Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-121/2025 20.02.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1974-cü ildə Şəki rayonunun Qırxbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəki rayonunun Qırxbulaq kəndində qeydiyyatda olmaqla həbs olunanadək Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 153.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən, təkrarən, yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxs olduğu halda, onun üçün aşkar surətdə on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayının ortalarında, istintaqla dəqiq müəyyən olunmamış gündə günorta saatlarında Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən birgə yaşadıqları fərdi yaşayış evində xx xxxxxxx 2009-cu ildə doğulmaqla onun üçün aşkar surətdə on altı yaşına çatmayan qızı Zərərçəkmiş şəxs tərbiyə etmək vəzifəsi daşıdığı halda, sonuncuya qarşı zor tətbiq etmədən, qəsdən sol əli ilə Zərərçəkmiş şəxs sağ ayağının bud və baldır nahiyələrini sığallamaqla tərbiyə etmək vəzifəsini daşıdığı, on altı yaşına çatmayan qızı Zərərçəkmiş şəxs qarşı özünün cinsi ehtirasının təmin olunmasına və Zərərçəkmiş şəxs cinsi ehtiras hisslərinin yaranmasına yönələn əxlaqsız hərəkətlər etməklə qəsdən, yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxs kimi onun üçün aşkar surətdə on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmə cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən 13 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən birgə yaşadıqları fərdi yaşayış evində xx xxxxxxx 2009-cu ildə doğulmaqla onun üçün aşkar surətdə on altı yaşına çatmayan qızı Zərərçəkmiş şəxs tərbiyə etmək vəzifəsi daşıdığı halda, sonuncuya qarşı zor tətbiq etmədən qəsdən əli ilə sinə və bədəninin digər nahiyələrini sığallamaqla, həmçinin özünün cinsi orqanını nümayiş etdirməklə tərbiyə etmək vəzifəsini daşıdığı, yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs qarşı özünün cinsi ehtirasının təmin olunmasına və Zərərçəkmiş şəxs cinsi ehtiras hisslərinin yaranmasına yönələn əxlaqsız hərəkətlər etməklə qəsdən, yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxs kimi onun üçün aşkar surətdə on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmə cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 153.4.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 153.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etsə də ifadə verməkdən imtina etmiş, qeyd olunan səbəbdən onun həmin ifadələri elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadələrində göstərmişdir ki, psixi problemi olduğu üçün bəzi vaxtlarda nə etdiyini bilməmişdir. 2000-ci ildə Qanuni nümayəndə ilə rəsmi ailə həyatı qurmuş və birgə nikahdan 2006-cı ildə Gülçin Şıxəliyeva, 2009-cu ildə Zərərçəkmiş şəxs və 2013-cü ildə Şahid doğulmuşlar. 2024-cü ilin mart ayında qızı Zərərçəkmiş şəxs sağ ayağının bud və baldır nahiyələrini sığallamamış və həmin vaxt sonuncuya qarşı əxlaqsız hərəkətlər etməmişdir. 13 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində işdən evə gedərkən qızı Zərərçəkmiş şəxs və oğlu Şahid evdə olmuşlar, sonuncu yuxulamış, Zərərçəkmiş şəxs isə ev işləri görmüşdür. O, hamamda yuyunub çıxdıqda Zərərçəkmiş şəxs mətbəxdə yemək hazırlamış, həmin vaxt o, özü də bilmədən qızı sonuncunu görüb ehtiraslanmış, sonuncuya yaxınlaşıb qolundan tutub qucaqlamaq istədikdə, sonuncu onun əlindən çıxıb kənara getmiş, o da sonuncunun arxası ilə gedib yenidən yaxınlaşaraq qucaqlamış və bədənini və cinsiyyət orqanını Zərərçəkmiş şəxs bədəninə toxundurmuşdur. Zərərçəkmiş şəxs ona kənarda dayanmasını deyib otağın digər tərəfinə getmiş, bu zaman o, özünü saxlaya bilməyib yenə də sonuncuya yaxınlaşaraq bədəninə toxunmuş və əynində olan idman şalvarını aşağı çəkib öz cinsiyyət orqanını çölə çıxardıqdan sonra əli ilə tutub Zərərçəkmiş şəxs göstərmişdir. Bu zaman Zərərçəkmiş şəxs etiraz edərək hərəkətləri ilə narahat olduğunu bildirmiş, o isə cinsiyyət orqanını şalvarın içərisinə yerləşdirib yenidən çıxarmış və Zərərçəkmiş şəxs göstərərək həzz almışdır. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs qaçaraq otaqdan çıxmış, həmin vaxt arvadı Qanuni nümayəndə evə gəlmiş, aralarında münaqişə yaranmış və sonuncu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə zəng edib bu barədə məlumat vermişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır və sonuncu çox vaxt evə sərxoş halda gəlmişdir. Təxminən 2024-cü il tarixdə mart ayının ortalarında Novruz bayramından təxminən bir həftə əvvəl günorta saatlarında atası ilə birlikdə evdə olarkən, atası yataqda uzanmış və çiyinlərinin ağrıdığını deyərək ondan boynunu ovxalamasını istəmiş, o da atasına yaxınlaşıb əlləri ilə boynunu ovxalamışdır. Bu zaman atası əlini onun sağ ayağına tərəf uzadıb ayağına sığal çəkməyə başlamış, bununla rahat olduğunu, həzz aldığını demiş və tez-tez onu öpmüşdür. O, özünü pis hiss etmiş, atasının ona qarşı əxlaqsız hərəkətlər etdiyini düşünmüş və atasına heç nə demədən kənara çəkilmişdir. Axşam saatlarında anası evə gəldikdə bu barədə məlumat vermiş, sonuncu Təqsirləndirilən şəxs iradını bildirdikdə sonuncu bəhanələr edib mübahisə yaratmış və evdən çıxıb getmişdir. 13 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində qardaşı Şahidlə birlikdə evdə olmuş, sonuncu yataq otağında yuxulamış, o isə yemək hazırlamışdır. Bir neçə dəqiqə sonra o, qonaq otağında olarkən atası hamamdan çıxıb onun arxası ilə gəzməyə başlamış və o, atasının hər hansı əxlaqsız hərəkətlər edəcəyindən qorxub əl çəkməsini sonuncuya demişdir. Lakin atası arxa tərəfdən onu qucaqlamış və əlləri ilə qollarına, sinəsinə və bədəninin digər nahiyələrinə sığal çəkmişdir. O, atasının hərəkətlərini qeydə almaq üçün əlində olan mobil telefonu enerji blokuna daxil etmək və mobil telefonun kamerasını açmaq üçün atasının əlindən çıxmış və televizorun yanına tərəf qaçmışdır. Lakin atası Təqsirləndirilən şəxs ondan əl çəkməmiş, onun arxası ilə gəlib əl-qol hərəkətləri edərək onu qucaqlamaq və öpmək istəmiş, cinsiyyət orqanını və bədənini ona toxundurmuşdur. O, atası Təqsirləndirilən şəxs dəfələrlə ondan kənarda dayanmasını desə də, atası qolundan tutub onu özünə tərəf çəkmiş, bədəninə, qollarına və sinəsinə toxunmuşdur. Daha sonra isə əynində olan şalvarı aşağı tərəf çəkib öz cinsiyyət orqanını çölə çıxararaq əlləri ilə cinsiyyət orqanını tutub ona tərəf uzatmış, bir neçə saniyə dayanmadan nümayiş etdirmiş, onun gözünə baxıb cinsiyyət orqanına baxmasını və toxunmasını tələb etmişdir. Bu zaman atası Təqsirləndirilən şəxs cinsi ehtiras hissi yaranmış, həmin vaxt öz cinsi ehtirasını təmin etmək istəmiş, onun da ehtiraslanmasına çalışmış, lakin onunla cinsi əlaqədə olmamışdır. O, özünü pis hiss etmiş, atası Təqsirləndirilən şəxs cinsiyyət orqanını şalvarın içərisinə yerləşdirib yenidən çölə çıxararaq ondan cinsiyyət orqanına toxunmasını istəmiş, o isə çox qorxmuş və dərhal qardaşı Şahid yuxudan oyatmaq üçün yataq otağına tərəf qaçmışdır. Şahid çağırıb oradan da həyətə çıxmaq üçün evin qapısını açdıqda anası Qanuni nümayəndə gəldiyini görmüş və sonuncuya bu barədə məlumat vermişdir. Anası Təqsirləndirilən şəxs iradını bildirmiş və dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə zəng edib bu barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmamışdır və sonuncunun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qanuni nümayəndə məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, sonuncu ilə 2000-ci ildə rəsmi ailə həyatı qurmuş və birgə nikahdan 2006-cı ildə qızı Gülçin Şıxəliyeva, 2009-cu ildə Zərərçəkmiş şəxs və 2013-cü ildə Şahid doğulmuşdur. Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul etmiş, övladlarına və ona qarşı laqeyd münasibət göstərmiş, evdə münaqişələr yaratmış, qeyri-etik hərəkətlər etmiş, əynində olan paltarları çıxarıb çılpaq halda evdə gəzmiş, bu isə ona və övladlarına pis təsir etmişdir. Təxminən 5 ay bundan əvvəl o, işdən evə gələrkən qızı Zərərçəkmiş şəxs ona yaxınlaşıb atası Təqsirləndirilən şəxs onun ayaqlarına toxunub sığal çəkdiyini, tez-tez öpdüyünü və bundan narahat olduğunu demiş, o isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı hər hansı əxlaqsız və seksual xarakterli hərəkətlər etməsindən və gələcəkdə belə hərəkətlərə yol verəcəyindən narahat olaraq sonuncuya gələcəkdə elə hərəkətlər etdiyi halda mobil telefonla çəkməsini demişdir. 13 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində evə gəldikdə Zərərçəkmiş şəxs ağlayaraq həyətə qaçdığını görmüş, sonuncudan nə baş verdiyini soruşmuş, Zərərçəkmiş şəxs isə istifadə etdiyi mobil telefonu göstərib atası Təqsirləndirilən şəxs ona qarşı əxlaqsız hərəkətlər etdiyini və cinsiyyət orqanını göstərdiyini demiş, o da mobil telefondakı videogörüntüyə baxdıqda həmin hərəkətləri görmüşdür. Daha sonra o, Təqsirləndirilən şəxs iradını bildirib şikayət edəcəyini demiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə zəng edib bu barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmamışdır və sonuncunun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. 2024-cü ilin mart ayının ortalarında Novruz bayramında təxminən bir həftə əvvəl günorta saatlarında Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən birgə yaşadıqları evin yataq otağında atası Təqsirləndirilən şəxs çarpayıda uzanmış, o və Zərərçəkmiş şəxs isə evdə qonaq otağında televizora baxmışlar. Atası Təqsirləndirilən şəxs çarpayıda uzanıb Zərərçəkmiş şəxs çağırmış, baş və bel nahiyələrinin ağrıdığını deyərək Zərərçəkmiş şəxs çiynini və boynunu ovxalamasını xahiş etmiş, sonuncu da yataq otağına Təqsirləndirilən şəxs yanına getmişdir. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs onu çağırmış, o da otağın qapısından içəri baxdıqda atası Təqsirləndirilən şəxs çarpayıda uzandığını, Şahsənəm Şıxəliyevin isə Təqsirləndirilən şəxs boynunu ovxaladığını, sonuncunun sol əli ilə Şahsənəm Şıxəliyevin ayağına sığal çəkdiyini görmüş və sonuncunun həyəcanlı olduğunu hiss etmişdir. Bu səbəbdən də dərslərində ona kömək etməsini Zərərçəkmiş şəxs xahiş etmiş, sonuncunu yanına çağırmış və bundan bir neçə gün sonra bu barədə anasına demişdir. 13 sentyabr 2024-cü il tarixdə saat 20 radələrində bacısı Zərərçəkmiş şəxs ilə birlikdə evdə olan zaman yataq otağında yuxulamış, bir neçə saat sonra bacısı Zərərçəkmiş şəxs səsinə oyanmış, sonuncu ağlayaraq həyəcanlı halda onun yanına gələrək analarının yanına getmək lazım olduğunu demiş və bu zaman sonuncu çox həyəcanlı halda olmuşdur. O, Zərərçəkmiş şəxs nə baş verdiyini soruşmuş, sonuncu isə ona heç nə deməmiş və ona tez paltarlarını geyinməsini bildirmişdir. O, çarpayıdan qalxıb paltarlarını geyinmiş, bacısı Zərərçəkmiş şəxs da ona kömək etmişdir. Daha sonra hər ikisi birlikdə həyətin qapısını açıb küçəyə çıxmaq istədikdə anası Qanuni nümayəndə ilə rastlaşmışlar və bu zaman anası Zərərçəkmiş şəxs ağladığını görüb nə baş verdiyini soruşmuş, sonuncu isə videogörüntünü göstərəcəyini deyib mobil telefonunu anasına vermişdir. Anası da həmin yerdə videogörüntüyə baxmış, evə daxil olub atası Təqsirləndirilən şəxs irad bildirmiş, bundan sonra isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə zəng edib bu barədə məlumat vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 13 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Qanuni nümayəndə Məhəmməd qızı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə zəng edib əri Təqsirləndirilən şəxs onu və övladlarını narahat etməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 13 sentyabr 2024-cü il tarixli ərizədən görünür ki, həmin tarixdə Qanuni nümayəndə Məhəmməd qızı əri Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etməsi barədə məlumat verərək sonuncunun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 14 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan “Redmi” markalı mobil telefona baxış keçirilmişdir. Baxış keçirilən zaman əvvəlcə menyu hissəsinə və oradan da “Galeri” adlı proqrama daxil olunmuş, həmin hissədə müxtəlif fotoşəkillər və videogörüntülər aşkar edilmişdir. Zərərçəkmiş şəxs həmin hissədə 13 sentyabr 2024-cü il tarixdə saat 22:01-də qeydə alınmış və 44 saniyə davam edən videogörüntünü göstərib qeyd olunan tarixdə atası Təqsirləndirilən şəxs ona toxunub cinsiyyət orqanını göstərən zaman görüntüləri qeyd etdiyini bildirmişdir. Videogörüntüyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəf hərəkət edib sonuncuya toxunması, qarşısında dayanıb cinsiyyət orqanını çıxarıb nümayiş etdirməsi, sonuncunun isə bundan narahat olması, onu buraxmasını və digər tərəfə getməsini deməsi müəyyən edilmişdir. Baxış keçirilən zaman aşkar edilmiş videogörüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 14 sentyabr 2024-cü il tarixli 410 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizası zamanı onun bədən səthi üzərində gözlə görünən xəsarət və xəsarət izi aşkar edilməmiş, onun qızlıq pərdəsinin tamlığı pozulmamış, onunla təbii yolla cinsi əlaqədə olmaya xarakterik əlamət və xəsarətlər aşkar edilməmiş və onun arxa keçəcəyi nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa aid əlamətlər və xəsarətlər aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 153.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 153.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən fərdi yaşayış evidir. Baxış keçirilən zaman Zərərçəkmiş şəxs dəhlizdən otağa açılan qapıdan otağa keçib orada olan stolu göstərərək 13 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində həmin yerdə dayanıb yemək hazırlayarkən atası Təqsirləndirilən şəxs ona yaxınlaşıb ona qarşı əxlaqsız hərəkətlər etdiyini qeyd etmişdir. Hadisə yerinə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı maddi sübut aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətləri etməsinin məqsədini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-sənətşünaslıq ekspertizasının 18 noyabr 2014-cü il tarixli 11/699 nömrəli rəyindən görünür ki, 01 ədəd diskdə olan “VİD-20240914-WA0000” adlı videogörüntü pornoqrafik xarakterlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 04 dekabr 2014-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 153.3-cü maddəsindən həmin Məcəllənin 153.4.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 153.4.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 149, 150, 152, 171 və 242-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirib CM-in 153.4.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 153.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsində 13 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində qızı Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən qəsdən əli ilə sinə və bədəninin digər nahiyələrini sığallamaqla, həmçinin özünün cinsi orqanını nümayiş etdirməklə qəsdən, yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxs kimi onun üçün aşkar surətdə on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmə cinayət əməlini törətdiyini etiraf etsə də 2024-cü ilin mart ayının ortalarında, istintaqla dəqiq müəyyən olunmamış gündə günorta saatlarında qızı Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən, qəsdən sol əli ilə sonuncunun sağ ayağının bud və baldır nahiyələrini sığallamaqla qəsdən, yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxs kimi onun üçün aşkar surətdə on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmədiyini qeyd etmiş, məhkəmə istintaqı zamanı isə ifadə verməkdən imtina etmiş və məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etdiyini bildirmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, Zərərçəkmiş şəxs, habelə şahidlər Qanuni nümayəndə və Şahid ifadələri ilə də Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi həmin xüsusatlar təkzib olunmuşdur. Həmçinin ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs və Qanuni nümayəndə Təqsirləndirilən şəxslə aralarında üzləşdirmə aparılan zaman ifadələrində qeyd etdikləri xüsusatları sonuncunun üzünə demişlər. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraiti ilə bağlı ibtidai istintaq zamanı qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələrini məsuliyyətini yüngülləşdirmək üçün özünümüdafiə xarakterli ifadə hesab edir. Əksinə zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb birinin digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən, təkrarən, yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxs olduğu halda onun üçün aşkar surətdə on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə cinayət əməlini törətmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 153.4.1-ci maddəsi ilə tövsifi düzgün hesab edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 153.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 153.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonunun Qırxbulaq kəndində qeydiyyatda olmaqla Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən fərdi yaşayış evində yaşamışdır, xx xxx 2013-cü ildə doğulmuş Şahid onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Şəki rayonunun Qırxbulaq kəndində qeydiyyatda olmaqla Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən fərdi yaşayış evində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayət əməlini köməksiz və ya təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı törətməsi CM-in 61.1.7-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CMin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzasını yüngülləşdirən hallar olmadığından və CM-in 61.1.7-ci maddəsində təsvir olunan cəzasını ağırlaşdıran hal olduğundan onun barəsində bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilə bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Eləcə də məhkəmə Təqsirləndirilən şəxs əlavə cəzanın təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona əsas cəza ilə yanaşı CM-in 153.4.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Belə ki, CM-in 46.1-ci maddəsində göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-in 46.3-cü maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün azadlıqdan məhrum etmə cəzasına əlavə olaraq təyin edildiyi halda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. CM-in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə CM-in 153.4.1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 17 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 17 sentyabr 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 02 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay olmaqla, 16 yanvar 2025-ci il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 17 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 04 oktyabr 2024-cü il tarixli 18-1-71/2-1441/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixoloji ekspertizasının 07 oktyabr 2024-cü il tarixli 720 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilmişdir. O, başqalarının təsiri altında hərəkət etməyə meylli deyildir. O, özündən uydurmağa meylli deyildir. Onun yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla o, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilmişdir. O, psixi yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq baş vermiş hadisə zamanı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Onun psixi inkişafı nəzərə alınaraq, o, yaranmış şəraitin mahiyyətini tam dərk etmiş və ona qarşı edilmiş hərəkətlərin mümkün nəticələrini görə bilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 07 oktyabr 2024-cü il tarixli 721 nömrəli rəyindən görünür ki, əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. O, hər hansı psixi xəstəlikdən əziyyət çəkməməsi səbəbindən hadisə zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanda olmuşdur, yəni anlaqlı olmuşdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanındadır. Onun əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Onu səciyyələndirən əsas fərdi-psixi xüsusiyyətlər praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olmadır. Onun əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafını nəzərə almaqla o, öz hərəkətlərinin mahiyyətini dərk edə bilmək qabiliyyətindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş 30 sentyabr 2024-cü il tarixli 870 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin xəstəxanada dispanser müşahidəsində yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, hadisənin baş vermə anını əks etdirən videogörüntülərin köçürüldüyü 02 ədəd disk həmin tarixdə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş hadisənin baş vermə anını əks etdirən videogörüntülərin köçürüldüyü 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 80 (səksən) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 17 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə müəyyən edilmiş 02 (iki) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş hadisənin baş vermə anını əks etdirən videogörüntülərin köçürüldüyü 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova
Məhkəmə qərarları › İş №1(091)-121/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-121/2025
20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver