Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-115/2021 20.05.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rəşad Şəmşir oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4, xx xxxx 1977-ci il tarixdə Balakən rayonunun Şərif kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Balakən rayonunun Yeni Şərif kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1969-cu il tarixdə Gürcüstan Respublikasının Laqodexi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Balakən rayonunun Mahamalar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək yetişdirdiyi narkotik tərkibli çətənə bitkilərini satıb əldə edəcəyi gəlirin bir hissəsini ona verəcəyi ilə bağlı sonuncunun ona verdiyi vədlə razılaşıb, qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə Təqsirləndirilən şəxs1 ona verdiyi toxumları 2020-ci ilin may ayının əvvəllərində Balakən rayonunun Yeni Şərif kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin qarğıdalı bitkiləri olan dirrik hissəsində əkərək həmin toxumlardan bitmiş 1122 (min yüz iyirmi iki) ədəd hündürlüyü 25 sm-dən 54 sm-dək, ümumi təmiz çəkiləri 5 kiloqram 770 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin, 88 (səksən səkkiz) ədəd hündürlüyü 5 sm-dən 11 sm-dək, ümumi təmiz çəkiləri 18,05 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitillərinin, 181 (yüz səksən bir) ədəd hündürlüyü 26 sm-dən 50 sm-dək, ümumi təmiz çəkiləri 1 kiloqram 181 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin, ümumilikdə isə 1391 (min üç yüz doxsan bir) ədəd, yəni külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin diblərini alaq otlarından təmizləməklə, suvarmaqla və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişlər. Bundan başqa o, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək qəsdən, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq həmin bitkilərin hissələrini toplayaraq həmin sahənin yaxınlığında qurutmaq məqsədi ilə polietilen örtüyün üzərinə pərakəndə və dağınıq halda sərib, 1 kiloqram 540 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuananı əldə edərək daşıyıb saxlamış, həmçinin vahid niyyətlə həmin narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələrini toplayıb qurutmaqla külli miqdarda, yəni təmiz çəkisi 1 kiloqram 824,72 qram olan tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamaqla daşıyaraq həmin narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 vermiş, sonuncu həmin narkotik vasitəni qanunsuz əldə edib daşıyaraq yaşadığı evə aparmış, həmin qurudulmuş marixuananın təmiz çəkisi 790 qram olan hissəsini 1 ədəd sellofan torbada idarə etdiyi “Daevo Nexia” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşının yük yerində, təmiz çəkisi 29,72 qram olan hissəsini 1 ədəd sellofan torbada yaşadığı evin otağındakı odun sobasının içərisində, çəkisi 1 kiloqram 5 qram olan hissəsini isə 1 ədəd sellofan torbada evin otağındakı masanın altında saxlamışdır. 14 iyun 2020-ci il tarixdə saat 20 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətyanı torpaq sahəsində qarğıdalı əkilmiş dirrik sahədən Təqsirləndirilən şəxs1 ilə qəsdən, qanunsuz olaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə əkmiş olduqları hündürlükləri 25 sm-dən 54 sm-dək olan 1122 (min yüz iyirmi iki) ədəd narkotik tərkibli çətənə bitkiləri torpağa əkilmiş vəziyyətdə, hündürlükləri 5 sm-dən 11 sm-dək olan 88 (səksən səkkiz) ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri torpağa əkilmiş vəziyyətdə və hündürlükləri 26 sm-dən 50 sm-dək olan 181 (yüz səksən bir) ədəd narkotik tərkibli çətənə bitkiləri köklərindən çıxarılaraq sellofan örtüyün üzərinə sərilmiş vəziyyətdə, eləcə də sellofan örtüyün üzərinə sərilmiş vəziyyətdə saxladıqları təmiz çəkisi 1 kiloqram 540 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, həmin tədbirlərin davamı olaraq 15 iyun 2020-ci il tarixdə saat 02 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Daevo Nexia” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşına baxış zamanı 1 ədəd sellofan torbada təmiz çəkisi 790 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana avtomaşının yük yerindən, tədbirlərin davamı olaraq 16 iyun 2020-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı evində aparılmış axtarış zamanı 1 ədəd sellofan torbada saxladığı təmiz çəkisi 29,72 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana evin otağındakı odun sobasının içərisindən və 1 ədəd torbada saxladığı təmiz çəkisi 1 kiloqram 5 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana evin otağındakı masanın altından aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Təqsirləndirilən şəxs2 yetişdirdiyi narkotik tərkibli çətənə bitkilərini özü satıb əldə edəcəyi gəlirin bir hissəsini sonuncuya verməyi vəd edərək Təqsirləndirilən şəxs2 verdiyi toxumları sonuncu 2020-ci ilin may ayının əvvəllərində Balakən rayonunun Yeni Şərif kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin qarğıdalı bitkiləri olan dirrik hissəsində qəsdən, qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə əkərək həmin toxumlardan bitmiş 1122 (min yüz iyirmi iki) ədəd hündürlüyü 25 sm-dən 54 sm-dək, ümumi təmiz çəkiləri 5 kiloqram 770 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin, 88 (səksən səkkiz) ədəd hündürlüyü 5 sm-dən 11 sm-dək, ümumi təmiz çəkiləri 18,05 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitillərinin, 181 (yüz səksən bir) ədəd hündürlüyü 26 sm-dən 50 sm-dək, ümumi təmiz çəkiləri 1 kiloqram 181 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin, ümumilikdə isə 1391 (min üç yüz doxsan bir) ədəd, yəni külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin diblərini alaq otlarından təmizləməklə, suvarmaqla və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişlər. Bundan başqa o, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək qəsdən, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq həmin bitkilərin hissələrini toplayaraq həmin sahənin yaxınlığında qurutmaq məqsədi ilə polietilen örtüyün üzərinə pərakəndə və dağınıq halda sərib 1 kiloqram 540 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuananı əldə edərək daşıyıb saxlamış, həmçinin vahid niyyətlə həmin narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələrini toplayıb qurutmaqla külli miqdarda, yəni təmiz çəkisi 1 kiloqram 824,72 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 əldə edib daşıyaraq yaşadığı evə aparmış, həmin narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 790 qram olan hissəsini 1 ədəd sellofan torbada idarə etdiyi “Daevo Nexia” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşının yük yerində, təmiz çəkisi 29,72 qram olan hissəsini 1 ədəd sellofan torbada yaşadığı evin otağındakı odun sobasının içərisində, çəkisi 1 kiloqram 5 qram olan hissəsini isə 1 ədəd sellofan torbada evin otağındakı masanın altında saxlamış, eləcə də vahid satış niyyəti ilə istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən qanunsuz olaraq tamah niyyəti və satış məqsədi ilə əldə etdiyi təmiz çəkisi 14,19 qram olan tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış fərqli tərkibli narkotik vasitə-qurudulmuş marixuananı daşıyaraq yaşadığı evin həyətyanı sahəsində yerləşən daş anbarının üzərində bir ədəd sellofan torbanın içərisində saxlamaqla ümumilikdə 1 kiloqram 838.91 qram çəkidə, yəni külli miqdarda qurudulmuş marixuananı qəsdən, qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə əldə edib daşıyaraq saxlamışdır. 14 iyun 2020-ci il tarixdə saat 20 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətyanı torpaq sahəsində qarğıdalı əkilmiş dirrik sahədən Təqsirləndirilən şəxs1 ilə qəsdən, qanunsuz olaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə əkmiş olduqları hündürlükləri 25 sm-dən 54 sm-dək olan 1122 (min yüz iyirmi iki) ədəd narkotik tərkibli çətənə bitkiləri torpağa əkilmiş vəziyyətdə, hündürlükləri 5 sm-dən 11 sm-dək olan 88 (səksən səkkiz) ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri torpağa əkilmiş vəziyyətdə və hündürlükləri 26 sm-dən 50 sm-dək olan 181 (yüz səksən bir) ədəd narkotik tərkibli çətənə bitkiləri köklərindən çıxarılaraq sellofan örtüyün üzərinə sərilmiş vəziyyətdə, eləcə də sellofan örtüyün üzərinə sərilmiş vəziyyətdə saxladıqları təmiz çəkisi 1 kiloqram 540 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, həmin tədbirlərin davamı olaraq 15 iyun 2020-ci il tarixdə saat 02 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Daevo Nexia” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşına baxış zamanı 1 ədəd sellofan torbada təmiz çəkisi 790 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana avtomaşının yük yerindən, tədbirlərin davamı olaraq 16 iyun 2020-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı evində aparılmış axtarış zamanı 1 ədəd sellofan torbada saxladığı təmiz çəkisi 29,72 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana evin otağındakı odun sobasının içərisindən və 1 ədəd torbada saxladığı təmiz çəkisi 1 kiloqram 5 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana evin otağındakı masanın altından, həmçinin fərqli tərkibli, təmiz çəkisi 14,19 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana isə bir ədəd sellofan torbanın içərisində evin həyətyanı sahəsində yerləşən daş anbarının üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, səhər işə getməyə hazırlaşmışdır. Həmin vaxt birdən yaşadığı evin qapısına daş dəymişdir. Onun həyətində kamera var. O, kameraya baxanda heç kəsi görə bilməmiş, yola çıxanda isə bir nəfər şəxsi görmüşdür. Həmin şəxs ondan onu da şəhərə aparmasını xahiş etmişdir. Həmin şəxsin əlində gilas torbası olmuşdur. Yolda həmin şəxs ona ev tikmək istədiyini bildirərək pul əldə etmək məqsədilə narkotik vasitə marixuana əldə edib satmaq üçün ona kömək etməsini xahiş etmişdir. O da həmin şəxsə bildirmişdir ki, elə şeylər onluq deyil. Həmin şəxs əvvəlcə ona vağzala gedəcəyini demiş, sonra isə onu bazarda düşürməsini bildirmişdir. Həmin şəxs avtomobildən düşmüş və bazara gedəndə demişdir ki, torbanı avtomobilə qoyacaq və özü isə bazara gedib gələcək. O da həmin şəxsə heç nə deməmişdir. Ancaq həmin şəxs bazara getdikdən sonra qayıtmamışdır, torbası isə avtomobilinin yük yerində qalmışdır. Sonra atası onu arıya baxmağa çağırdığından o, həmin yerdən çıxıb getmişdir. Sonra o, yenidən həmin yerə qayıtsa da, həmin şəxsi tapa bilməmişdir. O, evə gələndə avtomobili köhnə olduğuna görə qapıları yaxşı bağlanmadığından ətrafda yaşayan kasıb ailələrin uşaqlarının oğurlamaması üçün torbanı götürüb evə aparmışdır. O, həmin torbanı evə gətirib sobanın yanına qoymuş, torbaya baxanda onun içərisində narkotik maddə olduğunu görmüşdür. Sonra yenə həmin şəxsi, yəni Şahini axtarmağa getmişdir. Evə qayıdanda isə polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar. Həmçinin polis əməkdaşları özləri onun avtomobilini də polis şöbəsinə aparmışlar. Daha sonra onu müvəqqəti saxlama yerinə aparmışlar. Polis əməkdaşları baxış zamanı onun avtomobilindən içərisində narkotik maddələr olan torba aşkar etmişlər. O da həmin torbanın ona məxsus olmadığını bildirmişdir. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs2 tanımadığını, ona narkotik tərkibli bitki toxumlarını vermədiyini, onun yaşadığı evə getmədiyini və ya ona zəng etmədiyini, özünün torbada gilas olduğunu bildiyini, həmin torbanın içərisində narkotik maddələrin olduğunu görəndə çaşdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun yaşadığı ünvana gələrək ona narkotik tərkibli bitkiləri əkməyi təklif etmiş və həmin narkotik maddələri gələcəkdə satıb ona pul verəcəyini bildirmişdir. O da razılaşaraq Təqsirləndirilən şəxs1 verdiyi toxumları əkmiş, onlara qulluq etmiş, su vermişdir. Daha sonra polis əməkdaşları gələrək onu tutmuş və əkdiyi narkotik tərkibli bitkiləri aşkar etmişlər. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs2 həyətində aşkar edilmiş narkotik tərkibli bitkiləri özünün əkdiyini, onlara qulluq etdiyini və su verdiyini, hazırda əməlindən çox peşman olduğunu, Xalidin ona narkotik tərkibli bitki toxumunu verərək əkməsini təklif etdiyini, polis əməkdaşlarının axtarış apararkən toxumlar aşkar etdiklərini, həmin toxumların özünə məxsus olmadığını, daha sonra yaş halda olan narkotik maddələr aşkar etdiklərini, həmin narkotik maddələrin də özünə məxsus olmadığını, polis əməkdaşlarının əvvəlcə əkdiyi narkotik tərkibli bitkiləri aşkar etdiklərini, daha sonra isə evin arxasına keçərək oradan yerdə sərilmiş vəziyyətdə olan narkotik maddələri aşkar etdiklərini, həmin sərilmiş narkotik maddələrin ona məxsus olmadığını dediyini, heç kəsə narkotik maddələr vermədiyini, aşkar edilən əkilmiş narkotik tərkibli bitkilərin 5-20 sm arası hündürlüklərinin olduğunu, onların kiməsə vermək və ya satmağa yararlı olmadığını, Təqsirləndirilən şəxs1 ötən ildən tanıdığını, Xalidin ona narkotik tərkibli bitki toxumlarını verdiyini, onları əkməyin üsulunu da Xalidin ona öyrətdiyini, heç vaxt narkotik maddə istifadə etmədiyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 14.06.2020-ci il tarixdə Balakən rayonunun Yeni Şərif kənd sakini Təqsirləndirilən şəxs2 Yeni Şərif kəndində yaşadığı evin həyətində, həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkisi əkməsi və narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat əsasında onun yaşadığı evin həyətinə və həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evin arxa tərəfində qarğıdalı əkdiyi torpaq sahəsində qarğıdalıların arasında əkib-becərdiyi 1210 ədəd narkotik tərkibli bitkilərə oxşar bitki şitilləri və evinin arxasında yerdə polietilenin üzərində sərilmiş vəziyyətdə narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 əkdiyi narkotik tərkibli bitkilərin toxumlarını Xalid adlı şəxsdən aldığını bildirmişdir. 15 iyun 2020-ci il tarixdə Balakən Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 Balakən rayonunun Mahamalar kəndində yerləşən evində axtarış aparılmasında iştirak etmişdir. Yaşadığı ünvana baxış zamanı Təqsirləndirilən şəxs1 sobanın içində və stolun altında olan narkotik maddələri təqdim etmişdir. Bundan başqa həyətdə olan daşların üstündən narkotik maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik maddənin çoxdan qaldığını, köhnə olduğunu bildirmişdir. Bundan başqa orada tərəflərindən boş çalalar, həmçinin elektron tərəzi aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4, Şahid5, Şahid7, Şahid8 və Şahid9 Şahid2 ilə eyni məzmunlu ifadələr verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 14.06.2020-ci il tarixdə Balakən rayonunun Yeni Şərif kənd sakini Təqsirləndirilən şəxs2 Yeni Şərif kəndində yaşadığı evin həyətində, həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkisi əkməsi və narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat əsasında onun yaşadığı evin həyətinə və həyətyanı torpaq sahəsinə aqronomla birlikdə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evin arxa tərəfində qarğıdalı əkdiyi torpaq sahəsində qarğıdalıların arasında əkib-becərdiyi 1210 ədəd narkotik tərkibli bitkilərə oxşar bitki şitilləri və evinin arxasında yerdə polietilenin üzərində sərilmiş vəziyyətdə narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 əkdiyi narkotik tərkibli bitkilərin toxumlarını Xalid adlı şəxsdən aldığını demişdir. Sonradan Təqsirləndirilən şəxs1 avtomobilinə baxış keçirilən zaman avtomobilin yük yerindən içində narkotik maddə olan torba aşkar edilmişdir. O da həmin narkotik maddələr olan torbanın Balakən rayonunun Yeni Şərif kəndindən olan bir nəfərin olduğunu demişdir. Məhkəmə istintaqı zamanı şahidlər Şahid1 və Şahid6 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan olunmuş və onların da Şahid2 ilə eyni məzmunlu ifadələr verdikləri müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 14.06.2020-ci il tarixdə onu Balakən Rayon Polis Şöbəsinə dəvət etmişlər. Balakən rayonunun Yeni Şərif kənd sakini Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətində, həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkisi əkməsi və narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat əsasında onun yaşadığı evin həyətində və həyətyanı torpaq sahəsində keçirilən baxışda aqronom kimi iştirak etmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evin arxa tərəfində qarğıdalı əkdiyi yerdə hündürlükləri təxminən 5-55 sm arası olan 1210 ədəd narkotik tərkibli bitkilərə oxşar bitki şitilləri aşkar edilmişdir. Həmin bitki şitillərinin dibləri təmizlənmiş və aqrotexniki qaydada qulluq edilmişdir. O da bu barədə rəy yazaraq təqdim etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 14.06.2020-ci il tarixli raportdan görünür 14.06.2020-ci il tarixdə Balakən rayonunun Yeni Şərif kənd sakini Təqsirləndirilən şəxs2 Yeni Şərif kəndində yaşadığı evin həyətində, həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkisi əkməsi və narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. (cild 1, iş vərəqi 3) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 14.06.2020-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs2 ərizə yazaraq Balakən rayonunun Yeni Şərif kəndində yaşadığı evə, evin həyətinə, həyətyanı sahəsinə, saxlanc yerinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. (cild 1, iş vərəqi 8) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi barədə” 14 iyun 2020-ci il tarixli protokoldan görünür ki, baxış 14.06.2020-ci il tarixdən saat 19:30-dan 15.06.2020ci il tarixdə saat 00:44-dək olan müddət ərzində Balakən rayonunun Yeni Şərif kənd sakini Təqsirləndirilən şəxs2 həmin kənddə yaşadığı evin həyətyanı torpaq sahəsinə və yaşadığı evə keçirilmişdir. 14.06.2020-ci il tarixdə Balakən RPŞ-yə Balakən rayonunun Yeni Şərif kənd sakini Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətində, həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisi əkib becərməsi və narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Balakən rayonunun Yeni Şərif kəndindəki yaşadığı ünvana onun razılığı və iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evin arxa tərəfində qarğıdalı əkdiyi torpaq sahəsində qarğıdalıların arasında əkibbecərdiyi 1210 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitilləri aşkar edilmişdir. Aqronom-mütəxəssis Şahid10 aşkar edilmiş narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilərə qulluq olunduğunu bildirmişdir. Həmin bitkilərin hündürlüyü ölçülmüşdür. Hündürlükləri 5 sm.-dən 54 sm.-dək olmuşdur. Aşkar edilmiş bitki şitilləri 1 ədəd sintetik kisəyə qablaşdırılmış və elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 7,30 kq olmuşdur. Təqsirləndirilən şəxs2 narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərinin toxumlarını Xalid adlı şəxsin verdiyini bildirmişdir. Həmin bitki şitillərini pul müqabilində Xalid üçün əkib-becərdiyini bildirmişdir. Baxış davam etdirilən zaman Təqsirləndirilən şəxs2 evinin arxasında yerdə polietilenin üzərində sərilmiş vəziyyətdə olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin bitki kütləsini qurutmaq üçün sərdiyini bildirmişdir. Baxış zamanı həmin yerin yanında bir ədəd ağ sintetik kisədə sellofan torbalar da aşkar edilmişdir. Yerə polietilenin üzərinə sərilmiş narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kütlələri bir ədəd ağ rəngli sintetik kisəyə doldurulmuş, elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 2 kiloqram 850 qram olmuşdur. Sintetik kisə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 evinə baxış keçirilmişdir. Hər hansı bir qeyri-qanuni əşya, predmet aşkar edilməmişdir. Baxış videoçəkilişlə qeydə alınmışdır. Protokol ucadan oxunmuş, əlavə və qeydlər daxil olmamışdır. Doğruluğu imzalarla təsdiq edilmişdir. Videogörüntülər DVD disklərə köçürülərək protokola əlavə edilmişdir. (cild 01, iş vər. 9-10) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15.06.2020-ci il tarixli “Rəy”dən görünür ki, Balakən rayonunun Yeni Şərif kəndində Təqsirləndirilən şəxs2 həyətyanı sahəsində əkilmiş çətənə bitkisinə oxşar bitkilərə baxış keçirərkən hündürlükləri 5 sm-dən 54 sm-dək olan 1210 ədəd çətənə bitkisinə oxşar bitkilərin alaq otlarından təmizləndiyi, diblərinin yumşaldıldığı, suvarıldığı, aqrotexniki qulluq göstərildiyi müəyyən olunmuşdur. (cild 01, iş vər. 11) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 iyun 2020-ci il tarixli “Rapor”dan görünür ki, 15.06.2020-ci il tarixdə Balakən rayonunun Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1, həyətyanı torpaq sahəsindən külli miqdarda narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüş Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə və qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-yə gətirilmişdir. (cild 01, iş vər. 31) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” 15 iyun 2020-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qeyri-qanuni əşya, predmet, narkotik vasitəyə bənzər bitki kütləsi aşkar edilməmişdir. (cild 01, iş vər. 47-50) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi barədə” 15 iyun 2020-ci il tarixli protokoldan görünür ki, baxış şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 idarə etdiyi “Daevo Nexia” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 15.06.2020-ci il tarixdə saat 02:50-dən saat 03:25-dək olan müddət ərzində Balakən RPŞnin həyətində aparılmışdır. Balakən rayonunun Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 oğunun idarə etdiyi “Daevo Nexia markalı” ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa yük yerindən 1 (bir) ədəd sellofan torbada narkotik vasitə marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 qabaqçöllü bir şəxsin ona bu sellofan torbanı verdiyini bildirmişdir. Həmin sellofan torbanın içərisində marixuananın olduğunu bildirmişdir. 1 ədəd sellofan torbada olan narkotik vasitə-marixuanaya bənzər bitki kütləsi elektron tərəzidə çəkilmişdir. Ümumi çəkisi 820 qram olmuşdur. Narkotik vasitə marixuanaya bənzər bitki kütləsi bir ədəd sellofan torbada möhürlənərək götürülmüşdür. Videogörüntülər DVD diskə köçürülərək protokola əlavə edilmişdir. (cild 01, iş vər. 51-54) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinin 15 iyun 2020-ci il tarixli 17/373 nömrəli ekspert rəyinin “tədqiqatın nəticəsi” hissəsində göstərilmişdir: Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş 1210 ədəd..” sözləri və imzalar yazılmış sintetik kisənin içərisindəki hündürlükləri 25 sm-dən 54 sm-dək, ümumi təmiz çəkiləri – 5 kiloqram 770 qram olan 1122 (bir min bir yüz iyirmi iki) ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin sintetik kisənin içərisindəki hündürlükləri 5 sm-dən 11 smdək, ümumi təmiz çəkiləri - 18,05 qram olan 88 (səksən səkkiz) ədəd bitki şitilləri narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş...bitki kütləsi” sözləri və imzalar yazılmış sintetik kisənin içərisində, hündürlükləri 26 sm-dən 50 sm-dək, ümumi təmiz çəkiləri – 1 kiloqram 180 qram olan 181 (bir yüz səksən bir) ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin sintetik kisənin içərisindəki təmiz çəkisi - 1 kiloqram 540 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs1 .... avtomobilinin baqajından aşkar edilmiş....” sözləri və imzalar yazılmış sellofan torbanın içərisində təmiz çəkisi – 790,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş çətənə bitkiləri, qurudulmuş və qurudulmamış marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 88 (səksən səkkiz) ədəd çətənə bitkisinin şitilləri inkişafının ilkin fazasında olduğu üçün onların təqdim olunmuş çətənə bitkiləri, qurudulmuş və qurudulmamış marixuanalar ilə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Aqronom mütəxəssis Şahid10 15.06.2020-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə və çətənə (bitkisinin) şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. (cild 01, iş vər. 61-64) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15.06.2020-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs1 ərizə yazaraq qeydiyyatda olmaqla yaşadığı Mahamalar kəndində yaşadığı evində, evin həyətyanı sahəsində və digər hissələrində axtarış aparılmasına icazə vermişdir. (cild 01, iş vər. 83) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “axtarış aparılması haqqında” 15 iyun 2020-ci il tarixli protokoldan görünür ki, 15.06.2020-ci il tarixdə saat 12:45-dən saat 16:10dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 yaşadığı Balakən rayonunun Mahamalar kəndindəki evində axtarış aparılmışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitənin yerini könüllü surətdə göstərməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, yaşadığı evdə narkotik vasitə vardır. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı evin giriş qapısından içəriyə daxil olaraq zal otaqda olan sobanın içərisindən bir ədəd sellofan torbanı təqdim edib narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 harada narkotikin olub-olmaması soruşulduqda yataq otağına gedib oradan stolun altından bir ədəd sellofan torba götürüb təqdim etmişdir. Həmin sellofan torbanın içərisində də narkotik vasitə - qurudulmuş marixuanaya oxşar bitki kütlələrinin olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs1 sobanın içərisindən götürərək təqdim etdiyi bir ədəd sellofan torba elektron tərəzidə çəkildikdə sellofanla birlikdə çəkisi 34,56 qram olmuşdur. Həmin otaqdakı stolun altından götürüb təqdim etdiyi sellofan torba elektron tərəzidə çəkildikdə sellofanla birlikdə çəkisi 1,03 kq olmuşdur. Bundan sonra hər iki sellofan torba 01 ədəd sintetik kisəyə doldurularaq üzəri DİN-in 185 saylı arayışlar üçün möhürü ilə möhürlənmişdir. Üzəri iştirakçılarla birlikdə imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadı evdə və ya evin həyətyanı sahəsində başqa hər hansı qanunsuz əşya, predmet və ya narkotik vasitənin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs1 başqa qanunsuz heç nə olmadığını bildirmişdir. Bundan sonra evin birinci mərtəbəsindəki televizora qoşulmuş vəziyyətdə olan təhlükəsizlik kamerasının yaddaş qurğusu da götürülmüşdür. Daha sonra fərdi yaşayış evinin ikinci mərtəbəsində axtarış aparılmışdır. Axtarış zamanı evin ikinci mərtəbəsində qanunsuz saxlanılan əşya, predmet aşkar edilməmişdir. Sonra evin orta tərəfində yerləşən yardımçı tikilinin altında 01 ədəd elektron tərəzi aşkar edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd sintetik kisədə qablaşdırılmışdır. Üzərini iştirakçılarla birlikdə imzaladıqları zaman Təqsirləndirilən şəxs1 elektron tərəzinin qərəzli götürüldüyünü bildirərək imza etməmişdir. Digər iştirakçılar imzaladıqdan sonra DİN-in 185 saylı möhürü ilə möhürlənmişdir. Axtarış davam edərkən yardımçı tikilinin baş tərəfində olan otaqdan 24 ədəd taxta yeşiyin içərisində olan sellofan çalalara palma toxumu əkdiyini, həmin qutuları da palma toxumu əkmək üçün saxladığını bildirmişdir. Həyətyanı sahədə axtarış davam edərkən həyətyanı sahədə daş anbarın üzərindən bir ədəd sintetik kisənin içərisindəki 01 ədəd sellofan torbada spesifik iyə malik narkotik vasitə - qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Həmin bitki kütləsi sellofan torba ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 14,25 qram olmuşdur. Daha sonra həmin sellofan torba 01 ədəd ağ rəngdə zərfdə qablaşdırılmışdır. Zərfin üzərini də imzalarla təsdiq etmişlər. Daha sonra evin həyətyanı sahəsində olan yardımçı tikilinin baş tərəfindəki otaqda Təqsirləndirilən şəxs1 palma əkmək üçün nəzərdə tutduğunu bildirdiyi 24 ədəd taxta qutularda olan sellofan çalalar 08 ədəd taxta qutularda cəmləşdirilib götürülmüşdür. Bundan sonra fərdi yaşayış evinin arxa tərəfinə və dam hissəsində axtarış aparılmışdır. Axtarış zamanı başqa hər hansı qanunsuz saxlanılan əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra axtarış aparılması ilə bağlı protokol tərtib edilmişdir. Protokola əlavə, düzəliş və vəsatətlər olmadığından protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Axtarış “Sony” markalı videokamera ilə qeydə alınmışdır. Videogörüntülər DVD disklərə köçürülərək protokola əlavə edilmişdir. (cild 01, iş vər. 84-92) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinin 16 iyun 2020-ci il tarixli 17/374 nömrəli ekspert rəyinin “tədqiqatın nəticəsi” hissəsində göstərilmişdir: Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş ...narkotik vasitə...” sözləri yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki 02 (iki) ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 1005,00 qram və 29,72 qram, ümumi təmiz çəkisi - 1034,72 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsindən daş anbarın üzərində olan sintetik kisənin içərisində kütlə...” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 14,19 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sintetik kisədəki 02 (iki) ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 1005,00 qram və 29,72 qram olan qurudulmuş marixuanalar ilə 02 (iki) ədəd sintetik kisədə və 02 (iki) ədəd kağız paketdə olan çətənə bitkiləri, qurudulmuş marixuana və qurudulmamış marixuana ilə tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi - 14,19 qram olan qurudulmuş marixuana tərkibinə görə digər obyektlərdən fərqlidir. Tədqiqata təqdim olunmuş 88 (səksən səkkiz) ədəd çətənə bitkisinin şitilləri inkişafının ilkin fazasında olduğu üçün onların təqdim olunmuş çətənə bitkiləri, qurudulmuş və qurudulmamış marixuanalar ilə müqayisəli tədqiqini aparmaq mümkün olmadı. (cild 01, iş vər. 112-116) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Balakən rayon X9 Hüquqi Şəxsin 14.07.2020-ci il tarixli 229 nömrəli məktubundan görünür ki, Balakən rayonunun Yeni-Şərif kənd sakini 1977 təvəllüdlü Təqsirləndirilən şəxs2 MRX-nin poliklinika şöbəsində Narkoloji və psixiatriya kabinetlərində qeydiyyatda yoxdur. (cild 02, iş vər. 19) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Balakən rayon X9 Hüquqi Şəxsin 14.07.2020-ci il tarixli 234 nömrəli məktubundan görünür ki, Balakən rayonunun Mahamalar kənd sakini 1969 təvəllüdlü Təqsirləndirilən şəxs1 MRX-nin poliklinika şöbəsində psixiatriya və narkoloji kabinetində qeydiyyatda yoxdur. (cild 02, iş vər. 20) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 12 avqust 2020-ci il tarixli 682 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 41) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 12 avqust 2020-ci il tarixli 681 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vər. 42) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Üzləşdirmə haqqında” 09 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərdikləri xüsusatları üzləşdirmə zamanı da bir-birlərinin üzlərinə qarşı söyləmişlər. (cild 02, iş vər. 199-200) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin 12 dekabr 2020-ci il tarixli 670 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. Törətdiyi cinayət əməli aşkar edildikdən sonra keçən müddət ərzində azadlıqdan məhrumetmə şəraitində saxlanılması ilə əlaqədar olaraq onun psixi vəziyyətində hər hansı bir dəyişiklik yaranmamışdır. O, hal-hazırkı ekspertiza zamanı da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs2 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini tam dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlqalı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli CMnin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya hərəkətlərini idarə etmək iqtidarındadır. (cild 02, iş vər. 204-205) Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin xüsusi ilə mühüm işlər üzrə müstəntiqi Qurban Səfərov tərəfindən qəbul olunmuş 16 may 2014-cü il tarixli qərarın surətindən görünür ki, 2014-cü ildə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılarkən həmçinin Təqsirləndirilən şəxs1 özünə məxsus həyətyanı sahədə çətənə bitkisi əkdirməsini, yetişdikdən sonra yığıb aparmasını, ona buna görə pul verəcəyini vəd versə də, pulu vermədiyini qeyd etməklə şikayət etmiş Təqsirləndirilən şəxs2 ərizəsi araşdırılmış, həmin epizod üzrə cinayət hadisəsi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət təqibinə həmin hissədə xitam verilmişdir. (cild 03, iş vər. 169-170) Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl hər iki təqsirləndirilən şəxs saxlanılması, polis şöbəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərilərinə, avtomobilə, ayrı-ayrılıqda evlərinə və həyətyanı sahələrinə baxış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməllərin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı CM-nin 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyasının iclasında Müdafiəçi4 ibtidai araşdırmanın ilkin mərhələsindən hüquqlarını müdafiə etdiyi şəxsin müdafiə hüquqlarının pozulduğunu, Təqsirləndirilən şəxs2 həyətyanı sahəsinə baxış keçirilən zaman sonuncunun müdafiəçi ilə təmin olunmadığını, baxış zamanı Təqsirləndirilən şəxs2 faktiki olaraq dindirilməsinin həyata keçirildiyini və onun əleyhinə sübutların toplanıldığını, törətmədiyi cinayət əməlini etiraf etməsinin təzyiq yolu ilə təkid edildiyini, daha sonra əsassız olaraq ona qarşı əlavə olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə də ittihamın irəli sürüldüyünü, onun 14.06.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1la görüşməməsini və Təqsirləndirilən şəxs1 heç bir narkotik vasitə verməməsini təsdiq edən şahidlərin (X4, X6, X2 və X3) ifadəsi olduğu halda, əsassız olaraq həmin ifadələrin həqiqəti əks etdirən sübut növü kimi qəbul edilmədiyini, ibtidai istintaq orqanı tərəfindən əlavə heç bir sübut olmadan yalnız cinayət işinin materiallarında olan müvafiq ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 avtomobilində və evində aşkar olunan narkotik vasitə ilə Təqsirləndirilən şəxs2 həyətyanı sahəsində aşkar olunan narkotik vasitələrin eyni tərkibli olması əsası ilə sonuncuya qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihamın irəli sürüldüyünü, Təqsirləndirilən şəxs2 heç bir narkotik vasitədən istifadə etmədiyi halda onun tamamilə əsassız olaraq qəbul edilmiş ekspert rəyinə əsasən narkomaniyadan əzab çəkməsini əks etdirən ekspert rəyinin əldə olunaraq cinayət işinə əlavə olunduğunu və bütün bunların aparılan ibtidai araşdırmanın prosessual pozuntularla sübutların əldə olunmasına şərait yaratdığını qeyd edərək Təqsirləndirilən şəxs2la yalnız tərkibində narkotik maddələr olan bitkilərin əkilibbecərilməsində Təqsirləndirilən şəxs1 birgə fəaliyyətini qəbul etmiş və Təqsirləndirilən şəxs2 CM-nin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi barədə ittiham hökmünün çıxarılmasını və barəsində yüngül cəzanın təyin edilməsini, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə isə ona bəraətin verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Müdafiəçi3 ibtidai araşdırmanın ilkin mərhələsindən hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 müdafiə hüquqlarının pozulduğunu, faktiki olaraq 14.06.2020-ci il tarixdə saxlanıldığı halda şübhəli şəxs kimi saxlanılmasının 15.06.2020-ci il tarixdə rəsmiləşdirildiyini, həmin müddətdə müdafiəçi ilə təmin edilmədiyini, onun avtomobilinə baxış keçirilməmişdən öncə sözügedən avtomobilin polisin nəzarəti altında olduğunu və bu halın qeyd edilən narkotik vasitənin həmin avtomobilə polis əməkdaşları tərəfindən qoyulması ehtimalını yüksək etdiyini, o cümlədən Təqsirləndirilən şəxs1 evində axtarış aparılan zaman cinayət prosessual qanunvericiliyin tələblərinin pozulduğunu, axtarış zamanı Təqsirləndirilən şəxs1 başqa ailə üzvlərinin, yəni evin digər sakinlərinin həmin axtarış zamanı cəlb edilmədiyini, həmçinin axtarış zamanı məhkəmənin qərarının alınmasının məcburi olduğu halda belə bir qərarın alınmadığını, müstəntiq tərəfindən qəbul olunan axtarış aparılması haqqında qərarın qanuniliyinin məhkəmə tərəfindən yoxlanılmadığını, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 qarşı qərəzli olduğunu, belə ki, əvvəllər də Təqsirləndirilən şəxs1 qarşı bu formada hüquq mühafizə orqanlarına şikayətlər etdiyini və hüquq mühafizə orqanları tərəfindən araşdırıldıqdan sonra həmin şikayətlərin əsassız olması təsdiq edildiyi üçün həmin hissədə cinayət təqibinin başlanmasının rədd edildiyini, Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında heç bir əlaqənin olmadığını, hətta aralarında hər hansı telefon danışıqlarının qeydə alınmadığını, habelə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində dindirilməsi zamanı tərtib olunan protokolda əks olunan vaxtla onun evində axtarış aparılması barədə tərtib olunan protokolda əksini tapan zaman və vaxt arasında ziddiyyətlərin olduğunu, zaman etibarı ilə bunun mümkün olmadığını, belə olan halda ibtidai araşdırma orqanı tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinin pozulduğunu bildirməklə Təqsirləndirilən şəxs1 əməllərində CM-nin 237.2.1 və 237.2.3-cü maddələrinin tərkib əlaməti olmadığından ona həmin maddələrlə bəraətin verilməsi, onun əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini xahiş etmişdir. Müdafiə tərəfinin məhkəmədə qeyd etdiyi hər bir xüsusatı cinayət işinin materiallarında mövcud olan sübutlarla qarşılıqlı şəkildə araşdıran məhkəmə kollegiyası həmin xüsusatlarla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Əvvəla ibtidai araşdırmanın ilkin mərhələsindən Təqsirləndirilən şəxs2 müdafiə hüququnun pozulması, onun həyətyanı sahəsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 faktiki olaraq dindirilməsinin həyata keçirilməsi, o cümlədən onun əleyhinə sübutların toplanılması və törətmədiyi cinayət əməlini etiraf etməsinin təzyiq yolu ilə təkid edilməsinə dair müdafiəçinin gətirdiyi dəlillərə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, bu göstərilənlər müdafiəçinin şəxsi mülahizələrindən ibarətdir. Belə ki, Təqsirləndirilən şəxs2 həyətyanı sahəsinə baxış keçirilərkən ona qarşı hər hansı təzyiq və təsirin olması cinayət işinin materiallarına əsasən müəyyən edilməmişdir. Baxış keçirilən ərəfədə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 şifahi qaydada sorğu-sual edilməsi isə şəxsdən müəyyən dəqiqləşmələrin aparılması və məlumatların əldə edilməsinə yönəlmişdir ki, bu hərəkət özü-özlüyündə dindirmə istintaq hərəkəti hesab edilə bilməz. Təqsirləndirilən şəxs2 həyətyanı sahəsinə baxış həyata keçirildikdən dərhal sonra onun qanunla müəyyən edilmiş qaydada polis şöbəsinə gətirilməsi, şübhəli şəxs qismində tutulması barədə müvafiq protokolun tərtib olunması, müdafiəçi ilə təmin edilməsi və daha sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində dindirilməsi isə onun ibtidai araşdırmanın ilkin dövründən müdafiə hüquqlarının təmin edilməsini əks etdirir. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai araşdırmanın ilkin mərhələsində müdafiəçi ilə (vəkil Hidayət Muradov) təmin edilmiş və müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən yaşadığı evin arxa hissəsində aşkar edilmiş təmiz çəkisi 1 kq 540 qram olan narkotik vasitə qurudulmamış marixuananı, həmçinin 181 ədəd narkotik tərkibli çətənə bitkisini qurutmaq məqsədi ilə yerə sərdiyini göstərmiş, polis əməkdaşları tərəfindən heç bir təsir və təzyiqə məruz qalmadığını bildirmişdir. Bundan sonra ibtidai istintaqın sonrakı mərhələsində ərizə yazaraq ibtidai araşdırmanın ilkin mərhələsində ona dövlət hesabına təyin edilən vəkildən imtina etmiş və özünün seçdiyi vəkilin (fərdi qaydada fəaliyyət göstərən vəkil Azər İsmayılov) dövlət hesabına müdafiəçi qismində ona təyin edilməsini xahiş etmiş və həmin müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində ifadə verərkən yaşadığı evin arxa hissəsində aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərini özünün həmin yerə sərdiyini göstərmiş, həmçinin polis əməkdaşları tərəfindən heç bir təsir və təzyiqə məruz qalmadığını bildirmişdir. (cild 01, iş vər. 71-72,100, 130-132) Bu hal isə özü-özlüyündə müdafiəçinin qeyd etdiklərinin əksinə Təqsirləndirilən şəxs2 ibtidai araşdırmanın ilkin mərhələsində hər hansı təsir və ya təzyiqə məruz qalmadığını və sərbəst şəkildə ifadə verdiyini təsdiq edir. Təqsirləndirilən şəxs2 14.06.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1la görüşməməsini və Təqsirləndirilən şəxs1 heç bir narkotik vasitə verməməsini təsdiq edən ibtidai istintaq zamanı dindirilən, lakin sonradan əsaslı sübut növü kimi qəbul edilməyən şahid ifadələrinə münasibətdə müdafiəçinin göstərdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən şahidlərdən X4 Təqsirləndirilən şəxs2 arvadı, X6 qohumu, X2 və X3 isə həmkəndlisi olmaqla təqsirləndirilən şəxslə yaxın münasibətləri olan şəxslərdir ki, bu hal özlüyündə həmin şəxslərin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 xeyrinə ifadə vermələrini anlaşılan edir. Məhkəmə kollegiyası həm bu halı əsas götürərək, həm də cinayət işinin materiallarında mövcud olan digər sübut növləri (müvafiq ekspert rəylərini və s.) ilə həmin şahidlərin göstərdiyi xüsusatların təkzib edildiyini əsas götürərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq qeyd edilən şəxslərin ifadələri əsaslı sübut növü kimi qəbul edilməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 özü digər Təqsirləndirilən şəxs1la olan münasibətini, qabaqcadan əlbir olmaqla narkotik tərkibli bitkiləri əkib-becərdiyini, həmin narkotik tərkibli bitkilərdən alınan narkotik vasitələrin gələcəkdə satışından əldə edilən puldan ona da veriləcəyini etiraf etmiş, bu halı mübahisələndirməmişdir ki, bu da özlüyündə onun əldə olunan narkotik vasitənin qanunsuz dövriyyəsinin (satışının) həyata keçirildiyindən xəbərdar olduğunu, həmin satışdan əldə edilən puldan gəlir götürəcəyini, dolayısı ilə də Təqsirləndirilən şəxs1la bu hissədə də əlbir olduğunu göstərir. Digər tərəfdən Təqsirləndirilən şəxs1 avtomobilindən və evindən aşkar olunan narkotik vasitələrin Təqsirləndirilən şəxs2 həyətyanı sahəsindən aşkar olunan narkotik vasitələrlə eyni tərkibli olması, o cümlədən sözügedən ekspert rəylərinin etibarlılığını şübhə altına alan heç bir halın olmaması da cinayət işinin materialları ilə öz təsdiqini tapmışdır ki, bütün bu hallar məhkəmə tərkibində Müdafiəçi4 məhkəmə kollegiyasının iclasında cinayət işi üzrə ibtidai araşdırmanın prosessual pozuntularla aparıldığını və sübutların yol verilən prosessual pozuntularla əldə olunmasına dair göstərdiyi xüsusatların əvvəlcədən seçilmiş müdafiə taktikası olduğu və heç bir obyektiv həqiqəti əks etdirmədiyi qənaətinə gəlməyə əsas verir. Odur ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraətin verilməsi qeyri-mümkündür. Müdafiəçinin bu hissədə qeyd etdikləri əsaslı sayılaraq təmin edilə bilməz. Təqsirləndirilən şəxs1 müdafiəçisinin məhkəmə iclasında müdafiə nitqi ilə çıxış edərkən göstərdiyi xüsusatlara gəldikdə isə əvvəla məhkəmə kollegiyası ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs1 müdafiə hüquqlarının pozulması, faktiki olaraq 14.06.2020-ci il tarixdə saxlanıldığı halda şübhəli şəxs kimi saxlanılmasının 15.06.2020-ci il tarixdə rəsmiləşdirilməsi, həmin müddətdə müdafiəçi ilə təmin edilməməsi, onun avtomobilinə baxış keçirilməmişdən öncə sözügedən avtomobilin polisin nəzarəti altında olması və bu halın qeyd edilən narkotik vasitənin həmin avtomobilə polis əməkdaşları tərəfindən qoyulması ehtimalını yüksək etdiyinə dair bildirdiyi xüsusatlara münasibətdə qeyd edir ki, müdafiəçi tərəfindən göstərilən bu xüsusatlar şəxsi mülahizədən irəli gələn qənaətdir ki, cinayət işinin materiallarında mövcud olan sübutlar qeyd edilənləri tamamilə təkzib edir. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2la əlbirliyinin mövcudluğu barədə məlumat məhz Təqsirləndirilən şəxs2 həyətyanı sahəsinə baxış keçirilərkən şifahi sorğusual edilməsi zamanı sonuncunun göstərdikləri nəticəsində əldə edilmiş və daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 saxlanılaraq 15.06.2020-ci il tarixdə polis şöbəsinə gətirilmiş, elə həmin tarixdə dövlət hesabına müdafiəçi ilə təmin edilməklə gecə saat 02 radələrində müdafiəçinin də iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra məhz müdafiəçinin də iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs1 həm üzərinə, həm də avtomobilinə baxış keçirilmiş, üzərindən qanunsuz heç bir əşya aşkar olunmasa da, avtomobilindən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Sözügedən baxış zamanı Təqsirləndirilən şəxs1 heç bir təsir və təzyiq altında qalmadan sərbəst şəkildə avtomobilə keçirilən baxışda iştirak etmiş, avtomobildə aşkar olunan narkotik vasitənin bura kənar şəxslər, o cümlədən polis əməkdaşları tərəfindən qoyulmasından şikayət etməmiş, əksinə normal şəkildə münasibət bildirərək həmin narkotik vasitəni avtomobilin yük yığılan yerinə (baqaj yerinə) Qaraçöllü oğlan tərəfindən (sonradan müəyyən olunmuşdur ki, bu şəxs Təqsirləndirilən şəxs2dur) qoyulduğunu bildirmişdir. Bundan sonra isə növbəti mərhələdə Təqsirləndirilən şəxs1, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığ evə onun yazılı icazəsi əsasında baxış keçirilmişdir. Müdafiəçinin Təqsirləndirilən şəxs1 evində axtarış aparılan zaman cinayət prosessual qanunvericiliyin tələblərinin pozulduğu, axtarış zamanı Təqsirləndirilən şəxs1 başqa ailə üzvlərinin, yəni evin digər sakinlərinin həmin axtarış zamanı cəlb edilmədiyi, həmçinin axtarış zamanı məhkəmənin qərarının alınmasının məcburi olduğu halda belə bir qərarın alınmaması, müstəntiq tərəfindən qəbul olunan axtarış aparılması haqqında qərarın qanuniliyinin məhkəmə tərəfindən yoxlanılmaması barədə qeyd etdiklərinə münasibətdə isə məhkəmə kollegiyası bildirməyi zəruri sayır ki, CPM-nin tələblərinə əsasən təqsirləndirilən şəxsin yaşadığı evdə axtarış aparılarkən təqsirləndirilən şəxslə bərabər həmin mənzildə yaşayan digər şəxslərin də axtarışın aparılmasında məcburi iştirakının təmin edilməsi zəruri hal deyildir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 özü yazılı ərizə ilə müraciət edərək yaşadığı evdə axtarış aparılmasına etiraz etmədiyini bildirmişdir ki, bu halda CPM-nin tələblərinə əsasən həmin axtarışın aparılması üçün məhkəmənin qərarının alınmasına, dolayısı ilə də məhkəmə nəzarəti qaydasında müstəntiqin həmin qərarının qanuniliyinin yoxlanılmasına zərurət yoxdur. Belə ki, CPM-nin 177.6-cı maddəsinə əsasən yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən bu Məcəllənin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin, yəni yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir. Bundan əlavə, müdafiəçinin Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində dindirilməsi zamanı tərtib olunan protokolda əks olunan vaxtla onun evində axtarış aparılması barədə tərtib olunan protokolda əksini tapan zaman və vaxt arasında ziddiyyətlərin olması, zaman etibarı ilə bu istintaq hərəkətlərinin aparılmasının mümkün olmaması, belə olan halda ibtidai araşdırma orqanı tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinin pozulması barədə göstərdiyi xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 təhqiqatçı Qiya Musayev tərəfindən 15.06.2020-ci il tarixdə saat 10:35-dən həmin tarixdə saat 11:00-dək şübhəli şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs1 yaşadığı evində isə 15.06.2020-ci il tarixdə saat 12:45-16:10 arası axtarış həyata keçirilmişdir. Belə olan halda müdafiəçinin hansı anlaşılmazlıqdan söhbət etdiyi, hansı vaxt və zaman müddətlərinin üst-üstə düşməsi ilə bağlı göstərdiyi xüsusatlar anlaşılan deyil. Belə olan halda ibtidai araşdırma orqanı tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinin pozulması ilə bağlı müdafiə tərəfinin gətirdiyi dəlillər əsassızdır. Bundan başqa Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 tanımadığını, onunla heç bir əlaqəsinin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı onun adını qərəzli olaraq çəkdiyini göstərmiş, onun hüquqlarını müdafiə edən vəkil Müdafiəçi3 isə həm Təqsirləndirilən şəxs1 qeyd etdiklərinə, həm də cinayət işinin materiallarında mövcud olan Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin xüsusi ilə mühüm işlər üzrə müstəntiqi Qurban Səfərov tərəfindən qəbul olunmuş 16 may 2014-cü il tarixli qərara istinad etməklə, habelə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında telefon əlaqəsinin olmamasını təsdiq edən ibtidai istintaq orqanının müvafiq qurumlardan götürdüyü telefon danışıqlarına dair məlumatlara əsaslanaraq Təqsirləndirilən şəxs1 qarşı əsassız olaraq CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə ittiham irəli sürüldüyü və ona görə də, həmin maddələrlə Təqsirləndirilən şəxs1 bəraət verilməsinə dair gətirdiyi dəlillərə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan 16 may 2014-cü il tarixli qərar özüözlüyündə Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 bir-birlərini tanıdığını təsdiq edir. Belə ki, həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 barəsində olan şikayət ərizəsi həmin istintaqın gedişində araşdırılmış və qəbul ediləndir ki, həmin araşdırma çərçivəsində hər iki şəxs qarşılıqlı şəkildə dindirilmiş, Təqsirləndirilən şəxs1 ondan kimin şikayət etdiyini bilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 tanımaması barədə göstərdikləri ağlabatan sayılmır. Eyni zamanda bu iki şəxsin arasında telefon danışıqlarının qeydə alınmaması, ibtidai istintaq orqanı tərəfindən belə bir halın müəyyən olunmaması, onların birmənalı şəkildə bir-birini tanımadığı qənaətinə gəlmək üçün əsas deyil. Ola bilər ki, həmin şəxslər başqa şəxsin adına qeydiyyatdan keçən telefon nömrəsi vasitəsi və ibtidai istintaqın müəyyən etmədiyi mobil telefon vasitəsi ilə əlaqə saxlamış, ola da bilər ki, ümumiyyətlə bir-birləri ilə telefon əlaqəsi saxlamamışlar. Təqsirləndirilən şəxs1 əvvəllər hüquq mühafizə orqanlarında çalışması məhkəmə heyətində onun belə bir halın mümkünlüyünü nəzərə alaraq hərəkət etməsi və hüquq mühafizə orqanlarının diqqətindən yayınmağın yollarını bilməsi barədə qənaətin formalaşmasına gətirib çıxarır. Beləliklə, müdafiə tərəfinin subyektiv fikirlərə söykənən qeydlərini əsas götürərək Təqsirləndirilən şəxs1 qarşı CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamın əsassız olması qənaətinə gəlmək, həmçinin sonuncunu yalnız CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmək qeyri-mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-cü il tarixli Qərarında qeyd olunur ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.6-cı maddəsində tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması kimi verilmişdir. CM-in 237.1-ci maddəsində də qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin xeyli miqdarda kultivasiya edilməsinə, yəni əkilməsinə, yetişdirilməsinə, onların (onların hissələrinin) toplanmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda kultivasiya edilməsinə görə isə CM-nin 237.2.1 və 237.2.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 4-cü bəndinə görə isə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının “qanunsuz əldə edilməsi” dedikdə narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qərarın 17-ci bəndində qeyd olunur ki, tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq Cinayət Məcəlləsinin 234.1 və ya 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Sözügedən qərarın 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri, özlərinin qismən etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməllər CM-nin 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən təqsirli şəxs tərəfindən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Şeyixov X8 rayonunun Yeni Şərif kəndində qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır, onun barəsində icra nümayəndəliyinə şikayət və müraciət daxil olmamışdır, müsbət xarakterizə olunur. (cild 3, iş vərəq 87-89) İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 20.09.2011-ci il təvəllüdlü X11, 21.10.2007ci il təvəllüdlü X12 və 17.02.2018-ci il təvəllüdlü X16 adlı övladları vardır. (cild 3, iş vərəq 90-92) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 2, iş vərəq 10-11) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs2 CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Balakən rayonunun Mahamalar kənd sakinidir, onun barəsində şifahi və yazılı müraciət Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olmamışdır. Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vətəndaş barəsində rəyi normal olmuşdur. (cild 2, iş vərəq 125-127) İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Balakən Rayon Məhkəməsinin 12.08.2014-cü il tarixli hökmünə əsasən CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 19.08.2015-ci il tarixli qərarı ilə 03 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, 31.10.2014-cü il tarixli Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə 12.08.2014-cü il tarixli hökm dəyişdirilmədən saxlanılmışdır. Hazırda məhkumluğu ödənilmişdir. (cild 2, iş vərəq 07-09, 21-25) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs1 CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını əsas götürərək, habelə törədilən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törədən şəxslərin şəxsiyyətlərini, habelə təyin olunacaq cəzanın şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ilə cəzanın məqsədinə nail oluna bilər. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər yalnız onlara təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı real olaraq çəkməklə islah oluna bilərlər. İş materiallarına əlavə edilmiş 15 iyun 2020-ci il tarixli “Cinayət işi başlananadək şəxsi tutma protokolu”dan görünür ki, 14.06.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs2 tutulması haqqında protokol 15 iyun 2020-ci ildə tərtib edilmişdir, lakin Təqsirləndirilən şəxs2 evinin həyətinə baxış zamanı saat 2005-də onun yaşadığı ünvandan narkotik vasitə hesab edilən çətənə bitkisinə oxşar bitki şitilləri və narkotik vasitə hesab edilən çətənə bitkisinə oxşar bitki kütləsi aşkar edildiyindən və bununla da Təqsirləndirilən şəxs2 cinayət törətməkdə şübhəli olması ilə əlaqədar faktiki olaraq həmin andan azadlığı və hüquqları məhdudlaşdırıldığından onun tutulması 14.06.2020-ci il tarixdə saat 2005-dən hesab edilmişdir. (cild 1, iş vərəq 24) İş materiallarına əlavə edilmiş 15 iyun 2020-ci il tarixli “Cinayət işi başlananadək şəxsi tutma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs1 15 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəq 41) İş materiallarına əlavə edilmiş “Təqsirləndirilən şəxs barəsində həbs növündə prosessual məcburiyyət tədbirinin seçilməsinə dair” Balakən Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli 4(019)-31/2020 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu 14 iyun 2020-ci il tarixdən saat 2005-dən hesablanmışdır. (cild 1, iş vərəq 160-164) İş materiallarına əlavə edilmiş “Təqsirləndirilən şəxs barəsində həbs növündə prosessual məcburiyyət tədbirinin seçilməsinə dair” Balakən Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli 4(019)-30/2020 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulduğu 15 iyun 2020-ci il tarixdən saat 02:00dan hesablanmışdır. (cild 1, iş vərəq 165-169) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 14 iyun 2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 15 iyun 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 12 avqust 2020-ci il tarixli 682 nömrəli rəyi) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə profilaktik qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olan və Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş 1391 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, təmiz çəkisi 1 kiloqram 529,95 qram olan narkotik vasitə olan qurudulmamış marixuana, bir ədəd sintetik kisədə olan sellofan çalalar (şitil yetişdirmək üçün), təmiz çəkisi 1 kiloqram 838,66 qram olan narkotik vasitə olan qurudulmuş marixuanalar, 08 ədəd taxta qutularda olan sellofan çalalar (şitil yetişdirmək üçün) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda axtarış aparılan zaman götürülmüş evin müşahidə kamerasının qurğusu sahibinə qaytarılmalı, 13 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda axtarış aparılan zaman həyətyanı torpaq sahəsindəki yardımçı tikilinin altından götürülmüş bir ədəd elektron tərəzi isə əvəzsiz olaraq dövlət nəfinə müsadirə olunmalıdır. İş üzrə 70,52 AZN (yetmiş manat, əlli iki qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 35,26 AZN (otuz beş manat, iyirmi altı qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Cinayət işi üzrə maddi zərər və mülki iddianın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə isə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplanılması yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 15 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə isə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplanılması yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 14 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və yaşadığı ərazi üzrə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş 1391 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, təmiz çəkisi 1 kiloqram 529,95 qram olan narkotik vasitə olan qurudulmamış marixuana, bir ədəd sintetik kisədə olan sellofan çalalar (şitil yetişdirmək üçün), təmiz çəkisi 1 kiloqram 838,66 qram olan narkotik vasitə olan qurudulmuş marixuanalar, 08 ədəd taxta qutularda olan sellofan çalalar (şitil yetişdirmək üçün) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda axtarış aparılan zaman götürülmüş evin müşahidə kamerasının qurğusu sahibinə qaytarılsın, 13 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd elektron tərəzi isə əvəzsiz olaraq dövlət nəfinə müsadirə olunsun. İş üzrə 70,52 manat (yetmiş manat, əlli iki qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 35,26 AZN (otuz beş manat, iyirmi altı qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-115/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-115/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver