Məhkəmə qərarları › İş №1(091)-12/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-12/2023

06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-12/2023 06.02.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən: Əliyev Rafail Əyyub oğlu, Hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, Məhkəmə iclas katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinnin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Göyçay şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, Göyçay rayon İcra hakimiyyəti başçısının köməkçisi vəzifəsində işləmiş, ali təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 32.4, 312.2-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İsayev X6 rayon İcra Hakimiyyəti başçısının 11 aprel 1994-cü il tarixli 5 nömrəli sərəncamı ilə Göyçay rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsinə təyin edilib həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Göyçay rayon İcra Hakimiyyəti başçısının Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid2 2021-ci ilin yanvar ayında Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi 118 ünvanında yerləşən rayon İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağına dəvət edərək özünü işgüzar və geniş əlaqəyə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan suiistifadə edərək Göyçay rayon İcra Hakimiyyətində onun xeyirinə qərar qəbul etmək səlahiyyətinə malik icra hakimiyyətinin başçısı ilə yaxın münasibətinin olmasını, həmin şəxsin vasitəsilə qeyd edilən vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi, xidməti fəaliyyəti üzrə verəcəyi hesabatların icra hakimiyyətində məqbul hesab edilib yoxlamaların keçirilməməklə maneələrin yaradılmamasına köməklik etmək imkanına malik olduğunu həmin ünvanda yerləşən xidməti otaqda yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi eyni xarakterli hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin yanvar ayının sonlarında aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2021-ci ilin yanvar ayının sonu fevral ayının əvvəllərində qeyd edilən xidməti otağında 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini Şahid2 alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid2 məxsus 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Göyçay rayon İcra Hakimiyyəti başçısının Şəkər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid1 2021-ci ilin yanvar ayında Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi 118 ünvanında yerləşən rayon İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağına dəvət edərək özünü işgüzar və geniş əlaqəyə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Göyçay rayon İcra Hakimiyyətində onun xeyirinə qərar qəbul etmək səlahiyyətinə malik icra hakimiyyətinin başçısı ilə yaxın münasibətinin olmasını, həmin şəxsin vasitəsilə qeyd edilən vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi, xidməti fəaliyyəti üzrə verəcəyi hesabatların icra hakimiyyətində məqbul hesab edilib yoxlamaların keçirilməməklə maneələrin yaradılmamasına köməklik etmək imkanına malik olduğunu həmin ünvanda yerləşən xidməti otaqda yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi eyni xarakterli hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin yanvar ayının sonu fevral ayının əvvəllərində aldatmaqla bildirərək, sonuncu ilə həmin məsələnin 750 manat məbləğ qarşılığında müsbət həll edilməsinə dair razılaşmaqla sövdələşib, həmin niyyətlə 2021-ci ilin yanvar ayının sonu fevral ayının əvvəllərində qeyd edilən xidməti otağında 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaitini Şahid1 alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaitini ələ keçirməklə təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Göyçay rayon İcra Hakimiyyəti başçısının Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid3 2021-ci ilin yanvar ayında Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi 118 ünvanında yerləşən rayon İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağına dəvət edərək özünü işgüzar və geniş əlaqəyə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Göyçay rayon İcra Hakimiyyətində onun xeyirinə qərar qəbul etmək səlahiyyətinə malik icra hakimiyyətinin başçısı ilə yaxın münasibətinin olmasını, həmin şəxsin vasitəsilə qeyd edilən vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi, xidməti fəaliyyəti üzrə verəcəyi hesabatların icra hakimiyyətində məqbul hesab edilib yoxlamaların keçirilməməklə maneələrin yaradılmamasına köməklik etmək imkanına malik olduğunu həmin ünvanda yerləşən xidməti otaqda yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi eyni xarakterli hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin yanvar ayının sonu fevral ayının əvvəllərində aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2021-ci ilin yanvar ayının sonu fevral ayının əvvəllərində qeyd edilən xidməti otağında 1.000 (bir min) manat məbləğində pul vəsaitini Şahid3 alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid3 məxsus 1.000 (bir min) manat məbləğində pul vəsaitini ələ keçirməklə təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Göyçay rayon İcra Hakimiyyəti başçısının Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyən Şahid4 2021-ci ilin aprel ayında Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi 118 ünvanında yerləşən rayon İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağına dəvət edərək özünü işgüzar və geniş əlaqəyə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Göyçay rayon İcra Hakimiyyətində onun xeyirinə qərar qəbul etmək səlahiyyətinə malik icra hakimiyyətinin başçısı ilə yaxın münasibətinin olmasını, həmin şəxsin vasitəsilə qeyd edilən inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsinə təyin edilməsi və həmin vəzifədə qalıb fəaliyyətini davam etdirilməsinə köməklik etmək imkanına malik olduğunu həmin ünvanda yerləşən xidməti otaqda yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi eyni xarakterli hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin aprel ayında aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2021-ci ilin aprel ayında qeyd edilən xidməti otağında 3.000 (üç min) manat məbləğində pul vəsaitini Şahid4 alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid4 məxsus 3.000 (üç min) manat məbləğində pul vəsaitini ələ keçirməklə təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, özgə əmlakını ələ keçirmək məqsədilə Göyçay rayon İcra Hakimiyyəti başçısının Şəkər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid7 2022-ci ilin yanvar ayında Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi 118 ünvanında yerləşən rayon İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağına dəvət edərək özünü işgüzar və geniş əlaqəyə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Göyçay rayon İcra Hakimiyyətində onun xeyirinə qərar qəbul etmək səlahiyyətinə malik icra hakimiyyətinin başçısı ilə yaxın münasibətinin olmasını, həmin şəxsin vasitəsilə onun və inzibati ərazi dairəsi üzrə nümayəndəliyin müavini Şahid8 və X1 işlərində qalıb fəaliyyətlərini davam etdirmələri, xidməti fəaliyyətləri üzrə nümayəndəliklə əlaqədar verəcəkləri hesabatların icra hakimiyyətində məqbul hesab edilib yoxlamaların keçirilməməklə maneələrin yaradılmamasına köməklik etmək imkanına malik olduğunu həmin ünvanda yerləşən xidməti otaqda yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onların xeyrinə edəcəyi eyni xarakterli hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2022-ci ilin yanvar ayının sonu fevral ayının əvvəllərində aldatmaqla bildirərək, həmin məsələnin 750 manat məbləğ qarşılığında müsbət həll edilməsinə dair razılaşmaqla sövdələşib, həmin niyyətlə 2022-ci ilin yanvar ayının sonu fevral ayının əvvəllərində qeyd edilən xidməti otağında Şahid8 məxsus 300 manat və Gülanə İsrəfilovaya məxsus 150 manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə Şahid8 alıb şəxsi ehtiyaclarına sərf edərək, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid7, Şahid8 və Gülanə İsrəfilovanın xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncuları vahid niyyətlə təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.4 və 32.4, 312.2 və -cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona qarşı irəli sürülən ittihamda nəzərdə tutulan əməllərin heç birini törətməmiş, sabiq icra başçısı Mehdi Səlimzadəyə pul alıb verməmişdir. Məhkəməyədək icraat zamanı ev dustaqlığına buraxılması üçün etirafedici ifadə vermişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1993-cü ildən Göyçay rayon İcra hakimiyyəti başçısının baş məsləhətçisi (köməkçi) vəzifəsində işləmiş, xx.xx.2016-cı il tarixdən 2022-ci ilin mart ayına qədər Göyçay RİH-nin başçısı vəzifəsinə təyin edilmiş Səlim-zadə Mehdi İldırım oğlu ilə münasibətləri normal olmuş, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Göyçay RİHB-nin köməkçisi vəzifəsində işlədiyi dövrdə Göyçay RİHB-nin Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid2 2021-ci ilin yanvar ayında Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi 118 ünvanında yerləşən rayon İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağına dəvət edərək öz təşəbbüsü ilə icra başçısı Mehdi Səlim-zadənin adından sonuncunun xəbəri olmadan istifadə etməklə Şahid2 şəxsi məqsədləri üçün pul almaq məqsədilə xidməti otağında təklikdə olduqda icra nümayəndəsi vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi, xidməti fəaliyyəti üzrə verəcəyi hesabatların icra hakimiyyətində məqbul hesab edilib yoxlamaların keçirilməməklə maneələrin yaradılmaması ilə əlaqədar Şahid2 Mehdi Səlim-zadəyə onun vasitəsi ilə 1.500 (min beş yüz) manat pul verməsini təklif etmişdir. Şahid2 onun dediklərinə inanıb həmin pul vəsaitini verməyə razılazmış, 2021-ci ilin yanvar ayının sonu fevral ayının əvvəllərində xidməti otağında təklikdə olduqda Şahid2 onun qəbuluna gələrək tələb etdiyi 1.500 (min beş yüz) manat pul vəsaitini vermişdir. Həmin pul vəsaitini qəbul edib Şahid2 sonrakı məsələlərdə narahat olmamasını bildirmiş, aldığı puldan Mehdi Səlim-zadənin xəbəri olmamaqla həmin pul vəsaitini şəxsi məqsədləri üçün istifadə etmişdir. Bundan başqa Göyçay rayon İcra Hakimiyy\ti Başçısının Şəkər kənd inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Şahid1 2021-ci ilin yanvar ayında Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi 118 ünvanında yerləşən rayon İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağına dəvət edərək icra başçısı Mehdi Səlim-zadənin adından sonuncunun xəbəri olmadan icra nümayəndəsi vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi, xidməti fəaliyyəti üzrə verəcəyi hesabatların icra hakimiyyətində məqbul hesab edilib yoxlamaların keçirilməməklə maneələrin yaradılmaması ilə əlaqədar Şahid1 Mehdi Səlim-zadəyə onun vasitəsi ilə 1.000 (bir min) manat pul verməsini təklif etmiş, Şahid1 onun dediklərinə inanıb 750 (yeddi yüz əlli) manat pul vəsaitini 2021-ci ilin yanvar ayının sonu fevral ayının əvvəllərində xidməti otağında təklikdə ona vermişdir. Şahid1 sonrakı məsələlərdə narahat olmamasını bildirərək aldığı pul vəsaitini şəxsi məqsədləri üçün istifadə etmişdir. Bundan başqa Göyçay rayon İcra Hakimiyyəti Başçısının Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid3 icra nümayəndəsi vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi, xidməti fəaliyyəti üzrə verəcəyi hesabatların icra hakimiyyətində məqbul hesab edilib yoxlamaların keçirilməməklə maneələrin yaradılmaması ilə əlaqədar icra başçısı Mehdi Səlim-zadəyə onun vasitəsi ilə 1.000 (min) manat pul verməsini təklif etmiş, Şahid3 2021-ci ilin yanvar ayının sonu fevral ayının əvvəllərində xidməti otağında təklikdə 1.000 (min) manat pul vəsaitini ona vermişdir. Həmin pul vəsaitini almasından Mehdi Səlim-zadənin xəbəri olmamış və aldığı pul vəsaitini şəxsi məqsədləri üçün istifadə etmişdir. Bundan başqa icra başçısı Mehdi Səlim-zadənin Şahid4 Göyçay rayon İcra Hakimiyyəti başçısının Bığır kənd icra nümayəndəsi vəzifəsinə təyin edəcəyindən xəbəri olduğu üçün öz təşəbbüsü ilə icra başçısı Mehdi Səlim-zadənin adından sonuncunun xəbəri olmadan Şahid4 şəxsi məqsədləri üçün 2021-ci ilin aprel ayında İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağında Bığır kənd icra nümayəndəsi vəzifəsinə təyin edilməsi və həmin vəzifədə qalıb fəaliyyətini davam etdirilməsinə köməklik etməyi ilə əlaqədar Şahid4 onun vasitəsi ilə Mehdi Səlim-zadəyə 3.000 (üç min) manat pul verməsini təklif etmişdir. Şahid4 onun dediklərinə inanaraq 2021ci ilin aprel ayında xidməti otağında təklikdə tələb etdiyi 3.000 (üç min) manat pul vəsaitini ona vermişdir. Həmin pul vəsaitini qəbul edib Şahid4 sonrakı məsələlərdə narahat olmamasını bildirmiş, aldığı pul vəsaitini şəxsi məqsədləri üçün istifadə etmişdir. Bundan başqa Göyçay rayon İcra Hakimiyyəti Başçısının Şəkər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid7 2022-ci ilin yanvar ayında Mehdi Səlim-zadənin adından sonuncunun xəbəri olmadan nümayəndiliyin işçiləri Şahid8 və Gülanə İsrəfilovadan işlərində qalıb fəaliyyətini davam etdirmələri, nümayəndəliyin fəaliyyəti üzrə veriləcək hesabatların icra hakimiyyətində məqbul hesab edilib yoxlamaların keçirilməməklə maneələrin yaradılmaması ilə əlaqədar Şahid7 1.000 (bir min) manat pul verməsini təklif etmişdir. Şahid7 onun dediklərinə inanaraq 750 manat pul vəsaitinin verməsi məzmununda olan təklifini qəbul edib həmin məbləği götürməyə razılıq versə də, pul vəsaiti tələb etdiyi şəxslərin maddi imkanını nəzərə alaraq son nəticədə 450 manat pul vəsaitini qəbul etməyə razılıq vermişdir. Daha sonra Şahid7 Şahid8 300 manat və Gülanə İsrəfilovanın 150 manat olmaqla ümumilikdə 450 (dörd yüz əlli) manat pul vəsaitini verməyə razılaşdıqlarını ona demişdir. 2022-ci ilin yanvar ayının sonu, fevral ayının əvvəllərində xidməti otağında təklikdə olduqda Şahid8 qəbuluna gələrək tələb etdiyi puldan 450 (dörd yüz əlli) manat hissəni ona vermiş, həmin pul vəsaitini qəbul edib Şahid8 sonrakı məsələlərdə narahat olmamasını bildirmişdir. Aldığı puldan Mehdi Səlim-zadənin xəbəri olmamış, aldığı pul vəsaitini şəxsi məqsədləri üçün istifadə etmişdir. Göyçay rayon İcra Hakimiyyətində işlədiyi dövrdə Mehdi Səlim-zadənin onun adından istifadə etməklə ifadəsində qeyd etdiyi şəkildə pul vəsaiti almasından xəbəri olmamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, rayon ərazisindəki şəhidlər xiyabanının, yol kənarlarının abadlaşdırılmasına, Qarabaqqal, Müsküllü kəndlərində uşaq bağçalarının inşaatına köməklik məqsədilə 1500 manat pul xərcləmiş, Təqsirləndirilən şəxs heç bir məbləğdə pul verməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Göyçay rayon İcra hakimiyyəti başçısı Mehdi Səlim-zadənin köməkçisi olan Təqsirləndirilən şəxs rayon başçısının adından hər il rayonun bütün kənd icra nümayəndələrindən pul toplamış, hər ərazi dairəsi üzrə nümayəndə hər təqvim ilinin əvvəlində Təqsirləndirilən şəxs başçı Mehdi Səlim-zadəyə çatdırılması üçün əhalisi və ərazisi nəzərə alınmaqla 1.000-2.000 (min-iki min) manat məbləğində pul vermişdir. Əgər hər ilin əvvəlində deyilən məbləğ verilməsə ərazi nümayəndələrinə süni əngəl yaradılmış, Təqsirləndirilən şəxs pulları toplayarkən tələbin Mehdi Səlim-zadədən gəldiyini, pulların sonuncu üçün toplandığını bildirərək pul verilmədiyi təqdirdə ərazi nümayəndələrinin vəzifələrindən azad ediləcəyini bildirmişdir. 2021-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs müvafiq olaraq 1.500 (min beş yüz) manat məbləğində pul vəsaitini Göyçay rayon İcra hakimiyyətində Mehdi Səlim-zadənin qəbul otağında təklikdə olduqda vermişdir. Sonradan həmin alınan pul vəsaitindən Mehdi Səlimzadənin məlumatı olmadığını, həmin pul vəsaitini Təqsirləndirilən şəxs öz şəxsi məqsədləri üçün götürdüyünü bilmişdir. Hazırda ona dəymiş ziyan ödənilməklə təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının Şəkər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə Göyçay rayonunda aparılan abadlıq işlərinə 750 manat pul xərcləmiş, sonuncuya heç bir məbləğdə pul verməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlim-zadə köməkçisi Təqsirləndirilən şəxs vasitəsilə hər ilin əvvəllərində hesabat verilən zaman icra nümayəndələrindən 1.000 (min) manat, 1.500 (min beş yüz) manat və ya 2.000 (iki min) manat məbləğində pul vəsaitini tələb edərək almış, həmin pul vəsaitinin məbləği inzibati ərazi nümayəndəliyinin ərazi vahidlərinin böyüklüyündən asılı olaraq dəyişmişdir. 2020-ci ilin əvvəllərində, təxminən yanvar ayının sonu və ya fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs onu xidməti otağına dəvət edərək qarşıdan hesabat gəldiyini, başçının tapşırığı əsasında 1.000 (min) manat gətirməli olduğunu, bundan sonra hesabatının qəbul ediləcəyini, əgər vəzifədə işləmək istəyirsə həmin pulu verməli olduğunu demişdir. Təqsirləndirilən şəxs həmin pulun bir hissəsini nümayəndənin müavinindən və mühasibdən almasını dediyinə görə icra nümayəndəsinin müavini Şahid8 250 (iki yüz əlli) manat, mühasib Şahid9 250 (iki yüz əlli) manat məbləğində pul almış, həmin pulun üzərinə özü 500 (beş yüz) manat qoyaraq nəticədə 1000 (bir min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs xidməti otağının arxa tərəfində yerləşən iclas zalında sonuncuya vermişdir. Sonradan həmin pul vəsaitindən Mehdi Səlim-zadənin məlumatı olmadığını, həmin pulu Təqsirləndirilən şəxs özü üçün götürdüyünü bilmişdir. Hazırda ona dəymiş ziyan ödənilməklə təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Şahid1 kiməsə pul verməsi barədə ona heç nə bildirməmiş, ondan Vahid İsyaevin adından pul istəsə də Şahid1 imkanı olmadığını bildirərək pul verməmişdir. Əvvəl iki dəfə icra nümayəndəsinə pul versə də, sonradan icra nümyəndəsi onun pulunu geri qaytarmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid9 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid1 məhkəməyədək icraat zamanı göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Göyçay rayon Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndə işləmiş Şahid3 ifadəsində göstərmişdir ki, 14 dekabr 2020-ci il tarixdə əmək məzuniyyətinə çıxmış, 15 dekabr 2020-ci il tarixdə ağır infakt keçirərək xəstəliyi ilə bağlı bülletenə çıxmışdır. Baş mühasiblə əlaqə saxlayıb bülleten pulunu necə ala biləcəyini soruşmuş, Təqsirləndirilən şəxs heç bir məbləğdə pul verməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, müavini Şahid4, mühasibi isə Şahid5 olmuşdur. İcra Başçısı Mehdi Səlim-zadənin köməkçisi Təqsirləndirilən şəxs nümayəndəliyinin illik hesabatında olan nöqsanlara göz yummaq və hər hansı intizam tədbiri görülməməsi müqabilində 2020-ci ilin hesabatına görə 1.000 (min) manat pul tələb etmiş, tələb olunan pulun məbləğini Şahid4 və Şahid5 hər biri iştirak edib düzəltdikdən sonra 2020-ci ilin dekabr ayında məzuniyyətdə olduğu üçün 1.000 manat pul vəsaitini Şahid4 Göyçay rayon İcra Hakimiyyətinin inzibati binasında Təqsirləndirilən şəxs təqdim etmişdir. Sonradan həmin pul vəsaitindən Mehdi Səlim-zadənin məlumatı olmadığını, həmin pulu Təqsirləndirilən şəxs özü üçün götürdüyünü bilmişdir. Hazırda ona dəymiş ziyan ödənilməklə təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə yaxın münasibəti olmamış, sonuncunu başçının köməkçisi kimi tanımışdır. 10 ilə yaxın baş mühasibatlıqda işləmiş, icra nümayəndəsi işdən çıxdıqdan sonra ona müavin vəzifəsi təklif olunmuşdur. Əvvəl razılıq verməsə də sonradan həmin işdə işləməyə razı olmuşdur. Abadlıq işləri üçün icra nümayəndəsinin müavini Şahid4 ondan 200 manat pul istəmiş, o da həmin pulu vermişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid3 məhkəməyədək icraat zamanı göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının Bığır kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi işləyən Şahid4 ifadəsində göstərmişdir ki, kənd ərazisində görülən abadlıq-quruculuq işlərinə Təqsirləndirilən şəxs deməsinə görə 3000 manat dəyərində müxtəlif tikinti materialları alıb vermiş, sonuncuya heç bir məbləğdə pul verməmmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid3 məhkəməyədək icraat zammanı ifadəsində göstərdiyini özünə aid hissədə təsdiq edərək eyni məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, 2021-ci ilin aprel ayının əvvəllərində İcra Hakimiyyəti Başçısının köməkçisi Təqsirləndirilən şəxs ona zəng edərək icra hakimiyyətinə çağırmış, orada Təqsirləndirilən şəxslə təklikdə söhbət edən zaman sonuncu ona başçı Mehdi Səlim-zadənin onun Göyçay Bığır kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmək istəyinin olub-olmaması barədə mövqeyini öyrənmək istədiyini bildirmişdir. Həmin vəzifəyə təyin edilməsinə razılıq verdikdə Təqsirləndirilən şəxs bunun qarşılığında ondan pul istəmiş, Təqsirləndirilən şəxs 3.000 (üç min) manat pul vəsaiti verə biləcəyini demişdir. 2021-ci ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxs ona mobil telefonla zəng edərək xidməti otağına dəvət etmiş, sonuncu ilə danışıqdan sonra 3.000 (üç min) manat pul vəsaitini götürüb Göyçay rayon İcra Hakimiyyətinə getmişdir. Orada İcra Hakimiyyətinin inzibati binasının ikinci mərtəbəsində yerləşən iclas otağında Təqsirləndirilən şəxslə görüşdükdə özü ilə apardığı 30 ədəd 100 manatlıq əskinaslar formasında olmaqla ümumilikdə 3.000 (üç min) manat pul vəsaitini icra başçısı Mehdi Səlim-zadəyə təqdim edilməsindən ötrü Təqsirləndirilən şəxs vermişdir. 29 aprel 2021-ci il tarixdə Mehdi Səlim-zadə onun Göyçay rayon İcra Hakimiyyəti Başçısının Bığır kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilməsi ilə əlaqədar müvafiq əmr vermişdir. Sonradan həmin pul vəsaitindən Mehdi Səlim-zadənin məlumatı olmadığını, həmin pulu Təqsirləndirilən şəxs özü üçün götürdüyünü bilmişdir. Hazırda ona dəymiş ziyan ödənilməklə təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının Şəkər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi işləyən Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs pul verməmiş, bir dəfə Şahid6la birlikdə pul verib kəndin yolunu təmizlətdirmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, nümayəndə müavini Şahid8, mühasib Şahid9, xadimə X2 işləmişdir. 2021-ci ilin hesabatı hazır olsa da üzürlü səbəbdən Göyçay rayon İcra Hakimiyyətinə təqdim edə bilməmiş, 2022-ci ilin yanvar ayının əvvəlində dəqiq xatırlamadığı gündə Göyçay rayon İcra Hakimiyyətində iclasdan sonra Təqsirləndirilən şəxs xidməti otağına çağıraraq ilin sonuna görə nümayəndəliyin adından 1.000 (min) manat pul vəsaitini növbəti gün ərzində özünə verməsini ondan tələb etmişdir. Tələb olunan pul vəsaitinin toplanması məqsədilə icra nümayəndəliyində danışıq zamanı Şahid9 özünün Təqsirləndirilən şəxslə razılığa gələrək pul vəsaitini verəcəyini demiş və 1.000 manat pul vəsaitinin ilk əvvəl 750 manat hissəsini Təqsirləndirilən şəxs verməsi barədə sonuncu ilə razılığa gəlsə də, sonradan maddi imkanın aşağı olması səbəbindən Təqsirləndirilən şəxs ilə 450 manat pul vəsaitinin verilməsi ilə razılaşmışdır. Bundan başqa tələb olunan 1.000 manat pul vəsaitindən Şahid8 300 manat, Gülanə İsrəfilovanın əri Şahid6 150 manat pul vəsatini verdikdən sonra 2022-ci ilin yanvar ayının əvvəlində, dəqiq xatırlamadığı gündə göstərişi əsasında Şahid8 450 (dörd yüz əlli) manat pul vəsaitini Göyçay rayon İcra Hakimiyyətinin inzibati binasında Təqsirləndirilən şəxs təqdim etmişdir. Sonradan həmin pul vəsaitindən Mehdi Səlim-zadənin məlumatı olmadığını, həmin pulu Təqsirləndirilən şəxs özü üçün götürdüyünü bilmişdir. Hazırda ona dəymiş ziyan ödənilməklə təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, rayonun abadlığı üçün icra hakimiyyətindən gələn tapşırıq əsasında 300 manat pul xərcləmiş, Təqsirləndirilən şəxs heç bir məbləğdə pul verməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid8 məhkəməyədək icraat zamanı Şahid1 və Şahid7 məhkəməyədək icraat zamanı ifadələrində göstərdiklərini özünə aid hissədə təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, kəndin abadlıq işləri üçün Şahid8 və Gülarə İsrəfilova ilə birlikdə Şahid7 150 manat pul vermişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 məhkəməyədək icraat zamanı Şahid7 məhkəməyədək icraat zamanı ifadəsində göstərdiyini özünə aid hissədə təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 12 aprel 2022-ci il tarixli məktuba əlavə edilmiş 1 ədəd CD diskə baxış keçirilməsi haqqında 15 aprel 2022-ci il tarixli protokoldan görünür ki, cinayətin törədildiyi ərəfədə Təqsirləndirilən şəxs Şahid3 və Şahid4 ilə mütəmadi şəkildə telefonla ünsiyyətdə olmuşdur. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 19 may 2022-ci il tarixli məktuba əlavə edilmiş 1 ədəd CD diskə baxış keçirilməsi haqqında 19 may 2022-ci il tarixli protokoldan görünür ki, cinayətin törədildiyi ərəfədə Təqsirləndirilən şəxs Şahid3, Şahid1 və Şahid7 ilə mütəmadi şəkildə telefonla ünsiyyətdə olmuşdur. İş materiallarında olan əmrlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs 26 mart 1993-cü il tarixdən 14 aprel 2022-ci il tarixə kimi Göyçay rayon İcra hakimiyyəti başçısının köməkçisi vəzifəsində işləmişdir. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş ərizələrdən göründüyü kimi Şahid2, Şahid1, Şahid3 və Şahid4 notarial qaydada verdikləri ərizələr əsasında Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan şəxslərə dəymiş maddi ziyan tam ödənilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, 28 may 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, təqsirlənddirilən şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş itthamın CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə bağlı vurulmuş ziyan kimi qəbul edilmiş 6.250 AZN (altı min iki yüz əlli manat) tam şəkildə ödənilmiş və məhkəmə iclasında zərər çəkmiş şəxslər vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxslərlə barışdıqlarını bildirmişlər. Bundan əlavə təqdim edilmiş bank qəbzlərindən görünür ki, təqsirlənddirilən şəxs Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə bağlı vurulmuş ziyan kimi qəbul edilmiş 6.250 AZN (altı min iki yüz əlli manat) iyirmi beş faizini banka ödəmişdir. Qeyd edilən səbəblərə görə CM-in 73-1.2-ci maddəsinə əsasən 06 fevral 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə, məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 32.4, 312.2-cü mddəsinin sanksiyasına uyğun cəzalandırılmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il 7 №-li Qərarının (bundan sonra Qərar) 36-cı bəndində göstərilmişdir ki, dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Göründüyü kimi Təqsirləndirilən şəxs CM-in 32.4, 312.2-ci maddəsində nəzərdə tutulan digər şəxsləri rüşvət verməyə təhrik etməsi aparılmış araşdırma zamanı tam təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs heç kimdən sabiq icra hakimiyyətinin başçısı Mehdi Səlimzadəyə vermək adı ilə pul almamasını məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı etirafedici ifadə verməsini ev dustaqlığına buraxılması səbəbinə görə həmin ifadəni verməsi ilə izah etsə də, məhkəmə qeyd edir ki, şəxsin barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məhkəmənin səlahiyyətinə aid olmaqla şəxsin azadlığa çıxması üçün istintaq orqanına həmin qaydada ifadə verməsini inandırıcı dəlil kimi qəbul etmir. Bundan başqa məhkəmə iş üzrə dindirilmiş şahid və zərərçəkmiş şəxslərin də məhkəmə istintaqı zamanı verdikləri ifadələrini həmyerliləri və uzun müddət bir yerdə işlədiklərinə görə Təqsirləndirilən şəxs məsuliyyətdən qurtarmaq üçün sonuncunun xeyrinə vüerilmiş ifadələr kimi qəbul edir və həmin şəxslərin məhkəməyədək icraat zamanı verdikləri ifadələri daha səmimi və obyektiv ifadələr kimi qəbul edir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 32.4, 312.2-ci maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların movcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 32.4, 312.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. CM-in 312.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə ilə bağlı olmayan cərimə cəzası nəzərdə tutulsa da məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini icra hakimiyyəti başçısının köməkçisi kimi digər şəxslərin ona olan inamından istifadə etməklə törətməsi onun ictimai təhlükəliliyini artırmaqla məhz azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın tətbiq edilməsini zəruri edir. Azərbaycan Respublikası Konstitusuya Məhkəməsi Plenumunun CM-in 46.2, 46.3cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14cü maddəsinin şərh edilməsinə dair 14 noyabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-in 46.1-ci maddəsinin tələbinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən isə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. CM-in 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Odur ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzufə tutmaq hüququndan məhrum edilməklə əsas cəza kimi azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 09 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2ci maddələri ilə nəzərdə tutulan əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzufə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə əlavə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 02 (iki) il müddətə şamil edilsin. X3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar