Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-12/2022 04.03.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X19, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X12, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X13, xx xxxxxx 1992-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin 13.12.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 05.08.2020-ci il tarixdə cəzadan 04 ay 06 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatında olmaqla, ünvan 2da yaşamış, həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxx 1969-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4aşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 465 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, yəni 30,232 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini, həmçinin satış məqsədi ilə qanunsuz olaraq 0,082 qram çəkidə psixotrop maddə metamfetamin əldə edərək, 465 qram çəkidə narkotik vasitə tiryəki və 30,232 qram çəkidə narkotik vasitə – heroini daşıyaraq yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov prospekti 5 №-li evin 26 №-li mənzilinə aparıb, həmin mənzilin yataq otağında olan dolabın rəfində 1 ədəd ağ rəngli selofanın içərisində ayrı-ayrılıqda 2 ədəd şəffaf selofanlara bükülmüş vəziyyətdə gizlədərək saxlamış, 1 ədəd qara rəngli selofan bükümdə olan 0,082 qram çəkidə psixotrop maddə - metamfetamini əynindəki boz rəngli cins şalvarın sağ yan cibində saxlayaraq daşımış, bundan sonra o, vahid niyyətlə əhatə olunan qəsdlə yenidən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin əldə etmək məqsədi anası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 09.02.2021-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə taksi fəaliyyəti ilə məşğul olan, cinayətin törədilməsində iştirakçılığı olmayan Mingəçevir şəhəri, A.Məmmədov küçəsi ev 3A №-li evin, 15№-li mənzilində yaşayan tanışları X8 idarə etdiyi «Naz Lifan» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhərindən ünvan 5 ünvanında yerləşən «Araz» supermarketdə quraşdırılmış «Milliön» elektron ödəmə sistemi vasitəsi ilə cinayətin törədilməsində heç bir iştirakı olmayan X7 adlı şəxsin bankomat kartı hesabına 700 (yeddi yüz) manat məbləğdə pul köçürüb, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən narkotik vasitə - heroin sifariş verdikdən sonra, həmin narkotik vasitə – heroini ona satacağını öhdəsinə götürən şəxsiyyəti istintaqa məlum olmayan həmin şəxs, ona satacağı narkotik vasitə - heroini Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 126 saylı yaşayış binasının 2-ci blokunda yerləşən elektrik qutusunun arxa hissəsində gizlədilməsi barədə «Mikayıl» adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan İran İslam Respublikasına məxsus +**********39 nömrəsində qeydiyyatdan keçmiş «Whatsapp» proqramına səsli mesajla məlumat verdikdən sonra, «Mikayıl» adlı şəxs həmin səsli mesajı ona göndərmiş, bundan sonra o, səsli mesajda qeyd olunan ünvana gedərək, oradan bir ədəd şəffaf sellofana qablaşdırılmış narkotik vasitə - heroini həmin yerdən götürüb, qanunsuz əldə etdikdən sonra, həmin narkotik vasitə heroinin üzərindən istintaqa məlum olmayan hissəsini götürərək özü istifadə etdikdən sonra, qalan, anası ilə birlikdə qanunsuz olaraq satış məqsədi ilə əldə etdikləri 123,42 qram çəkidə narkotik vasitə - heroinin üzərindən 0,208 qram hissəsini satış məqsədi ilə götürərək əynindəki boz rəngli cins şalvarın sağ yan cibində qanunsuz olaraq saxlayaraq, daşımış, selofanda qalan satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 123,212 qram olan külli miqdarda narkotik vasitə heroini anası Təqsirləndirilən şəxs2 ilə birlikdə sərnişin qismində getdikləri Seymur Rüstəmova məxsus avtomobilin arxa oturacağının üzərində anası Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlayıb, Bakı şəhərindən Mingəçevir şəhərinə daşımış, 10.02.2021-ci il tarixdə saat 07:30 radələrində Mingəçevir şəhərinə daxil olan zaman Mingəçevir ŞPŞ-nin CABnın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Gəncə şossesində «Yol maşınları» zavodunun yaxınlığında Seymur Rüstəmova məxsus avtomobil saxlanılan zaman, Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının oturacağın üzərindəki həmin 123,212 qram çəkidə olan narkotik vasitə-heroini aşkar etməmələri üçün, oradan götürərək əynindəki jaketin sol yan cibində gizlədərək saxlamış, ŞPŞ-nin əməkdaşları Seymur Rüstəmova məxsus avtomobil, salonda olan şəxslərlə birlikdə Mingəçevir ŞPŞ-nin inzibati binasının həyətinə gətirildikdən sonra, Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən şəhər polis şöbəsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq saxladığı və daşıdığı ümumi təmiz çəkisi 0,208 qram miqdarda narkotik vasitə - heroin, satış məqsədi ilə saxladığı və daşıdığı 0,082 qram çəkidə psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüş, həmçinin Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman ümumi təmiz çəkisi 123,212 qram külli miqdarda satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edib, saxladığı və daşıdığı narkotik vasitə - heroin Təqsirləndirilən şəxs2 əynində olan jaketin sol yan cibindən aşkar edilərək götürülmüş, bundan başqa davam edən əməliyyataxtarış tədbirləri zamanı razılıq ərizəsi əsasında onun yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov prospekti 5 №-li evin 26 №-li mənzilinə baxış keçirilərkən mənzilin yataq otağında olan dolabın rəfində 1 ədəd ağ rəngli selofanın içərisində ayrı-ayrılıqda 2 ədəd şəffaf sellofanda saxladığı təmiz çəkisi 30,232 qram olan küstar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə - heroin və təmiz çəkisi 465 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə - tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin əldə etmək məqsədi ilə oğlu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 09.02.2021-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs1lə birlikdə taksi fəaliyyəti ilə məşğul olan, cinayətin törədilməsində iştirakçılığı olmayan Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 3 A №-li evin, 15 №-li mənzilində yaşayan tanışları X8 idarə etdiyi «Naz Lifan» markalı, **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhərindən ünvan 5 ünvanında yerləşən «Araz» supermarketdə quraşdırılmış «Milliön» elektron ödəmə sistemi vasitəsi ilə cinayətin törədilməsində heç bir iştirakı olmayan X7 adlı şəxsin bankomat kartı hesabına 700 (yeddi yüz) manat məbləğdə pulu Təqsirləndirilən şəxs1lə birlikdə köçürüb, Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən narkotik vasitə - heroin sifariş verdikdən sonra, həmin narkotik vasitə - heroini Təqsirləndirilən şəxs1 satacağını öhdəsinə götürən şəxsiyyəti istintaqa məlum olmayan həmin şəxs, onlara satacağı narkotik vasitə - heroini Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 126 saylı yaşayış binasının 2-ci blokunda yerləşən elektrik qutusunun arxa hissəsində gizlədilməsi barədə «Mikayıl» adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan İran İslam Respublikasına məxsus +**********39 nömrəsində qeydiyyatdan keçmiş«Whatsapp» proqramına səsli mesajla məlumat verdikdən sonra, «Mikayıl» adlı şəxs həmin səsli mesajı Təqsirləndirilən şəxs1 göndərmiş, bundan sonra o, Təqsirləndirilən şəxs1lə birlikdə səsli mesajda qeyd olunan ünvana gedərək, o, X8 idarə etdiyi «Naz Lifan» markalı, **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda gözləmiş, Təqsirləndirilən şəxs1 isə avtomobildən düşüb qeyd olunan ünvandan bir ədəd şəffaf sellofana qablaşdırılmış narkotik vasitə - heroini həmin yerdən götürüb, qanunsuz əldə etmiş, həmçinin, Təqsirləndirilən şəxs1 əldə etdikləri narkotik vasitə – heroinin üzərindən istintaqa məlum olmayan hissəsini götürərək özü istifadə etdikdən və qalan qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda əldə etdikləri 123,42 qram çəkidə narkotik vasitə – heroinin üzərindən 0,208 qram hissəsini əynindəki boz rəngli cins şalvarın sağ yan cibinə qoyduqdan sonra, Təqsirləndirilən şəxs1lə birlikdə qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi qalan təmiz çəkisi 123,212 qram olan külli miqdarda narkotik vasitə - heroini Təqsirləndirilən şəxs1lə birlikdə sərnişin qismində getdikləri Seymur Rüstəmova məxsus avtomobilin arxa oturacağının üzərində saxlayıb, Bakı şəhərindən Mingəçevir şəhərinə daşımış, 10.02.2021-ci il tarixdə saat 07:30 radələrində Mingəçevir şəhərinə daxil olan zaman Mingəçevir ŞPŞ-nin CAB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Gəncə şossesində «Yol maşınları» zavodunun yaxınlığında Seymur Rüstəmova məxsus avtomobil saxlanılan zaman, o, polis əməkdaşlarının oturacağın üzərindəki həmin 123,212 qram çəkidə narkotik vasitə - heroini aşkar etməmələri üçün, oradan götürərək əynindəki jaketin sol yan cibində gizlədərək saxlamış, ŞPŞ-nin əməkdaşları Seymur Rüstəmova məxsus avtomobil, salonda olan şəxslərlə birlikdə Mingəçevir ŞPŞ-nin inzibati binasının həyətinə gətirildikdən sonra, Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən şəhər polis şöbəsinin inzibati binasında onun və oğlu Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etdiyi, saxladığı və daşıdığı külli miqdarda, yəni 123,42 qram çəkidə narkotik vasitə-heroinin 123,212 qram hissəsi onun əynində olan jaketin sol yan cibindən, 0,208 qram hissəsi isə Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işgəncəyə məruz qaldığını və ona görə də etirafedici ifadə vermək məcburiyyətində qaldığını qeyd etmiş, əslində yalnız avtomobildən aşkar olunan narkotik vasitənin ona məxsus olduğunu, onun da çəkisinin az olduğunu, ağrıları olduğu üçün özü istifadə etmək üçün aldığını, lakin polis əmkdaşları tərəfindən həmin kütlənin çəkisinin artırıldığını, evindən aşkar olunan narkotik vasitələrin isə ona aid olmadığını, anası Təqsirləndirilən şəxs2 da onunla heç bir əlaqəsinin olmadığnı, onunla birlikdə narkotik vasitə əldə etmədiyini, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmədiklərini, özünün narkotik vasitə istifadəçisi olduğunu, amma narkotik vasitə satmadığını bildirmiş və qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə məhkəməyədək icraat zamanı göstərdikləri arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və Təqsirləndirilən şəxs1 həmin ifadəsində özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün dəfələrlə cinayət məsuliyyətinə cəlb edilmişdir. Hazırda da narkotik vasitələrdən istifadə edir. Gün ərizində təxminən 0,5 qram narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitələrdən istifadə etdiyi üçün “İnstagram” sosial şəbəkəsində narkotik vasitələrin satışı ilə məğul olan şəxslərlə tanış olmuşdur. Belə ki, həmin şəxslərdən biri özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim etmişdir. O, həmin şəxslə Whatsapp sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayıb Bakı şəhərinə gedərək həmin şəxsdən özü istifadə etmək üçün narkotik vasitə və psixotrop maddə əldə etmişdir. Lakinhəmin şəxsi şəxsən tanımır. Həmin şəxslə və ya həmin şəxsin tanışı olan Mikayıl adlı şəxslə yalnız sosial şəbəkələrdə əlaqə saxlamışdır. Həmin şəxslər də ona müxtəlif şəxslərin adına olan bank kartlarının şəkillərini çəkib göndərmişlər, o da həmin kartlara elektron ödəmə portallarından pul yüklədikdən sonra Bakı şəhərinə gedib oradaolarkən həmin şəxslər narkotik vasitə və ya psixotrop maddələri gizlətdikləri yerin şəklini çəkib ona göndərmişlər, həmçinin telefon və ya səsli sms vasitəsi ilə narkotik vasitəni gizlətdikləri yeri izah etmişlər. O da narkotik vasitənin gizlədildiyi ünvana gedib həmin ünvandan narkotik vasitələri götürüb Mingəçevir şəhərinə qayıtmişdir. 09.02.2021-ci il tarixdə həmin şəxslərdən həm Mikayıl həm də Murtaza ilə Whatsapp sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, ona narkotik vasitə verə biləcəklərini dedikdən sonra axşam saatlarında tanışı şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olan Seymur adlı şəxsə zəng edib onu Bakı şəhərinə aparıb gətirməsi barədə razılaşmışlar. Aralarında olan razılığa əsasən Seymur onu Bakı şəhərinə aparıb gətirməli, bunun müqabilində isə o, Seymura 100 manat məbləğdə pul verməliymiş. Seymura onu şəhərin Yevlax rayonu, Xaldan qəsəbəsi istiqamətində çıxacağında “Alaqapı” deyilən yerdə gözləməsinibildirmişdir. 09.02.2021-ci il tarixdə axşam saatlarında yaşadığı mənzilə gedib anasına Bakı şəhərinə dərman almaq üçün getməli olduğunu bildirmişdir. Anası da ona birlikdə Bakı şəhərinə gedəcəyini dedikdən sonra o, anası ilə birlikdə yaşadıqları mənzildən çıxıb binanın yaxınlığında taksi saxlayıb anası ilə birlikdə taksiyə əyləşmişlər. Belə ki, Seymurla aralarında olan razılığa əsasən Seymur onları Mingəçevir şəhərinin Yevlax rayonu Xaldan qəsəbəsi istiqamətində çıxışında “Alaqapı” deyilən ərazidə gözləməliymiş. Anasıyla birlikdə taksiylə şəhərin çıxacağına getmişlər. Seymur orada onları özünə məxsus «Naz Lifan» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə gözləmişdir. O, anası ilə birlikdə Seymurun avtomobilinə əyləşmişlər. Seymur avtomobili sürüb Bakı şəhərinə getmişlər. Bakı şəhərinə çatdıqda o, narkotik vasitə alacağı şəxslə təkrarən əlaqə saxladıqda həmin şəxs ona X5 məxsus plastik kartın şəklini çəkib göndərərərək onasatacağı narkotik vasitə üçün ödəyəcəyi pulu həmin karta köçürməyini bildirmişdir. Həmçinin pul kartın hesabına keçəndən sonra həmin şəxs ona narkotik vasitə heroini verəcəyini də demişdir. O da Bakı şəhəri çatıb Yasamal rayonunda yerləşən “Araz” marketdəki “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə X3 adına olan kart hesabına 700 manat məbləğdə pul köçürmüşdür. Daha sonra həmin şəxs, yəni Mikayıl adlı şəxs Whatsapp sosial şəbəkəsi vasitəsi ilə narkotik vasitəni götürüləcək ünvana yerləşdirmiş şəxs tərəfindən narkotik vasitənin gizlədilməsi yerinin izah olunması barədə Mikayıl adlı şəxsə Whatsapp sosial şəbəkəsi göndərdiyi səsli smsi sonuncu da ona göndərmişdir. ərək narkotik vasitəni gizlədildiyi yeri izah etmişdir. Həmin şəxs ona narkotik vasitəni Bakı şəhəri Yasamal rayonunda yerləşən İran Klinikasının yaxınlığındakı bina ilə 150 metr qabağa gedib həmin binanın baş tərəfində yerləşən X22 filialının inzibati binasının yanından sona dönüb öz sol istiqamətində olan binanın sonuncu blokuna girib orada olan elektrik şitinin arxasında gizlədildiyini bildirmişdir. Həmçinin,ona bloka daxil olmaq üçün giriş qapısının şifrələrini də demişdir.O da həmin şəxsin dediyi ünvana getmiş, orada avtomobili saxladıqdan sonra anası ilə Seymur avtomobildə əyləşib gözləmişlər o, isə avtomobildən bayıra çıxıb həmin şəxsin dediyi yerdən bir ədəd bükümdə olan narkotik vasitə heroini götürmüşdür. Daha sonra avtomobilə əyləşib Mingəçevir şəhərinə geri qayıtmışlar. Yolda narkotik vasitədən bir qədərini istifadə edərək qalan hissəsini isə cibinə qoymuşdur. Mingəçevir şəhərinə qayıdıb Gəncə şossesi ilə şəhərə daxil olarkən sərnişini olduqları avtomobili polis əməkdaşları saxlatmışlar. Həmin vaaxto, anası ilə birlikdə arxa oturacaqda əyləşmişdir. Narkotik vasitə də əlində olmuşdur. Polis əməkdaşlarının sərnişini olduqları avtomobili saxlatdığını görən anası dərhal onun yanında olan narkotik vasitəni götürüb öz cibinə qoymuşdur. Lakin, anası həmin bükümdə narkotik vasitə olmasını bilməmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər. Polis Şöbəsində onun üzərinə şəxsi axtarış keçirilməsi təklif olunmuş, o da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Daha sonra şəxsi axtarış keçirilərkən videoçəkilişdən də istifadə ediləcəyi ona bildirilmiş, o da üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki cins şalvarın sağ yan cibindən “Samsung A 21s” markalı mobil telefon, 3 ədəd bir manatlıq əskinas, 1 ədəd siqaretin qara rəngli kağız bükümü, 1 ədəd ağ rəngli içərisində narkotik vasitə olan büküm, sol cibindən 1 ədəd alışqan, 1 ədəd “Vant” markalı siqaret qutusu, arxa cibindən 1 ədəd “İphone 5S” markalı mobil telefon, üzərində olan əl çantasından isə 1 ədəd telefon qulaqcığı, çantada olan pul kisəsindən 1 ədəd qəbz, 120 manat pul aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş siqaretin qara rəngli kağız bükümü və ağ rəngli kağız bükümə baxılarkən bükümlərdəkinin kəskin iyli kristallik maddə yəni narkotik vasitələr olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, üzərindən aşkar olunmuş narkotik vasitəni Bakı şəhəri, Yasamal rayonundan əldə etdiyini bildirmişdir. Beləki, ifadəsində də qeyd etdiyi kimi sosial şəbəkədə narkotik vasitəni almaq barədə razılaşdığı şəxs ona X6 məxsus plastik kartın şəklini ataraq narkotik vasitəni almaq üçün ödəyəcəyi pulu X3 adına olan karta köçürməyini bildirdiyi üçün o da həmin şəxsin adına Bakı şəhəri, Yasamal rayonunda yerləşən Araz supermarketdə quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə ödədikdən sonra yenə də həmin şəxsin bildirdiyi Bakı şəhəri Yasamal rayonunda yerləşən İran klinikasının yaxınlığındakı binanın blokundan götürdüyünü, Mingəçevir şəhəri ərazisində polis əməkdaşları onların sərnişini olduqları avtomobili saxlayarkən anasının narkotik vasitə olan bükümü götürdüyünü, yəni qalan hissəsinin anasında olduğunu bildirsə də, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddə onaməxsus deyil. Bundan sonra polis əməkdaşları ona yaşadığı mənzilə baxış keçirilməsini təklif etmişlər.O da yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməmişdir. Yaşadığı mənzilə baxış keçirilməzdən əvvəl ona mənzildə narkotik vasitə psixotrop maddə və ya saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya vardırsa çıxarıb könüllü təqdim etmək təklif edilmiş, o da yaşadığı mənzilin yataq otağındakı paltar dolabının rəfindən içərisində iki ədəd sellofan paketlər olan bir ədəd sellafon paket olduğunu bildirmişdir. Aşkar olunmuş sellafon paketin içərisində olan iki ədəd sellafon paketlər açılarkən bir ədəd sellafon paketin içərisindəkinin qəhvəyi rəngli, kəskin iyli kristallik maddə narkotik vasitə heroin, digərinin içərisindəkinin isə qara rəngli maddə yəni narkotik vasitə tiryək olduğu müəyyən edilmişdir. Sorğu zamanı həmin narkotik vasitələri də 2021ci ilin yanvar ayının sonlarında Bakı şəhəri Yasamal rayonunda yuxarıda qeyd etdiyi üsulla əldə etdiyini bildirmişdir. Daha sonra həmin aşkar olunmuş narkotik vasitələr elektron tərəzidə çəkilmiş, heroinin çəkisi31,82 qram, tiryəkin çəkisi isə 470 qram olmuşdur. Bundan sonra aşkar olunmuş narkotik vasitələr qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğuna o da imza etmişdir. Lakin, həmin narkotik vasitələr ona məxsus deyil. Həmçinin o, ifadəsində üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin, eləcə də yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitələr tiryək və heroinin özünə məxsus olmadığını, iş üzrə təyin edilmiş məhkəmə kiyəvi ekspertizasının müvafiq rəyində üzərindən, anası Təqsirləndirilən şəxs2 üzərindən eləcə də yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitələrin eyni tərkibli olduğu göstərilməsinə baxmayaraq həmin üzərindən və mənzildən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, anası Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, həmin bükümdə narkotik vasitə olmasından anası Təqsirləndirilən şəxs2 məlumatı olmadığını, Seymur adlı şəxsin də onun Bakı şəhərinə hansı məqsədlə getməsindən eləcə də üzərində narkotik vasitə olmasından məlumatı olmadığını, üzərindən aşkar olunmuş Samsung A 21s markalı telefonun özünə məxsus olduğunu, həmin telefonda olan sosial şəbəkələr vasitəsi ilə danışıqların, eləcə də foto video çəkilişlərin özü tərəfindən icra edildiyini kirayədə yaşadığı mənzilin sahibi X14 mənzildə narkotik vasitə olub-olmamasından məlumatı olmadığını göstərmişdir. İfadəsinin davamında istifadəsində olan “Samsung A 21s” markalı telefonda olan Whatsapp tətbiqinin abonentlərdən Murtaza adıyla +**********8 mobil telefon nömrəsiylə qeyd olunmuş abonentə onun istifadəsində olmuş +99450 *** ** ** mobil telefon nömrəsi vasitəsi ilə “nağayrım qaqa dilxorçuluqdu neçəgündür, patı qalıbdır ancaq, patıyada zapret qoyublar satana, satmağa, kim satırsa patı çıxardıb döyürlər, dedim mənə aynoyun göndər 2000 pul göndərən gün, qayıtdı ki, patını dağıt patı qurtarsın ondan sonra nəbilim, nə mənə aynoyun vermək istəmir, patı da burdadı ürəyin istəyir göndərim, yada hara istəyirsən aparım qoyum, yadakı dursun satım pulunu göndərim, nə bilim bax da elə incidim əmidən ....kim kimə 2000 manat pul göndərər, səhər 1000 manat, axşam 1000 manat, dayanmadım sən öl hamıya mal satdım ki, emimin veziyyeti pisdi emime pul göndərim, aynoyunumu satıb qurtarmışam, kakosu, torpağı buna göndərmişəm mənə deyir yoxdur ” səsli smsi göndərilməsi, “”Patı”, “aynoyun”, “kakos”deyəndə nəyi nəzərdə tutması ilə bağlı verilmiş suala cavab olaraq, “Patı” deyəndə metamfetamin, “kakos”, “aynoyun”, “ torpaq” deyərkən isə narkotik vasitə heroini nəzərdə tutuğunu, həqiqətən də o, Murtaza adlı şəxsdən həmin zaman narkotik vasitə götürdüyünü, lakin, həmin narkotik vasitəni satmağa qorxduğu üçün sonradan geri qaytardığını bildirmişdir. Habelə,Mobil telefonun Whatsapp tətbiqinə baxış keçirilərkən Murtaza adı ilə abonentlərin siyahısında olan şəxsinonun istifadəsində olan +99450 *** ** ** mobil telefon nömrəsinə ”narahat olma sənlə biz qardaş deyib qardaş eşidirik, vəsair yoxdu eyy ortada vəsairlər tutulubdur, dünən də tutulbdur, qoymuşam videonu nəzərdə tutur, baxmadın” səsli smsi, daha sonra narkotik vasitrələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması ilə bağlı video sujeti göndərilməsi, həmin şəxs vəsair dedikdə nəyi nəzərdə tutması, eləcə də nəyə görə həmin şəxsinona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin hüquq mühafizə orqanları tərəfindən tutulduqdan sonra çəkilmiş videosujetini göndərilməsi ilə bağlı suala cavab olaraq həmin şəxsdən özü istifadə etmək üçün narkotik vasitə aldığını,həmin zaman da həmin şəxsdən yenədə narkotik vasitə istədiyini, lakin həmin şəxs ona narkotik vasitələrin hüquq mühafizə orqanları tərəfindən tutulduğunu bildirərək ona narkotik vasitə olmadığını dediyini, “Vəsair” dedikdə həmin şəxs narkotik vasitələri nəzərdə tutduğunu, videonu ona göndərməkdə məqsədi isə özündə narkotik vasitə olmadığını təsdiqləmək olduğunu bildirmişdir. Bundan başqa mobil telefonun Whatsapp tətbiqinə baxış keçirilərkən Murtaza adı ilə abonentlərin siyahısında olan şəxsin onun istifadəsində olan +99450 *** ** ** mobil telefon nömrəsinə “bizə biraz pul vur boşduyuq” ,“Bizə pul vur qurana and olsun borclu düşmümşük əlindəkini ucuzda olsa ver bizə pul vur” səsli smsi göndərməsi ila bağlı verilmiş suala cavab olaraq, adətən Murtaza adlı şəxsdən narkotik vasitə aldığını, bəzi hallarda pulu olmadığı üçün aldığı narkotik vasitənin pulunu sonradan verdiyini, aldığı narkotik vasitənınmüqabilində Murtazaya pul verməli olduğunu, yəni Murtazaya borclu qaldığını, bu səbəbdən də həmin şəxsin ondan pulunu istədiyini, özündə isə hər hansı narkotik vasitə olmadığı, narkotik vasitəni satmadığını, Murtazanın ona narkotik satmağı təklif etməsinin səbəbi barədə izah verə bilməyəcəyini bildirmişdir. Eyni zamanda, Mobil telefonun Whatsapp tətbiqinə baxış keçirilərkən onun istifadəsində olan +99450 *** ** ** mobil telefon nömrəsindən Whatsapp tətbiqi vasitəsi ilə Murtaza adıyla +**********8 mobil telefon nömrəsiylə qeydiyyatdan keçmiş abonentə “əlimdə nəsə qalıb ki, əlimdə ancaq daş qalıbdır, o daşada şəhərdə zapret qoyublar, ona görə də heç kəs üzə çıxarmır, gözləyirik beş üç gün görək nağayrırıq, başqa nəyim var ki, mənim torpağım iydi” səsli smsi göndərilməsi ilə bağlı, eləcə də “əlimdə ancaq daş qalıb” deyərkən nəyi nəzərdə tutması, torpaq deyərkən nəyi nəzərdə tutması ilə bağlı verilmiş suala cavab olaraq ”daş” dedikdə metamfetamini nəzərdə tutduğunu, həmin səs yazısında deməyinə baxmayaraq özünün hər hansı narkotik vasitə satmadığını, Murtazadan metamfetamini özü istifadə etmək məqsədi ilə götürdüyünü lakin, sonradan Murtaza ona həmin metamfetamini satmağı təklif etdiyi üçün geri qaytardığını bildirmişdir. Həmçinin,mobil telefonun Whatsapp tətbiqinə baxış keçirilərkən Murtaza adı ilə abonentlərin siyahısında olan şəxsin Whatsapp tətbiqi vasitəsi ilə onun istifadəsindəolan +99450 *** ** ** mobil telefon nömrəsinə “quran haqqı borcu düşmüşük camaata, mal zad götürə bilmirik, burda avara qalmışıq, gör elə aşağı istiyən olsa şey elə bizə pul vurda altı min yarım qalıb sənin bizə gör nətər eliyə bilirsən başıaa dönüm sənin .... gör iki günəcən onun hamısını vura bilərsən bizə vəziyyət xarabdır, borcluyuq camaata , borcda olandan sonra yenə yarım kilo torpaq verəcəm sənə narahat olma” məzmunlu səsli sms göndərməsinin səbəbi, həmin şəxsə borclu olub olmaması, həmin şəxs nəyə görə torpaq adlandırdığı narkotik vasitə heroindən ona yarım kilo verməyə söz verirməsiylə bağlı suala cavab olaraq son zamanlar yüksək dozada narkotik vasitə qəbul etdiyi üçün daima Murtazadan narkotik vasitə aldığını, bəzən aldığı narkotik vasitənin pulunu sonradan verdiyini, buna görə də aldığı narkotik vasitənin müqabilində borclu qaldığını, Murtaza adlı şəxsin ondan istədiyi pulun da Murtazaya borclu olduğu pul olduğunu bildirmişdir. O cümlədən, Mobil telefonun Whatsapp tətbiqinə baxış keçirilərkən Mikayıl İrmb adıyla +**********39 mobil telefon nömrəsiylə adı qeyd olunmuş abonentinWhatsapp tətbiqi vasitəsi ilə onun istifadəsində olan +99450 *** ** ** mobil telefon nömrəsinə 08 fevral 2021-ci il tarixdə saat 20:57-də “qaqaş bu karta yığ bax kartlar çox qalanda əvəz edirlər, yerbəyer elədin çəkib at mənə”, 09 fevral 2021-ci il 16:20-də “yığdım ey yığdım səni çox yığdım, nə vaxta qalmısan çıx get” səsli smsilərin hasnı səbəbdən göndərilməsi ilə bağlı suala cavab olaraq Murtazanın vasitəsi ilə sosial şəbəkədə Mikayıl adlı şəxslə tanış olduğunu, həmin şəxsdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu, həmin Mikayılın ona göndərdiyi bank kartlarına pul yükləyib Mikayıldan da narkotik vasitə aldığını, banklara aid kartları isə tez-tez dəyişdirildiyini, yəni hər dəfə müxtəlif şəxslərin adına bank kartlarının şəklini çəkib ona göndərildiyini, o da həmin karta pul yüklədiyini bildirmişdir. Eyni zamanda, mobil telefonun Whatsapp tətbiqinə baxış keçirilərkən Mikayıl İrmb adıyla +**********39 mobil telefon nömrəsiylə adı qeyd olunmuş abonentə göndərilmiş “salam meleykim, qaqaş demek iran klinikasının yanından yasamaldan elə o, səkiynən bax strelka göstərirgəlirsən yolu axıraycan bir 150-200 metr, çatırsan rabitə banka rabitə bankın yanından dönürsən öz soluva, soluva dönüb həyətə girirsən həyətə girən kimi sənin solunda 5 mərtəbəl var 1-ci blok yox 2-ci bloka girirsən şəkildə var şitin dalından götürürsən qapı bağlı olsanömrəli qapılardı, 1 3 5 eyni vaxta basırsan eyni vaxtda vse açılır qapı əlivi at şitin dalından arxeyin götür, amma girdin içəriqapını bağlıyarsan, çıxanda da qapını bağlıyarsan ” məzmunlu səslismsin hansı səbəbdən onun istifadəsində olan +99450 *** ** ** mobil telefon nömrəsinə göndərilməsi ilə bağlı suala cavab olaraq qeyd olunan məzmunlu smsi ona sonuncu dəfə narkotik vasitəni alarkən göndərildiyini,belə ki, həmin sms də onun narkotik vasitəni hansı ünvandan götürəcəyini ona izah etdiyini, o da sms-də qeyd olunan ünvandan narkotik vasitə heroini götürdüyünü bildirmişdir. Bundan başqa telefona baxış keçirilərkən qeyd olunan telefonun qalereya bölməsində 09.02.2021-ci il tarixdə saat 22:29-da bir nəfər qadın mobil telefonun üzərində X3 adına 700 manat pul yüklənilməsi barədə qəbzi tutması və onun istifadəsində olan mobil telefonla həmin qəbzin şəklinin kim tərəfindən hansı səbəbdən çəkilməsi ilə bağlı verilmiş suala cavab olaraq həmin şəkildəki qadının anası Arzu olduğunu, o, Mikayılın ona şəklini göndərdiyi X3 adına elektron ödəmə sistemindən pul yüklədikdən sonra yüklədiyi pulun qəbzini çəkib Mikayıla göndərməli olduğunu,həmin vaxtnarkotik vasitələrdən istifadə etdiyi üçün əli əsdiyinə görə anası qəbzi əlində tutduğunu, onun isə şəklini çəkib Mikayıla narkotik vasitə almaq üçün göndərdiyini bildirmişdir. Həmçinin, mobil telefonun Whatsapp tətbiqinə baxış keçirilərkən adı yazılmayan şəxsin +99455 *** **** mobil telefon nömrəsi ilə sms yazaraq narkotik vasitələrin həmin şəxsə satışını həyata keçirməsi və həmin şəxsində onunadınaolan Kapital Banka aid karta 30 manat pulu yükləməsi ilə bağlı elektron ödəmə sisteminin qəbzini göndərməsi iləbağlıverilmiş suala cavab olaraq həmin şəxsin kim olduğunu xatırlamadığını, telefon nömrəsininona tanış gəlmədiyini, ola bilsin ki, həmin şəxsin ona borcu olduğu üçün kartına pul yükləyib qəbzin şəklini çəkib ona göndərdiyini bildirmişdir. Habelə, mobil telefonun Whatsapp tətbiqinə baxış keçirilərkən abonentlər siyahısında Murtaza adı ilə qeydiyyatdan keçmiş şəxslə danışarkən həmin şəxsə gün ərzində 2 dəfə hər dəfə 1000 manat olmaqla ümumilikdə 2000 manat məbləğdə pul göndərdiyini bildirməsi, eyni xüsusatla bağlı telefonun yaddaşında X9 adına olan Kapital Bank kartına 06.02.2021-ci il tarixdə saat 16:39 ünvan 8 ünvanda yerləşən Sahibkar mağazasında qurlaşdırılmış Milliön ödəmə sistemi vasitəsi ilə 1000 manat, 06.02.2021-ci il tarixdə saat 23:14-də ünvan 9 ünvanda yerləşən “5+” mağazasında qurlaşdırılmış Milliön ödəmə sistemi vasitəsi ilə 1000 manat məbləğdə pulun yüklənilməsi barədə qəbzlərin şəkillərinin olması, X4 olması, nəyə görə həmin şəxsin adına olan karta pul yükləməsi ilə bağlı suala cavab olaraq Murtaza və Mikayıl adlı şəxslərdən narkotik vasitə heroin alarkən həmin şəxslərə pulu nəğd vermədiyini, belə ki, həmin şəxslər ona plastik bank kartlarının şəklini çəkib göndərdiklərini, o da əldə edəcəyi narkotik vasitələrin müqbilində ödəyəcəyi pulu göndərilən plastik bank kartlarına yüklədiyini, X10 tanımadığını, Səbinə Musayeva ilə hər hansı münasibəti olmadığını, X9 adına olan plastik bank kartına da qeyd olunan məbləğdə pulu da Murtaza və Mikayıldan narkotik vasitə əldə etmək üçün yüklədiyini bildirmişdir. Bundan başqa Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya və Komunikasiya İdarəsinin ünvanladığı «CD-R» formatlı diskə baxış keçirilərkən istifasində olmuş ***-***-**- ** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olunmuş ***-***-**-** mobil telefon nömrəsinə 06.01.2021-cü il tarixdə saat 20:02-də “Hemin o jletkanın cibin de dordbucaq cetler var şuşe di yeke sini s” məzmunlusms göndərilməsi ilə bağlı verilmiş suala cavab olaraq həmin gün evdə qalmayacağı, narkotik vasitələrdən də istifadə etdiyi üçün vaxtı keçəndə ağırlarıyarandığı üçün anasına sms yazaraq psixotrop maddə olan şüşə adlandırdığı maddəni eyvandan ona atmasını dediyini bildirmişdir. Eyni zamanda, qeyd olunan diskə baxış keçirilərkən 07.02.2021-ci il tarixdə saat 19:30-da istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrəsindən “Qaqa bir söz də da mən ağrıyır am. 1 saat dedin 21st oldu” məzmunlu smsin hansı səbəbdən göndərilməsi ilə bağlı verilmiş suala cavab olaraq narkotik vasitələrdən istifadə edən tanışları ilə bir-birinə maddiyatsız narkotik vasitə verdiklərini, buna görə də ola bilsin ki, həmin şəxsdə ondan özü istifadə etmək məqsədi ilə narkotik vasitə istədiyini bildirmişdir. Bundan əlavə, qeyd olunan diskə baxış keçirilərkən 28.01.2021-ci il tarixdə saat 18:27-də onun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən “Qaqa emele gelmedi pulda elden cixti bidene yarimmin pulu qaldi neter eliyey duzelir ya yox” məzmunlu smsin hansı səbəbdən göndərilməsi ilə bağlı verilmiş suala cavab olaraq həmin şəxsin də ondan həmin şəxs üçün narkotik vasitə almağıni bildirdiyini, lakin, o, həmin şəxsə narkotik vasitə ala bilməyəcəyini demdiyini bildirmişdir. Bununla yanaşı, qeyd olunan diskə baxış keçirilərkən onun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 28.01.2021-ci il tarixdə saat 09:48-də ***-***-**-** mobil telefon nömrəsindən “Aynon isdiyen var idi senol pati” məzmunlu smsin hansı səbəbdən göndərilməsi ilə bağlı verilən suala cavab olaraq həmin şəxsin də ondanhəmin şəxs üçün narkotik vasitə alıb verməyini istədiyini, lakin, o, həmin şəxsə narkotik vasitə alıb verə bilməyəcəyini dediyini bildirmişdir. Bundan başqa qeyd olunan diskə baxış keçirilərkən onun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 15.01.2021-ci il tarixdə saat 11:20-də ***-***-**-** mobil telefon nömrəsindən “BRAT.SALAM.MENEM.VASQA.AYNON.VAR?.VARSA.GELİM.1.QRAM.VER” məzmunlu smsin hansı səbəbdən göndərilməsi ilə bağlı verilmiş suala cavab olaraq özünün narkotik vasitələri satan tanışım olduğu üçün həmin şəxs də ondan narkotik vasitəni alıb ona verməyini istədiyini, lakin, həmin şəxsə narkotik vasitə alıb verə bilməyəcəyini dediyini bildirmişdir. Bundan başqa qeyd olunan diskə baxış keçirilərkən onun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 20.12.2020-ci il tarixdə saat 02:55-də ***-***-**-** mobil telefon nörməsindən “Yetim ola bilsin ki 2 ya 3 gune sene 100 manat pul verdirdim bize 6 dene meti teker almag mumkun olar” məzmunlu smsin hansı səbəbdən göndərilməsi ilə bağlı suala cavab olaraq özünün narkotik vasitələri satan tanışı olduğu üçün həmin şəxs də ondan narkotik vasitəni alıb həmin şəxsə verməyini istədiyini, lakin, o, həmin şəxsə narkotik vasitə alıb verə bilməyəcəyini dediyini bildirmişdir. Bundan başqa qeyd olunan diskə baxış keçirilərkən onunistifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 08.12.2021-ci il tarixdə saat 12:46-da ***-***-**-** mobil telefon nömrəsindən “Ay eka niye hormetsizlik edirsen dedim axi agriram hamin zengin acirsan men yox ge cixda” məzmunlu smsin hansı səbəbdən göndərilməsi ilə bağlı verilmiş suala cavab olaraq yenə də narkotik vasitələri satan tanışı olduğu üçün həmin şəxsin də narkotik vasitəni alıb ona verməyini istədiyini, lakin, o, həmin şəxsə də narkotik vasitə alıb verə bilməyəcəyini dediyini bu səbəbdən də həmin şəxsin telefon zənglərinə cavab vermədiyini bildirmişdir. Eyni zamanda, qeyd olunan diskə baxış keçirilərkən 20.12.2020-ci il arixdə saat 11:29-da sizin istifadənizdə olmuş ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “Sene 2 defe pul vermişem aynuyona ikisinide getirb cixardtmamısan” məzmunlu smsin hansı səbəbdən də göndərilməsi ilə bağlı verilmiş suala cavab olaraq ola bilsin ki, həmin şəxsə də özü üçün narkotik vasitə almaq üçün pul verdiyini, həmin şəxs də narkotik vasitəni alıb gətirmədiyi üçün o, həmin şəxs belə məzmunlu sms yazdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun oğludur. Elmir narkotik vasitələrdən istifadə edir. Elmir əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün dəfələrlə məhkum olunmuşdur. Hazırda da narkotik vasitələrdən istifadə edir. Elmir narkotik vasitələrdən çox istifadə etdiyi üçün ağrıları artmışdır. Həmçinin Elmir Bakı şəhərinə gedərək oradan mütəmadi olaraq ağrılarını sakitləşdirmək üçün dərmanlar da alırmış. 09.02.2021-ci il tarixdə axşam saatlarında Elmir yaşadıqları evə gələrək dərman almaq üçün Bakı şəhərinə getmək istədiyini bildirmişdir. O da Elmirin ağrıları olduğunu, yəni yolda hər hansı fəsad verməməsi üçün Elmirlə birlikdə Bakı şəhərinə getmək istədiyini bildirmişdir. Bundan sonra yaşadıqları evin həyətinə düşüb yaxınlıqdakı taksiyə əyləşib Mingəçevir şəhərinin Yevlax rayonu, Xaldan qəsəbəsi istiqamətində getmişlər. Şəhərin çıxacağında «Alaqapı» deyilən ərazidə taksidən düşüb başqa ağ rəngli avtomobilə əyləşmişlər. Həmin avtomobilin sürücüsünü tanımır. Birlikdə Bakı şəhərinə getmişlər. Bakı şəhərinə çatdıqda Elmir avtomobildən düşüb harasa gedib, geri qayıdaraq avtomobilə əyləşmişdir. Sonra birlikdə avtomobillə Bakı şəhəri ərazisində digər ünvana getmişlər. Həmin ünvanda da o və sürücü avtomobildə əyləşib gözləmişlər, Elmir isə avtomobildən bayıra çıxıb bir qədər sonra geri qayıdıb ona dərman aldığını bildirmişdir. Ancaq Elmir ona dərmanı hansı qiymətə alması barədə məlumat verməmişdir. Bundan sonra onlar həmin avtomobillə Mingəçevir şəhərinə geri qayıtmışlar. 10.02.2021-ci il tarixdə səhər saatlarında Gəncə şossesindən şəhərə daxil olarkən sərnişini olduqları avtomobili polis əməkdaşları saxlatmışlar. Həmin zaman polis əməkdaşlarının sərnişini olduqları avtomobilə yaxınlaşdığını görüb Elmirdən Bakı şəhərindən aldığı dərmanı saxlamaq üçün ona verməsini bildirmişdir. Çünki, həmin dərmanın satışı qadağan olduğu dərman olduğundan polis əməkdaşlarının Elmiri tutmasından qorxmuşdur. Polis əməkdaşları onları saxlatdırdıqdan sonra birlikdə Polis Şöbəsinə getmişlər. Polis Şöbəsində üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməyə başlanılmazdan əvvəl ona üzərində qanunla saxlanılması qadağan olunmuş hər hansı əşya varsa çıxarıb könüllü təqdim etmək təklif edilmişdir. O da cibində olan içərisindəkinin dərman olduğunu bildiyi bir ədəd bükümü təqdim etmişdir. Daha sonra həmin büküm açılmış və içərisindəkinin qəhvəyi rəngli kəskin iyli maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı həmin bükümün oğlu Elmirə məxsus olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, son dövrlərdə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mütəmadi olaraq məşğul olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması və yaşadığı mənzildə narkotik vasitələri qəbul etməsi, eləcə də saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur.10.02.2021-ci il tarixdə saat 08 radələrində polis əməkdaşları Şahid4, Şahid2, Şahid6, Şahid5, Şahid3 və o, Mingəçevir şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sərnişini olduqları X8 idarə etdiyi Naz Lifan markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri Gəncə şossesi ilə hərəkət etdiklərini görüb, Seymur Rüstəmovun idarə etdiyi avtomobili işarə edib saxladaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Seymur Rüstəmovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə polis şöbəsində məlumat olduğunu bildirib onları polis şöbəsinə dəvət etmişlər. X24 Əliyev, Təqsirləndirilən şəxs2 və sərnişini olduqları Seymur Rüstəmova məxsus Naz Lifan markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə saxlamaları və daşımaları barədə əməliyyat məlumat olmasını bildirib onların üzərinə öz razıqları ilə şəxsi axtarış və avtomobilə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə, Seymur Rüstəmov da həm üzərinə şəxsi axtarış eləcə də avtomobilə baxış keçirilməsinə keçirilməsinə etiraz etməmişlər. Eləcə də şəxsi axtarış və baxış keçirilərkən videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 təklif olunmuş ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, Təqsirləndirilən şəxs1 də əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən “Samsung A 21s“ markalı mobil telefon, 3 ədəd bir manatlıq əskinas, bir ədəd siqaretin qara rəngli kağız bükümü, bir ədəd ağ rəngli kağız bükümü, sol cibindən bir ədəd alışqan, bir ədəd “Want“ markalı siqaret qutusu, arxa cibindən 1 ədəd “İphone 5S“ markalı mobil telefon, çiynindən asılmış halda olan əl çantasından isə bir ədəd mobil telefon üçün qulaqcıq, həmin çantanın içərisində olan pul kisəsinin içərisindən isə bir ədəd elektron ödəniş terminalına aid qəbz, 120 manat məbləğdə pulu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 üzərindən saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş bir ədəd siqaretin qara rəngli kağız bükümü açılıb baxılarkən içərisindəkinin qəhvəyi rəngli, kristallik, kəskin iyə malik maddə yəni narkotik vasitə heroin, bir ədəd ağ rəngli kağız bükümü açılıb baxılarkən içərisindəkinin şəffaf rəngli, kəskin iyli, kristallik maddə yəni psixotrop maddə metamfetamin olduğu müəyyən edilmişdir. Sorğu zaman Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli cins şalvarın sağ cibindən aşkar olunub götürülmüş bir ədəd siqaretin qara rəngli kağız bükümünün içərisində narkotik vasitə hesab olunan heroinə oxşar kütlə, ağ rəngli kağız bükümdə içərisində psoxotrop maddə hesab olunan metamfetaminə oxşar kütləni Bakı şəhərindən sosial şəbəkədə tanış olduğu şəxsdən narkotik vasitə və psixotrop maddə almaqla bağlı razılaşdıqdan sonra, çantadan aşkar olunmuş elektron ödəmə portalına aid qəbzdə adı qeyd olunan X1 adına ünvan 11 ünvanında yerləşən Araz Supermarketdən göndərdiyi 700 manat pul müqabilində aldığını, belə ki, aralarında olan razılığa əsasən pul kart hesabına köçürdükdən sonra həmin şəxs Təqsirləndirilən şəxs1 narkotik vasitəni Bakı şəhəri Yasamal rayonu İran Klinikasının yaxınlığında yerləşən binanın yaxınlığında gizlətdiyi yeri bildirmiş Təqsirləndirilən şəxs1 də ödədiyi 700 manat müqabilində həmin şəxsin qeyd olunan yerdə gizlətdiyi ümumilikdə 150 qram narkotik vasitə heroini götürüb bir qismini istifadə etdiyini, bir qismini isə istifadə etmək məqsədi ilə cibində gizlətdiyini, qalan ağ sellofan bükümdə içərisində olan heroini isə anası Təqsirləndirilən şəxs2 ilə birlikdə sərnişini olduqları X8 idarə etdiyi Naz Lifan markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Mingəçevir şəhərinə qayıdarkən şəhərin Gəncə şossesində polis əməkdaşları tərəfindən saxlanılarkən anası Təqsirləndirilən şəxs2 götürüb cibində gizlətdiyini bildirmişdir. Daha sonra aşkar olunmuş narkotik vasitə və psixotrop maddəyə oxşar kütlələr elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 təklif olunmuş ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, Təqsirləndirilən şəxs2 da əynindəki qara rəngli jaketin sol yan cibindən bir ədəd sellofana bükülmüş büküm çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əynində olan jaketin sol yan cibindən bir ədəd cib dəmalı, jaketin sağ yan cibindən bir ədəd qara rəngli “Samsung A 21s” markalı mobil telefon aşkar olunmuşdur. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 üzərindən saxlanılması qanunla qadağan olunmuş digər əşya aşkar olunmamışdır. Təqdim edilən büküm açılarkən içərisindəkinin qəhvəyi rəngli, kəskin iyə malik, kristallik kütlə yəni narkotik vasitə-heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmiş ki, üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan həmin kütlə narkotik vasitə olan heroindir, həmin kütləni övladı Təqsirləndirilən şəxs1 tanımadığı Bakı şəhər sakinindən özünün istifadəsi üçün almış, birlikdə sərnişini olduqları X8 idarə etdiyi Naz Lifan markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Mingəçevir şəhərinə qayıdarkən şəhərin Gəncə şossesində polis əməkdaşları tərəfindən saxlanılarkən götürüb cibində gizlətmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə-heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, təxminən 100 qramdan çox olması müəyyən edilmişdir. Daha sonra X8 üzərinə şəxsi axtarış və ona məxsus Naz Lifan markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Lakin, Seymur Rüstəmovun üzərindən və idarə etdiyi avtomobildən saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs1 yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 5 saylı evin 26 saylı mənzilinə baxış keçirilməsi təklif olunmuş Təqsirləndirilən şəxs1 də yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs1 və mənzil sahibinin razılığı əsasında qeyd olunan mənzilə baxış keçirilmişdir. Mənzilə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 təklif olunmuş ki, mənzildə saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya vardırsa könüllü təqdim etsin. O da mənzilin yataq otağındakı dolabın 1-ci rəfindən 1 ədəd sellafon paketi çıxarıb təqdim etmişdir. Həmin sellafon paket açılarkən içərisində iki ədəd sellafon büküm olduğu müəyyən edilmişdir. Aşkar edilmiş iki ədəd sellafon bükümlər də açılıb baxılarkən bir bükümün içərisindəkinin narkotik vasitə heroinə, digər bükümün içərisindəkinin isə narkotik vasitə tiryəkə bənzər kütlə olduğu müəyyən edilmişdir. İçərisində narkotik vasitə tiryəkə bənzər kütlə olan sellafon büküm və narkotik vasitə heroinə bənzər kütlə olan sellafon büküm elektron tərəzidə çəkilmiş, qablaşdırılmaqla götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri də yuxarıda qeyd etdiyi eyni üsulla Bakı şəhərindən əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid5 oğlu Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı Şahid4 və Şahid6 ibtidai istintaq zamanı verdikləri ifadələr elan olunmaqla tədqiq olunmuş və onıarın da Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsi elan olunmaqla tədqiq olunmuş və şahid ifadəsində göstərmişdir ki, özünə məxsus Toyota markalı, Corolla modelli ** GY *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhər ərazisində eləcə də şəhərlər arası taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır. Belə ki, onlar qonşuluqda yaşamışlar. 07.02.2021-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1lə şəhər ərazisində görüşərkən Elmir ona həmin gün nahardan sonra Bakı şəhərinə getməyi təklif etmişdir. O da Elmirlə razılaşdır. Aralarında olan razılığa əsasən birlikdə Bakı şəhərinə gedib gəlməli olmuşlar. Razılığa əsasən Bakı şəhərinə gedib gəlməyi müqabilində Elmir ona 100 manat məbləğdə pul verməliymiş. 07.02.2021-ci il tarixdə saat təxminən 16 radələrində o, Elmirgilin yaşadığı binanın qarşısına getmişdir. Orada Elmir və anası ona məxsus avtomobilə əyləşmişlər. Hər ikisi avtomobilin arxa oturacağında əyləşmişlər. Birlikdə Bakı şəhərinə getmişlər. Saaat təxminən 20 radələrində Bakı şəhərinə çatmışlar. Bakı şəhərində Elmir ona avtomobili müxtəlif ünvanlara sürdürmüşdür. Lakin, o, Bakı şəhərini tanımadığım üçün ünvanları dəqiq yadında saxlamayıbdır. Sonuncu ünvanda Elmir avtomobildən bayıra çıxıb getmiş, bir qədər sonra Elmir geri qayıdıb onun idarə etdiyi avtomobilə əyləşib avtomobili Mingəçevir şəhərinə sürməyi bildirmişdir. Mingəçevir şəhərinə çatarkən Elmir ona avtomobili şəhərin “Alaqapı” deyilən ərazisində saxlamağı bildirdiyi üçün o da həmin ünvanda avtomobili saxlamışdır. Elmir və anası avtomobildən düşərək yaxınlaşan digər avtomobilə əyləşib getmişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilən X18 ifadəsində göstərmişdir ki, özünə məxsus avtomobil ilə taksi sürücüsü işləyir, Təqsirləndirilən şəxs1 isə Mingəçevir sakini kimi tanıyır. Hadisə günü Elmir ona zəng vurmuş və ondan Bakıya getməyini xahiş etmişdir. Avtomobillə gələrək Elmiri, anası Arzunu və yanlarında olan 4-5 yaşlı uşağı götürərək Bakı şəhərinə yola düşmüşdür. Saat 19:00 radələrində Mingəçevirdən çıxmış və saat 22:00 radələrində Bakıya çatmışdır. Bakıda təxminən bir saat qalanda sonra saat 23:00-da Bakıdan Mingəçevirə qayıtmışdır. Təxminən saat 03:00 radələrində Mingəçevir şəhərinə giriş edən zaman avtomobili yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Avtomobil saxlanıldıqdan sonra mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşmış və onları özlərinin gəldiyi avtomobillərə mindirərək polis şöbəsinə aparmışlar. Polis şöbəsində sorğu-sual edilmiş, taksi fəaliyyəti ilə məşğul olduğunu bildirdikdən sonra şöbədən evə buraxılmışdır. Cinayət işinin materiallarında olan 10.02.2021-ci il tarixli “Raport”dan görünür ki, Mingəçevir Şəhər Polis Şöbəsinə Mingəçevir şəhər sakini xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə birlikdə şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi iləməşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 4). Cinayət işinin materiallarında olan 10.02.2021-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 5-6). Cinayət işinin materiallarında olan 10.02.2021-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 həmin tarixdə Mingəçevir şəhəri Gəncə şossesində saxlanılaraq polis şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 10). Cinayət işinin materiallarında olan 10.02.2021-ci il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin də iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd “Samsung A 21s “ markalı mobil telefon, 1 (bir) ədəd siqaretin qara rəngli kağız bükümünün içərisində təmiz çəkisi 0,208 qram olan narkotik vasitə heroin, 1 (bir) ədəd ağ rəngli kağız bükümünün içərisində təmiz çəkisi 0,082 qram olan psixotrop maddə-metamfetamin, üzərində olan çantanın içəriindəki pul qabından X3 adına olan karta ünvan 14 ünvanında yerləşən Araz Supermarketdə qurlaşdırılmış Milliön elektron ödəmə sistemi vasitəsi 700 (yeddi yüz) manat məbləğdə pul yüklənilməsi barədə qəbz aşkar edilərək götürülmüşdür. Müvafiq foto şəkillər çəkilmiş, həmçinin video çəkiliş diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 36-42). Cinayət işinin materiallarında olan 10.02.2021-ci il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin də iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs2ı üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində qara rəngli jaketin sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofanun içərisində təmiz çəkisi 123,212 qram olan narkotik vasitə heroin, jiletin sağ yan cibindən 1 (bir) ədəd “Samsung A-21 S” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Video çəkiliş diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 58-61). Cinayət işinin materiallarında olan 10.02.2021-ci il tarixli “Ərizələr”dən göründüyü kimi, həm Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən kirayədə yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir, həm də ev sahibi X27 oğlu buna etirazını bildirməmişdir (cild 01, iş vər. 87-88). Cinayət işinin materiallarında olan 10.02.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşları tərəfindən video çəkilişlə ünvan 2da baxış keçirilmiş və baxış zamanı mənzilin yataq otağındakı dolabın rəfindən 1 ədəd ağ rəngli sellofan paketdə 1 ədəd şəffaf sellofan paketin içərisində təmiz çəkisi 456 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 1 (bir) ədəd sellofan paketin içərisində təmiz çəkisi 30,232 qram olan narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Video çəkiliş diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 89-92). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının 11 fevral 2021-ci il tarixli 17/112 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş “vət.Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...narkotik vasitələr...” sözləri yazılmış zərfin içərisindəki: 01 ədəd qara-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,208 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, ağ rəngli kağıza bükülmüş 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,082 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş “vət.Təqsirləndirilən şəxs1 mənzilindən götürülmüş iki bükümdə...” sözləri yazılmış zərfin içərisindəki: 01 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 465,00 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir, 01 ədəd digər ağ rəngli sellofan bükümdə təmiz çəkisi 30,232 qramolan maddəkustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş “vət.Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş...kütlə...” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 123,212 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş heroinlər tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 102-105). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung A 21s” markalı mobil telefona 15.03.2021-ci tarixdə baxış keçirilmişdir. Samsung A21 S markalı mobil telefona baxış keçirlərkən həmin mobil telefonda qurlaşdırılmış Watssap tətbiqinin abonetnlərdən Murtaza adıyla +**********8 mobil telefon nömrəsiylə adı qeyd olunmuş abonentlə Təqsirləndirilən şəxs1 “nağayrım qaqa dilxorçuluqdu neçəgündür, patı qalıbdır ancaq, patıyada zapret qoyublar satana, satmağa, kim satırsa patı çıxardıb döyürlər, dedim mənə aynoyun göndər 2000 pul göndərən gün, qayıtdı ki, patını dağıt patı qurtarsın ondan sonra nəbilim, nə mənə aynoyun vermək istəmir, patı da burdadı ürəyin istəyir göndərim, yada hara istəyirsən aparım qoyum, yadakı dursun satım pulunu göndərim, nə bilim bax da elə incidim əmidən ....kim kimə 2000 manat pul göndərər, səhər 1000 manat, axşam 1000 manat, dayanmadım sən öl hamıya mal satdım ki, emimin veziyyeti pisdi emime pul göndərim, aynoyunumu satıb qurtarmışam, kakosu, torpağı buna göndərmişəm mənə deyir yoxdur ” səsli smsi, Murtaza adı ilə abonentlərin siyahısında olan şəxs isə Təqsirləndirilən şəxs1 istifadəsində olan +99450 *** ** ** mobil telefon nömrəsinə ”narahat olma sənlə biz qardaş deyib qardaş eşidirik, vəsair yoxdu eyy ortada vəsairlər tutulubdur, dünən də tutulbdur, qoymuşam videonu nəzərdə tutur, baxmadın” səsli smsi, daha sonra narkotik vasitrələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması ilə bağlı video sujeti, Murtaza adı ilə abonentlərin siyahısında olan şəxs isə Təqsirləndirilən şəxs1 istifadəsində olan +99450 *** ** ** mobil telefon nömrəsinə “bizə biraz pul vur boşduyuq”, “Bizə pul vur qurana and olsun borclu düşmümşük əlindəkini ucuzda olsa ver bizə pul vur” səsli smsi, Təqsirləndirilən şəxs1 Murtaza adıyla +**********8 mobil telefon nömrəsiylə qeydiyyatdan keçmiş abonent “əlimdə nəsə qalıb ki, əlimdə ancaq daş qalıbdır, o daşada şəhərdə zapret qoyublar, ona görə də heç kəs üzə çıxarmır, gözləyirik beş üç gün görək nağayrırıq, başqa nəyim var ki, mənim torpağım iydi” smsi, Murtaza adı ilə abonentlərin siyahısında olan şəxs isə Təqsirləndirilən şəxs1 istifadəsində olan +99450 *** ** ** mobil telefon nömrəsinə “quran haqqı borcu düşmüşük camaata, mal zad götürə bilmirik, burda avara qalmışıq, gör elə aşağı istiyən olsa şey elə bizə pul vurda altı min yarım qalıb sənin bizə gör nətər eliyə bilirsən başıaa dönüm sənin .... gör iki günəcən onun hamısını vura bilərsən bizə vəziyyət xarabdır, borcluyuq camaata , borcda olandan sonra yenə yarım kilo torpaq verəcəm sənə narahat olma” səsli smsi, Mikayıl İrmb adıyla +**********39 mobil telefon nömrəsiylə adı qeyd olunmuş abonent Təqsirləndirilən şəxs1 istifadəsində olan +99450 *** ** ** mobil telefon nömrəsinə 08 fevral 2021-ci il tarixdə saat 20:57-də “qaqaş bu karta yığ bax kartlar çox qalanda əvəz edirlər, yerbəyer elədin çəkib at mənə” səsli smsi, 09 fevral 2021-ci il 16:20-də “yığdım ey yığdım səni çox yığdım, nə vaxta qalmısan çıx get” smsi, “salam meleykim, qaqaş demek iran klinikasının yanından yasamaldan elə o, səkiynən bax strelka göstərirgəlirsən yolu axıraycan bir 150-200 metr, çatırsan rabitə banka rabitə bankın yanından dönürsən öz soluva, soluva dönüb həyətə girirsən həyətə girən kimi sənin solunda 5 mərtəbəl var 1-ci blok yox 2-ci bloka girirsən şəkildə var şitin dalından götürürsən qapı bağlı olsanömrəli qapılardı, 1 3 5 eyni vaxta basırsan eyni vaxtda vse açılır qapı əlivi at şitin dalından arxeyin götür, amma girdin içəriqapını bağlıyarsan, çıxanda da qapını bağlıyarsan ” məzmunlu Mikayıl İrmb adıyla +**********39 mobil telefon nömrəsiylə adı qeyd olunmuş abonentə göndərilmiş smsin Təqsirləndirilən şəxs1 istifadəsində olan +99450 *** ** ** mobil telefon nömrəsinə göndərilməsi müəyyən olundur. Bundan başqa telefonun qalereya bölməsində olan 09.02.2021-ci il tarixdə saat 22:29-da bir nəfər qadın mobil telefonun üzərində X3 adına 700 manat pul yüklənilməsi barədə qəbzi tutması və Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonla həmin qəbzin şəklinin çəkilməsi, bundan başqa siyahıda olan +99455 *** **** mobil telefon nömrəsi ilə sms yazaraq narkotik vasitələrin həmin şəxsə satışını həyata keçirməsi və həmin şəxsində Təqsirləndirilən şəxs1 adına Kapital Banka aid karta 30 manat pulu yükləməsi ilə bağlı elektron ödəmə sisteminin qəbzini göndərməsi, bundan başqa telefona baxış zamanı Whatsapp tətbiqində Təqsirləndirilən şəxs1 abonentlər siyahısında Murtaza adı ilə qeydiyyatdan keçmiş şəxslə danışarkən həmin şəxsə gün ərzində 2 dəfə hər dəfə 1000 manat olmaqla ümumilikdə 2000 manat məbləğdə pul göndərməsinə dair səsli sms aşkar olunmuşdur. Eyni xüsusatla bağlı telefonun yaddaşında X9 adına olan Kapital Bank kartına 06.02.2021-ci il tarixdə saat 16:39 ünvan 8 ünvanda yerləşən Sahibkar mağazasında qurlaşdırılmış Milliön ödəmə sistemi vasitəsi ilə 1000 manat, 06.02.2021-ci il tarixdə saat 23:14-də ünvan 9 ünvanda yerləşən “5+” mağazasında qurlaşdırılmış Milliön ödəmə sistemi vasitəsi ilə 1000 manat məbləğdə pulun yüklənilməsi müəyyən edilmişdir. Bundan başqa telefona baxış keçirilərkən baxış keçirilmiş telefon vasitəsi ilə çəkilmiş masanın üzərində pul və pulun ətrafında içərisində narkotik vasitələrə oxşar bükümlərin olduğu şəkil də müəyyən edilmişdir. İş üzrə əhəmiyyət kəsb edən səs yazıları elektron diskə köçürülərək götürülüb protokola əlavə edilmişdir (cild 01,iş vər. 237-246). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Samsung A 21s” markalı mobil telefona 21.05.2021-ci tarixdə baxış keçirilmişdir. Samsung modelli A21 S markalı mobil telefona baxış keçirlərkən həmin mobil telefonda qurlaşdırılmış Whatsapp tətbiqinin abonetnləri sms yazışmalarından iş üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilməmi, baxış zamanı telefonun “Qalereya” bölməsində qadının əlində Sabina Musayeva adlı şəxsin ad və soyadı, “Umico” yazısı, 4169 7385 5327 1200 rəqəmləri yazılmış plastik bank kartının şəklinin olduğu müəyyən edilmişdir (cild 02,iş vər. 108). Cinayət işinin materiallarında olan 16.07.2021-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək narkotik vasitə heroini əldə etdiyi Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 126 saylı binanı və həmin binanın 2-ci blokunu, 2-ci blokda yerləşən narkotik vasitəni götürdüyü elektrik qutusunun arxa hissəsini göstərmişdir. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 02, iş vər.229-234). Cinayət işinin materiallarında olan 10.08.2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsinin ünvanladığı «CD-R» formatlı diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olunmuş ***-***-**-** mobil telefon nömrəsinə 06.01.2021-cü il tarixdə saat 20:02-də “Hemin o jletkanın cibin de dordbucaq cetler var şuşe di yeke sini s” məzmunlu, 07.02.2021-ci il tarixdə saat 19:30-da Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrəsindən “Qaqa bir söz də da mən ağrıyır am. 1 saat dedin 21st oldu” məzmunlu sms, 28.01.2021-ci il tarixdə saat 18:27də ***-***-**-** mobil telefon nömrəsindən “Qaqa emele gelmedi pulda elden cixti bidene yarimmin pulu qaldi neter eliyey duzelir ya yox” məzmunlu sms, 28.01.2021-ci il tarixdə saat 09:48-də ***-***-**-** mobil telefon nömrəsindən “Aynon isdiyen var idi senol pati” məzmunlu sms, 15.01.2021-ci il tarixdə saat 11:20-də ***-***-**-** mobil telefon nömrəsindən“BRAT.SALAM.MENEM.VASQA.AYNON.VAR?.VARSA.GELİM.1.QRAM.VE R”məzmunlu sms, 20.12.2020-ci il tarixdə saat 02:55-də ***-***-**-** mobil telefon nörməsindən “Yetim ola bilsin ki 2 ya 3 gune sene 100 manat pul verdirdim bize 6 dene meti teker almag mumkun olar” məzmunlu sms, 08.12.2021-ci il tarixdə saat 12:46-da ***-***-**-** mobil telefon nömrəsindən “Ay eka niye hormetsizlik edirsen dedim axi agriram hamin zengin acirsan men yox ge cixda” məzmunlu sms, 20.12.2020-ci il arixdə saat 11:29-da Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “Sene 2 defe pul vermişem aynuyona ikisinide getirb cixardtmamısan” məzmunlu sms göndərilməsi müəyyən edilmişdir (cild 01, iş vər. 252-254). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 03.06.2021-ci il tarixli, 646 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicəyə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 207). Cinayət işinin materiallarında olan narkoloji ekspertizasının 24.06.2021-ci il tarixli, 753 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, iş vər. 208). Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdən verilmiş arayışlardan görünür ki, Əliyeva X11 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur, Təqsirləndirilən şəxs1 isə 15.12.2010-cu il tarixdən Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durur (cild 01, iş vər. 184,186). Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserdən verilmiş arayışlardan görünür ki, Əliyeva X11 şəhər Rayonlararası Psixonevroloji Dispanserdə qeydiyyatda durmur, Təqsirləndirilən şəxs1 isə 13.09.2013-cü il tarixdən Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserdə qeydiyyatda durur (cild 01, iş vər. 185, 187). Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 25.05.2021ci il tarixli 274№-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırki, cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki, ekspertiza zamanı EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU,XBT10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirmişdir və keçirir. Təqsirləndirilən şəxs1 EMOSİONAL DAVAMSİZŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜKƏSMƏLƏRLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırki cinayət əməlini törədərkən yəni, 09.02.2021-ci il tarixdə saat 23 radələrində öz əməlinin faktiki xarakterini və istimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır (cild 02, iş vər. 204-208) Cinayət işinin materiallarına əlavə edilmiş 03.10.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması ilə bağlı qeyd etdiyi xüsusatlar Mingəçevir şəhər prokurorluğunda araşdırılmış və öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 10.02.2021-ci il tarxdə polis şöbəsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əmliyyat tədbirlərinin keçirilməsi qərar alınmış, şəxslər saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin də iştirakı ilə hər iki şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və narkotik vasitə aşkar olunmuş, daha sonra mənzil sahibinin və Təqsirləndirilən şəxs1 razılığı ilə sonuncunun kirayədə yaşadığı ünvana gedilərək qanunvericiliyin tələbləri çərçivəsində videoçəkilişlə şəxsin yaşadığı ünvana baxış keçirilmiş və müvafiq olaraq həmin ünvanda narkotik vasitə aşkar olunmuşdur. Götürülmüş maddələr ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə, habelə Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmələri Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, o cümlədən ekspert rəyləri və iş üzrə mövcud olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı işgəncəyə məruz qalması və məcbur qalıb etirafedici ifadələr verməsi barədə qeyd etdiklərinə gəldikdə məhkəmə kollegiyası bildirir ki, cinayət işinin materiallarına əlavə olunmuş Mingəçevir şəhər prokurorluğunun 03.10.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Təqsirləndirilən şəxs1 qeyd etdiyi xüsusatlar prokurorluqda araşdırılmış və qeyd olunanlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar təqsirləndirilən şəxsə təqdim olunmuş və müdafiə tərəfindən mübahisələndirilməmişdir, hazırda qüvvədədir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin aşkar olunan narkotik vasitələrin şəxsi istifadə üçün əldə edilərək saxlanılması barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Belə ki, əldə olunan narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, mənzildən müxtəlif növdə olan narkotik vasitələr aşkar olunması, həmçinin həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara, bükümlərə yığılmaqa saxlanılması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxslərin üzərindən, habelə Təqsirləndirilən şəxs1 kirayə yaşadığı mənzildən aşkar olunan narkotik vasitələr şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuş və müvafiq qaydada qablaşdırılmaqla saxlanılmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs2 cinayətlə heç bir əlaqəsinin olmadığını və oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satmaq məqsədi ilə narkotik vasitə əldə etmədiyini qeyd etsə də, cinayət işinin materiallarında olan sübutlar, şəxsə məxsus telefona baxış zamanı aşkar olunan SMS-lər, foto şəkillər, Təqsirləndirilən şəxs2 narkotik vasitə əldə etmək üçün oğlu Təqsirləndirilən şəxs1lə birlikdə Bakı şəhərinə getməsi, habelə şəxsi axtarış zamanı onun üzərindən külli miqdarda narkotik vasitənin aşkar olunması onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 oğlu Təqsirləndirilən şəxs1lə satış məqsədi ilə narkotik vasitə əldə etmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş və birbaşa cinayət əməlinin törədilməsində iştirak etmişdir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə iclasında qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir. İş üzrə müdafiə tərəfi məhkəmə istintaqında əslində təqsirləndirilən şəxslərin 10.02.2021-ci il tarixdə gecə saat 03-04 radələrində saxlanıldığını, müvafiq rəsmiləşdirmənin isə yalnız səhər saatlarında aparıldığını, bununla da onların müdafiə hüququnun pozulduğunu, qeyd edilən şəxslərin qanunsuz olaraq saxlanıldığını, əldə olunan sübutların cinayət prosessual qanunvericiliyinin tələblərinin pozulması ilə əldə oluduğunu bildirməklə, narkotik vasitənin aşkar olunması ilə bağlı protokolların sübutlar siyahısından xaric edilməsini tələb etmiş və bu zaman müdafiə tərəfinən vəsatəti ilə dindirilən şahid Seymur Rüstəmovun ifadəsinə, həmçinin təqsirləndirilən şəxslərin ifadəsinə istinad etmişdir. Məhkəmə kollegiyası yuxarıda təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrə qiymət vermiş, iş üzrə müdafiə tərəfin vəsatəti əsasında dindirilən şahid Seymur Rüstəmovun ifadəsinə gəldikdə isə həmin ifadəyə də şübhə ilə yanaşmışdır. Belə ki, qeyd edilən şəxsin əvvəlcədən Təqsirləndirilən şəxs1 tanıması, onunla münasibətinin olması, həm şahidin, həm də təqsirləndirilən şəxsin Mingəçevir şəhər sakini olması şahid Seymur Rüstəmovun təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsini anlaşılan edir. Odur ki, məhkəmə şahid Seymur Rüstəmovun ifadəsini əsaslı sübut növü kimi qəbul etmir. Əksinə cinayət işində olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar təqsirləndirilən şəxslərin həqiqətən də 10.02.2021-ci il tarixdə səhər saatlarında saxlanıldığını təsdiq etdiyindən, məhkəmə həmin sübut növlərini əsaslı və iş üzrə digər sübutlarla üst-üstə düşməklə həqiqəti əks etdirən sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxslərə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Əliyeva X11 şəhəri, Nərimanov küçəsi, ev 5, mənzil 23 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilirlər (cild 01, iş vərəqi 188- 193). Cinayət işinin materiallarında olan Mingəçevir şəhər X17 Hüquqi Şəxsi tərəfindən verilmiş 17.03.2021-ci il tarixli, 219 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 07.10.2017-ci il tarixdən xəstəxananın Endikrinoloji bölməsində “Şəkərli diabet 2-ci tip, orta ağır forma, insulin tələbli faza” diaqnozu ilə qeydiyyatdadır (cild 02, iş vər. 4). Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 194) Qeyd olunalara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, qadın olmasını, şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə yaxın azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Mingəçevir Şəhər Məhkəməsinin 13.12.2018-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 05.08.2020-ci il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzadan 4 ay 6 gün vaxtından əvvəl azad olunmuş, 11.12.2020-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 195-196). CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi müəyyən edilir. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq, habelə CM-nin 65.2-ci maddəsinin müddəalarını rəhbər tutaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın son həddinin yarısından az olmayan həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Mingəçevir Şəhər Məhkəmənin 11.02.2021-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs2 10.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vər. 53, 153-154). Mingəçevir Şəhər Məhkəmənin 22.04.2021-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 02, iş vər. 34-36). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Onun tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddət cəzasına hesablanmalı və ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 10.02.2021-ci il tarixdən hesablanmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Mingəçevir Şəhər Məhkəmənin 10.02.2021-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs1 10.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 30, 149-151). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 10.02.2021-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Mingəçevir ŞPŞ-də saxlanılan 153,502 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin, 464,900 qram olan narkotik vasitə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək, 0,032 qram olan psixotrop maddə kustar üsulla hazırlanmış metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd “Samsung A 21s” markalı mobil telefonlar isə hökm qanuni qüvvəsini aldıqdan sonra sahiblərinə, yəni Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. İş üzrə 53,65 AZN (əlli üç manat, altmış beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda 26,80 AZN (iyirmi altı manat, səksən qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədiləsində təqsirli bilinsin və 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə və ev dustaqlığında olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 10.02.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarına təhvil verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədiləsində təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 10.02.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Mingəçevir ŞPŞ-də saxlanılan 153,502 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin, 464,900 qram olan narkotik vasitə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış tiryək, 0,032 qram olan psixotrop maddə kustar üsulla hazırlanmış metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd “Samsung A 21s” markalı mobil telefonlar hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaytarılsın. İş üzrə 53,65 AZN (əlli üç manat, altmış beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda 26,80 AZN (iyirmi altı manat, səksən qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-12/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-12/2022
04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver