Məhkəmə qərarları › İş №1(091)-118/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-118/2021

25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-118/2021 25.06.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rəşad Şəmşir oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3, xx xxxxxxx 1974-cü il tarixdə Zaqatala rayonunun Yuxarı Tala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Zaqatala rayonunun Yuxarı Tala kəndində qeydiyyatda olmaqla tutulana kimi həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, 25 oktyabr 1995-ci il tarixdə Zaqatala rayonunun Yuxarı Tala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zaqatala rayonunun Yuxarı Tala kəndində qeydiyyatda olmaqla tutulana kimi həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qəsdən satış məqsədilə narkotik vasitə olan qurudulmuş marixuana əldə etmək üçün cinayət əlaqəsinə girməklə narkotik vasitənin satışından əldə ediləcək pul vəsaitinin sonradan aralarında bərabər şəkildə bölünməsi ilə bağlı razılıq əldə etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs3 2020-ci ilin may ayında Təqsirləndirilən şəxs1 çətənə bitkisi toxumlarını verdikdən sonra sonuncu tərəfindən Zaqatala rayonunun Yuxarı Tala kəndinin yaxınlığındakı meşə sahəsində həmin toxumlar əkilərək qulluq edilmiş və 06.09.2020-ci il tarixdə yetişdirilmiş çətənə bitkiləri onun yaşadığı Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evinə gətirilmiş, orada qurudulmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədilə külli miqdarda, yəni ümumi təmiz çəkisi 5 kiloqram 385,25 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edilmiş və həmin evdə saxlanılmış, 09.09.2020-ci il tarixdə qurudulmuş çətənə bitkilərini satışa hazır vəziyyətə gətirmək məqsədilə işlərin görülməsi üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 evinə dəvət edilərək birlikdə qurudulmuş marixuananın istehlak edilən hissələrinin istehlaka yaramayan hissələrindən təmizlənməsi ilə bağlı işlər icra edilmiş, həmin gün saat 19 radələrində Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin evə keçirilən baxış zamanı onların yuxarıda qeyd edilən işləri icra etdikləri müəyyən edilmiş, evdən isə birinci mərtəbədə olan mətbəx otağında 01 ədəd çəhrayı rəngli sellofan torbada 14,91 qram çəkidə, qonaq otağında 01 ədəd ağ rəngli sintetik kisədə 4 kq 105 qram çəkidə, 01 ədəd qara rəngli sellofan torbada təmizlənmiş halda 275,34 qram çəkidə və evin üçüncü mərtəbəsində quruması üçün döşəmənin üzərinə qoyulmuş 990 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanalar, eləcə də həmin narkotikin gələcəkdə satışı zamanı çəkilməsində istifadə edilməsi üçün nəzərdə tutulmuş 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 özünü ona elan olunmuş ittiham üzrə qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək ifadə verməkdən imtina etdiyinə görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs3 göstərmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan vaxtaşırı olaraq istifadə edir, 08 sentyabr 2020-ci il tarixdə təxminən saat 22 radələrində tək Zaqatala rayonu Yuxarı Tala kəndi Eldar Ağayev küçəsində yerləşən yeməkxanadan yaşadığı evə gəldiyi zaman Eldar Ağayev küçəsində əlində içərisi dolu sintetik kisə olan bir nəfər tanımadığı şəxslə qarşılaşmış, həmin vaxt qarşılaşdığı şəxs əlində olan sintetik kisəni yerə atıb qaçmış, o da yaxınlaşaraq kisənin içərisinə baxdıqda kisənin içərisində kəskin spesifik qoxuya malik olan yaşıl rəngli qurumuş bitki kütləsi olduğunu görmüş və həmin bitki kütləsini yabanı halda bitmiş çətənə koluna bənzətmiş və içərisində kəskin spesifik qoxuya malik olan yaşıl rəngli qurumuş bitki kütləsi olan sintetik kisəni yaşadığı evinə gətirmiş, 09 sentyabr 2020-ci il tarixdə günorta saatlarında telefon əlaqəsi saxladığı zaman tanışı Təqsirləndirilən şəxs2 08.09.2020-ci il tarixdə içərisində kəskin spesifik qoxuya malik olan yaşıl rəngli qurumuş çətənə kollarına bənzər bitki kütləsi olan sintetik kisə tapıb evinə gətirdiyini bildirərək Süleymanı həmin bitki kütləsinə baxmaq üçün evinə dəvət etmiş, 09 sentyabr 2020-ci tarixdə saat təxminən 14 radələrində Süleyman tanımadığı dostu Murtuzəli ilə yaşadığı evə gəlmiş, o, sintetik kisənin içərisindəki bitki kütləsini göstərdikdə Süleyman və Murtuzəli ona kisənin içərisindəki bitkinin çətənə kolları olduğunu demiş, həmin vaxt polis əməkdaşları gələrək evində qurumuş vəziyyətdə olan çətənə kollarını aşkar etmiş, polis əməkdaşları evdə aşkar etdikləri quru vəziyyətdə olan çətənə kollarını elektron tərəzidə çəkib qablaşdıraraq götürmüş, yaşadığı evdən ümumilikdə 5500 qram çəkidəki quru vəziyyətdə olan çətənə kolları aşkar edilərək götürülmüş, sonra o, Süleyman və Murtuzəli Zaqatala Rayon Polis Şöbəsinə dəvət edilmiş, Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasında şübhəli şəxs kimi tutulmuş və şübhəli şəxs kimi tutulmazdan əvvəl ona latın əlifbası ilə yazıb oxuya bilmədiyi üçün mütəxəssis və hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmiş, sonra üzərində şəxsi axtarış aparılmış və üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. İfadəsi elan olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 onun qohumu, kürəkəninin xalası oğlu olduğunu, özünün Süleymanı çağırdığını, Murtuzəlini tanımadığını, onun Süleymanla birlikdə gəldiyini, gecə işdən evə gələndə narkotik maddələri tapıb evə gətirdiyini, daha sonra Süleymana bu barədə dediyini, onu evinə çağırdığını, Süleymanın növbəti gün Murtuzəli ilə birlikdə onlara gəldiyini, iyindən tapdığının narkotik maddə olduğunu bildiyini, Süleyman narkotik maddələrdən istifadə edən olduğuna görə narkotik maddələr tapdığı barədə deyərək onu çağırdığını, özünün Təqsirləndirilən şəxs1 narkotik maddələrin toxumlarını vermədiyini, Süleyman və Murtuzəli onun yaşadığı evə gələndən təxminən 10 dəqiqə sonra polis əməkdaşlarının gəldiyini, narkotik maddəni evə gətirib mələfəni açıb onun üstünə tökdüyünü, həmin narkotik maddələri polis əməkdaşlarının özlərinin bir neçə yerə qoyduqlarını, özünün narkotik maddələrdən istifadə etdiyini, ona görə də, özünü narkotik maddələrdən istifadə etməkdə təqsirli bildiyini və peşman olduğunu, tapdığı narkotik maddələri təmizlədikdən sonra yararlı hissəsinin çəksinin nə qədər olacağını bilmədiyini, özünün kafe işlətdiyini, axşam kafedən evə gələn zaman yolun üstündə içərisində narkotik maddələr olan ağ rəngli kisə gördüyünü, marixuananın iyi gəldiyinə görə həmin kisəni evə gətirdiyini, evdə kisənin içərisinə baxanda onun içərisində narkotik maddənin olduğunu gördüyünü, birlikdə istifadə etmək və aralarında bölmək üçün Süleymanı çağırdığını, Murtuzəlini onun evinə Süleymanın gətirdiyini, kisənin içərisindən çıxan narkotik tərkibli bitkilərin budaqlı vəziyyətdə olduğunu, içərisində narkotik maddələr olan kisəni axşam tapdığını, Süleymana isə bu barədə səhər zəng edərək “böləsi şey var, bizə gəl” dediyini, Murtuzəlini Süleymanın tanıdığını, özünün Murtuzəlini tanımadığını, Süleyman qohumu olduğundan Murtuzəlini də onun tanışı olduğuna görə ona inanıb evə qəbul etdiyini, özünün günə bir kibrit qutusu təkbaşına narkotik maddə istifadə etdiyini bildirdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş ittiham üzrə qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərdi ki, Zaqatala şəhərində yaşayır. Həyətində olan şabalıd ağaclarının altını təmizlədiyi zaman Ramiz ona zəng edərək yaşadığı evə çağırmışdır. Ramiz ona gəlməsini bildirərək təkid etdiyinə görə o da məcbur olub avtomobili ilə oraya getmişdir. Murtuzəlini isə yolda götürmüşdür. Ramiz tapdığı bitkilərə baxmaq üçün marixuana istifadə edən lazım olduğunu dediyinə görə o, Murtuzəliyə zəng edib onu çağırmışdır. O, Murtuzəli ilə birlikdə Ramizgilə çatanda avtomobilin təkərinin boşaldığını görüb onu orada düşürüb özü avtomobili ustaya aparmış, daha sonra özü də Ramizgilə gəlmişdir. Bir qədər sonra polis əməkdaşları Ramizin yaşadığı evə gəlib onları saxlamışlar. Polis əməkdaşları narkotik maddələr olan kisəni müxtəlif tərəflərə aparmışlar. Həmin vaxt onlara qarşı təsir, təzyiq olmuşdur. Sonradan isə videoçəkiliş olmuşdur. Daha sonra polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs2 əvvəllər Ramizlə birlikdə narkotik maddə istifadə etdiyini, Ramizgilə getməmişdən bir gün əvvəl də onunla narkotik maddə istifadə etdiyini, Ramizin ona bir kisə tapdığını, nə olduğunu dəqiq bilmədiyini, gəlib baxmağı və aralarında bölməyi dediyini, Murtuzəlinin özünün dostu olduğunu, ona görə də, onunla birlikdə Ramizgilə getdiyini, avtomobili ustanın yanında qoyub Ramizin evinə gələndə narkotik maddələri mələfənin üstündə gördüyünü, Ramizgilə gələndə saatın təxminən 16:00, ən geci 16:30 radələri olduğunu, hələ gün batmadığını, Ramizgilə çatandan beş-on dəqiqə sonra polis əməkdaşlarının gəldiyini, Ramizin yaşadığı evdə mələfənin üstündə olan narkotik maddələri gördüyünü, evin başqa yerində narkotik maddələrin olduğunu görmədiyini, narkotik maddəni əlinə alıb baxdığını, lakin onu təmizləmədiyini bildirdi. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Həmin ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs3 təxminən 5 ilə yaxındır ki, tanımış, Təqsirləndirilən şəxs1 isə Ramizə görə təxminən 3-4 il olar ki, tanımış, onun və ailə üzvlərinin Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 və ailə üzvləri ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təxminən bir ildir ki, maddi vəziyyəti pisdir, borcları var, Təqsirləndirilən şəxs3 onun borclarının olduğunu bilmiş və ona borclarını ödəmək üçün maddi köməklik edəcəyini demiş, 09.09.2020-ci il tarixdə səhər saatlarında VAZ-2107 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə ailəsi ilə birlikdə Zaqatala rayonunun Meşleş kəndinə bağlarında olan şabalıd ağaclarının altını təmizləməyə getmiş, 09 sentyabr 2020-ci il tarixdə saat təxminən 14 radələrində Meşleş kəndindəki bağlarında şabalıd ağaclarının altını təmizlədiyi vaxt Ramiz istifadə etdiyi ***-***-**-** nömrəsindən onun istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng vurub Zaqatala şəhəri ərazisində yerləşən “Küləkli” adlanan şadlıq sarayının yanında olduğunu bildirərək ondan avtomobili ilə gəlib onu götürməsini istəmiş, buna görə də, o, idarə etdiyi avtomobili ilə Meşleş kəndindən Zaqatala şəhəri ərazisində yerləşən “Küləkli” şadlıq sarayının yanına gəlmiş, Ramiz yol kənarında tək onu gözləmiş, o, idarə etdiyi avtomobili Ramizin yanında saxlamış, Ramiz avtomobilə əyləşib yaşadığı Zaqatala rayonunun Yuxarı Tala kəndində olan evinə aparmağı istəmiş, o, X21 kəndində olan evinə aparmış, yolda söhbət zamanı o, Ramizə avtomobilini təmir üçün ustaya verəcəyini bildirmiş, Ramiz avtomobildən düşdüyü zaman əvvəlcədən tanıdığı Yuxarı Tala kənd sakini Təqsirləndirilən şəxs1 mobil telefon nömrəsini ona verib ondan Murtuzəli ilə əlaqə saxlayıb evlərinə gətirməyini istəmiş, həmçinin Ramiz ona avtomobili ustaya verdikdən sonra yanına qayıtmasını bildirmiş, buna görə də, o, Ramizin verdiyi nömrəyə zəng vurub Murtuzəli ilə əlaqə saxlamış, Murtuzəli ona Yuxarı Tala kəndində «Bağbanlı» körpüsünün yanında yaşadığı evdə olduğunu bildirmiş, o da idarə etdiyi avtomobil ilə Murtuzəlinin dediyi yerə gedərək Murtuzəlini götürüb Ramizgilə gətirmiş, sonra o, avtomobilini Yuxarı Tala kəndində təkər təmiri ustası işləyən Əliyə verib yoldan ötən taksi ilə Ramizgilə qayıtmış, Ramiz onu həyət darvazasında qarşılamış və onu evinin arxa tərəfindən qonaq otağına aparmış, Ramizin yaşadığı evin qonaq otağına daxil olduğu zaman Murtuzəlinin orda olduğunu və qonaq otağında döşəmənin üstündə sərilmiş vəziyyətdə qurudulmuş çətənə kollarının budaqlarının olduğunu görmüş, Ramiz Murtuzəli ilə ondan həmin qurudulmuş çətənə kollarının budaqlarını təmizləməyi istəmiş, o, Murtuzəli ilə qurudulmuş çətənə kollarının budaqlarını təmizləyib istifadə üçün yararlı hala salmağa başlamış, Ramizin evində narkotik vasitə olan qurudulmuş çətənə kollarını təmizləyən vaxt polis əməkdaşları gələrək onları yaxalamış, polis əməkdaşları Ramizin evində aşkar etdikləri quru vəziyyətdə olan çətənə kollarını qablaşdıraraq elektron tərəzidə çəkmiş, sonra o, Ramiz və Murtuzəlini Zaqatala Rayon Polis Şöbəsinə dəvət etmişlər, Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasında şübhəli şəxs kimi tutulmuş, şübhəli şəxs kimi tutulmazdan əvvəl ona hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmiş, sonra üzərində şəxsi axtarış aparılmış, üzərindən hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən günorta saat 16:00 radələrində işdən evə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 zəng edib onu çağırmış, Süleymanın avtomobili ilə Ramizin yaşadığı evə getmişlər. Süleyman onu həmin yerdə düşürüb avtomobilini ustaya verməyə getmişdir. O, Ramizlə evə girəndə narkotik maddələri görmüşdür. Daha sonra Süleyman da gəlmiş, Süleymandan beş dəqiqə sonra isə polis əməkdaşları həmin ünvana gələrək onları tutmuşlar. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq X3 yolda narkotik vasitə barədə heç nə demədiyini, sadəcə olaraq Ramizin çağırdığını, onun evinə gedib baxaraq nə dediyini öyrənmələrini, özünün Ramizin yaşadığı evdə narkotik maddələri təmizləmədiyini, həmin vaxt onlardan heç kimin narkotik maddələri təmizləmədiyini, oturub söhbət etdiklərini, beş dəqiqə çəkməmiş oraya polis əməkdaşlarının gəldiklərini, özünün narkotik tərkibli bitkilər əkmədiyini, Ramizgilə ilk dəfə getdiyini, Ramizin onları qarşıladığını, Süleymanın onları bir-biri ilə tanış etdikdən sonra öz avtomobilini ustaya aparmaq üçün getdiyini, əvvəldən Ramizi tanımadığını, Süleymanı isə uşaqlıqdan tanıdığını bildirdi. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Həmin ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 10 ilə yaxındır ki, tanımış, Təqsirləndirilən şəxs3 isə təxminən bir ilə yaxındır ki, tanımış, onun və ailə üzvlərinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təxminən 2020-ci ilin may ayında Ramiz ona narkotik vasitə olan marixuana əkmək üçün təxminən 15 ədəd toxum vermiş, o, həmin toxumları Zaqatala rayonunun Yuxarı Tala kəndinin kənarında yerləşən meşəyə apararaq əkmiş və həmin toxumlardan 10 ədədi bitmiş, 10 ədəd çətənə kollarına qulluq etmiş və onlar yetişmiş, təxminən 06 sentyabr 2020-ci il tarixdə həmin çətənə kollarını köklü çıxardaraq Ramizin Zaqatala rayonunun Yuxarı Tala kəndində olan evinə gətirmiş, çətənə kolları bir qədər quruduqdan sonra 09 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində Süleyman istifadə etdiyi ***-***-**-** nömrəsindən onun istifadə etdiyi nömrəyə zəng vurub ondan harada olduğunu soruşmuş, o, Süleymana yaşadığı evdə olduğunu bildirmiş, Süleyman ona “küçəyə çıx, gəlirəm” deyib telefonu söndürmüş, o, bundan sonra yaşadığı evdən küçəyə çıxmış, küçəyə çıxdıqdan təxminən 10 dəqiqə sonra Süleyman idarə etdiyi VAZ-2107 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı evin qarşısına gəlmiş, o, Süleymanın idarə etdiyi avtomobilinə əyləşmiş, həmin vaxt Süleyman avtomobildə tək olmuş, Süleymanın avtomobilinə əyləşdikdən sonra Süleyman ona Təqsirləndirilən şəxs3 yaşadığı evə gedəcəyini, Ramizgildə aparmış olduqları qurudulmuş çətənə kollarının budaqlarını təmizləyib istifadə üçün yararlı hala salacağını bildirmiş, o da Süleymana heç bir söz demədən Süleymanın idarə etdiyi avtomobillə Ramizgilə gəlmiş, Süleyman onu Ramizgilin evinin qabağında avtomobildən düşürüb avtomobilini təmir üçün ustaya verməyə getmiş, Ramiz onu həyət darvazasında qarşılayaraq evinin arxa tərəfindən qonaq otağına gətirmiş, Ramizin yaşadığı evin qonaq otağına daxil olduğu zaman orada döşəmənin üstündə sərilmiş vəziyyətdə qurudulmuş çətənə kollarının budaqlarının olduğunu görmüş, Ramiz ona qurudulmuş çətənə kollarının budaqlarını necə təmizləməli olduğunu göstərmiş, o, qurudulmuş çətənə kollarının budaqlarını təmizləməyə başlamış, təxminən 15 dəqiqə sonra Süleyman da Ramizgilə gəlmiş və onunla bərabər qurudulmuş çətənə kollarının budaqlarını təmizləməyə başlamış, Süleymanla o, qurudulmuş çətənə kollarının budaqlarını təmizləyib istifadə üçün yararlı hala saldıqları zaman polis əməkdaşları gələrək onları yaxalamış, polis əməkdaşları Ramizin evində aşkar etdikləri quru vəziyyətdə olan çətənə kollarını qablaşdıraraq elektron tərəzidə çəkmiş, sonra o, Ramiz və Süleyman Zaqatala Rayon Polis Şöbəsinə dəvət edilmiş, Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasında şübhəli şəxs kimi tutulmuş, şübhəli şəxs kimi tutulmazdan əvvəl ona hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmiş, sonra üzərində şəxsi axtarış aparılmış, üzərindən hər hansı bir qanunsuz əşya, predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Zaqatala Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı olaraq vəsatət və təqdimatla məhkəməyə müraciət olunaraq məhkəmənin müvafiq qərarı alınmışdır. Daha sonra daxil olmuş həmin məlumata əsasən Təqsirləndirilən şəxs3 yaşadığı ünvana getmiş və yaşadığı ünvana baxış keçirilməsi ilə bağlı onu məhkəmənin qərarı ilə tanış etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs3 onlara etiraz etməmiş, bundan sonra evə daxil olaraq baxış keçirmişlər. Həmin baxış zamanı Təqsirləndirilən şəxs3 yaşadığı evin mətbəxində narkotik maddə olan qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra ardıcıllıqla otaqlara baxmışlar. Zala daxil olanda mələfənin üstündə narkotik maddələr olduğunu və ətrafında da digər iki nəfər şəxsin olduğunu görmüşlər. Daha sonra həmin şəxslərin özlərinin gözü qarşısında aşkar edilmiş həmin narkotik vasitələri qablaşdıraraq götürmüşlər. Bundan sonra yuxarı mərtəbəyə qalxılmış və üçüncü mərtəbəyə baxış keçirilmiş, oradan da mələfəyə sərilmiş narkotik vasitəyə bənzər kütlələr aşkar olunmuşdur. Evdən həmçinin bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Bütün bu baxış hərkətləri videoçəkiliş vasitəsi ilə lentə alınmış və daha sonra CD diskə yüklənməklə tərtib olunan protokola əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuş və onun da Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X6 təqsirləndirilən şəxsin yaxın qohumu olması səbəbindən ifadə verməkdən imtina etdiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Züleyxa Quliyeva göstərmişdir ki, 1994-cü il tarixdə Təqsirləndirilən şəxs3lə ailə həyatı qurmuşdur. Onunla 2014-cü il tarixdən Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən ona məxsus olan evdə birlikdə yaşamışlar. 09 sentyabr 2020-ci il tarixdə təxminən saat 17 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən evinin giriş qapısında olan zaman anidən həyətə tanımadığı adamların daxil olduğunu görmüşdür. Həmin adamlar onun hərəkətini məhdudlaşdırmaq məqsədilə ilkin olaraq onu mətbəxə salmışlar. Onlar qapını örtdükdə nə baş verdiyini başa düşməmişdir. Həmin vaxt qapı açıq olduğu üçün Ramizin evdə olduğunu başa düşmüşdür. O, Ramizi səsləyərək evə daxil olan adamla olduğunu desə də, heç bir cavab gəlməmişdir. O, bundan sonra həmin şəxslərin polis əməkdaşları olduğunu bilmişdir. Onlardan onu buraxmalarını xahiş etmişdir. Onlar onu buraxdıqdan sonra o, qaynatası Məmmədgilə getmişdir. Orada baş verənləri qızı Ləmana danışdıqdan sonra o, baş verənləri öyrənmək üçün onların evinə getmişdir. Təxminən bir-iki saat keçdikdən sonra qızı təkrar onun yanına qayıtdıqda o, polis əməkdaşlarının onların yaşadıqları evdə narkotik vasitə aşkar etdiklərini dediklərini demişdir. Onun bundan başqa baş vermiş hadisə haqqında hər hansı məlumatı yoxdur. İfadəsi elan olunduqdan sonra ona ünvanlanan suala cavab olaraq Züleyxa Quliyeva ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X13 ifadəsində göstərmişdir ki, o, Türkiyə Respublikasında ali təhsil alır. O, oradan evə gələndə nənəsigildə qalmışdır. 09.09.2020-ci il tarixdə o, nənəsigildə olan zaman anası ona evlərinə tanımadığı və polis geyimində olmayan adamların gəldiyi barədə xəbər vermişdir. O da nə baş verməsindən narahat olaraq tez evə getmişdir. Ancaq o, evlərinə çatanda həmin şəxslər onu içəri girməyə qoymamışlar. O, onlardan nə baş verdiyini soruşsa da, onlar ona bu barədə heç nə deməmişlər. Ona iki saat sonra evlərindən narkotik maddə aşkar edildiyini bildirmişlər. Məhkəmə iclası zamanı ona ünvanlanan suallara cavab olaraq şahid Ləman Quliyeva evlərinə gələndə saat 4-5 radələri olduğunu, anası ona polis geyimində olmayan şəxslərin evlərinə basqın etdiklərini dediyini, ona bu barədə babasına deməsini tapşırdığını, Murtuzəlini tanımadığını, onu heç vaxt görmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan 09.09.2020-ci il tarixli “Raport”dan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, Zaqatala rayonunun Yuxarı Tala kəndində yaşayan 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs3 qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı satması, yaşadığı evində saxlaması və üzərində gəzdirməsində şübhəlidir. Odur ki, Zaqatala Rayon Məhkəməsi tərəfindən 09.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 yaşadığı evə baxış keçirilməsi barədə 5(033)-33/2020 nömrəli məhkəmə qərarı alınmışdır. (cild 1, iş vərəqi 5) Cinayət işinin materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 09.09.2020-ci il tarixli, 5(033)-33/2020 saylı qərarından görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs3 yaşadığı Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evinə, həmin evin həyətyanı sahəsinə və yardımçı binalarına daxil olmaqla baxış keçirilməsi qərara alınmış və qərarın icrası Zaqatala Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinə həvalə edilmişdir. (cild 01, iş vər. 11-12) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə haqqında” 09.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən evinə baxış keçirilən zaman evin birinci mərtəbəsində yerləşən mətbəxindən 1 ədəd çəhrayı rəngli sellofan torbada, qonaq otağından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qurudulmuş marixuananın istehlak edilən hissələrinin istehlaka yaramayan hissələrindən təmizləmələri və otaqdan 4.2 kiloqram çəkidə və təmizlənmiş halda bir ədəd qara rəngli sellofan torbada 0,3 kiloqram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd elektron tərəzi, evin üçüncü mərtəbəsində qurudulması üçün döşəmənin üzərinə qoyulmuş 1 kiloqram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 dəvəti ilə narkotik vasitə olan qurudulmuş marixuananın təmizlənməsinə kömək üçün gəldiklərini bildirmişlər. Əməliyyat-axtarış tədbirinin keçirilməsi video çəkilişlə aparılmış və müvafiq görüntülər CD diskə yüklənməklə protokola əlavə olunmuşdur. (cild 1, iş vərəqi 13-17) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinin 10 sentyabr 2020-ci il tarixli 17/537 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs3 yaşadığı evdən aşkar olunmuş 01 (bir) ədəd sellofan torbada….kütlə….» sözləri yazılmış zərfin içərisində bir ədəd çəhrayı rəngli sellofan torbada, təmiz çəkisi 14.91 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış vərəqədə «Təqsirləndirilən şəxs3 yaşadığı evin qonaq otağından aşkar olunmuş …..kütlə…..» sözləri yazılmış ağ rəngli sintetik kisənin içərisindəki təmiz çəkisi 4 kq. 105 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində yapışdırılmış vərəqədə «Təqsirləndirilən şəxs3 yaşadığı evin qonaq otağından aşkar olunmuş təmizlənmiş halda….kütlə…..» sözləri yazılmış qara rəngli sellofan torbanın içərisindəki təmiz çəkisi 275,34 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində yapışdırılmış vərəqədə «Təqsirləndirilən şəxs3 yaşadığı evin 3-cü mərtəbəsindən aşkar olunmuş ….kütlə…..» sözləri yazılmış ağ rəngli sintetik kisənin içərisindəki təmiz çəkisi 990 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd sintetik kisədə, 01 (bir) ədəd qara rəngli sellofan torbada və 01 (bir) ədəd çəhrayı rəngli sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. (cild 1, iş vərəqi 99-102) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 12 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən Zaqatala rayonunun Yuxarı Tala kəndinin kənarında yerləşən “Pipan” adlanan meşə sahəsinə gedərək çətənə bitkilərini əkmiş olduğu yeri göstərmişdir. Təqsirləndirilən şəxs1 göstərdiyi yerə baxış zamanı çətənə bitkisini suvarmaq üçün istifadə etdiyi 7 ədəd plastik su qabları aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs1 göstərdiyi yerdə, həqiqətən də, çətənə bitkisinin əkilməsi ilə bağlı işlər görüldüyü müəyyən edilmişdir. Müvafiq foto şəkillər çəkilməklə protokola əlavə olunmuşdur. (cild 1, iş vərəqi 160-165) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 oktyabr 2020-ci il tarixli “Raport”dan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşağıdakılar müəyyən edilmişdir: 1.Təqsirləndirilən şəxs3 külli miqdarda çətənə bitkiləri kollarının əkib-becərməsi və bundan əldə olunan marixuananın satışı ilə məşğul olması ilə əlaqədar mütəmadi olaraq daxil olmuş əməliyyat məlumatları əsasında əməliyyat nəzarətinə götürülərək tədqiq olunmuşdur. 2.Təqsirləndirilən şəxs3 evində aşkar olunmuş narkotik vasitə marixuana daxil olmuş əməliyyat məlumatlarına əsasən, onun xırdabuynuzlu heyvanları yay mövsümündə saxladığı dağ massivi ərazilərində və Təqsirləndirilən şəxs1 tərəfindən Zaqatala rayonunun Yuxarı Tala kəndinin kənarında yerləşən Pipan meşələrində əkilibbecərilmiş çətənə bitkilərindən əldə olunmuşdur. 3.Təqsirləndirilən şəxs3 mütəmadi olaraq çətənə bitkilərinin əkilib-becərilməsi, satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs3 barəsində Zaqatala rayonu “Pərzivan” adlanan dağ massivində, Danaçı kəndi ərazisində və eləcə də Samux rayonu ərazisində çətənə bitkiləri əkib-becərməsi barədə məlumatlar daxil olmuşdur. 4.Təqsirləndirilən şəxs3 evində aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananın realizə edilməsində ailə üzvlərinin iştirakını müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs3 evində narkotik maddə marixuana aşkar edildiyi zaman onun həyat yoldaşının aqressiv davranışları, onun bu işdən xəbərdar olduğunu ehtimal edir. 5.Təqsirləndirilən şəxs1 əvvəllər çətənə bitkiləri əkib-becərməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatları əldə olunmuşdur. 6.Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la yaxın münasibətləri olmuşdur. 7.Təqsirləndirilən şəxs2 əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatları əsasında əməliyyat nəzarətinə götürülərək tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs2 münasibətdə olduğu şəxslərdən əməliyyat marağı kəsb edən şəxslər müəyyən olunmamışdır. (cild 2, iş vərəqi 15) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Telefon danışıqlarına baxış keçirilməsi barədə” 27 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsinə 09 sentyabr 2020-ci il tarixdə saat 14:15 dəqiqədə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi ilə zəng vuraraq 33 saniyə danışmış, daha sonra saat 14:25:07 saniyədə Təqsirləndirilən şəxs3 istifadə etdiyi ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs2 zəng vuraraq 17 saniyə danışmış, bundan sonra Təqsirləndirilən şəxs2 saat 14:25:45 saniyədə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vuraraq 42 saniyə danışmış, bundan sonra 14:26:46 saniyədə Təqsirləndirilən şəxs1 yenidən istifadə etdiyi ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs2 zəng vurmuş və onların arasında 60 saniyə telefon danışığı olmuş, daha sonra yenidən 14:27:58 saniyədə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vuraraq 28 saniyə danışmış, 14:42:43 saniyədə Təqsirləndirilən şəxs3 istifadə etdiyi ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan telefon nömrəsinə zəng vuraraq 36 saniyə danışmış, 14:46:37 saniyədə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vuraraq 43 saniyə danışmış, 14:56:12 saniyədə Təqsirləndirilən şəxs3 istifadə etdiyi ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan telefon nömrəsinə zəng vuraraq 11 saniyə danışmış, bundan sonra 14:56:40 saniyədə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vuraraq 23 saniyə danışmış, 15:02:08 saniyədə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vuraraq 68 saniyə danışmış, 15:11:57 saniyədə Təqsirləndirilən şəxs3 istifadə etdiyi ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan telefon nömrəsinə zəng vuraraq 19 saniyə danışmış, 15:21:13 saniyədə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng vuraraq 61 saniyə danışmış, 15:24:19 saniyədə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng vuraraq 12 saniyə danışmış, 15:28:36 saniyədə Təqsirləndirilən şəxs3 istifadə etdiyi ***- ***-**-** nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan telefon nömrəsinə zəng vuraraq 11 saniyə danışmış, 15:32:10 saniyədə Təqsirləndirilən şəxs3 istifadə etdiyi ***- ***-**-** nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan telefon nömrəsinə zəng vuraraq 6 saniyə danışmış, 15:35:46 saniyədə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vuraraq 9 saniyə danışmış, 16:02:45 saniyədə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vuraraq 4 saniyə danışmışdır. (cild 02, iş vər. 30-58) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 04 dekabr 2020-ci il tarixli 1002 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 105) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 04 dekabr 2020-ci il tarixli 1003 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 106) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 04 dekabr 2020-ci il tarixli 1004 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 107) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinin 28 yanvar 2021-ci il tarixli 17/76 nömrəli rəyindən görünür ki, təqdim olunmuş DVD diskdə saxlanılan videogörüntülərə və aparılmış tədqiqata əsasən 01 (bir) ədəd ağ rəngli sintetik kisənin içərisindəki təmiz çəkisi - 4 kq 104,95 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin qurudulmuş marixuananın içərisində narkotik tərkibli çətənə bitkisinin hissələri yoxdur. (cild 02, iş vər. 237-238) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin 15 oktyabr 2020ci il tarixli 569 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 nevrasteniya, emosional iradi pozuntular və özünü kəsmələrlə XBT10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F48.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olması səbəbindən o, ona şamil edilən hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərini qiymətləndirmək və hərəkətlərinin mməsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli CM-nin 21.1 və 22-ci maddələrin təsiri altına düşmür və onun hal-hazırda tibbi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya hərəkətlərini idarə etmək iqtidarındadır. (cild 02, iş vər. 108-109) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 10 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməllərində CM-nin 237.1 və 188.1-ci maddələrinin tərkib əlamətləri olmadığı üçün barələrində cinayət təqibinə xitam verilmişdir. (cild 03, iş vər. 37-50) Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. İş materiallarından görünür ki, 09.09.2020-ci il tarxdə polis şöbəsinə Təqsirləndirilən şəxs3 qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı satması, yaşadığı evində saxlaması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün məhkəməyə müraciət olunaraq məhkəmənin qərarı alınmış, şəxsin yaşadığı ünvana gedilərək qanunvericiliyin tələbləri çərçivəsində videoçəkilişlə şəxsin yaşadığı ünvana baxış keçirilmiş və müvafiq olaraq həmin ünvanda müxtəlif yerlərdə ümumi çəkisi 5 kiloqram 385,25 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Götürülmüş maddələr məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs3 yaşadığı evə baxış keçirilərək külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 4-cü bəndinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının “qanunsuz əldə edilməsi” dedikdə narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən qərarın 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Sözügedən siyahıdan isə görünür ki, qurudulmuş marixuananın çəkisi 500 qramdan çox olduqda artıq bu çəki külli miqdarı ehtiva edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cinayət əməlləri özlərinin qismən etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməllər CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçiləri) məhkəmə istintaqı zamanı ümumiyyətlə ibtidai araşdırma orqanı tərəfindən əldə olunan əməliyyat məlumatı çərçivəsində həyata keçirilən prosessual hərəkətləri, prosessual hərəkətin həyata keçirilmə qaydasını, mexanizmini, həmin tədbirdə iştirak edən şəxslərin hərəkətlərini, o cümlədən əməliyyat tədbirinin keçirilmə vaxtını və onun rəsmiləşdirilməsi qaydasını mübahisələndirmiş və həmin əməliyyat tədbirinin həyata keçirilməsi nəticəsində əldə olunan sübutların cinayət prosessual qanunvericiliyin tələblərinin pozulması ilə əldə olunduğunu bildirməklə həmin sübutların etibarsız sayılmasını, onların sübutlar siyahısından xaric edilməsini və hüquqlarını müdafiə etdiyi şəxslər barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər ki, bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, müdafiə tərəfi müvafiq məhkəmənin qərarı ilə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs3 evində əməliyyat axtarış tədbirinin 09.09.2020-ci il tarixdə saat 16- 17 radələrində keçirildiyini, lakin polis əməkdaşları tərəfindən məqsədli şəkildə həyata keçirilən baxış hərəkətinin keçirilmə vaxtının həmin tarixdə saat 19:05 kimi rəsmiləşdirildiyini qeyd etmiş, bunu təsdiq edən sübut növü kimi şahid ifadələrinə (X6 və X8 ifadələri), həmçinin N.Tusi adına X4 tərəfindən verilmiş 18.05.2021-ci il tarixli 32/63(Ş) saylı məktuba istinad etmişdir. Müdafiə tərəfinin məhkəmə istintaqı zamanı təqdim etdiyi N.Tusi adına X4 tərəfindən verilmiş 18.05.2021-ci il tarixli 32/63(Ş) saylı Zaqatala rayonunda Günəşin hərəkəti ilə bağlı cədvəl məktubundan görünür ki, Zaqatala rayonunda 09.09.2020-ci il tarixdə günəş 06:28-də çıxmış, 19:10-da batmış, 19:46-da hava qaralmış, 20:25-də isə gecə başlamışdır. Məhkəmə kollegiyası ilk növbədə o halı qeyd etməyi zəruri sayır ki, hər üç təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 09.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 məxsus Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evində polis əməkdaşları tərəfindən narkotik vasitənin aşkar olunması faktını təsdiqləmiş, bu halı mübahisələndirməmiş və özlərini onlara elan olunan ittiham üzrə qismən, yəni narkotik vasitənin istifadəsində təqsirli bilərək əməllərinin CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını xahiş etmişlər. Əməliyyat tədbirinin keçirilmə vaxtı və həmin tədbirin rəsmiləşdirilməsinə gəldikdə isə bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında protokoldan və baxışın keçirilməsini əks etdirən videogörüntülərdən müəyyən olunur ki, əməliyyat tədbiri saat 19:05-də başlamışdır. Bunun əksini iddia edən müdafiə tərəfinin vəsatəti əsasında dindirilən və ifadəsi elan olunaraq tədqiq edilən şahidlərin (X6 və X13) söylədiklərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, hər iki şahid Təqsirləndirilən şəxs3 arvadı və qızı olmaqla yaxın qohumlarıdırlar. Odur ki, bu hal onların sonuncunun xeyrinə ifadə verməsini anlaşılan edir. Ona görə də, məhkəmə həmin şəxslərin ifadəsinə tənqidi yanaşır, həmin ifadələri həqiqəti əks etdirən ifadə kimi, o cümlədən ittihamda göstərilənləri təkzib edən əsaslı sübut növü kimi qəbul etmir. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfinin təqdim etdiyi cədvəldə əks olunan müddətlərə əsasən polis əməkdaşları tərəfindən müvafiq əməliyyat-axtarış tədbirinin keçirilmə vaxtının protokolda yalnış yazıldığı və ya təhrif edildiyi qənaətinə gəlinməsi qeyri-mümkündür. Odur ki, əməliyyat tədbirinin keçirilmə vaxtının düzgün rəsmiləşdirilməməsi ilə bağlı müdafiə tərəfinin irəli sürdüyü dəlillər öz təsdiqini tapmadığından məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin qeyd etdikləri əsassızdır və cinayət işinin materialları ilə təsdiq olunur ki, sözügedən əməliyyat tədbiri polis əməkdaşları tərəfindən məhz 09.09.2020-ci il tarixdə saat 19:05 radələrində həyata keçirilməyə başlanmışdır. Həmçinin Təqsirləndirilən şəxs2 09.09.2020-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirindən sonra polis şöbəsində psixi və fiziki təsirə, təzyiqə məruz qaldığını bildirsə də, Zaqatala rayon prokurorluğunun 01.04.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Təqsirləndirilən şəxs2 qeyd etdiyi xüsusatlar prokurorluqda araşdırılmış və qeyd olunanlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar təqsirləndirilən şəxsə təqdim olunmuş və müdafiə tərəfindən mübahisələndirilməmişdir, hazırda qüvvədədir. Eyni zamanda məhkəmə istintaqı zamanı digər Təqsirləndirilən şəxs1 də ibtidai araşdırma zamanı təzyiq və təsirlərə məruz qaldığını bildirsə də, cinayət işinin materiallarından görünür ki, sözügedən təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində etirafedici ifadə versə də, ibtidai istintaqın sonrakı mərhələsində həmin ifadəni qəbul etməmiş, aldadılma nəticəsində törətmədiyi cinayət əməlini etiraf etdiyini bildirmiş, polis əməkdaşları tərəfindən hər hansı bir təsir və ya təzyiqə məruz qalmadığını qeyd etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 ibtidai araşdırmanın ilkin mərhələsində etirafedici ifadə verməsinə baxmayaraq sonradan fərqli və ziddiyyətli ifadə vermiş, bu halda belə polis əməkdaşları tərəfindən hər hansı təsir və ya təzyiqə məruz qalmadığını bildirmişdir. Həmçinin barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmiş, yalnız törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Qeyd edilənləri ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma dövründə polis şöbəsində təsir və ya təzyiqə məruz qalması ilə bağlı Təqsirləndirilən şəxs1 qeyd etdikləri həqiqəti əks etdirmir. Odur ki, yuxarıda göstərilənləri əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin məhkəmə istintaqı zamanı əməliyyat tədbirinin həyata keçirilməsi nəticəsində əldə olunan sübutların etibarsız sayılmaqla sübutlar siyahısından çıxarılması barədə tələbinin təmin edilməsi qeyri-mümkündür. Həmçinin müdafiə tərəfinin Təqsirləndirilən şəxs3 evindən aşkar olunan tərəzi ilə bağlı qeyd etdiklərinə münasibətdə isə məhkəmə kollegiyası bildirir ki, əvvəla həmin tərəzi böyük ölçüdə olmuş olsa da, baxışın keçirilməsini özündə əks etdirən videogörüntülərdən müəyən olunur ki, həmin tərəzi ağır çəkiləri ölçməklə yanaşı, nisbətən kiçik çəkidə olan əşyaları ölmək üçün də istifadə oluna bilər. Çünki həmin tərəzi elektron tərəzidir və onda qramla ölçülən çəkiləri ölçmək üçün funksiya nəzərdə tutulmuşdur. Bundan əlavə, əgər həqiqətən də sözügedən tərəzi müdafiə tərəfinin qeyd etdiyi kimi ağır çəkilərin ölçülməsi üçün nəzərdə tutulmuşdusa, onda həmin tərəzinin hadisə günü evin içərisində və məhz narkotik vasitə emal olunan (təmizlənən) otaqda olması anlaşılan deyil. Halbuki hər bir evdə normalda tərəzi, o cümlədən belə böyük ölçüdə olan tərəzi evin içərisində zal otağında qoyulmur. Həmçinin Təqsirləndirilən şəxs3 əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif olunması ilə bağlı müdafiə tərəfinin xahişinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həm yuxarıda sadalananlar, həm də Təqsirləndirilən şəxs3 evindən aşkar olunan narkotik vasitənin miqdarının külli miqdar hesab edilən miqdardan 10 dəfə çox olması, evdən elektron tərəzinin aşkar olunması, iki nəfər şəxslə qabaqcadan əlbir olan bir qrup halında birləşməsi onun narkotik vasitəni qanunsuz olaraq məhz satış məqsədi ilə əldə etdiyini və özündə saxladığını təsdiq edir ki, belə olan halda onun əməlinin CM-nin 234.1ci maddəsi ilə tövsif edilməsi qeyri-mümkündür. Odur ki, məhkəmə müdafiə tərəfinin qeyd etdiklərini səmimi olmayan, işin faktiki halları ilə üst-üstə düşməyən ifadələr kimi qəbul edir və həmin ifadələrin əvvəlcədən seçilmiş və təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinin daha ağır maddəsi ilə cinayət məsuliyyətindən yayınmaq üçün seçilmiş sözlərdən ibarət olan müdafiə taktikası olduğu qənaətinə gəlir. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 34.8-ci maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Həmçinin həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Davudov X2 Rayon Məhkəməsinin 06.07.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (cild 2, iş vərəq 90- 91, cild 3, iş vərəqi 1-36) Cinayət işinin materiallarında olan Zaqatala rayon İcra və Probasiya Şöbəsinin 07 dekabr 2020-ci il tarixli, 102797 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını 20.10.2019-cu il tarixdə çəkib bitirmişdir. (cild 2, iş vərəq 99) Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Zaqatala Bələdiyyəsinə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (cild 2, iş vərəq 103) Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 12.02.2019-cu il təvəllüdlü X9 adlı bir azyaşlı uşağı vardır. (cild 2, iş vərəq 104) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmadığından və Təqsirləndirilən şəxs2 əvvəllər məhz azadlığın məhdudlaşdırılası cəzasına məhkum olunduğundan, onun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Quliyev X12 Rayon Məhkəməsinin 29.11.2001-ci il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 28.08.2004-cü il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. (cild 2, iş vərəq 92-93) Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Quliyev X10 rayonu Yuxarı Tala kənd sakinidir və həmin kənddə yaşayır. Bugünədək Təqsirləndirilən şəxs3 və ailəsi barəsində Zaqatala RİHB-nin Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və ya şikayət daxil olmamışdır. (cild 2, iş vərəq 100-101) Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində 01.03.2013-cü il təvəllüdlü X16 adında bir azyaşlı uşağı vardır. (cild 2, iş vərəq 102) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs3 CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 2, iş vərəq 94-95) Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Zaqatala RİHB-nin Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və ya şikayət daxil olmamışdır. cild 2, iş vərəq 104) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs1 CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməllərində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını əsas götürərək, habelə törədilən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törədən şəxslərin şəxsiyyətlərini, habelə təyin olunacaq cəzanın şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onlara yalnız təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ilə cəzanın məqsədinə nail oluna bilər. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər məhz onlara təyin olunan azadlıqdan məhrumetmə növündə cəzanı real olaraq çəkməklə islah oluna bilərlər. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu məsələnin həlli zamanı təqsirləndirilən şəxslərin hər birinin şəxsiyyətini səciyyələndirən hallar, cinayətin törədilməsindəki faktiki iştiraklarının xarakteri və dərəcəsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət əməlinin faktiki təşkilatçısı, rəhbəri kimi çıxış etməsi faktı diqqətdə saxlanılmalı, onun qrup üzvləri arasında icra bölgüsünü müəyyən etməsi, narkotik vasitənin toxumunu əldə edərək qrup üzvlərindən Təqsirləndirilən şəxs1 əkməsi üçün verməsi, daha sonra əldə olunan narkotik vasitəni evinə gətirərək gizlətməsi, sonradan isə qrup üzvlərinin iştirakı ilə narkotik vasitənin təmizlənməsi və emalındakı fəallığı əsas götürülməli, o cümlədən əvvəllər də tamah motivi ilə cinayət əməli törətməsi səbəbindən təqsirli bilinərək məhkum olunması və məhkumluğu ödənilsə də, bundan nəticə çıxarmayarq yenidən tamah niyyəti ilə cinayət əməli törətməsi kimi onu səciyyələndirən məqamlar nəzərə alınmaqla ona digər təqsirləndirilən şəxslərə nisbətən daha ağır cəza təyin edilməlidir. Eyni zamanda cəza təyini zamanı Təqsirləndirilən şəxs2 da əvvəllər tamah niyyəti ilə cinayət əməli törətməsi səbəbindən təqsirli bilinərək məhkum olunması və məhkumluğu ödənilsə də, nəticə çıxarmayarq yenidən tamah niyyəti ilə qrup halında cinayət əməlinin törədilməsində iştirak etməsi, habelə Təqsirləndirilən şəxs1 narkotik vasitə olan qurudulmuş marixuananın əldə olunmasındakı rolu nəzərə alınmalı və həmin şəxslərə də təqsirli bilindikləri maddənin sanksiyası həddində əsaslı və ədalətli cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 09 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 09 sentyabr 2020-ci il tarixdə saat 20:02-də şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəq 32) Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 09 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 09 sentyabr 2020-ci il tarixdə saat 21:10-da şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəq 55) Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 09 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 09 sentyabr 2020-ci il tarixdə, saat 22:20-də şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəq 78) Cinayət işinin materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 11.09.2020-ci il tarixli 4(033)-66/2020 nömrəli qərarından görünür ki, 11 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində əvvəli 09 sentyabr 2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəq 170-173) Cinayət işinin materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 11.09.2020-ci il tarixli 4(033)-67/2020 nömrəli qərarından görünür ki, 11 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində əvvəli 09 sentyabr 2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəq 175-178) Cinayət işinin materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 11.09.2020-ci il tarixli 4(033)-65/2020 nömrəli qərarından görünür ki, 11 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 barəsində əvvəli 09 sentyabr 2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəq 180-183) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 09 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 09 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 09 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 04 dekabr 2020-ci il tarixli 1002 nömrəli rəyi) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə profilaktik qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 04 dekabr 2020-ci il tarixli 1003 nömrəli rəyi) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə profilaktik qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 04 dekabr 2020-ci il tarixli 1004 nömrəli rəyi) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə profilaktik qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olmaqla Zaqatala RPŞ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs3 yaşadığı evdən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd çəhrayı rəngli sellofan torbada 14,86 qram çəkidə, 01 ədəd ağ rəngli sintetik kisədə 4104,95 qram çəkidə, təmizlənmiş halda 01 ədəd qara rəngli sellofan torbada 275,29 qram çəkidə, 01 ədəd sintetik kisədə 989,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 7 ədəd plastik butulka məhv edilməli, telefon danışıqları olan bir ədəd diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, bir ədəd elektron tərəzi isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə olunmalıdır. İş üzrə 71.94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda 23,98 AZN (iyirmi üç manat, doxsan səkkiz qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Cinayət işi üzrə maddi zərər və mülki iddianın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 09 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və yaşadığı ərazi üzrə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 09 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və yaşadığı ərazi üzrə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 09 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və yaşadığı ərazi üzrə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olmaqla Zaqatala RPŞ-nin maddi sübutlar otağında saxlanılan 01 ədəd çəhrayı rəngli sellofan torbada 14,86 qram çəkidə, 01 ədəd ağ rəngli sintetik kisədə 4104,95 qram çəkidə, 01 ədəd qara rəngli sellofan torbada 275,29 qram çəkidə, 01 ədəd sintetik kisədə 989,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, və 7 ədəd plastik butulka hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, telefon danışıqları olan bir ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, bir ədəd elektron tərəzi isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə olunsun. İş üzrə 71.94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda 23,98 AZN (iyirmi üç manat, doxsan səkkiz qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar