Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-119/2020 12.11.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx xxxxxx 1987-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, X4 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 07 il 05 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə çəkilməmiş qalan 05 ay 05 gün azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 mənzil 37 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 01 ədəd göy rəngli sellofan torbanın içərisindəki təmiz çəkisi 2162,61 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda qurudulmuş marixuananı və 01 ədəd satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi və sellofan torbanın içərisində saxladığı təmiz çəkisi 22,22 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini daşıyaraq, yaşadığı Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 15 saylı binanın 37 nömrəli mənzilinə gətirərək orada saxlamış, saxladığı narkotik vasitə qurudulmuş marixuanadan 7,61 qram olan hissəsini bir ədəd kibrit qutusuna, həmçinin saxladığı narkotik vasitə heroindən 0,936 qram hissəsini qırmızı-ağ rəngli kağız bükümə yığaraq əynindəki yaşıl rəngli qış gödəkcəsinin sol iç cibinə qoyub üzərində saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 02 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən “5+” marketin qarşısında polis əməkdaşları tərəfindən saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq həmin tarixdə saat 02:40 radələrində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən onun əynindəki yaşıl rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 7,61 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd qırmızı-ağ rəngli kağız bükümdə 0,936 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmin tarixdə saat 03:20 radələrində onun yaşadığı Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 15 saylı binanın 37 nömrəli mənzilinə Mingəçevir ŞPŞ-nin X1 əməkdaşları tərəfindən keçirilən baxış və götürmə zamanı mənzilin yataq otağındakı yatağın sol tərəfində yerdən təmiz çəkisi 21,284 qram olan 01 ədəd şəffaf rəngli sellofan bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin otağın küncündə yerləşən yorğan-döşəyin yanından bir ədəd göy rəngli sellofanın içərisində təmiz çəkisi 1760,00 qram, həmçinin həmin göy rəngli sellofanın içərisindəki yaşıl rəngli sellofan torbada təmiz çəkisi 395 qram olan ümumi təmiz çəkiləri 2155,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, saxlanılan gün narkotik vasitə heroin qəbul edib müəyyən ərzaq məhsulları almaq üçün Mingəçevir şəhərində yerləşən “5+” adlı marketə getmişdir. Polis əməkdaşları onu həmin marketin içərisində saxlayaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən qanunsuz heç nə aşkar olunmamışdır. Lakin sonradan onun üzərinə narkotik vasitə qoyulmuş və həmin narkotik vasitələrin ona məxsus olması barədə ifadə verməyə məcbur edilməklə polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmışdır. Daha sonra yaşadığı evə narkotik vasitə qoyulmuş və ondan həmin narkotik vasitələrin də ona məxsus olması barədə ifadə verilməsi tələb edilmişdir. Narkotik vasitə təsiri altında olması ilə bağlı baş verənləri tam dərk etmədən, həmçinin polis əməkdaşları ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyi ilə bağlı onu aldatdıqlarından polis əməkdaşlarının göstərdiklərini təsdiq etmək məcburiyyətində qalmışdır. Ona görə də, vəkilin iştirakı ilə videoçəkilişlə həyata keçirilən şəxsi axtarış, həmçinin yaşadığı evdə aparılan axtarış zamanı baş verənlərə öz iradını bildirməmişdir. Polis əməkdaşları tərəfindən şərlənməsinin səbəbi onlara məlumat daşımaması, onlara məxsus narkotik vasitələri satmaması olmuşdur. Saxlanılan zaman narkotik vasitənin təsiri altında olsa da, şöbədə üzərinə baxış keçirilərkən, həmçinin sonradan dindirilərkən həkim dəvət olunmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 02:00-da Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində yerləşən “5+” marketin qarşısında polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onu polis şöbəsinə dəvət etmişlər. Orada ona vəkil Tubu Hüseynova təqdim olunmuş və təxminən saat 02:30 radələrində Mingəçevir şəhər polis şöbəsinin inzibati binasının müvəqqəti saxlama yerindəvəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Şəxsi axtarış və baxış zamanı ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya, küt alət, narkotik vasitə və s. varsa könüllü olaraq təqdim etməsi bildirilmişdir. O,əynində olan yaşıl rəngli qış gödəkcəsinin sol iç cibindən bir ədəd siqaretin qırmızı-ağ rəngli kağızına bükülmüş içərisində narkotik vasitə hesab olunan heroinə oxşar kütlə bükümü və bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə hesab olunan qurudulmuş marixuanaya oxşar kütləni könüllü təqdim etmişdir. Həmin narkotik vasitəyə oxşar kütlələr elektron tərəzidə çəkilmiş, tərəzidə çəkildikdən sonra həmin kütlələr onun və digərlərinin iştirakı ilə zərfləşdirilərək möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Üzərinə baxış keçirilən zaman o, yaşadığı mənzildə də narkotik vasitə saxladığını etiraf etmişdir. Bundan sonra yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməməsi barədə ondan ərizə alınmış və müdafiəçisi ilə birlikdə onun yaşadığı Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 15 saylı binanın 37 nömrəli mənzilinə gedilmişdir. Yaşadığı mənzildə onun iştirakı ilə baxış keçirilən zaman otaqda yatağın sol tərəfində yerdə saxladığı bir ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş bükümdə içərisində narkotik vasitə hesab olunan heroinə oxşar kütləni və həmin otağın küncündə yerləşən yorğan-döşəyin yanında saxladığı bir ədəd göy rəngli sellofanın içərisinə doldurulmuş, həmçinin həmin göy rəngli sellofanın içərisində əlavə olaraq yaşıl rəngli sellofana doldurulmuş narkotik vasitə hesab olunan qurudulmuş marixuanaya oxşar kütləni könüllü polis əməkdaşlarına təqdim etmişdir. Yataq otağında həmçinin çox sayda iynə, bir ədəd elektron tərəzi, bir ədəd ağzı açıq formada limon duzu paketi, bir ədəd üzərinə “NOVOKAİN” sözü yazılmış istifadə olunmuş ampula, iki ədəd alışqan aşkar edilib götürülmüşdür. Götürülmüş narkotik vasitəyə oxşar kütlələr tərəzidə çəkilmiş, tərəzidə çəkildikdən sonra həmin kütlələr onun və digərlərinin iştirakı ilə zərfləşdirilərək möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Qeyd edilən narkotik vasitəni yalnız istifadə üçün özündə saxlamışdır, o, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Mingəçevir şəhər polis şöbəsində X1 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən əməliyyat axtarış tədbirinin keçirlməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2020-ci il tarixdə gecə saat 02 radələrində Mingəçevir ŞPŞnin əməkdaşı Şahid2, Şahid3 və Şahid4la birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilmiş və polis şöbəsində vəkil Tubu Hüseynovanın iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli qış gödəkcəsinin sol iç cibindən bir ədəd siqaretin qırmızı-ağ rəngli kağızına bükülmüş bükümü və bir ədəd kibrit qutusunu çıxarıb könüllü təqdim etmişdir. Aşkar olunmuş həmin büküm və kibrit qutusu Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən bükümün içərisindən xüsusi görünüşlü və quruluşlu narkotik vasitə “heroin”ə oxşar kütlə, kibrit qutusunun içərisində isə iyindən, rəngindən qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən olunmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlələr elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 15 saylı binanın 37 saylı mənzilində də narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 15 saylı binanın 37 saylı mənzilinə tərəflərindən baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə alınaraq özünün razılığı ilə videoçəkilişlə özü və vəkilin iştirakı ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı mənzilin yataq otağında yerləşən bir nəfərlik çarpayının sol tərəfində yerdə saxladığı içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bir ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş bükümü və həmin otağın küncündə yerləşən yorğan-döşəyin yanında saxladığı içlərində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan göy rəngli sellofan torbanı və həmin torbanın içindəki yaşıl rəngli sellofan torbanı təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilin yataq otağına baxış keçirilən zaman həmçinin çoxlu sayda şpris, bir ədəd elektron tərəzi, bir ədəd ağzı açıq formada limon duzu paketi aşkar edilmişdir. Həmin aşkar olunmuş narkotik vasitəyə oxşar kütlələr Təqsirləndirilən şəxs və vəkilin iştirakı ilə elektron tərzidə çəkilmiş, müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İfadəsinin davamında isə göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman normal vəziyyətdə olmuş, onda hər hansı bir anormal vəziyyət müşahidə edilməmiş, polis əməkdaşları ilə normal ünsiyyət qurmuş, xarici görkəmində baxımsızlıq olsa da, həkimin çağırılmasına səbəb olan hər hansı bir vəziyyət olmamışdır. O cümlədən həm saxlanılarkən, həm də polis şöbəsində üzərinə baxış keçirilərkən, daha sonra evində əməliyyat axtarış tədbiri həyata keçirilərkən ona qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Polis şöbəsinə gətirildikdən dərhal sonra vəkillə təmin edilmiş və bütün prosessual hərəkətlər vəkilin iştirakı ilə həyata keçirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli raportdan görünür ki, polis şöbəsinə ünvan 3 mənzil 37 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq üzərində narkotik vasitələr daşıması, narkotik vasitələrdən istifadə etməsi, eləcə də narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədəəməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqi 3). Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 5-6) Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə videoçəkilişlə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmiş və axtarış zamanı onun əynindəki yaşıl rəngli qış gödəkcəsinin sol iç cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 7,61 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd qırmızı-ağ rəngli kağız bükümdə 0,936 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, prosessual hərəkətin həyata keçirilməsinin əks olunduğu CD disk və fotoşəkillər protokola əlavə edilmişdir. (cild 01, iş vər. 24-28) Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Qurbanov X2 şəhəri Xətai küçəsi ev 15 ünvanında yerləşən 37 saylı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. (cild 01, iş vər. 33) Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə videoçəkilişlə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən 37 saylı mənzilə baxış keçirilmiş və baxış zamanı mənzilin yataq otağındakı yatağın sol tərəfində yerdən təmiz çəkisi 21,284 qram olan 01 ədəd şəffaf rəngli sellofan bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin otağın küncündə yerləşən yorğan-döşəyin yanından bir ədəd göy rəngli sellofanın içərisində təmiz çəkisi 1760,00 qram, həmçinin həmin göy rəngli sellofanın içərisindəki yaşıl rəngli sellofan torbada təmiz çəkisi 395 qram olan ümumi təmiz çəkiləri 2155,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, prosessual hərəkətin həyata keçirilməsinin əks olunduğu CD disk və fotoşəkillər protokola əlavə edilmişdir. (cild 01, iş vər. 34-38) Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi və məhkəmə-bioloji ekspertizalarının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qırmızı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,936 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 21,284 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd qırmızı-ağ rəngli kağız bükümdə və 01 (bir) ədəd sellofan bükümdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi – 7,61 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərinə yapışdırılmış ağ kağızda “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş...” sözləri və imzalar yazılmış göy rəngli sellofan torbanının içərisindəki təmiz çəkisi – 1760,00 qram və həmin göy rəngli sellofan torbanın içərisindəki 01 (bir) ədəd yaşıl rəngli sellofan torbada, təmiz çəkisi – 395,00 qram, ümumi təmiz çəkiləri – 2155,00 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitksindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kibrit qutusunda, 01(bir) ədəd göy və 01 (bir) ədəd yaşıl rəngli sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 44-47) Cinayət işinin materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən Mingəçevir Psixo-Nevroloji Dispanserində “Emosional-davamsız şəxsiyyət pozğunluğu, tez-tez təkrarlanan dekompensasiyalarla diaqnozu” ilə psixiatrik müşahidəyə götürülüb. (cild 01, iş vər. 98) Cinayət işinin materiallarında olan məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırkı ekspertiza zamanı EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜNKƏSMƏLƏRLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirmişdir və keçirir. Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜNKƏSMƏLƏRLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır (cild 01, iş vər. 116-117) Cinayət işinin materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durur. (cild 01, iş vər. 9) Cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 114) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə polis şöbəsinə ünvan 3 mənzil 37 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq üzərində narkotik vasitələr daşıması, narkotik vasitələrdən istifadə etməsi, eləcə də narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədəəməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əmliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin də iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və baxış keçirilmiş, üzərindən narkotik vasitə aşkar olunmuş, daha sonra əməliyyat tədbirləri davam etdirilərək sonuncunun yaşadığı ünvana gedilərək qanunvericiliyin tələbləri çərçivəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsin yaşadığı ünvana baxış keçirilmiş və müvafiq olaraq həmin ünvanda yenidən narkotik vasitə, o cümlədən elektron tərəzi aşkar olunmuşdur. Götürülmüş maddələr məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqdaəldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə istintaqı zamanı Müdafiəçi2 yazılı vəsatət verərək iş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadənin əks olunduğu protokolların, baxış zamanı götürülmüş şprislərin və elektron tərəzinin sübutlar siyahısından çıxarılmasını xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, əvvəla hüquq mühafizə orqanlarında Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı olmamış, bu barədə cinayət işinin materiallarında olan raporta və əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərara hər hansı bir qeyd daxil edilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində polis şöbəsində şəxsi axtarış aparılmış, həmçinin onun yaşadığı evə onun ərizəsi alınmaqla baxış keçirilmişdir ki, bu hərəkət istintaq hərəkəti olduğundan yalnız cinayət işi başlandıqdan sonra aparıla bilərdi. Həmçinin həmin ərizə alınarkən vəkilin iştirakı təmin edilməmiş və ərizədə müdafiəçinin imzası əks olunmamışdır. O cümlədən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən aşkar edilmiş bir ədəd tərəzi və şprislər müvafiq qaydada qablaşdırılmamış, onların üzərində olan əl-barmaq izlərinin götürülməsi həyata keçirilməmişdir ki, belə olan halda həmin əşyaların Təqsirləndirilən şəxs məxsus olması heç nə ilə təsdiq olunmur. Eyni zamanda cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən Mingəçevir Psixo-Nevroloji Dispanserində “Emosional-davamsız şəxsiyyət pozğunluğu, tez-tez təkrarlanan dekompensasiyalarla diaqnozu” ilə psixiatrik müşahidəyə götürülüb və xx.xx.2019-cu il tarixdən Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durur. Cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən isə ruhi və ya digər ağır xəstəlikdən əzab çəkdiyi halda təqsirləndirilən şəxsin dindirilməsi həkimin iştirakı və icazəsi ilə aparılır. Məhkəmə kollegiyası vəsatətdə göstərilənləri araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri sayır. Əvvəla cinayət işinin materiallarında yer alan raport və əməliyyat axtarış tədbirinin həyata keçirilməsinə dair qərarda Təqsirləndirilən şəxs birbaşa narkotik vasitənin satışı ilə məşğul olması barədə hər hansı ifadə yer almasa da, həmin sənədlərdə sonuncunun müvafiq olaraq narkotik vasitənin dövriyyəsi ilə məşğul olmasına dair məlumat əks olunmuşdur ki, bu məlumat bilavasitə narkotik vasitənin satışını da ehtiva edir. Odur ki, müdafiə tərəfinin bu hissədə qeyd etdiyi xüsusatlar əsaslı sayılmır. Digər tərəfdən Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərində şəxsi axtarış aparılmasının qanunsuz olması ilə bağlı müdafiəçinin qeyd etdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 207.4-cü maddəsinə əsasən hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər (CPMnin 90.11.2-ci maddəsi tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq) istisna olmaqla, cinayət işinin başlanmasından əvvəl digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Göründüyü kimi, cinayət prosessual qanunvericilik müvafiq olaraq cinayət işi başlamadan şəxs tutularkən onun üzərinə şəxsi axtarış aparılmasını qadağan etməmişdir. Həmçinin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməmişdən əvvəl sonuncunun baxış keçirilməsinə etiraz etməməsi barədə ərizəsi alınarkən müdafiəçinin iştirakının təmin edilməməsi nəticəsində təqsirləndirilən şəxsin hüquqlarının pozulması barədə müdafiəçinin qeyd etdiklərinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən (CPM-nin 177.6-cı maddəsi) yaşayış evinə baxış keçirilməsi üçün həmin evin sahibinin, həmin evdə yaşayan şəxsin icazəsinin alınmasının kifayət etdiyi öz əksini tapmışdır. Yəni həmin prosessual hərəkətin həyata keçirilməsi üçün müdafiəçinin iştirakı və imzası tələb edilmir. Odur ki, qeyd edilən hərəkət nəticəsində Təqsirləndirilən şəxs hüquqlarının pozulması qənaətinə gəlinməsi qeyri-mümkündür. Eyni zamanda təqsirləndirilən şəxsin yaşadığı evdə aparılan baxış zamanı aşkar edilmiş şprislər və bir ədəd elektron tərəzinin müvafiq qaydada qablaşdırılmaması ilə bağlı müdafiəçinin göstərdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında protokoldan və ona əlavə olunan CD diskdə öz əksini tapan videogörüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı evə vəkilin də iştirakı ilə sonuncunun razılığı əsasında və iştirakı ilə baxış keçirilmiş, baxış zamanı narkotik vasitələrlə yanaşı, sözügedən şprislər və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Həmin baxış keçirilən zaman Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən prosessual hərəkətin natamam aparılması ilə bağlı hər hansı bir irad bildirilməmiş, müvafiq olaraq tərtib olunan protokol və qablaşdırmalar imzalanmışdır. Habelə təqsirləndirilən şəxsin xəstə olması səbəbindən onun üzərinə baxış keçirilərkən və daha sonra dindirilərkən həkimin iştirakının təmin edilməli olması ilə bağlı müdafiəçinin göstərdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən vizual baxımdan normal vəziyyətdə olmuş, hər hansı bir narahatlığından şikayətlənməmişdir. Belə olan halda onun həkimə ehtiyacının olması müəyyən edilmədiyindən belə bir prosedurun həyata keçirilməsinə ehtiyac olmamışdır. Bundan əlavə cinayət işinin materiallarında olan məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən müəyyən davranış pozuntusu xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, həmin vaxt öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Odur ki, yuxarıda qeyd olunanları əsas götürərək müdafiəçinin vəsatətdə göstərdiyi sübutların etibarsız sayılmaqla sübutlar siyahısından çıxarılması qeyri-mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də, həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, təqsirləndirilən şəxsin qeyd etdiyi xüsusatlarla bağlı məlumat araşdırılması üçün Mingəçevir şəhər prokurorluğuna göndərilmiş və Mingəçevir şəhər prokurorluğu tərəfindən qəbul olunan xx.xx.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs işgəncə verilməsi, fiziki və psixi təzyiqə məruz qalması barədə qeyd etdikləri öz təsdiqini tapmamış və həmin material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin müdafiə tərəfi məhkəmə iclasında bir məsələni də qabartmışdır ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən üzərindən aşkar olunan yaşadığı mənzilin açarı baxış bitdikdən sonra sonuncuya qaytarılmamış və bir müddət sonra Təqsirləndirilən şəxs ərizəsinə əsasən müdafiəçinin də iştirakı ilə polis əməkdaşları ilə birlikdə videoçəkilişlə onun evinə baxış keçirmək üçün gəldikdə artıq polis əməkdaşları mənzilin açarını ona qaytararaq evə baxış keçirilməsi üçün qapının onun tərəfindən açılmasını tələb etmişdir ki, bu hal evdə aşkar olunan narkotik vasitənin, həqiqətən də, Təqsirləndirilən şəxs məxsus olması ehtimalını şübhə altına qoymuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 02 radələrində saxlanılaraq polis şöbəsinə gətirilmiş, 02:30-dan 02:45-dək onun üzərində şəxsi axtarış keçirilmişdir. Daha sonra sonuncunun razılığı ilə vəkilin də iştirakı ilə polis əməkdaşları videoçəkilişlə saat 03:05-də Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirməyə başlamışdır. Nəzərə alınsa ki, polis şöbəsindən həmin mənzilin yerləşdiyi ünvana qədər kifayət qədər məsafə var, bu müddət ərzində Təqsirləndirilən şəxs üzərindən aşkar olunduqdan sonra götürülən açardan istifadə etməklə onun mənzilinə tez gedilib mənzilin müxtəlif yerlərinə, müxtəlif növ narkotik vasitələrin, o cümlədən şprislərin, tərəzinin yerləşdirilməsi və bütün bu hadisənin belə qısa müddət kəsiyində edilməsi ağlabatan deyil. Həmçinin də Təqsirləndirilən şəxs mənzilə daxil olduqdan sonra heç bir tərəddüd etmədən birbaşa narkotik vasitələrin qoyulduğu yerə istiqamətlənir və həmin narkotik vasitələri gizlətdiyi yerdən çıxararaq polis əməkdaşlarına təhvil verir ki, bu hal da qeyd edilən narkotik vasitənin həmin mənzilə başqa şəxslər tərəfindən yerləşdirildiyini istisna edir. Odur ki, müdafiə tərəfinin bu məsələ ilə bağlı göstərdikləri müdafiə xarakterli xüsusatlardır ki, məhkəmə həmin halları da əsaslı saymır və hesab edir ki, müdafiə tərəfi bu istiqamətdə müdafiə taktikası seçməklə təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına çalışır. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Qurbanov X2 şəhəri N.Nərimanov pr. 43 mənzil 28-də qeydiyyatda olmuş və yaşamışdır, hazırda yaşamır. Yaşadığı müddətdə müsbət səciyyələndirilmişdir. (cild 01, iş vərəqi 112-113) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər X4 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Daha sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 317-2.1 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 07 il 05 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə çəkilməmiş qalan 05 ay 05 gün cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmuş və xx.xx.2016-cı il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (cild 01, iş vər. 114) Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Belə ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfi Təqsirləndirilən şəxs ailəli olub sonradan nikaha xitam verildiyi və birgə nikahdan bir azyaşlı övladının olmasına dair müvafiq sənədləri məhkəmə heyətinə təqdim etsə də, birgə nikahdan olan uşağın Təqsirləndirilən şəxs himayəsində olmasını təsdiq edən heç bir sənəd təqdim edilmədiyindən məhkəmə bu halı cəzanı yüngülləşdirən hal kimi qəbul etmir. Təqsirləndirilən şəxsin əməlində təhlükəli residivin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qəbul edilməlidir. Belə ki, təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən 317-2.1 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 07 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə çəkilməmiş qalan 05 ay 05 gün cəzasından şərti olaraq vaxtından əvvəl azad olunsa da, CM-nin 18 və 83-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət əməli törətmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını, o cümlədən əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin təhlükəli residivinin olmasını, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq, habelə CM-nin 65.2-ci maddəsində əks olunanlar əsas götürülməklə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın yuxarı həddinin üçdə ikisindən az olmayan müddətə azadlıqdan məhrumetmənin təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəq 19, 82-84) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan narkoloji ekspertizanın rəyində əks olunanları, yəni təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əzab çəkməsini əsas götürərək qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalıdır. Habelə Təqsirləndirilən şəxs Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Mingəçevir ŞPŞ-də saxlanılan ayrı-ayrılıqda təmiz çəkiləri 0,886 və 21,234 qram olan narkotik vasitə heroinlər, bundan başqa ayrıayrılıqda təmiz çəkiləri 7,56 qram, 1759,95 qram və 394,95 qram olan narkotik vasitə qurudulmuş marixuanalar, həmçinin 02 ədəd alışqan, 01 ədəd üzərində “Novokain” sözləri yazılmış yuxarı hissəsi kəsilmiş vəziyyətdə 05 ML-lıq ampula, “KENT” markalı limon duzu, 01 ədəd elektron tərəzi və 102 ədəd müxtəlif ölçülü şprislər dəyəri müəyyən edilmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 103,65 AZN (bir yüz üç manat, altmış beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədiləsində təqsirli bilinsin və 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Mingəçevir ŞPŞ-də saxlanılan ayrı-ayrılıqda təmiz çəkiləri 0,886 və 21,234 qram olan narkotik vasitə heroinlər, bundan başqa ayrıayrılıqda təmiz çəkiləri 7,56 qram, 1759,95 qram və 394,95 qram olan narkotik vasitə qurudulmuş marixuanalar, həmçinin 02 ədəd alışqan, 01 ədəd üzərində “Novokain” sözləri yazılmış yuxarı hissəsi kəsilmiş vəziyyətdə 05 ML-lıq ampula, “KENT” markalı limon duzu, 01 ədəd elektron tərəzi və 102 ədəd müxtəlif ölçülü şprislər dəyəri müəyyən edilmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 103,65 AZN (bir yüz üç manat, altmış beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X5 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-119/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-119/2020
12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver