Məhkəmə qərarları › İş №1(091)-114/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-114/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-114/2022 11.05.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Balakən rayon Vəkil Bürosunun vəkili X7, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Balakən rayonu Kortala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Balakən rayonu Kortala kəndində qeydiyyatda olan və həbs olunanadək həmin ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 150.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən aşkar surətdə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə, eləcə də, zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmək məqsədi ilə 26 noyabr 2021-ci il tarixdə təxminən saat 12:00 radələrində 06 avqust 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan baldızı Zərərçəkmiş şəxs mağazaya aparıb daha sonra yaşadığı evə geri qaytarmaq adı ilə aldadaraq sonuncunu Balakən rayonu Kortala kəndi ərazisində idarə etdiyi VAZ 2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirmiş, mağazaya gedib geri qayıdan zaman avtomobili Kortala kəndinin çöl sahəsinə sürərək yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə, eləcə də, avtomobilin içərisində sonuncunun əllərini bilək nahiyəsindən sağ əli ilə tutub zor tətbiq edərək sol əli ilə Zərərçəkmiş şəxs ayaqlarını, cinsiyyət orqanını və döşlərini əlləyib özünü masturbasiya edərək sonuncunun əynində olan qara rəngli cins yubkanın üzərinə boşalaraq aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri edərək cinsi ehtirasını pozğun formada təmin etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, baldızı Zərərçəkmiş şəxs qarşı heç bir seksual xarakterli zorakılıq hərəkətləri etməmişdir. Hadisə baş verən günü bərbər olduğu üçün işdən çıxıb özünə məxus avtomobil ilə evə gedərkən yolda baldızı Zərərçəkmiş şəxs görmüş və idarə etdiyi avtomobili saxlayaraq ondan hara getdiyini soruşmuş, sonuncu da mağazaya getdiyini bildirmişdir. Belə olub onu mağazaya apara biləcəyini demiş və baldızı Nargilə onunla razılaşmışdır. Sonra birlikdə mağazaya getmişlər. Nargilə mağazada ona lazım olan əşyaları aldıqdan sonra onu aparıb evinə düşürmüşdür. Sonradan ona məlum olmuşdur ki, onun barəsində polisə şikayət edilmişdir. Əslində isə bütün bunlar ona qarşı edilən şər və böhtan xarakterli hərəkətlərdir. Belə ki, son vaxtlar onun həyat yoldaşı Şahid2 ilə münasibətləri yaxşı olmamış və yoldaşı onu həbsxanalarda çürütməklə hədələmişdir. Belə olub ondan acıq çıxmaq üçün onun üstünə belə bir şər atmışdır. Odur ki, qeyd olunanlara əsasən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin dövründə vermiş olduğu izahatı elan olunaraq tədqiq olunmuşdur. Həmin izahatında Təqsirləndirilən şəxs göstərmişdir ki, Balakən rayonu Kortala kəndində ailə üzvləri ilə birlikdə yaşayır və həmin kənddə bərbər işləyərək pul qazanıb ailəsini dolandırır. Zərərçəkmiş şəxs onun arvadı Arzu Havalayevanın doğma bacısıdır. O, Arzu ilə 2019-cu il tarixdə ailə həyatı qurmuş, həmin evlilikdən hazırda 01 yaşı olan qızları dünyaya gəlmişdir. Qayınatasıgillə onların yaşadıqları evin arasında təxminən 02 kilometr məsafə var. Kiçik baldızı Nargilə bəzi vaxtlarda onların evinə qonaq gedirmiş. Nargilə yaraşıqlı olduğuna görə sonuncunu görəndə onda ehtiras hissi oyanırmış. Buna görə də, Nargilə onlara gedəndə 2-3 dəfə sonuncunu qucaqlayıb öpmüşdür. Lakin Nargiləyə bu barədə heçnə deməmişdir. O, 26 noyabr 2021-ci il tarixdə təxminən saat 12:00 radələrində nahar etmək üçün işlədiyi bərbərxanadan çıxıb özünə məxsus VAZ 2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə gedirmiş. O, kəndin mərkəzinə çatanda Nargilənin yolun kənarı ilə piyada onunla üzbəüz gəldiyini görmüş, buna görə Nargilənin yanına çatanda avtomobili saxlayıb haraya getdiyini soruşmuş, sonuncu da özünə ödəmə kartı (kontur) və adapter almaq üçün mağazaya getdiyini bildirmişdir. O da Nargiləni mağazaya aparıb, daha sonra geri qaytaracağını demiş və avtomobilə əyləşməsini bildirmişdir. Bundan sonra Nargilə avtomobilin arxa qapısını açıb arxa sərnişin oturacağının orta hissəsində əyləşmiş və o, avtombobili sürüb Nargiləni mağazaya aparmışdır. Mağazaya çatanda Nargilə avtomobildən düşüb mağazaya getmişdir. Təxminən 02 dəqiqədən sonra o, Nargilənin geri qayıtmadığını görüb sonuncunun arxasınca mağazaya getmişdir. Həmin vaxt Nargilə alış-verişini bitirib mağazadan çıxırmış. Buna görə onlar birlikdə geri qayıdıb avtomobilə əyləşmişlər. Nargilə yenə avtomobilin arxa qapısını açıb arxa sərnişin oturacağının orta hissəsində əyləşmişdir. Daha sonra o, avtomobili sürüb təxminən 400 metr irəlidə yerləşən, İbrahim adlı kənd sakininin işlətdiyi mağazaya gedərək sonuncudan benzin alıb avtomobilinə tökmüş və yenə yoluna davam edərək Nargilənin yaşadığı evə doğru getmişdir. O, bir qədər getdikdən sonra kəndin girəcəyindən sağa dönüb yoluna davam etmiş, daha sonra bir qədər də getdikdən sonra sağa dönüb Nargilənin yaşadığı evə tərəf dönmək əvəzinə, avtomobili sola döndərib getməyə başlamışdır. Həmin vaxt Nargilə haraya getdiyini soruşmuş, o isə Nargiləni gəzməyə aparacağını demişdir. O, avtomobili çöl sahəsində doğru təxminən 200 metr sürüb saxlamışdır. Həmin vaxt Nargilə avtomobilin arxa sərnişin oturacağının orta hissəsində oturmuşdur. O, avtomobili saxladıqdan sonra arxaya çevrilib Nargilənin üzündən və dodağından öpmüş, sağ əli ilə köynəyinin üstündən sonuncunun döşlərini əlləmiş və qısa yubka geyindiyi üçün budunu əlləmişdir. Həmin vaxt Nargilə ona heç bir reaksiya vermirmiş və onun hərəkətlərinə heç bir etiraz etmirmiş. Bundan sonra o, avtomobilin oturacağını bir qədər arxaya əyib əynindəki göy rəngli cins şalvarın zəncirbəndini açaraq cinsiyyət orqanını bayıra çıxarmış və sağ əli ilə cinsiyyət orqanını oynadaraq masturbasiya etməyə başlamışdır. Həmin vaxt Nargilə sakit oturub onu seyr edirmiş. O, təxminən 20 saniyə cinsiyyət orqanını oynatdıqdan sonra oturduğu oturacağın qarşısındakı ayaqaltı qaloşun üzərinə boşalmışdır. Daha sonra o, avtomobildə olan salfetlə spermasını təmizləyib salfeti yerə atmış, bundan sonra avtomobili sürərək Nargiləni aparıb yaşadığı evin qarşısında düşürmüş və oradan yaşadığı evə getmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin dövründə vermiş olduğu izahatı qəbul etməmiş, həmin vaxtı polis əməkdaşları tərəfindən döyüldüyünü, əgər bu məzmunda izahat verərsə azad olunacağı ilə bağlı aldadıldığını və məcbur qalıb etitarfedici izahat verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş və həmin ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı Arzu Havalayevanın əridir. 20 noyabr 2021-ci il tarixdə o, Bakı şəhərində yaşayan bacısı Rəqsanənin evinə qonaq gedib 25 noyabr 2021-ci il tarixdə yaşadığı evə geri qayıtmışdır. Geri qayıdan zaman istifadə etdiyi mobil telefonun enerji yığan cihazını yaddan çıxarıb bacısıgilin evində qoymuşdur. Buna görə telefona yeni enerji yığan cihaz almalı olmuşdur. Bu məqsədlə 26 noyabr 2021-ci il tarixdə təxminən saat 12:00 radələrində yaşadığı evdə olan zaman telefona enerji yığan cihaz almaq istədiyini anası Qanuni nümayəndə demiş, buna görə ona pul və icazə verməsini demişdir. Anası da ona pul vermiş və yaşadıqları Kortala kəndinin mərkəzində yerləşən mağazaya gedib-qayıtması üçün icazə vermişdir. Bundan sonra o, yaşadıqları evdən çıxıb mağazaya doğru yola düşmüşdür. O, yolun yarısını qət etmişdir ki, Nürəddinin özünə məxsus VAZ 2106 markalı avtomobillə onunla üzbəüz gəldiyi görmüşdür. Nürəddin onun yanına çatanda avtomobili saxlayıb haraya getdiyini soruşmuş, o da özünə ödəmə kartı (kontur) və telefona enerji yığan cihaz (adapter) almaq üçün mağazaya getdiyini bildirmişdir. Nürəddin də onu mağazaya aparıb, daha sonra geri evə qaytaracağını demiş və avtomobilə əyləşməsini bildirmişdir. Bundan sonra o, avtomobilin arxa sağ qapısını açıb arxa sərnişin oturacağında əyləşmiş və Nürəddin avtombobili sürüb onu kəndin mərkəzində yerləşən mağazaya aparmışdır. Mağazaya çatanda o, avtomobildən düşüb mağazaya getmiş, təxminən 02 dəqiqə ərzində mağazadan telefona enerji yığan cihaz, ödəmə kartı və saqqız almışdır. O, həmin əşyaları aldıqdan sonra Nürəddin mağazaya daxil olmuş və onlar birlikdə geri qayıdıb avtomobilə əyləşmişlər. O, yenə avtomobilin arxa qapısını açıb arxa sərnişin oturacağında əyləşmişdir. Daha sonra Nürəddin avtomobili bir qədər irəli sürüb benzin alaraq avtomobilinə tökmüş və yenə yoluna davam etmişdir. Bir qədər getdikdən sonra Nürəddin kəndin girəcəyindən sağa dönüb onu yaşadığı evə aparmaq əvəzinə, düz gedərək şəhər istiqamətinə hərəkət etmişdir. O, buna görə Nürəddinə etiraz edərək haraya getdiyini soruşmuş, Nürəddin isə onu gəzməyə apardığını bildirmişdir. Bu zaman o, qışqırıb Nürəddinə etiraz edərək onu geri qaytarmasını, evinə aparmasını tələb etmişdir. Bundan sonra Nürəddin həmin yerdən sol tərəfə dönərək çöl sahəsinə tərəf hərəkət etməyə başlamışdır. O, yenə də Nürəddinə etiraz edərək haraya getdiyini soruşmuş, Nürəddin isə onu meşəyə gəzməyə aparacağını bildirmişdir. Buna görə o, qışqırıb ağlamağa başlamış, qapını açıb avtomobildən yerə düşmək istəmiş və əlindəki mobil telefonla avtomobilin arxa sağ şüşəsinə vurmağa başlamışdır. Buna görə Nürəddin çöl sahəsinə doğru təxminən 200 metr getdikdən sonra avtomobili saxlamışdır. Həmin vaxt o, qışqırıb ağlayaraq avtomobilin sağ qapısını açıb yerə düşmək istəmiş, lakin Nürəddin onun qolundan tutub çəkərək qapını bağlamış və onun üstünə qışqıraraq sakit olmasını tələb etmişdir. Bu zaman o, əlindəki mobil telefonla Nürəddinin üz nahiyəsinə vurmuşdur. Daha sonra Nürəddin oturacağını biraz geri çəkmiş, arxaya çevrilərək sol ayağını ön sərnişin oturacağının, sağ ayağını isə avtomobilin ön oturacaqlarının arasına qoyub sağ əli ilə onun biləklərindən tutmuş, sol əli ilə onun budunu əlləməyə başlamış və əli ilə onun əynindəki kalqotkanın üzərnidən cinsiyyət orqanına toxunmuşdur. O, ayaqlarını bir-birinə sıxıb Nürəddinin əlini itələdikdən sonra sonuncu sol əli ilə onun köynəyini çıxarmaq istəmiş, lakin o, buna mane olduğuna görə Nürəddin əlini onun köynəyinin yuxarı hissəsindən içəri salaraq döşlərini əlləmişdir. O, buna da mane olduqdan sonra Nürrədin ona tərəf gedərək təxminən 1-2 saniyə ərzində alt dodağını öpmüşdür. Həmin vaxt o, əllərini yuxarı qaldırıb Nürəddinin sinəsindən itələmiş və özündən uzaqlaşdırmağa çalışmışdır. Bundan sonra Nürəddin geri çəkilərək sağ əli ilə onun biləklərindən tutduğu halda sol əli ilə şalvarının qarşısını açaraq cinsiyyət orqanını bayıra çıxarmış və özünü masturbasiya etməyə başlamışdır. Nürəddin tez bir zamanda boşaldıqdan sonra onun əllərini buraxmış və çevrilib öz oturacağında əyləşmişdir. Lakin o, həmin vaxt şok vəziyyətində olduğuna görə Nürəddinin haraya boşaldığına fikir verməmişdir. Çöl sahəsində baş vermiş bu hadisələr təxminən 2-3 dəqiqə davam etmişdir. Bundan sonra Nürəddin avtomobili sürüb geri qayıtmışdır. Geri qayıdan zaman o, baş verənləri bacısı Arzuya danışacağını Nürəddinə demişdir. Nürəddin isə bu barədə heç kimə heç nə deməməsini tapşırmış, onunla həmişə cinsi əlaqədə olmaq istədiyini və əvəzində hər gün ona 01 manatlıq kontur alacağını bildirmişdir. O isə Nürəddinə etiraz edərək kontura ehtiyacının olmadığını bildirmişdir. Daha sonra Nürəddin onu aparıb yaşadığı evin qarşısında düşürmüş və oradan çıxıb getmişdir. Bundan sonra o, üst-başını səliqəyə salıb yaşadığı evə daxil olmuş, lakin bacısının ailəsinin dağılmasından, atasının Nürəddini öldürəcəyindən qorxduğu üçün baş verənlərlə bağlı həmin gün heç kimə heç nə deməmişdir. Səhəri gün, yəni 27 noyabr 2021-ci il tarixdə evdə olarkən onlarla eyni kənddə yaşayan böyük bacısı Gülərgilə getmək istədiyini anası Padimata demiş, anası da getməsinə icazə vermişdir. O, bacısıgilə getdikdən sonra Nürəddinin hərəkətləri barədə bacısı Gülərə üstüörtülü məlumat vermiş, lakin utandığı üçün ətraflı danışmamışdır. Bacısı da onu dinlədikdən sonra bu barədə mütləq anasına məlumat verməli olduğunu bildirmişdir. O da axşam saatlarında yaşadığı evə qayıtdıqdan sonra yeznələri Nürəddinin hərəkətləri barədə anasına və atasına danışmışdır. Səhəri gün isə, yəni 28 noyabr 2021-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır və ondan şikayətçidir, məhkəmədən ona ən ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə zərərçəkmiş şəxs olan qızı Zərərçəkmiş şəxs göstərdiklərinə uyğun ifadə verməklə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirməklə məhkəmədən ona ən ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxs olan qızı Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verməklə onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da zərərçəkmiş şəxslə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Nürəddinlə 2019-cu il tarixdə ailə həyatı qurmuş və həmin evlilikdən qızları Melisa dünyaya gəlmişdir. Ailə qurandan sonra 28 noyabr 2021-ci il tarixədək əri Nürəddinin Kortala kəndində yerləşən evində yaşamışlar. Lakin əri Nürəddinin 26 noyabr 2021-ci il tarixdə onun yetkinlik yaşına çatmayan bacısı Nargiləyə qarşı etdiyi əxlaqsız hərəkətlərə görə o, 28 noyabr 2021-ci il tarixə azyaşlı qızını da götürüb atasının evinə qayıtmışdır. Belə ki, o, 28 noyabr 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evdə olarkən anası Padimat onların evinə gedərək əri Nürəddinin bacısı Nargiləyə qarşı etdiyi əxlaqsız hərəkətlər barədə ona danışmışdır. Buna görə o, azyaşlı qızı Melisanı da götürüb anası ilə birlikdə atasının evinə qayıtmışdır. Atasının evində olarkən o, bacısı Nargilə ilə təklikdə söhbət etmiş və bacısı baş verən hadisəni ona danışaraq bildirmişdir ki, 26 noyabr 2021-ci il tarixdə təxminən saat 12:00 radələrində yaşadıqları Kortala kəndinin mərkəzində yerləşən mağazaya gedən zaman onun əri Nürəddin özünə məxsus VAZ 2106 markalı avtomobili Nargilənin yanında saxlayıb haraya getdiyini soruşmuş, Nargilə də özünə kontur və adapter almaq üçün mağazaya getdiyini bildirmiş, Nürəddin də Nargiləni mağazaya aparıb daha sonra evə qaytaracağını deyərək avtomobilə mindirib mağazaya aparmış, mağazadan qayıdanda Nürəddin kəndin girəcəyindən sağa dönüb Nargiləni yaşadığı evə aparmaq əvəzinə, şəhər istiqamətinə hərəkət edərək Nargiləni gəzməyə aparacağını bildirmiş, həmin vaxt Nargilə etiraz edərək geri qayıtmasını və onu evə aparmasını tələb etmiş, bundan sonra Nürəddin avtomobili çöl sahəsinə doğru təxminən 200 metr sürüb saxlamış, həmin vaxt Nargilə qışqırıb ağlayaraq avtomobildən düşmək istəmiş, lakin Nürəddin buna imkan verməmiş və Nargilənin üstünə qışqıraraq sakit olmasını tələb etmişdir. Daha sonra Nürəddin arxaya çevrilərək sağ əli ilə Nargilənin biləklərindən tutmuş, sol əli ilə Nargilənin budunu əlləmiş, cinsiyyət orqanına toxunmuş, köynəyini çıxarmaq istəmiş, lakin Nargilə buna mane olduğuna görə Nürəddin əlini Nargilənin köynəyinin yuxarı hissəsindən içəri salaraq döşlərini əlləmiş, alt dodağını öpmüş, şalvarının qarşısını açaraq cinsiyyət orqanını bayıra çıxarmış və özünü masturbasiya edərək boşalmışdır. Nürəddin boşaldıqdan sonra Nargilənin əllərini buraxmış və avtomobili sürüb geri qayıtmışdır. Geri qayıdan zaman Nargilə baş verənləri ona danışacağını Nürəddinə demiş, Nürəddin isə bu barədə heç kimə heçnə deməməsini tapşırmış, Nargilə ilə həmişə cinsi əlaqədə olmaq istədiyini demiş və əvəzində hər gün Nargiləyə 01 manatlıq kontur alacağını bildirmişdir. Daha sonra Nürəddin Nargiləni aparıb yaşadığı evin qarşısında düşürmüş və oradan çıxıb getmişdir. Lakin Nargilə onun ailəsinin dağılmasından, atasının Nürəddini öldürəcəyindən qorxduğu üçün baş verənlərlə bağlı həmin gün heç kimə heçnə deməmişdir. Səhəri gün, yəni 27 noyabr 2021-ci il tarixdə Nargilə Kortala kəndində yaşayan digər bacıları Gülərin yaşadığı evə gedərək Nürəddinin hərəkətləri barədə Gülərə danışmış, daha sonra axşam saatlarında evə qayıdaraq Nürəddinin hərəkətləri barədə anasına və atasına danışmışdır. Sonradan bacısı Nargilə ona bildirmişdir ki, təxminən 10-11 ay əvvəl də Nürəddin ona əxlaqsız təkliflər etmiş, lakin həmin vaxt Nürəddin narkotik vasitələrin təsiri altında olduğunu deyərək bir daha Nargilə ilə bu mövzuda danışmayacağına and içmiş və buna görə bacısı Nargilə Nürəddinin bu hərəkəti barədə heç kimə heçnə deməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi və üzərində Nürəddinə məxsus sperma ləkələri olan yubka bacısının özünə məxsusdur, məlum hadisə baş verənədək onlar Nürədinlə həmişə mehriban olmuşlar. Nürəddinin anası ilə onun arasında heç vaxt dava-dalaş, söz-söhbət olmamışdır. Nürəddin bir neçə dəfə ona xəyanət etdiyinə görə onların arasında söz-söhbət olmuş, lakin hər hansı bir münaqişə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Nürəddin 2019-cu ildə Kortala kənd sakini Şahid1 qızı Arzu ilə ailə həyatı qurmuş və həmin evlilikdən bir qız övladları dünyaya gəlmişdir. Əvvəllər Arzu ilə onun münasibətləri çox yaxşı olmuşdur. O, həmişə anasının evinə qonaq gedəndə Arzu ona, o da eyni ilə Arzuya qarşı bacı kimi münasibət bəsləmişdir. Həmçinin, Nürəddinin arvadı Arzunun valideynləri ilə də çox yaxşı münasibəti olmuşdur. Əvvəllər münasibətlər yaxşı olsa da, sonradan münasibətlər korlanmağa başlamışdır. Belə ki, Arzu ilə qardaşı Nürəddinin və anası Sonanın arasında daimi olaraq mübahisələr baş verirmiş. Sonuncuların aralarında sözlə mübahisələr olsa da, lakin heç vaxt aralarında münaqişə olmamış və Nürəddin heç vaxt Arzunu döyməmişdir. O, təxminən 2021-ci ilin oktyabr ayının sonlarında anasının evinə qonaq getmişdir. Həmin vaxt Arzu atasının evinə getmək üçün əşyalarını çemodanlara yığmışdır. Buna görə qardaşı Nürəddin, anası Sona və o, Arzu ilə söhbət edərək sonuncunu atası evinə getmək fikrindən daşındırmışlar. 28 noyabr 2021-ci il tarixdə səhər saatlarında o, yenidən anasının evinə qonaq getmişdir. Həmin gün saat 14:30 radələrində gəlinləri Arzunun atası Şəmsəddin, anası Padimat və balaca bacısı Nargilə onun anasının evinə getmişlər. Həmin vaxt qardaşı Nürəddin işdə olmuşdur. O, Nargiləgilə çay vermək istədikdə sonuncular çay içməyəcəklərini bildirmişlər. Daha sonra Şahid1 söhbətə başlayaraq onun qardaşı Nürəddinin 26 noyabr 2021-ci il tarixdə balaca qızı Zərərçəkmiş şəxs qarşı əxlaqsız təklif və hərəkətlər etdiyini, buna görə Nürəddinin barəsində şikayət edəcəklərini bildirmiş, daha sonra Şəmsəddingil Arzunu və nəvəsi Melisanı, yəni onun qardaşı Nürəddinin azyaşlı qızını götürüb getmişlər. O, Şəmsəddingilə bu məsələni öz aralarında aydınlaşdırmağı bildirsə də, onun sözlərinə əhəmiyyət verməmişlər. Daha sonra o, qardaşı Nürəddinə zəng edərək Şəmsəddinin sözlərini danışmış və belə bir hadisənin baş verib-vermədiyini soruşmuşdur. Nürəddin isə belə bir hadisənin baş vermədiyini ona demişdir. Bundan bir qədər sonra o, qardaşının ailəsinin dağılmasının qarşısını almaq və bu məsələni aydınlaşdırmaq məqsədi ilə təkcə Şahid1 evinə getmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, artıq Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək onun qardaşı Nürəddinin barəsində şikayət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid5 ifadəsinə uyğun ifadə verməklə onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs 28 noyabr 2021-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 26 noyabr 2021ci il tarixdə bacısının əri Təqsirləndirilən şəxs tərəfindən ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi barədə məlumat vermiş və Təqsirləndirilən şəxs məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir (cild 01, iş vər. 08). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi barədə” protokoldan, həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə saat 16:30 dəqiqədən saat 17:40 dəqiqəyədək olan müddət ərzində hadisə yerinə baxış keçirilmişdir. 28 noyabr 2021-ci il tarixdə Balakən rayonu Kortala kənd sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Balakən RPŞ-nə ərizə ilə müraciət edərək, 26 noyabr 2021-ci il tarixdə bacısının həyat yoldaşı Təqsirləndirilən şəxs piyada olaraq mağazaya getdiyi zaman idarə etdiyi avtomaşınla onu mağazaya aparacağını bildirərək onu avtomaşınına mindirdiyini, onu mağazaya apardıqdan sonra avtomaşını ilə geri evinə gətirmək əvəzinə Kortala kəndinin çöl sahəsinə tərəf apardığını, Təqsirləndirilən şəxs avtomaşında olduğu zaman ona əxlaqsız təkliflər edərək onunla cinsi əlaqədə olmaq istədiyini ona bildirdiyini, əl-qol ataraq əynindəki paltarı çıxarmaq istədiyini, lakin buna icazə vermədiyini, səs-küy saldıqda bundan qorxaraq Təqsirləndirilən şəxs onu avtomaşını ilə geri evə gətirdiyini bildirmişdir. Qeyd edilən müraciətlə əlaqədar Zərərçəkmiş şəxs ərizə və izahatında qeyd etdiyi Balakən rayonu Kortala kəndində yerləşən yerlərə baxış keçirilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs daxil olduğu Kortala kəndinin “4 yol” adlanan yerində yolun sol tərəfində yerləşən X3 işlətdiyi mağazaya baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs həmin mağazaya daxil olaraq telefonun adapterinin başlığını aldığını, sonra mağazadan çıxaraq küçədə onu gözləyən yeznəsi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı avtomaşında arxada əyləşdiyini, Təqsirləndirilən şəxs avtomaşını idarə edərək təxminən 150 metr qarşıda yerləşən mağazadan benzin aldığını və sonra Nürəddinin avtomaşını Kortala kəndinin başlanğıc hissəsinə doğru sürdüyünü, kəndin qurtaracağından Nürəddinin onu evinə doğru aparmaq əvəzinə avtomaşını idarə edərək “Kortala kəndi” yazısı olan yerdən sola tərəf çöl sahəsinə apardığını, avtomaşını təxminən 30 metr sol tərəf torpaq yola sürdükdən sonra saxladığını və avtomaşında ona qarşı əxlaqsız hərəkətlər etdiyini və ona cinsi əlaqə təklif etdiyini bildirmişdir. Bununla bağlı Zərərçəkmiş şəxs qeyd etdiyi yerə baxış keçirilmişdir. Baxış keçirilən ərazi Balakən rayonu Kortala kəndindən Balakən şəhəri istiqamətində “Kortala kəndi” yazısı olan yerdən sola doğru uzanan torpaq yoldur. Asfalt yoldan sola döndükdə sağ tərəfdə yaşayış evləri yerləşir. Həmin yerdən təxminən 30 metr qarşıda Zərərçəkmiş şəxs yeznəsi Təqsirləndirilən şəxs avtomaşını saxladığı yerə baxış keçirilən zaman orada iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya, predmet aşkar edilməmişdir. Qeyd olunan torpaq yolda hər iki tərəfdə kənd sakinlərinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələri yerləşir. Baxış zamanı fotoşəkillər çəkilmiş, həmin fotoşəkillər protokola əlavə olunmuşdur. Həmçinin baxış zamanı Balakən rayonu Kortala kənd sakini X4 məxsus olan mağazadakı “Houston vision” markalı kamera mühafizə sisteminin yaddaş qurğusu iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (cild 01, iş vər. 23-29). Cinayət işinin materiallarında olan “video diskə baxış keçirilməsi haqqında” protokolla Zərərçəkmiş şəxs Bəhruz Bayramova məxsus olan ərzaq mağazasına tək daxil olması, mağazada olduğu zaman sağ tərəfdə yerləşən rəfdən nəsə götürərək ödəniş etməsi, Zərərçəkmiş şəxs mağazada 2 dəqiqə 44 saniyə dayandıqdan sonra mağazaya Təqsirləndirilən şəxs daxil olması, videogörüntünün 2 dəqiqə 55-ci saniyəsində Zərərçəkmiş şəxs mağazadan alış-veriş etdikdən sonra mağazanın qapısına yaxınlaşması, orada dayanan Təqsirləndirilən şəxs baxaraq gülümsəməsi, bu zaman mağazada əlavə 2 nəfər məktəblinin olması, sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs mağazadan çıxıb getmələri müəyyən olunur (cild 01, iş vər. 30-31). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 10:30 dəqiqədən saat 11:05 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşına baxış keçirilmişdir. Baxış zamanı qeyd olunan VAZ 2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşının salon hissəsində boz-qara damalı ön və arxa oturacaqlarının üzərində, həmçinin hər 4 ayaqaltı hissəsində sperma ləkəsinə oxşar, ləkə və ya başqa iş üçün əhəmiyyət kəsb edən əşya, predmet aşkar edilməmişdir. Baxış “Xiaomi” markalı mobil telefonla qeydə alınmış, videogörüntünün olduğu disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 41-45). Cinayət işinin materiallarında olan “baxış və götürmə keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi geyim əşyalarına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd göy rəngli cins şalvara baxdıqda onun arxa hissəsində “Stefano Ricci” yazısının olması, şalvarın üzərində hər hansı bir sökülmüş və cırılmış hissənin, hər hansı bir ləkənin olması müşahidə olunmamışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “Armany Jeans” yazısı olan qırmızı-qara damalı 01 ədəd yun materiallı jaketə baxış keçirilən zaman onun üzərində hər hansı bir cırılmış və sükülmüş hissənin olmaması, həmçinin hər hansı bir ləkənin olmaması müəyyən olumuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli gödəkçəyə baxış keçirilərkən gödəkçənin üzərində hər hansı bir sökülmüş və cırılmış hissənin olmaması, ləkələrin olmaması, gödəkçənin qolsuz olması müəyyən olunmuşdur. Baxış keçirilmiş hər üç geyim əşyası 01 ədəd göy rəngli sellofan torbaya qablaşdırılaraq iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış və götürmə “Xiaomi” markalı mobil telefon vasitəsilə qeydə alınmış, videogörüntünün olduğu disk protokola əlavə edilmişdir (cild 01, iş vər. 60-63). Cinayət işinin materiallarında olan “baxış və götürmə keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi özünə məxsus qısa ətəkli dona (mini yubkaya) baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi qısa ətəkli donun ona məxsus olduğunu, həmin qısa donun 26 noyabr 2021-ci il tarixdə onun əynində olduğunu, həmin donun üzərindəki ləkələrin Təqsirləndirilən şəxs məxsus olan spermanın ləkələri olduğunu, Nürəddinin avtomaşının ön qabaq oturacaqlarının arasında əli ilə özünü boşaltdıqdan sonra spermanı onun əynindəki donun üzərinə tökdüyünü bildirmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd qısa ətəkli dona baxdıqda onun qara rəngdə olması, cins materialdan olması, həmin donun sağ aşağı hissəsində 11 sm enində, 8 sm uzunluğundakı sahədə ağ rəngli ləkələrin olması müəyyən olunmuşdur. Qeyd edilən 01 ədəd qısa ətəkli don iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq və üzəri möhürlənərək götürülmüşdür. Baxış və götürmə keçirilməsi “Xiaomi” markalı mobil telefon vasitəsi ilə qeydə alınmış, videogörüntünün olduğu disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 69-72). Cinayət işinin materiallarında olan “baxış və götürmə keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd qara rəngli koftaya baxış keçirilmişdir. Həmin koftaya baxdıqda onun qara rəngli yun materialdan olması, boyun və qollarının yuxarı hissəsində parlaq qaşların olması müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd qara rəngli koftaya baxdıqda onun üzərində hər hansı bir cırılmış və sökülmüş hissənin olmadığı, üzərində hər hansı bir ləkənin olmadığı müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs baxış zamanı yeznəsi Nürəddinin məhz həmin koftanı əlqol ataraq onun üzərindən çıxarmaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd qara rəngli kofta iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış və götürmə “Xiaomi” markalı mobil telefon vasitəsilə qeydə alınmış, videogörüntünün olduğu disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 96-99). Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 12:26 dəqiqədən saat 13:02 dəqiqəyədək olan müddət ərzində Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, 26 noyabr 2021-ci il tarixdə təxminən saat 12:00 radələrində özünə adapter və ödəmə kartı almaq məqsədi ilə yaşadığı evdən çıxıb piyada yaşadığı Kortala kəndinin mərkəzində yerləşən mağazaya gedən zaman bacısının əri Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə ona yaxınlaşaraq haraya getdiyini soruşmuş, o, mağazaya getdiyini bildirəndə Təqsirləndirilən şəxs onu mağazaya aparıb daha sonra yaşadığı evə qaytaracağını deyərək onu idarə etdiyi avtomobilə mindirmiş, mağazaya getdikdən sona Təqsirləndirilən şəxs onu yaşadığı evə aparmaq əvəzinə, avtomobilin sürüb onu Kortala kəndinin çöl sahəsinə aparmış, daha sonra avtomobilin içərisində sağ əli ilə onun biləklərindən tutub saxlamış, sol əli ilə onun budunu, döşlərini əlləmiş, cinsiyyət orqanına toxunmuş, onun alt dodağından öpmüşdür. O, Təqsirləndirilən şəxs itələyib özündən uzaqlaşdırmağa çalışmış, sonuncu onun biləklərindən tutub sıxdığına görə müqavimət göstərə bilməmiş, daha sonra Təqsirləndirilən şəxs onun biləklərindən tutduğu sol əli ilə şalvarının qarşısını açaraq cinsiyyət orqanını bayıra çıxarmış və oturacaqların üzərində üzü onun tərəfə dayandığı şəkildə özünü masturbasiya edərək onun üzərinə və avtomobilin içərisinə boşalmışdır. O, hadisə zamanı nə qədər qışqırıb ağlasa da, Təqsirləndirilən şəxs onun xahişlərinə, yalvarışlarına məhəl qoymamışdır. Həmçinin o, avtomobildən düşüb qaçmaq istəsə də, Təqsirləndirilən şəxs buna imkan verməmişdir. İfadənin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs hadisə yerini, yəni Təqsirləndirilən şəxs avtomobili saxladığı yeri əli ilə göstərmişdir (cild 01, iş vər. 249-252). Cinayət işinin materiallarında olan” Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 31 yanvar 2022-ci il tarixdə cinayət işi üzrə Zərərçəkmiş şəxs bacısı X2 istintaqa təqdim etdiyi 01 ədəd CD diskə baxış keçirilmişdir. Diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə 05 ədəd fayl var. Diskdə olan 01 ədəd fayl səs yazısından, qalan 04 ədəd fayl isə fotoşəkillərdən ibarətdir. Diskə baxış zamanı Arzu Havalayeva bildirmişdir ki, 01 ədəd səs yazısındakı telefon danışıqları əri Təqsirləndirilən şəxslə ona məxsusdur. Əri Nürəddin həbsdə olan zaman cəzaçəkmə müəssisəsindən onun bacısı Nargilənin istifadə etdiyi mobil telefona zəng edərək onunla danışmış və həmin vaxt o, danışıqları qeyd etmişdir. Digər 04 ədəd fotoşəkillər isə onun bacıları Şahid3 və Zərərçəkmiş şəxs onun əri Təqsirləndirilən şəxslə aralarında baş tutmuş danışıqların mesaj mətnləridir. Diskdə olan fotoşəkillərdəki mesaj mətnlərindən görünür ki, Zərərçəkmiş şəxs ifadələrində qeyd etdiyi kimi, baş vermiş hadisə barədə 27 noyabr 2021-ci il tarixdə bacısı Şahid3 məlumat vermiş, daha sonra N.Təqsirləndirilən şəxsKosayevaya mesaj yazanda Şahid3 Təqsirləndirilən şəxs mesajına sərt şəkildə cavab verərək onun başına oyun açacağını, həmçinin bacısının, Kamranın, Cavidanın və atasının hər şeyi biləndə onun gedəcəyi yerin bəlli olduğunu bildirmiş, lakin Təqsirləndirilən şəxs Şahid3nın bu cavabına heç bir reaksiya vermədən, məsələnin nədən ibarət olmasını, nə üçün onunla bu şəkildə danışmasını və nə üçün onun başına oyun açacağını bildirməsini aydınlaşdırmadan “səhv düşmüsən”, “ağlına gələni yazma”, “çıxdım”, “yazma”, “belə şeylər yazsan danışdırmayacam səni”, “evə gedirəm”, “Arzu inanmayacaqdı” və s. mətnli mesajlar yazaraq mövzudan yayınmağa çalışmışdır. Bundan başqa, diskdə olan səs yazısına baxış keçirilərkən müəyyən edilmişdir ki, danışıq zamanı Təqsirləndirilən şəxs arvadı Arzu Havalayevaya deyir ki, “qurban olum, bağışlayın məni”. Danışıq zamanı A.Havalayeva əri Təqsirləndirilən şəxs deyir ki, “sən nəyin üzrünü istəyirsən məndən? Gedib yalandan orada şər atmadın mənim üstümə ki, mənim arvadım çıxıb gedib mənim üstümə şər atır?” Təqsirləndirilən şəxs də cavabında arvadı A.Havalayevaya deyir ki, “ay Arzu, qurban olum, adam suda boğulanda saman çöpündən tutur”. Daha sonra A.Havalayeva əri Təqsirləndirilən şəxs deyir ki, “sən vaxtında kişi kimi boynuna alsaydın, desəydin bir səhvdi etmişəm, bunlar olmazdı”. Təqsirləndirilən şəxs də cavabında arvadı A.Havalayevaya deyir ki, “məni burdan çıxardın, cümə məscidinə gedirəm, allah haqqı, anamın əziz canına and olsun, Melisin canı üçün, qurana əlimi qoyuram ki, mən bir də səhv işlər görməyəcəm, günah işlər etməyəcəm, namaz qılıram burada, ondan sonra çıxaq gedək Arzu, Bakıya gedək, buralardan çıxaq qurban olum”. Daha sonra A.Havalayeva əri Təqsirləndirilən şəxs deyir ki, “sən bunu etmisən düzdümü, sən uşağa təcavüz etmisən düzdümü?” Təqsirləndirilən şəxs də cavabında arvadı A.Havalayevaya deyir ki, “nə bilim, yadımda deyil, etməmişəm, bilmirəm neynəmişəm, yadımda deyil, ay Arzu günahım varsa hamınızdan üzr istəyərəm, ayağınızdan öpərəm”. Diskdəki danışıq 08 dəqiqə 12 saniyə davam edir. Danışıq zamanı A.Havalayeva əri Təqsirləndirilən şəxslə hadisə barədə, övladı barədə, bacısının və özünün həyatının məhv olması barədə söhbətlər aparır (cild 02, iş vər. 66-72). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 30 noyabr 2021ci il tarixli 385 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət olmamışdır. Zərərçəkmiş şəxs qızlıq bəkarəti pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaya xarakterik əlamətlər müəyyən edilməmişdir (cild 01, iş vər. 64-66). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 01 dekabr 2021ci il tarixli 387 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət olmamışdır (cild 01, iş vər. 82-83). Cinayət işinin materiallarında olan məhkəmə-genetik ekspertizasının 06 dekabr 2021-ci il tarixli 21/685R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 (bir) ədəd qara rəngli donun ön aşağı hissəsində olan ağımtıl rəngli ləkələrdə insana məxsus sperma nümunəsi aşkar edilmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi 01 (bir) ədəd qara rəngli donun ön aşağı hissəsində olan ağımtıl rəngli ləkələrdə olan sperma nümunəsi Təqsirləndirilən şəxs məxsusdur (cild 01, iş vər. 118- 122). Cinayət işinin materiallarında olan kompleks məhkəmə-ambulator psixiatrik və psixoloji ekspertizasının 14 yanvar 2022-ci il tarixli 29/13 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs yaddaş pozuntusu aşkar edilmir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi və psixiatriya müəssisələrində qeydiyyata durmaması, istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində, həmçinin hazırkı ekspertiza zamanı aktiv surətdə müdafiə olunaraq hər hansı cinayət əməlini törətmədiyini bildirməsi, ona şamil edilən cinayət əməlini törədərkən, istintaq və hazırkı ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, hazırki ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqların aşkar edilməməsi, onda psixoproduktiv əlamətlər (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozuntusunun (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz və acıqlı olması, onda əsəbiliyə və konfliktə meyillilik müşahidə edilməsi, tez qıcıqlanması, xırda qıcığa nevrotik tipli reaksiya ilə cavab verməsi) az ifadəli olması əsas verir. Təqsirləndirilən şəxs özündən uydurmağa, təlqinə qapılmağa meyillilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs əqli (intellektual) inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur (cild 02, iş vər. 128-130). Cinayət işinin materiallarında olan kompleks məhkəmə-ambulator psixiatrik və psixoloji ekspertizasının 21 yanvar 2022-ci il tarixli 38/17 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl və həmin hərəkətlər törədilərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair xəstəlik keçirmir. Zərərçəkmiş şəxs hər hansı xoniki psixi xəstəlik keçirmədiyindən ona qarşı törədilən qanunazidd əməllərin faktiki xarakterini dərk etmiş, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs onunla baş vermiş qanunazidd əməllərin mahiyyətini və həmin əməllərin nəticələrini anlamaqla həmin hadisə barədə düzgün ifadə verə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə Zərərçəkmiş şəxs əvvəllər psixiatriya müəssisələrində qeydiyyata durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi, istintaq və ekspertiza zamanı ona qarşı törədilmiş qanunazidd əməl barəsində dolğun və ardıcıl ifadələr verməsi, hazırkı ekspertiza zamanı onda qavrama, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqların aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması əsas verir. Zərərçəkmiş şəxs özündən uydurmağa, təlqinə qapılmağa meyilli deyildir. Zərərçəkmiş şəxs əqli (intellektual) inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmir. Zərərçəkmiş şəxs yaddaş pozuntusu ilə bağlı hər hansı problem müəyyən edilmir (cild 02, iş vər. 131- 133). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 03 fevral 2022-ci il tarixli 142 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, iş vər. 134). Cinayət işinin materiallarında olan məhkəmə-lifli ekspertizasının 31 yanvar 2022-ci il tarixli 17/94 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvarın səthi üzərindən tapılmış göyümtül-qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd yubkanın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs qızına məxsus 01 ədəd yubkanın səthi üzərindən tapılmış açıq-göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvarın tərkib liflərinə uyğun gəlirlər (cild 02, iş vər. 135-140). Cinayət işinin materiallarına əlavə edilmiş Balakən rayon prokurorluğunun 07.01.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd ediməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsində döyülməsi, işgəncəyə məruz qalması ilə bağlı qeyd etdiyi xüsusatlar prokurorluqda araşdırılmış və toplanmış materialda cinayət tərkibi olmadığından, CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 02, iş vər. 91-93). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü ona elan olan olunan ittiham üzrə təqsirli bilmədiyini, zərərçəkmiş şəxsə qarşı heç bir seksual xarakterli zorakılıq hərəkətləri etmədiyini, polis əməkdaşları tərəfindən döyüldüyünə görə ibtidai araşdırmanın ilkin mərhələsində etirafedici izahat verdiyini bildirsə də, məhkəmə kollegiyası onun qeyd etdiklərini müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, şəxs bu formada ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-genetik ekspertizasının rəyi, Şahid2 təqdim etdiyi diskə baxış keçirilməsi haqqında protokol, üzləşdirmə istintaq hərəkətinin protokolu və s.) təqsirləndirilən şəxsin qeyd etdiklərini tamamilə təkzib etmişdir. Bundan əlavə, iş üzrə materiallarda Balakən rayon prokurorluğunun 07.01.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd ediməsi haqqında” qərarı mövcuddur ki, həmin qərarla Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Həmin qərar hazırda qevvədədir və müdafiə tərəfindən mübahisələndiriməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün ibtidai araşdırmanın ilkin mərhələsində vermiş olduğu qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 150.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Balakən rayonu, Kortala kəndində qeydiyyatdadır və yaşayır, himayəsində 2020-ci il təvəllüdlü bir azyaşlı uşağı var, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (cild 2, iş vər. 122-126). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 241). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16.12.2021-ci il tarixdə istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vər. 141). Cinayət işinin materialarında olan Balakən Rayon Məhkəməsinin 17.12.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 16.12.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 224-227). Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli faktiki olaraq ibtidai istintaq orqanı tərəfindən tutulduğu vaxtdan, yəni 16.12.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd açıq-göy rəngli cins şalvar, Zərərçəkmiş şəxs məxsus 01 ədəd göyümtül-qara rəngli yubka hökm qanuni qüvvəyə mindikdən sonra sahiblərinə qaytarılmalıdır. İş üzrə 71,94 (yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd açıq-göy rəngli cins şalvar, Zərərçəkmiş şəxs məxsus 01 ədəd göyümtül-qara rəngli yubka hökm qanuni qüvvəyə mindikdən sonra sahiblərinə qaytarılsın. İş üzrə 71,94 (yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar