Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-114/2021 15.09.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2ov oğlu və Yevlax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, xx xxxx 1983-cü il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli və himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, hazırda Şəki Apellyasiya Məhkəməsinin 13.04.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunan, ünvan 1 ünvanında yaşamış, hazırki iş üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, 07 avqust 1987-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər Ukrayna Respublikası Donetsk vilayətinin Konstantinov şəhər məhkəməsinin 16.03.2012-ci il tarixli hökmünə əsasən Ukrayna Respublikası Cinayət Məcəlləsinin 187 maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək qəti olaraq əmlakı müsadirə olunmaqla 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, daha sonra Rusiya Federasiyası Moskva vilayəti Lobnya şəhər məhkəməsinin 11.07.2017-ci il tarixli hökmünə əsasən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsinin 2-ci hissəsinin “B” bəndi ilə təqsirli bilinərək 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasında məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanında qeydiyyatında olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 2020-ci ilin dekabr ayında dəqiq tarixi istintaqa məlum olmayan gündə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 2,522 qram çəkidə kustar üsulla hazırlanmış heroini əldə edərək yaşadığı Ucar şəhəri C.Cabbarlı küçəsi ev 6 ünvanında saxlamış, 08 dekabr 2020-ci il tarixdə həmin külli miqdarda - 2,522 qram çəkidə kustar üsulla hazırlanmış heroindən 0,285 qramını 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə tanışı Təqsirləndirilən şəxs2 10 manata satmış, həmin tarixdə saat 22 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı həmin ünvana baxış keçirilən zaman yatdığı otaqda stolun üzərində 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri - 0,889 qram və 1,348 qram olmaqla, ümumi təmiz çəkisi 2,237 qram kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan narkotik vasitə külli miqdarda heroin, eləcə də 4 ədəd 1 ml-lik üzərində cüzi miqdarda-heroin hissəcikləri olan şprislər aşkar olunaraq götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs2 08 dekabr 2020-ci il tarixdə Ucar şəhəri C.Cabbarlı küçəsi ev 6 ünvanında yaşayan tanışı Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 10 manata kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini alıb əldə edərək üzərində saxlamış, həmin tarixdə saat 22 radələrində Ucar Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində o, Təqsirləndirilən şəxs1 məxsus Ucar şəhəri, C.Cabbarlı küçəsi, ev 6 ünvanında yerləşən evdə saxlanılaraq polis şöbəsinə dəvət edilmiş və şöbənin Növbətçi Hissəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olmaqla eyni tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilərək götürülmüş külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinlə eyni tərkibə malik, təmiz çəkisi - 0,285 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin göy rəngli cins şalvarın arxa sol cibindən cüzi miqdarda maddə hissəcikləri- narkotik vasitə-heroin hissəcikləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü yalnız CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onların evində olduğu zaman polis əməkdaşları heç bir icazə olmadan onun evinə daxil olaraq onları saxlamışlar. Daha sonra evdə hal şahidlərinin iştirakı ilə axtarış aparılmış, axtarış nəticəsində özünə məxsus içərisində narkotik vasitə heroin olan 4 büküm, bundan əlavə digər bağlamalar, şprislər aşkar olunaraq götürülmüşdür. Daha sonra onlar polis şöbəsinə gətirilmiş, üzərilərinə vəkilin və hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı onun üzərində heç bir qanunsuz əşya aşkar edilməmiş, lakin Təqsirləndirilən şəxs2 üzərindən bir büküm narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 təzyiq nəticəsində həmin narkotik vasitəni ondan alması barədə ifadə vermişdir. Halbuki həmin narkotik vasitə ona məxsus olmamış, həmin büküm Coşqunun cibinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Onun evindən aşkar olunanlardan yalnız 4 büküm ona məxsus olmuş, həmin bükümlərin içərisində olan narkotik vasitə heroini isə istifadə etmək üçün özündə saxlamışdır. Çünki özü narkomaniya xəstəliyindən əzab çəkir və heroin istifadəçisidir. İbtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qaldığı üçün etirafedici ifadə vermək məcburiyyətində qalmışdır. Odur ki, barəsində istifadə etmək üçün evində saxladığı həmin 4 büküm narkotik vasitə heroin nəzərə alınmaqla ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs1 CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, Ucar şəhəri C.Cabbarlı küçəsi ev 6 ünvanında yaşamışdır. Təxminən 1-2 ildir narkotik vasitələrin, psixotrop maddələrin qəbulu ilə məşğuldur. Narkotik vasitəni hər gün inyeksiya vasitəsiylə qəbul etmişdir. Təxminən 2 gün əvvəl yaşadığı evin yaxınlığında yerləşən zibilliyə getdikdə yumru formada 1 ədəd sellofan bükümdə ağ kütlə tapmışdır. Sellofan bükümdə tapdığı həmin kütləyə baxdıqda həmin kütlənin narkotik vasitə olan heroin olmasını bilmişdir. Narkotiki özü ilə götürüb yaşadığı ünvana gətirmişdir. Eyni zamanda həmin kütləni bükümlər şəklində bir neçə hissəyə bölmüşdür. O, narkotiki tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə bir neçə dəfə qəbul etmişdir. Özündə olan narkotikdən Coşquna bir neçə dəfə vermişdir. Həm də Coşquna narkotik satmışdır. Lakin bunların tarixi yadında qalmamışdır. Sonuncu dəfə 08 dekabr 2020-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvanda yatdığı otaqda özündə olan narkotikdən qəbul edərkən tanışı Təqsirləndirilən şəxs2 gəlmiş, o, Coşquna narkotik vermiş, onlar inyeksiya vasitəsiylə narkotik qəbul etmişlər. Həmçinin Coşqun ondan 10 manata 1 büküm narkotik də almışdır. Həmin vaxtı isə polis əməkdaşları yaşadığı ünvana gələrək onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və yaşadığı ünvana baxış keçirmək istədiklərini bildirmişlər. O, buna etiraz etməmiş və həmin məzmunlu ərizəsini Ucar RPŞ-nə ünvanlamışdır. Yaşadığı ünvana baxış keçirilməzdən əvvəl onlara hüquq və vəzifələri eyniylə izah edilmiş, ardınca iki nəfər hal şahidi dəvət edilmişdir. Həmin hal şahidlərinin iştirakı ilə yaşadığı ünvana polis əməkdaşları baxış keçirmişlər. Baxış zamanı yatdığı otaqda stolun üzərindən və çarpayının taxtasının üzərindən cinayət xarakerli bir sıra əşyalar aşkar edilmişdir. Belə ki, yatdığı çarpayının taxtasının üzərindən 3 ədəd şpris və 1 ədəd yarımçıq kəsilmiş siqaret qutusunun içərisində 1 ədəd sellofan bükümdə olmaqla ağ kütlə aşkar edilmişdir. Qalan 1 ədəd duz qabında (saxsı qab) limon duzu, 7 ədəd öz kağızında kəsilmiş formada üzərində "Tramadol" sözü yazılmış dərman həbləri, 4 ədəd xırda sellofan və kağız bükümlərdə, ağ rəngli heroinə bənzər kütlələr və 3 ədəd şpris isə stolun üzərindən aşkar edilmişdir. Bükümlərdə aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmişdir. Lakin kütlələrin çəkiləri yadında qalmamışdır. Aşkar edilmiş bütün predmetlər müvafiq qaydada qablaşdırılmışdır. Baxış zamanı o, aşkar edilmiş kütlələrin və digər predmetlərin özünə məxsus olmasını, həmin kütlələri isə 1 sellofan bükümdə zibillikdən tapdığını və hissələrə ayırdığını bildirmişdir. Yaşadığı ünvanda başqa hər hansı cinayət xarakterli əşya aşkar edilmədiyindən baxış yekunlaşdırılaraq müvafiq qaydada protokol tərtib edilmiş və protokola bütün iştirakçılar, o cümlədən özü tərəfindən imzalanmışdır. Daha sonra onlar Polis Şöbəsinə gəlmiş və PŞ-də bir daha ona hüquq və vəzifələri izah edildikdən sonra Ucar rayonu və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan seçidiyi vəkil X11 ilə təmin edilmişdir. Müdafiəçisi ilə yanaşı hal şahidlərinin iştirakı ilə üzərində Ucar RPŞ-nin Növbətçi Hissəsində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən hər hansı narkotik vasitə və ya cinayət xarakterli əşya aşkar edilməmişdir. Bunun ardınca tərtib edilmiş protokola bütün iştirakçılar, o cümlədən özü tərəfindən imza edilmişdir. Heç bir əsəb və ya ruhi xəstəlik keçirməmişdir. Ailə üzvləri xeyli müddətdir Rusiya Federasiyasında olduqları üçün narkotik vasitə qəbul etməyindən xəbərləri yoxdur. Narkotiki gizlin qəbul etdiyindən bundan heç kimin xəbəri olmamışdır. Tapdığı kütlə qarışıq olmuşdur. O, narkotik vasitə olan heroin, eləcə də psixotrop maddə olan metamfetamin qəbul etmişdir. Narkotiklə yanaşı dərman həblərini də həmin yerdən tapmışdır. Məhkəmə kimyəvi ekspertizasının rəyi ilə razıdır. Coşquna da 10 manata 1 büküm narkotik-heroin satmışdır. Törətdiyi cinayət əməlinə görə peşmandır. O, əlavə ifadələrində göstərmişdir ki, sağ qolunun said nahiyyəsinin ön səthində, bel nahiyyəsində, hər iki ayağının bud və baldır nahiyyələrində və sağ kürək nahiyyəsində çoxsaylı inyeksion yaraları həbs edilməzdən əvvəl narkotik vasitəni iynə (şpris) ilə bədəninin qeyd edilən nahiyyələrinə yetirməsi nəticəsində əmələ gəlmişdir. Həmçinin göstərmişdir ki, əsəbiləşdiyi üçün Azərbaycan Respublikası Ombudsman aparatına müraciət etmişdir. O, Ucar rayon prokurorluğuna verdiyi izahatını təsdiq etməyərək İB-nə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Qeyd etmişdir ki, onun heç kimdən, İmran adlı və ya başqa hər hansı polis əməkdaşından heç bir şikayət və tələbi yoxdur. Yaşadığı ünvandan aşkar edilmiş cinayət xarakterli bütün predmetlər ona məxsusdur. Yaşadığı ünvana baxış zamanı və Polis Şöbəsində ona zor, təzyiq və ya hər hansı təsir göstərən olmamışdır. Onu heç bir polis əməkdaşı, o cümlədən İmran adlı əməkdaş döyməmişdir. Narkotik aludəçisidir və özündə olan narkotikdən tanışı Təqsirləndirilən şəxs2 10 manata satmışdır. Ona görə də Coşqunun cibindən aşkar edilmiş narkotiklə onun yaşadığı ünvandan götürülmüş narkotiklər eyni tərkibli olmuşdur. Müdafiəçisinə də hər hansı məzmunda məlumat verməyə ehtiyacı yoxdur. 08 dekabr 2020-ci il tarixdə saat 22 radələrində yaşadığı evdən 7 ədəd “Tramadol” adlanan dərman həbi aşkar olunaraq götürülmüşdür. O, narkotik satsa da həmin vaxta qədər heç kimə dərman həbi satmamış, aşkar olunaraq götürülmüş həbləri satmaq məqsədi olmamışdır. Onları şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Həmin həbləri də narkotiki tapdığı yerdən tapmışdır. Tutulmasaydı onları istifadə edəcəkdi. Törətdiyi cinayət əməlinə görə özünü təqsirli bilir və buna görə peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona CM-nin 234.1-ci maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, bir neçə vaxtdır ki, narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Əvvəllər dəfələrlə Təqsirləndirilən şəxs1 evinə gedərək onunla birlikdə narkotik vasitə olan heroin qəbul etmişdir. Hətta hadisə günü Təqsirləndirilən şəxs1 evinə getməkdə məqsədi narkotik vasitə olan heroin qəbul etmək olmuşdur. Onlar Cəbrayılla birlikdə narkotik vasitə qəbul etdikdən bir müddət sonra polis əməkdaşları evə basqın etmiş və onlar polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində onun cibinə içərisində narkotik vasitə olan büküm qoyulmuş, sonra vəkilin və hal şahidlərinin iştirakı ilə cibindən aşkar olunaraq götürülmüşdür. Qorxduğu və özünü itirdiyi üçün həmin narkotik vasitənin Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Odur ki, sözügedən narkotik vasitənin onun cibinə polis əməkdaşları tərəfindən qoyulduğunu əsas götürərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs2 özünü CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, asılılığı olmasa da təxminən 2-3 ildir narkotik vasitə olan heroin qəbul etmişdir. Ucar rayonu sakini Təqsirləndirilən şəxs1 təxminən 3-4 ildir tanımış və yaxşı münasibəti olmuşdur. Ona heroin lazım olduqda heroini Təqsirləndirilən şəxs1 almışdır. Bir büküm heroini Cəbrayıldan 10 manata almışdır. 08 dekabr 2020-ci il tarixdə gecə saatlarında heroin istifadə etmək istədiyi üçün Təqsirləndirilən şəxs1 yaşadığı C.Cabbarlı küçəsi ev 6 ünvanına getmişdir. Orada Cəbrayıldan heroin alaraq inyeksiya vasitəsiylə sağ qoluna vurmuşdur. Bundan əlavə o, həmin vaxtı Cəbrayıla 10 manat pul verib sonuncudan gümüşü kağıza bükülmüş vəziyyətdə heroin almışdır. Həmin heroini isə əynində olan göy rəngli cins şalvarının arxa sol yan cibinə qoymuşdur ki, sonra istifadə edər. Cəbrayılın evini tərk etmək istəyərkən yaşadığı evin giriş qapısı kimsə tərəfindən döyülmüşdür. O, Cəbrayılla birlikdə qapını açdıqda qapını döyən şəxslərin polis əməkdaşları olmasını görmüşdür. Polis əməkdaşları xidməti vəsiqələrini göstərərək özlərini təqdim etməklə onların hər ikisinin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs1 evə baxış keçirilməsinə razılıq istəmiş və Təqsirləndirilən şəxs1 buna etiraz etməyərək bu barədə Ucar RPŞ-nə ərizə yazmışdır. Bundan sonra onlara hüquq və vəzifələri izah edilmiş və məlum ünvana iki nəfər hal şahidi dəvət edilmişdir. Dəvət edilmiş hal şahidlərinin də iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilmişdir. Baxış zamanı Cəbrayıla məxsus evin yataq otağında stolun üzərində bir neçə ədəd şpiris, bir neçə ədəd heroin bükümləri, eləcə də limon duzu aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs1 aşkar edilmiş predmetlərin özünə məxsus olmasını demişdir. Baxış davam etdirilsə də başqa cinayət xarakterli əşya aşkar edilmədiyi üçün protokol tərtib edilmiş, protokola bütün iştirakçılar, o cümlədən özü imza etmişdir. Daha sonra eyni tərkibdə Ucar RPŞ-nə gəlmişlər. Ucar RPŞ-də bir daha hüquq və vəzifələri izah edilmiş, RPŞ-nə Ucar rayonu və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısından seçdiyi vəkil dəvət edilmiş və şübhəli şəxs qismində tutularaq üzərlərində RPŞ-nin Növbətçi Hissəsində şəxsi axtarış keçirilmişdir. Bildiyi qədər şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən hər hansı cinayət xarakterli əşya aşkar edilməmişdir. Ancaq öz üzərində müdafiəçisi, eləcə də dəvət edilmiş 2 nəfər hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirildikdə əynində olan göy rəngli cins şalvarının arxa sol yan cibindən 1 ədəd gümüşü kağız bükümdə narkotik maddə aşkar edilərək götürülmüşdür. Həmin maddə elektron tərəzidə çəkilmiş, lakin çəkisi yadında qalmamışdır. O, üzərindən aşkar edilmiş maddəni Təqsirləndirilən şəxs1 az əvvəl 10 manata aldığını polis əməkdaşlarına bildirmişdir. Axtarış davam etdirilsə də başqa cinayət xarakterli əşya aşkar edilmədiyindən protokol tərtib edilmiş, protokola bütün iştirakçılar, o cümlədən özü imza etmişdir. Narkotiki yalnız özü istifadə etmişdir. Heç vaxt narkotik satmamış, heç kimə pay verməmişdir. Narkotik istifadə etməyindən, təbii ki, Cəbrayıldan başqa heç kimin xəbəri olmamışdır. Heç bir əsəb və ya ruhi xəstəlik keçirməmişdir. Almış olduğu narkotiki-heroini istifadə etmək fikri olsa da tutulduğu üçün bunu edə bilməmişdir. RPŞ-də tam sərbəst şəkildə izahatını və ifadəsini yazmış, ona heç bir zor və ya hədə tətbiq edən olmamışdır. Hazırda törətdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əməliyyat aparatına Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat-istintaq qrupu yaradılmış və Təqsirləndirilən şəxs1 yaşadığı ünvana gedilərək hal şahidlərinin iştirakı ilə sonuncunun razılığı əsasında ünvana baxış keçirilmişdir. Həmin vaxt evdə Cəbrayıl Ababsov və Təqsirləndirilən şəxs2 olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs1 evindən bir neçə büküm içərisində narkotik vasitə olması ehtimal olunan kütlə, bir neçə ədəd “Tramadol” dərmanı, şprislər aşkar olunmuş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Daha sonra hər iki şəxs polis şöbəsinə gətirilmiş, polis şöbəsində Coşqunun üzərinə baxış keçirilmiş, baxış zamanı Coşqunun üzərindən bir büküm heroinə bənzər kütlə aşkar edilmişdir. Coşqun həmin vaxt üzərindən aşkar edilən kütlənin heroin olduğunu bildirmiş və həmin heroini 10 manat pulun müqabilində Cəbrayıldan aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Şahid2 göstərmişdir ki, Cəbrayıl və Coşqun haqqında əvvəllər də narkotik vasitə istifadəçisi olmaları barədə məlumatlar daxil olmuş, həmçinin yanlış xatırlamırsa Təqsirləndirilən şəxs1 barəsində əvvəllər oğurluq barədə Ucar Rayon Polis Şöbəsində material olmuşdur. Həmçinin göstərmişdir ki, səhv etmirsə Cəbrayılın yaşadığı evə daxil olandan sonra Coşqun cibində olan narkotik vasitəni yerə atmaq istəmiş, lakin onun qarşısı alınmış, dərhal şəxslər üzərilərinə baxış keçirilməsi üçün polis şöbəsinə gətirilmiş, vəkil təqdim olunmaqla hal şahidlərinin və müdafiəçinin iştirakı ilə hər iki şəxsin üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs2 üzərindən bir büküm heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında bəzi ziddiyyətli məqamlar olduğu üçün, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsinin həmin hissəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid2 göstərmişdir ki,...“Təqsirləndirilən şəxs2 polis şöbəsində hüquq və vəzifələri izah edilməklə razılığı ilə müdafiəçi ilə təmin edilmişdir. Dəvət edilmiş 2 nəfər hal şahidlərinin və müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd gümüşü kağızda narkotik maddə-heroin aşkar edilmişdir. Ardınca isə elektron tərəzidə həmin narkotik maddə çəkilmiş, lakin çəkisi yadında qalmamışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs2 həmin maddənin narkotik olduğunu və onu tanışı Təqsirləndirilən şəxs1 10 manata aldığını bildirmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs2 maddə aşkar edilmiş cibində hissəciklər aşkar edildiyindən həmin göy rəngli cins şalvar da müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərində axtarış davam etdirilsə də başqa cinayət xarakterli əşya və ya iz aşkar edilməmişdir. Aşkar edilmiş predmetlər isə müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Sonda bu barədə protokol tərtib edilmiş və protokola bütün iştirakçılar və özü imza etmişdir.” Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı düz ifadə vermişdir və həmin ifadəni təsdiq edir. Hadisədən sonra xeyli müddət keçdiyindən və həmin müddət ərzində çoxlu sayda əmliyyat tədbirlərində iştirak etdiyindən, ola bilər ki, nəyisə yanlış xatırlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, hadisə günü xidmətdə olmuş, polis şöbəsindən Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmiş və o, da Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda keçirilən əməliyyat tədbirində iştirak etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evdə olmuşlar. Əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evdə stolun üstündə narkotik vasitə bükümləri, tramadol dərmanı, şprislər aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Şahid1 göstərmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs1 heç bir etraz etməmiş, əksinə stolun üzərində aşkar edilən narkotik vasitələri özü təqdim etmiş, Coşqun isə həmin vaxt qorxu içində olmuş, çəkilib bir qıraqda durmuşdur. Baxışda həmçinin hal şahidləri də iştirak etmişdir. Təqsirləndirilən şəxs1 evinə yalnız bir dəfə gedilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Mütəllif oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməsində iştirak etmiş, həmin vaxt evdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuşdur. Hal şahidlərinin də iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilmiş və baxış tədbiri zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evdə stolun üzərində bükümlərdə narkotik vasitə, iynə, “Tramadol” dərmanı aşkar edilmişdir. Aşkar edilənlər qablaşdırılmış və daha sonra Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 polis şöbəsinə gətirilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Şahid3 göstərmişdir ki, aşkar edilənlərlə bağlı Cəbrayıl və Coşqun narazılıq etməmiş. Cəbrayıl aşkar edilənlərin özünə məxsus olduğunu, özünün istifadə etdiyini bildirmiş, Coşqun isə heç bir narazılıq etməmişdir. Polis şöbəsində Coşqunun üzərinə baxış keçirilməsində də iştirak etmiş, Coşqunun üzərinə baxış zamanı balaca ağ bükümdə ağ maddə aşkar edilmişdir. Sorğu-sual zamanı həmin maddəni Cəbrayıldan aldığını, lakin hazırda hansı məbləğə aldığını dediyini dəqiq xatırlamadığını, ola bilərki 10 manata aldığını bildirmişdir. Həmçinin əgər səhv etmirsə sonradan yenidən Təqsirləndirilən şəxs1 evinə qayıtmışlar. Lakin hazırda həmin yerə yenidən hansı səbəbə getmələrini xatırlamır. Üzərindən 6-7 ay keçidyi üçün ola bilərki nəyisə doğru xatırlamır. Lakin ibtidai istintaq zamanı hər şeyi ətraflı xatırladığı və bildirdiyi üçün həmin ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, hazırkı cinayət işi üzrə onu polis əməkdaşları Ucar Rayon Polis Şöbəsinə hal şahidi kimi dəvət etmişlər. Polis şöbəsində olarkən hazırki təqsirləndirilən şəxslər Cəbrayıl və Coşqun da orada olmuşdur. O və digər hal şahidinin də iştirakı ilə polis əməkdaşları Coşqunun üzərinə baxış tədbiri keçirmişlər. Həmin vaxt Coşqun özü cibindən bir ədəd balaca büküm çıxardaraq stolun üzərinə qoymuş və həmin bükümü kimdən əldə etdiyini də bildirmişdir. Həmin zaman fotoşəkillər də çəkilmişdir. Daha sonra qrup şəkilində Ucar rayonu Alpout kəndində qeydiyyatda olan, lakin Ucar şəhəri Cəfər Cabbarlı küçəsində yaşayan Cəbrayılın yaşadığı ünvana getmişlər. Onlar evə polis əməkdaşları ilə birlikdə daxil olmuş, polis əməkdaşları onların da iştirakı ilə evə baxış keçirmişlər. Həmin vaxt stolun üzərindən şprisləri, tabletkada dərmanları Cəbrayıl özü göstərmiş, fotoşəkillər çəkilmiş və həmin aşkar olunanlar qablaşdırılaraq götürülmüşdür. Şahid X2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, İlham Rüstəmovun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Ucar rayonu Alpout kəndində qeydiyyatda olmaqla Ucar şəhəri C.Cabbarlı küçəsi ev 6-da yaşayan Təqsirləndirilən şəxs1 və ünvan 15 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 bir rayon sakinləri kimi tanımamış, adı çəkilən şəxslərlə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır, hazırda da yoxdur. 08 dekabr 2020-ci il tarixdə saat 22 radələrində Ucar şəhəri C.Cabbarlı küçəsindən keçərkən Ucar Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs1 yaşadığı Ucar şəhəri C.Cabbarlı küçəsi ev 6 ünvanına baxış keçiriləcəyini, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçiriləcəyini, buna görə də hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşdıqdan sonra Ucar şəhəri C.Cabbarlı küçəsi ev 6 ünvanına getmişdir. Onunla yanaşı digər bir şəxs də hal şahidi qismində iştirak etmək üçün məlum ünvana dəvət edilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, eləcə də ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını ərizəsində qeyd etmişdir. Daha sonra polis əməkdaşları, o və digər iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus evin yataq otağında stolun üzərindən və həmin otaqdan çarpayının taxtasının üzərindən olmaqla ümumilikdə 5 ədəd, onlardan 3-ü gümüşü kağız, 2-si isə sellofan, 1-i yarımçıq siqaret qutusunun içərisində olmaqla bükümlər, eləcə də 6 ədəd şpris, 7 ədəd kəsilmiş üzərində “Tramadol” sözü yazılmış dərman həbləri və 1 ədəd duz qabında limon duzu aşkar edilmişdir. Aşkar edilmiş predmetlər elektron tərəzidə çəkilmiş, çəkiləri yadında qalmamışdır. Məlum predmetlərdən başqa həmin ünvandan başqa cinayət xarakterli əşya və ya iz aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının suallarına cavab olaraq aşkar edilmiş maddə və digər predmetlərin özünə məxsus olmasını, məlum kütlələri zibillikdən tapdığını və hissələrə ayırdığını demişdir. Məlum predmetlər müvafiq qaydada qablaşdırılmaqla baxış yekunlaşdırılaraq müvafiq qaydada protokol tərtib edilmiş, protokol bütün iştirakçılar, o cümlədən özü tərəfindən imzalanmışdır. Daha sonra eyni tərkibdə Ucar RPŞ-nə gəlmişlər. RPŞ-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, ona və digər hal şahidinə bir daha hüquq və vəzifələri izah edildikdən sonra Ucar rayonu və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Ardınca qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 vəkil siyahısından seçdiyi vəkil az müddət sonra birinciyə təqdim olunmuşdur. Müdafiəçisinin və hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərində RPŞ-nin Növbətçi Hissəsində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən hər hansı cinayət xarakterli əşya və ya iz aşkar edilməmişdir. Bundan sonra bu barədə müvafiq protokol tərtib edilmiş və protokol bütün iştirakçılar, o cümlədən özü tərəfindən imzalanmışdır. Bundan sonra isə digər şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində NH-də şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2, ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs2 də siyahıdan seçdiyi vəkil təqdim edilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd gümüşü kağız bükümdə narkotik vasitəyə bənzər maddə(kütlə) aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi yadında qalmamışdır. Axtarış zamanı həmin şalvarın arxa sol cibində hissəciklər aşkar edildiyi üçün Təqsirləndirilən şəxs2 şalvarı da qanunla müəyyən edilmiş qaydada götürülmüşdür. Axtarış davam etdirilsə də başqa hər hansı cinayət xarakterli əşya və ya iz aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddənin özünə məxsus olmasını və həmin maddəni Təqsirləndirilən şəxs1 10 manata almasını, heç vaxt narkotikin satışı ilə məşğul olmadığını, narkotikdən yalnız özü istifadə etdiyini, üzərində olan narkotik maddəni də özü istifadə etmək üçün aldığını, lakin tutulduğu üçün bunu edə bilmədiyini bildirmişdir. Sonda qanunla müəyyən edilmiş qaydada qablaşdırma aparılmış, axtarış yekunlaşdırılaraq müvafiq protokol tərtib olunmuş, protokol bütün iştirakçılar, o cümlədən özü tərəfindən imzalanmışdır. Keçirilmiş baxış və şəxsi axtarışlar zamanı hər hansı qanun pozuntusu aşkar etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 şahid X7 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmiş, ilk öncə Ucar Rayon Polis Şöbəsində təqsirləndirilən şəxslərin üzərinə baxış keçirilməsində iştirak etdiyini, daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxışın keçirməsində iştirak etdiyini bildirmişdir. Şahid X1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, Rafiq Süleymanovun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Ucar rayonu Alpout kəndində qeydiyyatda olmaqla Ucar şəhəri C.Cabbarlı küçəsi ev 6-da yaşayan Təqsirləndirilən şəxs1 və ünvan 15 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 bir rayon sakinləri kimi tanımamış, adı çəkilən şəxslərlə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 08 dekabr 2020-ci il tarixdə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs1 yaşadığı Ucar şəhəri C.Cabbarlı küçəsi ev 6 ünvanına baxış keçiriləcəyini, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçiriləcəyini, buna görə də hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşdıqdan sonra Ucar şəhəri C.Cabbarlı küçəsi ev 6 ünvanına getmişdir. Onunla yanaşı digər bir şəxs də hal şahidi qismində iştirak etmək üçün məlum ünvana dəvət edilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, eləcə də ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını ərizəsində qeyd etmişdir. Daha sonra polis əməkdaşları, o və digər iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus evin yataq otağında stolun üzərindən və həmin otaqdan çarpayının taxtasının üzərindən olmaqla ümumilikdə 5 ədəd, onlardan 3-ü gümüşü kağız, 2-si isə sellofan, 1-i yarımçıq siqaret qutusunun içərisində olmaqla bükümlər, eləcə də 6 ədəd şpris, 7 ədəd kəsilmiş üzərində “Tramadol” sözü yazılmış dərman həbləri və 1 ədəd duz qabında limon duzu aşkar edilmişdir. Aşkar edilmiş predmetlər elektron tərəzidə çəkilmiş, çəkiləri yadında qalmamışdır. Məlum predmetlərdən başqa həmin ünvandan başqa cinayət xarakterli əşya və ya iz aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının suallarına cavab olaraq aşkar edilmiş maddə və digər predmetlərin özünə məxsus olmasını, məlum kütlələri zibillikdən tapdığını və hissələrə ayırdığını demişdir. Məlum predmetlər müvafiq qaydada qablaşdırılmaqla baxış yekunlaşdırılaraq müvafiq qaydada protokol tərtib edilmiş, protokol bütün iştirakçılar, o cümlədən özü tərəfindən imzalanmışdır. Daha sonra eyni tərkibdə Ucar RPŞ-nə gəlmişlər. RPŞ-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, ona və digər hal şahidinə bir daha hüquq və vəzifələri izah edildikdən sonra Ucar rayonu və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Ardınca qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 vəkil siyahısından seçdiyi vəkil az müddət sonra birinciyə təqdim olunmuşdur. Müdafiəçisinin və hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərində RPŞ-nin Növbətçi Hissəsində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən hər hansı cinayət xarakterli əşya və ya iz aşkar edilməmişdir. Bundan sonra bu barədə müvafiq protokol tərtib edilmiş və protokol bütün iştirakçılar, o cümlədən özü tərəfindən imzalanmışdır. Bundan sonra isə digər şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində NH-də şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2, ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs2 də siyahıdan seçdiyi vəkil təqdim edilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd gümüşü kağız bükümdə narkotik vasitəyə bənzər maddə(kütlə) aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi yadında qalmamışdır. Axtarış zamanı həmin şalvarın arxa sol cibində hissəciklər aşkar edildiyi üçün Təqsirləndirilən şəxs2 şalvarı da qanunla müəyyən edilmiş qaydada götürülmüşdür. Axtarış davam etdirilsə də başqa hər hansı cinayət xarakterli əşya və ya iz aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddənin özünə məxsus olmasını və həmin maddəni Təqsirləndirilən şəxs1 10 manata almasını, heç vaxt narkotikin satışı ilə məşğul olmadığını, narkotikdən yalnız özü istifadə etdiyini, üzərində olan narkotik maddəni də özü istifadə etmək üçün aldığını, lakin tutulduğu üçün bunu edə bilmədiyini bildirmişdir. Sonda qanunla müəyyən edilmiş qaydada qablaşdırma aparılmış, axtarış yekunlaşdırılaraq müvafiq protokol tərtib olunmuş, protokol bütün iştirakçılar, o cümlədən özü tərəfindən imzalanmışdır. Keçirilmiş baxış və şəxsi axtarışlar zamanı hər hansı qanun pozuntusu aşkar etməmişdir. Cinayət işinin materiallarında olan 08.12.2020-ci il tarixli raportdan görünür ki, polis şöbəsinə Ucar şəhəri, C.Cabbarlı küçəsi ev 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 və Ucar şəhəri, 20 yanvar küçəsi döngə 14, ev 36 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqi 3). Cinayət işinin materiallarında olan 08.12.2020-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət başında yaxalanması məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 4) Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. (cild 01, iş vər. 8) Cinayət işinin materiallarında olan 08.12.2020-ci il tarixli “Yaşayış evinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə hal şahidlərinin, polis əməkdaşlarının, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilən zaman 5 ədəd bükümdə kütlə, eləcə də 6 ədəd şpris, üzərində “Tramadol” yazılmış həblər aşkar olunaraq götürülmüş, foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 09-16) Cinayət işinin materiallarında olan 09.12.2020-ci il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, hal şahidlərinin, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən içərisində narkotikə bənzər ağ rəngli kütlə olan 1 ədəd gümüşü-ağ rəngli kağız büküm aşkar olunmuş, foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər.58-61) Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının 09 dekabr 2020-ci il tarixli 17/620 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Vət. Təqsirləndirilən şəxs1 yaşadığı...ünvanından aşkar edilərək götürülmüş predmetlər ....” sözləri və imzalar yazılmış zərfin içərisindəki: - 02(iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,889 qram və 1,348 qram, ümumi təmiz çəkiləri – 2,237 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin heroinlər tərkiblərinə görə eynidirlər. - 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,056 qram olan maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına ( İ siyahı, İİ bənd, sıra № 27) daxil olan - metamfetamindir. - 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 2,267 qram olan maddə narkotik və ya psixotrop maddələrə aid deyildir. - 01(bir) ədəd kəsilmiş siqaret qutusunun içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 5,595 qram olan maddə narkotik və ya psixotrop maddələrə aid deyildir. - 01(bir) ədəd saxsı qabın içərisində, təmiz çəkisi – 9,131 qram olan maddə narkotik və ya psixotrop maddələrə aid deyildir. - Blister kəsiklərində olan 07(yeddi) ədəd kapsul formalı dərman həblərinin tədqiqatını müvafiq laboratoriya cihazı olmadığından aparmaq mümkün olmadı. - 06(altı) ədəd 1 ml-lik şprislərdən dördünün üzərində cüzi miqdarda olan maddə hissəcikləri – heroin hissəcikləridir. Digər ikisində narkotik və ya psixotrop maddə hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş, üzərində “ Vət. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı 1 ədəd gümüşü kağız bükümdə götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,285 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış ağ kağızda “ Vət. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı götürülmüş...göy rəngli cins şalvar ” sözləri və imzalar yazılmış sellofan torbanın içərisindəki 01 (bir) göy rəngli cins şalvarın arxa sol cibində olan cüzi miqdarda maddə hissəcikləri narkotik vasitə - heroin hissəcikləridir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 ünvanından götürülmüş 02(iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə və Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan heroinlər tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 77-78) Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 10 mart 2021ci il tarixli 6/566 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N 71” və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X19 Bölməsi TƏDQİQAT OBYEKTİ № 3” yazı və imzalar olan zərfdə ümumi sayı 7 ədəd olan “Tramadol 50 mg” kapsulaları güclü təsir edən maddə olub, xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Tramadol 50 mg yazılan 7 ədəd həbin tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,35 qram (bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0,05 qramdır) olduğu müəyyən edildi. 2 ədəd həb tədqiqat zamanı sərf edildiyi üçün 5 ədəd həb qalmışdır. (cild 01, iş vər. 252-254) Cinayət işinin materiallarında olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ucar Rayon Mərkəzi X8 Şəxsin poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb xəstəlikləri kabinetində dispanser qeydiyyatda yoxdurlar. (cild 01, iş vər. 166) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Psixonevroloji Dispanserinin məcburi ambulator – məhkəmə psixiatrik ekspertizasının 33 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. (cild 02, iş vər. 2-4) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin məcburi ambulator – məhkəmə narkoloji ekspertizası üzrə 153 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 5) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin məcburi ambulator – məhkəmə narkoloji ekspertizası üzrə 154 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 6) Cinayət işinin materiallarında olan əməliyyat tapşırığının cavabından görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş, eləcə də əvvəllər CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 08 dekabr 2020-ci il tarixdə tutulmazdan təxminən 2 gün əvvəl yaşadığı Ucar şəhəri C.Cabbarlı küçəsi ev 6 ünvanının yaxınlığında yerləşən zibillikdən baxış zamanı aşkar edilərək götürülmüş külli miqdarda narkotiki, psixotrop maddə olan metamfetamini və 7 ədəd “Tramadol” adlı dərman həblərini tapması, daha sonra narkotiki hissələrə ayırıb saxlaması, həmin narkotikdən tanışı Ucar şəhər sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə istifadə etməsi, dərman həblərini, metamfetamini hər hansı şəxsə satmaması, ümumiyyətlə həblərlə və metamfetaminlə bağlı satış məqsədinin olmaması, bədənində ağrıları olduğu üçün özü tək istifadə etməsi, eləcə də Təqsirləndirilən şəxs2 tapdığı külli miqdarda narkotikdən 1 ədəd kağız bükümdə 10 manata satması, Təqsirləndirilən şəxs2 isə asılılığı olmasa da narkotikdən arabir istifadə etməsi, həmçinin Təqsirləndirilən şəxs2 narkotikin satışı ilə məşğul olmaması barədə əməliyyat yolu ilə məlumatlar əldə edilmişdir. (cild 01, iş vər. 244) Cinayət işinin materiallarında olan Ucar rayon prokurorunun böyük köməkçisi, İ dərəcəli hüquqşünas, Teymur-X12 10.03.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Ucar RPŞ-nin əməkdaşı İmran Lətifov və digər polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması, barəsində əsassız cinayət işinin başlanması və digər qanunsuz əməllər barədə Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin aparatından rayon prokurorluğuna müraciəti daxil olmuş, müraciət 16-C-21 sayla qeydə alınmış və Ucar RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X13 və digər Ucar RPŞ-nin əməkdaşları barələrində cinayət işinin başlanılmasına əsas ola biləcək "əsaslı şübhə yeri qoymayan" sübutların olmaması qənaətinə gəlindiyi üçün Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsində nəzərdə tutulan "cinayət hadisəsi" olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir. (cild 02, iş vər. 29-33) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 11 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar ediləərk götürülmüş metamfetaminə görə cinayət tərkibi olmaması əsası ilə, güclü təsiredici maddə olan “Tramadol”a görə isə cinayət tərkibi olmaması və təqsirliliyi sübuta yetirilməməsi əsası ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (cild 02, iş vər. 50-66) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, 08.12.2020-ci il tarxdə polis şöbəsinə Ucar şəhəri, C.Cabbarlı küçəsi ev 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 və Ucar şəhəri, 20 yanvar küçəsi döngə 14, ev 36 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əmliyyat tədbirlərinin keçirilməsi qərar alınmış, Təqsirləndirilən şəxs1 yaşadığı ünvana gedilərək qanunvericiliyin tələbləri çərçivəsində hal şahidlərinin iştirakı ilə şəxsin yaşadığı ünvana baxış keçirilmiş və müvafiq olaraq həmin ünvanda narkotik vasitə və digər əşyalar aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxs axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən içərisində narkotikə bənzər ağ rəngli kütlə olan 1 ədəd gümüşü-ağ rəngli kağız büküm aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr məhkəmə-bioloji və materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs1 oğlunun yaşadığı evə baxış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı, habelə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmələri hər iki təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, polis əməkdaşları olan şahidlərin ifadələri, hal şahidi olan X5 və X2 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdikləri ifadələrlə, o cümlədən iş üzrə mövcud olan ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutlarla tam sübuta yetirilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 evdən aşkar olunanlardan yalnız 4 bükümün ona aid olduğunu, onu da şəxsi istifadə üçün əldə edərək saxladığını bildirməsi barədə qeyd etdiklərinə, o cümlədən evdən aşkar olunan digər bükümlərin və əşyaların ona aid olmadığını, həmin bükümlərin və əşyaların evinə polis əməkdaşları tərəfindən qoyulması və sonradan təzyiq nəticəsində məcbur qalıb etirafedici ifadə verməsi barədə qeyd etdiklərinə, eyni zamanda digər Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan narkotik vasitənin onun cibinə polis əməkdaşları tərəfindən qoyulması və qorxu nəticəsində həmin narkotik vasitənin Təqsirləndirilən şəxs1 10 manat pulun qarşılığında alması barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 bu formada ifadə verməklə ümumiyyətlə məsuliyyətdən yaxa qurtarmağa, digər təqsirləndirilən şxəs Təqsirləndirilən şəxs1 isə cinayət qanunvericiliyinin daha yüngül cəza nəzərdə tutulan maddəsi ilə məsuliyyətə cəlb olunmağa çalışır. Əvvəla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 evindən aşkar olunan iki büküm, Təqsirləndirilən şəxs2 cibindən aşkar olunan 1 büküm olmaqla, cəmi aşkar olunmuş üç büküm narkotik vasitə heroinə görə ittiham irəli sürüldüyü halda, sonuncu evindən aşkar olunan 4 büküm narkotik vasitənin ona aid olduğunu bildirir ki, bu anlaşılan deyil. Digər tərəfdən Cəbrayıl Ababsovun evindən aşkar olunan narkotik vasitələrin miqdarının külli miqdar təşkil etməsi, həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara, bükümlərə yığılmaqa saxlanılması, həmin narkotik vasitə heroinlə eyni tərkibli narkotik vasitə heroinin Təqsirləndirilən şəxs2 aşkar olunması, Təqsirləndirilən şəxs2 ifadəsində dəfələrlə Təqsirləndirilən şəxs1la onların evində narkotik vasitə heroin qəbul etdiyini, həmişə narkotik vasitə heroinə ehtiyac olanda Təqsirləndirilən şəxs1gilə getməsi və ona müraciət etməsi barədə göstərdiyi xüsusatlar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 evindən aşkar olunan narkotik vasitələr şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuş və müvafiq qaydada qablaşdırılmaqla saxlanılmış, daha sonra həmin narkotik vasitədən bir qismi təqsirləndirilən şəxslər saxlanılan günü pulun müqabilində Təqsirləndirilən şəxs2 satılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin polis tərəfindən təsir və təzyiqə məruz qalması barədə qeyd etdiklərinə gəldikdə məhkəmə kollegiyası bildirir ki, cinayət işinin materiallarına əlavə olunmuş Ucra rayon prokurorluğunun 10.03.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Təqsirləndirilən şəxs1 qeyd etdiyi xüsusatlar prokurorluqda araşdırılmış və qeyd olunanlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar təqsirləndirilən şəxslərə təqdim olunmuş və müdafiə tərəfindən mübahisələndirilməmişdir, hazırda qüvvədədir. Təqsirləndirilən şəxs2 münasibətdə isə məhkəmə kollegiyası onu qeyd edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq müddətində bir dəfə də olsun bu barədə bildirməmiş, hüquq mühafizə orqanlarına müraciət etməmiş, ibtidai istintaq zamanı müdafiəçinin və hal şahidlərinin də iştirakı ilə üzərinə şəxs axtarış aparılan zaman buna etirazını bildirməmiş, hüquqlarını müdafiə edən müdafiəçi bu barədə hər hansısa bir qeyd verməmiş, hal şahidləri də ifadələrində bu halı təsdiq etməmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs2 də bu xüsusatla bağlı qeyd etdiklərnin həqiqəti əks etdirmədiyi qənaətindədir. Ona görə də həmin ifadələri əsaslı sübut növü kimi qəbul etmir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə iclasında qeyd olunan xüsusatla bağlı bildirdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir. Əksinə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrin işin faktiki halları ilə üst-üstə düşdüyü, həqiqəti əks etdirdiyi və təkzib olunmadığı üçün məhkəmə həmin ifadələri əsaslı sübut növü kimi qəbul edir və təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamın əsasına məhz həmin ifadələri qoyur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X5 və X2 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə münasibətdə isə məhkəmə kollegiyası bildirir ki, hər iki şahid təqsirləndirilən şəxslərlə eyni rayondandırlar, həmçinin hər ikisi də Ucar şəhər icra nümayəndəliyinin əməkdaşlarıdır. Hər iki təqsirləndirilən şəxs də Ucar şəhərinin sakinləridir. Odur ki, bu hal qeyd edilən şəxslərin məhkəmədə təqsirləndirilən şəxslərin xeyrinə ifadə verməsini anlaşılan edir. Ona görə də, məhkəmə kollegiyası şahidlər X5 və X2 məhz ibtidai istintaq zamanı verdikləri ifadələri əsaslı sayaraq təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamın əsasına məhz həmin ifadələri qoyur. Təqsirləndirilən şəxslərə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailəsi (arvadı və 2017-ci il təvəllüdlü uşağı X3 ilə) birlikdə Ucar şəhəri, C.Cabbarlı küçəsi ev 6 ünvanında yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir. (cild 01, iş vərəqi 190-) İş materiallarına əlavə edilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Ucar rayon Məhkəməsinin 13.08.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 08 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, daha sonra həmin hökmdən apellyasiya protesti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin 13.04.2021-ci il tarixli qərarı ilə Ucar rayon Məhkəməsinin 13.08.2020-ci il tarixli hökmü cəzaya dair hissədə dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild 01, iş vər. 167-168, 179-188) Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədərkən birinci iş üzrə barəsində qanuni qüvvəsini almış hökm olmadığından, onun əməlində cinayətlərin residivi müəyyən olunmur. Lakin məhkəmə qeyd edir ki, bu halda şəxsə CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Qeyd olunalara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 24 ünvanında ailəsi ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vərəqi 175-176) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasında məhkum olunmasa da, əvvəllər Ukrayna Respublikası Donetsk vilayətinin Konstantinov şəhər məhkəməsinin 16.03.2012-ci il tarixli hökmünə əsasən Ukrayna Respublikası Cinayət Məcəlləsinin 187 maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək qəti olaraq əmlakı müsadirə olunmaqla 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Daha sonra Rusiya Federasiyası Moskva vilayəti Lobnya şəhər məhkəməsinin 11.07.2017-ci il tarixli hökmünə əsasən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsinin 2-ci hissəsinin “B” bəndi ilə təqsirli bilinərək 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmçinin tələbnamədən müəyyən olunur ki, sonuncu barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsinin 1-ci hissəsi ilə, habelə 158-ci maddəsinin 1-ci hissəsi ilə istintaqı gedən cinayət işi üzrə **********000084 saylı 23.04.2019-cu il tarixli axtarış işi açılmışdır. (cild 01, iş vər. 161-163) Qeyd olunalara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran hallar olmasa da, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, əvvəllər də qəsdən cinayət əməli törətdiyinə görə məhkum olunduğunu və nəticə çıxarmayaraq yenidən qəsdən ağır cinayət əməli törətməsini nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını, habelə Şəki Apellyasiya Məhkəməsinin 13.04.2021-ci il tarixli qərarı ilə təyin olunan cəza ilə hazırki iş üzrə təyin olunan cəzaları qismən toplamaqla sonuncuya qəti azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Eyni zamanda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, habelə əvvəllər Azərbaycan Respublikasında məhkum olunmasa da, ölkə xaricində bir neçə dəfə, özü də azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasını, lakin əməllərindən nəticə çıxarmayaraq artıq bu dəfə ölkə hüdudlarında qəsdən cinayət əməli törətməsini onun şəxsiyyətinin ictimai təhlükəliliyi kimi nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan daha sərt olan azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, şəxs yalnız bu növdə cəza çəkməklə və real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Ucar Rayon Məhkəmənin 10.12.2020-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs1 09.12.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vər. 27-28, 127-128) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək qəti azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 09.12.2020-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 09.12.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 11.12.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməklə həmin tarixdə X6 azadlığa buraxılmışdır. (cild 1, iş vər. 49-50, 145-146) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 09.12.2020-ci il tarixdən 11.12.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət cəzasına hesablanmaqla çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli 15.09.2021-ci il tarxidən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalından dərhal həbs olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs2 isə yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan 2 ədəd kağız zərflərdə ümumi təmiz çəkisi - 2,372 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlər, 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 2,267 qram, 01 ədəd kəsilmiş siqaret qutusunun içərisində 01 ədəd şəffaf sellofan bükümdə 5,595 qram, 1 ədəd saxsı qabın içərisində 9,131 qram narkotik vasitə və psixotrop maddə olmayan kütlələr, 05 ədəd blister kəsiklərində kapsul formalı dərman həbləri, ümumilikdə 6 ədəd 1 ml-lik olmaqla, onlardan 4-nün üzərində cüzi miqdarda heroin hissəcikləri olan şprislər və 01 ədəd sellofan torbada içərisində olan 01 ədəd göy rəngli cins şalvar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 157,80 AZN (yüz əlli yeddi manat, səksən qəpik) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 78,90 AZN (yetmiş səkkiz manat, doxsan qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunan cəza ilə Şəki Apellyasiya Məhkəməsinin 13.04.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 01 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 09.12.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 09.12.2020-ci il tarixdən 11.12.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 15.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan 2 ədəd kağız zərflərdə ümumi təmiz çəkisi - 2,372 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlər, 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 2,267 qram, 01 ədəd kəsilmiş siqaret qutusunun içərisində 01 ədəd şəffaf sellofan bükümdə 5,595 qram, 1 ədəd saxsı qabın içərisində 9,131 qram narkotik vasitə və psixotrop maddə olmayan kütlələr, 05 ədəd blister kəsiklərində kapsul formalı dərman həbləri, ümumilikdə 6 ədəd 1 ml-lik olmaqla, onlardan 4-nün üzərində cüzi miqdarda heroin hissəcikləri olan şprislər və 01 ədəd sellofan torbada içərisində olan 01 ədəd göy rəngli cins şalvar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 157,80 AZN (yüz əlli yeddi manat, səksən qəpik) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 78,90 AZN (yetmiş səkkiz manat, doxsan qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-114/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-114/2021
15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver