ki, gedib baxsın, o da demişdir ki, “get özün bax”. Murtuzəli də onların evin arxa tərəfindən gəlib yarımtikilinin içinə girib baxıb onun öldüyünü görmüşdür. Bundan sonra Murtuzəli aidiyyatı orqanlara zəng eləyib xəbər vermişdir. İfadəsinin davamında göstərmişdir ki, Məmmədhəsən Rəhimovu vurmamış, Beteni ayaqyolunu çirkləndirdiyi üçün xx.xx.2019-cu il tarixdə yavaşca sol çiynindən itələmiş, o da yerə yıxılmışdır. Onların arasında hər hansı mübahisə, dava-dalaş olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid4 məhkəməyədək icraat dövründəki ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Şahid4 göstərmişdir ki, mərhum Məmmədhəsən Rəhimovu qonşusu Şahid2 evinin həyətində fəhlə olaraq otları yığıb təmizləyən zaman görmüş, orada Rəşaddan onun kim olmasını soruşmuş, Rəşad həmin şəxsin fəhlə olaraq gəldiyini və Şəki şəhərindən olduğunu demişdir. Növbəti gün bir daha Rəşadın evinin həyətinə gedən zaman orada yenə Məmmədhəsəni fəhlə olaraq işləyəndə görmüş və ondan harada gecələməsini, hansı rayondan olmasını soruşmuş, M.Rəhimov isə ona Şəki rayonundan olduğunu və gecələri parkda gecələdiyini demişdir. M.Rəhimov ondan Rəşadın evinin yanında olan ona məxsus yarımtikili iki mərtəbəli binada gecələmək üçün icazə istəmiş, o isə ona evin dam örtüyünün olmamasını bildirmiş, Məmmədhəsən isə dam örtüyü vurulduqdan sonra gecələmək üçün bir daha icazə istəmiş, o isə Məmmədhəsənə bunun mümkün olduğunu demişdir. O, həmin gündən sonra onu bir daha görməmişdir. O, həmin şəxsin adını “Bete” bilmiş, çünki Rəşad onu elə çağırmışdır. Adının Məmmədhəsən olmasını o öldükdən sonra bilmişdir. Təxminən 2019-cu ilin noyabr ayının əvvəllərində ona məxsus yarımtikili binanın dam örtüyü vurulmuşdur. Daha sonra isə təxminən 2019-cu ilin noyabr ayının ortalarında həmin yerə getmiş və orada mişar daşlarının üstünə qoyulmuş yataq kimi istifadə olunan divanın oturacaq hissəsi, yanında isə sellofan torbanın olmasını görmüşdür. Bu zaman Rəşadın evinə gedərək ona məxsus yarımtikilidə Betenin qalıbqalamasını soruşmuş, Rəşad isə ona betenin orada qalmasını demişdir. Daha sonra həmin gündən təxminən 15 gün sonra bir daha ona məxsus yarımtikiliyə gedib baxan zaman orada yataqdan əlavə bəzi paltarlarının da olmasını görmüş və yenə gedib Rəşada Betenin əşyalarının çoxalmasını deyib onu görüb-görməməsini ondan soruşmuşdur. Rəşad isə onu çoxdandır görmədiyini demişdir. Həmin binanı oğlu Elşən üçün tikdirmiş, maddi vəziyyətinin yaxşı olmaması səbəbi ilə həmin tikili yarımçıq qalmışdır. O, həmin yerə arada bir gedib günorta saatlarında nəzarət etmişdir. Məmmədhəsən görünür gec gəlib səhər tezdən də getdiyi üçün onu görməmişdir. İstəmişdir ki, Məmmədhəsəni görüb orada qaldığı üçün iradını bildirsin. Betenin meyitini aşkar etməmişdən əvvəlki son bir həftədə, ümumiyyətlə ora getməmişdir. xx.xx.2019-cu il tarixdə o, həmin binanın arxasında olan zaman Rəşadın azyaşlı oğlu Eltun onun yanına gələrək yarımtikili binanın birinci mərtəbəsində olan yataqda həmin kişinin yatmasını və hərəkət etməməsini demişdir. Bu zaman yaxınlıqda olan Rəşaddan gedib ora baxmasını xahiş etmiş, lakin Rəşad ona “mənim nə işim var” demiş və o, özü getmişdir. Ora getdikdə görmüşdür ki, Məmmədhəsən üzü üstə yataqda uzanmış, üstü isə yorğanla, yorğanın da üstündən isə qara gödəkcə örtülmüşdür. Onun başı qartmaqlamış, üstündə isə milçək olduğundan, həmçinin hərəkət etməməsi səbəbi ilə onun ölməsi qənaətinə gəlmiş və dərhal öz evinə gedib kənd icra nümayəndəsi Şahid5 zəng edərək onun ölməsi barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid5 məhkəməyədək icraat zamanı verdikləri ifadəni müdafiə edərək ona uyğun ifadə verdilər. Məhkəmə istintaqı zamanı Şahid6 məhkəməyədək icraat dövründəki ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Şahid6 göstərmişdir ki, Balakən şəhərində yerləşən Mərkəzi bazarın arxa tərəfində yerləşən qaz doldurma məntəqəsinin yanındakı “515” adlı kafeni icarəyə götürərək işlədir. Təqsirləndirilən şəxs işlətdiyi kafeyə müştəri qismində gəlməsi ilə bağlı tanımışdır. X1 ora gələndə Hacımurad adlı şəxs onun işlətdiyi kafeyə gəlibgetməyə başlamışdır. Bir müddət sonra Samirə Hacımuraddan ayrılmış, elə həmin ərəfələrdə Hacımurad işlətdiyi kafedə Balakən rayonu Rocəhməd kəndindən olduğunu bildiyi Rahilə adlı qadınla tanış olmuş, Hacımurad ona həmin qadınla kəbin kəsdirməyə razılaşdığını bildirmişdir. Təxminən 10-15 gün bundan əvvəl Hacımurad kafeyə gələrək onun istifadəsində olan telefonu ilə Rahiləyə zəng etməsini istəmiş, o da Rahiləyə zəng edib Hacımuradıın onu kafedə gözlədiyini bildirmişdir. Həmin gün Rahilə kafeyə gəlməmiş, Hacımurad da orada bir müddət gözləyib, həmişəki kimi təxminən 300 ml-lik şüşə qabda araq içib çıxıb getmişdir. xx.xx.2019-cu il tarixdə saat təminən 17 radələrində Hacımurad yenidən kafeyə gəlmiş, həmin gün o, çox kefsiz görsənmiş və heç kimlə də danışmamışdır. Hacımurad ondan Rahiləyə zəng etməsini xahiş etmiş, o da Rahiləyə zəng etmiş, lakin Rahilə Hacımuradla yaşamaq istəmədiyini demiş və bir qədər sonra Hacımurad yenə spirtli içki içib çıxıb getmişdir. Hacımurad kafeyə həmişə tək gəlibgetmiş, o, Hacımuradın yanında başqa adam görməmişdir. Məhkəmə istintaqı zamanı şahid X5 məhkəməyədək icraat dövründəki ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Rahilə Ərəbçiyeva göstərmişdir ki, təxminən 2019-cu ilin noyabr ayının axırlarında Hacımuradı xəstə oğluyla Balakən şəhərindəki Mərkəzi Bazarın arxasında yerləşən Zəminənin kafesində çay içərkən orada görmüş və tanış olmuşdur. Hacımurad onunla kəbin kəsdirərək bir yerdə yaşamağı təklif etmişdir. O isə sonradan Hacımurad barəsində maraqlananda onun əvvəllər arvadını öldürdüyünü və uşaqlarının onu evdən qovduğunu öyrəndiyi üçün onunla əlaqə saxlamaq istəməmişdir. Hacımurad bir-iki dəfə Zəminənin vasitəsilə ona zəng elətdirərək kafedə onu gözlədiyini bildirsə də, onunla görüşmək istəmədiyi üçün onunla görüşməmişdir. Hacımuradın ona Zəminənin telefonu ilə nə vaxt zəng elədiyi yadında qalmamışdır. Hacımurad onunla həmişə Zəminənin telefonu vasitəsilə əlaqə saxlamışdır. Məhkəmə istintaqı zamanı Şahid8 məhkəməyədək icraat dövründəki ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Şahid8 göstərmişdir ki, o, Balakən rayonu Hənifə kəndində həyat yoldaşına məxsus evdə yaşayır. Həmin kənddəki mərhum anasına məxsus ev boş olduğundan onu müxtəlif şəxslərə kirayəyə vermişdir. Təxminən 2018-ci ilin ortalarından o, həmin evi əvvəllər tanımadığı, evinin yaxınlığındakı avtoyuma məntəqəsində işləyən Hacımurad adlı şəxsə onun xahişi ilə aylıq 30 manata kirayəyə vermişdir. O, arada Hacımurada kirayəyə verdiyi həyətə baxanda orada yerə tökülmüş yarpaqların yığılmadığını, həyət-bacanın səliqəsiz və natəmiz olduğunu görmüş, ona görə də, təxminən 2019-cu ilin dekabr ayının əvvəllərində o, Hacımuraddan evdən çıxmağını istəmişdir. Hacımurad isə ondan möhlət istəmiş, həyəti yığışdıracağını demişdir. Həm də sonradan o, Hacımuradın əvvəllər arvadını öldürdüyünü və buna görə həbsdə yatdığını eşitdiyi üçün onunla evdən çıxması üstündə mübahisə etmək istəməmiş və ona evdən çıxmasını mülayim dildə başa salmaq istəmişdir. Məhkəmə istintaqı zamanı Şahid9 məhkəməyədək icraat dövründəki ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Şahid9 göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə təxminən saat 20-21 radələrində tanımadığı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng gəlmişdir. Zəng edən atası Mustafayev Müslümlə birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkmiş Hacımurad adlı şəxs olmuşdur. Hacımurad ondan atasının həbsdən azad olub-olmamasını soruşmuş və ona Bakı şəhərində iş tapmağına kömək etməsini xahiş etmişdir. O da Hacımurada bildirmişdir ki, atasının həbsdən çıxmağından xəbəri yoxdur və ona işlə bağlı kömək edə bilməyəcəkdir. Bu danışıqdan sonra telefonu söndürmüşdür. Hacımurad əvvəllər də ona bir neçə dəfə öz nömrəsindən, yəni xx.xx.2019-cu il tarixdə zəng etdiyi nömrədən fərqlənən nömrədən zəng etmişdir. O, Hacımuradla münasibət saxlamaq istəmədiyi üçün son vaxtlar onun telefon zənglərinə cavab verməmişdir. xx.xx.2019-cu il tarixdə Hacımurad ona tanımadığı nömrədən zəng etdiyi üçün o, zəngə cavab vermişdir. Həmin danışıq təxminən 1 dəqiqə çəkmiş, bundan sonra Hacımurad ona bir də zəng etməmişdir. Danışıqları zamanı o, Hacımuradın səsində heç nə hiss etməmiş və hər hansı başqa bir şəxsin səsini eşitməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yeri - Balakən rayonu Hənifə kəndində vətəndaş Şahid4 məxsus həyətyanı torpaq sahəsində olan ikimərtəbəli, dam örtüyü olan, qapı və pəncərələri olmayan yarımçıq tikilidir. (cild 01, iş vər. 7-19) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, meyitin başının yuxarı ənsə nahiyəsində 4 x 0.2 sm az qövsvari sümüyə keçməyən yara, yara ətrafında sol təpənin arxa tərəfində 3 x 0.2 sm ölçüdə dəri səthindən aşağıda qonuru az qaramtıl sıyrıq, təpənin arxasında orta səthdə 5.2 x 0.6 sm ölçüdə nahamar yara, ön təpədə 3 x 0.4 sm ölçüdə kənarları nahamar sümüyə qədər yara vardır. Yaralar köndələn istiqamətlidir. Sol gicgahın aşağısında 1.5 x 1 sm qırmızımtıl rəngli dəridə aşınma, sağ göz qapaqlarında və göz altında tünd bənövşəyi şişkinlik, alnında ön hissədə 4 x 3 sm açıq qırmızımtıl qançır, burnun üst yuxarı səthində 1 x 0.8 sm və 1.2 x 0.5 sm səthi açıq qırmızı epidermisi az aşınmış sıyrıqlar, sağ sifətində 1.5 x 1 sm ölçüdə dərisi aşınmış sıyrıq, sağ əlin 1-ci barmağının kökündə arxa səthində 1.5 x 1 sm ölçüdə qartmaqlı yara xəsarətləri vardır. Əllədikdə ənsə nahiyəsində sümük kreptasiyası hiss olunmuş, meyitin daxili müayinəsi zamanı ənsə sümüyündəki kreptasiyanın basılmış, qəlpəli, yerdəyişməli sınıq olduğu müəyyən edilmişdir. (cild 01, iş vər. 22-30) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Balakən RPŞ-dən daxil olmuş xx.xx.2019-cu il tarixli 109-26101-1219 nömrəli məktubdan görünür ki, Balakən RPŞ-dən tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində X3 məxsus ***-***-**-** saylı nömrədən xx.xx.2019-cu il tarixində Şahid9 məxsus ***-***-**-** nömrəsi ilə telefon danışığı aparılmışdır. Keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, mərhum X3 məxsus ***-***-**-** nömrəsindən xx.xx.2019-cu il tarixdə əvvəllər Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə məhkum olunmuş, Balakən rayonu İtitala kəndində pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs danışıq aparmışdır. (cild 01, iş vər. 136) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs yaşadığı evə və hadisə yerinə təkrarən keçirilmiş baxış zamanı tərtib olunmuş xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, baxış zamanı evdə çarpayının altındakı çantanın içindəki sarı rəngli parça torbaya baxarkən oradan saç qırxan aparat və onun aksesuarlarının arasından 1 ədəd “Bakcell” mobil operatoruna məxsus sim kart aşkar edilmişdir. Sim kartın bir üzündə ağ rəngli fonun üzərində “Bakcell”, “**********”, “**********” yazılmışdır. Daha sonra Təqsirləndirilən şəxs göstərdiyi asılqandan asılmış pencəyin iç cibindən bir ədəd qara rəngli mərkəzi hissəsində “EXPLAY” yazısı olan mobil telefon aşkar edilmişdir. Telefonun arxa qapağını açdıqda 1 ədəd qırmızı rəngli batareya aşkar edilmiş, lakin sim kart aşkar olunmamışdır. Habelə aşkar edilmiş sim kartı aşkar edilmiş telefona daxil etmək istədikdə telefonun sim kart üçün nəzərdə tutulmuş yerinə həmin yerdəki deformasiya ilə bağlı sim kartı daxil etmək mümkün olmamışdır. Telefona baxış zamanı telefonun içərisində bütün məlumatların silindiyi, bütün qovluqların boş olduğu və içərisində iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumatın olmadığı müəyyən olunmuşdur. Aşkar edilmiş sim kartı başqa bir mobil telefon cihazına daxil edib həmin nömrədən zəng etdikdə sim kartın ***-***-**-** nömrəli olduğu müəyyən edilmişdir. (cild 01, iş vər. 144-156) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 16 nömrəli rəyindən görünür ki, mərhum X2 meyitinin xarici və daxili müayinəsində müəyyən edilmiş xəsarətlər a) sol gicgahın aşağısında 01 ədəd sıyrıq, sağ göz qapaqlarında şişkinlik, eynək simptomu, alnında ön hissədə 01 ədəd qançır, burnunda üst yuxarı səthdə 02 ədəd sıyrıq, sifətinin sağ hissəsində 01 ədəd sıyrıq, dilin ucunun alt hissəsində qansızma, başının yuxarı ənsə nahiyəsində 01 ədəd yara, sol təpənin arxa yuxarı tərəfində 01 ədəd yara, təpənin arxasında orta səthdə 01 ədəd yara, ön təpədə 01 ədəd yara, ənsənin sağ aşağı qabarında hemotoma. b) Sağ ənsə sümüyündə kəllə əsasına keçən 03 qəlpədən ibarət yerdəyişməli qəlpəli sınıqlar. Baş beyində əzilmə, qansızma-ödem. c) Sağ əlin 1-ci barmağının kökündə arxa səthdə 01 ədəd sıyrıqdır. Qeyd edilmiş xəsarətlərin hamısı həyati olub, bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, a) və b) bəndində göstərilənlər meyitin müayinəsindən 6-9 gün əvvəl yetirilə bilərdilər, c) bəndində göstərilən isə meyitin müayinəsindən 9-12 gün əvvəl əmələ gələ bilərdi, dərəcələrinə görə a) bəndində göstərilənlər birlikdə və ayrı-ayrılıqda canlı şəxslərdə təyin edildiyi kimi onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilirlər, b) bəndində göstərilənlər təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilirlər, c) bəndində göstərilən isə canlı şəxslərdə təyin edildiyi kimi sağlamlığa ZƏRƏR vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Mərhum Rəhimovun ölümünə səbəb baş beyində əzilmə-qansızma olmuşdur. Mərhum Rəhimovun meyitində getmiş çürümə əlamətlərinə görə, demək olar ki, onun ölümü meyitin müayinəsindən 6-9 gün əvvəl baş verməyə uyğun gəlir. Mərhum Rəhimovun anal yolundan çürümə fonunda onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa xarakterik əlamətlər olmadı. Mərhum Rəhimovun meyitində müəyyən edilmiş xəsarətlər döyülmə nəticəsində yetirilməyə xarakterikdirlər. X2 meyitindən götürülmüş əzələdə və beyində məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. X2 meyitinin baş nahiyəsindən götürülmüş dəri parçalarının səthlərində və kənarlarında yaralar aşkar olundu. Bu yaralar əzilmiş yaralar olub, küt yaranma mexanizminə malikdirlər, küt alətin (-lərin), yaxud əşyanın (- ların) təsirindən törənmişdilər. (cild 02, iş vər. 118-120) Məhkəmə istintaqı zamanı rəyi tərtib etmiş X7 tərtib etdiyi rəylə bağlı dindirilmiş və o, ifadəsində göstərmişdir ki, məhkəməyədək icraat zamanı mərhum X2 meyitinin məhkəmə-tibbi ekspertizasını keçirərək rəy vermişdir. Məhkəmə-tibbi ekspertizaları zamanı meyitlərdə alkoqollu içkilərin qəbulunun, yəni onların bədənində etil spirtinin olub-olmamasının müəyyən edilməsi məqsədilə qan nümunələri götürülərək MTEPA ETTB PHŞ-nın Kimya Şöbəsinə göndərilir. X9 meyitində çürümə baş verdiyindən və ölümündən müayinəyə kimi çox vaxt (6-9 gün) keçdiyi üçün meyitdə qan olmadığına görə labarator müayinələrə meyitin beyin və əzələ toxuması göndərilmişdir. Kimya Şöbəsi tərəfindən verilmiş və ekspert rəyində göstərilmiş cavabda göndərilmiş nümunələrdə etil spirtinin olmadığı göstərilmişdir. Ona görə də, M.Rəhimov ölümündən bir müddət əvvəl etil spirti qəbul etmiş olsa belə, meyitdə baş vermiş çürümə dəyişiklikləri ilə əlaqədar etil spirti dağılıb uça bilərdi. Həmçinin M.Rəhimovun baş hissəsində müəyyən edilmiş xəsarətlər Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi şəraitdə əmələ gəlməyə uyğun gəlirlər. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi ilk zərbələr mərhumla qarşıqarşıya durmuş vəziyyətdə yetirilə bilərdilər. M.Rəhimovun ölümünə səbəb olan yuxarı ənsə nahiyəsində 01 ədəd yara, ənsənin sağ aşağı qabarında hematoma, sağ ənsə sümüyündə kəllə əsasına keçən 03 qəlpədən ibarət yerdəyişməli qəlpəli sınıqlar, baş beyində əzilmə, qansızmaödem xəsarətləri Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi mərhumun başına ön hissədən zərbələr vurub üzü aşağı yerə yıxılmasından sonra başının arxa tərəfinə yetirilmiş zərbələrlə əmələ gələ bilməyə xarakterikdir. Mərhumun ölümünə səbəb olmuş baş beyində əzilmə, qansızma-ödem xəsarətləri onun sağ ənsə sümüyündə kəllə əsasına keçən 03 ədəd qəlpədən ibarət yerdəyişməli sınıqların təsirindən əmələ gəlmişdir ki, həmin xəsarət insanın öz boyu hündürlüyündə yıxılmadan əmələ gələ bilməz. Mərhumun başının ön hissəsində olan yaralar tinli çıxıntılı əşyaların təsirindən yaranmağa xarakterikdir, başın arxa hissəsində aşkar olunmuş xəsarətlər isə geniş yastı əşyanın təsirindən yaranmağa xarakterikdir. Odur ki, mərhumun baş hissəsinin ön tərəfində əmələ gələn xəsarətlər Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi əlində olan taxta parçasının tinli-çıxıntılı tərəfləri ilə, başın arxa hissəsində əmələ gəlmiş xəsarətlər isə taxta parçasının yastı-geniş hissəsi ilə yetirilməyə uyğun gəlir. (cild 2, iş vər. 201-203) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi-bioloji ekspertizasının 957/2019- MTBŞ nömrəli ekspert rəyindən görünür ki, zərərçəkmiş X2 ABO sistemi üzrə qan qrupu – Abeta(H)/İİ/-dir. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu – Abeta(H)/İİ/-dir. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus gödəkcə, hadisə yerindən götürülmüş vilvet köynək, 02 ədəd gödəkcə, yorğan üzü, odeyal, M.H.Rəhimova məxsus sağ və sol əl barmaq kəsikləri, plaş, köynək, şalvar, papaq, qısaqol mayka, pencək və “matras”dan kəsilmiş material kəsiyi üzərində insan qanı ləkələri aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə tətqiq olunduqda (A) və (H) antigenləri alındı. Bu qan ləkəkləri Abeta (H) İİ qruplu şəxsə, o cümlədən X3 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. (əgər sonuncuda qanaxma ilə müşayiət olunan xəsarət olubsa) (cild 02, iş vər. 55-56) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi-kriminalistik ekspertizasının 634/2019-MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkcənin sağ qolunun yuxarı nahiyəsində nisbi-düz və qeyri-düz dairəvi və ovalvari formalı (ölçüləri 0.2x0.5 sm-dək) qan ləkələri sıçrantı xarakterlidir, qan mənbəyinə və yaqanlı səthə kinetik enerji impulsu verməklə əmələ gələ bilərdilər. Yorğan üzünün bir kənarında geniş sahəli; vilvet köynəyin üzərində fasilələrlə yerləşən; plaş materialdan olan gödəkcənin yaxalığının daxili səthində astarın boyun və kürək nahiyələrində fasilələrlə yerləşən; material kəsiyinin (matrasdan) orta hissəsində geniş sahəli; papağın üzərində fasilələrlə yerləşən, pencəyin ön hissəsində fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyridüz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Odeyalın orta hissəsində, qalın gödəkcənin sağ qolunun yuxarı hissəsində fasilələrlə yerləşən qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) nəticəsində əmələ gəlmişdir. Plaşın ön hissəsinin sol-yan nahiyəsində bir neçə nisbi-düz və qeyri-düz dairəvi və ovalvari formalı (ölçüləri 0,2x0,5sm-dək) qan ləkələri sıçrantı xarakterlidir, qan mənbəyinə və ya qanlı səthə kinetik enerji impulsu verməklə əmələ gələ bilərdilər. Ekspertizaya təqdim edilmiş X3 məxsus köynəyin və qısaqol maykanın üzərində fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Şalvarın üzərində fasilələrlə yerləşən qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir. (cild 02, iş vər. 68-70) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli, 20/40R nömrəli ekspert rəyindən görünür ki, hadisə yerindən götürülmüş 01 (bir) ədəd yaşıl rəngli yorğan üzü üzərində, hadisə yerindən götürülmüş 01 (bir) ədəd qara rəngli gödəkcə üzərində, hadisə yerindən götürülmüş 01 (bir) ədəd vilvet materialdan hazırlanmış köynək üzərində, M.Rəhimovun əynində olmuş 01 (bir) ədəd şalvarın sol ayağında, M.Rəhimovun əynində olmuş 01 (bir) ədəd qara rəngli uzunqol, sinəsində sol tərəfdə qapaqlı cibi olan yun jaket üzərində, M.Rəhimovun əynində olmuş 01 (bir) ədəd qara rəngli qolsuz köynəyin yaxasında, hadisə yerindən götürülmüş 01 (bir) ədəd qara rəngli papaq üzərində, hadisə yerindən götürülmüş matras üzlüyü üzərində, hadisə yerindən götürülmüş 01 (bir) ədəd plaş üzərində və Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd dəri materialdan olan gödəkcənin sağ qolunda aşkar edilmiş qan nümunələri mərhum X3 məxsusdur. Ekspertizaya təqdim edilmiş mərhum M.Rəhimovun sağ və sol əl dırnaq kəsintiləri altında olan bioloji mənşəli materiallar M.Rəhimovun özünə məxsusdur. Ekspert tədqiqatına təqdim olunmuş, hadisə yerindən götürülmüş 01 (bir) ədəd pencək üzərində, hadisə yerindən götürülmüş 01 (bir) ədəd qara rəngli gödəkcə üzərində, Şahid2 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən götürülmüş 01 ədəd yaşıl rəngli parça üzərində və hadisə yerindən götürülmüş 01 (bir) ədəd yun materialdan olan odeyal üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər bioloji mənşəli material mövcud deyildir. Bu səbəbdən həmin obyektlər üzərində müqayisəli tədqiqatın keçirilməsi mümkün olmadı. Təqdim olunmuş Şahid2 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən götürülmüş daş və torpaq hissələri üzərində qan nümunəsi aşkar edilmədi və bu səbəbdən həmin obyektlər üzərində müqayisəli tədqiqatın keçirilməsi mümkün olmadı. (cild 02, iş vər. 124-144) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 116/47 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Cinayət əməli törətdikdən sonra da Təqsirləndirilən şəxs hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur. Onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). (cild 02, iş vər. 205-209) “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, bu qəbildən olan cinayət işləri üzrə məhkəmə istintaqı zamanı işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla məhkəmə kollegiyası hazırkı cinayət işi ilə bağlı aşağıdakıları bildirməyi zəruri sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət hüquq nəzəriyyəsinə əsasən cinayət tərkibi fundamental olaraq iki növ elementlərdən ibarət olur: - məcburi elementlər - hansı ki, bunlara daxildir cinayətin obyekti, cinayətin subyekti, cinayətin obyektiv cəhəti və cinayəti subyektiv cəhəti; - və fakültativ elementlər – hansı ki, bunlara daxildir cinayətin törədilmə zamanı, məkanı, törədilmə üsulu, məqsəd və motivi, emosional hal və s. Cinayət tərkibinin məcburi elementləri cinayət qanununda nəzərdə tutulan istənilən cinayət əməlində mövcud olur. Lakin fakültativ elementlər isə hər tərkibdə mövcud olmur və bu elementlər cinayətin fərdiləşdirilməsinə xidmət edir. Lakin nə vaxt ki, törədilən əməldə fakültativ element mövcud olur, onda o, cinayət tərkibinin məcburi elementinə çevrilir. Cinayət hüquq elminə görə cinayət tərkibinin subyektiv cəhəti dedikdə cinayət törədən şəxsin törətdiyi ictimai təhlükəli əmələ olan psixi münasibəti başa düşülür. Burda əsas qiymətləndirici meyar qismində “təqsir” çıxış edir. Yəni şəxs həmin əməli qəsdən və ya ehtiyatsızlıqdan törədib. Yalnız şəxsin həmin əməli törətməsində təqsiri (qəsdi və ya ehtiyatsızlığı) sübuta yetirilirsə, onda onun həmin əmələ görə məsuliyyətindən söhbət gedə bilər. Cinayətin subyektiv cəhəti tərkib elementləri içərisində müəyyən edilməsi ən çətin olan elementlər sırasındadır. Çünki həmin element əməli törədən şəxsin şüurunda mövcud olur və yalnız onun hərəkəti ilə törədilən əməldə özünü biruzə verir. Subyektiv cəhətin əsas elementi olan “təqsir” cinayət qanunvericiliyinin ümumi hissəsində cinayət tərkibinin məcburi elementi kimi nəzərdə tutulsa da, cinayət tərkibin subyektiv cəhətinə daxil olan, lakin fakültativ elementlər qismində mövcud olan “motiv və məqsəd” (Motiv dedikdə şəxsdə cinayət törətmək üçün daxilən yaranan və şəxsi qeyd edilən əməli törətməyə sövq edən maraq başa düşülür. Məqsəd isə şəxsin törədilən əməl nəticəsində nəyə nail olmağa çalışdığının dərk edilməsidir.) yalnız cinayət qanunvericiliyinin xüsusi hissəsində bir sıra maddələrdə cinayət əməlinin ağırlaşdırıcı hallarda tövsifedici əlaməti kimi nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə bu element motiv, məqsəd, bəzən də niyyət kimi ifadə edilmişdir. Yəni həmin əməllərin məhz qeyd edilən niyyətlə, məqsədlə və ya motivlə törədilməsi halında, artıq qeyd olunan fakültativ element cinayət tərkibinin məcburi elementinə çevrilir və digər dörd (cinayətin obyekti, cinayətin subyekti, cinayətin obyektiv cəhəti və cinayətin subyektiv cəhəti) məcburi elementlə bərabər, mütləqdir ki, bu element də (cinayətin məqsədi və motivi, dediyimiz kimi bəzən bu niyyət kimi də əks oluna bilər, necə ki, hazırkı cinayət əməli məhz xuliqanlıq niyyəti ilə adam öldürmə kimi tövsif olunmuşdur) həmin cinayətin istintaqında aşkara çıxarılsın. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən məhz cinayət tərkibinin subyektiv cəhətinin bir elementi olan “motiv (niyyət)” əsas götürülməklə tövsif edildiyindən, həmin motivin dəqiq müəyyən edilməsi cinayət işinin sonrakı taleyinə birbaşa təsir edir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində mərhum Məmmədhəsən Rəhimovu öldürmək niyyətinin olmadığını, yalnız mərhumun onu və qonşu Şahid2 ucadan söydüyünə görə əsəbləşdiyi üçün və sonuncunu qorxutmaq məqsədilə ona xəsarətlər yetirdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2002-ci il tarixli qərarının 4-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və Cinayət Məcəlləsinin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli Qərarında da göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir. Məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq niyyəti insan ləyaqətinə hörmətsizliklə, ictimai maraqlara, davranış qaydalarına və qanunlara qarşı laqeydliklə bağlı olan eqoizmdən əmələ gəlir. Xuliqanlıq motivi həm də özünü onda göstərir ki, bu zaman subyektə cinayətkar əməlin özü zövq verir və o, bu əməli törətməklə özünü göstərmək istəyir. Xuliqanlıq motivi ilə adam öldürmə cinayətində bəzən qisasın elementinə də rast gəlinir. Lakin burda qisas hər şeyi həll edən motiv kimi deyil, məhz ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq şəkildə etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla ən xırda bir məsələni şişirdərək xüsusilə ağır formada qisas almaqla xuliqanlıq niyyətinin yaranmasına səbəb olan bəhanə kimi çıxış edir. Yəni bu zaman şəxs qisas motivindən məhz bəhanə kimi istifadə etmiş olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqında” qərarında həmçinin göstərilmişdir ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədi ilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara əsaslanan məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı gəlinən nəticəyə uyğun olaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlməklə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl düzgün olaraq ibtidai istintaq orqanı tərəfindən CM-nin 120.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı göstərdiklərinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq niyyətindədir. Ona görə də, həmin ifadə işin faktiki hallarına uyğun olmayan və təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadəsi kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə kollegiyası mərhum zərərçəkmiş şəxs Məmmədhəsən Rəhimova yetirilmiş xəsarətlərin sayı və lokalizasiyasını, hadisə vaxtı spirtli içki qəbul etdiyinə görə sərxoş olan zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi söyməsini özünə təhqir hesab edib bunu bəhanə etməklə sonuncunun heç bir əsaslı səbəb olmadan öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq, yəni öz şəxsiyyətini Məmmədhəsən Rəhimovun şəxsiyyətinin fövqündə qoymaqla əlində olan taxta parçası ilə ona çoxlu sayda xəsarət yetirməsini, həmçinin işin bütün hallarını nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs mərhum zərərçəkmiş şəxsi xuliqanlıq niyyətilə qəsdən həyatdan məhrum etməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X17 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 120.2.4, 132, 221.3-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş qalan 05 ay 23 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Məhkumluğu ödənilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs hazırda təqsirli bilindiyi əməl CMnin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət hesab edildiyindən, eyni zamanda CM-nin 18.3.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən xüsusilə ağır cinayətin törədilməsi cinayətlərin xüsusilə təhlükəli residivini yaratdığından, qeyd edilən hal CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs hansı növ cəzanın təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və onun şəxsiyyəti, o cümlədən əvvəllər xüsusilə ağır cinayət törətdiyinə görə kifayət qədər uzun müddət azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq islah olunmadığı nəzərə alınmalı və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə yaxın azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrumetmə növündə cəzanın bir qisminin həbsxanada, qalan hissəsinin isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi məqsədə müvafiqdir. Belə ki, CM-nin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrumetmə cəza növü müəyyən müddətə azadlıqdan məhrumetmə cəza növü ilə əvəz edildikdə cəzanın xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Həmçinin həmin Məcəllənin 56.2-ci maddəsində göstərilmişdir ki, xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.4-cü və 56.2-ci maddələrinə əsasən təyin ediləcək cəzanın ilk beş ilini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Balakən rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan hadisə yerinə baxış zamanı müvafiq qaydada qablaşdırılaraq götürülmüş üzərində qanabənzər ləkələr olan 1 ədəd boz rəngli qalın pencək, 1 ədəd bozarmış qara rəngli gödəkcə, 1 ədəd qara rəngli papaq, 1 ədəd tünd göy rəngli, qalın, yun parça gödəkcə, 1 ədəd tünd göy rəngli vilvet köynək, 1 ədəd üzərində ağ rəngli düyməsi olan bənövşəyi rəngli plaş, 1 ədəd yaşıl rəngli yorğan üzü, 1 ədəd matras üzü, 1 ədəd tünd qırmızı və ağ rəngli üzərində gülləri olan yun örtük, 1 cüt üzərində “CAT” yazılmış qara rəngli, boğazı parçadan olan rezin qaloş, qaloşların hər birinin içində bir ədəd corab, meyitə baxış zamanı götürülmüş 1 ədəd yerliyi qara rəngli, uzunqol, yuxarı hissədən qara düymə ilə bağlı olan, sinəsində sol tərəfdə qapaqlı cibi olan yun jaket, 1 ədəd yerliyi qara rəngdə yarım boyun, qolugödək döş hissəsində “WE BELİEVE GOODS NO DEAD NEWS BOXS” yazıları olan mayka, 1 ədəd yerliyi bozumsov üzərində ağ zolaqları olan öndən zəncirlə və 1 ədəd düymə ilə bağlanan toz torpağa bulaşıqlı, aralıq nahiyəsi nəmli şalvar, 1 ədəd qara rəngli zəncirbəndli 2 yan cibi olan alt şalvarı tələb edilmədiyindən və mərhuma məxsus dırnaq nümunələri isə dəyəri olmadığından hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, hadisə vaxtında Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd qara rəngli üzərində qanabənzər ləkələr olan gödəkcə, 1 ədəd qəhvəyi rəngli şalvar, 1 ədəd boz rəngli üzərində “Adidas” sözləri yazılmış uzunqol jaket, 1 ədəd göy rəngli uzunqol köynək, 1 cüt qara rəngli ayaqqabı, o cümlədən Təqsirləndirilən şəxs kirayədə yaşadığı evə keçirilmiş baxış zamanı götürülmüş 1 ədəd “Explay” markalı “SL240” modelli mobil telefon, 1 ədəd “Bakcell” mobil operatoruna məxsus sim kart və cib dəftərçəsi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə 213,46 AZN (iki yüz on üç manat, qırx altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 19 (on doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəzanın ilk 05 (beş) ilini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Balakən rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan hadisə yerinə baxış zamanı müvafiq qaydada qablaşdırılaraq götürülmüş üzərində qanabənzər ləkələr olan 1 ədəd boz rəngli qalın pencək, 1 ədəd bozarmış qara rəngli gödəkcə, 1 ədəd qara rəngli papaq, 1 ədəd tünd göy rəngli, qalın, yun parça gödəkcə, 1 ədəd tünd göy rəngli vilvet köynək, 1 ədəd üzərində ağ rəngli düyməsi olan bənövşəyi rəngli plaş, 1 ədəd yaşıl rəngli yorğan üzü, 1 ədəd matras üzü, 1 ədəd tünd qırmızı və ağ rəngli üzərində gülləri olan yun örtük, 1 cüt üzərində “CAT” yazılmış qara rəngli, boğazı parçadan olan rezin qaloş, qaloşların hər birinin içində bir ədəd corab, meyitə baxış zamanı götürülmüş 1 ədəd yerliyi qara rəngli, uzunqol, yuxarı hissədən qara düymə ilə bağlı olan, sinəsində sol tərəfdə qapaqlı cibi olan yun jaket, 1 ədəd yerliyi qara rəngdə yarım boyun, qolugödək döş hissəsində “WE BELİEVE GOODS NO DEAD NEWS BOXS” yazıları olan mayka, 1 ədəd yerliyi bozumsov üzərində ağ zolaqları olan öndən zəncirlə və 1 ədəd düymə ilə bağlanan toz torpağa bulaşıqlı, aralıq nahiyəsi nəmli şalvar, 1 ədəd qara rəngli zəncirbəndli 2 yan cibi olan alt şalvarı tələb edilmədiyindən və mərhuma məxsus dırnaq nümunələri isə dəyəri olmadığından hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, hadisə vaxtında Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd qara rəngli üzərində qanabənzər ləkələr olan gödəkcə, 1 ədəd qəhvəyi rəngli şalvar, 1 ədəd boz rəngli üzərində “Adidas” sözləri yazılmış uzunqol jaket, 1 ədəd göy rəngli uzunqol köynək, 1 cüt qara rəngli ayaqqabı, o cümlədən Təqsirləndirilən şəxs kirayədə yaşadığı evə keçirilmiş baxış zamanı götürülmüş 1 ədəd “Explay” markalı “SL240” modelli mobil telefon, 1 ədəd “Bakcell” mobil operatoruna məxsus sim kart və cib dəftərçəsi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 213,46 AZN (iki yüz on üç manat, qırx altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X18 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-114/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-114/2020
16.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver