Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-114/2025 27.05.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Aşurova Günay Raqif qızının sədrliyi ilə, hakimlər Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Feyzullayeva Tehranə Vəkil qızının, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndələri - Nümayəndə2, Babayev Habil Vəkil oğlunun və Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə1, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi – Gəncə Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X11, xx xxxxxxx 2007-ci il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, nataman orta təhsilli, subay, Göyçay rayon məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Kəlbəcər rayonu, Qılınclı kəndində qeydiyyatda olmaqla faktiki ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X14 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs X12 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, habelə qanunsuz olaraq soyuq silah əldə etməklə gəzdirmişdir. Belə ki, o,15 avqust 2024-cü il tarixdə saat 03 radələrində kirayədə yaşadığı Göyçay şəhəri, Əli Kərim küçəsində yerləşən məhəllədə sevgi hisləri bəslədiyi həmyaşıdı Şahid3 ilə birlikdə oturacaqda əyləşib iti əzizləyən zaman əvvəlcədən tanımadığı Göyçay rayonu, Çayarxı kənd sakini xx.xx.1998-ci il təvəllüdlü X18 onu yanına çağıraraq axşam vaxtı məhəllədə hansı səbəbə qızla gəzdiyi ilə bağlı irad bildirməsindən sonra aralarında sözlü mübahisə yaranmış, sözlü mübahisə zamanı X13 qızın sadəcə olaraq dostu olduğunu izah etməsinə baxmayaraq sonuncunun ona yalan danışdığını, israrla ona düzgün danışmasını bildirib hər hansı əsaslı səbəb olmadan qərəzli xuliqanlıq hərəkətlərinə yol verərək ona qarşı zor tədbiq edib xəsarətlər yetirməsi və ünvanına nalayiq ifadələr işlətməsindən hiddətlənərək X5 qisas alıb qəsdən öldürmək qərarına gəlib ölümün baş verməsini arzu etməklə, təfəkküründə yaratdığı tələbatını cinayət törətmək yolu ilə sonlandırmaq məqsədi ilə Göyçay şəhəri, Əli Kərim küçəsində kirayədə yaşadığı fərdi yaşayış evinə gedərək istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib yaşadığı evin qonaq otağında divanın altında gizlətdiyi ümumi uzunluğu 325 mm, tiyəsinin uzunluğu 145 mm olan zavod üsulu ilə hazırlanmış, kəsici-deşici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı qatlanan tipli ov bıçağını götürüb tiyəsi tam olaraq açıq vəziyyətdə sağ əlində tutmaqla X18 ilə ilkin olaraq mübahisə etdiyi yerə qayıdıb sonuncunu axtarmağa başlamış, sonuncunun saat 03:05-də Göyçay şəhəri, Əli Kərim küçəsində yerləşən “Avtovağzal Dairəsi”nin yaxınlığındakı avtomobil yolunun kənarında “Nar Simvolu” olan beton abidənin yanında dayandığını görüb X8 üzərinə sürətli addımlarla hücum edərək öldürmək məqsədi ilə bıçaqla sinə nahiyəsindən 1 dəfə zərbə endirmiş, bıçaq zərbəsindən sonra X8 ölmədiyini və ona müqavimət göstərdiyini görüb cinayətkar niyyətini başa çatdırmaq üçün ona müqavimət göstərən X42 bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq çoxsaylı bıçaq zərbələri endirməklə sonuncuya dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən gövdənin sol yuxarı şöbəsində və sol bazunun aşağı 1\3-nin arxa səthində dəri kəsikləri, sağ budun aşağı 1\3-nin iç və sol baldırın yuxarı 1\3-nin bayır səthlərində yumşaq toxumaların deşilmiş-kəsilmiş yaraları, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən gövdənin ön səthində döş qəfəsinin sol aşağı tış hissəsində 1 (bir) ədəd, sol qoltuqaltı nahiyədə 1 (bir) ədəd və gövdənin sol yan orta şöbəsində 2 (iki) ədəd döş və qarın boşluğuna nüfuz edən deşilmişkəsilmiş yaralar fonunda sol ağciyərlərin, ürəyin və dalağın deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan xarici və daxili qanitirmə nəticələnən iti uclu-iti ülgüclü kənara malik deşici-kəsici əşyanın təsirindən əmələ gəlmiş xəsarətlər yetirmiş, bununla da, qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən bıçaqla X12 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 123 və 228.4-cü maddələri ilə təqsirli bilərək göstərdi ki, o, 2024-cü ilin əvvələrində Şahid3 ilə tanış olmuşdur. 14 avqust 2024-cü il tarixdə atası dostuna hədiyyə vermək üçün evə it gətirmişdir. O da həmin gün Günayla mobil telefonda yazışarkən itin şəklini ona göndərmişdir. Günay şəkilə baxaraq ev itlərini çox sevdiyini bildirmişdir. O, Günaya əgər istəyirsə gəlib itə baxa biləcəyini demiş, amma Günay valideynlərinin onu çölə buraxmadıqlarını, yalnız axşam çölə çıxa biləcəyini bildirmiş, o da Günayla razılaşmışdır. 15 avqust 2024-cü il tarixdə saat 02:00 radələrində Günay ona görüşə biləcəyi ilə bağlı mesaj göndərmiş, o da Günaya evdən tək çıxmamasını, özünün onu qarşılayacağını bildirmişdir. Günayı gedib qarşıladıqdan sonra birlikdə məhəlləyə gəlmişlər. Bundan sonra o, evə gedib iti götürmüş və yenidən Günayın yanına gəlmiş və onlar birlikdə məhəllədəki oturacaqda əyləşmişlər. Bundan sonra 26-27 yaşlarında olan bir şəxs təxminən 20 metr məsafədən onu yanına çağırmışdır. O, Günaya onu gözləməsini deyərək onu çağıran şəxsin, yəni adını sonradan bildiyi Hüseyn Feyzullayevin yanına getmişdir. Hüseyn Feyzullayev ona əsəbi şəkildə “camaatın anası, bacısı var, niyə məhəllədə qızla gəzirsən? Buranın vəziyyətinə mən baxıram, 10 il türmədə olmuşam” deyə bildirmişdir. O, isə Hüseyn Feyzullayevə əxlaqsız bir şey etmədiyini, sadəcə olaraq dostu ilə it gəzdirməyə gəldiyini bildirmişdir. X50 israrla ondan düzgün danışmağını tələb edərək axşam it gəzdirmək vaxtı olmadığını bildirmiş, o isə yenə də əxlaqsız bir şey etmədiyini, dostu ilə birlikdə it gəzdirdiyini bildirmişdir. Təxminən beş dəqiqə sonra iki nəfər şəxs, yəni Şahid1 və Şahid2 onların yanına gələrək səs-küy yaratmamalarını bildirmişlər. Onlar həmin şəxslərə onların işinə qarışmamalarını, məsələni özlərinin həll edəcəklərini bildirmişlər. Həmin şəxslər getdikdən X43 əlini onun çiyninə qoymuş və yenidən onunla düzgün danışmasını tələb etmiş və Günayın yanında ona qarşı nalayiq ifadə işlətmişdir. O, Hüseyn Feyzullayevə nalayiq ifadə işlətməməsini dedikdə sonuncu onu itələmiş, o da arxada dayanan avtomobilə dəymişdir. O, Hüseynin Günaya nəsə edəcəyini fikirləşərək onun çənəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Bundan sonra, Hüseyn onun bədəninin müxtəlif yerlərinə sərt zərbələr endirməyə başlamış və onun başından tutaraq dəfələrlə avtomobilin kapotuna vurmuş, eyni zamanda dizi ilə onun qarın nahiyəsinə və başından vurmağa davam etmişdir. Günay həyacanlı və qorxmuş vəziyyətdə qışqıraraq kömək istəmişdir. Həmin vaxt Şahid1 və Şahid2 onlara yaxınlaşaraq Hüseyn Feyzullayevi ondan ayırmışlar. Bundan sonra X26 qolundan tutmuş, o da bunu görərək özünü toparlayıb X19 buraxmasını tələb etdikdə sonuncu yenidən onu vurmağa başlamışdır. O, Günaya getməsini demiş və özü də yaşadığı ev istiqamətində qaçmağa başlamışdır. Küçənin tinindən dönmək istəyən zaman Hüseyn Feyzullayev onun ayağından badalaq vuraraq onu yerə yıxmış və dizini onun sinəsinin üstənə qoyaraq dayanmadan baş nahiyyəsindən zərbələr endirməyə başlamış, həmin vaxt başı asfalta dəymişdi. Hüseyn Feyzullayev onu döyərkən ona düzgün danışmasını, düzgün danışmayacağı təqdirdə onu və ailə üzvlərini öldürəcəyi ilə hədələmişdir. O, düşünmüşdür ki, onu bu hala salan adam həqiqətən də onun ailə üzvlərini öldürə bilər. Bundan sonra Paşa onları ayırmışdır. X15 ailə üzvlərini öldürəcəyi fikri yarandığı üçün onu qorxutmaq məqsədi ilə evə getmiş və mətbəxdən bıçaq axtarmışdır. Bir il əvvəl aldığı bıçağın divanın altında olması yadıma düşmüş və o, həmin bıçağı götürüb Hüseyn Feyzullayevlə mübahisə etdikləri yerə getmişdir. Belə ki, o, bıçaqla Hüseyn Feyzullayevi qorxutmaq istəmişdir ki, onlardan uzaq olsun. Hüseyn Feyzullayevin mübahisə etdikləri yerdə olmadığını görüb onu axtarmaq üçün avtomobil yoluna tərəf getmiş, amma onu tapa bilmədiyi üçün geri dönmək istəyən zaman Hüseyn Feyzullayev avtovağzal dairəsi tərəfdən onu səsləyərək çağırmışdır. O, həmin vaxt Hüseyn Feyzullayevin əlində nəsə olduğunu görmüş, amma qaranlıq olduğu üçün dəqiq nə olduğunu görə bilməmişdir. Hüseyn Feyzullayev onu səslədikdən sonra üzərinə qaçmağa başlamışdır. O, bu hadisələri yaşadığı üçün həyəcanlı olmuş və yolu keçib Hüseyn tərəfinə getməyə başlamışdır. Hüseynin yanına çatanda sonuncu əlində olan ağac budağı ilə onun başından vurmuş, o da Hüseyni qorxutmaq üçün onu bıçaqla vurmuşdur. Amma bıçağın Hüseynin hansı nahiyyəsindən dəydiyini bilməmişdir. Hüseynə bıçaq zərbəsi endirdikdən sonra sonuncu onu söyə-söyə vurmağa davam etmiş, o da özünü müdafiə etmişdir. Hüseyn onu yerə yıxaraq sərt şəkildə zərbələr endirmiş və onu itələyib qaçmışdır. Hüseyn onu itələyib qaçandan sonra o, ayağa durmuş və Hüseynin arxasınca bir-iki metr hərəkət etmişdir ki, onun getdiyini dəqiqləşdirsin. Bundan sonra o, bıçağın tiyəsini bağlayıb yaşadığı evə getmiş və bıçağı hamamda yuyaraq divanın altında gizlətmişdir. Köynəyi sağ tərəfdən cırıldığı üçün köynəyini çıxarıb qardaşının yatdığı otaqda stolun üzərinə qoymuşdur. Evdən çıxıb həyətdə pilləkanda oturmuş və Günaya zəng edərək ona sataşan adamı bıçaqladığını bildirmişdir. Qardaşı yuxudan oyananda o, hadisə barədə qardaşına da məlumat vermişdir. Həmin vaxt qapı döyüldükdə o, Hüseynin ölmədiyini və yenidən onun üzərinə gəldiyini düşünmüş, buna görə qardaşını içəri otağa saldıqdan sonra qapını açmışdır. Qapını açdıqdan sonra polis əməkdaşları içəri daxil olaraq cinayəti onun törədib-törətmədiyini soruşmuşlar, o da cinayəti özünün törətdiyini etiraf etmişdir. Hadisə vaxti əynində olan köynəyi geyindikdən, bıçağı və telefonunu götürdükdən sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, zərərçəkmiş şəxsi əvvəllər tanımamış, onu ilk dəfə hadisə günü görmüşdür. Günayla oturacaqda oturub sadəcə söhbət etmişlər. Hüseyn Feyzullayev içkili vəziyyətdə gələrək nə üçün məhəllədə olduğunu soruşmuş, o da sadəcə olaraq dostu ilə birlikdə it gəzdirdiyini bildirmişdir. Hadisə baş verən yer onun yaşadığı evə yaxındır. O, özünü Hüseynin zərbələrindən müdafiə etmək üçün onu bıçaqlamışdır. Hüseyn onu ailəsini öldürməklə hədələdiyi üçün o, Hüseyndə bıçaq ola biləcəyini və gecə evə gəlib ailəsinə nəsə edə biləcəyini düşünmüşdür. Hüseyn ondan düzgün danışmağını tələb etmış, əks halda ailəsini öldürəcəyini demişdir. O, ailəsini və özünü müdafiə etmək üçün Hüseyni bıçaqla vurmuşdur. O, Hüseynə yaşadığı evin pəncərəsini göstərdiyi üçün sonuncu onun evinin harada olduğunu bilmişdir. Buna görə o, Hüseynin hədələrinin real olduğunu, sonuncunun həqiqətən onun ailəsinə nəsə edəcəyini düşünmüşdür. Hüseynin əlində və ya üstündə hər hansı kəsci-deşici alət yaxud odlu silah olduğunu görməmişdir. Sadəcə olaraq Hüseyn Feyzullayev ona 10 il həbsdə olduğunu və buranın vəziyyətinə özünün baxdığını dediyi üçün sonuncunun onun ailəsini öldürmək potensialında olduğuna dair şübhələri artırmışdır. Hadisə vaxtı özündə olmadığı üçün Hüseynə nə qədər bıçaq zərbəsi vurduğunu xatırlamır, sonradan ekspertizanın rəyi ilə tanış olan zaman ona məlum olmuşdur ki, 10 dənə bıçaq zərbəsi vurulub. Hüseyni bıçaqla vurmaqda niyyəti özünü müdafiə etmək olmuşdur. Zərərçəkmiş şəxsin əlində nəsə olduğunu görmüş və həmin əşyanın bıçaq olduğunu zənn etmişdir. Həmin vaxt özündə olmadığı üçün Hüseyn Feyzullayevin onu döyməsi barədə polisə şikayət etmək ağlına gəlməmişdir. Esmira Günayın dostudur. O, hadisədən sonra Esmiraya zəng etməmişdir. İkinci dəfə Hüseynin yanına gedəndə o, əlindəki ağac budağı ilə onun başına vurmuş, o da bundan sonra özünü müdafiə etmək üçün Hüseyni bıçaqla vurmuşdur. Hüseyni bıçaqla vurduqdan sonra sonuncu yenidən ona hücum çəkmiş, onun hər iki biləyindən tutmuş və onlar çəkişəçəkişə beton abidənin yanına gəlmişlər. Beton abidənin yanında Hüseyn onu yerə yıxaraq zərbələr endirməyə başlamış və bıçağı əlindən alaraq onun özünü vurmaq istəmişdir. Hadisə vaxtı ətrafda iki nəfər şəxs olmuşdur. Sonradan ona məlum olmuşdur ki, həmin şəxslər taksi sürücüləridir. Hüseyn onu itələyib qaçandan sonra o, bir az onun arxasınca gedərək təhlükənin sovuşduğunu gördükdən sonra evə getmişdir. Günay ona gecə ailəsi yatdıqdan sonra gələ biləcəyini dediyi üçün onlar gecə saat 03:00 radələrində görüşmüşlər. Hüseyn Feyzullayev birinci dəfə onu döyərkən orada Günay, Paşa və Hüseyn olmuşdur. O, Şahid2 tanımış, Şahid1 isə tanımamışdır. Amma həmin şəxslər onlara yaxınlaşarkən birinci Hüseyn Feyzullayevə müraciət etdiklərindən onların zərəçəkmiş şəxsi tanıdıqlarını başa düşmüşdür. Hüseyn Feyzullayev birinci dəfə onu döyərkən Şahid1 və Şahid2 onları aralamışlar. Onları araladıqdan sonra o, evə doğru qaçmış, X50 ona çataraq yenidən onu yerə yıxıb döyməyə başlamışdır. O, Hüseyn Feyzullayevin yenidən gələ biləcəyini düşündüyü üçün evdən bıçaq götürüb çıxmış, sadəcə olaraq həmin bıçağı Hüseynə nümayiş etdirib onu çəkindirmək istəmişdir. O, Hüseyn Feyzullayevin bıçağı görüb qorxacağını düşünmüş, amma əksinə olmuş, Hüseyn yenə də onun üzərinə cummuşdur. Birinci Hüseyn onun tərəfə qaçmağa başlamış, o da həyəcanlı olduğu üçün Hüseynin üzərinə qaçmışdır. Bıçağı “İnstagram” sosial şəbəkəsi vasitəsilə almış, sadəcə olaraq bıçağın forması xoşuna gəldiyi üçün onu suvenir kimi saxlamışdır. Həmin bıçağı heç vaxt üzərində gəzdirməmiş, yalnız evdə saxlamışdır. İlkin olaraq mətbəxdə bıçaq axtarmış, amma həyəcanlı olduğundan, həm də mətbəxin işığını belə yandırmadığından bıçaq tapa bilməmiş, həmin an divanın altında bıçağın olduğu yadına düşərək həmin bıçağı götürmüşdür. O, Hüseyn Feyzullayevin bədəninin hansı nahiyələrinə bıçaq zərbələri vurduğunu xatırlamır, amma ekspertin rəyinə görə ürəyinə, dalağına və ağ ciyərinə vurmuşdur. O, konkret olaraq zərəçəkmiş şəxsin ürəyinə vurmaq istəməmiş, bıçaq zərbələrini kortəbii şəkildə vurmuşdur. Bıçaq zərbələrindən sonra Hüseyn qaça-qaça qışqıraraq “baba təcili tibbi yardıma zəng et, öldüm” deyə bildirmişdir. Hadisəni kənarda olan iki nəfər şəxs görmüş, amma həmin şəxslər müdaxilə edib onları ayırmamışlar. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd etsələr də barışıq əldə edə bilməmişlər. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında bir sıra ziddiyyətli məqamlar olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, təxminən 2024-cü ilin əvvəllərində “İnstagram” sosial şəbəkəsində Göyçay rayon sakini, həmyaşıdı Şahid3 ilə tanış olmuş, bir müddət sosial şəbəkədə danışdıqdan sonra aralarında sevgi münasibəti yaranmışdır. Günayın istifadəsində mobil nömrə olsa da, tanış olduqdan sonra Günayın mobil telefon işlətməməsinə görə onunla adətən “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə bir-birləri danışmışlar. Atası Əli 14 avqust 2024-cü il tarixdə dostuna pay vermək üçün evə it gətirmiş, o da Günayla həmin gün sosial şəbəkədə danışmaqla itin fotoçəkilini çəkərək “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə göndərmişdir. Günay da ona ismarıc yazaraq itin onun xoşuna gəldiyini, ev itlərini çox sevdiyini dediyinə görə Günaya əgər istəsə gəlib itə baxa biləcəyini, itin evdə olduğunu demişdir. Günay də ona valideynlərinin onu evdən çölə buraxmadıqlarını, yalnız olaraq onlar yatdıqdan sonra axşam saatlarında evdən çıxa biləcəyini, çıxan zaman ona “İnstagram” sosial şəbəkəsində mesaj yazıb xəbərdar edəcəyini demiş, o da Günayla razılaşmışdır. 15 avqust 2024-cü il tarixdə mobil telefonla məşğul olan zaman Günay ona “İnstagram” sosial şəbəkəsində ismarıc göndərərək yaşadığı evdən onunla görüşmək üçün çıxdığını demiş, o da Günaya axşam saatları olduğu üçün tək gəlməməsini, harada olduğunu ona deməsini, onu qarşılayacağını dedikdən sonra Günay bir neçə dəqiqə sonra anasının mobil telefonu ilə ona zəng edərək "xxxx" QSC-nin yaxınlığında olduğunu demişdir. O da 15 avqust 2024-cü il tarixdə təxminən saat 02:30 radələrində evdən çıxaraq Günayı qarşılayıb yaşadığı məhəlləyə iti göstərmək üçün gətirmək məqsədi ilə getmişdir. Günayla Göyçay şəhərində yerləşən "xxxx" QSC-nin yanında görüşüb birlikdə ikisi yaşadığı Göyçay şəhəri, Əli Kərim küçəsindəki məhəlləyə gəldikdən sonra o, Günaya məhəllədə gözləməsini deyib yaşadığı evdən iti götürüb Günayın yanına gəlmiş, həmin vaxt ailə üzvləri yatmışdır. Günayla yaşadığı evdən təxminən təxminən 50 metr kənarda, məhəllənin həyətində oturacaqda əyləşib təxminən 10 dəqiqə müddətində iti əzizləyib söhbət edən zaman əvvəlcədən tanımadığı, heç vaxt görmədiyi, aralarında hər hansı ədavət, düşmənçilik və ya mübahisə olmayan bir nəfər 26-27 yaşlarında şəxs təxminən 20 metr məsafədən onu yanına çağırmışdır. O, Günaya onu gözləməsini deyib oturacaqdan durub adını sonradan bildiyi Hüseyn Feyzullayevə yaxınlaşan zaman Hüseyn Feyzullayev onunla bir neçə metr hərəkət edib əsəbi şəkildə ona camaatın anası, bacısı olduğunu, axşam vaxtı qızla küçədə nə gəzdiyini, qızın kim olduğunu soruşmağa başlamışdır. Günay da artıq oturacaqdan duraraq nisbətən onlara yaxınlaşıb heç nə demədən həyacanlı vəziyyətdə kənarda dayanmışdır. O, Hüseyn Feyzullayevə qızın dostu olduğunu, burada kirayədə yaşadığını, küçədə it gəzdirdiklərini başa salmağa çalışmışdır. Hüseyn Feyzullayev da ona düzgün danışmadığını, axşam it gəzdirmək vaxtı olmadığını deyib onunla hansısa dövlət qeydiyyat nişanı və markasını bilmədiyi avtomobilin qarşısında üzbəüz dayanaraq sözlü mübahisə etməyə başlamış, həmin vaxt onun kürəyi avtomobilə olmuşdur. O, Hüseyn Feyzullayevə qızla əxlaqsız hər hansı bir hərəkət etmədiyini, sadəcə olaraq dostu olan qızla it gəzdirdiyini, yaşadığı evin pəncərəsini əli ilə göstərib orada yaşadığını deyərək ona sakit tərzdə cavab versə də, Hüseyn əlini onun çiyninə qoyaraq yenə də, ondan düzgün danışmasını tələb etmişdir. Hüseyn Feyzullayevin danışığından onun içkili olmasını hiss etmiş, həm də ağzından spirt iyi gəlmiş, lakin Hüseynlə mübahisə etmək istəməmişdir. Təxminən 5 dəqiqə sonra məhəlləyə aralarında hər hansı ədavət, düşmənçilik və ya mübahisə olmayan, ortaq dostları vasitəsi ilə tanıdığı adının Hüseyn olduğunu bildiyi həmyaşadı və tanımadığı, sonradan adının Paşa olduğunu bildiyi şəxs gələrək onlara yaxınlaşıb axşam vaxtı küçədə səs-küy salmamalarını, mübahisə etməmələrini dedikdə Hüseyn Feyzullayev onlara məsələyə qarışmamalarını demişdir. Həmin şəxslər Hüseyn Feyzullayevə birinci müraciət etdiklərindən onu tanıdıqlarını başa düşmüşdür. O da həmin şəxslərə problem olmadığını, yalnız olaraq söhbət etdiklərini izah etmişdir. Günay isə yanlarında çox həyacanlı vəziyyətdə dayanmış, onun gözlərindən qorxduğunu hiss etmişdir. Həmin şəxslər onların yanından kənarlaşıb gedən zaman Hüseyn Feyzullayev artıq bu dəfə çox əsəbi şəkildə əlini onun çiyninə qoyub ondan bir daha ona düzgün danışmasını, qızın burada nə si...ini dedikdə o, əsəbi şəkildə Hüseyn Feyzullayevə düzgün danışmasını, söyüş söyməməsini, ağzına gələni danışmamasını demiş, həmin vaxt Hüseyn Feyzullayev qəflətən hər iki əlinin iç səthi ilə sərt şəkildə onun sinə nahiyəsindən vurmuşdur. Həmin vaxt Günay qışqıraraq kömək istəmiş, o, zərbənin təsirindən arxaya dövlət qeydiyyat nişanı və markasını bilmədiyim avtomobilə dəymişdir. O da Hüseynin Günaya nəsə edəcəyini düşünüb onun zərbəsinə qarşılıq olaraq Hüseyn Feyzullayevin sifət nahiyəsindən 1 dəfə zərbə endirmişdir. Bundan X43 çox əsəbi şəkildə onun bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq yumruq zərbələri endirməyə başlamışdır. Zərbələrin çox sərt olmasına görə o, Hüseynin zərbələrindən yayınmaq və özünü müdafiə etmək üçün əli ilə nizamsız şəkildə Hüseyn istiqamətinə zərbələr endirmiş, lakin zərbələrin ona dəyib-dəymədiyni görməmişdir. X43 aqressiv şəkildə onu avtomobilə tərəf sıxıb bir əli ilə avtomobilin banından tutub digər əli ilə onun baş nahiyəsini dəfələrlə, təxminən 8-9 dəfə sərt şəkildə orada hərəkətsiz vəziyyətdə dayanan avtomobilə vurmağa başlamışdır. O da əlləri ilə başını tutaraq özünü müdafiə etməyə çalışmış, Hüseyn Feyzullayevin fiziki cəhətdən idman bədən cüssəli olması və ondan sərt şəkildə yapışdığına görə onun əlindən çıxa bilməmişdir. Həmin vaxt Paşa və həmyaşıdı X27 yaxınlaşaraq Hüseyn Feyzullayevi ondan aralaşdırmağa çalışsalar da, Hüseyn Feyzullayev dayanmadan ona zərbələr endirmiş və ünvanına ağır şəkildə nalayiq ifadələr işlədərək “suka, peysər, sən məni vurursan, sənə deyirəm qız burda nə si...r, buranın vəziyyətinə mən baxıram” demişdir. X43 hər iki əli ilə avtomobilin banından yapışıb onu avtomobilə sıxaraq dizi ilə onun qarın və sinə nahiyəsinə çox sərt şəkildə 2-3 dəfə diz zərbəsi endirmişdir. Bundan sonra Şahid2 və X16 aralaşdırdıqda Hüseyn Feyzullayevin yanında olan Günayın qolundan tutaraq “sən kimsən, kimin qızısan, bacısısan, axşam vaxtı burda nə gəzirsən, bu dəqiqə valideynlərini çağıracam” dediyini, Günayın da ona qolunu buraxmasını, qorxduğunu, ağlayaraq onu incitdiyini dediyini görüb özünü toparlayıb Hüseyn Feyzullayevin istədiyi qızı incitməsinə görə Hüseyn Feyzullayevə qızın qolunu buraxmasını tələb edib əsəbləşdiyi üçün sifət nahiyəsindən 1 dəfə yumruq zərbəsi endirmişdir. Bundan sonra X26 qolunu buraxaraq monun sifət və bədən nahiyəsinə ardıcıl olaraq 2-3 dəfə sərt şəkildə yumruq zərbələri endirmişdir. Həmin vaxt Paşa və həmyaşıdı X21 qolundan tutub ondan kənarlaşdıraraq saxlayıb ona qaçmasını demişlər. O da özünü torparlayıb Günaya da qaçmasını deyib yaşadığı ev istiqamətində qaçmağa başlamış, arxaya baxan zaman Hüseyn Feyzullayevin qaçaraq arxasınca gəldiyini görüb yaşadığı evin küçəsinə dönmək istəyən zaman Hüseyn Feyzullayev ona çatıb arxadan ayağıma badalaq verib onu yerə yıxmışdır. X43 dizini onun sinəsinin üzərinə qoyub onu və ailə üzvlərini öldürəcəyi ilə hədələmiş, bu dəfə çox ağır şəkildə onun və ailəsinin ünvanına nalayiq ifadələr işlədərək “anavı, varyoxunu sik...m, peysər sən məni vurusan, suka hara qaçırsan” demiş, ona ayaqüstə qalxamağa imkan verməmiş, baş və sifət nahiyəsinə ardıcıl olaraq çoxlu sayda yumruq zərbələri endirmişdir. O, Hüseynin zərbələrindən yayınmaq üçün əlləri ilə sifət və baş nahiyəsini tutmuş, lakin zərbələrin təsirindən baş nahiyəsi yerdə olan asfalta dəymişdir. Paşa Hüseynə yaxınlaşaraq Hüseyni ondan kənarlaşdırıb ona çıxıb getməsini tələb etmiş, həmin vaxt həmyaşıdı Hüseyni orada görməmişdir. O, evə getmək istəyən zaman Hüseyn Feyzullayev onun arxasından uca səslə onun ünvanına nalayiq ifadələrə davam edərək ona “get bıçaq götür gəl burda səni gözdüyürəm, gəlməsən peysərsən” demişdir. Həmin vaxt Hüseynin ona qarşı hədə-qorxu gəlməsinə görə o, Hüseynin üzərində bıçaq olmaqla bərabər yaşadığı evə gələrək ailə üzvləri ilə bərabər onu öldürə biləcəyini ehtimal edib çox qorxmuş, nə edəcəyini bilməmiş və yaşadığım evə gedərək bıçaq götürüb Hüseynin yanına gəlib onu qorxutmaq qərarına gəlmişdir. Evə daxil olub mətbəxdən bıçaq axtarmış, lakin çox həyacanlı olduğundan bıçaq tapa bilməmişdir. Həmin vaxt təxminən xatırladığı qədəri ilə 1 il əvvəl “İnstagram” sosial şəbəkəsindən sifariş əsasında pul müqabilində suvenir kimi istifadə etmək məqsədi ilə bıçaq aldığını və həmin bıçağı evin ümumi zalında divanın altında gizlətdiyini xatırlamışdır. Bundan sonra divanın altından dəstəyi qəhvəyi rəngli taxta və dəmir materialdan olmaqla açılıb-qatlanan bıçağı götürüb tiyəsini açmaqla tam açıq vəziyyətdə sağ əlində tutaraq təxminən saat 03 radələrində evdən çıxmış, əlində bıçaqla məhəlləyə çıxan zaman Hüseyn Feyzullayevi bir neçə dəqiqə əvvəl mübahisə etdikləri yerdə görməmiş və onu axtarmağa başlamış, onu axtarmaqda məqsədi Hüseynin onu bir daha narahat etməməsi üçün tapıb qorxutmaq olmuşdur. Məhəllədən binaların yanından avtomobil yoluna çıxıb sağa və sola baxaraq Hüseyni axtarıb tapmadıqdan sonra evə geri qayıtmaq istəyən zaman Hüseyn “Avtovağzal dairəsi” adlanan yerdə yolun digər tərəfindən beton abidənin yanında ağacların arasından onu səsləyərək “bura gəl, burdayam” demiş, sonra isə onun üzərinə qaçaraq gəldiyini görmüşdür. Hüseyn onu səsləyən zaman o artıq avtomobil yolunun yarısına çatmış və Hüseynlə aralarında təxminən 20 metr məsafə olmuşdur. Həmin vaxt çox həyacanlanaraq nə edəcəyini bilməyib o da Hüseynin üzərinə gedən zaman Hüseyn əlində olan ağac parçası ilə onun baş nahiyəsindən sərt şəkildə zərbə endirmişdir. O da Hüseyni qorxudub özündən uzaqlaşdırmaq məqsədi ilə əlində olan bıçaqla onun ünvanına “anavı si....m” deyib bədəninin dəqiq olmasa da, xatırladığı qədəri ilə sinə nahiyəsindən 1 dəfə bıçaq zərbəsi endirmiş, zərbədən sonra Hüseyn əlində olan ağac parçasını kənara tullayıb onun üzərinə hücum edərək hər iki qolunun bilək hissəsindən yapışmaqla onu dartışdırb çəkişə-çəkişə ayaqüstə bir neçə metr hərəkət etdikdən sonra Hüseyn ayağına badalaq verərək onu yerə yıxmağa çalışmışdır. O da yerə yıxılmamaq üçün sol əli ilə Hüseynin köynəyindən yapışmış, lakin Hüseyn beton abidənin yanında onu yerə yıxaraq ayaqüstə nisbətən əyilməklə əli ilə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək əlində olan bıçağı almağa çalışmışdır. O da Hüseynin bıçağı onun əlindən alaraq onu öldürə biləcəyindən qorxduğu üçün onu özündən uzaqlaşdırmaq və özünü müdafiə etmək məqsədi ilə 2-3 dəfə Hüseynin sol qoltuqaltı nahiyəsinə zərbə endirmiş, lakin buna baxmayaraq Hüseyn onu əli ilə vurmağa davam edərək bıçağı almağa çalışmışdır. Hüseynə endirdiyi bıçaq zərbələrindən sonra Hüseyn onun bıçaq olan sağ əlindən yapışıb bıçağı artıq tam olaraq dartdığını görüb tez əlini Hüseynin əlindən çıxarıb bıçaqla Hüseynin ayaq nahiyəsindən xatırladığı qədəri ilə 2 dəfə bıçaq zərbəsi endirmişdir. Həmin vaxt Hüseyn onu itələyərək ayaqüstə qalxıb avtomobil yolu istiqamətində qaçmağa başlamış, qaça-qaça da orada dayanan 2 nəfər adını bilmədiyi orta yaşlı şəxslərə “baba skoruya zəng elə öldüm” demişdir. Hadisə saniyələr içərisində baş vermişdir. Sonra o, Hüseynin həqiqətən uzaqlaşmasına əmin olmaq məqsədi ilə onun arxasınca bir neçə metr hərəkət etdikdən sonra təhlükənin tam olaraq sovuşduğundan əmin olmuş, bundan sonra o, bıçağın tiyəsini dəstəyin içərisinə doğru bağlamaqla yaşadığı evə gedib evdə ailə üzvləri görməsinlər deyə hamamda tiyəsi qan olan bıçağı su ilə yumuş və bıçağı yenə də divanın altında gizlətmiş, Hüseyn Feyzullayevin ölüb-ölmədiyini bilməmişdir. Üzərində olan qara rəngli köynəyə baxan zaman sağ tərəfdən, qoltuqaltı nahiyədən cırıldığını görüb köynəyi çıxararaq qardaşı Məhəmməd Bayramovun yatdığı otaqdakı stolun üzərinə qoymuş, ailə üzvlərindən heç kimə hadisə barədə məlumat verməmişdir. Həmin vaxt qardaşı və evdə olan atası, anası yatmışdılar. Sonra evdən çıxıb həyətdə pilləkəndə əyləşmiş və sevdiyi qız olan Günaya zəng edərək ona sataşan Hüseyni bıçaqladığı barədə məlumat vermişdir. Sonra dostu Elcana zəng edərək bir nəfər şəxsi bıçaqladığı barədə məlumat versə də, Elcan yuxulu vəziyyətdə ona inanmayıb mobil telefonu söndürmüşdür. Təxminən 1 saat müddətində həyətdə pilləkəndə oturub ailəsinə məlumat verməklə polis şöbəsinə gedib təslim olmağı fikirləşməyə başlamış, lakin onsuz da polis əməkdaşlarının onu tapacaqlarını düşündüyü üçün ailə üzvlərinə və polis əməkdaşlarına hadisə barədə məlumat verməmişdir. Həmin vaxt qardaşı Məhəmməd həyətə düşərək ondan axşam vaxtı nə etdiyini, sifət nahiyəsində hansı səbəbə xəsarət olduğunu soruşduqda o, qardaşına bir qədər əvvəl bir nəfər şəxsin ona sataşdığını, onu təhqir edib döydüyünə görə həmin şəxsi bıçaqladığını demişdir. İlk öncə Məhəmməd ona inanmayaraq zarafat etdiyini desə də, o, Məhəmmədə həqiqəti danışdığını izah etmişdir. Həmin vaxt evin həyətinin qapısı döyülmüş, o, ilk öncə bıçaqladığı Hüseyn Feyzullayevin ondan qisas almaq məqsədi ilə evə gəldiyini düşünüb həyəcanlanmış və qardaşına evə keçməsini deyib qapını açan zaman polis əməkdaşları yaşadığı evə daxil olmuşlar və o, polis əməkdaşlarına cinayəti törətdiyini etiraf edib cinayətin aləti kimi istifadə etdiyi bıçağı və özünə məxsus “Samsung Galaxy A32” markalı mobil telefonu təqdim edib hadisə zamanı üzərində olmuş qara rəngli köynəyi geyinib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinə aparılan zaman yolda polis əməkdaşlarından Hüseynin öldüyünü öyrənmişdir. Onun məqsədi Hüseyni öldürmək olmamış, sadəcə olaraq Hüseynin onu çox sərt şəkildə sevdiyi qızın yanında döyməsi, onu ağır şəkildə nalayiq ifadələrlə qızın yanında təhqir etməsi və ona təklikdə ailə üzvləri və onu öldürəcəyi ilə hədələməsinə görə çox əsəbləşdiyi və həyacanlandığından evdən Hüseyni qorxutmaq məqsədi ilə bıçaq götürmüşdür, Hüseynə ilkin zərbədən sonra Hüseynin ondan yapışaraq yerə yıxıb əli ilə yumruq zərbələri vurması və əlindən bıçağı almağa çalışmasına görə o, Hüseynin onu öldürəcəyini fikirləşib özünü müdafiə etmək məqsədi ilə Hüseynə yerdə ardıcıl olaraq bıçaq zərbələri endirmişdir. Əgər Hüseynlə hadisə vaxtı çəkişən zaman ona bıçaqla zərbə endirməsəydi Hüseyn onu öldürəcəkdi. Onun Hüseyni öldürmək məqsədi olmamışdır. Mərhum Hüseynin ona hadisədən bir neçə dəqiqə əvvəl bıçaqla gəlməsini deməsinə və bıçağı götürdükdən sonra Hüseynin onun üzərinə gəlməsinə görə Hüseynin onu qəflətən bıçaqla öldürə biləcəyini ehtimal etmişdir. Mərhum Hüseyn ondan yaşca çox böyük olmaqla bərabər fiziki cəhətdən idman bədən cüssəli olmuş, onun Hüseynə gücü çatmamışdır. X22 15 avqust 2024-cü il tarixdə hadisədən əvvəl mübahisə edən zaman Hüseynin ona qarşı bıçaq nümayiş etdirməsə də, bıçaqla hədə-qorxu gəlməsə də, Hüseynin üzərində bıçaq və ya kəsici-deşici alət görməsə də, Hüseynin hadisədən əvvəl əlbəyaxa mübahisə zamanı onu və ailəsini öldürməklə hədələməsi, həmçinin hadisədən bir neçə dəqiqə əvvəl ona “get bıçaq götür gəl burda səni gözdüyürəm” deməsi onda Hüseyndə bıçaq olma ehtimalını və onun yaşadığı evə gələrək onu və ailə üzvlərini öldürmək ehtimalını yaratmışdır. Çünki o, Hüseynlə əlbəyaxa mübahisə etməmişdən əvvəl ona yaşadığı evin pəncərəsini göstərmiş, Hüseynin də həmin pəncərəni gördüyünə görə arxadan fırlanmaqla yaşadığı evi tapa biləcəyini düşünmüşdür. Lakin mübahisə və hadisə baş verən zaman Hüseyn Feyzullayevin cibindən bıçaq çıxarmamış, həmçinin Hüseyn Feyzullayev ona onu və ailə üzvlərini necə öldürəcəyi barədə nəsə deməmiş, yalnız olaraq öldürəcəyini demişdir. Bıçaqla Hüseyni qorxutmaq məqsədi ilə üzərinə gedən zaman Hüseyn onun əlində bıçağı görsə də, onun üzərinə gəlməsinə görə nə edəcəyini bilməmişdir. Həmin vaxt oradan qaçsaydı belə Hüseynin onun arxasınca gələrək onu tutub xəsarət yetirəcəyini, hətta öldürəcəyini ehtimal edib qaçmamışdır. Ailə üzvləri yatdığına görə onları narahat etməmək üçün Hüseynin ona ölümlə hədə-qorxu gəlməsi barədə məlumat verməmiş, polis orqanlarına da həmin vaxt həyacandan məlumat vermək ağlına gəlməmişdir. Şahid2 və Paşa X6 döyməsinin qarşısını almaqla ona köməklik etməyə çalışmışlar, onunla hər hansı formada mübahisə etməmişlər, ona qarşı nalayiq ifadələr işlətməmişlər. Həm Paşa, həm də həmyaşadı Hüseyn mərhum Hüseynə hər hansı formada köməklik göstərməmişlər, həmçinin onun özünü müdafiə etməsinə mane olmamışlar. İlkin olaraq ifadələr verən zaman sevdiyi qızın adının cinayət işində hallanmaması üçün yalandan mübahisənin itə görə yarandığını bildirmiş, lakin sonradan hadisə barədə həqiqəti danışmasının lazım olduğunu düşünüb ifadəsində düzəlişlər etmişdir. X28 öldürən zaman istifadə etdiyi bıçağı təxminən bir il yarım əvvəl “İnstagram” sosial şəbəkəsində “bicaq.bicaqlar” adlı profil ilə qeydə alınmış səhfəyə mesaj yazaraq bıçaq almaq istədiyini demiş, bıçaqları səhifədən seçməklə cinayətin aləti kimi istifadə etdiyi bıçağı suvenir kimi bəyəndikdən sonra fotoşəkilini səhfənin mesaj bölməsinə göndərmiş və 35 manat pul müqabilində razılaşmaqla mesaj bölməsindən ona göndərilən kart hesabına pulu köçürməklə bıçağı əldə etmişdir. Bıçağı Göyçay şəhərində ona çatdıran adını bilmədəyi kuryerə əlavə olaraq 5 manat yol haqqı ödənişi etmişdir. Lakin bıçağı almasının üzərindən xeyli vaxt keçdiyindən bıçağın satılması ilə bağlı onunla sosial şəbəkədə danışıq aparan şəxsin adının nə olmasını, hansı mobil nömrədən istifadə etməsini və hansı kart hesabına pul köçürməsini xatırlamır. Həmin mesajlar mobil telefonunda yenilənmə (format) getdiyindən telefondan silinmişdir. Ailə üzvlərinin və tanışlarının onun bıçaq almasından və evdə bıçaq saxlamasından məlumatları olmamış, həmin bıçaqdan başqa hər hansı məqsədlə istifadə etməmişdir. Göyçay şəhəri, Əli Kərim küçəsində Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Kamerasından 15 avqust 2024-cü il tarixdə saat 03 radələrinə olan videogörüntüdəki əlində bıçaqla binanın arxasından beton abidəyə doğru hərəkət edən və Hüseynlə çəkişməklə ona bıçaq zərbələri endirən şəxs, mobil telefonunda əlində bıçaq olan fotoşəkillərdəki şəxs odur. Həmin fotoşəkilləri bıçağı 1 il ya da 1 il yarım əvvəl alarkən maraq üçün çəkdirmiş, başqa hər hansı məqsədi olmamışdır (cild 1, iş vərəqə 131-138; cild 2, iş vərəqə 125-135; cild 3, iş vərəqə 53-64). Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi 15 avqust 2024-cü il tarixli ifadəsində göstərmişdir ki, hadisədən əvvəl, yəni 15 avqust 2024-cü il tarixdə saat 03 radələrində yaşadığı Göyçay şəhəri, Əli Kərim küçəsindəki məhəllədə Hüseyn Feyzullayev ilə mübahisə edən zaman Hüseynin həmyaşadı Hüseyn, tanımadığı Paşanın yanında mübahisə yaradaraq yaşadığı məhəllədə onun ünvanına “pidır, peysər, suka, qandila” məzmunda nalayiq ifadələr, sonra isə daha ağır şəkildə “anavı, varyoxunu sik...m” məzmunda nalayiq ifadələr işlədərək onu döyməsini qəbul edə bilməmiş, Hüseynə qarşı onda kəskin aqressiya yaranmış, Hüseynin söyüşlərinə və onu döyməsinə görə onu bıçaqla öldürmək qərarına gəlmişdir. Bu məqsədlə yaşadığı evə gedərək otağa daxil olub təxminən bir il yarım əvvəl “İnstagram” sosial şəbəkəsindən sifariş əsasında pul müqabilində suvenir kimi istifadə etmək məqsədi ilə alıb ümumi zalda divanın altında gizlətdiyi dəstəyi dəmir və qəhvəyi rəngli taxtadan ibarət olmaqla açılıb-qatlanan bıçağı götürüb tam açıq vəziyyətdə sağ əlində tutaraq cəld şəkildə evdən çıxmışdır. Yolda olarkən Hüseyni bəlkə öldürməməyi fikirləşmiş, lakin sonra Hüseynin ona qarşı çox ağır nalayiq söyüşləri və onu döyməsi anları gözünün önünə gəlmiş və Hüseyni öldürməklə bağlı qərarını yolda tam qətiləşdirmişdir. Əlində bıçaqla məhəlləyə çıxan zaman Hüseyni bir neçə dəqiqə əvvəl mübahisə etdikləri yerdə görməmiş və onu axtarmağa başlamışdır. Məhəllədən avtomobil yoluna çıxaraq sağa və sola baxaraq Hüseyni axtaran zaman Hüseyn yolun digər tərəfindən onu səsləyərək “bura gəl, burdayam” demişdir. Bundan sonra bıçağı sağ əlində açıq vəziyyətdə tiyəsi aşağı olmaqla tutub yolu keçən zaman Hüseynin ağacın çubuğunu qırıb əlində saxlamaqla onu gözlədiyini görmüşdür. Artıq Hüseyni görüb qəzəbli şəkildə qaçaraq Hüseynin yanına çatan kimi onun ünvanına “anavi sik...m” deyib üzərinə tullanaraq onun sinəsinə bıçaqla zərbə endirmişdir. Həmin vaxt Hüseyn onun hər iki qolunun bilək hissəsindən yapışmaqla onu dartışdırıb ayağına badalaq verərək yerə yıxmağa çalışan zaman o da sol əli ilə Hüseynin köynəyindən yapışmışdır. Hüseyn onun üzərinə yıxılan zaman sağ əlində olan bıçaqla dayanmadan Hüseynin bədəninin sol qoltuq altı və sinə nahiyələrinə 4-5 dəfə bıçaq zərbələri vurmuşdur. Hüseyn 2-ci bıçaq zərbəsindən sonra əlində olan çubuq parçasını kənara tullamaqla yumruqla onun baş nahiyəsindən zərbələr endirmişdir. Hüseynə 4-5 dəfə bıçaq zərbəsi endirdikdən sonra Hüseynin onun bıçaq olan sağ əlindən yapışıb bıçağı almaq istədiyini görüb tez əlini onun əlindən çıxarmış və bıçaqla onun ayaq nahiyəsindən xatırladığı qədəri ilə 2 dəfə bıçaq zərbəsi endirmişdir. X20, həmyaşıdı Hüseynin və yaşadığı məhəllədə ona qarşı ağır şəkildə nalayiq ifadələr işlədərək şərəf və ləyaqətini alçatmasını özünə sığışdıra bilməmişdir. Özünü çox ağır şəkildə təhqir olunmuş hesab edərək söyüşlərinə və onu döyməsinə görə Hüseyn Feyzullayevi cəzalandırmaq məqsədi ilə bıçaq götürüb onu öldürmək istəmiş və buna görə də Hüseyn Feyzullayevə bıçaqla zərbələr endirmişdir (cild 2, iş vərəqə 48-53). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı hazırkı halda qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Feyzullayevə Tehranə Vəkil qızı göstərdi ki, o, 2019-cu ildən Göyçay rayonundan Bakı şəhərinə köçmüş və həmin vaxtdan orada yaşamışdır. 14 avqust 2024-cü il tarixdə axşam radələrində Göyçay Rayon Polis X45 adlı şəxs onun oğlu Hüseyn Feyzullayevə zəng edərək onu polis şöbəsinə çağırmışdır. O, oğlu Hüseyndən onu polis şöbəsinə nə üçün çağırdıqlarını soruşduqda oğlu telefonunun səsini uca rejimə qoymuş, o da oğlunun nəyə görə çağırıldığını eşitmişdir. Zəng edən polis əməkdaşı Hüseyndən bu gün təcili Göyçay rayonuna gəlməsini tələb etmişdir. Oğlu ondan nə üçün polis şöbəsinə çağırıldığını soruşsa da həmin polis əməkdaşı bununla bağlı heçnə deməmiş, sadəcə özünü Göyçaya çatdırmasını bildirmişdir. X55 gedərkən yolda ona zəng edib kənddə hüzür düşdüyünü və həmin hüzür yerinə gedib gələcəyini bildirmişdir. Gecə saat 23:00-00:00 radələrində o, Hüseynin həyat yoldaşına demişdir ki, zəng edib Hüseynin harda olduğunu öyrənsin. Hüseyn telefon zəngini açıb əmisigildə olduğunu və çörək yeyib gələcəyini bildirmişdir. Hüseyn həmin gün iki dəfə Göyçay Rayon Polis Şöbəsinə çağırılmışdır. Hüseyn ikinci dəfə polis şöbəsindən qayıdanda Təqsirləndirilən şəxs parkda görmüş və aralarında mübahisə olmuşdur. Əgər onun oğlu təqsirləndirilən şəxsi ölümünə döyümüşdürsə, nə üçün Səid polis çağırmamış və ya valideynlərinə məlumat verməmişdir?! Təqsirləndirilən şəxs bıçağı suvenir kimi saxladığını bildirsə də, amma onun sosial şəbəkə hesablarında əlində bıçaqla şəkilləri var. Hadisə yerində olan şahidlər Şahid1 və Şahid2 ona bildirmişlər ki, Hüseyn Səidi tanımamış, sadəcə olaraq ona qeyrətli oğul olduğunu və bir il türmədə yatdığını bildirmişdir. Hadisədən bir həftə sonra o, Təqsirləndirilən şəxs atasına zəng edərək heç bu hadisə barədə fikirləşib-fikirləşmədiyini soruşmuş, atası isə “sənin övladın mənim qapıma adam göndərəndə bilmirdi ki, öldürüləcək?!” deyə cavab vermişdir. Onun oğlunun ölümündə təkcə Təqsirləndirilən şəxs iştirak etməmişdir. Belə ki, oğlu Hüseyn idman bədən cüssəli şəxs olmuşdur, Təqsirləndirilən şəxs onu tək öldürə bilməzdi. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Feyzullayevə Tehranə Vəkil qızı məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, oğlu Hüseyn əvəllər bir dəfə məhkum olunmuşdur. O, təqsirləndirilən şəxsi və ailəsini əvvəl tanımamış, onlarla hər hansı ədavət və düşmənçilikləri olmamışdır. Hüseyn Göyçay Rayon Polis Şöbəsindən çıxdıqdan sonra əmisinin evinə getmişdir. Həmin vaxt Hüseynin əmisi oğlu univeristetə qəbul olunduğu üçün onların evindıə şənlik olmuşdur. Hadisə onların əvvəl yaşadıqları küçədə olmamışdır. Hüseyn uşaqlarla avtovağzala gəlmiş və orda Bakıya gedən taksi sürcülərinə “kim Bakıya gedəcəksə mənə desin, oğlum xəstə olduğu üçün Bakıya getməliyəm” demişdir. Taksi sürücülərindən biri də Hüseynə “saat 02:00-03:00 radələrində biz sənə xəbər edəcəyik, gələrsən” deyə bildirmişdir. Oğlu Hüseynin 26 yaşı olmuş, Hüseynin uşaqlarından birinin 5 yaşı var, digəri isə 8 aylıqdır. Hadisə günü səhər saat 07:00 radələrində qardaşı ona zəng edərək Hüseynin avto qəzaya düşdüyünü bildirmişdir. Amma o, Göyşay rayonuna gələndən sonra oğlunun öldürüldüyünü bilmişdir. Təqsirləndirilən şəxsilə barışmamışdır, onun qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, hadisə baş verən gün o, gəzmək üçün çölə çıxmışdır. Həmin vaxt Səidlə rastlaşmış və onunla söhbət etməyə başlamışdır. Daha sonra iki nəfər oğlan Səidi yanlarına çağırıb ona nəsə demişlər. Bundan sonra fiziki cəhətdən böyük bir oğlan, yəni mərhum X35 dalaşmağa başlamış, o isə dərhal evə getmişdir. Şahid3 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, o, Səidi rəfiqəsi vasitəsilə tanımışdır. Səid ilə görüşdükləri zaman gecə vaxtı olmuşdur. Onlar binanın qarşısındakı skamyada əyləşib söhbət etmişlər. Həmin vaxt iki nəfər şəxs Səidi yanlarına çağırmışdır. O da Səidin ardınca onların yanına gedən zaman həmin şəxslərin üç nəfər olduqlarını görmüşdür. O, Səidin Hüseyni bıçaqlamasını görməmişdir. Həmin gün Səidin Hüseyni bıçaqlamasından onun məlumatı olmamışdır. Hadisədən sonra prokurorluqdan onun atasına zəng olunaraq hadisə barədə məlumat verilmişdir. Hadisə baş verdikdən sonra Səidlə onun arasında telefon zəngi olmamışdır. Mübahisə zamanı mərhum Hüseyn onun qolundan tutaraq ona qarşı nalayiq ifadələr işlədib təhqir etmiş və onu vurmaq istəmişdir. Bunu görən Səid Hüseynin qolundan tutub çəkmiş, Hüseyn də Səidin başından vurmağa başlamışdır. Həmin vaxt Səid ona evə getməsini dediyi üçün, o, evə getmişdir. O, evə gedən zaman həmin şəxslərdən biri onu yola salmaq məqsədilə arxasınca gəlmiş, amma o, buna etiraz edərək həmin şəxsə onun arxasınca gəlməməsini demişdir. O, yaşadığı evdən Səidin yaşadığı evin həyətinə kimi tək gəlmiş, valideynlərinin onun evdən çıxmasından məlumatı olmamışdır. Həmin gün Nahidə adlı rəfiqəsigilə getmək üçün çölə çıxmış, Səidlə rastlaşanda onunla söhbət etməyə başlamışdır. Həmin vaxt Səidin yanında it olmuşdur. Həmin vaxt təxminən gecə saat 03:00 radələri olmuşdur. Bu hadisə ona çox pis təsir etmiş, hətta hadisədən sonra sirkə içmişdir. İbtidai istintaq zamanı ifadə verməyə atası ilə birlikdə getmişdir, həmin ifadəsini də təsdiq edir. Şahid3 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında bəzi ziddiyyətli məqamlar olduğundan, həmçinin şahid ibtidai istintaq zamanı daha geniş ifadə verərək ifadəsində göstərdiyi bir sıra məqamları məhkəmə iclasında verdiyi ifadəsində göstərmədiyindən həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmiş, Şahid3 da ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi həmin ifadəsində göstərmişdir ki, o, Göyçay şəhər, Qantəmir adına 9 saylı tam orta məktəbdə təhsil almış, 2024-cü il tarixdə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Göyçay rayon sakini Təqsirləndirilən şəxs Göyçay şəhər, E.Əkbərov adına 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi olan ortaq dostları Nahidə vasitəsi ilə tanımış, Səidlə arasında yalnız olaraq dostluq münasibəti olmuşdur. 14 avqust 2024-cü il tarixdə günorta saatlarında Göyçay şəhər, E.Əkbərov adına 2 saylı tam orta məktəbdə təhsil alan yaxın rəfiqəsi Nahidə “İnstgram” sosial şəbəkəsindən ona səsli mesaj göndərərək evdə özünü çox narahat etdiyini, yaxın dostu olan Səidlə mübahisə etdiyini, onunla görüşüb dərdləşmək istədiyini, vaxt eliyib onunla görüməsini təklif etmişdir. Lakin o, həmin müddət ərzində valideynləri onu evdən çölə daimi olaraq çıxmağa icazə vermədikləri üçün evdən icazə alıb çıxa bilməyəcəyindən Nahidəyə axşam vaxtı valideynlərinin xəbəri olmadan icazəsiz olaraq çıxa bilsə, görüşə biləcəklərini demişdir. Səidin də Nahidənin yaşadığı məhəllədə qaldığını bildiyi üçün evdən çıxmamış anasının istifadəsində olan ***-***-**-** mobil nömrədən aralarında yalnız olaraq dostluq münasibəti olan Səidin istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək ona Nahidə ilə aralarında olan küsülüklə bağlı söhbət etmək üçün Nahidənin onu çağırdığını, buna görə də bir neçə dəqiqə sonra evdən çıxaraq Nahidənin yaşadığı küçəyə gedib onunla söhbət edəcəyini demişdir. Səidə zəng etməkdə məqsədi Səidin Nahidənin yaşadığı məhəllənin yaxınlığında yaşaması və həmin məhəllədən keçib Nahidənin yaşadığı evə gedəcəyindən küçədə kənar şəxslərin olubolmaması barədə Səidin ona məlumat verməsi olmuşdur. Səid də ona özünün də məhəllədə olduğunu, məhəllədə başqa heç kimin olmadığını, axşam vaxtı olduğu üçün ehtiyatlı gəlməsini demişdir. Sonra Nahidəyə mesaj yazaraq harada olduğunu soruşduqda Nahidə evdə olduğunu, onun yaşadığı Göyçay şəhəri, Əli Kərim küçəsindəki binanın qarşısına gəlməsini demişdir. O da evdən icazəsiz çıxaraq Nahidənin yaşadığı binanı tanıdığı üçün həmin ünvana getmiş, avtomobil yolunu keçib kimsə görməsin deyə binanın məhəlləsinə daxil olan zaman Səidi görmüşdür. Həmin vaxt Səid binanın qarşısında oturacaqda tək əyləşmişdir. Səid onu görüb ona yaxınlaşaraq hal-əhvalını soruşduqda həmin vaxt tanımadığı bir nəfər şəxs məhəlləyə daxil olaraq təxmnən 20 metr məsafədən uca səslə Səidi səsləyib yanına çağırmışdır. Səid həmin şəxsin yanına gedən zaman həmin şəxs onu də səsləyib yanına çağırmışdır. Səidin arxasınca o da həmin şəxsin yanına getmişdir. Həmin şəxsi tanımamış, əvvəl heç vaxt görməmişdir. Həmin şəxs təxminən 25-26 yaşlarında olmaqla idman bədən cüssəli olmaqla boyu Səidin boyundan çox hündür olmuşdur. Səid məhəllənin çıxışının yaxınlığında avtomobilin qarşısında həmin şəxslə üzbəüz dayanmışdır. Həmin şəxs Səidə onu nəzərdə tutub axşam vaxtı qızla məhəllədə nə gəzdiyini, burada neylədiyini, onun kim olduğunu soruşduqda Səid həmin şəxsə dost olduqlarını demişdir. Həmin şəxs də Səidə düzgün danışmasını, dost olmadıqlarını deməyə başlamış, sonra Səidin yanında uca səslə ondan kim olduğunu, kimin qızı olduğunu, gecə vaxtı küçədə nə gəzdiyini soruşmağa başlamış, o da həmin şəxsə heç nə deməmişdir. Həmin şəxs Səiddən bir daha hansı səbəbə axşam vaxtı küçədə qızla gəzdiyini soruşduqda tanımadığı, əvvəl heç vaxt görmədiyi iki nəfər şəxs Səid və onunla mübahisə edən şəxsə yaxınlaşıb mübahisə etməmələrini, axşam vaxtı olduğunu, məhəllə camaatının yatdığını demişlər. Səid və mübahisə etdiyi şəxs həmin iki nəfərə söhbət etdiklərini, onların işinə qarışmamalarını dediklərindən həmin iki nəfər onlardan kənarlaşıb gedən vaxt Səidlə mübahisə edən şəxs Səidin üstünə qışqırıb üzərinə gəldiyini görüb iki nəfər şəxsi səsləyərək kömək etmələrini xahiş etmişdir. Həmin vaxt Səidin mübahisə etdiyi şəxs avtomobilin qarşısında dayanan Səidin sinə nahiyəsindən hər iki əli ilə vurmaqla geriyə doğru itələmiş, Səid də qarşılıqlı olaraq həmin şəxsin bədənin müxtəlif nahiyələrinə 1-2 dəfə yumruq zərbələri endirmişdir. Bundan sonra həmin şəxs Səidi döyməyə başlamış, Səidin başını bir neçə dəfə söykəndiyi avtomobilə zərbə ilə vurmuşdur. İki nəfər tanımadığı şəxs Səidi döyən şəxsə yaxınlaşıb Səidi buraxmasını, onun tay-yuşu olmadığını desələr də, həmin şəxs Səidin ünvanına nalayiq ifadələr işlətməklə onu döyməyə davam etmişdir. Səid də əlləri ilə sifətini tutub müdafiə olunmuşdur. O, çox qorxmuş, ilk dəfə idi ki, belə bir hadisə ilə qarşılaşdığından nə edəcəyini bilməmişdir. İki nəfər şəxs Səidi döyən şəxsdən zorla aralaşdırdıqdan sonra həmin şəxs onun biləyindən möhkəm şəkildə yapışaraq ondan kim olduğunu, kimin qızı olduğunu, valideynlərini çağıracağını, ona düzgün danışmasını deyib onun qolunu incitməklə onu qorxutmuşdur. O, həmin şəxsə qolunu buraxmasını, onu incitdiyini dedikdən sonra Səid həmin şəxsə yumruq zərbəsi endirmiş, digər iki nəfər şəxs isə onun qolunu Səidin mübahisə etdiyi şəxsin əlindən çəkmişdir. Səid və digər iki nəfər şəxs ona qaçmasını demişlər. O da arxaya baxmadan qaçaraq məhəllədən çıxıb avtomobil yolundan məhəllə arası küçələr ilə öz yaşadığı ev istiqamətində piyada getməyə başlamışdır. Həmin vaxt Səidin döyülməməsi üçün ona köməklik edən təxminən 16-17 yaşlarında olan, lakin adını bilmədiyi şəxsin arxasınca gəldiyini görmüşdür. O, ara küçələr ilə yaşadığı evə getmiş, küçədə həmin şəxsə arxasına gəlməməsini desə də, həmin oğlan ondan kim olduğunu, adının nə olduğunu, axşam vaxt küçədə nə gəzdiyini soruşduqda o, həmin oğlana Səidlə dost olduğunu, yalandan Səidin ona yeni aldığı ev itinin fotoşəkillərini göndərdiyini, özünün də itlərdən xoşum gəldiyi üçün evdən icazə alsa da, valideynlərinin icazə vermədiyini, buna görə evdən icazəsiz olaraq çıxıb Səidin məhəlləsinə iti görmək üçün gəldiyini demişdir. Bunu deməkdə məqsədi həmin oğlanın ondan uzaqlaşması və arxasınca gəlməməsi olmuşdur. Bundan sonra həmin oğlan onun arxasınca düşməmiş və o, yaşadığı evə getmək üçün artıq Ağdaş yolu istiqamətinə çıxıb sonra küçəyə girərək yaşadığı evə getmişdir. Lakin onun həmin gün Əli Kərim küçəsindəki məhəlləyə getməkdə məqsədi orada yaşayan rəfiqəsi Nahidə ilə görüşmək olmuşdur. Evə çatıb Səiddən narahat olduğu üçün anasını istifadəsində olan mobil nömrə ilə Səidə 2 dəfə zəng etsə də, Səid zəngə cavab verməmişdir. Səiddən çox narahat olmuşdur. Təmxinən 1 saat sonra Səidə zəng edərək davanın axırı necə olduğunu soruşduqda Səid onu döyən şəxsi bıçaqlayaraq öldürdüyünü demiş, lakin o, Səidin zarafat etdiyini düşünmüş və buna görə də heç kimə məlumat verməmişdir. Təxminən yarım saat sonra Səidin polis əməkdaşları tərəfindən saxlanıldığını, növbəti gün isə ölən şəxsin adının Hüseyn olduğunu televizora baxan zaman eşitmişdir. Lakin Səidin konkret olaraq Hüseyn adlı şəxsi hansı səbəbə bıçaqlayaraq öldürdüyünü bilməmişdir. Mübahisəni ilkin olaraq Hüseyn adlı şəxs başlatmış və ilkin olaraq həmin şəxs Səidə qarşı zor tədbiq edərək hər iki əli onun sinə nahiyəsindən vurub geriyə itələmişdir. Səid də qarşılıqlı olaraq ona yumruq zərbəsi vursa da, Hüseyn adlı şəxs Səidi çox sərt şəkildə avtomobilə sıxmaqla döymüş və başını dəfələrlə avtomobilə vurmuşdur. Mübahisə zamanı yalnız Hüseyn adlı şəxsin Səidin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Hüseyn adlı şəxs və Səidin üzərində hər hansı bıçaq və kəsici-deşici alət görməmiş, onların bir-birilərinin ünvanlarına bıçaqla hədələyici sözlər istifadə etmələrini eşitməmişdir. Oradan uzaqlaşdıqdan sonra Hüseyn adlı şəxs və Səid arasında nə baş verməsindən, Səidin Hüseyni hansı şəraitdə və harada bıçaqlayaraq öldürməsindən məlumatı olmamışdır (cild 2, iş vərəqə 64-69). Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, 15 avqust 2024-cü il tarixdə saat 03 radələrində taksi sürücüsü işləyən Şahid5 ilə Göyçay şəhəri, Əli Kərim küçəsindəki “Avtovağzal Dairəsi” adlanan yerin yaxınlığındakı “Nar simvolu” olan beton abidənin yanında səkinin üzərindəki taxta oturacaqda üzü dairə istiqamətində birlikdə oturub söhbət edə-edə, mobil telefonla məşğul olub müştəri gözləyən zaman Hüseyn Feyzullayev onların yanına gəlib onlarla salamlaşmışdır. Hüseyn Feyzullayev əvvəl Göyçay şəhərində taksi fəaliyyəti ilə məşğul olmaqla Əli Kərim küçəsində yaşadığı üçün onu tanımış, yaxın münasibəti olmasa da, aralarında hər hansı ədavət, düşmənçilik və ya mübahisə olmamışdır. Hüseyn Feyzullayev çox davakar insan kimi tanımış, onun bir neçə dəfə başqa şəxslərlə mübahisə etməsinin şahidi olmuşdur. Hüseyn Feyzullayevdən rayona hansı səbəbə gəldiyini, axşam vaxtı küçədə nə iş gördüyünü soruşduqda Hüseyn onlara Göyçay rayonuna əmisinin yaşadığı evə yeyib-içmək məqsədi ilə gəldiyini, hazırda əmisinin evindən gəlməklə bir qədər sonra Bakı şəhərinə qayıdacağını demişdir. Bildiyi qədəri ilə Hüseyn təxminən 2 il müddətdir Bakı şəhərində yaşamış, onu son zamanlar rayonda görməmişdir. Həmin vaxt Hüseyn Feyzullayevin qəflətən cəld şəkildə yaxınlıqda olan qovaq ağacının budağını qırdığını görüb Hüseyndən budağı hansı səbəbə qırdığını soruşsa da Hüseyn çox həyacanlı vəziyyətdə onların yanından avtomobil yolu tərəfə budağı aşağı istiqamətə tutub bir neçə metr hərəkət etdiyini görmüşdür. Elə həmin vaxt mobil telefona baxan zaman uca səslə Hüseynin “gəl, gəl gözlüyürəm” deməsi, bir-iki saniyə sonra isə “si..m anavı” məzmunda nalayiq ifadə işlədildiyini, ağacın harasa dəyməsi səsini eşidib arxaya çönüb baxan zaman Hüseyninin əlində bıçaq olan sonradan adını bildiyi azyaşlı Səidlə qarşılıqlı tutaşdıqlarını, Səidin əlində tiyəsi uzun olan bıçaq görmüşdür. Lakin Hüseynin əlində ağac budağı artıq olmamışdır Həmin vaxta kimi Hüseyn və Səiddən heç biri yerə yıxılmamış, bir-iki metr qarşılıqlı tutaşmaqla hərəkət etdikdən sonra Hüseyn Səidi “Nar simvolu” olan beton abidənin yanında yerə yıxmış, onlarla onun arasında təxminən 2-3 metr məsafə olmuşdur. Həmin vaxt yerdə yarı oturaqlı vəziyyətdə olan Səid ardıcıl olaraq əlində tiyəsi uzun olan bıçaqla üzərində olan Hüseynə altdan bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdiyini, Hüseynin də Səidin bədən nahiyəsinə əli ilə bir neçə zərbə endirdiyini görmüşdür. Bundan sonra Hüseyn ayaqüstə qalxaraq qaçmağa başlamış, azyaşlı Səid də qalxıb Hüseynin arxasınca bir neçə metr hərəkət etdikdən sonra geri qayıdaraq yaşayış binaları istiqamətində qaçmışdır. Hadisə saniyələr içərisində baş vermişdir Həmin vaxt Hüseyn Feyzullayev bir qədər səndələdikdən sonra “baba ürəyimə tutdu elə bil bıçaq dəydi” deyib kürəyi üstə səkinin üzərinə yıxılmışdır. Səidin əlində bıçağın həddən artıq böyük ölçülü olduğunu gördüyü üçün onlara yaxınlaşan zaman bıçağın ona dəyərək xəsarət alacağından qoxduğuna görə onları aralaşdırma bilməmişdir. Bundan sonra Hüseynə yaxınlaşan zaman can verməklə bədənin çox nahiyəsindən çox miqdarda qan gəldiyini görüb dərhal təcili tibbi yardıma zəng edərək hadisə barədə məlumat vermişdir. Onun heç vaxt gözləri qarşısında adam öldürülmədiyinə görə çox qorxmuş və həddən artıq həyacanlanmışdır. Təcili tibbi yardım avtomobili gələn zaman rahat şəraitdə avtomobili saxlaması üçün özünə məxsus avtmobili işə salaraq bir qədər kənara çəkib piyada hadisə yerinə qayıtmışdır. Təxminən 7 dəqiqə sonra təcili tbbi yardım əməkdaşları gələrək Hüseyni xəstəxanaya aparmışlar. Sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmişlər. Təxminən bir saat sonra Hüseynin xəstəxanada öldüyünü eşitmişdir. O, Səidin konkret olaraq hansı səbəbə Hüseyn Feyzullayevi bıçaqlayaraq öldürməsini bilməmişdir. Hadisədən əvvəl Hüseynin kiminləsə mübahisə etdiyini, həmçinin onun üzərində bıçaq və ya kəsici-deşici alət olduğunu görməmişdir. “Nar simvolu” olan beton abidənin yanındakı oturacaqda üzü “Avtovağzal dairəsi” istiqamətində Ramazanın sağında oturub mobil telefonla məşğul olduğu üçün azyaşlı Səidin haradan gəlməsini, birinci kimin zərbə endirməsini görməmişdir. Hüseynin hadisədən əvvəl əlində qırdığı ağacın budağı ilə harasa getdiyini görmüşdür. Elə həmin vaxt Hüseynin “gəl burdayam gəl” dediyini, sonra isə “mənim anamı söyürdün, si..im anavı” söyüşü eşidib arxaya baxan zaman Hüseyn və azyaşlı Səidin səkinin üzərində qarşılıqlı tutaşdıqlarını, Səidin əlində bıçaq olduğunu görmüşdür. Ayaqüstə olan zaman Səidin Hüseynə bıçaq zərbəsi endirməsini, həm də onlardan kimin ilkin olaraq zərbə endirməsini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qarayev X9 Pərviz Zal oğlunun ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, o, hadisə baş verən zaman orada olmamış, sadəcə olaraq Səidlə telefonda danışmışdır. Səid hadisədən sonra ona iki ədəd əli qanlı bıaq şəkili göndərək adam öldürdüyünü bildirmişdir. Həmin zaman Səidlə olan yazışmalarını tam xatırlamır. Şahid6 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, o, Səidlə şəhərdə parkda tanış olmuş, bir il yarımdır ki, dostdurlar. Səiddən adamı nəyə görə öldürdüyünü soruşanda Səid həmin şəxsin söyüş söydüyünü bildirmişdir. Səid ona göndərdiyi mesajlarda hadisə vaxtı yanında kiminsə olması, həmin şəxsdən qisas almaq istəməsi barədə heç nə deməmiş, sadəcə olaraq atasının bu hadisəni eşidəndə çox pis olacağını bildirmişdir. Səidlə yaxın dostluq münasibəti olduğu üçün Səid hadisə barədə ilkin olaraq ona məlumat vermişdir. Səid bu barədə ona bildirəndə o, əvvəlcə inanmamış, onun zarafat etdiyini düşünmüşdür. Hadisədən sonra Səid ondan Esmira adlı rəfiqəsinin nömrəsini istəmiş, amma nəyə görə istədiyini deməmişdir. Esmira ilə Səid sadəcə olaraq tanış olmuşlar, aralarında sevgi münasibəti olmamışdır. Şahid6 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında bəzi ziddiyyətli məqamlar olduğundan, həmçinin şahid ibtidai istintaq zamanı daha geniş ifadə verərək həmin ifadəsində göstərdiyi bir sıra məqamları məhkəmə iclasında verdiyi ifadəsində göstərmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunaraq tədqiq edilmiş, Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi həmin ifadəsində göstərmişdir ki, o, Göyçay rayon sakini Təqsirləndirilən şəxs 2 il müddətdir ki tanımış, onunla arasında dostluq münasibəti olmuşdur. 15 avqust 2024-cü il tarixdə saat 03:40 radələrində anasının yaşadığı Qəbələ rayonunda olarkən istifadəsində olan ***-***-**-** mobil nömrənin “WhatsApp” ani mesajlaşma proqramına Səidin istifadəsində olan ***-***-**-** mobil nömrədən zəng gəlmiş, lakin zəngə cavab verə bilməmişdir. Həmin vaxt Səid “WhatsApp” ani mesajlaşma proqramı ilə ona mesaj yazaraq adam bıçaqlayıb öldürdüyünü bildirmiş, həmçinin əlinin qanlı şəkildə bıçaqla birlikdə fotoşəkilini atmışdır. Səiddən hansı səbəbə adam bıçaqladığını və həmin şəxsin kim olduğunu soruşduqda Səid ona həmin şəxsin 27 yaşının olduğunu, istədiyi qızla məhəllədə oturan zaman ona yaxınlaşaraq qızla hansı səbəbə məhəllədə olduğunu, qıza qarşı başqa niyyəti olduğunu, qıza qarşı nalayiq ifadə işlətdiyini, sonra onu vurduğunu, onun da qarşılıqlı olaraq onu vursa da, həmin şəxsin onu döydüyünü, bundan sonra evdən bıçaq götürüb onun üstünə qaçaraq həmin şəxsin anasını söyüb bıçağı ürəyindən soxduğunu, sonra bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq zərbələri vurduğunu, həmin şəxsin öldüyünü demişdir. Sonra Səid ondan ortaq tanışları olan Esmiranın mobil nömrəsini ona göndərməsini xahiş etmişdir. O, Səidlə yaxın dostluq münasibəti olduğuna görə Səidin zarafat etdiyini düşünmüş, sonra isə Səidin danışıqlarından həqiqətən də adam öldürdüyünə inanmağa başlamışdır. Səidə təsəlli vermək məqsədi ilə bəlkə həmin şəxsin ölmədiyini deyib ortaq tanışları olan Esmiranın istifadəsində olan ***-***-**-** mobil nömrəsini ona göndərmişdir. Səid ona hansı səbəbə Esmiranın mobil nömrəsini istədiyini deməmiş və o da çox həyacanlı olduğu üçün ondan bu barədə soruşmamışdır. Səidin istədiyi qız olduğunu özündən eşitsə də adını bilməmiş və Səidin özü də ona qız barəsində heç vaxt heç nə deməmişdir. Sonda isə Səid ona həmin şəxsi bıçaqlayıb öldürməsinin ona ləzzət etməsi məzmunda mesaj yazmış və o da artıq çox yorğun olduğu üçün yatmışdır. Sonra o, Esmiraya “WhatsApp” ani mesajlaşma proqramı ilə Səidin adam bıçaqlaması məzmunda mesaj yazsa da, Esmira mesajı oxumamış və ona nə qədər zəng etsə də zəngə cavab verməmişdir. Təxminən yarım saat sonra Səidin polis əməkdaşları tərəfindən saxlanıldığını, onun həqiqətən də adam öldürdüyünü eşitmişdir (cild 2, iş vərəqə 75-77). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, hadisə baş verməmişdən öncə o və dostu Şahid2 skamyada əyləşmişlər. Bir az sonra vəfat edən şəxs Hüseyn Feyzullayev onların yanına gələrək onları çayxanaya dəvət etmiş, lakin onlar razılaşmamışlar. Bundan sonra onlar marketə getmişlər, Hüsyendə Feyzullayev də onlarla birlikdə getmişdir. Marketdən gəldikdən sonra onlar Hüseyn Feyzullayevə evə gedəcəklərini demişlər. Həmin vaxrt Hüseyn Feyzullayev özünün məhəlləyə getmək və məhəllədə kiminsə olub-olmadığına baxmaq istədiyini bildirmişdir. onlar Hüseynə gecə vaxtı məhəllədə heç kimin olmayacağını bildirsələr də Hüseyn Feyzullayev israrla məhəlləyə gedib baxacağını bildirmişdir. Bundan sonra üçü birlikdə məhəlləyə daxil olmuşlar. Onlar öz evlərinə gedən zaman X36 Bayramlı ilə mübahisə etdiyini görmüşlər. X51 Bayramlıya gecə vaxtı yanında qızla məhəllədə nə etdiyini soruşmuş, Təqsirləndirilən şəxs isə bu binada kirayə mənzildə yaşadığını, qızın isə dostu olduğunu, sadəcə olaraq it oynatdıqlarını bildirmişdir. Səidin bu cavabından sonra onların mübahisəsi daha da artmağa başlamışdır. Buna görə o və Şahid2 Səidlə Hüseynə yaxınlaşaraq buranın ictimai yer olduğunu bildirmişlər və uca səslə danışmamaları barədə onlara xəbərdarlıq etmişlər Hüseynlə Səid məsləni öz aralarında həll edəcəklərini deyərək onların işinə qarışmamalarını demişlər, buna görə onlar aralanıb uzaqlaşmışlar. Onlardan uzaqlaşdıqdan sonra oradakı qız uca səslə “qoymuyun Səidi öldürdü” deyə qışqırmışdır. Onlar cəld bir şəkildə geri qayıdaraq Səidlə Hüseyni ayırmışlar. Onları ayıran zaman X51 Bayramlının başını avtomobilə vurmuş, həmçinin onu avtomobilə söykəyərək dizi ilə qarnına zərbələr endirmişdir. Onları ayırdıqdan sonra Səid qıza qaçmasını demişdir. Amma qız qaçmaq istəyən zaman Hüseyn Feyzullayev qızın qolundan tutaraq ondan nalayiq ifadələrlə gecə vaxtı burada nə etdiyini soruşmuş, onun valideynlərini və polis əməkdaşlarını çağıracağını bildirmişdir. Qızın gözləri dolaraq ağlamağa başlamış, o, Hüseynə biləyinin ağrıdığı deyərək onu buraxmasını, evə getmək istədiyini, atasının bilsə onu öldürəcəyini bildirmişdir. Qız çıxıb getdikdən sonra dostu Şahid2 qızı yola salmaq məqsədilə onun arxasınca getmişdir. Bundan X43 ilə Təqsirləndirilən şəxs yenidən dalaşmağa başlamışlar. Hüseyn Səidi yerə yıxmış, o isə dərhal onları ayırıb Səidə qaçıb getməsini demişdir. Daha X43 dirsəyi ilə onu vurmuş, o da yerə yıxılmışdır. Belə ki, Hüseyn Feyzullayeb iri bədən cüssəli olduğundan o, Hüseynin yarısı qədər olmuşdur. Hüseyn onu yerə yıxdıqdan sonra Səidin arxasınca qaçaraq ayağından badalaq vurub onu yerə yıxmış və Səidin sinəsinin üstünə çıxaraq onun başını asfalta vurmağa başlamışdır. O, yenidən onları ayırıb Səidə qaçmasını demişdir. Bu zaman X46 gözləməsini, geri gələcəyini deyərək çıxıb getmişdir. Hüseyn Səidə gəlməyəcəyi təqdirdə onun ünvanına hazırda məhkəmədə işlədə bilmədiyi nalayiq sözlər işlətmişdir. O, Hüseynə problem yaratmamasını, Səidin uşaq olduğunu, onun tayı-tuşu olmadığını deyərək çıxıb getməsini istəmişdir. X47 “qoy gəlsin, gözləyirəm” deyərək çıxıb getməkdən imtina etmişdir. Daha sonra o, köşkə getmiş və qayıdan zaman polis əməkdaşlarının orada olduğunu görmüşdür. Polis əməkdaşlarından nə baş verdiyini soruşanda bıçaqlanma hadisəsinin olduğunu bildirmişlər. Hadisədən sonra polis şöbəsində də eyni məzmunlu ifadə vermişdir, həmin ifadəsini təsdiq edir. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, bıçaqlanma baş verən zaman o, hadisə yerində olmamışdır. Hadisə yerinə gələn zaman təxminən saat 03:00 radələri olmuşdur. Səid Hüseynə gözləməsini, geri gələcəyini desə də hara getdiyini deməmişdir. O, Hüseyn Feyzullayevi qonşu kimi tanımış, amma onunla yaxın münasibəti olmamışdır. Hadisə günü Hüseyn Feyzullayevin ağzından spirt iyi gəldiyi üçün və yaxın münasibətləri olmadığından onunla kafeyə getməkdən imtina etmişlər. X53 Bayramlının başını avtomobilə vurması nəticəsində hətta avtomobilə də ziyan dəymiş, avtomobilin sahibi bununla bağlı narazıçılıq etmişdir. Bildiyi qədəri ilə mübahisəni Hüseyn Feyzullayev başlatmışdır. Səid Hüseynə onu gözləməsini, geri gələcəyini deyəndə şəxsən o, özü Səidin geri qayıdacağına inanmamışdır. Belə ki, X37 başını əvvəlcə avtomobilə, sonra isə asfalta vurduğu üçün Səidin vəziyyəti çox pis olmuş, onun halı olmamış, qaçanda da yıxıla-yıxıla qaçmışdır. X50 çox güman ki Səidin qayıdacağını düşündüyü üçün onu gözləmişdir. O, Hüseyn Feyzullayevin işlətdiyi nalayiq ifadələri məhkəmə iclasında deyə bilməsə də, ibtidai istintaq zamanı hər şeyi olduğu kimi danışmışdır, həmin ifadəsini təsdiq edir. Şahid1 ibttidai istintaq zamanı da oxşar məzmunlu, lakin daha geniş ifadə verərək göstərmişdir ki, Göyçay rayonunda müxtəlif şəxslərə məxsus bağ sahələrində meyvə mövsümü zamanı günəmuzd olaraq meyvə yığmaqla fəhləlik edib özünü dolandırır. Göyçay rayonu, Çayarxı kənd sakini mərhum X17 təxminən 4 il müddətdir ki, tanımışdır. Belə ki, Hüseyn əvvəl onun yaşadığı Göyçay şəhəri, Əli kərim küçəsində yerləşən binada qalmış, onunla arasında məhəllə yoldaşı kimi münasibət olmuş, hər hansı ədavət, düşmənçilik və ya mübahisə olmamışdır. 15 avqust 2024-cü il tarixdə saat 02 radələrində hava isti olduğu üçün yata bilməyib evdən küçədə gəzmək üçün çıxaraq Göyçay şəhəri, Əli Kərim küçəsində yerləşən “Avtovağzal dairəsi” adlanan yerə tərəf gələrkən əvvəlcədən tanıdığı, aralarında hər hansı ədavət, düşmənçilik və ya mübahisə olmayan qonşusu Şahid2 yolun kənarında oturacaqda tək əyləşdiyini görüb ona yaxınlaşaraq salamlaşdıqdan sonra onun yanında oturub mobil telefonda oyun oynamağa başlamışdır. Təxminən saat 02:30 radələrində Hüseyn Feyzullayev tək onlara yaxınlaşaraq o və Şahid2la görüşüb onlara Bakı şəhərindən əmisini görmək üçün rayona gəldiyini, əmisigildə yeyib-içdiyini, taksi gözlədiyini, bir qədər sonra Bakı şəhərinə qayıdacağını, həmin vaxta kimi ona yoldaşlıq edib çay içməyi təklif etmişdir. Lakin o, Hüseyn Feyzullayevin təklifi ilə razılaşmamış, çünki Hüseyn Feyzullayevlə yaxın münasibəti olmamışdır. Şahid2 da eyni qaydada Hüseynin təklifindən imtina etmişdir. Hüseyn Fezyullayev bir-iki dəqiqə müddət ərzində onların yanında oturacaqda əyləşdikdən X43i yanlarından uzaqlaşdırmaq məqsədi ilə Şahid2 ilə birlikdə yaxınlıqda yerləşən “Göyçay market”-ə gedəcəklərini deyib oturacaqdan duraraq market istiqamətində hərəkət etmişlər. Hüseyn Feyzullayevi çağırmasalar da, o da onların arxasınca marketə gəlmiş, marketdən siqaret almış və ödənişi kart vasitəsi ilə etmişdir. O, marketdən su aldıqdan sonra qayıdıb Şahid2 ilə birlikdə yenidən gəlib əvvəl oturduqları yerdə oturacaqda əyləşmişdir. Həmin vaxt Hüseyn Feyzullayev də onların arxasınca gəlmişdir. Hüseyn Feyzullayevin danışığından içkili olmasını hiss etmiş, lakin özü onlara içki içməsi barədə heç nə deməmişdir. Oturacaqda Şahid2 ilə birlikdə əyləşdikdən X43 yenidən onlara yaxınlaşıb əvvəl yaşadığı məhəlləyə gedib məhəllədə tanışlarından kim olduğuna baxıb qayıdacağını demişdir. Onlar da Hüseyn Feyzullayevə axşam vaxtı məhəllədə heç kimin olmayacağını desələr də, Hüseyn hər ehtimala qarşı məhəlləyə daxil olub baxaraq çıxacağını demiş və tək Göyçay şəhəri, Əli Kərim küçəsindəki fərdi yaşayış evləri və binalar olan məhəlləyə getmişdir. Təxminən 5-10 dəqiqə sonra artıq çox axşam olduğu üçün evə getmək istəmiş və Şahid2 evə gedəcəyini dedikdə o, da evə getdiyini demişdir. Sonra o, Şahid2la birlikdə yaşadıqları evin küçəsindən məhəlləyə daxil olmaq istəyən zaman Hüseyn Feyzullayevin yaşadığı məhəllədə qalsa da, münasibəti olmayan, yalnız olaraq məhəllədə gördüyü, adının Səid olduğunu bildiyi azyaşlı ilə üzəbəüz dayanaraq əlini Səidin çiyninin üzərinə qoyub birbirlərinə qarşı zor tətbiq etmədən uca səslə söhbət etdiklərini, Səidin yanında isə əvvəl heç vaxt görmədiyi, tanımadığı, təxminən 15-16 yaşlarında olan, adını bilmədiyi qız olduğunu görmüşdür. O və Şahid2 nə baş verdiyini öyrənmək üçün Hüseyn Feyzullayev və Səidə yaxınlaşaraq axşam vaxtı olduğunu, məhəllədə uca səslə danışmaqla sakinlərə narahatçılıq yarada biləcəklərini, mübahisə etməmələrini xahiş etmişlər. Həmin vaxt X29 axşam vaxtı məhəllədə hansı səbəbə qızla gəzdiyini, qızın kim olduğunu soruşmuş, sonra qızdan da kim olduğunu, kimin qızı olduğunu sormuşdur. Səid də Hüseyn Feyzullayevə qızın dostu olduğunu, burada kirayədə yaşadığını, məhəllədə it gəzdirdiklərini demiş, lakin qız cavab verməmişdir. Səid və Hüseyn Feyzullayev o və Şahid2 yalnız olaraq söhbət etdiklərini, onların söhbətə qarışmamalarını, getmələrini demişlər. O da onların şəxsi işləri olduğunu düşünüb Şahid2la birlikdə onların yanından təxminən 15 metr kənarlaşıb gedən zaman Səidin yanında olan qızın qışqırıq səsini eşidib arxaya çönüb baxmış, bu zaman Hüseyn Feyzullayevin avtomobilin qarşısında dayanan Səidin sinə nahiyəsindən hər iki əli ilə vurmaqla geriyə doğru itələdiyini, bundan sonra X23 bədəninin müxtəlif nahiyələrinə 1- 2 dəfə yumruq zərbələri endirdiyini, Hüseynin də qarşılıqlı olaraq Səidə yumruq zərbələri endirdiyini görmüşdür. Dərhal Şahid2la birlikdə onlara yaxınlaşan zaman artıq X30 markası və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilə tərəf sıxıb ardıcıl olaraq sürətli şəkildə Səidin sifət və bədən nahiyələrinə yumruq zərbələr endirdiyini, sonra bir əli ilə avtomobilin banından tutub digər əli ilə Səidin baş nahiyəsini 4-5 dəfə avtomobilə vurduğunu, Səidin də hər iki əlini sifət nahiyəsinə tutub zərbələrdən yayınmağa çalışdığını görmüşdür. O, Şahid2la birlikdə cəld şəkildə Hüseyn Feyzullayevə yaxınlaşıb Səidi buraxmasını, ondan yaşca çox balaca olduğunu deyib Hüseyn Feyzullayevi aralaşdırmağa çalışanda Hüseyn Feyzullayev çox əsəbi şəkildə ayaqüstə dayanmaqla Səidə “peysər, sən deyirəm qızla nə gəzirsən burda, sən mənə əl-qol atırsan, buranın vəziyyətinə mən baxıram, suka” dedikdən sonra hər iki əli ilə avtomobilin banından yapşıb diz nahiyəsi ilə avtomobilə söykənmiş vəziyyətdə olan Səidin qarın nahiyəsinə 2 dəfə diz zərbəsi vurmuşdur. O və Hüseyn Şahid2 Feyzullayevin qolundan tutub arxaya çəkib Səiddən aralaşdıran zaman Səid yanındakı qıza qaçmasını demişdir. Həmin vaxt Hüseyn Feyzullayev onu itələyərək qızın biləyindən yapışıb “sən kimin qızısan, kimin bacısısan, harada qalırsan de mənə, valideynlərini çağıracam” dedikdə qız çox həyacanlı vəziyyətdə ağlaya-ağlaya Hüseyn Feyzullayevə “əlimi incidirsən, burax məni, qorxuram” demişdir. Həmin vaxt X46 “qızdan əlini çək, sən kimsən qızın qolundan yapışmısan” deyib qəflətən Hüseyn Feyzullayevin sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Bu zaman o və Şahid2 qızın qolunu Hüseyn Feyzullayevin əlindən çıxardıqdan sonra X37 sifət və baş nahiyəsinə ardıcıl olaraq iki-üç dəfə yumruq zərbəsi endirmişdir. X31 sakitləşməyəcəyini görüb Şahid2la birlikdə əllərini onun sinə və qol nahiyəsinə arxadan keçirib geriyə çəkməklə hərəkət imkanını məhdudlaşdırıb Səidə qaçmasını demişlər. Səid oradan yaşayış binaları tərəfə, qız isə avtomobil yolu istiqamətində qaçmışdır. Həmin vaxt Hüseyn Feyzullayev onu itələyərək əlindən çıxıb Səidin arxasınca qaçmışdır. O da Şahid2 Hüseyn Feyzullayevin birdən qızın arxasınca gələcəyini, axşam olduğunu, buna görə də qızın arxasınca gedib evlərinə aparmasını demiş, Şahid2 da qızın arxasınca qaçmışdır. O da Səid və Hüseyn Feyzullayevin arxasınca qaçıb onlara çatmaq istəyən zaman Hüseyn Feyzullayev qaçaraq arxadan Səidə yaxınlaşıb ayağına badalaq verib yerə yıxaraq dizini Səidin sinə nahiyəsinə qoyaraq ardıcıl olaraq baş və sifət nahiyələrinə sərt şəkildə 5-6 dəfə yumruq zərbələri vuraraq ünvanına “peysər, suka hara qaçırsan” məzmunda nalayiq ifadələr işlətmişdir. Səidin baş nahiyəsinin zərbələrdən yerə dəydiyini, əllərini sifət və baş nahiyəsinə tutaraq zərbələrdən yayınmağa çalışdığını görüb arxadan Hüseyn Feyzullayevin belindən hər iki əli yapışıb arxaya doğru çəkərək onu saxlayıb Səidə qaçmasını demişdir. Səid də ayaqüstə qalxıb qaçan zaman Hüseyn Feyzullayevə “gözlə gəlirəm” dedikdə X48 “gəlməsən kişi deyilsən, peysərsən, gəl gözlüyürəm” demişdir. Sonra o, Hüseyn Feyzullayevə iradlar bildirib Səidin onun tay-tuşu olmadığını, söhbəti uzatmağa lüzum olmadığını deyib onu məhəllədən çıxartdıqdan sonra avtomobil yolu tərəfə “Avtovağzal dairəsi”nin yaxınlığına taksilərin dayandığı yerə gəlmişlər. Hüseyn Feyzullayev də ona Səidi gözlədiyini deyib orada dayanmış, başqa da heç nə deməmişdir. Hüseyn Feyzullayev və Səid arasında mübahisə təxminən 15 dəqiqə müddətində davam etmişdir. Sonra o, yaxınlıqda olan marketə su almaq üçün yolu keçib gedən zaman uzaqdan, təxminən 100 metr məsafədə Şahid2 qızla getdiyini görüb Şahid2 səsləsə də cavab verməmiş və onun arxasınca gedən zaman Şahid2 tək geri qayıtdığını görmüşdür. Yolda Şahid2 yaxınlaşıb qızın hara getdiyini soruşduqda Hüseyn qızın küçəyə girdiyini, ona da arxasınca gəlməməsini tapşırdığını, buna görə də geri qayıtdığını demişdir. Artıq saat 03 radələri olmuşdur. O da Şahid2 axşam vaxtı küçədə itin çox olduğunu hansı səbəbə qızı tək buraxdığını deyib qızı axtarmağa başlamış, lakin tapa blməmişlər. Təxminən 40 dəqiqə sonra yaşadıqları evə “Avtovağzal dairəsi” istiqamətində qayıdan zaman dairənin yaxınlığında xeyli sayda polis əməkdaşlarının toplaşdığını görüb taksi sürücüsü olan əvvəlcədən tanıdığı Pərviz adlı şəxsdən nə baş verdiyini soruşduqda Pərviz ona Hüseyn Feyzullayevin azyaşlı uşaq tərəfindən bıçaqlandığını, xəstəxanaya aparıldığını, sonra azyaşlının qaçıb getdiyini demiş, lakin uşağın adını deməmişdir. Sonra polis əməkdaşlarının məhəlləyə daxil olaraq Səidi apardıqlarını görmüş və X32 bıçaqlayaraq öldürdüyünü eşitmişdir. O, X24 əlbəyaxa dava etmələrinin şahidi olsa da, Səidin Hüseyni bıçaqlamasının şahidi olmamış, Səidin konkret olaraq hansı səbəbə Hüseyn Feyzullayevi bıçaqlayaraq öldürməsini bilməmişdir.15 avqust 2024-cü il tarixdə təxminən saat 02:40 radələrində Şahid2 ilə birlikdə yaşadıqları məhəlləyə daxil olan zaman X36 Bayramlıdan uca səslə axşam vaxtı məhəllədə hansı səbəbə qızla gəzdiyini, qızın kim olduğunu soruşduğuna, sonra qızdan da kim olduğunu, kimin qızı olduğunu soruşduğuna, Səidin də Hüseyn Feyzullayevə qızın dostu olduğunu, burada kirayədə yaşadığını, məhəllədə it gəzdirdiklərini dediyinə görə onlar arasındakı danışıqlara əsasən mübahisənin Hüseyn Feyzullayev tərəfindən başladıldığını ehtimal etmişdir. X38 ünvanına nalayiq ifadələr işlətməmişdir. X30 yerə yıxdıqdan sonra baş nahiyəsinə təpiklə zərbələr vurduğunu görməmişdir. X37 ünvanına nalayiq ifadələr işlətsə də, Səidin və ailəsinin ünvanına “anavı, varyoxunu sik...m” məzmunda sözlər işlətməsini eşitməmişdir. Ola bilsin ki, Hüseyn Səidin arxasınca qaçıb onu yerə yıxıb döyən zaman həmin söyüşlərdən istifadə etmişdir. Eləcə də Hüseynin Səidə bıçaq götürüb gəlməsi ilə bağlı söz deməsini də eşitməmişdir. X22 Təqsirləndirilən şəxs mübahisə edən zaman onların üzərində hər hansı kəsici-deşici alət, bıçaq görməmiş, həmin vaxt Hüseynin Səidə və onun ailə üzvlərinə qarşı bıçaqla öldürmək və sağlamlığına ağır zərər vurmaqla bağlı hədə-qorxu məzmunlu sözlərdən istifadə etməsini də eşitməmişdir (cild 1, iş vərəqə 165-171). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 1, iş vərəqə 181- 186). Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 15 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs X4 ilə dalaşdıqları və onu bıçaqla vurduğu yeri əyani olaraq bilavasitə göstərməklə törətdiyi əməli etiraf etmişdir. Həmin istintaq hərəkəti zamanı videoçəkiliş aparılaraq müvafiq disk protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 72-76). Təhlükəsizlik Şəhər Kamerasından əldə edilmiş videogörüntüyə baxış protokolundan görünür ki, videogörüntü 15 avqust 2024-cü il tarixdə saat 03:04:09-cu dəqiqədə başlamaqla 14 dəqiqə 22 saniyə davam edib 15 avqust 2024-cü il tarixdə saat 03:18:29-cu dəqiqədə bitir. 15 avqust 2024-cü il tarixdə saat 03:04:15-ci dəqiqədə zərərçəkmiş şəxs X18 “Nar Simvolu” olan beton abidənin divarına söykənməklə yaşayış binları olan avtomobil yolu tərəfə baxaraq dayanır, sonra ayaqqabısının bir tayını çıxarıb kənara çəkilir, saat 03:05:16-cı dəqiqədə qarşı tərəfdən yaşayış binalarının yanından əynində qara rəngli köynək olan Təqsirləndirilən şəxs sürətli addımlarla beton abidənin yerləşdiyi qarşı yoldakı səki tərəfə hərəkət edir, saat 03:05:41-ci dəqiqədə beton abidənin arxa tərəfində X4 və Təqsirləndirilən şəxs mübahisə edir, Təqsirləndirilən şəxs dizləri üstə yarı oturaqlı vəziyyətdə olmaqla ardıcıl olaraq sağ əlində olan bıçaqla ayaqüstə dayanmaqla onunla çəkişən X4na zərbələr endirir. Daha sonra X18 ayaqüstə dayanmaqla hər iki əli ilə ayaqları altında olan Təqsirləndirilən şəxs tam olaraq yerə yıxır. 9 saniyə sonra, yəni saat 03:05:50-ci dəqiqədə X18 əlində siqaret avtomobil yoluna tərəf qaçır, Təqsirləndirilən şəxs isə əlində bıçaqla bir neçə metr onun arxasınca hərəkət edib dayanır və bıçağın tiyəsini dəstəyin içərisinə doğru bağlayıb yaşayış binaları istiqamətində qaçır. Həmin vaxt beton abidənin kənarından iki nəfər kişi cinsli şəxs, yəni Şahid4 və Şahid5 gəlir. Xəsarət alan X18 qarın nahiyəsini tutub bir neçə metr hərəkət etdikdən sonra saat 03:06:16-cı dəqiqədə beton abidənin qarşısında səkinin üzərinə kürəyi üstə uzanır, saat 03:15:42-ci dəqiqədə təcili tibbi yardım avtomobili hadisə yerinə gəlir və X18 təcili tibbi yardım avtomobilinin arxa hissəsinə qoyulmaqla aparılır (cild 1, iş vərəqə 146-149). Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “SAMSUNG Galaxy A32” markalı mobil telefonun ***-***-**-** mobil nömrəsi ilə qeydiyyata alınmış “WhatsApp” ani mesajlaşma proqamı vasitəsi ilə 15 avqust 2024-cü il tarixdə saat 03:41-dən başlayaraq saat 04:12dək Şahid6 istifadəsində olan “Səkinə” adı ilə qeydə alınmış ***-***-**-** mobil nömrənin “WhatsApp” ani mesajlaşma proqamına “Azz bura bax tezol, ppxdayam tezoll, adam bıçaqladım, öldü, Esmiranın nömrəsin ver, tezz, bura, bax, azz, tez ol sen canı at” məzmunli ismarıc, ardınca saat 03:43-də bilək və əl hissəsi qanabənzər ləkələrlə bulaşmış vəziyyətdə olan əldə tiyəsi qanlı vəziyyətdə olmaqla tutulan bıçaq fotoşəkillərin göndərildiyi, ardınca “öldiee, nollar cavab ver. Esmiranın nömresini de” məzmunlu, ardınca “27 yawi var idi, qiza qehbe dedi, mende öldürdüm, üsdm başım qandi, yox allahaqqk, nagayrim sekinee, öldie ok, 27 yaşı var idi, dedimki sikim anavi, sorada qaçdm üsdüne soxdm bıçaği, atamn üreyi partdiyacaq, 10 il türme, qulaq as, Allahaqqi, başm esiree, çox vurublar, anamn cani, yox quranhaqqqi ciddiyem, evdeyem” məzmunlu, ardınca “qiznan danişiram ağliyir oda, tutulmuşam narahat olma, birazdan basacaqlar içeri, offf, öldiee, İsdedim elemyim amma isdediyim qiza söydü hemddmi biçaği gördü geri dönemmezdim, öldiee öldü yixildi yere qaldi orda, 27 yaşı var, azz delisen, camaat meni görübee, heçne, vecive alma, hamii, camaat yiğilişdu, mende qaçdm eve, atam getdi işe, xeberi yoxdu hele, sen dua eleki atamn üreyi tutub ölmesin, narmalni qiza qehbe dedi hemdeki isdediyim qiz idi ciddi isdiyirdim, hee evdeyem, qiznan danişirdim, o gedenin anasn sikimee, peyser, heçne gedib srokumu oturacam, nağayrime, Sekinee 1 neferi biçaxladm, o 2sinide si....m, darxmasn onnar, lezet eledie biçaxlamaq” məzmunda ismarıclar göndərildiyi, 15 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrədən “Səkinə” adı ilə qeyd edilmiş ***-***-**-** mobil nömrəyə “WhatsApp” ani mesajlaşma prorqamı ilə saat 03:50-də 58 saniyə davam edən “bax Quranhaqqı, Allahhaqqı ciddiyəm, gəldim qızla oturmuşdum burda, bizim məhəllədə, gəldi sataşdı, dedi ki, sən o qızı bura niyə gətirmisəm, si....k istiyirsən zad, mən dedim ki, düzəməlli danış, 27 yaşı vardı, qız gəldi, dedim ki, get evə, qızın qolundan tutmaq istəyəndə dedim ki, ayə əlini aşağı sal, bunu deyən kimi, itələdim bunu, reski məni vurdu, mən də vurdum, 27 yaşı var, yumruqla döydüm bunu, yıxıldı yerə ağzı-burnu partladı, sonra dostları üç nəfər idi, məni təklədilər, təkliyən kimi gəldim, qaçdım oradan, pis vurdular məni, başıma vurdular dəli oldum, gəldim evə bıçağı götürüb qaçdım dörd yola, dedi ki, gəl-gəl tək gəlmə, bıçaqla gəl, gücün ona çatır, gəldim, gəldim bunun əlində çubuq var idi, dedim ki, si....m anavı, dedi nə deyirsən, dedim si...m anavı deyib qaçıb üzərinə bıçağı soxdum qarnına ancaq bıçaqladım” məzmunda səsli ismarıc, saat 03:51-də 34 saniyə davam edən “sonra qaçdı, adamlar var idi, aralaya bilmədilər, bıçaqla idim deyə girə bilmirdilər ortaya, vurdumvurdum bir 10-15 dənə bıçaq, qatmışdam da qabağıma, yadımda deyil Allahhaqqı, amma çox vurdum, hər tərəfini bıçaqladım, ayaq, qarın, baş, beyin, burun, nəbilim hara gəldi vurdum, bundan sonra durub qaçdı, dedi ki, baba skoruya zəng elə öldüm, qaç-qaç yıxıldı yerə, elə promoy kruqun ortasında yıxıldı yerə, mən də qaçdım gəldim evə” məzmunda səsli ismarıclar göndərildiyi, mobil telefonun “Galleriya” bölməsində Təqsirləndirilən şəxs X4nu qəsdən öldürən zaman cinayətin aləti kimi istifadə etdiyi bıçaqla evdə və başqa yerlərdə xeyli sayda kriminallığı təbliğ edən fotoşəkillər çəkdirdiyi müəyyən edilmişdir (cild 1, iş vərəqə 150-163). Məhkəmə-tibbi ekspertizasının 05 sentyabr 2024-cü il tarixli 27 nömrəli rəyindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində aşkar edilmiş “gövdənin ön səthində döş qəfəsinin sol aşağı tış hissəsində 01 (bir) ədəd, sol qoltuqaltı nahiyədə 01 (bir) ədəd və gövdənin sol yan orta şöbəsində 2 (iki) ədəd döş və qarın boşluqlarına nüfuz edən deşilmiş-kəsilmiş yaraları” xəsarətləri iti uclu-iti ülgüclü kənara malik deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişlər, mərhum H.F.Feyzullayevin ölümündən dəqiqələr ilə ölçülən vaxt vahidi əvvəl baş vermişlər, həyatidirlər, qərarın təsviri hissəsində göstərilmiş tarix, şəraitdə, eləcə də, təqdim edilmiş bir ədəd bıçaqla yetirilməsi halı inkar edilmir və bu da, canlı şəxslərdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vumaya aiddirlər. X2 məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində aşkar edilmiş “gövdənin sol yuxarı şöbəsində və sol bazunun aşağı 1\3-nin arxa səthində dəri kəsikləri, sağ budun aşağı 1\3-nin iç və sol baldırın yuxarı 1\3-nin bayır səthlərində yumşaq toxumaların deşilmiş-kəsilmiş yaraları” xəsarətləri iti ülgüclü kənara malik deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişlər, X25 ölümündən dəqiqələrlə ölçülən vaxt vahidi əvvəl baş vermişdir, qərarın təsviri hissəsində göstərilmiş tarix-şəraitdə, eləcə də, ekspertizaya təqdim edilmiş bir ədəd bıçaqla yetirilməsi halı inkar edilmir və bu da, canlı şəxslərdə dərəcələrinə görə səhhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər və ölümlə heç bir səbəbli əlaqəri yoxdur. X2 meyitinin xarici müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş “gövdənin ön səthində döş qəfəsinin sol aşağı tış hissəsində 01 (bir) ədəd, sol qoltuqaltı nahiyədə 01 (bir) ədəd və gövdənin sol yan orta şöbəsində 2 (iki) ədəd döş və qarın boşluqlarına nüfuz edən deşilmiş-kəsilmiş yaraları”, “gövdənin sol yuxarı şöbəsində və sol bazunun aşağı 1\3nin arxa səthində dəri kəsikləri, sağ budun aşağı 1\3-nin iç və sol baldırın yuxarı 1\3-nin bayır səthlərində yumşaq toxumaların deşilmiş-kəsilmiş yaraları” xəsarətləri X25 əynində olan paltarların, yəni qısaqol, üzəri qanla bulanmış qara rəngli sinə və hər iki qol nahiyələri qırmızı cizgili köynək və mavi rəngli cins materialdan olan şalvar üzərində olan parça zədələri ilə üst-üstə düşür. X2 ölümünə səbəb gövdənin ön səthində döş qəfəsinin sol aşağı tış hissəsində 1 (bir) ədəd, sol qoltuqaltı nahiyədə 1 (bir) ədəd və gövdənin sol yan orta şöbəsində 2 (iki) ədəd döş və qarın boşluqlarına nüfuz edən deşilmiş-kəsilmiş yaralar fonunda sol ağciyərlərin, ürəyin və dalağın deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən xarici və daxili qanitirmə olmuşdur. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cild 2, iş vərəqə 43-47). Məhkəmə-tibb ekspertizasının 15 avqust 2024-cü il tarixli, 515 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədən üzərində “boynun hər iki sol yan-aşağı nahiyələrində, sağ körpücük sümüyü proyeksiyasında, gövdənin arxa səthində sağ kürəküstü-çiyin sümüyü proyeksiyalarında, sağ dirsək çuxurusağ dirsək oynağı nahiyələrində dərialtı qansızmalar, sol ayaqüstü nahiyə bir qədər şişkinliyi” xəsarətləri küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 15 avqust 2024-cü il tarixinə uyğun gəlirlər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqə 40-41). Maddi sübutların məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının 07 oktyabr 2024-cü il tarixli, 409-2024\MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X4na məxsus olmuş köynəyin ön səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd, ön səthinin sol yarısının orta hissəsində 01 (bir) ədəd, ön səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd, arxa səthinin sol yarısının aşağı hissəsində 02 (iki) ədəd, arxa səthinin sol yarısının orta hissəsində 01 (bir) ədəd və arxa səthinin sol yarısının yuxarı hissəsində 02 (iki) ədəd (cəmi 08 (səkkiz) ədəd), şalvarın sağ ayaqlığının ön səthinin yuxarı hissəsində 01 (bir) ədəd və sol ayaqlığının arxa səthinin orta hissəsində, dizlik nahiyəsində 01 (bir) ədəd (cəmi 02 (iki) ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli hər hansı deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş və X4na məxsus köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində 01 ədəd kombinə olunmuş deşilmişkəsilmiş və cırılma zədəsi vardır. Bu zədə əvvəlcə iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, daha sonra isə həmin zədəyə küt qüvvə təsir etməklə, kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterikdir. Ekspertizaya təqdim olunmuş və X4na məxsus olmuş köynəyin və şalvarın üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçaqların tiyəsinin təsirindən törənmələrinin mümkünlüyü istisna edilmir. Ekspertizaya təqdim olunmuş və X4na məxsus 01 ədəd kəmər, 01 ədəd corab və 01 cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən zədə aşkar edilməmişdir. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus köynəyin sağ yan səthi və sağ qolunun arxa səthini əhatə edən küt yaranma mexanizminə malik 01 ədəd cırılma zədəsi vardır. Bu zədə köynəyin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterikdir. Zədənin əlbəyaxa xarakterli zədə olmasının qiymətləndirilməsi istintaq orqanının səlahiyyətlərinə aiddir. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın, 01 ədəd kəmərin və 01 cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsuli ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli ov bıçağıdır və kəsici-deşici xassəyə malik soyuq silahdır. Təqdim olunmuş bıçağın üzərində sonradan onun təyinatını dəyişdirən heç bir əlavə və ya dəyişiklik edilməmişdir (cild 2, iş vərəqə 193-206). Maddi sübutların məhkəmə tibbi bioloji ekspertizasının 27 sentyabr 2024-cü il tarixli, 548\2024-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, X8 şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu – O (İ). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu – A\H\ (İİ). Ekspertizaya təqdim olunmuş 04 ədəd pambıq topasına hopdurulmuş ləkələrdə, Hüseyn Feyzullayevə məxsus şalvar, kəmər, köynək, 1 tay ayaqqabı və 1 cüt corab, Təqsirləndirilən şəxs məxsus şalvar üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda “2”, “3”, “4” rəqəmi ilə işarələnmiş 03 ədəd pambıq topasına hopdurulmuş ləkələrdə, Hüseyn Feyzullayevə məxsus şalvar, kəmər, köynək, 1 tay ayaqqabı və 1 cüt corab üzərindəki ləkələrdə yalnız H antigeni alındı. H antigeni O (İ) qrupun əsasını təşkil edir. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə O (İ) qruplu şəxsə, həmçinin Hüseyn Feyzullayevə məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus şalvar üzərindəki qan ləkələrində, “1” rəqəmlə işarələnmiş 01 ədəd pambıq topasına hopdurulmuş ləkədə A və H antigenləri alındı. Həmin qan ləkələri ABO sistemi üzrə A\H\ (İİ) qruplu bir şəxsə, o cümlədən də Təqsirləndirilən şəxs məxsus ola bilər. Lakin bu qan ləkələrinin bir neçə şəxsin qarışmış qanı hesabına yaranma ehtimalını nəzərə alsaq, həmin ləkələdə ABO sistemi A (İİ), A\H\ (İİ) və O (İ) qruplu şəxslərin qanlarının olması mümkündür və bu halda ləkələrdə Hüseyn Feyzullayevin və Təqsirləndirilən şəxs qarışmış qanının olması inkar olunmur. Təqdim olunmuş bıçaq üzərində qan, Hüseyn Feyzullayevə məxsus ayaqqabının digər tayında (sağ), Təqsirləndirilən şəxs məxsus kəmərin, köynəyin, 1 cüt ayaqqabının üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı (cild 2, iş vərəqə 184-192). Lifli materialların ekspertizasının 29 avqust 2024-cü il tarixli, 17\718 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X13 məxsus 01 ədəd göy rəngli cins şalvarın, bir ədəd qara rəngli qısaqol köynəyin və Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli qısaqol köynəyin, bir ədəd bozumtul-göy rəngli cins şalvarın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədiqaqata təqdim edilmiş X13 məxsus 01 ədəd cins şalvarın səthi üzərində tapılmış boz rəngli elestan kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədiqaqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvarın səthi üzərində tapılmış açıq-göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X13 məxsus 01 ədəd cins şalvarın tərkib liflərinə uyğun gəlirlər (cild 2, iş vərəqə 48-56). Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 02 oktyabr 2024-cü il tarixli, 712 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən ciayət əməllərini törədən zaman, ondan əvvəl və ya sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk və idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs halhazırda barəsində tibbi xarakterli məcburi tədbirlərin tədbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs istintaq zamanı ifadələr verərkən hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. O, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş və ifadələrinin mahiyyətini dərk etmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (cild 2, iş vərəqə 173-178). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanının 07 noyabr 2024cü il il tarixli qərarı ilə X2 əynində olmuş 01 ədəd tünd göy rəngli köynək, 01 ədəd bel hissəsində kəmər olan göy rəngli cins şalvar, 01 cüt idman ayaqqabısının sol tayı, 01 cüt corab, hadisə yerinin müayinəsi zamanı pambığa hopdurulmaqla götürülümüş qanabənzər ləkələrdən ümumilikdə 04 ədəd nümunə, cinayətin aləti olmaqla 01 ədəd soyuq silah hesab edilən ümumi təyinatlı qatlanan tipli ov bıçağı, hadisə baş verərkən Təqsirləndirilən şəxs əynində olmuş və könüllü olaraq istintaqa təqdim etdiyi 01 ədəd qara rəngli köynək, 01 ədəd tünd-göy rəngli cins şalvar cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən, öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izləri saxlanıldığına görə həmin əşyalar maddi sübut kimi tanınaraq iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək saxlanılması üçün Göyçay rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir (cild 3, iş vərəqə 7-10). Göyçay Rayon Polis Şpbəsindən daxil olmuş 25 sentyabr 2024-cü il tarixli, 3\3- 103\2-21432\2024 saylı əməliyyat tapşırığının cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Göyçay şəhər, E.Əkbərov adına 2 saylı tam orta məktəbdə təhsil almaqla normal həyat tərzi sürmüş, ailə üzvləri, sinif yoldaşları və qonşularla münasibəti yaxşı olmuş, spirtli içki və narkotik, psixiotrip maddə alüdəçisi olmamışdır. Mərhum X3 şəhərində yaşadığı müddətdə tüfeyli həyat tərzi sürmüş, cəmiyyətdə müsbət xarakterizə edilməmiş, ailə üzvü və qonşularla münasibəti normal olmuş, spirtli içki aludəçisi olsa da, narkotik maddə alüdəçisi olmamış, bir neçə dəfə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək məhkum edilmiş, Bakı və Göyçay şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. X25 14 avqust 2024-cü il tarixdə Göyçay rayonu, Çayarxı kəndində yaşayan əmisi Mikayıl Feyzullayevə baş çəkmək üçün Göyçay rayonuna qonaq gəldiyi müəyyən edilmişdir. 15 avqust 2024-cü il tarixdə Göyçay şəhəri, Əli Kərim küçəsində Təqsirləndirilən şəxs tanışı Şahid3 ilə birlikdə küçədə olmalarına görə X25 irad bildirməsi ilə bağlı aralarında mübahisə olmuş, əvvəl onlar arasında əvvəl hər hansı mübahisə, ədavət və düşmənçilik olmamış, həmçinin aralarında hər hansı münasibət olmamışdır. Təqsirləndirilən şəxs X12 öldürmək istəməsi barədə əvvəlcədən kiməsə məlumat verilməsi, həmin cinayətin törədilməsində başqa şəxslər tərəfindən Təqsirləndirilən şəxs hər hansı formada köməklik göstərilməsi, bu barədə vəd verilməsi, mərhum X1 aləmə meyilli olan şəxslərlə hər hansı formada əlaqəsi, Təqsirləndirilən şəxs cinayətin aləti kimi istifadə etdiyi bıçağı haradan və nə vaxt əldə etməsi, həmin bıçağın əvvəllər hər hansı mübahisədə və ya münaqişədə istifadə edilməsi keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs Göyçay rayonunda və ya yaxın ərazilərdə bıçaqlı və silahlı hər hansı münaqişədə iştirak etməsi müəyyən edilməmişdir (cild 3, iş vərəqə 85-87). Göyçay rayon məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 3, iş vərəqə 36-40). İbtidai istintaq orqanının 20 noyabr 2024-cü il tarixli qərarı ilə X10 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ********* nömrəi cinayət işi ayrıca icraata alınmışdır (cild 3, iş vərəqi 122-123). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın məzmunundan görünür ki, o, X12 öldürmək məqsədi ilə bıçaqla sinə nahiyəsindən 1 dəfə zərbə endirmiş, bıçaq zərbəsindən sonra X8 ölmədiyini və ona müqavimət göstərdiyini görüb cinayətkar niyyətini müstəsna qəddarlıq və rəhimsizlik nümayiş etdirərək başa çatdırmaq üçün ona müqavimət göstərən X13 əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq çoxsaylı bıçaq zərbələri endirməklə xüsusi amansızlıqla qəsdən öldürmüşdür. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi X12 xüsusi amansızlıqla öldürməsi nəticəsinə gələrək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə yekun ittiham elan etmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə ibtidai istintaqın yekununda Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham elan etməklə bağlı nəticəyə gələrkən bu mövqeyini faktiki olaraq yalnız sübutların qiymətləndirilməsi haqqında 05 noyabr 2024-cü il tarixli qərarında əsaslandırmağa cəhd etmiş və xüsusi amansızlığa tövsif etmənin əsası olaraq bıçaq zərbələrinin çoxsaylı olmasına istinad edilmişdir (cild 2, iş vərəqə 213-234). Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlar məcmusunu qiymətləndirərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş qəsdən adam öldürmə əməli ilə bağlı ittihamın xüsusi amansızlıqla öldürmə tövsifedici əlaməti təsdiqini tapmır. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Hazırki iş üzrə isə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X12 qətlə yetirərkən onun qəsdinin məhz zərəçəkmiş şəxsi xüsusi amansızlıqla həyatdan məhrum etməklə əhatə olunmasını təsdiq edə biləcək heç bir sübut mövcud deyildir. Təqsirləndirilən şəxs tərəfindən Hüseyn Feyzullayev qətlə yetirilərkən ona əzəb, işgəncə verilməsi, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar yetirilməsi halları yoxdur. İşin faktiki hallarından müəyyən olunur ki, hadisədən əvvəl X18 xuliqanlıq hərəkətlərinə yol verərək Təqsirləndirilən şəxs qarşı zor tətbiq edib ona xəsarətlər yetirmiş, sevdiyi qızın yanında onu təhqir edərək döymüş, eyni zamana sevdiyi qızın qolundan tutaraq onun da ünvanına nalayiq ifadələr işlədib vurmağa cəhd etmişdir. Bütün bunlardan hiddətlənən Təqsirləndirilən şəxs mərhum Hüseyn Feyzullayevdən qisas alıb onu öldürmək niyyəti ilə evə gedib bıçaq götürmüş və Hüseyn Feyzullayevin əvvəlki yerində olmadığı görüb onu axtarmağa başlamış, Təqsirləndirilən şəxs görən Hüseyn Feyzullayev “gəl, gəl gözlüyürəm” deyə bildirmişdir. Həmin vaxt onlar qarşılıqlı şəkildə bir-birilərinə hücum etmişlər, Hüseyn Feyzullayev əlində olan ağac budağı ilə Təqsirləndirilən şəxs vurmuş, Təqsirləndirilən şəxs isə əlindəki bıçaqla bir dəfə Hüseyn Feyzullayevin sinəsindən zərbə endirmişdir. Bundan X43 Təqsirləndirilən şəxs öz ayaqlarının altına yerə yıxmış və özü ayaq üstə, Təqsirləndirilən şəxs isə onun ayaqları altında yarı oturaq vəziyyətdə olmaqla çəkişməyə başlamışlar. Həmin vaxt altda olan Təqsirləndirilən şəxs ayaq üstə onun üzərində olan Hüseyn Feyzullayevə altdan yuxarı bıçaqla ardıcıl zərbələr endirməyə başlamışdır. Buna baxmayaraq Hüseyn Feyzullayev aktiv müqavimət göstərməyə davam edərək Təqsirləndirilən şəxs tamamilə kürəyi üstə yerə yıxmışdır. Bundan sonra onlar beton abidənin arxa hissəsində keçmişlər, 9 saniyə sonra isə X51 Bayramlıdan uzaqlaşaraq avtomobil yoluna tərəf qaçmış, Təqsirləndirilən şəxs isə əlində bıçaqla bir neçə metr onun ardınca getsə də sonradan geri qayıtmışdır. Qeyd olunan hallar həm şahid ifadələri, həm də Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Kamerasından əldə olunmuş görüntülərlə təsdiq olunur. Həmin kamera görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs piyada yolu keçdiyi vaxtdan cinayət hadisəsinin bitdiyi, yəni, Təqsirləndirilən şəxs sonuncu bıçaq zərbəsini vurduğu və X36 Bayramlıdan aralanaraq qaçdığı vaxtadək cəmi 34 saniyə vaxt keçmişdir. Təqsirləndirilən şəxs yoldan “Nar Simvolu” olan beton abidəyə qədər gəldiyi vaxt da həmin vaxta daxildir. Göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə çox saylı, bədəninin müxtəlif nahiyələrinə və fərqli xəsarətlər yetirməsi zərərəçəkmiş şəxsin aktiv müqavimət göstərməsindən, hətta yaralı vəziyyətdə təqsirləndirilən şəxsi yerə yıxıb onunla çəkişməsindən irəli gəlmişdir. Cılız bədən quruluşlu azyaşlı Təqsirləndirilən şəxs idman bədən cüssəli Hüseyn Feyzullayevin müqavimətini qırmaq üçün əlindəki bıçaqla onu vurmaqdan başqa yolu olmamışdır. Təqsirləndirilən şəxs X13 çoxsaylı xəsarətlər yetirməsi faktı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xüsusi ağrı və iztirab vermək niyyətini aşkarlayan xüsusat kimi deyil, müstəsna olaraq zərərçəkmişi həyatdan məhrum etmək niyyətində qətiyyətini, məqsədinə çatmaqda israrlı olmasını göstərən hal kimi qiymətləndirilməlidir. Hüseyn Feyzullayevin bədəni üzərində dörd ədəd ağır, digərləri isə yüngül xəsarətlərin aşkar olunması Təqsirləndirilən şəxs müstəsna dərəcədə rəhmsizliyi və qəddarlığı ilə deyil, onun baxışında (subyektiv qiymətləndirməsində) vurulan zərbələrin, yetirilən xəsarətlərin zərərçəkmişin həyatdan məhrum edilməsi (qəsdin başa çatdırılması) üçün kifayət etməməsi və həmçinin zərərçəkmiş şəxsin aktiv müqaviməti ilə bağlı olmuşdur. İbtidai istintaq orqanı da təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda zərərçəkmiş şəxsin aktiv müqavimət göstərdiyini təsdiq etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin müqavimətini qırmaq, ölümü tezləşdirmək üçün ardıcıl zərbələr endirməsini həm də yetirilmiş xəsarətlərin xarakteri və lokalizasiyası da birbaşa təsdiq edir. Belə ki, zərərçəkmiş şəxsə yetirilmiş xəsarətlərdən yalnız 4 ədədi ölümlə birbaşa səbəbli əlaqəli olan, sağlamlığa ağır dərəcəli zərər vurmanın əlamətlərinə malik deşilmiş-kəsilmiş xəsarətlərdir. Təqsirləndirilən şəxsin onun həyatına qəsd etdiyini başa düşən zərərçəkmiş şəxsin aktiv müqavimət göstərdiyini təsdiq edən digər xəsarətlər gövdənin sol yuxarı şöbəsində və sol bazunun aşağı 1\3-nin arxa səthində dəri kəsikləri, sağ budun aşağı 1\3-nin iç və sol baldırın yuxarı 1\3-nin bayır səthlərində yumşaq toxumaların deşilmiş-kəsilmiş yaraları ölümlə səbəbli əlaqələri olmayan yüngül dərəcəli xəsarətlərdir. İş üzrə müəyyən edilmiş bütün bu xüsusatlar isə Təqsirləndirilən şəxs niyyətinin birbaşa və ya dolayı qəsdlə zərərçəkmişə xüsusi iztirabların yetirilməsinə deyil, onun müqavimətini qırmağa, qətlə yetirmənin tezliklə yekunlaşmasına, başa çatdırılmasına yönəlməsinə dəlalət edir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi məhz xüsusi amansızlıqla həyatdan məhrum etmək niyyətində olmasını təsdiq edən məlumatlar ümumiyyətlə cinayət işində yoxdur. Məhkəmə həm də bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək üçün seçdiyi üsul, onların hadisə anında olduqları qarşılıqlı vəziyyətləri, xəsarətlərin xarakteri və lokalizasiyası, habelə işin digər faktiki halları da nəzərə alınmaqla hazırkı iş üzrə adam öldürmə prosesinin baş verdiyi maksimum 34 saniyə ərzində, həm də zərəçəkmiş şəxsin ayaqları altında olan təqsirləndirilən şəxsin altdan yuxarı zərbələr endirməsi ilə xüsusi amansızlığın reallaşdırılmasının mümkünlüyünün israr edilməsi əsassızdır. Məhkəmə digər bir məqamı da qeyd edir ki, ibtidai istintaq orqanı hələ 15 avqust 2024-cü il tarixdə cinayət işi başlanması ilə bağlı qərar qəbul edilərkən zərərçəkmiş şəxsin çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilməsi halı artıq müəyyənləşdirilmişdir və həmin qərarda da bu xüsusat birbaşa əksini tapmışdır. Bununla belə xəsarətlərin çoxsaylı olmasının xüsusi amansızlığa dəlalət etmədiyi qənaəti ilə əsaslı olaraq cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmışdır. Təqsirləndirilən şəxs həmin tarixdə məhz Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun ifadəsi alındıqdan, meyitə baxış keçirildikdən, şübhəli şəxsin ifadəsi yerində yoxlanıldıqdan və digər prosessual hərəkətlər həyata keçirildikdən sonra 16 avqust 2024-cü il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İbtidai istintaqın bütün sonrakı mərhələsində, yəni sübutlar qiymətləndirilib onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilənədək əməlin xüsusi amansızlıqla törədilməsini, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayişini təsdiq edə biləcək heç bir sübut əldə olunmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Şahid6 “lezet eledie biçaxlamaq” mıəzmunlu, eləcə də “hər tərəfini bıçaqladım, ayaq, qarın, baş, beyin, burun, nəbilim hara gəldi vurdum” məzmunlu mesajlar göndərməsi onun Hüseyn Feyzullayevə xüsusi əzab və iztirab verdiyini, müstəsna qəddarlıq və rəhimsizlik nümayiş etdirdiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs həmin mesajda baş, beyin, burun kimi nahiyələrə bıçaqla zərbə vurduğunu göstərsə də faktiki olaraq zərəçəkmiş şəxs Hüseyn Feyzullayevin həmin nahiyələrində ümumiyyətlə heç bir xəsarət aşkar olunmamışdır. Məhkəmə azyaşlı Təqsirləndirilən şəxs uşaq psixologiyasını da nəzərə almaqla onun həmyaşıdı olan qıza göndərdi mesajları ona xəsarətlər yetirən, onu və sevdiyi qızı nalayiq ifadələrlə təhqir edən şəxsi cəzalandırdığı üçün qızın yanında qürrələnmək cəhdi kimi qiymətləndirir və hesab edir ki, həmin mesajlar heç bir halda Təqsirləndirilən şəxs əməlinin xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilməsinə əsas verə bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 123-cü maddəsi ilə, yəni zəruri müdafiə həddini aşmaqla adam öldürmədə təqsirli bilərək zərərçəkmiş şəxs Hüseyn Feyzullayevi öldürmək istəməməsinə, zərərçəkmiş şəxs onu və ailəsini öldürməklə hədələdiyi üçün özünü və ailəsini müdafiə etmək istədiyi üçün bıçağı onu qorxutmaq məqsədilə gətirməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü bu mülahizəsi yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şübhəli şəxs qismində verdiyi ifadə, şahidlərin ifadələri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, Hüseynin nalayiq ifadələr işlədərək onu döyməsini qəbul edə bilməmiş, Hüseynə qarşı onda kəskin aqressiya yaranmış və Hüseynin söyüşlərinə və onu döyməsinə görə onu bıçaqla öldürmək qərarına gəlmiş, bu məqsədlə yaşadığı evə gedərək divanın altında gizlətdiyi bıçağı götürüb tam açıq vəziyyətdə sağ əlində tutaraq evdən çıxmış, yolda olarkən Hüseyni bəlkə öldürməməyi fikirləşmiş, lakin sonra Hüseynin ona qarşı çox ağır nalayiq söyüşləri və onu döyməsi gözünün önünə gəlmiş, Hüseyni öldürməklə bağlı qərarını yolda tam qətiləşdirmiş, Hüseyni görüb qəzəbli şəkildə qaçaraq Hüseynin yanına çatan kimi onun ünvanına “anavi sik...m” deyib üzərinə tullanaraq onun sinəsinə bıçaqla zərbə endirmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılarkən də həmin halları təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci və 228.4-cü maddələri ilə tövsif edilməlidir. Bu əməllər Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan əməl xüsusilə ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan əməl isə böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həm də Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 24 oktyabr 2024cü il tarixli hökmü ilə təyin olunmuş 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza ilə toplanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, bundan başqa Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə edərək üzərində gəzdirmə cinayət əməlini törətdiyi vaxt həmin cinayət əməlinə görə məsuliyyət Cinayət Məccəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 7 mart 2025-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228-ci maddəsi yeni redaksiyada verilmiş və qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirməyə görə məsuliyyət Cinayət Məcəlləsinin 228.5-ci maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin köhnə redaksiyasında nəzərdə tutulmuş 228.4-cü maddə ilə yeni redaksiyada nəzərdə tutulmuş 228.5-ci maddə tamamilə eyni məzmunlu olmaqla həmin cinayət əməlinə görə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə edib üzərində gəzdirmə cinayət əməlini törətdiyi dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi cinayətin ağırlığı baxımından onun yalnız cəmiyyətdən təcrid olunaraq islah və tərbiyə olunmasını və bu yolla cəzanın qanunda göstərilən məqsədlərinə nail olunacağını mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Göyçay rayon Məhkəməsinin 17 avqust 2024-cü tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 15 avqust 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (cild 1, iş vərəq 190-196). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Göyçay rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, hadisə zamanı X8 əynində olmuş 01 ədəd tünd göy rəngli köynək, 01 ədəd bel hissəsində kəmər olan göy rəngli cins şalvar, 01 cüt idman ayaqqabısının sol tayı, 01 cüt corab, hadisə yerinin müayinəsi zamanı pambığa hopdurulmaqla götürülümüş qanabənzər ləkələrdən ümumilikdə 04 ədəd nümunə, 01 ədəd soyuq silah hesab edilən ov bıçağı, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd qara rəngli köynək, 01 ədəd tünd-göy rəngli cins şalvar, hadisə yerindən götürülmüş ağac budağı məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A32” markalı smartfon tipli mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, 15 avqust 2024-cü il tarixdə cinayət hadisəsinin baş verdiyi görüntülərin qeydə alındığı Göyçay Rayon Polis Şöbəsinin Təhlükəsizlik Şəhər Kamerasından əldə edilmiş videogönütülərin köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli hökmü ilə təyin olunmuş 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 15 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Göyçay rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə zamanı X8 əynində olmuş 01 ədəd tünd göy rəngli köynək, 01 ədəd bel hissəsində kəmər olan göy rəngli cins şalvar, 01 cüt idman ayaqqabısının sol tayı, 01 cüt corab, hadisə yerinin müayinəsi zamanı pambığa hopdurulmaqla götürülümüş qanabənzər ləkələrdən ümumilikdə 04 ədəd nümunə, cinayətin aləti olmaqla 01 ədəd soyuq silah hesab edilən ümumi təyinatlı qatlanan tipli ov bıçağı, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd qara rəngli köynək, 01 ədəd tünd-göy rəngli cins şalvar, hadisə yerindən götürülmüş ağac budağı məhv edilsin; - Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A32” markalı smartfon tipli mobil telefon onun yaxın qohumlarına qaytarılsın; - 15 avqust 2024-cü il tarixdə cinayət hadisəsinin baş verdiyi görüntülərin qeydə alındığı Göyçay Rayon Polis Şöbəsinin Təhlükəsizlik Şəhər Kamerasından əldə edilmiş videogönütülərin köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Günay Aşurova Hakimlər: Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-114/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-114/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver