Məhkəmə qərarları › İş №1(091)-119/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-119/2024

13.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-119/2024 13.12.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər – Şəki Regional Vəkil Bürosunun vəkili X8 və Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxxxx 1984-cü ildə Rusiya Federasiyasının Tambov şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxxxxx 1983-cü ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 156.1, 157.1, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 04 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil olmuş, zərərçəkmişlərin şəxsi sirri olan məlumatları videoçəkiliş edərək qanunsuz toplamış və qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq etməklə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakını hədə qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 04 iyul 2023-cü il tarixdə saat 13 radələrində Astara rayonunun Maşxan kənd sakini Zərərçəkmiş şəxs1 Göyçay şəhəri, Nizami küçəsi, ev 5 ünvanında, yəni yaşadığı evlə qonşuluqda yerləşən evdə Göyçay rayonunun Alxasava kənd sakini Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olması barədə qardaşı Təqsirləndirilən şəxs2 məlumat aldıqdan sonra həmin yerə gəlmiş, bundan sonra sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən əldə etdikləri razılıq əsasında tamah niyyəti ilə özgənin əmlakını hədə-qorxu ilə ələ keçirmək məqsədi ilə ilk öncə həmin evin hasarından aşmaqla həyətyanı sahəyə, sonra isə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların, yəni Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iradəsi ziddinə kilidi açıq vəziyyətdə olan evə giriş qapısından keçərək mənzilə daxil olub qardaşı Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy A10” markalı mobil telefonla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kənar şəxslərə məlum olmasını istəmədikləri şəxsi sirri hesab edilən intim münasibətləri və çılpaq vəziyyətdə olmalarını videoqeydiyyata alıb qanunsuz toplamış, eyni zamanda hədəqorxu ilə əldə edəcəkləri pulu ələ keçirmək üçün Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində çəkmiş olduqları rüsvayedici məlumatları yayacaqları barədə qorxutmaq məqsədilə sonuncuları döyərək, sillə və yumruq zərbələri ilə Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə qəsdən bir neçə dəfə vuraraq, sonuncuya dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olmaqla qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən sol yanaq nahiyəsinin yumşaq toxumalarının bir qədər şişkinli və əllədikdə bir qədər ağrılı olması ilə nəticələnən ağız boşluğunun sol yarısında selikli qişada qançır, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən hər iki dodağın selikli qişalarında, bir qədər sol tərəfdə qançırla müşahidə olunan əzilmişpartlamış yaralar xəsarətləri, Zərərçəkmiş şəxs2 baş nahiyəsinə vurmaqla isə sonuncuya fiziki ağrı yetirib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iradələri ziddinə mənzilə daxil olmuş, sonuncuların şəxsi sirri hesab edilən intim münasibətləri və çılpaq vəziyyətdə olmalarını videogörüntüyə çəkib qanunsuz toplamış və zor tətbiq etməklə sonuncuların haqqında rüsvayedici məlumatlar sayılan və şəxsi sirləri hesab edilən həmin videogörüntüləri yayma hədəsi ilə Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 10000 (on min) manat pul tələb etmişdir. Təqsirləndirilən şəxs2 04 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil olmuş, zərərçəkmişlərin şəxsi sirri olan məlumatları videoçəkiliş edərək qanunsuz toplamış və qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq etməklə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakını hədə qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 04 iyul 2023-cü il tarixdə saat 13 radələrində Astara rayonunun Maşxan kənd sakini Zərərçəkmiş şəxs1 Göyçay şəhəri, Nizami küçəsi, ev 5 ünvanında, yəni yaşadığı evlə qonşuluqda yerləşən evdə Göyçay rayonunun Alxasava kənd sakini Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olmasını bildikdən sonra bu barədə qardaşı Təqsirləndirilən şəxs1 məlumat vermiş, sonuncu həmin yerə gəldikdən sonra qardaşı Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən əldə etdikləri razılıq əsasında tamah niyyəti ilə özgənin əmlakını hədə-qorxu ilə ələ keçirmək məqsədi ilə ilk öncə qardaşı Təqsirləndirilən şəxs1 həmin evin hasarından aşıb giriş darvazasını açdıqdan sonra həyətyanı sahəyə, sonra isə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların, yəni Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iradəsi ziddinə kilidi açıq vəziyyətdə olan evə giriş qapısından keçərək mənzilə daxil olub özünə məxsus “Samsung Galaxy A10” markalı mobil telefonla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kənar şəxslərə məlum olmasını istəmədikləri şəxsi sirrləri hesab edilən intim münasibətləri və çılpaq vəziyyətdə olmalarını videoqeydiyyata alıb qanunsuz toplamış, eyni zamanda hədəqorxu ilə əldə edəcəkləri pulu ələ keçirmək üçün Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində çəkmiş olduqları rüsvayedici məlumatları yayacaqları barədə qorxutmaq məqsədilə sonuncuları döyərək, sillə və yumruq zərbələri ilə Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə qəsdən bir neçə dəfə vuraraq, sonuncuya dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olmaqla qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən sol yanaq nahiyəsinin yumşaq toxumalarının bir qədər şişkinli və əllədikdə bir qədər ağrılı olması ilə nəticələnən ağız boşluğunun sol yarısında selikli qişada qançır, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən hər iki dodağın selikli qişalarında, bir qədər sol tərəfdə qançırla müşahidə olunan əzilmişpartlamış yaralar xəsarətləri, Zərərçəkmiş şəxs2 baş nahiyəsinə vurmaqla isə sonuncuya fiziki ağrı yetirib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iradələri ziddinə mənzilə daxil olmuş, sonuncuların şəxsi sirri hesab edilən intim münasibətləri və çılpaq vəziyyətdə olmalarını videogörüntüyə çəkib qanunsuz toplamış və zor tətbiq etməklə sonuncuların haqqında rüsvayedici məlumatlar sayılan və şəxsi sirləri hesab edilən həmin videogörüntüləri yayma hədəsi ilə Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 10000 (on min) manat pul tələb etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əmisinin kürəkəni Şahid2 özünə məxsus olan evin açarlarını kirayəçi tapması üçün maklerə vermiş, makler də mütəmadi olaraq evə əxlaqsız qadınları gətirmişdir. O, bunu qəbul edə bilmədiyi üçün bu barədə sahə müvəkkilinə məlumat vermiş və bir neçə dəfə Şahid2 irad bildirmişdir. 04 iyul 2023cü il tarixdə işdə olan zaman qardaşı Təqsirləndirilən şəxs2 ona zəng edərək qeyd olunan evdə əxlaqsız qadınların olduğunu demiş, o da iş yoldaşı Şahid7 avtomobili ilə oraya gəlmiş və qapını döymüşdür. Qapı açılmadığı üçün o, həyət darvasını aşaraq həyətə daxil olmuş və açıq vəziyyətdə olan qapıdan evin içərisinə daxil olmuşdur. Bu zaman Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 çılpaq vəziyyətdə olduqlarını görmüş və Şahid2 sübut etmək məqsədilə mobil telefonu ilə videoçəkiliş etmişdir. Videoçəkiliş aparan zaman Zərərçəkmiş şəxs2 əli sifətini tutmuş, sonuncunun kim olduğunu müəyyənləşdirmək üçün sifətini açmaq istəmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1 iki sillə zərbəsi vurmuş və bu zaman sonuncu ona istədiyini verəcəyini demişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs1 10000 manat pul verməsini tələb etmiş, bu zaman qeyd olunan məbləğdə pula ehtiyacı olmamış və göstərilən məbləğdə pulu əsəbləşdiyi üçün istəmişdir. Videoçəkilişi dayandırdıqdan sonra Zərərçəkmiş şəxs1 sonuncunun pulunun ona lazım olmadığı demiş və həmin vaxt polis əməkdaşlarına vermək məqsədi ilə zərərçəkmiş şəxslərin mobil telefonlarını götürmüşdür. Bu zaman Zərərçəkmiş şəxs2 ondan mobil telefonunu istəmiş, o isə mobil telefonu polis əməkdaşlarından götürə biləcəyini demişdir. Sonradan oraya makleri çağırmış, habelə əmisinin kürəkəni Şahid2 yanına gedərək bu barədə demiş və sonuncu onun xahişi ilə polis əməkdaşlarına məlumat vermişdir. Yuxarıda qeyd olunanların onun məqsədinin cinayət əməlini törətmək olmadığını sübut etdiyini hesab etmiş və polis əməkdaşları gəldikdən sonra bir nəfər polis əməkdaşına mobil telefonu təqdim etmişdir. Videoçəkilişi polis əməkdaşlarına özü göstərmiş, qardaşı Təqsirləndirilən şəxs2 mobil telefonu saxlasa da onun bu məsələyə aidiyyəti olmamışdır. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 06 iyul 2023-cü il və 07 iyul 2023-cü il tarixlərdə müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi həmin ifadələri elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadələrində göstərmişdir ki, yaşadığı fərdi yaşayış evinə bitişik olan fərdi yaşayış evi əvvəllər əmisi Telman adlı şəxsin evi olmuş, əmisi öldükdən sonra isə evin sahibi əmisinin kürəkəni Şahid2 olmuşdur. Şahid2 həmin evi kirayə verdiyinə görə tez-tez qeyd olunan evə müxtəlif şəxslər kirayəçi qismində gəlib qalmışlar, son vaxtlar isə evə cinsi əlaqədə olmaq üçün qısamüddətli kirayəçilər gəlmişlər. 04 iyul 2023-cü il tarixdə saat 13 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ona zəng edərək Şahid2 evində bilmədiyi şəxslərin cinsi əlaqədə olduqlarını, səslərinin ətrafdan eşidildiyini bildirib onu oraya çağırmış, o da həmin evin qarşısına getdikdə qardaşı Təqsirləndirilən şəxs2 və iş yoldaşı Şahid7 də orada olmuşdur. Bundan sonra hasardan aşıb həyətə daxil olmuş və Təqsirləndirilən şəxs2 və Şahid7 içəri daxil olmaları üçün içəri tərəfdən darvazanı açmışdır. Daha sonra həyətə daxil olub evin giriş qapısına yaxınlaşaraq əlini qapının dəstəyinə atdıqda qapının açıldığını görmüş və evin giriş qapısını açıb içəriyə daxil olmuşlar. Həmin vaxt mobil telefonunu içəriyə videoçəkilişlə daxil olmaq və cinsi əlaqədə olan şəxslərin videosunu çəkmək üçün əlində saxlamış və içəri daxil olub yataq otağına keçdikdə sonradan adlarının və soyadlarının Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olduqlarını bildikləri şəxslərin çılpaq vəziyyətdə dayandıqlarını görmüşdür. Həmin şəxsləri mobil telefonu ilə videoqeydiyyata almış və qorxudub pul almaq məqsədilə Zərərçəkmiş şəxs1 yumruq zərbələri vurmağa başlamışdır. Həmin vaxt o və qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 əl və ayaq zərbələri ilə döyüb təhqir edərək qeyd olunan videogörüntünü sosial şəbəkələrdə yaymamaq, paylaşmamaq, ictimailəşdirməmək və silmək üçün sonuncudan 10000 (on min) manat pul tələb etmişlər, həmin vaxt məqsədi Zərərçəkmiş şəxs1 10000 manat deyib, bu yolla müəyyən məbləğdə pul ələ keçirmək olmuş, bu səbəbdən qeyd olunan vaxt sifətini əli ilə tutan və çılpaq vəziyyətdə olan Zərərçəkmiş şəxs2 əllərini kənara itələyib sifətinin görünməsi üçün sifətini açmağa çalışmış və həmin vaxt sonuncunu qorxutmaq üçün baş nahiyəsinə əli ilə bir-iki zərbə vurmuşdur. O və qardaşı Təqsirləndirilən şəxs2 həmin şəxsi döyməyə davam edərkən və 10000 (on min) manat pul tələb edərkən sonuncuların polisə zəng etməmələri üçün hər iki şəxsin mobil telefonunu götürmüş və bu zaman Zərərçəkmiş şəxs1 10000 manat məbləğində pulu verəcəyinə söz vermişdir. Daha sonra Zərərçəkmiş şəxs1 evi 60 manat pulun müqabilində bir günlük kirayəyə götürdüyünü bildirmiş, həmin vaxt videoqeydiyyata çılpaq şəkildə düşməsi üçün Zərərçəkmiş şəxs2 paltarlarını götürmüş və bir qədər sonra isə oraya qonşuları Şahid5 və Şahid6 da gəlmişlər. Adları qeyd olunan şəxslər Zərərçəkmiş şəxs2 paltarlarını özünə vermişlər və onun və qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 döymələrinə mane olmuşlar. Həmin evdə nə baş verdiyini görmələri üçün Zərərçəkmiş şəxs1 evin kirayəyə götürülməsində vasitəçilik etmiş Şahid1 və evin sahibi Şahid2 oraya çağırmış, həmin videogörüntünün onda olması səbəbindən Zərərçəkmiş şəxs1 pul alacağını və sonuncunun rüsvay olmamaq üçün pul verməyə məcbur olduğunu düşünmüşdür. Bir qədər sonra adları qeyd olunan şəxslər oraya gəlmişlər, daha sonra Şahid2 zəng edərək polis əməkdaşlarını çağırmış və polis əməkdaşları oraya gəlib onları Göyçay RPŞ-yə aparmışlar. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 06 iyul 2023-cü il və 07 iyul 2023-cü il tarixlərdə müdafiəçinin iştirakı ilə verdiyi ifadələri ilə ibtidai istintaqın gedişində 19 dekabr 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs2 ona zəng edərək Şahid2 evində bilmədiyi şəxslərin cinsi əlaqədə olduqlarını, səslərinin ətrafdan eşidildiyini bildirib onu oraya çağırmış, o da həmin evin qarşısına getdikdə yenidən içəridən əxlaqsız səslərin gəlməsini eşitmiş və bundan əsəbiləşdiyi üçün nə baş verdiyini öyrənmək məqsədilə evə girməyi qərarlaşdırmışdır. Qeyd olunan evə daxil olduqdan sonra orada olan zaman əsəbləşərək əxlaqsız hərəkətlər etdiyinə görə Zərərçəkmiş şəxs1 əl zərbələri ilə döyərək təhqir edib sonradan evin sahibi Şahid2 göstərərək evdə olan kirayəçilərin kimlər olmasını bildirməsi məqsədilə adları qeyd olunan şəxsləri videoya çəkmiş və bu səbəbdən də həmin vaxt sifətini əli ilə tutan və çılpaq vəziyyətdə olan Zərərçəkmiş şəxs2 sifətinin görünməsi üçün əllərini kənara itələyib sifətini açmağa çalışmış, həmin vaxt qorxutmaq məqsədilə sonuncunun baş nahiyəsinə əli ilə bir-iki zərbə vurmuş, lakin sonuncudan pul tələb etməmişdir. Zərərçəkmiş şəxs1 döyməyə davam edərkən və 10000 (on min) manat pul tələb edərkən hər iki şəxsin mobil telefonlarını polis əməkdaşlarına təqdim etmək üçün evdə olan stolun üzərindən götürmüş və sonradan qeyd olunan mobil telefonları polis əməkdaşlarına təhvil vermişdir. Zərərçəkmiş şəxs1 10000 manat pulu istəmiş və sonuncu həmin pulu verəcəyinə söz vermişdir. Həmin vaxt çılpaq vəziyyətdə olan Zərərçəkmiş şəxs2 paltarlarını sonuncunun videogörüntüyə çılpaq şəkildə düşməsi üçün götürmüş, bir qədər sonra isə oraya qonşuları Şahid5 və Şahid6 da gəlmişlər. Adları qeyd olunan şəxslər Zərərçəkmiş şəxs2 paltarlarını özünə vermişlər və onun və qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 döymələrinə mane olmuşlar. Şahid2 dəfələrlə kirayəçilərin həmin evə cinsi əlaqədə olmaq üçün gəldiklərini demiş, lakin sonuncu onun sözünə əhəmiyyət vermədiyindən o, həmin evdə nə baş verdiyini görmələri üçün evin kirayəyə götürülməsində vasitəçilik etmiş Şahid1 və evin sahibi Şahid2 oraya çağırmış, bir qədər sonra adları qeyd olunan şəxslər oraya gəlmişlər, daha sonra Şahid2 zəng edərək polis əməkdaşlarını çağırmış və polis əməkdaşları oraya gəlib onları Göyçay RPŞ-yə aparmışlar. İbtidai istintaq zamanı verdiyi ilkin ifadələrində Zərərçəkmiş şəxs1 qorxudaraq pul əldə etmək məqsədilə döydüyünü deməmiş, qeyd olunan ifadəsində həmin şəkildə bildirməmiş, ifadəsinə oxumadan imza etmiş və göstərilən ifadəsində bu şəkildə qeyd olunmasının səbəbini bilməmişdir. Zərərçəkmiş şəxs1 bir daha həmin hərəkətlərə yol verməməsi üçün və əsəbi olduğuna görə sonuncudan 10000 manat pul verməsini istəmiş, reallıqda isə onun həmin niyyəti və məqsədi olmamışdır. İbtidai istintaq zamanı verdiyi ilkin ifadələrində qeydiyyata aldığı videogörüntünü sosial şəbəkələrdə yaymamaq, paylaşmamaq, ictimailəşdirməmək və silmək üçün Zərərçəkmiş şəxs1 10000 manat pul tələb etdiyini və bunda məqsədinin ona 10000 manat deyib bu yolla müəyyən məbləğdə pul ələ keçirmək olduğunu deməmiş, qeyd olunan ifadəsində həmin şəkildə bildirməmiş, göstərilən videogörüntünü ev sahibi Şahid2 kirayəçilərin evdə əxlaqsızlıqla məşğul olmasını sübut etmək üçün göstərmək məqsədi çəkib saxlamış, məqsədi qeyd olunan videogörünütünü sosial şəbəkələrdə yaymaq, paylaşmaq və ictimailəşdirmək olmamış, Zərərçəkmiş şəxs1 10000 manat pulu əsəbi olduğu üçün və özündən asılı olmayaraq istəmiş və göstərilən ifadəsində bu şəkildə qeyd olunmasının səbəbini bilməmişdir. Qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 döyməmiş və pul tələb etməmiş, ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində qardaşı Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs1 döyməsini və pul tələb etməsini deməmiş və göstərilən ifadəsində bu şəkildə qeyd olunmasının səbəbini bilməmişdir. Göyçay RPŞ-də verdiyi ifadələrini oxumadan imza etmiş və həmin ifadələrində göstərilən şəkildə qeyd olunmasının səbəbini bilməmişdir. Zərərçəkmiş şəxs1 ilə aralarında üzləşdirmə aparılmamış və sonuncunu və Zərərçəkmiş şəxs2 yalnız hadisə yerində görmüşdür. Həmin üzləşdirmə istintaq hərəkətinin protokolunda olan imza ona məxsus olmuş, lakin həmin ifadəsini də oxumadan imza etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, evdə olan zaman biədəb səslərin gəldiyini eşidib qardaşı Təqsirləndirilən şəxs1 məlumat vermiş, sonuncunun təklifi ilə səsin gəldiyi evin qapısını döyüb orada olan şəxslərə irad bildirmək istəmiş, bu məqsədlə qapını döymüş, lakin qapını açan olmamışdır. Qardaş Təqsirləndirilən şəxs1 gəldikdən sonra evə daxil olmuş və orada əxlaqsız hərəkətlərin edildiyini görmüşdür. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 07 iyul 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, yaşadığı fərdi yaşayış evinə bitişik olan fərdi yaşayış evi əvvəllər əmisi Telman adlı şəxsin evi olmuş, əmisi öldükdən sonra isə evin sahibi əmisinin kürəkəni Şahid2 olmuşdur. Şahid2 həmin evi kirayə verdiyinə görə tez-tez qeyd olunan evə müxtəlif şəxslər kirayəçi qismində gəlib qalmışlar, son vaxtlar isə evə cinsi əlaqədə olmaq üçün qısamüddətli kirayəçilər gəlmişlər. 04 iyul 2023-cü il tarixdə saat 13 radələrində evdə olarkən Şahid2 evindən bilmədiyi şəxslərin cinsi əlaqə olmağa xarakterik səslərini eşidib qardaşı Təqsirləndirilən şəxs1 zəng edərək bu barədə məlumat verərək sonuncunu oraya çağırmış və bir qədər sonra qardaşı Təqsirləndirilən şəxs1 iş yoldaşı Şahid7lə birlikdə oraya gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 həmin şəxsləri videoya çəkib qorxudub pul almaq, döymək, söymək və s. nəzərdə tutaraq başlarına oyun açacaqlarını demiş və bu səbəbdən də o, mobil telefonunu Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 hasardan aşıb həyətə daxil olmuş və onun və Şahid7 içəri daxil olmaları üçün içəri tərəfdən darvazanı açmışdır. Daha sonra həyətə daxil olub evin giriş qapısına yaxınlaşmışlar, bu zaman Təqsirləndirilən şəxs1 əlini qapının dəstəyinə atdıqda qapının açıldığını görmüş və evin giriş qapısını açıb içəriyə daxil olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 onun mobil telefonunu içəriyə videoçəkilişlə daxil olmaq və cinsi əlaqədə olan şəxslərin videosunu çəkmək üçün əlində saxlamış və içəri daxil olub yataq otağına keçdikdə sonradan adının və soyadının Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olduqlarını bildikləri şəxslərin çılpaq vəziyyətdə dayandıqlarını görmüşlər. Qardaşı Təqsirləndirilən şəxs1 həmin şəxsləri mobil telefonu ilə videoqeydiyyata almış və qorxudub pul almaq məqsədilə Zərərçəkmiş şəxs1 yumruq zərbələri vurmağa başlamışdır. Həmin vaxt o və qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 əl və ayaq zərbələri ilə döyüb təhqir edərək qeyd olunan videogörüntünü sosial şəbəkələrdə yaymamaq, paylaşmamaq, ictimailəşdirməmək və silmək üçün sonuncudan 10000 (on min) manat pul tələb etmişlər, həmin vaxt məqsədləri Zərərçəkmiş şəxs1 10000 manat deyib, bu yolla müəyyən məbləğdə pul ələ keçirmək olmuş və bu səbəbdən Təqsirləndirilən şəxs1 qeyd olunan vaxt sifətini əli ilə tutan və çılpaq vəziyyətdə olan Zərərçəkmiş şəxs2 əllərini kənara itələyib sifətinin görünməsi üçün sifətini açmağa çalışmışdır. Həmin vaxt o, sonuncunu təhqir etsə də döyməmiş və pul tələb etməmiş, lakin qardaşı Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs2 baş nahiyəsinə əli ilə bir-iki zərbə vurmuşdur. O və qardaşı Təqsirləndirilən şəxs1 həmin şəxsi döyməyə davam edərkən və 10000 (on min) manat pul tələb edərkən Təqsirləndirilən şəxs1 sonuncuların polisə zəng etməmələri üçün hər iki şəxsin mobil telefonunu götürmüşdür. Daha sonra Zərərçəkmiş şəxs1 evi 60 manat pulun müqabilində bir günlük kirayəyə götürdüyünü bildirmiş, həmin vaxt videoqeydiyyata çılpaq şəkildə düşməsi üçün qardaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 paltarlarını götürmüş və bir qədər sonra isə oraya qonşuları Şahid5 və Şahid6 da gəlmişlər. Adları qeyd olunan şəxslər Zərərçəkmiş şəxs2 paltarlarını özünə vermişlər və onun və qardaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 döymələrinə mane olmuşlar. Həmin evdə nə baş verdiyini görmələri üçün qardaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 evin kirayəyə götürülməsində vasitəçilik etmiş Şahid1 və evin sahibi Şahid2 oraya çağırmış, həmin videogörüntünün onda olması səbəbindən Zərərçəkmiş şəxs1 pul alacağını və sonuncunun rüsvay olmamaq üçün pul verməyə məcbur olduğunu düşünmüşdür. Bir qədər sonra adları qeyd olunan şəxslər oraya gəlmişlər, daha sonra Şahid2 zəng edərək polis əməkdaşlarını çağırmış və polis əməkdaşları oraya gəlib onları Göyçay RPŞ-yə aparmışlar. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 07 iyul 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi ilə ibtidai istintaqın gedişində 19 dekabr 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs1 zəng edərək Şahid2 evində bilmədiyi şəxslərin cinsi əlaqədə olduqlarını, səslərinin ətrafdan eşidildiyini bildirib sonuncunu oraya çağırmış, Təqsirləndirilən şəxs1 da həmin evin qarşısına getdikdə yenidən içəridən əxlaqsız səslərin gəlməsini eşitmiş və bundan əsəbiləşdiyi üçün nə baş verdiyini öyrənmək məqsədilə evə girməyi qərarlaşdırmışdır. Qeyd olunan evə daxil olduqdan sonra orada olan zaman əsəbləşərək əxlaqsız hərəkətlər etdiyinə görə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 əl zərbələri ilə döyərək təhqir edib sonradan evin sahibi Şahid2 göstərərək evdə olan kirayəçilərin kimlər olmasını bildirməsi məqsədilə adları qeyd olunan şəxsləri videoya çəkmiş, bu səbəbdən də həmin vaxt sifətini əli ilə tutan və çılpaq vəziyyətdə olan Zərərçəkmiş şəxs2 sifətinin görünməsi üçün əllərini kənara itələyib sifətini açmağa çalışmış, həmin vaxt qorxutmaq məqsədilə sonuncunun baş nahiyəsinə əli ilə biriki zərbə vurmuş, lakin sonuncudan pul tələb etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 videoçəkilişi davam etdirmək üçün mobil telefonu ona vermiş və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 yumruq zərbələri ilə vurmağa başlamışdır. Qardaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 döyməyə davam edərkən və 10000 (on min) manat pul tələb edərkən hər iki şəxsin mobil telefonlarını polis əməkdaşlarına təqdim etmək üçün evdə olan stolun üzərindən götürmüş və sonradan qeyd olunan mobil telefonları polis əməkdaşlarına təhvil vermişdir. Qardaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 10000 manat pulu istəmiş, sonuncu həmin pulu verəcəyinə söz vermiş və qeyd olunan vaxt çılpaq vəziyyətdə olan Zərərçəkmiş şəxs2 paltarlarını sonuncunun videogörüntüyə çılpaq şəkildə düşməsi üçün götürmüşdür. Həmin vaxt o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyməmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 videogörüntüyə alsa da və əsəbi olduğu üçün adları qeyd olunan şəxslərə qarşı nalayiq ifadələr işlətsə də heç vaxt Zərərçəkmiş şəxs1 10000 manat pul tələb etməmişdir. Bir qədər sonra isə oraya qonşuları Şahid5 və Şahid6 da gəlmişlər, Zərərçəkmiş şəxs2 paltarlarını özünə vermişlər və onun və qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 döymələrinə mane olmuşlar. Şahid2 dəfələrlə kirayəçilərin həmin evə cinsi əlaqədə olmaq üçün gəldiklərini demiş, lakin sonuncu onun sözünə əhəmiyyət vermədiyindən o, həmin evdə nə baş verdiyini görmələri üçün evin kirayəyə götürülməsində vasitəçilik etmiş Şahid1 və evin sahibi Şahid2 oraya çağırmış, bir qədər sonra adları qeyd olunan şəxslər oraya gəlmişlər, daha sonra Şahid2 zəng edərək polis əməkdaşlarını çağırmış və polis əməkdaşları gəlib onları Göyçay RPŞ-yə aparmışlar. İbtidai istintaq zamanı verdiyi ilkin ifadələrində Zərərçəkmiş şəxs1 döydüyünü, məqsədinin isə qorxudub pul əldə etmək olduğunu deməmiş, qeyd olunan ifadəsində həmin şəkildə bildirməmiş, ifadəsinə oxumadan imza etmiş və göstərilən ifadəsində bu şəkildə qeyd olunmasının səbəbini bilməmişdir. İbtidai istintaq zamanı verdiyi ilkin ifadələrində qeydiyyata aldığı videogörüntünü sosial şəbəkələrdə yaymamaq, paylaşmamaq, ictimailəşdirməmək və silmək üçün Zərərçəkmiş şəxs1 10000 manat pul tələb etdiyini və bunda məqsədinin ona 10000 manat deyib bu yolla müəyyən məbləğdə pul ələ keçirmək olduğunu deməmiş, qeyd olunan ifadəsində həmin şəkildə bildirməmiş, göstərilən videogörüntünü ev sahibi Şahid2 kirayəçilərin evdə əxlaqsızlıqla məşğul olmasını sübut etmək üçün göstərmək məqsədi çəkib saxlamış, məqsədi qeyd olunan videogörünütünü sosial şəbəkələrdə yaymaq, paylaşmaq və ictimailəşdirmək olmamış, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 10000 manat pulu əsəbi olduğu üçün istəmiş və göstərilən ifadəsində bu şəkildə qeyd olunmasının səbəbini bilməmişdir. Göyçay RPŞ-də verdiyi ifadələrini oxumadan imza etmiş və həmin ifadələrində göstərilən şəkildə qeyd olunmasının səbəbini bilməmişdir. Zərərçəkmiş şəxs1 ilə aralarında üzləşdirmə aparılmamış və sonuncunu və Zərərçəkmiş şəxs2 yalnız hadisə yerində görmüşdür. Həmin üzləşdirmə istintaq hərəkətinin protokolunda olan imza ona məxsus olmuş, lakin həmin ifadəsini də oxumadan imza etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, təxminən bir ay əvvəl “İnstagram” sosial şəbəkəsində Zərərçəkmiş şəxs2 ilə tanış olmuş və bir müddət həmin sosial şəbəkədə yazışdıqdan və “WhatsApp” tətbiqi vasitəsi ilə danışdıqdan sonra görüşmək qərarına gəlmişlər. Bu məqsədlə 04 iyul 2023-cü il tarixdə Göyçay şəhərinə gələrək Şahid1 vasitəçiliyi ilə 60 manat pulun müqalibində evi bir günlük kirayə götürmüş və Zərərçəkmiş şəxs2 həmin evə dəvət etmişdir. Zərərçəkmiş şəxs2 həmin evə gəldikdən sonra saat təxminən 13 radələrində evin yataq otağında cinsi əlaqədə olan zaman sonradan adının və soyadının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bildiyi iki nəfər şəxs onların icazəsi olmadan oraya daxil olmuşlar, Təqsirləndirilən şəxs1 onların icazəsi olmadan onları mobil telefon vasitəsilə videoqeydiyyata almış və bu zaman o və Zərərçəkmiş şəxs2 çılpaq vəziyyətdə olmuşlar. Həmin vaxt Zərərçəkmiş şəxs2 sifətini örtməyə çalışmış, lakin adları qeyd olunan şəxslər sonuncunun sifətini çəkməyə çalışmışlar. Təqsirləndirilən şəxs1 onun sifətinə yumruq zərbəsi vurmuş, nəticədə zərbənin təsirindən onun dodağı partlamışdır. Təqsirləndirilən şəxs1 ona bir neçə dəfə yumruq zərbəsi vurmuş, bu vaxt Təqsirləndirilən şəxs2 da ona yumruq və təpik zərbələri vurmağa başlamış, nəticədə adları qeyd olunan şəxslər onun ünvanına nalayiq ifadələr işlədib onu təhqir edərək əl və ayaq zərbələri ilə vurub döyməyə başlamışlar və çəkdikləri videonu internetdə yaymamaq, heç kimə paylaşmamaq və silmək üçün 10000 (on min) manat pul tələb etmişlər. O isə həm döyüldüyünə, həm də qeyd edilən videogörüntünün sosial şəbəkədə yayılacağından qorxub rüsvay olmamaq üçün adları qeyd olunan şəxslərin tələbini qəbul etmiş və 10000 manat pulu gətirəcəyinə söz vermişdir. Adları qeyd olunan şəxslər Zərərçəkmiş şəxs2 da baş nahiyəsinə zərbə vurmuşlar və polisə zəng edib məlumat verməmələri üçün həm onun, həm də Zərərçəkmiş şəxs2 mobil telefonlarını götürmüşlər və qaytarmamışlar. Bir neçə dəqiqə sonra sonradan adının və soyadının Şahid5 və Şahid6 olduqlarını bildiyi iki nəfər şəxs oraya daxil olmuşlar, onun döyülməsinə mane olmuşlar və Zərərçəkmiş şəxs2 paltarlarını sonuncuya qaytarmışlar. Bundan sonra adları qeyd olunan şəxslər ona evin kirayəyə götürülməsində vasitəçilik etmiş Şahid1 və evin sahibi Şahid2 oraya çağırmışlar, bir qədər sonra adları qeyd olunan şəxslər oraya gəlmişlər, daha sonra Şahid2 zəng edərək polis əməkdaşlarını çağırmış və polis əməkdaşları gəlib onları Göyçay RPŞ-yə aparmışlar. Orada olarkən mobil telefonları onlara qaytarılmışdır. Hazırda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la barışmışdır və həmin şəxslərə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, təxminən bir ay əvvəl “İnstagram” sosial şəbəkəsində Zərərçəkmiş şəxs1lə tanış olmuş və bir müddət həmin sosial şəbəkədə yazışdıqdan və “WhatsApp” tətbiqi vasitəsi ilə danışdıqdan sonra görüşmək qərarına gəlmişlər. Bu məqsədlə Zərərçəkmiş şəxs1 04 iyul 2023-cü il tarixdə Göyçay şəhərinə gələrək evi bir günlük kirayə götürmüş və onu həmin evə dəvət etmişdir. O, həmin evə gəldikdən sonra saat təxminən 13 radələrində evin yataq otağında cinsi əlaqədə olan zaman sonradan adının və soyadının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bildiyi iki nəfər şəxs onların icazəsi olmadan oraya daxil olmuşlar, Təqsirləndirilən şəxs1 onların icazəsi olmadan onları mobil telefon vasitəsilə videoqeydiyyata almış və bu zaman o və Zərərçəkmiş şəxs1 çılpaq vəziyyətdə olmuşlar. Həmin vaxt o, sifətini örtməyə çalışmış, lakin adları qeyd olunan şəxslər onun sifətini çəkməyə çalışmışlar. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 sifətinə yumruq zərbəsi vurmuş, nəticədə zərbənin təsirindən sonuncunun dodağı partlamışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 bir neçə dəfə yumruq zərbəsi vurmuş, bu vaxt Təqsirləndirilən şəxs2 da sonuncuya yumruq və təpik zərbələri vurmağa başlamış, nəticədə adları qeyd olunan şəxslər sonuncunun ünvanına nalayiq ifadələr işlədib təhqir edərək əl və ayaq zərbələri ilə vurub döyməyə başlamışlar və çəkdikləri videonu internetdə yaymamaq, heç kimə paylaşmamaq və silmək üçün 10000 (on min) manat pul tələb etmişlər. Adları qeyd olunan şəxslər onun da baş nahiyəsinə zərbə vurmuşlar və polisə zəng edib məlumat verməmələri üçün həm onun, həm də Zərərçəkmiş şəxs1 mobil telefonlarını götürmüşlər və qaytarmamışlar. Bir neçə dəqiqə sonra sonradan adının və soyadının Şahid5 və Şahid6 olduqlarını bildiyi iki nəfər şəxs oraya daxil olmuşlar, Zərərçəkmiş şəxs1 döyülməsinə mane olmuşlar və onun paltarlarını onaa qaytarmışlar. Bundan sonra adları qeyd olunan şəxslər ona evin kirayəyə götürülməsində vasitəçilik etmiş Şahid1 və evin sahibi Şahid2 oraya çağırmışlar, bir qədər sonra adları qeyd olunan şəxslər oraya gəlmişlər, daha sonra Şahid2 zəng edərək polis əməkdaşlarını çağırmış və polis əməkdaşları gəlib onları Göyçay RPŞ-yə aparmışlar. Orada olarkən mobil telefonları onlara qaytarılmışdır. Hazırda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la barışmışdır və həmin şəxslərə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Göyçay rayonunda daşınmaz əmlakın alğı-satqısında və kirayə verilməsində vasitəçilik etmişdir. Göyçay şəhəri, Nizami küçəsində, 7 nömrəli məktəbin yaxınlığında yerləşən fərdi yaşayış evinin sahibi Şahid2 olmuş və sonuncu həmin evi krayə vermək üçün açarları ona təqdim etmişdir. 04 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 ona zəng edərək istirahət etmək məqsədilə bir günlük kirayə ev götürmək istədiyini demiş və 60 manat pulun müqabilində razılaşmışlar. Bir qədər sonra həmin evin qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs1 ona zəng edərək Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxs2 həmin evdə cinsi əlaqədə olarkən yaxaladıqlarını bildirib onu oraya çağırmış və o da qeyd olunan yerə getmişdir. Bu zaman Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və ev sahibi Şahid2 evin içərisində, tanımadığı şəxslərin isə çöldə olduğunu, Zərərçəkmiş şəxs1 yarıçılpaq vəziyyətdə olduğunu, Zərərçəkmiş şəxs2 artıq paltarlarını geyindiyini, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qorxu içərisində olduğunu, sonuncunun ağladığını və Zərərçəkmiş şəxs1 ağız nahiyəsindən xəsarət aldığını görmüşdür. Bundan bir müddət sonra polis əməkdaşları oraya gəlmişlər və onları Göyçay Rayon Polis Şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, qayınanası Rəsmiyyə adlı şəxsə məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini müxtəlif maklerlər vasitəsilə kirayə vermişdir. 04 iyul 2023-cü il tarixdə saat 13 radələrində qeyd edilən evin qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs1 ona zəng edərək Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxs2 həmin evdə cinsi əlaqədə olarkən yaxaladıqlarını bildirib onu oraya çağırmış və o da qeyd olunan yerə getmişdir. Bu zaman Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 evin içərisində olduğunu, Zərərçəkmiş şəxs1 yarıçılpaq vəziyyətdə olduğunu, Zərərçəkmiş şəxs2 artıq paltarlarını geyindiyini, sonuncunun ağladığını və Zərərçəkmiş şəxs1 ağız nahiyəsindən xəsarət aldığını görmüşdür. Həmin vaxt Şahid1 ondan xəbərsiz olaraq həmin evi Astara rayonunda doğulmuş Zərərçəkmiş şəxs1 kirayə verməsi və sonuncunun orada Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olması ona məlum olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 pul tələb etmələrini eşitməmiş, lakin sonradan bu barədə məlumatı olmuşdur. Bundan sonra o, polis əməkdaşlarına məlumat vermiş və bir müddət sonra polis əməkdaşları oraya gəlib onları Göyçay Rayon Polis Şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Göyçay Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri vəzifəsində xidmət edir. 04 iyul 2023-cü il tarixdə saat 13 radələrində polis nəfəri Şahid4lə xidmətdə olarkən, əvvəlcədən tanıdığı Şahid2 ona zəng edərək ünvan 3 ünvanında münaqişə olmasını bildirmiş, o da Şahid4lə birlikdə həmin ünvana getmişdir. Oraya gedib evin içərisinə daxil olduqda sonradan adının və soyadının Zərərçəkmiş şəxs1 olduğunu bildiyi şəxsin yarıçılpaq vəziyyətdə olduğunu, ağız nahiyəsindən qanın axdığını, digər tərəfdə isə sonradan adının və soyadının Zərərçəkmiş şəxs2 olduğunu bildiyi şəxsin olduğunu, evin sahibi Şahid2 və 3-4 nəfər tanımadığı şəxslərin də orada olduğunu görmüşdür. Orada olan zaman Zərərçəkmiş şəxs1 deməsinə əsasən sonuncu ilə Zərərçəkmiş şəxs2 cinsi əlaqədə olması, həmin vaxt qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evə daxil olub adları qeyd olunan şəxsləri videoqeydiyyata almaları, habelə Zərərçəkmiş şəxs1 döyüb pul tələb etmələri ona məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 Göyçay RPŞ-yə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid3la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 04 iyul 2023-cü il tarixdə saat 13 radələrində qonşusu Şahid6la birlikdə işdə olarkən Təqsirləndirilən şəxs1 Şahid6 zəng edərək yaşadığı evin qonşuluğunda naməlum şəxslərin cinsi əlaqədə olduqlarını, bu halın qardaşı Təqsirləndirilən şəxs2 tərəfindən aşkar edildiyini, özünün həmin yerə getdiyini bildirmiş və onları da oraya çağırmışdır. O və Şahid6 həmin yerə gedib evə daxil olduqda sonradan adının və soyadının Zərərçəkmiş şəxs2 olduğunu bildiyi şəxsin çılpaq vəziyyətdə, sonradan adının və soyadının Zərərçəkmiş şəxs1 olduğunu bildiyi şəxsin isə yarıçılpaq vəziyyətdə, dodağı partlamış halda və qorxu içərisində olduqlarını və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da orada olduqlarını görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 döymək istəyərkən, o və Şahid6 buna mane olmuşlar və Zərərçəkmiş şəxs2 paltarlarını geyinməsi üçün sonuncuya vermişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 gətirib on min verməsini və ağlının başına gələcəyini demişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polisə məlumat vermələrini tələb etmişlər, lakin sonuncular polisə məlumat vermək əvəzinə ev sahibi Şahid2 oraya çağırmışlar. Şahid2 oraya gəldikdən sonra isə polisə məlumat vermiş və polis əməkdaşları gəlib həmin şəxsləri polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid5la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 04 iyul 2023-cü il tarixdə saat 12-13 radələrində işdə olarkən Təqsirləndirilən şəxs1 ona anasının xəstə olduğunu, evə getməli olduğunu deyib avtomobili ilə onu evlərinə aparmasını xahiş etmiş, bu səbəbdən də o, sonuncunu avtomobili ilə evlərinə aparmışdır. Avtomobilini Təqsirləndirilən şəxs1 evinin qarşısında dayandırmış, sonuncu avtomobildən düşmüş və qonşu evin qarşısında dayanmışdır. Həmin vaxt orada Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 da olmuş, Təqsirləndirilən şəxs1 qonşu evin hasarından aşıb həyətə daxil olmuş, sonra həyət darvazasını içəridən açmış və qardaşı Təqsirləndirilən şəxs2la birlikdə evə daxil olmuşlar. Təqsirləndirilən şəxs1 evə daxil olmazdan əvvəl bunların başına oyub açıb pullarını alacağını Təqsirləndirilən şəxs2 demiş, sonuncunun mobil telefonunu götürmüş və evə daxil olmuşlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evə daxil olmamışdan əvvəl öz aralarında olan danışıqlarda içəridə olan şəxsləri döyüb qorxudaraq pul almaq istədiklərini demişlər və o, videoçəkilişi də bu səbəbdən çəkdiklərini fikirləşmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 videoçəkiliş edərək evin içərisinə girmiş və bir nəfər kişi cinsli şəxsi və bir nəfər qadın cinsli şəxsi tutduğunu bildirmişdir. Həmin vaxt evin içərisindən səs eşitdiyi üçün hər hansı hadisənin baş verməməsi üçün sonuncuların arxasınca evə daxil olmuş və bu zaman sonradan adının və soyadının Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 olduqlarını bildiyi şəxslərin çılpaq vəziyyətdə olduqlarını görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 döyməyə başlamışlar və sonuncudan 10000 manat pul tələb etmişlər, habelə Təqsirləndirilən şəxs1 əli ilə Zərərçəkmiş şəxs2 baş nahiyəsinə zərbə vurmuşdur. Bir qədər sonra evə qonşular gəlmişlər və Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 mane olmuşlar. Daha sonra Təqsirləndirilən şəxs1 evin sahibi Şahid2 çağırmış, sonuncu oraya gəldikdən sonra isə polis əməkdaşlarına məlumat vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 iyul 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 13:50 radələrində Göyçay Rayon Polis Şöbəsinə Göyçay şəhəri, Nizami küçəsi, 7 nömrəli məktəbin yaxınlığında dava-dalaşın olması barədə məlumatın daxil olması və həmin ərazidə olan zaman Zərərçəkmiş şəxs1 düyülməsinin müşahidə olunması, daha sonra orada olan şəxslərin saxlanılaraq Göyçay Rayon Polis Şöbəsinə gətirilməsi barədə məlumat verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vətəndaş Zərərçəkmiş şəxs1 oğu tərəfindən Göyçay Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 04 iyul 2023-cü il tarixli ərizədən görünür ki, o, tanımadığı şəxslərin evə gəlib ona yumruq və təpik zərbələri vuraraq döymələri, onu və yanında olan qadın cinsli şəxsi çılpaq vəziyyətdə videoya çəkərək həmin videogörüntüləri yayma hədəsi ilə ondan 10000 pul tələb etmələri barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 04 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə vaxtı çəkmiş olduğu videogörüntülərin olduğu, qardaşı Təqsirləndirilən şəxs2 məxsus “Samsung A10” markalı mobil telefon götürülərək baxış keçirilmiş və bu zaman çılpaq vəziyyətdə kişi və qadın cinsli şəxslərin əks olunduğu videogörüntülər aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində CM-in 182.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 05 iyul 2023-cü il tarixli 326 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibb ekspertizası zamanı onda “sol yanaq nahiyəsinin yumşaq toxumalarının bir qədər şişkinli və əllədikdə bir qədər ağrılı olması ilə nəticələnən ağız boşluğunun sol yarısında selikli qişada qançır” diaqnozu ilə, 04 iyul 2023-cü il tarixdə küt-bərk əşyanın (əşyaların) təsirindən törənmiş və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, habelə “hər iki dodağın selikli qişalarında, bir qədər sol tərəfdə qançırla müşahidə olunan əzilmişpartlamış yaralar” diaqnozu ilə, 04 iyul 2023-cü il tarixdə küt-bərk əşyanın (əşyaların) təsirindən törənmiş və sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 04 iyul 2023-cü il tarixli 325 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədəni üzərində 04 iyul 2023-cü il tarixə uyğun hər hansı xəsarət aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 05 iyul 2023-cü il, 06 iyul 2023-cü il və 03 noyabr 2023-cü il tarixli protokollardan görünür ki, mobil telefon “Samsung” markalı, “A10” modellidir. Mobil telefonun qalareyasına daxil olub “Kamera” bölməsinə keçid etdikdə iş üçün əhəmiyyət kəsb edən 2 ədəd videogörüntünün olması müəyyən edildi. 1-ci videogörüntünün müddəti 01 dəqiqə 43 saniyədir. Həmin videogörüntüdə bir nəfər yarıçılpaq vəziyyətdə kişi cinsli şəxsin, yəni Zərərçəkmiş şəxs1 olması, Zərərçəkmiş şəxs1 ağız nahiyəsindən qanın axması müəyyən edildi. Videogörüntünü çəkən şəxs Təqsirləndirilən şəxs1dur, həmçinin Təqsirləndirilən şəxs2 da videogörüntüdə olması müəyyən edilir. Daha sonra Təqsirləndirilən şəxs1 əlindəki mobil telefon ilə digər otağa keçir və orada çılpaq vəziyyətdə olan qadın cinsli şəxsi, yəni Zərərçəkmiş şəxs2 videogörüntüyə çəkərək, sonuncuya qarşı nalayiq ifadələr işlədir, Zərərçəkmiş şəxs2 üzünü açmasını deyərək, videogörüntüyə çəkir, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 yalvararaq, paltar geyinməsinə icazə verməsini dedikdə, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 yalvarışlarına məhəl qoymur, insanları oraya çağıracağını və onu çılpaq vəziyyətdə çölə çıxaracağını bildirir, bu zaman Zərərçəkmiş şəxs2 “Əli bir şey elə, Əli dur bir şey elə qurban olum” deyir, bu zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 yaxınlaşır, həmin vaxt Zərərçəkmiş şəxs1 zərbə vurulmasının səsi eşidilir, lakin həmin zərbənin Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 tərəfindən vurulması konkret olaraq görünmür. Həmin vaxt Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 “getdin 10000 pul gətirirsən, 10000 bildin?” deyir, Zərərçəkmiş şəxs1 isə “gətirəcəm, söz verirəm gətirəcəm” deyir. Təqsirləndirilən şəxs1 isə “bax sifəti də göründü, bu günkü tarixdə tutmuşam” dedi. Həmin vaxt videogörüntüdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olması müşahidə edilir. 2-ci videogörüntünün müddəti 01 dəqiqə 52 saniyədir. Həmin videogörüntünü çəkən şəxsin isə Təqsirləndirilən şəxs1 olması görünür. Həmin vaxt Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 qarşı təhqiramiz ifadələr işlədir və Zərərçəkmiş şəxs2 baş nahiyəsinə bir neçə zərbə vurur. Həmin vaxt Zərərçəkmiş şəxs1 “nə qədər lazımdır verəcəm” deməsi eşidilir. Bu zaman Zərərçəkmiş şəxs2 paltarlarını geyinmək istədikdə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 paltarlarını geyinməsinə mane olurlar, sonuncunun yalvarışlarına məhəl qoymurlar və yenidən təhqiramiz ifadələr işlədirlər. Bu zaman Təqsirləndirilən şəxs2 evin qapısından çölə tərəf gedir, həmin vaxt çöldə qapının yanında başqa bir şəxsin, yəni Şahid7 dayanması görünür. Bu zaman Təqsirləndirilən şəxs1 yenidən evin içərisinə daxil olur. Təqsirləndirilən şəxs1 “eşidirsən ə, zəng elə bilmirəm kimdən necə, 10000 pulu çatdır eşitdin?” deyir, həmin vaxt onun Zərərçəkmiş şəxs1 zərbə vurmasının səsi eşidilir. Təqsirləndirilən şəxs2 da əlində videokamera ilə Təqsirləndirilən şəxs1 arxası ilə gedir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 qarşı nalayiq ifadələr işlədir və səsdən sonuncuya zərbə vurması eşidilir. Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs2 üzərinə gedərək, sonuncuya qarşı nalayiq ifadələr işlətməyə başlayır. Bundan sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 üzərinə gedir, sonuncu isə qorxudan yalvarmağa başlayır, “nə qədər istəyirsən verəcəm, and olsum verəcəm” deyir. Bu zaman Təqsirləndirilən şəxs2 “davay gətir, tez ol, gözləyirik çöldə, yoxsa burdan meyitin çıxacaq” deyir, həmin vaxt Təqsirləndirilən şəxs1 isə yenidən Zərərçəkmiş şəxs1 tərəf gəlir “10000 bir saata burda olsun, 10000 qoy bura, hələ 10000 mən yaxşıyam razı oluram” deyir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 182.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qeyd olunan maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 06 iyul 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs1 hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə əməl CM-in 182.2.3-cü maddəsindən həmin Məcəllənin 182.2.1 və 182.2.3-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qeyd olunan maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 07 iyul 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs2 hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə əməl CM-in 182.2.1 və 182.2.3-cü maddələrindən həmin Məcəllənin 182.2.1, 182.2.3 və 181.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 182.2.1, 182.2.3 və 181.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 182.2.1, 182.2.3 və 181.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə əməl CM-in 182.2.1, 182.2.3 və 181.2.4-cü maddələrindən həmin Məcəllənin 156.1, 157.1, 182.2.1, 182.2.3 və 181.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun barəsində CM-in 134, 145 və 157.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 156.1, 157.1, 182.2.1, 182.2.3 və 181.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 156.1, 157.1, 182.2.1, 182.2.3 və 181.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli 02 nömrəli Qərarının (bundan sonra – Qərar) 1-1-ci bəndində göstərilmişdir ki, CM-in 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Bu Qərarın 3-cü bəndinə əsasən, CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş “zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə tələb etmə” əlaməti istənilən xarakterli zorun tətbiq edilməsi hədəsini, o cümlədən sağlamlığa ağır zərər vurmaqla və ya öldürməklə hədələməni ehtiva edir. Cinayət məsuliyyətinin yaranması üçün hədənin zərərçəkmiş şəxs tərəfindən real hədə kimi qəbul edilməsi, yəni onun hədənin tətbiq ediləcəyindən ehtiyatlanması üçün əsaslarının olması tələb olunur. Bu zaman təqsirkarın hədənin edilməsindən dərhal sonra və yaxud gələcəkdə zor tətbiq etmək niyyətini ifadə etməsi hədənin real olubolmaması baxımından qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etmir. Rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Bu Qərarın 3-1-ci bəndinə əsasən, hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq CM-in 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə CM-in 182.2.4-cü maddəsi, “külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə CM-in 182.3.2-ci maddəsi, “xüsusilə külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə isə CM-in 182.4-cü maddəsi ilə tövsif olunmalıdır. CM-in 182.1-ci maddəsində təsbit edilmiş hədə-qorxu ilə tələb etmə cinayətinin əsas tərkibindən fərqli olaraq CM-in 182.2.3 və 182.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin başa çatmış cinayətlər kimi qiymətləndirilməsi üçün həmin maddələrdə nəzərdə tutulmuş nəticələrin baş verməsi, yəni müvafiq olaraq zərərçəkmiş şəxs barəsində zorakılığın tətbiq edilməsi və yaxud onun sağlamlığına ağır zərərin vurulması tələb olunur. Bu Qərarın 5-ci bəndinə əsasən, qabaqcadan əlbir olan bir qrup şəxsin özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlərin yerinə yetirilməsini hədə-qorxu ilə tələb etməsi dedikdə (CM-in 182.2.1-ci maddəsi), cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasına başlanılana qədər bu cinayəti törətmək barədə razılığa gəlmiş iki və daha çox şəxs tərəfindən cinayətin birgə törədilməsi, yəni razılığa uyğun olaraq qrupun hər bir üzvü tərəfindən cinayətin obyektiv cəhətinə aid hərəkətlərin (ən azından onların bir hissəsinin) icra edilməsi başa düşülür. Bu Qərarın 6-cı bəndinə əsasən, hədə-qorxu ilə tələb etmənin xüsusilə tövsifedici əlaməti kimi CM-in 182.3.3-cü maddəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulması göstərildiyindən, CM-in 182.2.3-cü maddəsində özgə əmlakını və ya əmlaka olan hüququ və ya əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsini hədə-qorxu ilə tələb etmə “zor tətbiq etmə ilə törədildikdə” dedikdə, sağlamlığa ağır zərər vurma ilə müqayisədə daha yüngül zoraklığın bütün digər formaları, o cümlədən sağlamlığa az ağır və ya yüngül zərər vurma ilə nəticələnmiş və yaxud hər hansı zərərin vurulması ilə nəticələnməyən fiziki ağrı yetirmə, azadlığın məhdudlaşdırılması halları başa düşülür. CM-in 182.2.3 və 182.3.3-cü maddələrində barəsində zor tətbiq edilmiş, sağlamlığına ağır zərər vurulmuş zərər çəkmiş şəxs dedikdə, CM-in 182.1-ci maddəsində göstərilən dairəyə daxil olan şəxslər, yəni həm əmlakına (əmlak hüququna) qəsd edilən şəxs, həm də onun yaxın qohumları nəzərdə tutulur. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 06 iyul 2023-cü il və 07 iyul 2023-cü il tarixlərdə verdiyi ifadələrində yaşadığı fərdi yaşayış evinə bitişik olan fərdi yaşayış evinin əvvəllər əmisi Telman adlı şəxsin evi olduğunu, əmisi öldükdən sonra isə evin sahibinin əmisinin kürəkəni Şahid2 olduğunu, sonuncu həmin evi kirayə verdiyinə görə tez-tez qeyd olunan evə müxtəlif şəxslərin kirayəçi qismində gəlib qaldıqlarını, son vaxtlar isə evə cinsi əlaqədə olmaq üçün qısamüddətli kirayəçilərin gəldiklərini, 04 iyul 2023-cü il tarixdə saat 13 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ona zəng edərək Şahid2 evində bilmədiyi şəxslərin cinsi əlaqədə olduqlarını, səslərinin ətrafdan eşidildiyini bildirib onu oraya çağırdığını, həmin evin qarşısına getdikdə qardaşı Təqsirləndirilən şəxs2 və iş yoldaşı Şahid7 də orada olduğunu, bundan sonra hasardan aşıb həyətə daxil olduğunu, Təqsirləndirilən şəxs2 və Şahid7 içəri daxil olmaları üçün içəri tərəfdən darvazanı açdığını, daha sonra həyətə daxil olub evin giriş qapısına yaxınlaşaraq əlini qapının dəstəyinə atdıqda qapının açıldığını gördüyünü, evin giriş qapısını açıb içəriyə daxil olduqlarını, həmin vaxt mobil telefonunu içəriyə videoçəkilişlə daxil olmaq və cinsi əlaqədə olan şəxslərin videosunu çəkmək üçün əlində saxladığını, içəri daxil olub yataq otağına keçdikdə sonradan adlarının və soyadlarının Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olduqlarını bildikləri şəxslərin çılpaq vəziyyətdə dayandıqlarını gördüyünü, həmin şəxsləri mobil telefon ilə videoqeydiyyata aldığını, qorxudub pul almaq məqsədilə Zərərçəkmiş şəxs1 yumruq zərbələri vurmağa başladığını, həmin vaxt o və qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 əl və ayaq zərbələri ilə döyüb təhqir edərək qeyd olunan videogörüntünü sosial şəbəkələrdə yaymamaq, paylaşmamaq, ictimailəşdirməmək və silmək üçün sonuncudan 10000 (on min) manat pul tələb etdiklərini, həmin vaxt məqsədinin Zərərçəkmiş şəxs1 10000 manat deyib, bu yolla müəyyən məbləğdə pul ələ keçirmək olduğunu, bu səbəbdən qeyd olunan vaxt sifətini əli ilə tutan və çılpaq vəziyyətdə olan Zərərçəkmiş şəxs2 əllərini kənara itələyib sifətinin görünməsi üçün sifətini açmağa çalışdığını, qeyd olunan vaxt sonuncunu qorxutmaq üçün baş nahiyəsinə əli ilə bir-iki zərbə vurduğunu, o və qardaşı Təqsirləndirilən şəxs2 həmin şəxsi döyməyə davam edərkən və 10000 (on min) manat pul tələb edərkən sonuncuların polisə zəng etməmələri üçün hər iki şəxsin mobil telefonunu götürdüyünü, bu zaman Zərərçəkmiş şəxs1 10000 manat məbləğində pulu verəcəyinə söz verdiyini, daha sonra Zərərçəkmiş şəxs1 evi 60 manat pulun müqabilində bir günlük kirayəyə götürdüyünü bildirdiyini, həmin vaxt videoqeydiyyata çılpaq şəkildə düşməsi üçün Zərərçəkmiş şəxs2 paltarlarını götürdüyünü, bir qədər sonra isə oraya qonşuları Şahid5 və Şahid6 da gəldiklərini, adları qeyd olunan şəxslərin Zərərçəkmiş şəxs2 paltarlarını özünə verdiklərini, onun və qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 döymələrinə mane olduqlarını, həmin evdə nə baş verdiyini görmələri üçün Zərərçəkmiş şəxs1 evin kirayəyə götürülməsində vasitəçilik etmiş Şahid1 və evin sahibi Şahid2 oraya çağırdığını, həmin videogörüntünün onda olması səbəbindən Zərərçəkmiş şəxs1 pul alacağını və sonuncunun rüsvay olmamaq üçün pul verməyə məcbur olduğunu düşündüyünü, bir qədər sonra adları qeyd olunan şəxslərin oraya gəldiklərini, daha sonra Şahid2 zəng edərək polis əməkdaşlarını çağırdığını və polis əməkdaşlarının gəlib onları Göyçay RPŞ-yə apardıqlarını demişdir. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaqın gedişində 19 dekabr 2023-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı verdiyi ifadələrində isə qardaşı Təqsirləndirilən şəxs2 ona zəng edərək Şahid2 evində bilmədiyi şəxslərin cinsi əlaqədə olduqlarını, səslərinin ətrafdan eşidildiyini bildirib onu oraya çağırdığını, həmin evin qarşısına getdikdə yenidən içəridən əxlaqsız səslərin gəlməsini eşidib əsəbiləşdiyi üçün nə baş verdiyini öyrənmək məqsədilə evə girməyi qərarlaşdırdığını, qeyd olunan evə daxil olduqdan sonra orada olan zaman əsəbləşərək əxlaqsız hərəkətlər etdiyinə görə Zərərçəkmiş şəxs1 əl zərbələri ilə döyərək təhqir edib sonradan evin sahibi Şahid2 göstərərək evdə olan kirayəçilərin kimlər olmasını bildirməsi məqsədilə adları qeyd olunan şəxsləri videoya çəkdiyini, bu səbəbdən də həmin vaxt sifətini əli ilə tutan və çılpaq vəziyyətdə olan Zərərçəkmiş şəxs2 sifətinin görünməsi üçün əllərini kənara itələyib sifətini açmağa çalışdığını, həmin vaxt qorxutmaq məqsədilə sonuncunun baş nahiyəsinə əli ilə bir-iki zərbə vurduğunu, lakin sonuncudan pul tələb etmədiyini, Zərərçəkmiş şəxs1 döyməyə davam edərkən və 10000 (on min) manat pul tələb edərkən hər iki şəxsin mobil telefonlarını polis əməkdaşlarına təqdim etmək üçün evdə olan stolun üzərindən götürdüyünü, sonradan qeyd olunan mobil telefonları polis əməkdaşlarına təhvil verdiyini, Zərərçəkmiş şəxs1 10000 manat pulu istədiyini, sonuncunun həmin pulu verəcəyinə söz verdiyini, həmin vaxt çılpaq vəziyyətdə olan Zərərçəkmiş şəxs2 paltarlarını sonuncunun videogörüntüyə çılpaq şəkildə düşməsi üçün götürdüyünü, bir qədər sonra isə oraya qonşuları Şahid5 və Şahid6 da gəldiklərini, adları qeyd olunan şəxslərin Zərərçəkmiş şəxs2 paltarlarını özünə verdiklərini, onun və qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 döymələrinə mane olduqlarını, Şahid2 dəfələrlə kirayəçilərin həmin evə cinsi əlaqədə olmaq üçün gəldiklərini dediyini, lakin sonuncu onun sözünə əhəmiyyət vermədiyindən o, həmin evdə nə baş verdiyini görmələri üçün evin kirayəyə götürülməsində vasitəçilik etmiş Şahid1 və evin sahibi Şahid2 oraya çağırdığını, bir qədər sonra adları qeyd olunan şəxslərin oraya gəldiklərini, daha sonra Şahid2 zəng edərək polis əməkdaşlarını çağırdığını, polis əməkdaşlarının oraya gəlib onları Göyçay RPŞ-yə apardıqlarını, ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində Zərərçəkmiş şəxs1 qorxudaraq pul əldə etmək məqsədilə döydüyünü demədiyini, qeyd olunan ifadəsində həmin şəkildə bildirmədiyini, ifadəsinə oxumadan imza etdiyini, göstərilən ifadəsində bu şəkildə qeyd olunmasının səbəbini bilmədiyini, Zərərçəkmiş şəxs1 bir daha həmin hərəkətlərə yol verməməsi üçün və əsəbi olduğuna görə sonuncudan 10000 manat pul verməsini istədiyini, reallıqda isə onun həmin niyyəti və məqsədinin olmadığını, ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində qeydiyyata aldığı videogörüntünü sosial şəbəkələrdə yaymamaq, paylaşmamaq, ictimailəşdirməmək və silmək üçün Zərərçəkmiş şəxs1 10000 manat pul tələb etdiyini və bunda məqsədinin ona 10000 manat deyib bu yolla müəyyən məbləğdə pul ələ keçirmək olduğunu demədiyini, qeyd olunan ifadəsində həmin şəkildə bildirmədiyini, göstərilən videogörüntünü ev sahibi Şahid2 kirayəçilərin evdə əxlaqsızlıqla məşğul olmasını sübut etmək üçün göstərmək məqsədi çəkib saxladığını, məqsədinin qeyd olunan videogörünütünü sosial şəbəkələrdə yaymaq, paylaşmaq və ictimailəşdirmək olmadığını, Zərərçəkmiş şəxs1 10000 manat pulu əsəbi olduğu üçün və özündən asılı olmayaraq istədiyini, göstərilən ifadəsində bu şəkildə qeyd olunmasının səbəbini bilmədiyini, qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 döymədiyini və pul tələb etmədiyini, ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində qardaşı Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs1 döyməsini və pul tələb etməsini demədiyini və göstərilən ifadəsində bu şəkildə qeyd olunmasının səbəbini bilmədiyini, Göyçay RPŞdə verdiyi ifadələrini oxumadan imza etdiyini və həmin ifadələrində göstərilən şəkildə qeyd olunmasının səbəbini bilmədiyini, Zərərçəkmiş şəxs1 ilə aralarında üzləşdirmə aparılmadığını və sonuncunu və Zərərçəkmiş şəxs2 yalnız hadisə yerində gördüyünü, həmin üzləşdirmə istintaq hərəkətinin protokolunda olan imzanın ona məxsus olduğunu, lakin həmin ifadəsini də oxumadan imza etdiyini qeyd etmişdir. Digər Təqsirləndirilən şəxs2 isə ibtidai istintaq zamanı 07 iyul 2023-cü il tarixdə verdiyi ifadəsində yaşadığı fərdi yaşayış evinə bitişik olan fərdi yaşayış evinin əvvəllər əmisi Telman adlı şəxsin evi olduğunu, əmisi öldükdən sonra isə evin sahibinin əmisinin kürəkəni Şahid2 olduğunu, sonuncu həmin evi kirayə verdiyinə görə tez-tez qeyd olunan evə müxtəlif şəxslərin kirayəçi qismində gəlib qaldıqlarını, son vaxtlar isə evə cinsi əlaqədə olmaq üçün qısamüddətli kirayəçilərin gəldiklərini, 04 iyul 2023-cü il tarixdə saat 13 radələrində evdə olarkən Şahid2 evindən bilmədiyi şəxslərin cinsi əlaqə olmağa xarakterik səslərini eşidib qardaşı Təqsirləndirilən şəxs1 zəng edərək bu barədə məlumat verib sonuncunu oraya çağırdığını, bir qədər sonra qardaşı Təqsirləndirilən şəxs1 iş yoldaşı Şahid7lə birlikdə oraya gəldiyini, bundan sonra Təqsirləndirilən şəxs1 həmin şəxsləri videoya çəkib qorxudub pul almaq, döymək, söymək və s. nəzərdə tutaraq başlarına oyun açacaqlarını dediyini, bu səbəbdən də mobil telefonunu Təqsirləndirilən şəxs1 verdiyini, sonuncunun hasardan aşıb həyətə daxil olduğunu, onun və Şahid7 içəri daxil olmaları üçün içəri tərəfdən darvazanı açdığını, daha sonra həyətə daxil olub evin giriş qapısına yaxınlaşdıqlarını, Təqsirləndirilən şəxs1 əlini qapının dəstəyinə atdıqda qapının açıldığını gördüyünü, evin giriş qapısını açıb içəriyə daxil olduqlarını, həmin vaxt Təqsirləndirilən şəxs1 onun mobil telefonunu içəriyə videoçəkilişlə daxil olmaq və cinsi əlaqədə olan şəxslərin videosunu çəkmək üçün əlində saxladığını, içəri daxil olub yataq otağına keçdikdə sonradan adının və soyadının Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olduqlarını bildikləri şəxslərin çılpaq vəziyyətdə dayandıqlarını gördüklərini, Qardaşı Təqsirləndirilən şəxs1 həmin şəxsləri mobil telefon ilə videoqeydiyyata aldığını, qorxudub pul almaq məqsədilə Zərərçəkmiş şəxs1 yumruq zərbələri vurmağa başladığını, həmin vaxt o və qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 əl və ayaq zərbələri ilə döyüb təhqir edərək qeyd olunan videogörüntünü sosial şəbəkələrdə yaymamaq, paylaşmamaq, ictimailəşdirməmək və silmək üçün sonuncudan 10000 (on min) manat pul tələb etdiklərini, həmin vaxt məqsədinin Zərərçəkmiş şəxs1 10000 manat deyib, bu yolla müəyyən məbləğdə pul ələ keçirmək olduğunu, bu səbəbdən Təqsirləndirilən şəxs1 qeyd olunan vaxt sifətini əli ilə tutan və çılpaq vəziyyətdə olan Zərərçəkmiş şəxs2 əllərini kənara itələyib sifətinin görünməsi üçün sifətini açmağa çalışdığını, həmin vaxt özü sonuncunu təhqir etsə də döymədiyini, pul tələb etmədiyini, lakin qardaşı Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs2 baş nahiyəsinə əli ilə bir-iki zərbə vurduğunu, o və qardaşı Təqsirləndirilən şəxs1 həmin şəxsi döyməyə davam edərkən və 10000 (on min) manat pul tələb edərkən Təqsirləndirilən şəxs1 sonuncuların polisə zəng etməmələri üçün hər iki şəxsin mobil telefonunu götürdüyünü, daha sonra Zərərçəkmiş şəxs1 evi 60 manat pulun müqabilində bir günlük kirayəyə götürdüyünü bildirdiyini, həmin vaxt videoqeydiyyata çılpaq şəkildə düşməsi üçün qardaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 paltarlarını götürdüyünü, bir qədər sonra isə oraya qonşuları Şahid5 və Şahid6 da gəldiklərini, adları qeyd olunan şəxslərin Zərərçəkmiş şəxs2 paltarlarını özünə verdiklərini, onun və qardaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 döymələrinə mane olduqlarını, həmin evdə nə baş verdiyini görmələri üçün qardaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 evin kirayəyə götürülməsində vasitəçilik etmiş Şahid1 və evin sahibi Şahid2 oraya çağırdığını, həmin videogörüntünün onda olması səbəbindən Zərərçəkmiş şəxs1 pul alacağını və sonuncunun rüsvay olmamaq üçün pul verməyə məcbur olduğunu düşündüyünü, bir qədər sonra adları qeyd olunan şəxslərin oraya gəldiklərini, daha sonra Şahid2 zəng edərək polis əməkdaşlarını çağırdığını və polis əməkdaşlarının oraya gəlib onları Göyçay RPŞ-yə apardıqlarını demişdir. Lakin Təqsirləndirilən şəxs2 ibtidai istintaqın gedişində 19 dekabr 2023-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı verdiyi ifadələrində qardaşı Təqsirləndirilən şəxs1 zəng edərək Şahid2 evində bilmədiyi şəxslərin cinsi əlaqədə olduqlarını, səslərinin ətrafdan eşidildiyini bildirib sonuncunu oraya çağırdığını, Təqsirləndirilən şəxs1 da həmin evin qarşısına getdikdə yenidən içəridən əxlaqsız səslərin gəlməsini eşidib əsəbiləşdiyi üçün nə baş verdiyini öyrənmək məqsədilə evə girməyi qərarlaşdırdığını, qeyd olunan evə daxil olduqdan sonra orada olan zaman əsəbləşərək əxlaqsız hərəkətlər etdiyinə görə Zərərçəkmiş şəxs1 əl zərbələri ilə döyərək təhqir edib sonradan evin sahibi Şahid2 göstərərək evdə olan kirayəçilərin kimlər olmasını bildirməsi məqsədilə adları qeyd olunan şəxsləri videoya çəkdiyini, bu səbəbdən də həmin vaxt sifətini əli ilə tutan və çılpaq vəziyyətdə olan Zərərçəkmiş şəxs2 sifətinin görünməsi üçün əllərini kənara itələyib sifətini açmağa çalışdığını, həmin vaxt qorxutmaq məqsədilə sonuncunun baş nahiyəsinə əli ilə bir-iki zərbə vurduğunu, lakin sonuncudan pul tələb etmədiyini, bundan sonra Təqsirləndirilən şəxs1 videoçəkilişi davam etdirmək üçün mobil telefonu ona verdiyini, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 yumruq zərbələri ilə vurmağa başladığını, qardaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 döyməyə davam edərkən və 10000 (on min) manat pul tələb edərkən hər iki şəxsin mobil telefonlarını polis əməkdaşlarına təqdim etmək üçün evdə olan stolun üzərindən götürdüyünü, sonradan qeyd olunan mobil telefonları polis əməkdaşlarına təhvil verdiyini, Zərərçəkmiş şəxs1 10000 manat pulu istədiyini, sonuncunun həmin pulu verəcəyinə söz verdiyini, həmin vaxt çılpaq vəziyyətdə olan Zərərçəkmiş şəxs2 paltarlarını sonuncunun videogörüntüyə çılpaq şəkildə düşməsi üçün götürdüyünü, həmin vaxt o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döymədiyini, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 videogörüntüyə alsa da və əsəbi olduğu üçün adları qeyd olunan şəxslərə qarşı nalayiq ifadələr işlətsə də heç vaxt Zərərçəkmiş şəxs1 10000 manat pul tələb etmədiyini, bir qədər sonra isə oraya qonşuları Şahid5 və Şahid6 da gəldiklərini, adları qeyd olunan şəxslərin Zərərçəkmiş şəxs2 paltarlarını özünə verdiklərini, onun və qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 döymələrinə mane olduqlarını, Şahid2 dəfələrlə kirayəçilərin həmin evə cinsi əlaqədə olmaq üçün gəldiklərini dediyini, lakin sonuncu onun sözünə əhəmiyyət vermədiyindən o, həmin evdə nə baş verdiyini görmələri üçün evin kirayəyə götürülməsində vasitəçilik etmiş Şahid1 və evin sahibi Şahid2 oraya çağırdığını, bir qədər sonra adları qeyd olunan şəxslərin oraya gəldiklərini, daha sonra Şahid2 zəng edərək polis əməkdaşlarını çağırdığını, polis əməkdaşlarının oraya gəlib onları Göyçay RPŞ-yə apardıqlarını, ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində Zərərçəkmiş şəxs1 döydüyünü, məqsədinin isə qorxudub pul əldə etmək olduğunu demədiyini, qeyd olunan ifadəsində həmin şəkildə bildirmədiyini, ifadəsinə oxumadan imza etdiyini və göstərilən ifadəsində bu şəkildə qeyd olunmasının səbəbini bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində qeydiyyata aldığı videogörüntünü sosial şəbəkələrdə yaymamaq, paylaşmamaq, ictimailəşdirməmək və silmək üçün Zərərçəkmiş şəxs1 10000 manat pul tələb etdiyini və bunda məqsədinin ona 10000 manat deyib bu yolla müəyyən məbləğdə pul ələ keçirmək olduğunu demədiyini, qeyd olunan ifadəsində həmin şəkildə bildirmədiyini, göstərilən videogörüntünü ev sahibi Şahid2 kirayəçilərin evdə əxlaqsızlıqla məşğul olmasını sübut etmək üçün göstərmək məqsədi ilə çəkib saxladığını, məqsədinin qeyd olunan videogörünütünü sosial şəbəkələrdə yaymaq, paylaşmaq və ictimailəşdirmək olmadığını, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 10000 manat pulu əsəbi olduğu üçün istədiyini, göstərilən ifadəsində bu şəkildə qeyd olunmasının səbəbini bilmədiyini, Göyçay RPŞ-də verdiyi ifadələrini oxumadan imza etdiyini, həmin ifadələrində göstərilən şəkildə qeyd olunmasının səbəbini bilmədiyini, Zərərçəkmiş şəxs1 ilə aralarında üzləşdirmə aparılmadığını, sonuncunu və Zərərçəkmiş şəxs2 yalnız hadisə yerində gördüyünü, həmin üzləşdirmə istintaq hərəkətinin protokolunda olan imzanın ona məxsus olduğunu, lakin həmin ifadəsini də oxumadan imza etdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqın gedişində 19 dekabr 2023-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə təqsirləndirilən şəxslər ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydılar bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçilərinə məlumat verərdilər. Lakin təqsirləndirilən şəxslər bu barədə heç kəsə məlumat verməmişlər. Beləliklə, təqsirləndirilən şəxslərin qeyd olunan məzmunda ifadə vermələri cinayət işi üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadənin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqın gedişində 19 dekabr 2023-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 06 iyul 2023-cü il və 07 iyul 2023-cü il tarixlərdə, digər Təqsirləndirilən şəxs2 isə ibtidai istintaq zamanı 07 iyul 2023-cü il tarixdə qeyd etdiklərinin, eləcə də zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Brləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil olmuş, zərərçəkmişlərin şəxsi sirri olan məlumatları videoçəkiliş edərək qanunsuz toplamış və qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq etməklə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakını hədə qorxu ilə tələb etmişlər. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 13 iyun 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək baş vermiş hadisə ilə əlaqədar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdıqlarını, adları qeyd olunan şəxslərə qarşı hər hansı şikayətlərinin və tələblərinin olmadığını qeyd etmişlər və qeyd olunanlar nəzərə alınaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-in 156.1 və 157.1-ci maddələri ilə aparılan cinayət təqibinə CPM-in 40.3-cü maddəsinə əsasən xitam verilmiş və adları qeyd olunan şəxslər həmin maddələr ilə cinayət məsuliyyətindən azad olunmuşlar. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri CM-in 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində CM-in 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onların tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər. Təqsirləndirilən şəxslər cinayət əməllərini qəsdən törətmişlər. Onların əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib onlara həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəməyə müraciət edərək baş vermiş hadisə ilə əlaqədar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını və adları qeyd olunan şəxslərə qarşı hər hansı şikayətinin və tələbinin olmadığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəməyə müraciət edərək baş vermiş hadisə ilə əlaqədar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını və adları qeyd olunan şəxslərə qarşı hər hansı şikayətinin və tələbinin olmadığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Ömərov X4 şəhəri, Nizami küçəsi, ev 5 ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Ömərov X7 şəhəri, Nizami küçəsi, ev 5 ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsindən daxil olmuş 19 sentyabr 2023-cü il tarixli 31/138 nömrəli məktubdan görünür ki, Ömərov X5 Federasiyasının Velikolukski Şəhər Məhkəməsinin 16 mart 2016-cı il tarixli hökmü ilə Rusiya Federasiyası CM-in 111-ci maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 07 sentyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş və həmin hökmün Azərbaycan Respublikasında tanınması ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə hər hansı material daxil olmamışdır. CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.1-1-ci madəsinə əsasən, həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılan əmələ görə xarici dövlətin məhkəmə hökmünə əsasən yaranmış məhkumluq barədə məlumat cinayət təqibinin gedişində daxil olduqda və müvafiq hökm Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş qaydada tanındıqda, bu məhkumluq da cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, Ömərov X5 Federasiyasının Velikolukski Şəhər Məhkəməsinin 16 mart 2016-cı il tarixli hökmü ilə Rusiya Federasiyası CM-in 111-ci maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsa da həmin hökm Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş qaydada tanınmadığından, bu məhkumluq cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alına bilməz. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzanı yüngülləşdirən halların olmasını, cəzalarını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxslərin şəxsiyyətini, təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaların təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxslər həmin cəzaları real olaraq çəkməklə islah oluna bilərlər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində göstərilən cinayət əməlləri ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzaları ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 04 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 06 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 04 iyul 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 06 iyul 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 03 ay olmaqla, 04 fevral 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 03 ay olmaqla, 06 fevral 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 20 gün olmaqla, 24 fevral 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 20 gün olmaqla, 26 fevral 2024-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddətlər cəzaçəkmə müddətlərinə daxil edilərək onlara təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzaların bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə habelə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzaların başlanğıcı Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 04 iyul 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 isə şübhəli şəxs qismində tutulduğu 06 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 05 sentyabr 2023-cü il tarixli 18-1-40/2-1070/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxanada həkim-narkoloqun qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 05 sentyabr 2023-cü il tarixli 18-1-40/2-1072/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxanada həkim-narkoloqun qeydiyyatında yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi olmadığından bununla əlaqədar cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 29 avqust 2023-cü il tarixli 536 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar hər hansı gerilik əlamətləri müşahidə olunmur. O, qeyd edilən cinayət hadisəsini törədən zaman və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. O, qeyd edilən cinayət hadisələrini törədən zaman və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisələrini törədən zaman anlaqlı olmuşdur. Onun törətmiş olduğu cinayət əməlləri CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 29 avqust 2023-cü il tarixli 537 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar hər hansı gerilik əlamətləri müşahidə olunmur. O, qeyd edilən cinayət hadisəsini törədən zaman və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. O, qeyd edilən cinayət hadisələrini törədən zaman və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisələrini törədən zaman anlaqlı olmuşdur. Onun törətmiş olduğu cinayət əməlləri CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 05 sentyabr 2023-cü il tarixli 18-1-40/2-1070/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxanada həkim-psixiatrın qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 05 sentyabr 2023-cü il tarixli 18-1-40/2-1072/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxanada həkim-psixiatrın qeydiyyatında yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda cinayət işinin materiallarında olan məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus olan 01 ədəd “Samsung A10” markalı mobil telefon və hadisənin baş vermə anını əks etdirən 02 ədəd videogörüntünün köçürüldüyü 01 ədəd disk həmin tarixdə maddi sübut qismində tanınmışdır, Təqsirləndirilən şəxs2 məxsus olan 01 ədəd “Samsung A10” markalı mobil telefon hazırda Göyçay Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılır, hadisənin baş vermə anını əks etdirən 02 ədəd videogörüntünün köçürüldüyü 01 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs2 məxsus olan 01 ədəd “Samsung A10” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 qaytarılmalı, hadisənin baş vermə anını əks etdirən 02 ədəd videogörüntünün köçürüldüyü 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 04 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 06 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs2 məxsus olan 01 ədəd “Samsung A10” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 qaytarılsın, hadisənin baş vermə anını əks etdirən 02 ədəd videogörüntünün köçürüldüyü 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar