Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-120/2024 30.09.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X2, Təqsirləndirilən şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Göyçay şəhəri, Əli Kərim küçəsi, dalan 1, ev 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib, daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən külli miqdar hesab edilən, yəni təmiz çəkisi 5,248 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib ayrı-ayrı bükümlərdə qablaşdırmaqla üzərində və faktiki sahibliyində olan etibarnamə ilə idarə etdiyi “X12” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilində daşıyaraq saxlamış, 12 sentyabr 2023-cü il tarixdə saat 14 radələrində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində faktiki sahibliyində olan etibarnamə ilə idarə etdiyi “X12” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman Göyçay şəhəri, Natəvan küçəsində saxlanılaraq Göyçay Rayon Polis Şöbəsinə gətirilmiş, 12 sentyabr 2023-cü il tarixdə saat saat 14:45-də Göyçay RPŞnin Növbətçi Hissəsində üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,481 qram həmin kustar üsulla hazırlanmış narkotik vasitə heroin və eləcə də saat 14:57-də Göyçay RPŞ-nin inzibati binasının duracağında videoçəkilişdən istifadə edilməklə faktiki sahibliyində olan etibarnamə idarə etdiyi “X12” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman avtomobilin tavan hissəsində yerləşən eynək qoyulan yerdən 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,767 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin olmaqla, ümumi çəkiləri 5,248 qram külli miqdar hesab edilən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitədən istifadə etməmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır və 2017-ci ildən ürək və mədə nahiyələrdən müalicə olunur. İlk dəfə 12 sentyabr 2023-cü il tarixdə günorta vaxtı saat 12:30 radələrində onu yolda saxlamışlar, baş nahiyəsinə torba keçirmişlər, əlini qandallamışlar, 5-6 nəfər polis əməkdaşı onu aparmışlar, bu zaman onun avtomobilini polis əməkdaşlarından biri idarə etmiş və avtomobilin açarı qeyd olunan polis əməkdaşlarından birində olmuşdur. Təxminən 2 saata yaxın müddətdə onu saxlamışlar, ailəsi ilə təhdid etməklə və nalayiq ifadələr işlətməklə narkotik vasitənin ona məxsus olması barədə ifadə verməsini təklif etmişlər. Buna baxmayaraq, o, 1-ci videoçəkilişdə heç nəyi boynuna almamış, ona elan olunmuş ittihamla razı olmamış və həmin narkotik vasitənin ona məxsus olmadığını demişdir. Daha sonra onu polis şöbəsində arxa qapıdan 3-cü mərtəbədə əyləşən Göyçay RPŞ-nin rəis müavini Azad Məmmodovun yanına aparmışlar və orada olan zaman sonuncu narkotik vasitənin ona məxsus olması barədə ifadə verməsini təklif etmişdir. Daha sonra mənə ona təzyiq etmişlər, onun ünvanına nalayiq ifadələr işlətmişlər, ona zərbə vurmuşlar, ancaq o, yenə də narkotik vasitənin ona məxsus olmamasını demişdir. Təxminən 36 saat sonra ona gecə vaxtı yaşadığı evə 2-3 kiloqram narkotik vasitə heroin qoyacaqlarını və ailə üzvlərini də polis şöbəsinə gətirəcəklərini demişlər. Ona qarşı təzyiq göstərdiklərinə, narkotik vasitənin ona məxsus olmaması barədə ifadə verəcəyi halda yaşadığı evdən narkotik vasitə heroinin aşkar olunacağını deyərək ailəsi ilə təhdid etdiklərinə görə o, 2 oğlunun olduğunu nəzərə alaraq, 2-ci videoçəkilişdə polis əməkdaşlarının dedikləri ilə razılaşmış və ifadəsində guya onun narkotik vasitəni 1 ay əvvəl yerdən tapdığını qeyd etmişdir. O, həmin vaxt Azərbaycan Respublikasında olmamış və müalicəsi üçün qardaşı və dostu ilə xarici ölkəyə getmişdir. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, əvvəl ondan pul tələb etmişlər, o da pulu vermişdir. Lakin sonuncu dəfə ondan pul tələb edən zaman o, imkanının olmamasını demiş və bu hadisə düşmənçilik nəticəsində qurulmuşdur. O, müdafiəçidən imtina etmiş, öz müdafiəçisini tələb etmiş, lakin onun müdafiəçisi dəvət edilməmiş və bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət etmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, təxminən bir ay əvvəl Göyçay şəhərinin ərazisindən iki ədəd sellofan bükümdə narkotik vasitə heroin tapmış və şəxsi istifadəsi üçün bir ədəd sellofan bükümdəki narkotik vasitəni üzərində, digər bir ədəd sellofan bükümdəki narkotik vasitəni isə idarə etdiyi “X12” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamışdır. Heç kəsə narkotik vasitə satmamış və verməmişdir. 12 sentyabr 2023-cü il tarixdə Göyçay şəhəri, Natəvan küçəsində özünə məxsus olan “X12” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğunu bildirib onu Göyçay Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Göyçay Rayon Polis Şöbəsinə getmişdir. Orada olan zaman hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən içərisində narkotik vasitə heroin olan 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Daha sonra həmin büküm elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 2,64 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra Göyçay RPŞ-nin müvəqqəti saxlama duracağında saxlanılan, ona məxsus olan “X12” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin tavan hissəsindəki eynək qoyulan yerdən içərisində narkotik vasitə heroin olan 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Daha sonra həmin büküm elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 2,93 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. O, ilkin araşdırma zamanı həyəcanlı olduğundan və tutulmaqdan qorxduğu üçün üzərində şəxsi axtarış aparılan zaman və avtomobilinə baxış keçirilərkən aşkar olunmuş həmin narkotik vasitələrin olduğu bükümlərin ona məxsus olmadığını qeyd etmiş, ancaq sonradan təklikdə düşünərək həqiqəti qeyd etmək qərarına gəlib daha sonra istintaqa verdiyi ifadəsində aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olmasını bildirmiş və qeyd olunan etirafedici ifadələrinə görə ona qarşı zor tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CABnin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 12 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Göyçay rayonunun ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması, üzərində və idarə etdiyi “X12” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşıması barədə Göyçay RPŞ-yə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 14:15-də Təqsirləndirilən şəxs Göyçay şəhəri, Natəvan küçəsində özünə məxsus “X12” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirilmiş, bu zaman Təqsirləndirilən şəxs avtomobilin qapılarını uzaqdan idarəedici qurğu vasitəsilə bağladıqdan sonra avtomobilin uzaqdan idarəedici qurğusunu və açarını da özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Daha sonra həmin büküm elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 2,64 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra Göyçay RPŞ-nin müvəqqəti saxlama duracağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus olan “X12” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin tavan hissəsindəki eynək qoyulan yerdən içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Daha sonra həmin büküm elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 2,93 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq edib Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin KTQnin baş inspektor-kriminalisti vəzifəsində xidmət edir. Göyçay rayon sakini Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə Göyçay Rayon Polis Şöbəsinə dəvət etdikdən sonra üzərində şəxsi axtarış aparılan zaman tanımışdır. Həmin tarixdə saat 14 radələrində Göyçay Rayon Polis Şöbəsində olan zaman Növbətçi Hissədən ona məlumat verilərək Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən üzərində və idarə etdiyi avtomobilində narkotik vasitə daşımaqda şübhəli bilinən bir nəfər şəxsin polis şöbəsinə gətirilməsi və videoçəkilişdən istifadə edilməklə qeyd olunan şəxsin üzərində şəxsi axtarış aparılacağı və avtomobilinə baxış keçiriləcəyi üçün ona təhkim edilmiş “Panasonic” markalı aparatı götürüb Növbətçi Hissənin qarşısına gəlməsi bildirilmiş, o da qeyd olunan aparatı götürüb Növbətçi Hissənin qarşısına getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin vaxt videoçəkilişi o, aparmış, daha sonra qeyd olunan büküm elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 2,64 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan dərhal sonra Göyçay RPŞ-nin müvəqqəti saxlama duracağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus olan “X12” markalı, **-BY- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman videoçəkilişi o, aparmış, həmin vaxt Təqsirləndirilən şəxs cibindən avtomobilin uzaqdan idarəedici qurğusunu çıxarıb əməliyyat müvəkkili Şahid2 vermiş və sonuncu da həmin uzaqdan idarəedici qurğu ilə avtomobilin qapılarını açmışdır. Avtomobilə baxış keçirilən zaman avtomobilin tavan hissəsindəki eynək qoyulan yerdən içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Daha sonra həmin büküm elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 2,93 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş bükümlərdə nə olduğunu bilmədiyini və narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçisi vəzifəsində xidmət edir. 12 sentyabr 2023-cü il tarixdə saat 09:00-dan 13 sentyabr 2023-cü il tarixə saat 09:00-dək növbədə olmuş, 12 sentyabr 2023-cü il tarixdə saat 14 radələrində Göyçay RPŞ-nin inzibati binasında Növbətçi Hissədə olan zaman 1 nəfər şəxsin üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə daşımaqda şübhə olduğu üçün polis şöbəsinə gətirildiyi və həmin şəxsin avtomobilini inzibati binanın duracağına salmaq istədikləri bildirilmiş, bundan sonra o, Göyçay RPŞ-nin inzibati binasının arxa tərəfindən duracağa giriş qapısını açmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs “X12” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək duracağa salmış, daha sonra isə avtomobildən düşüb avtomobilin qapılarını uzaqdan idarəedici qurğu vasitəsilə bağlamış və bundan sonra Növbətçi Hissənin qarşısına aparılmışdır. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış, bundan sonra Göyçay RPŞ-nin müvəqqəti saxlama duracağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus olan “X12” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və ardınca isə izahatının alınması üçün 3-cü mərtəbədə yerləşən təhqiqatçı Şahid4 otağına aparmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs Göyçay RPŞ-nin X5 təhvil verilmiş və sonradan Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobilindən külli miqdarda narkotik vasitələrin aşkar olunamsı ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə saat 13:00-14:00 radələrində özünə məxsus olan avtomobil ilə hərəkət edərkən qarşı tərəfdən Təqsirləndirilən şəxs avtomobilin gəldiyini və həmin avtomobilin arxası ilə isə “FİAT Doblo” markalı avtomobilin hərəkət etdiyini görmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlayıb avtomobildən düşmüş, daha sonra “FİAT Doblo” markalı avtomobildə olan 3-4 nəfər şəxs də avtomobildən düşmüşlər və Təqsirləndirilən şəxs qolundan tutub başına pencəyini keçirib başqa avtomobilə əyləşdirmişlər. Həmin hadisə təxminən 10 saniyə davam etmiş və başqa bir nəfər şəxs Təqsirləndirilən şəxs avtomobilinə əyləşib həmin avtomobili idarə edib qeyd olunan yeri tərk etmişdir. Həmin vaxt o, dayanmamış və avtomobili idarə edib getmişdir. ibtidai istintaq zamanı ifadə verərkən də Təqsirləndirilən şəxs başqa bir avtomobilə əyləşdirildiyinin şahidi oduğunu demişdir. Şahid7 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atası Rövşən Hüseynovun əmisinin oğludur. 12 sentyabr 2023-cü il tarixdə günorta vaxtı, dəqiq bilmədiyi vaxtda özünə məxsus olan “Mercedes Benz” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göyçay şəhəri, Natəvan küçəsi ilə Avtovağzal istiqamətində 50-60 km/saat sürətlə hərəkət edib “Grand” marketin yaxınlığından keçən zaman qarşı tərəfdən ona doğru hərəkət edən qohumu Təqsirləndirilən şəxs idarə etdiyi “Land Cruiser” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxası ilə hərəkət edən “Fiat Doblo” markalı, dövlət qeydiyyat nişanında hərflərin kombinasiyası “AP” olan xidməti polis avtomobilinin işarə verərək saxlatmasını görmüşdür. O, həmin avtomobillərin yanından keçən zaman sürətini bir qədər azaltsa da avtomobili saxlamadan öz yoluna davam etmiş, həmin vaxt qohumu Təqsirləndirilən şəxs avtomobilindən yerə düşməsini, mülki geyimli şəxslərin isə dövlət qeydiyyat nişanında hərflərin kombinasiyası “AP” olan xidməti polis avtomobilindən düşüb qohumu Təqsirləndirilən şəxs yaxınlaşdıqlarını görmüşdür. Bu zaman o, polis əməkdaşlarının Təqsirləndirilən şəxs hər hansı ciddi məsələyə görə saxlatmadıqlarını düşündüyü üçün avtomobili saxlamadan hərəkətə davam etmiş, lakin bir müddət sonra qohumu Təqsirləndirilən şəxs narkotik vasitə aşkar edildiyi üçün sonuncunun polis əməkdaşları tərəfindən tutulması ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə saat 13:00-14:00 radələrində “Grand Market”in yanında yerləşən avtoyuma məntəqəsində olan zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yol ilə hərəkət etdiyini, arxası ilə isə “Fiat Doblo” markalı, dövlət qeydiyyat nişanında hərflərin kombinasiyası “AP” olan xidməti polis avtomobilinin hərəkət etdiyini görmüş və “FİAT Doblo” markalı avtomobili idarə edən sürücü avtomobilin işıqları ilə Təqsirləndirilən şəxs işarə verərək idarə etdiyi avtomobili saxlatmışdır. Bundan sonra “FİAT Doblo” markalı avtomobilin içərisindən üç nəfər mülki geyimli şəxs düşmüş, həmin şəxslərdən biri Təqsirləndirilən şəxs başına gödəkcə keçirərək qeyd olunan avtomobilə əyləşdirmiş və avtomobillə birlikdə çıxıb getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilinə də bir nəfər mülki geyimli şəxs əyləşmiş və qeyd olunan avtomobili idarə edərək çıxıb getmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində və idarə etdiyi **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlaması, daşıması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 12 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 sentyabr 2023-cü il raportdan görünür ki, Göyçay Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Göyçay şəhəri, Əli Kərim küçəsi, dalan 1, ev 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində və idarə etdiyi **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlaması, daşıması və narkotik vasitələrin satışı ilə məşğul olması şübhəsi ilə həmin tarixdə saat 14:15-də saxlanılaraq Göyçay Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 12 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd sellofan büküm aşkar edilib götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 12 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs məxsus olan “X12” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin tavan hissəsindəki eynək qoyulan yerdən içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd sellofan büküm aşkar edilib götürülmüşdür. Baxış keçirilməsinin və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 13 sentyabr 2023-cü il tarixli 17/686 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,481 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş maddə” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,767 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd sellofan bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qərarın yoxlanılmasına dair Göyçay Rayon Məhkəməsinin qərarından görünür ki, Göyçay Rayon Polis Şöbəsinin Cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul olunmuş Təqsirləndirilən şəxs idarə etdiyi **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12 sentyabr 2023-cü il tarixdə baxış keçirilməsinə dair əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 22 noyabr 2023-cü il tarixli ********* məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi “X12” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş narkotik vasitə heroini haradan əldə etməsini müəyyən etmək mümkün olmamış, onun narkotik vasitələri qəbul etməsi və ayrı-ayrı bükümlərdə qablaşdırıb saxladığı narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən olunmuş, lakin onun konkret olaraq narkotik vasitələri satdığı şəxsi müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış və onun əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı material ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş BB seriyalı, 373002 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota” markalı, “LC 200 minik” modelli, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6r. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş etibarnaməyə dair çıxarışdan görünür ki, 02 iyun 2023-cü il tarixdə X9 tərəfindən Təqsirləndirilən şəxs 01 iyun 2024-cü il tarixədək etibarnamə verilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 83-cü bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, 5,248 qram narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədilən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etmişdir. Lakin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları” yeni redaksiyada verilmiş, nəticədə təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən, CM-in 26-cı fəslində (Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı qanunla müəyyən edildiyindən və Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu qüvvəyə minənədək törədildiyindən həmin Qanun Təqsirləndirilən şəxs münasibətdə tətbiq oluna bilməz, qeyd olunan səbəblərə görə onun tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlinə görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanununa uyğun təyin olunmalı və bu zaman narkotik vasitənin külli miqdarı ilə bağlı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu və həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısı (əvvəlki redaksiya) tətbiq olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 12 sentyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində və idarə etdiyi **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlaması, daşıması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs qeyd olunan tarixdə saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan başqa, 12 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus olan “X12” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman oradan narkotik vasitə heroin aşkar olunaraq götürülmüş və həmin narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 12 sentyabr 2023-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb və həmin tarixdə ona məxsus olan “X12” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilib narkotik vasitələrin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı cinayət işi üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Habelə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində təxminən bir ay əvvəl Göyçay şəhərinin ərazisindən iki ədəd sellofan bükümdə narkotik vasitə heroin tapdığını, şəxsi istifadəsi üçün bir ədəd sellofan bükümdəki narkotik vasitəni üzərində, digər bir ədəd sellofan bükümdəki narkotik vasitəni isə idarə etdiyi “X12” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxladığını, heç kəsə narkotik vasitə satmadığını və vermədiyini, 12 sentyabr 2023-cü il tarixdə Göyçay şəhəri, Natəvan küçəsində özünə məxsus olan “X12” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən polis əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğunu bildirib onu Göyçay Rayon Polis Şöbəsinə dəvət etdiklərini, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Göyçay Rayon Polis Şöbəsinə getdiyini, orada olan zaman hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparıldığını, bu zaman əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən içərisində narkotik vasitə heroin olan 01 ədəd sellofan bükümün aşkar olunduğunu, bundan sonra Göyçay RPŞ-nin müvəqqəti saxlama duracağında saxlanılan, ona məxsus olan “X12” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin tavan hissəsindəki eynək qoyulan yerdən içərisində narkotik vasitə heroin olan 01 ədəd sellofan bükümün aşkar olunduğunu, ilkin araşdırma zamanı həyəcanlı olduğundan və tutulmaqdan qorxduğu üçün üzərində şəxsi axtarış aparılan zaman və avtomobilinə baxış keçirilərkən aşkar olunmuş həmin narkotik vasitələrin olduğu bükümlərin ona məxsus olmadığını qeyd etdiyini, lakin sonradan təklikdə düşünərək həqiqəti qeyd etmək qərarına gəlib daha sonra istintaqa verdiyi ifadəsində aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olmasını bildirdiyini və həmin etirafedici ifadələrinə görə ona qarşı zor tətbiq olunmadığını etiraf etsə də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində ilk dəfə 12 sentyabr 2023-cü il tarixdə günorta vaxtı saat 12:30 radələrində polis əməkdaşlarının onu yolda saxladıqlarını, baş nahiyəsinə torba keçirdiklərini, əlini qandallamadıqlarını, 5-6 nəfər polis əməkdaşının onu apardığını, bu zaman onun avtomobilini polis əməkdaşlarından birinin idarə etdiyini, avtomobilin açarının qeyd olunan polis əməkdaşlarından birində olduğunu, təxminən 2 saata yaxın müddətdə onu saxladıqlarını, ailəsi ilə təhdid etməklə və nalayiq ifadələr işlətməklə narkotik vasitənin ona məxsus olması barədə ifadə verməsini təklif etdiklərini, buna baxmayaraq, 1-ci videoçəkilişdə heç nəyi boynuna almadığını, ona elan olunmuş ittihamla razı olmadığını, həmin narkotik vasitənin ona məxsus olmadığını dediyini, daha sonra onu polis şöbəsində arxa qapıdan 3-cü mərtəbədə əyləşən Göyçay RPŞ-nin rəis müavini Azad Məmmodovun yanına apardıqlarını, orada olan zaman sonuncunun narkotik vasitənin ona məxsus olması barədə ifadə verməsini təklif etdiyini, daha sonra ona təzyiq etdiklərini, onun ünvanına nalayiq ifadələr işlətdiklərini, ona zərbə vurduqlarını, ancaq yenə də narkotik vasitənin ona məxsus olmamasını dediyini, təxminən 36 saat sonra ona gecə vaxtı yaşadığı evə 2-3 kiloqram narkotik vasitə heroin qoyacaqlarını və ailə üzvlərini də polis şöbəsinə gətirəcəklərini dediklərini, ona qarşı təzyiq göstərdiklərinə, narkotik vasitənin ona məxsus olmaması barədə ifadə verəcəyi halda yaşadığı evdən narkotik vasitə heroinin aşkar olunacağını deyərək ailəsi ilə təhdid etdiklərinə görə və 2 oğlunun olduğunu nəzərə alaraq, 2-ci videoçəkilişdə polis əməkdaşlarının dedikləri ilə razılaşdığını, ifadəsində guya onun narkotik vasitəni 1 ay əvvəl yerdən tapdığının yazıldığını, həmin vaxt Azərbaycan Respublikasında olmadığını, müalicəsi üçün qardaşı və dostu ilə xarici ölkəyə getdiyini, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, əvvəl ondan pul tələb etdiklərini, pulu verdiyini, lakin sonuncu dəfə ondan pul tələb edən zaman imkanının olmadığını dediyini, bu hadisənin düşmənçilik nəticəsində qurulduğunu, müdafiəçidən imtina etdiyini, öz müdafiəçisini tələb etdiyini, lakin onun müdafiəçisinin dəvət edilmədiyini və bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət etdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı üzərində şəxsi axtarış və götürmə aparılan zaman və avtomobilinə baxış keçirilərkən, habelə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, baxış keçirilməsi və götürmə aparılması haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış və götürmə aparılan zaman, həmçinin avtomobilə baxış keçirilərkən orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitələrin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlərlə bağlı heç bir irad bildirilməmiş və protokollara hər hansı qeyd aparılmamışdır. Beləliklə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı üzərində şəxsi axtarış və götürmə aparılan zaman və avtomobilinə baxış keçirilərkən, habelə məhkəmə istintaqı zamanı göstərilən məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı üzərində şəxsi axtarış və götürmə aparılan zaman və avtomobilinə baxış keçirilərkən, habelə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrində qeyd etdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Eləcə də qeyd olunmalıdır ki, Şahid7 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun atası Rövşən Hüseynovun əmisinin oğlu olduğunu, 12 sentyabr 2023-cü il tarixdə günorta vaxtı, dəqiq bilmədiyi vaxtda özünə məxsus olan “Mercedes Benz” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göyçay şəhəri, Natəvan küçəsi ilə Avtovağzal istiqamətində 50-60 km/saat sürətlə hərəkət edib “Grand” marketin yaxınlığından keçən zaman qarşı tərəfdən hərəkət edən qohumu Təqsirləndirilən şəxs idarə etdiyi “Land Cruiser” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxası ilə hərəkət edən “Fiat Doblo” markalı, dövlət qeydiyyat nişanında hərflərin kombinasiyası “AP” olan xidməti polis avtomobilinin işarə verərək qeyd olunan avtomobili saxlatmasını gördüyünü, həmin avtomobillərin yanından keçən zaman sürətini bir qədər azaltsa da avtomobili saxlamadan öz yoluna davam etdiyini, həmin vaxt qohumu Təqsirləndirilən şəxs avtomobilindən yerə düşməsini, mülki geyimli şəxslərin isə dövlət qeydiyyat nişanında hərflərin kombinasiyası “AP” olan xidməti polis avtomobilindən düşüb qohumu Təqsirləndirilən şəxs yaxınlaşdıqlarını gördüyünü, bu zaman polis əməkdaşlarının Təqsirləndirilən şəxs hər hansı ciddi məsələyə görə saxlatmadıqlarını düşündüyü üçün avtomobili saxlamadan hərəkətə davam etdiyini, lakin bir müddət sonra qohumu Təqsirləndirilən şəxs narkotik vasitə aşkar edildiyi üçün sonuncunun polis əməkdaşları tərəfindən tutulmasının ona məlum olduğunu qeyd etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 12 sentyabr 2023-cü il tarixdə saat 13:00-14:00 radələrində özünə məxsus olan avtomobil ilə hərəkət edərkən qarşı tərəfdən Təqsirləndirilən şəxs avtomobilin gəldiyini, həmin avtomobilin arxası ilə isə “FİAT Doblo” markalı avtomobilin hərəkət etdiyini gördüyünü, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlayıb avtomobildən düşdüyünü, daha sonra “FİAT Doblo” markalı avtomobildə olan 3-4 nəfər şəxsin də avtomobildən düşdüklərini və Təqsirləndirilən şəxs qolundan tutub başına pencəyini keçirib başqa avtomobilə əyləşdirdiklərini, həmin hadisənin təxminən 10 saniyə davam etdiyini, başqa bir nəfər şəxsin Təqsirləndirilən şəxs avtomobilinə əyləşib həmin avtomobili idarə edib qeyd olunan yeri tərk etdiyini, qeyd olunan vaxt dayanmadığını, avtomobili idarə edib getdiyini və ibtidai istintaq zamanı da Təqsirləndirilən şəxs başqa avtomobilə əyləşdirildiyinin şahidi olduğunu dediyini qeyd etmişdir. Məhkəmə həmin şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşaraq hesab edir ki, adı qeyd edilən şəxs qohumu olduğuna görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasına istiqamətlənmiş ifadə vermişdir. Çünki qeyd olunan şəxs sonradan ibtidai istintaq zamanı verdiyi ifadəsinin dəyişdirilməsi ilə bağlı müraciət etməmişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Şahid7 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə Şahid7 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsinin, eləcə də digər şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində 12 sentyabr 2023-cü il tarixdə saat 13:00-14:00 radələrində “Grand Market”in yanında yerləşən avtoyuma məntəqəsində olan zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yol ilə hərəkət etdiyini, arxası ilə isə “Fiat Doblo” markalı, dövlət qeydiyyat nişanında hərflərin kombinasiyası “AP” olan xidməti polis avtomobilinin hərəkət etdiyini gördüyünü, “FİAT Doblo” markalı avtomobili idarə edən sürücünün avtomobilin işıqları ilə Təqsirləndirilən şəxs işarə verərək idarə etdiyi avtomobili saxlatdığını, bundan sonra “FİAT Doblo” markalı avtomobilin içərisindən üç nəfər mülki geyimli şəxsin düşdüyünü, həmin şəxslərdən birinin Təqsirləndirilən şəxs başına gödəkcə keçirərək həmin avtomobilə əyləşdirdiyini, avtomobillə birlikdə çıxıb getdiklərini, qeyd olunan vaxt Təqsirləndirilən şəxs avtomobilinə də bir nəfər mülki geyimli şəxsin əyləşdiyini və həmin avtomobili idarə edərək çıxıb getdiyini qeyd etmişdir. Məhkəmə həmin şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşaraq hesab edir ki, Rauf Mirzəyev həmyerlisi olduğu üçün Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasına istiqamətlənmiş ifadə vermişdir. Çünki adı qeyd olunan şəxs ibtidai istintaq zamanı ifadə verməmişdir və bununla bağlı ibtidai istintaq orqanına müraciət etməmişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Rauf Mirzəyevin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə digər şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib, daşıyaraq saxlamışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni əldə edərkən, saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı, yəni Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunan narkotik vasitə heroinləri məhz satış məqsədi ilə əldə etməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə yanlış olmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının 7-ci bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün üzərində şəxsi axtarış aparılarkən 01 ədəd və avtomobilinə baxış keçirilərkən 01 ədəd olmaqla, ümumilikdə 02 ədəd sellofan bükümlərdə külli miqdarda, yəni 5,248 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitə heroinin iki bükümdə olması, başqa növ narkotik vasitənin və ya psixotrop maddənin, habelə elektron tərəzinin aşkar olunmaması, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 5,248 qram çəkidə narkotik vasitə heroin satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Eyni zamanda, şəxsə məxsus mobil telefon nömrəsinə daxil olan və həmin mobil telefon nömrəsindən çıxan zənglərə və SMS mətnlərinə dair məlumatlar götürülmüş, lakin iş üçün hər hansı əhəmiyyətli hal müəyyən olunmamışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamış, onların bu xüsusatla bağlı verdiyi ifadələr ehtimallara əsaslanmışdır. Qeyd olunmalıdır ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Eyni zamanda “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə heroini satış məqsədi olmadan əldə etməsi şahidlərin ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirildiyindən, onun törətmiş olduğu əməl CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 12 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri həmin tarixdə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığında saxlama müddəti 12 yanvar 2024-cü il tarixədək müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair Göyçay Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs həmin tarixdə məhkəmə iclas zalında həbs edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay müddətə olmaqla, 12 mart 2024-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 12 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 23 oktyabr 2023-cü il tarixli 6941 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata aınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 15 dekabr 2023cü il tarixli 18-1-40/2-1186/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada narkoloji xəstəliklər üzrə qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır, lakin o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 15 dekabr 2023-cü il tarixli 18-1-40/2-1186/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada psixiatrik xəstəliklər üzrə qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanıma və məsul saxlanışa vermə haqqında 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Göyçay Rayon Polis Şöbəsində saxlanılan 5,148 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “Samsung” markalı mobil telefon həmin tarixdə maddi sübut qismində tanınmışdır. CPM-in 132.1-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrə aid olan İ Siyahısının 49-cu bəndinə əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 5,148 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “Samsung” markalı mobil telefon isə Təqsirləndirilən şəxs qaytarılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 12 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 5,148 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “Samsung” markalı mobil telefon isə Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-120/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-120/2024
30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver