Məhkəmə qərarları › İş №1(091)-118/2020

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-118/2020

24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-118/2020 24.09.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxx 1985-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli və himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonunun Gülövşə kəndində qeydiyyatda olmaqla ünvan 1 mənzil 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi ümumilikdə çəkisi 1300,206 qram - kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı özü ilə daşıyaraq yaşadığı evə aparmış, həmin narkotik vasitədən bir ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 5,429 qram olan hissəsini əynindəki qara rəngli gödəkcəsinin sol iç cibində, 1 ədəd sellafon paketdə təmiz çəkisi 19,777 qram, 1 ədəd qara rəngli sellafon torbanın içərisindəki iç-içə olan sellafon paketdə ümumi təmiz çəkisi 575 qram, 1 ədəd sellafon torbada olan 3 ədəd sellafon paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 440 qram, 135 qram, 125 qram ümumi təmiz çəkisi 700 qram olan hissəsini isə yaşadığı ünvan 1 mənzil 36 ünvanındakı qonaq otağında olan televizorun altındakı dolabın rəfində gizlədərək saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin blokunda saxlanıldıqdan sonra yaşadığı mənzilə özünün razılıq ərizəsi ilə baxış keçirilərkən üzərində və yaşadığı evdə saxladığı ümumilikdə 1300,206 qram, yəni külli miqdarda olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmiş və qeyd olunan külli miqdarda olan narkotik vasitə qurudulmuş marixuana qablaşdırılaraq götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd vurucu əzici xassəyə malik soyuq silah hesab edilən kustar üsulla kaştet (beşbarmaq) tipində hazırlanmış predmeti yaşadığı ünvan 1 mənzil 36 ünvanında pəncərənin qarşısında gizlədərək saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin blokunda saxlanılıb yaşadığı mənzilə baxış keçirilərkən kustar üsulla kaştet (beşbarmaq) tipində hazırlanmış soyuq silah hesab edilən predmeti təqdim etmiş və həmin soyuq silah hesab edilən predmet qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, üzərindən və evindən aşkar olunan narkotik vasitələri satmaq məqsədi ilə deyil, sadəcə özü istifadə etmək məqsədi ilə əldə edib saxlamışdır. Lakin onun üzərindən və evindən aşkar olunan narkotik vasitə marixuana hazırda ona qarşı irəli sürülən ittihamda göstərilən çəkidə olmamışdır. Həmin narkotik vasitə təqribən 300 qram çəkidə olmuş, evə baxış zamanı özü əməliyyat tədbirini həyata keçirən polis əməkdaşlarına həmin narkotik vasitəni könüllü təqdim etmiş, onun iştirakı ilə videoçəkilişlə həmin narkotik vasitə müvafiq qaydada qablaşdırılmışdır. Lakin həmin narkotik vasitənin çəkisinin artaraq sonradan ittiham aktında göstərilən qədər çox olmasını onunla əlaqələndirir ki, polis əməkdaşları həmin narkotik vasitəni sonradan özləri əlavə edərək belə yüksək çəki əldə etmişlər. Həmçinin baxış zamanı mənzilin pəncərəsinin qarşısından bir ədəd qurğuşundan olan zərbə vurmaq üçün nəzərdə tutulmuş beşbarmaq da aşkar edilmişdir ki, həmin beşbarmaq da onun özünə məxsus olmuşdur. Həmin beşbarmağı 2020-ci ilin mart ayının əvvəllərində Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində yerləşən xəstəxananıın yaxınlığından yerdən tapıb sadəcə nə vaxtsa lazım olar düşüncəsi ilə götürmüşdür. Əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmasını və cinayətlərin məcmusu üzrə barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib ona uyğun ifadə verdi və göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları ilə birlikdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən 70 saylı yaşayış binasının qarşısında görüb ona yaxınlaşaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq yaşadığı mənzildə narkotik vasitə saxlaması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 Qərb Bölgəsində Regional Şöbəsində məlumat olduğunu bildirib onun öz razılığı ilə yaşadığı mənzilə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməyərək onları yaşadığı mənzilə dəvət etmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə yazmış, bundan sonra Təqsirləndirilən şəxs baxış keçirilərkən videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs baxış keçirilərkən videoçəkilişdən istifdə edilməsinə etiraz etməmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində və yaşadığı mənzildə hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etsin, o da əynindəki qara rəngli gödəkcənin sol iç cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd kibrit qutusunu, masanın üzərindəki 1 ədəd kağız bükümündə olan narkotik vasitə qurudulmuş marixuananı, eləcə də yaşadığı mənzildəki televizorun altındakı dolabdan 1 ədəd qara rəngli, 1 ədəd qırmızı rəngli sellafon paketləri və 1 ədəd ağ rəngli sellafon paketi təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellafon paket açılıb içərisinə baxılarkən içərisindəkinin yaşıl rəngli kəskin iyə malik ota bənzər kütlə, yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Eləcə də Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qırmızı rəngli sellafon paket də açılıb içərisinə baxılarkən içərisindəkinin yaşıl rəngli kəskin iyə malik ota bənzər kütlə, yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Həmçinin ağ rəngli sellafon paketə də baxılarkən həmin paketin içərisindəkinin də yaşıl rəngli kəskin iyə malik ota bənzər kütlə, yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilin qonaq otağındakı pəncərənin qarşısından 1 ədəd beşbarmaq şəklində dəmir predmet də aşkar edilmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilin qonaq otağındakı masanın üzərindən 1 ədəd elektron tərəzi və 2 ədəd su ilə dolu fincanların içərisində çətənə bitkisi toxumları da aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olmasını və həmin narkotik vasitəni 2019-cu ilin aprel ayından Yevlax rayonunun Bəydilli kəndi ərazisindəki meşə zolağında əkdiyini, sonradan yığıb qurudaraq yaşadığı mənzildə gizlədərək saxladığını bildirmişdir. Mənzildən aşkar olunmuş beşbarmaq dəmir predmetin də özünə məxsus olmasını bildirərək həmin predmeti də Mingəçevir şəhər ərazisindən tapdığını etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə, elektron tərəzi, bitki toxumları və dəmir beşbarmaq zərflərə yığılıb qablaşdırılaraq tərəflərindən götürülmüşdür. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər Təqsirləndirilən şəxs da imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs anasının yaşadığı Yevlax rayonunun Gülövşə kəndinə gedilmiş və orada yerləşən həyətyanı sahəsi olan fərdi yaşayış evinə də baxış keçirilmişdir. Lakin həmin evdən və həyətyanı sahədən hər hansı narkotik vasitə və ya saxlanılması qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 məhkəməyədək icraat zamanı verdikləri ifadələri təsdiq edərək Şahid2 ilə eyni məzmunlu ifadə verməklə onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı iş üzrə Şahid1 dindirilməsi mümkün olmadığına görə onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olundu. Həmin ifadədən də müəyyən olunur ki, Şahid1 ibtidai istintaq zamanı dindirilərkən Şahid2 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 Qərb Bölgəsində Regional Şöbəsinə Yevlax rayonu Gülövşə kəndində qeydiyyatda olmaqla ünvan 1 mənzil 36 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması, göndərməsı və ya satması barədəəməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqi 4). Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 5-6) Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Əşrəfov X2 şəhəri H.Əliyev prospekti ev 70 mənzil 36 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. (cild 01, iş vər. 9) Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilərkən onun üzərindən və yaşadığı mənzildən ümumilikdə təmiz çəkisi 1300,206 qram olan olan narkotik vasitə-qurudulmuş marixuana, 1 (bir) ədəd elektron tərəzi, 11, 039 qram çətənə (kannabis) bitkisinin toxumları və 1 (bir) ədəd predmet kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah, 1 ədəd elektron tərəzi və 2 ədəd su ilə dolu fincanların içərisində çətənə bitkisi toxumları aşkar edilərək götürülmüş, prosessual hərəkətin həyata keçirilməsinin əks olunduğu CD disk protokola əlavə edilmişdir. (cild 01, iş vər. 10-14) Cinayət işinin materiallarında olan məhkəmə ballistik və soyuq silah ekspertizasının xx.xx.2020-ci il tarixli 16/224 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır. (cild 01, iş vər. 47-49) Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizalarının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 kibrit qutusu.” yazı və imzalar olan bir ədəd kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,429 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş.” yazı və imzalar olan bir ədəd kağız paketdəki, 1 (bir) ədəd sellafon paketdə təmiz çəkisi 19,277 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi.” yazı və imzalar olan polietilen torbadakı iç-içə sellafon paketdə təmiz çəkisi 575 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi.” yazı və imzalar olan polietilen torbadakı 3 (üç) ədəd sellafon paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 440 qram, 135 qram, 125 qram, ümumi təmiz çəkisi 700 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs evindən.” yazı və imzalar olan kağız paketdəki iç-içə sellafon paketdə təmiz çəkisi 11,039qram olan bitki toxumları çətənə (kannabis) bitkisinin toxumları olub, tərkibində narkotik təsirə malik komponentlər kannabinoidləri yoxdur. Tədqiqata təqdim olunmuş bir ədəd kibrit qutusunda və beş ədəd sellafon paketdə olan marixuanalar xarici əlamətlərinə və tərkibinə görə eynidirlər.(cild 01, iş vər. 51-53) Cinayət işinin materiallarında olan arayışdan görünür ki, Əşrəfov X2 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. (cild 01, iş vər. 111) Cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 131) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 Qərb Bölgəsində Regional Şöbəsinə Yevlax rayonunun Gülövşə kəndində qeydiyyatda olmaqla ünvan 1 mənzil 36 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması, göndərməsi və ya satması barədəəməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əmliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, şəxs yaşadığı evin blokunda saxlanılaraq onun razılığı və icazəsi ilə polis əməkdaşları ilə birlikdə videoçəkilişlə yaşadığı mənzilə baxış keçirilmiş və baxış zamanı özü qanunsuz şəkildə əldə edib saxladığı narkotik vasitəni, o cümlədən soyuq silah hesab edilən beşbarmağı könüllü təqdim etmişdir. Götürülmüş maddələr, habelə beşbarmaq məhkəmə ballistik və məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqdaəldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərək narkotik maddənin, o cümlədən beşbarmağın aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası və s., eləcə də zərbə-dağıdıcı təsirli əşyalarbeşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxx 2005-ci il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək, habelə yuxarıda sadalanan qanunvericiliyin normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin üzərindən və evindən aşkar olunan narkotik vasitənin satış məqsədi ilə deyil, şəxsi istifadə məqsədi ilə əldə edib özündə saxlaması ilə bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Belə ki, əldə olunan narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara yığılmaqla saxlanılması, digər tərəfdən evdən elektron tərəzinin aşkar olunması, habelə özünün narkotik vasitədən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin evindən aşkar olunan narkotik vasitələr şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuş və torbalara qablaşdırılmaqla saxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də, həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir. Eyni zamanda baxış zamanı aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın çəkisinin polis əməkdaşları tərəfindən artırılması ilə bağlı təqsirləndirilən şəxsin qeyd etdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla baxış Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə aparılmış, həmin narkotik vasitələrin qablaşdırılmasında Təqsirləndirilən şəxs şəxsən iştirak etmiş və onun gözü önündə həmin narkotik vasitə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs özü şəxsən məhkəmə istintaqı zamanı ifadə verərkən bu halı təsdiq etmişdir. Bundan əlavə cinayət işinin materiallarında olan ekspert rəyindən də görünür ki, baxış zamanı aşkar olunan narkotik vasitələr xarici əlamətlərinə və tərkibinə görə eyni olmuşdur ki, bu hal Təqsirləndirilən şəxs narkotik vasitənin çəkisi ilə bağlı göstərdiklərini təkzib edir. Odur ki, həmin göstərilənlər cinayət işinin materiallarında olmaqla qanuni şəkildə əldə edilən heç bir sübut vasitəsi ilə təsdiq olunmadığından, bu hissədə də təqsirləndirilən şəxsin qeyd etdikləri müdafiə xarakterli ifadə kimi qəbul edilir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirənvə ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonunun Gülövşə kəndində qeydiyyatdadır. Yevlax rayonunun Gülövşə kəndində yaşadığı müddətdə müsbət səciyyələndirilmişdir. (cild 01, iş vərəqi 112-113) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 100) Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət səciyyələnməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən kifayət qədər halların olmasını, habelə cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumirejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəq 32, 91-93) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Beləki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan narkoloji ekspertizanın rəyində əks olunanları əsas götürərək qeyd edir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Narkoloji Dispanserdə profilaktik qeydiyyatda alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan və Mingəçevir ŞPŞ-də saxlanılan 1299,006 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış qurudulmuş marixuana, 11, 039 qram çətənə (kannabis) bitkisinin toxumları və 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 (bir) ədəd predmet kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah müsadirə olunmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə 61,90 AZN (altmış bir manat, doxsan qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplanılması yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Narkoloji Dispanserdə profilaktik qeydiyyatda alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan 1299,006 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış qurudulmuş marixuana, 11, 039 qram çətənə (kannabis) bitkisinin toxumları və 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 (bir) ədəd predmet kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah müsadirə olunmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə 61,90 AZN (altmış bir manat, doxsan qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində X5 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar