Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-116/2022 13.07.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihaminin müdafiəsi üzrə idarəsinin, Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X6, zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs və Şahid1, xx.xx.1999-cu ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 72, mənzil 34-də qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Mingəçevir şəhəri «Gəncə şossesi»nin kənarında yerləşən «FOKS» adlı kafedə tanışları Şahid2 və Şahid3 ilə birlikdə pivə içərkən, Şahid2 istəyi ilə kafedə musiqiçilərə yaxınlaşıb həmin kafedə işləyən və Zərərçəkmiş şəxs ilə Şahid1 əyləşdiyi masa arxasında əyləşən və Zərərçəkmiş şəxsla münasibətdə olduğunu anladığı «Günay» ləğəbi ilə tanınan Şahid6 şərəfinə «Günayım» adlı mahnını sifariş edərək, masada əyləşən Zərərçəkmiş şəxs buna aqressiv reaksiya verə biləcəyini ehtimal etdiyi halda onu qıcıqlandırmış və bununla da Zərərçəkmiş şəxs yanında əyləşən Şahid6 faktiki olaraq özünü nümayiş etdirdikdən sonra, qısa fasilə ilə eyni mahnını təkrarən sifariş verərək Zərərçəkmiş şəxs və Şahid1 əyləşdikləri masanın yaxınlığından keçərkən həmin vaxt kafedən çölə çıxıb yenidən kafeyə qayıdan Zərərçəkmiş şəxs qarşısına çatdıqda çiyni ilə ona zərbə vurmuş, nəticədə onun təşəbbüsü ilə Zərərçəkmiş şəxs ilə kafenin ümumi zalında digər müştərilərin əyləşdikləri hissədə başladığı söz mübahisəsinə Şahid2 və Şahid3 də qoşulduqdan sonra, aralarında yaranmış əlbəyaxa dava-dalaş zamanı Zərərçəkmiş şəxs əvvəlcə onu, sonradan isə Şahid3 itələyərək, habelə Şahid2la söz mübahisəsi edərkən, getdikcə qızışan mübahisənin gedişatında o, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verərək, kafedə ümumi zalda əyləşmiş müştərilər və kafenin işçiləri Şahid6, X4, Şahid4 və şəxsiyyətləri istintaqa məlum olmayan qeyri-müəyyən sayda olan digər şəxslərə münasibətdə laqeydlik və etinasızlıq nümayiş etdirib, özünü onların fövqündə qoymaqla, etik davranış qaydalarını, habelə ətrafda olan şəxslərin dincliyini pozaraq əvvəlcədən üzərində gəzdirdiyi bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı, soyuq silah hesab olunmayan turist bıçağını çıxarıb, ondan silah qismində istifadə etməklə ilkin olaraq Zərərçəkmiş şəxs üzərinə hücum çəkib həmin bıçaqla bir dəfə onun döş qəfəsindən vurmaqla ona döş qəfəsinin daxilinə dəlib keçən yara nəticəsində inkişaf edən hematoraks kəsici-deşici əşyanın təsirindən əmələ gəlməyə xarakterik və insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmiş, həmin vaxt onun tərəfindən ictimai qaydanın pozulmasının qarşısını alaraq, onu Zərərçəkmiş şəxs ayırmaq istəyən Şahid1 da üzərində hücum çəkib, ona müqavimət göstərib ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərini davam etdirib silah qismində istifadə edərək əlində saxladığı həmin bıçaqla Şahid1 da döş qəfəs nayihəsindən bir zərbə endirib ona döş qəfəsinin daxilinə dəlib keçməyən kəsilmiş-deşilmiş yara ilə müşayiət olunan, sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olduğu üçün sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmiş və qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.2.4 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə tanışları Hüseyn və Ruslan ilə birlikdə olduqları Mingəçevir şəhərində yerləşən kafedə yeyib-içən zaman mahnı sifariş verib oturduqları masaya geri qayıdan zaman Ömər ilə çiyin-çiyinə dəymiş, buna görə də sonuncu ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı bıçağı çaxardaraq Öməri bıçaqla vurmuş, həmin vaxt Ömərə köməyə gələn Firqət bıçağı onun əlindən almağa cəhd etmişdir. Buna imkan vermədiyinə görə həmin vaxt Firqəti də vurub xəsarət yetirmişdir. Hər iki zərərçəmiş şəxsi özünü müdafiə edən zaman vurub xəsarət yetirmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində dostu Hüseyn və sonuncunun yeznəsi Ruslan ilə birlikdə Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən “Foks” adlanan çay evinə getmiş, kafeyə gedərkən bir litr çaxır və şokolad alıb aparmışlar. Orada olarkən 3 ədəd pivə və tum sifariş vermiş, kafenin ümumi zalında onlarla yanaşı başqa masalarda tanımadığı müştərilər, sonradan onunla mübahisə edən şəxslər, habelə kafenin ofisiant qadın işçiləri və musiqiçilər olmuşlar. Dostları ilə əyləşdiyi masadan bir masa aralıda əvvəllər tanımadığı 7-8 nəfər şəxs olmuş, kafenin Günay adlı işçisi də həmin şəxslərin masasında əyləşmişdir. Saat 20 radələrində kafedə olarkən Ruslan “Günayım” adlı mahnı sifariş verməsini ondan xahiş etmiş, o da sifariş vermək üçün musiqiçilərin yanına gedəndə Ruslan da eyni zamanda masadan durub kafedən çölə çıxmışdır. Zalın baş tərəfində əyləşmiş musiqiçilərə yaxınlaşıb sifariş verərkən, Hüseyn onun sifariş üçün durub musiqiçilərin yanına getməsindən təxminən 5 dəqiqə əvvəl kafedən çölə çıxmışdır. Musiqiçilərə “Günayım” adlı mahnını sifariş verib əyləşdiyi masaya doğru qayıdarkən, əvvəllər tanımadığı sonradan adının Ömər olduğunu bildiyi şəxs çiyin ilə onun çiynindən vurmuş, lakin buna baxmayaraq dönüb Ömərdən üzr istəyərək növbəti dəfə çiyin vuracağı halda isə üzr istəməyəcəyi barədə xəbərdarlıq etmişdir. Ömər isə ona kobud şəkildə cavab qaytararaq “Nə deyirsən?” deyib sinəsindən itələmişdir. Qısa müddət sonra Ömərin tanışları onun ətrafına toplaşdıqda, Ömər yumruqla gicgah nayihəsindən vurmuşdur. Ətrafa toplaşan təxminən 7-8 nəfər şəxslərin əksəriyyəti onunla sözlə mübahisə etmiş, lakin Ömər onu yumruqla vurduqdan sonra o, həmin şəxslərin də onu döyəcəyini güman edərək özünü qorumaq məqsədi ilə üzərində gəzdirdiyi cib bıçağını çıxardıb açaraq Öməri bıçaqla bir dəfə vurmuşdur. Bundan sonra bıçaq xəsarəti yetirdiyi şəxs ondan uzaqlaşmış, bundan sonra adının sonradan Firqət olduğunu bildiyi şəxs ona yaxınlaşaraq onu vurduqdan sonra qollarından tutub bıçağı əlindən almaq istəmişdir. Bu zaman hər ikisi yerə yıxılmış, bıçaq olan əlini boşa çıxardıb, bir dəfə bıçaqla Firqəti çiyin nayihəsindən vurmuşdur. Firqət bıçaq zərbəsindən sonra da ondan aralaşmayaraq yenə də bıçağı onun əlindən almağa çalışmış, həmin vaxt dostu Ruslan zala daxil olaraq onlara yaxınlaşan Ruslana “söz verirəm ki, bunu vurmayacam, denən məni buraxsın” demişdir. Onun bu sözündən sonra Firqət ayağa qalxmış, bundan sonra aralarında əlavə başqa dava olmamışdır. Sonra kafedən çıxaraq Ruslandan onu oradan aparmasını xahiş edərək növbəti gün tezdən təslim olacağını bildirmişdir. Bundan sonra Ruslan onu Yevlax rayonu, Xaldan kəndində yerləşən atası evinə aparmış, evə getdikdə orada heç kim olmamışdır. Ruslanla birlikdə bir gecə orada qaldıqdan sonra səhəri gün polis əməkdaşları gəlib onları polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt bıçağı da polis əməkdaşlarına təqdim etmişdir. Zərərçəkmiş şəxslərlə barışmış, törətdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 04 dekabr 2021-ci il tarixdə saat 17 radələrində qohumu və həmkəndlisi Şahid1 ilə birlikdə Mingəçevir şəhəri, Gəncə şossesinin sol kənarında yerləşən əvvəllər “Ay İşığı” adı ilə fəaliyyət göstərən hazırda isə “FOKS” çay evi kimi fəaliyyət göstərən kafeyə getmiş, kafedə olarkən Firqətlə birlikdə pivə sifariş edərək kafenin ümumi zalında əyləşmişlər. Saat 20 radələrində kafedən çölə çıxıb geri qayıdarkən kafenin ümumi zalında əvvəldən üzdən tanıdığı, adını sonradan bildiyi Novruz adlı şəxs ona çiyin zərbəsi atmışdır. Novruza yaşına görə kiçik olmasını və yanından ehtiyatla keçməsini tövsiyyə etdikdən sonra çıxıb getməsini tələb etmişdir. Həmin vaxt Novruz sərxoş vəziyyətdə olduğundan aralarında söz mübahisəsi yaranmış, həmin vaxt Novruzla birlikdə kafedə olan Ruslan və Hüseyn də Novruzun yanına gələrək hər üçü onunla mübahisə etməyə başlamışlar. Mübahisə zamanı Novruzu sinəsindən vurub itələmiş və hamısından çıxıb getmələrini tələb etmişdir. Həmin vaxt Novruz yerə yıxılmış, sonuncunun arxasınca Hüseyn də üzərinə gəldikdə Hüseyni də itələyərək ondan uzaq durmasını tələb etmişdir. Bunu görən Ruslan onun önünə keçmiş, Ruslanla söhbət edərkən arxa tərəfində qalan Novruz cib bıçağı ilə gözləmədən sağ kürək nayihəsindən bir dəfə zərbə ilə vurmuşdur. Həmin vaxt Firqət özünü çatdırıb, Novruzun ikinci dəfə onu bıçaqla vurmasına mane olduqda Novruz bıçaqla Firqətin də sol döş qəfəsindən bir dəfə zərbə ilə vurmuşdur. Bundan sonra Firqət Novruzun qollarından tutmuş, Ruslan isə onlara yaxınlaşıb hər ikisini sakitləşdirmişdir. Novruz oradan getdikdən sonra Firqətlə birlikdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına getmişlər. Təqsirləndirilən şəxs ilə aralarında ilkin mübahisə Novruzun ona çiyin atmasından sonra baş vermiş, Firqətlə onun əyləşdiyi masada Günay adlı kafenin qadın işçisi əyləşsə də, Novruzun “Günayım” mahnısı sifariş etməsinə fikir verməmiş və bu onu qıcıqlandırmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncudan heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 04 dekabr 2021-ci il tarixdə saat 17 radələrində qohumu və həmkəndlisi Zərərçəkmiş şəxsla birlikdə Mingəçevir şəhər Gəncə şossesinin sol kənarında yerləşən əvvəllər “Ay İşığı” adı ilə fəaliyyət göstərən hazırda isə “FOKS” çay evi kimi fəaliyyət göstərən kafeyə getmiş, kafedə pivə sifariş edərək hər ikisi birlikdə kafenin ümumi zalında əyləşmişlər. Saat 20 radələrində dostu Ömərin sonradan adlarının Novruz, Ruslan və Hüseyn olduğunu bildiyi üç nəfər şəxslə kafenin ümumi zalında mübahisə etmələrini görmüş, hər üç şəxs birləşib dostu Ömərin üzərinə gəlmişlər. Bundan sonra o, özü də oraya yaxınlaşmaq istədikdə Ömər və digər şəxslərin arasında əlbəyaxa dava başlamış, dava zamanı Novruz arxa tərəfə gedərək yerə yıxılmışdır. Ömər üzü Ruslan istiqamətində dayanıb söhbət edərkən yerə yıxılan Novruz ayağa qalxıb cib bıçağını çıxardaraq Ömərin arxasına keçməklə kürək nayihəsindən həmin bıçaqla bir dəfə zərbə endirmişdir. Bunu görüb araya girərək Novruzun Ömərə növbəti dəfə zərbə atmasının qarşısını almaq istədikdə Novruz bıçaqla onun da döş qəfəsinin sol hissəsindən bir dəfə vurmuşdur. Novruz yenidən onu bıçaqla vurmaq istədikdə sonuncunun qollarından tutub saxlamış, Ruslan onlara yaxınlaşaraq bir-birilərini buraxmalarını dedikdən sonra Novruzun qollarını buraxmışdır. Bundan sonra Novruz bıçaqla onu yenidən vurmağa cəhd etməmiş, Ömərin bıçaqlanması nəticəsində qan itirməsini görüb dərhal sonuncunu xəstəxanaya aparmışlar. Dostu Ömər ilə bir masada əyləşərkən Günay adlı qadın onların masasına pivə gətirib qısa müddət əyləşmiş, lakin daimi onlarla birlikdə oturmamışdır. Təqsirləndirilən şəxs isə “Günayım” mahnısı sifariş verməsindən xəbəri olmadığı üçün Ömər ilə Novruzun nə üstündə mübahisə etmələrini bilməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncudan heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə qaynı Hüseyn və sonuncunun tanışı Təqsirləndirilən şəxsla birlikdə saat 17 radələrində Mingəçevir şəhər Gəncə şossesinin kənarında yerləşən “Ay İşığı” adlanan, hazırda isə adı “Foks” çay evi kimi fəaliyyət göstərən kafeyə getmiş, özləri üçün çaxır və şokolad almışlar. Hər üçü kafenin ümumi zalındakı masada əyləşərək Hüseyn və Novruz çaxır içmiş, o, isə özünə kofe sifariş vermişdir. Həmin vaxt kafenin ümumi zalında masaların çoxunda tanımadığı şəxslər əyləşmiş, musiqiçilər zalın baş tərəfində əyləşməklə kafenin qadın işçiləri masalarda əyləşmiş müştərilərə xidmət etmişlər. Novruza iki manat pul verib bacısı X1 şərəfinə “Günayım” mahnısını sifariş verməsini xahiş etmiş, Novruz da musiqiçilərə yaxınlaşıb həmin mahnını sifariş etmişdir. Növbədə onlardan əvvəlki sifarişlər olduğu üçün onların mahnı sifarişinin oxunması bir qədər ləngimiş, buna görə də Hüseynlə birlikdə kafenin zalından çıxıb çöldə siqaret çəkmişlər. Kafeyə qayıdanda Novruzun bir neçə şəxslə zalın ümumi hissəsində mübahisə etdiklərini görmüş, Hüseyn həmin şəxslərə yaxınlaşdıqda, mübahisə etdiyi adının donradan Ömər olduğunu bildiyi şəxs Novruzu vurmuş, nəticədə Novruz arxaya yıxılmışdır. Həmin vaxt mübahisənin səbəbini öyrənmək istəyən Hüseyni də yumruqla vurmuşlar. Ömər onun üstünə gəlsə də əlbəyaxa olmamışdır. Ömər onun arxasınca gəlmək istədikdə Novruz Öməri bıçaqla çiyninin arxasından vurmuşdur. Bundan sonra Ömərin yanında olan sonradan adının Firqət olduğunu bildiyi dostu Novruzun əlindən bıçağı almaq istəyərkən Novruzun əllərindən tutmuş və dartışarkən hər ikisi yerə yıxılmışlar. Yerdə olarkən Novruz bıçaqla həmin şəxsin sol qol hissəsindən bir dəfə zərbə endirmişdir. Artıq arxasınca gələn şəxsin bıçaq xəsarəti aldığı və kafedən çıxdığı üçün özü ilə bağlı təhlükə qalmadığını düşünüb Novruz və sonuncunun bıçaqla vurduğu şəxsi bir-birindən ayırmaq üçün yaxınlaşaraq hər ikisindən sakitləşmələrini ucadan tələb etmiş, bundan sonra hər ikisi bir-birini vurmayacaqlarını bildirərək aralanmışlar. Hər ikisi ayağa qalxdıqdan sonra Novruzla birlikdə kafedən çıxmış, yolda Hüseyni görüb sonuncunu da götürmüşlər. Birlikdə Yevlax rayonu, Xaldan qəsəbəsində yerləşən atası evinə getmiş, bıçaqlanmış şəxslərin qisas məqsədilə onlara xəsarət yetirə biləcəyindən qorxduqları üçün bir gün orada qaldıqdan sonra polis şöbəsinə gedərək təslim olacaqları barədə razılığa gəlmişlər. Növbəti gün polis əməkdaşları özləri həmin evə gəlib, onları polis şöbəsinə dəvət etmiş, Novruz dava zamanı istifadə etdiyi bıçağı polis əməkdaşlarına özü təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 19 radələrində yeznəsi Ruslan və dostu Novruz ilə birlikdə hazırda “Foks” çay evi kimi fəaliyyət göstərən “Ay İşığı” kafesinə getmiş, özləri ilə bir litr çaxır və şirniyyat aparmışlar. Kafedə olarkən əlavə olaraq üç bakal pivə və bir qutu tum sifariş vermiş, kafedə olduqları müddətdə yeznəsi Ruslan öz telefonunu Novruza verib və iki manat pul verərək “Günayım” mahnısını sifariş verməsini xahiş etmişdir. Bir qədər sonra Novruzun digər masada outran adının sonradan Ömər olduğunu bildiyi şəxslə mübahisə etməsini görmüş, Novruzu səsləyərək öz masalarına dəvət etmişdir. Ruslan həmin vaxt kafedən çöldə olmuş, onun çağırışından sonra Novruz öz masalarına doğru gəlmişdir. Novruzdan nə baş verdiyini soruşarkən Ömər onların masasına yaxınlaşaraq nə problem olmasını soruşmuşdur. Ömərin qabağına durub Novruzla dalaşmaması üçün sakitləşdirib getməsini xahiş etmiş, Ömər onun yaxasından tutub yumruqla çənəsindən vurmuşdur. Mübahisənin qızışdığını görən həmin Ömərin yanında olan və sonuncu ilə eyni masada əyləşmiş təxminən 4-5 nəfər şəxs də əllərində stul onların masasına yaxınlaşmışlar. O da özünü müdafiə etmək məqsədilə əlinə stul götürmüş, lakin heç kimi stul və ya sair əşya ilə vurmadan kafedən çölə çıxmışdır. Onun arxasınca gələn şəxs də ardınca əlində stul ilə gəlmiş, oradan qaçaraq kafedən uzaqlaşıb getmişdir. Təxminən 10 dəqiqə sonra yeznəsi X5 Doldurma Məntəqəsinin yaxınlığında avtomaşınla yanında dayanaraq onu götürmüşdür. Həmin vaxt maşında olarkən Novruz da maşında olmuş, həmin vaxt Novruzun kafedə adam bıçaqladığını bilmişdir. Bundan sonra oradan uzaqlaşıb getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Gəncə şossesində yerləşən “Ay İşığı” adlanan hazırda isə adı “Foks” çay evi kimi fəaliyyət göstərən kafeni işlətmiş, Ömər, Firqət, Ruslan, Hüseyn və Novruz da müştəri qismində daim kafeyə gəlib getmişlər. xx.xx.2021-ci il tarixdə Ruslan, Hüseyn və Novruz kafeyə gəlib zalda masada əyləşib pivə içmiş, həmin gün saat 20 radələrində Firqət və Ömər də həmin kafeyə gəlmişlər. Kafedə olarkən iki dəfə təkrarən “Günayım” mahnısı oxunduğunu eşitmiş, daha sonra kafenin zalında Ruslan və yanında olan şəxslərlə Ömər və Firqət arasında mübahisə baş verməsini görmüşdür. Firqət və Novruz qarşılıqlı olaraq mübahisə etdiklərini görsə də əllərində hər hansı əşya və alət olmasını görməmiş, daha sonra Hüseyn qaçıb getmişdir. Ruslan və Novruz kafenin ümumi zalında Firqət və Ömər ilə mübahisə etmiş, mübahisə davaya çevrilən zaman Təqsirləndirilən şəxs əlində bıçaq ilə Ömərin üzərinə getmişdir. Ömər isə həmin vaxt Ruslan ilə üz-üzə dayanmış və arxası Novruza olmuş vəziyyətdə söhbət etmişdir. Bu zaman Novruz yaxınlaşıb və bıçaqla bir dəfə Ömərin kürəyindən vurmuş, bu zaman Firqət həmin şəxslərə yaxınlaşıb Ömərə növbəti dəfə bıçaqla vura bilməməsi üçün Novruzun əlindən bıçağı almağa çalışmışdır. Daha sonra Firqət bıçağı almaq üçün Novruzun əllərindən tutmuş və hər ikisi dartışıb yerə yıxılmışlar. Sonra Ruslan hər ikisinə yaxınlaşaraq sonuncuları sakitləşdirib aralaşdırmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş “Ay İşığı” kafesində ofisiant işləyən Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Ömər və Firqət kafedə masada əyləşib pivə içərkən həmin şəxslərdən arxa tərəfdə yerləşən masada Ruslan, Hüseyn və Novruz adlı şəxslər əyləşib pivə içmiş, Ruslan demək olar ki, hər gün kafeyə gəlib onun Ömərlə birlikdə olmasından xəbərdar olmaqla ona münasibət təklif etmişdir. Həmin gün saat 20 radələrində Ruslan və sonuncu ilə birlikdə əyləşmiş şəxslər “Günayım” mahnısı sifariş etmiş, onun özünü də kafedə Günay kimi tanımışlar. Həmin mahnıya Ruslan, Hüseyn və Novruz rəqs etmiş, o, da Ömər ilə ayrıca rəqs etmişdir. Mahnı bitdikdən sonra Novruz yenidən həmin mahnını sifariş etmiş, həmin vaxt Ruslan və yanında olan şəxslərin onlara söz atmasını hiss etmişlər. Novruz mahnı sifariş verib qayıdarkən çiyinlə Ömərə toxunmuş, Ömər məhəl qoymadıqda isə Novruz Ömərlə mübahisə edərək yumruqla Öməri vurmuşdur. Dava şiddətlənən zaman Ömər Novruzun yanında olan və yaşca onlardan böyük olan Ruslan adlı şəxslə söhbət etməyə başlamış, bu zaman Novurz arxadan Ömərə yaxınlaşaraq bıçaqla bir dəfə kürəyindən vurmuşdur. Bu zaman Firqət də həmin mübahisəyə qoşulmuş, Ömərin bıçaqla vurulmasının qarşısını alaraq Novruzdan bıçağı almaq istəmişdir. Həmin vaxt Novruz Firqəti də bıçaqla qoltuqaltı nayihəsidən vuraraq xəsarət yetirmiş, bundan sonra hər ikisi yerə yıxılmışlar. Hər ikisi durduqdan sonra oradan uzaqlaşmışlar. Hüseyn isə dava başladığı zamandan etibarən kafedən qaçaraq çıxıb getmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş X4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Mingəçevir şəhərində yerləşən “Ay İşığı” kafesinə gedərkən adamların kafeni tərk edərək çölə çıxdıqlarını görmüş, kafenin qarşısına çatanda həmin kafedə işçi olan Şahid6 yaxın münasibətdə olduğu Ömər adlı şəxsin də kafedən qaçmasını görmüşdür. Kafenin içərisinə daxil olub həmin vaxt Novruz və Firqət adlı şəxsin yerdə bir-biri ilə dartışmalarını görmüş və Ruslan adlı şəxs sonunculara yaxınlaşıb aralaşdırmışdır. Ayağa qalxanda Novruzun əlində qanlı bıçaq olmasını görmüş və həmin vaxt Novruzun Firqətə bıçaqla xəsarət yetirməsini, sonra isə Ömərin kürəyindən bıçaqıa vuraraq xəsarət yetirdiyini bilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 781 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar olunan xəsarətlər: döş qəfəsinin daxilinə dəlib keçən yara nəticəsində inkişaf edən hematoraks kəsici-deşici əşyanın (alətin) təsirindən əmələ gələ bilən, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə xəsarət yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 780 saylı rəyindən görünür ki, Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar olunan xəsarətlər: döş qəfəsinin daxilinə dəlib keçməyən kəsilmiş-deşilmiş yara kəsici-deşici əşyanın (alətin) təsirindən əmələ gələ bilən, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə trasoloji ekspertizasının 07 fevral 2022-ci il tarixli 3/47, 3/48 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 (bir ) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş geyim əşyalarının üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. Geyim əşyalarının üzərində olan zədələr öz formasına, quruluşuna, və s. ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Zərərçəkmiş şəxs və Şahid1 bədəni üzərində olan xəsarətlər onlara məxsus geyim əşyaları üzərində olan zədələr ilə uyğunluq təşkil edir və üst-üstə düşür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 144 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməli törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar və hazırkı ekspertiza imkan verir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22ci maddələrinin təsiri altına düşmür və onun hal hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsin alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 05 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 07 dekabr 2021-ci tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər İcra Hakimiyyətinin 4 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Bədəlov X2 şəhəri H.Əliyev prospekti ev 72, mənzil 34-də yaşayır yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutlan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan, yəni çiyinləri toqquşduğuna görə Zərərçəkmiş şəxsla mübahisə edərək sonuncuya xuliqanlıq niyyəti ilə bıçaqıa xəsarət yetirmiş, daha sonra öz qanunsuz hərəkətlərini davam edərək özünü ətrafdakılardan üstün tutmaqla ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək oraya gələn Şahid1 zor tətbiq edərək sonuncuya da sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onun əməlini CM-in 126.2.4 və 221.3-cü maddələrinə tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, zərərçəkmiş şəxslərlə barışmasını və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 126.2.4 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Cəzanı yüngülləşdirən hallardan zərərçəkmiş şəxslə barışmasının mövcud olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu 05 dekabr 2021-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfi olan 130 AZN (yüz otuz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 05 dekabr 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 130 AZN (yüz otuz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan bir ədəd qara rəngli gödəkçə və bir ədəd boz rəngli uzunqol köynək Zərərçəkmiş şəxs, bir ədəd sarı rəngli uzunqol köynək və bir ədəd boz rəngli uzunqol alt köynəyi zərəçəkmiş şəxs Şahid1 qaytarılsın, bir ədəd turist bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surətinin Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-116/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-116/2022
13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver