Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-121/2024 09.04.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X8, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi: Şahid iştirakları ilə, xx.xx.1971-ci ildə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Mingəçevir şəhəri Təbriz küçəsi, ev 23, mənzil 29-də qeydiyyatında olmaqla Mingəçevir şəhəri Borçalı bağ massivində yaşayan yaşamış, barəsində həbs qətimkan seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırcı hissədə CM) 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs ilə 2020-ci ilin iyul-avqust aylarından başlayaraq xx.xx.2023-cü il tarixədək olan müddət ərzində, yəni Zərərçəkmiş şəxs on dörd yaşına çatmadığı, xx.xx.2023-cü il tarixdən başlayaraq isə on dörd yaşına çatdığı, lakin yetkinlik yaşına çatmadığı dövrdə yaşadığı Mingəçevir şəhəri, Borçalı bağ massivində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs ilə təkliklə qaldığı, ona görə də hər hansı bir maneə ilə rastlaşmadığı və müqaviməti ilə qarşılaşmayacağını yəqin bildiyi vaxtlarda dəfələrlə paltarlarını soyunub, çılpaq vəziyyətdə Zərərçəkmiş şəxs qarşısına çıxaraq, ona cinsiyyət orqanını nümayiş etdirmiş, şəhvət hissi ilə əlini Zərərçəkmiş şəxs paltarının altına salaraq, onun bədəninin intim nahiyələrini, o cümlədən cinsiyyət orqanı və yan nahiyəsini sığallamış, cinsiyyət orqanını Zərərçəkmiş şəxs nümayiş etdirdiyi hallarda, sonuncunu ona əli və ağzı ilə toxunmağa məcbur etmiş, həmçinin rahatlaşması üçün onunla cinsi əlaqəyə girməyi təklif edib, 14 yaşına çatmayan dövrdə ona qarşı törədilən qanunazidd, zorakı və əxlaqsız hərəkətlərin faktiki xarakterini və mənasını tam dərk etməyən, ona görə də həmin hərəkətlərə müqavimət göstərmək iqtidarında olmayan, bir sıra hallarda isə həmin hərəkətləri «ata qayğısı və nəvazişi» kimi qəbul etdiyinə görə köməksiz vəziyyətdə olan, on dörd yaşına çatdıqdan sonra isə ona qarşı törədilən hərəkətlərin mənasını və xarakterini dərk etsə də, ata himayəsində olduğuna, edəcəyi şikayətlərin birmənalı və adekvat kimi qəbul edilməyəcəyinə görə faktiki olaraq köməksiz vəziyyətdə olmaqda qalan Zərərçəkmiş şəxs qarşı həm on dörd yaşına çatmadığı, həm də on dörd yaşına çatdığı, lakin yetkinlik yaşına çatmadığı dövrlərdə zor tətbiq etmə hədəsi ilə, habelə köməksiz vəziyyətindən istifadə etməklə təkrarən və birbaşa qəsdlə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 150.3.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində törətdiyi əməldən peşman olduğunu, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 2001-ci ildə Şahid ilə qeyri-rəsmi nikaha daxil olub ailə qurmuş, birgə nikahlarından Muradxan və Gülzar adlı övladları olmuşdur. Oğlu Muradxan hazırda müddətli həqiqi hərbi xidmətdə olmaqla arvadı Nailə isə şəhər ərazisində yerləşən ticarət obyektlərində xadimə işləmişdir. Təxminən 2023-cü il oktyabr ayının əvvəlində Yevlax rayonu Gülövşə kəndində yaşayan Fərid adlı şəxslə sonuncunun yaşadığı kənd ərazisində görüşən zaman Fəriddən narkotik vasitə olan qurudulmuş marixuana istəmiş, Fərid ona nəşəsi olmadığını, lakin 2 ədəd narkotik tərkibli həbləri olduğunu bildirmişdir. Həmin həbləri Fəriddən alaraq yaşadığı Mingəçevir şəhərində yerləşən evlərinə gəlmiş, günorta saatlarında həblərdən birini qəbul etmişdir. Bir qədər sonra qızı Gülzar yaşadıqları evə gəlmiş, dərman həbini qəbul etdikdən sonra özünü pis hiss edərək hərəkətlərini idarə edə bilməmiş, beyninə müxtəlif xəyallar gəlmişdir. Lakin həmin vaxt hansı hərəkətlər etdiyini xatırlamamışdır. Bundan sonra 06 oktyabr 2023-cü il tarixdə yenə də həmin həbin qalanını atmış, həmin vaxt arvadı Nailə və qızı Gülzar da yaşadıqları evdə olmuşlar. Gecəni yata bilməmiş, 07 oktyabr 2023-cü il tarixdə səhər saatlarında yuxudan ayıldıqdan sonra qəbul etdiyi qidaları qusmaqla ifraz etmişdir. Sonra yaşadığı evdə olan otağa keçib yatmış, yuxuda olduğu zaman polis əməkdaşları yaşadıqları evə gəlib onu polis şöbəsinə dəvət etmişlər. X13 arvadı Nailə qızı Gülzara qarşı seksual xarakterli hərəkətlər etməsi barədə polis şöbəsinə müraciət etdiyi ona məlum olmuşdur. Polis şöbəsində ona arvadına məxsus telefondakı səs yazısına qulaq asarkən yaşadıqları evdə qızı Gülzara qarşı seksual hərəkətlər etdiyi ona məlum olmuşdur. Həmin hərəkətləri etməsini xatırlamamış, Zərərçəkmiş şəxs ilə hər hansı formada cinsi əlaqədə olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində atası Təqsirləndirilən şəxsla barışmaqla sonuncuya qarşı heç bir şikayət və tələbi olmamış, atasının barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində X7 göstərmişdir ki, Təqsirləndirilən şəxs atası olmaqla anası Şahid ilə birlikdə yaşamış, qardaşı X6 isə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Anası hər gün saat 09 radələrində işə gedib axşam saatlarında evə qayıtmış, atası ilə anasının arasında daima münaqişələr baş vermişdir. 2020-ci ilin təxminən iyul-avqust aylarında yaşadıqları evin həyətyanı sahəsində olan zaman atası Elşad məhlənin baş tərəfindən onu çağıraraq yanına gəlməsini bildirdiyi üçün atasının yanına getmiş, atası istifadəsində olan mobil telefonda qadınla kişinin cinsi əlaqədə olmasını əks etdirən video görüntüləri ona göstərərək ona da həmin qaydada cinsi əlaqədə olmağı təklif etmişdir. Həmin vaxt başını aşağı salıb videolara baxmamış, atası Elşadın ona seksual xarakterli kişi ilə qadının cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri göstərməsi bir müddət davam etmişdir. Atası Elşad həmin videogörüntüləri göstərərkən əli ilə onun belindən də tutmuş, həmin zamanlardan sonra evdə və ya həyətdə məişət işləri görərkən atası ona yaxınlaşıb arxadan onu qucaqlayaraq özünə sıxmışdır. Ona əlini atasının şalvarının içərisinə salaraq atasının cinsiyyət orqanını bayıra çıxarmağı, cinsiyyət orqanını bayıra çıxardıqdan sonra da öpməyi təklif etmiş, atasının ona qarşı etdiyi hərəkətlərinə etiraz etmişdir. 2022-ci ilin oktyabr ayında qardaşı hərbi xidmətə getdikdən sonra atası Elşadla evdə daha çox tək vaxt keçirmiş, həmin müddətlər ərizində də atası ona qarşı dəfələrlə seksual xarakterli hərəkətlər etmişdir. Daima ona seksual xarakterli video görüntülər göstərmiş, evdə tək olduqda Elşad əlini onun şalvarının alt hissəsinə salaraq onun arxa nahiyyəsini sığallamışdır. Həmçinin ona da atasının bədənini öpməyi, atasının bədənini sığallamağı təklif etmiş, hər dəfə atası Elşadın ona qarşı etdiyi hərəkətlərindən müxtəlif bəhanələrlə yayınmışdır. 2023-cü ilin sentyabr ayının əvvəllərindən başlayaraq atası ona qarşı daha da açıq seksual xarakterli hərəkətlər etməyə başlamış, yaşadıqları evdə olarkən atası paltarlarını çıxarıb onun qarşısında lüt dayandıqdan sonra ona atasının cinsiyyət orqanına əli ilə toxunmağı, cinsiyyət orqanını öpməyi və cinsi əlaqədə olmağı təklif etmişdir. Həmçinin atası Elşad ona öz cinsiyyət orqanını onun cinsiyyət orqanına və ya arxa nahiyəsinə daxil etməyi təklif edərək onun paltarlarını çıxarmağa cəhd etmiş, ona asanlıqla soyunulub geyinilən paltarlar geyinməyi təklif etmişdir. Atası Elşadın ona qarşı seksual hərəkətlər etməsindən qorxaraq daima düyməsiz yəni, çətin soyunulub geyinilən paltarlar geyinmiş, hamama yuyunmağa gedəndə qapını bağladığı üçün atası Elşad ona qapını açıq saxlamağı, eləcə də gecələr anası yatdıqdan sonra atasının yanına getməyi təklif etmişdir. Dəfələrlə yatdığı vaxt atası Elşad onun yatağına uzanıb onun bədəninin müxtəlif nahiyələrindən öpməyə və paltarlarını çıxarmağa çalışmış, lakin atası onu qucaqlayan və öpən zaman atasının paltarları əynində olmuşdur. Atası onunla və anası Nailə ilə mütəmadi olaraq mübahisə və münaqişələr etdiyi üçün atasından qorxub bu barədə anasına məlumat verməmiş, bu barədə kiməsə məlumat verdikdən sonra atasının ona qarşı etdiyi hərəkətləri təsdiq edə bilməyəcəyini başa düşdüyündən atasının ona qarşı əxlaqsız hərəkət etdiyi zaman atasının səsini yazmaq qərarına gəlmişdir. Təxminən 2023cü ilin sentyabr ayının sonları yaşadıqları evdə atası ilə tək olan zaman atasının ona yaxınlaşacağını əvvəlcədən bildiyi üçün istifadəsində olan mobil telefondakı səs yazma proqramını aktiv edib telefonu masanın üzərinə qoymuş. həmin vaxt atası yenə də ona yaxınlaşıb yanında əyləşərək qucaqlayıb öpməyə və ona qarşı digər əxlaqsız hərəkət etməyə başlamışdır. Həmçinin ona qarşı əxlaqsız hərəkətlər edərkən ona atası ilə cinsi əlaqədə olmağı təklif etmiş, həmin vaxt atasının ona qarşı əxlaqsız hərəkətlər edərək aralarında olan danışıqları telefon vasitəsi ilə yazmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yaşadıqları evdə yataq otağında çarpayıda uzanan zaman yuxudan oyanmasına baxmayaraq atasının ona qarşı yenə də seksual xarakterli hərəkətlər edəcəyindən qorxaraq çarpayıdan qalxmamış, bu zaman atası onun çarpayısına yaxınlaşıb yanında uzanaraq onu arxa nahiyədən qucaqlamışdır. Daha sonra onun əynində olan şortiki çıxarmaq istəmiş, atasına onun paltarlarını çıxarmağa imkan verməmişdir. Atasına aybaşı olduğunu bildirsə də atası ona arxa nahiyədən cinsi əlaqədə olacağını bildirmiş, razılıq vermədiyi üçün atası onun yanından qalxıb getmişdir. Yerindən qalxıb artıq atasının ona qarşı etdiyi hərəkətlərin davamlı olduğunu görüb zəng edərək atasının ona qarşı mütəmadi olaraq əxlaqsız hərəkətlər etməsi barədə məlumat vermiş, sonra isə polis şöbəsinə gedərək ərizə ilə müraciət etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2001-ci ildə Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi nikaha daxil olub ailə qurmuş, birgə nikahlarından Muradxan və Gülzar adlı övladları olmuşdur. Oğlu Muradxan müddətli həqiqi hərbi xidmətdə olmaqla qızı Gülzar Mingəçevir şəhəri 19 saylı orta məktəbin 9-cu sinfində oxumuşdur. Əri Elşad fərdi əməklə məşğul olmaqla özü isə şəhər ərazisində yerləşən müxtəlif ticarət mərkəzində xadiməlik etmişdir. Hər gün saat 09 radələrində işə gedib axşam saatlarında evə qayıtmış, qızı Gülzar isə dərsdən qayıtdıqda Elşadın işi olmayan vaxtlar evdə Elşadla birlikdə olmuşlar. xx.xx.2023-cü il tarixdə günorta saatlarında qızı Gülzar istifadəsində olan mobil telefon vasitəsi ilə ona zəng edərək atası Elşadın Gülzara qarşı əxlaqsız hərəkətlər etdiyini bildirmiş, ilkin olaraq Gülzarın dediklərinə inanmasa da Gülzar ona atası Elşadın Gülzara qarşı əxlaqsız hərəkətlər etdiyi zaman səsini telefona yazdığını bildirərək həmin səs yazısını sosial şəbəkə “whatsapp” vasitəsi ilə ona göndərmişdir. Səs yazısına qulaq asdıqdan sonra dərhal DİN-nin 102 xidmətinə bu barədə məlumat vermiş, evə getdikdən sonra imkan olmadığı üçün qızı Gülzarla baş vermiş hadisə ilə bağlı ətraflı söhbət edə bilməmişdir. Qızı Gülzar ona bütün hadisələrin yaşadıqları evdə o, evdə olmadığı zaman baş verdiyini bildirmiş, evə gəldikdən sonra polis əməkdaşları da yaşadıqları evə gəlib qızı Gülzar və əri Elşadla birlikdə polis şöbəsinə aparmışlar. Polis şöbəsində əri Elşadın qızına qarşı əxlaqsız hərəkətlər etməsi barədə ərizə yazmış, evə qayıtdıqdan sonra isə qızı Gülzarla baş vermiş hadisə ilə bağlı söhbət edərkən sonuncu ona 2020-ci ilin iyul-avqust aylarında Gülzar evdə atası Elşadla birlikdə olan zaman Elşad Gülzarı yaşadıqları evin həyətyanı sahəsindəki bağa çağıraraq öz istifadəsində olan mobil telefon vasitəsi ilə Gülzara qadınla kişinin cinsi əlaqədə olmasını əks etdirən video görüntüləri göstərərək Gülzara da cinsi əlaqədə olmağı təklif etdiyini, Elşadın Gülzara seksual xarakterli kişi ilə qadının cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri göstərməsinin bir müddət davam etdiyini, Elşad Gülzara qeyd etdiyi xarakterli videogörüntüləri göstərərkən əli ilə Gülzarın belindən tutduğunu, həmin ərəfələrdə Gülzar evdə və ya həyətdə məişət işləri görərkən Elşad Gülzara yaxınlaşıb arxadan Gülzarı qucaqladığını, həmçinin, Gülzara əlini Elşadın şalvarının içərisinə salaraq Elşadın cinsiyyət orqanını bayıra çıxarmağı, Elşadın cinsiyyət orqanını bayıra çıxarıb öpməyi təklif etdiyini, Gülzar isə Elşadın bu hərəkətlərinə etiraz etdiyini, 2022-ci ilin oktyabr ayında oğlu Muradxan hərbi xidmətə getdikdən sonra Gülzar Elşadla evdə daha çox tək olan zamanlar Elşad Gülzara qarşı dəfələrlə seksual xarakterli hərəkətlər etdiyini, əlini Gülzarın paltarının alt hissəsinə salaraq Gülzarın bədəninin müxtəlif nahiyələrinə toxunduğunu, Gülzara da öz bədənini öpməyi, bədənini sığallamağı təklif etdiyini, Gülzar isə hər dəfə Elşadın hərəkətlərindən müxtəlif bəhanələrlə yayındığını, 2023-cü ilin sentyabr ayının əvvəllərindən başlayaraq Elşadın Gülzara qarşı daha da açıq seksual xarakterli hərəkətlər etməyə başladığını, həmin müddətdən başlayaraq yaşadıqları evdə Gülzar və Elşad tək olarkən Elşad paltarlarını soyunub Gülzarın qarşısında lüt dayandığını, Gülzara onun cinsiyyət orqanına əli ilə toxunmağı, cinsiyyət orqanını öpməyi və cinsi əlaqədə olmağı təklif etdiyini, həmçinin həmin zaman Elşad Gülzara cinsiyyət orqanını Gülzarın cinsiyyət orqanına və ya arxa nahiyəsinə daxil etməyi təklif edərək, Gülzarın paltarlarını çıxarmağa çalışdığını, həmin ərəfələrdə Gülzara asanlıqla soyunulan paltarlar geyinməyi təklif etdiyini, hətta Gülzar hamama belə gedəndə hamamın qapısını açıq qoymağı, gecələr o, yatdıqdan sonra Gülzara Elşadın yanına getməyi, Elşadla birlikdə yatmağı təklif etdiyini, dəfələrlə Gülzar çarpayıda yatdığı vaxt Gülzarın yatağına uzanıb Gülzarın bədənimin müxtəlif nahiyələrindən öpməyə və paltarlarını çıxarmağa çalışdığını, Gülzar atası Elşadın onu və Gülzarı döyəcəyindən qorxub bu barədə ona məlumat vermədiyini, sonradan Gülzar atasının ona qarşı etdiyi hərəkətləri kiməsə deyərkən sözlərini təsdiq etmək məqsədi ilə atası Gülzara qarşı eyni hərəkətlər edərkən atasının səsini yazmaq qərarına gəldiyini, təxminən 2023-cü ilin sentyabr ayının sonları yaşadıqları evdə Gülzar atası Elşadla tək olarkən atasının ona yaxınlaşacağını əvvəlcədən bildiyi üçün istifadəsində olan mobil telefondakı səs yazma proqramını aktiv edib telefonu stolun üzərinə qoyduğunu, həmin zaman Elşad yenədə Gülzara yaxınlaşıb yanında əyləşərək Gülzarı qucaqlayaraq öpməyə və ona qarşı digər əxlaqsız hərəkət etməyə başladığını, həmin zaman Gülzara qarşı əxlaqsız hərəkətlər edərkən Gülzara cinsi əlaqədə olmağı təklif etdiyini, Elşadın Gülzara qarşı etdiyi əxlaqsız etdiyi hərəkətlər zamanı aralarında olan danışıqları Gülzar telefon vasitəsi ilə yazdığını, sonuncu dəfə isə yəni, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Gülzar yaşadıqları evdə yataq otağında yatarkən səhər yuxudan oyanmasına baxmayaraq Elşadın yen də ona qarşı əxlaqsız hərəkətlər edəcəyindən qorxub çarpayıdan qalxmaq istəmədiyini, Gülzar çarpayıda uzanan zaman Elşad çarpayıya yaxınlaşıb yanında uzanıb Gülzarı arxa nahiyəsindən qucaqlayaraq daha sonra Gülzarın əynində olan şortiki çıxarmaq istədiyini, lakin Gülzar Elşada paltarı çıxarmağa imkan vermədiyini, həmin zaman Elşad Gülzarı arxa nahiyəsindən cinsi əlaqədə olacağını bildirdiyini Gülzar isə razılıq vermədiyi üçün Elşad qalxıb getdiyini demişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 17№-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş verən cinayət hadisə zamanı öz hərəkətlərini ölçübbiçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs hər hansı cinayət əməli istinad edilmədiyindən qoyulmuş sualın ilk hissəsinə (anlaqlıdırmı) cavab vermək mümkün deyil. Zərərçəkmiş şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək, ona rəhbərlik etmək iqtidarındadır. Zərərçəkmiş şəxs hər hansı cinayət əməli istinad edilmədiyindən qoyulmuş sualın ilk hissəsinə (anlaqlıdırmı) cavab vermək mümkün deyil. Zərərçəkmiş şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair xəstəlik əlamətləri aşkar edilmir. Zərərçəkmiş şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. O, yalan danışmaq, özündən qondarma fikirlər söyləməyə meyilli deyil. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs əqli inkişaf və fərdi psixi xüsusiyyətlərinə görə ona qarşı edilmiş hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 23№-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs qızı baş verən cinayət hadisə zamanı öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək, ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs Gülzar oğlu hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair xəstəlik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. O, halhazırda özünə və ətrafdakılara qarşı təhlükəli deyildir və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. O, yalan danışmaq, özündən qondarma fikirlər söyləməyə meyilli deyil. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs əqli inkişaf və fərdi psixi xüsusiyyətlərinə görə ona qarşı edilmiş hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 136№-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-lifli materiallar ekspertizasının xx.xx.2023-cü il tarixli, 17/876№-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs şalvarının səthi üzərindən tapılmış açıq-göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd cins şortun tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd cins şortun səthi üzərində tapılmış kənar lif mikrohissəciklər arasında Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib lifləri aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/1935 №-li rəyindən görünür ki, 1. Ekspertizaya təqdim olunmuş, 1 ədəd “Verbatim” markalı CD-R diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. 2. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD-R diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi-Təqsirləndirilən şəxs, “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi- Zərərçəkmiş şəxs məxsusdur. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 1055№-li tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs bioloji ifrazat məhsulunun(sidik) müayinəsi zamanı onun bioloji ifrazat məhsulundan (sidik) narkotik vasitə və ya psixotrop maddə qəbul etmədiyi müəyyən edilmişdir. Mingəçevir şəhər Rayonlararası Psixo Nevroloji Dispanserdən daxil olmuş xx.xx.2024-cü il tarixli 19№-li arayışdan görünür ki, Məmmədli X3 şəhər Rayonlararası Psixo Nevroloji Dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir şəhər rayonlararası Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 20 nömrəli arayışdan görünür ki, Mingəçevir şəhəri “Borçalı” bağ massivində yaşayan 1971-ci il təvəllüdlü Məmmədov X4 Psixo-Nevroloji Dispanserində qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir şəhər rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 37 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs X1 qeydiyyatda yoxdur. Mingəçevir şəhəri İcrakomu nəzdində Mənzil-tikinti kooperativi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 07 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1700-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir şəhər Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 09 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl CM-in 150.3.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmənin belə qənaətə gəlməsinə zərərçəkmiş şəxsin ifadəsi, səs yazıları, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər əsas verir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi, zərərçəkmiş şəxslə barışmaqla sonuncunun ona qarşı şikayət və tələbinin olmaması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayəti ondan asılı vəziyyətdə olan azyaşlı qızına qarşı törətməsidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Əməlində ağırlaşdırıcı hal olduğuna görə cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlində CM-in 60-cı maddəsinin tətbiqi istisna olunur. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 150.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 07 oktyabr 2023-cü il tarixdən hesablanmalı, CM-in 56.1.3-cü maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 271 AZN (iki yüz yetmiş bir manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 07 oktyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 271 AZN (iki yüz yetmiş bir manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan 1 ədəd şort və 1 ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-121/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-121/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver