Məhkəmə qərarları › İş №1(091)-118/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-118/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-118/2024 10.12.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2sində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan özünü İran İslam Respublikasının vətəndaşı Baba kimi təqdim edən şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq qazanc əldə etmək barədə razılaşdıqdan sonra istintaq zamanı müəyyən edilməmiş tarixdə və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən külli miqdar hesab edilən, yəni 1000 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, külli miqdarda, yəni 251,438 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 106,70 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 27 sentyabr 2023-cü il tarixdə saat 22:30 radələrində Yevlax-Şamaxı-Bakı magistral yolunun Göyçay rayonu, Bığır kəndi ərazisindən keçən hissəsində Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanda yerləşən Göyçay RPŞ-yə gətirilmiş, həmin gün saat 23:30 dəqiqədə X9 üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilərkən əlində olan sellofan torbadan üzəri yapışqanlı lentlə sarınmış 2 ədəd sellofan bükümlərin içərisində olan 3 ədəd sellofan bükümlərdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı külli miqdarda, yəni təmiz çəkisi 1000 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, külli miqdarda, yəni təmiz çəkisi 251,438 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 106,70 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulmadan iki ay əvvəl özünü İran vətəndaşı kimi tanıdan bir şəxslə telefon vasitəsilə danışırmış. Həmin şəxs ona şirnikləşdirici vədlər verirmiş. Belə ki, İran vətəndaşı olan şəxs ona deyirmiş ki, filan yerdə narkotik vasitə var get onu götür. Həmin şəxsin bəlkədə 20 dənə nömrəsini bloka atmışdır. Axırda demişdir ki, biraz narkotik vasitə olan marixuana vardır. Həmin marixuananı dediyi yerdən gedib götürsün. Sonra demişdir ki, marixuanadan istifadə etdikdən sonra, qalanını şəhər yerində bir yerə atsın və şəklini çəksin. Bakıdan gələn adam vardır. Həmin adam gəlib marixuananı götürəcəkdir. O da bu minvalla hadisə yerinə getmişdir. Marixuananı 5-10 dəqiqə axtarıb tapmamışdır. Birdə görmüşdür ki, yerdə insanlar uzanıblar. Həmin insanlar polis əməkdaşları olmuşlar. Polis əməkdaşları arxasınca qaçıb onu yerə yıxmışlar və döyməyə başlamışlar. Polis əməkdaşlarından biri ondan soruşmuşdur ki, nəyi axtarırdın? Sellofanı axtarırdın? Həmin polis əməkdaşı sellofanı götürüb ona vermişdir ki, sellofanı götür əlində get, səni telefonla çəkək. Bundan sonra polis əməkdalarının dediklərini etmişdir. Polis əməkdaşları üzü-başı qan içində onu videoya çəkmişdirlər. Həmin yerdə 10-12 nəfər polis əməkdaşı olmuşdur. Bundan sonra qollarını qandallayıb onu polis şöbəsinə gətirmişdirlər. Polis şöbəsində onu döyməyə başlamışdırlar. İsrarla ona deyirmişlər ki, güya o, narkotik vasitəyə ortaq olmuşdur. Sonra onu döyüb sənədlərə imza çəkdirmişlər. Telefonunu götürmüşlər və öz telefonlarına səslər atmağa başlamışlar. Onu aldatmışlar ki, güya ona istifadəçi kimi ittiham veriləcək. Beləcə narkotik vasitəni boynuna almışdır. Bundan başqa ona hədə qorxu gəlmişlər və demişlər ki, boynuna almadığı təqdirdə evindən 2 kiloqram narkotik vasitə çıxaracaqlar. Hətta demişlər ki, atasının boynuna narkotik vasitə qoyub həbs edəcəklər. Ona demişdirlər ki, atasının maşınından narkotik vasitə çıxaracaqlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs göstərmişdir ki, onunla əlaqə saxlayan şəxsin dəqiq İran vətəndaşı olub-olmadığını bilmir. Özünü İran vətəndaşı kimi təqdim edən şəxs onunla “Whatsapp” vasitəsilə əlaqə saxlayırmış. Həmin şəxsin 20 dənə nömrəsini bloka atmışdır. Hər dəfəsində başqa-başqa nömrələrlə onunla əlaqə saxlayırmış. Özü narkotik vasitə olan marixuanadan istifadə edirmiş. 1 ildir marixuana qəbul edir. Həmin şəxs ona demişdir ki, marixuana var get götür. O da İran vətəndaşı ilə razılaşmışdır. Çünki həmin vaxtlar pulu olmamış və marixuanaya ehtiyacı olmuşdur. İran vətəndaşı ona demişdir ki, marixuanadan istifadə et və qalanını dediyi yerə at. Bunun qarşılığında ona 100 manat pul atacaqdır. Onunda pula ehtiyacı olmuşdur. İran vətəndaşı ona demişdir ki, marixuananı 2-3 saat özündə saxla və dediyi yerə at. Bakıdan gələn qohumu var gedib götürəcək. İran vətəndaşı bunun qarşılığında ona 100 manat pul atacaqmış. Düşünür ki, marixuananı ora qoyan şəxs polis əməkdaşıdır. O, 50 qram marixuananı götürüb şəhər ərazisində bir yerə qoyacaqmış. Bığırla rayon ərazisi ilə 15 kilometr məsafə vardır. İran vətəndaşı 100 manat pulu onun kartına köçürməliymiş. İran vətəndaşı kart nömrəsini istəməmişdir. İran vətəndaşı telefonuna bir-iki dənə şəkil atmışdır. Güya narkotik vasitə həmin yerdədir. Şəkillərdə ağac şəkli olmuşdur. Şəkillərdən harasa işarə qoymuşdur. İşarəni dəqiqləşdirməmişdir. Ağacın yanına çatmamışdır. Təpənin yanında olan vaxt polis əməkdaşları onu tutmuşdurlar. Adil və Kamran dostlarıdır. Adil, Tural və Kamranın marixuana götürməyə getdiyindən xəbərləri olmuşdur. Onlarda onunla birlikdə getmişdirlər. Adil, Tural və Kamran bilirdilər ki, o, ora 50 qram narkotik vasitə olan marixuana götürməyə gedir. Onların marağı marixuana qəbul etmək olmuşdur. Adil Tural və Kamran narkoman deyillər. Onlar yalnız marixuana qəbul edirlər. Ona görə marixuana qəbul edən narkoman deyildir. Adil Tural və Kamranı o, ora aparmışdır. 50 qram marixuanadan bir-iki büküm özlərinə götürəcəkdirlər. Qalanını isə İran vətəndaşının dediyi yerə atacaqdırlar. Bir büküm marixuana hesab edir ki, fındıq ləpəsi boyda olar. Bir büküm narkotik vasitənin neçə qram olduğunu bilmir. Çəkidən anlayışı yoxdur. İran vətəndaşı hadisə yerinə 3 nəfərlə getdiyini bilməmişdir. O, elə bilmişdir ki, o, ora tək gedəcəkdir. İran vətəndaşından şikayətçi olmamışdır. Çünki ona təzyiq olunmuşdur. Onu təhqir edib sənədlərə imza çəkdirmişlər. Gözündə xəsarət əmələ gəlmişdir. Xəsarəti qeydə alınmış və demişlər ki, güya yıxılmışdır. Əslində isə onu döymüşlər. X10 qəbul olan vaxt demişdir ki, onu döymüşlər. Videoçəkiliş zamanı xəsarəti çəkilişə düşmüşdür. Xəsarəti ilə bağlı müstəntiq ekspertiza təyin etməmişdir. Müstəntiq onu ekspertizaya tutulduqdan 4 ay sonra göndərmişdir. Müstəntiqdən soruşmuş ki, niyə onu ekspertizaya göndərmir? Hər dəfə ona deyirmiş ki, keçib gedəcəkdir. Soruşsalar deyər ki, yıxılmışdır. Ekspert ondan heç nə soruşmamışdır. Ekspertə demişdir ki, döyülmüşdür. Ona demişdir ki, yaxşı dediklərini qeyd edər. Ekspert xəsarətin əmələ gəlmə mexanizmi ilə əlaqəli ondan heç nə soruşmamışdır. Ekspert sadəcə şəkillər çəkmiş və demişdir ki, döyüldüyünü yazar. Telefonu polis şöbəsində qalmışdır. İran vətəndaşı ona şirnikləşdirici təkliflər edirmişdir. Onu Lənkəranın kəndinə yollayırmış. Ona deyirmiş ki, ona 10 kiloqram marixuana verəcək və ona maşın verəcəkdir. Hətta deyirmiş ki, onun borclarını bağlayacaq. İran vətəndaşı ona köməklik etməyini istəyirmiş. O da hər dəfə onu telefondan bloklayırmış. Heç vaxt narkotik satmamışdır. İran vətəndaşı ilə razılaşmış və onun dediyini etmişdir. Çünki sürücülük vəsiqəsində cərimə olmuşdur. Eyni zamanda kredit borcu var idi. Düşünmüşdür ki, borcunu bağlayar. Ona görə də, İran vətəndaşının təklifi ilə razılaşmışdır. Hadisə yerinə saat 20 radələrində getmişdir. Hadisə yerinə gedən vaxt Tural onun telefonuna zəng etməmişdir. Saxlanıldıqdan sonra telefonları polis əməkdaşları götürmüşdürlər. Faktiki olaraq onlar 8-9 radələrində tutulmuşlar. Ekspert ona baxan vaxt demişdir ki, polis əməkdaşları tərəfindən döyülmüşdür. O, ekspertə yıxıldığını deməmişdir. Demişdir ki, döyülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmədiyini, polislərin onu döyərək işgəncə verdiyini, bu təzyiqin nəticəsində etirafedici ifadə verdiyini, aşkarlanmış külli miqdarda narkotik vasitələr tiryəkin, heroinin və marixuananın polislərin ona torbada verdiklərini, heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və bu səbəbdən də qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında bu məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə günü Tural, Adil və o, Samirə xanımı Qaraməryəmə evə düşürməyə aparırlarmış. Həmin vaxt Əlirahim Adilə zəng etmiş və harasa gedib gəlməyi təklif etmişdir. Bundan sonra Əlirahimi götürüb Bığır kəndi ərazisinə getmişdirlər. Kəndin girişində Əlirahim maşından düşüb əraziyə getmişdir. Bir müddət sonra onun arxasınca onlar düşmüşdür. Elə bu vaxt dağın arxasından adamlar çıxmışdır. O da Turalla qaçmağa başlamışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əgər adamların polis əməkdaşları olduğunu bilsəymiş qaçmazmış. Onlar mülki geyimdə olduğu üçün tanıya bilməmiş və qaçmağa başlamışlar. Bundan sonra onları polis şöbəsinə aparmışlar. Kəndə getmə təklifini Əlirahim etmişdir. Əlirahim onlara kənddə adamla görüşəcəyini, bir dəfəlik istifadə üçün ondan marixuana alacağını bildirmişdir. Əlirahim onlardan əvvəl əraziyə düşmüşdür. Əlirahim əraziyə düşdükdən 10 dəqiqə sonra gəlmədiyi üçün onun arxasınca onlar düşmüşdür. Əlirahim onlara narkotik vasitə götürəcəyi adam barəsində məlumat verməmişdir. Dağın arxasından mülki geyimli şəxslər çıxmış və onlar qaçmağa başlamışlar. Əlirahim həmin vaxt ərazidə olmuş və əlində heç nə olmamışdır. Sonradan Əlirahimi polis şöbəsində görmüşdür. Əlirahimlə polis şöbəsində üzləşmişdir. Nə baş veribsə orada demişdir. Əlirahim əraziyə düşdükdən 10 dəqiqə sonra onun arxasınca onlar düşmüşdür. Onlar əraziyə düşən vaxt Əlirahim ərazidə olmuş və onlardan biraz uzaqda olmuşdur. Əlirahimi görən vaxt onun əlində torba olmamışdır. Dağın arxasından adamlar çıxmış və onlarda qaçmağa başlamışlar. Asvalta çıxana qədər Turalla birlikdə qaçmışdır. Asvaltdan sonra Turalla əks istiqmətlərdə qaçmışlar. Ərazidə qaçan vaxt kiminsə yıxılmağını görməmişdir. Polis şöbəsinə ayrı-ayrı maşında gəlmişdirlər. Digər şəxsləri görməmişdir. Onları birdə polis şöbəsində görmüşdür. Polisə gəldikləri saatı xatırlamır. Ancaq saxlanıldıqları yerlə polis şöbəsi arasındakı məsafə uzaqdır. Onlar polis şöbəsinə girdikdən sonra onları qeydiyyata almışlar. Ancaq onlar bir yerdə deyildir. Onun izahatını tək almışlar. Polis şöbəsində çəkiliş olan vaxt üçü də bir yerdə olmuşdur. Polis şöbəsində izahat verdiyi vaxtı xatırlamır. Birinci izahat almışlar, sonra videoçəkiliş olmuşdur. Polis şöbəsində izahat verən vaxt vəkili yanında olmuşdur. İzahatında demişdir ki, əraziyə bir dəfəlik narkotik vasitə istifadə etmək üçün getmişlər. Ancaq izahatını tam dəqiq xatırlamır. Əlirahimi polis şöbəsinə girən vaxt görməmişdir. Əlirahimi çəkiliş vaxtı görmüşdür. Həmin vaxt gözünün altında xəsarət olmuşdur. Əlirahimin gözünün altı yara kimi olmuşdur. Əraziyə gedən vaxt Əlirahimin gözündə xəsarət olmamışdır. Turalla eyni yerdə olan vaxt ona demişdir ki, o, qaçan vaxt yıxılmışdır. Əraziyə gedən vaxt Turalda xəsarət olmamışdır. Qaçan vaxt Turalın yıxıldığını görməmişdir. Xəsarətlə bağlı Turaldan soruşmuş və Tural demişdir ki, qaçan vaxt dəmirə ilişmiş və yıxılmışdır. Turalın üzündə xəsarət olmuşdur. Uzun müddət keçdiyi üçün ifadələrini dəqiq xatırlamır. Hadisə yerində birinci maşından Əlirahim düşmüş, sonra Turalla o, düşmüşdür. Ərazidə olan vaxt hava qaranlıq olmuşdur. Ancaq Əlirahimi uzaqdan görürmüş. Onların ərazidə olan narkotikin yerindən xəbəri olmamışdır. Əlirahimlə görüşmədən əvvəl Adil, Tural və Samirə ilə birlikdə olmuşdur. Əlirahimdən yolda əraziyə niyə getdiyini soruşmuşdur. Əlirahimdə birdəfəlik istifadə üçün ərazidən marixuana götürəcəyini demişdir. Əlirahimlə birlikdə maşından düşməmişlər. Onlar Əlirahimdən sonra maşından düşmüşlər. O, qaçan vaxt yıxılmamış və xəsarət almamışdır. Onun yanında Əlirahimi döyməmişlər. O, bu hala şahid olmamışdır. Əlirahimin əlində torba ilə qaçaraq yıxıldığını görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə günü Adil və Kamranla birlikdə çay içməyə gedəcəklərmiş. Samirə adlı xanımı İsmayıllı şəhərinə düşürüb qayıdacaqlarmış. Həmin vaxtı Əlirahim zəng etmişdir. Əlirahim İsmayıllı şəhərinə gedən yolun üstündə Qarayazı kəndinə gedəcəkmiş. Əlirahimi maşınla götürüb dediyi yerə aparmışlar. Həmin yer dağlıq ərazi olmuşdur. Əlirahim maşından düşüb getmişdir. Biraz gözləmişlər və görmüşlər ki, Əlirahim gəlmir. Onlar da maşından düşüb onu axtarmağa başlamışlar. Həmin vaxtı polis əməkdaşları gəlib onları saxlamışlar. Əlirahim nəylə bağlı və nə götürməyə getdiyi barədə onlara heç nə deməmişdir. İbtidai istintaq zamanı ona təzyiq olmamış və ifadəsini sərbəst vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni xatırlayır. İfadəsini oxuyub imzalamışdır. Adil və Kamranla birlikdə Samirə xanımı İsmayıllı şəhərinə düşürüb sonra çay içməyə gedəcəkdirlər. Əlirahim Kamrana zəng etmiş və Qarayazı kəndinə gedəcəyini bildirmişdir. Əlirahim onlara zəng edib demişdir ki, Qarayazı kəndində adam var onunla görüşəcəkdir. Əlirahimin məqsədini bilməmişlər. Əlirahimlə aralarında narkotiklə bağlı söhbət olmamışdır. Əlirahimlə narkotiklə bağlı söhbət Qarayazı kəndinə çatanda olmuşdur. Belə ki, Əlirahim Qarayazı kəndinə çatanda ərazidən narkotik vasitə götürəcəyini bildirmişdir. Əlirahim maşından düşmüş və bir müddət gəlməmişdir. Onlar onu axtarmağa düşmüşlər. Bu vaxt polis əməkdaşları gəlmiş və onlar qaçmağa başlamışlar. Daha sonra polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşlarından qaçmışlar. Çünki həmin vaxt qorxmuşlar. Qaçan vaxt o, yıxılmışdır. Ondan başqa Əlirahimdə qaçan vaxt yıxılmışdır. Saat 21-22 radələri idi və hava qaranlıq olmuşdur. Maşınların işığı düşürmüş. Həmin vaxt Əlirahimin dağdan yıxıldığını görmüşdür. O da qaçan vaxt yıxılmışdır. Əlirahimin dağdan yıxıldığını görmüşdür. O da arxın içinə yıxılmışdır. Həmin vaxt başından xəsarət almışdır. Yıxılan vaxt daşın üstünə yıxılmış və alnından xəsarət almışdır. Daha doğrusu gözünün üstü və altından xəsarət almışdır. Yıxılan vaxt əlindən və dizindən xəsarət almamışdır. Yıxılan vaxt burnu xəsarət almamışdır. Çünki yan üstə yıxılmışdır. Dizlərində cızıqlar olmuşdur. Daha doğrusu yüngül xəsarət olmuşdur. Əlirahim dağın üstündən yıxılmış və yumalanmışdır. Həmin vaxt onu görmüşdür. Əlirahim gözündən xəsarət almışdır. Polis şöbəsində onlarlıq heçnə olmadığı üçün onlardan izahat adlıqdan sonra buraxmışlar. Əlirahim yıxıldıqdan sonra onun əlində heç nə görməmişdir. Əlirahim yıxılan vaxt əlində heçnə görməmişdir. Polis əməkdaşları ona xəsarət yetirməmişlər. Həmin xəsarəti yıxılaraq almışdır. Əlirahimi Adil vasitəsilə tanımışdır. Adil onun qonşusudur. Adillə münasibəti yaxşı olmuşdur. Əlirahim maşından düşüb gedəndə bilmişlər ki, Əlirahim bura narkotikə görə gəlmişdir. Belə ki, Əlirahim maşından düşüb gedən vaxt onlara demişdir ki, adam var onunla görüşüb narkotik vasitə alacaqdır. Həmin vaxt orada Adil, Kamran və o olmuşdur. Maşında olan vaxt Əlirahimin kiminləsə telefonda danışdığının və ya yazışdığının şahidi olmamışdır. Əlirahim maşından düşmüş və gəlməmişdir. Onlarda onu axtarmaq məqsədilə maşından düşüb onun arxasınca getmişlər. Həmin vaxtı Əlirahimin əlində nə isə gördüyünü xatırlamır. Əlirahimlə narkotik söhbəti Qarayazı kəndinə çatan vaxtı maşında olmuşdur. Kamran, Adil və o, Samirəni İsmayıllı şəhərinə düşürüb çay içməyə gedəcəkmişlər. Həmin vaxt Əlirahim onlara zəng etmiş və Qarayazı kəndində bir nəfərlə görüşəcəyini qeyd etmişdir. Həmin vaxt Əlirahimlə aralarında narkotik söhbəti olmamışdır. Onlar Qarayazı kəndinə çatan vaxt Əlirahim onlara demişdir ki, ərazidə bir dəfə istifadə etməlik marixuana vardır. Sonra Əlirahim maşından düşüb çıxıb getmişdir. Polis əməkdaşları Əlirahimi maşına əyləşdirən vaxt onun əlində torba görmüşdür. O, torbanın ərazidə harada olduğunu görməmişdir. Yıxılan vaxt Əlirahimin əlində torba görməmişdir. Polis əməkdaşları Əlirahimi maşına əyləşdirən vaxt onun əlində torba görmüşdür. Polis əməkdaşları ona təzyiq göstərməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid12 ibtidai istintaq zananı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, ona ünvan 1-də qeydiyyatda olmaqla Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 41-də yaşayan Təqsirləndirilən şəxs, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi dalan 2, ev 5-də yaşayan Şahid1 və Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində yaşayan Şahid2 üzərində mütəmadi olaraq narkotik vasitələr gəzdirməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, xx.xx.2023-cü il tarixdə həmin şəxslərin ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə əldə olunmuş məlumat əsasında Göyçay RPŞ-nin CAB-ın əməkdaşları Şahid11, Şahid9, Şahid8, Şahid10, Şahid7 və Şahid6 ilə birlikdə saat 22 radələrində Yevlax-Şamaxı-Bakı magistral yolunun Göyçay rayonu, Bığır kəndindən keçən hissəsinə gedilmiş, onlar həmin yolda yolun kənarından bir qədər aralıda açıqlıq sahədə həmin şəxsləri müəyyən etdikdə həmin şəxslər qaçaraq uzaqlaşmağa başlamış, həmin vaxt hava qaranlıq olduğu üçün Təqsirləndirilən şəxs və Şahid2 qaçarkən yerə yıxılaraq xəsarət almışlar. Həmin yerdə onlar Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 saxlayaraq Təqsirləndirilən şəxs əlində olan sellofan torba və digər şəxslərlə birlikdə Göyçay RPŞ-yə gətirmişlər. Şöbəyə gətirildikdən sonra müdafiəçilər dəvət edilmiş və müdafiəçi ilə təmin edilmişlər. Bundan sonra həmin şəxslərin üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı içərisində narkotik vasitə olduğunu bildirdiyi bir ədəd sellofan torbanı, həmçinin özünə məxsus mobil telefonu, siqaret qutusunu və alışqanı təqdim etmişdir. Həmin sellofan torbanın içərisindən yapışqanlı lentlə sarınmış sellofan torbanın içərisində 1 ədəd bükümdə 1 kiloqramdan artıq narkotik vasitə olan tiryək, 1 bükümdə təxminən 100 qramdan artıq narkotik vasitə marixuana və 1 bükümdə isə 250 qramdan artıq narkotik vasitə heroin aşkar olunmuş, Şahid2 və Şahid1 üzərindən hər hansı qadağan olunmuş əşya aşkar olunmamışdır. Hər üç şəxsə məxsus mobil telefonlar götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr qablaşdırılaraq götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlələrin narkotik vasitələr olduğunu, həmin narkotik vasitələri “Whatsapp” sosial tətbiqində tanış olduğu İranlı şəxsdən aldığını etiraf etmiş və telefonunda İranlı şəxslə aralarında olan yazışmaları göstərmişdir. Həmçinin Şahid2 və Şahid1 narkotik vasitə istifadəçiləri olduqlarını, Təqsirləndirilən şəxs təklifi ilə narkotik vasitə əldə edib birlikdə istifadə etmək üçün həmin yerə getdiklərini, narkotik vasitələrin çəkisinin çox olmasından xəbərləri olmadıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmuş və üzərindən aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə qazanc əldə etmək üçün əldə etmiş, Şahid1 və Şahid2 Kamran oğlunun Təqsirləndirilən şəxs İranlı şəxslə danışaraq külli miqdarda narkotik vaitə götürəcəyindən xəbərləri olmamış, həmin şəxslər Təqsirləndirilən şəxsla şəxsi istifadələri üçün narkotik vasitə marixuana götürmək üçün həmin yerə getmiş, Hümbətov X4 Tural Natiq oğlu ilə hadisə yerində polis əməkdaşlarını görən zaman məsuliyyətdən yaxa qurtarmaq üçün qaçan zaman sonuncuların arxası ilə qaçdıqda hava qaranlıq olduğu üçün yerə yıxılaraq xəsarət almışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11, Şahid9, Şahid8, Şahid10, Şahid7 və Şahid6 oxşar məzmunlu ifadə verməklə Şahid12 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, özünə məxsus “Vaz 2106” markalı **-DA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 şəhər ərazisindən tanıyır, hər hansı ədavət və düşmənçiliyikləri olmamışdır. xx.xx.2023-cü il tarixdə axşam saat 21 radələrində Əlirahim, Kamran və Tural onları avtomobili ilə Göyçay rayonu Qaraməryəm kəndinə aparmağını xahiş etmiş, həmin vaxt onun avtomobilində tanışı Şahid4 da olmuşdur. O, isə həmin şəxsləri 5 manat xidmət haqqı müqabilində aparmağa razılaşmış, həmçinin onlar Samirənin maşında onlarla getmələrinə etiraz etməmişlər. O, yolda olan zaman hansı səbəbə görə getdiklərini soruşanda Təqsirləndirilən şəxs cavab verərək işlərinin olduğunu bildirmiş və bu barədə ona hər hansı məlumat verməmişdir. O, da həmin şəxsləri müştəri qismində apardığı üçün əlavə heç bir sual verməmiş, o, Göyçay Qaraməryəm yolu ilə Bığır kəndindən keçən hissədə olarkən Əlirahim yol kənarında avtomobili saxlamağını bildirmiş, həmin vaxt o, avtomobili saxlamış, Əlirahim Kamran və Turalla birlikdə avtomobildən düşmüş, o, isə idarə etdiyi avtomobil ilə Samirə ilə birlikdə Göyçay şəhərinə qayıtmış, daha sonra isə şəhər ərazisində olarkən polis şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 Göyçay Qaraməryəm yolu ilə həmin yerə narkotik vasitə götürmək üçün getdikləri ona məlum olmuşdur. O, taksi fəaliyyəti ilə məşğul olduğu üçün həmin şəxsləri müştəri qismində 5 manat yol haqqı müqabilində həmin yerə aparmış, onların həmin yerə getmələri barədə heç bir məlumatı olmamış, həmin şəxslər bu barədə ona heç nə deməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şahid3 onun tanışıdır, Pənah özünə məxsus “Vaz 2106” markalı **-DA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə axşam saat 21 radələrində tanışı Şahid3 məxsus avtomobildə sonuncu ilə birlikdə Göyçay şəhəri ərazisində olarkən Şahid3 ona əvvəldən tanıdıqları Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 avtomobili ilə Göyçay rayonu Qaraməryəm kəndinə aparacağını bildirmiş, o, isə gedib qayıtmağa etiraz etməmişdir. Yolda olan zaman Şahid3 hansı səbəbə görə getdiklərini soruşanda Əlirahim cavab verərək işlərinin olduğunu bildirmiş, Şahid3 avtomobili ilə Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 Göyçay Qaraməryəm yolunda Bığır kəndi ərazisində yol kənarında düşürmüş və onlar birlikdə Göyçay şəhərinə geri qayıtmış, daha sonra isə şəhər ərazisində olarkən polis şöbəsinə dəvət olunmuşlar. Polis şöbəsində Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 Göyçay Qaraməryəm yolu ilə həmin yerə narkotik vasitə götürmək üçün getdikləri ona məlum olmuşdur. Adil taksi fəaliyyəti ilə məşğul olduğu üçün şəxsləri müştəri qismində 5 manat yol haqqı müqabilində həmin yerə aparmış, həmin vaxt o da avtomobildə olduğu üçün Adillə birlikdə gedib qayıtmış, onların həmin yerə getmələri barədə heç bir məlumatı olmamış, həmin şəxslər özləri də bu barədə heç nə deməmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, ünvan 5 ünvanda yaşayan, məhkum olunmuş, xx.xx.1999-cu il təvəllü Şahid1, Göyçay şəhəri Həzi Aslanov küçəsi ev 3-də qeydiyyatda olmaqla Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 41-də yaşayan, məhkum olunmamış, Təqsirləndirilən şəxs və Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla orada yaşayan, məhkum olunmamış, 01.02.198-ci il təvəllüdlü Şahid2 narkotik vasitələrində alüdəçiləri olmaqla, narkotik vasitələrin satışında eləcə də mütamadi olaraq üzərlərində gəzdirməkdə şübhəlidirlər (cild 01, iş vər. 03). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır(cild 01, iş vər 4). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə saat 22:30-da Yevlax - Şamaxı – Bakı magistral yolunun Göyçay rayonu Bığır kəndi ərazisindən keçən hissəsində Göyçay rayon Polis şöbəsinin keçirdiyi əməliyyat –axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 saxlanılmışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs və Şahid2 polis əməkdaşlarını görüb qaçan zaman yıxılaraq hər iki şəxs sifət nahiyələrindən xəsarət almışdırlar (cild 01, iş vər. 07). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cild 01, iş vər 22). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 23). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, CAB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid12, baş əməliyyat müvəkkili polis kapitanı Şahid11, əməliyyat müvəkkili polis baş leytenantı Şahid9, əməliyyat müvəkkili polis leytenantı Şahid8, əməliyyat müvəkkili polis leytenantı Şahid10, əməliyyat müvəkkili polis kapitanı Şahid7, əməliyyat müvəkkili polis leytenantı Şahid6, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi vəkil X16, şübhəli şəxs Şahid1, müdafiəçisi vəkil X13, şübhəli şəxs Şahid2, müdafiəçisi vəkil X7 iştirakı ilə Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 üzərilərinə şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs üzərində hər hansı dövriyyəsi qadağan olunmuş əşya, predmetin olub-olmaması soruşulur, vardırsa təqdim etməsi təklif olunur. Həmin vaxt Təqsirləndirilən şəxs əlində olan torbada narkotik vasitənin olduğunu bildirir və əlində olan torbanı, şalvarının arxa sağ cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu, şalvarının qabaq sağ yan cibindən 1 ədəd “Vinchester” markalı siqaret qutusunu və 1 ədəd alışqanı yerə qoyur. Həmin sellofan torbanın içərisindən üzəri yapışqanlı lentlə sarınmış 2 ədəd qara rəngli sellofan büküm aşkar olunur. Sellofan bükümlərdən biri açıldıqda içərisindən 1 ədəd şəffaf sellofan bükümdə tünd qara rəngli kütlə və 1 ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli kütlə aşkar olunur. Digər üzəri yağışqanlı lentlə sarınmış qara rəngli sellofan büküm açıldıqda isə içərisindən yaşıl rəngli bitki mənşəli kütlə aşkar olunur. Bundan sonra Şahid2 üzərindən 1 ədəd “Samsung” markalı mobil telefonu, Şahid1 isə 1 ədəd Redmi markalı mobil telefonu yerə qoyur. Şəxi axtarış zamanı Şahid1 üzərindən 4 manat pul aşkar edildir və sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılır. Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli kütlə elektron tərəzidə çəkilir və sellofanla birlikdə çəkisi 258,26 qram gəlir, yaşıl rəngli bitki mənşəli kütlə elektron tərəzidə çəkilir, sellofanla birlikdə çəkisi 129,42 qram gəlir. Bundan sonra şəffaf sellofan bükümdə tünd qara rəngli kütlə 3 hissəyə bölünərək elektron tərəzidə çəkilir və çəkiləri 584,89 qram, 109,13 qram və 309,56 qram gəlir. Aşkar edilmiş 3 ədəd bükümdə olan kütələr 1 ədəd torbada qablaşdırılaraq mühürlənərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd “Redmi” markalı mobil telefon, Şahid2 üzərindən aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon və Şahid1 üzərindən aşkar edilmiş 1 ədəd “Redmi”markalı mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün götürülür. Sorğu zamanı Təqsirləndirilən şəxs İranlı şəxslə telefonunda olan yazışmalarını göstərərək narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar edilmiş torbada olan kütlərin narkotik vasitələr olduğunu, həmin narkotik vasitələri tanımadığı İran vətəndaşı ilə “Whatsapp” sosial tətbiqi vasitəsi ilə danışaraq sonuncunun atdığı yer və şəkil vasitəsi ilə Göyçay-Qaraməryəm yolundan götürdüyünü, həmin narkotik vasitələri İranlı şəxsin göstərişi ilə başqa bir şəxsə verməli olduğunu, az bir hissəsini isə özü istifadə edəcəyini, narkotik vasitələri götürərkən hava qaranlıq olduğu üçün polis əməkdalarından qaçarkən yıxılıb üz nahiyəsindən xəsarət aldığını, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkət edilmədiyini, həmçinin Şahid2 və Şahid1 narkotik vasitə istifadəçiləri olduğu üçün Təqsirləndirilən şəxslə birlikdə narkotik vasitə götürüb istifadə etmək üçün həmin yerə getdiklərini, narkotik vasitənin çəkisinin çox olmasından xəbərlərinin olmadıqlarını, onlara polis əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkət edilmədiklərini bildirirlər (cild 01, iş. vər. 47-55). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 sentyabr 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının 17/717 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr.” sözləri, adlar və imzalar yazılmış 01(bir) ədəd sellofan torbanın içərisindəki: 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 106,70 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır.01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 1000,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 251,438 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Marixuana (kannabis), tiryək və heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı) (cild 01, iş. vər. 74-77). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto şəkildən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman götürülmüş bir ədəd mobil telefon “Xiaomi Redmi 10C” markalı mobil telefon olmaqla qara rənglidir. Həmin telefona baxış keçirildikdə mobil telefonun içərisində Təqsirləndirilən şəxs məxsus ***-***-**-** azercell mobil nömrəsinin olması müəyyən olundu. Həmin telefonun menyusundan “Whatsapp” sosial tətbiqinə daxil olundu, həmin tətbiqdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi və “+98 914 529 34 62” saylı mobil nömrə ilə arasında yazı və səs sms mətinləri ilə danışıqların olması müəyyən olundu. Həmin yazışmalara baxış zamanı müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində aralarında olan yazışmalarda həmin iranlı şəxs Təqsirləndirilən şəxs Göyçay Qaraməryəm yoluna narkotik vasitə qoyduğunu deyir, ona narkotik vasitənin olduğu yerin məkanını və həmin bağlamanın olduğu yerin şəkilini göndərir. Baxış zamanı Təqsirləndirilən şəxs İranlı şəxslə aralarında qazanc müqabilində narkotik vasitələrin daşınması barədə danışmaların onlara məxsus olmasını təsdiq etmişdir (cild 01, iş. vər. 109-110). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 4(046)-96/2023 nömrəli Göyçay Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (cild 01, 143-146). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 5(046)-86/2023 nömrəli Göyçay Rayon Məhkəməsinin qərarından görünür ki, Göyçay RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili polis kapitanı Şahid12 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın geri qaytarılması qərara alınmışdır (cild 01, iş vər.149). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və X15 PHŞ-in 496 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə -tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər –sağ gözün bayır bucağı və üzün sağ yanaq nahiyəsində dərinin epidermis qatının sıyrılmış yaraları kütbərk əşyanın (əşyaların) təsirindən törənmişlər.Törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixinə uyğun gəlir, eləcədə öz boyu hündürlüyündən yıxılma zamanı əmələ gəlmələri inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 01, iş vər. 169-170). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və X15 PHŞ-in 505 nömrəli ekspert rəyindən görünür ki, Şahid2 məhkəmə -tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər –sol göz yuvası altı nahiyədə qançır kütbərk əşyanın təsirindən törənmişdir, törəmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixinə uyğun gəlir, müxtəlif şəraitlərdə, eləcə də öz boyu hündürlüyündən yıxılması zamanı əmələ gəlməsi halı istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (cild 01, iş vər. 171-172). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş. vər. 184). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Göyçay Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Mərkəzi Xəstəxanada narkoloq və psixiatr həkimdə qeydiyyatda olmamışdır (cild 01, iş. vər. 185). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, iş üzrə əməliyyat tapşırığı verilmişdir. Həmin tapşırıq ilə əlaqədar bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyini bildirdiyi “+98 914 529 34 62” saylı mobil nömrə sahibi İran vətəndaşı olan şəxsin şəxsiyyətinin müəyyən olunması istiqamətində əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələri iranlı şəxslə qabacadan əlbir olub qrup təşkil etməklə satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamış, sonuncunun rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Bundan başqa əməliyyat yolu ilə Şahid1 və Şahid2 Təqsirləndirilən şəxsla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əlbir olmaları təsdiqini tapmamışdır (cild 01, iş. vər. 186). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-in tədqim etdiyi bir ədəd CD diskdə olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş olmuş “***-***-**-**” saylı "xxxx" nömrəsinin kimə məxsus olması, həmin nömrəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, həmçinin “***-***-**-**” saylı "xxxx" nömrəsinin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların götürülməsi üçün qərar verilməsi və icrasının Azercell MMC-yə tapşırılması üçün təqdimatla Göyçay rayon Məhkəməsinə müraciət edilmiş, Göyçay rayon Məhkəməsinin həmin təqdimatla bağlı 05 oktyabr 2023-cü il tarixli qərarı icra edilməsi üçün "xxxx" MMC-yə göndərilmiş və "xxxx" MMC tərəfindən məlumatlar CD disk şəklində təqdim edilmişdir. Həmin diskə tərəfimdən baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs adına olan və istifadəsində olmuş “***-***-**-**” saylı nömrədən digər nömrə istifadəçilərinə, həmçinin digər nömrə istifadəçilərindən Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı nömrəyə çoxsaylı qarşılıqlı zənglər olmuşdur. Həmin zənglər zamanı “***-***-**-**” saylı nömrə Göyçay şəhəri ərazisində müxtəlif anten dairələrində olmuşdur (cild 01, iş. vər. 199-200). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər X2 X17 yoxlamanın xx.xx.2023-cü il tarixli, 1967 nömrəli ekspert rəyindən görünür ki, mayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoid qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş. vər. 230). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş foto cədvəldən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində göstərərək təsdiq etmişdir (cild 01, iş. vər. 238-241). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan və ona əlavə edilmiş CD diskdən görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadəsində göstərdiyi xüsusatları bir daha birbirinin üzünə qarşı demişlər (cild 01, iş. vər. 242-244). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan və ona əlavə edilmiş CD diskdən görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadəsində göstərdiyi xüsusatları bir daha birbirinin üzünə qarşı demişlər (cild 01, iş. vər. 246-248). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılması və istintaqın davam etdirilməsi üçün icraata qəbul edilməsi qərara alınmışdır (cild 02, iş vər.4- 6). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Göyçay rayon İcra Hakimiyyəti Başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanda qeydiyyatda olmaqla onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (cild 02, iş vər.27-28). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsilə bağlı Polis əməkdaşları tərəfindən saxlanılan zaman məsuliyyətdən yaxa qurtarmaq üçün qaçdıqda üzü üstə yerə yıxılaraq hava qaranlıq olduğundan üz nahiyəsindən xəsarət aldığını bildirmişdir (cild 02. iş vər.36). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid1 və Şahid2 Sadiq oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsinə dair qərar qəbul edilmişdir (cild 02, iş vər. 40-62). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Göyçay RPŞ-in məktubundan görünür ki, Göyçay RPŞ-in NH-də mövcud olan təhlükəsizlik kameraları vasitəsiləqeydə alınmış video görüntülərin DVR-in yaddaşında saxlama müddətini keçdiyindən həmin video görüntülərin təqdim olunması mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Göyçay rayon Polis şöbəsinin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nın çıxarışından görnür ki, Təqsirləndirilən şəxs Göyçay RPŞ-yə 22:55-də gətirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Göyçay RPŞ-in “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı onun bədəni üzərində sağ yanağın almacıq nahiyəsində yara izi aşkar edilmiş və tibbi yardıma ehtiyacı olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Təqsirləndirilən şəxs məxsus 7840/2023 nömrəli X5 görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə X3 gətirilmiş onun bədəni üzərinə baxış zamanı sağ göz ətrafı nahiyyədə qızartılı şişkin yara, sağ dirsək nahiyyəsində 2 (iki) ədəd sıyrılmış yara, sol saidin içəri səthində və alın nahiyyəsində sıyrıq, hər iki diz nahiyyəsində sıyrılmış yara xəsarətləri aşkar edilmiş və sorğu zamanı o, xəsarəti həbs edilməmişdən əvvəl aldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli X11 xüsusi Məlumatından görünür ki, Təqsirləndirilən şəxs müəssisənin Tibb sanitariya hissəsində tibbi müayinədən keçirilən zaman sol qolun said nahiyyəsinin içəri səthində və alın nahiyyəsində sıyrıq, hər iki diz nahiyyəsində sıyrılmış yara, sağ dirsək nahiyyəsində, sağ göz altı nahiyyəsində yara izləri aşkar edilmişdir. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs bu xəsarətlər barədə soruşduqda o, verdiyi izahatda bu xəsarətləri polis əməkdaşları həbs edən zaman həmin xəsarətin yarandığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman xəsarətlər aşkar edilmiş və ondan bu xəsarətlərin necə aldığını soruşulduqda o, bu xəsarətləri həbs olunarkən polis əməkdaşları tərəfindən yetirildiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, ondan aşkar edilmiş xəsarətlər barəsində soruşulduqda Təqsirləndirilən şəxs Göyçay RPŞ onu həbs edən zaman yaranmasını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X12 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, eləcə də ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan artıq çəkidə olan narkotik vasitə heroin-külli miqdar, həmçinin həmin siyahının 19-cu bəndinə əsasən təmiz halda 50 (əlli) qramdan artıq çəkidə olan narkotik vasitə tiryək-külli miqdar, eləcə də həmin siyahının 12-ci bəndinə əsasən təmiz çəkisi 5 (beş) qramdan 500 (beş yüz) qramadək olan narkotik vasitə olan qrudulmuş marixuana – şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs tərəfindən onun üzərindən aşkarlanmış külli miqdarda narkotik vasitə tiryəki, külli miqdarda narkotik vasitə heroini, eləcə də şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı aşkarlanmış və aşkarlanmış narkotik vasitlər olan tiryəki, heroini və marixuananı əvəzli və ya əvəzsiz qaydada əldə edilməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı qeyd edilən xüsusatla bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, yəni Təqsirləndirilən şəxs kimdən, haradan, hansı tarixdə, hansı mənbədən və hansı şəraitdə külli miqdarda narkotik vasitə olan külli miqdarda tiryəki, külli miqdarda narkotik vasitə heroini, habelə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz şəkildə əldə etməsini müəyyən etməmişdir. Bunun əksinə olaraq ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi mənbəni, yəni onun İran İslam Respublikasının vətəndaşı olan “Baba” adlı şəxsdən qeyd edilən narkotik vasitələri almasını əsas götürərək və qeyd edilən xüsusatla bağlı heç bir səmərəli araşdırma aparmadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs məhz “Baba” adlı şəxsdən qanunsuz olaraq narkotik vasitələr əldə etmişdir. Başqa sözlə, ibtidai istintaq orqanının gəldiyi nəticə ancaq təqsirləndirilən şəxsin verdiyi məlumata əsaslanmışdır. Halbuki qeyd edilən məsələlərin ətraflı şəkildə araşdırılması qanunla müəyyən edilmiş qaydada ibtidai istintaq orqanının üzərinə qoyulmuş əsas vəzifələrdən birini təşkil edir və ibtidai istintaq orqanı tərəfindən göstərilən halların ətraflı şəkildə araşdırılması ölkədə real şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsində müstəsna rol oynayır. Lakin məhkəməyə aydın olmayan səbəblərdən ibtidai istintaq orqanı üzərinə düşən vəzifəni icra etməyə cəhd belə etməmiş və nəticədə Təqsirləndirilən şəxs barəsində səthi araşdırma aparmışdır. Məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və bu səbəbdən də aparılmış ibtidai istintaqı natamam və qüsurlu ilkin araşdırma kimi qəbul edir. Buna baxmayaraq, məhkəmə istintaqında 27 sentyabr 2023-cü il tarixdə əməliyyat orqanına Əlirahim Hübətovun qanunsuz olaraq narkotik vasitələrin alüdəçisi olmaqla, narkotik vasitələrin satışında, eləcə də mütamadi olaraq üzərində saxlayaraq daşıması barədə əməliyyat məlumatının daxil olması, həmin gün onun barəsində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi, saat 22:30 radələrində Yevlax-Şamaxı-Bakı magistral yolunun Göyçay rayonu, Bığır kəndi ərazisindən keçən hissəsində saxlanılaraq həmin gün təxminən saat 23:05 radələrində onun şübhəli şəxs qismində tutulması, tutulduqdan sonra üzərinə şəxsi axtarışın keçirilməsi, həmin vaxt onun əlində olan sellofan torbadan üzəri yapışqanlı lentlə sarınmış 2 ədəd sellofan bükümlərin içərisində olan 3 ədəd sellofan bükümlərdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı külli miqdarda, yəni təmiz çəkisi 1000 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, külli miqdarda, yəni təmiz çəkisi 251,438 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 106,70 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanın aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə tiryəki və külli miqdarda narkotik vasitə heroini, habelə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz şəkildə əldə edərkən, eləcə də əldə etdiyi narkotik vasitələri üzərində gəzdirərkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, onun barəsində polis əməkdaşlarına daxil olmuş əməliyyat məlumatının mahiyyətini, onun tutulma şəraitini, tutulması üçün səbəbləri, eləcə də bununla bağlı cinayət işinin materiallarında olan sübutların ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bağlı belə nəticəyə gəlir ki, onun barəsində əməliyyat orqanına daxil olmuş əməliyyat məlumatı kifayət qədər ciddi əhəmiyyətə malik olan sübutdur. Belə ki, həmin əməliyyat məlumatında onun narkotik vasitələrin aludəçisi olmaqla həmin vasitələrin satışında, həmçinin mütəmadi olaraq üzərində gəzdirməsi öz əksini tapmışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər (polis əməkdaşları) öz ifadələrində göstərmişlər ki, onlara daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlaması və gəzdirməsi barədə olmuşdur. Başqa sözlə, Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdə tutulmamışdan əvvəl əməliyyat orqanında onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitləri əldə edib üzərində saxlaması və gəzdirməsi barədə dəqiq məlumat olmuşdur. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində İran İslam Respublikasının vətəndaşı olan “Baba” adlı şəxslə narkotik vasitələrlə bağlı razılaşması, sonuncudan narkotik vasitələr alması, “Baba” adlı şəxsin tapşırığına əsasən narkotik vasitələri lazımı şəxslərə çatdıracağı, bunun müqabilində “Baba” adlı şəxsdən buna görə 100 manat pul alacağı barədə ətraflı şəkildə məlumat vermiş, lakin məhkəmə istintaqında sərbəst şəkildə vermiş olduğu ifadəsində göstərilən halları təsdiq etməyinə baxmayaraq əlavə olaraq onun 50 qram marixuana arxasınca həmin əraziyə getdiyini, həmin yerə narkotik vasitələri polis əməkdaşları tərəfindən qoyulduğunu, ona təzyiq olunduğunu, onu təhqir edib sənədlərə imza çəkdirdiklərini, polislərin təzyiqi nəticəsində ibtidai istintaq zamanı etirafedici ifadə verməyə məcbur olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi halların təsdiqi kimi həmin vaxt onun üzərində müövcud olmuş xəsarətlərə istinad etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin iddia etdiyi hallarla bağlı araşdırma aparılmış və müdafiə tərəfinə qeyd edilən hallarla bağlı sübutlarının təqdim edilməsi üçün şərait yaradılmış, lakin göstərilənlərlə bağlı müdafiə tərəfi məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs iddia etdiyi hallarla bağlı araşdırma aparmış və aparılmış araşdırma ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində xəsarətlər olmuş və cinayət işi materiallarında olan sübutların tədqiq və təhlilindən Əlirahim Hümmətovun üzərində olan xəsarətlər onun yıxılması nəticəsində əmələ gəlməsi müəyyən olunmuşdur. Belə ki, Göyçay rayon Polis şöbəsində, həmçinin penitensiar müəssisəsinə daxil olarkən Təqsirləndirilən şəxs üzərində xəsarətlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs verdiyi izahatda bu xəsarətləri polis əməkdaşları həbs edən zaman yarandığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o,Turalla qaçmağa başlamışdır. Asvalta çıxana qədər Turalla birlikdə qaçmışdır. Asvaltdan sonra Turalla əks istiqmətlərdə qaçmışlar. Əlirahimi polis şöbəsinə girən vaxt görməmişdir. Əlirahimi çəkiliş vaxtı görmüşdür. Həmin vaxt gözünün altında xəsarət olmuşdur. Əlirahimin gözünün altı yara kimi olmuşdur. Əraziyə gedən vaxt Əlirahimin gözündə xəsarət olmamışdır. Turalla eyni yerdə olan vaxt ona demişdir ki, o, qaçan vaxt yıxılmışdır. Əraziyə gedən vaxt Turalda xəsarət olmamışdır. Əlirahimin əlində totba ilə qaçaraq yıxıldığını görməmişdir. Qaçan vaxt Turalın yıxıldığını görməmişdir. Xəsarətlə bağlı Turaldan soruşmuş və Tural demişdir ki, qaçan vaxt dəmirə ilişmiş və yıxılmışdır. Turalın üzündə xəsarət olmuşdur. Onun yanında Əlirahimi döyməmişlər. O, bu hala şahid olmamışdır. Həmçinin məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onlar Təqsirləndirilən şəxs axtarmağa düşmüşlər. Bu vaxt polis əməkdaşları gəlmiş və onlar qaçmağa başlamışlar. Polis əməkdaşlarından qaçmışlar. Çünki həmin vaxt qorxmuşlar. Qaçan vaxt o, yıxılmışdır. Ondan başqa Əlirahimdə qaçan vaxt yıxılmışdır. Həmin vaxt Əlirahimin dağdan yıxıldığını görmüşdür. O da qaçan vaxt yıxılmışdır. Əlirahimin dağdan yıxıldığını görmüşdür. O da arxın içinə yıxılmışdır. Həmin vaxt başından xəsarət almışdır. Əlirahim dağın üstündən yıxılmış və yumalanmışdır. Həmin vaxt onu görmüşdür. Polis əməkdaşları ona xəsarət yetirməmişlər. Həmin xəsarəti yıxılaraq almışdır. Həmçinin bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi onun polis əməkdaşları tərəfindən döyülərək xəsarət almasını təqzib edərək onun yıxılaraq xəsarət aldığını təsdiq etmişlər. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və X15 PHŞ-in 496 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində xəsarətlər aşkar edilmiş və və aşkar edilmiş xəsarətlər küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər. Törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixinə uyğun gəlir, eləcədə öz boyu hündürlüyündən yıxılma zamanı əmələ gəlmələri inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş və Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışı və baxışı özündə əks etdirən videogörüntülərdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi halları müəyyən edilmir. Eyni zamanda cinayət işinin materiallarında Təqsirləndirilən şəxs iddia etdiyi halları təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verənədək bircə dəfə də olsun məhkəmə istintaqında bildirmiş hallarla bağlı, ələlxüsus polis əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalması, üzərində aşkar edilmiş xəsarətlərin polis əməkdaşları tərəfindən yetirilməsi barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsini inandırıcı hesab etmir və həmin ifadəni yalan ifadə kimi qiymətləndirir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaq zamanı vermiş olduğu ifadədən tamamilə fərqli məzmunda ifadə verməklə əsl həqiqəti gizlətmək, qanunsuz əməllərinə haqq qazandırmaq, eləcə də cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cinayət prosessual münasibətin subyektlərindən fərqli olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə olunmaq məqsədilə ifadə verməkdən imtina etmək və ya digər şəxslərin hüquqlarını pozmadan, qanunla qadağan olunmayan müdafiə üsullarından istifadə etmək hüququ olmaqla yanaşı şübhəli və təqsirləndirilən şəxsin cinayətin subyekti kimi yalan ifadə verməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi cinayət qanunvericiliyində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 91.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 26-cı bəndində qeyd edilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əlində olan sellofan torbadan üzəri yapışqanlı lentlə sarınmış 2 ədəd sellofan bükümlərin içərisində olan 3 ədəd sellofan bükümlərdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı külli miqdarda, yəni təmiz çəkisi 1000 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, külli miqdarda, yəni təmiz çəkisi 251,438 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 106,70 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanın aşkar edilməsini, o cümlədən aşkarlanmış külli miqdarda narkotik vasitələrin çəkisini, çeşidinin müxtəlifliyini, həm ayrı-ayrılıqda, həm də məcmu halda nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ilə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tam şəkildə tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması, daşıması tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri hər bir cinayət əməlinə nisbətdə başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran digər hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 27 sentyabr 2023-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan 29 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər X2 X17 yoxlamanın xx.xx.2023-cü il tarixli, 1967 nömrəli ekspert rəyindən görünür ki, mayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoid qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Göyçay rayon Polis şöbəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 106,50 qram olan qurudulmuş marixuana, qalıq təmiz çəkisi 999,800 qram olan tiryək və qalıq təmiz çəkisi 251,238 qram olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış və götürmə prosessual hərəkətləri özündə əks etdirən 1 (bir) ədəd DVD disk, həmçinin "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 103 (bir yüz üç) manat 65 (altmış beş) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 103 (bir yüz üç) manat 65 (altmış beş) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Göyçay rayon Polis şöbəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 106,50 qram olan qurudulmuş marixuana, qalıq təmiz çəkisi 999,800 qram olan tiryək və qalıq təmiz çəkisi 251,238 qram olan heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə baxış və götürmə prosessual hərəkətləri özündə əks etdirən 1 (bir) ədəd DVD diskin, həmçinin "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 103,65 AZN (bir yüz üç manat altmış beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Əfəndizadə Hakimlər Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar