Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-116/2020 15.09.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi – Şahid1, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi - Şahid4, Müəllim (mütəxəssis) – X3, xx xxxxxx 2005-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Mürsəl kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 15:00 radələrində Ağdaş rayonunun Mürsəl kəndində əmisi Şahid1 yaşadığı evin həyətində ona aşkar surətdə 14 yaşına çatmadığı məlum olan, xx.xx.2016-cı il təvəllüdlü Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək öz gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs anus dəliyinə zor tətbiq edərək daxil etməklə onunla qeyri təbii yolla cinsi əlaqədə olmuş və bununla da, Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü CM-nin 150.3.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etsə də, ifadə veməkdən imtina etdiyinə görə onun məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 15 radələrində əmisi Rəşadın avtomobilini yumaq üçün onun evinə getmişdir. Avtomobili yuyan zaman əmisi qızı Dəniz də həyətdə oynamışdır. Bir müddət sonra əmisi qızı Dənizin təndirin yanında şalvarını aşağı salıb yüngül ayaq yoluna getdiyini görmüşdür. Həmin vaxt ətrafda heç kəs olmamış, Dənizi belə vəziyyətdə gördükdən sonra özündən asılı olmayan səbəbdən onun yanına gedərək öz şalvarını aşağı salıb Dənizin arxa nahiyəsinə bir dəfə öz cinsiyyət orqanını salmışdır. Daha sonra Dəniz ağladığından onu aparıb anasına təhvil vermiş və Dənizin şalvarını islatdığını, ona görə də ağladığını bildirərək evlərinə getmişdir. Məhkəmə istintaqı zamanı müəllim (mütəxəssis) və qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, həqiqətən də, əmisi oğlu Orxan evlərinin həyətində olan təndirin yanında şalvarını aşağı çəkərək öz cinsiyyət orqanını onun arxa nahiyəsinə yeritmiş, həmin vaxt çox incitdiyi üçün ağlamış, sonra anasına bu barədə bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək xx.xx.2020-ci il tarixdə saat təxminən 16 radələrində qızı Dənizin evə gəldiyini və ağladığını, anasının ondan ağlamasının səbəbini soruşduqda isə əmisi oğlu X1 xx.xx.2020-ci il tarixdə evin həyətində olan təndirin yanında şalvarını aşağı çəkərək öz cinsiyyət orqanını onun arxa dəliyinə saldığını dediyini, anasının Dənizin şalvarını aşağı çəkib baxan zaman, həqiqətən də, onun arxa dəliyində qan izləri olmasını gördüklərini, sonra isə anasının dənizin qan olan paltarlarını yuduğunu, lakin Dənizin qız uşağı olduğundan onun gələcəkdə taleyi korlanmasın deyə bu barədə heç kəsə heç nə demədiklərini, heç qardaşı Qəfərə də bu barədə heç nə demədiklərini, daha sonra Dənizin qızdırması olduğu üçün xx.xx.2020-ci il tarixdə poliklinikaya müraciət etdiklərini, poliklinikada Vüsalə həkimin uşağa iynə-dərman və sistem yazdığını, lakin uşağın qızdırmasının düşmədiyini, xx.xx.2020-ci il tarixdə yenidən Vüsalə həkimin yanına gəldiklərini, Vüsalə həkimin uşağın bağırsağında problem olmasını dediyini, uşağın qlizma olmalı olduğunu bildirdikdə məcbur olub Vüsalə həkimə Dənizin arxa keçəcək nahiyəsindən əmisi oğlunun cinsi əlaqədə olduğunu dediyini, Vüsalə həkimin də sonra özü onları Ağdaş Rayon Mərkəzi Xəstəxanasına apardığını və sonradan polis orqanlarına bu barədə məlumat verildiyini göstərdi. Əlavə edərək bildirdi ki, hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə eyni məzmunlu ifadə verməklə onların göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Şahid1 təqsirləndirilən şəxsin onun oğlu olması ilə bağlı ifadə veməkdən imtina etdiyinə görə onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Şahid4 xx.xx.2020-ci il tarixdə Rəşadın Orxana gəlib onun avtomobilini yumasını dediyini, Orxanın ona görə Rəşadın evinə getdiyini, daha sonra evə gələndə Orxanın evdə olmadığını gördüyünü, harada olmasını soruşduqda evdən nənəsinin yanına getdiyini bildirdiklərini, xx.xx.2020-ci il tarixdə polis əməkdaşlarının Orxanı axtardıqlarını, bunun səbəbini öyrəndikdə isə Orxanın əmisi Rəşadın evinin həyətində onun avtomobilini yuyan zaman Rəşadın qızı Dənizə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 məhkəməyədək icraat dövründəki ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Şahid3 Ağdaş şəhərində uşaq poliklinikasında uşaq həkimi, yəni pediatr vəzifəsində işlədiyini, xx.xx.2020-ci il tarixdə saat təxminən 16:45 radələrində Ağdaş rayonunun Mürsəl kənd sakini Zərərçəkmiş şəxs valideynlərinin onun yanına gətirdiklərini, Dənizin qızdırmasının olduğunu, Dənizə baxdığını və ona müalicə yazdığını, həmin gün axşam onların yenidən müraciət etdiklərini, yenə smes etdiyini, xx.xx.2020-ci il tarixdə saat 09 radələrində onların yenidən poliklinikaya gəldiklərini, Dənizin qızdırmasının düşmədiyini, Dənizin anasının uşağın bayıra çıxmadığını dediyini, ona uşağı cərraha göndərəcəyini dediyini, bu zaman Dənizin anasının ona xx.xx.2020-ci il tarixdə yaşadığı evin arxasında qaynı oğlu Orxanın onun azyaşlı qızı Dənizə arxadan təcavüz etdiyini bildirdiyini, bundan sonra rayon mərkəzi xəstəxanasının baş həkiminə müraciət etdiyini və uşağı xəstəxanaya apardıqlarını, xəstəxanadan isə polisə məlumat verildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan “Raport”dan görünür ki, xx.xx.2020-ci il tarixdə Ağdaş Rayon Polis Şöbəsinə Ağdaş Rayon Mərkəzi Xəstəxanasından Ağdaş Rayon Mürsəl kəndində qeydiyyatda olan 2016-cı il təvəllüdlü Zərərçəkmiş şəxs xarici cinsiyyət üzvünün xəsarət almayan təcavüzü diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olmuşdur. (cild 01, iş vər. 05) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Hadisə yerinə baxış protokolu”ndan görünür ki, hadisə yeri Ağdaş rayonu Mürsəl kəndində yerləşən Şahid1 məxsus fərdi yaşayış evinin həyətidir. Hadisə yerinə aid fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 9-11) Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, Şahid1 Ağdaş RPŞ-yə müraciət edərək qardaşı oğlu Təqsirləndirilən şəxs onun azyaşlı qızı Zərərçəkmiş şəxs ilə arxa keçəcək nahiyəsindən cinsi əlaqədə olması ilə bağlı Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. (cild 01, iş vər. 21) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 152 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdur. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində aşkar olunan çatların törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, erreksiya olunmuş (bərkimiş) kişi xarici cinsiyyət üzvünün arxa keçəcək dəliyinə yeridilməsi zamanı əmələ gəlməyə uyğun gəlir. Zərərçəkmiş şəxs bədənində yuxarıda qeyd olunan çatlardan başqa hər hansı bir xəsarət və xəsarət izi aşkar olunmadı. (cild 01, iş vər. 45-46) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 153 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə cinsi əlaqəyə mane olan hər hansı bir yara, xora, çapıq və s. aşkar olunmadı. Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmadı. (cild 01, iş vər. 47-48) Cinayət işinin materiallarında olan məhkəmə psixoloji və psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixioloji, fiziki-intellektual və əqli inkişaf səviyyəsi yaşına uyğundur. (cild 01, iş vər. 125-126) Cinayət işinin materiallarında olan məhkəmə-psixioloji ekspertizasının xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı ona qarşı edilmiş əməlin faktiki xarakterini, ictimai-təhlükəliliyini dərk etməmişdir. Bununla yanaşı baş vermiş qanunazidd əməli “pis iş” deyə xarakterizə edir. Zərərçəkmiş şəxs psixioloji, fizikiintellektual və əqli inkişaf səviyyəsi yaşına uyğundur. (cild 01, iş vər. 137-139) Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 150.3.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edilərkən yuxarıda qeyd edilənlərlə yanaşı CM-nin 86.1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Qeyd edilən maddənin tələblərinə əsasən yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı, həmin şəxsin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlüdür, ailəsi ilə birlikdə Ağdaş rayonu, Mürsəl kəndində qeydiyyatdadır və yaşayır. Təhsil aldığı məktəb üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 93,103) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, əməliyyatstatistik kartotekada Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. (cild 01, iş vər. 96) Cinayət işinin materiallarına əlavə olunan arayışdan görünür ki, azyaşlı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını CM-nin 59.1.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı, həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərəalaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi əməl üzrə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxsə təyin olunan cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 85.5-ci maddələrinə əsasən yetkinlik yaşına çatmayanlara azadlıqdan məhrumetmə cəzası on ildən çox olmayan müddətə təyin edilir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarında göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, qanunvericilikdə (CM-nin 85.1-ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün (cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur. Ona görə də, yetkinlik yaşına çatmayanlara CMnin 85-ci maddəsinə uyğun olaraq CM-nin Xüsusi Hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edilərkən CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsə cinayət qanunvericiliyinin yuxarda göstərilən tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş, sonra barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri seçilmiş, daha sonra isə Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2020-ci il tarixdən barəsində həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 38, 88, 99-101) Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 85.5.1-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin olunan cəzadan çıxılmalı, cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə məhkəmə xərcinin, mülki iddianın və maddi sübutun olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla çıxılsın və Təqsirləndirilən şəxs üzərində 07 (yeddi) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X8 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-116/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-116/2020
15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver