Məhkəmə qərarları › İş №1(091)-119/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-119/2022

24.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-119/2022 24.06.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X17, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamını müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X9, zərərçəkmiş şəxsin hüquqi varisi: X7, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi: Şəki Regional Vəkil Bürosunun vəkili X13 iştirakları ilə, xx xxxxx 1991-ci ildə Ağsu rayonu Padarqışlaq kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ağsu rayonu Padarqışlaq kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X8 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təqsviri-əsaslandırıcı hissədə CM) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qardaşı Şahid7 ilə sözlü olan əmisi qızı X18 evlənmək məqsədilə qaçırması ilə əlaqədar aralarında əvvəldən ədavət olan Sabirabad rayonu Balvar kənd sakini X1 13 dekabr 2021-ci il tarixdə yaşadığı Ağsu rayonu Padarqışlaq kəndinə gəlib qardaşı Şahid4 zəng edərək nalayiq ifadələr işlətməsi barədə sonuncu tərəfindən məlumatlandırıldıqdan sonra, Məmmədkərim Dərgahlıya zəng etmiş, danışıqları zamanı sonuncunun onu da nalayiq ifadələrlə təhqir edib görüşə çağırması nəticəsində, Məmmədkərim Dərgahlını qəsdən öldürmək qərarına gəlmiş və bu niyyətini həyata keçirmək məqsədilə yaşadığı evin həyətindəki tövlədə olan zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını üzərində götürməklə, həmin tarixdə saat 1955 radələrində Ağsu rayonu Padarqışlaq kəndi ərazisində, telefon danışıqları zamanı razılaşdırdıqları kənd yolunda görüşərək, həmkəndlisi Şahid17 yaşadığı evin darvazası qarşısında aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Məmmədkərim Dərgahlını qəsdən öldürmək niyyəti ilə üzərində olan bıçaqla qəsdən bir neçə dəfə vurub, sonuncuya həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid sağ döş giləsindən 6,5 sm sağda, döş qəfəsinin sağ aşağı tış hissəsində 3-4-cü qabırğalararası sahədən döş boşluğuna nüfuz etməklə sağ ağ ciyərin orta payının yan səthində 3x1 sm ölçüdə yarası, sağ döş giləsindən 10,2 sm solda döş sümüyünün aşağı hissəsindən diafraqmanı kəsməklə qara ciyərin sol yuxarı payının 2,9x1,1 sm ölçüdə yarası, göbəkdən 4 sm sağda, qarının aşağı şöbəsinin sağ iç hissəsindən qarın boşluğuna nüfuz etməklə peritonu zədələyən nazik bağırsaq müsariqəsinin 3,3x1,2 sm ölçüdə yarası və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid gövdənin ön hissəsində döş qəfəsinin sağ yuxarı iç hissəsində, köndələn istiqamətli 9x0,4 sm ölçüdə dərinin epidermis qatının kəsilmiş yarası xəsarətlərini yetirməklə, Məmmədkərim Dərgahlının aldığı xəsarətlər nəticəsində döş qəfəsinin sağ aşağı tış hissəsindən döş boşluğuna nüfuz edən diafaqramının və qara ciyərinin sol yuxarı payının və qarının aşağı hissəsinin sağ iç hissəsində qarın boşluğuna nüfuz edən peritonu və nazik bağırsaq müsariqəsinin zədələnmələri ilə müşayiət edilən daxili və xarici qanitirmədən ölümünə səbəb olmaqla Məmmədkərim Dərgahlını qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 120.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Ağsu rayonu Padarqışlaq kəndində yaşamaqla atasının dayısı nəvəsi olan Məmmədkərim Dərgahlı ilə uşaqlıqdan münasibətləri yaxşı olmuşdur. 05 oktyabr 2021-ci il tarixdə Məmmədkərim onun əmisi Asifin qızı Aytac Qaçayevanı qaçırdıqdan sonra əmisi və ailəsi Ağsu rayon Polis Şöbəsinə müraciət etmiş, lakin Məmmədkərim Aytacı evinə qaytarmamışdır. Aytacın Məmmədkərimlə qaçmasını, Aytacın xalası, Məmmədkərimin isə əmisi arvadı olan Xəyalə və Xəyalənin əri İlyas təşkil etmiş, Aytacla onun kiçik qardaşı Tural sözlü olduqlarından Aytacın Məmmədkərimlə qaçmasında Xəyaləni günahlandıraraq bir neçə dəfə sonuncu ilə mübahisə etmişlər. Buna görə Məmmədkərim bir neçə dəfə ona və qardaşı Elxana zəng edərək, əmisi arvadı Xəyaləni incitdiklərinə görə onları hədələmişdir. 13 dekabr 2021-ci il tarixdə saat 18 radələrində heyvanlarını otlaqdan evə gətirib tövlədə bir qədər heyvanlarla məşğul olduqdan sonra evə qayıtmış, qardaşı Elxanla birlikdə evdə olarkən Məmmədkərim Dərgahlının qardaşı Elxana tez-tez zəng etdiyini görüb telefonu Elxandan alaraq Məmmədkərimlə danışmışdır. Telefona cavab verən kimi Məmmədkərim ona kəndə gəldiyini, əgər kişidilərsə görüşmələrini demiş, həmin vaxt telefonda bir-birilərinə qarşı nalayiq ifadələr işlətmişlər. Məmmədkərim onunla görüşüb məsələni aydınlaşdırmaq üçün kənd ərazisində “asfaltın kənarı” deyilən yerə dəvət etmiş, bundan sonra evdən çıxmışdır. Həmin vaxt qardaşı Elxan da onunla birlikdə evdən çıxmışdır. Elxana Məmmədkərimin evlərinə hücum edə biləcəyini, buna görə evin yaxınlığında gözləməsini bildirib, “asfaltın kənarı” adlanan yerə tərəf getmiş, oraya çatdıqda Məmmədkərimi görmədiyinə görə mobil telefonla sonuncuya zəng etdikdə zəngə cavab verməmiş və bir qədər sonra ona zəng edərək oraya çatdığını bildirmişdir. Bir qədər sonra Məmmədkərimin İlyasın evi tərəfdən gəldiyini görüb sonuncuya tərəf qaçmağa başlamış, çatar-çatmaz Məmmədkərimin ona atdığı yumruqdan özünü qaçıraraq, şalvarının sol yan cibində olan bıçağı çıxarıb sol əli ilə Məmmədkərim tərəfə iki-üç dəfə zərbə endirmişdir. Həmin vaxt uzaqdan bibisi Şəhla və əmisi arvadı Günelin ona doğru qaça-qaça gəldiklərini görüb dərhal asfalt yola qaçaraq oradan uzaqlaşmışdır. Bir qədər getdikdən sonra bıçağı asfalt yolun kənarındakı yulğunluğa tullamış və arxa yolla yenidən yaşadığı evə gəlmişdir. Evə çatdıqda orada olan kiçik qardaşı Tural və qardaşı Elxanın da evdə olduğunu görmüş, sonunculara Məmmədkərimi bıçaqla vurduğunu bildirmişdir. Bir qədər sonra Ağsu rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı kəndə gəlmiş, paltarını dəyişdikdən sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, 06 oktyabr 2021-ci il tarixdə mərhum oğlu Məmmədkərim Dərgahlı bibisi oğlu Şahid6 qızı Aytac Qaçayevanı sonuncunun razılığı ilə evlənmək məqsədilə qaçırmış, bundan sonra Şahid6 Məmmədkərim barəsində Ağsu rayon polis şöbəsinə şikayət etdiyinə görə araşdırma aparılmışdır. Bir neçə gün sonra X10 rayonu Balvar kəndindəki evlərinə gətirərək birlikdə yaşamağa başlamışlar. Şahid6 qızı Aytacı öz qardaşı oğlu Şahid7lə nişanlamaq istədiyindən, sonuncunun qardaşları Elxan və Təqsirləndirilən şəxslər dəfələrlə Məmmədkərimə zəng edərək təhqir edib hədə-qorxu gəlmişlər. 13 dekabr 2021-ci il tarixdə saat 13 radələrində oğlu Məmmədkərim ona Bakı şəhərinə gedəcəyini bildirərək evdən çıxmış, axşam saatlarında Ağsu rayonu Padarqışlaq kəndində yaşayan qardaşı İlyas ona zəng edib Məmmədkərimin orada olduğunu bildirmişdir. Bundan sonra Məmmədkərimə zəng edərək evə qayıtmasını demiş, Məmmədkərim isə ona məsələni həll etməyə gəldiyini bildirmişdir. Məmmədkərimə heç nə etməməsini, özü gəlib məsələni həll edəcəyini bildirdikdən sonra sağollaşmışlar. Bundan sonra, Məmmədkərimə 2 dəfə zəng etsə də, sonuncu zəngə cavab verməmiş, bir müddət sonra arvadı Qızılgül ona Məmmədkərimin bıçaqlandığını bildirmişdir. X6 rayon mərkəzi xəstəxanasına aparıldığını öyrənmiş, lakin xəstəxanaya çatdıqda ona Məmmədkərimin artıq öldüyünü bildirmişlər. X20 tək öldürmədiyini, sonuncunun qohumları ilə əlbir olaraq oğlunu öldürdüyünü hesab etmişdir. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində əz sərt cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək X2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, atasının dayısı nəvəsi Məmmədkərim Dərgahlı ilə əvvəldən münasibətləri normal olmuş, sonuncu 2021-ci ilin oktyabr ayında əmisi Asifin qızı Aytacı evlənmək məqsədilə qaçırmışdır. Aytac onun qardaşı Turalla sözlü olduğundan ailəsi Aytacın Məmmədkərimlə evlənməsinə razı olmamış, bu səbəbdən ailələr arasında münaqişə yaranmışdır. Məmmədkərim Aytacı gətirib ailəsinə qaytarmamış, sonuncu isə Məmmədkərimlə könüllü şəkildə qaçdığından, ailəsinin yanına qayıtmamışdır. Aytacı qaçırdıqdan sonra, Məmmədkərim bir neçə dəfə qardaşı Təqsirləndirilən şəxs zəng edib danışmış, bir dəfə də onun istifadəsində olan mobil nömrəyə zəng etsə də, o, Məmmədkərimin zənginə cavab verməmişdir. 13 dekabr 2021-ci il tarixdə saat 1920 radələrində evdə olan zaman Məmmədkərim ona zəng edərək kənddə olduğunu bildirmiş, sonra söhbət etmək üçün yol kənarına dəvət etmişdir. Məmmədkərimə Aytacın atası Asiflə danışmasını bildirsə də, Məmmədkərim probleminin onunla olduğunu deyib, anasının ünvanına nalayiq ifadə işlətmişdir. Bu zaman o da Məmmədkərimin anasını söyüb telefonu söndürmüş, bundan sonra həmin vaxt heyvanları otlaqdan yenicə qaytarıb evə gələn qardaşı Orxanın yanına gedib Məmmədkərimin ona zəng etdiyini bildirmişdir. Bundan sonra, onlar yemək yemək üçün süfrəyə oturduqdan bir qədər sonra Məmmədkərim istifadəsində olan mobil nömrədən onun istifadəsində olan mobil nömrəyə zəng gəlmiş, həmin vaxt o, zəngə cavab verməsə də ikinci dəfə zəng gələndə qardaşı Orxan telefonu ondan alıb Məmmədkərimlə danışmışan zaman sonuncu və qardaşı Orxan telefonda bir-birlərinə qarşı nalayiq ifadələr işlətmişlər. Danışıq başa çatdıqdan sonra, Orxan əsəbi şəkildə evdən çıxıb mal-qara saxladıqları tövləyə tərəf, daha sonra isə tövlədən çıxıb evlərindən asfalt yol istiqamətində hərəkətə başlamış, bu zaman o da qardaşının arxasınca gedərək asfalt yola çatdıqda Məmmədkərimin orada olmadığını görmüşdür. Həmin vaxt qardaşı Orxanın təkidi ilə oradan uzaqlaşarkən əmisi arvadı Günel və bibisi Şəhlanın onlara tərəf gəldiyini görmüş, təxminən 4-5 dəqiqə sonra səs-küy gəldiyini eşidib qayıtdıqda Məmmədkərimin qarnı qanlı vəziyyətdə yerdə uzandığını görmüşdür. Həmin vaxt orada qardaşı Orxan və 7-8 nəfər şəxs olmuş, Orxanı oradan yaşadıqları evə gələrkən ona Məmmədkərimi bıçaqla vurduğunu bildirmişdir. Evə gəldikdən təxminən yarım saat sonra Ağsu rayon Polis Şöbəsinin əməkdaşları gələrək qardaşı Orxanı Ağsu rayon Polis Şöbəsinə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, qohumu Məmmədkərim Dərgahlı təxminən 2021-ci ilin oktyabr ayında əmisi Asifin qızı Aytacı evlənmək məqsədilə qaçırmış, Aytac əvvəldən onunla sözlü olduğu üçün Aytacın ailəsi Məmmədkərimlə evlənməsinə razı olmamış və bu səbəbdən ailələr arasında münaqişə yaranmışdır. 13 dekabr 2021-ci il tarixdə, saat 20 radələrində yaşadığı Padarqışlaq kəndinə çatıb və evlərinə gəldikdə, anası Alagözün evdə tək olduğunu görüb, qardaşlarının harada olduğunu soruşmuş, anası isə ona Məmmədkərimin qardaşlarına zəng edərək təhqir etdiyini, Orxanın Məmmədkərimlə görüşməyə getdiyini bildirmişdir. Bu zaman mobil telefonla qardaşı Orxana zəng edərkən sonuncu zəngə cavab verərək Məmmədkərimi vurduğunu bildirmişdir. Təxminən 5 dəqiqə sonra Orxan evə gələrək Məmmədkərim tərəfindən söyüldüyünü, bu səbəbdən də bıçaqla Məmmədkərimi vurduğunu bildirmişdir. Sonradan digər qardaşı Elxan da evə gələrək Orxana mane ola bilmədiyini bildirmişdir. Təxminən yarım saat sonra Ağsu rayon Polis Şöbəsinin əməkdaşları gələrək Orxanı aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, qaynı Asifin qızı Aytac ilə ortancıl oğlu Turalı uşaq vaxtlarından evlənmələrinə dair sözlü etmiş, lakin son vaxtlar xalası Xəyalə Aytacı öz qaynı oğlu Məmmədkərim Dərgahlı ilə nişanlamaq istəmişdir. Aytac isə Məmmədkərimi istəməsi, Turalı istəməməsi barədə onlara heç nə deməsə də sonradan Aytac Məmmədkərimlə qoşulub qaçmışdır. 13 dekabr 2021ci il tarixdə axşam saatlarında oğlanları Orxan Elxanla birlikdə evdə olarkən Orxana zəng gəlmiş, Orxan telefonla danışa-danışa nalayiq ifadə işlədərək həyətə çıxmışdır. Orxanın kiminləsə mübahisə etdiyindən şübhələnib nə baş verdiyini soruşduqda, sonuncu cavab verməyərək evi tərk edib getmişdir. Daha sonra digər oğlu Elxan evə gəlib Orxanın harda olduğunu soruşmuş, Elxana Orxanın telefonla danışa-danışa getdiyini bildirmişdir. Daha sonra Orxan evə gələrək Məmmədkərimi bıçaqladığını demişdir. Daha sonra polis əməkdaşları və üçüncü oğlu Tural evə gəlmiş, polis əməkdaşları da gələrək Orxanı polis şöbəsinə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, qızı Aytacla qardaşı Gülxanın oğlu Turalın gələcəkdə evlənəcəkləri barədə razılığa gəlmiş, Aytac isə Turalla nişanlanmaq istəməsə də heç kimə bu barədə heç bir söz deməmişdir. 2021-ci ilin oktyabr ayında Aytac öz razılığı ilə Məmmədkərimlə qoşulub qaçmış, onlar Məmmədkərimlə və ailəsi ilə danışıb Aytacı gətirmələrini tələb etsələr də, sonuncu evə qayıtmamışdır. Bu hadisədən sonra qızı Aytacın Məmmədkərimlə qaçmasını baldızı Xəyalə təşkil etdiyinə görə baldızı Xəyalə və ailəsi ilə münasibətləri pozulmuş, Turalın qardaşları Orxan və Elxanla Xəyalə, sonuncunun əri İlyas bir neçə dəfə mübahisə etmişlər. 13 dekabr 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı evdə olarkən arvadı Günel onu səsləyərək, Orxanın Məmmədkərimlə danışdığını, sonuncu ilə görüşməyə getdiyini dedikdən sonra tez əynini geyinib arvadı Günel, bacısı Şəhla ilə birlikdə yola çıxmışdır. Bu zaman Günel və Şəhla Orxanın arxası ilə getsə də o, kəndin digər tərəfindən gedib Orxanı asfaltın üstündə tutub getməməsini demiş, sonuncu onu əli ilə itələyib yerə yıxmışdır. Təzyiqi düşdüyü üçün yıxıldığı yerdə oturub qalmış, təxminən 3-5 dəqiqə sonra Orxan geri qayıdaraq Məmmədkərimi bıçaqladığını deyib çıxıb getmişdir. Yalnız bir neçə dəqiqə sonra özünə gələrək evə getdiyi zaman bacısı Şəhla və arvadı Güneli evin həyətində olduğunu görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, bacısı Aytacla Məmmədkərimin bir-birini istəməsindən, ailəsinin Aytacı əmisi Gülxanın oğlu Turalla nişanlamaq istəməsindən əvvəldən xəbəri olmamış, Aytac 2021-ci ilin oktyabr ayında Məmmədkərimlə qaçmışdır. 13 dekabr 2021-ci il tarixdə saat 19 radələrində Ağsu rayonu Padarqışlaq kəndindəki evlərində olarkən bibisi Şəhla ona sistem qoşmuş, saat 1930 radələrində səs-küy eşidib evin qarşısındakı asfalt yola çıxarkən yolda atası Asifi görüb nə baş verdiyini soruşduqda, sonuncu ona Məmmədkərimin bıçaqlandığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qızı Aytac Qaçayeva əvvəldən qayını oğlu Şahid7lə sözlü olmuş, lakin 2021-ci ilin oktyabr ayında Aytac qohumları Məmmədkərim Dərgahlı ilə evlənmək məqsədilə qaçmışdır. 13 dekabr 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı evin həyətində olan zaman, onlarla eyni həyətdə yaşayan qaynı oğlu Təqsirləndirilən şəxs telefonla danışdığını görüb kiminlə danışdığını soruşduqda, sonuncu ona, Məmmədkərim tərəfindən görüşə çağırıldığını bildirərək qaça-qaça həyətdən çıxmışdır. Bu zaman o, evə tərəf haray edib Orxanın getdiyini bildirmiş, bundan sonra həyətdə olan telefondan baldızı Gülövşənin əri Müslümə zəng edərək Gülövşə ilə danışıb Orxanın Məmmədkərimlə dava etməyə getdiyini bildirmişdir. Daha sonra həyətdən çıxaraq Orxanın arxasınca qaçmış, lakin yolda Orxanı tapa bilmədiyinə görə kəndin arasından keçən yolla hərəkət edərək Məmmədkərimin əmisi İlyasın yaşadığı evin darvazası qarşısından keçib asfalt yola çıxdıqda Orxanı orada da görməmişdir. Həmin vaxt orada olan baldızının əri Müslümün mobil telefonu ilə “102” xidmətinə zəng edərək qızı Aytacı qaçıran Məmmədkərimin yaşadıqları kəndə gəlməsi barədə məlumat verərək polislərin gəlməsini xahiş etmişdir. Telefonla danışan zaman baldızı Şəhla və əri Asif də oraya gəlmişlər. Bundan bir neçə dəqiqə sonra Orxan da həmin yerə gəlmiş, nə qədər yalvar-yaxar edib Orxanın qarşısına almağa çalışsa da, sonuncu onu itələyərək özündən uzaqlaşdırmışdır. Həmin vaxt onlar İlyasgilin evi tərəfdən asfalt yola tərəf 2 nəfər şəxsin əllərində alışqan işığına oxşar nəsə tutub onlara tərəf gəldiklərini görmüş, Orxan həmin şəxsləri görər-görməz həmin istiqamətdə qaçaraq “kimi söyürdün?” demişdir. Bu zaman o da Orxanın arxasınca qaçmış, həmin vaxt gələn şəxslərdən biri qaça-qaça geriyə qayıtmışdır. Orxan isə digər şəxsə çatar-çatmaz əlbəyaxa olmuş, Atabəy adlı şəxsə məxsus evin darvazası qarşısında sonunculara çatdıqda Orxanın əlbəyaxa olduğu şəxsin Məmmədkərim olduğunu görmüşdür. Məmmədkərim qarşıya tərəf əyilmiş vəziyyətdə bir iki saniyə qalıb yerə yıxılmış, səs-küyə oraya çoxlu adamlar toplaşdıqdan sonra Orxan oradan uzaqlaşmışdır. Sonradan oraya gəlib çatmış baldızı Gülövşə Məmmədkərimi yerdə qan içində görüb kömək etməyə çalışmış, həmin vaxt İlyas və arvadı Xəyalə də oraya gəldikdən sonra bələdiyyə sədri Kənana zəng etmiş və sonuncu öz avtomobili ilə gələrək Məmmədkərimi xəstəxanaya aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 13 dekabr 2021-ci il tarixdə saat 19-da işdən çıxıb yaşadığı evə gəldikdən sonra həmin vaxt evdə olan qardaşı oğlu Sarvana sistem qoşmuş, bundan sonra əlini yumaqdan ötrü həyətə düşdükdə onlarla eyni həyətdə yaşayan qardaşı oğlu Orxanın əsəbi şəkildə telefonda danışaraq həyətdən çıxdığını görmüşdür. Bu zaman evə qalxıb qardaşı Asifə bu barədə məlumat vermiş və nə baş verdiyini aydınlaşdırmaqdan ötrü qardaşı ilə birlikdə küçəyə çıxmışlar. Həmin vaxt kəndin içindən keçən yolla, qardaşı Asif isə digər yolla getmiş, Məmmədkərimin əmisi İlyasın evinin qapısı qarşısından keçərək asfalt yol istiqamətində hərəkət edərkən, həmkəndlisi Atabəyin evinin darvazası qarşısında insanların toplaşdığını görmüşdür. Oraya yaxınlaşdıqda Məmmədkərimin qanlı vəziyyətdə yerdə uzandığını görmüş, bu zaman Orxan və qardaşı arvadı Günel də orada olmuşdur. Bir neçə saniyə sonra İlyas əlində bellə qaça-qaça oraya gəmiş, həmin vaxt səs-küyə qonşular da hadisə yerinə toplaşmışlar. Bundan sonra, bacısı Gülövşə qayınatasıgilin evindən səs-küy eşidib oraya gəlmiş, həmin vaxt Gülövşə Məmmədkərimə yardım göstərmiş, bir qədər sonra bələdiyyə sədri Kənan avtomobillə gələrək Məmmədkərimi xəstəxanaya aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayında dayısı nəvəsi Məmmədkərim Dərgahlı qardaşı Asifin qızı Aytac Qaçayevanı evlənmək məqsədilə qaçırdıqdan sonra ailələr arasında münasibətlər korlanmış, Aytac Məmmədkərimlə könüllü qaçdığını bildirsə də, qardaşı X16 evlənməsinə razı olmamışdır. 13 dekabr 2021-ci il tarixdə baldızı Azadəyə elçi gəldiyinə görə sonuncunun yaşadığı evə getmiş, saat 20 radələrində orada olarkən qardaşı Asifin arvadı Şahid3 ona zəng edərək Məmmədkərimin qardaşı oğlu Təqsirləndirilən şəxs asfalt yol adlanan yerə görüşə çağırdığını, Orxanın arxasınca getdiklərini bildirmişdir. Qayınatasıgilin yaşadığı ev də orada olduğundan həmin vaxt o, əri Şahid15lə birlikdə darvazadan çıxıb qardaşı Asif və arvadı Günellə asfalt yolda qarşılaşmış, sonuncular Orxanı axtardıqlarını, lakin tapa bilmədiklərini bildirmişlər. Bundan sonra Günel, əri Müsülümün nömrəsindən “102” xidmətinə zəng edərək Məmmədkərimlə Orxan arasında münaqişə olması barədə məlumat vermiş, daha sonra o, əri Müslümlə birlikdə qayınatasının evinə qayıtmışdır. Günel və Asif isə Orxanın arxasınca getmişlər. Həmin vaxt Müslüm qonaqların yanına getmiş, o isə mətbəxə keçmişdir. Mətbəxdə olan zaman asfalt yol istiqamətindən qışqırıq gəldiyini eşidib küçəyə çıxarkən yolun Məmmədkərimin əmisi İlyasın evinə dönən hissəsində adamlar olduğunu görüb həmin tərəfə getmiş, İlyasgilin küçəsinə dönərək səs-küy gələn tərəfə getdikdə Məmmədkərimin həmkəndliləri Atabəyin evinin qapısının qarşısında yerdə qan içində uzandığını görmüşdür. Həmin vaxt İlyas və arvadı Xəyalə də orada olmuş, Məmmədkərimin başını qucağına alıb əlini yaralarına tutmuş və Xəyalədən əski gətirməsini xahiş etmişdir. Dəsmalı yaraya tutub İlyasa təcili yardım çağırmasını demiş, bir neçə dəqiqə sonra oraya gələn avtomobillə Məmmədkərimi xəstəxanaya yola salmışlar. Qardaşı Asifin evinə getdikdə Orxanın Məmmədkərimi bıçaqladığını öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Mustafayev X5 Tacir Müslüm oğlu eyni məzmunlu ifadə verərək Şahid21 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, xalası oğlu Məmmədkərim Dərgahlı təxminən 2021-ci ilin oktyabr-noyabr aylarında uzaq qohumları Asifin qızı Aytacı evlənmək məqsədilə qaçırmış, sonuncu əvvəlcədən əmisi oğlu Turalla sözlü olduğundan Turalın qardaşları Elxan və Orxanın da Məmmədkərimlə münasibətləri pozulmuşdur. 13 dekabr 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı evin həyətində iş görən zaman Məmmədkərim istifadəsində olan mobil telefonla ona zəng etmiş, lakin zəngə cavab verməyə imkan tapmamışdır. Bir qədər sonra həmkəndlisi, Təqsirləndirilən şəxs dayısı oğlu Səid ona zəng edərək Orxangillə Məmmədkərim arasında münaqişə olduğunu, Asiflə birlikdə sonuncuları axtardığını bildirmişdir. Səidlə danışığı başa çatdıqdan sonra Məmmədkərim yenidən ona zəng edərək, “özünü çatdır, bunlar mənim üstümə gəlirlər” demiş, Məmmədkərimə “gəlirəm” deyib telefonu söndürmüşdür. Bundan sonra Səid yenidən ona zəng edərək Məmmədkərimin əmisi İlyasgilin evinin yaxınlığında olacağını bildirmişdir. Həmin vaxt onunla olan yeznəsi Qadirlə birlikdə sonuncunun idarə etdiyi avtomobillə evdən asfalt yola çıxdıqda Asifin İlyasgilin yaşadığı dalandan asfalt yola çıxaraq qaça-qaça getdiyini görmüş, sonuncuya yaxınlaşaraq nə baş verdiyini soruşduqda, Asif Məmmədkərimin “102” xidmətinə zəng etdiyini, həkimdən kağız alacağını bildirmişdir. Həmin vaxt kəndin bələdiyyə sədri Kənan avtomobili sürətlə İlyasgilin dalanından asfalt yola doğru sürmüş, Məmmədkərimin Kənanla polisə şikayət etməyə getdiyini fikirləşmişdir. Lakin Məmmədkərimə zəng etsə də, sonuncu zəngə cavab verməmiş, sonradan Bakı şəhərində yaşayan qardaşı Asim ona zəng edərək Məmmədkərimin bıçaqlandığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qardaşı oğlu Məmmədkərim Dərgahov 05 noyabr 2021-ci il tarixdə həmkəndlisi Aytac Qaçayevanı evlənmək məqsədilə qaçırmış, bundan sonra, sonuncunun ailə üzvləri onu bu işdə günahlandırdığına görə Aytacın əmisi oğlanları Orxan və Elxan bir neçə dəfə onu və arvadı Xəyaləni yaşadıqları evə gəlib təhqir edərək döymüşlər. 13 dekabr 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı Padarqışlaq kəndi ərazisində taxıl sahəsində işləyərkən Məmmədkərim dostu Elmir ilə birlikdə onun yanına gələrək bir qədər spirtli içki içmişlər. Saat 18 radələrində yaşadığı evə qayıdarkən Məmmədkərim də onunla birlikdə gəlmiş və evdə olan zaman Məmmədkərim qəfildən Orxan və Elxanın onu və arvadını narahat etməsinə qəzəbləndiyinə görə Elxana zəng etmiş və sonuncu Məmmədkərimi nalayiq ifadələrlə təhqir etmişdir. Daha sonra Orxan Məmmədkərimə zəng edərək sonuncunu görüşə çağırdığına görə Məmmədkərim bir neçə dəqiqə sonra evdən çıxmış, Məmmədkərimin arxasınca evdən çıxdıqda, sonuncunun üzərinə 10 nəfər şəxsin hücum etdiyini görüb Məmmədkərimi evə qaytarmaq istəsə də, həmin vaxt Aytacın qardaşı Şahid8, anası Şahid3, bibisi Şahid5 və əmisi oğlu Şahid4 Məmmədkərimi ayaq üstə vurmağa çalışmışlar. Məmmədkərimi həmin şəxlərin əlindən ala bilmədiyini görüb bel götürmək məqsədilə yaşadığı evə getmiş, lakin geri qayıtdıqda Məmmədkərimin yerdə Aytacın bibisi Gülövşənin qucağında qan içində olduğunu, sonuncunun dəsmalla qanı dayandırmağa çalışdığını görmüşdür. Həmin vaxt orada adlarını qeyd etdiyi şəxslərdən başqa, Gülövşənin əri Müslüm, Aytacın atası Asif, Orxanın dayısı oğlu Səid də olmuş, səsküyə çıxan arvadı Xəyaləyə Orxan yumruqla vurub xəsarət yetirərək hadisə yerindən uzaqlaşmışdır. Bu zaman, o, dərhal qohumu olan Padarqışlaq bələdiyyəsinin sədri Kənana məlumat verdikdən sonra sonuncu gələrək avtomobili ilə Məmmədkərimi Kürdəmir rayon mərkəzi xəstəxanasına aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, qaynı oğlu mərhum Məmmədkərim Dərgahovla bacısı qızı Aytac Qaçayeva bir birilərini sevmiş, sonuncunun ailəsi Aytacı öz əmisi oğlu Şahid7 ilə nişanlamaq istəsə də, Aytac bununla razılaşmamışdır. 2021-ci ilin oktyabr ayında Aytac öz razılığı ilə Məmmədkərimlə qaçmış, bundan sonra Aytacın Məmmədkərimlə qaçmasında həm Aytacın anası və atası, həm də Turalın anası və atası, Məmmədkərimlə Aytacın qaçmasını onun təşkil etdiyini düşünüb onu günahlandırmışlar. Aytac Məmmədkərimlə qaçan gün Turalın qardaşı Orxan onun yaşadığı evə gələrək onu döymüşdür. Həmin vaxt əri İlyas evdə olmamış, sonradan Tural öz şəxsi “QAZ 24” markalı avtomobili ilə onların evinin qarşısına gələrək səs-küy saldığına görə İlyas Turala qəzəblənərək daş ilə sonuncunun avtomobilinin şüşəsini sındırmışdır. 13 dekabr 2021-ci il tarixdə saat 1830 radələrində İlyas qaynı oğlu Məmmədkərim ilə evə gəlmiş, onlar biraz oturub söhbət etdikdən sonra Məmmədkərim, Orxan və Elxanın onları narahat etməsinə görə əsəbiləşərək Elxana zəng etmiş, danışıq zamanı Elxan Məmmədkərimi söymüşdür. Daha sonra Orxan Məmmədkərimə zəng edib çölə çıxıb çayxanada gözləməsini demiş, Məmmədkərimin getməsinə İlyas icazə vermək istəməsə də Məmmədkərim getməkdə israr edərək saat 1915 radələrində evdən çıxmışdır. Bir neçə dəqiqə sonra İlyas da Məmmədkərimin arxasınca evdən çıxmış, səs-küyə küçəyə çıxdıqda Məmmədkərimin bıçaqlandığını öyrənmişdir. Həmin vaxt küçədə kimsə onun başına və qulağına vurmuş, həyəcanlı olduğundan onu kimin vurduğunu görməsə də sonradan əri İlyas onu Orxanın vurduğunu demişdir. X30 zəng edərək oraya çağırmış və Kənan gəldikdən sonra Məmmədkərimi Kənanın avtomobili ilə Kürdəmir rayon mərkəzi xəstəxanasına aparmışlar. Lakin xəstəxanada Məmmədkərimin həyatını xilas etmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 13 dekabr 2021-ci il tarixində saat 2001-də Şahid2 öz mobil nömrəsindən onun mobil nömrəsinə zəng edərək Məmmədkərimin bıçaqlandığını, avtomobil ilə gəlib sonuncunu xəstəxanaya aparmasını bildirmişdir. Həmin vaxt dayısı oğlu Heydər ilə birlikdə yaşadığı evdən çıxaraq, öz yaşadığı evə getmiş və “VAZ 2107” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilini götürərək, İlyasın evinə doğru getmişdir. İlyasın evindən təxminən 40- 50 metr aralıda Məmmədkərimi yerdə uzanıqlı vəziyyətdə qan içində görmüş, sonuncunun yanında İlyas, İlyasın arvadı Xəyalə və Gülövşə olmuşdur. Dərhal Məmmədkərimi avtomobilə yerləşdirib, xəstəxanaya aparmış, Kürdəmir rayon mərkəzi xəstəxanasında Məmmədkərimə tibbi müdaxilə edilsə də, həyatını xilas etmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 eyni məzmunlu ifadə verərək Şahid10 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, 13 dekabr 2021-ci il tarixdə saat 20 radələrində anası Raya ilə birlikdə yaşadığı evdə olmuş, həmin vaxt anası əlini yumaqdan ötrü həyətə çıxdıqdan bir neçə dəqiqə sonra küçədən səs-küy gəldiyini eşidib darvazadan bayıra çıxdıqda, küçədə çoxsaylı adamlar olduğunu, qonşusu Şahid2 qardaşı oğlu Məmmədkərimin qan içində darvazanın qarşısında yerdə uzandığını görmüşdür. Həmin vaxt orada olan İlyas bələdiyyə sədri Kənanla danışdıqdan sonra orada olan şəxslər Sarvanı onların həyətinə salaraq su vermiş, bir neçə dəqiqə sonra Kənan, yanında bir nəfər şəxslə birlikdə avtomobili ilə hadisə yerinə gəlib Məmmədkərimi avtomobilə yerləşdirərək xəstəxanaya aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid16 və Şahid19 eyni məzmunlu ifadələr verərək Şahid17 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 13 dekabr 2021-ci il tarixdə yaşadığı evdə olan zaman saat 1930 radələrində bibisi Alagöz onlara zəng vruraraq həyəcanlı şəkildə oğlanlarının kimləsə danışıb evdən çıxdıqlarını və kiminləsə dava etməyə getdiklərini, gedib oğlanlarını qaytarmasını bildirdikdən sonra evdən çıxaraq asfalt yola tərəf getmiş, oraya çatdıqda yolun İlyasgilin evinə tərəf dönən hissəsindən səs-küy gəldiyini eşitmişdir. Qaranlıq olduğu üçün orada kim olmasını əvvəldən görməmiş, həmin tərəfə yaxınlaşdıqda bibisi oğlu Orxan və yanında bir neçə şəxslərin olduğunu görmüş, həmin vaxt əsəbi olan Orxanı sakitləşdirməyə çalışsa da, sonuncu, ona işinə qarışmamasını bildirmişdir. Həmin vaxt Orxanın bibisi Şəhla və əmisi arvadı X12 dalaşmasının qarşısını almaqdan ötrü asfalt yoldan İlyasgilin evinə gedən kənd yolunda dayanmış, asfalt yolun üzərində Orxanla qarşılaşanda yolun digər tərəfində olan Elxana Orxanı sakitləşdirməsini bildirmişdir. Oraya çatdıqdan təxminən 7-8 dəqiqə sonra İlyasgilin evi tərəfdən səs gəlmiş, bu zaman Orxan sürətli şəkildə həmin tərəfə qaçmışdır. Orxanın arxasınca qaçıb asfalt yoldan 100 metr məsafədə Atabəy müəllimin evinin qapısı qarşısına çatdıqda bir nəfər şəxsin qan içində yerdə uzandığını, Orxanın isə başının üstündə dayandığını görmüşdür. Bu zaman İlyas, Günel və Şəhla da orada olmuş, İlyasın əlində ağac parçasına bənzər nəsə olmuşdur. Orxan həmin vaxt “mən vurdum, sənə bu da azdı, adamı telefonda təhqir etməyin sonu budur” kimi ifadələr işlətmiş, həmin vaxt Elxan da onun arxasınca gəlib hadisənin baş verdiyi yerə çatmışdır. Bundan sonra Orxan, Elxan və o, birlikdə oradan uzaqlaşıb asfalt yola tərəf gəlmiş, Orxan bir qədər onlardan uzaqlaşmışdır. Elxanla birlikdə asfalt yola çıxıb sağa doğru hərəkət etdikdə Orxanın asfalt yolun sağ tərəfindəki yulğunluğun yaxınlığında yavaşladığını görmüş, Elxanla birlikdə Orxana çatdıqdan sonra Elxan və Orxan oradan ayrılıb birlikdə evlərinə getmişlər. Yaşadığı evə gedib ailə üzvlərinə hadisə barədə məlumat vermiş, bundan sonra isə ailə üzvləri ilə birlikdə bibisi Alagözün evinə getmişlər. Oraya çatdıqda Orxan və Elxanın artıq evdə olduqlarını, evə qohum-qonşunun toplaşdıqlarını görmüş, həmin vaxt Tural da evdə olmuşdur. Evdə söz-söhbət zamanı Orxan Məmmədkərimi bıçaqla vurduğunu demiş, orada olan zaman Məmmədkərimin kəndin bələdiyyə sədri Kənanın avtomobili ilə xəstəxanaya aparıldığını öyrənmişdir. Hadisədən təxminən 1 saat sonra, saat 21 radələrində Kənan ona zəng edərək, Kürdəmir rayon mərkəzi xəstəxanasında olduqlarını, Məmmədkərimin artıq öldüyünü bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 13 dekabr 2021-ci il tarixdə saat 1930 radələrində evdə olan zaman çöldən, yəni Orxangilin evi tərəfdən qışqırıq səsləri gəldiyini eşidib bayıra çıxdıqdan sonra səs-küyün gəldiyi İlyasın evi tərəfə getdikdə Atabəy adlı şəxsin evinin qapısı qarşısında Məmmədkərim Dərgahlının yerdə qan işində uzandığını, İlyasın da Məmmədkərimin ətrafında olduğunu görmüşdür. Bu zaman Orxanın kənd yolu ilə asfalt yola tərəf qaçdığını görmüş, sonuncunun arxasınca qaçıb çatdıqda Orxan ona Məmmədkərimi bıçaqladığını bildirmişdir. Orxanı sakitləşdirmiş, sonradan Orxanın dayısı oğlu Səid və qardaşı Elxan da yanlarına gəlmiş və onlar birlikdə Orxanı evlərinə aparmışlar. Təxminən yarım saat sonra polis əməkdaşları gəlib Orxanı Ağsu rayon Polis Şöbəsinə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərmişdir ki, 13 dekabr 2021-ci il tarixdə saat 1930 radələrində günəbaxan tumu almaq üçün Padarqışlaq kəndi ərazisində asfalt yolun kənarında yerləşən Tural adlı şəxsin marketinə getmiş, marketdə olan zaman dayısı oğlu Təqsirləndirilən şəxs zəng edərək Turalın marketində olduğunu bildirmişdir. Bundan bir neçə dəqiqə sonra Orxanın səsi onda şübhə oyatdığından Orxana zəng edərək nə baş verdiyini soruşmuş, Orxan isə ona heç nə baş vermədiyini bildirib telefonu söndürmüşdür. Bundan sonra o, asfalt yolla dayısı Asifgilin evi istiqamətində hərəkət etmiş, həmin vaxt asfalt yolun həmkəndlisi Şahid2 evinə dönən hissəsindən keçərkən, orada Bəhruz adlı həmkəndlisinin “Gaz 3110” markalı avtomobili ilə keçdiyini görmüşdür. Dayısıgilin evinə çatdıqda isə, dayısı oğlu Orxanın Məmmədkərimi bıçaqladığını öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərmişdir ki, 13 dekabr 2021-ci il tarixdə günorta saatlarında Məmmədkərim ona zəng edərək Padarqışlaq kəndinə gəldiyini, əmisi İlyasın yanında çöl sahədə olduğunu, onunla görüşmək istədiyini bildirmişdir. Həmin vaxt işdə olduğu üçün Məmmədkərimə işdən sonra görüşə biləcəklərini demiş, saat 1730 radələrində Məmmədkərim yenidən ona zəng edərək, gəlib-gəlmədiyini soruşduqda sonuncuya işdən saat 20-də çıxacağını bildirmişdir. Saat 1830 radələrində Məmmədkərim zəng edərək əmisi İlyasgilə gedəcəyini, evə gələrkən pivə almasını demişdir. Saat 1930 radələrində Məmmədkərim ona yenidən zəng edərək harada olduğunu soruşmuş, işdən çıxar-çıxmaz gələcəyini bildirmiş, təxminən 5-10 dəqiqə sonra Məmmədkərim yenidən zəng edib Elxanla Orxanın üzərinə gəldiyini bildirərək onu köməyə çağırmışdır. Məmmədkərimə saat 2000-dan tez işdən çıxa bilmədiyini demiş və arxasınca gəlib onu aparmasını bildirmişdir. Saat 2000 dəqiqədə işdən çıxmış və taksi ilə yaşadığı kəndə gəlmişdir. Təxminən 10 dəqiqə sonra kəndə çatdıqda bacısı Xəyaləgilin evinin qarşısındakı küçədə çoxsaylı adamların toplaşdığını görüb nə baş verdiyini soruşduqda, Məmmədkərimin Orxan tərəfindən bıçaqlandığını və xəstəxanaya aparıldığını öyrənmişdir. Bu zaman nə baş verdiyini aydınlaşdırmaqdan ötrü Məmmədkərimə məxsus mobil nömrəyə zəng etsə də, sonuncu, onun zənginə cavab verməmiş, təxminən yarım saat sonra, o, Məmmədkərimin xəstəxanada öldüyünü öyrənmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 37 nömrəli rəyində göstərilmişdir ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: gövdənin ön hissəsində döş qəfəsinin sağ yuxarı iç hissəsində dərinin epidermis qatının kəsilmiş yarası, döş qəfəsinin sağ aşağı tış hissəsindən döş boşluğuna nüfuz edən sağ ağ ciyərin, döş sümüyünün aşağı hissəsindən döş və qarın boşluğuna nüfuz edən diafaqramının və qara ciyərinin sol yuxarı payının, qarnın aşağı şöbəsinin sağ iç hissəsində qarın boşluğuna nüfuz edən peritonu və nazik bağırsaq müsariqəsinin zədələnmələri ilə müşayiət edilən deşilmiş-kəsilmiş yaraları. Məmmədkərim Dərgahlının müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – döş qəfəsinin döş qəfəsinin sağ aşağı tış hissəsindən döş boşluğuna nüfuz edən sağ ağ ciyərin, döş sümüyünün aşağı hissəsindən döş və qarın boşluğuna nüfuz edən diafaqramının və qara ciyərinin sol yuxarı payının, qarnın aşağı şöbəsinin sağ iç hissəsində qarın boşluğuna nüfuz edən peritonu və nazik bağırsaq müsariqəsinin zədələnmələri ilə müşayiət edilən deşilmiş-kəsilmiş yaraları iti uclu-iti ülgüclü kənara malik deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişlər, Məmmədkərim Dərgahlının ölümündən az əvvəl baş vermişlər, həyatidirlər, qərarın təsviri hissəsində göstərilmiş tarix və şəraitdə əmələ gəlmələri inkar edilmir və bu da, canlı şəxslərdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Məmmədkərim Dərgahlının müayinəsi zamanı aşkar edilmiş xəsarət - gövdənin ön hissəsində döş qəfəsinin sağ yuxarı iç hissəsində dərinin epidermis qatının kəsilmiş yarası çənəaltı nahiyədə yumşaq toxumanın kəsilmiş yarası iti kəsici kənara malik kəsici əşyanın təsirindən törənmişdir, törənmə müddəti ölümündən dəqiqələrlə ölçülən vaxt vahidi ilə əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilmiş tarix və şəraitdə əmələ gəlmələri inkar edilmir, bu da canlı şəxslərdə dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər və ölümlə heç bir səbəbli əlaqəsi yoxdur. Məmmədkərim Dərgahlının ölümünə səbəb döş qəfəsinin sağ aşağı tış hissəsindən döş boşluğuna nüfuz edən sağ ağ ciyərin, döş sümüyünün aşağı hissəsindən döş və qarın boşluğuna nüfuz edən diafaqramının və qara ciyərinin sol yuxarı payının və qarının aşağı hissəsinin sağ iç hissəsində qarın boşluğuna nüfuz edən peritonu və nazik bağırsaq müsariqəsinin zədələnmələri ilə müşayiət edilən daxili və xarici qan itirmə olmuşdur. Məmmədkərim Dərgahlının meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində, 0,53 % etil spirti aşkar edilmişdir. Bu da, canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Narkotik və dərman maddələri aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, 37/05 əlavə rəyində göstərilmişdir ki, Məmmədkərim Dərgahlının bədəni üzərində aşkar edilmiş xəsarətlər, yəni döş qəfəsinin sağ aşağı tış hissəsində, solda döş sümüyünün aşağı hissəsində, qarnın aşağı şöbəsinin sağ iç hissəsində döş və qarın boşluqlarına nüfuz edən deşilmiş-kəsilmiş yaraları və döş qəfəsinin sağ yuxarı iç hissəsində dərinin epidermis qatının kəsilmiş yarasının ekspertizaya təqdim edilən bıçaqla yetirilməsi halı inkar edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 632 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xx.xx.2021-ci il tarixə uyğun xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-lifli materiallar ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5661 nömrəli rəyində göstərilmişdir ki, tədiqata təqdim edilmiş, X3 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş açıq-göy rəngli təbii pambıq lifləri cins əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/2133 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd gödəkcənin, bir ədəd sviterin, bir ədəd maykanın səthində rəyin tədqiqi hissəsində yerləşmə sahələri göstərilməklə təsvir edilən zədələr vardır. Gödəkcənin səthindəki “b” zədəsi bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsirindən aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik kəsilmə zədəsidir. Maykanın və sviterin səthindəki zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsirindən yuxarıdan aşağıya, soldan sağa doğru yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Təqdim edilmiş gödəkcənin səthindəki “b” zədəsi, maykanın və sviterin səthindəki zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən, həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Gödəkcənin səthindəki “a” zədəsi fiziki qüvvənin təsiri nəticəsində yaranmaya xarakterik cırılma, “c” zədəsi isə sökülmə zədəsidir. Qərarın təsviri hissəsində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş geyim əşyalarının səthində olan zədələr müqayisə edilərkən müəyyən edilmişdir ki, bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş geyim əşyalarının səthində olan zədələr yerləşmə sahəsinə görə nisbi uyğunluq təşkil edir, yəni zədə və xəsarət nisbətən üst-üstə düşür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 87/2022-MTBŞ saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş 02 ədəd pambıq tampon, 01 ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus kofta, şalvar, X3 məxsus gödəkcə, alt mayka, şalvar trusik, alt şalvar, köynək, corabın bir tayı üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələri qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda “A” və “H” antigenləri, əksər ləkələrdə həmçinin “beta” aqllyutinini alındı. Qan ləkələri Abeta (H) /İİ/ qruplu şəxsə, o cümlədən Məmmədkərim Dərgahlıya məxsus ola bilər (əgər onun qanında müşayiətçi H antigeni vardırsa). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 204 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə, o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosionallıq, inadkarlıq, özünə qarşı hörmət tələb etmək, həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir. O, cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Hazırkı psixi-emosional vəziyyətində hadisə ilə əlaqədar hər hansı dəyişiklik müəyyən olunmur. Təqsirləndirilən şəxs hadisə şəraiti nəzərə alınmaqla iş üçün əhəmiyyətli halları düzgün qavraya bilmişdir. Onda təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilməmişdir. O, etdiyi hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malik olmuşdur. O, cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Əqli inkişafında gerilik əlamətləri yoxdur. Yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətinə malik olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş, mobil telefona baxış keçirilməsi haqqında 14 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi “Samsung Galaxy A40” markalı mobil telefonda hadisənin baş verdiyi 13 dekabr 2021-ci il tarixdə, saat 19:41 və 19:45 dəqiqələrdə iş üzrə zərərçəkmiş X1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zənglər edilmiş və müvafiq olaraq 9 saniyə və 26 saniyə müddətində danışıqlar aparılmış, saat 19:48 dəqiqədən 19:53 dəqiqəyədək olan müddət ərzində həmin istiqamətdə 5 cavabsız zəng ötürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Məmmədkərim Dərgahlının üzərindən aşkar edilmiş “Samsung Galaxy A01” markalı mobil telefonun zənglər menyusunda 13 dekabr 2021-ci il tarixdə, saat 1919 dəqiqədə mobil telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrədən, telefonda “Elxan” kimi qeyd olunmuş ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş, 1 dəqiqə 37 saniyə müddətində danışıq aparılmışdır. Saat 1929 dəqiqədə mobil telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrədən, telefonda “Elxan” kimi qeyd olunmuş ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş, lakin danışıq aparılmamış, saat 1932 dəqiqədə isə həmin istiqamətdə yenidən zəng edilmiş və 1 dəqiqə 37 saniyə müddətində danışıq aparılmışdır. Saat 1945 dəqiqədə mobil telefonda olan ***-***-**-** saylı mobil nömrəyə, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng daxil olmuş və 26 saniyə müddətində danışıq aparılmış, saat 19:50 dəqiqədə eyni istiqamətdə yenidən zəng daxil olmuş, lakin rədd edilmiş, saat 19:53 dəqiqədə isə eyni istiqamətdə buraxılmış zəng daxil olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş, "xxxx" MMC-nin 03 fevral 2022-ci il tarixli, 2062 saylı məktubu ilə istintaqa təqdim edilmiş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi 13 dekabr 2021-ci il tarixdə saat 1933 dəqiqədə Məmmədkərim Dərgahlının istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən, iş üzrə Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng getmiş və 131 saniyə müddətində danışıq aparılmış, saat 19:42 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng daxil olmuş və 9 saniyə müddətində danışıq aparılmış, saat 1945 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng daxil olmuş və 27 saniyə müddətində danışıq aparılmışdır. Hadisənin baş verdiyi 13 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən zərərçəkmiş Məmmədkərim Dərgahlının istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə saat 1942 və 1945 dəqiqələrdə zənglər getmiş və müvafiq olaraq 9 və 27 saniyə müddətində danışıqlar aparılmışdır. Hadisə baş verən gün, yəni 13 dekabr 2021-ci il tarixdə, saat 19-20 radələrində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və zərərçəkmiş Məmmədkərim Dərgahlının istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrdən aparılmış bütün danışıqlar zamanı, nömrə Ağsu rayonu Padarqışlaq kəndinə qonşuluqda yerləşən Hacıqabul rayonu Padar ərazisindəki antenin əhatə dairəsində olmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən zərərçəkmiş Məmmədkərim Dərgahlının istifadəsində olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələr arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində yalnız hadisənin baş verdiyi 13 dekabr 2021-ci il tarixdə danışıqlar aparılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş, "xxxx" MMC-nin 14 fevral 2022-ci il tarixli, AZF/LGL-5109/22 saylı məktubu ilə istintaqa təqdim edilmiş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi 13 dekabr 2021-ci il tarixdə saat 19:20 dəqiqədə Məmmədkərim Dərgahlının istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən, iş üzrə Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng getmiş və 64 saniyə müddətində danışıq aparılmış, saat 19:27 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən zəng daxil olmuş və 98 saniyə müddətində danışıq aparılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətindən xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubla istintaqa təqdim edilmiş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022ci il tarixli protokoldan görünür ki, Ağsu rayonu Padarqışlaq kənd sakini Şahid3 xx.xx.2021-ci il tarixdə, saat 1950 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciəti zamanı qeydə alınmış audioyazıda, özünü Ağsu rayonu Padarçöl kənd sakini Şahid3 kimi təqdim edən şəxs, özünü “102” xidmətinin əməkdaşı Ağayeva kimi təqdim edən şəxsə müraciət edərək, 16 yaşlı qızı X18 qaçırmış Sabirabad rayonu sakini Məmmədkərim adlı şəxsin Ağsu rayonu Padarçöl kəndinə gələrək, qayını oğlanlarını “yola çıxardığı”nı bildirir və polislərin gələrək Məmmədkərim adlı şəxsi aparmalarını tələb edir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci tarixdə saat 0050də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağsu rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 15 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş matreiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağsu rayon İcra Hakimiyyəti Başçısının Padarqışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer müsbət səciyyələndirilmişdir. Məhkəmə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən ittiham olunduğu CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmənin belə qənaətə gəlməsinə onun özünün etirafedici ifadəsi, məhkəmə-tibb, məhkəmə trasoloji, məhkəmə bioloji, məhkəmə lifli materiallar ekspertizalarının rəyləri, şahid ifadələri və iş materiallarında olan digər sənədlər əsas verir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 14 dekabr 2021-ci il tarixdən hesablanmalı və CM-in 56.1.3-cü maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 404 AZN (dörd yüz dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Ağsu rayon prokurorluğunda saxlanılan 02 ədəd pambıq tamponda qan nümunələri, saç və dırnaq nümunələri, 01 ədəd bıçaq məhv edilməli, mərhum X3 məxsus 01 ədəd gödəkcə, 01 ədəd şalvar, 01 ədəd istilik şalvarı, 01 ədəd köynək, 01 ədəd mayka, 01 ədəd tuman, 01 cüt corab, “Samsung” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, “Samsung” markalı mobil telefon, Şahid4 məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd gödəkcə, Şahid7 məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd gödəkcə, X19 məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, Şahid6 məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd gödəkcə, Şahid5 məxsus 01 ədəd kofta, 01 ədəd şalvar, Şahid3 məxsus 01 ədəd don sahiblərinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 14 dekabr 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 404 AZN (dörd yüz dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Ağsu Rayon Prokurorluğunda saxlanılan 02 ədəd pambıq tamponda qan nümunələri, saç və dırnaq nümunələri, 01 ədəd bıçaq məhv edilsin, mərhum X3 məxsus 01 ədəd gödəkcə, 01 ədəd şalvar, 01 ədəd istilik şalvarı, 01 ədəd köynək, 01 ədəd mayka, 01 ədəd tuman, 01 cüt corab, “Samsung” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, “Samsung” markalı mobil telefon, Şahid4 məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd gödəkcə, Şahid7 məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd gödəkcə, X19 məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, Şahid6 məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd gödəkcə, Şahid5 məxsus 01 ədəd kofta, 01 ədəd şalvar, Şahid3 məxsus 01 ədəd don sahiblərinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar