Məhkəmə qərarları › İş №1(091)-116/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-116/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-116/2024 18.07.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1970-ci ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 822,35 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla həmin narkotik vasitənin bir ədəd kibrit qutusunda olmaqla 7,02 qram hissəsini və bir ədəd göy-ağ rəngli kağız bükümdə olmaqla 0,33 qram hissəsini üzərində daşımaqla saxlamış, bir ədəd qara rəngli sellofan bağlamada olmaqla 815,0 qram hissəsini isə yaşadığı fərdi yaşayış evində pilləkənin alt hissəsində gizlətməklə saxlamış, 18 oktyabr 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” X2 X12 İdarəsinin Şəki Qaz İstismar Sahəsinin yaxınlığında saxlanılaraq Şəki şəhəri, M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 23:19 dəqiqədən başlayaraq üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman əynindəki pencəyin sağ iç cibindən bir ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 7,02 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd göy-ağ rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,33 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyataxtarış tədbirlərinin davamı olaraq 19 oktyabr 2023-cü il tarixdə saat 01:24 dəqiqədən başlayaraq onun yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin pilləkəninin alt hissəsində olan taxta qutunun içərisindən bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 815,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin həmin fərdi yaşayış evinin həyətindəki kolların arasından iki ədəd uzunluqları 52 sm və 79 sm olmaqla, ümumi təmiz çəkisi 54,21 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin hissələri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xəstəliyinə görə narkotik vasitədən istifadə etmiş, saxlanılan zaman üzərində mobil telefon olmuş və 055 ***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. Polis əməkdaşları tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” X2 X12 İdarəsinin Şəki Qaz İstismar Sahəsinin yaxınlığında avtomobildə olan zaman saxlanılarkən hava yenicə qaralmış, həmin vaxt üzərində bir büküm narkotik vasitə qurudulmuş marixuana olmuş, sonradan polis əməkdaşları içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu onun üzərinə yerləşdirmişlər. Avtomobilə əyləşdirilərkən, habelə polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə məruz qalmış, polis əməkdaşlarının onu döyməsi nəticəsində qabırğasında və sinə nahiyəsində xəsarətlər yaranmış, habelə polis əməkdaşları elektroşok cihazı ilə ona təsir etdikləri üçün huşu itmiş, ayıldıqda isə polis əməkdaşları tərəfindən otaqda uzadılmış vəziyyətdə olduğunu görmüş, qeyd olunan səbəblərə görə narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olması barədə yalan ifadə vermək məcburiyyətində qalmışdır. Sonradan polis əməkdaşları onu yaşadığı fərdi yaşayış evinə gətirən zaman artıq narkotik vasitənin polis əməkdaşlarının ona dedikləri yerdə olduğunu görmüş, polis əməkdaşlarının göstərişi əsasında narkotik vasitəni oradan çıxarmış və həmin fərdi yaşayış evində aşkar edilən narkotik vasitə ona məxsus olmamışdır. Sonradan penitensiar müəssisəyə daxil olarkən müayinə olunan zaman bədəni üzərində hər hansı xəsarət aşkar olunmamış, lakin polis əməkdaşları tərəfindən ona qarşı edilmiş qanunsuz hərəkətlərlə bağlı prokurorluq orqanına şikayət etmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 20 oktyabr 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, təxminən 5 ildir əsəblərini sakitləşmək məqsədilə narkotik vasitədən istifadə edir. Narkotik vasitə marixuanadan istifadə etdiyi üçün 2023-cü ilin aprel ayında yaşadığı evin həyətində çətənə kolları əkib əldə etdiyi narkotik vasitəni gələcəkdə istifadə etmək qərarına gəlmiş, bu məqsədlə həyətdə iki ədəd narkotik tərkibli çətənə bitkisi əkmiş, müəyyən müddətdə həmin çətənə bitkilərinə qulluq etmiş, həmin ilin sentyabr ayında qeyd olunan çətənə bitkisinin yarpaqlarını yığıb həyətdə qurutmuş, az hissəsini kibrit qutusuna yığmış, qalan hissəsini isə qara rəngli sellofan torbaya yığıb bağlamışdır. Daha sonra həmin bağlamanı yaşadığı evin pilləkəninin alt hissəsində olan qutunun içərisinə qoymuş, həmin qutuda olan narkotik vasitədən bir neçə dəfə istifadə etmiş, qalan marixuananı isə kağız bükümə və kibrit qutusunun içərisinə yığıb pencəyinin cibinə qoymuşdur. Heç kəsə narkotik vasitə satmamış, qazanc əldə etməmiş, pay verməmiş və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 18 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” X2 X12 İdarəsinin Şəki Qaz İstismar Sahəsinin yaxınlığında özünə məxsus “Daewoo Nexia” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə dayanan zaman bükümdə və kibrit qutusunda olan narkotik vasitə də üzərində olmuş və bir neçə dəqiqə sonra mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə olmasına dair məlumat olduğuna görə polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan pencəyin sağ iç cibindən içərisində marixuana olan 01 ədəd kibrit qutusu, habelə həmin kibrit qutusunun içərisindəki kağız bükümdə marixuana aşkar olunmuşdur. O, həmin kütlələrin marixuana olduğunu, qeyd olunan marixuananı həyətyanı sahəsində əkdiyini, istifadə etmək məqsədilə üzərində saxladığını və qalan hissəsini də yaşadığı evdə gizlətdiyini bildirmişdir. Daha sonra həmin narkotik vasitələr elektron tərəzi vasitəsilə çəkilən zaman çəkilərinin 0,33 qram və 7,02 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Habelə o, polis əməkdaşlarına yaşadığı evdə pilləkənin alt hissəsində narkotik vasitə saxladığını və evin həyətində çətənə bitkisi əkdiyini demişdir. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətdə kolların arasından aprel ayında əkdiyi iki ədəd çətənə bitkisi aşkar edilərək götürülüb qablaşdırılmış, ardınca isə həmin fərdi yaşayış evinə baxış keçirilən zaman evin pilləkəninin alt hissəsində olan taxta qutunun içərisində gizlətdiyi qara rəngli sellofan torbanın içərisindən narkotik vasitə marixuana aşkar olunmuş, elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 815 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 18 yanvar 2024-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 5 ildir əsəbi olduğu üçün sakitləşmək məqsədilə narkotik vasitə marixuanadan istifadə etmiş, qeyd olunan səbəbdən 2023-cü ilin aprel ayında yaşadığı evin həyətində iki ədəd çətənə bitkisi əkmiş, müəyyən müddətdə bəzən çətənə bitkilərinə qulluq etmiş, həmin ilin sentyabr ayında qeyd olunan çətənə bitkilərinin yarpaqlarını yığıb həyətdə qurutmuş, bükümlərə yığıb özündə saxlamış, göstərilən narkotik vasitədən bir neçə dəfə istifadə etmiş, qalan marixuananı isə kağız bükümdə pencəyinin cibinə qoymuşdur. 18 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” X2 X12 İdarəsinin Şəki Qaz İstismar Sahəsinin yaxınlığında özünə məxsus “Daevoo Nexia” markalı, **-VC- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə dayanan zaman bükümdə olan narkotik vasitə qurudulmuş marixuana üzərində olmuş, daha sonra polis əməkdaşaları tərəfindən saxlanılaraq Şəki Şəhər-Rayon Polis Şöbəsində aparılıb orada üzərində şəxsi axtarış aparılan zaman kibrit qutusunun içərisində saxladığı narkotik vasitə marixuananı, habelə həmin kibrit qutusunun içərisindəki kağız bükümün içərisində olan marixuananı təqdim etmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana ona məxsus olsa da yaşadığı fərdi yaşayış evindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ona məxsus olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nin rəisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs Şəki rayonunun ərazisində narkotik vasitələri istehlak etməsi, saxlaması, satışı, narkotik tərkibli bitkilərin əkini və kultivasiyası ilə məşğul olması barədə 18 oktyabr 2023-cü il tarixdə Şəki Şəhər- Rayon Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin tarixdə saat 21 radələrində idarə etdiyi avtomobil ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” X2 X12 İdarəsinin Şəki Qaz İstismar Sahəsinin yaxınlığında saxlanılaraq Şəki ŞRPŞ-yə gətirilmiş, hüquq və vəzifələri izah olunub müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman Təqsirləndirilən şəxs əynində olan pencəyin sağ iç cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusu və həmin kibrit qutusunda içərisində qurudulmuş marixuana olan bir ədəd kağız bükümün aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni 02 aprel 2023-cü il tarixdə yaşadığı evin həyətində əkdiyi çətənə bitkisindən əldə etdiyini və yaşadığı evdə pilləkənin alt hissəsində olan taxta qutunun içərisində də marixuana saxladığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə qurudulmuş marixuana elektron tərəzi vasitəsilə çəkilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, bu zaman yaşadığı evin arxa hissəsində olan həyətyanı sahədə kol-kosların arasından iki ədəd narkotik tərkibli çətənə bitkisinin koluna bənzər kollar aşkar olunmuş və həmin kollar müvafiq qaydada qablaşdırılmışdır. Daha sonra evin giriş hissəsində olan pilləkənin alt hissəsindəki taxta qutuda içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sellofan torba aşkar olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atasının həyətdə narkotik tərkibli çətənə bitkiləri əkməsinin şahidi olmamış, narkotik vasitədən istifadə edib-etmədiyini bilməmiş və narkotik vasitə qurudulmuş marixuananı tanımamışdır. 17 oktyabr 2023-cü il tarixdə axşam saat 20 radələrində dostu Fərid adlı şəxslə yaşadığı fərdi yaşayış evinin yanında olarkən 2-3 ədəd avtomobil onlara tərəf yaxınlaşmış, avtomobildə olan şəxslər ondan Təqsirləndirilən şəxs oğlu olub-olmamasını soruşmuşlar, o isə bunu təsdiq etmişdir. Oraya gələn şəxslər polis əməkdaşı olduqlarını və atasını tutduqlarını demişlər. Həmin polis əməkdaşları Şahid1, Şahid2 və Coşqun İsrafilov olmuş, digər polis əməkdaşlarının adlarını isə bilməmişdir. Adları qeyd olunan şəxslər onun istifadə etdiyi mobil telefonu əlindən almışlar və yaşadığı fərdi yaşayış evinin qapısını açmasını tələb etmişlər, o da qapını açdıqdan sonra polis əməkdaşları evə baxış keçirmişlər, lakin hər hansı qanunsuz əşya aşkar etməmişlər. Daha sonra polis əməkdaşları onu qara rəngli, “VAZ 2107” markalı avtomobilə əyləşdirib qonşusu Şahin adlı şəxsin evinin yaxınlığına aparmışlar və polis əməkdaşları atasını da gətirəcəklərini ona demişlər. Digər polis əməkdaşları isə atasını gətirmək üçün getmişlər və 5-6 saat sonra atasını gətirmişlər. Həmin müddət ərzində o, polis əməkdaşlarının idarə etdiyi avtomobilin içərisində qalmış, daha sonra bir nəfər polis əməkdaşı ona kənarda gözləməsini demiş və bir müddət sonra çağıracağını bildirmişdir. Həmin vaxt hava soyuq olduğundan o, yenidən gedib avtomobildə əyləşmiş, bir müddət sonra o, atasının yanına getdikdə orada bir ədəd torba və bir ədəd yapışqan lentə sarınmış içərisində narkotik vasitə olan bağlamanın olduğunu görmüşdür. Polis əməkdaşları evə və evin həyətyanı sahəsinə onunla birlikdə baxış keçirmişlər, lakin həyəcanlı olduğu üçün paketin haradan aşkar olunduğunu bilməmiş və bu barədə polis əməkdaşlarından soruşmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 18 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs Şəki rayonunun ərazisində narkotik vasitələri istehlak etməsi, saxlaması, satışı, narkotik tərkibli bitkilərin əkini və kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 18 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Şəki rayonunun ərazisində narkotik vasitələri istehlak etməsi, saxlaması, satışı, narkotik tərkibli bitkilərin əkini və kultivasiyası ilə məşğul olması şübhəsi ilə həmin tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” X2 X12 İdarəsinin Şəki Qaz İstismar Sahəsinin yaxınlığında saxlanılaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 19 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan pencəyin sağ iç cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusu və həmin kibrit qutusunda içərisində qurudulmuş marixuana olan bir ədəd kağız büküm aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 19 oktyabr 2023cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və bu zaman yaşadığı evin arxa hissəsində olan həyətyanı sahədə kol-kosların arasından iki ədəd narkotik tərkibli çətənə bitkisinin koluna bənzər kolların hissələri, habelə evin giriş hissəsində olan pilləkənin alt hissəsindəki taxta qutuda içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sellofan torba aşkar edilərək götürülmüşdür. Hadisə yerinə baxış keçirilməsinin və maddi sübutun götürülməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Aqrar Xidmətlər Agentliyi yanında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) üzrə Şəki Rayon Mərkəzinin aqronomu X9 tərəfindən tərtib olunmuş rəydən görünür ki, 19 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən həyətyanı sahəyə baxış keçirilən zaman 02 (iki) ədəd kök üzərində qurumuş, vegetasiya dövrünü başa çatdırmış, təpə hissəsi qoparılmış, uzunluqları 52 sm və 79 sm olan çətənə bitkisinə oxşar bitki aşkar olunmuşdur. Bitkinin gövdəsinin və köklərinin normal vəziyyətdə olması, təpə tumurcuq və yarpaqlarının qoparılması aqrotexniki qulluq olunduğunu sübut edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 19 oktyabr 2023-cü il tarixli 17/752 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi maddi sübut...” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 ədəd göy-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,33 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi maddi sübut...” sözləri, adlar və imzalar olan digər zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7,02 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqdə “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi maddi sübut...” sözləri, adlar və imzalar olan 01 (bir) ədəd qara rəngli sellofan bağlamanın içərisindəki təmiz çəkisi 815,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqdə “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi maddi sübut...” sözləri, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki 02 (iki) ədəd, uzunluqları 52 sm və 79 sm, ümumi təmiz çəkisi 54,21 qram olan bitki hissələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. X10 19 oktyabr 2023-cü il tarixli rəyinə əsasən, tədqiqata hissələri təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd göy-ağ rəngli kağız bükümdə, 01 (bir) ədəd kibrit qutusunda və 01 (bir) ədəd sellofan bağlamada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd göy-ağ rəngli kağız bükümdə, 01 (bir) ədəd kibrit qutusunda və 01 (bir) ədəd sellofan bağlamada olan qurudulmuş marixuanalar və 01 (bir) ədəd sintetik kisədə olan 02 (iki) ədəd çətənə (kannabis) bitkisinin hissələri tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 08 noyabr 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs uzun müddətdir narkotik vasitələrin qəbulu, saxlanılması və narkotik tərkibli bitkilərin əkini ilə məşğul olması müəyyən olunmuş, lakin onun evin həyətyanı sahəsindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı və çətənə bitkisini haradan və kimdən əldə etməsini, mənbəyini və narkotik vasitəni başqa şəxslərə satıb-satmamasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı verdiyi məlumat əsasında aparılmış araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus olan 055 746-61-33 mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, həmin mobil telefon nömrəsi vasitəsilə 18 oktyabr 2023-cü il tarixdə danışıqlar aparılmış, son danışıq qeyd olunan tarixdə saat 18:45-də aparılmış və göstərilən tarixdə qeyd olunan mobil telefon nömrəsi “USHK2019D /GSHK2019 Sheki Pavilyon /”Oğuz şossesinin şimalında yerləşən Şəki bələdiyyəsi, Səma marketin arxası” /Shaki/ (41.16939 /47. 16849) anten əhatə dairəsində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizanın 24 oktyabr 2023-cü il tarixli 678 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hadisə zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanında olmuş, yəni anlaqlı olmuşdur. Onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 07 dekabr 2023-cü il tarixli 2001 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmiş və barəsində CM-in 234.1 və 237-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş 24 oktyabr 2023-cü il tarixli 1408 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada dispanser müşahidəsində yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 01 noyabr 2023-cü il tarixli 728 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının 12-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 109.1-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq, lakin 50000 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, 822,35 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış və yaşadığı fərdi yaşayış evində saxlamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədilən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 12-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil etmiş, narkotik vasitənin xüsusilə külli miqdarı isə müəyyən olunmamışdır. Lakin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları” yeni redaksiyada verilmiş, nəticədə yenə də təmiz halda 500 qram və daha artıq, lakin 50000 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən, CM-in 26-cı fəslində (Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edildiyindən və Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu qüvvəyə minənədək törədildiyindən həmin Qanun Təqsirləndirilən şəxs münasibətdə tətbiq oluna bilməz, qeyd olunan səbəblərə görə onun tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlinə görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanununa uyğun təyin olunmalı və bu zaman narkotik vasitələrin külli miqdarı ilə bağlı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu və həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısı (əvvəlki redaksiya) tətbiq olunmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 08 nömrəli Qərarının 34-cü bəndinə əsasən əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-in tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 18 oktyabr 2023-cü il tarixdə Şəki Şəhər- Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs Şəki rayonunun ərazisində narkotik vasitələri istehlak etməsi, saxlaması, satışı, narkotik tərkibli bitkilərin əkini və kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş və həmin narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan başqa, 19 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman oradan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş və həmin narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 18 oktyabr 2023-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb və 19 oktyabr 2023-cü il tarixdə yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilib narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı cinayət işi üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 19 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs, 20 oktyabr 2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə etdiyini, saxladığını və daşıdığını etiraf etsə də ibtidai istintaqın gedişində 18 yanvar 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində 5 ildir əsəbi olduğu üçün sakitləşmək məqsədilə narkotik vasitə marixuanadan istifadə etdiyini, qeyd olunan səbəbdən 2023-cü ilin aprel ayında yaşadığı evin həyətində iki ədəd narkotik tərkibli çətənə bitkisi əkdiyini, müəyyən müddətdə bəzən narkotik tərkibli çətənə bitkisinə qulluq etdiyini, həmin ilin sentyabr ayında qeyd olunan narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını yığıb həyətdə qurutduğunu, bükümlərə yığıb özündə saxladığını, göstərilən narkotik vasitədən bir neçə dəfə istifadə etdiyini, qalan narkotik vasitə marixuananı isə kağız bükümdə pencəyinin cibinə qoyduğunu, 18 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” X2 X12 İdarəsinin Şəki Qaz İstismar Sahəsinin yaxınlığında özünə məxsus “Daevoo Nexia” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə dayanan zaman bükümdə olan narkotik vasitənin üzərində olduğunu, daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Şəki Şəhər-Rayon Polis Şöbəsində aparılıb orada üzərində şəxsi axtarış aparılan zaman kibrit qutusunun içərisində saxladığı narkotik vasitə marixuananı, habelə həmin kibrit qutusunun içərisindəki kağız bükümün içərisində olan marixuananı təqdim etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasına baxmayaraq, yaşadığı fərdi yaşayış evindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını demiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə xəstəliyinə görə narkotik vasitədən istifadə etdiyini, saxlanılan zaman üzərində mobil telefonun olduğunu, 055 ***-**-** mobil telefon nömrəsindən istifadə etdiyini, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” X2 X12 İdarəsinin Şəki Qaz İstismar Sahəsinin yaxınlığında avtomobildə olan zaman saxlanılarkən havanın yenicə qaraldığını, həmin vaxt üzərində bir büküm narkotik vasitə qurudulmuş marixuananın olduğunu, sonradan polis əməkdaşlarının içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu onun üzərinə yerləşdirdiklərini, avtomobilə əyləşdirilərkən, habelə polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə məruz qaldığını, polis əməkdaşlarının onu döyməsi nəticəsində qabırğasında və sinə nahiyəsində xəsarətlərin yarandığını, habelə polis əməkdaşlarının elekroşok cihazı ilə ona təsir etməsi nəticəsində huşunun itdiyini, ayıldıqda isə polis əməkdaşları tərəfindən otaqda uzadılmış vəziyyətdə olduğunu gördüyünü, qeyd olunan səbəblərə görə narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olması barədə yalan ifadə vermək məcburiyyətində qaldığını, sonradan polis əməkdaşları onu yaşadığı fərdi yaşayış evinə gətirən zaman artıq narkotik vasitənin polis əməkdaşlarının ona dedikləri yerdə olduğunu gördüyünü, polis əməkdaşlarının göstərişi əsasında narkotik vasitəni oradan çıxardığını, həmin fərdi yaşayış evində aşkar edilən narkotik vasitənin ona məxsus olmadığını, sonradan penitensiar müəssisəyə daxil olan zaman müayinə olunduğunu, lakin hər hansı xəsarətin aşkar olunmadığını və polis əməkdaşları tərəfindən onaq qarşı edilmiş qanunsuz hərəkətlərlə bağlı prokurorluq orqanına şikayət etdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaqın gedişində 18 yanvar 2024-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış və götürmə aparılan zaman, habelə hadisə yerinə baxış keçirilərkən və maddi sübut götürülərkən orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitələrin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlərlə bağlı heç bir irad bildirilməmiş və protokollara hər hansı qeyd aparılmamışdır. Eyni zamanda ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə məhkəmə nəəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə məlumat verməmişdir. Habelə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs qeyd etdiklərini təkzib etmişlər. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Şəhər-Rayon Polis Şöbəsinə 18 oktyabr 2023-cü il tarixdə saat 21:15-də gətirilmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Penitensiar Müəssisəsinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Bundan əlavə, məhkəmə-tibb ekspertizasının 06 dekabr 2023-cü il tarixli 582 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Bundan savayı, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi məlumat üzrə Şəki Rayon Prokurorluğunda araşdırma aparılmış və öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Bunlarla yanaşı, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman o, törətdiyi əməldə özünü təqsirli bildiyini, tutularkən, habelə polis şöbhəsində olan zaman ona qarşı hər hansı zor tətbiq olunmadığını, narkotik vasitəni özü istifadə etmək məqsədilə yetişdirdiyini və 18 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində tutulduğunu qeyd etmişdir. Eləcə də qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs oğlu Saleh Məmmədov məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilərkən verdiyi ifadəsində atası Təqsirləndirilən şəxs həyətdə narkotik tərkibli çətənə bitkisini əkməsinin şahidi olmadığını, narkotik vasitədən istifadə edib-etmədiyini bilmədiyini, narkotik vasitə qurudulmuş marixuananı tanımadığını, 17 oktyabr 2023-cü il tarixdə axşam saat 20:00 radələrində dostu Fərid adlı şəxslə yaşadığı fərdi yaşayış evinin yanında olarkən 2-3 ədəd avtomobilin onlara tərəf yaxınlaşdığını, avtomobildə olan şəxslərin ondan Təqsirləndirilən şəxs oğlu olub-olmamasını soruşduqlarını, bunu təsdiq etdiyini, oraya gələn şəxslərin polis əməkdaşı olduqlarını və atasını tutduqlarını dediklərini, jəmin polis əməkdaşlarının Şahid1, Şahid2 və Coşqun İsrafilov olduqlarını, digər polis əməkdaşlarının adlarını bilmədiyini, adları qeyd olunan şəxslərin onun istifadə etdiyi mobil telefonu əlindən aldıqlarını, yaşadığı fərdi yaşayış evinin qapısını açmasını tələb etdiklərini, qapını açdıqdan sonra polis əməkdaşlarının evə baxış keçirdiklərini, lakin hər hansı qanunsuz əşya aşkar etmədiklərini, daha sonra polis əməkdaşlarının onu qara rəngli, “VAZ 2107” markalı avtomobilə əyləşdirib qonşusu Şahin adlı şəxsin evinin yaxınlığına apardıqlarını, atasını da gətirəcəklərini ona dediklərini, digər polis əməkdaşlarının atasını gətirmək üçün getdiklərini, 5-6 saat sonra atasını gətirdiklərini, həmin müddət ərzində polis əməkdaşlarının idarə etdiyi avtomobilin içərisində qaldığını, daha sonra bir nəfər polis əməkdaşının ona kənarda gözləməsini dediyini, bir müddət sonra çağıracağını bildirdiyini, həmin vaxt hava soyuq olduğundan yenidən gedib avtomobilə əyləşdiyini, bir müddət sonra atasının yanına getdikdə orada bir ədəd torba və bir ədəd yapışqan lentə sarınmış içərisində narkotik vasitə olan bağlamanın olduğunu gördüyünü, polis əməkdaşlarının evə və evin həyətyanı sahəsinə onunla birlikdə baxış keçirdiklərini, lakin həyəcanlı olduğu üçün paketin haradan aşkar olunduğunu bilmədiyini və bu barədə polis əməkdaşlarından soruşmadığını qeyd etmişdir. Məhkəmə Saleh Məmmədovun məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşaraq hesab edir ki, həmin şəxs Təqsirləndirilən şəxs oğlu üçün sonuncunun cinayət məsuliyyətindən yayınmasına istiqamətlənmiş ifadə vermişdir. Çünki adı çəkilən şəxs ibtidai istintaq zamanı ifadə verməmişdir və bununla bağlı ibtidai istintaq orqanına müraciət etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın gedişində 18 yanvar 2024-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı 19 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs, 20 oktyabr 2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinin, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman qeyd etdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni əldə edərkən, saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün üzərində şəxsi axtarış aparılarkən əynində olan pencəyin sağ iç cibindən içərisində 7,02 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd kibrit qutusu, habelə həmin kibrit qutusunun içərisindəki kağız bükümdə 0,33 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, eləcə də yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin pilləkəninin alt hissəsində olan taxta qutunun içərisindən bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 815,0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitə qurudulmuş marixuanaların aşkar olunması, habelə elektron tərəzinin aşkar olunmaması, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün qurudulmuş marixuananın qəbulu nəticəsində yaranan asılılıq sindromundan (narkomaniya xəstəliyindən) əzab çəkməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 7,35 qram və yaşadığı fərdi yaşayış evindən aşkar olunmuş 815,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamışdır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə qurudulmuş marixuananı əslində satış məqsədi ilə deyil, məhz şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 000589 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs anası X3 şəhid ailəsi üzvüdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 1998-ci il tarixli qətnaməsindən görünür ki, X8 tərəfindən verilmiş ərizə əsasında sonuncunun oğlu X5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni millətçi dəstələrinə qarşı döyüşlərdə itkin düşdüyünə görə ölmüş elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəhid ailəsi üzvü olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, qardaşı Sahib Məmmədovun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni millətçi dəstələrinə qarşı döyüşlərdə (İ Qarabağ müharibəsində) itkin düşdüyünə görə ölmüş elan edildiyini, nəticədə şəhid ailəsi üzvü olduğunu nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 18 oktyabr 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini və Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 822,20 qram narkotik vasitə qurudulmuş marixuana və çəkisi 54,01 qram olan 02 ədəd narkotik tərkibli çətənə bitkisinin hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd və yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsini əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 35,97 (otuz beş manat doxsan yeddi) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 35,97 (otuz beş manat doxsan yeddi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 18 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 822,20 qram narkotik vasitə qurudulmuş marixuana və çəkisi 54,01 qram olan 02 ədəd narkotik tərkibli çətənə bitkisinin hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd və yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsini əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 (otuz beş manat doxsan yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar