Məhkəmə qərarları › İş №1(091)-115/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-115/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-115/2023 23.06.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx.xx.1973-cü ildə Şəki şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti ev 139, mənzil 19-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni 3,918 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 16 noyabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin, X2 və X13 Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şəki-İsmayıllı- Qaraməryəm yolu ilə Şəki şəhəri istiqamətində hərəkətdə olan zaman Şəki şəhəri, Zərifə Əliyeva küçəsinin kəsişməsində saxlanılaraq Şəki şəhəri, X11 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 1410 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz-qara rəngli jaketin sağ qolunun qatlanmış hissəsindən bir ədəd gümüşü rəngli kağız bükümün içərisindəki 07 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,251 qram, 0,497 qram, 0,464 qram, 0,536 qram, 0,539 qram, 0,402 qram və 0,229 qram olmaqla qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah və satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı həmin külli miqdarda, ümumi təmiz çəkisi 3,918 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 noyabr 2022-ci il tarixdə yaşadığı evdən çıxıb icra hakimiyyəti tərəfə gedərkən tanışı Şahid6 görüşərək sonuncudan narkotik vasitə satılan yer bilib-bilmədiyini soruşmuş, Natiq ona narkotik vasitə satan şəxsin Bakı şəhərində olduğunu demişdir. Natiqdən həmin şəxslə onu tanış etməsini xahiş etmiş, Natiq kənarda həmin şəxslə danışdıqdan sonra ona Bakı şəhərinə getməsini və ona gedəcəyi yeri deyəcəyini bildirmişdir. Axşam saatlarında Bakı şəhərinə çatmış, orada yemək yedikdən sonra zəng gəlmədiyini görüb dəmiryol vağzalına gedib gözləmə zalında yuxuya getmişdir. Səhər saatlarında Natiq ona zəng vuraraq Balaxanı qəsəbəsindəki çayxanaya getməsini, orada bir nəfər şəxsin onu qarşılayacağını, həmin şəxsə özü pul göndərdiyini və Natiq üçün ona narkotik vasitə verəcəyini bildirmiş, Natiqin dediyi yerə getdikdən sonra özünü Qəmlo kimi təqdim edən şəxslə görüşərək sonuncuya 30 manat pul verib özü üçün narkotik vasitə almışdır. Daha sonra Qəmlo ona əlavə olaraq Natiqə verməsi üçün büküm vermiş, həmin bükümləri götürüb avtovağzala, oradan isə tanımadığı taksi ilə birbaşa Şəki şəhərinə yola düşmüşdür. Yolda Natiq ona mesaj yazmış, həmçinin ona zəng vurmuşdur. Günorta saatlarında Şəki şəhərinə çatarkən polis əməkdaşları onun avtomaşınını saxlayıb avtomaşından düşürmüş, Şəki rayon Polis Şöbəsinə aparıb orada şübhəli şəxs qismində tutulduqdan sonra üzərində olan narkotik vasitə aşkar edilmişdir. Həmin narkotik vasitənin Natiqə məxsus olmasını bildirmiş, Natiqə narkotik vasitə satmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstəmişdir ki, 15 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Balaxanı qəsəbəsinə gedərək orada “Qəmlo” kimi tanıdığı şəxsdən 30 manata aldığı 6 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini yerdə olan siqaret qutusunun içərisindəki gümüşü rəngli kağıza büküb əynindəki jaketin sağ qolunun qatladığı hissəsində gizlətdikdən sonra Şəki qayıtmış, Şəki şəhərinin girişində olan Zərifə Əliyeva küçəsinə ayrılan yol ayrıcına çatanda yol polis əməkdaşı onun gəldiyi avtomaşının sürücüsünə saxla işarəsi vermişdir. Sürücüdə avtomobili kənara çəkib saxladıqdan sonra mülki geyimdə olan bir şəxs avtomobilə yaxınlaşıb oturduğu avtomobilin qapısını açıb özünü ona təqdim edib polis əməkdaşı olduğunu, onlara narkotik vasitə əldə edib üzərində daşıyaraq saxlaması barədə məlumat daxil olduğunu, ona görə də birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişdir. Şəki rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz-qara rəngli jaketin sağ qolunun qatladığı hissəsindən gizlətdiyi bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb stolun üstünə qoymuşdur. Sonra bir ədəd gümüşü rəngli bükümün içərisində olan narkotik vasitəni təqdim edəndə həyəcanlı olduğuna və üzərindəki narkotik vasitə çox olduğuna görə müstəntiqə həmin narkotik vasitə heroini Bakı şəhərində Balaxanı qəsəbəsində «Qəmlo» adlı tanışından bir bükümünü 30 manata özü istifadə etmək üçün aldığını, beş bükümünü isə «Qəmlo»nun Natiq adlı şəxsə göndərdiyini bildirmişdir. Həqiqətdə isə altı ədəd sellofan bükülüdəki narkotik vasitəni «Qəmlo» ləqəbli şəxsdən özü istifadə etmək üçün almış, həmin bükümləri açdıqda içərisində qəhvəyi rəngli maddənin olduğu müəyyən olunmuşdur. Bundan sonra üzərindən aşkar olunmuş yeddi ədəd sellofan bükümlərdə olan narkotik vasitə olan heroin qablaşdırıldıqdan sonra götürülmüş, heç vaxt narkotik vasitə satmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin X5 Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəki şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, satması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında CAB-nin əməliyyat müvəkkili Şahid2, DYPB YPX inspektorları Şahid3, Şahid4 ibarət yaradılmış əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs olduğu və Bakı şəhərindən Şəkiyə gələn Kia Ceed markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəki şəhəri Zərifə Əliyeva küçəsinin kəsişməsində YPX inspektoru Azər Quluyev tərəfindən saxlanıldıqdan sonra avtomobildə olan Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə rayon Polis Şöbəsinə gələrək orada şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz-qara rəngli jaketin sağ qolunun qatlanan hissəsindən bir ədəd gümüşü rəngli kağız bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs gümüşü rəngli bükümün içərisində olan narkotik vasitə heroini Bakı şəhərində Balaxanı qəsəbəsində «Qəmlo» adlı tanışından bir bükümünü 30 manata özü istifadə etmək üçün aldığını, sonradan özünə aldığı narkotik vasitənin üstündən götürüb bir qədər istifadə etdiyini qalan hissəsini isə sellofan bükülüyə qoyub saxladığını bildirmişdir. Gümüşü rəngli kağız bükümü açdıqda içərisində yaşl rəngli sellofan büküm aşkar olunmuş, gümüşü kağız bükümün içərisində olan digər şəffaf selofan büküm açıldıqda isə içərisində 5 ədəd yaşıl rəngli sellofan bükümlər aşkar olunmuşdur. Azad həmin beş ədəd bükümlərin də içərisində narkotik vasitə olduğunu və həmin narkotik vasitəni «Qəmlo»nun Şəki şəhər sakini Natiq adlı şəxsə göndərdiyini bildirmişdir. Bükülülər qablaşdırıldıqdan sonra götürülmüş, Təqsirləndirilən şəxs qarşı təsir və təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2, DYPB YPX inspektorları Şahid3 və X1 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs mobil telefonla ona zəng vuraraq 60 manata 1 qram heroin olduğunu və əgər istəyirsə ona 1 qram heroin alıb gətirə biləcəyini dedikdən sonra sonuncunun bu təklifi ilə razılaşaraq malı götürəndə pulunu nəğd verəcəyini demişdir. 16 noyabr 2022-ci il tarixdə isə Azadın şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib üzərində saxladığına görə polis əməkdaşları tərəfindən tutulduğunu eşitmiş, həmin gün polis şöbəsinə gedib bur barədə izahat verdikdən sonra yaşadığı evə qayıtmışdır. «Qəmlo» ləqəbli şəxsi tanımamış, Azaddan həmin şəxsdən ona narkotik vasitə olan heroin almasını istəməmişdir. Azada yazdığı SMS mesajdakı 250 manat pulu götürüb xəstəxanada müalicə olmaq üçün getməli olduğunu nəzərdə tutmuş, həmin pulu narkotik vasitə almaq üçün nəzərdə tutmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 16 noyabr 2022-ci il tarixdə saat 09 radələrində Bakı şəhərində avtovağzalda olan zaman üç sərnişin ayrı-ayrı vaxtlarda ona müraciət edib Şəki şəhərinə getmək istədiklərini bildirmiş, sonradan adının Azad olduğunu bildiyi şəxs arxa sol oturacaqda əyləşərək Şəki şəhərinə yola düşmüşdür. Saat 13 radələrində Şəki şəhəri Z.Əliyeva küçəsinə ayrılan yol ayrıcına çatanda yol polis əməkdaşı ona saxla işarəsi verdikdən sonra avtomaşını saxlamış, mülki geyimdə olan bir polis əməkdaşı avtomobilinə yaxınlaşaraq arxa qapını açdıqdan sonra Azada narkotik vasitə əldə etməkdə şübhəli olduğunu bildirərək avtomobildən düşməsini və polis şöbəsinə getməli olduğunu bildirmişdir. Azad da avtomobildən düşəndən sonra polis əməkdaşlarının avtomobilinə minib getmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 17 noyabr 2022-ci il tarixli 17/846 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəyə bənzər kütlələr» sözləri və imzalar olan zərfin içərisindəki 07 (yeddi) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 1.251 qr , 0.497 qr , 0.464 qr, 0.536 qr, 0.539 qr, 0,402 qr və 0.229 qr umumi təmiz çəkiləri -3,918 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim edilmiş 07 (yeddi) ədəd sellofan bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin 28 noyabr 2005-ci il Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir. (İ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli, 65 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının 14 dekabr 2022-ci il tarixli, 761 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakteroloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və içtimai təhlükəlliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təlükəliliyini dərk edib hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsi axtarış keçirilməsi haqqında 16 noyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videogörüntünün olduğu CD-diskdən görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış zamanı onun əynində olan boz-qara rəngli jaketin sağ qolunun altında gizlətdiyi bir ədəd gümüşü rəngli kağız büküm, həmin bükümlünün içərisində narkotik vasitə olan heroinə bənzər kütəinin olduğu yaşıl rəngli sellofan bükülü, digər gümüşü rəngli kağız bükümün içərisində şəffaf rəngli sellofan bükülü, həmin şəffaf rəngli sellofan bükülü açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütəinin olduğu beş ədəd yaşıl rəngli sellofan bükülü və bir ədəd gümüşü rəngli kağız bükülü açıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlənin olduğu şəffaf rəngli sellofan bükülü aşkar edilib götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş 16 noyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1350-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Şəki rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Şəki rayon Psixiatriya xəstəxanasından daxil olmuş xx.xx.2022-ci il tarixli, 1259 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X6 Mərkəzinin 17 noyabr 2022-ci il tarixli testinin cavabından görünür ki, Təqsirləndirilən şəxs müayinəsinin nəticəsi pozitivdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi üzrə Nümayəndiliyinin “Ağvanlar” məhəllə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 47 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Şəki şəhəri M.Kərimov küçəsi 1-də yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin bir hissəsinin ona məxsus olmaması və həmin narkotik vasitəni Şahid6 özünün satan şəxsə birbaşa pulunu ödəməklə sifarişi əsasında sonuncuya gətirməsinə dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qəbul edilməlidir. Belə ki, məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində aşkar olunan narkotik vasitənin bir hissəsinin Natiq adlı şəxsə məxsus olduğunu göstərsə də sonradan həmin narkotik vasitəni özü üşün aldığını bildirmiş, Şahid6 da özünə narkotik vasitə alınması üçün pulu Təqsirləndirilən şəxs verdiyini və narkotik vasitəni sonuncudan aldığını bildirmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı Şahid6 polis əməkdaşları ilə hansısa əlaqəsi və onun polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə satmağa təhrik etməsi müəyyən edilməmişdir. Yuxarıda sadalanan səbəblərə görə məhkəmə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxs Azad Təqsirləndirilən şəxslıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 16 noyabr 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 16 noyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 3,918 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar