Məhkəmə qərarları › İş №1(091)-115/2020

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-115/2020

01.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-115/2020 01.10.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 prokuroru, İİ dərəcəli hüquqşünas X2 və müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1980-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan və həbs edilənə kimi həmin ünvanda yaşamış, xx xxxxxx 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X4 Məhkəməsinin 2 saylı iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayının əvvəllərində məlum olmayan mənbədən ümumilikdə külli miqdarda təmiz çəkiləri 4,957 qram narkotik vasitə olan heroini və 0,39 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitədən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,357 qram olan heroini qanunsuz olaraq satış məqsədilə üzərində saxlayıb daşımış, həmin narkotik vasitələrdən ayrı-ayrılıqda 0,290, 0,440, 0,434, 0,431, və 0,297 qramlar olmaqla 5 ədəd sellofan bükümdə və ayrı-ayrılıqda təmiz çəkiləri 0,189, 0,271, 0,171, 0,285, 0,192, 0,185, 0,282, 0,052, 0,038 və 0,043 qramlar olmaqla 10 ədəd kağız bükümdə olan heroini və 1 ədəd kağız bükümdə 0,39 qram qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq yaşadığı ünvan 2 nömrəli ünvanda yerləşən yaşadığı evdə saxlamışdır. xx.xx.2020ci ildə saat 10:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman həmin satış məqsədilə qanunsuz olaraq daşıdığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,357 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin gün ünvan 2 nömrəli ünvanda yerləşən yaşadığı evdən isə 5 ədəd sellofan bükümlərdə təmiz çəkisi 0,290, 0,440, 0,434, 0,431 və 0,297 qram olan heroinlər və 10 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,189, 0,271, 0,171, 0,285, 0,192, 0,185, 0,282, 0,052, 0,038 və 0,043 qram olan heroinlər və 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,39 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamda özünü qismən ( CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir.) təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayının əvvəllərində yaşadığı C.Məmmdəquluzadə küçəsi ilə gedən zaman qarşısına 04 ədəd sellofan büküm çıxmış, həmin bükümləri açıb baxan zaman içərisində narkotik vasitə olan heroin olduğunu görmüş, narkotik vasitə qəbul edən olduğundan həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə götürüb özündə saxlamışdır. Narkotik vasitənin bir hissəsini evində saxlamışdır. Evdə elektron tərəzi ilə narkotiki az miqdarda çəkib bükümlərə yığmışdır. xx.xx.2020-ci ildə saat 10 radələrində yaşadığı küçədə olan zaman polis əməkdaşları onu saxlayıb polis şöbəsinə aparmışlar. Polis şöbəsində əynində olan şalvarın sağ yan cibindən siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd mobil telefon, şalvarının sağ cibindən pul əskinasları və 01 ədəd sellofan bükümdə heroin aşkar edilmişdir. Heroini cibinə polis əməkdaşı Yusif qoymuşdur. Yaşadığı evdə isə qonaq otağında qab-qacaq olan şkafda vazanın içərisindən 01 ədəd tərəzi və 01 ədəd kağız bükümdə çəkisi 0,61 qram heroin, qab-qacaq olan şkafda 01 ədəd saxsı qabın içərisində 04 ədəd və digər saxsı qabın içərisindən 01 ədəd sellofan büküm aşkar edilmiş, ikinci saxsı qabın içərisindən aşkar edilmiş sellofan büküm açıldıqda içərisindən 03 ədəd kağız büküm aşkar edilmişdir. 07 ədəd kağız büküm onun olmamışdır. Onu polis əməkdaşları qoymuşlar. Evindən 03 ədəd narkotik vasitə istifadə etmək üçün şpris, elektron tərəzi götürülmüşdür. Evindən aşkar edilmiş yalnız 04 ədəd sellofan büküm və 03 ədəd kağız bükümdə narkotik vasitələr ona məxsus olmuş, həmin narkotik vasitələri 2020-ci ilin fevral ayının əvvələrində yaşadığı küçədən tapmışdır. Qalan narkotik vasitələr ona məxsus olmamışdır. İlkin ifadəsində narkotik vasitələrin ona məxsus olmasını ona görə bildirmişdir ki, ona yüngül maddə ilə ittiham verilməsini bildirmişlər. Mobil telefon danışıqlarında narkotik vasitələrin alqı-satqısı ilə əlaqədar sms-lərin nə vaxt yazılmasını xatırlamır, heç kəsə narkotik vasitə satmamış, heç kəsdən narkotik vasitə almamış, Rüstəm Fikrətlinin ***-***-**-** nömrəli telefonu ilə narkotik vasitələrin alqı-satqısı ilə bağlı «sms»lər yazmamış, Rüstəmə heç vaxt narkotik vasitə satmamış, ondan heç vaxt narkotik vasitə almamışdır. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə saat 10:10 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etmiş, baxış zamanı onun əynində olan şalvarın sağ yan cibindən siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd mobil telefon, şalvarının sağ cibindən isə pul əskinasları və 01 ədəd içərisində narkotik vasitə olan sellofan büküm aşkar edilmişdir. Narkotik vasitənin çəkisi 1,357 qram olmuşdur. Daha sonra onun yaşadığı C.Məmmədquluzadə küçəsi ev 12 ünvanında yerləşən evinə baxış keçirilmiş və baxış zamanı evin qonaq otağında qabqacaq olan şkafda vazanın içərisindən 01 ədəd tərəzi və 01 ədəd kağız büküm aşkar edilmiş, həmin kağız büküm açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyli bitki kütləsi aşkar edilmişdir. Çəkisi 0,61 qram olmuşdur. Qab-qacaq olan şkafda 01 ədəd saxsı qabın içərisində 04 ədəd və digər saxsı qabın içərisindən 01 ədəd sellofan büküm aşkar edilmişdir. İkinci saxsı qabın içərisindən aşkar edilmiş sellofan büküm açıldıqda içərisindən 03 ədəd kağız büküm aşkar edilmiş, sellofan bükümlər və kağız bükümlər açılan zaman içərisindən toz və kristal halında olan narkotik maddələr aşkar edilmişdir. Çəkiləri nə qədər olmasını hazırda yadında qalmamışdır. Lakin ibtidai araşdırma zamanı onların çəkilərini bildirmişdir. Servantdakı vazadan isə 01 ədəd sellofan büküm aşkar olunmuş, həmin sellofan büküm açılan zaman içərisindən 07 ədəd kağız büküm aşkar edilmişdir. Kağız bükümlərdə isə qəhvəyi rəngli, toz və kristal halında olan narkotik vasitələr aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və çəkilərini hazırda xatırlamır, ancaq ifadəsinə həmin çəkiləri göstərmişdir. Bunlardan başqa onun evindən 03 ədəd şpris və elektron tərəzi polis əməkdaşları tərəfindən götürülmüşdür. Şahid2 məhkəmədə Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Şahid3 məhkəmədə ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə səhər saatlarında Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində və yaşadığı ünvanda narkotik vasitələri saxlaması, satması və ondan istifadə etməsi barədə məlumat daxil olmuş, həmin gün saat 10:00 radələrində Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsində Teymuru polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində iki hal şahidi və vəkilin iştirakı ilə Teymurun üzərinə şəxsi axtarış keçirilmiş, Teymurun əynində olan şalvarın sağ yan cibindən siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd mobil telefon, şalvarının sağ cibindən isə pul əskinasları və 01 ədəd içərisindən qəhvəyi rəngli, çəkisi 1,357 qram olan sellofan büküm aşkar edilmişdir. Daha sonra onun yaşadığı C.Məmmədquluzadə küçəsi ev 12 ünvanında yerləşən evinə baxış keçirilmiş, baxış zamanı evin qonaq otağında qab-qacaq olan şkafda vazanın içərisindən 01 ədəd tərəzi və 01 ədəd içərisində yaşıl rəngli, kəskin iyli, çəkisi 0,61 qram olan bitki kütləsi, qab-qacaq olan şkafda 01 ədəd saxsı qabın içərisində 04 ədəd və digər saxsı qabın içərisindən 01 ədəd sellofan büküm aşkar edilmişdir. İkinci saxsı qabın içərisindən aşkar edilmiş sellofan büküm açıldıqda içərisindən 03 ədəd kağız büküm, kağız bükümlər açılan zaman içərisindən toz və kristal halında olan narkotik maddələr aşkar edilmişdir. Onların çəkisi 0.36, 0.51, 0.52, 0.49, 0.34, 0.11, 0.12 və 0.09 qram olmuşdur. Servantdakı vazadan isə 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin sellofan büküm açılan zaman içərisindən 07 ədəd kağız büküm aşkar edilmişdir ki, onların çəkiləri 0.39, 0.34, 0.50, 0.29, 0.27, 0.41 və 0.41 qram olmuşdur. Evindən 03 ədəd şpris, elektron tərəzi götürülmüşdür. Həmin vaxt Teymur bildirmişdir ki, narkotik vasitələri 2020-ci ilin fevral ayının əvvəllərində yaşadığı küçədən tapmışdır. Şahidlər Şahid5 və Şahid4 məhkəmədə Şahid3 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 114 saylı rəyindən görünür ki, təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sözləri yazılmış 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,357 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs evində aşkar edilmiş sözləri yazılmış 04 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,290 qram, 0,434 qram, 0,431 qram və 0,297 qram, ümumi təmiz çəkisi 1,452 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs evindəki aşkar edilmiş sözləri yazılmış 07 ədəd kağız bükümün olduğu sellofan bükümdə içərisində olan 07 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,189 qram, 0,271 qram, 0,171 qram, 0,285 qram, 0,192 qram, 0,185 qram və 0,282 qram, ümumi təmiz çəkiləri 1,575 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir. Tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs evdə aşkar edilmiş 01 sellofan və 03 ədəd kağız büküm sözləri yazılmış zərfin içərisindəki 01 ədəd sellofan və 03 ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,440 qram, 0,052 qram, 0,038 qram və 0,043 qram, ümumi təmiz çəkiləri 0,573 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir. Tədqiqata təqdim olunmuş 06 ədəd sellofan və 10 ədəd kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş bitki kütləsi olan kağız büküm sözləri yazılmış və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,39 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 268 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsi məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 192 nöməli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. Hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun haı-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, evində aşkar edilmiş 04 ədəd sellofan büküm və 03 ədəd kağız bükümdə aşkar edilmiş narkotik vasitələr ona məxsus olmuşdur ki, onları da özü istifadə etməuk üçün saxlamışdır. Qalan narkotik vasitələri ona məxsus olmamış, onu polis əməkdaşları evinə qoymuşlar. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 9cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görəsiyahılar»a əsasən heroinin 0,15 qram şəxsi istehlak miqdarı, 2 qramdan çox isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroin isə külli miqdarda 4,957 qram olmuşdur. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı vermiş olduğu ifadlərindən görünür ki, həmin narkotik vasitələr onun olmuşdur. Eləcə də şahidlərin ifadələrindən görünür ki, həmin narkotik vasitələr onun üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüşdür. Narkotik vasitələr tərkiblərinə görə eynidirlər. Onlar kiçik bükümlərə qablaşdırılmışdır. Həm də onların çəkilməsi üçün elektron tərəzi də aşkar edilmişdir. Ekspert rəyindən görünür ki, həmin narkotik vasitələrdən epizodik istifadə halları olmuşdur. Daimi istifadə edən deyildir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs bu hissədə məhkəmədə verdiyi ifadəsini işin faktiki hallarına uyğun gəlmədiyinə və təkzibedilməz sübutlarla ziddiyyət təşkil etdiyinə görə səmimi, obyektiv və həqiqi ifadə kimi qəbul etmir. Onun bu hissədə ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini daha səmimi. obyektiv və həqiqi ifadə kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroin və marixuananı satış məqsədi ilə özündə saxlamışdır. Eyni zamanda, məhkəmə sübutları ayrı- ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal himayəsində xx xxxxxxx 2008-ci il təvəllüdlü Ənvər adlı azyaşlı uşağının olmasıdır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkəntörətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini,təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vəsaitləri olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Təqsirləndirilən şəxs CM-nin 56.1.2- ci maddəsinə əsasən təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Ekspertiza xərci 216 (iki üz on altı ) manat 91 (doxsan bir) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan xx xxxxxx 2020-ci ildən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülsün. Ekspertiza xərci 216 (iki üz on altı ) manat 91 (doxsan bir ) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 4,157 qram narkotik vasitə heroin və 0,37 qram qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində X4 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar