Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-120/2022 14.07.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1988-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində üç azyaşlı uşağı olan, işləməyən, İsmayıllı rayonunun Aşıqbayramlı kəndində qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissəsə CM) 126.2.1 və 127.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 03:00-dan həmin tarixdə saat 03:59-a kimi olan müddət ərzində, dəqiq vaxtı ibtidai istintaq zamanı müəyyən olunmayan dəqiqələrdə işlədiyi Rusiya Federasiyası, Kamçatka diyarı, Yelizovo rayonu, Svetlıy qəsəbəsi, Luqovaya küçəsi, 5 saylı ünvanda yerləşən “Belaya noç” kafe-barının foyesində həmin kafe-barda müştəri olan X8 ilə sonuncunun kafe-barın normal iş fəaliyyətinə mane olması və nalayiq ifadələr işlətməsi səbəbindən arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı R.S.Tsirkovnı, Zərərçəkmiş şəxs1 və digərlərinə əsəbiləşərək törətdiyi cinayət hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini, onların nəticələrini tam dərk edərək və baş verməsini arzu edərək özündə olan, cinayətin aləti kimi istifadə etdiyi məişət təyinatlı soyuq silah hesab edilməyən bıçaqla fiziki güc tətbiq etməklə Zərərçəkmiş şəxs2 qarın nahiyəsindən qəsdən bir zərbə vuraraq sonuncuya qarının ön divarının boşluğuna nüfuz edən yoğun bağırsağın zədələnməsi ilə müşayiət olunan deşilmiş kəsilmiş yarası, diz oynağının deşilmiş-kəsilmiş yarası kimi ümumilikdə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bundan sonra öz cinayətkar əməllərini davam etdirərək “Belaya noç” kafe-barının foyesindən çölə çıxıb kafe-barın ön tərəfindən 10 metr məsafədə Zərərçəkmiş şəxs1 yaxınlaşıb kafe-barın foyesində yaranan mübahisənin davamı olaraq şəxsi qərəzli münasibətlər zəminində törətdiyi cinayət hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini, onların nəticələrini tam dərk edərək və baş verməsini arzu edərək özündə olan, cinayətin aləti kimi istifadə etdiyi məişət təyinatlı soyuq silah hesab edilməyən bıçaqla fiziki güc tətbiq edərək Zərərçəkmiş şəxs1 bədəninin qarın, sağ bud, döş qəfəsi və sol bud nahiyələrinə qəsdən ən azı dörd zərbə endirərək sonuncuya qarının ön divarının göbəkdən bir santimetr solda qarın boşluğuna nüfuz edən peritonun, böyük piyliyin zədələnməsi və hemoperitoneumla müşayiət olunan deşilmiş-kəsilmiş yarası, sağ budun aşağı 1/3-nin ön iç səthinin deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön səthinin sol yarısının İX qabırğa səviyyəsində ön qoltuqaltı xətt üzrə və sol budun yuxarı 1/3-nin arxa bayır səthinin deşilmiş-kəsilmiş yaraları kimi qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, həmin hərəkətləri ilə iki şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Bundan başqa, o, xx.xx.2020-ci il tarixdə, saat 03:00-dan həmin tarixdə saat 03:59a kimi olan müddət ərzində, dəqiq vaxtı ibtidai istintaq zamanı müəyyən olunmayan dəqiqələrdə Rusiya Federasiyası, Kamçatka diyarı, Yelizovo rayonu, Svetlıy qəsəbəsi, Luqovaya küçəsi, 5 saylı ünvanda yerləşən “Belaya noç” kafe-barının ön tərəfindən 10 metr məsafədə olarkən ictimai borcunu yerinə yetirərək onun Zərərçəkmiş şəxs1 qarşı törətdiyi cinayətin qarşısını almaq istəyən və hadisə ilə bağlı polis orqanlarına məlumat verəcəyini söyləyən Zərərçəkmiş şəxs3 yaxınlaşıb Zərərçəkmiş şəxs3 ictimai borcunu yetirməsi ilə əlaqədar, şəxsi qərəzli münasibətlər zəminində törətdiyi cinayət hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsini, onların nəticələrini tam dərk edərək və baş verməsini arzu edərək sonuncuya fiziki güc tətbiq edib qədən üz nahiyəsinə yumruqla bir neçə dəfə zərbə vurmaqla burun sümüklərinin sınığı ilə müşayiət olunan burunun və gözlərin daxili bucaqlarının qançırları kimi qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri və sol almacıq nahiyəsinin qançırı, sol gözün xarici bucağının, üst və alt dodaqların selikli qişasının qansızması kimi qəsdən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs CM-nin 126.2.1 və 127.2.1-ci maddələri ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2017-ci il tarixdən Rusiya Federasiyasının Kamçatka vilayətinə işləmək üçün getmişdir. Hərdən Bakı şəhərinə ailəsini görmək üçün gəlib yenidən işlədiyi yerə qayıtmışdır. Sonuncu dəfə 2019-cu ilin oktyabr ayında Rusiya Federasiyasının Kamçatka vilayətinə gedib orada olan əslən azərbaycanlı Faiq Bayramov ilə tanış olmuşdur. Faiq Kamçatka vilayətində “Belaya noç” kafe-barının sahibi olmuşdur. Faiq ona da həmin kafedə iş təklif etdiyindən o, həmin kafedə işləməyə başlamışdır. O, hər gün işə saat 10 radələrində gedib kafeni açmış, lakin bağlanmaq saatı isə sonuncu müştəri hansı saatda kafeni tərk edirdisə həmin saatda kafeni bağlayıb yaşadığı evə getmişdir. Pandemiya qaydalarına görə müştərilər az sayda gəldiyi üçün adətən kafedə 3- 4 nəfər işçi işlətmişdir. Bunlar DJ, mətbəxtdə qab yuyan və mətbəxdə aşbaz olmuşlar. Özü isə həmin işçilərə nəzarət etmiş və hesabları götürmüşdür. xx.xx.2020-ci il tarixdə kafedə tanımadığı şəxslər tədbir keçirmişlər, həmin şəxslər kafedə yerləşən masaların birində əyləşmişlər. Həmin gün, kafedə zalda DJ və özü olmuş, mətbəxdə isə qab yuyan işçi olmuşdur. Kafedə yığıncaq edən həmin şəxslər 6 oğlan və 5 qızdan ibarət olmuşlar. Həmin masada əyləşmiş müştərilər həddindən artıq çox sərxoş vəziyyətdə olmuşlar. Həmin gün, yəni xx.xx.2020-ci il tarixdə, saat təxminən 03 radələrində kafedə əyləşmiş digər müştərilərdən biri yaxınlaşıb ona “niyə belə oğru aləminə aid musiqilər qoyursuz?” demiş və həmin vaxt kafenin sahibi Faiq də onun yanında olduğundan bu iradı eşitmiş və ona DJ-ə artıq elə mahnılar qoymamasını deməsini tapşırmışdır. Bir az keçdikdən sonra yığıncaq olan masadan bir müştəri DJ-ə yaxınlaşıb yenidən “oğru aləminə” aid mahnı sifariş vermək istəyən zaman DJ artıq inzibatçı, yəni onun tərəfindən həmin musiqələrə icazə vermədiyini bildirmişdir. Sonradan adını bildiyi Rostislav Triskovnı ona yaxınlaşıb niyə istədikləri musiqiyə icazə vermədiyini ondan soruşmuşdur. O isə cavab olaraq onların öz masalarından başqa, kafedə istirahət edən müştərilərin narazılıq etdiklərini və həmçinin müdüriyyətində icazə vermədiyini bildirmişdir. Bundan sonra Rostislav Triskovnı qayıdıb öz masasında əyləşmişdir. Bir az keçdikdən sora Rostislav Triskovnı yenidən DJ yaxınlaşıb onunla musiqi barəsində söz mübahisəsi etmişdir. Bundan sonra Rostislav onun dayandığı bar masasına yaxınlaşıb, onun istədiyi musiqini niyə DJ tərəfindən qoyulmamasını soruşmuşdur. O, yenidən Rostislava “oğru aləminə” aid musiqələrə görə kafədə əyləşən müştərilərin etiraz etdiklərini bildirmişdir. Daha sonra Rostislav ona “oğru aləmindənəm və nə qədər pul istəyirsənsə verirəm istədiyim musiqini kafedə DJ oxudsun” sözlərini bildirmiş, bu zaman kafenin sahibi Faiq ona Rostislava 500 rubl verirsə istədəyi musiqini DJ qoyacağını deməsini bildirmişdir. O da, bunu Rostislava bildirən zaman aralarında söz mübahisəsi yaranmış, həmin vaxt Rostislav onu təhqir etməyə başlamışdır. O da, cavab olaraq Rastislavı söyüşlə təhqir etmiş və daha sonra Rostislav ona “kişi deyilsən gəl kafedən çölə çıxaq təkbətək söhbət edək” demişdir. Rostislav kafedən çölə çıxmaq istəyən zaman Faiq ona icazə verməmiş və o, yenidən bar masasına işinə qayıtmışdır. Bir az keçdikdən sonra Rostislav 5 dostu da bar masasına yaxınlaşmış və onlarla aralarında yenidən mübahisə yaranmışdır. Rostislavın dostlarından biri sonradan adını Artur və milliyətinin erməni olduğunu bildiyi şəxs onu və ölkəsini təhqir etməyə başlamışdır. O, yenidən onlarla kafedən çölə çıxmaq istəyən zaman Faiq onu yenə onlarla çölə çıxmağa qoymamış və o, öz iş yerinə qayıdıb, işini davam etdirmişdir. Həmin vaxt Artur bar masasının arxasına keçib, Faiqlə mübahisə etməyə başlamış, həmin vaxt dəqiq xatırlamır, nəyə görəsə o, mətbəxə getməli olmuş və mətbəxdən qayıtdıqda, nə Faiqi nə də, söz mübahisəsi etdikləri müştəriləri kafedə görmədikdə DJ-dən harada olduqlarını soruşmuşdur. DJ isə ona onların mübahisə edə-edə kafedən gözləmə zalına çıxdıqlarını bildirmişdir. O da, onların arxasınca gedən zaman gözləmə zalında Faiqlə Rostislavın divanda əyləşdiklərini, Arturun isə ayaq üstə dayandığını, Rostislavın Faiqi söyüb təhqir etdiyini görmüşdür. O, bunu görən kimi Faiqdən niyə sakit durub baxdığını soruşmuş, Faiq də çarəsiz olduğunu bildirmişdir. O, həmin vaxt o, ilkin olaraq Rostislavı yumruq ilə sol göz nahiyəsindən vurmuş və zərbədən Rastislav divanın üstünə yıxılmışdır. Daha sonra isə dostu Artur Rostislavın yerə yıxıldığını görüb onu yumruqla vurmuş, o isə geri gedən zaman Artura təpik zərbəsi atmış və Artur kafenin içərisində yerləşən anbarın qapısına dəyərək yerə yıxılmışdır. Həmin vaxt Rostislav yenidən üstünə hucum etmiş və o da, Rostislavın üstünə gəldiyini görüb ikinci dəfə Rostislavı yumruqla vurmuşdur. O, arxasında Rostislavın 4 dostu dayandığını bilməmiş, birdən Rostislavın 4 dostunun onun üstünə hücum edərək onu döyməyə başladıqlarını hiss etmişdir. Bir az keçdikdən sonra Rostislav və Artur da həmin şəxslərə qoşulub bir yerdə təxminən 1 dəqiqə ərzində onu döymüşlər. O, birtəhər başını qaldırıb yerdə hər hansı bir qaraltı görüb, götürmək istəyən zaman isə qara dəstəyi olan açılıb bağlanan bıçaq olduğunu görmüş və bıçağı götürüb özünü qorumaq üçün bıçağı sağa sola yelləmişdir ki, həmin şəxslər onu sərbəst buraxsınlar. Lakin o, həmin vaxt bıçağın onlardan kimlərəsə dəydiyini hiss etmiş və biraz keçdikdən sonra isə Faiq çöldən kafəyə daxil olmuşdur. O, Faiqin əlində idman tapançası olduğunu görmüş və Faiq dəqiq xatırlamadığı şəxslərə atəş açmağa başlamışdır. Daha sonra isə həmin şəxslər və Faiq çölə çıxmışlar. O da, özünə gəldikdən sonra onların arxasınca çölə çıxmış və həmin vaxt Arturun yenidən onun üstünə gəldiyini görüb, Artura yumruqla yenidən zərbə endirmişdir. Həmin vaxt Faiq yanına gəlib, Artura əlindəki silahla iki dəfə atəş açmışdır. Artur bundan qorxub qaçmağa başlamış və o da, Arturun dalınca qaçmaq istəyən zaman həddindən artıq yorulduğundan arxasınca qaça bilməmiş və geri qayıtmışdır. O, özünü müdafiə edən zaman zərərçəkmiş şəxslərə xəsarət yetirmişdir, yəni özünü müdafiə etmişdir. Himayəsində üç azyaşlı uşağının olması nəzərə alınaraq barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ölkə hüdudlarından kənarda olması və xarici ölkə vətədaşı olması səbəbindən məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olumuş və zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə o, tanışı Tsirkovnı Rostislavın ad gününə dəvət edilmiş, Rostislav ad gününü Kamçatka diyarı, Yelizovo rayonu, Svetlıy qəsəbəsində yerləşən “Belaya noç” kafesində qeyd etmişdir. Onlar Rostislavla kafeyə xx.xx.2020-ci il təxminən saat 00:30 radələrində gəlmişlər. Masa artıq sifariş olunmuşdur. Onlarla birlikdə Rostislavın ən yaxın dostları, yəni Artur Yeqorov, Zərərçəkmiş şəxs3 və Alisa adlı qız olmuşlar. Qeyd olunan şəxslər artıq kafedə olmuş, onların istirahət vaxtı nə kafe işçiləri, nə də qonaqlarla heç bir münaqişə olmamışdır. xx.xx.2020-ci il təxminən saat 03:30 radələrində onlar getməyə hazırlaşmış, Artur Yeqorov ödənişi kartla etməyə getmişdir. Rostislav kafenin tamburuna çıxmış, o, Rastislavın arxası ilə çıxmış, tamburda divanda Rostislav oturmuş, onun yanında əvvəl tanımadığı kafe sahibi olmuşdur. Rostislav və kafe sahibi öz aralarında musiqiyə görə ödəniş barədə danışmışlar, söhbət sakit tonda getmişdir. O, foyedə Rostislavın yanında divanda oturmuş, sonra durmuş və onun yanında olmuşdur. Bu zaman tambura Yeqorov Artur çıxmış və onun arxası ilə kafenin barmeni çıxmışdır. Barmen heç nədən Rostislavın üstünə qışqırmağa başlamış, bu zaman nəlayiq ifadələr işlətmişdir. O, barmenin Rostislavdan nəyə görə kafe sahibinə şikayət etməsinin səbəbini və Rostislavı nəyin qane etmədiyini soruşaraq, aydınlaşdırmaq istədiyini başa düşmüşdür. Bu zaman barmen özünü aqressiv aparmış və münaqişə yaratmaq istəmiş, yəni Rostislavın üstünə qışqırmışdır ki, Rostislav "eşşəkdir", yaramazdır və niyə kafe sahibinə şikayət edir. Bu zaman Rostislav divandan durmuş və barmendən "sən məndən nə istəyirsən?" deyərək soruşmuşdur. Bu zaman barmen ondan bir az arxada sol tərəfində olmuş, o, üzü foyedə olan Artura tərəf dayanmış və Rostislava baxmışdır ki, münaqişənin qarşısını ala bilsin. Bu zaman barmen sol əli ilə Rostislavın qarnına bıçaq zərbəsi vurmuş və praktiki olaraq dərhal sağ əli ilə Rostislavın üzünə çənə tərəfdən zərbə vurmuşdur. O, bıçağın özünü görməmiş, lakin barmen zərbə vuranda onun tiyəsini görmüşdür. Bütün bunlar anidən baş vermiş, o və Yeqorov Artur barmeni əlindən tutmuşlar və Rostislavdan aralamağa başlamışlar. Rostislav barmenin hərəkətlərindən əyilmiş, sağ əlini qarnına sıxmış, sonra qamətini düzəltmiş və əlini bədəndən ayıraraq əlinə baxanda, əlində qan görmüşdür. Bundan sonra Rostislav barmenə yaxınlaşmış və onu döşəməyə yıxmışdır. Artur münaqişənin qarşısını almağa çalışaraq və başa düşərək ki, onlar ikisi bacara bilməyəcəklər, foyedə olan tanımadıqları kişiyə müraciət etmişlər ki, barmeni sakitləşdirsinlər, lakin heç kim onlara kömək etməmişdir. Barmen bu zaman dizləri üstə və əlləri üstə olmuş, Rostislav isə onun başını döşəməyə sıxmaq istəmişdir. O, münaqişənin bitdiyini düşünərək, küçəyə çıxmışdır. Kafenin qapısı yanında küçədə onlarla birgə dincələn İrina və Alisa adlı qızlar dayanmışlar, o, onlara polis çağırmalarını bildirmiş, özü isə kafedən aralanmaq qərarına gəlmiş, çünki münaqişədə iştirak etmək istəməmişdir. Çünki o, hərbi qulluqçudur və bu ona lazım deyildir. Bu zaman o, atəş səsləri eşitmiş, qorxmuş və kafenin yanında park edilmiş ağ rəngli avtomobilin arxasında gizlənmişdir. Fənərin işığı ona tərəf düşmüş, yəni o işıqlı tərəfdə olmuşdur. Bu zaman ərzində onun yanından Rostislav qaçaraq keçmiş, onun arxası ilə Artur, onların arxası ilə isə barmen və kafe sahibi qaçmış, sonuncunun əlində tapanca olmuşdur. O, onların aqresiv olduğunu və Rostislavla Arturun ünvanına "Dayan! Suka! Hara qaçırsan? İndi çatacayıq və daha nələrsə" dediklərini eşitmişdir. Bu zaman o, barmen və kafe sahibinin uşaqları təhdid etdiyini başa düşmüşdür. Barmen və kafe sahibinin Rostislavla Artura çatacaqlarını zənn edərək, bundan daha çox qorxmuş, buna görə avtomobil arxasında çönbəlmişdir. Bu zaman o, barmen və kafe sahibinin Rostislavla Artura çata bilmədiklərini görmüş, çünki Artur və Rostislav müxtəlif tərəfələrə qaçmışlar. Bundan sonra barmen və kafe sahibi kafeyə geri dönmüşlər, bu zaman ağ rəngli avtomobil gəlmiş, avtomobildən bir kişi çıxmış və barmenlə kafe sahibinə yaxınlaşmışdır. O, belə başa düşmüşdür ki, onlar əvvəldən tanış olmuşlar. Bu zaman barmen, kafe sahibi və həmin kişi onu görmüşlər. Barmen dərhal onun tərəfə gəlmiş, o, bu zaman ayaq üstə durmuşdur ki, qaçmağa çalışsın. Lakin barmen ona tərəf qaçıb gələrək "Mən indi səni vuracam və bu özünümüdafiə olacaq", bunu deyib qarnına bıçaqla zərbə vurmuşdur. Zərbə güclü olmuş, o, zərbədən geriyə addım atmış və ayaq üstə dura bilməyərək, ağrı hiss edərək sağ böyürüüstə yıxılmış, bu zaman o, başını əlləri ilə tutmuş və ayaqlarını qarnını maksimal səviyyədə yaxınlaşdırmışdır. O, yıxılandan sonra barmen onu bıçaqlamağa davam etmişdir. O, zərbələrdən yayınmaq üçün qarnını və sinəsini bağlayacaq şəkildə ayaqlarını daha çox sıxmışdır. Barmen bıçaqla onun bədəninə zərbələr vurmağa davam etmişdir, barmen onun sağ dizindən yuxarı, budun daxili tərəfindən, sol buduna bir neçə zərbə və sol tərəfdən qabırğa nahiyyəsinə bir zərbə vurmuşdur. Bu zaman Zərərçəkmiş şəxs3 qaçaraq gəlmiş və onu onların yanından aparmağa çalışmış, yəni onların fikrini yayındırmışdır. Belə ki, Pavel onların fikrini yayındırmaq üçün polis çağıracağını bildirib, telefonunu çıxartmış, hər üçü fikrini Pavelə yönəltmiş, o, vəziyyətdən istifadə edərək durmuş və yol tərəfə qaçmış, kafedən sola dönmüş və avtomobil görmək ümidi ilə 50 metr getmişdir ki, ona kömək etsinlər. O, sağ ayağında güclü qanaxma hiss etmiş və belindən kəməri çıxarmış və ayağına bağlamışdır ki, qanaxmasını dayandırsın. O, hiss etmişdir ki, huşunu itirir. O, yalnız X13 maşınında ayılmışdır. Məhkəmə istintaqı zamanı ölkə hüdudlarından kənarda olması və xarici ölkə vətədaşı olması səbəbindən məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olumuş və zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 15 avqust 2020-ci ildə o, dostluq münasibətlərində olduğu Tsirkovnı Rostislavın ad gününə dəvət olunmuşdur. Artıq saat 24-dən sonra, yəni 15 avqust 2020-ci ildə onlar kompaniya şəklində Kamçatka diyarı Yelizovo rayonu Svetlıy qəsəbəsi, Laqovaya küçəsi, ev 5 ünvanında yerləşən "Belaya noç" kafesinə gəlmişlər. X6, Yeqorov Artur, Çebotaryov Aleksandr və iki qız, Ponomaryova Alisa və Trofımova İrina olmuşlar. Onlar şənlənmiş, rəqs etmiş, musiqi dinləmiş, alkoqol içmişlər. Şəxsən o, pivə içmiş, kimisi araq içmiş, kimisi çaxır. Onlarla hər hansı bir şəxslər arasında hər hansı bir münaqişə olmamışdır. 15 avqust 2020-ci il səhər saat 4 radələrində onlar getməyə hazırlaşarkən, kimsəçıxışa tərəf getmiş, kimsə bir az yubanmış, o, şəxsən çıxmamışdan əvvəl tualetə getmişdir. Orda o, beş-səkkiz dəqiqə olmuş, tualetdə olanda bağlı qapı arxasından səs eşitmiş, səsdən başa düşmüşdür ki, tualetin qapısının çıxdığı foyedə davaya bənzər nəsə baş verir. O, foyeyəçıxmış və foyedən Yeqorov, Tsrikovanı və başqa tanımadığışəxsin qaçaraq çıxdığını görmüşdür. O, onların arxası ilə küçəyəçıxmış və atəş səsləri eşitmişdir. O, tanımadığı qafqaz milliyyətli şəxs sağəlində tapança tutaraq həmin tapancadan Yeqorov Artura atəş açır. Həmin şəxs Artura ən azı iki dəfə atəş açmış, hara dəydiyini görməmişdir. Həmçinin o, üç nəfər şəxsin ayaqla Çebotaryov Aleksandrı döydüklərini görmüş, Aleksandr kafedən sağ tərəfdən dayanan maşının yanında yerdə olmuşdur. Aleksandrı döyən kişilərdən biri ağ köynək geyinmişdir. Həmin şəxs ən aqresiv olmuş, Aleksandrın bütün bədəninə zərbələr vurmuşdur. O, qaçaraq gəlmiş və ağ köynəkdə olan kişini dayandırmaq istəmişdir. 15 avqust 2020-ci il saat 03:40 dəq radələrində o, həmin şəxsin çiynindən tutmasına cavab olaraq, həmin şəxs sol əlinin yumruğu ilə onun üzünə vurmuş, bu zaman zərbə almacıq sümüyünə dəymişdir. Zərbədən o, bir az özünü itirmiş, özünə bir neçə dəqiqə sonra gəlmişdir. Sonra o, Çebotaryov Aleksandrın arxasında gizləndiyi maşına tərəf getmiş və Aleksandrı döyən şəxslərdən kimsə, həmçinin ağ köynəkdə olan kişinin avtomobilin açıq baqaj hissəsində nəsə axtardıqlarını görmüşdür. Ağ köynəkdə olan şəxsə müraciət edərək, polis çağıracağını bildirmiş, həmin şəxs isə onun sözlərinə cavab olaraq ona yaxınlaşıb, onu yumruqla vuraraq əlindən telefonu almışdır. Onun burnundan güclü qan gəlmiş və o, özünü itirmiş, əlləri iləüzünü tutmuş və qanı saxlamağa çalışmışdır. O, özünə gələnə kimi bu kişi ağ rəngli avtomobilin arxa oturacağına oturmuş və getmişdir. Bir neçə dəqiqə sonra onun yanına əvvəl tanımadığı qafqaz milliyyətli kişi yaxınlaşmışdır. Həmin şəxsin başında besybolka olmuş və həmin kişi ona telefonunu vermiş və telefonu sındırmaq istədiklərini, lakin buna icazə vermədiyini bildirmişdir. Bir müddət sonra yanına Alisa Ponomaryova yaxınlaşmış və onun vəziyyəti ilə maraqlanmışdır. O, Alisaya cavab verib, vəziyyətinin nisbətən yaxşı olduğunu bildirmiş və mərkəzi yol tərəfə getmiş və orada Aleksandr Çebotaryovu görmüşdür. Aleksandr tam qan içində yolun hərəkət hissəsinin yanında dayanmış, görünüşündən şüurunu itirdiyini görmüşdür. O, Aleksandrın əhvalı haqqında soruşmuş, onun vəziyyətinin pis olduğunu görərək təcili yardıma zəng vurmuşdur. Təcili yardıma zəng vuranda ona avtomobilin artıq çıxdığını bildirmişlər. Yolun digər tərəfində o, Yeqorov Arturu görmüş, Artur yerdə uzanmış vəziyyətdə olmuşdur. Artura yaxınlaşanda Arturun özündə olduğun, üstüörtükləörtülü olduğunu, kontura görə Arturun döş qəfəsindən aşağıda qarından tutdüğünü görmüşdür. Arturun vəziyyətinə görə ağrıması hiss olunmuş, Artur ona atəş açıldığını və ona dəydiyini bildirmişdir. Bir müddət sonra təcili yardım gəlmiş, əvvəlcə Aleksandrı aparmış, sonra Arturu aparmış, sonra isə Rostislavı və onu aparmışlar. Rostislavın qarnında sarğı olmuşdur. Ağ köynəkdə olan və ona bədən xəsarətləri vuran şəxsi əminliklə tanıya bilər, o heç bir səbəb olmadan onun üzünə bir neçə zərbə vurmuşdur və Aleksandr Çebotaryovu ayaqla vurmuş, onun telefonunu əlindən almışdır. Məhkəmə istintaqı zamanı ölkə hüdudlarından kənarda olması və xarici ölkə vətədaşı olması səbəbindən məhkəmə iclasında iştirak etməyən zərərçəkmiş şəxs X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olumuş və zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə ad gününü qohumları, dostları və iş yoldaşları ilə qeyd etmişdir. xx.xx.2020-ci il 24:00-dan sonra o, Eqorov Artur, Çebotaryov Aleksandr, Zərərçəkmiş şəxs3 və Ponomareva Alisa “Belaya noç” kafesinə gəlmişdirlər. Orada kaminin sağ tərəfində küncdəki bir masa götürüb, oturmuşlar, danışmışdırlar rəqs edək, musiqi dinləyək və bir az da içək. Bir neçə dəfə sevdiyi mahnıları sifariş etmişduir. Bir mahnının növbəti sifarişində barmen mahnı sifarişi üçün əvvəlkindən bir neçə dəfə yüksək bir məbləğödəməyini tələb etmişdir. Hamı mahnı başına yüz rubl ödəmiş, amma ondan beş yüz rubl tələb etmişdir. Bu onu qəzəbləndirmiş və bu məsələ ilə məşğul olmaq qərarına gəlmişdir. 15 avqust 2020-ci il saat 03:30 radələrində ayrılmaq üzrə olmuşdur. Artur Eqorov barmenə yaxınlaşmış və cib telefonu ilə hesabıödədik. Qalanlar isə bu vaxt çıxışa tərəf getdilər. O, özünü kafenin sahibi kimi təqdim edən Qafqaz görünüşlü bir adama müraciət etmişdir. Foyeyəçıxıb divanda oturmuş, burada sakit bir şəkildə sifariş verdiyi musiqiyə görə barmenin hərəkətlərindən narazılığını və etirzını bildirmişdir. Tədricən yüksək səslə mübahisəyəçevrilən söhbəti zamanı Aleksandr Çebotaryov ona yaxınlaşmış, az sonra Artur Yeqorov da gəlib qarşılarında dayanmışdır. Arturdan dərhal sonra barmen gəlmiş və yanlarında dayanmışdır. Kafenin sahibi ilə dialoquna kobud şəkildə müdaxilə etmiş, əslində ona danışmağa imkan verməmiş, qışqırmağa, kobud söz işlətməyə başlamışdır. Divandan qalxıb nə lazım olduğunu soruşduğunda, birdən Yeqorov Arturun arxasından əli ilə qarnına vurmuşdur. Barmenin zərbəsindən qarnında kəskin bir ağrı hiss etmiş, əlini mədəsinə sıxmış və buraxanda köynəyində və qolunda qan görmüşdür. Barmen onu vurduqdan sonra əlini geri çəkəndə sol əlində bıçaq görmüşdür. Bıçaq o qədər də böyük olmamış, təxminən 10 santimetr olmuşdur. Başını qaldıranda barmen sağəli ilə sifətinə yumruq vurmuşdur. Bütün bunlar çox sürətlə və gözlənilmədən baş vermişdir. Yeqorov vəÇebotarev barmeni qollarından tutaraq saxlamağa, aqressiv hərəkətlərini dayandırmağa çalışırmışdırlar. O da, barmenə tərəf gedərək barmeni yerə yıxmışdır. Yerdə uzanan barmen bıçağı ilə sağa-sola zərbə atmağa başlamışdır. Artur və Aleksandr barmeni buraxıb ondan uzaqlaşmışdır. Aleksandr çöləçıxmış və Artur həmyerlisini sakitləşdirmək istəyi ilə yaxınlıqda olan Qafqaz görünüşlü bir adama tərəf dönmüşdür. Ağrıdan huşunu itirəcəyini hiss edərək barmeni buraxıb küçəyə getmişdir. Küçəyə çıxanda qapıda Alisa ilə rastlaşmış, Alisanı kənara itələmiş, Alisa küçədə tapançalı bir adam olduğunu söyləmişdir. Bayıra çıxmış və qapının ağzında əlində tapança olan kafenin sahibini görmüşdür. Həmin adam ona çox yaxın olmuş və sol əli ilə tapançanın lüləsini özündən uzaqlaşdırmağa çalışmış, çünki sağəli ilə qanı birtəhər dayandırmaq üçün mədəsini tutmuşdur. O, tapançanın lüləsini geri itələdiyi anda kafenin sahibi atəş açmış və güllə sol əlindəki üzük olan barmağını yaralamışdır. Belə bir vəziyyətdə barmen və kafe sahibinin hərəkətlərindən əsl təhlükənin onu təhdid etdiyini anladığında, həyətə gedərək əsas yola tərəf qaçmışdır. Kafenin sahibi bir müddət onu qovmuş, amma tuta bilməmişdir. Yolun yaxınlığında özünü pis hiss etmiş, demək olar ki, huşunu itirmiş və yalnız kömək gözləmişdir. Bir müddət sonra təcili yardım maşını gəlmiş, onun yarasını bağlamışlar, iynə vurmuşar və xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı hər üç zərərçəkmiş şəxs xarici ölkə vətəndaşı olmaqla ölkə xaricində yaşadıqlarından və məhkəmə iclaslarında iştirak etmədiklərindən, onların hər birinin təqsirləndirilən şəxsə qarşı olan münasibətlərini, yəni onunla barışıbbarışmadıqlarını, hazırda ondan şikayətiçi olub-olmamalarını birbaşa öyrənmək mümkün olmamış, belə olan halda qeyd olunan şəxslərlə məhkəmənin təhkim edilmiş əməkdaşı vasitəsi ilə cinayət işinin materiallarında olan telefon rabitə əlaqələri istifadə edilməklə əlaqə saxlanıldıqda zərərçəkmiş X9 təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirmiş, digər iki zərərçəkmiş şəxslə isə ümumiyyətlə rabitə əlaqəsi yaratmaq mümkün olmamış, bu barədə arayış tərtib olunmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı həmçinin ölkə hüdudlarından xaricdə olması səbəbi ilə dindirilməsi mümkün olmayan iş üzrə şahid X11 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyası vətəndaşıdır. Ailəsi ilə birlikdə Kamçatka diyarı Yelizovo şəhəri, Mojayskaya küçəsi, ev 1 ünvanında yaşayır. O, fərdi sahibkardır, əvvəl onun mülkiyyətində Kamçatka diyarı Yelizovo rayonu Svetlıy qəsəbəsi, Luqovaya küçəsi, ev 5 ünvanında yerləşən "Belaya noç" kafesi olmuşdur. 2020-ci ilin noyabr ayında hazırda söhbət açacağı hadisələr səbəbindən o, qeyd olunan kafeni satmış və hal-hazırda həmin kafeyə heç bir aidiyyatı yoxdur. Qeyd olunan kafeni 2020-ci ilin iyun ayından o, İskəndərov Əbdulhəsənə kirayə vermişdir. Lakin faktiki olaraq o, bütün işlərə nəzarət etmiş, çünki İskəndərov bütün işləri bilməmişdir. Pandemiya ilə bağlı olaraq "Belaya noç" kafesi xx.xx.2020-ci ilə qədər işləməmişdir. Pandemiya məhdudiyyətləri yığışdırılandan sonra xx.xx.2020-ci ildə kafe açılmışdır. O, qeyd olunan kafeyə gəlib işin necə həyata keçiriləcəyinə baxmışdır. Kafeyə dostu Qəmbərov Məhəmmədin "Mersedes" markalı avtomobilində gəlmişdir. O və dostu Məhəmmədin gələndə kafenin zalında 15 yaxın müştəri olmuşdur. Qeyd olunan kafedə onun seyfi olmuş, həmin seyfdə o, 8 partonluq darağı olan "Temp-1" tramvatik silahı saxlamışdır. Təxminən yarım saat sonra o, seyfdə qeyd olunan tapancanın olub olmamasını yoxlamaq qərarına gəlmişdir. Qeyd olunan tapancanıözü ilə götürmək qərarına gəlmiş və buna görə tapancanı gəldiyi Qəmbərov Məhəmmədə məxsus avtomobilin baqaj hissəsinə qoymuşdur. Hansı zaman bunun baş verdiyini xatırlamır, bir müddət sonra Qəmbərov Məhəmməd maşının açarlarını saxlamaq üçün ona vermiş, Məhəmməd isə tanışı ilə digər maşında getmişdir. Qeyd olunan gün təxminən saat 23:00 radələrində onun dalınca arvadı Aygün gəlmiş və onlar evə getmişdirlər. Təxminən 2 saat sonra o, yenidən İskəndərovun xahişi ilə kafeyə qayıtmış ki, işçilərin öz vəzifələrini necə icra etdiyinə nəzarət etsin. O, kafeyə qayıtdıqdan sonra bütün müştərilər bərk sərxoş vəziyyətdə olmuşdurlar. Kafe saat 04:00 radələrinə kimi işlədiyindən, o, xx.xx.2020-ci il saat 03:30 radələrində müştərilərə xəbərdarlıq etmiş ki, yarım saat sonra kafe bağlanır. Xəbərdarlıq masalardan birinin xoşuna gəlməmişdir. Masada təxminən 6 kişi və 5 qız əyləşmişdirlər. Müştərilər tələb etməyə başlamışdır ki, o, onlar üçün musiqi qoşsun, o, isə imtina etmişdir. Sonra qeyd olunan müştərilər onun ünavına müxtəlif nəlayiq sözlər deməyə başlamış, müştərilərdən biri ona dava etməyi təklif etmişdir. Sonra həmin cavan oğlan onun anasını təhqir etmişdir. Bu zaman onun tanışı Təqsirləndirilən şəxs müdafiə etməyə başlamışdır. Emil əvvəl qeyd olunan kafedə işləmiş, lakin pandemiyaya görə bağlı olduğundan, Emil işdən azad olunmuş, çünki işçilərəəmək haqqı verməyə imkanı olmamışdır. Lakin, xx.xx.2020-ci ildəçoxlu sayda müştəri olduğundan icarəçi İskəndərov Həsənovdan kafedə işləməyi təklif etmişdir. Bir anda o, və musiqiyə görə mübahisə olan cavan oğlan kafenin foyesinə çıxmış, o, həmin müştəri ilə danışmış, o, müştərini sakitləşdirməyə çalışmış, lakin sonradan foyeyə müştərinin dostları və Həsənov çıxmışdır. Mübahisə foyedə davam etmişdir. Bir anda dava başlamış, o, görmüşdür ki, oğlanlar Həsənovu döşəməyə yıxmış, oğlanlardan biri onu vurmağa çalışmışdır. O, ordan çıxmış və tramvatik tapancanı götürüb həmin oğlanları ordan kənarlaşdırmaq istəmişdir. Bunun üçün o, küçəyəçıxmış, avtomobilin baqaj hissəsini açaraq ordan tapancanı götürmüşdür. Kafeyə tərəf istiqamətlənmiş, bu zaman onu təhqir edən oğlan kafenin girişində olmuşdur. O, kafeyə yaxınlaşanda görmüş ki, foyedəçoxlu adam var, o cümlədən Həsənov və onu təhqir edən oğlanlardır. O, oğlanların yerdə uzanan Həsənovu necə vurmasını görmüşdür. O, foyeyə girmiş və bir dəfə yuxarı atəş açmış ki, Həsənova hücum edən insanları qorxudsun. O, atəş açandan sonra cavan oğlan demiş ki, "tapancanı çıxarmısansa atəş açmalısan", bundan sonra o, həmin oğlana atəş açmışdır. Bir atəş qarın nahiyyəsinə, digər atəş isə ayağa tərəf atmışdır. Hər şey tez baş verdiyindən hadisələrin ardıcıllığı səhv sala bilər. Bir müddət sonra onu təhqir edən oğlanlar kafedən qaçmış, münaqişə bununla bitmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Raport”lardan görünür ki, həmin tarixdə Rusiya Federasiyası Daxili İşlər orqanlarının növbətçi hissəsinə Yelizovo rayonu ərazisində yerləşən “Belaya noç” kafesinin yaxınlığında baş verən bıçaqlı münaqişə barədə məlumat verilmişdir (cild 05, tərcümə olunmuş 1-ci cild, iş vər. 14-19). Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, Rusiya DİN Petropavlovsk-Kamçatka şəhəri üzrə İdarəsinin növbətçi hissəsinə X13 həkimi Klazova zəng edərək həmin tarixdə X3 “qarın nahiyəsinə nüfuz edən bıçaq yarası” diaqnozu ilə yardım göstərilməsi barədə məlumat vermişdir (cild 05, iş vər. 24). Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, Rusiya DİN Petropavlovsk-Kamçatka şəhəri üzrə İdarəsinin növbətçi hissəsinə X13 həkimi Nizovoy zəng edərək həmin tarixdə X7 “qarın boşluğuna nüfuz edən bıçaq yarası” diaqnozu ilə yardım göstərilməsi barədə məlumat vermişdir (cild 05, iş vər. 29). Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, Rusiya DİN Yelizovo rayonu üzrə şöbəsinin növbətçi hissəsinə həmin tarixdə Təqsirləndirilən şəxs yardım göstərilməsi barədə məlumat verilmişdir (cild 05, iş vər. 30). Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Hadisə yerinə baxış” istintaq hərəkətinin protokolundan görünür ki, hadisə Kamçatka diyarı Yelizovo rayonu, Svetlıy qəsəbəsi, Luqovaya küçəsində yerləşən “Belaya noç” kafe-barında baş vermişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 05, iş vər. 31-39). Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Baxış və götürmə” istintaq hərəkətinin protokolundan görünür ki, Y.V.Rodionovna tərəfindən könüllü olaraq təhvil verilmiş qara rəngli bıçaq müvafiq qaydada götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 05, iş vər. 41-44). Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Tanınmaya təqdim etmə” istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə zərərçəkmiş şəxs X4 iştirakı ilə tanınma istintaq hərəkəti keçirilmiş və zərərçəkmiş şəxs ona təqdim olunan şəxslərin içərisindən Təqsirləndirilən şəxs tanıyaraq ona xəsarət yetirən şəxsin həmin şəxs olduğunu bildirmişdir (cild 06, tərcümə olunmuş 2-ci cild, iş vər. 1-4). Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Tanınmaya təqdim etmə” istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs3 iştirakı ilə tanınma istintaq hərəkəti keçirilmiş və zərərçəkmiş şəxs ona təqdim olunan şəxslərin içərisindən Təqsirləndirilən şəxs tanıyaraq ona xəsarət yetirən şəxsin həmin şəxs olduğunu bildirmişdir (cild 06, tərcümə olunmuş 2-ci cild, iş vər. 38-40). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 543 saylı rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmətibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması ilə müşaiyət edilən başın tüklü hissəsinin, sağda paraorbital (göz ətrafı) nahiyənin əzikləri, hematomaları küt əşya(alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə törənməsi istisna edilmir, dərəcəsinə görə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, eləcə də Təqsirləndirilən şəxs göstərdiyi şəraitdə törənə bilərdi (cild 09, iş vər. 242-249). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 450/MEŞ saylı rəyindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 adına tərtib olunmuş «KD MTE Bürosu» DBSM-nın 526 saylı məhkəmə-tibbi ekspertizası rəyində yazılanlara əsaslanaraq, qərarda hadisə haqqında göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq, aşağıdakı nəticəyə gəlinir. Zərərçəkmiş şəxs3 aşağıdakı xəsarətlər aşkar edilmişdir: Burun sümüklərinin sınığı ilə müşayiət olunan burunun və gözlərin daxili bucaqlarının qançırları, sol almacıq nahiyəsinin qançırı, sol gözün xarici bucağının, üst və alt dodaqların selikli qişasının qansızması. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci tarixə uyğun gəlir, dərəcəsinə görə, burun nahiyəsinin xəsarətləri ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağamlığa az ağır zərərvurmaya aiddir, digər xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqarından dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasını və xarakterini nəzərə alaraq demək olar ki, zərərçəkmişlə zərbə yetirən şəxs ön qarşılıqlı duruş vəziyyətində ola bilərdi. Zərərçəkmiş şəxs3 bədən səthində iti əşyanın təsirindən əmələ gəlməyə uyğun xəsarət aşkar edilməmişdir (cild 09, iş vər. 250- 254). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 448/MEŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Qarının ön divarının ( göbəkdən 1,0sm solda) qarın boşluğuna nüfuz edən peritonur böyük piyliyin zədələnməsi və hemoperitoneumla müşayiət olunan deşilmiş-kəsilmiş yarası, sağ budun aşağı 1/3-nin ön-iç səthinin deşilmiş-kəsilmiş yarası və döş qəfəsinin ön səthinin sol yarısında İX qabırğa səviyəsindəön qoltuqaltı xər üzrə və sol budun yuxarı 1/3-nin arxa bayır səthinin deşilmiş-kəsilmiş yaraları. Qeyd olunan deşilmişkəsilmiş yaralar deşici-kəsici əşyanın (alətin), ola bilsin bıçağın tiyəsinin təsirindən əmələ gələ bilərdilər, törənmə müddətləri qərarın təsvir hissəsində göstərilən xx.xx.2020-ci il tarixi vəşəraiti inkar etmir, dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasını və xarakterini nəzərə alaraq demək olar ki, zərərçəkmişlə zərbə yetirən şəxs ön və sol yan qarşılıqlı duruş vəziyyətlərində ola bilərdi (cild 09, iş vər. 255-258). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 449/MEŞ saylı rəyindən görünür ki, 1995-ci il təv. X5 adına tərtib olunmuş tibbi sənəddə yazılanlara əsaslanaraq, qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq, aşağıdakı nəticəyə gəlinir. TriskovnıRostislav Sergeyeviçdə aşağıdakı xəsarətlər aşkar edilmişdir: Qarının ön divarının boşluğuna nüfuz edən yoğun bağırsağın zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası və diz oynağının deşilmiş-kəsilmiş yarası. Qeyd olunan deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (alətin), ola bilsir bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdirlər,törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixi vəşəraiti inkar etmir, dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasını və xarakterin nəzərə alaraq demək olar ki, zərərçəkmişlə zərbə yetirən şəxs ön qarşılıqlı duruş vəziyyətində ola bilərdi (cild 09, iş vər. 259-262). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 436 saylı rəyindən görünür ki, bıçaqda qan izləri aşkar edilməmişdir (cild 07, iş vər. 56-58). Cinayət işinin materiallarında olan məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli 492 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunan xx.xx.2020-ci il tarixli KUSP №10681 material üzrə xx.xx.2020-ci il tarixdə baxış zamanı Y.V.Rodionovadan götürülən qatlanan bıçaq sənaye üsulu hazırlanmışdır, turistik bıçaqdır, soyuq silaha aid deyil. QOST R 51501-99 “turistik və xüsusi idman bıçaqları ümumi texniki şərtlər” tələblərinə uyğundur (cild 06, iş vərş 67-71). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 521 saylı rəyindən görünür ki, Stasionar xəstə Zərərçəkmiş şəxs1 "A.S.Lukaşevski adma Kamçatka diyar xəstəxanası" DBSM cərrahiyyə şöbəsinin stasionar xəstəsinin 9564/C2020 saylı tibbi kaıtınm kserosurəti təqdim olunub - qanın qrup mənsubiyyəti - 0 (İ). Stasionar xəstə R.S. Tsirkovnunun "A.S.Lukaşevski adına Kamçatka diyar xəstəxanası" DBSM cərrahiyyəşöbəsinin stasionar xəstəsinin 9563/C2020 saylı tibbi kartının kserosurəti təqdim olunub - qanın qrup mənsubiyyəti - B (İİİ). R.S.Tsirkovnunun şalvarında, köynəyində Ba qrupuna məxsus insan qanı aşkar edilmişdir, qan R.S.Tsirkovmdan yarana bilərdi. Qanın Zərərçəkmiş şəxs1 yaranması istisna edilir. Zərərçəkmiş şəxs1 şalvarında, köynəyində, maykasında Haßqrupuna məxsus insan qanı aşkar edilmişdir, qan Zərərçəkmiş şəxs1 yarana bilərdi. Qanin R.S.Tsirkovnıdan yaranması istisna edilir. R.S. Tsirkovnunun corablarında qan izləri aşkar edilməmişdir (cild 07, iş vər. 81-85). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 499 saylı rəyindən görünür ki, tənzif tamponda insan qanı aşkar olunub və H antingeni aşkar olunub. Əldə olunan nəticəçox yüksək ehtimal dərəcəsi ilə təsdiq edir ki, qan Oaß qrupuna məxsusdur (cild 07, iş vər. 117-119). Cinayət işinin materiallarında olan məhkəmə-trasoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 57 saylı rəyindən görünür ki, Stasionar xəstə Zərərçəkmiş şəxs1 "A.S.Lukaşevski adma Kamçatka diyar xəstəxanası" DBSM cərrahiyyəşöbəsinin stasionar xəstəsinin 9564/C2020 saylı tibbi kartının kserosurəti təqdim olunub - qanın qrup mənsubiyyəti - 0 (İ). Stasionar xəstə R.S.Tsirkovnının "A.S.Lukaşevski adına Kamçatka diyar xəstəxanası" DBSM cərrahiyyəşöbəsinin stasionar xəstəsinin 9563/C2020 saylı tibbi kartının kserosurəti təqdim olunub - qanın qrup mənsubiyyəti - B (İİİ). R.S.Tsirkovnının şalvarında, köynəyində Ba qrupuna məxsus insan qanı aşkar edilmişdir, qan R.S.Tsirkovnıdan yarana bilərdi. Qanın Zərərçəkmiş şəxs1 yaranması istisna edilir. A.S. Çebotayevin şalvarında, köynəyində, maykasında Haßqrupuna məxsus insan qanı aşkar edilmişdir, qan A.S. Çebotayevdən yarana bilərdi. Qanin R.S.Tsirkovnıdan yaranması istisna edilir. R.S.Tsirkovnının corablarında qan izləri aşkar edilməmişdir (cild 07, iş vər. 131-144). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 728/237 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin aksentuasiyası) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1 maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə idarə etmək etmək iqtidarındadır. Həmin rəyin psixoloji hissəsində isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb və düzgün ifadə vermək qabiliyyətindədir. O, yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyilli deyildir (cild 10, iş vər. 18-20). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 126.2.4, 221.2.1, 221.3, 228.4, 180 və 181-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 10, iş vər. 87-113). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Həmin Məcəllənin 126.2.1-ci maddəsi ilə cinayət məsuliyyəti o zaman yaranır ki, iki və ya daha artıq şəxsə qarşı sözügedən cinayət əməli törədilmiş olsun. Habelə həmin Məcəllənin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən zərərvurma - qəsdən sağlamlığa az ağır zərərvurma cinayətini ehtiva edir. Eyni zamanda, həmin Məcəllənin 127.2.1-ci maddəsi ilə cinayət məsuliyyəti o zaman yaranır ki, ictimai borcunu yerinə yetirən şəxsə qarşı sözügedən cinayət əməli törədilmiş olsun. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə işlədiyi Rusiya Federasiyası, Kamçatka diyarı, Yelizovo rayonu, Svetlıy qəsəbəsi, Luqovaya küçəsi, 5 saylı ünvanda yerləşən “Belaya noç” kafe-barında aralarında yaranmış mübahisə nəticəsində zərərçəkmiş şəxslər X8 və Zərərçəkmiş şəxs1 sağlamlığına ağır, Zərərçəkmiş şəxs3 sağlamlığına isə az ağır zərərvurmaya aid (işdə olan məhkəmə-tibbi ekspertizasının rəylərinə əsasən) olan bədən xəsarəti yetirmişdir. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə ibtidai istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə, o cümlədən ekspertizanın rəyləri, tanınmaya təqdim etmə istintaq hərəkətinin protokolu və işdə olan biri-digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.2.1 və 127.2.1-ci maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin hadisə vaxtı özünü müdafiə edən zaman zərərçəkmiş şəxslərə xəsarət yetirmək məcburiyyətində qalması ilə bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs həmin ifadələrinə tənqidi yanaşır və hesab edir ki, şəxs öz məsuliyyətini yüngülləşdirmək üçün bu formada ifadə verir. Onun qeyd etdikləri iş materiallarında olan sübutlar vasitəsi ilə təkzib olunur. Odur ki, məhkəmə həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və əsaslı saymır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, 2012, 2014 və 2016-cı il təvəllüdlü üç azyaşlı uşaqları vardır (cild 10, iş vər. 129-132). Cinayət işinin materiallarında olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 09, iş vər. 13). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini nəzərə alaraq, həmçinin hadisənin baş verməsində zərərçəkmiş şəxslərin də hərəkətlərinin təsiri olmasını əsas götürərək ona təqsirli bilindiyi hər maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını, həmin cəzaların qismən toplanılmaqla ona qəti cəzanın təyin olunmasını və həmin cəzanın real olaraq çəkilməli olmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, yalnız bu halda cəza öz məqsədinə nail ola bilər. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur(cild 09, iş vər. 114- 115). Cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(037)-46/21 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 09, iş vər. 158-162). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət ona təyin olunan cəzaya hesablanmalı, cəzaçəkməsinin əvvəli isə tutulduğu tarixdən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsniə əsasən iş üzrə maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd köynək, 01 ədəd şalvar, bir cüt corab, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd mayka, habelə cinayət aləti sayılan 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd CD diskin isə iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346-347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 127.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 20 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd köynək, 01 ədəd şalvar, bir cüt corab, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd mayka, habelə cinayətin aləti sayılan 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd CD diskin isə iş materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-120/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-120/2022
14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver