Məhkəmə qərarları › İş №1(091)-119/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-119/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-119/2025 20.02.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1965-ci ildə İsmayıllı rayonunun Kürdüvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, İsmayıllı rayonunun Basqal qəsəbəsində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 234.1 və 237.2.3cü maddələri ilə ittiham irəli sürülmüşdür ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda hazırlayaraq əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını əldə edib həmin bitkiləri kultivasiya etmək qərarına gəlmiş, bu məqsədlə 2024-cü ilin aprel ayında, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda özünə məxsus İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən yaşadığı evin həyətində 10 (on) ədəd dibçəyə torpaq doldurub əkin üçün yararlı vəziyyətə gətirərək, istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarının bir hissəsini həmin dibçəklərdə, çətənə bitkisinin toxumlarının bir hissəsini isə həyətyanı torpaq sahəsində bostan bitkilərinin arasında qanunsuz olaraq əkib, 02 (iki) ədəd dibçəyi evin ikinci mərtəbəsinin eyvanında, 01 (bir) ədəd dibçəyi evin qarşısında, 07 (yeddi) ədəd dibçəyi isə həyətyanı torpaq sahəsində bostan bikilərinin arasında saxlayaraq, torpaq sahəsində yetişən 02 (iki) ədəd və dibçəkdə yetişən 18 (on səkkiz) ədəd olmaqla, ümumilikdə külli miqdar təşkil edən cəmi 20 (iyirmi) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinə gübrə və su verməklə, alaq otlarından təmizləməklə aqrotexniki qaydada qulluq edərək yetişdirməklə 44 santimetrdən 149 santimetrədək hündürlüyə çatdıraraq qəsdən qanunsuz olaraq kultivasiya etmiş, bundan sonra evin eyvanında 01 (bir) ədəd dibçəkdə olan yetişdirərək kultivasiya etdiyi 03 (üç) ədəd çətənə bitkisindən bir ədəd çətənə bitkisinin 02 (iki) ədəd budağını gövdədən kəsib həmin 02 (iki) ədəd çətənə bitkisinin hissələrini evin ikinci mərtəbəsinin eyvanında, taxta döşəmənin üzərində saxlamış, habelə həmin çətənə bitkisi hissələrinin yarpaqlarından yığıb toplayaraq qurutmaqla satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün kustar üsulla qəsdən qanunsuz olaraq xeyli miqdar təşkil edən 63,84 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı hazırlayıb əldə edərək evin birinci mərtəbəsində, yataq otağında olan stolun alt hissəsində sellofan bağlamada gizlədərək saxlamış, 27 avqust 2024-cü il tarixdə saat 18 radələrində İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun yaşadığı fərdi yaşayış evinə və evin həyətyanı sahəsinə baxış keçirilərkən qəsdən qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 1405 qram olmaqla, külli miqdar təşkil edən cəmi 19 (on doqquz) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisi, evin eyvanında saxladığı quru vəziyyətdə təmiz çəkisi 45,22 qram təşkil edən 02 (iki) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinin hissələri və dibçəkdə yaş vəziyyətdə təmiz çəkisi 22,46 qram təşkil edən 01 (bir) ədəd çətənə bitkisinin yuxarı hissəsi kəsilmiş vəziyyətdə olan kök və gövdə hissəsi, evin birinci mərtəbəsində satış məqsədi olmadan şəxsi istifadəsi üçün 01 (bir) ədəd sellofan bağlamada saxladığı 63,84 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, habelə həmin yerdə saxladığı 01 (bir) ədəd kibrit qutusunun içərisinə və 01 (bir) ədəd sellofan torbaya yığılmış cəmi 4,11 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etsə də ifadə verməkdən imtina etmiş, qeyd olunan səbəbdən onun həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, təxminən 5 ildir narkotik vasitə marixuanadan istifadə edir. 2024-cü ilin mart ayının ortalarında İsmayıllı rayonunun Basqal qəsəbəsində hazırda xatırlamadığı yerdə küçədə olarkən yerdə 01 ədəd sellofan büküm görmüş və götürüb açıb baxdıqda içərisində kibrit qutusunda və digər sellofan bükümdə narkotik tərkibli çətənə bitkisinin toxumlarının olduğunu görmüşdür. O, əkib şəxsi istifadəsi üçün narkotik vasitə marixuana əldə etmək məqsədilə çətənə bitkisinin toxumları olan sellofan bükümü və kibrit qutusunu götürmüş və evin damında gizlətmişdir. 2024-cü ilin aprel ayında dəqiq tarixini xatırlamadığı gündə İsmayıllı rayonunun Basqal qəsəbəsində yaşadığı evin həyətində 10 ədəd torpaq doldurub hər birində 1-2 ədəd olmaqla çətənə bitkisinin toxumlarını əkmiş və həmin bitkilərə gübrə və su verib qulluq göstərməyə başlamışdır. Həmçinin həyətdə lobya və başqa bostan bitkilərini əkdiyi torpaq sahəsində 2 ədəd çətənə bitkisinin toxumlarını əkmiş və təxminən 1 həftə sonra dibçəklərdə və torpaqda çətənə bitkisinin şitilləri çıxmağa başlamışdır. Dibçəklərin bəzilərində bir, bəzilərində isə iki bitki şitili çıxmışdır. Həmin şitillərə su verib diblərinə peyin tökərək mütəmadi qulluq göstərməyə başlamış, çətənə bitkilərini əkdiyi 02 ədəd dibçək eyvanda, 01 ədəd dibçək evin qarşısında, 07 ədəd dibçək isə həyətdə bostan bitkilərinin arasında olmuş, ümumilikdə torpaq sahəsində və dibçəklərdə 20 ədəd çətənə bitkisi yetişmişdir. 2024-cü ilin avqust ayının əvvəllərində şəxsi istifadəsi üçün narkotik vasitə marixuana əldə etmək məqsədilə eyvanda olan dibçəkdə bitmiş və yaxşı inkişaf etmiş 01 ədəd çətənə bitkisini gövdədən kəsmiş, həmin bitkinin 02 ədəd yarpaqlı və gövdəli hissəsini, həmçinin qopardığı yarpaqları quruması üçün taxtaların üzərinə sərmişdir. 2024-cü ilin avqust ayının ortalarında bitkinin yarpaqlı hissələri quruduqdan sonra sellofan bağlamaya doldurmuş, tapdığı çətənə bitkisinin toxumları olan kibrit qutusunu, habelə çətənə bitkisinin toxumları olan sellofan bükümü həmin bağlamaya qoyub yatdığı otaqda olan stolun alt hissəsində gizlətmiş və narkotik vasitə marixuanadan 1-2 dəfə az miqdarda siqaretə doldurub çəkmişdir. 27 avqust 2024cü il tarixdə saat 18 radələrində İsmayıllı rayonunun Basqal qəsəbəsində yaşadığı küçədə olarkən İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq həyətyanı sahədə qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-yetişdirməsi və qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu bildirib fərdi yaşayış evinə və evin həyətyanı sahəsinə baxış keçirəcəklərini demişlər, o isə etiraz etməmiş və həmin polis əməkdaşlarına yaşadığı fərdi yaşayış evinə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə razılıq verib bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşlarının və aqronom-mütəxəssisin iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman evin qarşısında yerdə 01 ədəd dibçəkdə əkib becərdiyi 01 ədəd narkotik tərkibli çətənə bitkisi, bostan bitkilərini əkdiyi yerdə 07 ədəd dibçəkdə ümumilikdə 12 ədəd və bostan bitkilərinin arasında yerdə-torpaqda əkib-becərdiyi 02 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunmuş və qeyd olunan narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılmışdır. Daha sonra isə evin ikinci mərtəbəsində eyvanda 02 ədəd dibçəyin hər birində 02 ədəd olmaqla, ümumilikdə 04 ədəd narkotik tərkibli çətənə bitkisi, həmin dibçəklərdən birində 01 ədəd gövdədən kəsilmiş köklü narkotik tərkibli çətənə bitkisinin hissəsi, habelə qeyd olunan dibçəyin yanında 02 ədəd narkotik tərkibli çətənə bitkisinin hissələri aşkar edilmişdir. Ardınca isə evin 1-ci mərtəbəsində yerləşən yataq otağında olan stolun alt hissəsindəki 01 ədəd sellofan torbanın içərisində saxladığı, əkdiyi narkotik tərkibli çətənə bitkilərindən qurudub əldə etdiyi narkotik vasitə qurudulmuş marixuana, həmçinin həmin sellofan bağlamanın içərisində 01 ədəd kibrit qutusunda və 01 ədəd xırda sellofan torbada narkotik tərkibli çətənə bitkisinin toxumları aşkar edilmişdir. O, polis əməkdaşlarına həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, quru halda olan bitki kütlələrinin narkotik vasitə qurudulmuş marixuana olduğunu, narkotik tərkibli çətənə bitkilərini şəxsi istifadəsi üçün əkdiyini, hər hansı şəxsə narkotik vasitə satmadığını və narkotik vasitə qurudulmuş marixuananı isə istifadə etməsi üçün əkdiyi narkotik tərkibli çətənə bitkisinin hissələrindən əldə etdiyini bildirmişdir. Baxış keçirilməsində iştirak edən aqronom-mütəxəssis İsmayıllı Rayon Dövlət X6 bitkiçilik sektorunun baş məsləhətçisi Rəşid Zülfüqarlı həmin bitkilərin narkotik tərkibli çətənə bitkisinə oxşadığını və aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Daha sonra 19 (on doqquz) ədəd narkotik tərkibli çətənə bitkisi, 01 ədəd kök və kəsilmiş gövdədən ibarət narkotik tərkibli çətənə bitkisinin hissəsi, 02 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkinin hissəsi, 01 ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuana, kibrit qutusunda və 01 ədəd sellofan torbada olan çətənə bitkisinin toxumları müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, İsmayıllı Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkilərini əkib-becərməsi və yaşadığı evdə narkotik vasitə saxlaması barədə 27 avqust 2024-cü il tarixdə İsmayıllı Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs evinin qarşısına sonuncuya yaxınlaşıb yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi və yaşadığı evdə narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu bildirib yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirəcəklərini demişlər, sonuncu isə etiraz etməmiş və bu barədə ərizə yazaraq təqdim etmişdir. Bundan sonra polis əməkdaşlarının və aqronom-mütəxəssisin iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman evin qarşısında yerdə 01 ədəd dibçəkdə 01 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki, bostan bitkilərini əkdiyi yerdə 07 ədəd dibçəkdə ümumilikdə 12 ədəd və bostan bitkilərinin arasında yerdə 02 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki aşkar olunmuş və qeyd olunan narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər kökündən çıxarılmışdır. Daha sonra isə evin ikinci mərtəbəsində eyvanda 02 ədəd dibçəyin hər birində 02 ədəd olmaqla, ümumilikdə 04 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki, həmin dibçəklərdən birində 01 ədəd gövdədən kəsilmiş köklü narkotik tərkibli çətənə bitkisinə oxşar bitkinin hissəsi, habelə qeyd olunan dibçəyin yanında 02 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkinin hissələri aşkar edilmişdir. Ardınca isə evin 1-ci mərtəbəsində yerləşən yataq otağında olan stolun alt hissəsindəki 01 ədəd sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, həmçinin həmin sellofan bağlamanın içərisində 01 ədəd kibrit qutusunda və 01 ədəd xırda sellofan torbada narkotik tərkibli çətənə bitkisinin toxumlarına oxşar toxumlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, quru halda olan bitki kütlələrinin narkotik vasitə qurudulmuş marixuana olduğunu, narkotik tərkibli çətənə bitkilərini şəxsi istifadəsi üçün əkdiyini, hər hansı şəxsə narkotik vasitə satmadığını və narkotik vasitə qurudulmuş marixuananı isə istifadə etməsi üçün əkdiyi narkotik tərkibli çətənə bitkisinin hissələrindən əldə etdiyini bildirmişdir. Baxış keçirilməsində iştirak edən aqronom-mütəxəssis İsmayıllı Rayon Dövlət X6 bitkiçilik sektorunun baş məsləhətçisi Rəşid Zülfüqarlı həmin bitkilərin narkotik tərkibli çətənə bitkisinə oxşadığını, aqrotexniki qaydada qulluq edildiyini, su və gübrə verildiyini və diblərinin alaq otlarından təmizləndiyini bildirmişdir. Daha sonra 19 (on doqquz) ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki, 01 ədəd kök və kəsilmiş gövdədən ibarət narkotik tərkibli çətənə bitkisinə oxşar bitkinin hissəsi, 02 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkinin hissəsi, 01 ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, kibrit qutusunda və 01 ədəd sellofan torbada olan çətənə bitkisinin toxumlarına oxşar toxumlar müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27 avqust 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə İsmayıllı Rayon Polis Şöbəsinə İsmayıllı rayonunun Basqal qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə saxlaması və qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini kultivasiya etməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 27 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş həyətyanı sahəyə və evə baxış keçirilməsi haqqında 27 avqust 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən fərdi yaşayış evinə və evin həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman evin qarşısında yerdə 01 ədəd dibçəkdə 01 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki, bostan bitkilərini əkdiyi yerdə 07 ədəd dibçəkdə ümumilikdə 12 ədəd və bostan bitkilərinin arasında yerdə 02 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki, evin ikinci mərtəbəsində eyvanda 02 ədəd dibçəyin hər birində 02 ədəd olmaqla, ümumilikdə 04 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki, həmin dibçəklərdən birində 01 ədəd gövdədən kəsilmiş köklü narkotik tərkibli çətənə bitkisinə oxşar bitkinin hissəsi, habelə qeyd olunan dibçəyin yanında 02 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkinin hissələri, evin 1-ci mərtəbəsində yerləşən yataq otağında olan stolun alt hissəsindəki 01 ədəd sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, həmçinin həmin sellofan bağlamanın içərisində 01 ədəd kibrit qutusunda və 01 ədəd xırda sellofan torbada narkotik tərkibli çətənə bitkisinin toxumlarına oxşar toxumlar aşkar edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş aqronom-mütəxəssis X3 tərəfindən tərtib edilmiş 27 avqust 2024-cü il tarixli rəydən görünür ki, həmin tarixdə İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman 19 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki, 01 ədəd gövdədən kəsilmiş köklü narkotik tərkibli çətənə bitkisinə oxşar bitkinin hissəsi və 02 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkinin hissələri aşkar olunmuş, həmin bitkilərə qulluq göstərilməsi, su verilməsi, diblərinin alaq otlarından təmizlənməsi və aqrotexniki qaydada qulluq edilməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 28 avqust 2024-cü il tarixli 17/745 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş 19 ədəd ....bitkilər və 01 ədəd bitki kökü....” sözləri, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisində 19 (on) doqquz ədəd, uzunluqları 44 santimetrdən 149 santimetrədək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 1405,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, 01 (bir) ədəd uzunluğu 24 santimetr, yaş vəziyyətdə təmiz çəkisi 22,46 qram olan yarpaqsız kök və kəsilmiş gövdədən ibarət bitki hissəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsidir və həmin bitki hissəsi bütov bitki nümunəsi hesab edilmir. Tədqiqata təqdim olunmuş, 19 (on doqquz ) ədəd çətənə bitkisi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd yarpaqsız, kök və gövdədən ibarət olan çətənə bitkisinin hissəsinin üzərində yarpaqlar olmadığından həmin obyektlə 19 (on doqquz) ədəd çətənə bitkisinin müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş 02 ədəd bitki gövdəsi....” sözləri, adlar və imzalar olan 01 (bir) sintetik kisənin içərisindəki 02 (iki) ədəd uzunluqları 85 santimetr və 87 santimetr, quru vəziyyətdə olmaqla, ümumi təmiz çəkisi 45,22 qram olan yarpaqlı bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir və həmin bitki hissələri bütöv bitki nümunəsi hesab edilmir. Tədqiqata təqdim olunmuş, 02 (iki) ədəd yarpaqlı çətənə bitkisinin hissələri tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, 02 (iki) ədəd yarpaqlı çətənə bitkisinin hissələri və 19 (on doqquz) ədəd çətənə bitkisi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd yarpaqsız, kök və gövdədən ibarət olan çətənə bitkisinin hissəsinin üzərində yarpaqlar olmadığından həmin obyektlə 02 (iki) ədəd yarpaqlı çətənə bitkisinin hissələrinin müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmadı. X4 27 avqust 2024-cü il tarixli rəyinə əsasən, təqdim edilmiş çətənə (kannabis) bitkilərinə və çətənə (kannabis) bitkisinin hissələrinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Vət Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş 01 ədəd sellofan torbada....” yazısı, adlar və imzalar olan 01 ədəd sellofan bağlamanın içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi 63,84 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 (bir) ədəd kibrit qutusunda və sellofana bükülmüş 01 (bir) ədəd kağız bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,41 qram və 3,70 qram olmaqla, ümumi təmiz çəkisi 4,11 qram olan bitki toxumları narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Təqdim olunmuş 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuana ilə 19 (on doqquz) ədəd çətənə bitkisi və 02 (iki) yarpaqlı bitki hissələri tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 01 (bir) yarpaqsız, kök və gövdədən ibarət olan çətənə bitkisinin hissəsinin üzərində yarpaqlar olmadığından həmin obyektlə təqdim edilmiş 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuananın müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim olunmuş çətənə (kannabis) bitksinin toxumları narkotik vasitələrə aid olmadığından onların digər obyektlərlə müqayisəli (eynilik) tədqiqatı aparılmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 28 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.1 və 237.2.3-cü maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayında İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən yaşadığı evin həyətində şəxsi istifadəsi üçün torpaq sahəsində, dəmir və plasmas dibçəklərdə çətənə bitkisinin toxumlarını əkib-becərməsi və aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan saxlaması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 24 noyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 188, 234.2 və 237.2.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.6-cı maddəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 109.1-ci bəndinə əsasən, təmiz halda 5 qram və daha artıq, lakin 500 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar təşkil edir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının tərkibində narkotik maddələr olan bitkilərə aid olan İİİ Siyahısının 1.2-ci bəndinə əsasən, 16-800 ədəd (31- 1550 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 08 nömrəli Qərarının 21-ci bəndinə əsasən, CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 27 avqust 2024-cü il tarixdə İsmayıllı Rayon Polis Şöbəsinə İsmayıllı rayonunun Basqal qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə saxlaması və qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən fərdi yaşayış evinə və həmin evin həyətyanı sahəsinə baxış keçirilən zaman narkotik vasitə qurudulmuş marixuana və aqrotexniki qaydada qulluq göstərilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 27 avqust 2024-cü il tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən fərdi yaşayış evinə və həmin evin həyətyanı sahəsinə baxış keçirilib narkotik vasitə qurudulmuş marixuananın və narkotik tərkibli çətənə (kannabis) bitkilərinin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş, habelə qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda hazırlayaraq əldə etmiş və saxlamışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni əldə edərkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın bir ədəd sellofan bağlamada olmasını, elektron tərəzinin aşkar olunmamasını, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsini, digər tərəfdən təqsirləndirilən şəxsin özünün narkotik vasitədən istifadə etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni satış məqsədi ilə deyil, məhz şəxsi istifadəsi üçün əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Habelə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından da göründüyü kimi 27 avqust 2024-cü il tarixdə saat 18 radələrində İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə və evin həyətyanı sahəsinə baxış keçirilərkən qəsdən qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 1405 qram olmaqla, külli miqdar təşkil edən cəmi 19 (on doqquz) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisi, evin eyvanında saxladığı quru vəziyyətdə təmiz çəkisi 45,22 qram təşkil edən 02 (iki) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinin hissələri və dibçəkdə yaş vəziyyətdə təmiz çəkisi 22,46 qram təşkil edən 01 (bir) ədəd çətənə bitkisinin yuxarı hissəsi kəsilmiş vəziyyətdə olan kök və gövdə hissəsi, evin birinci mərtəbəsində satış məqsədi olmadan şəxsi istifadəsi üçün 01 (bir) ədəd sellofan bağlamada saxladığı 63,84 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana ilə yanaşı, həmin yerdə saxladığı 01 (bir) ədəd kibrit qutusunun içərisinə və 01 (bir) ədəd sellofan torbaya yığılmış cəmi 4,11 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumları da aşkar edilmiş və götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 28 avqust 2024-cü il tarixli 17/745 nömrəli rəyində 01 (bir) ədəd kibrit qutusunda və sellofana bükülmüş 01 (bir) ədəd kağız bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,41 qram və 3,70 qram olmaqla, ümumi təmiz çəkisi 4,11 qram olan bitki toxumlarının narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olması və çətənə (kannabis) bitkisinin toxumlarının narkotik vasitələrə aid olmaması qeyd edilmişdir. Qeyd olunmalıdır ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülən ittihamdan evin birinci mərtəbəsində saxladığı 01 (bir) ədəd kibrit qutusunun içərisinə və 01 (bir) ədəd sellofan torbaya yığılmış cəmi 4,11 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarının aşkar edilərək götürülməsinə dair bənd çıxarılmalıdır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda hazırlayaraq əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını əldə edib həmin bitkiləri kultivasiya etmək qərarına gəlmiş, bu məqsədlə 2024-cü ilin aprel ayında, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda özünə məxsus İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində 10 (on) ədəd dibçəyə torpaq doldurub əkin üçün yararlı vəziyyətə gətirərək, istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarının bir hissəsini həmin dibçəklərdə, çətənə bitkisinin toxumlarının bir hissəsini isə həyətyanı torpaq sahəsində bostan bitkilərinin arasında qanunsuz olaraq əkib, 02 (iki) ədəd dibçəyi evin ikinci mərtəbəsinin eyvanında, 01 (bir) ədəd dibçəyi evin qarşısında, 07 (yeddi) ədəd dibçəyi isə həyətyanı torpaq sahəsində bostan bikilərinin arasında saxlayaraq, torpaq sahəsində yetişən 02 (iki) ədəd və dibçəkdə yetişən 18 (on səkkiz) ədəd olmaqla, ümumilikdə külli miqdar təşkil edən cəmi 20 (iyirmi) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinə gübrə və su verməklə, alaq otlarından təmizləməklə aqrotexniki qaydada qulluq edərək yetişdirməklə 44 santimetrdən 149 santimetrədək hündürlüyə çatdıraraq qəsdən qanunsuz olaraq kultivasiya etmiş, bundan sonra evin eyvanında 01 (bir) ədəd dibçəkdə olan yetişdirərək kultivasiya etdiyi 03 (üç) ədəd çətənə bitkisindən bir ədəd çətənə bitkisinin 02 (iki) ədəd budağını gövdədən kəsib həmin 02 (iki) ədəd çətənə bitkisinin hissələrini evin ikinci mərtəbəsinin eyvanında, taxta döşəmənin üzərində saxlamış, habelə həmin çətənə bitkisi hissələrinin yarpaqlarından yığıb toplayaraq qurutmaqla satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün kustar üsulla qəsdən qanunsuz olaraq xeyli miqdar təşkil edən 63,84 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı hazırlayıb əldə edərək evin birinci mərtəbəsində, yataq otağında olan stolun alt hissəsində sellofan bağlamada gizlədərək saxlamış, 27 avqust 2024-cü il tarixdə saat 18 radələrində İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun yaşadığı fərdi yaşayış evinə və evin həyətyanı sahəsinə baxış keçirilərkən qəsdən qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 1405 qram olmaqla, külli miqdar təşkil edən cəmi 19 (on doqquz) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisi, evin eyvanında saxladığı quru vəziyyətdə təmiz çəkisi 45,22 qram təşkil edən 02 (iki) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinin hissələri və dibçəkdə yaş vəziyyətdə təmiz çəkisi 22,46 qram təşkil edən 01 (bir) ədəd çətənə bitkisinin yuxarı hissəsi kəsilmiş vəziyyətdə olan kök və gövdə hissəsi və evin birinci mərtəbəsində satış məqsədi olmadan şəxsi istifadəsi üçün 01 (bir) ədəd sellofan bağlamada saxladığı 63,84 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri CM-in 234.1 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə CM-in 234.1-ci maddəsində göstərilən cinayət əməli az ağır, CM-in 237.2.3-cü maddəsində göstərilən cinayət əməli isə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, İsmayılov X5 rayonunun Basqal qəsəbəsində yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, həmin şəxs qeyd olunan cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.1-ci maddəsində göstərilən cinayət əməli az ağır, CM-in 237.2.3-cü maddəsində göstərilən cinayət əməli isə ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 27 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 27 avqust 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 27 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 26 noyabr 2024-cü il tarixli 1895 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə marixuanadan epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 23 oktyabr 2024-cü il tarixli PHŞ-18-1-47/2-1185/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və onun narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığından bununla əlaqədar ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalı, lakin o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 23 oktyabr 2024-cü il tarixli PHŞ-18-1-47/2-1185/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanınma haqqında 29 avqust 2024-cü il tarixli qərardan görünür ki, çəkisi 63,82 qram olan qurudulmuş marixuana, çəkisi 4,11 qram olan çətənə bitkisinin toxumları, çəkisi 1404,62 qram olan 19 ədəd çətənə bitkisi, çəkisi 22,44 qram olan 01 ədəd kök və gövdədən ibarət çətənə bitkisinin hissəsi və çəkisi 45,18 qram olan 02 ədəd çətənə bitkisinin hissəsi həmin tarixdə maddi sübut qismində tanınmış və saxlanılması üçün İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrə aid olan İ Siyahısının 146-cı bəndinə əsasən marixuana (kannabis) Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan, çəkisi 63,82 qram olan qurudulmuş marixuana, çəkisi 4,11 qram olan çətənə bitkisinin toxumları, çəkisi 1404,62 qram olan 19 ədəd çətənə bitkisi, çəkisi 22,44 qram olan 01 ədəd kök və gövdədən ibarət çətənə bitkisinin hissəsi və çəkisi 45,18 qram olan 02 ədəd çətənə bitkisinin hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə isə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 27 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan, çəkisi 63,82 qram olan qurudulmuş marixuana, çəkisi 4,11 qram olan çətənə bitkisinin toxumları, çəkisi 1404,62 qram olan 19 ədəd çətənə bitkisi, çəkisi 22,44 qram olan 01 ədəd kök və gövdədən ibarət çətənə bitkisinin hissəsi və çəkisi 45,18 qram olan 02 ədəd çətənə bitkisinin hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar