Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-120/2025 26.02.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədlik edən), Aşurova Günay Raqif qızı və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Zərdab rayonu Dəluquşçu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkumluğu olmayan, Zərdab rayonu, Dəliquşçu kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırcı hissədə CM) 29, 149.1 və 157.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində zorla cinsi əlaqədə olmaq niyyəti ilə Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan Zərdab rayonu, Dəliquşçu kəndində yaşayan qonşusu xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs iradəsi ziddinə qanunsuz olaraq yaşadığı fərdi yaşayış evinin arxa hissəsindəki mətbəxin pəncərəsində olan pəncərə torunu çıxartmaqla mənzilə daxil olaraq onun mənzil toxunulmazlığını pozmuş, Zərərçəkmiş şəxs mənzildə qonaq otağındakı divanda uzanmasından istifadə edərək ona sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sol saiddə iki ədəd sıyrıq xəsarətləri yetirib fiziki zor tətbiq etməklə sonuncunun döş nahiyəsindən tutaraq üzündən və sinəsindən öpmüş, Zərərçəkmiş şəxs ona açıq müqavimət göstərərək xəsarət yetirməsi və qışqıraraq kömək istəməsi nəticəsində bilavasitə zorla cinsi əlaqədə olmağa yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək zorlamaya cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, küçədə olan zaman zərərçəkmiş şəxs qapının yanında su doldururmuş və zərərçəkmiş şəxs əl hərəkəti ilə onu çağırmışdır. O, isə getmək istəmirmiş. Çünki onun 53 yaşı vardır. Əvvəllər zərərçəkmiş şəxslə münasibəti olmuşdur. Onunla birlikdə danışıb-gülmüşlər. Zərərçəkmiş şəxs onu əli ilə çağırmışdır. O da şeytana aldanıb pəncərədən içəri zərərçəkmiş şəxsin evinə daxil olmuşdur. Həmin vaxt zərərçəkmiş şəxs divanda uzanmışdır. Həmin vaxt zərərçəkmişə demişdir ki, “mənəm Ağalar”. Sonra zərərçəkmiş şəxs ayağa qalxmışdır. Daha sonra sözləri düz gəlmədiyi üçün mübahisə etməyə başlamışlar. Otaqda stul olmamış və zərərçəkmiş şəxsin başı stula dəyməmişdir. Sonra ayağı ilişmiş və yerə yıxılmışdır. Həmin vaxt üzündən xəsarət almışdır. Sonra gəldiyi yerdən qayıdıb getmişdir. Hamamın üstündə isə dayanmamışdır. Evdən çıxıb yolda arxın üstündə dayanmışdır. Çünki zərərçəkmiş şəxsin qaynıgilə gedəcəyini bilirmiş. Elə orada zərərçəkmiş şəxsə demişdir ki, özünü kənd də biyabır etməsin, olan olub aralarında, kiməsə deməsin ikisidə qana düşər. Zərərçəkmiş şəxs isə demişdir ki, arvadına hadisə barədə məlumat verəcəkdir. Sonra zərərçəkmiş şəxs çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxs onu əl hərəkəti ilə çağırmışdır. Zərərçəkmiş şəxs həmin vaxt qapının yanında su doldururmuş və zərərçəkmiş şəxs ona əl hərəkəti edən vaxt arx üstündə olmuşdur. Zərərçəkmiş şəxs ona əl hərəkəti edən vaxt onun yanına getməmişdir. Axşam zərərçəkmiş şəxsin evdə olduğunu bilib, evə daxil olmuşdur. Zərərçəkmiş şəxs onu şərləmək istəmişdir. Onların davaları su borusu üstündə başlamışdır. Belə ki, zərərçəkmişin ailəsi ona məxsus su borusunu kəsmişdir. O da, demişdir ki, onun su borusunu alıb verin. 3 dəfə su borusu dəyişmişdir. Onların söz-söhbəti məhz həmin vaxtdan sonra başlamışdır. Zərərçəkmiş şəxsin evinə pəncərədən daxil olmuşdur. Zərərçəkmiş şəxsin evinə nə üçün girdiyi barədə istintaq zamanı ifadə vermişdir. Zərərçəkmiş şəxs üzünü cırmaqlamışdır. Həmin vaxt üzü qanamışdır. Zərərçəkmiş şəxsi öpməmişdir. Zərərçəkmiş şəxsin evinə oğurluğa girməmişdir. Zərərçəkmiş şəxsin evinə girməkdə niyyəti onun özü ilə bağlı olmuşdur. Məktəbdə oxuyan vaxt zərərçəkmiş şəxsi sevmişdir. Zərərçəkmiş şəxs hadisə günü əli ilə onu çağırmışdır. Qapının içində it olmuşdur. Ona görə evə pəncərədən daxil olmuşdur. Pəncərədən girən vaxt it səs çıxarmamışdır. Çünki çəpər olmuş və it pəncərədən daxil olduğunu görməmişdir. Zərərçəkmiş şəxsin evinə özünün dəvəti ilə getmişdir. Əvvəllər zərərçəkmiş şəxslə bulağın başında görüşmüşdür. Zərərçəkmiş şəxsin oğlu ondan şübhə etmişdir. Zərərçəkmiş şəxsin evinə bel verməyə getmişdir. Həmin vaxt zərərçəkmiş şəxslə qapıda söhbət etmişlər. Ona görə də, oğlu onlardan şübhə etmişdir. Zərərçəkmiş şəxslə qapıda sadəcə söhbət etmişlər. Başqa heç nə olmamışdır. Zərərçəkmiş şəxslə bir-birlərini sevmişlər. O, ona məktub yazmış, o da ona yazmışdır. Evə girəndən sonra zərərçəkmiş şəxslə mübahisə etməyə başlamışdır. Sonra çıxıb getmişdir. Ona nə vaxtsa qızıl-ziynət əşyası və ya hədiyyə verməmişdir. Zərərçəkmiş şəxsə xalat alıb vermişdir. Zərərçəkmiş şəxs özü demişdir ki, ona xalat alıb yollayar. Zərərçəkmiş şəxs bulaq başında su doldururmuş. Həmin yerdə arx olmuşdur. Zərərçəkmiş şəxs ona əl edib işarə etmişdir. Çünki üzü ona tərəf olmuşdur. Zərərçəkmiş şəxs ona əl edib çağırmışdır. Zərərçəkmiş şəxs ona əl işarəti edən vaxt onun yanına getməmişdir. Zərərçəkmiş şəxs ona yolda demişdir ki, hadisəni yoldaşına danışacaqdır. O da demişdir ki, gedib özünü biyabır etməsin. Zərərçəkmiş şəxs qaynıgilə getdiyinə görə müəyyən etmişdir ki, onu “102” qaynar xəttinə şikayət edəcəkdir. Zərərəkmiş şəxsə demişdir ki, oğluna de su borusunu alıb gətirsin. Şeytana aldanıb zərərçəkmiş şəxsin evinə girmişdir. Zərərçəkmiş şəxsin evinə daxil olmuşdur. Həmin vaxt aralarında mübahisə olmuşdur. Sonra evdən çıxıb arxın üstündə zərərçəkmiş şəxsi gözləmişdir. Çünki bilmişdir ki, o, qaynıgilə gedəcəkdir. Bilmişdir ki, zərərçəkmiş şəxs evdə təkdir. Qapının yanında maşın olmadığı üçün zərərçəkmiş şəxsin oğlunun evdə olmadığını bilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, o, hadisə ilə bağlı bunu deyə bilər ki, 03 sentyabr tarixində axşam saat 8-9 radələrində evdə olmuşdur. Həmin vaxt həyat yoldaşı Qarabağ bölgəsində işlədiyi üçün evdə olmamış və oğlu isə rayonda işlədiyinə görə orada kirayədə qalırmış. Həmin gün oğlu evə gəlməli idi. Evdə yerində uzanmışdır. Həmin vaxt işıqları yandırmadığı üçün ev qaranlıq olmuşdur. Divanda uzanan vaxt mətbəxdən səslər gəlmişdir. Yerindən durub gedib baxmaq istəyirmiş. Divandan qalxan zaman kiminsə ona hücum etdiyini görmüşdür. Həmin vaxt bərk qorxmuşdur. Bu zaman səs gəlmiş və ona hücum edən şəxs demişdir ki, “Qorxma mənəm, Ağalar”. Səsini eşidəndən sonra gələnin Ağalar olduğunu anlamışdır. Ağalar onu divana atmaq istəyən zaman, özünə gəlmiş, onun üzünü-gözünü cırmaqlamış, yerə yıxıb başına yumruq zərbələri vurmuş və özünü Ağalardan müdafiə edə bilmişdir. Sonra birbirilərindən yapışmağa başlamışlar. Həmin vaxt artıq yorulmuş və taqətdən düşmüşdür. Ona görə də, qışqırıb qaynını çağırmışdır. Qaynını çağıran vaxt Ağalar qaynını çağırmamasını və çıxıb gedəcəyini bildirmişdir. Sonra Ağalar çıxmışdır. Başı stola dəydiyindən özünü itirmiş, sonra isə özünü toplayıb üstünü geyinmişdir. Çünki evdə olan vaxt gecə köynəyində olmuşdur. Evinin qapısı bağlı olduğu üçün Ağalar evə pəncərədən daxil olmuşdur. Ağalar çıxandan sonra evdən çıxmış və görmüşdür ki, Ağalar hamamın üstündədir. Evdən çıxıb qaynıgilə tərəf getmişdir. Həmin vaxt yolda Ağaları görüb ona nəsə edər deyə ondan gizlənmişdir. Ağalar getdikdən sonra tez qaynıgilə tərəf hərəkət etmişdir. Həmin vaxt arxadan Ağaların səsini eşitmişdir. Ona qulaq asmamış və dərhal qaynıgilin evinə daxil olmuşdur. Bundan sonra oğluna zəng edib hadisə barədə məlumat vermiş və oğlu da polis şöbəsinə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Ağalar onların evdən bir ev aralıda qonşuluqda yaşayır. Oğlunun avtomobili vardır. Ağalar onu gündüzdən izlədiyi üçün evdə tək olduğunu bilmişdir. Hadisə axşam saat 8-9 radələrində baş vermişdir. Evdə olan vaxt qapını bağlamış, lakin pəncərə açıq olmuşdur. Səs-küy salan vaxt, Ağalar demişdir ki, “qorxma mənəm”. Ağalar evə daxil olub ona hücum etmişdir. Ağaların niyyəti ilə bağlı ibtidai istintaq zamanı ifadə vermişdir. Hazırda onun niyyətini deməyə utanır. Ağalar ona hücum etdikdən bir müddət sonra qaynını çağırmışdır. Ağalar elə bu vaxt çıxıb getmişdir. Qaynı qonşuluqda yaşamır. Özü qışqırmışdır ki, bəlkə kimsə gəlib ona kömək edər. Evlərindən biraz aralıda evlər vardır. Bəlkədə səsini eşitsələrmiş köməyinə qonşular gələ bilərmiş. Başı stola dəydiyi üçün xəsarət almışdır. Ağalarla mübahisə edən vaxt özüdə hiss etmədən başı stola dəymişdir. Qollarında Ağaların dırnaq izləri olmuşdur. O, pəncərəni bağlayan vaxt Ağalar hamamın üstündə olmuşdur. Həmin otaqda stul olmuşdur. O, onun gələcəyini bilməmişdir. Ağalar səsini çıxardıqdan sonra bilmişdir ki, gələn Ağalardır. Müstəntiqin yanında Ağalar ona demişdir ki, orta məktəbdə ona məktublar yazmışdır. Ağaların evinə dəfələrlə gedib ondan şikayət etmişdir. Ağaların yoldaşına və qardaşına demişdir ki, Ağalar onu narahat edir. Divanda uzanan vaxt mətbəxdən səs gəlmişdir. Qalxıb baxmaq istəyən vaxt kimsə qəflətən ona hücum etmişdir. Ağalar səsini çıxarana qədər ona hücum edən şəxsin kim olduğunu bilməmişdir. Ağalar səsini çıxarıb demişdir ki, “Qorxma mənəm Ağalar”. Ağaları səsindən tanımışdır. Ağalar onu divana yıxmaq istəmişdir. Sonra onu öpmüşdür. Ağalar ona hücum etmişdir. O, isə qışqırmağa başlamışdır. Ağalar həmin vaxt gəldiyi yerdən qayıdıb getmişdir. Pəncərəni örtən zaman Ağaları hamamın üstündə görmüşdür. Sonra pəncərəni bağlayıb, qaynıgilə getmişdir. Qaynıgilə gedən vaxt Ağaları yolda görmüşdür. Hiss etmişdir ki, Ağalar arxasınca gəlir. 7-8 il əvvəl Ağalar evinin zirzəmisinə daxil olmuşdur. Həmin vaxt oğlu onu görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Ağahseyn oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Bu evlilikdən Şamo adlı bir övladı var. Ailə qurduğu vaxtdan etibarən Zərdab rayonu, Dəliquşçu kəndində ona məxsus evdə yaşamışlar. Şamo 4 il bundan öncə ailə həyatı qurduğu üçün Zərdab şəhərində kirayədə yaşayır. Bununla belə tez-tez kəndə gəlib qalmışdır. O, 2 ilə yaxındır ki, “Nortwest” şirkətin sürücüsü olaraq Qarabağ zonasında işləyir. Buna görə də Şamo son zamanlarda tez-tez kənddə onlarda qalmışdır. O, 03 sentyabr 2024-cü il tarixdə Ağdamda olmuşdur. Həmin hadisənin səhərisi gün, ona zəng edərək məlum məsələ barədə demişlər. Bundan sonra Zərdaba gəlmiş və məlum olmuşdur ki, 03 sentyabr 2024-cü il tarixdə, saat 20 radələrində arvadı Şamama evdə tək olarkən qonşusu Ağalar onun evinə qanunsuz daxil olaraq arvadına cinsi zorakılıq etmiş, arvadının Ağalara müqavimət göstərməsi səbəbindən niyyəti başa çatdıra bilməyərək evdən qaçıb getmişdir. O, evə gələndə mətbəxin çölə açılan pəncərəsində Ağaların qanla bulaşmış barmaq izi də olmuşdur. Təxminən 4-5 il bundan öncə Ağaların evinin zirzəmisinə gizlincə girdiyini bu hadisə olandan sonra bilmişdir. Məsələ barədə Şamama qardaşı Möhsünə demiş, Möhsün də Ağaların evinə gedib ondan soruşmuşdur. Həmin vaxtı Ağalar, qardaşı Abuzər və yeznəsi Namizəd söz vermişlər ki, Ağalar bu işi bir daha təkrarlamayacaq. Ağalar özü də “Qurana and içirəm ki, bir də belə hal təkrarlanmayacaq” demişdir. Lakin Ağalar öz niyyətindən əl çəkməmiş, onun namusuna sataşmışdır. Ağaların əvvəllər onun evinə qanunsuz daxil olması barədə hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Ümumiyyətlə, bu məsələdən xəbəri olmamışdır. Qardaşı söz-söhbət olmasın deyə ona deməmiş, özü Ağalarla danışmışdır. Lakin Ağalar bu əməllərinə son qoymamışdır. Ağaların layiqli cəza almasını tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. O, 4 il bundan öncə ailə həyatı qurduğu üçün Zərdab şəhərində kirayədə yaşamışdır. Bununla belə tez-tez kəndə atasıgilə gedib qalmışdır. Xüsusən də, atası Xanhüseyin Ağdam şəhərində işlədiyi üçün son zamanlarda tez-tez kəndə getmişdir. 03 sentyabr 2024-cü il tarixdə, saat 20 radələrində əmisi Möhsündən ona zəng gəlmişdir. O, həmin vaxtı rayonda olmuşdur. Zəngə cavab verəndə anası Şamama ona qonşuları Ağaların yaşadığı evə girdiyini demişdir. O da dərhal kəndə getmiş, yolda olarkən DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bundan sonra evə gələndə Ağaların anasının evdə tək olduğunu bildiyi üçün qanunsuz olaraq evin arxasındakı hamamın üstündən mətbəxə daxil olub anasına hücum etdiyini, anasının ona müqavimət göstərməsi səbəbindən evdən qaçaraq getdiyini bilmişdir. Həmin vaxtı mətbəxin çölə açılan pəncərəsində Ağaların qanla bulaşmış barmaq izi də olmuşdur. Bundan sonra Ağaları kənddə görmədiyi üçün hadisə barədə ətraflı ondan soruşa bilməmişdir. Əlavə olaraq bildirmişdir ki, təxminən 5 il bundan əvvəl evin zirzəmisinə tutma götürmək üçün girəndə nəsə səs gəldiyini eşitmiş, əyilib diqqətlə baxanda əynindəki kurtkadan Ağaların evin altında olduğunu bilmişdir. Ağaları söyərək “nə işin var burda” deyəndə üzünə süpürgə tutub onu itələyərək evin altından qaçıb getmişdir. Sonra bu barədə Ağaların ailəsinə deyəndə tövbə elədiyini və bir daha təkrarlanmayacağını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı Şahid1 arvadıdır. Xanhüseyn ailəsi ilə birlikdə onunla qonşuluqda yaşayır. Son zamanlarda Xanhüseyn Ağdam şəhərində işlədiyi üçün oğlu Şamo anası ilə birlikdə qalmışdır. 03 sentyabr 2024-cü il tarixdə, saat 20 radələrində öz evində olmuşdur. Bu vaxtı Şamamanın ağlaya-ağlaya evə girdiyini görmüşdür. Şamamadan nə baş verdiyini soruşanda qonşu Təqsirləndirilən şəxs onun evinə basqın edərək üstünə hücum etdiyini, cinsi zorakılıq göstərdiyini demişdir. Bundan sonra onun telefonu ilə oğlu Şamoya zəng edib hadisə barədə məlumat vermişdir. Şamo da polisə şikayət etmişdir. Həmçinin təxminən 4-5 il bundan də Şamama ona Ağaların küçədə ona söz atdığını demişdir. O da Ağaların evinə gedib soruşmuşdur. Həmin vaxtı Ağalar, qardaşı Abuzər və yeznəsi Namizəd söz vermişlər ki, Ağalar bu işi bir daha təkrarlamayacaq. Ağalar özü də ona “Qurana and içirəm ki, bir də belə hal təkrarlanmayacaq” demişdir. Lakin bu hadisədən bir qədər sonra Ağalar təkrarən qardaşı Xanhüseyinin evinin zirzəmisinə girmişdir. O, hadisə vaxtı Şamamanın onun adını yüksək səslə çağırdığını eşitməmişdir. Onun yaşadığı evlə qardaşının evi arasında təxminən 100 metr məsafə vardır. Şamama həmin gecə təlaş içində ağlaya-ağlaya onlara gələrək hadisə barədə məlumat vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “raport HK-1”dan görünür ki, Şahid3 Xanhüseyn oğlu DİN-nin “102” Xidmətinə zəng edərək qonşusu Ağaların pəncərədən evinə oğurluq məqsədilə daxil olaraq anasını döyməsini bildirmişdir (cild 01, iş vər. 03). xx.xx.2024-cü il tarixli Zərdab RPŞ-ə ünvanlanmış Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, həmin tarixdə saat 21:30 radələrində qonşusu Ağalar onun evinə daxil olaraq ona hücum etdərək onu döydüyünü bildirmişdir (cild 01, iş vər. 04 ). xx.xx.2024-cü il tarixli Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ-nin Ağcabədi rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 117 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sol saiddə iki ədəd sıyrıqlar – küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən əllə(dırnaqlarla) vurulma nəticəsində əmələ gələ bilərdi, şəxsin özü-özünə yetirməsi üçün xarakterik deyildir, yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir (cild 01, iş vər. 11-12). 06 sentybar 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi və götürülmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, zərərçəkmiş şəxsin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı mətbəxin pəncərəsinin çöl tərəfindən olan qana bənzər ləkələrlə müşahidə edilən barmaq izləri xüsusi qaydada götürülərək qablaşdırılmışdır (cild 01, iş vər. 22-33). xx.xx.2024-cü il tarixli “cinayət törədilməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:40-da tutulmuşdur (cild 01, iş vər. 49-50). 07 sentyabr 2024-cü il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha təsdiq etmişdir (cild 01,iş vər. 98-100). xx.xx.2024-cü il tarixli Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ-nin Ağcabədi rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 120 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər – alının orta hissəsində burun tini üzərində, hər iki alt göz qapaqlarında, sifətin sağ yarısında, boyunun sağ və sol yan səthlərində sıyrıqlar – küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən özünü müdafiə edən zaman əllə(dırnaqlarla) yetirilməsi üçün xarakterikdir, yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir (cild 01, iş vər. 101-103). 08 sentyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti aparılmış və sonuncu törətdiyi əməli hadisə yerində könüllü etiraf etmişdir (cild 01, iş vər. 125-127). 08 sentyabr 2024-cü il tarixli “üzləşdirmə aparılmaq haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 01, iş vər. 128-131). xx.xx.2024-cü il tarixli Zərdab rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər.137-140). xx.xx.2024-cü il tarixli Zərdab RİHB-nın Dəliquşçu kənd İƏDÜ nümayəndəliyinin arayışlarından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Zərdab rayonu, Dəliquşçu kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birgə yaşayır. Barəsində tərtib edilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 01, iş vər. 177-180). xx.xx.2024-cü il tarixli “Zərdab RMX” PHŞ-nin, 18-1-79/2-612/2024 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəstəxananın Poliklinika şöbəsində narkoloji və psixiatriya kabinetində qeydiyyatda durmur (cild 01, iş vər. 186). xx.xx.2024-cü il tarixli “X2 Sistemi”ndən məhkumluq barədə əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 187-188). 15 oktyabr 2024-cü il tarixli "xxxx" MMC-in məktubuna əlavə edilmiş CD diskdə olan məlumatlardan görünür ki, cinayət xarakterli hər hansı bir hal aşkar edilməmişdir (cild 01, iş vər. 189-229). 11 mart 2020-ci il tarixli, HK-1/122 nömrəli material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs iş yoldaşı X6 ilə aralarında şəxsi münasibətlər zəminində sözlü mübahisə olmuş, aparılmış təhqiqat nəticəsində toplanmış materialda cinayət və ya inzibati xəta tərkibi müəyyən edilməmişdir (cild 02, iş vər. 1-8). 11 oktyabr 2024-cü il tarixli Zərdab rayon Məhkəməsinin 83/2024 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs barəsində hər hansı bir ərizə, şikayət, təqsirləndirici material və ya cinayət işi daxil olmamışdır (cild 02, iş vər. 13-14). xx.xx.2024-cü il tarixli Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3/1445, 3/1446 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyinə əsasən təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qısaqol gecə donunun səthində rəyin tədqiqi hissəsində yerləşmə sahəsi göstərilməklə təsvir edilən iki ədəd zədə vardır. Qısaqol gecə donunun səthində olan zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma zədələridir. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd qısaqol köynəyin və bir ədəd cins şalvarın səthində trasoloji zədə yoxdur (cild 02, iş vər. 35-44). 31 oktyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə-bioloji ekspertizası təyin edilməsi üçün qan nümunələri götürülmüşdür. Həmin tarixdə də məhkəmə-bioloji ekspertizası təyin edilmişdir (cild 02, iş vər. 45-54). xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin 837 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək, ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür, onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağılllıq xəstəliyi keçirməmişdir, hal-hazırda da keçirmir (cild 02, iş vər. 63-66). xx.xx.2024-cü il tarixli Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ-nin 758/2024-MTBŞ nömrəli, məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu : A-beta/H/İİ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: O-alfa,beta/İ/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus gecə köynəyi üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,H antigenləri alındı. Beləliklə, bu qan ləkələri A-beta/H/İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə Təqsirləndirilən şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür/ əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa/ (cild 02, iş vər 67- 72). xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi, cinayət təqibinin başlanılmasının rədd edilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı Təqsirləndirilən şəxs alının orta hissəsində burun tini üzərində, hər iki alt göz qapaqlarında, sifətin sağ yarısında, boyunun sağ və sol yan səthlərində sıyrıqlarla nəticələnən sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi əməlində CM-in 130-cu maddəsinin tərkib əlamətlərinin olmaması səbəbindən Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən həmin fakt üzrə cinayət təqibinin başlanılmasının rədd edilməsi qərara alınmışdır (cild 02, iş vər. 85-97). DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməllərinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə onun tutulmasından əvvəl baş vermiş bir sıra halların aydınlaşdırılmasının zəruri olmasını vacib hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, zor tətbiq etməklə mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olaraq mənzil toxunulmazlığını pozmuş, zərərçəkmiş şəxsə qarşı zor tətbiq edərək onu zorlamağa cəhd etmə üzrə ittiham irəli sürülmüş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.1 və 157.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilərək ona ittiham elan edilmiş və məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamı qəbul edərək özünü təqsirli hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs qarşı sürülmüş ittihamla bağlı çıxış edərək Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsindən həmin Məcəllənin 157.1-ci maddəsinə tövsif olunmasını və onun barəsində cinayət təqibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə davam etdirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Dövlət ittihamçısı mövqeyini belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs CM-nin 157.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmə məsuliyyətinə ona görə verilmişdir ki, o, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, zor tətbiq etməklə mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olaraq mənzil toxunulmazlığını pozmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin Zərdab rayonu, Dəliquşçu kəndində yaşayan qonşusu Zərərçəkmiş şəxs iradəsi ziddinə qanunsuz olaraq onun yaşadığı mənzilə daxil olması müəyyən edilsə də Zərərçəkmiş şəxs və təqsirləndirilən Təqsirləndirilən şəxs istər ibtidai, istərsə də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrlə, onların ifadələrinin yerində yoxlanılması protokolları ilə, bir sözlə cinayət işinin materialları ilə mənzilə qanunsuz daxil olma zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş və ya mənzildə yaşayan hər hansı digər şəxsə qarşı zor tətbiq etməsi, zor tətbiq etmə ilə hədələməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma, CM-nin 157.2-ci maddəsində isə eyni əməllərin zor tətbiq edilməklə və ya zor tətbiq etmə hədəsi ilə törədilməsi cinayət əməlləri təsbit edilmişdir. Göründüyü kimi, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə CM-nin 157.1-ci maddəsi ilə deyil, CM-nin 157.2-ci maddəsi ilə ittiham irəli sürülməsi əsassız olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 157.2-ci maddəsindən həmin Məcəllənin 157.1-ci maddəsinə tövsif olunmasını və cinayət təqibi Azərbaycan Respublikası CM-nin 29, 149.1 və 157.1-ci maddəsi ilə davam etdirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məcəllənin 314.1-ci maddəsinə əsasən dövlət ittihamçısı ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak edərək məhkəmədə irəli sürülmüş ittihamı müdafiə etmək üçün bu Məcəllənin 84.6 və 84.7-ci maddələri ilə nəzərdə tutulmuş hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir. Həmin məcəllənin 84.6.9-1-ci maddəsinə əsasən dövlət ittihamçısının şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini və ya şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını təklif etmək hüququ vardır. Yuxarıda göstərilən halların Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla əlaqəli və bağlılığının olmasını nəzərə alaraq məhkəmə kollegiyası bu halları və bundan sonraki halları iş üçün kifayət qədər əhəmiyyətli hallar kimi qəbul edir. Belə ki, həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs ifadələrində göstərmişdirlər ki, Təqsirləndirilən şəxs Zərdab rayonu, Dəliquşçu kəndində yaşayan Zərərçəkmiş şəxs iradəsi ziddinə qanunsuz olaraq yaşadığı fərdi yaşayış evinin arxa hissəsindəki mətbəxin pəncərəsində olan pəncərə torunu çıxartmaqla fərdi yaşayış evinə daxil olmuş, daxil olduqdan sonra Zərərçəkmiş şəxs evdə qonaq otağındakı divanda uzanmasını görərək döş nahiyəsindən tutaraq üzündən və sinəsindən öpmüş və Zərərçəkmiş şəxs ona açıq müqavimət göstərərək xəsarət yetirdiyini və qışqıraraq kömək istəməsini görməsi nəticəsində bilavasitə zorla cinsi əlaqədə olmağa yönəldilmiş hərəkətlərini dayandıraraq evi tərk etdiyini bildirmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma – həmin əməlləri törətmiş şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Həmçinin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsinəd nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə həmin əməllərə görə şəxsin CM-nin 157.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 29, 149.1 və 157.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin obyektiv tərəfinə aid olan hərəkətləri icra etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış bütün sübutları təhlil və tədqiq edərək qeyd edir ki, Təqsirləndirilən şəxs öz hərəkətlərinin ictimai təhlükəliliyini, həmin hərəkətlərinin ictimai təhlükəli nəticələr doğuracağını dərk etmiş, həmin hərəkəti törətməyi və hərəkətin doğuracağı ictimai təhlükəli nəticəni arzu etmiş, həmçinin həmin hərəkəti etməyə qətiyyət yaradan, hərəkətində maddiləşmiş və dərk etmiş olduğu marağına və məqsədinə doğu istiqamətlənmişdir. Beləliklə, yuxarıda göstərilən nəticəni həm məcmu, həm də ayrı-ayrılıqda yoxlayıb və hüquqi qiymət verib məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində zorla cinsi əlaqədə olmaq niyyəti ilə Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan Zərdab rayonu, Dəliquşçu kəndində yaşayan qonşusu xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs iradəsi ziddinə qanunsuz olaraq yaşadığı fərdi yaşayış evinin arxa hissəsindəki mətbəxin pəncərəsində olan pəncərə torunu çıxartmaqla mənzilə daxil olaraq onun mənzil toxunulmazlığını pozmuş, Zərərçəkmiş şəxs mənzildə qonaq otağındakı divanda uzanmasından istifadə edərək ona sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sol saiddə iki ədəd sıyrıq xəsarətləri yetirib fiziki zor tətbiq etməklə sonuncunun döş nahiyəsindən tutaraq üzündən və sinəsindən öpmüş, Zərərçəkmiş şəxs ona açıq müqavimət göstərərək xəsarət yetirməsi və qışqıraraq kömək istəməsi nəticəsində bilavasitə zorla cinsi əlaqədə olmağa yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək zorlamaya cəhd etmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Həmin məcəllənin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1 və 157.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Belə olduğu təqdirdə məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1 və 157.1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli başa çatmayan, onun Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1 və 157.1-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 29,149.1-ci maddəsinin sanksiyasında həmin əməl törədilən vaxt dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 157.1-ci maddəsinin sanksiyasında həmin əməl törədilən vaxt min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri cəzası nəzərdə tutulmuşdur. Cinayət qanunvericiliyinə əsasən cəza təyin edilərkən cinayət etməyə cəhdə görə cəzanın müddəti və həcmi törədilmiş cinayət əməlinə görə cinayət qanununun maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox olmamaqla, habelə cəzalar toplanmaqla müddətlər müəyyənləşdiriləkən islah işləri növündə olan cəza növünün dörd günü cinayətlərin və ya hökümlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə manasibətdə həll edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin məcəllənin 68-ci maddəsinə əsasən islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə münasibətdə həll edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə isə islah işləri cəzası təyin edilməli və Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən ona təyin edilmiş islah işləri cəzasının 4 (dörd) gününə 1 (bir) gün hesablanmaqla ona azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,149.1 və 157.1-ci maddələri üzrə azadlıqdan məhrum etmə cəzası qismən toplanmaqla təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1 və 157.1-ci maddələrində göstərilən cinayət cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər sırasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli və onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət ona təyin olunan cəzaya daxil edilməli, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmalıdır. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 sentyabr 2024-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Zərdab Rayon Prokurorluğunun saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs yaşadığı mənzilin mətbəxindən çölə açılan plastik pəncərədən xüsusi qaydada qablaşdırılaraq götürülmüş qan izləri və papilyar naxış izləri, Zərərçəkmiş şəxs əl barmaqlarından götürülmüş dırnaq nümunələri, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qısaqol köynək və 01 ədəd cins şalvar, eləcə də Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd gecə paltarı məhv edilməli və maddi sübut əhəmiyyətli 03 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 269 (iki yüz altmış doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.1 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 29, 149.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasının 4 (dörd) gününə 1 (bir) gün hesablanmaqla 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 06 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan və Zərdab rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs yaşadığı mənzilin mətbəxindən çölə açılan plastik pəncərədən xüsusi qaydada qablaşdırılaraq götürülmüş qan izləri və papilyar naxış izləri, Zərərçəkmiş şəxs əl barmaqlarından götürülmüş dırnaq nümunələri, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qısaqol köynək və 01 ədəd cins şalvar, eləcə də Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd gecə paltarı məhv edilsin və 03 ədəd diskin cinayət işi materiallarında olması nəzərə alınsın. İş üzrə məhkəmə xərci 269 (iki yüz altmış doqquz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Tural Əfəndizadə hakimlər Günay Aşurova Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-120/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-120/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver