Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-120/2020 14.10.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı – Dövlət ittihamçısı2, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxxxx 1967-ci il tarixdə Tərtər rayonu Xoruzlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Tərtər rayonu Xoruzlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qohumu Şahid1 işlədiyi günəbaxan tumları istehsal edən şirkətdə ayrı-ayrı mağazalara payladığı malın dəyəri olan 1050 (bir min əlli) manat pulu işdən çıxmasına baxmayaraq yerinə təyin olunan işçinin deyil, Şahid1 yığıb qaytarmalı olması tələbini, bu tələbinin haqsız olmasını Zərərçəkmiş şəxs irad tutması, sonuncunun isə bir ağsaqqal kimi ona hörmətlə yanaşmaması, iradı qəbul etmək əvəzinə kobud davranması səbəbindən Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış və bu məsələnin aydınlaşdırılması üçün əvvəlcədən telefonla danışıb razılaşdıqları kimi Zərərçəkmiş şəxs ilə görüşmək üçün xx xxxxxx 2019-cu il tarixdə saat 21:00 radələrində etibarnamə ilə idarə etdiyi “Ford” markalı **-FM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bərdə rayonu Seyid Yusifli kəndindən Tağlar kəndi istiqamətinə gedib həmin yolun 800 metrliyində dayanıb gözləmiş, Zərərçəkmiş şəxs öz avtomobili ilə gəlib yolun eyni kənarında bir az aralıda əks istiqamətdə dayanaraq əlində taxta parçası ilə avtomobildən yerə düşərək üzərinə gəldiyini gördükdə 1992-ci ildə “Qarabağ müharibəsi” zamanı iştirak etdiyi Ağdərə rayonu ərazisində aparılan döyüşlərdə erməni silahlı birləşmələrinin əsgərini zərərsizləşdirdikdən sonra ondan qanunsuz olaraq əldə edib həmin vaxtdan yaşadığı Tərtər rayonu Xoruzlu kəndində yerləşən evində saxladığı və gələrkən idarə etdiyi avtomobildə daşıyaraq gətirdiyi 1981-ci il buraxılışlı, ******* nömrəli, 5,45 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı, AK-74 markalı odlu silahı, həmin silahın komplekt hissəsi olan 1 ədəd sandıqçanı və döyüş sursatı hesab olunan, bu növ silahlarda istifadə etmək üçün nəzərdə tutulan 42 ədəd eyni kalibrli patronları avtomobilin oturacağının üstündən götürüb üzərində gəzdirməklə avtomobildən düşüb avtomatı təktək atəş rejimə gətirməklə həmin silahdan əvvəlcə Zərərçəkmiş şəxs qorxub dayanması üçün sonuncunun gəldiyi istiqamətdə torpağa 1 dəfə atəş açmış, dayanmadığını gördükdə isə qisas niyyəti ilə 2 dəfə ayaq nahiyələrinə atəş açmaqla sonuncuya sol bud sümüyünün aşağı 1/3-nin açıq qəlpəli yerdəyişmiş sınığı ilə sol bud nahiyəsinin aşağı 1/3-nin dəlibkeçən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, sağ bud nahiyəsinin aşağı 1/3-nin yumşaq toxumasının toxunub keçən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid odlu silah xəsarətləri yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 126.1 və 228.1-ci maddələri ilə ona elan olunmuş ittihamla təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verməklə göstərdi ki, Tərtər rayonu Xoruzlu kəndində yaşayır və həmin kəndin ərazisində “Xoruzlu” adlanan kafeni işlətməklə ailəsini dolandırır. Zərərçəkmiş şəxs uzun illərdir həmkəndlisi kimi tanımış və Elvin ilə hər hansı bir düşmənçilik və ya qohumluq münasibəti olmamışdır. Elvin “Oskar” adlanan günəbaxan şirkətinin rəhbəridir. Həmin şirkət Tərtər rayonu Xoruzlu kəndində yerləşir. Şirkətdə təxminən 20-30 nəfər işçi işləyir. Həmin işçilərdən biri də onun qaynı Şahid1 olmuşdur. Səyyaf Elvinin şirkətində 9 ay müddətində işləmişdir. Səyyaf Elvinə məxsus şirkətdə həm sürücü, həm də obyektlərə mal paylayıcısı kimi işləmişdir. Səyyaf şirkətdən hadisədən 1 ay əvvəl işdən çıxmışdır. Səyyaf işdən çıxdıqdan sonra özünə məxsus olan “Ford” markalı yük avtomobili ilə sürücü kimi fəaliyyət göstərməyə başlamışdır. Hadisədən təxminən 20 gün əvvəl Elvin Xoruzlu kəndi ərazisində onun yanına gələrək Səyyafın iş prosesində ona mağazalardan toplamalı olduğu 1050 manat məbləğində borcu qaldığını bildirmiş, o, isə Elvinə Səyyafın özündən soruşaraq bir söz deyəcəyini bildirmişdir. Elvinin Səyyafın pul məsələsini ona deməsinin səbəbi qaynı oğlu Səyyafın ona çox yaxın olması və bir böyük kimi onun sözünü eşitməsi olmuşdur. O, Elvin ilə Səyyafın ona borcu olması söhbətini danışdıqdan sonra ertəsi gün bu mövzuda Səyyafın özü ilə söhbət etmişdir. Səyyaf ona kimin səhv, kimin düzgün olmasını bilməsi üçün Elvinlə üzbəüz söhbət etmək lazım gəldiyini demişdir. O, bundan sonra Səyyaf ilə birlikdə Elvinlə söhbət etmək məqsədilə təxminən 10 gün əvvəl Tərtər rayonu Kəbirli kəndi ərazisində yerləşən kafeyə getmişlər. Söhbət zamanı Səyyaf Elvinə malları dəqiqliklə sayıb Elvin göndərdiyi yeni işçiyə verdiyini və daha sonra Səyyaf şirkətin adını bilmədiyi satış müdirinin yanına gedərək malları dəqiqliklə sayıb yeni işçiyə təhvil verməsi barədə məlumat verdiyini, satış müdirinin isə təhvil-təslim aktını qəbul etdiyini demişdir. Elvin bundan sonra satış müdirinin səhv etdiyini Səyyafa bildirmişdir. Belə ki, Elvin mağazaların borclu qaldığı pulu Səyyafın özünün yığmasını tələb etmişdir. O isə söhbətin artıq yaxşıya doğru getmədiyini görüb Səyyaf və Elvindən məsələni sakit şəkildə yola vermələrini xahiş etmişdir. Ancaq Elvin onun bu sözünə məhəl qoymayaraq Səyyafa nə olur olsun həmin pulu ödətdirəcəyini bildirmişdir. O, Elvinin bu sözündən sonra Səyyafa oradan getməyi təklif etmiş, Səyyaf isə onun sözünü yerə salmamış və kafedən çıxıb getmişdir. Səyyaf getdikdən sonra o, özü Elvin ilə söhbət etməyə başlamışdır. Söhbət zamanı o, Elvinə şirkət rəhbəri olduğunu deyib, bu qədər xırdalığa getməsinin düzgün olmadığını, ümumiyyətlə, insanlarla söyüşlə danışmamalı olduğunu söyləmişdir. Elvin isə hər kəsin qələt etdiyini, bu söhbətdə məhz özünün düzgün mövqedə olduğunu bildirmişdir. O isə artıq Elvini başa sala bilməyəcəyini görüb kafedən çıxıb getmişdir. Həmin gün təxminən saat 20:00 radələrində Elvin dostu Vüsal ilə birlikdə onun işlətdiyi Tərtər rayonu Xoruzlu kəndində yerləşən kafeyə gəlmişlər. O, Elvin və Vüsal ilə birlikdə yemək-yeyib spirtli içki qəbul etdikdən sonra pul məsələsi ilə bağlı razılığa gəlmişlər. Onların razılığı bir həftə sonra bir dəfə Səyyafın özünün yeni işçi ilə birlikdə pulu ödəməkdə problem yaradan mağazalara getməli və həmin pulu mağaza sahiblərindən yığmalı olması yönündə olmuşdur. Bu söhbətin ertəsi gün günorta saatlarında Səyyaf yaşadığı evdə yatarkən Elvin bir neçə dəfə onun mobil telefonuna zəng etmiş, lakin, Səyyaf yatdığı üçün telefona cavab verə bilməmişdir. Daha sonra Səyyafın ona dediyinə görə Elvin onun mobil telefonuna təhqiredici səs ismarıcları göndərmiş və nə üçün telefona cavab vermədiyini soruşmuşdur. Ertəsi gün isə o, Elvin və Səyyaf arasında mobil telefonda yenə mübahisə yarandığını eşitmişdir. Səyyaf Elvin ilə mübahisə etməsini ona mobil telefon vasitəsilə demişdir. Həmçinin, Səyyaf ona Elvinin ona “Küçüyün biri küçük” sözlərini deməsini bildirmişdir. O isə həmin gün hərbi xidmətdə olan qohumu ilə görüşmək üçün Qazax rayonuna getmişdir. Tərtər şəhərinə gələrkən istifadəsində olan 051 *** ** ** mobil nömrəsindən Elvinin istifadəsində olan xatırlamadığı mobil nömrəyə zəng edərək “Elvin söz oldu. Qurtardı getdi. Gələcəm oturub ətraflı söhbət edərik” sözlərini demişdir. Elvin isə ona “Yaxşı” deyib telefonu söndürmüşdür. O, həmin gün axşam saatlarında Tərtər şəhərinə çatmışdır. O, orada Elvinlə görüşüb Səyyafın işləri təhvil verdiyi işçi vasitəsilə pulunu yığmasını bildirmişdir. Elvin isə ona həmin işçinin deyil, məhz Səyyafın verəcəyini bildirib əsəbi şəkildə “Pulları Səyyafa doğuzduracam” sözlərini işlətmişdir. Bu zaman o, Elvinə Səyyafın ona borcunun olmadığını bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 14:00- 15:00 radələrində o, mobil telefon vasitəsilə Səyyafa zəng edərək harada olmasını soruşmuş, Səyyaf isə ona Elvinin idarə etdiyi “Niva” markalı avtomobili Bərdə şəhərində yerləşən “Bərdə Market” adlanan mağazanın yanından Tərtər şəhərinə gedən yolda onun idarə etdiyi “Ford” markalı avtomobilin önündə saxlamaqla yolunu kəsdiyini demişdir. Bundan başqa Səyyaf mobil telefonda ona Elvinin ondan üzr istəməsini tələb etdiyini və yalnız o halda mağazalardan toplanılmalı olan pulu Səyyafa bağışlayacaqlarını deməsi barədə məlumat vermişdir. Əlavə olaraq isə özünün də həmin yerə gələcəyini demişdir. Bir qədər sonra o, qohumu Anara məxsus, ancaq onun etibarnamə əsasında idarə etdiyi “Ford” markalı ** FM *** avtomobil ilə Səyyafın ona mobil telefonda dediyi yerə yollanmışdır. O, avtomobilə oturmamışdan əvvəl Elvinin orada ona və Səyyafa hər hansı bir xəsarət yetirəcəyindən ehtiyat edərək 1992-ci ildə Qarabağ müharibəsi zamanı Ağdərə döyüşlərində düşmən əsgərini öldürüb əldə etdiyi, həmin vaxtdan yaşadığı evdə boş otaqda yeşiyin içərisində saxladığı “Kalaşnikov” markalı avtomat silahı da özü ilə götürmüşdür. Silahın onun özündə olmasından heç kimin xəbəri olmamışdır. Həmin yerə çatan zaman isə Səyyafın, Elvinin, Elvinin dostu Vüsalın, habelə kiçik qaynı Elxanın həmin yerdə olduqlarını və Səyyafın dediyi kimi avtomobilin qarşısını kəsdiklərini, özlərinin isə yaxınlıqdakı kafedə söhbət etdiklərini görmüşdür. Onlara yaxınlaşıb nə məsələ olması ilə maraqlanmış, Elvin Səyyafın ondan üzr istəməli olduğunu bildirmişdir. O, məlumat üçün Səyyafın ona zəng etməsinin səbəbinin bir ağsaqqal kimi ona hörmət etməsi olduğunu söyləmişdir. Bir qədər davam edən sözlü mübahisədən sonra Elvin onun ünvanına nalayiq sözlər işlətmiş, o isə bu heyifi yerdə qoymayacağını demişdir. Həmin gün təxminən saat 20:00 radələrində istifadəsində olan (051) ***-**-** mobil nömrəsindən Elvinin istifadəsində olan mobil nömrəyə iki dəfə zəng etmiş, lakin Elvin zənglərin heç birinə cavab verməmişdir. Bir qədər sonra Elvin özü ona zəng edərək Tərtər şəhərinə gəlməsini istəmişdir. O isə Tərtər şəhərinə gəlməyəcəyini bildirmiş və Elvindən yaşadığı Xoruzlu kəndi ərazisində yerləşən “Qarasu” deyilən yerə gəlməsini istəmişdir. Elvin isə onunla razılaşmamış və bir qədər sonra özünün hara gəlməli olduğunu deyəcəyini bildirmişdir. Təxminən 5-10 dəqiqə sonra Elvin yenidən ona zəng edərək Bərdə rayonu Seyidyusifli kəndi ərazisində yerləşən meşəyə gəlməsini istəmişdir. O, Elvin ilə aralarında hər hansı bir hadisə baş verəcəyi ehtimalına görə əvvəlcədən özünə məxsus olan “Ford” markalı avtomobilə qoyduğu “AKS-74” modelli 5,45 kalibrli silahla təxminən saat 21:00 radələrində Elvinin dediyi meşəyə getmişdir. Təxminən 1 dəqiqə sonra Elvin “Niva” markalı avtomobil ilə meşəyə gəlmişdir. O, silahı avtomobilin qabaq oturacağının üzərinə qoyub avtomobildən enmişdir. Həmin vaxt avtomobillər arasında təxminən 20-30 metr məsafə olmuşdur. Bu zaman Elvinin avtomobilin qapısını açıb avtomobildən endiyini, lakin ona doğru yaxınlaşmadığını görmüşdür. Təxminən 2-3 metr Elvinə tərəf addımlamış, bu zaman onun əlində heç nə olmamışdır. Daha sonra o, Elvinin avtomobilindən nə olduğunu dəqiq görmədiyi, təxminən 1 metr uzunluğunda olan alətlə iri addımlarla onun üzərinə doğru gəldiyini görmüşdür. O, dərhal avtomobilinə doğru qayıdıb qabaq oturacağın üzərinə qoyduğu silahı götürmüş, Elvinin ona çatmasına təxminən 3-4 metr qalmış, onun dayanması məqsədilə Elvindən təxminən 1 metr kənara yerə bir dəfə atəş açmışdır. Lakin Elvin onu üzərinə doğru gəlməyə davam etmişdir. Buna görə də o, ikinci dəfə Elvinin ayağı istiqamətində atəş açmış, lakin bu güllə də Elvinə dəyməmişdir. O da bunu görüb silahın lüləsini bir qədər yuxarı qaldırıb artıq üçüncü dəfə atəş açmışdır. Bu dəfə açılan güllə Elvinin ayağından – dizindən bir qədər yuxarı dəymişdir. Lakin o, güllənin Elvinin hansı ayağından dəydiyini görməmişdir. Elvin həmin vaxt onu öldürməməsini xahiş etmişdir. O isə onsuz da onu qorxutmaq istədiyini, heç bir öldürmək məqsədinin olmadığını demiş və Elvinə kömək etməyəcəyini, özünün avtomobilə əyləşməsini bildirmişdir. Elvin həmin vaxt ayağının işləmədiyini və yeriyə bilmədiyini söyləmişdir. O, silahı təxminən 10-12 metr kənarda yerləşən kolun içərisində gizlətmişdir. Bunun ardınca öz avtomobilinə yaxınlaşıb getmək istəmiş, Elvin isə qışqıraraq onu həmin yerdə qoymamasını xahiş etmişdir. Əvvəlcə, o, Elvinə kömək etmək istəməsə də, sonradan onun cavan olmasına yazığı gəlmiş və avtomobilindən enib Elvinə yaxınlaşmışdır. Bundan sonra Elvinin avtomobilinə minərək avtomobili arxaya doğru idarə edib Elvinə yaxınlaşdırmış və avtomobildən düşmədən qapını açaraq Elvinə minməsini söyləmişdir. Elvin bu zaman avtomobilə minə bilməyəcəyini demişdir. O da avtomobildən enərək Elvinə yaxınlaşmış və kömək edib Elvini avtomobilə mindirmişdir. Daha sonra öz avtomobilini hadisə yerində qoyub Elvinin “Niva” markalı avtomobilini idarə etməklə Elvini Bərdə rayon mərkəzi xəstəxanasına aparmışdır. Xəstəxanaya gedən zaman yolda bibisi oğlu Elxan Hüseynova zəng edərək avtomobilini Seyidyusifli kəndi ərazisində olan meşədə saxladığını və onu dayandığı yerdən gəlib götürməsini xahiş etmişdir. Xəstəxanaya çatdıqda içəri daxil olub tibb işçilərindən xərək almışdır. Daha sonra xəstəxanadan çölə çıxmış, bu zaman xəstəxananın qarşısında 2 nəfər tanımadığı oğlanın dayandığını görmüş və onlardan avtomobildə olan şəxsi xərəyə yerləşdirib xəstəxanaya aparmaq məqsədilə kömək etmələrini xahiş etmişdir. Həmin şəxslərin köməkliyi ilə Elvini xəstəxananın ikinci mərtəbəsinə qaldırmışlar. İfadəsinin davamında Zərərçəkmiş şəxs xəsarət yetirdiyi silahı 1992-ci ildə erməni hərbi birləşmələrinə qarşı döyüşlərdə müharibədən gətirdiyini, əvvəlcə həyətyanı sahəsində yerləşən tövlədə gizlətdiyini, daha sonra isə evində saxladığını, hadisə baş verən dövrədək isə həmin silahdan heç vaxt istifadə etmədiyini bildirmişdir. Hadisədən sonra özü zərərçəkmiş şəxsi xəstəxanaya aparmış, daha sonra könüllü şəkildə polis orqanlarına gedərək təslim olmuş, hadisə barədə ətraflı ifadə vermiş, silahın yerini könüllü şəkildə istintaqa bildirmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, sonuncunun ondan heç bir şikayəti və tələbi yoxdur. Qeyd olunanlar nəzərə alınmaqla barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək həmin ifadəyə uyğun ifadə verməklə göstərdi ki, hadisə baş verənə qədər Təqsirləndirilən şəxsla heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Əksinə yaxşı münasibətləri olmuşdur. Baş vermiş hadisənin səbəbi cüzi məbləğdə pul borcu ilə bağlı olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ilə Səyyaf adlı şəxsin qohumluq münasibətləri olduğundan və Səyyafın da ona pul borcu olduğundan, Təqsirləndirilən şəxs bir ağsaqqal kimi müraciət edərək bu məsələnin həll edilməsini, vasitəçilik etməsini xahiş etmişdir. Lakin hadisədən təxminən bir həftə və ya on gün əvvəl məhz bu səbəbdən aralarında münaqişələr baş verməyə başlamışdır. Belə ki, Səyyaf artıq bu söhbətdən kənarda qalmış, onunla Təqsirləndirilən şəxs arasında sözlü mübahisələr yaranmış və yekunda Təqsirləndirilən şəxs ilə hər ikisi vaxt təyin edib görüşmüşlər. Təqsirləndirilən şəxs əvvəlcə görüş yeri kimi başqa yeri demiş, daha sonra isə telefonla əlaqə saxlayan zaman meşədə görüşmələri qərara alınmışdır. Hadisə yerinə çatdıqdan sonra avtomobili Təqsirləndirilən şəxs avtomobilindən 40 metr aralıda saxlamış və avtomobildən düşmüşdür. Həmin vaxt ərazi qaranlıq olmuş, yalnız avtomobillərin faraları hadisə yerinə işıq salmışdır. Həmin an onun əlində ağac olmuş, iki dəqiqə sonra Təqsirləndirilən şəxs da maşından düşmüş və ondan əlindəkinin nə olduğunu soruşmuş, o isə əlində ağac olduğunu bildirmişdir. Həmin vaxt Fazilin əlində heç nə olmamışdır. O isə özünü sığorta üçün əlinə ağac götürmüşdür. Təqsirləndirilən şəxs onun əlində ağac olduğunu biləndən sonra gedib maşından silahı götürmüş və ona atəş açmışdır. Atılan güllələrdən biri onun ayağına dəymişdir. Təqsirləndirilən şəxs onun ayaq nahiyəsinə atəş açmış, ancaq onun vəziyyətinin pis olduğunu bilməmişdir. Fazilin maşına tərəf getdiyini gördükdə ondan onu xəstəxanaya çatdırmasını xahiş etmişdir. Fazil ona özünün gedə biləcəyini deyəndə o, ayağının qırıldığını bildirmişdir. Təqsirləndirilən şəxs onu xəstəxanaya aparanda atasına zəng edərək qəza keçirdiyini bildirmiş və ailəsinin gələcəyi üçün Fazildən xəstəxanadan çıxıb getməsini istəmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxsla aralarındakı mübahisə zamanı sonuncu onu öldürmək üçün hər cür şəraitə malik olsa da, bunu etməmişdir. Əvvəlcə silahla onun üzərinə gəlməmiş, sonradan onun əlində ağac parçası gördüyünə görə yəni nəsə silah olduğunu düşünmüş və avtomobildən silahını götürmüşdür. Silahla əvvəlcə onun ətrafına atəş açmış, o dayanmayaraq Fazilin üzərinə doğru getdikdə isə onun ayağına atəş açmış, onun bədəninə tərəf atəş açmamışdır. Hadisədən sonra onu ona məxsus avtomobillə xəstəxanaya aparmışdır. Avtomobilinə heç bir atəş açılmamışdır. Avtomobilə sonradan ziyan yetirilmişdir. Daha sonra isə həmin avtomobil təmir etdirilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2018-ci ilin sentyabr ayından 2019-cu ilin may ayınadək olan müddətdə Zərərçəkmiş şəxs sahibi olduğu “Star” şirkətində satıcı işləmişdir. Onun həmin şirkətdə vəzifəsi günəbaxan tumu məhsullarını Beyləqan, Füzuli və İmişli rayonları ərazisində müxtəlif mağazalara paylamaqdan ibarət olmuşdur. O, 2019-cu ilin may ayında qazancı sərf etmədiyi üçün Elvinin şirkətindən işdən çıxmışdır. İşdən çıxdıqdan sonra etibarnamə əsasında “Ford” markalı yük avtomobili ilə sürücü kimi fəaliyyət göstərməyə başlamışdır. O, işdən çıxdıqdan sonra mağazalardan toplamalı olduğu 1050 manat məbləğində borc qalmışdır. Həmin pul mağazalardan toplanılmalı olan pul olduğuna görə pul onun yerinə işə qəbul edilən İlqar adlı yeni işçinin adına sənədləşdirilmişdir. Buna görə də ərazidə olan mağazalardan toplanılmalı olan 1050 manat məbləğində pula da İlqar özü cavabdeh olmuşdur. Həmin vaxt onun malları və digər işləri təhvil-təslim aktı ilə İlqar adlı yeni işçiyə verməsinə Elvinin özü də razı olmuşdur. Bundan təxminən 1 ay sonra Elvin mobil telefon vasitəsilə zəng edərək yeni işçinin həmin pulu yığa bilmədiyini və həmin pulun onun adına olduğunu, buna görə də pulu mağazalardan onun yığıb təhvil verməli olduğunu demişdir. Buna görə də o, şirkətə getmiş və Elvin ilə görüşən zaman İlqar adlı yeni işçini yanına çağırmışdır. Həmin işçi Elvinin yanında 1050 manat pulun təxminən yarısını yığdığını, lakin öz ehtiyacları üçün xərclədiyini bildirmişdir. Lakin Elvin ona əraziyə çıxmasını və pulu mağazalardan məhz onun yığmalı olduğunu demişdir. O isə bununla razılaşmamışdır. Təxminən 20 gün əvvəl Elvin pulu verməsi üçün dayısı Fazil ilə əlaqə saxlamış və onun pulu ödəməli olduğunu Fazilə demişdir. Dayısı Fazil isə Elvinə onunla əlaqə saxlayaraq söhbətin əslini aydınlaşdıracağına dair söz vermişdir. Elvin dayısına pul məsələsini izah etdikdən sonra ertəsi gün bu mövzuda dayısı onun özü ilə Elvinin ona dedikləri barədə söhbət etmişdir. O, dayısı Fazilə kimin səhv, kimin düz olmasını bilmələri üçün Elvin ilə üzbəüz söhbət etmək lazım gəldiyini demişdir. Bundan sonra o, dayısı Fazil ilə birlikdə Elvinlə söhbət etmək məqsədilə təxminən 10 gün əvvəl Tərtər rayonu Kəbirli kəndi ərazisində yerləşən kafeyə getmişdir. Söhbət zamanı o, Elvinə malları dəqiqliklə sayıb İlqar adlı işçiyə təhvil verdiyini və daha sonra şirkətin adını bilmədiyi satış müdirinin yanına gedərək malları dəqiqliklə sayıb yeni işçiyə təhvil verməsi barədə məlumat verdiyini, satış müdirinin isə təhvil-təslim aktını qəbul etdiyini demişdir. Elvin həmin vaxt ona satış müdirinin səhv etdiyini bildirmişdir. Belə ki, Elvin mağazaların borclu qaldığı pulu onun özünün yığmasını tələb etmişdir. Bu zaman dayısı söhbətin artıq yaxşıya doğru getmədiyini görüb ondan və Elvindən məsələni sakit şəkildə yola verməyi xahiş etmişdir. Ancaq Elvin dayısı Fazilin bu sözünə məhəl qoymayaraq ona nə olur olsun həmin pulu ödətdirəcəyini bildirmişdir. X6 bu sözündən sonra ona oradan getməyi təklif etmiş, o da dayısının sözünü yerə salmayaraq kafedən çıxıb getmişdir. Bundan sonra keçən müddət ərzində Elvin bir neçə dəfə onun mobil telefonuna zəng edərək pulu onun ödəməli olduğunu demiş və dəfələrlə söyüş söymüşdür. Bildiyi qədəri ilə bu söhbətdən bir neçə saat sonra təxminən saat 20:00 radələrində Elvin dostu Vüsal ilə birlikdə dayısının işlətdiyi Tərtər rayonu Xoruzlu kəndində yerləşən kafeyə getmiş və yemək yeyib spirtli içki qəbul etdikdən sonra pul məsələsi ilə bağlı razılığa gəlmişlər. Onların razılığı belə olmuşdur ki, bir həftə sonra bir dəfə o, yeni işçi ilə İlqar ilə birlikdə pulu ödəməkdə problem yaradan mağazalara getməli və həmin pulu mağaza sahiblərindən yığmalı olmuşdur. Bu söhbətin ertəsi günü günorta saatlarında o, yaşadığı evdə yatarkən Elvin bir neçə dəfə onun mobil telefonuna zəng etmiş, lakin, yatdığı üçün telefona cavab verə bilməmişdir. Daha sonra Elvin onun mobil telefonuna təhqiredici səs ismarıcları göndərmiş və nə üçün telefona cavab vermədiyini soruşmuşdur. Həmin vaxt Elvin ilə onun arasında mobil telefonda yenə mübahisə yaranmışdır. O, Elvin ilə mübahisə etməsini mobil telefon vasitəsilə dayısı Fazilə demişdir. Həmçinin, o, dayısına Elvinin ona “Küçüyün biri küçük” sözlərini dediyini də söyləmişdir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 14:00-15:00 radələrində dayısı mobil telefon vasitəsilə ona zəng edərək harada olduğunu soruşmuşdur. O isə dayısına Elvinin idarə etdiyi “Niva” markalı avtomobili Bərdə şəhərində yerləşən “Bərdə Market” adlanan mağazanın yanından Tərtər şəhərinə gedən yolda onun idarə etdiyi “Ford” markalı avtomobilin önündə saxlamaqla yolunu kəsdiyini demişdir. Bundan başqa o, mobil telefonda dayısına Elvinin ondan üzr istəməsini tələb etdiyini və yalnız o halda mağazalardan toplanılmalı olan pulu ona bağışlayacağını deməsi barədə məlumat vermişdir. Bunları öyrəndikdən sonra dayısı Fazil özünün də həmin yerə gələcəyini demişdir. Bir qədər sonra dayısı Fazil idarə etdiyi “Ford” markalı avtomobil ilə onun mobil telefonda dediyi yerə gəlmişdir. Həmin yerə çatan zaman isə onun özü, Elvin, Elvinin dostu Vüsal, habelə qohumu Elxan həmin yerdə olmuşlar. Onlar yaxınlıqdakı kafeyə gedib orada söhbət etmişlər. Fazil kafeyə gələrək nə baş verməsi ilə maraqlanmış, bu zaman Elvin onun üzr istəməli olduğunu söyləmişdir. Həmin vaxt bir qədər davam edən sözlü mübahisədən sonra Elvin dayısının ünvanına nalayiq sözlər işlətmişdir. Həmin gün təxminən saat 22:00 radələrində o, kənddə baş verən söhbətlərdən dayısının Elvin ilə dalaşdığını eşitmişdir. Bərdə rayon prokurorluğuna gələn zaman isə dayısı Təqsirləndirilən şəxs Elvini silahla ayağından güllələdiyini öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs dostudur, onu xeyli vaxtdır ki, tanıyır. Yaxşı münasibətləri vardır. Bir dəfə söhbət zamanı Elvin ona Səyyaf adlı keçmiş işçisinin zavodda işlədiyi dövrdə satdığı mallardan 1050 manat pulu yığa bilmədiyini, nə pulu yığmaq, nə də geri ödəmək istəmədiyini demişdir. Bu səbəbdən Elvin dəfələrlə Səyyafa pulunu qaytarmasını bildirsə də, Səyyaf bundan imtina etmişdir. Sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə o, Elvin və Sənan ilə birlikdə Elvinin idarə etdiyi “Niva” markalı avtomobil ilə Ucar rayonuna gedən zaman “Bərdə Market” adlanan mağazanın önündən keçdikləri vaxt Elvin Səyyafın “Ford” markalı avtomobili idarə edərək yol ilə getdiyini görmüşdür. Elvin Səyyafı gördükdən sonra idarə etdiyi avtomobili Səyyafın avtomobilinin önünə doğru sürərək avtomobili saxlatmışdır. Bunun ardınca Səyyaf avtomobildən düşüb Elvin ilə mübahisə etmişdir. Mübahisə zamanı Elvin Səyyafdan nə üçün onun pulunu qaytarmadığını soruşmuşdur. Həmin vaxt orada Səyyafın əmisi də olmuşdur. Səyyafın əmisi Elvinə bir stəkan çay içib söhbət edə biləcəklərini bildirmişdir. Bundan sonra onlar yaxınlıqda olan kafelərdən birinə gedib çay içmişlər. Söhbət zamanı Səyyaf Elvinə pulu yığmaqda köməklik edəcəyinə dair söz vermişdir. Ancaq söhbətin sonunda Səyyaf onun böyüklərinin olduğunu və onların gəlib söhbət edəcəyini bildirmişdir. Bir qədər sonra Elvinin həmkəndlisi və tanışı kimi tanıdığı Fazil də oraya gəlmişdir. X3 heç bir borcu olmadığını bildirmişdir. Bundan sonra Fazil və Elvin arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Elvin Fazilə söhbətə qarışmamasını bildirmiş, Fazil isə Elvinə camaatın içində deyil, axşam onunla görüşəcəyini demişdir. Elvin isə Fazilə görüşməyin Fazilin başı üçün olmadığını söyləmişdir. Daha sonra onlar həmin yerdən ayrılıb Elvin ilə birlikdə Ucar rayonuna getmişlər. Ucar rayonundan qayıtdıqdan sonra Elvin öz yaşadığı evə, o isə öz yaşadığı evə getmişdir. O, yaşadığı evdə olarkən Elvin mobil telefon vasitəsilə ona zəng edərək Fazilin onu silahla ayağından vurduğunu, bu səbəbdən də xəstəxanada olduğunu demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 məhkəməyədək icraat zamanı verdikləri ifadəni müdafiə edərək ona uyğun ifadə verdilər. Məhkəmə istintaqı zamanı Şahid5 məhkəməyədək icraat dövründəki ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Şahid5 göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun oğludur. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımışdır. Bildiyi qədəri ilə, Təqsirləndirilən şəxs ilə onun oğlu Zərərçəkmiş şəxs arasında əvvəllər heç bir düşmənçilik və ədavət olmamışdır. Oğlu Zərərçəkmiş şəxs xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 20:00 radələrində yaşadıqları evə gəlmişdir. Duş qəbul etdikdən sonra Elvin mobil telefonuna baxıb Təqsirləndirilən şəxs ona zəng etdiyini bildirmişdir. Həmin vaxt o, Elvinin Təqsirləndirilən şəxs ilə telefon danışığından Fazilin oğlunu çağırdığını eşitmişdir. O, həmin gün təxminən saat 21:00 radələrində yaşadıqları evdə olarkən əri Qəzənfərin mobil telefonuna zəng gəlmişdir. Ancaq o, ərinə zəng edən şəxsin kim olmasını bilməmişdir. Bundan təxminən 1 saat sonra o, əri Qəzənfər ilə danışmış və bu zaman oğlu Elvinin avtoqəza keçirdiyini, onun xəsarət aldığını öyrənmişdir. Bu səbəbdən o, dərhal Bərdə rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanada olarkən oğlu Elvinin həmkəndlisi Fazil tərəfindən avtomatla vurularaq ayağından xəsarət aldığını bilmişdir. Bundan başqa o, rayon prokurorluğuna verdiyi ərizədə Fazil İsmaylovun, oğlu Zərərçəkmiş şəxs qəsdən öldürmək fikrinin olduğunu göstərməsini Təqsirləndirilən şəxs hadisə yerinə əvvəlcədən silahla getməsi, Elvinin hadisə yerinə tək gəlməsini istəməsi ilə əsaslandırdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid6 məhkəməyədək icraat dövründəki ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Şahid6 göstərmişdir ki, o, fərdi sahibkarlıqla məşğul olur. Zərərçəkmiş şəxs onun oğludur. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımışdır. Bildiyi qədəri ilə, Təqsirləndirilən şəxs ilə onun oğlu Zərərçəkmiş şəxs arasında əvvəllər heç bir düşmənçilik və ədavət olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 19:30 radələrində o, oğlu Elvin ilə birlikdə iş yerindən çıxmışdır. Lakin hər birinin avtomobili olduğuna görə evə birlikdə yola düşməmişlər. O, təxminən saat 20:00 radələrində yaşadığı evə çatmışdır. Həmin vaxt Elvin evdə olmamışdır. Təxminən saat 21:00 radələrində o, evdə olan zaman oğlu Elvin özünün istifadəsində olan 050 *** ** ** mobil nömrəsindən onun istifadəsində olan 050 *** ** ** mobil nömrəyə zəng edərək yüngül şəkildə avtoqəza keçirdiyini və hadisə nəticəsində barmağının sındığını demiş və ondan bu barədə anası Qəribəyə heç nə demədən Bərdə rayon mərkəzi xəstəxanasına gəlməsini istəmişdir. O da Elvinin dediyi kimi arvadı Qəribəyə heç nə bildirmədən evdən çıxmış və təxminən saat 21:30 radələrində xəstəxanaya çatmışdır. O, xəstəxanaya çatdıqda orada çoxlu polis əməkdaşlarının olduğunu görmüşdür. Nə baş verdiyini soruşan zaman oğlu Elvinə həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən avtomatdan açılan atəşlə ayağından xəsarət yetirildiyini öyrənmişdir. O, sonradan oğlu Elvindən hadisənin nə səbəbdən baş verdiyini soruşan zaman Elvin ona Təqsirləndirilən şəxs qardaşı oğlu Səyyaf ilə arasında pul məsələsi olduğunu və Təqsirləndirilən şəxs bacısı oğlu Səyyafa arxa duraraq Elvin ilə görüşdüyünü demişdir. Məhkəmə istintaqı zamanı Şahid8 məhkəməyədək icraat dövründəki ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Şahid8 göstərmişdir ki, o, Zərərçəkmiş şəxs xalası oğlu Vüsalın vasitəsi ilə təxminən 3 ay əvvəl tanımağa başlamışdır. Həmin vaxtdan sonra o, ara-sıra Elvin ilə görüşüb çay içmişdir. Bu səbəbdən o, Elvini tam da yaxından tanımamışdır. O, Elvinin günəbaxan tumu ticarəti ilə məşğul olduğunu eşitmişdir. Bundan başqa onun Elvinin hər hansı şəxslər mübahisəsi olmasından heç bir xəbəri olmamışdır. Sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə o, Elvin və Vüsal ilə birlikdə Elvinin idarə etdiyi “Niva” markalı avtomobil ilə Ucar rayonuna gedən zaman “Bərdə Market” adlanan mağazanın önündən keçdikləri vaxt Elvin həmkəndlisi Səyyafın “Ford” markalı avtomobili idarə edərək yol ilə getdiyini görmüşdür. Məlumat üçün o, Səyyafı əvvəllər tanımadığını bildirmişdir. Elvin Səyyafı gördükdən sonra idarə etdiyi avtomobili Səyyafın avtomobilinin önünə doğru sürərək avtomobili saxlatmışdır. Bunun ardınca Səyyaf avtomobildən düşüb Elvin ilə mübahisə etmişdir. Mübahisə zamanı Elvin Səyyafdan nə üçün onun pulunu qaytarmadığını soruşmuşdur. Həmin vaxt orada Səyyafın əmisi də olmuşdur. Səyyafın əmisi Elvinə bir stəkan çay içib söhbət edə biləcəklərini bildirmişdir. Bundan sonra onlar yaxınlıqda olan kafelərdən birinə gedib çay içmişlər. Söhbət zamanı Səyyaf Elvinə pulu yığmaqda köməklik edəcəyinə dair söz vermişdir. Ancaq söhbətin sonunda Səyyaf onun böyüklərinin olduğunu və onların gəlib söhbət edəcəyini bildirmişdir. Bir qədər sonra Elvinin həmkəndlisi və tanışı kimi tanıdığı Fazil də oraya gəlmişdir. X3 heç bir borcu olmadığını bildirmişdir. Bundan sonra Elvin və Fazil arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Elvin Fazilə söhbətə qarışmamasını bildirmiş, Fazil isə Elvinə camaatın içində deyil, axşam onunla görüşəcəyini demişdir. Elvin isə Fazilə görüşməyin Fazilin başı üçün olmadığını söyləmişdir. Daha sonra onlar həmin yerdən ayrılıb Elvin ilə birlikdə Ucar rayonuna getmişlər. Ucar rayonundan qayıtdıqdan sonra Elvin öz yaşadığı evə, o isə öz yaşadığı evə getmişdir. O, yaşadığı evdə olarkən xalası oğlu Vüsal mobil telefon vasitəsilə ona zəng edərək Elvinin Fazil ilə mübahisə etdiyini və Fazilin silahla Elvini ayağından vurduğunu demişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs xalası oğlu Vüsalın ona Təqsirləndirilən şəxs ayağından silahla vurması barədə məlumat verdikdən sonra bu barədə hər hansı hüquq-mühafizə orqanına məlumat vermədiyini, çünki Vüsal ona xəbər verən zaman artıq hadisənin baş verməsindən xeyli vaxt keçdiyini, bildiyi qədəri ilə həmin vaxt Elvinin xəstəxanada, Fazilin isə polis şöbəsində olduğunu, buna görə də hüquq-mühafizə orqanlarına xəbər verməyə lüzum görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi barədə” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yeri Bərdə rayonu Seyid Yusifli kəndində yerləşən meşəlik ərazinin yaxınlığıdır. Hadisə yerindən avtomat silah, sandıqca, patornlar, gizizlər və qan nümunələri aşkar edilərək götürülmüşdür. (cild 01, iş vər. 05-15) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılarkən ifadəsində göstərdiklərini təsdiq edərək Zərərçəkmiş şəxs avtomatdan atəş açaraq xəsarət yetirdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir. (cild 01, iş vər. 66-68) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər – sol bud sümüyünün aşağı 1/3-nin açıq qəlpəli yerdəyişmiş sınığı ilə sol bud nahiyəsinin aşağı 1/3-nin dəlibkeçən 1 ədəd və sağ bud nahiyəsinin aşağı 1/3-nin yumuşaq toxumasının toxunub keçən 1 ədəd odlu silah güllə yaralanması olmuşdur. Həmin xəsarətlər odlu silahdan açılmış atəş nəticəsində güllə mərmilərinin təsirindən törənmişdir, müddəti xx xxxxxx 2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə: a) sol bud sümüyünün aşağı 1/3-nin açıq qəlpəli yerdəyişmiş sınığı ilə sol bud nahiyəsinin aşağı 1/3-nin dəlib-keçən odlu silah yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir; b) sağ bud nahiyəsinin aşağı 1/3nin yumuşaq toxumasının toxunub keçən odlu silah güllə yaralanması sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Yara kanallarına görə demək olar ki, atəşin istiqaməti öndən arxaya doğru olmuş və atəş açılan zaman Zərərçəkmiş şəxs ilə atəş açılan silahın gülləsinin en kəsiyi üzbəüz olmuşdur. (cild 02, iş vər. 33-39) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə-ballistik-daktiloskopiktrasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 5,45 mm kalibrli olmaqla “Kalaşnikov” konstruksiyalı, AZ-74 markalı, 1981-ci ildə zavod üsulu ilə istehsal edilmiş, “1330556” nömrəli döyüş təyinatlı yivli odlu avtomat silahdır, üzərində təyinatını dəyişən əlavə və dəyişiklik edilməmişdir, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır və tətiyini çəkmədən ondan atəş açılmır. Tədqiqata təqdim edilmiş 39 (otuz doqquz) ədəd patron 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS-74U” avtomatlarda, “RPK-74” əl pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş patronlardır, pistonlarında vurucu izi yoxdur, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Həmin patronlardan istifadə etməklə tədqiqata təqdim edilmiş avtomat silahdan atəş açmaq mümkündür. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd sandıqça 45 ədəd 5,45 mm kalibrli patron tutumuna malik olub, “RPK-74”, “RPKS-74” əl pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulan funksional əhəmiyyət daşımayan sandıqçadır, istifadəyə yararlıdır. Həmin sandıqçanın “Kalaşnikov” konstruksiyalı “AK-74”, “AKS-74”, “AKS-74S” avtomat silahlarda istifadəsi mümkündür. Tədqiqata təqdim edilmiş pistonlarında vurucu izi olan 3 (üç) ədəd giliz zavod üsulu ilə hazırlanmış, “Kalaşnikov” konstruksiyalı “AK-74”, “AKS-74”, “AKS-74U” avtomatlarda, “RPK-74”, “RPKS-74” əl pulemyotlarında və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş 5,45 mm kalibrli patronların hissələridir-gilizləridir. Həmin gilizlər “1330556” nömrəli avtomat silahdan atılmışdır. Tədqiqata təqdim edilmiş avtomat silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, ondan atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodika olmadığından sonuncu atəşin (atəşlərin) vaxtını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs bir ədəd qara rəngli idman şalvarının ayaqlığının kəsilmiş hissəsinin üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və mis metal izinin aşkar edilməməsinə əsasən, şalvar ayaqlığının kəsilmiş hissəsinin “a” səthində olan zədə giriş, “b” səthində olan zədə isə çıxış zədəsi olmaqla odlu silahdan açılmış atəş nəticəsində, diametri 5,45 mm olan güllənin təsirindən, 2 metrdən yuxarı məsafədən, öndən-arxaya doğru istiqamətdə yetirilməyə xarakterikdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə (zədələr) yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd bej rəngli qısaqol köynəyin səthində və onun əllərindən silinərək götürülmüş tamponlarda atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmişdir. Bu hissəciklər təqdim olunan silahın lüləsində olan hissəciklərlə qrupuna və növünə görə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd tünd göy rəngli idman şalvarının səthində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar ayaqlığının kəsilmiş hissəsinə və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarına baxış keçirilmiş və onların üzərində hər hansı trasoloji zədə (zədələr) aşkar edilməmişdir. (cild 02, iş vər. 46-49) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu 0/İ/-dir. Ekspertizaya təqdim olunan Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, toxuma kəsiri və 01 ədəd tampon üzərində insan qanı aşkar olunmuşdur. Tədqiq olunan qan ləkələrində qrup antigenləri və aqqlyutininləri AB0 sistemi üzrə təyin olunduqda “H” antigeni, toxuma kəsiyi üzərindəki ləkələrdə, həmçinin, alfa, beta aqqlyutinini alınmışdır. Bu qan ləkələri 0 alfa,beta /İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiqata təqdim olunan digər 02 ədəd pambıq tamponun üzərindəki ləkələrdə isə qan aşkar olunmamışdır. (cild 02, iş vər. 51-54) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. (cild 02, iş vər. 55-58) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vər. 59) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli götürmə aparılması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd ağ rəngli köynək və bir ədəd göy rəngli şalvar, Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli şalvar ayaqlığının kəsiyi götürülmüşdür. (cild 01, iş vər. 42-46, 48-52) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 daxil olmuş xx xxxxxxxx 2019-cu il tarixli 012-25501-1219 nömrəli məktubdan görünür ki, 1981-ci il istehsallı 5,45 kalibrli “AK-74” markalı, ******* nömrəli olan silahın talanmış və itirilmiş silah kimi axtarışda olması barədə DİN-in Baş Əməliyyat və X2 heç bir məlumat aşkar edilməmişdir. (cild 02, iş vər. 27) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx xxxxxxxx 2019-cu il tarixli 011-8749-1219 nömrəli məktubdan görünür ki, 01 ədəd 5,45 kalibrli “1330556” nömrəli “AK-74” modelli avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. (cild 02, iş vər. 64) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, CM-nin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Həmçinin CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayət məsuliyyətinə səbəb olur. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə ilə bağlı əvvəldən əldə edib qanunsuz olaraq özündə saxladığı və hadisə yerinə gətirdiyi odlu silahla zərərçəkmiş şəxsə atəş açaraq onun sağlamlığına ağır dərəcəli (məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 766 nömrəli rəyinə əsasən) bədən xəsarəti yetirmişdir. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafı ilə yanaşı, zərərçəkmiş və şahidlərin ifadələri, ekspert rəyləri, o cümlədən biri-digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən CM-nin 126.1 və 228.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmişarayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Tərtər rayonu, Xoruzlu kəndində yaşayır. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir, müharibə veteranıdır, onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır, müsbət səciyyələndirilir. (cild 01, iş vər. 157-159) Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiştələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 202) Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizədən görünür ki, hal-hazırda zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan “Könüllü gəlib təqsirini boynuna alması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 23:05-də Tərtər Rayon Polis Şöbəsinə gələrək cinayət törətməsi barədə məlumat vermiş və polis orqanlarına könüllü təslim olmuşdur. (cild 01, iş vər. 4) Məhkəmə Təqsirləndirilən şəxs Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməklə müharibə veteranı olmasını, yaşayış yeri üzrə müsbət səciyyələndilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna almaqla cinayətin üstünün açılmasına fəal kömək etməsini CM-nin 59.1.10-cu maddəsinə əsasən, cinayətin törədilməsindən sonrakı davranışını, yəni cinayət əməlini törətdikdən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması istiqamətində hərəkətlər etməsini, zərərçəkmiş şəxsi xəstəxanaya çatdırmasını CM-nin 59.1.11-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayətini odlu silahdan istifadə etməklə törətməsini CM-nin 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən çoxsaylı cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlinə münasibətdə cəzanı ağırlaşdıran halın olmasını, törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayət törədən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsi ilə minimum həddə yaxın, CM-nin 228.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, yalnız bu halda cəza öz məqsədini təmin etmiş olar və şəxs real olaraq azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 25) Cinayət işinin materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(021)-75/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 180-181) Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Bərdə rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 1 (bir) ədəd 5,45 mm kalibrli olmaqla “Kalaşnikov” konstruksiyalı, “AK- 74” markalı 1981-ci il buraxılışlı “1330556” nömrəli avtomat, 34 (otuz ədəd) patron, 1 (bir) ədəd sandıqça, 3 (üç) ədəd giliz CM-nin 99-1.1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməli, Bərdə rayon prokurorluğunda saxlanılan 3 (üç) ədəd əl yaxma nümunəsi, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd köynək və 1 (bir) ədəd şalvar, Zərərçəkmiş şəxs özünə məxsus 1 (bir) ədəd şalvar ayaqlığının kəsilmiş hissəsi tələb edilmədiyindən məhv edilməlidir. İş üzrə 290 (iki yüz doxsan) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplanılması yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 1 (bir) ədəd 5,45 mm kalibrli olmaqla “Kalaşnikov” konstruksiyalı, “AK- 74” markalı 1981-ci il buraxılışlı “1330556” nömrəli avtomat, 34 (otuz ədəd) patron, 1 (bir) ədəd sandıqça, 3 (üç) ədəd giliz məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin, Bərdə rayon prokurorluğunda saxlanılan 3 (üç) ədəd əl yaxma nümunəsi, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd köynək və 1 (bir) ədəd şalvar, Zərərçəkmiş şəxs özünə məxsus 1 (bir) ədəd şalvar ayaqlığının kəsilmiş hissəsi tələb edilmədiyindən məhv edilsin. İş üzrə 290 (iki yüz doxsan) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X7 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-120/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-120/2020
14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver